Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-865/2023 15.12.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Hüseynov Nahid Nəsir oğlu (sədrlik edən), Məmmədova Esmira Qərib qızı və Məmmədov Neymət Hüsən oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1978-ci ildə Sabirabad rayonu Qarağac kəndində anadan olmuş, evli, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşğul olan, məhkum olunmayan, Sabirabad rayonu Qarağac kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə ƏN Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 234.4.3 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istinaqa məlum olmayan mənbədən və vaxtda əldə etdiyi narkotik tərkibli çətənə bitkisinin toxumlarını 2023-cü ilin fevral ayının sonlarında Sabirabad rayonu Qarağac kəndində yaşayan qohumu Şahid7 yaşadığı evin həyətyanı sahəsində, sonuncunun xəbəri olmadan əkmiş, onlara aqrotexniki qaydada qulluq etməklə külli miqdarda, yəni 249 ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə bitkilərini kultivasiya etmiş, 2023-cü ilin iyul ayının əvvəllərində həmin çətənə bitkisinin hissələrini toplayıb satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 5150 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edib, evin həyətindəki toyuq hinin içərisində bir ədəd sintetik torbada saxlamış, 08 iyul 2023-cü il tarixdə saat 22 radələrində Sabirabad RPŞ-nin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Şahid7 yaşadığı evə və həyətyanı sahəsinə baxış keçirilən zaman, evin həyətyanı sahəsində onun qanunsuz olaraq əkib yetişdirməklə kultivasiya etdiyi külli miqdarda – 249 ədəd yaş vəziyyətdə, ümumi çəkisi – 91500,0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri və evin həyətindəki toyuq hininin içərisində 01 ədəd sintetik torbada təmiz çəkisi – 5150 qram olan kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana (bundan sonra - qurudulmuş marixuana) aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək göstərmişdir ki, 2022-ci ilin noyabr ayında yaşadığı kəndin yaxınlığında olan çöl sahədə idarə etdiyi traktorla mala çəkən zaman yerdən 02 ədəd siqaret qutusunun olduğunu görmüş və traktordan düşüb həmin siqaret qutularını götürərək içərisinə baxdıqda içərisində 200-dən çox çətənə bitkilərinin toxumlarının olmasını aşkar etmiş, özündə saxlamışdır. Sonra həmin toxumları əkmək qərarına gəlmişdir. Həmin toxumları rəhmətlik əmisi oğlunun həyətində əkmişdir. Belə ki, əmisi oğlu rəhmətə getdikdən sonra onun arvadı və bacısı evdə tək qaldığından onlara lazım olan işləri görmüş, həyət-bacalarına da baxmışdır. Buna görə həmin həyətə tez-tez gedib gəlmişdir. Evdə olan qadınlar da səhər işə gedib axşam işdən gəldiklərinə görə onun həmin həyətdə narkotik əkməsindən xəbəri olmamışdır. Gündüz vaxtı həmin həyətə gəlib ağacları sulayarkən əkdiyi narkotik bitkilərini də sulamış, qulluq etmişdir. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, tapdığı siqaret qutusunda neçə toxum olmasını saymamışdır. Onları əkəndə də sayıb əkməmiş, torpağa səpmişdir. Ağacları sulayarkən bitkiləri də sulamışdır. Bitkilərin ağaclarının qurumuş yarpaqlarını yığıb toyuq hininin içərisinə qoymuşdur ki, atsın. Hində həmin torbanı gizlətmiş, belə ki üstünə ağac budaqları da atmışdır. Topladığı həmin yarpaqlardan istifadə etməmişdir, belə ki, o, narkotik çəkən olmamışdır. Həmin bitkiləri əkməkdə məqsədi toplayacağı marixuananı gələcəkdə satmaq olmuşdur. Lakin kimə satacağını qabaqcadan bilməmişdir. Cavan vaxtı narkotik istifadə etmişdir. Həmçinin əkdiyi toxumların belə çox bitəcəyini bilməmişdir. Polis əməkdaşları evə və həyətyanı sahəyə baxış keçirərkən o, da iştirak etmiş, həyətdən 249 çətənə kolu və 5 kiloqram qurudulmuş marixuana aşkar edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs iki cavan uşağının olmasını, qızının toyunun atasız, yəni onun iştirakı olmadan keçirilməsini bir ata kimi istəmədiyini, maddi vəziyyətinin pis olduğunu, törətdiyi əməlindən peşman olduğunu nəzərə alıb barəsində aşağı həddə cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Sabirabad RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq edir. 08 iyul 2023-cü il tarixdə Sabirabad rayonu Qarağac kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qohumu Şahid7 həmin kənddə yerləşən yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkilərin kultivasiyası və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuş, həmin məlumat əsasında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunaraq əməliyyat-istintaq qrupu yaradılmış, xx.xx.2023-cü il tarixdə saat 22 radələrində Təqsirləndirilən şəxs narkotik təkibli bitkiləri kultivasiya etdiyi və narkotik vasitə saxladığı evə, yəni Sabirabad rayonu Qarağac kəndində yerləşən qohumu Şahid7 yaşadığı fərdi yaşayış evinə videoçəkiliş vasitəsilə baxış keçirilmiş, baxış zamanı həyətyanı sahədə yerləşən toyuq damının arxa hissəsinə keçdikdə çoxlu sayda narkotik tərkibli çətənə bitkisinə bənzər bitkilər aşkar edilmiş, evin həyətyanı sahəsində yerləşən toyuq damında bir ədəd ağ rəngli sintetik kisə aşkar edilmiş, həmin kisənin içərisinə baxdıqda qurudulmuş marixuanaya bənzər kütlələr olması müəyyən edildi. Həmin bitkilərin sayı 249 ədəd, qurudulmuş marixuananın çəkisi isə 5 kiloqramdan biraz artıq olmuşdur. Baxış zamanı Təqsirləndirilən şəxs hər hansı hala etiraz etməmiş, törətdiyi əməli də etiraf etmişdir. Qurudulmuş marixuananı özü üçün saxladığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Sabirabad RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid3 da Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, heç vaxt ailə həyatı qurmadığı üçün hazırkı vaxtadək ata evində yaşayır. 2013-cü ilə kimi həmin evdə qardaşı X5 və sonuncunun ailə üzvləri ilə birlikdə yaşamış, lakin 2013-cü ildə qardaşı Namik Qocayev rəhmətə getdikdən sonra həmin ata evində həyat yoldaşı və övladları ilə birlikdə yaşayır. O və qardaşı arvadı Aygün kənd ərazisində əkin sahələrində və müxtəlif zavodlarda günəmuzd işləməklə evlərini dolandırmaqla məşğul olmuşlar. Təqsirləndirilən şəxs onun əmisi oğlu olmuş, qardaşı rəhmətə getdikdən sonra Xeyrəddin tez-tez yaşadıqları evə gələrək ərzaq məhsulları və s. almaqla onlara köməklik etmişdir. 08 iyul 2023-cü il tarixdə toyda olarkən uşaqların biri onu evinə çağırmış, evinə gəldikdə polis əməkdaşlarını görmüşdür. Evinə polislər baxış keçirmək istəmiş, o, da etiraz etməmiş, evinə və həyətinə baxış keçirilərkən nə olduğunu bilmədiyi bitki kolları aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin bitkilərin narkotik olduğunu və özü əkdiyini bildirmişdir. Həmçinin toyuq hinində qurudulmuş marixuana dedikləri bitki də aşkar olunmuşdur. Onun Təqsirləndirilən şəxs əkdiyi bitkilərdən və saxladığı maddədən xəbəri olmamışdır. Evdən səhər çıxıb axşam gəldiyindən bağ sahəsinə də getməmiş, həmin bitkiləri görməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 və Şahid9 Şahid7 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Sabirabad rayonu Minbaşı-Qarağac kəndlərinin icra nümayəndəsi vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs qohumu, yəni əmisiqızı Şahid7 yaşadığı evin həyətyanı sahəsində kultivasiya etdiyi və saxladığı narkotiklərlə bağlı polis əməkdaşları tərəfindən keçirilmiş baxışda iştirak etmişdir. Belə ki, xx.xx.2023-cü il tarixdə saat 22 radələrində həmin fərdi yaşayış evinə polis əməkdaşları ilə birlikdə getmiş, Şahid7 və Təqsirləndirilən şəxs ilə birlikdə videoçəkiliş vasitəsilə baxış keçirilmiş, baxış zamanı evin həyətyanı sahəsində yerləşən toyuq damının arxa hissəsinə keçdikdə çoxlu sayda narkotik tərkibli çətənə bitkisinə bənzər bitkilərin olmasını görmüşlər. Həmin bitkilər Təqsirləndirilən şəxs iştirakı ilə kökü ilə birlikdə torpaqdan çıxarılıb sayılaraq 249 ədəd olması müəyyən edildi. Bundan sonra keçirilmiş baxış zamanı evin həyətyanı sahəsində yerləşən toyuq damında bir ədəd ağ rəngli sintetik kisə aşkar edilmiş, həmin kisənin içərisinə baxdıqda isə qurudulmuş marixuanaya bənzər kütlələr olması müəyyən edilmiş, Təqsirləndirilən şəxs həmin kütlələrin nə olması və kimə məxsus olması soruşulduqda narkotik tərkibli çətənə birkilərinin tərəfindən kultivasiya edilməsini, aşkar edilmiş sintetik kisədə olan qurudulmuş marixuananı isə həmin bitkilərdən əldə etdiyini bildirmişdir. Son bir ildir ki, həmin kəndin nümayəndəsi işləmiş, 15 ildən yuxarı isə nümayəndəlikdə müavin işləmişdir. Təqsirləndirilən şəxs belə bir cinayət törətməsinə özü də inanmamış, Xeyrəddin əvvəllər belə işlərlə məşğul olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş, sonuncunun narkotik tərkibli bitkiləri əkib-becərməsi, həmçinin külli miqdarda narkotik vasitələr saxlamasına dair əməliyyat məlumatının rəsmiləşdirilməsi haqqında 08 iyul 2023-cü il tarixli raport, “əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə” qərar, Şahid7 tərəfindən tərtib edilmiş yazılı ərizə, onun Sabirabad rayonu, Qarağac kəndində qohumu Şahid7 yaşadığı evə və həyətyanı sahəsinə baxış keçirilməsi barədə protokol və ona əlavə edilmiş video çəklişdən iş üzrə Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat-axtarış tədbiri, Şahid7 yaşadığı evə və həyətyanı sahəsinə baxışın əsası, mexanizmi və nəticələri, bu zaman müəyyən edilmiş halların iş üzrə məhkəmə istintaqında şahid qismində dindirilmiş şəxslərin ifadələrində göstərilmiş qaydada baş verdiyi müəyyən edilir. (i.v .3-6;9; 14-17) -“baxış keçirilməsi və götürmə aparılması” haqqında 08 iyul 2023-cü il tarixli protokoldan və istintaq hərəkətinin videoçəkilişi əks olunmuş “DVD” diskdən görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs qohumu Şahid7 yaşadığı Sabirabad rayonu Qarağac kəndində yerləşən evinə baxış keçirən zaman evin həyətyanı sahəsindəki toyuq damının arxa hissəsindən 249 ədəd narkotik tərkibli çətənə bitkisi aşkar olunaraq kökü ilə birlikdə torpaq çıxarılmış və həyətyanı sahədə yerləşən toyuq damından bir ədəd ağ rəngli sintetik kisədə qurudulmuş marixuana kütləsi aşkar edilərək müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. (i.v. 16-19) - 08 iyul 2023-cü il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, həmin tarixdə Təqsirləndirilən şəxs qohumunun yaşadığı Sabirabad rayonu Qarağac kəndində yerləşən həyətyanı sahəsində əkilmiş 249 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq edilmişdir. (i.v. 18) -“cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” 09 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 00:35-də şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 32) -Məhkəmə bioloji ekspertizasının 09 iyul 2023-cü il tarixli, 18/714 nömrəli rəyində göstərilmişdir ki, Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs qohumu Şahid7 yaşadığı evin həyətyanı sahəsində...249 ədəd...” sözləri yazılmış və imzalar olan ümumi olaraq 7 ədəd sintetik kisədə ümumi sayı 249 ədəd, yaş vəziyyətdə, ümumi təmiz çəkisi-91500,0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun(mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş bitkilərə aqrotexniki qaydada xüsusi qulluq göstərilmişdir. “Təqsirləndirilən şəxs qohumu Şahid7 yaşadığı evin həyətyanı sahəsində.. marixuanaya oxşar...” sözləri və imzalar olan sintetik torbada təmiz çəkisi- 5150 qram olan kütlə tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuanadır. (i.v. 40-44) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 10 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3 və 237.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. ( i.v. 54-55) -Sabirabad Rayon Məhkəməsinin 10 iyul 2023-cü il traixli, 4(056)-109/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Sabirabad rayon prokurorunun təqdimatı təmin edilməmiş, onun barəsində 04 (dörd) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. (i.v.74-77) -Sabirabad RPŞ-dən daxil olan 10 sentyabr 2023-cü il tarixli məktubdan görünür ki, keçirilmiş bir sıra zəruri əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə müəyyən məlumatlar əldə edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs kultivasiya etdiyi narkotik tərkibli çətənə bitkilərinin toxumlarını əldə etdiyi mənbənin və qeyd edilən bitkilərin kultivasiya edildiyi fərdi yaşayış evində yaşayan şəxslər Şahid7 ilə Şahid8 Təqsirləndirilən şəxs həmin cinayətkar əməli ilə hər hansı əlaqələrinin olmasının müəyyən edilməsi istiqamətində tədbirlərin həyata keçirilməsinə baxmayaraq bu barədə hər hansı müsbət nəticə əldə etmək mümkün olmamışdır. (i.v. 106) -Ambulator məcburi narkoloji tibbi yoxlamanın xx.xx.2023-cü il tarixli, 5922 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (i.v. 142-143) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün hər hansı dəlil irəli sürməmiş, elan edilmiş ittihamla özünü tam təqsirli bilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq təmiz çəkisi 5.150 qram olmaqla küllü miqdar təşkil edən qurudulmuş marixuananı hazırlaması,əldə etməsi və həyətyanı sahəsində saxlaması Azərbaycan Respublikası CMin 234.4.3-cü maddəsində, 249 ədəd olmaqla külli miqdar təşkil edən çətənə (kannabis) bitkilərini qanunsuz olaraq əkmə və yetişdirməklə kultivasiya etməsi əməlində Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin tərkib əlamətlərini yaratmışdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən çətənə növlü bitkilər tərkibində narkotik maddələr olan bitki, qurudulmuş marixuana isə narkotik vasitə hesab edilir. Qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan çətənə növlü bitkilərin külli miqdarının aşağı həddi 16 ədəddən (31 hissə) başlayır. Qurudulmuş marixuananın şəxsi istehlak miqdarından (qramla) artıq miqdarının yuxarı həddi 5,0 qram, külli miqdarının (qramla) isə aşağı həddi 500,0 qramdır. Şəxsin Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılması üçün üç şərtin eyni vaxtda mütləq sübuta yetirilməsi tələb edilir: a)şəxs CM-nin 234.1-ci maddəsinin dispozisiyasında göstərilən hərəkətləri satış məqsədilə etməlidir; b)şəxs belə hərəkətləri qanunsuz etməlidir; c)narkotik vasitə və ya psixotrop maddələr külli miqdarda olmalıdır. Belə tələb həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun müddəalarından və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarında əksini tapmış izah və tövsiyələrdən də irəli gəlir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarınında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs qanunsuz olaraq kultivasiya etdiyi narkotik tərkibli çətənə bitkilərinin sayının külli miqdarın aşağı həddindən 15 dəfədən çox olması, həmçinin həyətyanı sahədə toyuq hinində aşkar edilmiş qurudulmuş marixuananın 5150 qram olmaqla həmin növ üçün müəyyən edilmiş külli miqdar həddinin aşağı hədindən 10 dəfədən çox olması, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməməsi barədə ambulator məcburi narkoloji yoxlamanın rəyi, eləcə də Təqsirləndirilən şəxs narkotik vasitələri gələcəkdə satmaq fikiri olması barədə həm ibtidi istintaq, həm də məhkəmə istintaqında verdiyi etirafedici ifadəsi, sonuncunun narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatının olması Təqsirləndirilən şəxs qeyd edilən kütlələri satış məqəsi ilə qanunsuz əldə etdiyini sübut edir. Göstərilən hallar Təqsirləndirilən şəxs qohumunun həyətindəki yardımçı tikilidən aşkar edilmiş narkotik vasitəyə münasibətdə satış niyyətində olması barədə nəticəyə gəlməyə tam əsas verir. «X3 Rusiya Federasiyasına qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməllərini törətməsi məhkəmə və ibtidai istintaq zamanı tam etirafedici ifadələri ilə yanaşı, şahid qismində dindirilmiş Şahid1, Şahid3, Şahid7, Şahid8 və Şahid9 ifadələri, Təqsirləndirilən şəxs qohumunun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsi barədə 08 iyul 2023-cü il tarixli protokol, həmin istintaq hərəkətlərinə əlavə edilmiş videogörüntü, digər istintaq hərəkəti protokolları, mütəxəssis rəyi, məhkəmə-bioloji ekspertizasının 09 iyul 2023-cü il tarixli, 18/714 nömrəli rəyi və digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış qurudulmuş marixuana, çətənə bitkilərinin kolları ilə tam sübut edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin bütün zəruri tərkib əlamətləri var. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 234.4.3 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 234.4.3 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v. 102) -Sabirabad rayon İcra Hakimiyyəti başçısının Minbaşı kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 10 iyul 2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Fərəcov X2 rayonu Qarağac kəndində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Ailə tərkibi həyat yoldaşı və yetkinlik yaşına çatmış iki uşağından ibarətdir. (i.v. 78-79). Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2, 58.3-cü maddələrini rəhbər tutaraq hazırki iş üzrə törətdiyi cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, törədilməsi halları, ağırlığı və nəticələrini, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsindən ibarət şəxsiyyətini xarakterizə edən halı, Azərbaycan Respublikası CM-in 59.1-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən və Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alıb təyin olunacaq cəzanın islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-in 234.4.3 və 237.2.3-cü maddələrinin sanksiyası həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən təyin edilməlidir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə, Azərbaycan Respublikası CPM-in 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 09 iyul 2023-cü il tarixdən hesablanmalı və Sabirabad Rayon Məhkəməsinin 10 iyul 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 31 (otuz bir) manat, 95 (doxsan beş) qəpik məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 31 (otuz bir) manat, 95 (doxsan beş) qəpik məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sabirabad RPŞ-də saxlanılan 249 ədəd çətənə bitkisi, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5149,90 qram olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs qohumunun həyətyanı sahəsinə baxış keçirilməsi zamanı qeydə alınmış videogörüntülərin əks olunduğu 01 ədəd disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, həmçinin “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 06 (altı) il, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu vaxtdan, 09 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 31 (otuz bir) manat, 95 (doxsan beş) qəpik məbləğində pul tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Sabirabad RPŞ-də saxlanılan 249 ədəd çətənə bitkisi, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5149,90 qram olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs qohumunun həyətyanı sahəsinə baxış keçirilməsi zamanı qeydə alınmış videogörüntülərin əks olunduğu 01 ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-865/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-865/2023
15.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver