Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-85/2025 21.05.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Vəliyeva Ayşən Umud qızı (sədrlik edən), Səfərli Cavid Şamil oğlu və Nuriyev Aqil Abdul oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi- X29, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər və onların müdafiəçiləri Lənkəran Rayon Vəkil Bürosunun vəkili X30, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi5 və Müdafiəçi4 iştirakları ilə, xx.xx.1975-ci ildə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkum olunmamış, evli, ali təhsilli, Cəlilabad rayonu Ocaqlı kənd 2 saylı orta məktəbdə riyaziyyat müəllimi vəzifəsində işləmiş, Cəlilabad rayonu, Qarazəncir kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra ARCM-in) 274-cü maddəsi ilə, xx.xx.1984-cü il tarixdə Cəlilabad rayonu Qarazəncir kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, həmin kənddə qeydiyyatda olmaqla yaşamış, ali təhsilli, subay, işləməyən, barəsində “həbs” qətimkan tədbiri seçilərək hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra ARCM-in) 32.5,274-cü maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 2013-cü ildə xarici ölkənin xüsusi xidmət orqanı tərəfindən məxfi əməkdaşlığa cəlb olunduqdan sonra, həmin xüsusi xidmət orqanı nümayəndələrindən Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq istifadə etmək üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmamış “X19” (BAH) adlandırılan təşkilatın Azərbaycandakı nümayəndəliyinin təsis olunması, maddi-texniki bazasının yaradılması və ölkənin müxtəlif regionlarından yeni üzvlərin cəlb olunması, eyni zamanda həmin təşkilatın rəhbəri adı altında pərdələnib ölkə daxilində müvafiq maraqlar çərçivəsində fəaliyyətə cəlb edilməsi mümkün olan ictimai və dövlət xadimlərinin, ictimai fəalların dairəsinin müəyyən edilərək onlarla əlaqə saxlanılması, mülahizələrini öyrənilməklə əldə olunan bu barədə məlumatların ötürülməsi, habelə mümkün şəxslərin Azərbaycan Respublikasından kənara xarici ölkə ərazisinə çıxarılaraq həmin xarici xüsusi xidmət orqanı əməkdaşları ilə görüşlərinin təşkili və onların əlaqəsinə verilməsi, ictimai və dövlət xadimlərinin həmin xarici ölkənin xarici siyasətinə uyğun olmayan mediadakı çıxışları təhlil olunmaqla bu barədə məlumatların göndərilməsi, BAH təşkilatının Azərbaycandakı üzvlərinin Bakı şəhərində keçiriləcək tədbirləri ilə bağlı mütəmadi hesabatların hazırlanması və təqdim olunması, tərkibinin və ölkədə təsir dairəsinin genişləndirilməsi, internet-informasiya saytları, eləcə də “Telegram” sosial şəbəkəsində xarici xüsusi xidmət orqanının nümayəndəsi ilə əvvəlcədən razılaşdırılmış xarici dövlətin maraqlarına uyğun ideoloji təbliğatın aparılması və məqalələrin yerləşdirilməsinə dair tapşırıqlar almış, xarici xüsusi xidmət orqanının nəzarəti altında, aldığı həmin tapşırıqlarının icrası istiqamətində tamah niyəti ilə fəaliyyət göstərərək 02 iyul 2013-cü ildən 19 iyul 2023-cü il tarixədək olan müddətdə “İbraqim Qasanov” adı ilə “Vkontakte” sosial şəbəkəsi üzərindən xarici xüsusi xidmət orqanının əməkdaşı ilə mütəmadi əlaqə saxlayıb Azərbaycan Respublikasında baş verən ictimai və siyasi hadisələr, sosial-iqtisadi və dini sahədə mövcud vəziyyət, siyasi partiyalar, Azərbaycan Respublikasının digər ölkələrə münasibətdə xarici-diplomatik siyasəti, prezident seçkiləri, habelə ictimai və dövlət xadimləri, eləcə də onların çıxışları və mövqeləri barədə topladığı məlumatları ötürmüş, 2014-cü ildən etibarən yaratdığı “avrasiya.info” və “litparad.org” internet saytlarında 2015-2019-cu illər ərzində Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq təxribat məzmunlu məqalələr yerləşdirmiş, xarici xüsusi xidmət orqanının əməkdaşı X2 əlaqələndirdiyi BAH-ın maliyyə məsələləri üzrə mütəxəssisi X23 tərəfindən göndərilən pul vəsaitlərinin qəbul edilib çatdırılmasını qabaqcadan vəd etmiş Təqsirləndirilən şəxs2 köməkliyi ilə digər şəxslərin adlarına olub faktiki öz istifadəsində olan 5522 0993 4803 6229 və 4169 7388 7388 1506 nömrəli bank kartı hesablarına 2021-2023-cü illər ərzində köçürülən ümumilikdə 9.837 (doqquz min səkkiz yüz otuz yeddi) manat məbləğində pul vəsaiti müqabilində BAH-ın fəaliyyəti ilə bağlı Azərbaycandakı nümayəndəliyinin üzvlərinin Bakı şəhərində görüşlərini təşkil etmiş, məxfi əməkdaşlığa cəlb edilmələri üçün 17 aprel 2021-ci il tarixdə Şahid6 xarici ölkədə xarici xüsusi xidmət orqanının nümayəndəsi Yuri Xoroşevski ilə görüşdürmüş, 2021-ci ilin oktyabr ayında siyasi şərhçi X18 barədə məlumatları “Telegram” sosial şəbəkəsi vasitəsilə xarici xüsusi xidmət orqanının nümayəndəsinə ötürməklə sonuncunun Moskva şəhərində onlar tərəfindən məxfi əməkdaşlığa cəlb olunmasını təmin etmiş, 01 iyun 2023-cü il tarixdə Şahid8 eyni məqsədlə xarici xüsusi xidmət orqanının nümayəndəsi Yuri Xoroşevski və onunla əlaqəli Denis Apaşkin adlı şəxslə görüşdürmüş, qeyd olunan məqsədlə 2023-cü ilin yanvar-iyul aylarında digər siyasi şərhçilər ilə “Facebook” sosial şəbəkəsi vasitəsilə əlaqə yaratmış, Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq xarici ölkənin xüsusi xidmət orqanı nümayəndələrinin tapşırıqlarını yerinə yetirib onlara kömək etməklə və casusluq etməklə qəsdən dövlətə xəyanət etmişdir. Təqsirləndirilən şəxs2 tamah niyətilə xarici xüsusi xidmət orqanının nümayəndələri tərəfindən məxfi əməkdaşlığa cəlb edilmiş tanışı Təqsirləndirilən şəxs1 aldığı cinayətkar tapşırıqlarının icrası müqabilində göndərilən pul vəsaitlərini bilə-bilə əldə edib çatdırmağı qabaqacadan vəd edib, sonuncunun tapşırığı əsasında xarici xüsusi xidmət orqanının əməkdaşı X2 əlaqələndirdiyi “X19” təşkilatının maliyyə məsələləri üzrə mütəxəssisi X23 tərəfindən 2022-ci ilin aprel ayından 2023-cü ilin iyul ayınadək “Zolotaya Korona” surətli pul köçürmələri sistemi vasitəsilə həm xarici dövlətdə, həm də Azərbaycan Respublikası ərazisində olduğu müddət ərzində istifadəsində olan “Sberbank” İSC-yə məxsus 2202 2061 7149 7865 nömrəli bank kartına göndərilmiş və daha sonra nağdlaşdıraraq "xxxx" ASC-yə məxsus 4169 7413 6250 5420 nömrəli kart hesabına mədaxil etdiyi ümumilikdə 9.837 (doqquz min səkkiz yüz otuz yeddi) manat pul vəsaitlərini cinayətin törədilməsi üçün maneələri aradan qaldırmaqla Azərbaycan Beynəlxalq Bankına aid 5522 0993 4803 6229 və "xxxx" ASC-yə aid 4169 7388 7388 1506 nömrəli kart hesablarına köçürərək Cəlilabad rayonunda Təqsirləndirilən şəxs1 çatdırılmasına yardım etmiş, bununla da xarici ölkənin xüsusi xidmət orqanı nümayəndələri tərəfindən məxfi əməkdaşlığa cəlb olunmuş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq həmin xüsusi xidmət orqanı nümayəndələrinin tapşırıqlarını yerinə yetirib onlara kömək etməklə və casusluq etməklə dövlətə xəyanət etməsinə qəsdən köməklik göstərmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, sosial şəbəkədə Aleksandr Duqin və Valeri Pavlov ilə əlaqədə olmuşdur, həmin şəxslər FSB əməkdaşı deyil, hər ikisi politoloqdur, o, FSB-dən pul almamışdır, həmişə prezidentimizi və dövlətçiliyi dəstəkləmişdir, Turan kitabını tərcümə etmişdir, 9 may tədbiri keçirmişdir, həmin tədbiri keçirmək üçün ona Aleksandr Duqin tərəfindən 9800 manat pul göndərilmişdir, heç bir cinayət törətmədiyinə görə peşman deyil, Təqsirləndirilən şəxs2 onunla heç bir əlaqəsi yoxdur, kitabın tərcüməsi üçün gələn pula görə İbrahimdən kartını verməsini xahiş etmişdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, Yuri Xoroşevskini tanımır, Təqsirləndirilən şəxs2 Xalqlar Dostluğu Universitetinə qəbul olunmasında əməyi olmamışdır, Bakıda keçirilən tədbirlərə görə maliyyə vəsaitini Aleksandr Duqin göndərmişdir, X24 o tanış etmişdir, 9800 manat pul bir il ərzində hissə-hissə Duqin tərəfindən ona göndərilmişdir, X11 Azərbaycan filialını yaratmaqda məqsədi Rusiya Azərbaycan dostluğuna çağırış, Azərbaycanın Avrasiya iqtisadi Birliyinə üzv olmasını dəstəkləmək, Rusiya Azərbaycan xalqları arası dostluğunu təbliğ etmək olmuşdur, Duqini 2010-cu ildən tanıyır, fəaliyyəti virtual sfera ilə bağlı olmuşdur, rəhbəri olduğu X20 təşkilatının Azərbaycan filialı rəsmi qeydiyyatdan keçməmişdir, mühasibatlığı olmamışdır, öz kartı olmamışdır, bu səbəbdən ona göndəriləsi pulları X40 vasitəsilə Təqsirləndirilən şəxs2 hesabına göndərmişdir, Duqinin göndərdiyi pulun mənbəyi barədə məlumatı yoxdur, Təqsirləndirilən şəxs2 təşkilata üzv olmasını təklif etmişdir, cavabını xatırlamır, ona həmin təşkilatın qanuni olduğunu demişdir, Şahid8 politoloqdur, Rusiya yönümlü çıxışlar etmişdir, linkləri Korovinə göndərmək üçün Təqsirləndirilən şəxs2 göndərmişdir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-Cinayət-Prosessual Məcəlləsi) 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsinin ziddiyyətli olan hissəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, o, ibtidai istintaq zamanı bildirmişdir ki, “..X11” Azərbaycanda filialını yaratmış, lakin qeydiyyatdan keçirə bilməmişdir. Bununla yanaşı, yaratdığı təşkilatın “Avrasiya.azerblog” saytını yaratmış, habelə Facebook (Avrasiya hərəkatı), Odnoklassniki (Avrasiya hərəkatı), Vkontakte (İbraqim Qasanov) və sonradan telegram sosial şəbəkələrində Rusiyayönümlü xəbərləri tərcümə edib orada paylaşmış, habelə Rusiyanı təbliğ etmişdir. Bundan əlavə, o təbliğatını sırf ona aid olan “Avrasiya.info” internet saytından da həyata keçirmişdir. Onun Azərbaycan Respublikasında əsas fəaliyyəti Rusiya yönümlü şəxsləri sosial şəbəkələrdə müəyyən edərək, onlarla əlaqəyə girərək, onun təşkilatına üzv etmək idi. Təqsirləndirilən şəxs1 cəlb etdiyi şəxslərin hər hansı biri üzv olma təklifi ilə razılaşanda o onların fotosunu götürüb, şəkillərin altında “Moy vıbor Evroaziystvo” loqosu ilə sosial şəbəkədə fotoları albomlara əlavə edirmiş. Bununla yanaşı hər ayın axırında yuxarıda göstərdiyi albomun internet keçid ünvanını Duqin və Korovinə göndərirmiş. Onları o tanışı Təqsirləndirilən şəxs2 idarə etməyi tapşırmışdır. Onun idarə etdiyi “Xəbər dalğası”, “Xəbər saatı”, Təqsirləndirilən şəxs2 isə idarə etdiyi “Turan ekspress” kanalı olmuşdur. Bundan əlavə, o Aleksandr Duqinin və Valeriy Korovinin kitabların tərcümə etdirmiş, hətta Duqinin “Turan və İran loqosu” kitabını özü tərcümə etmişdir. Digər tərcümələri isə əvvəl təşkilatın üzvü olan Nadir Qocabəyliyə “X9” verilən pul məbləğləri müqabilində tərcümə etmişdir. “X11” rəhbəri Aleksadr Duqinlə və Valeriy Korovinlə birbaşa əlaqədə olmuşdur, lakin Aleksandr Duqinin qızı vəfat edəndən sonra Korovinlə əlaqə kəsilmişdir. Bundan əlavə, onun əsas əlaqəsi Yuri adlı şəxsdir. İdeologiya ilə bağlı məsələləri Telegram vasitəsilə Korovinlə müzakirə etmişdir. Bununla yanaşı, o, “Vkontakte” sosial şəbəkəsi vasitəsilə Aleksandr Duqinə Azərbaycanda baş verən hadisələr, politoloqlar və öz fikirləri barədə müxtəlif növ hesabatlar göndərmişdir. Gəncə şəhərində doğulmuş və azərbaycan dilini bilən Yuri adlı şəxslə isə texniki məsələləri, yəni maliyyə məsələlərini və sosial şəbəkələrdəki iş istiqamətlərini müzakirə etmişdir. Təxminən 3 il əvvəl Rusiyanın Moskva şəhərində “X11” rəhbərləri ilə görüş keçirmiş, həmin görüşdə Valeri Korovin, Natalya Makeeva və tanımadığı bir şəxs iştirak etmişdir. Görüş zamanı Korovin ona demişdir ki, maddi vəziyyətinin yaxşılaşdırıması məqsədilə ona pul məbləğləri veriləcəkdir...Yuri ilə tanışlıqdan əvvəl o yaratdığı təşkilat üçün hər hansı pul məbləği almamışdır...Ona göndərilən pul məbləğlərinin izlərinin itirilməsi məqsədilə pul məbləğləri onun adına yox, qohumları Şahid13, Şahid12 bank kartlarına göndərilmişdir. Həmin kartların biri Kapital Banka, digəri isə Azərbaycan Beynəlxalq Bankına məxsusdur. Ümumilikdə hər ay onun xidmət haqqısı 1000 manat, digər xərclərə görə isə ona müxtəlif məbləğlərdə pullar Rusiyadan göndərilmişdir. Yəni hər tərcüməyə görə 1000-1500 manat, hər tədbirə görə ortalama 1000 manat ona göndərilmişdir. Bütün məbləğlər Təqsirləndirilən şəxs2 Rusiyada olanda onun vasitəsilə, ondan əvvəl isə müxtəlif tanımadığı şəxslər vasitəsilə Yuri tərəfindən ona göndərilmişdir. Bununla yanaşı, o, 4-5 dəfə Rusiyaya “X11” tədbirlərində iştirak etmək üçün Moskvaya getmişdir. Həmin tədbirlərdə “X11” ideologiyası, Qafqaz regionunda Avrasiya təşkilatının perspektivləri və digər mövzular müzakirələr olmuşdur. Səfərlərlə bağlı bütün maliyyə məsələləri Yuri tərəfindən həll olunmuşdur. Səfərlərə gedərkən O, Rusiya yönümlü politoloqları və aktivistləri müəyyən edib, Korovinlə məsləhətləşəndən sonra Moskvaya özü ilə aparıb Aleksandr Duqin, Korovin, Yuri və digərlərilə tanış etmiş və sonradan həmin şəxslər həmin tədbirlərdə çıxış etmişdirlər. Rusiyaya gedən şəxslərə hüquqşunas Şahid6, politoloq Şahid8 aiddir. Bundan əlavə, politoloq Nəzakət Məmmədovanı da o, təşkilatın rəhbərliyi ilə tanış etmişdir. Bir müddət sonra, o, Nadir Qocabəylidən örənmişdir ki, Nəzakət Məmmədova ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyində işləmişdir. Aldığı bu məlumatı o Korovinə ötürmüşdür... O 3-4 il əvvəl Rusiyaya gedəndə Yura Rusiyada təhsil almaq istəyən şəxs olduqda ona müraciət etməyi bildirmişdir. Təqsirləndirilən şəxs1 həmkəndlisi Təqsirləndirilən şəxs2 Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsində təhsil almışdır. Onların görüşündə Hümbətov xaricdə təhsil almaq istədiyini demişdir. Bir neçə dəfə ona bu sözləri deyəndən sonra, 2021-ci ilin yay aylarında o Hümbətova Rusiyada əlaqələrinin olduğunu və orada təhsil ala biləcəyini demişdir. Sonra Hümbətov lazımi sənədləri yığaraq ona vermiş və o həmin sənədləri Yuriyə göndərərək Hümbətovun Avrasiyaçı olduğunu və təhsil almaq istədiyini bildirmişdir. X42 X34 Dostluğu Universitetinə qəbul etdirmişdir...Çıxarışda olan səhifələrlə tanış olaraq təqdim olunan istintaq materiallarının onun “Vkontakte” sosial şəbəkəsində Aleksadr Duqinlə yazışması olduğunu, 2013-cü ildən 2023-cü ilin iyul ayınadək Aleksandr Duqinlə danışdığını bildirmişdir... Moskva şəhərinə apardığı Şahid8 və Şahid6 əlavə, Ramil Məmmədovu, Elxan Şükürlünü və Şahid15 də Moskvaya aparmaq niyyətində olmuş və bunu özünə məqsəd kimi qoymuşdur... ona şərəfdir ki o Rusiya uğrunda tutulub, habelə Rusiyanın FSB (Federal Təhükəsizlik Xidmət) agenti kimi həbs olunub. Hətta məhkəmədə də, yəni həbs qətimkan tədbirinin uzadılması ilə bağlı Səbail Rayon məhkəməsində prosesdən sonra da “yaşasın Rusiya” qışqırmış və “Yaşasın Rusiya” ifadəsini işlətmişdir... Qurban Bedelov, Samed Valiyev adlı hesablar Təqsirləndirilən şəxs2 hesablarıdır. Təqsirləndirilən şəxs2la Telegram ani yazışma proqramı vasitəsilə danışmışdır. Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 onunla danışıqda “Hamı sənin kimi fsb agenti olmağa borclu deyil” ifadəsinin işlədilməsini içkili olmasından qaynaqlandığını qeyd etmişdir. Sonda təqsirləndirilən şəxs ona elan edilmiş ittihamları qəbul etməyərək, barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, onun bu cinayət işinə heç bir aidiyyatı yoxdur, İbrahim onun etimadından istifadə edərək onu bu işə daxil etmişdir, Duqin deyilən şəxsi mediadan tanıyır, onunla heç bir ünsiyyəti olmamışdır, X4 aidiyyatı yoxdur, yazışmalarından da görünür ki, İbrahim onu təşkilata cəlb etmək istəsə də, onu kobud şəkildə rədd etmişdir, sanksiyalarla bağlı bir müddət Azərbaycan Respublikasının bank kartlarına pul göndərməkdə problemlər yaşanırdı, o, öz kartında olan vəsaiti əvəzləmə yolu ilə Təqsirləndirilən şəxs1 göndərmişdir, o, faktiki olaraq zərərçəkmiş şəxsdir, İbrahim onun etimadından istifadə edərək onu aldatmışdır, Pulu göndərdiyi zaman İbrahimdən bu barədə soruşduqda, ona təşkilatın 2015-ci ildə Ədliyyə Nazirliyində qeydiyyatdan keçdiyini və rəsmi fəaliyyət göstərdiyini demişdir. Vəsaitin nəyə xərcləndiyini soruşduqda kitab tərcümə etdirdiyini, həmin vəsaitin tərcüməçinin qonorarı olduğunu demişdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, 2021-ci ilin sentyabr ayından Rusiya Federasiyasında yaşamışdır, orada brokerlik fəaliyyətiylə məşğul olmuşdur, ailəsinə əvəzləmə yolu ilə pul göndərmişdir, Yuri Xoroşevski ilə görüşmüşdür, onu tanıyır, Maksim adlı şəxs oxuduğu universitetdə xarici tələbələrlə iş üzrə prorektorun köməkçisidir, heç bir tanışlığı və münasibəti olmamışdır, Rusiyaya nifrət etsə də orada yaşamaq istəmişdir, bu səbəbdən orada təhsil almaq istəmişdir, Şahid8la yazışmışdır, belə ki, o, saytlara verdiyi müsahibələrin linklərini ona göndərirmiş, Şahid8 “narahat olmayın, bütün məlumatlar lazımi ünvanlara çatır” mesajını yazmışdır. Məhkəmədə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-Cinayət-Prosessual Məcəlləsi) 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) onun ibtidai istintaq zamanı verdiyi ifadəsinin ziddiyyətli olan hissəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı bildirmişdir ki, “...Təqsirləndirilən şəxs1 ona işlətdiyi teleqram kanalında admin, yəni idarəçi olmağı təklif etmiş, həmin teleqram kanalı Təqsirləndirilən şəxs1 və Yuri Başkirovun üzv olduğu “X19” adlı təşkilatın xəbər kanallarından biri olmuş, Təqsirləndirilən şəxs1 görəcəyi iş müqabilində təşkilat tərəfindən ona ilk ay sınaq müddəti olmaqla növbəti aydan 20.000 rubl ödəniləcəyini bildirmiş, o da razılaşmış və Rusiya teleqram kanallarında dərc edilmiş siyasi, sosial, mədəni, xususilə də, Qərbi tənqid edən məlumatları teleqramda olan “Qaynar xəbər” adlı kanalda azərbaycan dilinə tərcümə edərək paylaşırmış, 2022-ci ilin yanvar ayının sonlarında o, “Sberbank”a məxsus kartının şəklini Yuriyə göndərmiş və təşkilatın mühasibi Qennadiy Fedorçenko həmin karta 20.000 rubl köçürmüş, bundan sonra Qennadiy hər ay dərc etdiyi məqalələrə görə onun kart hesabına 20.000 rubl göndərmişdir. Lakin, 2022-ci ilin mart ayından Təqsirləndirilən şəxs1 20.000 rublun kifayət etmədiyini və bu işlə məşğul olmaq istəmədiyini bildirmiş, Təqsirləndirilən şəxs1 bununla bağlı təşkilatla danışacağını və ona verilən pulu artıracağını bildirmişdir. Bundan sonra, aprel ayından təşkilat tərəfindən ona 40.000 rubl ödənilməyə başlanılmış, teleqramda məlumatlar dərc etməklə yanaşı, o, 2-3 aydan bir təşkilat tərəfindən təşkil olunan tədbirlərə dinləyici kimi gedirmiş, həmin tədbirlər ictimai xarakterli olmuş, Yuri onu qabaqcadan oraya dəvət edirmiş. 2022-ci ilin aprel ayında Yuri ona yazaraq sanksiyalarla əlaqədar olaraq bank əməliyyatlarını həyata keçirə bilmədiyi üçün hərəkatın teleqram kanallarının digər adminlərinin aylıq məvacibləri onun vasitəsilə göndərilməsini bildirmiş və bundan sonra, Gennadiy həmin adminlərin məvaciblərini onun Sberbank kartına göndərirmiş, o da həmin məvacibləri “Zolotaya Korona” ilə öz adına köçürərək "xxxx" ASC-yə məxsus “Birbank” tətbiqi ilə həmin adminlərin kart hesablarına göndərirmiş, o, hər ay təşkilatın Özbəkistan kanalının admini Alişir Xasanova 300 dollar, Bolqarıstan kanalın admini Aleksandr Todora 100 avro, Ukraynanın Bankına məxsus olsa da əslən moldovan olan Qriqoriy Çesaunun hesabına 300 dollar və Təqsirləndirilən şəxs1 hesabına isə 55.000 rubl göndərirmiş, 2022-ci ilin sentyabr ayının ortalarında yataqxanada qeydiyyat müddəti başa çatdığı üçün, yataqxanadakı otağını təhvil verməli olmuş, lakin, qalmağa yeri olmadığından X36 Universitetinin tələbələrlə iş üzrə prorektoru Sergey Bozavlukun qəbuluna getmiş, o da onun məsələsini həll etmək üçün Maksim adlı köməkçisinə göstəriş vermiş və onu Maksimin yanına göndərmiş, Maksim ilk görüşdə ona tələbə həmkarlar birliyində işləməyi təklif edərək şəxsi məlumatlarını (CV) göndərməyini istəmiş, o da Maksimə CV-sini göndərmiş, növbəti gün Maksimlə görüş zamanı, Maksim ona bəzi məlumatlar toplamağı tələb etmiş və məlumatlar Maksimi qane edəcəyi təqdirdə ona qonorar verəcəyini bildirmiş, həmin vaxt Maksimin onu əməkdaşlığa cəlb etmək istədiyini başa düşmüş və bundan sonra, teleqramda Maksimi blok edilmiş kontaktların siyahısına salaraq heç bir zaman əlaqə saxlamamış, yataqxana məsələsi isə həll olunmamış, o da, Maksimin onu əməkdaşlığa cəlb etmək istədiyini Təqsirləndirilən şəxs1 bildirmiş Təqsirləndirilən şəxs1 isə Maksimlə tanış olmaq üçün mobil nömrəsini ondan istəmiş və o, Təqsirləndirilən şəxs1 Maksimin nömrəsini göndərmişdir, bundan sonra, Yuri teleqram vasitəsilə ona yazaraq “Turan Ekspress” kanalının admininin üzvlükdən çıxdığını və onun həmin kanalı da idarə etməyini təklif etmiş və əlavə olaraq həmin kanala görə 40.000 rubl məvacib verəcəyini bildirmiş, beləliklə, 2022-ci ilin oktyabr ayından, o, hər ay 80.000 rubl məvacib almağa başlamışdır.O, “Qovorovo” metrostansiyasının yanında “Tatyaninpark” adlı yaşayış məntəqəsində mənzil icarəyə götürmüş, icarə üçün məbləği, yəni 40 000 rubl mənzilin icarəsi, 40 000 rubl depozit qismində, ümumilikdə 80 000 rubl Yuri ona vermiş və o da həmin həmin pulu icarədara ötürmüşdür. 2023-cü ilin iyun ayının sonunda depozit kimi verilən 40 000 rubl pul məbləğini icarəyə götürdüyü mənzildən çıxarkən icarədar ona qaytarmış, həmin puldan 1500 rubl kommunal xərc çıxılmış, hava limanına yol haqqı üçün isə təxminən 2000 rubl pul vermiş və onda 36 500 rubl pul ona qalmışdır. Həmin 36 500 rubl pul məbləği Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən onun Cəlilabad rayonu, Qarazəncir kəndində yaşadığı evə baxış keçirilərkən götürülmüş və müvafiq protokolda qeyd olunmuşdur... Təqsirləndirilən şəxs1 bir neçə şəxsi Rusiya Federasiyasında “X19” təşkilatında vəzifəli şəxslərlə görüşdürmüş, bunlar Şahid8, Nəzakət Məmmədova, Şahid6 olmuş, bununla yanaşı, o, Şahid8la Təqsirləndirilən şəxs1 arasında olan danışıqdan eşitmişdir ki, Yuri Şahid8 Rusiya prezident aparatının əməkdaşı ilə görüşdürmüş, lakin onların hansı mövzuda danışdıqları barədə məlumatı olmamışdır... X39 Universitetində onun problemi yaranan zaman yanına göndərdiyi şəxs tələbələrlə iş üzrə prorektor Sergey Bazavlyuk olmuş, sonradan tələbələrdən sonuncunun X21 Xidmətinin əməkdaşı olmasını eşitmişdir. Bazavlyuk tələbələr arasında mənfi xarakterli şəxs kimi tanınmışdır... 2021-ci ilin oktyabr ayında X22 rəhbəri olduğu X6 keçirdiyi konfransda o ilk dəfə Nəzakət Məmmədova adlı şəxslə tanış olmuşdur...Təqsirləndirilən şəxs1 öz təhlükəsizliyin nəzərə alaraq özünü sığortalamaq, habelə öz rahatlığı məqsədilə pul məbləğlərinin onun vasitəsilə göndərilməsini Yuri Xoroşevskidən xahiş etmişdir. O, Moskva şəhərində yaşadığı müddətdə Təqsirləndirilən şəxs1 üçün pul göndərdiyi vaxtlarda bəzi məsələləri anlamamış, ancaq indi başa düşmüşdür ki, Təqsirləndirilən şəxs1 özünün ifşa olunmasından qorxaraq onun vasitəsilə pulların göndərilməsini, habelə digər tərəfdən pul məbləğlərinin öz adına yox, öz qohumlarının adına göndərilməsini təşkil edərək öz əməllərini gizlətməyə çalışmışdır. Teleqram ani yazışma proqramı vasitəsilə Təqsirləndirilən şəxs1 yazdığı “Hamı sənin kimi fsb agenti olmağa borclu deyil” ifadəsini Təqsirləndirilən şəxs1 əsəbiləşdiyi üçün yazmışdır. (Cild 1, iş vərəq 266-269, Cild 2, iş vərəq 12-16, 59-60, Cild 3, iş vərəq 260-262, Cild 4, iş vərəq 148-150, 170, 242-243). Sonda təqsirləndirilən şəxs cinayət törətmədiyi bildirərək, ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsləri, onların müdafiəçilərini dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, təqsirləndirilən şəxslər onlara elan edilmiş cinayət əməllərini törətmişlər və onların təqsiri aşağıda göstərilən sübutlarla təsdiq edilir. İş üzrə dindirilmiş Şahid8 məhkəmə istintaqı zamanı ifadəsində bildirmiş və verilən suallara cavab olaraq qeyd etmişdir ki, 01 iyun 2023-cü il tarixdə X35 Türkiyə faktoru adlı beynəlxalq simpoziumda çıxışından sonra Dövlət Təhlükəsizlik Xidməti tərəfindən dəvət olunmuşdur, İran kəşfiyyat qurumları ilə bağlı heç bir bağlılığı yoxdur, Təqsirləndirilən şəxs1 təşkilatçılığı ilə Bakıda tədbirlərdə siyası icmalçı kimi çıxış etmişdir, Rəşid Behbudov adına dram teatrının yanındakı kafedə iki dəfə tədbirdə iştirak etmişdir, Təqsirləndirilən şəxs2lə Moskvada tanış olmuşdur, Təqsirləndirilən şəxs1 onları orada qarşılayıb otelə yerləşdirmişdir, başqa heç bir tanışlıqlıqları olmamışdır, Təqsirləndirilən şəxs1la onu Nəzakət Məmmədova tanış etmişdir, X25 televiziyasında olan Panorama verilişində dəfələrlə iştirak etmişdir, bundan əlavə, Alfa televiziyasında Nəzakət Məmmədovanın dəvəti ilə verilişlərdə iştirak etmişdir, Təqsirləndirilən şəxs1 geopolitik tədqiqatlar mərkəzi ilə əlaqələri ilə bağlı məsələləri ona Nəzakət Məmmədova söyləmişdir, Yuranı Moskvada tanımışdır, X31 müavinidir, aralarında Azərbaycan Rusiya münasibətləri məsələləri ilə bağlı fikir mübadiləsi olmuşdur, Təqsirləndirilən şəxs1 Bakıda keçirilən tədbirlərdə çıxışlarında Rusiya faktorunu çox qabartmışdır, Denis Apaşkinlə görüşdə o, Yuri Xoroşenko və Təqsirləndirilən şəxs1 iştirak etmişdir, Rusiyadakı tədbirlə bağlı Rusiya geopolitik tədqiqatlar mərkəzinin maliyyə dəstəyi olmuşdur, vasitəçilik edən Təqsirləndirilən şəxs1 olmuşdur, o və Təqsirləndirilən şəxs1 ayrılıqda hərəsinə 15 min rus rublu verilmişdir, Təqsirləndirilən şəxs1 ölkənin dövlət quruluşunun dəyişməsi ilə bağlı Moskvada gəzərkən ona demiş, lakin, kütləvi tədbirlərdə belə çıxış etməmişdir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-Cinayət-Prosessual Məcəlləsi) 329.1-ci maddəsinə əsasən (şahidin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) onun ibtidai istintaq zamanı verdiyi ifadəsinin ziddiyyətli olan hissəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, Şahid8 ibtidai istintaq zamanı bildirmişdir ki, “...Denisin Yurini yaxından tanıdığının şahidi olmuş, İbrahim də dərhal Denislə danışmağa başlamış və “Rossiya matuşka”, “Rusiya Olmasaydı Azərbaycan bu səviyyəyə gəlib çata bilməzdi”, “Da zdravstvuet Rossiyskaya imperiya” və digər sözləri işlətməyə başlamışdır. O, özünü Denisə təqdim etdikdən sonra Denis ondan Rusiya-Azərbaycan münasibətlərilə bağlı mövqeyini öyrəndikdən sonra Azərbaycanda bu münasibətlərdə gərginlik yarada biləcək qurumlar, mətbuat orqanları barədə soruşmuş, o isə bu barədə fikirlərini Denislə bölüşmüş, görüş çox az, yəni 10-12 dəqiqə davam etmişdir. Sonra şəkil çəkdirməyi təklif etdiyi zaman Denis vaxtının olmadığını bildirirərək bundan imtina etmiş, axşam vaxtı hoteldə olarkən o, Denis barədə internetdə məlumat axtardığı zaman sonuncunun əvvəllər Bakıda Rusiya səfirliyinin attaşesi kimi qeyd olunduğunu müəyyən etmişdir. O, kəşfiyyatla bağlı olan adamlar səfirliklərdə attaşe kimi fəaliyyət göstərdiyini bildiyindən Rusiya Prezident administrasiyasının mədəniyyət üzrə kuratoru kimi təqdim etməsinə baxmayaraq o, Apaşkini sonradan məlum olduğu kimi Xarici işlər Nazirliyinin əməkdaşı Denisin Rusiya kəşfiyyatı ilə əlaqəli şəxs olmasını müəyyən etmiş, habelə Denisin Bakıda işləməyi barədə ona məlumat da verməməsi onu Denisin Rusiya kəşfiyyat orqanları ilə əlaqəli olmasına əmin etmiş, Yuranın da onunla yaxın tanışı kimi danışmağı da ondam Yura ilə bağlı bəzi suallar yaratmışdır...Təqsirləndirilən şəxs1 görüşlərdə, hava limanında və digər yerlərdə Azərbaycanın Rusiyaya tərkibinə daxil olması ilə bağlı ona öz çağırışların çatdırmış, lakin o hər dəfə Təqsirləndirilən şəxs1 ölkənin konstitusion quruluşunun dəyişilməsi və bunun cinayət olmasını bildirmiş, İbrahim isə hər dəfə söhbətdən qaçmışdır. (Cild 2, iş vərəq 105-108). İş üzrə dindirilmiş Şahid9 məhkəmə istintaqı zamanı ifadəsində bildirmiş və verilən suallara cavab olaraq qeyd etmişdir ki, Təqsirləndirilən şəxs1la müəyyən siyasi məsələlərdə həmfikir olmuşlar, qərb imperializminə, atlantis müstəmləkəsinə, NATOnun genişlənməsinə, ölkəmizə qarşı mütəmləkəçiliq siyasətinin aparılmasına qarşı məsələlərdə fikirləri üst-üstə düşmüşdür, onunla sosial şəbəkədə tanış olmuşlar, Təqsirləndirilən şəxs1 ritorikası xoşuna gəlmədiyi üçün onu dostluqdan çıxarmışdır, Təqsirləndirilən şəxs1 statuslarında turançıları ironiya ilə təhqir etmişdir, o, Avrasiya Hərəkatının bir neçə tədbirində iştirak etmişdir, Təqsirləndirilən şəxs2 tanımamışdır, İbrahim ona göndərilən pulların Korovin tərəfindən təşkil edildiyini demişdir, İbrahim X1 müəyyən adamlarla əlaqəsi olmuşdur, Aleksandr Duqin X19 təşkilatının rəhbəridir, onun Slavyan Universitetində tələbələr və müəllimlərlə görüş keçirdiyini, Qarabağ müharibəsində Azərbaycana dəstək verdiyini bilir, o, həmişə mümkün qədər tez zamanda legitim strukturların yaradılmasında israr etmiş, amma Təqsirləndirilən şəxs1 buna ehtiyac olmadığını bildirmişdir, kitab tərcüməsinə görə pulları Təqsirləndirilən şəxs1 onun kartına atmışdır, Korovinlə Duqini qiyabi tanıyır, Nataliya və Yurini tanımır, X27 sədridir, Karovin onun müavindir, Təqsirləndirilən şəxs1 “Putin qoşun yerit, bizi xilas et bu...əlindən” fikilərindən məlumatı olmuşdur, bu fikirlərdən çəkinməsini ona tövsiyə etmişdir. İş üzrə dindirilmiş Şahid3 məhkəmə istintaqı zamanı ifadəsində bildirmiş və verilən suallara cavab olaraq qeyd etmişdir ki, Təqsirləndirilən şəxs1 tutulanda evdə axtarışda hal şahidi kimi iştirak etmişdir, İbrahimin komputerinə baxılmış və kartı götürülmüşdür, götürülən əşyalar protokolda əks olunmuşdur. İş üzrə dindirilmiş Şahid13 məhkəmə istintaqı zamanı ifadəsində bildirmiş və verilən suallara cavab olaraq qeyd etmişdir ki, Təqsirləndirilən şəxs1 qohumudur, İbrahim ondan kart istəmiş, o da kartını vermişdir, Təqsirləndirilən şəxs2 tanımır, kartı nəyə görə istədiyini İbrahimdən soruşmamışdır. İş üzrə dindirilmiş Şahid6 məhkəmə istintaqı zamanı ifadəsində qeyd etmiş və verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs1 Avrasiya Hərəkatı ilə bağlı Duqinin ideyalarını yaymışdır, həmin ideyalar onu da cəlb etmişdir, Təqsirləndirilən şəxs1 sosial şəbəkədən tanımışdır, İbrahimlə ilk dəfə 2021-ci ildə X16 konfransında görüşmüşdür, o, özü konfransda şəbəkə texnologiyaları və ekstremist dini qruplaşmaların fəaliyyəti ilə bağlı çıxış etmişdir, konfransda Valeria Korovin, Dimitri, Nataliya kimi Avrasiya Hərəkatının fəalları ilə görüşmüşdür. Həmin şəxslər mətbuatda çıxışlar etmiş, sayt işlətmiş və kitablar yazmışlar. Moskvada olarkən Korovin Azərbaycanda xəbər saytı açmaq istədiklərini bildirmişdir. Moskvaya gedərkən orada qalıb işləmək niyəti olduğundan, orada qalaraq Turan Ekspres adlı teleqram kanalına rəhbərlik etmişdir. Əməkdaşlıq dayanmış və aprel ayında bərpa olunmuşdur. O, həmin vaxtdan İnfo defens adlı teleqram kanalına rəhbərlik etmişdir. İyul ayında Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən istintaq başladıqdan sonra Azərbaycana qayıtmışdır, Moskvaya konfransda çıxış etmək üçün getmişdir, Təqsirləndirilən şəxs1 Korovin və Duqini tanıdığını bilmişdir, Təqsirləndirilən şəxs1 anti-amerikan, anti-qərb, anti-liberal statuslar paylaşmışdır, Təqsirləndirilən şəxs1 Putinin ümummilli lider olması barədə fikirlərindən məlumatlıdır, İbrahimin “Putin qoşun yerit, bizi qurtar» kimi ifadələri olmuşdur, İbrahimlə Moskvada olduğu konfransda Avrasiya təşkilatının üzvlərindən nümayəndələr var idi, Təqsirləndirilən şəxs1 onu qanundan kənar hansısa xarici kəşfiyyat orqanlarına cəlb olunmağa təşviq etməmişdir, teleqram kanalında Rusiya Azərbaycan arasında dostluq münasibətlərini təbliğ etmək, düşmənçiliyi aradan qaldırmaq, əsl düşmənimizin liberalizm və qərb olduğu barədə fikir yaratmaq barədə paylaşımlar edilməsi ona bildirilmişdir, ona dövlət sirri əldə etmək barədə tapşırıq verilməmişdir, bəzən məqalələr xoşuna gəlməyəndə paylaşmamışdır, ona qırx min rubl əmək haqqı verilmişdir, Korovin mətbuatın vəziyyətiylə maraqlanmışdır, Təqsirləndirilən şəxs2 tanımamışdır, ona ümumilikdə iyirmi min manat pul göndərilmiş, əldə etdiyi pulları hər ayın 1-i Yuri kartına göndərmişdir, həmin pulları 2 il ərzində əmək haqqı kimi almışdır, ona pul göndərilməsi ilə bağlı Təqsirləndirilən şəxs1 yəqin ki məlumatı olmuşdur, Avrasiya Hərəkatı təşkilatı ilə onu Təqsirləndirilən şəxs1 əlaqələndirmişdir, Təqsirləndirilən şəxs1 həddi aşan paylaşımlarından sonra da onunla əlaqəni davam etdirmişdir, onun təşkilatda fəaliyyəti dünyada baş verən hadisələr barədə ekspert məqalələrini teleqramda paylaşmaq olmuş, bu fəaliyyəti ona Təqsirləndirilən şəxs1 təklif etmişdir, Təqsirləndirilən şəxs1 Putini ümummilli lider adlandırması ilə bağlı fikirlərini bilmişdir, istintaq zamanı ifadəsi onun sözləri ilə yazılmışdır. İş üzrə Şahid5 məhkəməyə teleqram ünvanlayaraq üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyini və ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş, AR CPM-in 329.1-ci maddəsinə əsasən şahidin ifadəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, o, ibtidai istintaq zamanı bildirmişdir ki, 09 may 2022-ci il tarixdə Avrasiya universitetinin yaxınlığında yerləşən parkda gəzişərkən faşızm üzərində gedən döyüşlər zamanı həlak olmuş şəxslərin qəbrlərini ziyarət edən zaman Təqsirləndirilən şəxs1 adlı şəxs ona yaxınlaşaraq Avrasiya hərəkatının başçısı olduğunu, həmçinin Azərbaycan dövlətçiliyini və Vladimir Putini dəstəklədiyini bildirmişdir. Həmin vaxt işsiz olduğu üçün Təqsirləndirilən şəxs1 təşkilatında ona uyğun hər hansı bir işin olubolmadığını soruşmuş, Təqsirləndirilən şəxs1 isə ona təşkilatında keçirilən tədbirlərin video və fotoçəkilişini etməyi təklif etmiş və bunun əvəzində ona 25 manat verəcəyini bildirmişdir, o da, Təqsirləndirilən şəxs1la razılaşmışdır. Bundan sonra, o, təxminən 7-8 dəfə Təqsirləndirilən şəxs1 Bakı şəhərinin ərazisində yerləşən müxtəlif kafelərdə keçirdiyi tədbirlərə gedərək foto və videoçəklişlərini aparmışdır. 2022-ci ilin yay aylarında günorta saatlarında, Təqsirləndirilən şəxs1 onun mobil nömrəsinə zəng edərək Nəsimi rayonunda “Silk Way” şirkəti ilə üzbəüz yerləşən “Nelson Pub” adlı kafedə tədbir keçiriləcəyini ona bildirmiş, o da, həmin kafeyə getmişdir. Həmin vaxt, Təqsirləndirilən şəxs1 Fidan Musayeva, Nəzakət Məmmədova, Həsən, Rusfeh və digər adlarını bilmədiyi şəxslər tədbirə gəlmiş, tədbir zamanı Təqsirləndirilən şəxs1 özünə düşmən hesab etdiyi Nadir Qocabəyli və Şahid6 haqqında danışmış, sonra dövlət haqqında ümumi müzakirələr aparılmış, yekunda hesabı Təqsirləndirilən şəxs1 ödəmiş, o isə 25 manatını alıb getmişdir. Təqsirləndirilən şəxs1 keçirdiyi tədbirlərə hər dəfə adlarını bilmədiyi yeni şəxsləri dəvət edirmiş, həmin tədbirlərdə o, sadəcə çəkiliş aparırmış və həmin çəklişi “wetransfer” və ya “yandex” vasitəsilə Təqsirləndirilən şəxs1 göndərirmiş, Təqsirləndirilən şəxs1 ona çəkilişləri bu qaydada göndərməyi demişdir. Təqsirləndirilən şəxs1 həmin çəkilişləri heç kimə göstərməməyini və dərhal silməyini tapşırmışdır. Təqsirləndirilən şəxs1 keçirdiyi görüşlərin birində Avrasiya Hərəkatı tərəfindən Moskva şəhərində təşkil edilmiş tədbirdə Şahid8la birlikdə iştirak etdiyini bildirmişdir. (Cild 2, iş vərəq 61-63). İş üzrə Şahid11 məhkəməyə teleqram ünvanlayaraq üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyini və ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş, AR CPM-in 329.1-ci maddəsinə əsasən şahidin ifadəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, o, ibtidai istintaq zamanı bildirmişdir ki, o məqalələr yazır və müxtəlif təşkilatlara dərc olunması üçün göndərir. Bu təşkilatlardan biri X7. Həmin institutdan o hər məqaləyə görə müəyyən pul məbləğləri almışdır. Həmin pul vəsaitləri Zolotaya Korona köçürməsilə ona Moskvadan göndərilmişdir. Təxminən 2023-cü ilin fevral ayında Facebook sosial şəbəkəsindən ona Avrasiya Hərəkatı profilindən özünü İbrahim Sel və həmin hərəkatın Azərbaycandakı nümayəndəliyinin rəhbəri kimi təqdim edən şəxs yazmış və onun məqalələri rəğbətlə qarşıladığını və təşkilatın rəhbərlərindən biri Valeri Korovinin də onun məqalələrini bəyəndiyini söyləmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 onu Moskvaya dəvət etmiş və Korovinlə tanış etməyə söz vermişdir. O, bu təkliflə razılaşsa da sonradan həmin səfər alınmamışdır. 2023-cü ilin iyun ayında İbrahim yenə də ona yazmış və Bakıda keçiriləcək tədbirdə iştirak etməyə dəvət etmiş, lakin sonra ondan heç bir xəbər olmamış və görüşə getməmişdir. (Cild 2 iş vərəq 191-193). İş üzrə Şahid1 məhkəməyə teleqram ünvanlayaraq üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyini və ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş, AR CPM-in 329.1-ci maddəsinə əsasən şahidin ifadəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, o, ibtidai istintaq zamanı bildirmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Qarazəncir kəndinin sakinləri kimi tanımış, heç bir əlaqəsi, qohumluq münasibətləri, o cümlədən düşmənçilik və ya ədavəti olmamışdır. 19 iyul 2023cü il tarixdə Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları və Qarazəncir kəndinin inzibati ərazi üzrə nümayəndəliyində çalışan Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs2 evinə keçirilmiş baxışda iştirak etmişdir. Baxış keçirilməzdən əvvəl baxış keçirilməsi ilə bağlı məhkəmə qərarı Təqsirləndirilən şəxs2 elan və təqdim edilmiş, daha sonra ona və Şahid2 hüquq və vəzifələri izah edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs2 yaşadığı evdən “Samsung” və “Blackberry” markalı 2 ədəd telefon, 1 ədəd fotoaparat, 5 ədəd yaddaş kartı, 11 ədəd bank və vizit kartları, sənədlər olan qovluq, 16 gb həcmlik yaddaş kartı, bir ədəd “Asus” markalı və bir ədəd “Toshiba” markalı notebook və həmin notebookların naqilləri, 36500 rus rublu, 600 ABŞ dolları, Təqsirləndirilən şəxs2 adına verilmiş ümümvətəndaş pasportu, çağırışçı vərəqəsi və Rusiya Federasiyasının “Drujba Narodov” Universitetinin tələbə bileti aşkar edilmiş, həmin əşya və sənədlər qablaşdırılaraq DTX əməkdaşları tərəfindən götürülmüşdür. (Cild 3, iş vərəq 203-205). İş üzrə Şahid15 məhkəməyə teleqram ünvanlayaraq üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyini və ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş, AR CPM-in 329.1-ci maddəsinə əsasən şahidin ifadəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, o, ibtidai istintaq zamanı bildirmişdir ki, 2023-cü ilin yay aylarında tanımadığı nömrədən zəng gəlib və şəxs özünü BAH rəhbəri Təqsirləndirilən şəxs1 kimi təqdim edərək Avrasiya Hərəkatı təşkilatının görüşlərində iştirak etməyə dəvət etmiş, həmin vaxt Tovuzda olacağından görüşdə iştirak edə bilməmişdir. Bununla yanaşı, o, Nəzakət Məmmədovanı da tanıdığını qeyd etmiş və 5-6 dəfə sonuncuya məxsus Alfa Tv kanalında Rusiya-Ukrayna müharibəsi barədə müsahibə vermişdir. (Cild 4, iş vərəq 107- 109). Təqsirləndirilən şəxslərin yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olmaları məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübutlar, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş : - «Şübhəli şəxsin tutulması haqqında» 19 iyul 2023-cü il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşlar.(Cild 1, i.v. 238, 260). - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(009)-501/2023 və 4(009)-502/2023-cü il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində həmin tarixdə “həbs” qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 19 iyul 2023-cü il tarixdən hesablanmışdır. (Cild 2, i.v. 32-39). - Təqsirləndirilən şəxs1 yaşadığı Cəlilabad rayonunun Qarazəncir kəndindəki evində keçirilmiş 19 iyul 2023-cü il tarixli baxışın protokolu ilə müəyyən edilmişdir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən məhkəmə qərarı əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 19 iyul 2023-cü il tarixdə yaşadığı Cəlilabad rayonunun Qarazəncir kəndindəki evində saxlanılmış, ondan dövlətə xəyanət cinayət əməlləri üzrə istifadə edilmiş, xarici xüsusi xidmət orqanı nümayəndələri ilə yazışma və digər informasiya mübadiləsi daşıyıcısı olan “Samsung A10” markalı 1 ədəd mobil telefon, “Acer” markalı noutbuk, xarici xüsusi xidmət orqanı nümayəndələrindən Təqsirləndirilən şəxs2 vasitəsilə Rusiya Federasiyasından göndərilmiş pul vəsaitlərinin nağdlaşdırılması üçün istifadə olunmuş "xxxx" ASC-yə məxsus üzərində 4169 7388 7388 1506 rəqəmləri olan və "xxxx" ASC-yə məxsus üzərində 5522 0993 4803 6229 rəqəmləri olan bank kartları, habelə Təqsirləndirilən şəxs1 dövlətə xəyanət cinayət əməllərinin törətməsini özündə əks etdirən digər iş üçün əhəmiyyət kəsb edən mötəbər dəlillər, əşya və sənədlər aşkar edilərək götürülmüşdür. (Cild 1 iş vərəq 19-21). - 19 iyul 2023-cü il tarixdə Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən məhkəmə qərarı əsasında davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 yaşadığı Cəlilabad rayonunun Qarazəncir kəndindəki evində saxlanılmış, həmin ünvanda keçirilmiş baxış zamanı oradan dövlətə xəyanət cinayətinə yardım etmək üçün istifadə olunmuş cinayət əməlləri üzrə istifadə edilmiş, xarici xüsusi xidmət orqanı nümayəndələri və Təqsirləndirilən şəxs1 ilə yazışma və digər informasiya mübadiləsi daşıyıcısı olan Samsung markalı 1 ədəd mobil telefon, Təqsirləndirilən şəxs1, habelə digər şəxslərə pul vəsaitlərinin göndərilməsi məqsədilə “Sberbank” İSC-yə məxsus üzərində “İbragim Gumbatov” yazılmış 2202 2061 7149 7865 nömrəli yaşıl rəngdə bank kartı, "xxxx" ASC-yə məxsus üzərində 4169 7413 6250 5420 nömrəli göy rəngdə bank kartı, xarici xüsusi xidmət orqanı əməkdaşı X15 əlaqələndirdiyi şəxs X13 alınan 36500 Rus rublu, Rusiya Federasiyasının Drujba narodov adlı universitetinin Təqsirləndirilən şəxs2 məxsus tələbə bileti, habelə iş üçün əhəmiyyət kəsb edən digər əşya və sənədlər aşkar edilərək götürülmüşdür. (Cild 1 iş vərəq 14-16). - 19 iyul 2023-cü il tarixli 9-2380 nömrəli məktubla daxil olmuş sənədlərdən, habelə 19 iyul 2023-cü il tarixli baxış protokolundan görünür ki, 15 oktyabr 2013-cü ildə Həsənov X10 Gelyeviç Duqinlə sosial şəbəkə vasitəsilə müzakirələr apararaq sonuncudan «avrasiya.com» və ya digər saytların yaradılmasını, sonradan həmin saytlardan Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq istifadə etmək üçün köməklik istəyir. Həmçinin müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 Aleksandr Duqindən yəhudilər, Azərbaycan Respublikasında 2018-ci ildə keçiriləcək prezident seçkiləri, Türkiyə Respublikasına qarşı olan münasibət, xüsusi xidmət orqanları ilə münasibətlər barədə birbaşa tapşırıqlar alır. Bununla yanaşı, Təqsirləndirilən şəxs1 Azərbaycanda tarixən rus-slavyan köklü idarəedicilər olduğundan, yenidən həmin köklü şəxslərin Azərbaycana gəlməsini tələb edəcəklərini, Bakı şəhərinin slavyan şəhəri olmasının vacibliyini, Türkiyə və Qafqazın qədim slavyan torpağı olduğunu vurğulamış, Rusiya əsgərlərini “bizim əsgərlər” deyərək adlandıraraq maliyyə dəstəyi alandan sonra, 08 mart 2022-ci ildə “camaatla işləyib onları əməkdaşlığa cəlb edirəm” ifadələrini bildirmiş və bunların qarşılığında Alekasandr Duqindən minnətdarlıq sözlərini almışdır. Baxışla həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının ictimai və dövlət xadimlərinin Rusiya Federasiyasının dövlət siyasətinə qarşı mediadakı çıxışlarını təhlil etmiş, təhlillərin nəticələri barədə topladığı məlumatları, eləcə də “X19” (BAH) təşkilatının Azərbaycandakı üzvlərinin Bakı şəhərində keçiriləcəkləri tədbirləri ilə bağlı mütəmadi hesabatların məxsusi formada hazırlayıb sosial şəbəkə vasitəsilə Aleksandr Duqinə göndərmişdir. (Cild 1, iş vərəq 25-225, cild 2, iş vərəq 276-324). - 27 iyul 2023-cü il tarixli 9-2440 nömrəli məktubla daxil olmuş Bakı şəhəri Səbail Rayon məhkəməsinin qərarı əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində əldə olunan sənədlərdən görünür ki, 2021-ci ilin aprel ayında Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 Moskva şəhərinə getməyi və “bizim işləri apar” təklifini edir və maliyyə cəhətdən hər hansı çətinliyinin olmayacağını bildirir. Bununla yanaşı Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 “telegram” ani yazışma tətbiqində olan kanalların redaktəsi və koordinasiyası ilə məşğul olmaq adı altında 2021-ci ilin sentyabr ayında Rusiya Fedrasiyasına göndərərək Rusiya xüsusi xidmət orqanının əməkdaşı Yuri Xoroşevski ilə tanış edir. (Cild 2, iş vərəq 87-97). - 05 avqust 2023-cü il tarixli baxış protokolundan görünür ki, xüsusi xidmət orqanının əməkdaşı X15 köməkliyi ilə Moskva şəhərində «RUDN» universitetində təhsil almasını təsdiq edən «Studençeskiy bilet» (X37 Universiteti.Tələbə Bileti) yazılan kitabça xüsusiyyətinə görə özündə dövlətə xəyanət cinayətinin əlamətlərini saxladığı üçün, cinayət tapşırıqlarının icrası zamanı istifadə olunan “Sberbank” İSC-yə məxsus üzərində “İbragim Gumbatov” yazılmış 2202 2061 7149 7865 nömrəli yaşıl rəngdə bank kartı, "xxxx" ASC-yə məxsus üzərində 4169 7413 6250 5420 nömrəli göy rəngdə bank kartı vasitəsilə pul vəsaitlərinin Təqsirləndirilən şəxs2 tərəfindən Təqsirləndirilən şəxs1 göndərilməsini təmin etdiyindən həmin bank kartları, götürülmüş 36500 Rus rublu sonuncunun ifadəsindən göründüyü kimi, xarici xüsusi xidmət orqanının əməkdaşı Yuri Xoroşevski tərəfindən Təqsirləndirilən şəxs2 onun yaşadığı mənzilin icarə haqqısı kimi verildiyindən, götürülmüş Samsung A12 markalı mobil telefon vasitəsilə XXO (xarici xüsusi xidmət orqanı) əməkdaşı və Təqsirləndirilən şəxs1la əlaqə saxlanılma izləri daşıdığından maddi sübut kimi tanınaraq cinayət işinə əlavə olunmuşdur. (Cild 1 iş vərəq 14-16, cild 2 iş vərəq 112). - Təqsirləndirilən şəxs1 yaşadığı evinə baxış zamanı götürülmüş "xxxx" ASC-yə məxsus üzərində 4169 7388 7388 1506 nömrəli qara rəngdə və 4169 7332 2927 7103 nömrəli qırmızı rəngdə bank kartları onların vasitəsilə xarici xüsusi xidmət orqanlarından pul vəsaitləri alındığından, “Samsung Galaxy A10” və “Acer” markalı noutbuk, onların vasitəsilə Təqsirləndirilən şəxs2 və XXO əməkdaşı Yuri Xoroşevski ilə əlaqə saxlanılma izləri daşıdığından maddi sübut kimi tanınaraq cinayət işinə əlavə olunmuşdur. (Cild 1 iş vərəq 19-21). - Əks-Kəşfiyyat baş idarəsindən istintaq baş idarəsinə daxil olunmuş 12 avqust 2023cü il tarixli məktub və ona əlavə edilmiş bank çıxarışlarından görünür ki, Təqsirləndirilən şəxs2 müxtəlif şəxslərə, o cümlədən sonuncunun və Təqsirləndirilən şəxs1 ifadəsindən göründüyü kimi Təqsirləndirilən şəxs1 göstərişi ilə qohumları Şahid13, Şahid12 və Şahid14 bank hesablarına ümumilikdə 9837 (doqquz min səkkiz yüz otuz yeddi) manat məbləğində pul vəsaiti köçürmüşdür. (Cild 2 iş vərəq 124-165). - 01 sentyabr 2023-cü il tarixli Təqsirləndirilən şəxs2 mobil telefonuna baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 xarici xüsusi xidmət orqanının nümayəndəsi X17 müntəzəm əlaqə saxlamış, mobil telefonun özündə müvafiq qeydlər aparmış, habelə Təqsirləndirilən şəxs1 aldığı cinayət tapşırıqlarının icrası istiqamətində fəaliyyət göstərərək Yuri Xoroşevskidən alınan pul vəsaitlərinin bölünərək özünə, Təqsirləndirilən şəxs1 və digər ölkələrə göndərilməsi ilə bağlı Yuri Xoroşevski ilə danışıqlar apararaq onun göstərişlərini icra etmişdir. Baxış protokolundan həmçinin görünür ki, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə danışıqda sonuncunun təhsil aldığı universitetin prorektoru Sergey Bazavlyuk və onun Maksim adlı köməkçisinin xarici xüsusi xidmət orqanının əməkdaşı olduğunu bilərək, həmin Maksim adlı şəxslə əlaqəyə girmək istəmiş və bu istiqamətdə fəaliyyət göstərək XXO əməkdaşının mobil telefonunun nömrəsini Təqsirləndirilən şəxs1 götürmüşdür. Bundan əlavə, baxış protkolundan görünür ki, Təqsirləndirilən şəxs1 Rusiya xüsusi xidmət orqanının əməkdaşı ilə görüşdürdüyü Şahid8 xahişi ilə Təqsirləndirilən şəxs2 ona köməklik göstərərək həm XXO əməkdaşı Y.Xoroçevskinin mobil telefonunu Şahid8 ötürmüş, həm də sonuncunun tərcümeyi-halını “X19” Təşkilatının (BAH) rəhbərinin müavini Valeri Korovinə göndərmişdir. (Cild 1 iş vərəq 194-216). - Təqsirləndirilən şəxs1 istifadəsində olmuş “Samsung A10” markalı mobil telefona keçirilmiş 23 sentyabr 2023-cü il tarixli baxış protokolu ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 XXO nümayəndəsinin tapşırığı ilə BAH təşkilatının sıralarının artılırması istiqamətində aktiv fəaliyyət göstərmiş və “Facebook” sosial şəbəkəsindəki özünə məxsus «Avrasiya hərəkatı» adlı profilində çoxsaylı şəxslərə “salam. Rusiya və Putinə münasibətiniz necədir” məzmunlu məktublar göndərmişdir. Həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən politoloqlar Şahid15, Elxan Şükürlü adlı şəxlərlə əlaqəyə girərək onların gələcəkdə məxfi əməkdaşlığa cəlb edilib XXO-nun əlaqəsinə verilməsi ilə bağlı cəhdlər etmişdir. Baxış protokolunda Təqsirləndirilən şəxs1 XXO nümayəndəsi X17 danışıqları müəyyən olunmuş və sonuncudan alınan müxtəlif tapşırıqlar, yəni 1989-cu ildə olan Tbilisi hadisələrinin işıqlandırılması, pul vəsaitlərinin alınması və hansı yöndə xərclənməsi illə bağlı göstərişlər, Təqsirləndirilən şəxs1 isə öz fəaliyyəti üçün daha çox maliyyənin ayrılması ilə bağlı xahişləri görünür. Həmin yazışmalarda Təqsirləndirilən şəxs1 XXO əməkdaşına pulların Təqsirləndirilən şəxs2 vasitəsilə göndərilməsini də ayrıca vurğulayır. Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə yazışmada konspirasiya qaydalarına əməl olunmasının vacibliyini vurğuladığı müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs2 aşkar olunan danışıqlarda “sistemdən” uzaq olduğunu və yorulduğunu qeyd etmişdir. (Cild 2 iş vərəq 237-272). - Təqsirləndirilən şəxs1 məxsus və onun daim istifadəsində olmuş “Acer” markalı noutbukuna keçirilmiş 28 sentyabr 2023-cü il tarixli baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 25 aprel 2021-ci ildən “X19” Təşkilatının (BAH) rəhbərinin müavini Valeri Korovinlə sosial şəbəkə vasitəsilə əlaqə saxlamış, Azərbaycanda olan şəxsləri onların əlaqəsinə vermək məqsədilə təkliflər etmiş və həmin məqsədlə özünün və digər Azərbaycan Respublikasının vətəndaşı olan Şahid6 pasportlarını Valeri Korovinə göndərmişdir. Bununla yanaşı, baxış zamanı Təqsirləndirilən şəxs1 BAH rəhbəri Aleksandr Duqinlə danışıqları və XXO əməkdaşının tapşırığı ilə hazırlanmış və göndərilmiş hesabatları müəyyən olunmuşdur. Həmin hesabatlarda təqsirləndirirən şəxs Təqsirləndirilən şəxs1 Azərbaycanda baş verən hadisələr, Azərbaycanın ictimai və dövlət xadimlərinin mövqeləri, Rusiyanın siyasətinə qarşı olan şəxslərin şəxsiyyətləri və məqalələri barədə ətraflı, məzmunlu məlumat verir və XXO əməkdaşının rəğbətinin qazanılması məqsədilə hesabatlarda Rusiya Federasiyasının Azərbaycana qoşun yeridərək ölkəni Rusiya Federasiyasının tərkibinə daxil olmasını istədiyini qeyd edir, habelə 2018-ci ildə baş tutan seçkilər zamanı hansı namizədi dəstəkləməklə bağlı məsləhətləşmələr aparır. Bundan əlavə Təqsirləndirilən şəxs1 tərtib etdiyi hesabatında özünün Rusiya Federasiyası ilə bağlı olmasını etiraf edib Rusiya uğrunda hər şeyə hazır olduğunu vurğulamaqla XXO əməkdaşının tapşırıqlarının icrası istiqamətində fəaliyyət göstərərək müvafiq demotivator hazırladığını və həmin yazıda Azərbaycan Respublikası ərazisində Rusiyaya qarşı olan qüvvələr müəyyən olunduqca Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin və RF Xarci Kəşfiyyat Xidmətinin elektron poçt ünvanlarına göndərməyin zəruriliyi barədə məlumat vermişdir. (Cild 2 iş vərəq 276-324). - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qərarı əsasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və iş üzrə Şahid8 Rusiya Federasiyasının Moskva şəhərinə etdikləri səfər zamanı apardıqları danışıqlarının yazıldığı diskə keçirilmiş 06 oktyabr 2023-cü il tarixli baxış protokolu ilə müəyyən edilmişdir ki, hər üç şəxsin XXO əməkdaşı Yuri Xoroşevski ilə görüşləri baş tutmuş, həmin görüş zamanı Təqsirləndirilən şəxs1 almış olduğu tapşırığın icrası ilə bağlı Şahid8 XXO əməkdaşı Yuri Xoroşevskinin əlaqəsinə vermişdir. Danışıqdan həmçinin görünür ki, Yuri Xoroşevski özünün çətirini yadından çıxdığı üçün orada qoymuşdur. Həmin danışıqda Təqsirləndirilən şəxs2 Natalya Makeyevanın və Yuri Xoroşevskinin sistem işçiləri olduqlarını, Natalya Makeyevanın sırf kurasiya işləri ilə məşğul olduğunu, təhsil aldığı universitetin prorektoru Bazavlyukun (RF FTX əməkdaşı) yanına Natalyanın göndərdiyini, habelə Bazavlyukun köməkçisi Maksim adlı şəxsin onu məxfi əməkdaşlığa cəlb etməyə cəhd etdiyini, Bazavlyukun N.Makeyevanın işçisi olduğuna əmin olduğunu, Yuranın ona Natalyanın yazışmalarını yönləndirdiyini, həmin yazışmalarda X5 münasibətdə üstün tərəf olması qənaətinə gəldiyini bildirmişdir. Qeyd olunan baxış protokolundan həmçinin görünür ki, həmsöhbətlər, yəni Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 danışıqlarında Yuri Xoroşevskinin və N.Makeyevanın sistem işçiləri olduqlarını yəqin edəndən sonra Təqsirləndirilən şəxs1 Yuri Xoroşevskinin serjant, Natalya Makeyevanın general rütbəsini daşımasından asılı olmayaraq, Yuri Xoroşevski ilə çörək kəsdiyini və bu səbədən onun əlaqəsinin ancaq Yuri Xoroşevski ilə olacağını vurğulamışdır. Həmin baxış protokolundan eləcə də görünür ki, danışıq zamanı Təqsirləndirilən şəxs1 XXO əməkdaşı Yuri Xoroşevskinin məxfi əməkdaşlıqla bağlı əlaqəsinə kvota əsasında şəxslərin verilməsi və həmin kvotanın da 15 nəfərdən ibarət olması ilə bağlı məlumat vermişdir. (Cild 3 iş vərəq 12-65). - İş üzrə təyin edilərək keçirilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ekspertləri tərəfindən verilmiş məhkəmə-fonoskopik ekspertizasının 3-16-16/2-4/1804-4/1825 saylı rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, yəni 06 oktyabr 2023-cü il tarixdə baxışı keçirilmiş danışıqlarda K1 səsinin- Təqsirləndirilən şəxs1, K2 səsinin - Şahid8, K3 səsinin isə - Təqsirləndirilən şəxs2 aid olması müəyyən olunmuşdur. Bundan əlavə, ekspertizaya təqdim olunmuş səs yazılarında situasiya ilə əsaslanmayan yarımçıq söz və ifadələr, diktorların emosional-psixoloji vəziyyətinin əsaslanmamış dəyişməsi, danışıqlarda sözlər və cümlələrarası məntiqi rabitənin pozulması, yazılışın aparıldığı akustik şəraitə məxsus fonun kəskin dəyişməsi kimi montaj əlamətləri müəyyən olunmamışdır. (Cild 4 iş vərəq 1-28). - İş üzrə təyin edilərək keçirilmiş məhkəmə-psixiatrik ekspertizasının 2795 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, həmçinin müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmiş, anlaqlı hesab edilmiş, törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. (Cild 3 iş vərəq 66- 70). - İş üzrə təyin edilərək keçirilmiş məhkəmə-psixiatrik ekspertizasının 2669 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, həmçinin müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmiş, anlaqlı hesab edilmiş, törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. (Cild 3 iş vərəq 141- 146). - İbtidai istintaq zamanı «Avrasiya.info» İnternet saytına baxış keçirilməsi barədə 01 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xarici xüsusi xidmət orqanının əməkdaşından tapşırıq alaraq, bu tapşırırığın icrası istiqamətində fəaliyyət göstərmiş və 2014-cü ildən etibarən yaratdığı “avrasiya.info” internet saytında 2015-2019cu illər ərzində Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq təxribat xarakterli məqalələr yerləşdirmişdir. Həmin məqalələrin bəzilərinin başlıqları aşağıdakı kimi olmuşdur: - «Azərbaycanın 70 % əhalisi respublikanın Rusiyaya birləşməsini istəyir»; - «İbrahim Selin Azərbaycan xalqına müraciəti»; - «İbrahim Sel: Hər şeyə görə çox sağol, Rusiya!; - «İbrahim Sel: Azərbaycanlılar Rusiyanın tərkibinə daxil olmaq istəyirlər»; - «Zəlil Türkiyədən çox yüksək səviyyədə olmağımıza görə rusa borcluyuq»; - «Şiələr Azərbaycandan fərqli olaraq Rusiya şəhərlərində Aşuranı rahat və sərbəst şəkildə qeyd edə bilirlər». (Cild 3 iş vərəq 218-237). - İş üzrə təyin edilərək keçirilmiş məhkəmə-texniki ekspertizasının 5/1598 saylı rəyindən görünür ki, - tədqiq olunan “Samsung Galaxy A10” markalı “SM-A105F” modelli mobil smartfonun yaddaşında “+994 77 520 96 75” abonent nömrəsi ilə qeydiyyatdan keçmiş “Telegram” platformasında “**********6” abonent nömrəsinin “Valeriy Korovin" adı ilə və “**********8” abonent nömrəsinin isə “Yura” adı ilə qeydə alınaraq yadda saxlanması müəyyən olunmuşdur. Tədqiq olunan “Samsung Galaxy A12” markalı “SM-A127F/DSN” modelli mobil smartfonun yaddaşında “+**********8” abonent nömrəsi mobil cihazın yaddaşında “Yura” adı ilə yadda saxlanması müəyyən olunmuşdur.( Cild 4, iş vərəq 35- 50). - Təqsirləndirilən şəxs1 Rusiya xüsusi xidmət orqanlarının əlaqəsinə verdiyi Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsinin icraatında olan digər cinayət işi üzrə təqsirləndirilən şəxs X8 və xarici xüsusi xidmət orqanının əməkdaşı X15 səs yazılarından ibarət danışıqlar barəsində təyin edilərək keçirilmiş məhkəmə-linqvistik ekspertizasının 3- 16-16/2-4/368 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş materiallarda mətnin məzmununa görə şəxslər arasında müəyyən iyerarxik məqamları əks etdirən əməkdaşlıq münasibəti müşahidə olunur. Tədqiqata təqdim edilmiş mətndəki sözlərdən məqsədyönlü şəkildə istifadə edilərsə, bu halda söhbətin Rusiya Federasiyasının xüsusi xidmət orqanlarından getdiyi qənaətinə gəlmək olar. Tədqiqata təqdim edilmiş mətnin məzmununa görə şəxslər arasında informasiya alınması-ötürülməsi əlamətləri müəyyən edilir. Materiala əsasən, bu “mübadilə”nin Rusiya Federasiyasının mənafeyinə uyğun olduğunu söyləmək mümkündür. (Cild 4 iş vərəq 121-137, 146,147). - Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin qərarı əsasında həyata keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1la danışıqlar ələ keçirilmişdir. Həmin məlumatlara keçirilmiş 08 iyun 2024-cü il tarixli baxış protokolu ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 «Teleqram» sosial şəbəkəsindəki “Samed Valiyev” adlı hesabından digər Təqsirləndirilən şəxs1 “Hamı sənin kimi fsb agenti olmağa məcbur deyil” məzmunlu ifadələr yazmışdır. (Cild 4 iş vərəq 153-159). - Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli, 1(101)-2120/2024 saylı hökmündən görünür ki, X18 müvafiq hökmlə Cinayət Məcəlləsinin 274-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, 13 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. - “Giriş-çıxış və qeydiyyat” İAMAS üzrə sərhədkeçmə barədə Məlumat Blankından görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ittihamda qeyd olunan zaman kəsiyində Rusiya Federasiyası ərazisində olmuşlar.(C-İİ, i.v.173-182). Müdafiə tərəfinin dəlillərinə qiymət verilməsi: Məhkəmə Təqsirləndirilən şəxs1 əməkdaşlıq etdiyi Yuri, Nataliya, Duqin, Korovin adlı şəxslərin heç bir xüsusi xidmət orqanının əməkdaşı olmaması, onlarla yalnız avrasiyaçılıq ideyalarının Azərbaycan Respublikası ərazisində yayılması məqsədilə ünsiyyətdə olması, ona göndərilmiş pulların kitab tərcüməsi ilə əlaqədar olması, Rusiya xüsusi xidmət orqanları ilə məxfi əməkdaşlığa cəlb edilməməsi, Təqsirləndirilən şəxs2 isə ümumiyyətlə Təqsirləndirilən şəxs1 yaratdığı təşkilatın qanunsuz olduğunu bilməməsi, heç bir məxfi əməkdaşlığa cəlb edilməməsi, Təqsirləndirilən şəxs1 XXO-ya məlumat ötürməsinə köməklik etməməsi ilə bağlı dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, həmin dəlillər yuxarıda sadalanan sübutlar, o cümlədən, aşağıda qeyd olunan onların özləri arasında olan danışıqların əks olunduğu, iş materiallarında olan səs yazıları ilə təkzib olunur: Təqsirləndirilən şəxs1 : “Yura bayaq Elşənə deyir, ilk dəfə İbrahim başladı ki, Sputnik Amerikanın kəşfiyyatıdır, gizli şəkildə işləyir, biz tökülüşdük ofisi yoxlatdırdıq, gördük ki, düz deyir..Mən onlara 2 şey dedim, Sputnikdə Baydeni yazın. Tramp idi o vaxt. Tramp yazın, Putin yazın. Trampı yazdılar, 80 dəfə çıxdı, Putini yazdılar, 16 dəfə. Dedim yazın, ABŞ dövlət Departamenti xəbər verir ki (tam) yazdılar, dedim indi yazın, Rusiya XİN xəbər verir və yaxud Kreml xəbər verir. ABŞ-ın xəbərlərini dərc edirlər 100%lik. 20% Rusiyanı dərc edirlər görüntü üçün, gör düz vermişəm kodu ya yox, mən professionalam e hər adam çox cəfəngiyat danışa bilər”...”Qoy yazım ki, bilmirsən bu sistemi, gələ bilmədi e, sənədləri yığacaq, özü də bizim adamdı.” Bundan əlavə, Təqsirləndirilən şəxs1 sistemi yaxşı bildiyini, Natalyanın şəkilləri göndərməyəcəyini bildirir. “Nəzakət elə bilir, mən onu göndərmişəm, bunu da o sistemdən mən çıxarmışam, bu da Donbasa getməyəcək..O vaxt Yura mənə dedi Donbasa getmək, mənim açığı ürəyimcə deyildi, dedim problem deyil. Mən göndərmişəm onu Rusiyaya ilk dəfə, Donbasa nə vaxt gəlib mən bilməmişəm.” Təqsirləndirilən şəxs1 sözlərindən məlum olur ki, Nəzakətlə aralarında mübahisə yaşanmışdır. . (3-cü cild, i.v.19-20). Təqsirləndirilən şəxs2 : Donbasa gedənlərə yaxşı pul ayrıldığı üçün Nəzakət Məmmədovanın narazılıq etdiyini deyir. “Tutaq ki, belə alırsan 50 min, elə verirlər 100 min. Bunların maraqları başqadır.” Təqsirləndirilən şəxs1 yaxşı xəbərlər gözlədiyini deyir, Təqsirləndirilən şəxs2 Xəlilin bütün sənədləri verdiyiyini dəqiqləşdirir. Təqsirləndirilən şəxs1: “ehtiyatlı olaq, mən sərxoşam, dözə bilməyəcəm..Xəlil 4 ildir mənim həyətimin başından 1 dənə də informasiya ala bilmir.” Təqsirləndirilən şəxs2: “sən mənim adımı bir dənə demə” (3-cü cild, i.v.21) “Dünyanın hər yerinə göndərirəm, belə deyək, 300 dollar göndərirəm.” (3-cü cild, i.v.25) “Hə, Xəlilə deyir İbrahimə niyə bata bilmirsən ?İbrahimə pul Moskvadan gəlir, İbrahim vasitəsilə gəlir özü də” (3-cü cild, i.v.26). Təqsirləndirilən şəxs1: “Mənim qədər Türkiyəyə qarşı camaatı qaldıran olmayıb. 2016-dan dayandırmışam. Ərdoğan demişəm həmişə.” (3-cü cild, i.v.22) “Onu mən dəqiq bilim ki, o mənim komandirimdir. Komandirim aeroportda nömrəsini verdie mənə. O birisi komandir. 2 metr boyu var e, Bakı kəndindəndir. Aerportda işləyirdi. Rusiya... işləyirsən ?Dedim bəli, FSB həmişə gələcək. Hər qəbulda bu səs gəlirdi (gülür). Çıxdım yanından, komandirimə rast gəldim, 2 dənə komandirim. Allah xeyir eləsin.. Deyirəm, komandir, Rusiya təşkilatları yaradaq da. Siz yaradın 3-4 nəfər talışlar... Rusfel bilirdilər ki, mənim agentimdir də düzdür ? Rusfel hə., dedim elə işləyəcək.” (3-cü cild, i.v.23-24) “Elə o oğlandır da, həmin o oğlan, demirəm, FSB-də işləyən. Onun bir dənə adını, soyadını bilsə idim.” (3-cü cild, i.v.26). Təqsirləndirilən şəxs1: “Parketi bəlkə də, kamera göstərsə, FSB-nin öz binasında parket 60-cı ildə vurulan perketdir, dəyişməyiblər.” Təqsirləndirilən şəxs2: “müəllim, ona görə dəyişmirlər ki, ənənələrə sadiqdirlər..O bina ki var, müəllim, mən həmişə ora gedəndə eyni təəssüratı mən də yaşayıram, eyni hissləri. Liftə minəndə özümü sovet dövründə hiss edirəm. Lift konkret sovet liftidir də, girirsən, yerdəki döşəmə hamısı Sovetdən vurulma döşəmədir. Halbuki ora təmir olunube dəfələrlə, döşəməni dəyişmirlər.” (3-cü cild, i.v. 46). Təqsirləndirilən şəxs1: “O informasiyalar çatmasın.. Elə et o informasiyaları o, bilməsin, Korovinə də çatsın, özünə də çatsın, Kamandara da çatsın, FSB-yə də. O bilir də, əsas mənəm...Korovindəki bütün informasiyalar Nataliyada da var..Onlar gedirlər, sındırırlar, Korovinə güclü killer yaradıblar.. Lap istəyir Yura serjant olsun, Nataliya general olsun, mənim orda kontaktım Yura ilədir, çünki, mən Yura ilə söz kəsmişəme..Sən özünü tam düzəltsəydin, get FSB-yə..Bir dənə amanın günüdür, nə edirsən elə, ona az informasiya ver, amanın günüdür. (3-cü cild, i.v. 49-51) “Yuragilə verilən kvota var e, 15 adam gətir. Həmin o kvota qurtarıb. (3-cü cild, i.v. 59) “Korovinin atası polkovnik olub” (3cü cild, i.v. 61). Təqsirləndirilən şəxs2: “Nataliya güclü adamdır, sistem işçisidir. Nataliya elə bir şöbənin əməkdaşıdır ki, sırf kurasiya ilə məşğul olan şöbənin əməkdaşıdır. Məsələn, o Bazavlyuk var idi ha, bəlkə də Nataliyanın işçisi idi. Mən onu tutdum e. Bazavlyuk prorektor idi, bəlkə də polkovnik idi, ən azı mayor idi, amma Nataliyanın işçisi idi. Çünki, onlar mənə deyirdi e, get Bazavlyukun yanına. Sonra Yura mənə yazışmaları yönləndirirdi, görürdüm ki, Nataliyanın yazışmasıdır. Nataliya onu diktə edirdi ki, gic bizim adamdır, gəlsin yanına, onun problemlərini həll elə. O da vecinə almadı. Onun adını salmışdılar siyahıya. Söhbət məndən getmire, mən böyük fiqur zad deyiləm, sadəcə o, orda çaşmışdı..Müəllim, mən də çekistəme başa düşdün ? Məndə sadəcə “ot radadır”. (3-cü cild, i.v. 49-50) “Yeganə qurumdur ki, xaricdə əməliyyat keçirməyə icazəsi var. FSB-nin xaricdə əməliyyat keçirməyə icazəsi yoxdur. Amma qurum istənilən ölkədən ələ keçirə bilər.” (3-cü cild, i.v. 61). Göründüyü kimi, yuxarıda qeyd olunan sübutlar Təqsirləndirilən şəxs1 tamah niyətilə xarici ölkənin xüsusi xidmət orqanı nümayəndələri tərəfindən məxfi əməkdaşlığa cəlb olunaraq, Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq xarici ölkənin xüsusi xidmət orqanı nümayəndələrinin tapşırıqlarını yerinə yetirib onlara kömək etməklə və casusluq etməklə qəsdən dövlətə xəyanət cinayətini, Təqsirləndirilən şəxs2 isə tamah niyətilə pul vəsaitlərini əldə etməyi və çatdırmağı qabaqacadan vəd edərək və cinayətin törədilməsi üçün maneələri aradan qaldıraraq, xarici ölkənin xüsusi xidmət orqanı nümayəndələri tərəfindən məxfi əməkdaşlığa cəlb olunmuş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq həmin xüsusi xidmət orqanı nümayəndələrinin tapşırıqlarını yerinə yetirib onlara kömək etməklə və casusluq etməklə dövlətə xəyanət etməsinə qəsdən köməklik göstərməsi cinayətini törətməsi qənaətinə gəlməyə əsas verir. Həmçinin, Təqsirləndirilən şəxs1 ittiham olunduğu cinayət əməli üzrə gördüyü xidmətə görə müntəzəm olaraq xarici xüsusi xidmət orqanının nümayəndəsi olduğu iş materialları ilə təsdiq edilən şəxslər tərəfindən əmək haqqı almasına dair etirafedici ifadəsi, Təqsirləndirilən şəxs2 evindən aşkar edilmiş rus 36500 rubl məbləğində rus valyutası və həmin pulun ona xarici xüsusi xidmət orqanının nümayəndəsi olduğu iş materialları ilə təsdiq edilən şəxs tərəfindən verilməsinə dair etirafedici ifadələri təqsirləndirilən şəxslərin cinayəti tamah niyətilə törətmələrini təsdiq edir. Odur ki, yuxarıda qeyd olunan sübutlara əsaslanaraq məhkəmə tərkibi təqsirləndirilən şəxslərin onlara elan edilmiş ittiham üzrə cinayət əməli törətməməsi ilə bağlı dəlillərini iş materialları ilə uzlaşmayan, özünümüdafiə xarakterli, cinayət məsuliyyətindən yayınmağa yönəlmiş kimi qəbul edərək, mötəbər dəlil hesab etmir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər onlara elan edilmiş ittiham üzrə cinayət əməllərini qəsdən törətmişdir, həmin əməllər başa çatmış cinayətdir, təsnifata görə xüsusilə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 274-cü, Təqsirləndirilən şəxs2 oğlunun Cinayət Məcəlləsinin 32.5,274-cü maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməllərini törətməkdə təqsirlilikləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdikləri çoxsaylı ifadələri, yəni pul vəsaitlərinin məvacib qismində alınması, məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş yuxarıda adları qeyd edilmiş şəxslərin ifadələri, «baxış keçirilməsi haqqında» protokollar və ona əlavə edilmiş disklər, ekspert rəyləri, təqsirləndirilən şəxslərin istifadələrində olmuş mobil telefon vasitəsilə aparılmış danışıqlarla bağlı keçirilmiş baxış protokolları, Təqsirləndirilən şəxs2 Rusiya Federasiyasında çəkdirdiyi fotoşəkilləri, məhkəmə-fonoskopik, məhkəmə-psixitarik ekspertizalarının rəyləri, “Giriş-çıxış və qeydiyyat” İAMAS üzrə sərhədkeçmə barədə tələbnamələr, müvafiq məhkəmə qərarı ilə həyata keçirilmiş əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə olunmuş məlumatlar, yəni digər Təqsirləndirilən şəxs1la danışıqlarda sonuncunun Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməsindən xəbərdar olması barədə ifadələrlə və iş üçün əhəmiyyət kəsb edən digər əşya və sənədlərlə, həmçinin işin digər faktiki materialları ilə tam və əsaslı olaraq sübuta yetirilmişdir. Göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham olunduqları cinayət əməllərini təqsirli olaraq törətmələri iş materialları ilə sübuta yetirilmiş, müvafiq cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Buna görə də Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 274-cü, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 32.5,274-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdırlar. Cinayət Məcəlləsinin 274-cü maddəsinin sanksiyasında on iki ildən iyirmi ilədək müddətə və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 64.1-ci maddəsinə əsasən iştirakçılıqla törədilmiş cinayətə görə cəza təyin edilərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyəti, vurulmuş zərərin həcminə və xarakterinə onun təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edilməsində cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş aşağıda qeyd olunanları nəzərə alır: - DİN-in BƏSİİ-dən əldə edilmiş 01 avqust 2023-cü il tarixli tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkumluğu olmamışdır.(C-İİ, i.v. 98-99) - Cəlilabad RİHB Qarazəncir kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş müvafiq xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır, xx.xx.2023-cü il tarixli ailə tərkibi haqqında müvafiq arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində biri azyaşlı olmaqla, dörd yetkinlik yaşına çatmayan övladı vardır. ( C-İ, i.v. 114, 118-120). Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində azyaşlı övladının olmasını ARCM-in 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 cinayəti tamah məqsədilə törətməsi ARCM-in 61.1.6-cı maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal müəyyən edilmədi. Təqsirləndirilən şəxs2 cinayəti tamah məqsədilə törətməsi ARCM-in 61.1.6-cı maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, yuxarıda qeyd edilən yüngülləşdirici və ağırlaşdırıcı halları, təqsirləndirilən şəxslərin şəxslərin şəxsiyyətini, təyin ediləcək cəzanın onların onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslərə azadlıqdan məhrumetmə cəzası elə həddə seçilməlidir ki, Cinayət Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərinə xidmət etsin. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə, Cinayət-Prosessual Məcəlləsinin 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən onlara təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onların ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduqları 19 iyul 2023-cü il tarixdən hesablanmalı, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21 iyul 2023-cü il tarixli, 4(009)-501/2023 və 4(009)-502/2023 nömrəli qərarları ilə barələrində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Bundan başqa, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 450 (dörd yüz əlli) manat məbləğdə ekspertiza xərci var və həmin məbləğ Cinayət-Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 450 (dörd yüz əlli) manat məbləğdə məhkəmə məsrəfi təqsirləndirilən şəxslərdən müştərək qaydada, hər birindən 225 manat olmaqla tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 132 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs1 yaşadığı ünvanından aşkar edilərək götürülmüş "xxxx" ASC-yə məxsus üzərində 4169 7388 7388 1506 nömrəli qara rəngdə və 4169 7332 2927 7103 nömrəli qırmızı rəngdə bank kartları cinayət işinin materiallarında saxlanılsın, “Samsung Galaxy A10” markalı telefon və “Acer” markalı noutbuk hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsin ailə üzvlərinə qaytarılmalı, iş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs2 yaşadığı ünvandan aşkar edilərək götürülmüş «Studençeskiy bilet» (X37 Universiteti.Tələbə Bileti) yazılan kitabça, “Sberbank” İSC-yə 2202 2061 7149 7865 nömrəli yaşıl rəngdə bank kartı, "xxxx" ASC-yə məxsus üzərində 4169 7413 6250 5420 nömrəli bank kartı cinayət işinin materiallarında saxlanılmalı, “Samsung A12” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsin ailə üzvlərinə qaytarılmalıdır. Məhkəmə həmçinin, hesab edir ki, xüsusi müsadirənin tətbiq edilməsi üçün AR CMin 99-1-ci maddəsində qeyd olunan əsaslar vardır. Belə ki, ARCM-in 99-1.1.2-ci maddəsinə əsasən şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə, həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) xüsusi müsadirənin predmetidir. İş materiallarından da görünür ki, 36500 Rus rublu Təqsirləndirilən şəxs2 evindən aşkar edilmiş, Təqsirləndirilən şəxs2 ifadəsindən də görünür ki, həmin pul xarici xüsusi xidmət orqanının əməkdaşı Yuri Xoroşevski tərəfindən Təqsirləndirilən şəxs2 onun yaşadığı mənzilin icarə haqqısı kimi verilmişdir. Odur ki, Təqsirləndirilən şəxs2 yaşadığı evdən aşkar edilərək götürülmüş, maddi sübut qismində tanınaraq AR DTX-nın Maliyyə İdarəsində saxlanılan 36500 Rus rublu cinayət yolu ilə əldə edilmiş əmlak olduğundan, xüsusi müsadirə edilərək əvəzsiz qaydada dövlət nəfinə keçirilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 19 iyul 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,274-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 19 iyul 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs1 yaşadığı ünvandan aşkar edilərək götürülmüş "xxxx" ASC-yə məxsus üzərində 4169 7388 7388 1506 nömrəli qara rəngdə və 4169 7332 2927 7103 nömrəli qırmızı rəngdə bank kartları cinayət işinin materiallarında saxlanılsın, “Samsung Galaxy A10” markalı telefon və “Acer” markalı noutbuk hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsin ailə üzvlərinə qaytarılsın. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs2 yaşadığı ünvandan aşkar edilərək götürülmüş «Studençeskiy bilet» (X37 Universiteti.Tələbə Bileti) yazılan kitabça, “Sberbank” İSC-yə 2202 2061 7149 7865 nömrəli yaşıl rəngdə bank kartı, "xxxx" ASC-yə məxsus üzərində 4169 7413 6250 5420 nömrəli bank kartı cinayət işinin materiallarında saxlanılsın, “Samsung A12” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsin ailə üzvlərinə qaytarılsın. İş üzrə maddi maddi sübut qismində tanınaraq Azərbaycan Respublikası DTX-nın Maliyyə İdarəsində saxlanılan 36500 Rus rublu cinayət yolu ilə əldə edilmiş əmlak olduğundan, xüsusi müsadirə edilərək əvəzsiz qaydada dövlət nəfinə keçirilsin. Ekspertiza tədqiqatının xərci kimi 450 (dörd yüz əlli) manat məbləğdə məhkəmə məsrəfi təqsirləndirilən şəxslərdən müştərək qaydada, hər birindən 225 manat olmaqla tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxslərə isə hökmün surəti verildiyi andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Ayşən Vəliyeva Hakimlər: Cavid Səfərli Aqil Nuriyev
Məhkəmə qərarları › İş №1(099)-85/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-85/2025
21.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver