Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-879/2023 07.12.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri X6 (sədrlik edən və məruzəçi), X8 və X5 ibarət tərkibdə, məhkəmə iclasının katibi Elbrus Əlisahib oğlu Mikayılovun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, - Təqsirləndirilən şəxs (xx xxxxxx 1978-ci ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, Salyan rayonunun Marışlı kəndində qeydiyyatda olmaqla orada yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1 və 237.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, videokonfrans əlaqə sistemi, habelə “AzFemida” proqram təminatında nəzərdə tutulmuş audio və videoyazı sistemindən istifadə edilməklə, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan külli miqdarda bitkiləri kultivasiya etmə və satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, daşıma və saxlama cinayət əməllərini törətmişdir. Belə ki, o, istintaqa məlum olmayan mənbədən əldə etdiyi əkilib-becərilməsi qadağan olunmuş, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin toxumlarını 2023cü ilin mart ayında yaşadığı Salyan rayonunun Seyidsadıqlı kəndində yerləşən evinin həyətində qanunsuz olaraq əkməklə külli miqdarda çətənə bitkilərinə aqrotexniki qaydada qulluq göstərib yetişdirərək kultivasiya etmiş, daxil olmuş əməliyyat məlumatı əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən onun yaşadığı evin həyətyanı sahəsinə 30 iyul 2023-cü il tarixdə, saat 14 radələrində keçirilmiş baxış zamanı cəmi 46 (qırx altı) ədəd yaş vəziyyətdə kök üstə olmaqla ümumi təmiz çəkisi 19500,0 qram eyni tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, 2023-cü ilin mart ayında yaşadığı Salyan rayonunun Seyidsadıqlı kəndində yerləşən evinin həyətində istintaqa məlum olmayan mənbədən əldə etdiyi əkilibbecərilməsi qadağan olunmuş, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin toxumlarını qanunsuz olaraq əkməklə aqrotexniki qaydada qulluq göstərib yetişdirərək kultivasiya etdiyi külli miqdarda çətənə bitkilərindən qanunsuz olaraq satış məqsədi olmadan külli miqdarda təmiz çəkisi 910,0 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış və həyətindən aşkar edilib götürülmüş 46 (qırx altı) ədəd çətənə (kannabis) bitkiləri ilə eyni tərkibli olan narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq toplayıb əldə edərək yerini dəyişməklə yaşadığı Salyan rayonu, Seyidsadıqlı kəndindəki yaşayış evinin həyətindəki yardımçı tikiliyə daşıyıb, qanunsuz olaraq saxlamış, 2023-cü il iyul ayının 30da, saat 14 radələrində yaşadığı ünvanda Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş baxış zamanı həmin narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3 və 234.1-1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, öz həyətində əvvəlcə nə əkdiyini bilməmiş, sonradan məlum olmuşdur ki, əkdiyi çətənə bitkisidir və bundan sonra, yəni hazırda çətənə bitkilərini əkdiyi və həmin bitkiləri toplayıb, qurudaraq istifadə etdiyi üçün özünü təqsirli bilir. Narkotik tərkibli çətənə kollarının əkilibbecərilməsinə görə qanunvericlikdə cinayət məsuliyyətinin nəzərdə tutulmasından xəbərsiz olmuşdur. Çətənə bitkilərini 2023-cü ilin mart-aprel aylarından yaşadığı evin yaxınlığında, həyətində çəpərdən qıraqda, qamışlıqda, çıxar-çıxmaz fikri ilə əkməyə başlamışdır. Əkdiyi həmin bitkilərin toxumlarını tapmışdır. Çətənə bitkilərinə arada su verməklə qulluq edirmiş. 46 (qırx altı) ədəd çətənə bitkisini evinin yaxınlığında, yol qırağında axan kanalın ətrafında əkmiş, sonra yarpaqlarını yığıb quruması üçün tövlədə saxlamışdır. 910 qram qurudulmuş marixuananın yarpaqları tövlədə olmuşdur. Polis əmədaşları tərəfindən saxlanılarkən həyətində çətənə kolları əkdiyini və üzərində heç bir narkotik vasitə olmamasını səmimi etiraf etmiş, öz razılığı əsasında polislər tərəfindən həyətində videoçəkiliş aparılmaqla baxış keçirilmişdir. Yaşadığı evin həyətinə keçirilən baxış zamanı çətənə kollarını əkdiyi sahəni özü şəxsən göstərmişdir. Həyətində aşkar edilmiş qurudulmuş marixuananı əkibbecərdiyi çətənə bitkilərindən toplayıb, şəxsi istifadəsi üçün qurudaraq saxlamış, həmin qurudulmuş marixuanadan heç kimə pay verməmiş, satmamış, ümumiyyətlə, satmaq məqsədi və niyyəti olmamışdır. Çətənə bitkiləri əkməsi barədə başqa adamların məlumatı olmamışdır. Törətdiyi cinayət əməlindən peşmandır. Məhkəmədə təqsirləndirilən şəxsin verdiyi ifadə ilə ibtidai istintaq zamanı vermiş olduğu ifadə arasında ziddiyət olduğundan, onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. O, həmin ifadəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3 və 234.1-1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Salyan rayonunun Seyidsadıqlı kəndində yaşamış, məhkum olunmamış, kənd təsərrüfatı səhəsində günəmuzd fəhlə işləmişdir. Narkotik vasitə olan qurudulmuş marixuana qəbul edirmiş. 2023-cü ilin mart ayının əvvəllərində qərara gəlmişdir ki, bir müddət əvvəl yaşadığı kənddə küçədən kibrit qutusunda tapdığı qurudulmuş marixuana toxumlarını öz həyətində əkib-becərsin. Bu məqsədlə mart ayının ortalarında yaşadığı evin həyətinin metal şiferdən olan çəpərinin arxasındakı sahədə, “drenaj” kanalı ilə həyət çəpərinin arasındakı sahədə bir cərgədə xeyli çətənə toxumları əkmişdir. Çətənə toxumlarını əkdiyi sahə küçə tərəfdən “drenaj” kanalı boyunca sıx bitmiş qamış kolları ilə əhatə olunduğundan həmin ərazi küçədən görünmürmüş. Sonrakı müddətdə həmin toxumlardan cəmi 40 (qırx) ədəd çətənə bitkisi cücərdiyindən, həmin çətənə bitkilərinə qulluq etməyə, vaxtı-vaxtında suvarmağa başlamışdır. Həmin vaxtlar yaşadığı evin həyətindəki yardımçı tikilinin arxasındakı ərazidə daha 3 (üç) ədəd plastik dibçəkdə və 3 (üç) ədəd torpaqda çətənə bitkilərini əkib-becərməyə başlamışdır. Məqsədi həmin çətənə bitkilərini yetişdirib, toplayıb qurudaraq özü istifadə etmək olmuşdur. Əkdiyi çətənə bitkiləri yetişib böyüdükcə onların yarpaqlarını toplayıb, həyətindəki əldamı kimi istifadə etdiyi yardımçı tikilidə yerə sərib quruduraq özü qəbul etmişdir. Çətənə bitkiləri əkməsindən ailə üzvlərinin xəbəri və məlumatı olmamışdır. 2023-cü il iyul ayının 30-da, saat 12 radələrində Salyan rayonu, Seyidsadıqlı kəndində yaşadığı evin yaxınlığında küçədə dayandığı vaxt mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib, birlikdə şöbəyə getməyi təklif etmişlər. Polis şöbəsində ona, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində tutulduğu elan olunmuş, təqdim edilmiş müdafiəçinin iştirakı ilə hüquq və vəzifələri izah olunmuş və bu barədə yazılı bildiriş təqdim edilmişdir. Daha sonra müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmiş, təklif edilmişdir ki, üzərində cinayət xarakterli əşya və ya predmet varsa təqdim etsin. Bildirmişdir ki, üzərində qadağan olunmuş heç bir əşya və narkotik yoxdur, lakin yaşadığı evin həyətində çətənə bitkiləri əkib-becərmişdir, həyətindəki yardımçı tikilidə bir qədər qurudulmuş çətənə yarpaqları var və həmin bitkiləri təqdim edə bilər. Daha sonra keçirilmiş şəxsi axtarış zamanı onun üzərindən heç bir əşya aşkar edilməmişdir. Həyətində əkdiyi çətənə bitkiləri və qurudulmuş marixuananı təqdim etmək üçün yaşadığı ünvanda baxış keçirilməsinə etirazı olmadığı barədə yazılı ərizə vermişdir. Bundan sonra həmin gün saat 14 radələrində polis əməkdaşları və müdafiəçinin iştirakı ilə Salyan rayonu, Seyidsadıqlı kəndində yaşadığı evin həyətinə gedilmiş, orada dəvət olunmuş aqronomun iştirakı ilə polis əməkdaşları tərəfindən həyətinə baxış keçirilmişdir. Baxış zamanı əvvəlcə yaşadığı evin qarşısındakı “drenaj” kanalının sahilində, çəpərinin arxa hissəsində olan ərazidə əkib-becərdiyi 40 (qırx) ədəd, daha sonra həyətindəki yardımçı tikilinin arxa hissəsindəki ərazidə əkib-becərdiyi 6 (altı) ədəd çətənə bitkisini və həmin yardımçı tikilidə qurutmaq üçün yerə sərdiyi çətənə yarpaqlarını polis əməkdaşlarına təqdim etmişdir. Baxışda iştirak etmiş aqronom bildirmişdir ki, onun həyətindən aşkar edilmiş bitkilər tərkibində narkotik maddələr olan çətənı bitkiləridir və hər birinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Şifahi sorğu zamanı bildirmişdir ki, həyətindən aşkar edilmiş cəmi 46 (qırx altı) ədəd çətənə bitkiləri özünə məxsusdur, bu ilin mart ayında özü əkmişdir, sonrakı müddətdə həmin bitkilərə qulluq göstərib suvarmışdır. Bundan sonra polis əməkdaşları tərəfindən onun həyətindən aşkar edilmiş yaş halda kök üstə olan cəmi 46 (qırx altı) ədəd çətənə bitkisi torpaqdan çıxarılıb sayılmış, sonra ekspertizaya təqdim edilməsi üçün kisələrə yığılaraq ağzı möhürlü kağızla möhürlənmiş və o, həmin kisələrin üzərini imzalamışdır. Həyətindəki əldamından aşkar edilmiş çətənə bitkilərinin qurudulmuş yarpaqları da polis əməkdaşları tərəfindən ekspertizaya təqdim edilməsi üçün kisəyə yığılaraq ağzı möhürlü kağızla möhürlənmiş, həmin kisənin üzərini də imzalamışdır. Bu barədə tərtib edilmiş protokol ona ucadan oxunduqdan sonra protokolu imzalamışdır. Həyətində əkib-becərdiyi 46 (qırx altı) ədəd çətənə bitkisini yalnız öz şəxsi istifadəsi üçün əkib becərmişdir. Həyətindəki tikilidən aşkar edilmiş qurudulmuş marixuananı həyətində əkib-becərdiyi çətənə bitkilərindən toplayıb özü istifadə etmək üçün qurudub saxlamış, həmin qurudulmuş marixuanadan heç kimə satmamış, satmaq məqsədi və niyyəti olmamışdır (iş vərəqi 130-132). Təqsirləndirilən şəxs ifadələri arasındakı ziddiyyəti əsaslandıra bilməmiş, məhkəmədə verdiyi ifadəsinin doğru olduğunu bildirmişdir. Yəni, çətənə toxumlarını çıxarçıxmaz fikri ilə əkmiş, çətənə bitkilərinə mütəmadi deyil, arada su verməklə qulluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmədən, barəsində yekun qərar qəbul olunarkən əməlindən səmimi peşman olmasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə cinayət prosesi tərəflərinin (təqsirləndirilən şəxsin qismən etirafedici, şahidlərin ifadələrini) dinləyərək, habelə cinayət işinin materiallarında olan bütün sübutları ayrı-ayrılıqda və məcmu halda nəzərə alaraq, onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3 və 234.1-1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Salyan Rayon Polis Şöbəsi Cinayət-Axtarış Bölməsinin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, 30 iyul 2023-cü il tarixdə Salyan rayonunun Seyidsadıqlı kənd sakini Təqsirləndirilən şəxs yaşadığı ünvanda narkotik tərkibli bitkilərin əkilib-becərilməsində şübhəli olduğu barədə daxil olmuş əməliyyat məlumatının yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair müvafiq qərar qəbul olunmuş və yaradılmış əməliyyat qrupunun tərkibində Təqsirləndirilən şəxs Seyidsadıqlı kəndi ərazisində ola biləcəyi ehtimal olunan yerləri əməliyyat nəzarətinə götürmüşlər. Elə həmin gün saat 12 radələrində Təqsirləndirilən şəxs yaşadığı evinin yaxınlığında yaxınlaşıb özlərini təqdim edərək, narkotik tərkibli bitkiləri qanunsuz olaraq əkib-becərməkdə şübhəli olduğunu deyib, birlikdə şöbəyə getməyi təklif etmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində tutulmuş, təqdim olunmuş müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, qadağan olunmuş əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuş, Vaqif də bildirmişdir ki, üzərində narkotik vasitə yoxdur, lakin yaşadığı evin həyətində öz şəxsi istifadəsi üçün narkotik tərkibli çətənə bitkiləri əkib-becərmişdir və həyətindəki əldamında qurudulmuş marixuana vardır. Aparılmış şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət xarakterli əşya və ya narkotik vasitə aşkar olunmamışdır. Yaşadığı evin həyətinə baxış keçirilməsinə etiraz etmədiyi barədə yazılı ərizə verdikdən sonra Təqsirləndirilən şəxs özü və müdafiəçisi, həmçinin dəvət edilmiş aqronom-mütəxəssis ilə birlikdə saat 14 radələrində Salyan rayonunun Seyidsadıqlı kəndinə yaşadığı evin həyətinə getmişlər. Orada videoçəkiliş aparılmaqla baxış keçirilməmişdən əvvəl müstəntiq tərəfindən şübhəli şəxsə yaşadığı ünvanda narkotik vasitə və ya digər cinayət xarakterli əşya və ya predmet varsa, təqdim etməsi təklif edilmiş, Vaqif də bildirmişdir ki, yaşadığı evin həyətində əkib-becərdiyi cəmi 46 (qırx altı) ədəd narkotik tərkibli çətənə bitkisini və həyətindəki yardımçı tikilidə həmin çətənə bitkilərindən topladığı qurudulmuş marixuananı təqdim edə bilər. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətinin giriş qapısından sol tərəfdəki ağ rəngli metal şiferdən olan çəpərə yaxınlaşıb çəpərdə olan dəlikdən keçib, çəpərin o biri tərəfində qamış kolları ilə çəpər arasındakı sahədə kök üstə yaş vəziyyətdə olan bitkiləri göstərib bildirmişdir ki, məhz burada bu ilin mart ayında 40 (qırx) ədəd çətənə bitkisi əkibbecərmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi həmin bitkilər narkotik tərkibli çətənə bitkiləridir, özünə məxsusdur, özü tərəfindən bu ilin mart ayında əkilmiş, qulluq göstərilib suvarılmış, həmin bitkiləri öz istifadəsi üçün əkib-becərmiş, satmaq niyyəti və məqsədi olmamışdır. Baxışda iştirak etmiş aqronom-mütəxəssis Təqsirləndirilən şəxs təqdim etdiyi kök üstə yaş vəziyyətdə olan bitki nümunələrini nəzərdən keçirib bildirmişdir ki, həmin bitki nümunələri çətənəkimilər fəsiləsindən olan narkotik tərkibli çətənə növünə aiddirlər və hər birinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs bildirmişdir ki, yaşadığı evin arxasındakı yardımçı tikilinin arxa hissəsindəki ərazidə daha 6 (altı) ədəd çətənə bitkisi əkibbecərmişdir və həmin bitkiləri də göstərə bilər. Həmin əraziyə keçirilmiş baxış zamanı yardımçı tikilinin arxasındakı ərazidə 3 (üç) ədəd plastik dibçəkdə və 3 (üç) ədəd torpağa əkilmiş yaş vəziyyətdə kök üstə olmaqla çətənə növünə oxşar bitkilər aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin 6 (altı) ədəd bitkinin çətənə bitkiləri olmaqla özünə məxsus olduğunu, özü tərəfindən bu ilin mart ayında əkilməsini, qulluq göstərilib suvarılmasını, həmin bitkiləri öz istifadəsi üçün əkib-becərməsini, satmaq niyyəti və məqsədi olmadığını bildirmişdir. Aqronom-mütəxəssis ona təqdim edilmiş kök üstə yaş vəziyyətdə olan 6 (altı) ədəd bitki nümunələrini nəzərdən keçirib bildirmişdir ki, həmin bitki nümunələri də çətənəkimilər fəsiləsindən olan narkotik tərkibli çətənə növünə aiddirlər və həmin bitkilərin hər birinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Daha sonra Təqsirləndirilən şəxs bildirmişdir ki, yaşadığı evin həyətindəki yardımçı tikilidə öz həyətində əkib-becərdiyi çətənə bitkilərindən özünün istifadəsi üçün topladığı qurudulmuş çətənə yarpaqları vardır və onları təqdim edə bilər. Təqsirləndirilən şəxs göstəriyi yardımçı tikiliyə daxil olduqda, orada torpaq səthi üzərində tünd yaşıl rəngdə, spesifik qoxuya malik, ilk baxışdan narkotik vasitə qurudulmuş marixuanaya oxşar ot kütləsinin qurumaq üçün sərildiyi aşkar edilmiş, Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi qurudulmuş çətənə bitkilərinin yarpaqları özünə məxsusdur, öz həyətində əkdiyi çətənə bitkilərindən toplamış, özü istifadə etmək məqsədilə həyətindəki əldamında yerə sərib qurutmuş, həmin qurudulmuş çətənə yarpaqlarını başqa şəxslərə satmamış, satmaq niyyəti və məqsədi olmamışdır. Təqsirləndirilən şəxs həyətindən aşkar edilmiş yaş halda kök üstə olan cəmi 46 (qırx altı) ədəd çətənə bitkisi torpaqdan çıxarılıb sayılmış, həyətdəki əldamından aşkar edilmiş çətənə bitkilərinin qurudulmuş yarpaqları ekspertizaya təqdim edilməsi üçün kisələrə yığılaraq qablaşdırılıb, ağzı möhürlü kağızla möhürlənmiş, Vaqifin özü və iştirakçılar tərəfindən kisələrin üzəri, həmçinin bütün bunlar barədə müstəntiq tərəfindən tərtib edilmiş protokol ucadan oxunduqdan sonra imzalanmışdır. Məhkəmə iclasında dindirilmiş şahidlər Salyan Rayon Polis Şöbəsi Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, polis leytenantı Şahid3, X2 əməliyyat müvəkkili, polis leytenantı Şahid4 ifadələrində Şahid1 ifadəsindəki xüsusatları təsdiq edərək, onunla eyni məzmunlu ifadə vermişlər. Məhkəmədə dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun kiçik qardaşıdır, qonşu həyətlərdə, ayrı-ayrı evlərdə yaşamışlar, həyətlərinin arasında setka çəkilib, giriş-çıxışları ayrıdır. 30 iyul 2023-cü il tarixdə günorta saatlarında bir qrup polis əməkdaşının qardaşı Vaqiflə birlikdə həyətə gəldiklərini görmüş, nə baş verdiyini soruşanda, bildirmişlər ki, Vaqif narkotik tərkibli bitkillərin əkilməsində şübhəli şəxs qismində tutulub və polis əməkdaşları onun həyətyanı sahəsinə baxış keçirməyə gəliblər. Bundan sonra polis əməkdaşları Vaqifin özünün iştirakı ilə həyətində keçirilmiş baxış zamanı metal çəpərin arxasında bir neçə ədəd çətənə bitkisini, əldamının içərisindən isə quru halda nəşə yarpaqlarını aşkar etmişlər, daha sonra isə Vaqiflə birlikdə həyətdən çıxıb getmişlər. Polis əməkdaşları tərəfindən Vaqifin həyətində keçirilmiş baxışda iştirak etməmiş, kənarda dayanıb öz həyətindən tamaşa etmişdir. Vaqifin öz həyətində çətənə bitkiləri əkdiyi barədə məlumatı olmamışdır, bu barədə əvvəldən bilsəydi, heç vaxt buna imkan verməzdi. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxs və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutu, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materallarında olan və məhkəmədə tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Salyan Rayon Polis X9 30 iyul 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3 və 234.4.3-cü maddələri ilə cinayət işinin başlanması və icraata qəbul edilməsi qərara alınmışdır (iş vərəqi 01). Salyan Rayon Polis Şöbəsi Cinayət-Axtarış Bölməsinin 30 iyul 2023-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq narkotik tərkibli bitkiləri əkib-becərməsi və kultivasiya etməsində şübhəli olduğu barədə daxil olmuş əməliyyat məlumatı əsasında, sonuncu həmin tarixdə, saat 12:00-da yaşadığı evin yaxınlığında saxlanılaraq, saat 12:40-da Salyan Rayon Polis Şöbəsinə aparılmışdır (iş vərəqi 03) Salyan Rayon Polis Şöbəsinin 30 iyul 2023-cü il tarixli əmrindən görünür ki, Cinayət- Axtarış Bölməsinin rəisi vəzifəsini müvəqqəti icra edən Şahid1 rəhbərliyi ilə həmin bölmənin əməliyyat müvəkkilləri Şahid2, Şahid3 və X3 əməliyyat müvəkkili Şahid4 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır (iş vərəqi 05). Salyan Rayon Polis Şöbəsi Cinayət-Axtarış Bölməsinin 30 iyul 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirilməsi qərara alınmışdır (iş vərəqi 07-08). Salyan Rayon Polis X9 30 iyul 2023-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 13:15-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqi 20). Salyan Rayon Polis X9 30 iyul 2023-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərində videoçəkiliş aparılmaqla keçirilmiş axtarış zamanı üzərindən narkotik vasitə, cinayət xarakterli qiymətli əşya və ya pul aşkar olunmamışdır (iş vərəqi 24). Salyan Rayon Polis X9 30 iyul 2023-cü il tarixli protokolundan görünür ki, 2023-cü il iyulun 30-da Təqsirləndirilən şəxs özünün və müdafiəçisinin, habelə dəvət edilmiş aqronom-mütəxəssis və polis əməkdaşlarının iştirakı ilə Salyan rayonunun Seyidsadıqlı kəndində yaşadığı evin həyətyanı sahəsinə keçirilmiş baxış zamanı həyətin giriş qapısından sol tərəfdəki ağ rəngli metal şifer materialından olan çəpərin arxa tərəfində qamış kolları ilə çəpər arasındakı sahədə kök üstə yaş vəziyyətdə 40 (qırx) ədəd, yaşadığı evin arxasındakı yardımçı tikilinin arxa hissəsindəki ərazidə 3 (üç) ədəd plastik dibçəkdə və 3 (üç) ədəd torpağa əkilmiş yaş vəziyyətdə kök üstə olmaqla çətənə növünə oxşar bitkilər, yaşadığı evin həyətindəki yardımçı tikilidə torpaq səthi üzərinə qurumaq üçün sərilmiş tünd yaşıl rəngdə, spesifik qoxuya malik, ilk baxışdan narkotik vasitə qurudulmuş marixuanaya oxşar ot kütləsi aşkar edilib götürülmüşdür (iş vərəqi 31-32). Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzi Salyan Rayon Mərkəzinin 36 nömrəli, 30 iyul 2023-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs həyətindən aşkar edilmiş 46 (qırx altı) ədəd çətənə növlü bitkiyə aqrotexniki qaydada qulluq göstərilmişdir (iş vərəqi 34). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X10 Bölməsinin 18/762 nömrəli, 30 iyul 2023-cü il tarixli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “...Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən...” sözləri və imzalar olan ümumi olaraq 4 (dörd) ədəd sintetik torbada ümumi sayı 46 (qırx altı) ədəd, yaş vəziyyətdə, ümumi çəkisi 19500,0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir; aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş 46 (qırx altı) ədəd bitkilərə aqrotexniki qaydada qulluq olunmuşdur; üzərində “...Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində yerləşən yardımçı...” sözləri və imzalar olan sintetik torbada təmiz çəkisi 910,0 qram olan kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır; 46 (qırx altı) ədəd çətənə bitkisi və qurudulmuş marixuana tərkiblərinə görə eynidirlər; aparılmış tədqiqatın dəyəri 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik müəyyən edilmişdir (iş vərəqi 41-43). Salyan Rayon Polis X9 31 iyul 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3 və 234.4.3cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmiş və qərarın surəti təqdim olunmuşdur (iş vərəqi 64-65). Salyan Rayon Polis X9 02 avqust 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən aşkar edilərək götürülmüş və ekspertizadan sonra qalıq qalmış yaş kütləsi 19495,40 qram çəkidə 46 (qırx altı) ədəd çətənə (kannabis) bitkisi və 909,90 qram qurudulmuş marixuana işin faktiki hallarını təsdiq edən sübut əhəmiyyətinə malik olduğundan iş üzrə maddi sübut kimi tanınaraq, Salyan Rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağına təhvil verilmişdir (iş vərəqi 88). Salyan Rayon Məhkəməsinin 4(057)-75/2023 nömrəli, 31 iyul 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 30 iyul 2023cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqi 93-95). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 10 avqust 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur, yəni o əvvəllər məhkum olunmamışdır (iş vərəqi 96). Salyan Rayon İcra Hakimiyyəti Başçısının Marışlı Kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsinin 19 nömrəli, 14 avqust 2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi arvadı, üç uşağı və anasından ibarət olmaqla, himayəsində azyaşlı uşağı var (iş vərəqi 97). Salyan Rayon İcra Hakimiyyəti Başçısının Marışlı Kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsinin 322 nömrəli, 14 avqust 2023-cü il tarixli xasiyyətnaməsində Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (iş vərəqi 98). Salyan Rayon Polis Şöbəsi X2 15 avqust 2023-cü il tarixli raportundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar olunaraq götürülmuş narkotik tərkibli çətənə bitkilərini öz istifadəsi üçün əkərək aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə kultivasiya etməsi məlum olsa da, sonuncunun cinayət əməlini törədərkən hər hansı bir şəxsin köməyindən istifadə etməsi, əkib-becərdiyi narkotik tərkibli bitkilərdən hər hansı bir şəxsə satması və digər cinayətlərdə iştirakının olması barədə əməliyyat məlumatları əldə edilməmişdir (iş vərəqi 99). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» X13 «Salyan Rayon Mərkəzi Xəstəxanası» X12 10 avqust 2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda yoxdur (iş vərəqi 100). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» X13 «Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası» X12 15 sentyabr 2023-cü il tarixli məktubu və ona əlavə edilmiş tibbi sənədlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanaya müraciət etmiş və analizin cavabları, barəsində olan ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışlar verilmişdir (iş vərəqi 101-108). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran Şəhər X1 X11 Yoxlamanın 21 oktyabr 2023-cü il tarixli, 974 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan narkotik vasitə istifadə halları olub, lakin asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur, məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür (iş vərəqi 113). Salyan Rayon Polis X9 23 oktyabr 2023-cü il tarixli «sübutların qiymətləndirilməsi haqqında» qərarından görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilmiş, ona həmin Məcəllənin 237.2.3 və 234.1-1-ci maddələri ilə yenidən ittiham elan olunmuş, Təqsirləndirilən şəxs ifadəsində əkib-becərərək kultivasiya etdiyi çətənə bitkilərinin toxumlarını, 2023-cü ilin əvvəllrəində yaşadığı kənddə kibrit qutusunda tapması xüsusatı üzrə mövcud qanunvericiliklə məsuliyyət nəzərdə tutulmadığı üçün barəsində cinayət işinin başlanılması rədd edilmiş, qərarların surəti ona təqdim olunmuşdur (iş vərəqi 115-122; 124-125). Məhkəmə cinayət işi üzrə həmçinin aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 125-ci maddəsinin 7-ci bəndinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6.1-ci maddəsinə görə hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. «X7 Rusiya Federasiyasına qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş və ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlar əsasında müəyyən edilir. Həmin Məcəllənin 143-144-cü maddələrinin tələbinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə, habelə digər prosessual hərəkətlərlə həyata keçirilir və cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrində nəzərdə tutulur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 146-cı maddəsində cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu ilk növbədə cinayət tərkibi ilə yanaşı cinayətin tövsif edilməsi anlayışının açıqlamasını vacib hesab etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.6, 1.0.8-1.0.10-cu maddələrinə əsasən, tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası- Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya onların (onların hissələrinin) toplanmasıdır; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi- həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi- həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması- məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Sözü gedən Qanunla təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə İ Siyahısının 12-ci bəndinə əsasən, təmiz halda 500 (beş yüz) qramdan artıq çəkidə narkotik vasitə qurudulmuş marixuana külli miqdar təşkil edir; İİİ Siyahısına görə Azərbaycan Respublikasında bitən, lakin kultivasiyası qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə növlü bitkilərin külli miqdarı 16 (on altı) ədəd (31 hissə) müəyyən olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci tarixli, 2 nömrəli Qərarının 19cu bəndində qeyd olunur ki, “Azərbaycan Respublikası CM-in 237-ci maddəsində işlədilən narkotik xassəli, yəni tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası anlayışının şərhi Qanunun 1.0.6-cı maddəsində verilmişdir. Məhkəmələrə izah olunsun ki, şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir (siyahı İİİ- qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər). Əkmə dedikdə, qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə, narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə, bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülür”. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edərək hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək əməllərinin hüquqi tövsifi məsələsini həll etmişdir. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1 və 237.2.3cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsini, əməllərində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən onun əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs öz həyətində əvvəlcə nə əkdiyini bilmədiyi, sonradan əkdiyinin çətənə bitkisi olması, narkotik tərkibli çətənə kollarının əkilib-becərilməsinə görə qanunvericlikdə cinayət məsuliyyətinin nəzərdə tutulmasından xəbərsiz olması barədə göstərdiyi xüsusatlar işin faktiki halları və digər mötəbər sübutlarla təkzib olunur. Məhkəmə onun bu ifadələrini cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş yalan ifadə kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır. Həmin Məcəllənin 351.1-351.3-cü maddələrinə görə ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun Cinayət-Prosessual Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz həmin Məcəllənin 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin bütün əlamətləri vardır, həmin cinayət əməlləri həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətlərin törədilməsində o, təqsirlidir, cinayət əməllərini qəsdən törətmişdir və əməli başa çatmış cinayətdir. Təqsirləndirilən şəxsin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsində göstərilir ki, “... Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, digər cinayət hüquqi xarakterli tədbirləri müəyyən edir”. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Həmin Məcəllənin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41, 58.1 və 58.3-cü maddələrinə əsaslanaraq müəyyən edir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hisəssinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarında göstərilir ki, məhkəmə hər bir konkret halda təqsirləndirilən şəxsə cəzanın təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının, ailədə yeganə qazanc gətirən şəxs olduğunu, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsini, səhhəti ilə əlaqədar əməliyyat olunmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, əməlindən səmimi peşmançılıq çəkdiyini bildirməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı səmimi peşman olduğunu bildirməklə bərabər, onun əməllərindən peşman olması yalnız sözlərində deyil, həm də davranışlarında və hərəkətlərində ifadə olunur. Belə ki, o, törətdiyi cinayət əməllərini əksər hissədə etiraf etməklə ibtidai və məhkəmə istintaqı zamanı cinayət əməllərinin sübut olunmasında çətinliklər yaratmamışdır. Məhkəmədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əməllərə görə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli qərarında göstərilmişdir ki, cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. «Vinter və başqaları Birləşmiş Krallığa qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 09 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1- 1 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1 və 237.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlləri cinayətlərin təsnifatına görə həmin Məcəllənin 15.4-cü maddəsinə əsasən ağır cinayətlər hesab olunur. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbi baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicənin təyin edilməsinə lüzum olmadığı qənaətinə gələrək, hesab edir ki, ona cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməməli, lakin o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işi üzrə mülki iddia, maddi zərər və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsində şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Cinayət işi üzrə müsadirə olunması təklif olunan cinayətin törədilməsində istifadə olunan alət və vasitələr, cinayətin predmetləri müəyyən edilməmişdir. Prosessual qanunvericiliyin tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs münasibətdə əmlak müsadirəsi tətbiq oluna bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1 və 132.1.4-cü maddələrinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Salyan Rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən aşkar edilərək götürülmüş və ekspertizadan sonra qalıq qalmış yaş kütləsi 19495,40 qram çəkidə 46 (qırx altı) ədəd çətənə (kannabis) bitkisi və 909,90 qram qurudulmuş marixuana məhv edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən, bu Məcəllənin 197.1.4-cü maddəsində (mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ) nəzərdə tutulan məsrəf məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğdə pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətindən başqa, təqsirləndirilən şəxsin azadlığının faktiki məhdudlaşdırıldığı zaman daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli, 5 nömrəli Qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə, «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözü gedən Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin müddəalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı ibtidai həbs müddəti onun cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 30 iyul 2023-cü il tarixdən hesablanmalıdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198, 344-347, 349, 351-354, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına, 237.2.3-cü maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 30 iyul 2023cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğdə pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Salyan Rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən aşkar edilərək götürülmüş və ekspertizadan sonra qalıq qalmış yaş kütləsi 19495,40 qram çəkidə 46 (qırx altı) ədəd çətənə (kannabis) bitkisi və 909,90 qram qurudulmuş marixuana məhv edilsin. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Esmira Məmmədova Hakimlər Neymət Məmmədov Nahid Hüseynov
Məhkəmə qərarları › İş №1(099)-879/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-879/2023
07.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver