Məhkəmə qərarları › İş №1(099)-85/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-85/2022

27.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-85/2022 27.01.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, X3 katibliyiilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru vəzifəsini icra edən, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi, Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxxxx 1968-ci ildə İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, İmişli şəhəri H.Aslanov küçəsi ev 56 ünvanında qeydiyyatda olan və yaşayan, iş üzrə 11 oktyabr 2021-ci il tarixdən həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 06 avqust 2021-ci il tarixdə saat 17 radələrində yaşadığı İmişli şəhəri, H.Aslanov küçəsi 56 nömrəli evin həyətində kürəkəni Zərərçəkmiş şəxs qızı Şahid1 baş və sifət nahiyəsinə yumruqla vuraraq döyməsi ilə bağlı aralarında yaranan mübahisə zəmnində qisas almaq niyyətilə soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs döş qəfəsinə bir dəfə qəsdən vuraraq, sonuncuya döş qəfəsinin sol yarısından plevra boşluğuna keçən deşilmiş-kəsilmiş yara ilə nəticələnən və yetirilən anda insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarəti yetirməklə, qəsdən Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, İmişli şəhəri, H.Aslanov küçəsi, ev 56 ünvanında yaşayır. İmişli şəhər sakini Zərərçəkmiş şəxs ilə qızı Gülşən 18 iyul 2018-ci ildə evlənmişlər. Sonradan Rəhman qızını incitmiş və bir dəfə döymüşdür. Sonradan aralarında münasibətlər pozulmuşdur. Qızı Gülşən tez-tez acıq edib onun evinə gəlmişdir. Gülşən sonuncu dəfə 2020-ci ilin oktyabr ayının 16-dan acıq edib onun evinə gəlib onlarla yaşayır. Rəhman bir neçə dəfə onun həyətinə gəlib qızı Gülşənlə onun evində dava etmiş, 2020-ci dekabr ayının 16-da isə Rəhman onun evinə gəlib evin pəcərəsinin şüşəsini sındırmışdır. Həmin vaxt DİN-nin 102 xidmətinə zəng eib bu barədə məlumat vermişdir. Bundan 10 gün sonra Rəhman yenidən evinə gəlmişdir. O, Rəhmandan həyətdən çıxmasını tələb etmişdir. Həmin vaxt Rəhmanla aralarında mübahisə olmuş, Rəhman onun başının arxa ənsə nahiyyəsindən bir dəfə yumruqla vurmuş, o isə Rəhmanı vurmamışdır. Həmin vaxt yenə də DİN-nin 102 xidmətinə zəng etmiş və Rəhmanın barəsində şikayət etmişdir. Şikayəti əsasında İmişli rayon polis şöbəsində təhqiqat aparılmış, lakin barışmışlar. Bundan sonra da Rəhman eviən gələrək qızını söyüb təhqir etmişdir. Sonuncu dəfə 06 avqust 2021-ci il tarixdə saat 17 radələrində işdən evə gələndə həyətdə arvadı Almaz onu qarşılayaraq Rəhmanın gəldiyini demişdir. O, evə qalxmadan həyətdə stulda oturmuş, 3-5 dəqiqə gözləmişdir. Rəhman və qızı Gülşən evdən çıxmışlar, o, həmin vaxt ayağa qalxmamış, Rəhmanı Gülşən ötürərək, çıxıb getməyini bildirmişdir. Gülşən Rəhmanı ötürərkən qonşu X4 həyətlərinə gəlmişdir. Nazilə Rəhmana ailəsi ilə barışmasını demişdir. Rəhman Nazilənin bu sözündən sonra gəlib onunla əl uzadıb görüşmüş, ona: “Allah şeytana lənət etsin, məni bağışla” - demişdir. O da Rəhmana: “Sən mənim arvadımı söymüsən, qızımı isə söyüb döymüsən, mən səni necə bağışlayım?” – deyə sual vermişdir. Sonra qızı Rəhmanı qapıya tərəf apararkən, Rəhmanın qızı Gülşəni yumruqla sifətindən vurduğunu görmüş, həmin vaxt qızı qışqırıb kömək istəmiş, evə tərəf, yəni küçə qapısıdan evinə tərəf qaçmışdır. O ayağa qalxanda gözü oturduğu stolun üzərində olan qara dəstəkli meyvə bıçağına sataşmış və bıçağı oradan sağ əlinə götürmüşdür. Rəhman Gülşəni qova-qova üzərinə tərəf gələndə, o da Rəhmanın qabığına çıxmışdır ki, Rəhmanı tutub saxlasın. Həmin vaxt Rəhman sağ əli ilə onun başının təpə-alın nahiyəsindən bir dəfə yumruqla vurmuş, həmin anda əlində olan bıçaqla o da Rəhmanın bədəninin sol qarın nahiyyəsi tərəfdən vurmuşdur. Bıçağı ani anda əsəb gəldiyindən vurduğuna görə, Rəhmanın harasına vurmağını dəqiq özü də bilməmişdir. Sonra Almaz və baldızı Huriyə aralarına girmiş, Rəhman bağa tərəf qaçıb getmişdir. Təqsirləndirilən şəxs cinayət əməli özünün ifadəsindən əlavə məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmədə göstərdi ki, İmişli şəhəri sakini Şahid1 ilə 18 iyul 2018-ci ildə evlənmiş və ər-arvad kimi yaşamışdır. Gülşənlə xasiyyətləri uyğun gəlmədiyi üçün tez-tez aralarında mübahisələr yaranmışdır. 2020-ci ilin oktyabr ayında aralarında münaqişə baş vermiş, lakin dava-dalaş olmamışdır. Gülşən zəng edib anası Almazı çağırmış və Almaz da gəlib Gülşəni, azyaşlı qızı Aylini götürüb özü ilə evlərinə aparmışdır. Həmin vaxtdan başlayaraq Gülşən atasının evində yaşamışdır. O və valideynləri Gülşəni gətirmək üçün dəfələrlə onlara getsələr də, Gülşən onlara qayıtmaqdan imtina etmişdir. Gülşən ondan boşanmaq üçün İmişli rayon məhkəməsinə 23 iyun 2021-ci il tarixdə ərizə vermişdir. Onlar boşanmışlar, həiçinin məhkəmə ondan iki uşağa görə 260 manat aliment alınması barədə qərar qəbul etmişdir. 06 avqust 2021-ci il tarixdə saat 17 radələrində uşaqlarını görmək üçün Gülşənin yaşadığı atası Təqsirləndirilən şəxs İmişli şəhəri, H.Aslanov küçəsində yerləşən evinə getmişdir. O, onların həyətinə daxil oldanda onu Gülşənin anası Almaz həyətdə qarşılamışdır. Almaz onu evinə buraxmaq istəməmiş, nə üçün gəldiyini soruşmuşdur. O, Almaza uşaqlarını görmək üçün gəldiyini bildirmişdir. Almaz ona uşaqların yatdığını demişdir. Sonra Gülşən həyətə çıxmış, o Gülşənə də uşaqları görmək üçün gəldiyini bildirmiş, Gülşən uşaqların evdə olduğunu demişdir. Evə keçib, uşaqlarla söhbət etmişdir. Həmin vaxt Elxan evdə olmamışdır. Evdə uşaqları ilə olanda Almaz tez-tez evə gəlib ona: “Söhbəti qurtar, çıx get.” - demişdir. Bir neçə dəfə girib çıxandan sonra ona: “Elxan gəlib, həyətdədir. Sənin evdə olmağını bilib, ona görə mənə irad tutub ki, yad adam bizim evdə nə gəzir.” - deyə bildirmiş, Almaz və Gülşən ondan evdən getməyini tələb etmişlər. O, evdən çıxaraq həyətə düşmüş, birinci Elxana tərəf getmiş, görüşmək üçün əlini uzatmışdır. Elxan ona: “Sən utanmırsan, hələ mənə salam da verirsən” - demişdir. Qonşuda yaşayan Nazilə adlı qadın həyətə daxil olmuşdur. Elxanla söhbəti alınmamış, Elxan və ailə üzvləri - arvadı Almaz, qızı Gülşən, baldızı Huriyə onu danlamağa başlamışlar. Ona: “Sənin ailəni anan və atan dağıtdı.” – demişlər. O da onlara cavab verəndə aralarında mübahisə yaranmışdır. Həmin vaxt onu Gülşən əli ilə itələyə-itələyə küçə qapısına tərəf aparmışdır. Qapının qaşısına çatanda Gülşənin onun itələməsindən əsəbləşərək sillə ilə bir dəfə Gülşənin baş nahiyəsinə vurmuşdur. Silləni vurarkən Gülşən evə tərəf getmiş, Elxan isə stoldan qalxıb ona yaxınlaşaraq əlində olan qara dəstəkli mətbəx bıçağı ilə sol qoltuqaltı nahiyyəsindən bir dəfə vuraraq ona bədən xəsərəti yetirmişdir. O qorxub bağa tərəf qaçmışdır. Elxan onu ikinci dəfə bıçaqla vurmaqdan ötrü arxasınca gəlmək istəmiş, arvadı Almaz və baldızı Hüriyə Elxanın qarşısını kəsib gəlməsinə imkan verməmişlər. Sonra isə o, bağdan həyətə gəlib, oradan da qapıdan küçəyə çıxıb yoldan keçən taksi maşını ilə birbaşa İmişli RMX-na getmişdir. Xəstəxanada ona zəruri tibbi yardım göstərilmişdir. Təqsirləndirilən şəxs şikayətçidir, məhkəmədən ona ağır cəza təyin edilməsini xahiş edir. Şahidlər Şahid3, Şahid2 və X5 da Təqsirləndirilən şəxsla eyni məzmunlu ifadəsində verərək onun göstərdiyi xüsusatları təsdiq etdilər. Şahid1 məhkəmədə göstərdi ki, Zərərçəkmiş şəxs ilə 18 iyul 2018-ci il tarixdə evlənməklə ər-arvad kimi yaşamışlar. Əvvəllər mehriban olmuşlar. Lakin son vaxtlar Rəhman onunla tez-tez dalaşmış və onu döymüşdür. Ona görə də Rəhmandan boşanmaq qərarına gəlmişdir. 2021-ci ilin may ayında boşanmaq üçün ərizə ilə İmişli rayon məhkəməsinə müraciət etmiş və boşanmışlar. Rəhmanla boşandıqdan sonra uşaqları ilə atası Təqsirləndirilən şəxs evinə gedərək orada yaşamağa başlamışdır. 06 avqust 2021-ci il tarixdə saat 17 radələrində o atası evində olarkən Rəhman oraya gəlmişdir. Evdə xalası Huriyə, anası Almaz və iki azyaşlı körpə uşaqları olmuşdur. Atası həmin vaxt evdə olmamış, işdə olmuşdur. Rəhmandan nə üçün gəldiyini soruşmuşdur. Rəhman uşaqlarımı görmək üçün gəldiyini demişdir. Rəhman həm də uşaqlarına aliment verməyəcəyini demişdir. O, Rəhmandan evdən getməsini tələb etmişdir. Rəhman evdən çıxıb həyətə düşəndə atası Elxan həyətə daxil olmuş və həyətdə olan stolun yanında stulda oturmuşdur. Rəhmandan getməsini tələb etmişdir ki, atası birdən ona görə əsəbləşər. Rəhman qapıya yaxınlaşıb çıxarkən qonşuları Nazilə adlı qadın da həyətlərinə keçmişdir. Nazilə Rəhmana onun atası Elxandan üzr istəməsini, barışmasını demişdir. Rəhman atasına hər şeyin yaxşı olacağını demişdir. Atası isə Rəhmana mən sənə qız verib ailə qurdurmuşam, sən isə ailəni dağıdırsan- deyə cavab vermişdir. O yenə də Rəhmandan söhbəti qurtarmasını, getməsini istəmişdir. Rəhman yenə də yavaş-yavaş küçə qapısna tərəf gedəndə ona səsini yazdığını, onu polisə verəcəyini demişdir. O isə Rəhmana ondan bu hərəkətlərinə görə ayrıldığını demişdir. Həmin vaxt Rəhman yumruqla onun sağ və sol gözünün altına iki dəfə vurmuş, o, çevrilib qaçarkən bir dəfə də yumruqla boynunun arxasına vurmuş, o, qaçıb evə tərəf gedərkən Rəhman da arxasınca onu təqib edəndə atası stuldan durub stolun üstündən götürdüyü qara dəstəkli meyvə bıçağı ilə Rəhmanı bir dəfə vurmuşdur. Həmin vaxt Rəhmanın da atasını yumruqla vurmasını görmüşdür. Rəhman sonra bağa tərəf qaçıb getmişdir. Sonra bağdan Rəhman beton gül qabını götürüb həyətə qayıtmış, həmin gül qabı ilə atasını vurmaq istəmişdir. Sonra isə gülqabını ataraq oradan getmişdir. Hadisə yerinə baxış keçirilməsi haqqında 07 avqust 2021-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Təqsirləndirilən şəxs məxsus İmişli şəhəri, H.Aslanov küçəsində yerləşən fərdi yaşayış evinin həyətidir. Baxış keçirilməsi və götürmə aparılması haqqında 06 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi bir ədəd mətbəx bıçağı götürülmüşdür. Məhkəmə-tibbi ekspertizasının 16 avqust 2021-ci il tarixli, 452 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunan xəsarət-döş qəfəsinin sol yarısından plevra boşluğuna keçən deşilmiş-kəsilmiş yara iti xassəyə malik alətin təsirindən törənmiş, 06 avqust 2021-ci il tarixdə kənar şəxs tərəfindən bıçaqla yetirilə bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Məhkəmə-tibbi kriminalistik ekspertizasının 19 oktyabr 2021-ci il tarixli, 596- MTKŞ/2021 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthində solda bir ədəd, maykanın ön səthində solda bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar olunur. Bu zədələr deşilmiş-kəsilmiş zədələr olub, küpü, kafi itilikdə olan ülgüclü və iti ucu olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən törənmişdirlər, təqdim edilən bıçaqla yetirilə bilərdi. Təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Məhkəmə-psixiatrik ekspertizasının 05 noyabr 2021-ci il tarixli 2595 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur, törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Onun barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Əməli Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin İmişli Rayon Şöbəsinin xx.xx.2022-ci il tarixli arayışlarından görünür ki, Təqsirləndirilən şəxs oğlu X12 müharibəsində iştirak etmişdir. Əmisi oğlu mayor X6 isə xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütovlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Bundan başqa işdə olan sənədlərin surətlərindən görünür ki, Adəm Süleymanlı Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə «Qubadlının azad olunmasına görə» və «Xocavəndin azad olunmasına görə» medalları ilə təltif edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, təqsəirləndirilən şəxs Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Ailə tərkibi haqqında 22 noyabr 2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, himayəsində azyaşlı uşaq yoxdur. İmişli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli xasiyyətnamədə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələnir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs aralarında yaranmış mübahisə zəmnində qisas almaq məqsədi ilə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurması, əmlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-nin 126.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəx Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti Zərərçəkmiş şəxs qanunsuz hərəkətlərinin təsiri altında törətməsini CM-nin 59.1.8-ci maddəsinə, oğlu X7 müharibəsində iştirak etməsini, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsində şücaət göstərməklə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə «Qubadlının azad olunmasına görə» və «Xocavəndin azad olunmasına görə» medalları ilə təltif edilməsini, habelə əmisi oğlu mayor X2 Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmasını isə CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır, cəzasını CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 126.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 11 oktyabr 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla İmişli Rayon Polis Şöbəsində saxlanılan 1 ədəd bıçaq, Zərərçəkmiş şəxs məxsus köynək və mayka məhv edilməlidir. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı sağlamlığına zərər vurulması nəticəsində xərcləmiş olduğu 2500 manat və xəsarət alması ilə əlaqədar itirdiyi gəlirin əvəzi olaraq 1500 manat - cəmi 4000 manat pul tələbinə dair mülki iddia vermişdir. Məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddianın həll edilməsi üçün mülki mühakimə icratı qaydasında zəruri araşdırma aparılması tələb olunduğundan mülki iddia baxılmamış saxlanılmalıdır. İş üzrə məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 11 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmaqla İmişli Rayon Polis Şöbəsində saxlanılan 01 ədəd bıçaq, Zərərçəkmiş şəxs məxsus bir ədəd köynək və bir ədəd mayka məhv edilsin. Zərərçəkmiş şəxs cinayət nəticəsində vurulmuş maddi ziyana görə Təqsirləndirilən şəxs 4000 (dörd min) manat məbləğində pul tələbinə dair mülki iddiası baxılmamış saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar