Məhkəmə qərarları › İş №1(099)-89/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-89/2024

22.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-89/2024 22.05.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Hüseynov Nahid Nəsir oğlu (sədrlik edən), X11 və Məmmədov Neymət Hüsən oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X12, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi – Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi – Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi4 iştirakları ilə, xx.xx.1975-ci il tarixdə Neftçala rayonu, Sahil kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum edilmiş və məhkumluğu ödənilməmiş, işsiz, Neftçala şəhəri, məhəllə 6-da qeydiyyatda olmaqla orada yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx.xx.1995-ci il tarixdə Neftçala şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Neftçala şəhəri məhəllə 5-də qeydiyyatda olmaqla orada yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında istintaqa məlum olmayan tarixdə və mənbədən 5 ədəd üzəri yapışqan lentlə bağlanmış polietilen torba bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri-510,0 qram, 460,0 qram, 505,0 qram, 345,0 qram və 195,0 qram olmaqla ümumi təmiz çəkisi 2015,0 qram külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz olaraq əldə edib çiynindəki qara rəngli idman çantasının içərisində saxlayaraq idarə etdiyi “İj planet” markalı dövlət qeydiyyat nişanı olmayan motosikletlə daşıyarkən, Təqsirləndirilən şəxs2 isə satış məqsədi ilə qanunsuz olaraq 4 ədəd üzəri yapışqan lentlə bağlanmış polietilen torba bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri-400,0 qram, 485,0 qram, 915,0 qram, 930,0 qram, ümumi təmiz çəkisi 2730,0 qram külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana əldə edib çiynindəki qara rəngli idman çantasının içərisində saxlayaraq həmin motosikletdə sərnişin kimi əyləşib daşıyarkən, ümumilikdə külli miqdarda - 4745 qram çəkidə qurudulmuş marixuananı satış məqsədilə qanunsuz olaraq əldə edib üzərlərində saxlayaraq daşıyarkən, 10 mart 2023-cü il tarixdə, saat 05:20 radələrində Neftçala rayon Polis Şöbəsinin (bundan sonra - Neftçala RPŞ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Neftçala şəhəri, M.Ə.Sabir küçəsində “Bankə” dairəsi adlanan yerdən Salyan rayonu istiqamətində Təqsirləndirilən şəxs1 idarə etdiyi “İj planet” markalı dövlət qeydiyyat nişanı olmayan motosikletlə hər ikisi hərəkətdə olarkən saxlanılaraq rayon polis şöbəsinə gətirilərək üzərilərində şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs1 çiynindəki qara rəngli idman çantasının içərisində satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşıdığı 5 ədəd üzəri yapışqan lentlə bağlanmış polietilen torba bağlamalarda ayrıayrılıqda təmiz çəkiləri-510,0 qram, 460,0 qram, 505,0 qram, 345,0 qram və 195,0 qram olmaqla ümumi təmiz çəkisi 2015,0 qram, külli miqdarda qurudulmuş marixuana, Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılarkən isə çiynindəki qara rəngli idman çantasının içərisində satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşıdığı 4 ədəd üzəri yapışqan lentlə bağlanmış polietilen torba bağlamalarda ayrıayrılıqda təmiz çəkiləri-400,0 qram, 485,0 qram, 915,0 qram, 930,0 qram olmaqla ümumi təmiz çəkisi 2730,0 qram olmaqla külli miqdarda qurudulmuş marixuana, ümumilikdə onların qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərilərində saxlayaraq daşıdıqları təmiz çəkisi 4745 qram olan külli miqdarda qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, polis əməkdaşları tərəfindən saxlanılarkən üzərindəki çantalarda narkotik vasitə olmamışdır. O, Təqsirləndirilən şəxs2la birlikdə balıq tutmaq üçün gedərkən polis əməkdaşları tərəfindən saxlanılıb polis şöbəsinə gətirilmiş və orada çantaları dəyişdirilmiş və həmin çantalara narkotik vasitə qoyulmuşdur. Lakin həmin narkotik vasitə ona və Azərə aid olmamışdır. Təqsirləndirilən şəxs1 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, əlavə şahid qismində dindirilmiş oğlu Şahid13 çantaları ona saat 4 radələrində verdiyini desə də əslində elə deyildir, oğlu ona çantaları axşam saatlarında təxminən saat 8 radələrində vermişdir. Evdən çıxdıqdan az sonra Azərə rast gəlmiş və sonuncu da ondan əl çəkməyib balığa getmək istədiyini dediyindən onu da götürmüşdür. Azəri götürdükdən təxminən 10- 15 dəqiqə sonra onları saxlamışlar. Çantalardan biri Azərin çiynində, digəri isə Azərlə onun arasında olmuşdur. “Bankənin kruqu”ndan keçdikdən sonra post patrul avtomobili onların arxasınca gəlib onları saxlatmışdır. O, motosikleti saxladıqdan sonra polis maşını onun ayağına çıxdığında o, yerə yıxılmışdır. Azər də polislərə etiraz etmişdir. Həmin yerdə polislər onları bir neçə saat saxlamış, Aydın ondan 3 dəfə çantada nə olduğunu soruşmuş, o, da çantada tilov və tor olduğunu demişdir. Polislər onlara qarşı həmin yerdə fiziki zor tətbiq etmişlər. 1 saatdan çox post patrul maşınında saxlanıldıqdan sonra Seyfulla maşınla ora gəlmiş, onların çantalarını Seyfullanın maşınına qoymuş və sonuncu çantaları aparmışdır. Daha sonra onları da post patrul avtomobilində polis şöbəsinə aparmışlar. Onları polis şöbəsinin arxasında post patrulun binasında saxlamışlar. Həmin yerdə görmüşdür ki, çantaların kənarında bükümlər vardır. O, da bildirmişdir ki, həmin bükümlər həmin çantalara yerləşə bilməz deyib etiraz etmişdir. Sonra polislər onu çölə çıxarmış, ona su vermişlər. Həmin dövrdə polislər onlara qarşı fiziki zor tətbiq etmişlər. Barəsində həbs qətimkan tədbiri seçilərkən hakim qarşısına çıxarılarkən də demişdir. Xəsarətlərlə bağlı vəkilinə də bildirmişdir. Təqsirləndirilən şəxs1 məhkəməyə ünvanladığı son sözündə hazırkı cinayət işi üzrə heç bir günahı olmadığını, üç övladı olmasını nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 09 mart 2023-cü il tarixdə, gecə saat 11 radələrində küçədə gəzərkən “Ceyhun” kimi tanıdığı Təqsirləndirilən şəxs1 motosikletlə getdiyini görmüş, onunla görüşüb hal-əhval tutmuşdur. Ağakişi də kanala balıq tutmaq üçün getdiyini demiş, onu da balığa aparmağı Ağakişidən xahiş etdikdə sonuncu ona əynindəki paltarların balıq tutmağa getmək üçün münasib olmadığını demiş, o, da heç bir problem olmadığını demiş və motosikletə əyləşmişdir. Ağakişi ona iki ədəd çanta vermiş, çantaların birində 3 ya iki ədəd tilov, digərində isə 10-15 kq ağırlığı olan tor olmuşdur. Həmin çantaların ikisini də götürüb yola düşmüşlər. Motosikleti Ağakişi sürmüş,”Bankə kruqu”nu keçib Salyan rayonu istiqamətinə gedərkən post patrul avtomobili onların arxasınca gəlmiş, “niqalka” yandırıb söndürmüşlər. Ağakişi yolun kənarında motosikleti saxlamış, post patrul avtomobili kobud formada saxladığından motosiklet aşmış, onlar yıxılmışlar. Heç bir səbəb olmadan polislər onları saxlamışlar, həmin vaxt çantalar da fikirlərində olmamışdır. Həmin vaxt Şahid4 onu vurmağa başlamışdır. Buna görə də polislərə etiraz etmişlər. Sonra polislər Ağakişini və onu post patrul avtomobilin arxasına mindirmişlər. 10-15 dəqiqə sonra başqa bir maşın gəlmiş, gələn şəxsin Seyfulla olmasını bilmişlər. Çantaları da aparıb Seyfullanın maşınına qoymuşlar və onları polis şöbəsinə aparmışlar. Onları otaqlardan birinə salıb saxlamışlar. Sonra Ağakişini aparmışlar. Bir neçə dəqiqə sonra Ağakişini geri gətirmişlər və o, bildirmişdir ki, onların çantalarının kənarına çox çəkidə narkotik qoymuşlar, Ağakişi də etiraz etmişdir ki, həmin narkotiklər həmin çantalara yerləşsə hər şeyi qəbul edəcəkdir. Sonra polislər narkotikin çəkisini azaltmışlar. Onlara təzyiqlər edib narkotikin çantalardan çıxmasını növbətçi hissədə sənədləşdirmişlər. Polislər onu döyüb ondan tələb etmişlər ki, narkotikin onlara aid olmasını desinlər. Lakin o, polislərin dediklərini etməmişlər. Bir neçə aydan sonra onları yenidən Neftçala RPŞ-yə gətirib onlara yenidən bir izahat yazdırmışlar, həmin sənədləri imza etmişdir. Təqsirləndirilən şəxs2 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Ağakişini uşaq vaxtlarından tanıyır. Balıqçılıq onun ata sənətidir. Əslində balıq tutmağa səhər saatlarında gedirlər, lakin onlar həvəsə gecə saatlarında getmişlər. Ağakişinin narkotik vasitələrə görə əvvəllər məhkum olunmasını bilməmişdir. Onunla polis əməkdaşları arasında qərəzlilik olmuşdur, belə ki, polis əməkdaşları onu təxminən 20 dəfə əvvəllər polislər tutub buraxmışlar. Əvvəlki dövrdə üzərində heç bir narkotik olmadığından onu buraxmışlar. Polislər onu saxlayarkən üzərində mobil telefon olmamışdır. Ağakişidə mobil telefon olub-olmamasını görməmişdir. Saxlanılmamışdan əvvəl Ağakişi ilə görüşmüş, telefonla da danışmışdır. Polis şöbəsində onların üzərində olan çantaları dəyişmişdilər. Onlarda olan çantalar adi məktəbli çantaları olmuşdur. Çantalara baxış keçirilərkən vəkil olmuş, lakin vəkil onları heç də müdafiə etməmişdir. Onları Neftçala rayonu ərazisində “Bankə kruqu”ndan 70-80 metr kənarda saxlamışlar. Onları saxlayan polis əməkdaşları Eldar, Elçin, Ramil olmuşlar. Saxlanılarkən “Ağakişini tutmayın, mən boynuma götürürəm” sözlərini özü demiş, lakin həmin sözü narkotik vasitələrlə bağlı deməmişdir. Belə ki, polislər onları saxlayarkən Ağakişini vurmağa başlamışlar, buna görə də o, polis əməkdaşlarına demişdir ki, Ağakişiyə dəyməsinlər. Həmin vaxt çantaların ikisi də onda olmuşdur. Çantaların birinin içində 2-3 ədəd “spilnik”, digərində isə tor olmuşdur. Balığa getməyi isə ona Ağakişi təklif etmişdir. Axşam saat 10-11 radələrində Ağakişini küçədə görmüş, Ağakişi balığa gedəcəyini demiş, o, da getmək istədiyini deyib Ağakişi ilə getmişdir. Balıq tutmaq üçün kanala getməyi fikirləşmişlər. Onları saxlayandan sonra çantaları post patrul maşının ön hissəsinə qoymuşlar. Sonra onları maşının arxasına mindirmişlər və az sonra hadisə yerinə gələn digər maşına çantaları qoymuşlar. Həmin maşın Seyfullanın olmuşdur. Həmin çantaları Seyfullanın maşınına kimi qoymasını bilməmişdir. Lakin çantaları onlardan ayrı RPŞ-yə gətirmişlər. Polis şöbəsində olarkən nə ilə bağlı tutulduğunu bilməmişlər. Onlar tutularkən gecə saat 12 yaxud 12:30 olmuşdur. Onları şöbədə səhər saatlarınadək saxlayıb fiziki zor tətbiq etmişlər. Səhər saatlarında vəkil gəlmiş üzərlərinə şəxsi axtarış keçirilmişdir. Vəkil gəlməmişdən əvvəl Ağakişini aparmışlar və onda olan çantanın kənarına həmin çantaya sığmayacaq çəkidə - təxminən 30 kq narkotik qoymuşlar. Sonra isə həmin narkotiki aparıb daha az narkotik gətirmişlər. Sonra isə onlara yenə də fiziki təzyiqlər etmişlər, sonra onu növbətçi hissənin otağına gətirmişlər, vəkil də gəldikdə onun üzərində xəsarətlər olmasını görmüşdür. Həmçinin hal şahidləri də gətirmişlər, onlar da bədənlərində olan xəsarətləri görmüşlər. Bu barədə müxtəlif orqanlar şikayətlər etmiş, Neftçala rayon prokurorunun da qəbulunda olmuşdur. Ağakişinin ona verdiyi çantaların birində “spilnik”lər, birində isə tor olmuşdur. Onlar saxlanılarkən əməliyyat qurulmamışdır, belə ki, motosiklet sürən şəxslər Neftçalada post patrul surən polis əməkdaşlarına 3-5 manat pul verirlər. Lakin Ağakişi demişdir ki, bir neçə gün əvvəl onun saxlamışlar, Ağakişi onlara pul verməmiş, ona görə də polis əməkdaşları onlara qarşı qeyd etdiyi kimi rəftar etmişlər. Hal şahidlərini gündüz saat 3-4 radələrində görmüşlər, həmin vaxt da ona müdafiəçi təyin olunmuşdur. Heç bir sənədə imza etməmişdir. Təqsirləndirilən şəxs2 məhkəməyə ünvanladığı son sözündə barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmələri iş materiallarında olan, biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Neftçala RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, Neftçala şəhər sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitələrin satışı ilə məşğul olması və satış məqsədi ilə üzərilərində daşıması ilə bağlı bir neçə mənbədən ona dəfələrlə, sonuncu dəfə isə 10 mart 2023-cü il tarixdə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat əsasında əməliyyat istintaq qrupu yaradılmış və qrup üzvləri , həmçinin digər polis əməkdaşları həmin şəxsləri gördükləri ərazidə saxlanılmaları barədə təlimatlandırılmışlar. Həmin gün gecə təxminən 3-4 radələrində komandir Şahid1 ona zəng edərək həmin şəxslərin saxlanıldığını və RPŞ-yə gətirildiyini bildirmişdir. Buna görə də dərhal RPŞ-nin inzibati binasına gəlmiş, Ağakişi və Azərin üzərilərinə vəkilin, hal şahidlərinin iştirakı ilə baxış keçirilmiş, onların çiyinlərində qara çanta olması müəyyən edilmiş və çantanın içində narkotik vasitə aşkar edilmişdir. Həmin şəxslər narkotik vasitəni iran vətəndaşı vasitəsi ilə gətirdiyini bildirmişlər. Şahid2 ona verilən suallara cavab olaraq bildirmişdir ki, həmin şəxslər barədə əməliyyat məlumatı ona daxil olmuşdur. Həmin şəxsləri saxlayan polis əməkdaşları gecə təlimatı zamanı həmin şəxslərin saxlanılması barədə təlimatlandırılmış, bu barədə onlara rəisləri göstəriş vermişlər. Həmin şəxsləri saxlayan şəxslər əməliyyat qrupunun üzvləri olmuşlar. Həmin şəxslərin üzərinə səhərə yaxın saatlarda baxış keçirilmişdir, təxminən saat 4-5 radələrində. Komandirin zəngindən sonra polisin inzibati binasına gəlmiş, Azər və Ağakişinin növbətçi hissənin otağında olmalarını, çiyinlərində də çanta olmasını görmüşdür. Həmin şəxslər PPX-nin gecə xidməti əməkdaşları tərəfindən saxlanılıb, polis avtomobili ilə gətirilmişlər. Həmin şəxslərə hər hansı fiziki qüvvə tətbiq edilməmiş, bədənləri üzərində xəsarət olmasını xatırlmır. Ona əməliyyat məlumatı bir neçə mənbədən dəfələrlə daxil olmuşdur. Lakin onlar barəsində tədbir keçirilməsi əvvəllər alınmamışdır. Çantaların içində marixuanaya oxşar kütlələr var idi. Çantalardan biri Ağakişinin, digəri isə Azərin üzərində idi. Çantalar qara rəngli idi, məktəbli çantasına oxşayır. Çantalarda balıq tutmaq üçün tilov, digər avadanlıqlar olmamışdır. Həmin şəxslərin iranlı şəxslərlər danışıqları da olmuşdur. Azər və Ağakişi Neftçala rayonu ərazisində “Bankə dairəsi” deyilən yerdə “İJ” motosikleti ilə hərəkətdə olarkən saxlanılmışlar. Onlar Salyan istiqamətinə gedərkən saxlanılmışlar, həmin yer onların yaşadıqları yerdən çox aralıda olmuşdur. Onlardan biri 6-cı məhəllədə bina evində yaşayır, biri isə Qoltuq qəsəbəsində yaşayır və saxlanıldıqları yer yaşadıqları yerdən çox aralıda olmuşdur. Ona həmin şəxslərin saxlanılması gecə saat 3-4 radələrində deyilmişdir. Vəkil və hal şahidləri gəldikdən sonra onların üzərinə baxış keçirilmiş, dəqiq saat yadında qalmamış, təxmini səhərə yaxın saatlarda baxış keçirilmişdir. Şəxslərin üzərindəki çantaların birində 4, birindən isə 5 bağlama aşkar edilmişdir. Şəxsi axtarış istintaq hərəkəti zamanı videoçəkilişdən istifadə edilməmiş, hal şahidləri iştirak etmişdir. Həmin şəxslərin rayon ərazisindən narkotik vasitə daşıyacaqları barədə də məlumat daxil olmuşdur. Həmin şəxslərə nə özü, nə də digər polis əməkdaşları fiziki və psixi təzyiq göstərməmişlər. Onların çantalarında narkotik vasitə olmamasını bildirmələri yalandır. Həmin şəxslərin saxlanıldıqları ərazi Neftçala –Salyan yolu olduğundan, yol kənar olduğundan orada baxış keçirilməsi üçün şərait olmamışdır. Hal şahidləri səhər saatlarında işə gedən şəxslər olmuşdur. Şəxsi axtarış keçirilməsi zamanı hənsı səbəbdən foto və video çəkliş aparılmamasının səbəbini bilmir, bu təhqiqatçının səlahiyyətində olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Neftçala RPŞ-nin PPX bölüyünün bölük komandiri Şahid1 ifadəsində göstərdi ki, gecə saatlarında evində olarkən polis əməkdaşları ona zəng edərək əvvəlcədən daxil olmuş əməliyyat məlumatı əsasında Ağakişi və Azərin saxlanıldığını demişlər. Belə ki, ona bildirilmişdir ki, polis əməkdaşları Salyan istiqamətinə gedən motosikletdə çiyinlərində çanta olan iki nəfər şəxsin olmasını görüb saxlamaq istəmiş, həmin şəxslər dayanmayıb motosikleti sürmüş, polis əməkdaşları təqib etmiş və bir qədər irəlidə palçıq olduğundan motosiklet aşmış, polislər həmin şəxsləri saxlamışlar. Həmin vaxt orada 4 nəfər polis əməkdaşı olmuşdur. Bundan sonra özü də hadisə yerinə getmiş və həmin şəxslərin Azər və Ağakişi olmasına əmin olmuş, həmin şəxsləri post patrul avtomobili ilə RPŞ-nin inzibati binasına gətirmiş, bu barədə əməliyyat müvəkkili Seyidəhmədə də məlumat vermişdir. İnzibati binada müdafiəçinin, hal şahidlərinin iştirakı ilə üzərilərinə baxış keçirilmiş, üzərilərində olan çantalardan marixuanaya bənzər kütlələr aşkar edilmişdir. Şahid1 ona verilən suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxslər hər ikisi onunla həmkəndlidir. Azər barəsində heç nə eşitməmiş, Ağakişinin əvvəllər həbs edildiyini, narkotik vasitələrin satışı ilə məşğul olduğunu eşitmişdir. Lakin konkret faktı olmamış, məlumatı realizə edə bilməmişdir. Azər və Ağakişi polis şöbəsinə aparılarkən çantalar də onların özlərində olmuş, onlar “Fiat” markalı xidməti avtomobillə aparılmışlar, çantalar da özlərində olmuşdur. Çantaların ona məxsus “Hunday” markalı avtomoildə aparılmasının bildirilməsi yalandır. Həmin şəxslər onun həmkəndliləri olduğundan maşınının markasını da bilirlər. Həmin şəxslərə nə özü, nə də digər polis əməkdaşları fiziki və psixi təzyiq göstərməmişlər. Həmin şəxslərin saxlanıldığı yerə şəxsi avtomobili ilə gəlmişdir. Polis şöbəsinə saxlanılan şəxslərlə birlikdə çatmışlar. Çatdıqdan bir qədər sonra üzərilərinə şəxsi axtarış keçirmişlər. Həmin vaxt Azər bildirmişdir ki, “Ağakişini buraxın, cinayəti mən boynuma götürəcəm”. Bu sözləri Azər həmin hadisə yerində, həm də polis şöbəsinə çatanda demişdir. Onların üzərində qara rəngli məktəb çantasına oxşar çantalar var idi. Çantlarda bükümlərdə narkotik aşkar edilmişdir. Çantanın içində narkotik vasitədən başqa heç nə yox idi, lakin çantanın birinin içində bir ədə “spining” olmuşdur. Onların üzərinə təxminən 4-5 radələrində baxış keçirimişdir. Həmin şəxslər Salyan istiqamətinə gedərkən saxlanılmışlar. Balıq tutmaq üçün gedən şəxslər dəniz istiqamətinə getməli idilər, lakin Azər və Ağakişi tamamilə əks istiqamətə gedəndə saxlanılmışlar. Onlar Salyan istiqamətinə getmişdirlər. Onların saxlanılması barədə gecə xidməti həmin gün axşam təlimatlandırılmışdır. Onun ailəsi balıqçı olmuş, buna görə də bilir ki, həmin saatlarda balıq ovuna heç kim getmir. Balıq tutmaq üçün “şaqaya” getmələrini təqsirləndirilən şəxslər bildirirlər. Lakin onu deyə bilər ki, “şaqaya” getmək üçün həmin şəxslərin yaşadığı yerdən olan yolla yəni daha yaxın məsafədən getməlidi idilər, lakin onlar guya gəlib “Bankənin kruqu”ndan fırlanıb gedirmişlər ki, bu çox uzun bir məsafədir, əgər “şaqaya” gedirdilərsə saxlanıldıqları yerdən getmələri məntiqli deyildir. Həmin yoldan birmənalı olaraq heç kim balığa getmir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 polis şöbəsində gördüyündən tanıyır. RPŞ-nin yaxınlığında təmirçi çilingər işləyir. 10 mart 2023-cü il tarixdə işə gedərkən polis əməkdaşları onu çağırıb ondan hal şahidi kimi iştirak etməsini istəmişlər və o, da polislərlə razılaşmışdır. Şöbədə otaqlardan birinə daxil olanda cavan bir oğlanın çiynində qara çanta olmasını görmüşdür. Həmin çantalara baxanda yumru bağlamalar olduğunu görmüş, polis əməkdaşları narkotik vasitə olduğunu demişlər. Həmin vaxt da Azər heç bir etiraz etməmişdir. Şahid Fyedor Əliyev ona verilən suallara cavab olaraq bildirmişdir ki, polis şöbəsində baxış keçirilərkən təqsirləndirlən şəxslərdən yalnız Azəri görmüşdür. Ondan başqa bir hal şahidi də iştirak etmiş, həmin şəxsin adı Akif olmuşdur. O, polisə gəldikdə Akifi otaqda görmüşdür. Narkotik vasitə aşkar edilərkən Azər heç bir hala etiraz etməmiş, döyülməsi barədə hər hansı bir söz deməmişdir. Neftçala rayon Su-Kanal idarəsində işləyir. Nasoslama işləri gördüklərindən işə tez gedir, həmin vaxt da işə səhərə yaxın, saat 4-5 yaxud 6 radələrində getmişdir. İş yerinə getmək üçün parkdan keçmiş, ona görə də ifadəsində parkda gəzdiyini demişdir. Təxminən 7-8 il əvvəl də RPŞ-də hal şahidi kimi iştirak etmişdir. Həmin gün təxminən 2 saata yaxın RPŞ-də olmuşdur. Su nasosları daimi işləməlidir deyə işə həmişə tez gedir. Təqsirləndirilən şəxs2 əynindəki paltarları, paltarları üzərində palçıq ləkələri olub-olmamasını xatırlamır. Təqsirləndirilən şəxs2 hər hansı etirazedici hərəkətlər etməmiş, Azərin bədəni üzərində xəsarət izi görməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində polis əməkdaşları onu 08:20 radələrində çağırdıqlarını demiş, hazırda isə həmin vaxtdan çox vaxt keçdiyi üçün saat 05 yaxud 06 radələrində çağırıldığını demişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Çantadan narkotik çıxarılarkən Azər həmin narkotikin ona aid olmadığını deməsini eşitməmişdir, əgər Azər narkotikin ona aid olmadığını desəydi eşidərdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxslərdən heç birini əvvəllər tanımamışdır. Gözləri hazırda zəif gördüyündən monitorda ona göstərilən şəxsləri tam seçə bilmir. 10 mart 2023-cü il tarixdə səhər saatlarında işə gedərkən RPŞ-nin qarşısından keçərkən polis əməkdaşları onu çağırıb hal şahidi kimi iştirak etməsini istəmişlər. Həmin vaxt saatı dəqiq xatırlamır, təxminən saat 7 radələri kimi olardı. Otağa girdikdə qara çantada marixuana aşkar olunmuşdur. Şahid7 ona verilən suallara cavab olaraq bildirmişdir ki, qara çantadan marixuana aşkar edilərkən orada olan şəxs marixuananın ona aid olmadığını demiş, lakin polis əməkdaşlarının onu döyməsi barədə heç nə deməmişdir. Həmin şəxsin üzərində hər hansı xəsarət olmamışdır. Digər hal şahidi ondan sonra həmin yerə gəlmişdir. Əvvəllər bir dəfə, təxminən 4-5 il əvvəl hal şahidi kimi istintaq hərəkəti zamanı iştirak etmişdir. Hadisə vaxtı “kamaxoz” da işləmiş, işə səhər saat 7 radələrində getmişdir. İşə getməmişdən qabaq polis şöbəsinə getmişdir. Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilən zaman hal şahidi olmuş, lakin həmin şəxsin üzünü xatırlamır. Çantadan narkotik vasitələr çıxmasını görmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Neftçala RPŞ-nin əməkdaşı Şahid4 ifadəsində göstərdi ki, 09 mart 2023-cü il tarixdə, axşam təlimatı zamanı komandirləri Şahid1 Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barədə əməliyyat məlumatı olmasını bildirmiş və həmin şəxsin saxlanılması barədə göstəriş verilmişdir. 10 mart 2023-cü il tarixdə təxminən saat 03-04 radələrində post patrul maşınında xidmətdə olarkən Neftçala rayonu ərazisində “Bankənin kruqu” deyilən ərazidə bir motosikletin dairədən çıxıb Salyan rayonu istiqamətində getməsini görmüşlər. Həmin sürücüyə saxla əmri vermişlər, lakin sürücü motosikleti saxlamayıb sürmüşdür. Həmin motoskletin yanına post patrul maşını yaxınlaşdırdıqda Ceyhun adı ilə tanıdığı Təqsirləndirilən şəxs1 üzündəki maskanı çıxarıb “Aydın bizi tanımırsan? Balığa gedirik” demişdir. Həmin vaxt motosikletdə olan şəxslərin çiyinlərində də qara rəngli sumka olmuşdur. Şahid3 axşam təlimatında olan məlumatı ona xatırlatmış buna görə o, Ağakişiyə motosikleti saxlamağa göstəriş vermişdir. Həmçinin özü də Salyan sakini olduğundan bilmişdir ki, balıq ovlamaq üçün həmin istiqamətdə heç bir yer yoxdur, balıq tutmaq üçün yerlər əks istiqamətdədir. Ağakişi motosikleti saxlamamış, yolun kənar sahəsini keçib qaçmaq istədikdə motsiklet palçığa düşüb aşmışdır. Bu zaman da o və digər polis əməkdaşları maşından düşüb onları saxlamışlar. Çantaları götürdükdə içində bərk predmetlər olması hiss olunmuş, Ağakişi və Azər Balığa getdiklərini, çantada tor olduğunu desələr də həmin çantanın içindəkilərin yumşaq yox bərk olmasını görüb tor olmadığını bilmişdir. Bundan sonra Elçin Zeynallıya göstəriş vermişdir ki, komandir Şahid1 məlumat versin. Sonuncu da komandirə məlumat vermiş, daha sonra hər ikisini xidməti maşına mindirmiş, çantaları da Ağakişigilin yanında RPŞ-nin inzibati binasına gətirmişlər. Təqsirləndirilən şəxs1 motosikletini isə Ramin adlı polis əməkdaşı sürüb polis şöbəsinə gətirmişdir. Sonra isə saxladıqları şəxsləri növbətçiyə təhvil vermiş, təhqiqatçılar və hal şahidləri gəldikdən sonra çantalara baxış keçirilmiş, çantalardan yumru bağlamalarda narkotik vasitə aşkar olunmuş, ekspertizaya göndərildikdən sonra həmin kütlənin marixuana olmasını bilmişdir. Şahid4 ona verilən suallara cavab olaraq bildirmişdir ki, saxlanılan vaxt həmin şəxslərin üzərindəki çantalara baxış keçirməmişlər. Saxlanılan şəxslərin narkotik vasitə daşıyacaqları barədə axşam təlimatında onlara məlumat verilmişdir. Həmin şəxslərin üzərilərinə şəxsi axtarış keçirilərkən də çantada narkotik aşkar edilməsinə etiraz etmiş, çantada tor olmasını demişdir. Lakin Azər yolda gələrkən bildirmişdir ki, “Ağakişinin balaları var, onu düşürün, qalan şeyləri boynuna götürəcəkdir”. O, isə Azərə bildirmişdir ki, tora görə heç kim həbs edilmir. Azərə və Ağakişiyə qarşı heç bir zor tətbiq edilməmişdir. Şahid1 Təqsirləndirilən şəxs1 saxladıqları yerə özünə məxsus “Hunday” markalı maşınla gəlmişdir. Azər post patrul maşınında gələrkən hər şeyi boynuna almış, lakin baxış keçirilərkən çantada tor olduğunu demişdir. Azər post patrul maşınında “hər şeyi boynuma alıram” desə də nəyi boynuna alacağını bilməmişdir. Çantaların içində tor və balıq tutmaq üçün vasitə olmamış, motosikletin arxasında sınıq bir “spilnik” olmuşdur. Çantaları Ağakişi və Azərin yanında – xidməti maşında RPŞ-yə aparmışlar. Şahid1 həmin çantaları şəxsi maşını ilə aparmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Neftçala RPŞ-nin əməkdaşı Şahid3 Şahid4 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək, eyni məzmunlu ifadə vermiş və ona verilən suallara cavab olaraq bildirmişdir ki, motosikleti Ağakişi sürmüşdür. Həmin motosikleti təqribən 500 metr təqib etmişlər, işıq və səs siqnalları versələrdə Ağakişi motosikleti saxlamamışdır. Ağakişiyə və Azərə heç vaxt hər hansı fiziki zor tətbiq edilməmişdir. Həmin çantalara əllərini vurarkən içində bərk halda yumru nələrsə olmasını görmüşlər, lakin çantaya baxış keçirməmişlər. Həmin çantalar saxlanılan şəxslərin çiyinlərində, saxlanılan şəxslər isə post patrul avtomobili ilə şöbəyə aparılmışdır. Həmin çantalara baxış keçirilərkən Ağakişi və Azərin etiraz edib-etməməsi yadında deyildir. Lakin maşında olarkən Azər bildirmişdir ki, “Ceyhunun balaları var, Ağakişini buraxın, məni tutun”. Ağakişi və Azərin hər ikisinin dənizdə lötkələri var və onlar dənizə gedib 80- 90 mil aralıda balıq tuturlar. Neftçala rayonunda olan heç kim dənizdə balıq tutmağa imkan olduğu halda kanala, “şaqaya” alıq tutmağa getməz. Heç kim gedib “lapış”, “bobla” tutub vaxtını boşa verməz. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Neftçala RPŞ-nin əməkdaşı Şahid5 Şahid4 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək, eyni məzmunlu ifadə vermiş və ona verilən suallara cavab olaraq bildirmişdir ki, Ağakişi və Azər saxlanılan yerdə çantalara baxış keçirməmişlər. RPŞ-də çantalara baxış keçirilərkən Azər və Ağakişi etiraz etmiş və çantalarda tor olmasını bildirmişlər. Lakin post patrul avtomobilində onlar gətirilərkən Azər bildirmişdir ki, “Ağakişinin balası var, onu buraxın, hər şeyi boynuna alacaq”. Saxlanılan şəxslərin üzərilərinə baxış keçirilərkən hal şahidləri də iştirak etmişlər. Həmin şəxslərə hər hansı fiziki zor tətbiq edilməmişdir. Çantaların içində heç bir balıq tutmaq üçün ləvazimat olmamış, motosikletdə bir ədəd “spilnik” olmuşdur. Çantaları saxlanılan şəxslərlə birlikdə polis maşınında aparmışlar. Saxlanılan şəxlərlə eyni kənddəndirlər, Qoltuq kəndindəndirlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Neftçala RPŞ-nin əməkdaşı Şahid6 Şahid4 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək, eyni məzmunlu ifadə vermiş və ona verilən suallara cavab olaraq bildirmişdir ki, “Ağakişinin balaları var, onu buraxın, mən boynuma alacam hər şeyi” demişdir. Həmin şəxslər saxlanıldığı yerdə çantalara baxış keçirilməsə də şantalara toxunduqda içində yumşaq material olan tor yox, bərk kütlələr olması hiss olunmuşdur. Həmin şəxslər barədə axşam təlimatında onlara məlumat verilmişdir. Təqsirləndirilən şəxs1 saxla əmri versələr də Salyan istiqamətində gedib motosikleti saxlamadılar, lakin onları təxminən 1 km təqib etdikdən sonra motosiklet sürüşüb aşdığından onları saxlaya bilmişlər. Onların hər birinin kürəyində çanta olmuşdur. Həmin şəxsləri post patrul avtomobilinə əyləşdirmişlər, çantaları da Ağakişi və Azərdə olmuşdur. Çantalarda 5 büküm bir, 4 büküm bir bağlamada marixuana aşkar olunmuşdur. Həmin şəxslər çantalarda narkotik olmasını boyunlarına almamışdırlar. Həmin çantalar məktəbli çantasından biraz böyük olmuşdur. Səhv etmirsə çantaların birində bir ədəd sınıq “spilnik” olmuşdur, lakin çox vaxt keçdiyi üçün bunu xatırlamır. Həmin şəxslər saxla əmrinə tabe olmasalar da motosikletin idarəetməni itirməsi nəticəsində onları saxlamışlar, həmin motosikleti post patrul avtomobili vurmamışdır. Onları saxladıqdan sonra Şahid1 gəlmişdir. Həmin çantaları Şahid1 maşınında yox, xidməti maşında RPŞ-yə aparmışlar. Ağakişinin motosikletini Ramil adlı polis əməkdaşı sürüb aparmışdır. Təqsirləndirilən şəxs1 motosikleti sürərkən motosiklet onun altında söndü. Belə ki, həmin motosikletləri birdən-birə sürətli “qovduqda”, “abortu” qaldırdıqda motosikletin klapanları kilidlənir və motosiklet dayanır. Motosikleti sürənin də, sərnişinin də çiyinlərində çanta olmuşdur. Həmn şəxsləri təxminən 1- 1.5 km təqib etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid9 İsrail oğlu ifadəsində göstərdi ki, təqsirləndirilən şəxslər onun həmkəndliləridir, aralarında ədavət və düşmənçiliyi yoxdur. Hadisə vaxtı Neftçala şəhər ərazi nümayəndəliyində işləmişdir. 10 mart 2023-cü il tarixdə səhər saatlarında polis şöbəsinin yanından keçib işə gedərkən üzdən tanıdığı, adını bilmədiyi polis əməkdaşı onu şöbəyə çağırmış və hal şahidi kimi iştirak etməsini istəmiş, o da razılaşmışdır. İçəri girəndə Ağakişini görmüş, onu tanıdığı üçün yaxınlaşıb nə məsələ olduğunu soruşmuş, Ağakişi isə heç nə deməyib başını yelləmişdir. Sonra təhqiqatçı Ağakişiyə çantanın ona məxsus olub-olmamasını soruşmuş, Ağakişi çantanın ona məxsus olduğunu bildirmişdir. Bundan sonra təhqiqatçı Ağakişidən ona təzyiq olunub-olunmadığını soruşmuş, Ağakişi isə ona təzyiq olunmadığını bildirmişdir. Çantalara baxış keçirilərkən içindən narkotik vasitə aşkar edilmişdir. Şahid9 ona verilən suallara cavab olaraq bildirmişdir ki, onu polis şöbəsinə təxminən saat 6 yaxud 7-yə işləmiş çağırmışlar. Polis şöbəsində yalnız Ağakişini görmüşdür. O, polis şöbəsinə girdikdə sol tərəfdə qabağı şüşəli olan otaqda Ağakişini görmüşdür. Azərin saxlanılmasını sonradan bilmişdir. Çantanın içindən çıxanların narkotik olmasını polis əməkdaşları demişlər. Onun işi 8-də başlasa da hər gün 07:30-da işdə olur. Sosial işçi kimi hər gün səhər saat 08:00-dan 17:00-dək iş rejimidir. Lakin işə daha tez gedir. Ağakişinin üzərinə baxış o, polis şöbəsinə girdikdən təxminən 40 dəqiqə sonra başlamışdır. O, isə polis şöbəsinə təxminən saat 06:30 radələrində daxil olmuşdur. İlk əvvəl baxış keçirilmiş, çantadan çıxarılan bükümlər kəsilmiş, təhqiqatçı suallar vermiş, daha sonra isə sənədlər yazılmışdır. Onlar sənədlərin yazılmasının müəyyən vaxt çəkəcəyini dediklərindən o, işə getmiş, sonra isə onu çağırdıqları vaxt yenidən şöbəyə gedib protokolu imzalamışdır. Həmin vaxt videoçəkilişdən istifadə edilməmişdir. O, işə 08:10 radələrində çatmış, nahar vaxtı isə şöbəyə qayıdıb sənədləri imzalamışdır. O, içəri girərkən Ağakişinin kürəyində çanta olmuş, çantanın içində qırmaq olmamışdır. Çantada 4-5 bağlama görmüşdür. Çanta qara rəngli idman çantası olmuş, ağzı da kəsilmiş formada olmuşdur. Həmin gün üzərində telefon olmuş, şöbəyə girərkən telefonunu təhvil vermişdir. Çanta Ağakişinin çiynində olmuş, sonra isə stolun üstünə qoyub çantanı açmışlar. Həmin vaxt təhqiqatçı Tariel adlı polis əməkdaşı olmuşdur. Həmin vaxt çəkliş aparılmasını görməmişdir. Çəkiliş aparılsaydı görərdi. Ağakişinin əynində hərbi paltar görmüş, üzərində palçıq və s. olmasını xatırlamır. Polis şöbəsinə gələrkən Ağakişinin saxlanılması barədə məlumatı olmamışdır. Həmin vaxt Ağakişidən nə eşitmişdirsə hazırda da həmin sözləri deyir. Əgər Ağakişi ona polis əməkdaşları tərəfindən təzyiq edildiyini desəydi hazırkı məhkəmədə də bunu təsdiq edərdi, lakin Ağakişi ona qarşı hər hansı təzyiq edilmədiyini bildirmişdir. Ağakişi çantada olan narkotik vasitənin ona aid olmadığını deməmiş, həmin çantanı üzərindən atmamışdır. Əvvəllər hal şahidi kimi iştirak etməmişdir. Ağakişinin paltarlarının yoxlanılmasını görməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 tanımış, Azəri görməmişdir. 10 mart 2023-cü il tarixdə səhər saatlarında iş yoldaşı Səmədlə birlikdə polis şöbəsinin yanından keçib işə gedərkən onu və Səmədi polis əməkdaşı içəri dəvət etmiş, o, da içəri girəndə Ağakişinin kürəyində çanta görmüş, həmin çantaya baxış keçirilərkən içində 5 ədəd bağlama aşkar edilmişdir. Şahid Murad Mehtiyev ona verilən suallara cavab olaraq bildirmişdir ki, otağa daxil olarkən qara çantanı keçəl oğlanın – Ağakişinin kürəyində görmüşdür. Polis əməkdaşları tərəfindən Ağakişiyə qarşı hər hansı təzyiq edilməsini görməmişdir. Çantadan çıxan kütlənin marixuana olmasını demişlər. Polis şöbəsinə gələrkən təxminən saat 7-8 radələri olardı. Onun işi saat 8-də başlayır və saat 17-də bitir. Həmin çanta idman çantası olmuş, çantanın içində 5 bağlamadan başqa bir şey görməmişdir. Bağlamaların tərəzidə çəkilibçəkilmədiyini xatrlamır. Baxış keçirilərkən çəkiliş aparılmamışdır. Polisin inzibati binasına daxil olarkən telefonunu təhvil vermişdir. Sənədlərin hazırlanmasını gözləmiş, sonra isə imzalamışdır. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş əlavə Şahid13 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun atasıdır. Dəqiq tarixi yadında qalmasa da günorta saatlarında atası kanala balıq tutmaq üçün gedərkən atasında iki çanta olmuşdur. Çantaların birində “spinka” və yemək, digərində isə tor olmuşdur. Atasında olan çantalar ona aid məktəb çantası olmuşdur. Həmin çantaları atasına özü vermişdir. Atası balığa motosikletlə tək getmişdir. Adətən atası balığa eyni vaxtda getmişdir. Həmin çantalar qara rəngdə olmuşdur. Çantaları atasına qarajda vermişdir. Anasının verdiyi yeməyi də atasına vermiş, atası həmin yeməyi çantaya qoymuşdur. Yeməyi aparıb atasına verəndə gündüz saat 4 radələri olardı. Atası da kanala balıq tutmağa getdiyini demişdir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş əlavə şahid X10 ifadəsində göstərmişdir ki, Neftçala RPŞ-nin təhqiqatçısı vəzifəsində işləyir. 10 mart 2023-cü il tarixdə Neftçala RPŞ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs2 RPŞyə gətirilmiş, növbətçi hissənin otağında onun tərəfindən Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış istintaq hərəkətini keçirmişdir. Təqsirləndirilən şəxs2 çiynində qara rəngli idman çantası olmuş, çantaya baxış keçirildikdı içindən 4 ədəd bağlama aşkar edilmiş. Həmin bağlamalarda marixuanaya bənzər kütlələr olmuş, həmin kütlələr qablaşdırılmış, möhürlənərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 həmin narkotik vasitənin ona aid olmadığını bildirmişdir. Şahid Tariyel Əmirov ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs2 üzərində hər hansı xəsarət olmamış, şəxsi axtarış zamanı videoçəkiliş aparılmamış, hal şahidləri iştirak etmişdir. Seymur Abdullayev müdafiəçi kimi dəvət edilmiş, real olaraq Təqsirləndirilən şəxs2 təqdim edilmiş, müdafiəçi də şəxsi axtarış zamanı iştirak etmişdir. Azərin üzərində bir ədəd qara rəngli uzunsov idman çantası olmuşdur. Çantada balıq ovuna dair hər hansı əşya olmamışdır. Müdafiəçi də Təqsirləndirilən şəxs2 hər hansı fiziki zor tətbiq edilib-edilməməsi barədə sual verilmiş, Azər isə ona hər hansı fiziki zor tətbiq edilmədiyini bildirmişdir. Azərin üzərinə şəxsi axtarış səhv etmirsə səhər saat 08 radələrində keçirilmişdir. Neftçala rayonunda bir vəkil olduğundan hər iki şəxsə eyni vəkil təyin edilmişdir. Vəkillə bağlı Salyan rayonuna da müraciət etsələr də vəkillər prosesləri olduqlarını deyib gəlməmişlər. Hadisədən çox vaxt keçdiyindən bəzi halları xatırlamır. Azər israrla bildirmişdir ki, narkotik vasitə onun deyil. Azəri hər hansı xəsarət alması ilə bağlı məlumatı olmamış, Azər müdafiəçisi ilə konfidensial da görüşmüşdür. O, növbətçi hissəyə daxil olanda çanta Təqsirləndirilən şəxs2 kürəyində olmuşdur. Həmin çantanın təzyiqlə Azərin kürəyinə asılmasını görməmiş, onun yanında Azərə heç bir təzyiq edilməmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi vəkillər siyahısında iki nəfər şəxsin vəfat etməsindən məlumatı olmamışdır. Təqsirləndirilən şəxs2 çantanın, yoxsa çantanın içindəkilərin ona aid olmadığını deməsini xatrlamır. O, bütövlükdə aşkar olunanların ona aid olmadığını demişdir. Azərin dediyi formada da protokolda qeydlər etmiş, Azərə qarşı hər hansı təzyiq edilməmişdir. Şəxsi axtarış zamanı foto və video çəkilişdən istifadə edilməmişdir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş əlavə Şahid12 ifadəsində göstərmişdir ki, Neftçala RPŞ-nin təhqiqatçısı vəzifəsində işləyir. 10 mart 2023-cü il tarixdə Neftçala RPŞ-nin əməkdaşlarından ibarət əməliyyat istintaq qrupunda olmuş, həmin gün Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən təxminən saat 05 radələrində saxlanılıb polis şöbəsinə gətirilmiş, o, Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirmiş, üzərində olan çantadan 5 bükümdə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 narkotik vasitənin ona aid olmadığını bildirib heç bir ifadə verməmişdir. Şahid12 ona verilən suallara cavab olaraq bildirmişdir ki, polsi əməkdaşları onları təxminən 5:45 də saxlamışlar, lakin tam xatırlamır. Kriminalist olan polis əməkdaşı həmin vaxt olmadığından foto və video çəkilişdən istifadə edilməmişdir. Ağakişinin üzərində həmin vaxt hər hansı xəsarət görməmişdir. Ağakişinin əynində hərbi səhra geyimi olmuş, çiynində çanta asılmışdır. Müdafiəçi Seymur Abdullayevin iştirakı təmin edilmiş, Ağakişi müdafiəçisi ilə görüşmüşdir. Sonuncu heç bir sənədə imza etməmişdir. Sənədləşəmə işləri apararkən əvvəldən heç bir sənədi imzalamayacağını dediyindən həmin sənədlərin altında komputerlə Təqsirləndirilən şəxs1 sənədləri imzalamaqdan imtina etməsi barədə qeydlər etmişdir. Çantada balıq tutmaq üçün hər hansı ləvazimat aşkar edilməmişdir. Həmin çanta idman çantasına oxşar çanta olmuşdur. Ağakişi ümumiyyətlə heç nə danışmamış, ifadə verməmişdir. Ona qarşı hər hansı təzyiq də edilməsini deməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslər və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; - Təqsirləndirilən şəxs1 barəsində tərtib edilmiş 10 mart 2023-cü il tarixli raportdan görünür ki, sonuncunun qanunsuz olaraq narkotik vasitə qəbul etməsi, üzərində saxlaması və satışı ilə məşğul olmasına dair əməliyyat məlumatı daxil olmuş,həmin məlumat əsasında “Əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə” qərar qəbul edilmiş, onun icra edilməsinin nəticəsi barədə raportda Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə saat 05:20-də Neftçala şəhəri, M.Ə.Sabir küçəsində saxlanılması qeyd edilmişdir. (İ cild, i.v. 3; 7-9; 10; 11-12) -“cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” 10 mart 2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 05:40-da şübhəli şəxs qismində tutulmuşlar. (İ cild, i.v. 13;38) -“Şəxsi axtarış keçirilməsi və götürmə” haqqında 10 mart 2023-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış aparılan zaman sonuncu üzərində narkotik vasitə və ya qeyri qanuni əşya olmadığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində hərbi səhra geyimi, kürəyində çiyinlərinə keçirilmiş qara rəngli idman çantası olmuşdur. Həmin çantada hər biri yapışqan lentlə bağlanmış 5 ədəd sellofan bağlamalar aşkar edilmiş, hər biri açılıb baxıldıqda marixuanaya oxşar qurudulmuş kütlələr aşkar edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs1 üzərində olan “Samsung Galaxy J3” modelli mobil telefon aşkar edilib götürülmüşdür. Sonuncu həmin protokolu imzalamaqdan imtina etmişdir. (İ cild, i.v. 34-35) - Məhkəmə biloji ekspertizasının 11 mart 2023-cü il tarixli, 18/286 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs1...” sözləri yazılmış və imzalar olan sintetik torba bağlamada 5 ədəd üzəri yapışqan lentlə bağlanmış polietilen torba bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 510,0 qram, 460,0 qram, 505,0 qram 345,0 qram, 195,0 qram ümumi çəkisi 2015,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə olan qurudulmuş marixuanadır. (İ cild, i.v. 41-43) - Təqsirləndirilən şəxs2 barəsində tərtib edilmiş 10 mart 2023-cü il tarixli raportdan görünür ki, sonuncunun qanunsuz olaraq narkotik vasitə qəbul etməsi, üzərində saxlaması və satışı ilə məşğul olmasına dair əməliyyat məlumatı daxil olmuş, həmin məlumat əsasında “Əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə” qərar qəbul edilmiş, onun icra edilməsinin nəticəsi barədə raportda Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə saat 05:20-də Neftçala şəhəri, M.Ə.Sabir küçəsində saxlanılması qeyd edilmişdir. (İ cild, i.v. 60; 54-57; 58) -“cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” 10 mart 2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 08:10-da şübhəli şəxs qismində tutulmuşdur. (İ cild, i.v. 59; 79) -“Şəxsi axtarış keçirilməsi və götürmə” haqqında 10 mart 2023-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış aparılan zaman sonuncu kürəyində asılmış idman çantasında narkotik vasitə olduğunu bildirmiş və təqdim etmişdir. Sonuncu həmin protokolu imzalamaqdan imtina etmişdir. (İ cild, i.v. 75-76) - Məhkəmə biloji ekspertizasının 11 mart 2023-cü il tarixli, 18/287 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs2 üzərindən...” sözləri yazılmış və imzalar olan polietilen torba bağlamadakı 4 ədəd üzəri yapışqan lentlə bağlanmış polietilen torba bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 400,0 qram, 485,0 qram, 915,0 qram 930,0 qram ümumi çəkisi 2730,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə olan qurudulmuş marixuanadır. (İ cild, i.v. 87-90) -“mobil telefona baxış keçirilməsi haqqında” 11 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən şəxsi axtarış istintaq hərəkəti keçirilərkən aşkar edilərək götürülmüş “Samsung Galaxy J3” markalı mobil telefona baxış keçirilmiş və müəyyən edilmişdir ki, telefonun “WhatsApp" tətbiqində “Far” kimi qeyd olunan +98- 935-598-5074, adı qeyd olunmayan +98-938-561-9964 və adı “Fərhat Murad” kimi qeyd olunan +98-922-961-6739 nömrəli İran İslam Respublikasına məxsus mobil nömrələrlə sosial şəbəkə vasitəsilə danışıqlar aparılmışdır. Adı “Fərhad Murad” kimi qeyd olunmuş “WhatsApp" istifadəçisi Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə saat 20:10-dan xx.xx.2023-cü il tarixdə saat 01:45-dək olan müddət ərzində - “Mənə bax. Bu yeməkxanada dayanıb. Gör hara deyirsən gəlsin. Sən nə desən onu deyim eləsin. Özünə fikir ver. Sonra gələrsən söhbətləşərik. Bir dənə bir iş gördün elə bil ki, ölünü diriltdin. O uşaq da qayıtsın salamatçılıqla siftə işimiz idi. Dalşi yaxşı olar” , “Qardaşım, bilirəm yorğunsan filansan bir dənə gör eliyə bilsən uşaq da orda qalıb də. Narahatdır. Dəqiqədə yığır məni”, “Qardaşım 10 dəqiqəyə çıxıram deyirsən 1 saat üstündən keçib harada qaldın”, “Uşaq yeməkxanadan dəbərsin bir yerə getsin ya nə deyirsən?” , “Qardaşım, çalış bunu tez yola sal. Bu biraz orda narahat olub e. Deyir saat 9-dan burdayam. 6 saatdır deyir mən çöllərdəyəm. Gör bunu tez eliyə bilirsənsə tez yola sal getsin” , “Qardaşım, çalış yuvatma. Bu uşaq da burda darıxır. Saat 9-dan gəlib ora.Bunu bir dənə tez yola sala bilsəydin. Yola sal qayıtsın. Bunun da bir xeylaq yolu var. Gecə də xətərdi, təhlükəlidi” , “Qardaşım, mənə bir cavab verəydin”, “ay qardaş, hayannarda qaldun sən?” “mənə bir dənə xəbər elə də” kimi səsli mesajlar göndərmiş, Təqsirləndirilən şəxs1 cavabında “10 dəqiqəyə uzağı çıxıram Allah qoysa darıxma” kimi səsli mesaj göndərmişdir. Təqsirləndirilən şəxs1 həmin səsli mesajların ona səhvən göndərildiyini, özünün ona verdiyi cavabın isə səsi göndərən şəxsi yola vermək üçün göndərdiyini bildirmişdir.Telefona baxış zamanı şəkillər bölümündə saat 01:48-də “Fərhat Murad”-ın ona “WhatsApp" vasitəsilə zəng etdiyi görünür. Bundan başqa baxış zamanı üzərində “4169-7377-0455-4555” nömrəli Kapital Banka məxsus “Birbank” kartının şəkli müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 həmin karta ara-sıra tanımadığı şəxslərin 200-300 manat pul göndərdiyini, həmin pulu özü üçün xərclədiyini, pulu ona niyə göndərdiklərini bilmədiyini bildirmişdir. (İ cild, i.v. 100-101) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 11 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. ( İ cild, i.v. 103-104) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 24 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. ( İ cild, i.v. 120-121) - Neftçala rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(053)-20/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. (İ cild, i.v. 154-156) - Neftçala rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(053)-19/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. (İ cild, i.v. 157-159) - məhkəmə tibbi ekspertizasının 11 mart 2023-cü il tarixli 38 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 bədəni üzərində hər hansı bir xəsarət və xəsarət izi aşkar edilməmişdir. (İ cild, i.v. 162) - məhkəmə tibbi ekspertizasının 11 mart 2023-cü il tarixli 39 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 bədəni üzərində hər hansı bir xəsarət və xəsarət izi aşkar edilməmişdir. (İ cild, i.v. 164) - “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında 22 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə Neftçala rayon prokurorluğuna ünvanladığı ərizəsində xx.xx.2023-cü il tarixdə saxlanılarkən üzərində aşkar edilmiş narkotik vasitənin Neftçala RPŞ-nin PPXB-nin bölük komandiri Şahid1 əmisi oğlu Rəşad Nağıyev tərəfindən çantasına qoyulmasını göstərməsi barədə rayon prokurorluğunda ilkin yoxlama aparılmış və Təqsirləndirilən şəxs1 bədəni üzərində xəsarətin olmamasına dair məhkəmə tibbi ekspertizanın xx.xx.2023-cü il tarixli rəyi, polis əməkdaşlarının izahatları və digər sənədlər əsasında, yəni toplanmış material üzrə adları qeyd edilən şəxslərin əməllərndə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. (İ cild, i.v. 202-210) - “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında 25 mart 2023-cü il tarixli qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Neftçala rayon Məhkəməsindən barəsində həbs qətimkan tədbiri seçilərkən Təqsirləndirilən şəxs2 üz nahiyəsində yaranmış sıyrıq və qaraltının özü yıxılan zaman əmələ gəldiyini bildirməsi barədə daxil olmuş məlumat əsasında Neftaçala rayon prokurorluğunda ilkin yoxlama aparılmış və Təqsirləndirilən şəxs2 bədəni üzərində xəsarətin olmamasına dair məhkəmə tibbi ekspertizanın xx.xx.2023-cü il tarixli rəyi, polis əməkdaşlarının izahatları və digər sənədlər əsasında, yəni toplanmış material üzrə adları qeyd edilən şəxslərin əməllərndə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. (İ cild, i.v. 211-218) -X5 tibbi yoxlamanın 13 mart 2023-cü il tarixli, 291 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. (İİ cild, i.v. 22) -X5 tibbi yoxlamanın 13 mart 2023-cü il tarixli, 292 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. (İİ cild, i.v. 23) - Məhkəmə biloji ekspertizasının 31 mart 2023-cü il tarixli, 18/369 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 götürülmüş marixuana eyni tərkiblidir. (İİ cild, i.v. 24-26) -26 aprel 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat zamanı aşkar edilərək götürülmüş və ekspert tədqiqatından sonra qalıq çəkisi 4743,2 qram qurudulmuş marixuana iş üzrə maddi sübut kimi tanınmış, Neftçala RPŞ-nin maddi sübutların saxlanılması yerinə təhvil verilməsi qərara alınmışdır. (İİ cild, i.v. 27) - "xxxx" ASC-dən daxil olan xx.xx.2023-cü il tarixli 2023/111/3920 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus “4169-7377-0455-4555” saylı kart hesabına xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddətdə 13,640 manat mədaxil 13,638.45 manat məxaric olmuşdur. (İİ cild, i.v. 48-55) - DSMF X16 2 saylı X2 Neftçala rayon Qəbul Şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli məktubda görünür ki, Təqsirləndirilən şəxs1 heç bir növə görə əmək pensiyası, təqaüd və sosial müavinət təyin olunmayıb. (İİ cild, i.v. 57) Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı toplanıb elan edilərək tədqiq edilmiş məhkəmə istintaqı materiallarından, yəni; - Məhkəmənin sorğusuna əsasən Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasından daxil olmuş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixd Bakı İstintaq Təcridxanasına gətirilmiş və ilkin tibbi müayinədən keçirilərk adlarına tibbi kitabça açılmışdır. Təqsirləndirilən şəxs1 ilkin tibbi müayinəsi zamanı sol çiynin ön səthində yumşaq toxumaların əziyi, sol ayağın İ barmağının 2-3 sm ölçüdə tünd bənövşəyi rəngli qançırı müşahidə edilmiş, sonuncu həmin xəsarəti həbs edilən zaman aldığını bildirmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs2 ilkin tibbi müayinəsi zamanı sol gözətrafı nahiyədə 1-2 sm ölçüdə 5 ədəd üzəri qərtməkli yara, döş qəfəsinin sol nahiyyəsinin və sağ əlin yumşaq toxumalarında əzik müşahidə edilmiş, sonuncu həmin xəsarətləri həbs edilən zaman aldığını bildirmişdir. - Məhkəmənin sorğusuna cavab olaraq Neftçala RPŞ-nin xx.xx.2024-cü il tarixli məktubu ilə həmin RPŞ-nin saxlancında maddi sübut kimi saxlanılan 4743,2 qram qurudulmuş marixuana məhkəməyə təqdim edilmiş və məhkəmə iclasında baxış keçirilərkən həmin narkotik vasitələrin qara rəngli sellofan torbalarda ƏN Məhkəmə Ekspertiza Mərkəzinə göndərilməsi müəyyən edilmişdir. Lakin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 və digərlərinin ifadələrində göstərdikləri qara rəngli idman çantaları məhkəməyə təqdim edilməmişdir. - Neftçala RPŞ-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərilərindəki qara rəngli idman çantalarında aşkar olunmuş narkotik vasitə maddi sübut kimi tanınsa da, narkotik vasitənin aşkar olunduğu qara rənli idman çantaları iş üzrə əhəmiyyət kəsb etmədiyindən maddi sübut kimi tanınmamış və cinayət işinə əlavə edilməmişdir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxslərə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, Konvensiyanın 6-cı maddəsini tətbiq edərkən məhkəmələr hüquq pozuntularının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunub-olunmadığını, pozuntunun xarakterini və təqsirli bilinən şəxsə tətbiq edilə bilən cəzanın ağırlığını araşdırmalıdırlar. Həmin qərarda həmçinin göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərini müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: - məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanılarkən üzərilərində narkotik vasitə olmadığını, balıq ovuna gedərkən üzərilərində olan məktəbli çantalarında balıq tutmaq üçün tor və tilovun olduğunu, polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra həmin çantaların dəyişdirilərək içində narkotik vasitə olan çantalarla əvəz edildiyini, narkotik vasitələrin satışı ilə məşğul olmadıqlarını, polis əməkdaşları tərəfindən onlara fiziki təzyiq edilməsini bildirmələri barədə məhkəmə istintaqı zamanı verdikləri ifadələri həqiqətə uyğun deyil, onların müvafiq məzmunlu ifadə vermələri əsassız olaraq törətdikləri cinayət məsuliyyətindən kənarda qalmalarına hesablanmışdır. Təqsirləndirilən şəxslər tərəfindən qeyd edilən ifadələr özlərini müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspertiza rəyləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadələri inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Belə ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaqın ilkin mərhələsindən hazırkı məhkəmə istintaqınadək narkotik vasitələrin onlara aid olmadığını bildirmişlər. Lakin həmin şəxslərin saxlanılmasında iştirak etmiş Neftçala RPŞ-nin əməkdaşları – Şahid4 , Şahid3, Şahid5 və Şahid6 həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı təsdiq etmişlər ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanılarkən hər ikisinin çiynində çanta olmuş, həmin çantanı götürdükdə çantanın içinə baxış keçirməsələr də çantanın içində olan predmetlərin yumşaq olmamasını, bərk halda kütlələr olmasını hiss etmişlər. Həmçinin qeyd etmişlər ki, əgər saxlanılan şəxslərin dedikləri kimi çantalarda tor və qarmaq (tilov) olsaydı həmin premetlər çantalarda hiss olunardı. Lakin çantalarda təqsirləndirilən şəxslərin dedikləri kimi tor və tilov olmamışdır. Bundan əlavə təqsirləndirilən şəxslərin saxlanılmasında iştirak etmiş yuxarıda adları qeyd edilən şəxslər ifadələrində bir daha təsdiq etmişlər ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 post patrul avtomobili ilə Neftçala RPŞ-yə apararkən Təqsirləndirilən şəxs2 onlara “Ağakişinin balaları var onu tutmayın buraxın, mən hər şeyi boynuma alacam” kimi sözlər bildirmişdir. Lakin həmin şəxslərin üzərilərinə və çantalara baxış keçirilərkən onlar narkotik vasitənin özlərinə aid olmadığını bildrimişlər. Bundan əlavə məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 balıq tutmaq üçün gecə saatlarında getdiklərini bildirsələr də məhkəmə istintaqı zamanı şahid qismində dindirlimiş Şahid1 bildirmişdir ki, həmin şəxslər Salyan istiqamətinə gedərkən saxlanılmışlar. Balıq tutmaq üçün gedən şəxslər dəniz istiqamətinə getməli idilər, lakin Azər və Ağakişi tamamilə əks istiqamətə - Salyan rayonu istiqamətində gedəndə saxlanılmışlar. Onlar Salyan istiqamətinə gedirdilər. Öz ailəsi balıqçı olmuş, buna görə də bilir ki, həmin saatlarda balıq ovuna heç kim getmir. Balıq tutmaq üçün “şaqay kanala” getmələrini təqsirləndirlən şəxslərin sonradan bildirməsi ilə bağlı da onu deyə bilər ki, “şaqay kanala” getmək üçün həmin şəxslərin yaşadığı yerdən olan yolla, yəni daha yaxın məsafədən getməlidi idilər, lakin onlar guya gəlib “Bankənin kruqu”ndan fırlanıb gedirmişlər ki, bu çox uzun bir məsafədir, əgər “şaqaya” gedirdilərsə saxlanıldıqları yerdən getmələri məntiqli deyildir. Həmçinin şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, Ağakişi və Azərin hər ikisinin dənizdə “lötkələri” var və onlar dənizə gedib 80-90 mil aralıda balıq tuturlar. Neftçala rayonunda olan heç kim dənizdə balıq tutmağa imkan olduğu halda “şaqay kanala” balıq tutmağa getməz. Heç kim gedib “lapış”, “bobla” tutub vaxtını boşa verməz. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş şəxslər – Şahid1 , Şahid4, Şahid3, Şahid5 və Şahid6 təqsirləndirilən şəxslərin üzərində olan çantalarda hər hansı balıq tutmaq üçün ləvazimat olmadığını bildirmişlər. Bu halı təqsirləndirilən şəxslərin üzərinə şəxsi axtarış keçirilərkən iştirak etmiş hal şahidləri - Fyedor Əliyev, Şahid7, Şahid9 və Murad Mehtiyev də ifadələrində təsdiq etmişlər. Həmçinin adları yuxarıda qeyd edilən hal şahidləri ifadələrində bir daha da bildirmişlər ki, polis şöbəsinə daxil olarkən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birinin çiynində qara rəngli çanta olmuş, həmin şəxslərin iştirakı ilə çantalara baxış keçirilərkən içərisindən birindən 5 ədəd, digərindən 4 ədəd yapışqan lentlə bağlanmış bükümlər aşkar edilmiş, təqsirləndirilən şəxslər isə heç bir hala həmin vaxt etiraz etməmişlər. Bundan əlavə cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs1 istifadəsində olmuş “Samsung Galaxy J3” markalı mobil telefona baxış keçiriilərkən müəyyən edilmişdir ki, sonuncu İran İslam Respublikasına məxsus mobil operatorlara aid müxtəlif nömrələrlə müxtəlif vaxtlarda danışıqlar aparmış, “WhatsApp" ani mesajlaşma proqramı vasitəsi ilə yazışmalar etmişdir. Sonuncu dəfə isə adı mobil telefonunda “Fərhat Murad” kimi qeyd olunan +98-922-961-6739 nömrəli İran İslam Respublikasına məxsus mobil nömrədən Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə saat 20:10-dan xx.xx.2023-cü il tarixdə saat 01:45-dək olan müddət ərzində müxtəlif yazılı və səsli mesajlar göndərilmişdir. Həmin mesajlarda bir nəfər şəxsin yeməkxanada gözləməsi barədə Təqsirləndirilən şəxs1 məlumat verilir və ondan xahiş edilir ki, həmin şəxsi tez yola salsın ki, həmin şəxsin xeyli yolu vardır. Təqsirləndirilən şəxs1 isə həmin şəxsə “10 dəqiqəyə uzağı çıxıram Allah qoysa darıxma” kimi səsli mesaj göndərmişdir. Telefona baxış zamanı şəkillər bölümündə saat 01:48-də “Fərhat Murad”-ın ona “WhatsApp" vasitəsilə zəng etdiyi də görünür. Təqsirləndirilən şəxs1 həmin səsli mesajların ona səhvən göndərildiyini, özünün ona verdiyi cavabın isə səsi göndərən şəxsi yola vermək üçün göndərdiyini bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 üzərinə baxış zamanı üzərində “4169-7377- 0455-4555” nömrəli Kapital Banka məxsus “Birbank” kartının şəkli müəyyən edilmişdir. "xxxx" ASC-dən daxil olan xx.xx.2023-cü il tarixli 2023/111/3920 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus “4169-7377-0455-4555” saylı kart hesabına xx.xx.2022ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddətdə 13,640 manat mədaxil 13,638.45 manat məxaric olmuşdur. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 həmin karta ara-sıra tanımadığı şəxslərin 200-300 manat pul göndərdiyini, həmin pulu özü üçün xərclədiyini, pulu ona niyə göndərdiklərini bilmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı isə Təqsirləndirilən şəxs1 bildirmişdir ki, balıq satışı ilə məşğul olduğundan balıq alan şəxslər onun kartını müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə pul köçürmüşlər. Həmçinin məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 müdafiəçisi bildirmişdir ki, Təqsirləndirilən şəxs2 10 mart 2023-cü il tarixdə saat 11:10-dan saat 12:20-dəək dindirilmiş, həmin tarixdə isə saat 11:15-dən 12:00-dək Təqsirləndirilən şəxs1 iştirakı ilə sonuncunun üzərindən aşakar edilmiş mobil telefona baxış keçrilmişdir. Hər iki protokolda müdafiəçi Seymur Abdullayev iştirak etdiyindən hər iki protokolun sübutlar siyahısından xaric edilməsi barədə müdafiə tərəfi vəsatət versə də məhkəmə tərkibi hesab etmişdir ki, həmin vəsatət əsaslı deyildir. Belə ki, Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində dindirilərkən hər hansı cinayət əməli törətmədiyini qeyd etmiş, ibtidai istintaq orqanı da Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixli ifadəsini sübut kimi qəbul etməmişdir. Sonuncunun üzərində olan mobil telefona baxış keçirilməsi zamanı əldə edilmiş sübutlar müvafiq diskə yazılaraq cinayət işi materiallarına əlavə edilmişdir. Müdafiə tərəfi həmin sübutun əldə edilməsi zamanı müdafiəçinin iştirak etmədiyini bildirib həmin sübutun sübutlar siyahısından xaric edilməsini xahiş etsələr də məhkəmə tərkibi hesab edir ki, cinayət işi materiallarına əlavə edilmiş həmin CD disk məhkəmə iclasında Təqsirləndirilən şəxs1 və onun müdafiəçisinin iştirakı ilə tədqiq edilərək sübut kimi qəbul edilməlidir və həmin sübutun xaric edilməsi ədalətli deyildir. Məhkəmə tərkibi yuxarıd göstərilən şahid ifadələri üzrə qiymətləndirmə apararaq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Salyan rayonu istiqamətində balıq tutmaq üçün getmələrini bildirmələri, çantalarda aşkar edilmiş narkotik vasitələrin onlara aid olmadığı barədə dedikləri işin faktiki hallarına uyğun deyildir, onlar ifadələrində Salyan rayonu istiqamətində balıq tutmaq üçün getmələrini, narkotik vasitələrin onlara aid olmadığını bildirsələr də bu hal şahid ifadələri ilə tamamilə təkzib edilir. Həmin vaxt təqsirləndirilən şəxslərin hər ikisinin çiynində çanta olması da şahid ifadələri ilə öz təsdiqini tapmışdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin sübutlar və sübutetmə barədə müddəalarını nəzərə alaraq təqsirləndirilən şəxslərin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla-yuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələrini inandırıcı hesab etmir, həmin ifadələri (narkotik vasitələrin onlarda olan çantalarda olmaması, Salyan rayonu istiqamətində balıq tutmaq üçün getmələrini, narkotik vasitələrin satışı ilə məşğul olmamalarını bildirmələri hissəsini) özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. -bundan əlavə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərini müdafiə etmək üçün irəli sürdüyü digər dəlilləri - saxlanılarkən polis əməkdaşları tərəfindən onlara qarşı fiziki təzyiqlər edilməsini barədə göstərdikləri ilə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibatidai istintaq zamanı verdiyi bütün ifadələrində narkotik vasitənin onlara aid olmadığını bildirərək özlərini həmin cinayəti törətməkdə təqsirli olmadığını bildirmişlər, bir çox hallarda isə onların iştirakı ilə keçirilən istintaq hərəkətlərinin protokollarına imza etməmişlər. Hazırki məhkəmə iclasında təqsirləndirilən şəxslər polis əməkdaşları tərəfindən onlara qarşı fiziki zor tətbiq edildiyini göstərsələr də təqsirləndirilən şəxslər ifadələrinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınması barədə heç nə bildirməmişlər, onlar ibtidai istintaq zamanı verdikləri ifadələrini məhkəmə istintaqı zamanı da demək olar ki, tam təsdiq etmişlər. Bundan əlavə qeyd edilməlidir ki, təqsirləndirilən şəxslərin fiziki və ya psixi zorakılığa məruz qalmalarına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxslər, onların müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Hazırkı halda təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 fiziki zorakılığa məruz qaldıqlarını bildirsələr də onlardan ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınmasını qeyd etməmişlər, ibtidai istintaq zamanı da məhkəmə istintaqına uyğun ifadələr vermişlər. Beləliklə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qalmaları ilə bağlı irəli sürdükləri dəlilə məhkəmə münasibət bildirərək qeyd edir ki, cinayət işi materialları tədqiq edilərkən müəyyən edilmişdir ki, nə Təqsirləndirilən şəxs1, nə də Azər Mahmdov ibtidai istintaq zamanı özlərinə qarşı ifadə verməmişlər və onlara elan edilmiş ittihamda qeyd edilən narkotik vasitənin onlara aid olmadığını bildirmişlər. Belə olan halda polis əməkdaşları tərəfindən onlara fiziki təzyiq edilməsi halında onlardan hər hansı etirafedici ifadə alınmamış, hər hansı başqa bir sübut əldə edilməmişdir. Həm daxili qanunvericiliyin, həm də beynəlxalq hüquq normalarının tələblərinə görə təqsirləndirilən şəxslər ifadələrinin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə və bu hal sübut olunduqda həmin şəxslərin ifadələri sübut kimi qəbul edilməməlidir. Lakin nə Təqsirləndirilən şəxs1, nə də Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı özlərinə qarşı ifadə verməmişlər və cinayət işi üzrə sübutlar təqsirləndirilən şəxslərə fiziki və ya psixi zorakılıq tətbiq etməklə əldə edilməmişdir. Həmçinin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanılarkən polis əməkdaşlarından yayınmaq istəmişlər və Təqsirləndirilən şəxs1 idarə etdiyi “İJ” markalı motosiklet yol kənarına aşmış və həmin vaxt təqsirləndirilən şəxslər də yıxılmışlar. Həmçinin cinayət işinin materiallarına əlavə edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında 22 mart 2023-cü il və 25 mart 2023-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bədənləri üzərində xəsarətlər olması faktı üzrə toplanmış material üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardan da görünür ki, izahatları alınmış Neftçala RPŞ-nin əməkdaşları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanılarkən motosikletin aşması nəticəsində xəsarət alma ehtimalının olduğunu , həmin şəxslərə hər hansı fiziki və ya psixi təzyiq göstərmədiklərini bildirmişlər. Məhkəmə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 22 mart 2023-cü il və 25 mart 2023-cü il tarixli qərarlarındakı göstərilən xüsusatları, təqsirləndirilən şəxslər saxlanılarkən idarə edilən motosikletin aşması nəticəsində də xəsarət almalarının real olmasını, o cümlədən, hazırki məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxs tərəfindən fiziki zorakılığa məruz qalmalarına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı onların hadisə ilə bağlı təfərrüatlı ifadələr verməyərək ümumi olaraq təzyiqlərə məruz qaldıqlarını göstərmələrini nəzərə alaraq göstərilən xüsusata təqsirləndirilən şəxslər tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. Bu səbəblərdən məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxslərin məhkəməyədək dövrdə özlərinə qarşı ifadələr verməsələr də onlara qarşı fiziki təzyiq edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxslərin tutulduqdan sonra polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalmaları ilə bağlı göstərdiyi xüsusatlar işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, onlardan ifadələrin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsinin “X3rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələrinin yuxarıda qeyd edilən hissələrini müvafiq cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyan ifadə kimi qiymətləndirib sübut kimi nəzərə almır. “X6 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir.Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçiləri ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhlərinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər vermiş və onlara qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişlər. - Bundan əlavə müdafiə tərəfi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı eyni müdafiəçinin təyin edildiyini , bununla da onların müdafiə hüququnun pozlduğunu, eləcə də təqsirləndirilən şəxslərin saxlanılarkən üzərilərində olan çantaların ibtidai istintaq zamanı onlara təqdim edilmədiyini, məhkəmə iclasına da gətirilmədiyini bildirib həmin şəxslərə bəraət verilməsini xahiş etmişdir. Müdafiə tərəfinin qeyd edilən dəlili ilə bağlı məhkəmə tərkibi qeyd edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 10 mart 2023-cü il tarixdə saxlanıldıqdan məhkəmə iclası da daxil olmaqla verdikləri bütün ifadələrində narkotik vasitələrin onlara aid olmadığını bildirmişlər. Belə ki, Təqsirləndirilən şəxs1 balıq tutmağa gedərkən özü ilə götürdüyü iki ədəd çantanın birinin içində tilov və yemək, digərinin içində isə tor olduğunu və həmin çantalardan birini Azərə verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 da verdiyi bütün ifadələrində Təqsirləndirilən şəxs1 ona verdiyi çantaların birində tor, digərində isə tilov olduğunu bildirmişdir. Göründüyü kimi nə Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 əleyhinə, nə də Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 əleyhinə ifadə verməmiş, onların mənafeləri arasında nə ibtidai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı ziddiyyət olmamışdır. Bundan əlavə məhkəmə baxışı iclasında onların hər birinin ayrı-ayrı müdafiəçiləri olmuş, hər biri öz seçimləri ilə seçdikləri müdafiəçilər vasitəsi ilə müdafiə olunmuşlar. Azərbaycan Respublikası CPM-nin 92.3.11-ci maddəsinə əsasən təqsirləndirilən şəxslərin qanuni mənafeləri arasında ziddiyyət mövcuddursa və onlardan birinin müdafiəçisi olduqda müdafiəçinin iştirakı təmin olunmalıdır. Yuxarıda qeyd edildiyi kimi hazırkı halda təqsirləndirilən şəxslər Ağkişi Süleymanov və Təqsirləndirilən şəxs2 mənafeləri arasında hər hansı ziddiyyət olmadığından, məhkəmə iclasında da onların hər ikisi ayr-ayrı müdafiəçilərlə təmin olunduğundan bu hala istinad etməklə təqsirləndirilən şəxslərin müdafiə hüquqlarının pozulması qənaətinə gəlmək əsassızdır. Bundan əlavə müdafiə tərəfinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərilərindəki qara rəngli idman çantalarının təqdim edilməməsi ilə bağlı məhkəmə tərkibi qeyd edir ki, təqsirləndirilən şəxslərə ittiham ona görə elan edilmişdir ki, həmin şəxslər qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə etmiş və daşımışlar. Həmin narkotik vasitənin saxlanıldığı çantanın ibtidai istintaq orqanı tərəfindən maddi sübut kimi tanınmaması və məhkəməyə təqdim edilməməsi də həmin şəxslərin onlara istinad edilən cinayət əməlini törətməmələri nəticəsinə gəlinməsi üçün tutarlı əsas deyildir. İbtidai istintaq mərhələsində yol verilmiş prosessual pozuntuların təqsirləndirilən şəxslərə bəraət verilməsinə əsas olması ilə bağlı müdafiə tərəfinin qeyd edilən dəlillərilə bağlı məhkəmə tərkibi həm cinayət prosessual qanunvericiliyin, həm də İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yanaşmasına istinad etməyi zəruri hesab edir. Cinayət-Prosessual Məcəlləsinin 125.2.7-ci maddəsinə əsasən istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qanunun qeyd olunan normasına əsasən istintaq və ya digər prosessual hərəkətlərin icraatı zamanı yol verilmiş pozuntu o halda kobud pozuntu hesab olunur ki, icraatın sonrakı gedişində onu aradan qaldırmaq və ya həmin pozuntu ilə əldə olunmuş materialın mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmasın. Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, məhkəmə araşdırmasının Konvensiyanın 6-cı maddəsinin ədalətlilik tələbinə uyğun olub-olmadığı müəyyən edilərkən, hər hansı hal və yaxud hadisə ayrı-ayrılıqda əsas götürülməməli, məhkəmə prosesinin ümumilikdə ədalətli olub-olmamasının nəzərdən keçirilməsi zəruridir (məsələn, Fariz Əhmədov Azərbaycana qarşı, № 40321/07, § 53, 14 yanvar 2021-ci il). İstinad edilən işdə şikayətçinin ibtidai istintaq dövründə müdafiəçidən imtina etməsi vəkilin iştirakı olmadan qəbul edilmiş, daha sonra bu halın pozuntu olduğu birinci instansiya məhkəməsinin qərarı ilə təsdiq edilmiş və cinayət işi Azərbaycan Respublikası CPM-nin 303.3.1-ci maddəsinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmışdır. Buna baxmayaraq, müdafiəçidən imtina etdiyindən sonra şikayətçi və digər məhkum arasında aparılmış üzləşmədə əldə edilmiş sübut (ona qarşı verilmiş ifadə) cinayət işinə mahiyyəti üzrə baxılan dövrdə ittihamın təsdiq edilməsi üçün istifadə edilmişdir. Bununla belə, Avropa Məhkəməsi işin bütün hallarını nəzərdən keçirməklə belə nəticəyə gəlmişdir ki, şikayətçinin məhkum edilməsi təkcə pozuntu ilə əldə edilmiş sübutla əsaslanmadığından, onun cinayət əməlinin törədilməsində təqsirliliyi iş üzrə toplanmış sübutların məcmusu, o cümlədən ekspertiza rəyləri, ittihamın əsaslığına dəlalət edən şahid ifadələri və s. ilə təsdiqləndikdən, şikayətdə qaldırılmış məsələ pozuntu hesab edilməməlidir (Fariz Əhmədov, §§ 59-63). Beləliklə müəyyən olunur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı eyni müdafiəçinin təyin edilməsi, bundan əlavə həmin şəxslər saxlanılarkən üzərilərində olmuş və içərisində narkotik vasitə olan çantanın ibtidai istintaq orqanı tərəfindən təqdim edilməməsi Cinayət Prosessual Məcəlləsinin 125.2.7-ci maddəsi baxımından kobud pozuntu sayıla və buna görə təqsirləndirilən şəxslərə bəraət verilməsinə səbəb ola bilməz. Müdafiə tərəfi (təqsirləndirilən şəxslər və onların müdafiəçiləri) təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamı mübahisələndirsələr də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarınında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarınında qeyd olunmuşdur ki, CM-nin 234.2-ci maddəsində qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi anlayışının şərhi CM-in 34.2-ci maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-in 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Cinayət işi üzrə məhkəmə iclasında tədqiq edilən sübutlardan da görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitəni satış məqsədi ilə əldə etmək üçün razılığa gələrək, qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq narkotik vasitəni istintaqa və məhkəməyə məlum olmayan mənbədən qanunsuz olaraq əldə edib, daşımışlar. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə təqsirləndirilən şəxslərin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətmələri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai araşdırma zamanı verdikləri qismən etirafedici izahat və ifadələri ilə yanaşı, məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2, Şahid1, Şahid4, Şahid5, Şahid3 və Şahid6 , Şahid8 , Şahid7 , X9, Şahid9, X10, Şahid12 ifadələri, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə “şəxsi axtarış keçirilməsi haqqında” 10 mart 2023-cü il tarixli protokol, “mobil telefona baxış keçirilməsi haqqında” protokol və həmin məlumatların olduğu CD disk, digər istintaq hərəkəti protokolları, məhkəmə kimyəvi ekspertizasının 11 mart 2023-cü il tarixli, 18/286 və 18/287 nömrəli rəyi, digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış narkotik vasitələr yəni, toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Yuxarıda qeyd edilənlərə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla törətməsi təsdiq olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinə görə məhkum edilməlidirlər. Təqsirləndirilən şəxslərin qeyd olunan əməllərinin cinayət olmasını aradan qaldıran hal, o cümlədən həmin əməllərə görə cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Buna görə də onlar Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddələrin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -məhkumluq haqqında tələbnamədən və Neftçala rayon məhkəməsinin xx.xx.2017ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək barəsində aylıq qazancından dövlət nəfinə on beş faiz məbləğində pul tutulmaqla 10 ay müddətində islah işi cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya haqqında qərarının 2.8-ci bəndinə əsasən cəzadan azad edilmişdir. (İ cild,i.v. 229-230 ; 232-238) - Neftçala rayon İHB-nin Neftçala şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 28 mart 2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 subaydır, ailə tərkibi valideyinləri və qardaşından ibarətdir. Yaşayış yeri üzrə normal səciyyələndirilir. (İ cild, i.v. 197-198) -məhkumluq haqqında tələbnamədən və Neftçala rayon məhkəməsinin 28 iyul 2021-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 02 il, 02 ay 08 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya haqqında qərarına əsasən cəzasının çəkilməmiş hissəsi 1 il azaldılmış, xx.xx.2022-ci il tarixdə cəzasının müddəti başa çatmış, məhkumluğu ödənilməmişdir. (İ cild,i.v. 220-221; 223-228) - Neftçala rayon İHB-nin Neftçala şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 28 mart 2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 evlidir, ailə tərkibi həyat yoldaşı və üç uşağından ibarətdir. Uşaqlarından biri 2019-cü il təvəllüdlü olmaqal az yaşldır. Yaşayış yeri üzrə normal səciyyələndirilir. (İ cild, i.v. 199- 200) Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2, 58.3-cü maddələrini rəhbər tutaraq hazırki iş üzrə törətdikləri cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, törədilməsi halları, ağırlığı və nəticələrini, yaşayış yeri üzrə normal xasiyyətləndirilmələrindən ibarət şəxsiyyətlərini xarakterizə edən halı, Təqsirləndirilən şəxs1 himayəsində azyaşlı uşağının olması ilə bağlı cəzasını yüngülləşdirən halın olduğunu (Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən), Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən, eləcə də sonuncunun və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alıb təyin olunacaq cəzanın islah olunmalarına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyaları həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara, cinayətin törədilməsində iştirak dərəcələrinə əsasən təyin edilməlidir. Buna görə də onlara qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası CM-in 69.3cü maddəsinə, Azərbaycan Respublikası CPM-in 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonunculara təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onların ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduqları 10 mart 2023-cü il tarixdən hesablanmalı və Neftçala Rayon Məhkəməsinin 12 mart 2023-cü il tarixli qərarları ilə barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə-narkoloji ekspertizasının 13 mart 2023-cü il tarixli, 291 və 292 nömrəli rəyləri nəzərə alınaraq Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli, onlar ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdırlar. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 149 (bir yüz qırx doqquz) manat 22 (iyirmi iki) qəpik məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 149 (bir yüz qırx doqquz) manat 22 (iyirmi iki) qəpik məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bərabər məbləğdə tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Neftçala RPŞ-nin maddi sübutların saxlanma kamerasına narkotik vasitələr - ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 4743,20 qram olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, həmçinin “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 52-1, 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 10 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 10 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 149 (bir yüz qırx doqquz) manat 22 (iyirmi iki) qəpik məbləğində pul bərabər məbləğdə tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınaraq Neftçala RPŞ-nin maddi sübutların saxlanma kamerasına saxlanılan ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 4743,20 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar