Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-877/2023 26.12.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri X5 (sədrlik edən və məruzəçi), X7 və X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi Elbrus Əlisahib oğlu Mikayılovun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, - Təqsirləndirilən şəxs (xx xxxxxx 1980-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay (boşanmış), qəssab işləmiş, Salyan Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 10 mart 2023-cü il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad edilmiş, 14 aprel 2023-cü ildə cəza müddəti başa çatmış, məhkumluğu ödənilməmiş, Salyan rayonunun Arbatan kəndində qeydiyyatda olmaqla, orada yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, videokonfrans əlaqə sistemi, habelə “AzFemida” proqram təminatında nəzərdə tutulmuş audio və videoyazı sistemindən istifadə edilməklə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, qabaqcadan əlbir olan bir qrup şəxs halında, qanunsuz olaraq külli miqdarda satış məqsədi ilə narkotik vasitələri və psixotrop maddəni əldə edib daşıyaraq yaşadığı evdə saxlamış və külli miqdarda narkotik vasitəni və psixotrop maddəni qabaqcadan əlbir olan bir qrup şəxs halında qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən gizli keçirməkdə köməkçi qismində iştirak etmişdir. İbtidai istintaq orqanının Təqsirləndirilən şəxs ilə bağlı gəldiyi nəticəyə görə, o, 2023cü ilin iyul ayının əvvəllərində şəxsiyyəti istintaqla müəyyən edilməmiş “Əfsər” adı ilə tanıdığı İran İslam Respublikası vətəndaşından tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda satış məqsədi ilə narkotik vasitə heroini və psixotrop maddə metafetamini qabaqcadan əlbir olan bir qrup şəxs halında qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirmə yolu ilə qanunsuz olaraq əldə edib yerini dəyişməklə daşıyaraq saxlamasına dair həmin şəxslə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında 5.000 (beş min) manata razılaşmış, bu məqsədlə ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun istintaqla müəyyən edilməmiş üzvləri tərəfindən İran İslam Respublikasından qanunsuz olaraq əldə edilib saxlanaraq daşınmış və istintaqla müəyyən edilməmiş tarixdə, naməlum şəraitdə qaçaqmalçılıq, yəni gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirilməsi yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçirilərək Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisinə qoyulmuş qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin və psixotrop maddə metafetamini 11 iyul 2023-cü il tarixdə, saat 17:30 radələrində qeyd olunan yerdən götürüb əldə etdikdən sonra yerini dəyişməklə daşıyaraq yaşadığı Salyan rayonunun Arbatan kəndində yerləşən fərdi yaşayış evində qanunsuz olaraq saxlamış, 21 iyul 2023-cü il tarixdə, saat 17 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yaşadığı həmin evə baxış keçirilərkən, evin ikinci mərtəbəsində yerləşən zal otağında stolun üstündən 4 (dörd) ədəd polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 330 qram, 1,635 qram, 5,985 qram, 0,329 qram olmaqla, ümumi təmiz çəkisi 337,949 qram kustar üsulla hazırlanmış eyni tərkibli külli miqdarda narkotik vasitə heroin, 1 (bir) ədəd polietilen bükümdə təmiz çəkisi 4,440 qram kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metafetamin və üzərində narkotik vasitə heroin izləri olan 1 (bir) ədəd elektron tərəzi, habelə evin həmin mərtəbəsində yerləşən digər otaqdan istintaqla müəyyən edilməmiş tarixdə və mənbədən qanunsuz olaraq külli miqdarda satış məqsədi ilə əldə edib yerini dəyişməklə daşıyaraq saxladığı 2 (iki) ədəd polietilen torbada ayrı-ayrılıqda təmiz çəkisi 395,0 qram, 610 qram olmaqla, ümumi təmiz çəkisi 1005,0 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli külli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə deyil, özünü yalnız narkotik istifadəçisi kimi təqsirli bildiyini deyərək, ifadəsində göstərmişdir ki, evli olmuş, lakin boşanmışdır, uşağı keçmiş arvadının himayəsindədir. Uşağının saxlanmasına anası köməklik edir, özü də aliment ödəyir. Tutulmamışdan öncə rayonda anası ilə birlikdə yaşamış, qəssab işləmiş, gündəlik gəliri bəzən 100 (bir yüz) manat, bəzən də 300 (üç yüz) manat olmuşdur. Hər gün heyvan kəsib, ətini restoranlara paylayır, Bakıya da göndərirmiş. Əti doğramaq üçün köməkçisi olmuşdur. Özünə də məlum olmayan səbəblərdən narkotikdən istifadə etməyə başlamışdır. Təxminən on-on iki ildir ki, narkotikdən istifadə edir. Polis əməkdaşları tərəfindən saxlanıldığı günə kimi üç ay olardı ki, həbsdən azad olunmuşdur və bununla əlaqədar barəsində hökm çıxarmış məhkəməyə gedib-gəlirdi. 2023-cü ilin iyul ayında da evdən çıxıb Salyan Rayon Məhkəməsinə getmiş, məhkəmədən özünə məxsus sənədi götürüb, siqaret çəkmək üçün çölə çıxıb, məhkəmənin həyətindən bir qədər aralanandan sonra Salyan Rayon Polis Şöbəsinin əməkdaşları onu tutub, öz avtomobillərinə mindirərək yaşadığı Salyan rayonunun Arbatan kəndində yerləşən fərdi yaşayış evinə aparmışlar. Evdə heç kim olmadığı üçün qapı bağlı olduğundan polis əməkdaşları evin qapısını qıraraq içəri daxil olmuş, sonra isə videoçəkiliş aparmaqla evə baxış keçirmişlər. Evin qapısının açarlarını ayaqqabının içərisində gizlətmişdir. Anası sonradan evə gəlmiş, evdə başqa heç kəs olmamışdır. Həmin vaxt polislər özlərinə məxsus olan narkotik vasitələri onun yaşadığı evin ikinci mərtəbəsinə qoyduqdan sonra onu, yuxarı mərtəbəyə qaldıraraq, “bizlə”, “beysbol taxtası”, yumruq-təpiklə döyüb, təzyiq göstərərək narkotiklərin özünə məxsus olduğunu videoçəkilişlə deməyə məcbur etmişlər. Özü yalnız “kakos” adlanan heroindən istifadə etmiş, başqa narkotik vasitələrdən istifadə etməmişdir. Heroini qollarına iynə vurmaqla qəbul edir. Evindən aşkar olunan narkotik vasitə və psixotrop maddələrin bir qismi, yəni yalnız qonaq otağında olan stolun üzərindən aşkar edilən az miqdarda heroin (kakos) ona məxsus olmuş, digərlərinə əli dəyməmişdir, həmin maddələrin olduğu sellofanların üzərində olan əl izlərinin ona məxsus olub-olmadığını sübut etmək üçün ekspertiza da təyin edilə bilər. Polis əməkdaşları onu küçədə tutub, əvvəlcə yaşadığı evə, sonra isə Salyan Rayon Polis Şöbəsinə aparmışlar. Polis şöbəsində rəisin qəbulunda olmuş, söhbət əsnasında rəis demişdir ki, narkotik istifadəçisi olduğu üçün məhkəmədə nəzərə alınacaqdır. Narkotik vasitəni ancaq İran İslam Respublikasının vətəndaşı “Əfsər” adlı şəxsdən almışdır. “Əfsər”in mobil telefon nömrəsini türmədə olduğu vaxt bir nəfər məhkumdan əldə etmiş, dustaq yoldaşı nömrəni verib, “nə vaxt, nə lazım olsa müraciət et” demişdir. Həbsdən azad olunandan sonra “Əfsər”dən bir neçə dəfə, ayrı-ayrı vaxtlarda, müxtəlif məbləğlərdə olmaqla, ümumilikdə 4.900 (dörd min doqquz yüz) manatlıq narkotik almışdır. Bu məbləği polis əməkdaşları onda olan ödəniş qəbzləri əsasında hesablamışlar. Narkotokin pulunu bir dəfəyə deyil, “Əfsər”in göndərdiyi kart hesabına bir-iki ay ərzində, hissə-hissə olmaqla Salyan rayonunda, Bakı şəhərində və Bakı-Astara yolunun üzərində yerləşən ödəmə terminalları (“e-Manat”, “MilliÖn” onlayn ödəmə sistemləri) vasitəsilə ödəmiş, on beş-iyirmiyə yaxın qəbzi özündə saxlamışdır. Narkotikin qramını 35-40 (otuz beş-qırx) manata alırdı. Bəzən narkotiki alanda borcu qalmış, əlinə pul düşən kimi borcunu bağlamışdır. Sonuncu dəfə “Əfsər”ə 200-300 (iki yüz-üç yüz) manat borcu qalmışdır. Narkotikin əskiyi olmur, deyilən miqdarda göndərilirmiş. “Əfsər”lə yalnız “WhatsApp” proqram təminatı vasitəsilə əlaqə saxlamış, üzünü görməmişdir. “Əfsər” narkotikin Bakıda qoyulduğu yerləri o Bakıya gedib orada olduğu vaxt konum olaraq onun telefonuna göndərmiş, o da həmin yerlərdən narkotiki götürmüşdür. Bakıya taksi ilə gedib-gəlmiş, taksi sürücüsünün onun narkotik götürməsindən xəbəri olmamışdır. “Əfsər” narkotiki müxtəlif plakatların, ağacların altına, su aparatlarının içərisinə, binaların blokuna qoydurur, o da konum vasitəsi ilə həmin yerləri tapıb əvvəlcədən qoyulmuş narkotikləri götürürmüş. Bu minvalla üç-beş dəfə Bakı şəhərinin ərazisindən narkotik götürüb rayona qayıtmışdır. Narkotiki yaşadığı evində saxlayırdı. Bakıya üç-dörd gündən bir gedirmiş. Sonuncu dəfə xatırlamadığı tarixdə “Əfsər” mobil telefonuna konum atanda Bakı şəhərində olmuş, Razin qəsəbəsində yerləşən binanın blokuna daxil olub, ikinci mərtəbəyə qalxaraq, oradan narkotiki götürüb, Salyan rayonuna qayıtmış və bundan dörd-beş gün sonra tutulmuşdur. Son dəfə aldığı 10-15 qram heroindən bir az istifadə etmişdir. Narkotiki şəxsi istifadəsi üçün əldə etmiş, heç kimə pay verməmiş və ya satmamış, heç yerə qoymamış, kimsə gəlib ondan narkotik almamışdır. Hərdən evdə qonağı olanda birlikdə narkotikdən istifadə etmişlər. Narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Gün ərzində beş-altı dəfəyə üç-dörd qram olmaqla, hər bir halda gündə bir qramdan artıq heroin istifadə edirdi. Narkotikdə hər gün istifadə etmişdir. Polis əməkdaşları tərəfindən saxlanıldığı gün üzərində bir neçə “çet” aşkar olunmuşdur. Yaşadığı evə baxış keçirilərkən oradan aşkar edilən, külli miqdarda olan heroin və qurudulmuş marixuana, psixotrop maddə metafetamin və bir ədəd elektron tərəzi ona məxsus deyildir. Təqsirləndirilən şəxs ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, saxlanılmasında iştirak etdiyi göstərilən Şahid1 adlı polis əməkdaşını tanımır, onu ilk dəfədir məhkəmə iclas zalında görür, Şahid3 adlı polis əməkdaşı isə onun Salyan rayonunun Arbatan kəndində yerləşən fərdi yaşayış evində aparılmış axtarışda iştirak etmiş və həmin vaxtı ona təzyiq göstərmişdir. Yaşayış evinə baxış keçirilən vaxt əlləri qandallı vəziyyətdə olmuş, polis əməkdaşları tərəfindən kütləvi şəkildə döyülməmiş, cəmi bir dəfə vurulmuş, ona təzyiq göstərilməsi barədə heç kimə şikayət etməmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin verdiyi ifadə ilə ibtidai istintaq zamanı vermiş olduğu ifadə arasında yaranmış ziddiyətlərlə əlaqədar, onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda) əsasən elan edilmişdir. O, həmin ifadəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Salyan rayonunun Arbatan kəndində qeydiyyatda olmaqla, orada yaşamışdır. 2022-ci ilin noyabr ayının 29-da Salyan Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən edilmiş qanunsuz olaraq narkotik vasitələrin əldə edilib saxlanmasına görə təqsirli bilinərək 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və bu il, yəni 2023-cü ilin mart ayının 10-da Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qərarı ilə 1 (bir) ay 4 (dörd) gün vaxtından əvvəl cəzadan şərti olaraq azad edilmişdir. Özünə məxsus “Samsung” markalı mobil telefonunda anasının adına olan 055 ***-**-** və xatırlamadığı şəxsin adına olan 050 ***-**-** mobil nömrələr istifadəsində olmuşdur. Uzun müddətdir ki, mütəmadi olaraq narkotik vasitələrdən istifadə etmişdir. Cəzadan azad olunduqdan sonra da narkotik vasitələrdən istifadə etməyə başlamışdır. Cəzaçəkmə müəssisəsində cəza çəkərkən adını xatırlamadığı məhkum yoldaşından “Əfsər” adlı İran İslam Respublikası vətəndaşının mobil nömrəsini tapmış və cəzadan azad olunduqdan sonra onunla “WhatsApp” sosial şəbəkəsi vasitəsilə əlaqə saxlayıb, ondan müxtəlif növ narkotik vasitələr almışdır. Həmin şəxs ona plastik bank kartı nömrəsi göndərmiş, o da alacağı narkotik maddələrin müqabilində pulu ona kart vasitəsilə ödəmişdir. Daha sonra həmin şəxs narkotik vasitələri Bakı şəhərində müxtəlif yerlərə qoydurub, “WhatsApp” vasitəsilə yerini ona bildirmiş və o da həmin yerdən narkotik vasitələri götürüb istifadə etmişdir. 2023-cü ilin iyul ayının əvvəllərində yenə də narkotik vasitələr lazım olduğu üçün “Əfsər” adlı İran vətəndaşı ilə “WhatsApp” vasitəsilə əlaqə saxlayıb, narkotik vasitə heroin və psixotrop maddə metafetamin almaq istədiyini ona bildirmişdir. “Əfsər” isə ona bir az gözləməyi, yaxın vaxtlarda İrandan narkotik vasitə göndərəcəyini və ona bu barədə xəbər edəcəyini bildirmiş və onunla razılaşmışdır. 11 iyul 2023-cü il tarixdə “Əfsər” onunla “WhatsApp”la əlaqə saxlayıb, ona Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində olan yeri bildirərək kuryer vasitəsilə narkotik vasitə heroin və psixotrop maddə metafetamin qoyduracağını, onları həmin yerdən götürməyi və narkotik vasitələrin müqabilində ondan 5.000 (beş min) manat pul alacağını bildirmiş və o da onunla bu məbləğə razılaşmışdır. Lakin, pulu olmadığından narkotik vasitə heroin və psixotrop maddə metamfetamini satdıqca onun pulunu ödəyəcəyini bildirmiş və “Əfsər” də onunla razılaşmışdır. Bundan sonra 11 iyul 2023-cü il tarixdə Salyan rayonundan yola düşüb Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində “Əfsər”in ona bildirdiyi yerə getmiş və narkotik vasitələri onun qoydurduğu yerdən götürüb, Salyan rayonuna qayıtmışdır. O, narkotik vasitə heroin və psixotrop maddə metafetamini İran vətəndaşından nisyə aldığı üçün onları götürdükdən sonra hər gün ərzində narkotik vasitələrdən satıb müxtəlif məbləğlərdə əldə etdiyi pulları “Əfsər”in ona göndərdiyi kart hesabına ödəmə terminalları vasitəsilə göndərmişdir. Qeyd etmişdir ki, o, ümumilikdə 4.900 (dörd min doqquz yüz) manat məbləğində pulu İran vətəndaşının kart hesabına göndərmişdir. 21 iyul 2023-cü il tarixdə, saat 15:30 radələrində Salyan şəhəri, T.Davudzadə küçəsi ərazisində piyada gedərkən Salyan Rayon Polis Şöbəsinin əməkdaşları onu saxlayıb şöbəyə gətirmişlər. Polis Şöbəsində qanunsuz olaraq narkotik vasitələrin saxlanmasında şübhəli olduğuna görə şübhəli şəxs qismində tutulması ona elan olunmuşdur. Təqdim olunmuş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış zamanı polis əməkdaşları tərəfindən saxlanılmağının səbəbi soruşulduqda, qanunsuz olaraq narkotik vasitələrin saxlanılmasında şübhəli olduğu üçün polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Ona üzərində narkotik vasitə və ya digər cinayət xarakterli əşya və predmet vardırsa təqdim etməyi təklif edildikdə, üzərində heç nəyin olmadığını, daha sonra isə bildirmişdir ki, Salyan rayonu, Arbatan kəndi ərazisində yerləşən, yaşadığı fərdi yaşayış evində özünə məxsus olan narkotik vasitələr heroin və qurudulmuş marixuana, psixotrop maddə metafetamin vardır və onları təqdim edə bilər. Bu barədə müdafiəçinin iştirakı ilə tərtib olunmuş protokol ona ucadan oxunduqdan sonra doğru bilib, protokolu imzası ilə təsdiq etmişdir. Daha sonra yaşadığı evə baxış keçirilməsi və həmin narkotik vasitələrin götürülməsi üçün etirazının olmamasına dair ərizə ilə müraciət etmişdir. O, yaşadığı evə baxış keçirilməsi ilə bağlı ərizə ilə müraciət etdikdən sonra onun, müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə yaşadığı Salyan rayonunun Arbatan kəndində yerləşən fərdi yaşayış evinə videoçəkiliş vasitəsilə baxış keçirilməsinə başlanılmışdır. Baxış keçirilməzdən əvvəl ona narkotik vasitələr heroin və qurudulmuş marixuana, psixotrop maddə metafetaminin baxış keçiriləcək yaşadığı Salyan rayonu Arbatan kəndindəki fərdi yaşayış evinin hansı hissəsində olması və təqdim edə biləcəyi barədə soruşulduqda, o, həmin narkotik vasitələri və psixotrop maddəni təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra baxışda iştirak edən şəxslərlə birlikdə yaşadığı evə daxil olunmuşdur. Baxış zamanı evin zal otağında stolun üstündə olan özünə məxsus narkotik vasitə heroin, psixotrop maddə metafetamin və bir ədəd elektron tərəzini təqdim edib dörd ədəd sellofan bükümdə olan kütlələrin “kakos” kimi tanıdığı narkotik vasitə heroin, bir ədəd sellofan bükümdə olan kütlənin “patı” kimi tanıdığı psixotrop maddə metafetamin və onların yanında olan əşyanın isə narkotik vasitələrin çəkilməsində istifadə etdiyi elektron tərəzi olduğunu bildirmişdir. Baxış zamanı bildirmişdir ki, yaşadığı evdə o biri otaqda da özünə məxsus olan, “nəşə” kimi tanıdığı narkotik vasitə qurudulmuş marixuananı saxlamışdır. Bundan sonra baxışda iştirak edən şəxslərə həmin otaqdakı iki ədəd sellofan torbada özünə məxsus olan narkotik vasitə qurudulmuş marixuananı təqdim etmişdir. Baxış zamanı yaşadığı evdən aşkar edilmiş, özünə məxsus olan narkotik vasitələr heroin və qurudulmuş marixuana, psixotrop maddə metafetamin və bir ədəd elektron tərəzi ekspertizaya təqdim edilməsindən ötrü müstəntiq tərəfindən qablaşdırılmış, üzəri o, müdafiəçisi və digər iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Bu barədə müdafiəçinin iştirakı ilə tərtib olunmuş protokol ona ucadan oxunduqdan sonra doğru bilib, protokolu imzası ilə təsdiq etmişdir. Bildirmişdir ki, 21 iyul 2023-cü il tarixdə yaşadığı evdən aşkar olunmuş narkotik vasitə heroin və qurudulmuş marixuana, eləcə də psixotrop maddə metafetamin və bir ədəd elektron tərəzi ona məxsusdur və həmin kütlələri həm özü istifadə etmək, həm də başqa şəxslərə satmaq məqsədilə əldə edib yaşadığı evdə saxlamışdır. Yaşadığı evdən aşkar olunmuş, özünə məxsus olan narkotik vasitə qurudulmuş marixuananı isə cəza çəkməzdən əvvəl, 2021-ci ilin dəqiq xatırlamadığı tarixində çöl ərazisində yerdən tapıb əldə edərək yaşadığı evdə saxlamış və cəzadan azad olunduqdan sonra həm özü istifadə etmək, həm də başqa şəxslərə satmaq məqsədi ilə istifadə etmişdir. Elektron tərəzini isə polis əməkdaşları tərəfindən saxlanmazdan təxminən bir-iki ay əvvəl Salyan şəhəri ərazisində yerləşən “Univermaq” adlı marketdən almış və narkotik maddələrin çəkisini bilməkdən ötrü istifadə etmişdir. Əldə etdiyi, özünə məxsus olan həmin narkotik vasitələrdən və psixotrop maddədən konkret olaraq tanımadığı və adlarını bilmədiyi bir neçə şəxslərə satmış və aşkar olunmuş qalan maddələri də satmaq niyyəti ilə saxlamışdır (iş vərəqi 144-147). Təqsirləndirilən şəxs ifadələri arasındakı ziddiyyəti ibtidai istintaq zamanı ona göstərilmiş təzyiqlə əlaqələndirmiş, məhkəmədə verdiyi ifadəsinin doğru olduğunu, yəni narkotik vasitə və psixotrop maddələrin istifadəçisi olsa da, satışı ilə məşğul olmadığını, evindən aşkarlanan narkotik vasitələrdən yalnız, qonaq otağında olan stolun üzərində aşkar edilmiş az miqdarda “kakos” adlanan heroinin özünə məxsus olmasını, digərlərinin və elektron tərəzinin isə ona məxsus olmadığını bildirmiş, narkotik istifadəçisi olduğu üçün peşimançılıq çəkdiyini deyib, məhkəmədən, barəsində yekun qərar qəbul olunarkən ifadəsində bildirdiklərinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə cinayət prosesi tərəflərinin (təqsirləndirilən şəxsin qismən etirafedici, şahidlərin ifadələrini) dinləyərək, habelə cinayət işinin materiallarında olan bütün sübutları ayrı-ayrılıqda və məcmu halda nəzərə alaraq, onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Salyan Rayon Polis Şöbəsi X2 əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla hər hansı bir münasibəti olmamışdır. İşlədiyi Salyan Rayon Polis Şəbəsinə 21 iyul 2023-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında tərəfindən raportla məruzə edilərək Salyan rayonunun Arbatan kəndində qeydiyyatda olmaqla, orada yaşayan Təqsirləndirilən şəxs adlı şəxsin Salyan rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələri əldə etməkdə, daşımaqda, üzərində və yaşadığı evdə saxlamaqda şübhəli olması barədə bildirilmiş, alınmış məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair müvafiq qərar qəbul edilmiş və X2 baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, əməliyyat müvəkkili, polis leytenantı Şahid3, Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid4 iştirakı ilə əməliyyat qrupunun təşkil edilməsi barədə protokol tərtib olunmuş, daha sonra Elnurun Salyan rayonu ərazisində ola biləcəyi ehtimal olunan yerlər tərəflərindən əməliyyat nəzarətinə götürülmüşdür. Elə həmin gün, günorta saatlarında, saat 15:50 radələrində Təqsirləndirilən şəxs Salyan şəhəri, T.Davudzadə küçəsi ərazisində olduğunu müşahidə edib ona yaxınlaşaraq, özlərini təqdim edib, birlikdə Salyan Rayon Polis Şöbəsinə getməyi təklif etmişlər. X12 Bağırov narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə müstəntiq tərəfindən şübhəli şəxs qismində tutulmuş və təqdim olunmuş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs ona ünvanlanmış suala cavab olaraq qanunsuz olaraq narkotik vasitələrin saxlanılmasında şübhəli olduğu üçün polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmiş, ona üzərində narkotik vasitə və ya digər cinayət xarakterli əşya və predmet vardırsa təqdim etməsi təklif edildikdə, o, yaşadığı Salyan rayonu, Arbatan kəndi ərazisində yerləşən fərdi yaşayış evində özünə məxsus olan narkotik vasitələr heroin və qurudulmuş marixuana, psixotrop maddə metafetamin olduğunu bildirmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin narkotik vasitələri və psixotrop maddəni “WhatsApp” sosial şəbəkəsi vasitəsilə tanış olduğu İran İslam Respublikası vətəndaşından təxminən on gün bundan əvvəl Bakı şəhəri ərazisində 4.900 (dörd min doqquz yüz) manata əldə etmiş və aparıb yaşadığı evdə saxlamış, yaşadığı evə baxış keçirilməsi və narkotik vasitələrin götürülməsinə dair etirazının olmaması barədə ərizə vermişdir. Bundan sonra şəxsi axtarış və götürmə aparılmasının nəticəsinə dair tərtib edilmiş protokol ucadan oxunmuş, o da protokolu imzalamış, daha sonra Təqsirləndirilən şəxs Salyan rayonu, Arbatan kəndində yerləşən fərdi yaşayış evinə müdafiəçisi və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsilə baxış keçirilmiş, baxış keçirilməzdən əvvəl ondan narkotik vasitələr heroin və qurudulmuş marixuana, psixotrop maddə metafetaminin evinin hansı hissəsində olması və təqdim edə biləcəyi barədə soruşulmuş, narotik vasitələri və psixotrop maddəni təqdim edə biləcəyini deyib, evin ikinci mərtəbəsinə doğru hərəkət etmişdir. Bundan sonra baxışda iştirak edən şəxslərlə birlikdə Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin ikinci mərtəbəsinə daxil olmuşlar. Baxış zamanı Təqsirləndirilən şəxs evin ikinci mərtəbəsində yerləşən qonaq otağında stolun üstündəki özünə məxsus dörd ədəd sellofan bükümdə olan, qəhvəyi rəngli kütlələri təqdim edib “kakos” kimi tanıdığı narkotik vasitə heroin, bir ədəd sellofan bükümdə olan, ağ rəngli kütləni təqdim edib “şüşə” kimi tanıdığı psixotrop maddə metafetamin olduğunu, bir ədəd elektron tərəzidən isə narkotik vasitələrin çəkilməsində istifadə etdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs evin o biri otağındakı özünə məxsus iki ədəd sellofan torbada olan kütlələri təqdim edib “nəşə” kimi tanıdığı narkotik vasitə- qurudulmuş marixuana olduğunu bildirmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs yenə də bildirmişdir ki, yaşadığı evdən aşkar olunmuş, özünə məxsus olan həmin narkotik vasitələri, psixotrop maddəni “WhatsApp” sosial şəbəkəsi vasitəsilə tanış olduğu İran İslam Respublikası vətəndaşından şəxsi istifadəsi üçün təxminən on gün bundan əvvəl Bakı şəhəri ərazisində 4.900 (dörd min doqquz yüz) manata almış, lakin neçə dəfəyə əldə etdiyini, pulunu hansı yolla ödədiyini deməmişdir. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş dörd ədəd sellofan bükümdə olan kütlələrə baxış keçirilərkən qəhvəyi rəngdə, ilk baxışdan narkotik vasitə heroinə oxşar kütlələr, bir ədəd sellofan bükümdə olan kütlələrə baxış keçirilərkən ağ rəngdə, ilk baxışdan psixotrop maddə metafetaminə oxşar kütlələr, iki ədəd sellofan torbada olan kütlələrə baxış keçirilərkən yaşıl rəngdə, ilk baxışdan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələr olduğu müəyyən olunmuşdur. Bundan sonra aşkar olunmuş narkotik vasitələr və psixotrop maddəyə oxşar kütlələr, habelə elektron tərəzi iş üzrə sübut əhəmiyyəti kəsb etdiyi üçün məhkəmə kimyəvi-bioloji ekspertizasına təqdim edilməsindən ötrü qablaşdırılaraq, üzəri iştirakçılar tərəfindən imzalanmış və müstəntiq tərəfindən götürülmüşdür. Baxış və götürmə aparılmasının nəticəsinə dair tərtib edilmiş protokol ucadan oxunmuş və o, protokolu imzalamışdır. Şahid1 məhkəmə iclasında ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, Salyan Rayon Polis Şöbəsindən Təqsirləndirilən şəxs yaşadığı Arbatan kəndindəki evinə qədər olan məsafəni dəqiq bilmir, avtomobillə təxminən 15-20 dəqiqəlik yoldur. Onlar Təqsirləndirilən şəxs yaşadığı evə gələndə, evdə ailə üzvlərini görməmiş, heç kəs olmamış, bir qədər sonra anası evə gəlmişdir. Təqsirləndirilən şəxs evinə polis əməkdaşları tərəfindən narkotik vasitə və ya psixotrop maddə qoyulmamış, Elnur özü müstəntiqə evdə narkotikin olduğu yerləri demiş və narkotiklə də həmin yerlərdən aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs qarşı tərəflərindən təsir və ya təzyiq göstərilməmişdir. Məhkəmə iclasında dindirilmiş şahid Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Salyan Rayon Polis Şöbəsi X2 baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 Şahid1la eyni məzmunlu ifadə verərək, ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı birbaşa ona daxil olmadığı üçün onun narkotiki iranlıdan necə əldə etməsi, iranlı ilə nə barədə danışması, əldə etdiyi narkotiki kimlərəsə satması və ya pay verməsi, yaxud kimlərinsə ondan narkotik alması haqqında dəqiq məlumatı olmamışdır. Təqsirləndirilən şəxs özünün dediyinə görə İran İslam Respublikasının vətəndaşı ilə “WhatsApp” sosial şəbəkəsi da tanış olub, yazışmış, iranlı narkotik vasitəni Bakı şəhərinə qoymuş, o da gedib oradan götürüb Salyan şəhərinə gətirmişdir. O, özü də bundan əvvəl bir dəfə Təqsirləndirilən şəxs tutmuş və həmin vaxt Elnura Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini, yəni satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə əldə edib özündə saxlamaqla, daşıma maddəsi ilə ittiham verilmişdir. Onda Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat olmamışdır. İbtidai istintaq zamanı müstəntiqə verdiyi ifadəsini təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Salyan Rayon Polis Şöbəsi X2 baş əməliyyat müvəkkili, polis leytenantı Şahid3 şahidlər Şahid1 və Şahid2la eyni məzmunlu ifadə verərək, ifadəsinə əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs üzərində və yaşadığı evdə aparılmış axtarış və baxış istintaq hərəkətlərində şəxsən iştirak etmiş, bu barədə videoçəkilişdə də əks olunmuş, tərəfindən Təqsirləndirilən şəxs fiziki, yaxud psixi təsir göstərilməmiş, ümumiyyətlə əməliyyatda iştirak edən polis əməkdaşları tərəfdən ona hər hansı bir təzyiq göstərilməmişdir. Məhkəmə iclasında dindirilmiş şahid Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Salyan Rayon Polis Şöbəsi Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid4 ifadəsində Şahid3 ifadəsindəki xüsusatları təsdiq edərək, onunla eyni məzmunlu ifadə vermişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxs və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materallarında olan və məhkəmədə tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Salyan Rayon Polis X8 21 iyul 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işinin başlanmış və icraata qəbul edilmişdir (iş vərəqi 01). Salyan Rayon Polis Şöbəsi X2 21 iyul 2023-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs Salyan rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələri əldə etməkdə, daşımaqda, üzərində və yaşadığı evdə saxlamaqda şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur (iş vərəqi 03). Salyan Rayon Polis Şöbəsi X2 21 iyul 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs cinayət başında yaxalanması və cinayət əməlinin ifşa edilməsi məqsədilə həmin tarixdən etibarən onun ətrafında konstitusion hüquqların pozulması ilə bağlı olmayan əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmış və Şöbənin həmin tarixli, 3-13-104/Ə141/2023 nömrəli əmri ilə X2 baş əməliyyat müvvəkili Şahid2 rəhbərliyi ilə, əməliyyat müvəkkilləri Şahid3, Şahid1 və Cinayət Axtarış Bölməsinin əməliyyat müvvəkili Şahid4 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır (iş vərəqi 04-06). Salyan Rayon Polis Şöbəsi X2 21 iyul 2023-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs Salyan rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələri əldə etməkdə, daşımaqda, üzərində və yaşadığı evdə saxlamaqda şübhəli olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs həmin tarixdə, saat 15:50-də Salyan şəhəri, T.Davudzadə küçəsində saxlanılaraq, 16:05də şöbəyə aparılmışdır (iş vərəqi 10). Salyan Rayon Polis X8 21 iyul 2023-cü il tarixli qərar və protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 16:30-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqi 13, 23-24). Salyan Rayon Polis X8 21 iyul 2023-cü il tarixli protokolu və ona əlavə edilmiş DVD diskdən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində Şöbənin inzibati binasında axtarış və götürmə istintaq hərəkəti aparılarkən üzərindən aşkar olunmuş bir ədəd «Samsung» markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür (iş vərəqi 28-29). Təqsirləndirilən şəxs 21 iyul 2023-cü il tarixli ərizəsindən görünür ki, o, özünə məxsus olan narkotik vasitələr heroin və qurudulmuş marixuana, psixotrop maddə metafetamini saxladığı Salyan rayonunun Arbatan kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilməsinə və həmin narkotik vasitələrin, psixotrop maddənin götürülməsinə heç bir etirazı yoxdur (iş vərəqi 30). Salyan Rayon Polis X8 21 iyul 2023-cü il tarixli protokolu və ona əlavə edilmiş DVD diskdən görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs narkotik vasitələr heroin və qurudulmuş marixuana, psixotrop maddə metafetaminin baxış keçiriləcək yaşadığı Salyan rayonu, Arbatan kəndində yerləşən fərdi yaşayış evinin hansı hissəsində olması və təqdim edə biləcəyi barədə soruşulduqda, o, həmin narotik vasitələri və psixotrop maddəni təqdim edə biləcəyini deyib, evin ikinci mərtəbəsinə doğru hərəkət etmiş, bundan sonra baxışda iştirak edən şəxslərlə birlikdə Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin ikinci mərtəbəsinə daxil olunmuş, baxış zamanı Elnur evin ikinci mərtəbəsində yerləşən zal otağında stolun üstündəki özünə məxsus dörd ədəd sellofan bükümdə olan qəhvəyi rəngli kütlələri təqdim edib “kakos” kimi tanıdığı narkotik vasitə heroin, bir ədəd sellofan bükümdə olan ağ rəngli kütləni təqdim edib “şüşə” kimi tanıdığı psixotrop maddə metafetamin olduğunu, stolun üstündə olan bir ədəd elektron tərəzini təqdim edib narkotik vasitələrin çəkilməsində istifadə etdiyini bildirmişdir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs evin o biri otağındakı özünə məxsus iki ədəd sellofan torbada olan kütlələri təqdim edib “nəşə” kimi tanıdığı narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, yaşadığı evdən aşkar olunmuş, özünə məxsus olan həmin narkotik vasitələri, psixotrop maddəni “WhatsApp” sosial şəbəkəsi vasitəsilə tanış olduğu İran İslam Respublikası vətəndaşından təxminən on gün bundan əvvəl Bakı şəhəri ərazisində 4.900 (dörd min doqquz yüz) manata əldə etmişdir. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş dörd ədəd sellofan bükümdə olan kütlələrə baxış keçirilərkən qəhvəyi rəngdə, ilk baxışdan narkotik vasitə heroinə oxşar kütlələr olduğu müəyyən olunmuşdur. Həmin kütlələr elektron tərəzi vasitəsilə çəkildikdə 310 qram, 6,33 qram, 1,85 qram və 0,36 qram olması müəyyən edilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs məxsus bir ədəd sellofan bükümdə olan kütlələrə baxış keçirilərkən ağ rəngdə, ilk baxışdan psixotrop maddə metafetaminə oxşar kütlələr olduğu müəyyən olunmuş və həmin kütlələr elektron tərəzi vasitəsilə çəkildikdə 6,36 qram olması müəyyən edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs məxsus olmaqla, yaşadığı evdən aşkar olunmuş iki ədəd sellofan torbada olan kütlələrə baxış keçirilərkən yaşıl rəngdə, ilk baxışdan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələr olduğu müəyyən olunmuş, həmin kütlələr də elektron tərəzi vasitəsilə çəkildikdə iki ədəd sellofan torbada olan kütlələrin 1 kiloqram 20 qram olması müəyyən edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı Salyan rayonu, Arbatan kəndi ərazisində yerləşən fərdi yaşayış evindən aşkar olunmuş, onun özünə məxsus narkotik vasitələrə və psixotrop maddəyə oxşar kütlələr, bir ədəd elektron tərəzi iş üzrə sübut əhəmiyyəti kəsb etdiyi üçün məhkəmə kimyəvi-bioloji ekspertizasına təqdim edilməsindən ötrü qablaşdırılmış, üzəri iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür (iş vərəqi 31-33). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X10 Bölməsinin 18/740-741 nömrəli, 21 iyul 2023-cü il tarixli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs yaşadığı evdən... heroinə bənzər...” sözləri yazılmış kağız paketdə 04 ədəd polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkisi- 330 qr, 1,635 qr, 5,985 qr, 0,329 qr, ümumi çəkisi- 337,949 qram olan qəhvəyimtil rəngli maddələr kustar üsulla hazırlanmış xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli narkotik vasitə olan heroindir. 01 ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinin izləri vardır. İz mikrohissəcikləri normal çəki təşkil etmədiyindən (elektron tərəzinin ölçmə həddindən xaric – mikroçəki) və bu səbəbdən iz mikrohissəciklərinin miqdarını və təqdim edilən maddələr ilə eyni tərkibli olub-olmadığını müəyyən etmək mümkün deyildir; üzərində: “...Təqsirləndirilən şəxs yaşadığı evdən...metafetaminə oxşar...” sözləri yazılmış kağız paketdə 01 ədəd polietilen bükümdə təmiz çəkisi- 4,440 qram olan ağımtıl rəngli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir; üzərində: “...Təqsirləndirilən şəxs yaşadığı evdən...marixuanaya bənzər...” sözləri yazılmış 02 ədəd polietilen torbada ayrı-ayrılıqda təmiz çəkisi- 395,0 qr, 610 qr, ümumi çəkisi – 1005,0 qram olan kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə qurudulmuş marixuanadır. Heroin və marixuana (kannabis) 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na (İ siyahı); metafetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na daxildir (İİ siyahı); aparılmış tədqiqatın dəyəri 63 (altmış üç) manat 90 (doxsan) qəpik müəyyən edilmişdir (iş vərəqi 41-44). Salyan Rayon Polis X8 21 iyul 2023-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş və şəxsi axtarış aparılarkən üzərindən aşkar olunaraq götürülmüş “Samsung” markalı mobil telefona baxış keçirilmiş və müəyyən olunmuşdur ki, telefonun üzərində 055 615-63-66, 050 891-13-44 mobil nömrələri vardır, “WhatsApp” Messenceri tətbiqinə baxış keçirildikdə oradan “Əfsər Gəncə” adı yazılan +98 901 208 6424, eləcə də “Gəncəli Anar” adı yazılan +98 914 821 5121 saylı və bu tip digər mobil nömrələr ilə 08 iyul, 09 iyul, 11 iyul 2023-cü il tarixlərində və daha sonrakı günlər ərzində müxtəlif vaxtlarda “WhatsApp” telefon danışıqlarının aparılması aşkar olunmuşdur (iş vərəqi 50). Salyan Rayon Polis X8 22 iyul 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmiş və qərarın surəti təqdim olunmuşdur (iş vərəqi 51-52). Salyan Rayon Məhkəməsinin 4(057)-69/2023 nömrəli, 23 iyul 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 21 iyul 2023cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqi 68-69). Salyan Rayon Polis X8 24 iyul 2023-cü il tarixli qərarı və raportundan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspert tədqiqatları nəticəsində qalıq qalmış 337,549 qram narkotik vasitə heroin, 4,340 qram psixotrop maddə metafetamin, 1004,80 qram narkotik vasitə qurudulmuş marixuana, 1 (bir) ədəd elektron tərəzi maddi sübut kimi tanınmış və Salyan Rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağına təhvil verilmişdir (iş vərəqi 70; 76). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 20 iyul 2023-cü il tarixli tələbnaməsindən, hökmlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Salyan Rayon Məhkəməsinin 1(057)-28/2017 nömrəli, 06 aprel 2017ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1 və 264-cü maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 66.3-cü müddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla, cəzasını məntəqə tipli cəzaşəkmə müəssisəsində çəkməklə qəti olaraq 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 14 aprel 2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir; Salyan Rayon Məhkəməsinin 1(057)- 105/2022 nömrəli, 29 noyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 (on) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 10 mart 2023-cü il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad edilmiş, 14 aprel 2023-cü ildə cəza müddəti başa çatmışdır (iş vərəqi 86-87; 94-95). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.2-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün azadlıqdan məhrum etmə cəzasına əlavə olaraq təyin edildiyi halda əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Həmin Məcəllənin 83.3, 83.3.3-cü maddələrinin tələbinə görə az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən 2 (iki) il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4-cü maddəsində göstərilir ki, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Bundan başqa Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Belə olan halda Təqsirləndirilən şəxs əməlində cinayətin residivi müəyyən olunur. Azərbaycan Respublikası «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» X14 «Salyan Rayon Mərkəzi Xəstəxanası» X13 02 avqust 2023-cü il tarixli arayışından görünür ki, Salyan rayonunun Arbatan kənd sakini, 1980-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 2020-ci il tarixdən “Alkaqol qəbulu” sindromu ilə qeydiyyatdadır, psixonevroloji qeydiyyatda isə yoxdur (iş vərəqi 88). Salyan Rayon Polis Şöbəsi X2 02 avqust 2023-cü il tarixli raportundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evindən aşkar olunmuş külli miqdarda narkotik vasitə heroin və psixotrop maddə metafetamini polis əməkdaşları tərəfindən saxlanmazdan təxminən on gün əvvəl “Əfsər” adlı İran İslam Respublikasının vətəndaşı ilə həmin narkotik vasitələrə görə 5.000 (beş min) manata razılaşdıqdan sonra Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisindən qanunsuz olaraq əldə edib daşıyaraq yaşadığı evdə saxlaması, bu müddət ərzində həmin narkotik vasitələri satdıqca 4.900 (dörd min doqquz yüz) manat pulu ödəmə terminalları vasitəsilə “Əfsər” adlı İran vətəndaşına ödəməsi, habelə yaşadığı evdən aşkar olunmuş külli miqdarda narkotik vasitə heroin, qurudulmuş marixuana və psixotrop maddə metafetamini qanunsuz olaraq satış məqsədi ilə saxladığı müəyyən edilmişdir. Bu istiqamətdə tədbirlər davam etdirilir, gələcəkdə hər hansı əməliyyat marağı kəsb edən məlumat əldə olunarsa, bu barədə əlavə olaraq məlumat veriləcəkdir (iş vərəqi 89). Salyan Rayon Polis X8 04 sentyabr 2023-cü il tarixli protokolundan görünür ki, "xxxx" MMC-dən 24 avqust 2023-cü il tarixli, 18598 nömrəli məktubla göndərilmiş CD diskə keçirilmiş baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs istifadəsində olan 050 ***-**-** mobil nömrə ilə 01 iyun 2023-cü il tarixdən 22 iyul 2023-cü il tarixədək olan dövr ərzində müxtəlif şəxslərə məxsus mobil nömrələrlə çoxsaylı danışıqlar aparılmış, 11 iyul 2023-cü il tarixdə apardığı danışıqlar saat 15:12-də Salyan rayonu Kürsəngi kəndində, saat 16:14 və 16:25 dəqiqələri arasında Bakı şəhəri, Bayıl qəsəbəsi, “Bayıl Plaza”-da, saat 16:37-də “Əl oyunları” sarayında, saat 17:01-də Baki şəhəri, Xətai rayonu, Xocalı prospekti 86, “Bakuincom MTK”-da, saat 17:10-da Bakı şəhəri, Babək prospekti, Keşlə qəsəbəsində, saat 17:38-də Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsi 68a-da, saat 18:49-da yenidən Babək prospektində, saat 19:40-da Bayıl qəsəbəsində, saat 19:55-də Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Binə“ ticarət mərkəzində, saat 20:11-də Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində, saat 20:40-da Bakı şəhəri, Qaradağ rayonu, X15 stansiyasında, saat 21:26-da və daha sonra isə Salyan rayonu ərazisində yerləşən anten dairələrində qeydə alınmış, diskdə iş üzrə əhəmiyyət kəsb edəcək digər xüsusatlar müəyyən edilməmişdir (iş vərəqi 111). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran Şəhər X1 X11 Yoxlamanın 24 iyul 2023-cü il tarixli, 760 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür (iş vərəqi 112). Salyan Rayon İcra Hakimiyyəti Başçısının Arbatan kənd inzibati ərazi nümayəndəsinin 815 nömrəli, 10 oktyabr 2023-cü il tarixli arayışı və eyni tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Salyan rayonunun Arbatan kəndində yaşayır, ailə tərkibi 29 iyun 1950-ci il təvəllüdlü anasından ibarətdir və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (iş vərəqi 117-118). Salyan Rayon Polis X8 11 oktyabr 2023-cü il tarixli «sübutların qiymətləndirilməsi haqqında» qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən ittham olunmuş; Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspert tədqiqatları nəticəsində qalıq qalmış 337,549 qram narkotik vasitə heroin, 4,340 qram psixotrop maddə metafetamin, 1004,80 qram narkotik vasitə qurudulmuş marixuana, 1 (bir) ədəd elektron tərəzi, Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd «Samsung» markalı mobil telefon maddi sübut kimi tanınmış; şəxsi axtarış, yaşayış evinə baxış keçirilməsi və götürmə istintaq hərəkətlərini özündə əks etdirən videogörüntülərin olduğu 2 (iki) ədəd DVD disk, eləcə də "xxxx" MMC-dən daxil olmuş 1 (bir) ədəd CD diskin cinayət işinin materiallarına əlavə edilməsinin nəzərə alınması qərara alınmışdır (iş vərəqi 123-131). Salyan Rayon Polis X8 11 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspert tədqiqatları nəticəsində qalıq qalmış 337,549 qram narkotik vasitə heroin, 4,340 qram psixotrop maddə metafetamin, 1004,80 qram narkotik vasitə qurudulmuş marixuananın mənbəyini müəyyən etmək məqsədi ilə ********* nömrəli cinayət işindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılaraq icraata qəbul edilmişdir (iş vərəqi 132-133). Salyan Rayon Polis X8 12 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən ittham olunmuş olunmuş, ona yeni ittihamın mahiyyəti izah edilməklə qərarın surəti verilmişdir (iş vərəqi 137-139). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından məhkəməyə daxil olmuş 14 dekabr 2023-cü il tarixli məktub və ona əlavə edilmiş Təqsirləndirilən şəxs adına olan 7369/2023 nömrəli tibbi kitabçadan görünür ki, Təqsirləndirilən şəxs 25 iyul 2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmiş, ilkin tibbi müayinədən keçirilərək adına tibbi kitabça açılmış, bədənində xəsarət aşkar olunmamış, hər iki yuxarı və aşağı ətraflarda postravmatik (narkotiklə bağlı) trofik yaralar müşahidə olunmuşdur. Azərbaycan Respublikası Vəkillər Kollegiyası Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəməyə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardım ilə əlaqədar cəmi 15 (on beş) iş saatı həcmində vaxt sərf etməsi barədə hesabat təqdim etmişdir. Məhkəmə cinayət işi üzrə həmçinin aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 125-ci maddəsinin 7-ci bəndinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6.1-ci maddəsinə görə hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. Avropa İnsan Hüquqları Məhkəməsinin «X6 Rusiya Federasiyasına qarşı» işi üzrə 21 iyun 2011-ci il tarixli, “Yallo Almaniyaya qarşı” işi üzrə 11 iyul 2016-cı il tarixli qərarlarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuş, məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş və ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlar əsasında müəyyən edilir. Həmin Məcəllənin 143-144-cü maddələrinin tələbinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə, habelə digər prosessual hərəkətlərlə həyata keçirilir və cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrində nəzərdə tutulur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 146-cı maddəsində cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu ilk növbədə cinayət tərkibi ilə yanaşı cinayətin tövsif edilməsi anlayışının açıqlamasını vacib hesab etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edərək hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək əməllərinin hüquqi tövsifi məsələsini həll etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində satış məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud satma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Qanunun mənasına görə qeyd olunan cinayət əməllərinin bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətlərdə onları birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsidir və qabaqcadan əldə edilən razılığın forması əməlin tövsifinə təsir etmir. Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli alternativ tərkibli olmaqla, obyektiv cəhətdən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq satmada ifadə olunur. Belə ki, bu cinayət bir hərəkətin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Bundan başqa göstərilən cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri külli miqdarda törətməsi faktının müəyyən edilməsi kifayətdir. Həmçinin cinayətin subyektiv cəhətinin ünsürlərindən biri olan “məqsəd” Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə cinayət tərkibinin zəruri əlaməti olmaqla Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139.0.3-cü maddəsinə əsasən sübut edilməli olan hallardan biridir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cu maddələrinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi- həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi- həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması- məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Qanunda “satış” məqsədinin anlayışı verilməsə də, həmin Qanunun 1.0.11-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına aydınlıq gətirilmişdir. Belə ki, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər “satma ” kimi başa düşülür. Bu kontektsdə “satış” məqsədi də narkotik vasitələrin və ya psixortop maddələrin “əvəzli, qazanc əldə etmək və ya sair şəxsi maraqdan yayılması” məqsədi kimi şərh edilə bilər. Sözü gedən Qanunla təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə İ Siyahısının 5-ci bəndinə əsasən təmiz halda 2 (iki) qram və daha artıq çəkidə narkotik vasitə heroin; 12-ci bəndinə əsasən, təmiz halda 500 (beş yüz) qramdan artıq çəkidə narkotik vasitə qurudulmuş marixuana; İİ Siyahısının 67-ci bəndinə əsasən, təmiz halda 2 (iki) qram və daha artıq çəkidə psixotrop maddə metafetamin külli miqdar təşkil edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci tarixli, 2 nömrəli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsini, əməllərində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanıldıqda Polis şöbəsinə aparılmadan, birbaşa yaşadığı evə aparılması, orada polislərin evin qapısını qıraraq içəri daxil olmaları, sonra isə videoçəkiliş aparmaqla evə baxış keçirmələri, özlərinə məxsus olan narkotik vasitələri onun yaşadığı evin ikinci mərtəbəsinə qoyduqdan sonra onu, yuxarı mərtəbəyə qaldıraraq, “bizlə”, “beysbol taxtası”, yumruq-təpiklə döyüb, təzyiq göstərərək narkotiklərin özünə məxsus olduğunu videoçəkilişlə deməyə məcbur etmələri, evindən aşkar olunan narkotik vasitə və psixotrop maddələrin bir qismi, yəni yalnız qonaq otağında olan stolun üzərindən aşkar edilən az miqdarda heroinin (kakos) ona məxsus olması, evinə baxış keçiriləndən sonra Salyan Rayon Polis Şöbəsinə aparılması, Şöbədə rəisin qəbulunda olmarkən söhbət əsnasında rəisin ona, narkotik istifadəçisi olmasının məhkəmədə nəzərə alınacağı barədə bildirməsi, narkotiki şəxsi istifadəsi üçün əldə etməsi, heç kimə pay verməməsi və ya satmaması, heç yerə qoymaması, kiminsə ondan narkotik almaması, narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmaması, evindən aşkarlanmış külli miqdarda heroin və qurudulmuş marixuana, psixotrop maddə metafetamin və bir ədəd elektron tərəzinin ona məxsus olmaması, saxlanılmasında iştirak etdiyi göstərilən Şahid1 adlı polis əməkdaşını tanımaması, onu ilk dəfə məhkəmə iclas zalında görməsi, Şahid3 adlı polis əməkdaşının ona təzyiq göstərməsi barədə məhkəmədə verdiyi ifadəsinin onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməllərinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, ittiham olunduğu cinayət əməllərini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs üzərində Salyan Rayon Polis Şöbəsinin inzibati binasında aparılmış axtarış və götürmə, yaşadığı Salyan rayonunun Arbatan kəndində yerləşən fərdi yaşayış evinə keçirilmiş baxış istintaq hərəkətlərinin videogörüntülərini özündə əks etdirən DVD disklərdən görünür ki, həmin istintaq hərəkətləri təqsirləndirilən şəxsin və onun müdafiəçisinin iştirakı ilə keçirilmiş, evdən aşkarlanmış narkotik vasitə və psixotrop maddələrlə bağlı təqsirləndirilən şəxs hər hansı narazılıq bildirməmiş, ümumiyyətlə, ibtidai istintaq boyu hər hansı etiraz bildirməmiş, izahat və ifadələrində özünü ona elan olunmuş ittihamla təqsirli bilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə, məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin Qərarın 26-cı bəndinə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalması ilə bağlı irəli sürdüyü dəlilə məhkəmə tərkibi münasibət bildirərək qeyd edir ki, iş materiallarından göründüyü kimi, peşəkar vəkillə təmsil edilməsinə baxmayaraq, istər Təqsirləndirilən şəxs özü, istərsə də vəkili ibtidai istintaq dövründə şikayətlə vaxtlı-vaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmiş və eyni zamanda təqsirləndirilən şəxs bu halı hər hansı dəlillə əsaslandırmamış və ya izah etməmişdir. Məhkəmə yuxarıda qeyd edilən halları, o cümlədən, hazırkı məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxs tərəfindən fiziki və ya psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı, onun hadisə ilə bağlı təfərrüatlı ifadələr verməyərək ümumi olaraq təzyiqə məruz qalmasını göstərməsini nəzərə alaraq, göstərilən xüsusata təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. Bu səbəbdən məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadənin məhz təzyiqlər nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxsin tutulduqdan sonra polis əməkdaşları tərəfindən təzyiqə məruz qalması ilə bağlı göstərdiyi xüsusatlar işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, onun izahat və ifadələrinin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. İbtidai araşdırma orqanı tərəfindən onun əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə də ittiham elan edilmiş, lakin dövlət ittihamçısı çıxışında Təqsirləndirilən şəxs əməllərində həmin maddələrdə nəzərdə tutulan cinayət tərkibinin sübuta yetirilməməsi əsası ilə ittihamdan imtina etmiş, məhkəmənin 26 dekabr 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 32.5,206.3.2-ci maddəsi ilə aparılan cinayət təqibinə xitam verilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalı, yəni Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Həmin Məcəllənin 351.1-351.3-cü maddələrinə görə ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun Cinayət-Prosessual Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz həmin Məcəllənin 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234..4.1 və 234.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin bütün əlamətləri vardır, həmin cinayət əməlləri həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətlərin törədilməsində o, təqsirlidir, cinayət əməllərini qəsdən törətmişdir və əməli başa çatmış cinayətdir. Təqsirləndirilən şəxsin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsində göstərilir ki, “... Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, digər cinayət hüquqi xarakterli tədbirləri müəyyən edir”. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Həmin Məcəllənin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41, 58.1 və 58.3-cü maddələrinə əsaslanaraq müəyyən edir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hisəssinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarında göstərilir ki, məhkəmə hər bir konkret halda təqsirləndirilən şəxsə cəzanın təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsini, narkotik vasitə istifadəçisi olmasından peşmançılıq çəkdiyini bildirməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxsin əməllərində cinayətin residivinin olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, onun cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1 və 65.2-ci maddələrində göstərilir ki, residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır, həmçinin, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əməllərə görə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli qərarında göstərilmişdir ki, cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. «Vinter və başqaları Birləşmiş Krallığa qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 09 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlləri cinayətlərin təsnifatına görə həmin Məcəllənin 15.4-cü maddəsinə əsasən ağır cinayətlər hesab olunur, eyni zamanda onun əməllərində cinayətlərin residivi müəyyən olunmuşdur. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə görə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbi baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona, azadlıqdan məhrum etmə növündə təyin olunacaq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işi üzrə mülki iddia, maddi zərər və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsində şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Cinayət işi üzrə müsadirə olunması təklif olunan cinayətin törədilməsində istifadə olunan alət və vasitələr, cinayətin predmetləri müəyyən edilməmişdir. Prosessual qanunvericiliyin tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs münasibətdə əmlak müsadirəsi tətbiq oluna bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1, 132.1.1, 132.1.4 və 132.1.6-cı maddələrinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəsini alandan sonra, cinayət işi üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Salyan Rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspert tədqiqatı nəticəsində qalıq qalmış 337,549 qram narkotik vasitə heroin, 4,340 qram psixotrop maddə metafetamin, 1004,80 qram narkotik vasitə qurudulmuş marixuana, 1 (bir) ədəd elektron tərəzi məhv edilməli; Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd «Samsung» markalı mobil telefon onun yaxın qohumlarına qaytarılmalı; şəxsi axtarış, yaşayış evinə baxış keçirilməsi və götürmə istintaq hərəkətlərini özündə əks etdirən videogörüntülərin olduğu 2 (iki) ədəd DVD disk, eləcə də "xxxx" MMCdən daxil olmuş 1 (bir) ədəd CD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmaqla, disklər iş materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün, məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi məqsədi ilə ona, dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi və tərcüməçinin tərcümə xidmətləri ilə ilə bağlı təqdim etdikləri hesabatlara uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən, bu Məcəllənin 197.1.4-cü maddəsində (mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ) nəzərdə tutulan məsrəf məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 63 (altmış üç) manat 90 (doxsan) qəpik məbləğdə pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətindən başqa, təqsirləndirilən şəxsin azadlığının faktiki məhdudlaşdırıldığı zaman daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli, 5 nömrəli Qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə, «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözü gedən Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin müddəalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı ibtidai həbs müddəti onun cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 21 iyul 2023-cü il tarixdən hesablanmalıdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 198, 344-347, 349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona həmin maddələrlə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 21 iyul 2023cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Məhkəmədə təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarının qəbul ediləcəyi nəzərə alınsın. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 63 (altmış üç) manat 90 (doxsan) qəpik məbləğdə pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmənin hökmü qanuni qüvvəsini alandan sonra, cinayət işi üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Salyan Rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspert tədqiqatı nəticəsində qalıq qalmış 337,549 qram narkotik vasitə heroin, 4,340 qram psixotrop maddə metafetamin, 1004,80 qram narkotik vasitə qurudulmuş marixuana, 1 (bir) ədəd elektron tərəzi məhv edilsin; Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd «Samsung» markalı mobil telefon onun yaxın qohumlarına qaytarılsın; şəxsi axtarış, yaşayış evinə baxış keçirilməsi və götürmə istintaq hərəkətlərini özündə əks etdirən videogörüntülərin olduğu 2 (iki) ədəd DVD disk, eləcə də "xxxx" MMC-dən daxil olmuş 1 (bir) ədəd CD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın və disklər iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hazırki hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Esmira Məmmədova Hakimlər Neymət Məmmədov Nahid Hüseynov
Məhkəmə qərarları › İş №1(099)-877/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-877/2023
26.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver