Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-878/2023 07.12.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri X10 (sədrlik edən və məruzəçi), X12 və X8 ibarət tərkibdə, məhkəmə iclasının katibi Elbrus Əlisahib oğlu Mikayılovun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, - Təqsirləndirilən şəxs (xx xxxx 1990-cı ildə Saatlı şəhərində kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməmiş, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Saatlı rayonunun, Məmmədabad kəndində qeydiyyatda olmaqla, Saatlı şəhəri, M.Ağayev küçəsində yerləşən yataqxanada yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, videokonfrans əlaqə sistemi, habelə “AzFemida” proqram təminatında nəzərdə tutulmuş audio və videoyazı sistemindən istifadə edilməklə, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda əkib-yetişdirməklə kultivasiya etmiş və qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını daşımaqla saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarından 25 mart 2023-cü il tarixdə hər birinə bir ədəd olmaqla 10 (on) ədəd kəsilmiş plastmas butulkadan düzəldilmiş dibçəklərdəki torpağa, 03 aprel 2023-cü il tarixdə isə hər birinə iki ədəd toxum olmaqla 14 (on dörd) ədəd, hər birinə bir ədəd toxum olmaqla 81 (səksən bir) ədəd, ümumilikdə 109 (bir yüz doqquz) ədəd toxumu 95 (doxsan beş) ədəd kağız stəkandan düzəltdiyi dibçəklərdəki torpağa yaşadığı Saatlı şəhəri, M.Ağayev küçəsində yerləşən yataqxananın mənzilinin otağında qanunsuz olaraq əkmiş, 08 aprel 2023-cü il tarixədək olan müddət ərzində qanunsuz olaraq əkdiyi ümumilikdə, külli miqdarda 119 (bir yüz on doqquz) ədəd toxumu suvarmaqla qulluq göstərərək, 10 (on) ədəd kəsilmiş plastmas butulkadan düzəldilmiş dibçəklərdə 10 (on) ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə bitkiləri, 82 (səksən iki) ədəd kağız stəkandan düzəltdiyi dibçəklərdəki 96 (doxsan altı) ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə bitkisinin şitillərini və 8 (səkkiz) ədəd kağız stəkandan düzəltdiyi dibçəklərdəki 8 (səkkiz) ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə bitkisinin cücərtilərini qanunsuz olaraq yetişdirməklə külli miqdarda kultivasiya etmiş, həmin ünvanda 08 aprel 2023-cü il tarixdə əməliyyat tədbiri həyata keçirən Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ümumilikdə, külli miqdarda 114 (bir yüz on dörd) ədəd, onlardan yaş vəziyyətdə ümumi təmiz çəkisi 40,0 qram olan 10 (on) ədəd çətənə (kannabis) bitkisi, yaş vəziyyətdə ümumi çəkisi 6,29 qram olan 96 (doxsan altı) ədəd həmin bitkinin şitilləri və ümumi çəkisi 0,30 qram olan 8 (səkkiz) ədəd cücərtiləri aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, istintaqa məlum olmayan mənbədən və vaxtda 1 (bir) ədəd ******* nömrəli, 5,45 mm. kalibirli olmaqla zavod üsulu ilə keçmiş SSRİ-də 1981-ci ildə istehsal olunmuş Kalaşnikov konstruksiyalı “AKS-74” modelli, atəşə yararlı, yivli odlu avtomat silahı, zavod üsulu ilə keçmiş SSRİ-də istehsal olunmuş, 5,45x39 mm. kalibrli döyüş sursatları olan Kalaşnikov konstruksiyalı silahların ştat patronlarını, zavod üsulu ilə istehsal olunmuş hər biri 30 (otuz) ədəd 5,45x39 mm. kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi olan 2 (iki) ədəd darağı qanunsuz olaraq əldə edib, idarə etdiyi “VAZ-21011” markalı, **- BF-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamış, 12 may 2023-cü il tarixdə Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində idarə etdiyi “VAZ-21011” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil Sabirabad şəhəri, H.Əliyev prospektində saxlanılaraq, həmin prospektdə yerləşən Sabirabad Rayon Polis Şöbəsinin inzibati binasının həyətinə gətirilmiş, orada saat 20:05 dəqiqədə avtomobilin salonuna baxış keçirilən zaman avtomobilin arxa oturacağında saxladığı 1 (bir) ədəd ******* nömrəli, “AKS-74” markalı yivli odlu avtomat silah, həmin avtomatın ehtiyat hissəsi olan 2 (iki) ədəd daraq, daraqlardan birinin içərisində 28 (iyirmi səkkiz) ədəd, digərinin içərisində 30 (otuz) ədəd, eləcə də balaca parçanın içərisində 18 (on səkkiz) ədəd olmaqla, ümumilikdə 76 (yetmiş altı) ədəd 5,45 mm-lik döyüş sursatı olan patronlar aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 237.2.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Saatlı rayonunun Məmmədabad kəndində qeydiyyatda olsa da, on beş ildən artıqdır, Saatlı şəhəri, M.Ağayev küçəsində yerləşən ünvanı olmayan yataqxananın birotaqlı mənzilində tək yaşayır. Əvvəllər oğurluq etdiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 2018-ci ildə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilmişdir. Təxminən iki ildir tapdığı halda narkotik vasitə olan marixuana qəbul edir. Mahiyyəti üzrə onu deyə bilər ki, 2022-ci ilin iyul ayında Saatlı rayonunun Musalı kəndi ərazisindən keçən Araz çayının kənarı ilə piyada gedərkən yerdə gördüyü siqaret qutusunu diqqəti çəkdiyi üçün götürüb baxmış, içərisində çoxlu sayda toxumlar olduğunu görmüş, nəşədən istifadə etdiyinə görə həmin toxumların nəşə toxumu olduğunu bilib, qutunu cibinə qoyaraq yaşadığı evə gətirmişdir. Evdə həmin toxumları saymış, 130 (bir yüz otuz) ədəd toxum olmuşdur. Daha sonra həmin toxumları tapdığı qutu ilə birlikdə yaşadığı evdə olan kitab rəfindəki kitabların arxasında gizlətmiş, 20 mart 2023-cü il tarixdən hava şəraiti istiləşdiyindən həmin toxumlardan bəzisini əkib, cücərib-cücərməməsini yoxlamaq qərarına gəlmişdir. Təxminən mart ayının 25-də 10 (on) ədəd kəsilmiş plastmas butulkadan düzəltdiyi dibçəklərin içərisinə torpaq yığaraq, hər birinə bir toxum olmaqla əkib, gündəlik sulamağa başlamış, həmin toxumlar cücərməyə başlamış, boy atmışdılar. 2023-cü ilin aprel ayının 02-nə kimi həmin bitkilərin diblərini yumşaltmaqla mütəmadi olmasa da, qulluq edib gün şüası düşsün deyə otaqdakı pəncərənin qarşısına düzmüş, 03 aprel 2023-cü il tarixdə yenidən qərara gəlmişdir ki, kağız stəkanlar alaraq qalan toxumları da həmin stəkanlara əksin. Bu məqsədlə 100 (bir yüz) ədəd kağız stəkan alaraq evə aparmış, içərilərini torpaqla doldurub qalan toxumları da həmin stəkanlardakı torpağa əkmişdir. Bəzi stəkanlara iki, bəzilərinə bir toxum əkmişdir. 100 (bir yüz) ədəd kağız stəkana əkdiyi toxumlardan 82 (səksən iki) stəkanda 96 (doxsan altı) ədədi cücərmiş və boy atmağa başlamış, qalan 18 (on səkkiz) ədəd stəkanın isə 8 (səkkiz) stəkanında cücərtilər olsa da, 10 (on) ədəd stəkanda ümumiyyətlə bitki olmamışdır. Həmin bitkilər 07 aprel 2023-cü il tarixədək təxminən ayrı-ayrılıqda 1-2, 10-12 santımetr hündürlüyədək boy atmışdılar. 08 aprel 2023-cü il tarixdə, təxminən saat 19-da polis əməkdaşları yaşadığı evin qarşısından onu səsləyib küçəyə çağıraraq özlərini təqdim edib, yaşadığı evdə və evin həyətində narkotik tərkibli bitkilər əkməsi barədə məlumatları olduğunu bildirmişlər. Polis əməkdaşlarına həyətyanı sahədə yox, yaşadığı mənzilin otağında dibçəklərdə narkotik bitkilər əkdiyini bildirmiş və yaşadığı evə baxış keçirilməsinə etirazı olmaması barədə ərizə yazmışdır. Bundan sonra polis əməkdaşları onun, hal şahidləri və mütəxəssis-aqronomun iştirakı ilə yaşadığı evin otağında müxtəlif qablardakı torpağa əkibyetişdirdiyi çətənə bitkilərini aşkar etmişlər. Bitkiləri sayarkən 10 (on) ədəd kəsilmiş plastmas butulkadan düzəltdiyi dibçəklərin hər birində bir ədəd, kağız stəkanlarda əkdiklərindən 14 (on dörd) ədədində iki ədəd, 68 (altmış səkkiz) ədədində isə hər birində bir ədəd çətənə bitkisi olduğu, qalan 8 (səkkiz) ədəd stəkanda bir ədəd olmaqla cücərtilər, 10 (on) ədəd stəkanda isə ümumiyyətlə bitki olmadığı, ümumilkdə 114 (bir yüz on dörd) ədəd çətənə bitkisi olduğu müəyyən edilmişdir. Həmin bitkilərin narkotik tərkibli olduğunu və şəxsi istifadəsi üçün əkib-yetişdirdiyini etiraf etmişdir. Baxışda iştirak edən mütəxəssisaqronom tərəfindən həmin 114 (bir yüz on dörd) ədəd bitkiyə baxış keçirilmiş, bitkilərin diblərinin yumşaldıldığı və suvarıldığı, bitkilərə aqrotexniki qaydada qulluq olunduğu bildirilmişdir. Həmin 114 (bir yüz on dörd) ədəd bitki polis əməkdaşları tərəfindən əkildikləri qablarla birlikdə 6 (altı) ədəd karton qutuda qablaşdırılaraq götürülmüş, hal şahidləri ilə birlikdə aşkar edilmiş çətənə bitkilərinin qablaşdırmasının üzərində imza etmişdir. Yaşadığı otağa baxış keçirilərəkən foto və videoçəkiliş aparılmış, sonda baxışın keçirilməsi ilə bağlı tərtib edilmiş protokol ucadan oxunmuş, doğru yazıldığı üçün baxışda iştirak edən digər şəxslərlə birlikdə protokolun doğruluğunu öz imzası ilə təsdiq etmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu digər epizod üzrə ifadə verərək bildirmişdir ki, 2023-cü ilin fevral ayının sonlarında Saatlı rayonunda yerləşən Araz çayının sahilindəki dəmir yolunun kənarında gəzdiyi vaxt sarı parçaya bükülmüş əşya görüb, əşyanın yaxınlığına getmiş və bükülünü açanda içərisində qara rəngli “AKS-74” markalı avtomat, 2 (iki) ədəd dolu daraq, 18 (on səkkiz) ədəd avtomat gülləsi olduğunu görmüş, xoşu gəldiyi üçün avtomatı götürüb, etibarnamə əsasında idarə etdiyi “VAZ-21011” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağının kürək hissəsinin arxa hissəsində gizlətmiş və həmin vaxtdan avtomat maşınında qalmış, avtomatdan heç bir yerdə istifadə etməmişdir. 12 may 2023-cü il tarixdə idarə etdiyi avtomobillə Sabirabad rayonuna ilk dəfə avtomobil üçün ehtiyat hissələri almağa getmiş, Sabirabad şəhəri, H.Əliyev prospektində dayanıb avtomobil hissələri satılan yeri axtardığı vaxt mülki geyimli bir neçə şəxs ona yaxınlaşaraq polis əməkdaşı olduqlarını və avtomobilində avtomat silahın olması barədə məlumat daxil olduğunu bildirərək, onu maşını ilə birlikdə Sabirabad Rayon Polis Şöbəsinə aparmışlar. Polis şöbəsində avtomobilinə keçirilən baxış zamanı arxa oturacağın kürək hissəsinin arxasında gizlətdiyi avtomat, 2 (iki) ədəd daraq, daraqlardan birinin içərisində 28 (iyirmi səkkiz) ədəd, digərinin içərisində 30 (otuz) ədəd, bundan başqa, balaca parçanın içərisində 18 (on səkkiz) ədəd olmaqla, ümumilikdə 76 (yetmiş altı) ədəd güllə aşkar edilərək götürülmüş, avtomat və onun sursatları qablaşdırılaraq möhürlənəndən sonra bu barədə protokol tərtib edilmiş, o da həmin protokolu imzalamışdır. Təqsirləndirilən şəxs məhkəmədə cinayət prosesinin iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq, silahı polis şöbəsinə təhvil vermək istədiyini, lakin tərəddüd etdiyini bildirmişdir. Belə ki, barəsində cinayət işi olduğundan silahı təhvil verərkən tutulacağından qorxmuşdur. Polis əməkdaşlarına silah satmaq fikrində olduğunu bildirməmişdir, çünki, belə bir fikri yox idi. Hər iki epizod üzrə polis əməkdaşları tərəfindən ona qarşı etirafedici ifadələr verməsi üçün təzyiq və ya təsir göstərilməmişdir. Törətdiyi cinayət əməllərindən səmimi peşmandır. Məhkəmədən, barəsində yekun qərar qəbul olunarkən yuxarıda qeyd etdiklərinin və məhkumluğunun ödənilməsinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə cinayət prosesi tərəflərinin (təqsirləndirilən şəxsin etirafedici, şahidlərin ifadələrini) dinləyərək, habelə cinayət işinin materiallarında olan bütün sübutları ayrıayrılıqda və məcmu halda nəzərə alaraq, onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, hadisə vaxtı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Saatlı Rayon Polis Şöbəsinin Cinayət-Axtarış Bölməsində baş əməliyyat müvəkkili vəzifəsində işləmişdir, hazırda Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Regional Şöbəsində əməliyyat müvvəkilidir. Cinayət işinin mahiyyəti üzrə onu deyə bilər ki, 12 may 2023-cü il tarixdə Saatlı rayonunun Məmmədabad kənd sakini Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ-21011” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobildə qanunsuz olaraq “AKS-74” markalı avtomat saxlaması və Sabirabad rayonu ərazisində gəzdirməsi barədə Sabirabad Rayon Polis X4 Qrupunun baş əməliyyat müvəkkili, polis mayoru X2 məlumat daxil olmuş, bununla bağlı Taleh Həsənov raportla rəhbərliyə məruzə etmiş, bundan sonra raport üzrə əməliyyataxtarış tədbirlərinin keçirilməsi ona həvalə olunmuş, tərəfindən təxirə salınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunandan sonra əməliyyat tədbirində iştirak edəcək polis əməkdaşlarının tərkibi müəyyən olunmuşdur. Əməliyyat tədbirində o və Sabirabad Rayon Polis X4 Qrupunun əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 iştirak etmişlər. Onlar Təqsirləndirilən şəxs Sabirabad şəhəri ərazisində ola biləcəyi ehtimal olunan yerləri əməliyyat nəzarətinə götürmüşlər və elə həmin gün Elanın Sabirabad şəhəri, H.Əliyev prospektində idarə etdiyi “VAZ-21011” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə dayandığını müşahidə edərək ona yaxınlaşıb, özlərini təqdim etdikdən sonra qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli olduğunu izah edərək onlarla birlikdə Sabirabad Rayon Polis Şöbəsinə getməyi təklif etmişlər. Təqsirləndirilən şəxs razılıq verdikdən sonra birlikdə Polis şöbəsinə getmişlər. Polis şöbəsində hal şahidlərinin iştirakı ilə müstəntiq tərəfindən Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ-21011” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən avtomobilin arxa oturacağın kürək hissəsində gizlədilmiş 1 (bir) ədəd “AKS-74” markalı avtomat, birində 28 (iyirmi səkkiz), digərində isə 30 (otuz) ədəd 5,45x39 mm. kalibrli patron olan 2 (iki) ədəd daraq və əski parçasına bükülmüş 18 (on səkkiz) ədəd 5,45x39 mm. kalibrli patron aşkar edilərək götürülmüş, Elan həmin silah və patronları yaşadığı Saatlı rayonu ərazisində Araz çayının sahilindən tapdığını bildirmişdir. Aşkar edilmiş 1 (bir) ədəd “AKS-74” markalı avtomat, 2 (iki) ədəd daraq və ümumilikdə 76 (yetmiş altı) ədəd 5,45x39 mm. kalibrli patron sintetik torbada qablaşdırılaraq, “Zərflər üçün № 139” möhürü ilə möhürlənib, müstəntiq tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs avtomobilindən bundan başqa hər hansı bir qanunsuz əşya və ya predmet aşkar edilməmiş, daha sonra aşkar olunanlarla bağlı protokol tərtib edilmiş, o da digər iştirakçılar kimi protokolun doğru olmasını öz imzası ilə təsdiq etmişdir. Şahid1 məhkəmədə cinayət prosesinin iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanıldığı yerin ətrafında avtomobil ehtiyat hissələrinin olduğu dükan yoxdur və Elanla əməliyyat xarakterli sorğusual apardığı vaxt sonuncu maddi durumunun aşağı olması ilə əlaqədar silahı satmaq məqsədinin olduğunu bildirmiş, lakin o, bunu protokoldan kənar dediyi üçün bu barədə hər hansı bir qeyd aparmamış, sonrakı istintaq hərəkətləri müstəntiq tərəfindən aparıldığından bu faktın təsdiq olunub-olunmaması barədə məlumatı olmamışdır. Məhkəmədə iclasında dindirilmiş şahid Sabirabad Rayon Polis X4 Qrupunun əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ifadəsində Şahid1 ifadəsindəki xüsusatları təsdiq edərək, onunla eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Saatlı Rayon Polis Şöbəsinin Cinayət-Axtarış Bölməsində rəis vəzifəsində işləyən, polis kapitanı Şahid4 ifadəsində bildirmişdir ki, 08 aprel 2023-cü il tarixdə Saatlı rayonunun Məmmədabad kəndində qeydiyyatda olmaqla Saatlı şəhəri, M.Ağayev küçəsində yerləşən yataqxanada yaşayan Təqsirləndirilən şəxs yaşadığı yataqxanadakı mənzilin otağında qanunsuz olaraq narkotik xassəli bitkilər əkib-becərməsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar raportla Saatlı Rayon Polis Şöbəsinin rəisinə məruzə edildikdən sonra, həmin tarixdə cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid5 tərəfindən qəbul edilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar rəis tərəfindən təsdiq olunmuşdur. Həmin qərarın icrası ilə əlaqədar keçirilən tədbirlə bağlı o, cinayət-axtarış bölməsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid6, əməliyyat müvəkkilləri, polis kapitanı Şahid3, polis leytenantı Şahid5, əvvəlcədən dəvət edilərək hüquq və vəzifələri izah edilmiş mütəxəssisaqranom Şahid9, hal şahidləri olan Saatlı şəhər sakinləri Şahid10 və Şahid11 birlikdə Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına gedərək, Elanı səsləyib çağırandan sonra yaşadığı yataqxananın həyətyanı sahəsində və otağında narkotik tərkibli bitkilər əkibbecərməsi barədə məlumat daxil olduğunu, bununla əlaqədar həmin yerlərə baxış keçiriləcəyini bildirmişlər. Təqsirləndirilən şəxs baxışın keçirilməsinə etiraz etməyərək, bu barədə ərizə yazmış, bundan sonra onun özünün iştirakı ilə foto və videoçəkiliş aparılmaqla baxış keçirilməyə başlanılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı mənzilin otağında pəncərənin qarşısında 10 (on) ədəd kəsilmiş plastmas butulkadan düzəltdiyi dibçəklərdə orta hesabla 12 santımetr hündürlükdə boy atmış, hərəsində bir ədəd və 100 (bir yüz) ədəd kağız stəkanda əkdiklərindən 14 (on dörd) ədədində iki ədəd, 68 (altmış səkkiz) ədədində isə hərəsində bir ədəd olmaqla orta hesabla 1 santımetr boy atmış çətənə bitkiləri, qalan 8 (səkkiz) ədəd stəkanda bir ədəd olmaqla cücərtilər, 10 (on) ədəd stəkanda isə ümumiyyətlə bitki olmadığını, ümumilkdə 114 (bir yüz on dörd) ədəd çətənə (kannabis) bitkilərinə oxşar bitkilər aşkar etmişlər. Təqsirləndirilən şəxs həmin bitkilərin çətənə bitkisi olduğunu və öz istifadəsi üçün əkib yetişdirdiyini bildirmişdir. Baxışda iştirak edən aqronom Şahid9 tərəfindən həmin 114 (bir yüz on dörd) ədəd bitkiyə baxış keçirilmiş və sonuncu bildirmişdir ki, həmin bitkilər çətənə bitkiləridir, onlara aqrotexniki qaydada qulluq edilmiş və becərilmə işləri aparılmışdır. Bununla bağlı Şahid9 tərəfindən rəy tərtib edilərək təqdim olunmuşdur. Həmin 10 (on) ədəd plastmas butulka və 100 (bir yüz) ədəd kağız stəkan olduqları bitkilərlə birlikdə 6 (altı) ədəd karton qutuda qablaşdırılıb, möhürlənərək ekspertizaya göndərilməsi üçün götürülmüşdür. Tədbirdə iştirak edən polis əməkdaşları, hal şahidləri və Təqsirləndirilən şəxs həmin qablaşdırmanın üzərində imza etmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin otağından aşkar edilmiş həmin 114 (bir yüz on dörd) ədəd çətənə bitkisinə oxşar bitkilərdən başqa narkotik vasitə və ya narkotik tərkibli bitkilərə oxşar bitkilər aşkar edilməmişdir. Sonda baxışın keçirilməsi barədə Saatlı Rayon Polis X13 təhqiqatçısı, polis kapitanı X3 tərəfindən tərtib edilmiş protokol ucadan oxunmuş, doğru yazıldığı üçün baxışda iştirak edən digər şəxslər kimi o da protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Məhkəmə iclasında dindirilmiş, habelə ifadələri elan olunmuş şahidlər Saatlı Rayon Polis Şöbəsində Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkilləri, polis kapitanı Şahid3, polis leytenantı Şahid5, baş əməliyyat müvəkkili, polis kapitanı Şahid6 ifadələrindən məlum olmuşdur ki, onlar Şahid4lə eyni məzmunlu ifadə vermişlər (iş vərəqi 149-150; 196- 197). Məhkəmədə dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanda yaşayır. 08 aprel 2023-cü il tarixdə Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları onu Saatlı şəhəri, M.Ağayev küçəsində keçiriləcək əməliyyat tədbirində hal şahidi qismində iştirak etmək üçün dəvət etmişlər. Razılıq verdikdən sonra polis əməkdaşları ona Saatlı şəhəri, M.Ağayev küçəsinə gəlməyi xahiş etmişlər. Sözü gedən ünvana çatandan sonra polis əməkdaşları tərəfindən ona və digər hal şahidi Şahid11 qanunda nəzərdə tutulmuş hüquq və vəzifələri izah edildikdən sonra heç bir qohumluq əlaqəsi olmayan Təqsirləndirilən şəxs yaşadığı evə və həyətinə baxış keçirəcəkləri bildirilmişdir. Bundan sonra polis əməkdaşları Təqsirləndirilən şəxs küçəyə səsləyib, daxil olmuş məlumatla bağlı yaşadığı yataqxanadakı otağa və yataqxananın həyətyanı sahəsinə baxış keçirəcəklərini dedikdə, sonuncu baxışın keçirilməsinə etiraz etməyərək bu barədə ərizə yazməş, daha sonra polis əməkdaşları tərəfindən onun, digər hal şahidinin, mütəxəssis-aqronom və Təqsirləndirilən şəxs özünün iştirakı ilə baxış keçirilməyə başlanılmışdır. Baxış zamanı foto və videoçəkiliş aparılmışdır. Baxışda Təqsirləndirilən şəxs yaşadığı mənzilin otağındakı pəncərənin qarşısında 10 (on) ədəd kəsilmiş plastmas butulkadan düzəltdiyi dibçəklərdə bir ədəd və 100 (bir yüz) ədəd kağız stəkanda əkdiklərindən 14 (on dörd) ədədində iki ədəd, 68 (altmış səkkiz) ədədində isə hərəsində bir ədəd çətənə bitkiləri olduğu, qalan 8 (səkkiz) ədəd stəkanda bir ədəd olmaqla cücərtilər, 10 (on) ədəd stəkanda isə, ümumiyyətlə, bitki olmadığı, ümumilkdə 114 (bir yüz on dörd) ədəd çətənə (kannabis) bitkilərinə oxşar bitkilər aşkar olunmuşdur. Baxışda iştirak edən aqronom həmin bitkilərə baxış keçirdikdən sonra bildirmişdir ki, bitkilərə aqrotexniki qaydada qulluq və becərilmə işləri aparılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs səmimi olaraq həmin bitkilərin narkotik tərkibli çətənə bitkisi olduğunu, öz istifadəsi üçün əkib-yetişdirdiyini etiraf etmişdir. Aşkar edilmiş narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilər polis əməkdaşları tərəfindən dibçəklərlə birlikdə 6 (altı) ədəd karton qutuda qablaşdırılıb möhürlənərək ekspertizaya göndərilməsi üçün götürülmüş, digər hal şahidi ilə birlikdə həmin qablaşdırmanın üzərində imza etmişdir. Sonda baxışın keçirilməsi ilə bağlı tərtib edilmiş protokol ucadan oxunmuş, doğru yazıldığı üçün o da digər iştirakçılar kimi protokolu imzalamışdır. Cinayət işi üzrə Şahid11 məhkəmə iclasında elan olunmuş ifadəsindən məlum olmuşdur ki, o, Şahid10 ilə eyni məzmunlu ifadə vermişdir (iş vərəqi 202-203). Məhkəmə iclasında iş üzrə şahid Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Saatlı X24 Mərkəzində Bitkiçilik sektorunun müdiri vəzifəsində işləyən Şahid9 ifadəsi elan olunmuşdur. O, həmin ifadəsində göstərmişdir ki, ixtisasca aqronomdur. 08 aprel 2023-cü il tarixdə Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şöbəyə dəvət olunmuş, şöbədə ona bildirmişlər ki, Saatlı şəhəri, M.Ağayev küçəsində yerləşən yataqxanada yaşayan Təqsirləndirilən şəxs narkotik tərkibli bitkilər əkib-yetişdirməsi ilə bağlı məlumatın yoxlanılması ilə əlaqədar əməliyyat tədbiri keçirilir və onun da mütəxəssis qismində iştirakı lazımdır. Ona izah edilmişdir ki, əməliyyat tədbiri zamanı narkotik tərkibli bitkilər aşkar olunduğu təqdirdə, həmin bitkilərə aqrotexniki qaydada qulluq göstərilib-göstərilməməsinin müəyyən olunması ilə bağlı rəy verilməlidir. Polis əməkdaşları və iki nəfər hal şahidinin iştirakı ilə keçirilən əməliyyat tədbirində iştirak etmiş, baxış zamanı Saatlı şəhəri, M.Ağayev küçəsində yerləşən yataqxanada yaşayan, əvvəllər tanımadığı Təqsirləndirilən şəxs mənzilin otağında pəncərənin qarşısında 10 (on) ədəd kəsilmiş plastmas butulkadan düzəltdiyi dibçəklərdə orta hesabla 12 santımetr hündürlükdə boy atmış, hərəsində bir ədəd bitki və 100 (bir yüz) ədəd kağız stəkanda əkdiklərindən 14 (on dörd) ədədində iki ədəd, 68 (altmış səkkiz) ədədində isə hərəsində bir ədəd olmaqla orta hesabla 1 santımetr boy atmış həmin bitkilərin şitilləri olduğu, qalan 8 (səkkiz) ədəd stəkanda bir ədəd olmaqla cücərtilər, 10 (on) ədəd stəkanda isə, ümumiyyətlə bitki olmadığı, ümumilkdə 114 (bir yüz on dörd) ədəd bitki aşkar edilmişdir. Baxış keçirərkən həmin bitkilərə aqrotexniki qaydada becərilmə və qulluq işləri aparıldığını, bitkilərin narkotik tərkibli çətənə bitkiləri olduğunu müəyyən etmiş və bu barədə rəy yazıb polis əməkdaşlarına təqdim etmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs səmimi olaraq həmin 114 (bir yüz on dörd) ədəd bitkinin narkotik tərkibli çətənə bitkisi olduğunu, öz istifadəsi üçün əkib yetişdirdiyini bildirmişdir. Aşkar edilmiş 114 (bir yüz on dörd) ədəd narkotik tərkibli çətənə bitkisi əkildikləri qablar ilə birlikdə polis əməkdaşları tərəfindən 6 (altı) ədəd karton qutuda qablaşdırılıb, möhürlənərək götürülmüşdür. Baxış zamanı foto və videoçəkiliş aparılmışdır. Sonda baxışın keçirilməsi ilə əlaqədar protokol tərtib edilərək ucadan oxunmuş, protokol doğru yazıldığı üçün o da baxışda iştirak edən polis əməkdaşları, hal şahidləri və Təqsirləndirilən şəxs kimi protokolu imzalamışdır (iş vərəqi 182-183). Məhkəmə iclasında iş üzrə Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. O, həmin ifadəsində göstərmişdir ki, 12 may 2023-cü il tarixdə, saat 20 radələrində Sabirabad Rayon Polis Şöbəsinin yaxınlığından keçərkən polis əməkdaşları ona yaxınlaşaraq Saatlı rayonu, Məmmədabad kənd sakini Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ-21011” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobildə qanunsuz olaraq “AKS-74” markalı avtomat saxlaması və Sabirabad rayonu ərazisində gəzdirməsi barədə məlumat aldıqlarına görə Təqsirləndirilən şəxs avtomobilinə baxış keçirəcəklərini bildirərək, baxış zamanı hal şahidi qismində iştirak etməyi təklif etmişlər. Etiraz etməmişdir. Polis əməkdaşları ondan başqa daha bir nəfəri də hal şahidi qismində dəvət etmişlər. Onlara hüquq və vəzifələri elan olunandan sonra polislərlə birlikdə Sabirabad Rayon Polis Şöbəsində Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ-21011” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən avtomobilin arxa oturacağının kürək hissəsində gizlədilmiş 1 (bir) ədəd “AKS-74” markalı avtomat, birində 28 (iyirmi səkkiz) ədəd, digərində 30 (otuz) ədəd 5,45x39 mm. kalibrli patron olan 2 (iki) ədəd daraq və əski parçasına bükülmüş 18 (on səkkiz) ədəd 5,45x39 mm. kalibrli patron aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin silah və patronları yaşadığı Saatlı rayonu ərazisində Araz çayının sahilindən tapdığını bildirmişdir. Aşkar edilmiş 1 (bir) ədəd “AKS- 74” markalı avtomat, 2 (iki) ədəd daraq və ümumilikdə 76 (yetmiş altı) ədəd 5,45x39 mm. kalibrli patron sintetik torbada qablaşdırılmış və “Zərflər üçün № 139” möhürü ilə möhürlənib, müstəntiq tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs avtomobilindən bundan başqa heç bir qanunsuz əşya və predmet aşkar edilməmişdir. Bundan sonra aşkar olunanlarla bağlı protokol tərtib edilmiş, o da digər iştirakçılar kimi protokolun doğru olmasını imzası ilə təsdiq etmişdir (iş vərəqi 73-75). Cinayət işi üzrə Şahid8 məhkəmə iclasında elan olunmuş ifadəsindən məlum olmuşdur ki, o, Şahid7lə eyni məzmunlu ifadə vermişdir (iş vərəqi 76-78). Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş, habelə ifadəsi elan olunmuş şəxslərin (təqsirləndirilən şəxs və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materallarında olan və məhkəmədə tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sabirabad Rayon Polis X14 13 may 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (iş vərəqi 01). Sabirabad Rayon Polis X5 Qrupunun 12 may 2023-cü il tarixli və həmin polis şöbəsinin Cinayət-Axtarış Bölməsinin 12 may 2023-cü il tarixli raportlarından görünür ki, Saatlı rayonunun Məmmədabad kənd sakini Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ-21011” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobildə “AKS-74” markalı avtomat saxlaması və Sabirabad rayonu ərazisində gəzdirməsi barədə məlumat daxil olmuşdur (iş vərəqi 03-04). Sabirabad Rayon Polis Şöbəsi Cinayət-Axtarış Bölməsinin 12 may 2023-cü il tarixli qərarından görünür ki, Saatlı rayonunun Məmmədabad kənd sakini Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ-21011” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi qərara alınmışdır (iş vərəqi 05). Sabirabad Rayon Polis Şöbəsi Cinayət-Axtarış Bölməsinin 12 may 2023-cü il tarixli raportundan görünür ki, Saatlı rayonunun Məmmədabad kənd sakini Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ-21011” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə Sabirabad Rayon Polis Şöbəsinə gətirilmiş, avtomobilə baxış zamanı oradan 1 (bir) ədəd ******* nömrəli, “AKS-74” markalı avtomat, həmin avtomata aid 2 (iki) ədəd sandıq, sandıqlardan bir ədədinin içərisində 28 (iyirmi səkkiz) ədəd, digərinin içərisində 30 (otuz) ədəd, eləcə də bir ədəd parçanın içərisində 18 (on səkkiz) ədəd olmaqla, ümumilikdə 76 (yetmiş altı) ədəd 5,45 mm-lik patron aşkar olunaraq götürülmüşdür (iş vərəqi 08). Sabirabad Rayon Polis X14 12 may 2023-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ-21011” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilən zaman avtomobilin arxa oturacağının kürək nahiyəsindən 1 (bir) ədəd ******* nömrəli, “AKS-74” markalı avtomat, həmin avtomata aid 2 (iki) ədəd sandıq, sandıqların bir ədədində 28 (iyirmi səkkiz) ədəd, digərində 30 (otuz) ədəd, parçaya bükülmüş formada isə 18 (on səkkiz) ədəd, ümumilikdə 76 (yetmiş altı) ədəd patron aşkar edilərək götürülmüş, qablaşdırılaraq götürülmüş; fotocədvəllər protokola əlavə olunmuşdur (iş vərəqi 09-13). Sabirabad Rayon Polis X14 12 may 2023-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 21:10-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqi 24). Sabirabad Rayon Polis X14 14 may 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmiş və qərarın surəti təqdim olunmuşdur (iş vərəqi 41-42). Sabirabad Rayon Məhkəməsinin 4(056)-64/2023 nömrəli, 14 may 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 12 may 2023cü il tarixdən hesablanmaqla 3 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqi 57-60). Azərbaycan Respublikası Saatlı Rayon İcra Hakimiyyəti başçısının X18 ərazi dairəsi üzrə nümayəndəsinin 172 nömrəli, 17 may 2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Saatlı rayonunun X18 ərazi dairəsində qeydiyyatda olmaqla Saatlı şəhərində yaşayır, ailə tərkibi 11 avqust 1961 və 02 may 1962-ci il təvəllüdlü olmaqla hər ikisi təqaüdçü olan valideynlərindən ibarətdir (iş vərəqi 61). Saatlı rayon Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi və Saatlı Rayon İcra Hakimiyyəti başçısının X18 ərazi dairəsi üzrə nümayəndəsinin 17 may 2023-cü il tarixli xassiyyətnamələrindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur (iş vərəqi 62-63). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 08 iyun və 17 may 2023-cü il tarixli tələbnamələrindən görünür ki, Təqsirləndirilən şəxs Saatlı Rayon Məhkəməsinin 27 avqust 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək qəti olaraq 1.500 (bir min beş yüz) manat cərimə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası Milli Məclisinin 07 may 2013-cü il tarixli Amnistiya Qərarının 1.7-ci bəndinə əsasən təyin olunmuş cərimə cəzasının ödənilməmiş hissəsindən azad edilmiş; Saatlı Rayon Məhkəməsinin 22 aprel 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 04 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Şirvan Apellyasiya Məhkəməsinin 01 oktyabr 2014-cü il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanılmış, Masallı Rayon Məhkəməsinin 18 dekabr 2017-ci il tarixli qərarı ilə Saatlı Rayon Məhkəməsinin 22 aprel 2014-cü il tarixli hökmü “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında” 20 oktyabr 2017-ci il tarixli Qanununa uyğunlaşdırılmasına dair təqdimat təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə Masallı Rayon Məhkəməsinin qərarı ləğv edilərək Saatlı Rayon Məhkəməsinin 22 aprel 2014-cü il tarixli hökmü dəyişdirilərək Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3cü maddəsinə əsasən 04 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və o, 19 mart 2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir (iş vərəqi 70-71; 113- 114). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3 və 83.3.3-cü maddələrinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən 2 (iki) il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Belə olan halda Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.4 və 18.4.3-cü maddələrinə əsasən, residivin müəyyən edilməsi zamanı bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar nəzərə alınmır. Bu mənada Təqsirləndirilən şəxs əməlində cinayətin residivi yoxdur. Sabirabad Rayon Polis X14 05 iyul 2023-cü il tarixli tapşırığından görünür ki, Təqsirləndirilən şəxs ondan aşkarlanan “AKS-74” markalı avtomat, həmin avtomata aid 2 (iki) ədəd daraq və ümumilikdə 76 ədəd 5,45 mm-lik patronu haradan əldə etməsi, eləcə də onların satışı ilə məşğul olub-olmamasını müəyyən etmək məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə zərurət yaranmış, Cinayət- Axtarış Bölməsinin 30 iyul 2023-cü il tarixli raportunda bu istiqamətində müəyyən işlər (əməliyyat-axtarış tədbirləri) aparılsa da, müsbət nəticə əldə olunmaması göstərilmişdir (iş vərəqi 72; 215). Sabirabad Rayon Polis X14 21 iyul 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Saatlı Rayon Polis X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi həmin tarixdə Sabirabad Rayon Polis X9 göndərilmiş və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə istintaq edilən ********** nömrəli cinayət işi ilə bir icraatda birləşdirilərək, istintaq sonuncu nömrə altında davam etdirilmişdir (iş vərəqi 80-81). Saatlı Rayon Polis X13 ********* nömrəli, 09 aprel 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə cinayət işi başlanılmış və istintaq aparılması üçün aidiyyatı üzrə istintaq bölməsinə verilmişdir (iş vərəqi 86). Saatlı Rayon Polis Şöbəsi Cinayət-Axtarış Bölməsinin 08 aprel 2023-cü il tarixli raportundan görünür ki, X22 rayonu, Məmmədabad kəndində qeydiyyatda olmaqla, Saatlı şəhəri, M.Ağayev küçəsində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evdə və evinin həyətyanı sahəsində qanunsuz olaraq narkotik tərkibli çətənə bitkilərinin əkilib-becərilməsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur (iş vərəqi 88). Saatlı Rayon Polis Şöbəsi Cinayət-Axtarış Bölməsinin 08 aprel 2023-cü il tarixli qərarından görünür ki, Saatlı rayonunun Məmmədabad kəndində qeydiyyatda olmaqla, Saatlı şəhəri, M.Ağayev küçəsində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evdə və evinin həyətyanı sahəsində qanunsuz olaraq narkotik tərkibli çətənə bitkilərini əkib yetişdirməsini müəyyən etmək üçün dərhal evinə daxil olma və baxış keçirilməsi növündə əməliyyataxtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır (iş vərəqi 89). Saatlı Rayon Polis X13 08 aprel 2023-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin otağından 10 (on) ədəd kəsilmiş plastmas butulkadan düzəltdiyi dibçəklərdə orta hesabla 12 santımetr hündürlükdə boy atmış, hərəsində bir ədəd bitkilər və 100 (bir yüz) ədəd kağız stəkanda əkdiklərindən 14 (on dörd) ədədində iki ədəd, 68 (altmış səkkiz) ədədində isə hərəsində bir ədəd olmaqla orta hesabla 1 santımetr boy atmış həmin bitkilərin şitilləri, qalan 8 (səkkiz) ədəd stəkanda bir ədəd olmaqla cücərtilər, 114 (bir yüz on dörd) ədəd bitkilər aşkar edilərək götürülmüş; fotocədvəllər və 1 (bir) ədəd CD disk protokola əlavə olunmuşdur (iş vərəqi 97-104). Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Saatlı X24 Mərkəzinin 08 aprel 2023-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı mənzilin otağından aşkar edilmiş 10 (on) ədəd yuxarı hissəsi kəsilmiş müxtəlif plastmas şüşə qablardakı bitkilərə baxış keçirilərkən, həmin qabların hər birində olan bir ədəd bitkilərin narkotik tərkibli çətənə bitkiləri olduğu, bundan əlavə 100 (bir yüz) ədəd plastmas stəkanın 82 (səksən iki) ədədində, onların 14 (on dörd) ədədində iki ədəd, 68 (altmış səkkiz) ədədində isə bir ədəd olmaqla, ümumilikdə 96 (doxsan altı) ədəd cücərtinin (şitilin) narkotik tərkibli çətənə bitkiləri olması müyyən edilmiş, həmin bitkilər aqrotexniki qaydada qulluq olunmaqla, əkilib yetişdirilmişlər (iş vərəqi 105). Saatlı Rayon Polis X13 08 aprel 2023-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 21:00-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqi 120). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X19 Bölməsinin 18/402 nömrəli, 09 aprel 2023-cü il tarixli məhkəmə-bioloji ekspertizasının rəyindən və ona əlavə edilmiş aktdan görünür ki, tədqiqata təqdim olunmuş, üzərlərindəki ağ kağızlarda: "Təqsirləndirilən şəxs yaşadığı ... evindəki otaqdan…" sözləri yazılmış və imzalar olan 6 (altı) ədəd karton qutudan:- 1 (bir) ədəd karton qutudakı 10 (on) ədəd kəsilmiş plastmas butulkadan düzəldilmiş dibçəklərdə hər birində bir ədəd olmaqla, cəmi 10 (on) ədəd yaş vəziyyətdə ümumi çəkisi 40,0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli, eyni tərkibli çətənə (kannabis) bitkiləridir; 4 (dörd) ədəd karton qutudakı 82 (səksən iki) ədəd kağız stəkandan düzəldilmiş dibçəklərdə cəmi 96 (doxsan altı) ədəd yaş vəziyyətdə ümumi çəkisi 6,29 qram bitki şitilləri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli (tərkibli) çətənə (kannabis) bitkisinin şitilləridir; 1 (bir) ədəd karton qutudakı 18 (on səkkiz) ədəd kağız stəkandan düzəldilmiş dibçəklərdən 8 (səkkiz) ədədində torpağın içərisində hər birində bir ədəd olmaqla, 8 (səkkiz) ədəd ümumi çəkisi 0,30 qram olan cücərtilər əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli (terkibli) çətənə (kannabis) bitkisinin cücərtiləridir; 5 (beş) ədədində torpağın içərisində hər birində bir ədəd olmaqla, 5 (beş) ədəd ümumi çəkisi 0.12 qram olan bitki toxumları narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumlarıdır, onlar narkotik vasitələrə aid deyildir; qalan 5 (beş) ədəd kağız stəkandan düzəldilmiş dibçəklərdə cücərti və ya toxum aşkar edilməmişdir; çətənə (kannabis) bitkisinin şitilləri inkişaflarının erkən fazasında olduqlarına görə həmin ştillərin tərkiblərinə görə müqayisəli (eynilik) tədqiqatını aparmaq mümkün olmamışdır; çətənə bitkilərinin ümumi çəkisi 40,0 qr., cəmi tədqiqata sərf edildi 0,2 qr., qalıq qalan 39,8 qr. geri qaytarılmışdır; aparılmış tədqiqatın dəyəri 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik müəyyən edilmişdir (iş vərəqi 131-135). Saatlı Rayon Polis X14 09 aprel 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həyətyanı sahəsindən aşkar edilmiş, tədqiqatdan sonrakı çəkisi 39,8 qram çəkidə 10 (on) ədəd çətənə (kannabis) bitkisi, 96 (doxsan altı) ədəd şitil, 8 (səkkiz) ədəd cücərti və 5 (beş) ədəd toxum maddi sübut kimi tanınaraq, saxlanılması üçün Saatlı Rayon Polis Şöbəsinin məsul saxlanışına verilmişdir (iş vərəqi 140-141). Saatlı Rayon Polis X14 10 aprel 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmiş və qərarın surəti təqdim olunmuşdur (iş vərəqi 151-152). Saatlı Rayon Məhkəməsinin 4(055)-17/2023 nömərli, 10 aprel 2023-cü il tarixli qərarından görünür ki, 2023-cü ilin aprel ayının 08-dən şübhəli şəxs qismində tutularaq həbsdə saxlanılan Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina olunmuş və o, dərhal məhkəmə iclas zalında həbsdən azad olunmuş; Saatlı Rayon Polis X14 10 aprel 2023-cü il tarixli qərarı ilə onun haqqında polisin nəzarəti altina vermə qətimkan tədbiri seçilmişdir (iş vərəqi 170-174). Saatlı Rayon Məhkəməsinin 5(055)-37/2023 nömrəli, 10 aprel 2023-cü il tarixli, qərarından görünür ki, Saatı Rayon Polis Şöbəsi Cinayət-Axtarış Bölməsinin “təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə” 08 aprel 2023-cü il tarixli qərarı qanuni hesab edilmişdir (iş vərəqi 179). Sabirabad Rayon Polis X14 08 avqust 2023-cü il tarixli qərarından görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 237.2.3-cü maddələri ilə yenidən ittiham elan olunmuşdur (iş vərəqi 224-225). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 23/381R nömrəli, 22 may 2023-cü il tarixli məhkəmə-ballistik ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, 1 (bir) ədəd ******* nömrəli silah 5,45 mm. kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1981-ci ildə istehsal olunmuş, Kalaşnikov konstruksiyalı, “AKS-74” modelli avtomat- yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır, silahın hissə və mexanizmlərinin üzərində sonradan təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmiş; 2 (iki) ədəd daraq zavod üsulu ilə istehsal olunmuş, hər biri 30 (otuz) ədəd 5,45x39 mm. kalibrli patron yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplet hissəsidarağlarıdır, döyüş sursatı hesab edilmirlər, texniki cəhətdən sazdırlar və istifadə üçün yararlıdırlar; ümumi sayı 76 (yetmiş altı) ədəd olan patron zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 5,45x39 mm. kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronlarıdır, döyüş sursatıdırlar və atəş üçün yararlıdırlar, patronların dib hissəsində həkk olunan zavod nişanları fərqli olduğundan həmin patronlar eyni bir zavod istehsalı deyildir; 76 (yetmiş altı) ədəd 5,45x39 mm kalibrli patronun 3 (üç) ədədi eksperimental atəşlər zamanı istifadə olunmuş; fotocədvəllər protokola əlavə olunmuşdur (iş vərəqi 236-242). Sabirabad Rayon Polis X14 08 avqust 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs avtomobilindən aşkar edilmiş, tədqiqatdan sonra 1 (bir) ədəd ******* nömrəli, “AKS-74” markalı avtomat, həmin avtomata məxsus 2 (iki) ədəd daraq, 73 (yetmiş üç) ədəd 5,45 mm. kalibrli patron maddi sübut kimi tanınaraq saxlanılması üçün Sabirabad Rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir (iş vərəqi 244-245). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X23 Şəxsi Ambulator X1 21 oktyabr 2023-cü il tarixli, 6906 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqi 267- 268). Sabirabad Rayon Polis X7 26 oktyabr 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 237.2.3-cü maddələri ilə elan olunmuş ittiham düzgün və əsaslı olduğundan qüvvəsində saxlanılmışdır (iş vərəqi 280-288). Azərbayan Respublikası Vəkillər Kollegiyası Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, Təqsirləndirilən şəxs məhkəmədə hüquqları onun tərəfindən 12 (on iki) iş saatı müddətində müdafiə olunmuşdur. Məhkəmə cinayət işi üzrə həmçinin aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 125-ci maddəsinin 7-ci bəndinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6.1-ci maddəsinə görə hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. «X11 Rusiya Federasiyasına qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş və ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlar əsasında müəyyən edilir. Həmin Məcəllənin 143-144-cü maddələrinin tələbinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə, habelə digər prosessual hərəkətlərlə həyata keçirilir və cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrində nəzərdə tutulur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 146-cı maddəsində cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu ilk növbədə cinayət tərkibi ilə yanaşı cinayətin tövsif edilməsi anlayışının açıqlamasını vacib hesab etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli, 2 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz saxlanılması dedikdə, onların binalarda, gizli saxlanc yerlərində, habelə mahafizəsi təmin edilən və üzərində zəruri nəzarət həyata keçirilən digər yerlərdə saxlanılması, həmin predmetlərin qanunsuz daşınması dedikdə isə onların yerinin dəyişdirilməsinə yönələn hər hansı bir istənilən üsulla qəsdən edilən həkət başa düşülməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.6-cı maddəsinə əsasən, tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası- Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya onların (onların hissələrinin) toplanmasıdır. Sözü gedən Qanunla təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə İİİ siyahısı”nda Azərbaycan Respublikasında bitən, lakin kultivasiyası qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə növlü bitkilərin külli miqdar daxil olmaqla aşağı hədləri 16 (on altı) ədəd (31 hissə) müəyyən olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci tarixli, 2 nömrəli Qərarının 19cu bəndində qeyd olunur ki, “Azərbaycan Respublikası CM-in 237-ci maddəsində işlədilən narkotik xassəli, yəni tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası anlayışının şərhi Qanunun 1.0.6-cı maddəsində verilmişdir. Məhkəmələrə izah olunsun ki, şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir (siyahı İİİ- qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər). Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə, narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə, bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülür”. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edərək hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək əməllərinin hüquqi tövsifi məsələsini həll etmişdir. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsini, əməllərində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən onun əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs narkotik tərkibli bitkiləri əkib-becərsə də, onlara mütəmadi qulluq etməməsi, onları sadəcə suvarması, habelə tapdığı silahı hüquq-mühafizə orqanlarına təhvil verməkdə tərəddüd etməsi, barəsində cinayət işi olduğundan silahı təhvil verəcəyi təqdirdə tutulacağından qorxması barədə göstərdiyi xüsusatlar işin faktiki halları və digər mötəbər sübutlarla təkzib olunur. Məhkəmə onun bu ifadələrini cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş yalan ifadə kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır. Həmin Məcəllənin 351.1-351.3-cü maddələrinə əsasən ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun Cinayət-Prosessual Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz həmin Məcəllənin 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin bütün əlamətləri vardır, həmin cinayət əməlləri həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətlərin törədilməsində o, təqsirlidir, cinayət əməllərini qəsdən törətmişdir və əməli başa çatmış cinayətdir. Təqsirləndirilən şəxsin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsində göstərilir ki, “... Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, digər cinayət hüquqi xarakterli tədbirləri müəyyən edir”. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Həmin Məcəllənin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41, 58.1 və 58.3-cü maddələrinə əsaslanaraq müəyyən edir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hisəssinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarında göstərilir ki, məhkəmə hər bir konkret halda təqsirləndirilən şəxsə cəzanın təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsini, valideynlərinin yaşlı və təqaüdçü olmalarını, əməlindən səmimi peşmançılıq çəkdiyini bildirməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı səmimi peşman olduğunu bildirməklə bərabər, onun əməlindən peşman olması yalnız sözlərində deyil, həm də davranışlarında və hərəkətlərində ifadə olunur. Belə ki, o, törətdiyi cinayət əməllərini etiraf etməklə ibtidai və məhkəmə istintaqı zamanı əməllərinin sübut olunmasında çətinlik yaratmamış, həmçinin məhkəmə iclasında çıxış edərkən törətdiyi əmələ görə təssüf hissi keçirdiyini bir daha qeyd etmişdir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əməllərə görə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli qərarında göstərilmişdir ki, cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. «Vinter və başqaları Birləşmiş Krallığa qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 09 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona, ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bununla yanaşı, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutularkən 2023-cü ilin aprel ayının 08-dən 10-na kimi həbsdə saxlanıldığı 2 (iki) gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti cəza müəyyən olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu yuxarıda göstərilən cinayət əməli ilə bağlı tutulduğu 2 (iki) gün müddət azadlıqdan məhrum etmənin bir günə bir gün hesabı ilə hesablanaraq ona, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla, üzərində qəti cəza müəyyən olunmalıdır. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 237.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlləri cinayətlərin təsnifatına görə Cinayət Məcəlləsinin 15.3, 15.4-cü maddələrinə əsasən az ağır və ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbi baxımından məhkəmə hesab edir ki, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicənin təyin edilməsinə lüzum olmadığı qənaətinə gələrək, hesab edir ki, cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməməli, lakin o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işi üzrə mülki iddia, maddi zərər və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsində şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Cinayət işi üzrə müsadirə olunması təklif olunan cinayətin törədilməsində istifadə olunan alət və vasitələr, cinayətin predmetləri müəyyən edilməmişdir. Prosessual qanunvericiliyin tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs münasibətdə əmlak müsadirəsi tətbiq oluna bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1, 132.1.1, 132.1.4cü maddələrinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Saatlı Rayon Polis Şöbəsinin məsul saxlanışına verilmiş, Təqsirləndirilən şəxs həyətyanı sahəsindən aşkar edilmiş, tədqiqatdan sonrakı çəkisi 39,8 qram çəkidə 10 (on) ədəd çətənə (kannabis) bitkisi, 96 (doxsan altı) ədəd şitil, 8 (səkkiz) ədəd cücərti, 5 (beş) ədəd toxum məhv edilməli; Sabirabad Rayon Polis X14 maddi sübutların saxlanılması otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs avtomobilindən aşkar edilmiş, tədqiqatdan sonra 1 (bir) ədəd ******* nömrəli, “AKS-74” markalı avtomat, həmin avtomata məxsus 2 (iki) ədəd daraq, 73 (yetmiş üç) ədəd 5,45 mm. kalibrli patron Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən, bu Məcəllənin 197.1.4-cü maddəsində (mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ) nəzərdə tutulan məsrəf məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 saylı Qərarına uyğun olaraq təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 (altı) manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Beləliklə, təqsirləndirilən şəxsə məhkəmədə göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Müdafiəçi vəkil işlədiyi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Lənkəran Rayon Vəkil Bürosunun nəfinə 72 (yetmiş iki) manat məbləğində pul köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətindən başqa təqsirləndirilən şəxsin azadlığı faktiki məhdudlaşdırıldığı zaman da daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli, 5 nömrəli Qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə, «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözü gedən Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin müddəalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Qabil oğlunun həbsdə saxlanıldığı ibtidai həbs müddəti onun cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 12 may 2023-cü il tarixdən hesablanmalıdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 198, 344-347, 349, 351-354, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, 237.2.3-cü maddəsi ilə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 08 aprel 2023-cü il tarixdən 10 aprel 2023-cü il tarixədək tutulduğu və həbsdə saxlanıldığı 2 (iki) gün müddət bir günə bir gün hesablanmaqla ona təyin olunmuş 5 (beş) il) 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 5 (beş) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 12 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxsə məhkəmədə göstərilən hüquqi yardımla bağlı Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına onun vəkil işlədiyi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Lənkəran Rayon Vəkil Bürosunun nəfinə 72 (yetmiş iki) manat məbləğində pul köçürülsün. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Saatlı Rayon Polis Şöbəsinin məsul saxlanışına verilmiş, Təqsirləndirilən şəxs həyətyanı sahəsindən aşkar edilmiş, tədqiqatdan sonrakı çəkisi 39,8 qram çəkidə 10 (on) ədəd çətənə (kannabis) bitkisi, 96 (doxsan altı) ədəd şitil, 8 (səkkiz) ədəd cücərti, 5 (beş) ədəd toxum məhv edilsin; Sabirabad Rayon Polis X14 maddi sübutların saxlanılması otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs avtomobilindən aşkar edilmiş, tədqiqatdan sonra 1 (bir) ədəd ******* nömrəli, “AKS-74” markalı avtomat, həmin avtomata məxsus 2 (iki) ədəd daraq, 73 (yetmiş üç) ədəd 5,45 mm. kalibrli patron Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilsin. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-878/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-878/2023
07.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver