Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(099)-862/2023 07.11.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri X5 (sədrlik edən və məruzəçi), X7 və X4 ibarət tərkibdə, Elbrus Əlisahib oğlu Mikayılovun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyası Lənkəran rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi6 və Müdafiəçi7 iştirakları ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.1, 234.4.1, 234.4.3, 318.2-ci və Təqsirləndirilən şəxs2 həmin Məcəllənin 206.3.2, 234.4.1, 234.4.2, 234.4.3, 240.3.2, 318.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.1, 234.4.1, 234.4.3, 318.2-ci və Təqsirləndirilən şəxs2 həmin Məcəllənin 206.3.2, 234.4.1, 234.4.2, 234.4.3, 240.3.2, 318.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsi İstintaq Şöbəsinin baş müstəntiqi, ədliyyə polkovnik-leytenantı X11 tərəfindən aparılaraq tamamlanmış, cinayət işi üzrə ittiham aktı 20 oktyabr 2023-cü il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Azərbaycan Respublikası Baş Prokurorunun müavini, İİ dərəcəli dövlət ədliyyə müşaviri Elmar Camalov tərəfindən təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş və iş 27 oktyabr 2023-cü il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. Həmin cinayət işi üzrə məhkəmənin hazırlıq iclasları 03 və 07 noyabr 2023-cü il tarixlərə təyin edilmiş, cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması üçün ilkin dinləmələr aparılmışdır. Cinayət işinin materialları öyrənilərkən və işə hazırlıq iclaslarında baxılarkən ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.3 və 299.4-cü maddələrinin tələblərinin pozulub-pozulmaması barədə məsələlər araşdırılmış və məhkəmə heyəti həmin Məcəllənin 303, 307-ci maddələrini rəhbər tutaraq belə qənaətə gəlmişdir ki, işin ibtidai istintaqı zamanı məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303-cü maddəsi ilə müəyyən edilmiş kobud pozuntulara yol verildiyindən cinayət işinə baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, habelə Cinayət-Prosessual Məcəllənin tələblərinin kobud pozuntularına yol vermiş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsi İstintaq Şöbəsinin baş müstəntiqi, ədliyyə polkovnik-leytenantı X11 barəsində xüsusi qərar çıxarılmalıdır. Dövlət ittihamçısı qeyd olunan məsələ ilə bağlı bildirmişdir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.1, 234.4.1, 234.4.3, 318.2-ci, Təqsirləndirilən şəxs2 həmin Məcəllənin 206.3.2, 234.4.1, 234.4.2, 234.4.3, 240.3.2, 318.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin materialları tərəfindən öyrənilmişdir. Cinayət işi məhz Lənkəran Ağır Cinayətlər Məhkəməsinə aiddir, aparılmış ibtidai araşdırma dövründə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinin pozulması aşkar olunmamış, iş üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsaslar müəyyən edilməmiş, Cinayət-Prosessual Məcəllənin 289 və 290-cı maddələrinə əsasən ittiham aktı düzgün şəkildə tərtib edilmişdir. Təqsirləndirilən şəxslər barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsinə, ləğv edilməsinə əsaslar yoxdur və qətimkan tədbiri öz gücündə saxlanılmalıdır. Cinayət işinə məhkəmə iclasında baxılması üçün kifayət qədər əsaslar olduğundan işin açıq məhkəmə iclasında baxılmasını xahiş edir. Müdafiəçilər Müdafiəçi6 və Müdafiəçi7 hər biri ayrı-ayrılıqda cinayət işinin məhkəmə baxışına təyin olunmasına etiraz etmədiklərini bildirərək, işə açıq məhkəmə iclasında baxılmasını xahiş etmişlər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər biri ayrıayrılıqda işin məhkəmə baxışına verilib araşdırılmasını bildirmişlər. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 9-cu maddəsinə əsasən, cinayət mühakimə icraatının əsas prinsipləri cinayət təqibinin həyata keçirilməsinin əsasını təşkil edən qaydaları müəyyən etmək, insan və vətəndaş hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılması hallarından onun müdafiəsini təmin etmək, hər bir cinayət təqibinin qanuniliyini və əsaslılığını müəyyən etməkdən ibarətdir. Bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. Məhkəmə heyəti Cinayət-Prosessual Məcəllənin yuxarıda göstərilən müddəasının tələbləri baxımından hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən cinayət prosesinin prinsipləri və şərtləri pozulub, buna görə də hazırki cinayət işi üzrə başa çatmış icraat etibarsız sayılmalı, həmin cinayət işi üzrə qəbul edilmiş qararlar ləğv edilməlidir. Həmin Məcəllənin 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Həmin Məcəllənin 299-cu maddəsinə görə məhkəmənin hazırlıq iclası cinayət işində irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədilə ilkin dinlənilmələrdən ibarətdir. Hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş cinayət işinin ona aid olub-olmaması, aparılmış ibtidai araşdırma zamanı bu Məcəllənin tələblərinin pozulub-pozulmaması, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların olub-olmaması, qətimkan tədbirinin seçilməsi, dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olub-olmaması barədə məsələlərə baxılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40 və 305.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 sentyabr 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, Cinayət- Prosessual Məcəllənin 299.1-ci maddəsinə müvafiq olaraq məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Həmçinin məhkəmənin hazırlıq iclası zamanı ittiham və müdafiə tərəflərinin məhkəmə baxışı zamanı təqdim etdikləri sübutların siyahısı barədə, məhkəmə baxışından sübut kimi yolverilməz materialların xaric edilməsi barədə məsələlər həll edilir (Cinayət-Prosessual Məcəlləsinin 299.4.2 və 299.4.3-cü maddələri). Bu mənada Cinayət-Prosessual Məcəllənin 299-cu maddəsinin məzmunundan göründüyü kimi, məhkəmənin hazırlıq iclasının mahiyyəti ondan ibarətdir ki, məhkəmə iş üzrə sübutların qiymətləndirilməsinə yönələn hərəkətlər etmədən və məhkəməyə verilmiş şəxsin təqsirlilik məsələsini həll etmədən, bu məsələlərin məhkəmə iclasında həll edilməsi üçün faktiki halların kifayət edib-etməməsi və məhkəmə baxışının təyin edilməsinin mümkün olub-olmaması ilə bağlı tərəflərin fikrini öyrənərək müəyyən nəticəyə gəlir. Məhkəmənin hazırlıq iclasının əhəmiyyəti isə ondan ibarət olur ki, məhz bu mərhələ faktiki halları tam şəkildə tədqiq edilməmiş işlərin, eləcə də prosessual qanunun kobud pozulmasına yol verilmiş işlərin məhkəmə baxışına verilməsinin qarşısının alınmasına təminat yaradır. Başqa sözlə, məhkəmənin hazırlıq iclası məhkəmə baxışı üçün zəruri şəraitin yaradılmasını, məhkəmə iclasının uğurla həyata keçirilməsini təmin edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyini müəyyən etdikdə, məhkəmə cinayət işinin baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin Məcəllənin 303.3.1 və 303.3.6-cı maddələrinə əsasən, təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün), cinayət işi üzrə ittiham aktının bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin tələblərinə uyğun olmaması yəni, ittiham aktının təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm halların göstərilməməsi, habelə cinayət qanununun maddəsi göstərilməməklə verilmiş ittihamın ittiham aktının nəticəvi hissəsində əks etdirilməsi kobud qanun pozuntularıdır və bu qanun pozuntularına yol verildikdə cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 91.5.1-ci maddəsinə əsasən, nədə təqsirləndiyini bilmək (ittihamın məzmunu, verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi) təqsirləndirilən şəxsin hüququdur. Bu hüquqa müvafiq olaraq cinayət prosesini həyata keçirən orqan şəxsi təqsirləndirilən şəxs qismində cəlb edərkən onun nədə ittiham olunduğunu ona izah etməlidir. Təqsirləndirilən şəxsin hansı əməli törətməkdə təqsirləndirildiyi onun bu prosessual statusu qazanmasının rəsmiləşdirildiyi prosesssual sənəddə (təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarda) öz əksini tapır. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan sonra təqsirləndirilən şəxsə Cinayət-Prosessual Məcəllənin 224-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətlərdə ittiham elan edilir. Məhz ittiham elan edilərkən şəxsin nədə təqsirləndirildiyi ona müfəssəl şəkildə izah edilir. Təqsirləndirilən şəxsin nədə ittiham olunmasını dəqiqliyi ilə bilməsi onun öz müdafiəsini təşkil etməsində mühüm əhəmiyyətə malikdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsi üzrə təmin edilən minimal müdafiə hüquqları sırasında şəxsin nədə ittiham olunduğunu bilməsi cinayət qanununda nəzərdə tutulan cinayəti törətməsi barədə elan edilən ittihamın xarakteri və məzmununun ona aydın olmasını ehtiva edir. Bu baxımdan cinayət qanununun müvafiq maddəsi üzrə ittihamın mahiyyətinin nədən ibarət olmasının aydın olmaması və ya dəqiq müəyyən edilməməsi təqsirləndirilən şəxsin “nədə ittiham olunduğunu”, “nədən müdafiə olunmalı olduğunu” bilməməsinə və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı presedent üzrə belə olan halda müdafiə hüququnun pozulmasına səbəb olur. Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin “a” yarımbəndinə əsasən, “cinayət törətməkdə ittiham olunan hər kəs ən azı digər hüquqlarla yanaşı, ona qarşı irəli sürülmüş ittihamın “xarakteri və əsasları” haqqında bildiyi dildə dərhal və ətraflı məlumatlandırılmaq hüququna malikdir”. İttihamın mahiyyətinin aydın olması və ümumilikdə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsi ilə təminat verilən qeyd edilən hüquqlar bilavasitə mütləq hüquqlar olub, onların təmin edilməsi ittiham olunan şəxsin bu hüquqdan istifadə etmək istəyindən və məhkəmə baxışı nəticələrinin onu qane etməsindən asılı deyildir. Qeyd edilənlər konkret işin tələbi olmayıb, bütün cinayət işlərində nəzərə alınmalı olan və yanaşma tərzinin ümumi təcrübə yaratdığı prinsipial tələbdir (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Ozerov Rusiyaya qarşı” iş üzrə 18 may 2010-cu il, “Pfayfer və Plankl Avstriyaya qarşı” iş üzrə 25 fevral 1992-ci il, “Bulut Avstriyaya qarşı” iş üzrə 22 fevral 1996-cı il, “Kolozza İtaliyaya qarşı” iş üzrə 12 fevral 1985-ci il tarixli qərarları). İnsan hüquqları üzrə Avropa Məhkəməsi “X9 Federasiyasına qarşı” iş üzrə 18 fevral 2010-cu il tarixli qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsi, xüsusən də həmin maddənin 3-cü bəndi işlər birinci instansiya məhkəməsinə göndərilməzdən əvvəl o vaxt əhəmiyyət kəsb edə bilər ki, onun tələblərinin ilkin pozuntusu məhkəmə araşdırmasının ədalətliliyinə toxuna bilər. Həmin qərarda Avropa Məhkəməsi həmçinin, qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsi şəxslərə cinayət işləri üzrə ittiham elan edildiyi andan tətbiq edilməyə başlayır. Azərbaycan Resublikası Cinayət-Prosessual Məcəlləsinin 46-cı maddəsinə əsasən, ictimai ittiham və ictimai-xüsusi ittiham qaydasında cinayət təqibi üzrə cinayət işinin başlanması üçün müvafiq səbəb və əsaslar olmalıdır. Cinayət işinin başlanması üçün səbəb kimi törədilmiş və ya hazırlanan cinayət haqqında fiziki şəxs tərəfindən verilən ərizə, hüquqi şəxsin (vəzifəli şəxsin) və ya media subyektinin məlumatları, yaxud bu məlumatların təhqiqatçı, müstəntiq və ya prokuror tərəfindən bilavasitə aşkar edilməsi ola bilər, əsas isə cinayətin əlamətlərinə işarə edən kifayət qədər dəlillərin olmasıdır. Cinayətin əlamətlərini əks etdirən əməlin törədilməsini və cinayət təqibini istisna edən halların olmadığını güman etməyə əsaslar mövcuddursa, öz səlahiyyətləri daxilində fəaliyyət göstərən təhqiqatçı, müstəntiq və ya prokuror dərhal cinayət işi başlamalıdır. Cinayət-Prosessual Məcəllənin 90-cı maddəsində qeyd olunur ki, cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxs şübhəli şəxs qismində tanınır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin 07 fevral 2023-cü il tarixli qərarından görünür ki, cinayət işinin başlanmasına səbəb Təqsirləndirilən şəxs1 qəsdən tamah niyyəti ilə, yəni qazanc əldə etmək üçün şəxsiyyəti istintaqa Əli adı ilə məlum olan İran İslam Respublikası vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda müxtəlif növ narkotik vasitələrin və külli miqdarda psixotrop maddələrin qanunsuz olaraq satış məqsədi ilə əldə edilməsi, saxlanması və daşınaraq qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsi barədə razılaşmaqla cinayət əlaqəsinə girərək, əldə olunmuş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq 02 fevral 2023-cü il tarixdə, saat 20 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Füzuli rayonunun Aşağı Yağlıvənd kəndində yerləşən 18-ci sərhəd zastavasının 6-cı sahəsindən Azərbaycan Respublikasından İran İslam Respublikasına qəsdən qanunsuz olaraq getməsi, orada şəxsiyyəti istintaqa Əli adı ilə məlum olan İran İslam Respublikasının vətəndaşı ilə görüşməklə 05 fevral 2023-cü il tarixdə külli miqdarda narkotik vasitə təmiz halda çəkisi 6,254 qram heroin, külli miqdarda narkotik vasitə təmiz halda çəkisi 6914,776 qram qurudulmuş marixuana, narkotik vasitə təmiz halda çəkisi 4,498 qram tiryək, narkotik vasitə - təsir maddəsinin ümumi miqdarı 0,4 qram təşkil edən 10 həb metadon və külli miqdarda psixotrop maddə təmiz halda çəkisi 3,963 qram metafetamini qəsdən tamah niyyəti ilə, qanunsuz olaraq satış məqsədi ilə əldə etməsi, saxlaması, qeyd olunan külli miqdarda narkotik vasitələri və psixotrop maddəni N fevral 2023-cü il tarixdə, 01 radələrində təkrarən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət buraxılış məntəqələrindən, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, qaçaqmalçılıq yolu ilə daşıyaraq əvvəlcədən razılaşdıqları kimi Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Füzuli rayonunun Böyük Bəhmənli kəndində yerləşən 18-ci sərhəd zastavasının 17-ci sahəsindən İran İslam Respublikasından Azərbaycan Respublikasına qanunsuz olaraq keçirdikdən sonra Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən saxlanılması və həmin külli miqdarda narkotik vasitələr və psixotrop maddənin ondan aşkar olunaraq götürülməsi olmuşdur (cild 01, i.v. 01-02). İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları N nömrəli hərbi hissənin N fevral 2023-cü il tarixli sənədindən görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə N nömrəli hərbi hissənin 4-cü sərhəd komendantlığının 18-ci sərhəd zastavasının 17-ci sahəsində, üzərində 1 (bir) ədəd şübhəli bağlama, içərisində ümumi çəkisi 7165 qr. narkotik vasitə olan marixuanaya bənzər maddə, 1 (bir) xırda büküm narkotik vasitə olan metafetaminə oxşar maddə, 1 (bir) xırda büküm narkotik vasitə olan heroinə oxşar maddə, 2 (iki) büküm narkotik vasitə olan marixuanaya bənzər maddə, 1 (bir) büküm tiryək, 10 (on) ədəd metadon M40 həbləri aşkar edilərək saxlanılmışdır (cild 01, i.v. 3). İş materiallarında olan R-499 nömrəli, N fevral 2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saxlanılıb üzərinə baxış keçirilərkən üzərindən 1 (bir) ədəd "Nokia" markalı mobil telefon, 1 (bir) ədəd bıçaq və ümumi çəkisi 7 kq., 165 qr. marixuana, 0,005 qr. metafetamin, 0,005 qr. heroin, şəxsi istifadəsi üçün 2 (iki) büküm marixuana, 1 (bir) büküm tiryək, 10 (on) ədəd metadon M40 həbləri olması müəyyən olunmuşdur (cild 01, i.v. 04). İş materiallarında olan N fevral 2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsi tərəfindən barəsində aparılan inzibati xəta haqqında iş üzrə vəkilə ehtiyacı olmadığını, hüquqlarını özünün müdafiə edəcəyini, vəkil tələb etməməsinin səbəbinin onun maddi çətinliyi ilə əlaqəli olmamasını bildirmişdir. Həmin ərizənin məzmunu kompüterdə, elektron qaydada yazılmış və yalnız inzibati qaydada tutulmuş Təqsirləndirilən şəxs1 tərəfindən imzalanmışdır (cild 01, i.v. 05). İş materiallarında olan N nömrəli hərbi hissənin Şəxsi Heyət üzrə Şöbəsinin N fevral 2023-cü il tarixli "inzibati qaydada tutma", həmçinin "şəxsi axtarış, fiziki şəxsdə olan şeyləri yoxlama, şeylərin və sənədlərin götürülməsi haqqında" protokollarından görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə inzibati qaydada tutulmuş və üzərində şəxsi axtarış keçirilərkən 1 (bir) ədəd "Nokia" markalı mobil telefon, 1 (bir) ədəd bıçaq aşkar edilmiş və götürmə aparılmışdır (cild 01, i.v. 06-07). Bütün bunlardan dərhal sonra Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin 07 fevral 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1, 206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə birbaşa təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. Göründüyü kimi ibitdai istintaq orqanı tərəfindən aparılmış ilkin istintaq hərəkətləri zamanı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin yuxarıda göstərilən maddəsinin tələblərinin pozulması ilə yanaşı İnzibati Xətalar Məcəlləsinin müddəalarının tələbləri də pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 91-ci maddəsinin tələbinə görə səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati qaydada tutulmuş şəxsin bu Məcəllə ilə müəyyən edilmiş hüquqlarının təmin edilməsi üçün aşağıdakı tədbirləri görür:- tutulmuş şəxsə dərhal onun tutulmasının əsaslarını bildirmək, onun hüquqlarını izah etmək; tutulmuş şəxsi inzibati xəta haqqında protokolla tanış etmək; tutulmuş şəxsin xahişi ilə onun yaxın qohumlarına, işlədiyi və ya təhsil aldığı yerin müdiriyyətinə, yaxud vəkilinə məlumat vermək; tutulmuş şəxsə öz vəkili ilə əlaqə saxlamaq və onunla görüşmək imkanı yaratmaq; tutulmuş şəxsin öz vəkili olmadıqda, ona müvəqqəti saxlama yeri üzrə ərazidəki vəkil qurumlarında fəaliyyət göstərən vəkillərin siyahısını təqdim etmək, seçilmiş vəkillə əlaqə saxlamaq və onunla görüşmək imkanı yaratmaq və sair. Eyni zamanda həmin Məcəllənin inzibati xəta haqqında işin icraatına xitam verilməsindən bəhs edən 105-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul etməli və həmin qərarın surəti barəsində belə qərar qəbul edilmiş şəxsə göndərilməlidir. İş materiallarında olan inzibati qaydada tutulmuş Təqsirləndirilən şəxs1 barəsində tərtib edilmiş sənədlərdən onun tutulması barədə yaxın qohumlarına, yaxud digər müvafiq şəxslərə məlumat verilib-verilməməsi, ona hüquqlarının müdafiəsi üçün vəkil təqdim olunub-olunmaması, inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərarın qəbul olunub-olunmadığı, belə bir qərar qəbul olunduğu halda surətinin şəxsə təqdim olunub-olunmaması müəyyən edilmir. Bundan başqa, qeyd olunan epizod üzrə Təqsirləndirilən şəxs1 saxlanılarkən tərtib olunmuş sənədlərdən (raport, "şəxsi axtarış, fiziki şəxsdə olan şeyləri yoxlama, şeylərin və sənədlərin götürülməsi haqqında" protokol) görünür ki, onun üzərindən 1 (bir) ədəd bıçaq aşkarlanaraq götürülmüş, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin məhkəmə-trasoloji ekspertizasının təyin edilməsi barədə 07 fevral 2023-cü il tarixli qərarı əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 3/340 nömrəli, 02 mart 2023-cü il tarixli ekspert rəyi verilmişdir (cild 01, i.v. 04, 07, 39-40; cild 03, i.v. 206). Məhkəmə iş materiallarını araşdırdıqda Təqsirləndirilən şəxs1 saxlanılarkən üzərindən aşkarlanaraq götürülmüş 1 (bir) ədəd bıçaq barədə yuxarıda qeyd olunanlardan savayı digər bir sənəd aşkarlamamış, bununla da şəxsin üzərindən götürülmüş alətin sonrakı aqibəti barədə məlumat olmadığı müəyyən olunmuşdur. Bundan başqa, iş materiallarında olan N nömrəli hərbi hissənin Şəxsi Heyət üzrə Şöbəsinin 10 fevral 2023-cü il tarixli "inzibati qaydada tutma", həmçinin "şəxsi axtarış, fiziki şəxsdə olan şeyləri yoxlama, şeylərin və sənədlərin götürülməsi haqqında" protokollarından görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə inzibati qaydada tutulmuş və üzərində şəxsi axtarış keçirilmişdir (cild 01, i.v. 127-129). İş materiallarında olan 10 fevral 2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs2 Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsi tərəfindən barəsində aparılan inzibati xəta haqqında iş üzrə vəkilə ehtiyacı olmadığını, hüquqlarını özünün müdafiə edəcəyini, vəkil tələb etməməsinin səbəbinin onun maddi çətinliyi ilə əlaqəli olmamasını bildirmişdir. Həmin ərizənin məzmunu kompüterdə, elektron qaydada yazılmış və yalnız inzibati qaydada tutulmuş Təqsirləndirilən şəxs2 tərəfindən imzalanmışdır (cild 01, i.v. 126). Belə olan halda Təqsirləndirilən şəxs1 olduğu kimi, inzibati qaydada tutulmuş Təqsirləndirilən şəxs2 barəsində də tərtib edilmiş sənədlərdən onun tutulması barədə yaxın qohumlarına, yaxud digər müvafiq şəxslərə məlumat verilibverilməməsi, ona hüquqlarının müdafiəsi üçün vəkil təqdim olunub-olunmaması müəyyən edilmir. Bundan başqa, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 223.3 və 223.3.2-ci maddələrinin tələblərinə əsasən şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti öz əksini tapmalıdır. Həmin Məcəllənin 289.3.1-ci maddəsində qeyd olunur ki, cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar ittiham aktının təsviriəsaslandırıcı hissəsində göstərilməlidir. Həmin Məcəllənin 289.4-cü maddəsinə görə cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri ittiham aktının nəticəvi hissəsində əks etdirilməlidir. Hazırki cinayət işi üzrə tərtib edilmiş ittiham aktından görünür ki, məhkəməyədək icraat mərhələsində ibtidai istintaq orqanı belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni və şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni qanunsuz olaraq əldə edib saxlamış, bundan başqa təkrarən istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib saxlamış, bundan başqa qəsdən tamah niyyətilə, yəni qazanc əldə etmək üçün Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs2, şəxsiyyəti istintaqa Şəhriyar adı ilə məlum olan İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda müxtəlif növ narkotik vasitələrinin və külli miqdarda psixotrop maddənin İran İslam Respublikasında qanunsuz olaraq satış məqsədilə əldə edilməsi, saxlanması və daşınaraq qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsi barədə razılaşmaqla cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılığa əsasən və ümumi cinayətkar niyyətə uyğun olaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda qəsdən qanunsuz olaraq Azərbaycan Respublikasından İran İslam Respublikasına getmiş, orada külli miqdarda müxtəlif növ narkotik vasitələri və külli miqdarda psixotrop maddəni şəxsiyyəti istintaqa Şəhriyar adı ilə məlum olan İran İslam Respublikası vətəndaşından qanunsuz olaraq satış məqsədilə əldə etmiş, saxlamış, təkrarən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət buraxılış məntəqələrindən, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar daşımaqla qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirmişdir. Belə ki, o, 08 oktyabr 2022-ci il tarixdə, gecə saatlarında tanışı X8 ilə birlikdə şərikli, yəni hər biri 75 (yetmiş beş) manat pul müqabilində satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini və şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metafetamini sifarişləri əsasında istintaqa məlum olmayan şəxs tərəfindən Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunun Qazax rayonu Yuxarı Salahlı kəndindən keçən hissəsində, üzərinə alt-alta “Qazax 20”, “Gəncə 137” və “Bakı 487” sözləri və rəqəmləri həkk olunmuş yol nişanının yaxınlığında olan qoyulmuş daşın dibindən götürüb əldə edərək Şükür Məmmədovun istifadəsində olan “Khazar” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobillə sonuncu ilə birlikdə daşıyaraq Qazax rayonu Yuxarı Salahlı kəndində yerləşən fərdi yaşayış evinin qonaq otağında olan stolun üzərində saxlamış, Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı fərdi yaşayış evinə 09 oktyabr 2022-ci il tarixdə, saat 01:30-dan 03:35-dək olan müddət ərzində baxış zamanı evin qonaq otağında olan stolun üzərindən iki ədəd iç-içə qoyulmuş şəffaf polietilen kəsiyi bükümündə ümumi təmiz çəkisi, 0,289 qram narkotik vasitə olan heroin və ümumi təmiz çəkisi 0,547 qram psixotrop maddə olan metafetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən 24 yanvar 2023-cü il tarixdə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə, ümumi təmiz çəkisi 0,415 qram təşkil edən narkotik vasitə olan heroini əldə edərək, əynində olan şalvarının sol yan cibində qanunsuz olaraq saxlamış, 24 yanvar 2023-cü il tarixdə, saat 19:40-da Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağstafa şəhəri, R.Alcanov küçəsində yerləşən Milli Qəhraman Rafiq Alcanovun büstünün qarşısında saxlanılaraq Ağstafa Rayon Polis Şöbəsinə gətirilmiş, həmin narkotik vasitə olan heroin Ağstafa Rayon Polis Şöbəsinin inzibati binasında, həmin gün saat 20:47-dən 20:56-dək olan müddətdə üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan cins şalvarın sol yan cibindən aşkar edilərək götürülmüşdür. Bundan başqa o, qəsdən tamah niyyəti ilə, yəni qazanc əldə etmək üçün Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs2, şəxsiyyəti istintaqa Şəhriyar adı ilə məlum olan İran İslam Respublikası vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda müxtəlif növ narkotik vasitələrin və külli miqdarda psixotrop maddənin qanunsuz olaraq satış məqsədi ilə əldə edilməsi, saxlanması və daşınaraq qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsi barədə razılaşaraq cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq Təqsirləndirilən şəxs2la birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 02 fevral 2023-cü il tarixdə, saat 20 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Füzuli rayonunun Aşağı Yağlıvənd kəndində yerləşən 18-ci sərhəd zastavasının 6-cı sahəsindən Azərbaycan Respublikasından İran İslam Respublikasına qəsdən qanunsuz olaraq getmiş, İran İslam Respublikasında şəxsiyyəti istintaqa Şəhriyar adı ilə məlum olan İran İslam Respublikasının vətəndaşı ilə görüşməklə 05 fevral 2023-cü il tarixdə sonuncudan külli miqdarda narkotik vasitə təmiz halda çəkisi 6,254 qram heroin, külli miqdarda narkotik vasitə təmiz halda çəkisi 6914,776 qram qurudulmuş marixuana, narkotik vasitə təmiz halda çəkisi 4,498 qram tiryək, narkotik vasitə - təsir maddəsinin ümumi miqdarı 0,4 qram təşkil edən 10 həb metadon və külli miqdarda psixotrop maddə təmiz halda çəkisi 3,963 qram metafetamini qəsdən tamah niyyəti ilə, qanunsuz olaraq satış məqsədi ilə əldə etmiş, saxlamış, qeyd olunan külli miqdarda narkotik vasitələri və psixotrop maddəni N fevral 2023-cü il tarixdə, gecə saat 01 radələrində təkrarən tək olaraq Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət buraxılış məntəqələrindən, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, qaçaqmalçılıq yolu ilə daşıyaraq əvvəlcədən razılaşdıqları kimi Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Füzuli rayonunun Böyük Bəhmənli kəndində yerləşən 18-ci sərhəd zastavasının 17ci sahəsindən İran İslam Respublikasından Azərbaycan Respublikasına qanunsuz olaraq keçirdikdən sonra Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən saxlanılmış və həmin külli miqdarda narkotik vasitələr və psixotrop maddə ondan aşkar olunaraq götürülmüşdür. Məhkəməyədək icraat mərhələsində ibtidai istintaqın gəldiyi digər nəticəyə görə Təqsirləndirilən şəxs2 ittiham verilmişdir ondan ötrü ki, o, satış məqsədilə qanunsuz olaraq narkotik vasitəni əldə edib, saxlayaraq daşımaqla satmış, bundan başqa qəsdən tamah niyyətilə, yəni qazanc əldə etmək üçün qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda müxtəlif növ narkotik vasitələrinin və güclü təsir edən maddənin İran İslam Respublikasında qanunsuz olaraq satış məqəsdi ilə əldə edilməsi, saxlanması və daşınaraq qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsi barədə razılaşmaqla cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılığa əsasən və ümumi cinayətkar niyyətə uyğun olaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda qəsdən qanunsuz olaraq Azərbaycan Respublikasından İran İslam Respublikasına getmiş, daha sonra orada külli miqdarda müxtəlif növ narkotik vasitələri və külli miqdarda güclü təsir edən maddəni şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşından qanunsuz olaraq satış məqsədilə əldə etmiş, saxlamış, təkrarən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət buraxılış məntəqələrindən, Azərbaycan Respublikasının gömük sərhədindən gömrük nəzarətindən kənar daşımaqla qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirmişdir. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə 0,174 qram çəkidə narkotik vasitə olan heroini əldə edib saxlayıb daşımaqla 18 oktyabr 2022-ci il tarixdə, saat 14 radələrində Ağstafa şəhərində yerləşən «Gülül» şadlıq sarayının qarşısında tanışı X6 vasitəsi ilə X2 5 (beş) manat pul müqabilində satmış, 18 oktyabr 2022-ci il tarixdə, saat 18:35-də Ağstafa Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində X1 şəhərində yerləşən dəmir yolu vağzalının yaxınlığında saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, həmin narkotik vasitə heroin həmin gün saat 19:35-dən saat 19:52-dək olan müddət ərzində Ağstafa Rayon Polis Şöbəsinin inzibati binasında keçirilən şəxsi axtarış zamanı üzərində «Novokain» yazısı olan bir ədəd sınıq şüşə flakonda təmiz çəkisi 0,156 qram və 1 ml-lik birdəfəlik şprisin içərisində olan məhlulun tərkibində təmiz çəkisi 0.018 qram olan heroin sonuncunun əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Bundan başqa o, qəsdən tamah niyyəti ilə, yəni qazanc əldə etmək üçün Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs1, şəxsiyyəti istintaqa Şəhriyar adı ilə məlum olan İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitələrin və külli miqdarda güclü təsir edən maddənin qanunsuz olaraq satış məqsədi ilə əldə edilməsi, saxlanması və daşınaraq qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsi barədə razılaşaraq cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq Təqsirləndirilən şəxs1la birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 02 fevral 2023-cü il tarixdə, saat 20 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Füzuli rayonunun Aşağı Yağlıvənd kəndində yerləşən 18-ci sərhəd zastavasının 6-cı sahəsindən Azərbaycan Respublikasından İran İslam Respublikasına qəsdən qanunsuz olaraq getmiş, İran İslam Respublikasında şəxsiyyəti istintaqa Şəhriyar adı ilə məlum olan İran İslam Respublikasının vətəndaşı ilə görüşməklə 08 fevral 2023-cü il tarixdə külli miqdarda narkotik vasitə təmiz halda çəkisi 9351 qram qurudulmuş marixuana, narkotik vasitə - təsir maddəsinin ümumi miqdarı 0,32 qram təşkil edən 8 həb metadon və külli miqdarda güclü təsir edən maddə olan 30 həb şəklində təsir maddəsinin ümumi miqdarı 6,75 qram təşkil edən tramadol dərman vasitəsini sonuncudan qəsdən tamah niyyəti ilə, qanunsuz olaraq satış məqsədi ilə təkrar əldə etmiş, saxlamış, qeyd olunan külli miqdarda narkotik vasitələri və külli miqdarda güclü təsir edən maddəni 10 fevral 2023-cü il tarixdə 12 radələrində təkrarən tək olaraq Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət buraxılış məntəqələrindən, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, qaçaqmalçılıq yolu ilə daşıyaraq əvvəlcədən razılaşdıqları kimi Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin İmişli rayonunun Qaragüvəndikli kəndində yerləşən 23-cü sərhəd zastavasının 3-cü sahəsindən İran İslam Respublikasından Azərbaycan Respublikasına qəsdən qanunsuz olaraq keçirdikdən sonra Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən saxlanılmış və həmin külli miqdarda narkotik vasitələr və külli miqdarda güclü təsir edən maddə ondan aşkar olunaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin 07 fevral 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1, 206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmiş, 05 may 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs1 həmin Məcəllənin 206.3.2, 234.1, 234.4.1, 234.4.3, 318.2-ci maddələri ilə yenidən ittiham elan olunmuşdur (cild 01, i.v. 60-61; cild 03, i.v. 215-217). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin 13 fevral 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2, 318.1, 206.3.2, 234.4.1, 234.4.3, 240.3.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmiş, 01 avqust 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs2 həmin Məcəllənin 318.2, 318.1, 206.3.2, 234.2, 234.4.1, 234.4.3, 240.3.2-ci maddələri ilə yenidən ittiham elan olunmuşdur (cild 01, i.v. 192-193; cild 04, i.v. 213-215). Cinayət işi Azərbaycan Respublikası Baş Prokurorluğunun ittiham aktı təsdiq edilmədən cinayət işinin əlavə ibtidai istintaq aparılması üçün geri qaytarılması haqqında qərarı ilə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinə geri qaytarıldıqdan sonra həmin İdarənin 09 oktyabr 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3, 240.3.2 və 318.2-ci maddələri ilə yenidən ittiham elan olunmuşdur (cild 05, i.v. 57- 60; 129-131). Beləliklə, ibtidai istintaq orqanı tərəfindən tərtib edilmiş yekun ittiham aktında Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.1, 234.4.1, 234.4.3, 318.2-ci, Təqsirləndirilən şəxs2 əməlləri isə həmin Məcəllənin 206.3.2, 234.4.1, 234.4.2, 234.4.3, 240.3.2, 318.2-ci maddələri ilə tövsif edilmişdir. Göründüyü kimi ibtidai istintaq orqanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərini tövsif edərkən yekun ittiham aktında cinayət əməllərinin təsvirinə uyğun nəticəyə gəlməmişdir. Başqa sözlə desək, təqsirləndirilən şəxslərin əməllərinin Təqsirləndirilən şəxs1 münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.1, 234.4.1, 234.4.3, 318.2-ci, Təqsirləndirilən şəxs2 münasibətdə isə həmin Məcəllənin 206.3.2, 234.4.1, 234.4.2, 234.4.3, 240.3.2, 318.2-ci maddələri ilə tövsifi onlara qarşı irəli sürülmüş ittihamın məzmununu tam əhatə etmir. Belə ki, Təqsirləndirilən şəxs1 «… Təqsirləndirilən şəxs2la birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 02 fevral 2023-cü il tarixdə, saat 20 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Füzuli rayonunun Aşağı Yağlıvənd kəndində yerləşən 18-ci sərhəd zastavasının 6-cı sahəsindən Azərbaycan Respublikasından İran İslam Respublikasına qəsdən qanunsuz olaraq getmiş», «… N fevral 2023-cü il tarixdə, gecə saat 01 radələrində təkrarən tək olaraq Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət buraxılış məntəqələrindən, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, qaçaqmalçılıq yolu ilə daşıyaraq əvvəlcədən razılaşdıqları kimi Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Füzuli rayonunun Böyük Bəhmənli kəndində yerləşən 18-ci sərhəd zastavasının 17-ci sahəsindən İran İslam Respublikasından Azərbaycan Respublikasına qanunsuz olaraq keçirdikdən sonra Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən saxlanılmış»; Təqsirləndirilən şəxs2 «… Təqsirləndirilən şəxs1la birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 02 fevral 2023-cü il tarixdə, saat 20 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Füzuli rayonunun Aşağı Yağlıvənd kəndində yerləşən 18-ci sərhəd zastavasının 6-cı sahəsindən Azərbaycan Respublikasından İran İslam Respublikasına qəsdən qanunsuz olaraq getmiş», «… 10 fevral 2023-cü il tarixdə 12 radələrində təkrarən tək olaraq Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət buraxılış məntəqələrindən, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, qaçaqmalçılıq yolu ilə daşıyaraq əvvəlcədən razılaşdıqları kimi Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin İmişli rayonunun Qaragüvəndikli kəndində yerləşən 23-cü sərhəd zastavasının 3-cü sahəsindən İran İslam Respublikasından Azərbaycan Respublikasına qəsdən qanunsuz olaraq keçirdikdən sonra Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən saxlanılmış» məzmunlarda ittiham verilməsinə, hətta istintaq boyu qəbul olunmuş ayrı-ayrı qərarlarda onların əməllərinin müvafiq hissədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə tövsif olunmasına baxmayaraq, yekunda onlara həmin maddə ilə ittiham verilməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 iş materiallarında olan ilkin izahatdan, şübhəli və təqsirləndirilən şəxs qismində dindirmə protokollarından görünür ki, o, Təqsirləndirilən şəxs1 ona İran İslam Respublikasına qanunsuz keçərək narkotik vasitə götürüb yenidən Azərbaycan Respublikasına geri qayıtmağı barədə təklifinə razılıq verərək onunla birlikdə sərhədi qanunsuz olaraq İran İslam Respublikasına keçməsini, Babəkin narkotik vasitələri götürüb ondan əvvəl qanunsuz olaraq sərhədi keçməklə Azərbaycana qayıtmasını, özünün isə İranda Şəhriyarın evində qalmasını, bir-iki gün keçsə də, Babəkdən xəbər çıxmadığına görə Şəhriyarın ona, Babəkin onları aldadaraq 5.000 (beş min) manat məbləğində ziyan vurduğu üçün evlərinə zəng edib həmin məbləğdə pul göndərmələrini, əks halda onun başını kəsəcəklərini deməsini, bir gün keçəndən sonra isə Babəkin tutulması xəbəri çıxdığını, bundan sonra Şəhriyarın ona Azərbaycana narkotik vasitə gətirməli olduğunu bildirməsini, daha sonra onu kameraya çəkərək etiraz edəcəyi halda həmin videonu sosial şəbəkədə yayacağını dediyi üçün qorxusundan onunla razılaşaraq narkotik vasitə və psixotrop maddələri özü ilə Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət buraxılış məntəqələrindən, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, qaçaqmalçılıq yolu ilə daşıyaraq Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin İmişli rayonunun Qaragüvəndikli kəndində yerləşən 23-cü sərhəd zastavasının 3-cü sahəsindən İran İslam Respublikasından Azərbaycan Respublikasına qəsdən qanunsuz olaraq keçirdikdən sonra Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən saxlanıldığını etiraf etmişdir (cild 01, i.v. 130-132, 182-185, 200-204). Təqsirləndirilən şəxs2 yuxarıda göstərilən hissədə qeyd etdikləri Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin sübutların qiymətləndirilməsi haqqında 05 oktyabr 2023-cü il tarixli qərarında və ittiham aktında da öz əksini tapmışdır (cild 05, i.v. 88-126, 151-189). Cinayət hüquq nəzəriyyəsinə görə cinayətlərin çoxluğu konkret şəxs tərəfindən törədilən iki və ya daha artıq müstəqil cinayət tərkibinin əlamətləri olan iki, yaxud daha çox ictimai təhlükəli əməldir. Cinayətlərin məcmusu çoxluğun növlərindən biridir. Cinayətlərin real və ideal məcmusu fərqləndirilir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 17.1-ci maddəsində adı çəkilməsə də, faktiki cinayətlərin real məcmusunun («Bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır») anlayışı verilmişdir. Məcəllənin 17.2-ci maddəsinin göstərişi belə nəticə çıxarmağa əsas verir. Belə ki, həmin maddədə cinayətlərin ideal məcmusunun anlayışı təsbit edilmişdir. Orada deyilir: «Bir hərəkətlə hərəkətlə (hərəkətsizliklə) bu Məcəllənin iki və daha çox maddəsi ilə nəzərdə tutulmuş iki və daha çox cinayətin törədilməsi cinayətlərin ideal məcmusunu yaradır». Göründüyü kimi cinayətlərin real cəmi zamana görə bir-birindən təcrid olunmuş iki və daha artıq əməlin edilməsi ilə yaranır. Real məcmu müxtəlif vaxtlarda Cinayət Məcəlləsinin eyni, yaxud müxtəlif maddələrində, eyni maddənin müxtəlif hissələrində nəzərdə tutulan iki və ya daha çox müstəqil cinayətin törədilməsidir. Cinayət Məcəlləsinin 17.3-cü maddəsinin tələbinə əsasən, şəxs bu Məcəllənin müvafiq maddələrinə uyğun olaraq cinayətlərin məcmusunu yaradan hər cinayətə görə cinayət məsuliyyətinə cəlb edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 223.5-ci maddəsinə əsasən, təqsirləndirilən şəxs cinayət qanununun müxtəlif maddələri ilə tövsif edilən bir neçə cinayətin törədilməsinə görə məsuliyyətə cəlb edildikdə, qərarın təsviri-əsaslandırıcı hissəsində məhz hansı cinayətlərin törədildiyi, nəticə hissəsində isə cinayət qanununun həmin cinayətlərə görə məsuliyyət nəzərdə tutan maddəsi göstərilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin Kommentariyasında Cinayət-Prosessual Məcəllənin 223.5-ci maddəsinə şərh verən hüquqşunas alimlər qeyd etmişlər ki, əgər şəxs bir neçə cinayətin törədilməsində ittiham olunursa, təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərarda bu Məcəllənin 223.3-cü maddəsində göstərilmiş hallar barədə məlumatlar törədilmiş cinayətlərdən hər biri üzrə ayrılıqda öz ifadəsini tapmalıdır. Təqsirləndirilən şəxs cinayət qanununun müxtəlif maddələri ilə tövsif edilən bir neçə cinayətin törədilməsinə görə məsuliyyətə cəlb edildikdə, qərarın təsviri-əsaslandırıcı hissəsində məhz hansı cinayətlərin törədildiyi, nəticə hissəsində isə cinayət qanununun həmin cinayətlərə görə məsuliyyət nəzərdə tutan maddəsi göstərilməlidir. Məhkəmə hazırlıq iclasında müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verilmiş ittiham üzrə əməllərinin faktiki tərəfini və hüquqi tövsifinin mahiyyətini dərk etməmələri ilə bağlı yol verilən müdafiə hüquqlarının pozulması iş üzrə tərtib olunan ittiham aktında da öz əksini tapmış, ittiham aktının tərtib olunması ilə bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 289.3.1 və 289.4-cü maddələrinin tələblərinin pozulmasına gətirib çıxarmış və iş üzrə ittiham aktının düzgün tərtib olunmaması ilə nəticələnmişdir. İttiham aktı ibtidai istintaqın son məhsulu, onun nəticə aktı olmaqla cinayət işi üzrə ibtidai istintaqın qurtarmasını və onun nəticələrini özündə əks etdirir. Odur ki, ittiham aktı mühüm prosessual sənəd kimi cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun surətdə tərtib edilməlidir. Göstərilənlərin fövqündə demək olar ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxslərin əməllərinə düzgün olmayan hüquqi qiymət vermişdir. Və bu, ittihamın mahiyyətinə toxunan hal olmaqla bərabər təqsirləndirilən şəxslərin təqsirliliyi və əməllərinin tövsifi məsələsinə də birbaşa təsir göstərir. Cinayət hüquq nəzəriyyəsinə görə cinayət əməllərinin tövsifinin ədalət mühakiməsinin həyata keçirilməsində əhəmiyyəti şübhəsizdir. Əməllərin düzgün tövsif edilməsi qanunçuluq prinsipini təmin edir, cinayət və cinayət-prosessual qanunvericilik aktlarının düzgün tətbiq edilməsi üçün şərait yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və digər qanunlarında cinayətlərin tövsifinin ümumi qaydaları müəyyənləşdirilmişdir. Həmin qaydalara törədilmiş əməlin bilavasitə cinayət qanunuda cinayət kimi nəzərdə tutulması, konkret cinayət tərkibini yaratması və sair daxildir. Qaydalardan biri də odur ki, ittihamın əsasını təşkil edən rəsmi tövsif Azəraycan Respublikası Cinayət-Prosesual Məcəlləsi ilə müəyyən edilmiş qaydada dəqiq müəyyən edilmiş faktiki hallara söykənməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarına əsasən, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət-hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Sözü gedən Qərarda həmçinin, nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin, konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 10.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikası qanunlarının Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarlarında verilmiş təfsiri cinayət prosesi iştirakçıları üçün məcburidir. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 02 fevral 2023-cü il tarixdə, saat 20 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Füzuli rayonunun Aşağı Yağlıvənd kəndində yerləşən 18-ci sərhəd zastavasının 6-cı sahəsindən Azərbaycan Respublikasından İran İslam Respublikasına qəsdən qanunsuz olaraq getmələri, Təqsirləndirilən şəxs1 N fevral 2023-cü il tarixdə, gecə saat 01 radələrində təkrarən tək olaraq, Təqsirləndirilən şəxs2 10 fevral 2023cü il tarixdə, 12 radələrində təkrarən tək olaraq Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət buraxılış məntəqələrindən, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Füzuli rayonunun Böyük Bəhmənli kəndində yerləşən 18-ci sərhəd zastavasının 17-ci sahəsindən İran İslam Respublikasından Azərbaycan Respublikasına qanunsuz olaraq keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən saxlanılmaları məzmunda ittiham versə də, onların bu əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə tövsif etməsi həmin maddənin dispozisiyasında göstərilən "bu Məcəllənin 318.1-ci maddəsində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, yaxud zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə törədildikdə" ifadəsini əhatə etmir. Göründüyü kimi Cinayət Məcəlləsinin 318.2-ci maddəsinin dispozisiyasında tövsifedici əlamət kimi təkrarlıq nəzərdə tutulmur. Beləliklə, istintaq orqanı tərəfindən yol verilmiş yuxarıda qeyd edilən pozuntuların nəticəsi olaraq, təqsirləndirilən şəxslərə elan edilmiş ittihamın məzmunu aydın olmamaqla həmin hal onların müdafiə hüququnun pozulmasına səbəb olmuşdur. Bundan başqa, cinayət işinin materialları öyrənilərkən məhkəməyədək icraat zamanı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin müvafiq maddələri ilə tənzimlənən bir sıra prosessual pozuntulara da yol verildiyi müəyyən edilmişdir. Belə ki, Cinayət-Prosessual Məcəllənin 51-ci maddəsinə əsasən, cinayət təqibi üzrə aparılan prosessual hərəkətlərin gedişi və nəticələri protokol və digər yazılı sənədlərdə əks olunmalıdır. Cinayət-Prosessual Məcəllənin Kommentariyasında qeyd olunur ki, sözü gedən Məcəllənin 51.1-ci maddəsində göstərilən digər yazılı sənədlər dedikdə, yazıldığı dildən, yazılı obyektin icra texnikasından (kağız üzərində, fotoşəkildə və sair) asılı olmayaraq faktların və halların keçmişdə və indiki zamanda olmasını təsdiq və ya inkar edən məlumat daşıyıcıları başa düşülməlidir. Həmin sənədlərdə əks olunan cinayət işi üzrə əhəmiyyət kəsb edirsə, onlar sübut növü hesab oluna bilər. Ona görə də məlumat daşıyıcısı olan həmin sənədlər cinayət işi üzrə araşdırmada istifadə olunmalıdır. Cinayət-Prosessual Məcəllənin 51.2-51.5-ci maddələrinə görə cinayət təqibi üzrə aparılan prosessual hərəkətlərin gedişinin və nəticələrinin protokollaşdırılması, bir qayda olaraq, cinayət prosesini həyata keçirən orqan tərəfindən təmin edilməlidir. Protokolda doldurulmamış sətirlər və səhifələr pozulmalı, ona əlavələr, pozmalar və düzəlişlər xüsusi qeyd olunmalıdır. Cinayət təqibi üzrə aparılan prosessual hərəkətlərin gedişini və nəticələrini protokollaşdıran sənədlər elə tərtib olunmalıdır ki, onların məzmunu bilavasitə və ya texniki vasitələrin köməyindən istifadə edilməklə aydın başa düşülsün. Məhkəmə icraatı halları istisna edilməklə, prosessual hərəkətin aparılması haqqında protokol onu tərtib etmiş şəxs tərəfindən imzalanır. Bundan sonra protokol prosessual hərəkətin aparılmasında iştirak etmiş bütün şəxslərə oxunur, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunur. Əgər bu şəxslərdən hər hansı biri fiziki pozuntular və sair səbəblər üzündən protokolu şəxsən imzalamaq imkanından məhrumdursa, onun əvəzinə protokolu müdafiəçisi, qanuni nümayəndəsi və ya nümayəndəsi imzalayır. Prosessual hərəkətin aparılmasında iştirak etmiş şəxs protokolu imzalamaqdan imtina edirsə, bu barədə protokolda müvafiq qeyd aparılır. Cinayət-Prosessual Məcəllənin 224.4-cü maddəsində qeyd olunur ki, təqsirləndirilən şəxs qərarı və ya protokolu imza etməkdən imtina etdikdə, müstəntiq həmin sənədlərdə imza eməkdən imtina və imtinanın səbəbləri haqqında qeyd aparmaqla 24 saat müddətində bu barədə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verir. Cinayət-Prosessual Məcəllənin 235.9-cu maddəsinə əsasən, üzləşdirmə protokolu müstəntiq, habelə dindirilən şəxs və üzləşdirmədə iştirak edən şəxslər tərəfindən imzalanır, dindirilən hər bir şəxs öz ifadələrini və protokolun hər səhifəsini imzalayır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin əməlin tövsif edilməsi haqqında 05 may 2023-cü il tarixli qərarının məzmununda Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş ittihamın mahiyyəti sadalandıqdan sonra qərarın təsviri-əsaslanıdırıcı hissəsində onların barəsində olan ********* nömrəli cinayət işinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1, 318.2, 206.3.2, 234.4.1, 234.4.3, 240.3.2-ci maddələrindən həmin Məcəllənin 318.2, 318.1 (bu hissədə maddənin üzərindən xətt çəkilmiş, lakin bununla bağlı hər hansı bir qeyd əks olunmamışdır), 206.3.2, 234.1, 234.4.1, 234.4.3, 240.3.2-ci maddələrinə tövsif edilməli olduğu göstərilmiş, nəticə hissədə isə cinayət işinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1, 318.2, 206.3.2, 234.4.1, 234.4.3, 240.3.2-ci maddələrindən həmin Məcəllənin 318.2, 318.1 (maddə olduğu kimi qalmaqla), 206.3.2, 234.1, 234.4.1, 234.4.3, 240.3.2-ci maddələrinə tövsif edilməsi qərara alınmışdır (cild 03, i.v. 212-213). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin eyni tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.1, 234.4.1, 234.4.3 və 318.2-ci maddələri ilə yenidən ittiham irəli sürülmüşdür (cild 03, i.v. 215-217). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin 05 may 2023-cü il tarixli protokolundan məlum olur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti aparılmış, həmin protokolun yekununda hər iki təqsirləndirilən imza etməmişlər və bu barədə Təqsirləndirilən şəxs1 heç bir üzürlü səbəb göstərmədən protokolu imzalamaması barədə rəsmiləşdirmə aparılmasına dair protokol və məktub iş materiallarına əlavə edilsə də, Təqsirləndirilən şəxs2 aid hissədə isə bu barədə hər hansı bir sənəd iş materiallarına əlavə olunmamışdır (cild 03, i.v. 226-229). Eyni hal cinayət işinin materiallarında olan digər səndələrdə də təkrarlanmış, belə ki, xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittiam olunması haqqında qərardan və təqsirləndirilən şəxsin dindirilməsi protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 həmin sənədləri imzalamaqdan imtina etmiş, məsul şəxs tərəfindən imtinanın səbəbi barədə qeyd aparılmamışdır. Həmçinin, iş materiallarında bu barədə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verilib-verilməməsinə dair hər hansı bir sənəd yoxdur (cild 04, i.v. 182-183; 191-194). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin əməlin tövsif edilməsi haqqında 01 avqust 2023-cü il tarixli qərarının təsviri-əsaslandırıcı hissəsində yalnız Təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş ittihamın mahiyyəti sadalandıqdan sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində olan ********* nömrəli cinayət işi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2, 206.3.2, 234.1, 234.4.1, 234.4.3, 240.3.2-ci maddələrindən həmin Məcəllənin 318.2, 206.3.2, 234.1, 234.4.1, 234.4.2, 234.4.3, 240.3.2-ci maddələrinə tövsif edilmişdir (cild 04, i.v. 211-212). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin eyni tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2, 318.1, 206.3.2, 234.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə yenidən ittiham irəli sürülmüşdür (cild 04, i.v. 213-214). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində 14 avqust 2023-cü il tərtib olunaraq təsdiq olunmaq üçün göndərilmiş ittiham aktında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2, 206.3.2, 234.1, 234.4.1, 234.4.3-cü, Təqsirləndirilən şəxs2 isə həmin Məcəllənin 318.2, 318.1, 206.3.2, 234.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə ittiham verilmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğunun qərarı ilə həmin ittiham aktı təsdiq edilmədən cinayət işinin əlavə ibtidai istintaqının aparılması üçün geri qaytarılmışdır (cild 05, i.v. 12-55, 57-60). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin sübutların qiymətləndirilməsi haqqında 05 oktyabr 2023-cü il tarixli qərarında göstərilmişdir ki, «Təqsirləndirilən şəxs1 05 may 2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2, 318.1, 206.3.2, 234.1, 234.4.1, 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham öz qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2, 206.3.2, 234.4.1, 234.4.2, 234.4.3 və 240.3.2-ci maddələri ilə yenidən ittiham elan edilməsi haqqında qərar qəbul olunsun» (cild 05, 88-126). Halbuki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin 05 may 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.1, 234.4.1, 234.4.3 və 318.2-ci maddələri ilə yenidən ittiham irəli sürülmüşdür (cild 03, i.v. 215-217). Beləliklə, yuxarıda qeyd olunan nüanslar cinayət işi üzrə ibtidai istintaq zamanı təqsirləndirilən şəxslərə verilmiş ittiham üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq normalarının tətbiq olunmasında anlaşılmazlığa səbəb olmuşdur ki, bu da özlüyündə yolverilməz haldır. Bundan başqa, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 52.3-cü maddəsində qeyd olunur ki, bütün istintaq hərəkətlərinin protokolları dərhal və ya bütün hallarda istintaq hərəkətinin aparıldığı gündən sonrakı iş günündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının Azərbaycan Respublikası Baş Prokurorluğu ilə birgə müəyyən etdiyi qaydada qeydə alınmalıdır. Cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması, şübhəli şəxsə vəkillərin siyahısının təqdim edilməsi, müdafiəçinin şübhəli şəxsə təqdim edilməsi, cinayət prosesində iştirak edən şəxslərə etiraz etmə hüququnun izah olunması, şəxsi axtarış və götürmə aparılması, şübhəli şəxsin məhkəmə-kimyəvi ekspertizasının təyin olunmasına dair qərarla tanış edilməsi haqqında xx.xx.2023-cü il tarixli, təlimatlandırma barədə xx.xx.2022-ci il tarixli, diskə baxış keçirilməsi haqqında 04 fevral və 16 iyun 2023-cü il tarixli, şəxsə müdafiəçi tutma hüququnun izah edilməsi, müdafiəçinin şəxsə təqdim edilməsi, cinayət prosesində iştirak edən şəxslərə etiraz etmə hüququnun izah olunması, təqsirləndirilən şəxsə ittihamın elan edilməsi, hüquq və vəzifələrinin izah edilməsi, təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərarın surətinin, hüquq və vəzifələrinə dair yazılı bildirişin verilməsi, təqsirləndirilən şəxsin dindirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokollar qeydə alınmamışdır (cild 02, i.v. 115, 117, 121, 125, 127-128, 135; cild 03, i.v. 26, 177; cild 04, i.v. 173, 176, 180, 189, 190-194). Bundan başqa, cinayət işinin materialları öyrənilərkən məhkəməyədək icraat zamanı ibtidai istintaq orqanı tərəfindən cinayət prosessual qanunvericilik sahəsində qəbul edilmiş bir sıra qərarların tələblərinə riayət olunmaması da müəyyən olunmuşdur. Belə ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Qazax Rayon Polis Şöbəsi tərəfindən Təqsirləndirilən şəxs1 barəsində daxil olmuş məlumatla bağlı əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qəbul olunmuş 08 oktyabr 2022-ci il tarixli qərarın surəti eyni tarixli məktubla Qazax Rayon Məhkəməsinə göndərilmiş, lakin əməliyyat-axtarış tədbirlərinin qanuniliyinin yoxlanılmasına dair məhkəmənin hər hansı qərarı iş materiallarına əlavə edilməmişdir (cild 03, i.v. 23-24). Halbuki, “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 fevral 2015-ci il tarixli Qərarında göstərilir ki, əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Göstərilənlər ona dəlalət edir ki, həmin məktub formal olaraq tərtib edilərək cinayət işinə əlavə edilmiş və məktubda göstərilmiş məsələlərin həll edilməsinə ümumiyyətlə yönəlməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.2-ci maddəsinə əsasən, cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması məhkəmənin əsaslandırılmış qərarı ilə həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ədalətli məhkəmə araşdırılması hüququ “İnsan hüqüqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasında da öz əksini tapmışdır. Konvensiyanın 6-cı maddəsinin tələbinə görə hər kəs, onun hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsi milli məhkəmələrə tövsiyə edir ki, aşağı məhkəmədə işə baxan hakim apardığı məhkəmə icraatının 6-cı maddəyə uyğunluğunu təmin etməyə görə cavabdehlik daşıdığı üçün yuxarı məhkəmənin onun səhvlərini düzəldəcəyinə arxayın olmamalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 300.1.5-ci maddəsində nəzərdə tutulmuş qərarı çıxarmaqla yanaşı məhkəmə təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçildiyi halda onun növünün əsaslılığı və ya əsassızlığı barədə məsələyə baxmalı və qətimkan tədbiri məsələsinə dair qərar çıxarmalıdır. Həmin Məcəllənin 306.2-ci maddəsinə görə cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarı elan etdikdən sonra məhkəmə bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada eyni zamanda təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarın çıxarıldığı andan 7 (yeddi) gün müddətində qurtardıqda və ya cinayət işi üzrə dövlət ittihamçısı təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə vəsatətlə məhkəməyə müraciət etdikdə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə məsələyə baxmalıdır. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbsdə saxlama müddəti Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 27 oktyabr 2023-cü il tarixli qərarı ilə məhkəmənin hazırlıq iclasının yekununa dair qərar qəbul edilənədək dəyişdirilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxslərin barəsində əlavə istitaq aparılması zərurətini və ibtidai istintaq zamanı seçilmiş qətimkan tədbirinin seçilməsi əsaslarının hazırda da dəyişmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, onların barəsində seçilmiş həbs qətimkan tədbiri 1 (bir) ay müddətə uzadılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarlarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Şərh edilənlərdən göründüyü kimi cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması üçün kifayət qədər əsaslar var. Beləliklə, məhkəmə heyəti hazırlıq iclasında qeyd olunan məsələləri müzakirə edib, cinayət prosesi tərəflərini dinləyib, cinayət işinin materiallarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, məhkəməyədək icraat zamanı Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 303.3.1 və 303.3.6-cı maddələrində nəzərdə tutulan kobud pozuntulara yol verildiyi üçün cinayət işinə baxılmasına xitam verilməklə iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, həmçinin cinayət işinə baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına əsas vermiş kobud prosessul pozuntulara yol vermiş cinayət işi üzrə ibtidai istintaqı aparmaqla yekunlaşdırmış Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsi İstintaq Şöbəsinin baş müstəntiqi, ədliyyə polkovnik-leytenantı X11 barəsində ayrıca xüsusi qərar çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərini təşkil edir. 197.2-ci maddədə göstərilir ki, bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.05. 2018-ci il tarixli, 202 saylı Qərarına uyğun olaraq təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 (altı) manat məbləğində haqq ödənilməlidir. Təqsirləndirilən şəxslərin hüquqlarını məhkəmədə təyinatla Azərbaycan Respublikası Vəkillər Kollegiyası Lənkəran rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi6 və Müdafiəçi7 müdafiə etmişlər. Məhkəməyə təqdim olunmuş hesabatlardan görünür ki, müdafiəçilər hər biri ayrıayrılıqda təqsirləndirilən şəxslərin hüquqlarının müdafiəsi ilə əlaqədar işlə tanış olmaq, prosessual sənədləri hazırlamaq və məhkəmə hazırlıq iclasında cəmi 12 saat iştirak etmişlər. Belə olan halda dövlət büdcəsinin vəsaiti hesabına onlara ödənilməsi üçün hər birinə ayrı-ayrılıqda 72 manat məbləğdə pul fəaliyyət göstərdikləri Lənkəran rayon Vəkil Bürosunun nəfinə köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 299, 300.1, 300.1.5, 300.4, 300.4.1, 303.3.1, 303.3.6, 303.4, 306, 307.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.1, 234.4.1, 234.4.3, 318.2-ci və Təqsirləndirilən şəxs2 həmin Məcəllənin 206.3.2, 234.4.1, 234.4.2, 234.4.3, 240.3.2, 318.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan bir sıra kobud qanun pozuntularına yol verildiyi üçün cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri 1 (bir) ay müddətinə, yəni 07 dekabr 2023-cü il tarixinədək uzadılsın. Cinayət işi üzrə məhkəməyədək icraat zamanı Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin tələblərinin kobud pozuntularına yol vermiş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsi İstintaq Şöbəsinin baş müstəntiqi, ədliyyə polkovnik-leytenantı X11 barəsində ayrıca xüsusi qərar çıxarılsın. Məhkəmədə təqsirləndirilən şəxslərə göstərdikləri hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına Müdafiəçi6 və Müdafiəçi7 ödənilməsi üçün hər birinə ayrıayrılıqda 72 manat məbləğdə pul fəaliyyət göstərdikləri Azərbaycan Respublikası Vəkillər Kollegiyası Lənkəran rayon Vəkil Bürosunun nəfinə köçürülsün. Qərarın surətinin 3 (üç) gün müddətində cinayət prosesi tərəflərinə verilməsi və ya poçtla göndərilməsi təmin edilsin. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilməz. Sədrlik edən hakim Esmira Məmmədova Hakimlər Neymət Məmmədov Nahid Hüseynov
Məhkəmə qərarları › İş №1(099)-862/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(099)-862/2023
07.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver