Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-85/2023 14.04.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Nizami Fərzi oğlu (sədrlik edən), Musayev Aqil Əlisa oğlu və Hüseynov Nahid Nəsir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərəmov Emin Canəli oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət X2 prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı2, müdafiəçi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə xx xxxx 1973-cü ildə İmişli rayonu, Bəcrəvan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 13 saylı Şirvan ərazi idarəsinin rəisi vəzifəsində işləmiş, hazırda işləməyən, Bakı şəhəri, Yasamal rayonu, X9 küçəsi, ev 68, mənzil 37-də qeydiyyatda olmaqla Bakı şəhəri, Yasamal rayonu, X7 küçəsi, ev 33-də faktiki yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 311.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üzrə 1 iyul 2021-ci il tarixli QK-127 nömrəli əmrlə Xidmətin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin (əvvəlki Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin) 13 saylı Şirvan ərazi idarəsinin rəisi vəzifəsinə təyin edilərək həmin vəzifədə işləyərkən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanununun, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli Qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”nın (qərara 1 nömrəli əlavənin), Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 24 fevral 2009-cu il tarixli 3-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri sahəsinə aid olan qulluqçu vəzifələrinin X12 Sorğu Kitabçası”nın, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyətinin 28 fevral 2022-ci il tarixli 01 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan ərazi idarəsinin Əsasnaməsi”nin tələblərinə əsasən, daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilməsinə, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının müvafiq qanunvericilik aktlarına uyğun aparılması üçün sənədlərin düzgün rəsmiləşdirilməsinə, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün əsasların olub-olmadığının müəyyən olunmasına, qanunla müəyyən edilmiş əsaslar olduqda hüquqların dövlət qeydiyyatının dayandırılmasına, dövlət qeydiyyatına alınmasından imtina edilməsinə, məhv olmuş daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatının ləğv olunmasına, texniki sənədlərin tərtib edilməsinə, daşınmaz əmlakın inventarlaşdırılması işlərinin və ünvan reyestrinin aparılmasına nəzarət etmək, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqi hərəkətlər yerinə yetirildikdən sonra qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışı öz elektron imzası ilə təsdiqləməklə “Elektron hökumət” portalına yerləşdirilməsini, bununla da, hüquq sahibinin çıxarışı elektron üsulla real vaxt rejimində əldə etməsi imkanını, həmçinin dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq və vaxtında aparılmasını, reyestrdən verilən məlumatın tam və düzgün olmasını, habelə idarəyə ayrılan kredit, qrant və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək, tabeliyində olan işçilərin fəaliyyətinə rəhbərlik etmək, idarənin fəaliyyəti ilə bağlı vətəndaşların qəbulunu və müraciətlərinə baxılmasını təşkil etmək, vətəndaş müraciətlərində göstərilən məsələlərin həlli istiqamətində müvafiq tədbirlər görmək və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirməklə başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən, yaxud nəticələnə bilən hərəkətləri etmək hüququna malik, xidməti vəzifəsinə görə fiziki və hüquqi şəxslərin müraciəti əsasında hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlərdə hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunsuzluq aşkar etmədikdə daşınmaz əmlak üzərində hüquqların rəsmiləşdirilməsini və bu barədə elektron üsulla təqdim olunan çıxarış verilməsini təmin etməli olan vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkət müqabilində, yəni Şirvan şəhər sakini Şahid3 məxsus olmaqla ünvan 1 ünvanında yerləşən 0,0850 ha torpaq sahəsi üzərində inşa edilmiş, ümumi sahəsi 115,80 m2 olan qeyri-yaşayış binasına xüsusi mülkiyyət hüququna dair çıxarışın verilməsində köməklik göstərilməsi üçün 2021-ci ilin noyabr-dekabr aylarında cinayətdən xəbərsiz tanışı Şahid1 Şirvan şəhəri, Heydər Əliyev prospekti 20 ünvanında yerləşən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 13 saylı Şirvan ərazi idarəsinin inzibati binasındakı xidməti otağında özünə müraciəti ilə əlaqədar Şahid3 əri Şahid2 həmin qeyri-yaşayış sahəsi ilə bağlı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 13 saylı Şirvan ərazi idarəsində ********** nömrəli qeydiyyat aparılmaqla bu barədə həmin reyestrdə xüsusi mülkiyyət hüququ üzrə qeydiyyata dair hüquqlarını təsdiq edən çıxarışın verilməsinə görə özü üçün birbaşa yolla Şahid1 vasitəsilə maddi nemət olan 5.000 (beş min) manat məbləğində pul vəsaitini rüşvət qismində istəyib, qeyd edilən ünvanda sonuncu vasitəsilə həmin gün maddi nemət olan 5.000 manat məbləğində pul vəsaitini Şahid2 özü üçün birbaşa yolla rüşvət qismində alıb, verdiyi vədə əməl edərək Şahid3 tərəfindən verilmiş 22 fevral 2022-ci il tarixli 7E-1789 nömrəli etibarnamə üzrə nümayəndə qismində çıxış edən Şahid1 ünvan 1 ünvanında yerləşən 0,0850 ha torpaq sahəsi üzərində inşa edilmiş, ümumi sahəsi 115,80 m2 olan qeyri-yaşayış binasına çıxarışın verilməsi barədə rəisi olduğu publik hüquqi şəxsə 2 mart 2022-ci il tarixli müraciəti üzrə ********** nömrəli qeydiyyat aparılıb bu barədə Şahid3 18 mart 2022-ci il tarixdə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 13 saylı Şirvan ərazi idarəsində **********37-06301 reyestr nömrəsi ilə qeydiyyat aparılmaqla 18 mart 2022-ci il tarixli ********** nömrəli elektron çıxarışı öz elektron imzası ilə təsdiq edib “Elektron hökumət” portalına yerləşdirilməsini təmin etməklə hüquq sahibi tərəfindən əldə edilməsinə nail olmuşdur. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd olunan səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkət müqabilində, yəni Şirvan şəhər sakini olan tanışı Şahid1 ona məxsus ünvan 3 ünvanında yerləşən 0,03 ha torpaq sahəsinə xüsusi mülkiyyət hüququna dair çıxarış verilməsinə dair rəisi olduğu publik hüquqi şəxsə 31 yanvar 2022-ci il tarixli və sonuncunun atası – Şirvan şəhər sakini Şahid4 məxsus olmaqla ünvan 56 ha torpaq sahəsi ilə bağlı xüsusi mülkiyyət hüququna dair çıxarış verilməsinə dair rəisi olduğu publik hüquqi şəxsə 31 yanvar 2022-ci il tarixli ərizələrlə müraciət etmələri ilə əlaqədar Şahid1 aralarında olan münasibətə görə müvafiq çıxarışların verilməsində köməklik göstərilməsi üçün 2022-ci ilin fevral ayının sonu mart ayının əvvəllərində Şirvan şəhəri, Heydər Əliyev prospekti 20 ünvanında yerləşən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 13 saylı Şirvan ərazi idarəsinin inzibati binasındakı xidməti otağında özünə müraciəti ilə bağlı Şahid1 həmin torpaq sahələri ilə bağlı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 13 saylı Şirvan ərazi idarəsində ********** və ********** nömrəli qeydiyyat aparılmaqla bu barədə həmin reyestrdə xüsusi mülkiyyət hüququ üzrə qeydiyyata dair hüquqlarını təsdiq edən çıxarışın verilməsinə görə özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 1.500 (bir min beş yüz) manat məbləğində pul vəsaitini təkrarən rüşvət qismində istəyib, qeyd edilən ünvanda Şahid1 həmin gün maddi nemət olan 1.500 manat məbləğində pul vəsaitini özü üçün birbaşa yolla şəxsən təkrarən rüşvət qismində almış, verdiyi vədə əməl edərək Şahid1 ünvan 3 ünvanında yerləşən 0,03 ha torpaq sahəsinə çıxarışın verilməsi barədə həmin müraciəti üzrə ********** nömrəli qeydiyyat aparılıb bu barədə sonuncuya 10 mart 2022-ci il tarixdə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 13 saylı Şirvan ərazi idarəsində **********12 reyestr nömrəsi ilə qeydiyyat aparılmaqla 10 mart 2022-ci il tarixli ********** nömrəli elektron çıxarışı öz elektron imzası ilə təsdiq edib “Elektron hökumət” portalına yerləşdirilməsini təmin etməklə hüquq sahibi tərəfindən əldə edilməsinə, həmçinin Şahid4 ünvan 56 ha torpaq sahəsinə çıxarışın verilməsi barədə həmin müraciəti üzrə ********** nömrəli qeydiyyat aparılıb bu barədə sonuncuya 10 mart 2022-ci il tarixdə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 13 saylı Şirvan ərazi idarəsində **********13 reyestr nömrəsi ilə qeydiyyat aparılmaqla 10 mart 2022-ci il tarixli ********** nömrəli elektron çıxarışı öz elektron imzası ilə təsdiq edib “Elektron hökumət” portalına yerləşdirilməsini təmin etməklə hüquq sahibi tərəfindən əldə edilməsinə nail olmuşdur. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 13 saylı Şirvan ərazi idarəsinin rəisi vəzifəsində işlədiyi dövrdə Şirvan şəhər sakini və layihəçi-memar kimi tanıdığı Şahid1 vasitəsilə Şirvan şəhər sakini Şahid3 məxsus olan ünvan 1 ünvanında yerləşən 0,0850 ha torpaq sahəsi üzərində inşa etdirdiyi, sahəsi 115,8 m2 olan qeyri-yaşayış təyinatlı ticarət obyektinə xüsusi mülkiyyət hüququna dair çıxarışların verilməsi üçün 5000 manat pul almamışdır. Sənədlər qaydasında olduğundan ona çıxarış verilmişdir. Həmçinin Şahid1 özünə məxsus olan ünvan 3 ünvanında yerləşən 0,03 ha və atası Şahid4 məxsus olan ünvan 56 ha torpaq sahələrinə xüsusi mülkiyyət hüququna dair çıxarışların verilməsi müqabilində 1.500 manat məbləğlərdə pulu tələb edərək almamışdır. Həmin şəxslər yalnız çıxarışları almaq üçün qanunda nəzərdə tutulmuş dövlət rüsumu və xidmət haqlarını ödəmişlər. İfadəsinə əlavə olaraq göstərmişdir ki, ibtidai istintaq zamanı həyəcanlı olduğundan həmin obyektlərə çıxarışların verilməsi müqabilndə dövlət rüsumu və xidmət haqlarından əlavə özü üçün Şahid1 5.000 və 1.500 manat məbləğdə pul vəsaitləri tələb edərək alması barədə ifadələr vermişdir. Həmin ifadələri təsdiq etmir. Məhkəmədə CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və hazırki məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vəkilinin iştirakı ilə videoçəkilişlə verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vəkilinin iştirakı ilə videoçəkilişlə verdiyi ifadəsində özünü ona elan olunmuş ittiham üzrə tam təqsirli bilərək Şahid1 layihəçi memar kimi, Şahid2 isə Şirvan şəhər sakini kimi tanıdığını, həmin şəxslərlə ədavət və düşmənçiliyi olmadığını, 2021-ci ilin noyabr-dekabr aylarında Çingiz onunla 13 saylı Şirvan ərazi idarəsinin inzibati binasındakı xidməti otağında təklikdə görüşərək, tanışı Şirvan şəhər sakini Şahid2 arvadı Şahid3 xüsusi mülkiyyətində olmaqla ünvan 1 ünvanında yerləşən 0,0850 ha torpaq sahəsi üzərində inşa etdirdiyi, sahəsi 115,8 m2 olan qeyri-yaşayış təyinatlı ticarət obyektinə xüsusi mülkiyyət hüququna dair çıxarış almaq istədiyini bildirərək bu məsələdə köməklik göstərməyini xahiş etdiyini, Mehmanın verdiyi sənədləri ona təqdim etdiyini, o isə torpaq sahəsinin və obyektin sənədlərinə baxaraq torpaq sahəsinin çıxarışı, tikintiyə icazə aktı, istismara hazırlıq aktı, tikilən qeyri-yaşayış binasının təsdiq olunmuş layihəsi və kod-şəhadətnaməsinin olduğunu, yəni sənədlərdə hər hansı çatışmazlıq olmadığını , obyektin yerləşdiyi torpaq sahəsinin sahibi Şahid3 əri Şahid2la normal tanışlıq münasibətinin olduğunu, ona görə də, məsələnin qısa müddət ərzində həllinin vacibliyini, bunun müqabilində rəsmi qaydada ödənilməli olan dövlət rüsumu və xidmət haqlarından əlavə ona bəxşiş, şirinlik kimi 5.000 manat pul verəcəyini bildirdiyini, yəni Çingizin özünun ona pul təklif etdiyini, o isə buna etiraz etmədiyini, 1-2 gün sonra Çingiz yenidən onunla xidməti otağında təklikdə görüşüb pulu gətirdiyini bildirərək, 5.000 manatı tam həcmdə ona verdiyini, o isə həmin puldan 500 manat çıxarıb Çingizə qaytararaq şəxsi ehtiyaclarına xərcləməsini bildirdiyini, lakin o, müvafiq məsələnin həll olunması müqabilində 5.000 manat pulu qəbul etməyə razılaşarkən alacağı vəsaitdən Çingizə hər hansı məbləğdə pul verəcəyini əvvəlcədən vəd etmədiyini, Çingiz də ondan özü üçün pul istəmədiyini, sadəcə, proseslərdə Çingiz iştirak etdiyinə, pulu alıb ona gətirdiyinə görə öz təşəbbüsü ilə bir qismini Çingizə verdiyini,pulun 500 manatını Çingizə verdikdən sonra qalan 4.500 manatı tam həcmdə öz şəxsi ehtiyaclarına sərf etdiyini, həmin vəsaitdən idarənin işçilərinə, rəhbərliyə və ya başqa şəxslərə hər hansı məbləğdə pul vermədiyini,pulu aldıqdan sonra 2022-ci ilin mart ayınadək tabeliyindəki işçilər tərəfindən zəruri sənədləşmə proseslərinin icra olunmasını, bütün proseduralar yerinə yetirildikdən sonra reyestr tərəfindən elektron qaydada təqdim olunan çıxarışı öz elektron imzası ilə təsdiq edib “Elektron hökumət” portalına yerləşdirilməsini, bununla da, çıxarışın hüquq sahibi tərəfindən əldə olunmasını təmin etdiyini, bundan başqa 2022-ci ilin fevral ayının sonu - mart ayının əvvəllərində Çingiz yenidən xidməti otağında təklikdə ona müraciət edərək, özünə məxsus olmaqla ünvan 3 ünvanında yerləşən 0,03 ha və atası Şahid4 məxsus olmaqla ünvan 56 ha torpaq sahələrinin hər ikisini 2005-2006-cı illərdə Şirvan şəhər Bələdiyyəsindən alqı-satqı müqaviləsi əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün aldıqlarını, lakin heç birini özəlləşdirmədiklərini, ona görə də, həmin torpaq sahələrinə çıxarış almaq istədiklərini, bu barədə ərizələrlə 13 saylı Şirvan Ərazi İdarəsinə müraciət etdiklərini, lakin çıxarışın verilməsi prosesinin ləngidiyini bildirdiyindən o, torpaq sahələrinin sənədlərinə baxaraq qaydasında olduğunu gördüyünü, Çingiz yenə də öz təşəbbüsü ilə ona pul təklif edib hər iki torpaq sahəsinə çıxarışın verilməsi müqabilində şirinlik kimi ümumilikdə 1.500 manat verəcəyini dediyini o isə etiraz etmədiyini, bundan 2-3 gün sonra həmin ünvanda 1.500 manat pulu Çingizdən şəxsən aldığını, pulu aldıqdan sonra 2022-ci ilin mart ayında tabeliyindəki işçilər tərəfindən zəruri sənədləşmə proseslərinin icrasının başa çatdırılmasını, bütün prosedurlar yerinə yetirildikdən sonra reyestr tərəfindən elektron qaydada təqdim olunan çıxarışları öz elektron imzası ilə təsdiq edib “Elektron hökumət” portalına yerləşdirilməsini, bununla da, çıxarışların hüquq sahibləri tərəfindən əldə olunmasını təmin etdiyini bildirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ittiham olunan cinayət əməlini törətməsi özünün məhkəmədə tədqiq edilmiş ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən başqa, dindirilmiş şahidlərin ifadələri, üzləşdirmədə dindirmə istintaq hərəkəti protokolları, maddi sübutlar, sənədlər və işin faktiki halları ilə ona tamamilə sübutdur. Məhkəmədə dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs iş fəaliyyəti ilə əlaqədar təxminən 2020-ci ildən tanıyır .O liçenziya ilə lahiyyə işləri ilə məşğul olur. 2021-ci ilin noyabr-dekabr aylarında tanışı Şirvan şəhər sakini Şahid2 ona müraciət edərək arvadı Şahid3 məxsus, ünvan 1 ünvanında yerləşən torpaq sahəsi üzərində inşa etdirdiyi, sahəsi 115,8 m2 olan qeyri-yaşayış təyinatlı ticarət obyektinə xüsusi mülkiyyət hüququna dair çıxarış almaq istədiyini bildirərək bu məsələdə köməklik göstərməyini xahiş etmiş, o da bununla əlaqədar olaraq 13 saylı Şirvan ərazi idarəsinin rəisi Təqsirləndirilən şəxslə danışmış və bunun müqabilində Mehmanın ona 5000 manat pul təklif etdiyini bildirmiş və həmin pulu Mehmandan alaraq Fətəliyə vermək istəsə də Fətəli həmin pulu ondan almamış, o da pulu aparıb Mehmana qaytarmışdır. X8 məxsus çıxarış vermişdir. Sonra da o Fətəli ilə danışaraq özünə məxsus olmaqla ünvan 3 ünvanında yerləşən 0,03 ha və atası Şahid4 məxsus olmaqla ünvan 56 ha torpaq sahələrinə çıxarışın verilməsini xahiş etmiş və buna görə 0na 15 manat pul vermişdir. Lakin Fətəli həmin pulu ona qaytarmış və torpaqlara mülkiyyət hüququnu təsdiq edən çıxarışlar vermişdir. O ifadəsinə əlavə olaraq göstərmişdir ki, Fətəliyə pul verməsi barədə videoçəkilişlə ifadə vermişdir. 3 ay əvvəl onun danışıqlarının dinlənildiyini bilib istintaqa o cür ifadə vermişdir. Müstəntiqə inanıb ifadəsini imzalamışdır. Məhkəmədə CPM-nin 329.1-ci maddəsinə əsasən (şahidin əvvəllər vermiş olduğu və hazırki məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Şahid1 ibtidai istintaq zamanı videoçəkilişlə verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Şahid1 ibtidai istintaq zamanı videoçəkilişlə verdiyi ifadəsində Təqsirləndirilən şəxs iş fəaliyyəti ilə əlaqədar təxminən 2020-ci ilin sonlarından tanıyır, sonuncu ilə hər hansı yaxın münasibəti və ədavəti yoxdur. 2021-ci ilin noyabr-dekabr aylarında tanışı - Şirvan şəhər sakini Şahid2 ona müraciət edərək arvadı Şahid3 xüsusi mülkiyyətində olmaqla ünvan 1 ünvanında yerləşən torpaq sahəsi üzərində inşa etdirdiyi, sahəsi 115,8 m2 olan qeyri-yaşayış təyinatlı ticarət obyektinə xüsusi mülkiyyət hüququna dair çıxarış almaq istədiyini bildirərək bu məsələdə köməklik göstərməyini xahiş etmiş, o isə torpaq sahəsinin və obyektin sənədlərinə baxmaq istədiyini bildirmiş, Mehman Şirvan şəhəri ərazisində görüşərək sənədləri ona təqdim etmiş, o, sənədlərə baxarkən torpaq sahəsinin çıxarışı, tikintiyə icazə aktı, istismara hazırlıq aktı və tikilən qeyri-yaşayış binasının təsdiq olunmuş layihəsinin olduğunu, yalnız kod-şəhadətnaməsinin olmadığını görüb həmin sənədi almasını tapşırmışdır. Məlumat üçün bildirmişdir ki, kod-şəhadətnamə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilən, tikintinin qanunsuz olmadığını və Komitədə reyestr qeydiyyatına alındığını təsdiq edən sənəddir. Onun tövsiyəsi əsasında Mehman obyektə dair kod-şəhadətnaməni 15-20 gün ərzində alaraq yenidən ona müraciət etmiş, o isə 13 saylı Şirvan ərazi idarəsinin rəisi Təqsirləndirilən şəxslə yaxşı münasibətinin olduğunu, sonuncudan qeyri-yaşayış obyektinə xüsusi mülkiyyət hüququna dair çıxarışın qısa müddət ərzində heç bir problem yaradılmadan verilməsini xahiş edəcəyini, məsələnin həll olunması üçün bütün səylərindən istifadə edəcəyini bildirmiş, obyektə dair bütün sənədləri Fətəliyə göstərmək üçün Mehmandan götürmüş, Fətəli ilə müzakirənin nəticəsi barədə Mehmana məlumat verəcəyini bildirmişdir. 2-3 gün sonra o, Mehmanın təqdim etdiyi sənədlərlə birlikdə 13 saylı Şirvan ərazi idarəsinin rəisi Təqsirləndirilən şəxs xidməti otağında təklikdə qəbuluna getmiş, sənədləri təqdim edərək müvafiq qeyri-yaşayış obyektinə xüsusi mülkiyyət hüququna dair çıxarış verilməsini istədiyini, obyektin yerləşdiyi torpaq sahəsinin sahibi Şahid3 əri Şahid2la normal tanışlıq münasibətinin olduğunu, ona görə də, məsələnin qısa müddət ərzində həllinin vacibliyini Fətəlinin nəzərinə çatdırmış, Fətəli sənədlərə baxaraq qaydasında olduğunu, lakin obyektə dair çıxarışın verilməsi üçün dövlət rüsumu və xidmət haqqından əlavə, özü üçün 5.000 (beş min) manat məbləğdə pul tələb olunduğunu bildirmiş, həmin puldan tabeliyində olan işçilərə və ya qeyrilərinə hər hansı məbləğdə pul verib-verməyəcəyini deməmiş, çıxarışların verilməsi ərazi idarəsinin rəisinin səlahiyyətində olduğuna görə o, həmin pulun tam həcmdə Fətəliyə qalacağını düşünmüş və əlavə sual vermədən Fətəlinin təklifini Mehmana çatdıracağını qeyd etmişdir. Həmin gün o, Şirvan şəhəri ərazisində Mehmanla görüşüb Fətəlinin müvafiq məsələnin müsbət həll edilməsi müqabilində 5.000 manat pul istəməsi barədə məlumat vermiş, Mehman isə sənədləşmədə ləngimənin olmaması üçün tələb olunan pulu düzəldib verəcəyini demişdir. Ertəsi gün o, Mehmanla Şirvan şəhəri, X10 prospektində yerləşən "xxxx" MMC-nin ofisində təklikdə görüşüb 5.000 manat pulu almış, pulu aldıqdan sonrakı gün isə tam həcmdə Təqsirləndirilən şəxs 13 saylı Şirvan ərazi idarəsinin inzibati binasındakı xidməti otağında təklikdə vermiş, Fətəli həmin puldan 500 manat çıxarıb ona verərək şəxsi ehtiyaclarına xərcləməsini bildirmişdir. Lakin Fətəli müvafiq məsələnin həll olunması müqabilində 5.000 manat pul tələb edərkən alacağı vəsaitdən ona hər hansı məbləğdə pul verəcəyini vəd etməmiş, o da Fətəlidən və ya Mehmandan özü üçün pul istəməmiş, sadəcə Mehmanla münasibəti olduğuna görə xahişinin yerinə yetirilməsini, işinin ləngimədən həll olunmasını istəmişdir. Fətəli ona əvvəlcədən pul verməyi vəd etməsə də, yekunda 5.000 manat puldan 500 manat verərkən buna etiraz etməmiş, həmin pulu götürüb öz şəxsi ehtiyaclarına sərf etmiş, lakin bu barədə Mehmana heç nə deməmişdir. Zəruri sənədləşmə proseslərində Mehmanın arvadı Şahid3 tərəfindən verilmiş etibarnamə əsasında o iştirak etmiş, çıxarışın alınması üçün bütün zəruri sənədləşmə proseslərini icra etmiş, 2022-ci ilin mart ayında 13 saylı Şirvan ərazi idarəsindən obyektə dair çıxarış təqdim olunmuş, bundan sonra Mehman əvvəlcədən verdiyi 5.000 manatdan əlavə, rəsmi qaydada 1.069 manat xidmət haqqı və 125 manat dövlət rüsumu ödəmişdir. Bundan başqa onun xüsusi mülkiyyətində ünvan 3 ünvanında yerləşən 0,03 ha, atası Şahid4 xüsusi mülkiyyətində isə ünvan 56 ha torpaq sahələri mövcuddur. Həmin torpaq sahələrinin hər ikisini 2005-ci ildən sonrakı dövrdə Şirvan şəhər Bələdiyyəsindən alqı-satqı müqaviləsi əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün alsalar da, 2022-ci ilədək heç birini özəlləşdirməmişlər. Həmin torpaq sahələrinə xüsusi mülkiyyət hüququna dair çıxarış almaq üçün 2022-ci ilin yanvar ayının sonlarında hər ikisi 13 saylı Şirvan ərazi idarəsinə rəsmi müraciət etmiş, lakin çıxarışların verilməsi prosesi uzanmışdır. Ona görə də, sənədləşməni problem olmadan qısa müddət ərzində yekunlaşdırmaq və çıxarış almaq üçün 2022-ci ilin fevral ayının sonu - mart ayının əvvəllərində yenidən Təqsirləndirilən şəxs 13 saylı Şirvan ərazi idarəsinin inzibati binasındakı xidməti otağında təklikdə müraciət etmiş, Fətəli torpaq sahələrinin sənədlərinə baxaraq qaydasında olduğunu demiş, o, Fətəlidən aralarındakı tanışlıq münasibətlərinə görə məsələni münasib qiymətə həll etməsini xahiş etmiş, Fətəli isə hər iki torpaq sahəsinə çıxarışın verilməsi müqabilində ödəniləcək dövlət rüsumları və xidmət haqlarından əlavə, özü üçün 1.500 (bir min beş yüz) manat pul tələb etmiş, o razılaşıb zəruri sənədləri təqdim edərək, 2-3 gün sonra həmin ünvanda 1.500 manat pulu Təqsirləndirilən şəxs şəxsən vermişdir. Bundan sonra çıxarışların alınması üçün bütün zəruri sənədləşmə proseslərini yekunlaşdırıb 2022-ci ilin mart ayında 13 saylı Şirvan ərazi idarəsindən hər iki torpaq sahəsinə dair çıxarışları əldə etmiş, bir müddət sonra, çıxarışların alınmasına görə əvvəlcədən Fətəliyə verdiyi 1.500 manatdan əlavə, öz torpaq sahəsinə görə 50 manat dövlət rüsumu və 303,50 manat xidmət haqqı, atasının torpağına görə isə 336,50 manat xidmət haqqı və 50 manat dövlət rüsumunu rəsmi qaydada ödəmişdir. Təqsirləndirilən şəxs müvafiq olaraq 5.000 və 1.500 manat məbləğdə pul vəsaitlərini Şirvan şəhərində yerləşən 2 ədəd torpaq sahəsinə və 1 ədəd qeyri-yaşayış obyektinə xüsusi mülkiyyət hüququna dair çıxarış almaq üçün dövlət rüsumları və xidmət haqlarından əlavə, Fətəlinin özü üçün vermişdir.Təqsirləndirilən şəxs müvafiq olaraq 5.000 və 1.500 manat məbləğdə pul vəsaitlərini çıxarış almaq üçün təqdim edilən sənədlərdə mövcud olan hər hansı nöqsan və çatışmazlığın aradan qaldırılması və ya həmin nöqsan və çatışmazlıqlarla daşınmaz əmlak obyektlərinə çıxarış verilməsi məqsədilə verməmişdir, çünki təqdim edilən sənədlərdə heç bir nöqsan və çatışmazlıq olmamış, hər üç daşınmaz əmlak obyektinə çıxarış almaq üçün tələb olunan sənədlər tam qaydasında olmuşdur. Sadəcə olaraq, Təqsirləndirilən şəxs müvafiq olaraq 5.000 və 1.500 manat məbləğdə pul vəsaitlərini çıxarışın verilməsində ləngimənin olmaması və digər problemlərin ortaya çıxmaması üçün vermişdir. Təqsirləndirilən şəxs müvafiq olaraq 5.000 və 1.500 manat məbləğdə pul vəsaitləri verməsindən başqa şəxslərin, o cümlədən atası Şahid4 əvvəlcədən məlumatı olmamışdır. Məhkəmə iclasında Şahid1 daha sonra ifadə verərək əvvəlki məhkəmə iclasında verdiyi ifadəni təsdiq etmədiyini, ibtidai istintaq zamanıverdiyi ifadəsinin düz olduğunu və həmin ifadəni təsdiq etdiyini bildirmişdir. Cinayət işinin materiallarında olan üzləşdirmədə istintaq hərəkəti protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Şahid1 ifadələrində göstərdiyi xüsusatları, yəni 2021-ci ilin noyabr ayından 2022-ci ilin mart ayınadək olan müddət ərzində Şirvan şəhər sakini Şahid2 arvadı Şahid3 məxsus olmaqla ünvan 1 ünvanında yerləşən 0,0850 ha torpaq sahəsi üzərində inşa etdirdiyi, sahəsi 115,8 m2 olan qeyri-yaşayış təyinatlı ticarət obyektinə, habelə özünə məxsus olmaqla ünvan 3 ünvanında yerləşən 0,03 ha və atası Şahid4 məxsus olmaqla ünvan 56 ha torpaq sahələrinə xüsusi mülkiyyət hüququna dair çıxarışların verilməsi müqabilində Təqsirləndirilən şəxs ondan özü üçün müvafiq olaraq 5.000 və 1.500 manat məbləğlərdə pul vəsaitini tələb edib aldığını, o cümlədən özü və atası müvafiq torpaq sahələrinə çıxarış almaq üçün 13 saylı Şirvan ərazi idarəsinə 2022-ci ilin yanvar ayının sonlarından rəsmi müraciət ünvanlasalar da, fevral ayının sonu – mart ayının əvvəllərinədək çıxarışların verilməsinin təmin olunmadığını, ona görə də, məsələnin daha çox ləngimədən müsbət həll olunması yollarını Təqsirləndirilən şəxslə müzakirə edərkən sonuncunun aralarındakı tanışlıq naminə onu digərlərindən fərqləndirərək sərfəli qiymətə, yəni 1.500 manat müqabilində hər iki torpaq sahəsinə çıxarışların verilməsini təmin edəcəyini bildirdiyini, yalnız tələb olunan pulu Təqsirləndirilən şəxs verdikdən sonra bir neçə gün ərzində çıxarışları əldə etdiklərini Təqsirləndirilən şəxs üzünə deməklə sonuncunun törətdiyi cinayət əməllərini ifşa etmişdir. Üzləşmə zamanı Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək, ünvan 1 ünvanında yerləşən 0,0850 ha torpaq sahəsi üzərində inşa edilmiş sahəsi 115,8 m2 olan qeyri-yaşayış təyinatlı ticarət obyektinə, habelə ünvan 3 ünvanında yerləşən 0,03 ha və ünvan 56 ha torpaq sahələrinə xüsusi mülkiyyət hüququna dair çıxarışların verilməsi müqabilində Şahid1 5.000 və 1.500 manat məbləğlərdə pul vəsaitini istəyərək aldığını bir daha bildirmişdir. Dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, bir neçə il əvvəl ünvan 1 ünvanında avtomobil yolunun kənarında yerləşən ərazidən 0,0850 ha ölçüdə boş torpaq sahəsini Şirvan şəhər Bələdiyyəsindən hərrac yolu ilə almış və orada sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün sahəsi 115,80 m2 olan qeyri-yaşayış obyekti tikmişdir. 2021-ci ilin noyabr-dekabr aylarında həmin qeyri-yaşayış obyektinə arvadı Şahid3 adına mülkiyyət hüququ verilməsi ilə əlaqədar olaraq çıxarış almaq üçün tanışı Şahid1 müraciət etmiş, o da Fətəli ilə danışacağını demiş, sonradan Fətəli ilə danışdığını bu işin həlli üçün 5000 manat dövlət rüsumu lazım olduğunu demiş, o da razılaşaraq 5000 manat pulu Fətəliyə vermişdir.Fətəli də onun arvadının adına mülkiyyət hüququnu təstiq edən çıxarış vermişdir. Sonra da Çingiz 5000 manat pulu ona qaytarmışdır. İstintaq zamanı ifadə verərkən ona hər hansı təsir və ya təzyiq olunmamışdır. Məhkəmədə CPM-nin 329.1-ci maddəsinə əsasən (şahidin əvvəllər vermiş olduğu və hazırki məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, bir neçə il əvvəl ünvan 1 ünvanında avtomobil yolunun kənarında yerləşən ərazidən 0,0850 ha ölçüdə boş torpaq sahəsini Şirvan şəhər Bələdiyyəsindən hərrac yolu ilə almış və orada sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün sahəsi 115,80 m2 olan qeyri-yaşayış obyekti tikmişdir. 2021-ci ilin noyabr-dekabr aylarında həmin qeyri-yaşayış obyektinə arvadı Şahid3 xüsusi mülkiyyət hüququnu təsdiq edən çıxarış almaq üçün həm Şirvan şəhər sakini, həm də layihəçi-memar kimi əvvəldən tanıdığı, normal münasibətləri olan, iş fəaliyyətinə görə daşınmaz əmlakın sənədləşdirilməsində köməklik göstərmək üçün müvafiq sahədə məsul şəxslərlə əlaqələrinin olduğunu bildiyi Şahid1lə Şirvan şəhəri ərazisində görüşərək bu barədə müraciət etmiş, sonuncuya obyekt və obyektin yerləşdiyi torpaq sahəsi barədə məlumat verib müvafiq sənədləri təqdim etmişdir. Bəhs etdiyi qeyriyaşayış binasının memarlıq-planlaşdırma bölməsi, yəni layihəsi də Çingiz tərəfindən hazırlanmışdır. Çingiz sənədlərə baxdıqda torpaq sahəsinin çıxarışı, tikintiyə icazə aktı, istismara hazırlıq aktı və tikilən qeyri-yaşayış binasının təsdiq olunmuş layihəsinin olduğunu, yalnız kod-şəhadətnaməsinin olmadığını görüb həmin sənədi almağı tapşırmış, o, obyektə dair kod-şəhadətnaməni 15-20 gün ərzində alaraq yenidən Çingizə müraciət etmiş, Çingiz DƏDKR PHŞ-nin 13 saylı Şirvan ərazi idarəsinin rəisi Təqsirləndirilən şəxslə yaxşı münasibətinin olduğunu, sonuncudan qeyri-yaşayış obyektinə xüsusi mülkiyyət hüququna dair çıxarışın qısa müddət ərzində heç bir problem yaradılmadan verilməsini xahiş edəcəyini, məsələnin həll olunması üçün bütün səylərindən istifadə edəcəyini bildirmiş, obyektə dair bütün sənədləri Fətəliyə göstərmək üçün ondan götürmüş, Fətəli ilə müzakirənin nəticəsi barədə ona məlumat verəcəyini demişdir. O, Fətəlini Şirvan ərazi idarəsinin rəisi kimi tanısa da, sonuncu ilə şəxsi münasibəti olmadığına görə cari məsələ ilə əlaqədar görüşüb danışmamış, məsələni həll etməyi Çingizdən xahiş etmiş, lakin obyektin rəsmi sahibi olan arvadı Şahid3 Çingizlə də sözügedən məsələ ətrafında ünsiyyəti olmamışdır. Bir neçə gün sonra Çingizlə Şirvan şəhəri ərazisindəki növbəti görüşü zamanı sonuncu, 13 saylı Şirvan ərazi idarəsinin rəisi Təqsirləndirilən şəxs ilə görüşüb danışdığını, Fətəlinin arzu olunan məsələni müsbət həll etmək, yəni ünvan 1 ünvanında yerləşən, sahəsi 115,80 m2 olan iki mərtəbəli qeyri-yaşayış obyektinə onun arvadı Şahid3 xüsusi mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsini təmin etmək müqabilində dövlət rüsumu və xidmət haqqından əlavə, 5.000 (beş min) manat məbləğdə pul tələb etdiyini bildirmiş, lakin pulun kimlər arasında və hansı qaydada bölüşdürüləcəyini deməmiş, pulun kimlərə çatacağı ona maraqlı olmadığına görə o da bu barədə heç nə soruşmamış və tələb olunan pulu verməyə razılaşmışdır. Ertəsi gün o, Çingizlə Şirvan şəhəri, X10 prospektində yerləşən, Çingizə məxsus olan "xxxx" MMC-nin ofisində təklikdə görüşüb 5.000 manat pulu özünə vermiş, pulu aldıqdan sonrakı gün isə Çingiz ona məlumat verərək pulu tam həcmdə Təqsirləndirilən şəxs təqdim etdiyini, məsələnin heç bir problem olmadan həll olunacağını bildirmişdir. Pul məsələsi həll olunduqdan bir müddət sonra arvadı Şahid3 Şahid1 sənədləşmə proseslərində onun adından iştirak etmək üçün etibarnamə vermiş, qısa müddət ərzində reyestrdən Şahid3 xüsusi mülkiyyət hüququnu təsdiq edən çıxarış təqdim olunmuş, bundan sonra o, əvvəlcədən Çingiz vasitəsilə Fətəliyə verdiyi 5.000 manatdan əlavə, çıxarışı almağa görə rəsmi qaydada terminal vasitəsilə 1.069 manat xidmət haqqı və 125 manat dövlət rüsumu ödəmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Şahid2 məhkəməyə göndərdiyi ərizə teleqramdan görünür ki, Şahid2 məhkəməyə teleqram ərizə göndərərək Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə ibtidai istintaq zamanı verdiyi ifadənin doğruluğunu təsdiq etdiyini, məhkəmə baxışı zamanı fərqli məzmunda ifadə verməsinin səbəbinin onun ağır formada cəzalandırılmasını istəmədiyinin olmasını, lakin təkrarən Şahid3 məxsus qeyri yaşayış sahəsinə çıxarış almaq üçün Şahid1 5000 manat pul verdiyini və istintaqa verdiyi ifadəsinin nəzərə alınmasını və növbəti məhkəməyə dəvət olunmamasını bildirmişdir. Cinayət işinin materiallarında olan üzləşdirmədə istintaq hərəkəti protokolundan görünür ki, Şahid1 ilə Şahid2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı onlar şahid qismində istintaqa verdikləri ifadələrində göstərdikləri xüsusatları birbirinin üzünə qarşı bir daha təsdiq etmişlər. Dindirilmiş Şahid4 göstərmişdir ki, bir neçə il əvvəl Şirvan şəhər Bələdiyyəsindən ünvan 56 ha torpaq sahəsini almış, lakin 2022-ci ilədək özəlləşdirməmişdir. Onun torpaq sahəsinin yanında oğlu Şahid1 məxsus olan 0,03 ha torpaq sahəsi də var. Hər ikisi özlərinə məxsus torpaq sahələri üzərində xüsusi mülkiyyət hüququnu təsdiq edən çıxarışlar almaq üçün 2022-ci ilin yanvar ayında 13 saylı Şirvan ərazi idarəsinə rəsmi müraciət etmiş və 2022-ci ilin mart ayında reyestrdən müvafiq çıxarışlar təqdim olunmuşdur. Şahid1 torpaq sahələrinə dövlət reyestrindən çıxarış verilməsi müqabilində 13 saylı Şirvan ərazi idarəsinin rəisi Təqsirləndirilən şəxs 1.500 manat məbləğində pul verməsindən xəbəri olmamışdır. İttiham və müdafiə tərəfin razılığı ilə məhkəmədə ifadəsi elan olunmaqla tədqiq edilmiş gəlməyən Şahid3 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki, bir neçə il əvvəl əri Şahid2 ünvan 1 ünvanında avtomobil yolunun kənarında yerləşən ərazidən 0,0850 ha ölçüdə boş torpaq sahəsini Şirvan şəhər Bələdiyyəsindən hərrac yolu ilə almış və orada sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün sahəsi 115,80 m2 olan qeyri-yaşayış obyekti tikmişdir. 2022-ci ilin qış aylarında həmin qeyri-yaşayış obyektinə onun xüsusi mülkiyyət hüququmu təsdiq edən çıxarış almaq üçün DƏDKR PHŞ-nin 13 saylı Şirvan ərazi idarəsində zəruri sənədləşmə proseslərini icra etmək məqsədilə o, həmin vaxta qədər tanımadığı layihəçi-memar Şahid1 etibarnamə vermiş, Çingiz onun adından rəsmi prosedurların həyata keçirilməsində iştirak etmiş, 2022-ci ilin mart ayında isə bəhs edilən obyektə çıxarış verilmişdir.Sonradan Mehmanın ona deməsinə görə, birinci, həmin məsələnin müsbət həll olunması müqabilində 13 saylı Şirvan ərazi idarəsinin rəisi Təqsirləndirilən şəxs çatdırmaq üçün Şahid1 sənədləşmələrdən əvvəl 5.000 manat pul vermişdir. Lakin o, bu proseslərdə iştirak etməmiş, Çingizlə və Fətəli ilə bununla bağlı ünsiyyətdə olmamışdır, Fətəlini ümumiyyətlə, tanımır. Cinayət işinin materiallarında olan Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 06 iyun 2022-ci il tarixli qərarının surətindən görünür ki, həmin qərara əsasən Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə texniki vasitələrdən istifadə etməklə gizli video və foto çəkilişlərin aparılması, habelə yaşayış və gedib-gəldiyi əməliyyat marağı kəsb edən yerlərə, o cümlədən binaya daxil olma və baxış keçirmə əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verilməsi barədə qərar qəbul edilmişdir. Cinayət işinin materiallarında olan 7 iyun 2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin qərarından görünür ki, həmin qərara əsasən Şahid1 barəsində 1 ay müddətinə texniki vasitələrdən istifadə etməklə gizli video və foto çəkilişlərin aparılması, habelə yaşayış və gedib-gəldiyi əməliyyat marağı kəsb edən yerlərə, o cümlədən binaya daxil olma və baxış keçirmə əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verilməsi barədə qərar qəbul edilmişdir. Cinayət işinin materiallarında olan "xxxx" MMC-dən 28 iyul 2022-ci il tarixli BKC/LGL-10877/22 nömrəli və "xxxx" MMC-dən 01 avqust 2022-ci il tarixli 13698 nömrəli məktublarla daxil olmuş telefon danışıqları ilə bağlı disklərə baxış keçirilməsi haqqında müvafiq olaraq 3 avqust 2022-ci il və 4 avqust 2022-ci il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs məxsus (050) *** ** ** nömrəsi ilə Şahid1 məxsus (055) *** ** ** nömrəsi arasında xx.xx.2022-ci il tarixdə saat 10:32:22-də 35 saniyə, xx.xx.2022-ci il tarixdə saat 16:32:48-də 113 saniyə, xx.xx.2022-ci il tarixdə saat 15:33:40-da 36 saniyə, xx.xx.2022-ci il tarixdə saat 17:51:57-də 35 saniyə, xx.xx.2022-ci il tarixdə saat 12:53:39da 54 saniyə, xx.xx.2022-ci il tarixdə saat 13:31:29-da 29 saniyə, xx.xx.2022-ci il tarixdə saat 16:45:19-da 149 saniyə, xx.xx.2022-ci il tarixdə saat 17:00:27-də 40 saniyə, saat 17:01:22-də 20 saniyə, xx.xx.2022-ci il tarixdə saat 10:51:13-də 27 saniyə, xx.xx.2022-ci il tarixdə saat 15:43:17-də 54 saniyə, xx.xx.2022-ci il tarixdə saat 14:57:21-də 111 saniyə, xx.xx.2022-ci il tarixdə saat 11:49:31-də 192 saniyə,Şahid2 məxsus (050) *** ** ** nömrəsi ilə Şahid1 məxsus (055) *** ** ** nömrəsi arasında xx.xx.2022-ci il tarixdə saat 10:45:43də 37 saniyə, saat 11:01:49-da 16 saniyə, xx.xx.2022-ci il tarixdə saat 10:57:56-da 263 saniyə, saat 11:03:13-də 42 saniyə, xx.xx.2022-ci il tarixdə saat 11:20:39-da 20 saniyə, xx.xx.2022-ci il tarixdə saat 12:49:39-da 124 saniyə davam edən telefon danışıqlarının baş tutduğu müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”ndən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri daşınmaz əmlakın dövlət reyestrinin, daşınmaz əmlakın vahid dövlət kadastrının, dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyətinin 28 fevral 2022-ci il tarixli 01 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan ərazi idarəsinin Əsasnaməsi”nə görünür ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrinin, daşınmaz əmlakın vahid dövlət kadastrının, dövlət torpaq kadastrının tərtib edilməsi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı, daşınmaz əmlakın inventarlaşdırılması və qiymətləndirilməsi sahəsində Şirvan şəhəri, Salyan, Sabirabad, Saatlı, Hacıqabul və Neftçala rayonları üzrə fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 26 iyun tarixli 1382 nömrəli Fərmanının 8-ci hissəsinə uyğun olaraq DƏDKR-in tabeliyinə verilmiş ixtisaslaşdırılmış hüquqi şəxsdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üzrə 1 iyul 2021-ci il tarixli QK-127 nömrəli əmrdən görünür ki, Təqsirləndirilən şəxs Xidmətin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin (əvvəlki Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin) 13 saylı Şirvan ərazi idarəsinin rəisi vəzifəsinə təyin edilmiş, Xidmət üzrə 19 iyul 2022-ci il tarixli K-235 nömrəli əmrə əsasən, öz xahişi ilə tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarına olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üzrə 30 iyul 2021-ci il tarixli M-57 nömrəli və 8 iyun 2022ci il tarixli M-72 nömrəli əmrlərə əsasən, Təqsirləndirilən şəxs Xidmətin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin (əvvəlki Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin) 13 saylı Şirvan ərazi idarəsinin rəisi vəzifəsində işlədiyi dövr ərzində iki dəfə, yəni 16 avqust 2021-ci ildən 9 sentyabr 2021-ci ilədək və 8 iyun 2022-ci ildən 7 iyul 2022-ci ilədək əmək məzuniyyətində olmuşdur. İş materiallarında olan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanununun 12-ci maddəsində göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökümət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli Qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”nın (qərara 1 nömrəli əlavənin) 2.5-ci bəndində göstərilmişdir ki, bu Qaydalarda nəzərdə tutulmuş hüquqi hərəkətlərin həyata keçirilməsi ilə bağlı elektron qaydada dövlət reyestrindən çıxarış tərtib edilir, sənədlərin qəbulu və verilməsi şöbəsinin məsul şəxsi tərəfindən qeydiyyata alınır. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış ərazi idarəsinin rəhbərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə, “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən, elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 24 fevral 2009-cu il tarixli 3-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri sahəsinə aid olan qulluqçu vəzifələrinin X12 Sorğu Kitabçası”nda göstərilmişdir ki, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyat şöbəsinin rəhbərinin əmək funksiyası daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilməsinə, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının müvafiq qanunvericilik aktlarına uyğun aparılması üçün sənədlərin düzgün rəsmiləşdirilməsinə nəzarət etməkdən və tabeliyində olan işçilərin fəaliyyətinə rəhbərlik etməkdən ibarətdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyətinin 28 fevral 2022-ci il tarixli 01 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan ərazi idarəsinin Əsasnaməsi”nin müddəalarına əsasən, ərazi idarəsinin rəisi bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün əsasların olub-olmadığının müəyyən olunmasına, qanunla müəyyən edilmiş əsaslar olduqda hüquqların dövlət qeydiyyatının dayandırılmasına, dövlət qeydiyyatına alınmasından imtina edilməsinə, məhv olmuş daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatının ləğv olunmasına, texniki sənədlərin tərtib edilməsinə, daşınmaz əmlakın inventarlaşdırılması işlərinin və ünvan reyestrinin aparılmasına nəzarət etmək, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqi hərəkətlər yerinə yetirildikdən sonra qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışı öz elektron imzası ilə təsdiqləməklə “Elektron hökumət” portalına yerləşdirilməsini, bununla da, hüquq sahibinin çıxarışı elektron üsulla real vaxt rejimində əldə etməsi imkanını, həmçinin dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq və vaxtında aparılmasını, reyestrdən verilən məlumatın tam və düzgün olmasını, habelə idarəyə ayrılan kredit, qrant və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək, tabeliyində olan işçilərin fəaliyyətinə rəhbərlik etmək, idarənin fəaliyyəti ilə bağlı vətəndaşların qəbulunu və müraciətlərinə baxılmasını təşkil etmək, vətəndaş müraciətlərində göstərilən məsələlərin həlli istiqamətində müvafiq tədbirlər görmək və digər səlahiyyətlərə malikdir. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 18 mart 2022-ci il tarixli çıxarışdan və bununla bağlı sənəd dövriyyəsi zamanı tərtib edilmiş digər sənədlərdən görünür ki, müvafiq icra hakimiyyəti orqanlarından icazə alınmaqla ünvan 1 ünvanında yerləşən 0,0850 ha torpaq sahəsində inşa edilmiş, ümumi sahəsi 115,80 m2 olan qeyri-yaşayış binası üzərində Şahid3 xüsusi mülkiyyət hüququnu təsdiq edən çıxarışın təqdim olunması üçün Şahid3 tərəfindən verilmiş 22 fevral 2022-ci il tarixli 7E-1789 nömrəli etibarnamə üzrə nümayəndə qismində çıxış edən Şahid1 2 mart 2022-ci il tarixdə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan ərazi idarəsinə ərizə ilə müraciət etmiş, müraciət ********** nömrə ilə qeydiyyata alınıb sənəd dövriyyəsi icra edildikdən sonra 18 mart 2022-ci il tarixdə 13 saylı Şirvan ərazi idarəsində **********37-06301 reyestr nömrəsi ilə qeydiyyat aparılmaqla Şahid3 18 mart 2022-ci il tarixli ********** nömrəli elektron çıxarış təqdim olunmuş, 19 mart 2022-ci il tarixdə hüquq sahibi tərəfindən Şirvan şəhəri, Heydər Əliyev prospekti 20 ünvanında yerləşən 13 saylı Şirvan ərazi idarəsində quraşdırılmış “E- Manat” ödəmə terminalı vasitəsilə 1.069 manat xidmət haqqı və 125 manat dövlət rüsumu ödənilməklə bu barədə 51561 və 51562 nömrəli qəbzlər idarəyə təqdim olunmuşdur. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 10 mart 2022-ci il tarixli çıxarışdan və bununla bağlı sənəd dövriyyəsi zamanı tərtib edilmiş digər sənədlərdən görünür ki, Şirvan şəhər Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 9 saylı iclas qərarı ilə Şahid1 ayrılmış, ünvan 3 ünvanında yerləşən 0,03 ha torpaq sahəsi üzərində sonuncunun xüsusi mülkiyyət hüququnu təsdiq edən çıxarışın təqdim olunması üçün onun özü tərəfindən 31 yanvar 2022-ci il tarixdə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan ərazi idarəsinə ərizə ilə müraciət edilmiş, müraciət ********** nömrə ilə qeydiyyata alınıb sənəd dövriyyəsi icra edildikdən sonra 10 mart 2022-ci il tarixdə 13 saylı Şirvan ərazi idarəsində **********12 reyestr nömrəsi ilə qeydiyyat aparılmaqla Şahid1 10 mart 2022-ci il tarixli ********** nömrəli elektron çıxarış təqdim olunmuş, 24 may 2022-ci il tarixdə hüquq sahibi tərəfindən "xxxx" ASC-nin Şirvan filialı vasitəsilə 303,50 manat xidmət haqqı və 50 manat dövlət rüsumu ödənilməklə bu barədə ********* və ********* nömrəli qəbzlər idarəyə təqdim olunmuşdur. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 10 mart 2022-ci il tarixli çıxarışdan və bununla bağlı sənəd dövriyyəsi zamanı tərtib edilmiş digər sənədlərdən görünür ki, Şirvan şəhər Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 2 saylı iclas qərarı ilə Şahid4 ayrılmış, ünvan 56 ha torpaq sahəsi üzərində sonuncunun xüsusi mülkiyyət hüququnu təsdiq edən çıxarışın təqdim olunması üçün onun özü tərəfindən 31 yanvar 2022-ci il tarixdə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan ərazi idarəsinə ərizə ilə müraciət edilmiş, müraciət ********** nömrə ilə qeydiyyata alınıb sənəd dövriyyəsi icra edildikdən sonra 10 mart 2022-ci il tarixdə 13 saylı Şirvan ərazi idarəsində **********13 reyestr nömrəsi ilə qeydiyyat aparılmaqla Şahid4 10 mart 2022-ci il tarixli ********** nömrəli elektron çıxarış təqdim olunmuş, 24 may 2022-ci il tarixdə hüquq sahibi tərəfindən "xxxx" ASC-nin Şirvan filialı vasitəsilə 336,50 manat xidmət haqqı və 50 manat dövlət rüsumu ödənilməklə bu barədə 908539131, ********* və ********* nömrəli qəbzlər idarəyə təqdim olunmuşdur. İşdə olan “Bakı şəhər Narkoloji Mərkəzi” publik hüquqi şəxsdən verilmiş 24 oktyabr 2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Mərkəzdə narkoloji qeydiyyatda yoxdur. İşdə olan “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsdən verilmiş 26 oktyabr 2022-ci il tarixli arayışa görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmayıb. İşdə olan ibtidai istintaq orqanının 27 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, "xxxx" MMC-dən xx.xx.2022-ci il tarixli BKC/LGL-10877/22 nömrəli məktubla daxil olmuş 1 ədəd disk və "xxxx" MMC-dən 01 avqust 2022-ci il tarixli 13698 nömrəli məktubla daxil olmuş 1 ədəd disk maddi sübut qismində tanınmaqla cinayət işinin materiallarına əlavə olunmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs CM-in 311.3.2-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilmədiyini, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 13 saylı Şirvan ərazi idarəsinin rəisi vəzifəsində işlədiyi dövrdə Şahid1 vasitəsilə Şirvan şəhər sakini Şahid3 məxsus olmaqla ünvan 1 ünvanında yerləşən 0,0850 ha torpaq sahəsi üzərində inşa edilmiş, sahəsi 115,8 m2 olan qeyriyaşayış təyinatlı ticarət obyektinə, habelə Şahid1 özünə məxsus olmaqla ünvan 3 ünvanında yerləşən 0,03 ha və atası Şahid4 məxsus olmaqla ünvan 56 ha torpaq sahələrinə xüsusi mülkiyyət hüququna dair çıxarışların verilməsi müqabilində özü üçün 5.000 və 1.500 manat məbləğlərdə pul vəsaitləri tələb edərək almadığını, onlara xüsusi mülkiyyət hüququnu təsdiq edən çıxarışların verilməsinin təmin olunduğunu bildirmişdir. Məhkəmə bu ifadəni özünü müdafiə məqsədi daşımaqla məhkəmədə heç bir sübutla təsdiq edilməyən və işin hallarına uyğun gəlməyən ifadə olduğundan habelə məhkəmədə tədqiq edilmiş video çəkilişlə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərini səmimi etiraf edərək daşınmaz əmlak obyektlərinə xüsusi mülkiyyət hüququnu təsdiq edən çıxarışların verilməsi müqabilində dövlət rüsumları və xidmət haqlarından əlavə, özü üçün Çingiz Abdıyev vasitəsi ilə 5.000 və 1.500 manat məbləğlərdə pul vəsaitləri tələb edərək aldığını, hətta ilkin olaraq aldığı 5.000 manat pulun 500 manatını Şahid1 verdiyini bildirməsi barədə ifadəsi, şahid qismində dindirilmiş Şahid1, həmçinin Şahid2 Təqsirləndirilən şəxs tərəfindən xidməti vəzifələrinin icrası ilə əlaqədar müvafiq olaraq 5.000 və 1.500 manat məbləğlərdə pul vəsaitləri tələb edərək aldığını təsdiq etmələri barədə verdikləri ifadələri, Şahid1lə Təqsirləndirilən şəxs arasında və Şahid1lə Şahid2 arasında keçirilən üzləşdirmədə istintaq hərəkəti protokolları ilə təkzib edildiyindən məhkəmə həmin ifadəyə tənqidi yanaşır və sübut kimi qəbul etmir. Eyni zamanda Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vəkilinin iştirakı ilə videoçəkilişlə verdiyi ifadəsini səmimi etirafedici və işin faktiki hallarına uyğun gələn ifadə kimi qiymətləndirir və sübut kimi qəbul edir. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-nin 144-146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CMnin 311.3.2 maddəsi ilə nəzərdə tutulan cinayətlərin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir və bu cinayətin törədilməsində o, təqsirlidir. Ona görə də Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. İşdə olan hüquqi sənədlərdən görünür ki, xx xxxx 1973-cü ildə İmişli rayonu, Bəcrəvan kəndində anadan olmuşdur. Bakı şəhəri, Yasamal rayonu, X9 küçəsi, ev 68, mənzil 37-də qeydiyyatda olmaqla Bakı şəhəri, Yasamal rayonu, X7 küçəsi, ev 33-də faktiki yaşamışıdr. Yaşayış yeri üzrə müsbət səciyyələndirilir. İşdə olan ölüm haqqında 17 fevral 2023-cü il tarixli şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs atası X3 07 fevral 2023-cü il tarixdə pülüyün bədxassəli yeni törəməsi xəstəliyindən ölmüşdür. Öhtəsində 4 nəfər ailə üzvü olmaqla onlardan 1952-ci il təvəllüdlü tənha yaşayan anası X5 vardır. İşdə olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində ev dustaqlığının başlanğıcının 25 oktyabr 2022-ci il tarixdən hesablanmaqla ev dustaqlığı qətimkan tədbiri seçilmiş və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli qərarına əsasən ev dustaqlığı qətimkan tədbiri qüvvədə saxlanılmışdır. İşdə olan Daxili İşlər Nazirliyinin Baş əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. CM-in 8-ci maddəsi tələb edir ki,cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın təyin etmənin ümumi əsaslarını təsbit edən CM-in 58.3-ci maddəsində cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki,cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Bu Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəzanı yüngülləşdirən hallar dedikdə CM-nin 59-cu maddəsində sadalanan, eləcədə 59.1.1-59.1.10-cu maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur. CM-nin 41.1-ci maddəsinə əsasən cəzanın anlayışına görə, cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəzanın məqsədini təsbit edən CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 59.2-ci maddəsi isə bu Məcəllənin 59.1.1-59.1.10-cu maddələrində birbaşa göstərilməyən, o cümlədən şəxsin əməlindən peşmançılıq çəkməsi, başqa şəxslərin qayğısına qalması kimi halların da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınmasını istisna etmir. Məhkəmədə müəyyən edilmiş yuxarıda sadalanan hallar təqsirləndirilən şəxsin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan müstəsna hallar kimi nəzərə alınmalıdır. Ona görə ki, cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi məsələlərinə həsr olunmuş CM-nin 62.1 və 62.2-ci maddələrinin mənasına görə cəzanı yüngülləşdirən ayrı-ayrı hallar və yaxud onların məcmusu CM-nin 62.1-ci maddəsində sadalananlara, yəni cinayətin məqsədi və motivinə, təqsirkarın cinayətin törədilməsində roluna, cinayətin törədilməsi zamanı və sonrakı davranışına, digər hallara aid olub cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaltdıqda, şəxsin barəsində CM-nin 62-ci maddəsinin tətbiqini mümkün edən əsaslar kimi nəzərdən keçirə bilərlər. Məhkəmə Təqsirləndirilən şəxs CM-nin 59.2-ci maddəsinə əsasən ilk dəfə məhkum olunmasını, 4 nəfər ailə üzvü olmaqla onlardan başqasının köməyinə ehtiyacı olan qoca anasının olmasını, ailədə yeganə qazanc gətirən olmasını, yaşadığı yer üzrə müsbət səciyyələndirilməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə CM-nin 61-ci maddəsinə əsasən onun məsuliyyətini ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmədə müəyyən edilmiş yuxarıda sadalanan hallar Təqsirləndirilən şəxs törətdiyi əməlin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan müstəsna hallar kimi nəzərə alınmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixi qərarının 2ci hissəsində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qanunun qeyd edilən tələblərini və Ali Məhkəmə Plenumunun tövsiyələrini rəhbər tutaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini,cəzasını ağırlaşdıran hallar olmamaqla kifayət qədər cəzanı yüngülləşdirən halların olmasını və işin vəziyyətini nəzərə alaraq hesab edir ki, CM-nin 62-ci maddəsinin tətbiq edilərək barəsində təqsirləndirildiyi maddədə müəyyən ediləndən də daha yüngül cəza olan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədə uyğundur. Bu cəza onun islah olunmasına və bu yolla cəzanın məqsədinə nail olunması mümkündür. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyatda alındığı vaxtdan hesablanmalıdır. Ona təyin edilən cəzanın icrası Bakı şəhəri Probasiya İdarəsinə həvalə olunmalıdır. Eyni zamanda məhkəmədə müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində ev dustaqlığının başlanğıcının 25 oktyabr 2022-ci il tarixdən hesablanmaqla ev dustaqlığı qətimkan tədbiri seçilmiş və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli qərarına əsasən ev dustaqlığı qətimkan tədbiri qüvvədə saxlanılmışdır. Ona görə də onun 25 oktyabr 2022-ci il tarixdən başlayaraq hazırki günə kimi ev qustaqlığında qaldığı 5 ay 20 gün müddətin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablanmaqla təyin edilmiş cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alınmaqla ona müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanmasını qeyri-mümkün hesab edərək onun barəsində CM-nin 46.2ci maddəsinin tətbiq edilməsini məqsədəuyğun sayır. İş üzrə mülki iddia və məhkəmə məsrəfi yoxdur. Habelə iş üzrə Təqsirləndirilən şəxs rüşvət almaqla əldə etdiyi 6500 manat pulun ondan məcburi qaydada alınıb dövlət nəfinə keçirilməsi üçün əsaslar vardır. Belə ki, CM-nin 99-1.1 və 99-1.1.2-ci maddələrinə əsasən şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) xüsusi müsadirə cinayət-hüquqi tədbiri qaydasında məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iş üzrə rüşvət alma cinayətin predmeti olan 6500 manat pul vəsaiti CM-nin 99-1.1.2-ci maddəsi tətbiq edilib xüsusi müsadirə olunmaqla Təqsirləndirilən şəxs rüşvət almaqla əldə etdiyi 6500 manat pulun ondan məcburi qaydada alınıb dövlət nəfinə keçirilməsi üçün əsaslar vardır. Ona görə də həmin məbləğdə pul Təqsirləndirilən şəxs məcburi qaydada dövlət nəfinə alınmalıdır. İş üzrə maddi sübut olan iki ədəd DVD disklər cinayət işinin materiallarında saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respubilikası CPM-nin 44, 132, 346, 351- 353, 156-358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs CM-in 311.3.2-ci maddəsi ilə təqsirli bilinib CM-in 46.2-ci maddəsinə əsasən 2 (iki) müddətə dövlət və yerli özünü idarə orqanlarında, bələdiyyə, müəssisə, idarə və təşkilatlarında təşkilat-sərəncamverici və inzibati-təsərrüfat funksiyaları yerinə yetirən vəzifə tutmaq hüququndan məhrum edilməklə CM-in 62-ci maddəsinə əsasən 5 (beş) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. CM-nin 69.3-cü maddəsinin tələbinə əsasən onun ev dustaqlığında olduğu 5 (beş) ay 20 (iyirmi) gün müddətin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 4 (dörd) il 20 (iyirmi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs qarşı seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyatda alındığı vaxtdan hesablansın. Ona təyin edilən cəzanın icrası Bakı şəhəri Probasiya İdarəsinə tapşırılsın. İş üzrə rüşvət alma cinayətinin predmeti olan 6500 (altı min beş yüz) manat pul vəsaiti CM-in 99-1.1.2-ci maddəsinin tələbinə əsasən xüsusi müsadirə olunmaqla məhkum Təqsirləndirilən şəxs məcburi qaydada dövlət nəfinə alınsın. İş üzrə maddi sübut olan iki ədəd DVD disklər cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-85/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-85/2023
14.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver