Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-873/2023 22.12.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X4, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxx 1979-cü ildə Lənkəran rayonunun Nərimanabad qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, Lənkəran rayonunun Balıqçılar qəsəbəsində qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.4.3 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini külli miqdarda əkib yetişdirməklə kultivasiya etmiş və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə hazırlamış, əldə etmiş və saxlamışdır. Belə ki, o, özünə məlum mənbədən əldə etdiyi əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin toxumlarını 2023-cü ilin aprel ayında Lənkəran rayonun Balıqçılar qəsəbəsində yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində əkmiş, həmin toxumlardan yetişmiş külli miqdarda-41 ədəd çətənə (kannabis) bitkisinə aqrotexniki qaydada qulluq etməklə kultivasiya etmiş, həmçinin satış məqsədi ilə qanunsuz olaraq həmin çətənə (kannabis) bitkilərinin yarpaqları və digər hissələrini toplayıb qurudub kustar üsulla hazırlayıb külli miqdarda-3050,0 qram narkotik vasitə olan qurudulmuş marixuana əldə etmiş və həmin qurudulmuş marixuana kütləsini bir ədəd torbaya qablaşdırıb yaşadığı evdə yataq otağının giriş qapısının arxa hissəsində saxlamışdır. Daxil olmuş əməliyyat məlumatına əsasən Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin X6 əməkdaşları tərəfindən 16 iyul 2023-cü il tarixdə, saat 21 radələrində keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı, Lənkəran rayonun Balıqçılar qəsəbəsində olan fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış zamanı külli miqdarda-41 (qırx bir) ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri və yaşayış evinə baxış zamanı evin yataq otağının giriş qapısının arxa hissəsində bir ədəd torbada külli miqdarda-3050,0 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3 və 237.2.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni CM-nin 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilməyib, CM-nin 237.2.3-cü maddəsi ilə özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, o, subaydır, Lənkəran rayonun Balıqçılar qəsəbəsində fərdi yaşayış evində tək yaşayır, rəsmi olaraq heç bir yerdə işləməmiş, təsərrüfat işləri ilə məşğul olmuşdur. Xeyli müddətdir ki, “nəşə” adlanan narkotik maddədən (qurudulmuş marixunadan) istifadə etməyə başlamış, mütəmadi olmasa da, aradabir marixuanadan çəkmə yolu ilə qəbul etmiş, başqa növ narkotiklərdən istifadə etməmişdir. Dəqiq xatırlamadığı tarixdə dəniz kənarında olarkən sellofan torbada çətənə bitkisinin toxumlarını tapmış, sonra qərara gəlmişdir ki, həmin toxumları torpağa səpib özünün istifadəsi üçün çətənə bitkisi yetişdirsin. 2023-cü ilin aprel ayında, yaşadığı evin həyətyanı sahəsində çətənə bitkisinin toxumlarını əkmiş və həmin toxumlardan dəqiq sayını bilmədiyi qədər çətənə bitkisi çıxmışdır. Sonra o, çətənə bitkilərinə su verməklə qulluq edib yetişdirmişdir. Bir müddət sonra çətənə bitkiləri böyümüş və yarpaqlarında istifadə etmək mümkün olmuşdur. 2023-cü ilin iyul ayında yetişdirdiyi çətənə bitkisinin yarpaqlarından bir az miqdarda götürüb özünün istifadəsi üçün marixuana (qurudulmuş marixana) hazırlamış, qurudaraq hazırladığı marixuana təxminən 10 qram olmuşdur. Hazırladığı marixuanadan heç kimə satmamış və ya verməmişdir. 16 iyul 2023-cü il tarixdə, gecə saatlarında bir qrup polis əməkdaşları həyətinə gəlib ona həyətyanı sahədə çətənə bitkilərinin əkməsi barədə məlumat daxil olduğunu, yaşadığı evin həyətyanı sahəsinə və evə baxış keçiriləcəyi bildirilmiş, o da etiraz etməmişdir. Sonra polis əməkdaşları özünün və digər tanımadığı şəxslərin iştirakı ilə, həm də videoçəkilişlə yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilmişdir. Baxış zamanı polis əməkdaşları tərəfindən yaşadığı evin həyətyanı sahəsində 41 ədəd çətənə bitkiləri, yaşadığı evə baxış zamanı isə evin yataq otağında qapının arxasında divardan asılmış torbanın içərisində marixuana (qurudulmuş marixuana) kütləsi aşkar edilmişdir. Sonra polis əməkdaşları tərəfindən çətənə bitkiləri və torbada olan marixuana kütləni qablaşdırılıb götürülmüş, daha sonra sənədləşmə aparılmışdır. O, aşkar olunan 41 ədəd çətənə bitkilərini özünün istifadəsi üçün əkib-yetişdirmişdir. Həmçinin evin yataq otağında qapının arxasında divardan asılmış torbanın içərisində aşkar olunmuş marixuananın (qurudulmuş marixuananın) yalnız 10 qramı ona məxsusdur, qalan hissəsi ona məxsus deyil, güman edir ki, polis əməkdaşları torbanın içərisinə daha çox marixuana əlavə etmişlər. O, marixuanadan istifadə etsə də, marixuananın satışı ilə məşğul olmamışdır. Ona görə də o, narkotik maddələrin satışı ilə bağlı ona verilmiş ittiham üzrə özünü təqsirli bilmir, lakin özünün istifadəsi üçün çətənə bitkiləri əkib-yetişdirməsinə görə özünü təqsirli bilir və əməlindən peşmandır. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələrində göstərmişdir ki, o, həm öz istifadəsi üçün, həm də satıb pul qazanmaq üçün çətənə bitkisini əkib yetişdirmək qərarına gələrək tapdığı çətənə bitkisinin toxumlarını yaşadığı evin həyətyanı sahəsində əkmişdir. Bu müddət mütəmadi olaraq əkdiyi çətənə bitkilərinə qulluq etməyə başlamış, təxminən 41 ədəd çətənə bitikisini yetişdirmişdir. Həmin bitkilər yetişə-yetişə onların budaqlarından yarpaqları qırıb qurutmuş, təxminən 03 kq-dan artıq marixuana hazırlamış və hazırladığı marixuananı bir ədəd sintetik torbaya yığmış və həmin torbanı yaşadığı evin yataq otağında qapının arxasında divardan asıb saxlamışdır. 16 iyul 2023-cü il tarixdə, saat 21:50 radələrində bir qrup polis əməkdaşları həyətinə gəlib ona həyətyanı sahədə çətənə bitkilərinin əkməsi barədə məlumat daxil olduğunu, yaşadığı evin həyətyanı sahəsinə və evə baxış keçiriləcəyi bildirilmiş, o da etiraz etməmişdir. Sonra polis əməkdaşları özünün və digər tanımadığı şəxslərin iştirakı ilə, həm də videoçəkilişlə yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilmişdir. Baxış zamanı polis əməkdaşları tərəfindən yaşadığı evin həyətyanı sahəsində 41 ədəd çətənə bitkiləri, yaşadığı evə baxış zamanı isə evin yataq otağında qapının arxasında divardan asılmış torbanın içərisində 03 kq qurudulmuş marixuana kütləsi aşkar edilib götürülmüşdür. O, çətənə bitkilərini satmaq məqsədi ilə əkib becərsə də, tutulana kimi heç kimə qurudulmuş marixuana satmamış, aradabir az miqdarda özü istifadə etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə baxış zamanı aparılmış videoçəkiliş tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini ümumən təsdiq edib əlavə ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadələrində özünün şəxsi istifadəsi üçün əkib-yetişdirdiyi çətənə bitkilərindən yığıb əldə etdiyi marixuananı həm də satmaq fikrində olmasına dair hissəni təsdiq etmir, o, ifadə verərkən çətənə bitkilərindən topladığı yarpaqları (marixuananı) satmaq fikrində olmasını deməmişdir. Evində divardan asılmış torbanın içərisində aşkar olunmuş marixuananın yalnız 10 qramı ona məxsusdur, qalan hissəsi ona məxsus deyil, güman edir ki, polis əməkdaşları torbanın içərisinə əlavə marixuana yığmışlar. O, marixuanadan istifadə etsə də, narkotik maddələrin satışı ilə məşğul olmamış və narkotik maddələrin satışı ilə bağlı ona verilmiş ittiham üzrə özünü təqsirli bilmir, lakin çətənə bitkiləri əkib-yetişdirməsinə görə və özünün şəxsi istifadəsi üçün çətənə bitkilərinin yarpaqlarını az miqdarda yığıb saxladığına görə özünü təqsirli bilir və əməlindən peşmandır. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübutlar, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı elan olunmaqla tədqiq edilmiş, Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Lənkəran ŞRPŞ-nin X6 əməkdaşıdır. 16 iyul 2023-cü il tarixdə ona Lənkəran rayonun Balıqçılar qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu, alqı-satqısı, yaşadığı evinin həyətində çətənə bitkisi əkib yetişdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin gün saat 21 radələrində X6 əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirinə başlanılmış və əməliyyat qurupu Təqsirləndirilən şəxs yaşadığı ünvana-Lənkəran rayonun Balıqçılar qəsəbəsinə getmiş, Təqsirləndirilən şəxs yaşadığı evin həyətə daxil olduqdan sonra ona həyətində qanunsuz olaraq çətənə bitkiləri əkib-yetişdirməkdə və narkotik maddələr saxlamaqda şübhəli olması, həyətinə və yaşadığı evə baxış keçiriləcəyi bildirilmiş, Təqsirləndirilən şəxs da etiraz etməmişdir. Sonra polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs və bir nəfər aqronomun iştirakı ilə, həm də videoçəkilişlə Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilmişdir. Baxış zamanı evin həyətyanı sahədən 41 ədəd çətənə kolu aşkar edilib götürülmüşdür. Baxışda iştirak edən mütəxəssis Fikrət İsmayılov aşkar edilmiş həmin bitkilərin çətənə bitkisi olmasını, həmin kolların təxminən üç ay əvvəl əkilməsi və onlara aqrotexniki qaydada qulluq edilməklə yetişdirildiyini bildirmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunan bitkiləri özünün əkib-yetişdirdiyini, həmçinin əkdiyi çətənə bitkilərinin yarpaqlarından qurutduğu marixuananı evində bir ədəd kisədə divarda asdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilmiş və evinin yataq otağında divara asılmış bir ədəd kisənin içərisində qurudulmuş marixuana aşkar olunmuşdur. Aşkar olunmuş qurudulmuş marixuana elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb götürülmüş, daha sonra protokol tərtib olunmuşdur. Məhkəmə iclasında şahidlər Şahid2, Şahid3 və Şahid4 Şahid1 ifadəsinə uyğun ifadələr vermişlər. İşdə olan, Lənkəran ŞRPŞ-nin X6 əməkdaşının 16 iyul 2023-cü il tarixli “Raport”u ilə müəyyən olunur ki, Lənkəran rayonun Balıqçılar qəsəbə sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu, alqı-satqısı, yaşadığı evinin həyətində çətənə bitkisi əkib yetişdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. İşdə olan, “Baxış keçirilməsi və əşyanın götürülməsi haqqında” 16 iyul 2023-cü il tarixli protokolla müəyyən edilir ki, həmin tarixdə Lənkəran ŞRPŞ-nin TB-nin təhqiqatçısı Baxşəli Rufullayyev tərəfindən polis əməkdaşlarının, Təqsirləndirilən şəxs və aqronommütəxəssis Fikrət İsmayılovun iştirakı ilə, həm də videoçəkilişlə Lənkəran rayonun Balıqçılar qəsəbəsində, Təqsirləndirilən şəxs yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində 41 ədəd çətənə koluna oxşar bitkilər, evə baxış zamanı evin yataq otağında qapının arxasında divardan asılmış torbanın içərisində qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilmişdir. Aşkar edilmiş 41 ədəd çətənə koluna oxşar bitkilər və bir ədəd torbada qurudulmuş marixuanaya oxşar kütlə qablaşdırılıb təhqiqat orqanı tərəfindən götürülmüşdür. Baxışla bağlı aparılmış videoçəkiliş bir ədəd DVD diskə yazılıb protokola əlavə edilmişdir. İşdə olan, 16 iyul 2023-cü il tarixli “Mütəxəssis rəyi”nə əsasən həmin tarixdə Lənkəran ŞRPŞ-nin Liman PB-nin əməkdaşları tərəfindən Lənkəran rayonun Balıqçılar qəsəbəsində, Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış zamanı aşkar edilmiş 41 ədəd bitkilər çətənə kollarıdır və həmin bitkilər aqrotexniki qaydada qulluq edilməklə yetişdirilmişdir. İşdə olan, məhkəmə-bioloji ekspertizasının 17 iyul 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim olunmuş, Təqsirləndirilən şəxs fərdi yaşayış evindən aşkar edilmiş bir ədəd bağlamadakı, 1 ədəd kisədə təmiz çəkisi-3050,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təhqiqata təqdim olunmuş, Təqsirləndirilən şəxs həyatyanı torpaq sahəsindən aşkar edilmiş bağlamada, sayı 41 (qırx bir) ədəd təmiz çəkisi-13850,0 qram olan yaş vəziyyətdə bitki nümunələri əkilibbecərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq olunmuşdur. Ekspertiza tədqiqatından sonra qalıq 41 ədəd çətənə (kannabis) bitkisi və qalıq qurudulmuş marixuana 3049,9 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 95 (doxsan beş) manat təşkil edir. İşdə olan, “Sübutların qiymətləndirilməsi haqqında” 20 oktyabr 2023-cü il tarixli qərarla müəyyən olunur ki, ekspertiza tədqiqatından sonra qalıq 3049,9 qram narkotik vasitə olan qurudulmuş marixuana və 41 ədəd çətənə (kannabis) bitkisi iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübutlar saxlanılması üçün Lənkəran ŞRPŞ-nin maddi sübutlar otağına təhvil verilmiş, habelə baxışla bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınıb cinayət işinə əlavə edilmişdir. İşdə olan, ambulator məcburi narkoloji tibbi yoxlamanın 17 iyul 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur və onun məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İşdə olan, Lənkəran ŞRPŞ-nin Liman PB-nin 31 iyul 2023-ci il tarixli məktubu ilə (istintaq orqanının əməliyyat tapşırığına cavab) müəyyən olunur ki, keçirilmiş əməliyyat tədbiri nəticəsində əldə olunmuş məlumatlara əsasən Təqsirləndirilən şəxs narkotik vasitə olan qurudulmuş marixuananın istifadəçisi olmaqla yanaşı satışı ilə də məşğul olmuşdur. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutlar, ekspertiza rəyləri və digər sənədləri sübut növü kimi qəbul edir. Həmçinin iş üzrə şahidlər Şahid1, Şahid2, Şahid3 və Şahid4 ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Habelə məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri (baxış zamanı evində aşkar olunmuş torbanın içərisində olan qurudulmuş marixuananın yalnız 10 qramının ona məxsus olması və qalan hissəsinin ona məxsus olmaması, polis əməkdaşları tərəfindən torbanın içərisinə əlavə marixuananın yığılmasını güman etməsi, çətənə bitkilərini hissəllərini qurudub satış məqsədi ilə deyil, yalnız şəxsi istifadəsi üçün qurudulmuş marixuana hazırlaması və narkotik vasitələrin satışı ilə məşğul olmamasına aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni (baxış zamanı evində aşkar olunmuş torbanın içərisində olan qurudulmuş marixuananın yalnız 10 qramının ona məxsus olması və qalan hissəsinin ona məxsus olmaması, polis əməkdaşları tərəfindən torbanın içərisinə əlavə marixuananın yığılmasını güman etməsi, çətənə bitkilərini hissəllərini qurudub satış məqsədi ilə deyil, yalnız şəxsi istifadəsi üçün qurudulmuş marixuana hazırlaması və narkotik vasitələrin satışı ilə məşğul olmamasına dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1, Şahid2, Şahid3 və Şahid4 ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən baxışla bağlı aparılmış videoçəkilişlə (vidogörüntülərdə baxış zamanı evin otağına giriş qapısının arxasında divardan asılmış iri həcmli torbanın aşkar edilib götürülməsi müşahidə olunur), eləcə də Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri ilə (həmin ifadələrində o, həm öz istifadəsi üçün, həm də satıb pul qazanmaq üçün çətənə bitkisini əkib yetişdirmək qərarına gələrək tapdığı çətənə bitkisinin toxumlarını yaşadığı evin həyətyanı sahəsində əkib yetişdirdiyini, həmçinin bitkilər yetişəyetişə onların budaqlarından yarpaqları qırıb qurudaraq təxminən 03 kq-dan artıq marixuana hazırladğını və hazırladığı marixuananı bir ədəd sintetik torbaya yığıb yaşadığı evin yataq otağında qapının arxasında divardan asıb saxladığını göstərmişdir) tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətlərin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Habelə məhkəmə Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini əkmə, yetişdirmə və kultivasiya etməsi, habelə satış məqsədi ilə qanunsuz olaraq çətənə bitkilərinin hissəllərini toplamaqla hazırlayıb narkotik maddə əldə etmə və saxlama cinayət əməlləri ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İ Siyahıya əsasən dərman preparatı kimi beynəlxalq adları “Marixuana-Kannabis”, o cümlədən qurudulmuş marixuana olan maddə narkotik vasitələrdir. Qurudulmuş marixuananın 5 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar 500 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. Habelə həmin Qanunun “Qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər”ə aid İİİ Siyahıya əsasən Azərbaycan Respublikasında bitən, lakin kultivasiyası qadağan olunmuş tərkibində narkotik maddələr olan bitkilər siyahısına daxil olan “Çətənə növlü bitkilər”in sayı 16 ədəd və ya ondan artıq olduqda olduqda külli miqdar hesab olunur. Həmçinin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanununun 1.0.6-cı maddəsinə əsasən tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya toplanması başa düşülür. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs götürülmüş 41 ədəd çətənə (kannabis) bitkilərinin sayı, habelə 3050,0 qram narkotik vasitə olan qurudulmuş marixuana külli miqdardadır. Habelə Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananın çəkisinin şəxsi istehlak miqdarından dəfələrlə artıq olması, həmçinin polis şöbəsinə onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatının daxil olması, eləcə də Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində çətənə bitkilərini həm də satmaq məqsədilə əkib yetişdirməsini bildirməsi belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs məhz satış məqsədilə külli miqdarda çətənə bitkisini əkib-yetişdirmiş və eyni məqsədlə bu bitkilərin hissələrini qurudub hazırlamaqla satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda qurudulmuş marixuana əldə edib saxlamışdır. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni şahidlər və təqsirləndirilən şəxsin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini külli miqdarda əkib yetişdirməklə kultivasiya etmiş və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda qurudulmuş marixuana hazırlamış, əldə etmiş və saxlamışdır. Təqsirləndirilən şəxs həmin cinayət əməllərində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq CM-nin 234.4.3 və 237.2.3-cü maddələri ilə tövsif edilmişdir. İşdə olan, Lənkəran Rayon Məhkəməsinin 18 iyul 2023-cü il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 16 iyul 2023-cü il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır. İşdə olan, Lənkəran şəhər İH baçısının Balıqçılar qəsəbə İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 20 oktyabr 2023-cü il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Lənkəran rayonunun Balıqçılar qəsəbəsində qeydiyyatda olmaqla fərdi yaşayış evində tək yaşamış və yaşayış yeri üzrə mənfi (heç bir faydalı işlə məşğul olmamış, özünəqapanmış həyat tərzi olmuşdur) xarakterizə olunur. İş üzrə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar (CM-nin 59 və 61-ci maddələrində göstərilən) yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun Azərbaycan Respublikası CM-nin 234.4.3 və 237.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün əsaslar (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə Azərbaycan Respublikası CM-nin bir neçə maddəsi ilə təqsirli bilindiyi üçün ona həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.2ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 16 iyul 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Habelə narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunmalı, habelə yaşadığı ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Lənkəran ŞRPŞ-nin maddi sübutlar otağında saxlanılan 41 ədəd çətənə (kannabis) bitkisi və 3049,9 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə “Azərbaycan Respublikasının Narkomanlığa və X2 X3 üzrə Dövlət Komissiyası” tərəfindən həyata keçirilməlidir. İş üzrə maddi sübut olan və cinayət işinə əlavə edilmiş, baxışla bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatı xərci-95 (doxsan beş) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası və Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsi tətbiq edilərək təyin olunmuş cəzaları qismən toplanılmaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 16 iyul 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunsun, habelə o, yaşadığı ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar olan və Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 41 ədəd çətənə (kannabis) bitkisi və 3049,9 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan və cinayət işinə əlavə edilmiş, baxışla bağlı aparılmış videoçəkilişin yazıldığı 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərci-95 (doxsan beş) manat məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-873/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-873/2023
22.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver