Məhkəmə qərarları › İş №1(099)-88/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-88/2023

23.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-88/2023 23.01.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi- X7, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və zərərçəkmiş şəxsin huquqi varisi X8 iştirakı ilə xx xxxxx 1967-ci ildə Ağcabədi rayonunun Aşağı Avşar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Ağcabədi rayonunun Aşağı Avşar kəndində qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 263-1.3 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs yol hərəkəti və nəqliyyat vasitələrinin istismar qaydalarını sərxoş halda pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuş və yolnəqliyyat hadisəsi yerindən qəsdən qaçmışdır. Belə ki, o, 14 aprel 2022-ci il tarixdə, saat 21-15 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin, 8-ci bəndinin tələblərini pozub sərxoş halda sürücülük vəsiqəsi və etibarnamə əsasında idarə etdiyi “Mercedes Benz C180” minik markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağcabədi rayonunun Xocavənd kəndində asfalt örtüklü yolda təxminən 60 km/saat sürətlə Ağcabədi rayonunun Xocavənd kəndi istiqamətindən rayonun Aşağı Avşar kəndi istiqamətində öz hərəkət zolağında hərəkətdə olarkən həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin, 3-cü bəndinin tələblərini pozmuş, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda bunlara əməl etməyərək, ehtiyatsızlıqdan idarə etdiyi avtomobilin sağ qarşı tərəfi ilə hərəkət istiqamətinin sağında onunla eyni istiqamətdə yolun ehtiyat hissəsində hərəkətdə olan piyada X13 vurmuş, nəticədə ehtiyatsızlıqdan piyada Elnur Quliyevin kəllə əsası sümüyünün xətti sınığı, baş beyinə yayılmış qansızma, sol əlin ikinci barmağında sıyrıqla müşayiət olunan, həyatı üçün təhlükəli, dərəcəsinə görə sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik xəsarətlər alaraq ölməsinə səbəb olan yol nəqliyyat hadisəsi törətmiş, idarə etdiyi avtomobillə piyadanı vurmasını bildiyi halda qəsdən qeyd olunan qanunun 37ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq, müvafiq orqanlara xəbər vermədən və xəsarət alana yardım göstərmədən yol-nəqliyyat hadisəsi yerindən qaçmışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3 və 264-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadə işin mahiyyəti üzrə verməkdən imtina etmiş, eyni zamanda verilmiş sualları cavablandırmışdır. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.1-ci maddəsinə əsasən (təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı elan edilmiş ittihamın mahiyyəti üzrə ifadə verməkdən imtina etdikdə) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində, habelə məhkəmədə verilmiş sualları cavablandıraraq göstərmişdir ki, o, evlidir, Ağcabədi rayonunun Aşağı Avşar kəndində qeydiyyatda olmaqla orada yaşamış və fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olmuşdur. Nəqliyyat vasitələrini idarə etməsi üçün sürücülük vəsiqəsi vardır. Etibarnəmə ilə idarə etdiyi “Mercedes” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobil oğlu Ceyhun Süleymanova məxsusdur. 14 aprel 2022-ci il tarixdə, saat 17 radələrində arvadı Şahid4 ilə birlikdə idarə etdiyi avtomobillə Ağcabədi rayonunun Xocavənd kəndində yaşayan qızı Həbibənin (X9) evinə qonaq getmişlər. Orada kürəkəniqızının əri Şəmsi (Şahid5) ilə oturub çörək yeyib bir qədər də spirtli içki-araq içmişlər. Həmin gün saat 21 radələrində qızının yaşadığı evdən çıxıb arvadı ilə birlikdə “Mercedes” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı Ağcabədi rayonunun Aşağı Avşar kəndinə getmək üçün yola çıxmış və idarə etdiyi avtomobillə Xocavənd kəndinin içərisində olan asfalt yolda öz hərəkət zolağında 60 km/saat sürətlə hərəkətdə olmuşdur. Həmin vaxt içkili olsa da, özünü və avtomobili idarə edə bilmiş, həmçinin hava qaranlıq olmuş və hərəkətdə olduğu yolda işıqlandırma olmamışdır. Mingəçevir- Bəhrəmtəpə magistral yola çıxmağa təxminən 1 km qalmış avtomobillə öz hərəkət zolağında hərəkətdə olarkən qəflətən tanımadığı bir nəfər şəxsin avtomobilin ön alın şüşəsinin sağ tərəfinə dəydiyini görmüşdür. Bu anda həyacanlanmış, həm də avtomobildə arxa oturacaqda əyləşən arvadı Nəcibənin də özündə olmaması və qışqırdığından qorxub avtomobili saxlamayıb hərkətini davam etdirib hadisə yerindən uzaqlaşmış, bir az hərəkət etdikdən sonra məktəbin döngəsindən arxa yolla qızıı Həbibəgilə, kürəkəni Şəmsinin evinə getmiş və hadisə barədə onlara demişdir. Şəmsi və ailə üzvləri ona “nahaq qoyub gəlmisən, tez qayıt, bəlkə ölməyibdir” demiş, təxminən 10-15 dəqiqə sonra o, hadisə yerinə qayıtmaq məqsədilə Şəmsinin evinin qapısının yanında arvadı ilə birlikdə avtomobilə əyləşib əsas yolla çıxıb hərəkət etmiş, hərəkətdə olarkən Nəcibə ağlayaraq özünü pis his etmiş, bu anda özü də bir anlıq özünü itirmiş və avtomobili yolun kənarda saxlamışdır. Təxminən 3-5 dəqiqə dayanıb özünə gəlsə də, özünü pis his etdiyindən avtomobili idarə edib hadisə yerinə gedə bilməmişdir. Daha sonra o, avtomobilə əyləşib yenə də məktəbin döngəsindən əsas yola çıxıb, marketin yanından keçib birbaşa Aşağı Avşar kəndinə, yaşadığı evə getmişdir. Həmin vaxt evinə gəlmiş əmisi nəvəsi Vasifə (X14) Xocavənd kəndinin içərisində olan asfalt yolda idarə etdiyi avtomobillə adam vurduğunu demiş, sona onu şöbəyə aparmasını xahiş etmiş, həmin gün gecə saatlarında Vasif avtomobili ilə onu Ağcabədi RPŞ-nə gətirmişdir. O, polis şöbəsinə daxil olub törətdiyi hadisə barədə məlumat vermiş, şöbədə hadisənin araşdıran polis əməkdaşı ondan izahat almış, sonra sərxoşluğu yoxlanılmış, daha sonra isə törətdiyi bu hadisə ilə bağlı tutulmuşdur. Polis şöbəsində olarkən avtomobillə vurduğu şəxsin Ağcabədi rayonunun Xocavənd kənd sakini Elnur adlı şəxs (X21) olduğunu bilmiş, həmin şəxsi və onun ailə üzvlərini tanımamışdır. Hadisə 14 aprel 2022-ci il tarixdə, gecə saat 21-dən sonra baş vermiş, hadisə baş verən vaxt avtomobildə arvadı Nəcibə olmuş və avtomobili özü idarə etmiş, hava qaranlıq olduğundan, yol işıqlandırılmadığından, həm də içkili olduğundan yola tam fikir verməmiş, bu səbəbdən qarşıda hərəkət edən şəxsi görməmiş və bu hadisə qəflətən baş vermişdir. Sərxoş halda avtomobili idarə etməklə ehtiyatsızlığından yolda hərəkət edən şəxsi-Elnur Quliyevi vurduğuna, həm də hadisə yerində avtomobili saxlamayıb oradan getdiyinə görə özünü təqsirli bilir və əməlindən peşmandır. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X22 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Ağcabədi rayonunun Xocavənd kəndində yaşayır. X10r. Təqsirləndirilən şəxs və onun ailə üzvlərini əvvəllər tanımamışdır. 14 aprel 2022-ci il tarixdə, saat 17 radələrində oğlu Elnur şam yeməyi yedikdən sonra evdən çıxıb kəndin aşağısında yerləşən çayxanaya getmişdir. Elnur evdən çıxdıqdan təxminən 50 dəqiqə sonra həmkəndlisi Xəqani Əzizov telefonla ona zəng vurub yolda Elnuru avtomobil vurduğunu, xəstəxanaya aparıldığını demişdir. Sonra o, qardaşları Mehman və Elçinlə birlikdə Ağcabədi RMX-na getmiş, xəstəxanada Elnurun baş vermiş avtoqəza nəticəsində aldığı xəsarətlərindən vəfat etdiyini bilmişdir. Bundan sonra hadisə ilə bağlı ona verilən məlumata əsasən Ağcabədi rayonunun Aşağı Avşar kənd sakini Təqsirləndirilən şəxs sərxoş halda idarə etdiyi avtomobillə Xocavənd kəndin içərisində həkətdə olarkən yolun kənarı ilə piyada hərəkət edən oğlu Elnuru vurmuş, sonra hadisə yerindən qaçmışdır. O, əvvəlcə buna inansa da, sonradan Əlinin yaşadığı Aşağı Avşar kəndində, həmçinin özünün yaşadığı Xocavənd kəndində danışılan söhbətlərdən eşitmişdir ki, hadisəni Əli yox, onun kürəkəni Şahid5 törətmiş, yəni Şəmsi sərxoş halda qayınatası Əlinin avtomobili ilə bu hadisəni törətmiş, sonradan Əli hadisəni öz üzərinə götürmüş, son nəticədə cinayət törətmiş şəxs Şahid5 cinayət məsuliyyətindən kənarda qalmışdır. Bir neçə nəfər həmkəndliləri bu hadisəni görmələrini əvvəllər desələr də, sonradan hadisənin şahidə olmadıqlarını bildirmişlər. Bu hadisə ilə bağlı topladığı məlumatlara əsasən o, hesab edir ki, Xocavənd kəndinin içərisində yolda Əlinin avtomobilni Şəmsi idarə etməklə hərəkətdə olmuş və Mingəçevir-Bəhrəmtəpə magistral yoluna çıxmağa təxminən 1 km qalmış Şəmsi qarşısında hərəkətdə olan Xocavənd kənd sakini X3 idarə etdiyi «Qazel» markalı avtomaşını ötdükdən sonra idarəetməni itirmiş və yolun kənarı ilə piyada hərəkət edən oğlu Elnur Quliyevi vurmuş, sonra hadisə yerindən qaçmışdır. Bu hadisənin şahidi dörd nəfər həmkəndliləri Anar, Rövşən və Sadiq olmuş, lakin onlar da hadisəni görmədiklərini bildirirlər. Həmin gün oğlu Rauf ailəsini evə düşürüb avtomobili ilə çörək almaq üçün geri qayıdanda yaxın məsafədə asfalt üzərində digər bir avtomobilin səslərini, yəni sürətli idarə olunması səslərini eşitmişdir. Raufun səs eşitdiyi həmin yer Şəmsigilə gedən yol olmuşdur. Oğlu Rauf hadisə yerinə gəlib Elnurun vurulmasını bilib 3-4 dəqiqə sonra təcili tibbi yardıma zəng etmiş və həmin vaxt saat 21:35-21:40-da arası olmuşdur. Sonra kəndə təcili yardım gəlmiş və Elnuru hadisə yerindən götürüb saat 21:57-də kənddən çıxmışdır. Təqsirləndirilən şəxs əvvəlcə ifadəsində yol-nəqliyyat hadisəsini törətdikdən sonra Xocavənd kənd ərazisindən çıxmasını göstərmiş, hadisə isə 14 aprel 2022-ci il tarixdə, saat 21:14 radələrində baş vermiş, 21:46 radələrində isə Təqsirləndirilən şəxs kənd ərazisini tərk etmişdir. Təqsirləndirilən şəxs ifadəsində hadisə baş verdikdən sonra Xocavənd kəndində yaşayan qızı Həbibənin, yəni yeznəsi Şəmsinin evinə qayıtdığı yolu düz göstərməmiş, hadisə baş verən yerdən 30-40 metr aralıda hadisənin baş verdiyi yeri göstərmişdir. Hadisənin baş verməsi ilə bağlı ziddiyyətli məlumatların olması bir daha göstərir ki, bu hadisəni Əli deyil, onun kürəkəni Şəmsi törətmişdir. Bütün bunlara baxmayaraq hazırda verilmiş ittihama əsasən oğlu Elnurun avtomobillə vurulmasında təqsirkar Təqsirləndirilən şəxsdur. Ona görə də hazırda oğlu Elnurun avtomobillə vurulmasında təqsirkar Təqsirləndirilən şəxs olmasını qəbul edir, onunla barışıq olmamış və o, baş vermiş hadisəyə görə şikayətçi olmaqla təqsirkara ağır cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Şahid5 ifadəsində göstərmişdir ki, o, Ağcabədi rayonunun Xocavənd kəndində yaşayır. Təqsirləndirilən şəxs qayınatasıdır. 14 aprel 2022-ci il tarixdə, axşam saatlarında arvadı Həbibə ona zəng vurub ata-anasının onlara qonaq gəldiyini, evə ərzaq almağın lazım olduğunu bildirmiş, o da kəndin girişində yerləşən “Oba” marketə gedib ərzaq alıb evinə gəlmişdir. Həmin vaxt arvadı Həbibə uşağı çöpçüyə aparmalı olduqlarını dediyindən qayınatası Əlinin idarə etdiyi avtomobilə əyləşib Ağcabədi rayonunun Hüsülü kəndində, çöpçünün yanına getmiş, orada uşağı çöpçüyə göstərdikdən sonra yaşadıqları evə qayıtmışlar. Həmin vaxt o, “Oba” marketdən lazım olan ərzaqları və bir şüşə araq almış sonra yaşadığı evə getmişlər. Evdə qayınatası Əli ilə birlikdə yemək yeyərkən aldığı arağı da içmişlər. Həmin gün saat 21-dən sonra evlərinə getmək üçün qayınatası Əli və qayınanası Nəcibə ilə birlikdə avtomobilə oturub çıxıb getmişdir. Təxminən 15 dəqiqə sonra qayınatası Əli və qayınanası Nəcibə geri qayıdıb gəlmiş, qayınatası Əli yolda, köhnə hamamın yanında bir nəfər piyadanı vurmasını demişdir. Əli həmin piyadanın ölməsini və ya sağ qalması barədə hər hansı bir söz deməmiş, sadəcə olaraq bir nəfər oğlanı avtomobillə vurduğunu bildirmişdir. Həmin vaxt o, qayınatası Əliyə “vurmusan, götür apar xəstəxanaya, bəlkə ölməyib” bildirəndə, Əli də “yaxşı qoy gedim” demişdir. Onlar Əliyə həmin şəxsi götürüb xəstəxanaya aparmasını deyəndən bir neçə dəqiqə sonra qayınatası Əli və qayınanası Nəcibə avtomaşınına oturub əsas yola, yəni Əlinin avtomaşınla adam vurmasını dediyi yola çıxıb getmişlər. Onlar da hazırlaşıb qayınatası Əlinin evinə getmək istəmiş, bir neçə dəqiqədən sonra onun evinə qayını Ceyhun avtomobillə gəlmiş, Ceyhun onlara atası Əlinin maşınla adam vurmasını demişdir. Həmin vaxt onlar hadisəni bildiklərini Ceyhuna deməmiş və Ceyhun atası Əlinin hadisədən sonra onlara gəlməsini bilməmişdir. Özləri də Əligilə onların qayıtmaları barədə heç kimə bir söz deməmələrini istəmiş, çünki kiminsə onları qınamalarını qəbul etməmişlər. Ceyhun hadisəni onlara dedikdən sonra maşına oturub tələsik çıxıb getmişdir. Az sonra dostu Taleh Usubov da ona zəng edib qayınatası Əlinin maşınla adam vurub demiş, o da məlumatı olduğunu bildirmişdir. Bundan sonra o, əmisi oğlu Muğanın idarə etdiyi avtomobillə qayınatası Əlinin evinə getmişdir. Ora çatanda bilmişdir ki, qayınatası Əli artıq polisə şöbəsini gedib təslim olmuşdur. Evdə qayınları Teyyub və Ceyhun olmuş, qohumqonşu da ora toplaşmışlar. O, qayınatası Əlinin “Mercedes” markalı avtomobilini hadisədən üç ay əvvəl bir dəfə idarə etmişdir. Ümumiyyətlə qayınatası Əli avtomaşını başqa şəxsə verməyi xoşlamamış, həmin gün də avtomaşını Əli özü idarə etmişdir. Hadisə baş verən gün işdən gəldikdən sonra axşam saatlarında dostları Taleh və Tofiqlə birlikdə yemək yeməyə getmək fikirləri olmuş, saat 18 radələrində arvadı Həbibə ona zəng vurub atası Əligilin qonaq gəlməsini, ev ərzaq məhsulları almasını demiş, bu səbəbdən də o, “Oba” marketdən ərzaqları, marketin qarşısında toyuq satılan yerdən bir ədəd çolpa alıb evinə gəlmişdir. Evə gəldikdən sonra o, qayınatası Əlinin avtomobili ilə qızı Aydanı Hüsülü kəndinə çörçıyə aparmışlar və avtomobili qayınatası Əli idarə etmişdir. Hüsülü kəndindən geri qayıdanda “Oba” marketə girib araq, pivə və başqa ərzaq məhsulları alıb evə qayıtmışlar. O, evə gəlib qayınatası Əligil gedənə kimi evdən çıxmamış, heç bir ərzaq almaq üçün də heç yerə getməmişdir. Sonradan ona məlum olmuşdur bu hadisə həmin gün saat 21-dən sonra yaşadığı Xocavənd kəndinin içərisində olan asfalt yolda baş vermiş və qayınatası Əlinin avtomobillə vurduğu şəxs həmkədlisi X12 Quliyev olmuşdur. Hadisədən sonra qayınatası Əli geri qayıdan evə gəlib ona hadisə barədə dedikdə o, “niyə gəlmisən, vurduğun adamı götürüb gedəydin, bəlkə ölməyib, get götür” dedikdən sonra Əli də bu məqsədlə avtomobilin oturub yola tərəf getmişdir. Əlinin dediyinə görə o, qorxduğu üçün dayanmamış, hətta qayınanası Nəcibə də ona avtomobili saxlamasını demiş, lakin Əli qorxduğunu deyib avtomobili saxlamamışdır. Sonradan kimsə mərhum Elnurun atasına və yaxınlarına yalan məlumat vermiş, guya hadisəni Əli yox, başqa şəxs törətmişdir. Bu hadisəni qayınatası Əli törətmiş, həmin gün qayını Teyyub onlarda olmamış, özü də qayınatasının avtomobilini idarə etməmiş və bu hadisəni törətməmişdir. Məhkəmə iclasında Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əridir. Əri Təqsirləndirilən şəxs “Mercedes” markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuşdur. 14 aprel 2022-ci il tarixdə, axşam saatlarında əri Əli ilə birlikdə avtomobillə Xocavənd kəndinə qızı Həbibəgilə qonaq getmişlər. Evdə qızı Həbibə, qızının qayınanası və qayınatası olmuş, qızının əri Şəmsi bir az sonra evə gəlmişdir. Həmin vaxt azyaşlı nəvəsi xəstə olduğu üçün əri Əli avtomobili ilə kürəkəni Şəmsi və qızı Həbibə uşağı Hüsülü kəndinə çöpçüyə aparmışdır. Onlar evə qayıtdıqdan sonra Şəmsi, Sabir və Əli qonaq otağında yemək yemiş və araq içmişlər. Gecə saat 21 radələrində Əliyə evə getmələrini demiş, sonra Əli avtomobilin sükanı arxasına, özü də avtomobilin arxa oturacağına əyləşib yola çıxmışlar. Atomobili Əli idarə etmiş və onlar kəndin asfalt yolunda hərəkətdə olduqları vaxt başı ağrıdığı üçün əli ilə başı tutmuş elə bu anda qəflətən maşının qabaq şüşəsinə nə isə dəyib tappıltı səsi etmişdir. O, tappıltını eşidib Əliyə “nə oldu, nəyisə vurdun” soruşmuş, Əli də həyəcanlı vəziyyətdə əlləri ilə başına vurub “kimisə vurdum” demişdir. Bunu eşidən kimi halı pisləşmiş və Əliyə “saxla görək, nədir” demiş, Əli isə başına vura-vura avtomaşını sürmüş, saxlamamış, sonra Əli maşını geri döndərib qızıgilə sürmüşdür. Əli onlara yolda kimisə vurduğunu bildirmiş, kürəkəni Şəmsi də ona “gedin baxın bəlkə sağdır” demiş, bundan sonra Əli maşına oturmuş, özü də özünü döyə-döyə maşına oturmuş və Əli maşını hadisə olan yerə tərəf sürmüşdür. Yolda olarkən Əli bərk həyəcanlanmış, maşını sürə bilməmiş, yolda maşını saxlamış, sonra maşını sürüb yaşadıqları kəndə, Aşağı Avşar kəndinə evlərinə getmişlər. Evdə oğlu Ceyhun nə baş verməsini soruşanda Əli yolda kimisə vurduğunu demişdir. Həmin vaxt Əli bərk həyəcanlı olmuş, nə edəcəyini bilməmiş, oğlu Ceyhun özünün avtomobili ilə hadisə olan yerə baxmaq üçün çıxıb getmişdir. Sonra özünün vəziyyəti pisləşmiş, Əli isə polisə getməsi üçün dayısı Vasifi çağırmış, Vasif onlara gəlib Əli ilə söhbət etmiş, bir neçə dəqiqədən sonra Əli Vasiflə birlikdə onun maşını ilə polisə getmişdir. Sonradan onlara məlum olmuşdur ki, Əlinin Xocavənd kəndində yolda avtomobillə vurduğu şəxs Xocavənd kənd sakini İlhamın oğlu Elnur olmuşdur. Yaxınları xahiş etmək üçün İlhamgilə getsələr də, İlhamgil onları qəbul etməmiş, barışıq olmamışdır. İlhamgil hadisəni Əlinin yox, oğlu Teyyubun, sonra isə kürəkəni Şəmsinin törətdiyini bildirmişlər. Oğlu Teyyub və ya kürəkəni Şəmsi bu hadisəni törətmiş olsaydı belə o, heç vaxt onların yerinə yaşlı əri Əlinin gedib cəza çəkməsinə razı olmazmış. O, hadisə olan vaxt maşında olmuş və maşını Əli idarə etmiş və bu hadisəni də Əli törətmişdir. Həmçinin hadisədən əvvəl o, yola fikir verməmiş, maşında sağ arxa tərəfdə oturmuş və başı ağrıdığı üçün əli ilə başını tutduğundan hadisənin necə baş verməsini görməmiş, yalnız tappıltı səsini eşidib Əlidən soruşanda Əli kimisə vurduğunu demişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, o, Ağcabədi rayonunun Xocavənd kəndində yaşayır. Təqsirləndirilən şəxs taksi sürücüsü kimi tanımış, həmçinin X30 və onun atası İlham Quliyevi tanıyır, həmkəndlisi olmaqla qonşusudur. 14 aprel 2022ci il tarixdə, gecə saatlarında yaşadığı Xocavənd kəndində olan cayxanada həmkəndliləri Anar, Ramil, Tərlan, Samir, Rövşən və Şəmistanla birlikdə olmuş, sonra o, Ramil, Tərlan və Şəmistanla birlikdə çayxanadan çıxıb kəndin içərisində çəkilmiş asfalt yol ilə kəndin yuxarısına doğru hərəkət etməyə başlamış, Anar, Sadiq və Rövşən də onların arxasınca gəlmişlər. Təxminən 1 km getdikdən sonra Ramil yolda ayaqqabı görüb onlara dayanmalarını demiş, Ramil bir qədər irəli gedib yolun kənarında kiminsə uzanıqlı vəziyətdə olmasını bildirmiş, həmin şəxs üzüüstə uzanıqlı vəziyətdə olmuşdur. Ramil uzanıqlı vəziyyətdə olan şəxsi kürəyiüstə çevirən zaman onun ağız və qulaq nahiyələrindən qan gəldiyini görmüşdür. Təxminən beş dəqiqə sonra Anar, Sadiq və Rövşən də yanlarına gəlmiş, onlar da bu şəxsə baxıb onu tanıya bilməmişlər. Təxminən 10 dəqiqə sonra həmin yerdən Rauf idarə etdiyi avtomobillə yoldan keçərkən Tərlan Raufun avtomobilini saxlatmış, Rauf avtomobildən düşüb onların yanına gəlmiş, lakin o da meyiti tanıya bilməmişdir. X36 meyitin qardaşı Elnura oxşatmasını və Elnura zəng etməsini demiş, Rauf da Elnuru telefonuna zəng etdikdə, meyitin əynindəki paltarda olan telefona zəng gəlmişdir. Bu vaxt Rauf yolda olan meyitin qardaşı Elnur olmasını bilib ağlamış və dərhal təcili tibbi yardıma zəng etmiş, az sonra təcili yardım əməkdaşları maşınla gəlib Elnurun meyitini oradan aparmışlar. O, dəqiq olaraq hadisəni kimin törətməsini, Elnurun avtomobillə kimin vurmasını görməmişdir. Elnurun meyitini yerdə görən zaman onun artıq öldüyünü, Elnurun ağzından və qulaqlarından qan gəldiyini, hərəkətsiz vəziyyətdə yerdə uzanıqlı vəziyyətdə görmüşdür. Bu hadisənin hansı şəraitdə baş verməsindən onun məlumatı yoxdur. Məhkəmə iclasında şahidlər Şahid7 Şahid1 ifadəsinə uyğun ifadə vermiş, habelə ifadəsində bildirmişdir ki, 14 aprel 2022-ci il tarixdə saat 22 radələrində o, həmkəndliləri Tərlan, Şəmistan, Anar Mirzə, Samir, Rövşən və Sadiqlə birlikdə kəndin aşağı hissəsində yerləşən Sənanın çayxanasından çıxıb evlərinə dogru getmişlər. Yolda o, Şəmistan, Tərlan və Samir bir az irəlidə, onlardan bir az arxadae isə digər şəxslər gəlmişlər. Yolun kənarı ilə danışa-danışa gedərkən qarşı tərəfdən markasını və nömrəsini bilmədiyi bir avtomobil sürətlə gəlib yanlarından keçib getmişdir. Həmin avtomobil onlara tərəf gələrkən işıqları sönmüş halda olmuş, onlara çatmağa az qalmış sürücü avtomobilin işığını yandırmış, həmin vaxt onlar yolun kənarına çəkilmişlər və avtomobil keçib getmişdir. Sonra o, həmin avtomaşının arxasınca baxmış, avtomaşın furqonlu “Mercedes” markalı olmuş, maşının rəngini və nömrəsini görə bilməmişdir. Həmin avtomaşın gəlməmişdən bir az əvvəl isə getdikləri istiqamətdə nömrəsini bilmədiyi “Qazel” markalı yük maşını da gəlib onların yanından keçib getmişdir. Məhkəmə iclasında Şahid3 Şahid7 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında Şahid9 ifadəsində göstərmişdir ki, o, Ağcabədi rayonunun Xocavənd kəndində yaşayır. X23rdaşıdır. Təqsirləndirilən şxs Təqsirləndirilən şəxs Aşağı Avşarkə kənd sakini və taksi sürücüsü kimi tanımış, lakin yaxın münasibətləri olmamışdır. 14 aprel 2022-ci il tarixdə, saat 21 radələrində idarə etdiyi avtomobillə ailəsi ilə birlikdə Ağcabədi şəhərindən çıxıb yaşadığı Xocavənd kəndə gəlmiş və kəndin girişindəki marketə çörək almaq üçün girmiş, lakin çörək almayıb marketdən çıxmışdır. Marketdən çıxanda həmkəndlisi İxtiyarı yolda görmüş, İxtiyarla salamlaşdıqdan sonra avtomobilinə oturub mərkəzi əsas yolla kənd istiqamətinə getmişdir. Kəndin baş tərəfindən kənd istiqamətinə həmkəndliləri Ramili, Tərlanı, Şəmistanı və bir neçə nəfərin piyada yolla getmələrini görmüşdür. Onların yanından keçib yaşadığı evin qarşısına çatmış və ailə üzvlərini maşından evə düşürmüş, özü isə maşından düşməyib çörək almaq üçün geri qayıdarkən qarşı tərəfindən kəndin mərkəzi yolundan mərhum qardaşı Elnurun avtomobillə vurulduğu döngədən kəndə tərəf əsas yolla yüksək sürətli “Mercedes” markalı avtomobilin səsinə uyğun avtomobil səsini eşitmişdir. O sürətlə kəndin içərisində avtomobil sürülməsi diqqətini cəlb etmiş, “bu kimdir, niyə belə maşın sürür” deyib düşünmüşdür. Əsas yola çıxanda bir anlıq fikrindən atası evinə getməyi keçirmiş, həmin vaxt saatın 21:37 olmasını görüb fikrindən daşınmış, əsas yola çıxıb kəndin girəcəyi tərəfə marketə çörək almağa getmişdir. Əsas yolla hamamın döngəsi tərəfə çatanda, yəni, qardaşı Elnurun avtomobillə vurulduğu yerə çatdıqda, bir az əvvəl yolla piyada gedən şəxsləri-Tərlan, Ramil, Şəmistan və bir neçə yadında qalmayan şəxslərin hamamın döngəsi tərəfdə dayanıb harasa baxmalarını görmüşdür. Sonra o, avtomobili onların yannıda saxlayıb nə baş verməsini soruşmuş, ona “burada kimisə maşın vurub getdi, vurulan adam da yerdədir” demişlər. Avtomobildən yerə düşüb onların dediyi şəxsə, yəni vurulan şəxsə tərəf getmiş, həmin şəxs qanın içində arxası üstə, tanınmaz vəziyyətdə olmuşdur. O, həmin şəxsi tanımamış, Tərlangil vurulan şəxsin kənddən olmadığını demişlər. O, vurulan şəxsə yaxınlaşıb qolundan və boynundan nəbzini yoxlamış, nəbzi çox aşağı vəziyyətdə vurmuşdur. Həmin anda da qardaşı Elnuru tanımamış, Tərlangildən təcili yardıma zəng vurmalarını soruşmuş, onlar zəng etmədiklərini bildirmiş, bundan sonra özü mobil telefonla “103” -ə təcili yardıma zəng vurub maşınla adam vurulmasını, təcili Xocavənd kəndinə gəlmələrini bildirmişdir. Sonra vurulan şəxsin telefonunu cibindən çıxarıb, şəxsin kimliyini müəyyən etmək üçün telefonuna baxmaq istəmiş, telefon ona tanış gəlmiş, kənardan kimsə qardaşı Elnur olmasını demiş, dəqiqləşdirmək üçün qardaşı Elnurun telefon nömrəsini yığmış, telefon zəng çalmış, bu anda vurulan şəxsin qardaşı Elnur olmasını bilmişdir. Sonra yenidən təcili yardım zəng vurub tez gəlməsini xahiş etmiş, eyni zamanda atası İlhama zəng vurub məlumat vermişdir. Bir neçə dəqiqədən sonra təcili yardım gəlmiş və yaralı vəziyyətdə olan qardaşı Elnur maşınla xəstəxanaya aparılmışdır. Xəstəxanada qardaşı Elnurun artıq ölməsi məlum olmuş, xəstəxanada olan zaman Əlinin böyük oğlu Ceyhun da oraya gəlmiş, ona qədər hadisəni kimin törətməsini bilməmişlər. Bundan sonra yadında qalmayn şəxslərdən kimsə hadisəni Əlinin oğlu Teyyubun törətməsini demiş, daha sonra isə Əlinin polisə gedib hadisəni törətməsini etiraf etdiyini eşitmişdir. Hadisə ilə bağlı maraqlanıb marketdən bir neçə videogörüntünü götürüb baxanda onlara bu hadisənin 14 aprel 2022-ci il tarixdə saat 21:14 və ya 21:15 dəqiqə ərəfəsində baş verməsi məlum olmuşdur. Əlinin avtomobili isə kənddən 21:46 dəqiqədə çıxmış, yarım saatdan artıq müddətdə Əlinin maşını kənd ərazisində olmuşdur. Sonradan Rövşəngilin dediyinə görə onlar piyada aşağı tərəfə yəni, Elnurun vurulduğu yerə tərəf gedəndə Əlinin avtomaşınına oxşar avtomaşının işıqsız vəziyyətdə hadisə olan yer tərəfdən sürətlə gəldiyini görmüşlər. Onlar həmin avtomobili kimin sürməsini görsələr də, sonradan avtomobili sürən şəxsin kim olmasını bilmədiklərini bildirmişlər. Ailəsi və özü güman edir ki, həmin gün qardaşı Elnuru yolda Əli idarə etdiyi avtomaşınla vurmamış, Əlinin avtomobili ilə X18 və ya Əlinin kürəkəni Şəmsi vurmuşdür. Müdafiə tərəfinin vəsatətinə əsasən məhkəmə iclasında şahid kimi dindirilmiş X15 ifadəsində göstərmişdir ki, o, Ağcabədi rayonunun Xocavənd kəndində yaşayır. X27 həmkəndlisi kimi tanımış, həm də Elnur onun əmisi Rasimin kürəkəni Zaurun qızının nişanlısı olmuşdur. Özünə məxsus “Qazel” markalı yük maşını ilə yük daşımaqla məşğul olur. 14 aprel 2022-ci il tarixdə, gecə saatlarında o, idarə etdiyi avtomobillə Ağcabədi rayonunun Aşağı Avşar kəndindən yaşadığı ev istiqamətində hərəkətdə olmuş, avtomobilində sərnişin kimi arvadı olmuşdur. O, avtomobili idarə edib Beyləqan-Bərdə avtomagistralından dönüb Xocavənd kəndinə daxil olmuş və avtomobili aşağı sürətlə idarə etməkələ kəndin içərisində asfalt yolda hərəkətdə olmuşdur. Xocavənd kəndinə daxil olduqdan sonra, həmkəndlisi Cavanşirin evinə çatmağa təxminən 80 metr qalmış, həmkəndlisi Elnurun qarşı tərəfdən tək yolun sol kənarı ilə avtomagistral istiqamətində getdiyini görmüş, Cavanşirin evinin bərabərinə çatdıqda əks istiqamətdən markasını xatırlamadığı furqonlu minik avtomobilinin təxminən 60 km/saat sürətlə hərəkət etməklə gəldiyini görmüş, qaranlıq olduğundan və küçə işıqlandırılmadığından avtomobili idarə edən şəxsi görməmiş və avtomobili idarə edib birbaşa yaşadığı evə gəlmişdir. Təxminən bir saat sonra ona əmisi oğlu Samir baçısı qızının nişanlısı Elnurun yolda avtomobillə vurmasını, Cavanşirin evinin yanında Elnuru uzanıqlı vəziyyətdə yolun sol kənarında görməsini, sonra təcili tibbi yardım avtomobili ilə Elnurun xəstəxanaya aparılmasını bildirmişdir. O, təssüflənib evə gələndə Elnuru yolda görməsini, Elnuru yəqin ki qarşısından keçən avtomobilin vurmasını demişdir. Sonra qohumları ilə birlikdə Ağcabədi RMX-na getmiş, orada Elnuru vuran avtomobil sürücüsünün hadisə yerindən qaçmasını və Elnurun hadisə yerində ölməsini eşitmişdir. X20 rayonunun Aşağı-Avşar kənd sakini Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes” markalı furqonlu avtomobillə vurmasını eşitmişdir. O, Təqsirləndirilən şəxs və onun ailə üzvlərini tanımamışdır. Özünün idarə etdiyi “Qazel” avtomobili dizel yanacağı ilə işlədiyinə görə güclü səs çıxarması səbəbindən hadisə olan yerdə hər hansı bir səs eşitməmiş, həm də geçə qaranlıq olduğuna görə güzgülərdən heç nə görməmişdir. Müdafiə tərəfinin vəsatətinə əsasən məhkəmə iclasında şahid kimi dindirilmiş X19 ifadəsində göstərmişdir ki, o, Ağcabədi rayonunun Xocavənd kəndində yaşayır. Zərərçəkmiş şəxsin hüquqi varisi İlham Quliyev bibisi oğludur. Təqsirləndirilən şəxs tanısa da, onunla hər hansı münasibəti olmamışdır. 14 aprel 2022-ci il tarixdə, saat 21 radələrində özünə məxsus olan “Mercedes” markalı, **-BL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Ağcabədi şəhərindən yaşadığı Xocavənd kəndinə gəlmişdir. Həmin vaxt avtomobili özü idarə etmiş, yanında kənar şəxs olmamışdır. Bəhrəmtəpə-Mingəçevir avtomobil yolu ilə gəlib Xocavənd kəndinə dönən yola çıxmış, yolun sol tərəfində yerləşən marketin qarşısında avtomobili saxlayıb marketə girib ərzaq alıb çıxmışdır. Avtomobilə minəndə dayısı oğlu Turalın “Niva” markalı avtomobillə onun avtomobilinin arxasında dayandığını görmüşdür. Sonra o, avtomobilə əyləşib kənd istiqamətinə hərəkət etmiş və kəndin əsas yolu ilə hərəkət edib evinin yerləşdiyi 3-cü döngədən sola dönüb evinə gəlmişdir. Marketin yanından evinə dönən döngəyə qədər yolda hərəkətdə olarkən, yolda hər hansı bir avtomobil görməmiş, təkcə marketdən təxminən 150 metr getdikdən sonra əks istiqamətdə tanımadığı “Qazel” markalı yük avtomobil keçmiş, həmin avtomobilin kimə məxsus olmasını bilməmiş, sürücünü görməmişdir. Həmin “Qazel”dən başqa onun qarşısına heç bir avtomobil çıxmamış, eyni zamanda heç bir piyada görməmişdir. Evə çatdıqdan sonra yeznəsi Niyaməddin ona zəng edib Elnuru yolda avtomaşın vurmasını demiş, özü də Niyaməddinin dediyi yerə getmiş, həmin yerə-köhnə hamamın yanına adamların toplaşmasını, Elnurun təcili tibbi yardım avtomobili ilə rayon xəstəxanasına aparılmasını görmüşdür. Sonra rayon xəstəxanasına gəlmiş və orada Elnurun vəfat etməsini bilmişdir. Bundan sonra kənddə bir neçə nəfərdən hadisəni Aşağı Avşar kənd sakini Əlinin oğlunun, bəzi kənd sakinlərinin deməsindən isə Əlinin özünun sərxoş halda bu hadisəni törətməsini eşitmişdir. İşdə olan, “Hadisə yerinə baxış keçirilməsi haqqında” 14 aprel 2022-ci il tarixli protokol, protokola əlavə edilmiş “baş vermiş yol-nəqliyyat hadisəsinin sxemi” və fotoşəkillərlə müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi Mingəçevir-Bəhrəmtəpə magistral avtomobil yolundan Xocavənd kəndinə gedən yolun 1-ci km-də baş vermişdir. Yol bir hərəkət hissəli, iki hərəkət istiqamətli döngəsiz, quru asfalt örtüklü, düz və hamardır. Yol işıqlandırılmır, yolun sağ və sol kənarlarında yol çiyni vardır, həmin ərazidə heç bir yol nişanları yoxdur, yolun sağ hərəkət istiqamətinin eni 3 metr, sol hərəkət hissəsinin eni isə 3 metr olmaqla yolun ümumi eni 6 metrdir. Hadisə yerində sürücü yerindən faraların uzaq işıqda 200 metr, yaxın işıqda 150 metr görünüş məsafəsinin olması müəyyən edilmiş və hadisə baş verən ərazidə yaşayış sahəsi vardır və yolda maksimum hərəkət sürətinin həddi 60 km/saatdır. İşdə olan, “Şəxsin könüllü olaraq gəlib özünü istintaqa təqdim etməsi və törətdiyi cinayət əməlini etiraf etməsi barədə” 14 aprel 2022-ci il tarixli protokolla müəyyən edilir ki, Ağcabədi rayonunun Aşağı Avşar kənd sakini Təqsirləndirilən şəxs 14 aprel 2022-ci il tarixdə, saat 23:00-da Ağcabədi RPŞ-nin İstintaq Bölməsinə (istintaq orqanına) gəlib özünü istintaqa könüllü təqdim edib 14 aprel 2022-ci il tarixdə, saat 21:50-də Ağcabədi rayonunun Xosavənd kəndində idarə etdiyi avtomobillə həmin kənd sakini X11 ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətdiyini etiraf etmişdir. İşdə olan, “Sərxoşluğun müəyyən edilməsi haqqında” 14 aprel 2022-ci il tarixli protokolla müəyyən edilir ki, 14 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə olmuşdur. İşdə olan, “Şübhəli şəxsin tutulması haqqında” 15 aprel 2022-ci il tarixli protokolla müəyyən edilir ki, 15 aprel 2022-ci il tarixdə, saat 00:20-də Təqsirləndirilən şəxs CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində istintaq orqanı tərəfindən tutulmuşdur. İşdə olan, “Götürmə aparılması haqqında” 15 aprel 2022-ci il tarixli protokolla müəyyən edilir ki, hadisə zamanı Təqsirləndirilən şəxs məxsus bir ədəd qara rəngli cins şalvar və bir ədəd qara rəngli sviter istintaq orqanı tərəfindən götürülmüşdür. İşdə olan, “Götürmə aparılması haqqında” 15 aprel 2022-ci il tarixli protokolla müəyyən edilir ki, hadisə zamanı X6 məxsus bir ədəd cins şalvar və bir ədəd adidas idman geyimi istintaq orqanı tərəfindən götürülmüşdür. İşdə olan, “Baxış keçirilməsi haqqında” 15 aprel 2022-ci il tarixli protokolla müəyyən edilir ki, Təqsirləndirilən şəxs etibarnamə əsasında idarə etdiyi avtomobilə baxış keçirilmiş, baxış zamanı avtomobilin qabaq sağ tərəfində olan işığı üzərində olan plastikin qırılması, qabaq alın şüşəsinin sağ tərəfdən əzilmiş vəziyyətdə olması müəyyən edilmiş, həmçinin avtomobilin sol ön sürücü oturacağı üzərindən iki ədəd qubka silinib götürülmüşdür. İşdə olan, məhkəmə-tibb ekspertizasının 14 aprel 2022-ci il tarixli rəyi ilə müəyyən edilir ki, X11 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı onun meyitinin bədənində aşağıdakı xəsarətlər aşkar edilmişdir: Kəllə sümüyünün xətti sınığı, baş beyinə yayılmış qansızma, sol əlin ikinci barmağında sıyrıq. Yuxarıda qeyd olunan xəsarətlər həyati olmaqla Elnur Quliyevin bədəninin ağır küt travması nəticəsində törənmişlər, qərarda göstərilən vaxtda və şəraitdə, yəni 14 aprel 2022-ci il tarixdə hərəkətdə olan avtomobilin piyadanı vurması nəticəsində əmələ gələ bilərdilər. Dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər və mərhumun ölümü ilə birbaşa səbəbli əlaqədədirlər. Elnur Quliyevin ölümünə bilavasitə səbəb bədənin ağır küt travması nəticəsində əmələ gəlmiş kəllə əsası sümüyünün xətti sınığı, baş beyinə yayılmış qansızma olmuşdur. Meyit əlamətlərinin inkişaf dinamikasına əsasən demək olar ki, Elnur Quliyevin oğlunun ölümü onun meyitinin meyitxanada müayinə olunduğu vaxtdan 2-3 saat əvvəl, yəni 14 aprel 2022-ci il tarixdə baş vermişdir. Elnur Quliyevin meyitindən götürülmüş qanın məhkəmə kimyəvi müayinəsi zamanı onun qanında etil spirti aşkar edilməmişdir. İşdə olan, məhkəmə-bioloji ekspertizasının 29 aprel 2022-ci il tarixli rəyi ilə müəyyən olunur ki, X11 qan qrupu AB0 sistemi üzrə 0 alfa beta (1) Ekspertizaya maddi sübut kimi təqdim edilmiş 01 ədəd tibbi şpatelə sarınmış pambıq topası üzərində insan qanı ləkəsi aşkar olunmuşdur. Həmin qan ləkəsində qrup göstəriciləri üzrə AB0 sistemi üzrə tədqiq olunduqda 0 alfa beta (1) qrupunu əsas xarakterizə edən H antigeni, alfa və beta aqqlyutininləri alındı. Beləliklə, bu qan 0 alfa beta (1) qruplu şəxsə, o cümlədən, X16 məxsus ola bilər. İşdə olan, məhkəmə-yol nəqliyyt ekspertizasının 10 iyun 2022-ci il tarixli rəyi ilə müəyyən edilir ki, “Mercedes Benz C-180” markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs hadisə barəsində müvafiq orqanlar xəbər vermədən və xəsarət alana yardım göstərmədən hadisə yerindən getdiyindən, onun hərəkətlərində avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyərə 85 (səksən beş) manat təşkil edir. İşdə olan, məhkəmə-lifli materialları ekspertizasının 30 iyun 2022-ci il tarixli rəyi ilə müəyyən olunur ki, X4 və Təqsirləndirilən şəxs geyim paltarlarının və “Mercedes Benz C180” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq-sürücü tərəf oturacağın parçası üzərinə sürtünmüş qubkaların üzərində kənar lif mikrohissəcikləri vardır. Onların rəngi və təbiəti rəyin 1 №-li cədvəlində göstərilmişdir. Həmin kənar lif mikrohissəcikləri arasında-“Mercedes BenzC180” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq-sürücü tərəf oturacağın parçası üzərinə sürtünmüş qubkaların üzərindən aşkar edilmiş- qara-boz rəngli pambıq liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs şalvarının tərkib liflərinə uyğun gəlirlər. İşdə olan, ambulator məhkəmə-psixiatrik ekspertizasının 19 iyul 2022-ci il tarixli rəyi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməmişdən əvvəl və həmin əməli törədərkən öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərinə rəhbərlik etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərinə rəhbərlik etmək iqtidarındadır. İşdə olan, DİN-nin BDYPİ-nin QİŞ-dən 19 sentyabr 2019-cu il tarixdə verilmiş AC 851523 №-li sürücülük vəsiqəsinin surəti ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs “BC” dərəcə olmaqla 19 sentyabr 2025-ci il tarixədək sürücülük hüquqi vardır. İşdə olan, AC No 702482 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surəti ilə müəyən edilir ki, “Mercedes Benz C180” minik markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobil Ağcabədi rayonunun Aşağı Avşar kəndində qeydiyyatda olan X1. İşdə olan, ƏN-İİİ No 801977 saylı “Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında” Etibarnamənin surəti ilə müəyən edilir ki, 19 iyul 2016-cı il tarixdə “Mercedes Benz C180” minik markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi tərəfindən 9 il 1 ay 30 gün müddətə idarə edilməsi üçün Təqsirləndirilən şəxs verilmişdir. İşdə olan, “Sübutların qiymətləndirilməsi barədə” 10 noyabr 2022-ci il tarixli qərarla müəyyən edilir ki, istintaq orqanı tərəfindən 14 aprel 2022-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi ilə bağlı X17 və Şahid5 əməlində CM-nin 263.2, 264, 297 və 307-ci maddələrin tərkibi olmadığından barələrində həmin maddələrlə cinayət işinin başlanması rədd edilmiş, habelə Təqsirləndirilən şəxs məxsus bir ədəd cins şalvar, bir ədəd sviter və Teyyub Süleymanova məxsus bir ədəd cins şalvar və bir ədəd adidas idman geyimi iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübutlar saxlanması üçün Ağcabədi RPŞ-nin maddi sübutlar otağına təhvil verilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə tədqiq olunmuş, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edir. Həmçinin iş üzrə şahidlər Şahid1, Şahid5, Şahid3, Şahid4, Şahid7, Elçin Mamedov və Cavid İbrahimovun ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Habelə zərərçəkmiş şəxsin hüquqi varisi İlham Quliyev və Şahid9 məhkəmə və ibtidai istintaq zamanı verdikləri ifadələrində göstərilən xüsusatlar, yəni 14 aprel 2022-ci il tarixdə Elnur Quliyevin ölümü ilə nəticələnin yol-nəqliyyat hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən deyil, onun kürəkəni Şahid5 və ya oğlu Teyyub Süleymanov tərəfindən törədilməsi, baş vermiş yol-nəqliyyat hadisəsinin istintaq orqanı tərəfindən göstərilən vaxta baş verməsini təsdiq edən sübutların olmaması, hadisə ilə bağlı Təqsirləndirilən şəxs və şahidlərin yalan, həm də ziddiyyətli ifadələr verməsi, yol-nəqliyyat hadisəsi ilə bağlı marketdən götürülmüş videogörüntülərin əsas götürülməsinə dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən Şahid1, Şahid7, Şahid3, Şahid4, Şahid5, Elçin Mamedov və Cavid İbrahimovun ifadələri ilə və iş üzrə toplanmış digər materiallarla tam təkzib olunduğundan məhkəmə İlham Quliyev və Şahid9 məhkəmə və ibtidai istintaq zamanı verdikləri ifadələrinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onların bu ifadələrində işin mahiyyəti üzrə göstərdikləri xüsusatlar baş vermiş yol-nəqliyyat hadisəsini öz mülahizələrinə uyğun təsvir etmələri kimi qiymətləndirir. Habelə məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələrini məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan sübut kimi qəbul edir. Məhkəmə tədqiq olunmuş sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Beləliklə, məhkəmə heyəti məhkəmə istintaqı tədqiq olunmuş sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, verilmiş ittiham üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3 və 264-cü maddələrində nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli olmasi kifayət qədər sübuta yetirilmişdir. İşdə olan, Ağcabədi Rayon Məhkəməsinin 17 aprel 2022-ci il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 15 aprel 2022-ci il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikasının DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanmasına dair tələbnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan, Ağcabədi rayon Aşağı Avşar kənd İƏD üzrə Nümayəndəliyidən verilmiş 16 oktyabr 2022-ci il tarixli arayış və xasiyyətnamə ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs Ağcabədi rayonunun Aşağı Avşar kəndində qeydiyyatda olmaqla yaşamış və yaşayış yeri üzrə müsbət (əmək vərdişlərinə yaxşı münasibət olmaqla kənd sakinlərinin hörmətini qazanmış və yaşadığı ərazidə ictimai işlərdə yaxından iştirak etmişdir) xarakterizə olunur. İş üzrə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar (CM-nin 59 və 61ci maddələrində göstərilən) yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq CM-nin 263-1.3 və 264-cü maddələri ilə tövsif edilmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun CMnin 263-1.3 və 264-cü maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün əsaslar (CM-nin 99-1-ci maddəsi ilə) yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs törətdiyi cinayətlərə görə CM-nin bir neçə maddəsi ilə təqsirli bilindiyi üçün ona həmin Məcəllənin 66.3-cü maddəsi tətbiq edilərək cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 15 aprel 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübutlar olan və Ağcabədi RPŞ-nin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs məxsus bir ədəd cins şalvar, bir ədəd sviter və X6 məxsus bir ədəd cins şalvar və bir ədəd adidas idman geyimi hökm qanuni qüvvəyə mindikdən sonra Teyyub Süleymanova (ünvan: Ağcabədi rayonunun Aşağı Avşar kəndi) təhvil verilməlidir. İş üzrə ekspertiza tədqiqatı xərci-199 (bir yüz doxsan doqquz) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmiş, maddi ziyan yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasi CPM-nin 44.1, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3 və 264-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası və Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3 və 66.4-cü maddələri tətbiq edilərək təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 7 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 15 aprel 2022-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar olan və Ağcabədi Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd cins şalvar, 1 (bir) ədəd sviter və X6 məxsus 1 (bir) ədəd cins şalvar və 1 (bir) ədəd adidas idman geyimi hökm qanuni qüvvəyə mindikdən sonra X6 (ünvan: Ağcabədi rayonunun Aşağı Avşar kəndi) təhvil verilsin. İş üzrə ekspertiza tədqiqatı xərci-199 (bir yüz doxsan doqquz) manat məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar