Məhkəmə qərarları › İş №1(099)-9/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-9/2022

23.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-9/2022 23.05.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Məmmədov Müşfiq Vaqif oğlu (sədrlik edən), Nəbiyev Cəlil Cabbar oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə, Ağayev Elmar Sakit oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, müdafiəçilər, Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3, Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi2 Məmməd oğlu, zərərçəkmiş şəxsin hüquqi varisi X4 iştirakları ilə, xx xxx 1989-cu ildə Saatlı rayonu Krasnoselsk kəndində (hazırda Qara Nuru kəndi) doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işsiz, məhkumluğu olmayan, Saatlı rayonu Qara Nuru kəndində qeydiyyatda olmaqla orada yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs-Əliyev X11 rayonu Qara Nuru kəndində 2020-ci ilin əvvəllərindən başlayaraq qonşusu Şahid1 öz istifadəsində olan “Kamaz” markalı “az **- BF-***” dövlət qeydiyyat nişanlı yük avtomobilini yaşadıqları küçədə yüklü idarə etməsi nəticəsində yolun yararsız hala düşməsi, yaşadıqları evin silkələməsinə görə bildirdiyi irad səbəbindən, 06 mart 2020-ci ildə saat 15 radələrində Saatlı rayonu Qara Nuru kəndinin mərkəzində sonuncunun atası, X5 alkoqollu içkinin təsiri nəticəsində sərxoş halda kütlə içərisində onun ünvanına nalayiq söyüşlər və təhqiramiz ifadələr işlətməsi, daha sonra isə işlətdiyi ifadələrə görə üzr istəməməsi səbəbindən aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisəyə görə qisas alıb onu qəsdən öldürmək qərarına gəlmiş və öz cinayətkar niyyətini həyata keçirmək üçün 07 mart 2020-ci il tarixdə həmin gün əvvəlcədən həmkəndlisi Şahid23 qəssabxanasından gizlincə əldə edərək üstündə gəzdirdiyi mətbəx bıçağı ilə Paşa Qardaşovun öz qohumları və tanışları ilə spirtli içki məclisi təşkil etdiyi Qara Nuru kənd sakini Şahid2 məxsus kafeyə gəlmiş, saat 13 radələrində Paşa Qardaşov siqaret çəkmək üçün kafenin həyətinə çıxdıqda qəflətən ona tərəf qaçmış, kafenin həyətində toplanmış digər şəxslərin hadisənin qarşısını almaq üçün saxlamaq cəhdlərinə baxmayaraq, sonuncunu qəsdən öldürmək məqsədi ilə kafenin qarşısındakı bağçada sağ əlində tutduğu mətbəx bıçağı ilə döş qəfəsinin sol yan hissəsindən bir dəfə vuraraq, ona döş qəfəsinin sol yan səthində, sol qoltuqaltı xətt üzrə 5- 6-cı qabırğa səviyyəsində döş boşluğuna daxil olan, sol ağciyərin orta payını, ürək kisəsini, qabırğaarası arteriya və venanı yaralayan, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bir ədəd yara xəsarəti yetirmiş, Paşa Qardaşov tibbi yardım üçün Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılarkən döş boşluğuna daxil olan yaranın təsirindən baş vermiş kəskin qanitirmə nəticəsində yolda öldüyündən X7 qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, mərhum Paşa ilə yaşadığı Qara nuru kəndində çəpər qonşusudur, aralarında heç bir düşmənçilik və ədavətləri olmamışdır. Yaşadıqları küçə yeni təmir olunmuşdur. Paşa və onun oğlu Tofiq yük maşının sürücüsü işləmiş, Kamaz markalı maşınla mişar daşları daşımışlar. Paşa çox vaxtı Bakı şəhərində olmuşdur. Paşanın oğlu Tofiq mişar daşları ilə dolu yük maşını ilə dəfələrlə yaşadığı küçədən keçdiyindən yol yarasız vəziyyətə düşdüyünə görə hadisədən bir neçə gün əvvəl Tofiqə “imkan varsa ağır yüklü maşınla bizim yoldan keçmə” demişdir. 6 mart 2020-ci il tarixdə saat 15 radələrində kəndin mərkəzində “Rövşən” marketin yanında sərxoş vəziyyətdə olan Paşa ilə rastlaşmış, Paşa ona maşını şəxsən özü onun evinin qarşısında saxlayacağını demişdir. Paşa sərxoş olduğu üçün ona heçnə deməmiş və ondan aralaşarkən Paşa nalayiq sözlə onun varyoxuna söymüş, cavabında ona ayıb olmasını demişir. Daha sonra Paşa ilə icra nümayəndəliyinin yanında rastlaşmış, Paşa onun qadın ailə üzvlərinin ünvanına nalayiq sözlər işlətmişdir. Bu söyüşdən əsəbləşib Paşanı itələmiş və qəzəbli halda evə qayıtmışdır. 7 mart 2020-ci il tarixdə saat 13 radələrində kənddə Akifin işlətdiyi kafeyə gəlmiş, kafenin qarşısında orada yeyib içən Paşanın çölə çıxmağını gözləmişdir. Kafenin sahibi Akif bayıra çıxmış və onunla Paşa ilə aralarında olan mübahisə haqqında söhbət etmişdir. Bir neçə dəyiqə sonra Paşa siqaret çəkmək üçün bayıra çıxmış, Paşaya “sən idin məni söyən” demiş və üzr istəməsini bildirmişdir. Paşa ondan üzr istəməmiş və yenə onun ünvanına nalayiq ifadələr işlətmişdir. Bundan sonra Paşanın üstünə hücum edərək onu qorxutmaq məqsədi ilə kafenin qarşısındakı bağçada bıçaqla sol böyrünə bir dəfə vurmuş, Paşa böyrünü tutub yerə yıxılmışdır. Bundan sonra onu əmisioğlu Şahid14 tutub saxlamış, oradan aralaşdırmış, o isə bıçağı götürərək hadisə yerindən uzaqlaşaraq icra nümayəndəliyinə tərəf getmiş, icra nümayəndəsi Şahid20 orada olduğunu görmüş, Paşanı bıçaqla vurmağı barədə ona məlumat vermiş və onu polis şöbəsinə apararaq təhvil verməyini Famildən xahiş etmiş. Famil də onu maşına mindirərək Saatlı RPŞ-yə aparmışdır. Polis şöbəsində törətdiyi hadisəni könüllü etiraf etmiş, Paşanı vurduğu mətbəx bıçağını polis əməkdaşlarına təqdim etmişdir. Paşa söyüşə görə ondan üzr istəmədiyi üçün onu bıçaqla vurmuşdur. Paşanı öldürmək niyyəti olmamış, bıçağı onun ayağına vurub ancaq qorxutmaq istəmişdir. Əməlindən peşmandır. Təqsirləndirilən şəxs əlavə olaraq ifadəsində göstərmişdir ki, hadisə baş verməmişdən bir neçə saat əvvəl kəndin mərkəzində “Yeni həyat” ticarət mərkəzinin qarşısından keçərkən həmkəndlisi Şahid23 məxsus qəssabxanadan sonuncunun xəbəri olmadan Paşanı cəzalandırmaq üçün qəhvəyi rəngli dəstəyi olan bıçağı götürüb gödəkçəsinin iç cibinə qoymuşdur. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməlini Təqsirləndirilən şəxs törətmişdir. Onun törətdiyi cinayət əməli özünün qismən etirafedici ifadəsi ilə yanaşı, məhkəmə baxışı zamanı dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, tədqiq olunmuş ekspertizanın rəyləri, cinayət işində olan istintaq sənədləri və protokolları, maddi sübutlar və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X9 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onların çəpər qonşusudur. X15 “Holcim” sement zavodunda yük maşını sürücüsü kimi işləmiş, arada evlərinə istirahatə gəlmiş, qalan günlər işlədiyi şirkətə məxsus yataqxanada yaşamışdır. Qardaşı Tofiq də yük maşını sürücüsü işləyir. Baş vermiş hadisədən bir neç gün əvvəl yaşadıqları küçənin yolu yarasız hala düşdüyü və dağıldığı üçün Fariz qardaşı Tofiqə idarə etdiyi “Kamaz” markalı yük maşını ilə küçəyə girməməsini demişdir. Tofiq bu barədə atasına demiş, atası isə özü kəndə gələndə mübahisəyə aydınlıq gətirəcəyini demişdir. 6 mart 2020-ci il tarixdə atası Farizin hərəkəti barədə kənd icra nümayəndəsi Şahid20 danışmış, sonuncu da polisə şikayət etməsini məsləhət etmişdir. Həmin gün axşam saat 11 radələrində atası sərxoş vəziyyətdə evə gəlmiş, atasının üst-başı palçıq olmuşdur. Qardaşı Tofiqdən nə baş verdiyini soruşmuş, qardaşı atası Paşa ilə Farizin arasında icra nümayəndəliyinin qarşısında mübahisələrinin olduğunu demişdir. Səhərisi gün yəni, xx.xx.2020-ci il tarixdə, saat 13 radələrində qonşuları Bəhruz Mirzəyev onlara gələrək, Farizin atası Paşanı bıçaqladığını, onun xəstəxanaya aparıldığını demiş, bundan sonra Bəhruzla xəstəxanaya getmişlər. Xəstəxanada atası rəhmətə getmişdir. Farizilə barışmır, hazırda ondan şikayətçidir, ona ən ağır cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, mərhum Paşa Qardaşov onun doğma atasıdır.Təqsirləndirilən şəxslə çəpər qonşusudur. Hadisəsindən bir neçə gün əvvəl Bakıda olarkən Fariz ona zəng edərək küçəyə yüklü maşınla girməyə icazə verməyəcəyini bildirmiş, Farizdən bunun səbəbini soruşduqda yüklü maşının yolu dağıtdığını bildirmişdir. Bu barədə atasına məlumat vermişdir. 6 mart 2020-ci il tarixdə günorta saatlarında atası Paşa Farizlə kənd icra nümayəndəliyinin yanında görüşmüş, Fariz yüklü maşınla yaşadıqları küçəyə girməməyi, əks halda yolu bağlayacağını demiş, atası yolu bağlamayanın da ünvanına və varyoxuna söymüş, həmin vaxt aralarında mübahisə baş vermiş, Fariz atasını itələyərək yerə yıxmış, atasını qaldıraraq oradan aralaşdırmışdır. Səhərisi gün Bakı şəhərinə getmişdir. 7 mart 2020-ci il tarixdə saat 13 radələrində qohumu Ziyad ona zəng edərək atası Paşanın Fariz tərəfindən bıçaqlanaraq öldürüldüyünü demişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, kənddə kafe işlədir, mərhum Paşa və Farizlə qonşuluqda yaşayırlar. xx.xx.2020-ci il tarixdə saat 12 radələrində işlətdiyi kafeyə gəlmiş, Paşanın orada tanışları-Həsən, Qardaşov, Şahid3, Kamil Abbasquliyev, Şahid8, Şahid9 və Şahid6lə yeyib-içdiklərini görmüşdür. Bundan sonra çölə çıxmış, kafenin qarşısında Farizlə görüşmüş, söhbət əsnasında Fariz hadisədən bir neçə gün əvvəl Paşanın oğlu Tofiqə yol dağıldığı üçün yüklü vəziyyətdə idarə etdiyi «Kamaz»ı küçəyə salmamağını tapşırmış, bunun üstündə Tofiqin atası Paşa ilə aralarında 6 mart 2020-ci il tarixdə kəndin içində mübahisə baş vermiş, Paşa onun varyoxunu nalayiq söyüşlərlə söymüş, buna görə də Paşa ondan üzr istəməlidir. Farizə Paşanın söyüş söyməsinin düzgün olmadığını, buna görə onu danlayacağını və bu mübahisəyə son qoymasını demişdir. Sonra kafeyə keçmiş və Paşaya söyüş işlətməsinin düzgün olmadığını deyərək iradını bildirmişdir. Paşa isə onunla razılaşmamış və naraazı halda çölə çıxmış, Paşanın arxasınca çölə çıxdıqda kənardan Farizin əlində bıçaqla Paşanın üstünə hücum etməsini görüb onların arasına keçmişdir ki, dava-dalaş baş verməsin. Farizi tutub saxlamış, Paşaya isə oradan qaçıb getməyi demiş, Fariz bir neçə dəfə bıçaqla Paşanı vurmaq istəmişdir. Ani vəziyyətdə Fariz onun əlindən çıxmış və kafenin qarşısında Paşanı əlindəki mətbəx bıçağı ilə sol böründən vurduğunu görmüşdür. Fariz Paşaya “adamın var-yoxun söyəndə adamı belə edərlər” demiş, orada olan Farizin əmisioğlu Vüqar Təqsirləndirilən şəxs aralayaraq hadisə yerindən aparmış, bundan sonra Paşanı xəstəxanaya çatdırmışlar. Xəstəxanada Paşa vəfat etmişdir.Sonra eşitmişdir ki, Fariz könüllü olaraq icra nümayəndəliyinə getmiş və polisə təslim olmuşdur. Hadisə vaxtı Paşa sərxoş olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4, Şahid3, X3, Şahid8, Şahid9 və Şahid6 Şahid12 şahid Akif İbrahimovun ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək 7 mart 2020-ci il tarixdə saat 11-12 radələrində sonuncunun işlətdiyi kafedə mərhum Paşa ilə birlikdə yeyib içdiklərini, bir müddət sonra Paşanın içkili vəziyyətdə çölə çıxdığını, bayırda Farizlə mübahisələrinin baş verdiyini, orada olan Akifin Farizi tuturaq Paşanı bıçaqla vurmağa imkan vermədiyini, lakin Farizin qəflətən Akifin əlindən çıxıb Paşaya hücum edərək onun sol böyründən bıçaqla vurub xəsarət yetirdiyini təsdiq etmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 7 mart 2020-ci il tarixdə saat 13 radələrində öz maşını ilə traktor idarə edən sürücüləri sahədən Qara Nuru kəndində yerləşən Mehman adlı şəxsin kafesinə yeməyə apararkən həmkəndlisi Akifin kafesinin qarşısında qışqırıq səsləri eşitmiş, maşından düşüb kafenin həyətinə getmiş, orada Paşa Qardaşovun yaralı vəziyyətdə yerdə uzanmasını, sinəsindən qan gəldiyini görmüşdür. Paşanı təcili xəstəxanaya çatdırmışdır. Paşa xəstəxanada ölmüşdür. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, 06 mart 2020-ci il tarxidə saat 16 radələrində kəndin mərkəzində olarkən Fariz mərhum əmisi Paşa ilə rastlaşaraq onların yaşadığı küçədən idarə etdiyi maşını ilə yüklə keçməməsini tələb edərək yolunun dağılmasını demiş, əks halda isə yolu qazdıracağını bildirmişdir. Mübahisə zamanı əmisi Paşa sabahısı gün həmin küçədən yüklü maşınla keçəcəyini, yolu qazdırmayanın və mane olmayanın da “varyoxuna” söymüş, Fariz də ona maşın küçədən keçərsə yolu qazdırmayanı söymüşdür. Bundan sonra əmisi Paşa ilə Fariz arasında mübahisə yaranmış, orada bir-birilərinin ünvanına “varyox”na söymüşlər, bu zaman Fariz Paşanı itələmiş, Paşa yerə yıxılmışdır. Səhərisi günü, yəni xx.xx.2020-ci il tarixdə saat 14 radələrində kənd sakinlərindən biri ona zəng edərək əmisi Paşanın Fariz tərəfindən bıçaqlanaraq öldürüldüyünü demişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərmişdir ki, 07 mart 2020-ci il tarixdə günortaya yaxın vaxtlarda kənddə Akifin işlətdiyi kafeyə gəlmiş, orada mərhum Paşanın həmkəndliləri ilə yeyib-içdiyini görmüşdür. Biraz sonra kafedən çölə çıxmış, Akifin Farizi tutaraq saxladığını və Paşaya qaçıb getməsini demiş, Paşa bağa tərəf qaçmış, Fariz Akifin əlindən çıxıb Paşaya çatıb kafenin qarşısındakı bağçada ona sağ əlində olan bıçaqla sinəsinin sol tərəfindən bir bıçaq zərbəsi vurmuş, sonra oradan uzaqlaşmış, Paşa sol böyrünü tutaraq kafenin girişi tərəfə getmiş, onun sol böyründən qan axmışdır. Orada olan şəxslər Paşaya kömək edərək onu xəstəxanaya aparmışlar. Sonradan məlum olmuşdur ki, Fariz Paşanı varyox söyüşü üstündə vurmuş, Paşa xəstəxanada ölmüşdür. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid14 ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 16 radələrində icra nümayəndəliyinin binasının yanında mərhum Paşa ilə əmisi oğlu Fariz arasında sözlü mübahisə olmuş, Paşa Farizin varyoxuna söyərək, yolu qazdırmasa Farizin “peysər” çıxacağını söyləmiş, amma Fariz cavab olaraq Paşaya ağzının danışığını bilməsini, söyüş söyməməsini demişdir. Paşa həmin vaxt sərxoş olmuş və oradan uzaqlaşarkən Farizi söymüşdür. 7 mart 2020-ci il tarixdə günortaya yaxın həmkəndlisi Akifin kafesinin yaxınlığında səs-küy eşitmiş, həmin kafeyə tərəf qaçmış, kiçik bağ sahəsində Farizi, mərhum Paşanı, Akifi və digər şəxsləri görmüş, Paşa isə sol böyrünü tutmuşdur. O, dərhal Farizə arxadan yaxınlaşaraq onu qucaqlayıb sıxmış, Farizin sağ əlində bıçaq olmuş, bıçağın üzərində qan ləkələri görmüşdür. Fariz ”burax-burax” deyə qışqıraraq “var-yox söyüşü söyəni belə edərlər” demişdir. Fariz oradan uzaqlaşaraq gedib polisə təslim olmuşdur. Sonra Paşanın xəstəxanada öldüyünü eşitmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid15 ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə axşam vaxtı Farizlə Paşa arasında yoldan yüklü maşının keçməsi üstündə mübahisə olması barədə eşitmişdir. Bu mübahisədən sonra xx.xx.2020-ci il tarixdə səhər 09 radələrində mərhum Paşa onunla görüşmüş və Farizin saxta əlillik pensiyası alması barəsində müxtəlif orqanlara şikayət ərizəsi yazmasını demiş, Paşaya belə bir ərizə yazmayacağını bildirmişdir. Həmin gün Farizlə çayxanada görüşmüş, Farizə mərhum Paşanın onun saxta əlilliklə bağlı pensiya almasına dair şikayət ərizəsi yazdırmaq istədiyini, lakin bunu etməyəcəyini ona demişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid16 da Şahid15 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid17 ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 15 radələrində Paşa və Farizin icra nümayəndəliyinin yaxınlığında söyüşdüklərini görmüş, Paşa sərxoş halda Farizin varyoxunu söymüş, onları sakitləşdirmək istəmiş, bu zaman Paşa onun da ünvanına təhqiramiz ifadələr işlətmişdir. Bu zaman Fariz Paşanın üstünə cumaraq onu itələmiş və Paşa yıxılmışdır. Mübahisənin nə üstündə olduğunu bilməmişdir. xx.xx.2020-ci il tarixdə günorta saat 13 radələrində kənd sakinlərindən hansısa zəng edərək Farizin Paşanı kəndin mərkəzində bıçaqla vurduğunu bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid19 ifadəsində göstərmişdir ki, Fariz doğma oğludur, ailəsi ilə birlikdə onlarda yaşayır. Mərhum Paşa onlarla çəpər qonşusu olmuşdur. Hadisədən bir neçə gün əvvəl oğlu X6 arasında evlərinin qarşısındakı yoldan Tofiqgilin Kamaz markalı maşını yüklü sürməsi barədə mübahisə yaranmışdır. 06 mart 2020-ci ildə saat 18 radələrində Fariz evə gələrək, qonşu Paşa Qardaşovun sərxoş halda Qara Nuru kəndinin mərkəzində camaat içində onunla mübahisə etməsini, üstünə gələrək nalayiq ifadələr işlətməsini, “var-yox” söyüşü söyməsini bildirmiş, Fariz də bundan qəzəblənmişdir. 07 mart 2020-ci il tarixdə saat 13-14 radələrində gəlini ilə diş həkimnə getmiş, bu zaman qohumu Vüqar zəng edərək, Farizin Paşanı bıçaqla vurduğunu demişdir. Bu zaman onlar kəndin mərkəzi küçəsində olmuşlar və Farizin əlində bıçaq olduğunu görmüşdür. Fariz ona uşaqlardan müğayət olmağını tapşırmış və kənd icra nümayəndəsi Şahid20la birgə Saatlı RPŞ-nə gedərək təslim olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Saatlı rayonu Qara Nuru kənd İƏD-si üzrə nümayəndəsi Şahid20 ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə Fariz çəpər qonşusu olan Paşanın yüklü maşınla küçədən keçərək yolu dağıtdığını bildirmişdir. Həmin gün axşam vaxtı Paşa ilə görüşüb ona Farizin küçədən yüklü maşının keçməsindən narazı olduğunu, bundan əlavə küçəyə ağac əkdiklərini, həmin ağacın gələcəkdə onun yük maşınının keçməsinə maneə olacağını bildirmişdir. Məsələni yoluna qoyacağını, buna görə mübahisə etməmələrini ona tapşırmışdır. xx.xx.2020-ci il tarixdə saat 13 radələrində Sabirabad rayonundan kəndə gələrkən, Fariz zəng edərək Paşanın onu nalayiq söyüşlərlə söydüyünü, Paşanın ondan üzr istəmədiyini demiş, o isə Farizə səbrli olmağını, indi kəndə gəlib onunla söhbət edəcəyini, məsələni yoluna qoyacağını söyləmişdir. Təxminən 15 dəqiqə sonra nümayəndəliyinin binasına çatanda Fariz əmisi oğlu İlqar Əliyevin maşını ilə oraya gəlmiş, Fariz maşından düşərək onun əlində iri bıçaq görmüş, Fariz ona Paşanı bıçaqla vurduğunu, onu könüllü təslim olmaq üçün Saatlı RPŞ-nə aparmağı xahiş etmişdir. Onlar birlikdə Saatlı RPŞ-nə gəlmişlər və Fariz əlindəki bıçağı könüllü olaraq polisə təqdim edib Paşanı vurduğunu demişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid21 Şahid20 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid22 ifadəsində göstərmişdir ki, 7 mart 2020-ci il tarixdə saat 12 radələrində əmisi Akifin kafesinin yaxınlığında olarkən sonuncunun Farizi tutub saxladığını, həmin vaxt Farizin əlində bıçağın olduğunu görmüşdür. Daha sonra kimsə «Paşanı vurdu» səslərini eşitmiş, bu zaman Paşanın sol böyrünü tutduğunu görmüşdür. Dərhal bir maşın saxlatdırıb Paşanı xəstəxanaya yola salmışlar. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid23 ifadəsində göstərmişdir ki, Saatlı rayonu Qara Nuru kəndindəki “Yeni Həyat” ticarət mərkəzinin qarşısında qəssabxana işlədir. Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Saatlı RPŞ-yə gələrək könüllü təslim olduğu zaman təqdim etdiyi Paşa Qardaşovu qətlə yetirdiyi bıçağı həqiqətən də qəssabxanada işlətmiş, təxminən mart ayında həmin bıçaq yoxa çıxmışdır.Göstərilən bıçağı Fariz gizlincə götürmüş, həmin bıçağın dəyəri 2 manatdır. Bıçaqla bağlı Təqsirləndirilən şəxs hər hansı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid25 ifadəsində Saatlı rayonu Qara Nuru kəndində “1001 xırdavat” mağazası işlətdiyini, həmin mağazada Şahid26 işlədiyini, Şahid26 isə ifadəsində Təqsirləndirilən şəxs işlədiyi mağazadan bıçaq satmadığını göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Saatlı RPŞ-də məsul növbətçi vəzifəsində işləyən polis əməkdaşı Şahid24 ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 13 radələrində Saatlı RPŞ-nin növbətçi hissəsində xidmətdə olarkən Qara Nuru kənd sakini X16 Qardaşovu bıçaqlaması barədə məlumat daxil olmuşdur. Bıçaqlanma hadisəsi barədə məlumat daxil olduqdan biraz sonra özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs Saatlı rayonu, Qara Nuru kənd icra nümayəndəsi Şahid20la birgə növbətçi hissəyə gələrək, təslim olmağa gəldiyini bildirmiş və Paşanı vurduğu həmin bıçağı təhvil vermişdir. Məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi ekspertin 07 mart 2020-ci il tarixli, 05 №li rəyindən görünür ki, X5 meyitinin müayinəsi zamanı döş qəfəsinin sol yan hissəsində sol qoltuqaltı xətt üzrə 5-6-cı qabırğa səviyyəsində döş boşluğuna daxil olan, sol ağciyərin orta payını, ürək kisəsini, qabırğaarası arteriya və venanı yaralayan bir ədəd yara, yara kanalı boyunca toxumalarda qansızmalar, döş boşluğunda maye və laxtalı qan, daxili orqanların azqanlılığı, ürəyin daxili qişasında ləkəvari qansızma, ağciyərdə ocaqlı qansızmalar, atelektaz və emfizema ocaqları aşkar edilmişdir. Aşkar edilmiş döş qəfəsinin sol yan səthində, sol qoltuqaltı xətt üzrə 5-6-cı qabırğa səviyyəsində döş boşluğuna daxil olan, sol ağciyərin orta payını, ürək kisəsini, qabırğaarası arteriya və venanı yaralayan bir ədəd yara həyatidir, kəsici-deşici alətin- bıçağın təsirindən əmələ gəlmişdir, təqdim olunmuş bıçağın da təsirindən əmələ gələ bilərdi. Əmələ gəlmə müddəti xx.xx.2020-ci il tarixə uyğundur. Dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. P.Şahid1 hadisə vaxtı əynində olmuş paltarlardakı zədələrin lokalizasiyası, bədənində olan xəsarətin lokalizasiyasına uyğundur. Yara kanalının istiqaməti bayırdan içəriyə, soldan sağa, bir qədər yuxarıdan aşağıya düz istiqamətdədir. P.Şahid1 ölümündən az əvvəl spirtli içki və güclü təsiredici maddələr qəbul etməmişdir. P.Şahid1 ölümünə səbəb döş boşluğuna daxil olan yaranın təsirindən baş vermiş kəskin qanitirmə olmuşdur. Ölüm müayinədən 2-3 saat əvvəl baş vermişdir. Məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 10 mart 2020-ci il tarixli 59 №li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs bədəni üzərində sağ mil bilənk oynağının iç səthində, sağ əlin 3-cü barmağının əsas falanqası proyeksiyasında yan səthdə aşkar edilən cəmi iki ədəd səthi kəsilmiş yaralar kəsici səthə malik alətin- bıçağın təsirindən əmələ gəlmiş, əmələ gəlmə müddəti xx.xx.2020-ci il tarixə uyğun gəlir. Sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmədə tədqiq edilmiş məhkəmə-trasoloji ekspertizasının 19 mart 2020-ci il tarixli, 03/107 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçağın tozlandırılması zamanı onun tiyəsinin səthində papilyar naxış izləri aşkar edilmiş, tiyənin səthindəki papilyar naxış izləri yayıldığına, tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər xüsusi əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdır. Bıçağın tiyəsinin səthində əks olunmuş papilyar naxış izləri yararsız olduğundan, Təqsirləndirilən şəxs daktiloxəritəyə köçürülmüş eksperimental əl barmaq və ovuc izlərinin müqayisəli tədqiqatının aparılması mümkün olmamışdır. Məhkəmədə tədqiq edilmiş məhkəmə tibbi-kriminalistik və kriminalistik ekspertizasının 29 mart 2020-ci il tarixli, 130/2020-MKTŞ saylı rəyindən görünür ki, X8 məxsus maykanın ön hissəsinin orta nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar edildi. Bu zədə iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gəlmişdir və bu zədənin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə yetirilməsi istisna olunmur. X8 məxsus maykanın ön hissəsinin orta nahiyəsində bir ədəd məhdud cırılma aşkar olundu. Bu cırılma küt yaranma mexanizmə malikdir, maykanın müvafiq nahiyəsinin hər hansı bir əşyaya ilişib-dartılması nəticəsində yaranmışdır. X8 məxsus köynəyin öndən bağlandığı İİİ, İV, Vİ və Vİİ düymələr yerində yoxdur. Bu düymələrin yerində olmaması ona küt qüvvə tətbiq etməklə, qopub düşməsi ilə izah oluna bilər. X8 məxsus şalvar, gödəkçə, tuman, bir cüt corab və bir cüt ayaqqabı üzərində hər-hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmadı. X8 məxsus paltarların məhkəmə-tibbi bioloji tədqiqatı zamanı üzərində aşkar edilmiş qan ləkələrinin əmələ gəlmə mexanizmini aşağıdakı kimi qiymətləndirmək olar: a) Köynəyin, maykanın, bir cüt corabın hər iki tayının üzərində fasilələrlə yerləşən, şalvarın yuxarı hissəsində qeyri-müəyyən formalı, kənarları və konturları qeyri-düz olan qan ləkələri qan mənbəyi ilə (qanlı səth ilə) statik (hərəkətsiz) və az dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmiş, sonra isə fiziki kapilyarlıq faktoru üzrə səthə hopmuşlar. b) Bir cüt ayaqqabının hər iki tayının üst və alt hissələrində fasilələrlə yerləşən qan ləkələri yaxma xarakterli olub, qan mənbəyi ilə (qanlı səthlə) dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmişdir. c) Şalvarın bütün səthi boyu, əsasən sol ayağının ön və yan hissələrində fasilələrlə yerləşən nisbi-düz və qeyri-düz dairəvi və ovalvari formalı qan ləkələri qan mənbəyindən səthə əsasən hündürlükdən düşən damcılar nəticəsində əmələ gəlmişlər, bəzilərini isə qanın öz ağırlığı ilə aşağıya doğru axıntıları əmələ gətirmişdir. Təqsirləndirilən şəxs məxsus paltarların məhkəmə-tibbi bioloji tədqiqatı zamanı üzərində aşkar edilmiş qan ləkələrinin əmələ gəlmə mexanizmini aşağıdakı kimi qiymətləndirmək olar: a) Gödəkçənin sağ yan cibinin ətrafında fasilələrlə yerləşən nisbidüz və qeyri-düz dairəvi və ovalvari formalı (ölçüləri 0,2x0,6sm-dək) qan ləkələri sıçrantı xarakterlidir, qan mənbəyinə və ya qanlı səthə kinetik enerji impulsu verməklə əmələ gələ bilərdilər. b) Şalvarın sol yan cibinin daxilində, astarında olan qan ləkəsi yaxma xarakterli olub, qan mənbəyi ilə (qanlı səthlə) dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmişdir. Ekspertizaya təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbıx bıçağıdır və soyuq silah hesab olunmur. Məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi-bioloji ekspertinin 26 mart 2020-ci il tarixli, 221/2020-MTBŞ №-li rəyindən görünür ki, zərərçəkmiş X5 ABO sistemi üzrə qan qruppu- Abeta/İİ/, təqsirləndirilən Təqsirləndirilən şəxs təqdim olunan şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən qan qrupu-A/İİ/-dir. Təqdim olunan bir ədəd bıçaq, hadisə yerindən 03 pambıq tampona hopdurulmuş ləkələrdə, P.Qardaşova məxsus köynək, alt mayka, şalvar, trusik, bir cüt corab, bir cüt ayaqqabı, F.Əİiyevə məxsus şalvar və gödəkcə üzərində insan qanı aşkar olunmuşdur. Qan ləkələrində qrup antigenləri və aqqlyutininləri ABO sistemi üzrə təyin olunduqda «A» antigeni, əksər ləkələrdə həmçinin beta aqqlyutinini alındı. Bu qan ləkələri Abeta/İİ/ qruplu şəxsə, o cümlədən P.Şahid1 və ya Təqsirləndirilən şəxs məxsus ola bilər (əgər sonuncuda hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarət olubsa). Təqsirləndirilən şəxs məxsus sviter, kəmər, P.Qardaşova məxsus gödəkcə üzərində qana şübhəli ləkələr aşkar olunmadı. Məhkəmədə tədqiq edilmiş məhkəmə lifli-materialların ekspertizasının 17 aprel 2020ci il tarixli, 6/394 №li rəyindən görünür ki, X10 və Təqsirləndirilən şəxs geyim paltarlarının üzərində kənar lif mikrohissəciləri vardır. Onların rəngi və təbiəti rəyin 1 nömrəli cədvəldə göstərilmişdir. Həmin kənar lif mikrohissəciklərinin arasında Paşa Qardaşovun geyim paltarlarının üzərində Təqsirləndirilən şəxs geyim paltarlarının tərkib liflərindən yoxdur, Təqsirləndirilən şəxs geyim paltarlarının üzərində Paşa Qaraşovun geyim paltarlarının tərkib liflərindən yoxdur. Təqdim edilmiş bir ədəd bıçağın üzərində kənar lif mikrohissəcikləri yoxdur. Məhkəmədə tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 17 aprel 2020-ci il tarixli, 738 №-li saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayəti törətdiyi zaman onda hər hansı psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs cinayəti törətdiyi zaman öz hərəkətlərinə cavab vermək iqtidarında və onlara rəhbərlik etmək qabiliyyətində olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür, halhazırda hər hansi bir psixi xəstəliyin əlamətləri aşkar olunmur, öz hərəkətlərinə cavab vermək və onlara rəhbərlik etmək qabiliyyətinə malikdir. 7 mart 2020-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri Sarıcalar-Səmədkənd avtomobil yolunun Saatlı rayonu Qara Nuru kəndinin mərkəzindən keçən hissəsində - yolun sağ kənarında yerləşən Şahid2 məxsus kafenin həyəti, qanabənzər ləkələr və mərhum Paşa Qardaşova məxsus bir ədəd göy rəngli gödəkçə aşkar edilən yerdir. Qanabənzər ləkələrdən nümunələr və gödəkçə müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. İş materiallarında olan “Alkoqolun qəbulu faktı və sərxoşluq vəziyyətini təsdiq edən 07 mart 2020-ci il tarixli 45 №li tibbi müayinə protokolu”dan görünür ki, Təqsirləndirilən şəxs ayıq olmuş, onda alkoqol qəbulu əlamətləri olmamışdır. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, yuxarıda göstərilənlər təqsirləndirilən şəxslərə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslərin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında işin mahiyyəti üzrə verdiyi ifadələrini (zərərçəkmiş şəxsi öldürmək niyyətində olmaması, bıçaqla ayağından vurmaq istəməsi və məqsədi onu cəzalandırmaq olmasına dair hallar istisna olunmaqla) sübut kimi qəbul edir. Lakin toplanmış sübutlar, cinayət işinin halları o cümlədən hadisədən bir gün əvvəl mərhum Paşa Qardaşovun sərxoş vəziyyətdə kəndin mərkəzində camaat arasında onun varyoxunun, yəni arvadının, anasının və özünün ünvanına nalayiq sözlər işlədərək daha da qəzəbləndirməsi, Təqsirləndirilən şəxs də buna qarşılıq verərək Paşa Qardaşovu itələyib yerə yıxması, Təqsirləndirilən şəxs özünü alçalmış hesab edərək ağır söyüşləri qəbul etməyib Paşa Qardaşovu öldürmək qərarına gələrək 7 mart 2020-ci il tarixdə tanışı Şahid23 qəssəbxanasından mətbəx bıçağını əldə edib Paşanın yeyib içdiyi kafeyə gəlib onun bayıra çıxmasını gözləməsi, Paşa Qardaşov bayıra çıxdığını görüb bıçaqla onu qorxutmaq üçün ayağına deyil, həyat üçün təhlükəli olan ürəyinə yaxın döş qəfəsinin sol yan hissəsinə bıçaqla vurması, hadisəni törətdikdən sonra “varyox söyüşü söyəni belə edərlər” deməsi bir daha onu göstərir ki, Təqsirləndirilən şəxs hərəkətləri və qəsdi Paşa Qardaşovu qəsdən öldürməyə yönəlmişdir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi qəsdən öldürmək niyyətində olmaması dair ifadələrini məsuliyyətini yüngülləşdirmək məqsədi ilə özünümüdafiə kimi qiymətləndirir. Məhkəmə cinayət qanunvericiliyinin müddəalarını, habelə məhkəmədə tədqiq olunmuş sübutlara, o cümlədən zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin, eləcə də təqsirləndirilən şəxsin ifadələri, ekspert rəyləri, maddi sübutlar məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənədlərə və iş materiallarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Sahid oğlunun niyyəti zərərçəkmiş şəxs Paşa Qardaşovu qəsdən öldürmək olmuşdur. Təqsirləndirilən şəxsin əməlində onun təqsiriliyini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 №-li qərarının 21-ci bəndində göstərilir ki, qəsdən adam öldürməyə görə cəza təyin edilərkən cinayətin baş verməsinin bütün halları, qəsdin növü, motivi və məqsədi, üsulu, edilmə mərhələsi və şəraiti, həmçinin təqsirkarın şəxsiyyəti, törətdiyi əmələ münasibəti, cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar nəzərə alınmalıdır. Eyni zamanda zərərçəkmişin şəxsiyyətinə aid məlumatlar, onun təqsirkarla qarşılıqlı münasibəti, həmçinin hadisəyə qədərki davranışı təhqiq olunmalıdır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmiş, onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin qeyd olunan əməlinin cinayət olmasını aradan qaldıran hal, o cümlədən həmin əmələ görə cinayət məsuliyyətindən azad etmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). İş materiallarında olan şəxsiyyət vəsiqələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 26- mart 2013-cü il təvəllüdlü Ariz adında azyaşlı oğul və 20 noyabr 2011-ci il təvəllüdlü Gülnarə adında azyaşlı qız övldaları vardır. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan 7 mart 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq Saatlı RPŞ-yə gələrək həmkəndlisi X8 bıçaq xəsarəti yetirdiyi bildirmiş və cinayətin aləti –açıq qəhvəyi rəngli dəstəyi olan bıçağı təqdim etmişdir. Məhkəmə, CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını, CM-nin 59.1.10-cu maddəsinə əsasən könüllü gəlib təqsirini boynuna almasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirillən şəxs Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinə əsasən, həmin Məcəllənin 59.1.8 və 59.1.10-59.1.13-cu maddələrində göstərilən cəzanı yüngülləşdirən hallar olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Qanunverici CM-nin 60-cı maddəsinin tətbiqi üçün həmin Məcəllənin 59.1.8, 59.1.10 - 59.1.13-cü maddələrində nəzərdə tutulan halların mütləq qaydada məcmu halında mövcud olmasını şərtləndirmir, təqsirin formasından, cinayətin xarakterindən asılı olaraq bu maddələrdə nəzərdə tutulan halların müstəqil olaraq tətbiqini də mümkün edir. Ona görə də, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddəti 14 ilin dörddə üçündən, yəni 10 il 6 aydan artıq ola bilməz. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsində nəzərdə tutulmuş törətdiyi cinayət xüsusilə ağır cinayətlər katerqoriyasına aiddir, həmin maddənin sanksiyasında 9 ildən 14 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Bu cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, insanların həyat və sağlamlığı təhlükə altına alınır, onlara qəsd olunur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsində müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. 7 mart 2020-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün CM-nin 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, 9 mart 2020-ci il tarixdə CM-nin 120.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Saatlı Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin əvvəli onun faktiki azadlığı məhdudlaşdırıldığı vaxtdan - tutulduğu 7 mart 2020-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınan və hazırda Saatlı rayon prokurorluğunda saxlanılan hadisə yerindən götürülmüş qanabənzər ləkələrdən olan nümunələr, Paşa Qardaşova məxsus bir ədəd göy rəngli gödəkcə, uzunqol düyməli köynək, ağ rəngli mayka, tünd qara rəngli cins şalvar, bir ədəd kəmər, damalı naxışları olan tuman, bir cüt qara rəngli corab, bir cüt qara rəngli ayaqqabı və Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi açıq qəhvəyi rəngli dəstəyi olan bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş gödəkcə, qara rəngli jaket, bir ədəd göy rəngli cins şalvar və qara rəngli kəmər onun yaxın qohumlarına qaytarılmalıdır. İş üzrə ekspertiza xərci 169 manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təyin edilmiş cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin və cəzaçəkmə müddətinin başlanğıcı 07 mart 2020-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Saatlı rayon prokurorluğunda saxlanılan qana bənzər ləkə nümunələri, mərhum X8 məxsus bir ədəd göy rəngli gödəkçə, köynək, mayka, şalvar, bel kəməri, alt tumanı, bir cüt corab, bir cüt ayaqqabılar, cinayətin aləti olan bir ədəd bıçaq məhv edilsin, Təqsirləndirilən şəxs məxsus gödəkcə, jaket, cins şalvar, bel kəməri onun ailəsinə verilsin. Ekspertiza xərci 169 manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökm elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar