Məhkəmə qərarları › İş №1(099)-9/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-9/2023

30.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-9/2023 30.01.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Hüseynov Nahid Nəsir oğlu (sədrlik edən), Quliyev Nizami Fərzi oğlu və Musayev Aqil Əlisa oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi- Əmirli Hüseyn Şakir oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X4 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət X8 prokuroru, baş ədliyyə müşaviri X10, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs4 və onun müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi4 iştirakları ilə, xx xxxxxx 1992-ci ildə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 234.4.3-cü maddəsi ilə, xx xxxxxxxx 1992-ci ildə Ağcabədi şəhərində, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, hazırda Ağcabədi şəhəri, Ağcabədi şəhəri, R.Tağıyev küçəsi 49 saylı evdə yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə, xx xxxxxx 1992-ci ildə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Ağcabədi şəhəri, S.Vurğun küçəsi təzə məhlədə qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 234.4.3-cü maddələri ilə, xx.xx.2000-ci ildə Ağcabədi rayonu, Pərioğlular kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, məhkumluğu olmayan, Ağcabədi rayonu, Pirioğlular kəndində qeydiyyatda olmaqla, Ağcabədi şəhəri, X.Şuşinski küçəsi ev 27-də yaşamış barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs3 tanışı Təqsirləndirilən şəxs4 ilə birlikdə tamah niyyəti ilə özgə əmlakını ələ keçirmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2021ci ildə saat 03 radələrində Ağcabədi şəhəri, N.Abdullayev küçəsi 99-da yerləşən Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evinin qarşısına gedərək əvvəldən aralarında aparılmış vəzifə bölgüsünə əsasən o, küçədə dayanıb ətrafa nəzarət etmiş, Təqsirləndirilən şəxs4 isə Zərərçəkmiş şəxs2 saxlanc yeri hesab olunan, yeni inşa edilmiş fərdi yaşayış evinin həyətinə hasardan keçərək qanunsuz daxil olmuş, bundan sonra həyətdə olan yaşayış evinə qapıdan daxil olaraq evə giriş qapısının qarşısında qoyulmuş bir qutusunun satış qiyməti 41.50 manat təşkil edən, hər qutuda 100 metr olmaqla 4 ədəd qutuda 2,5 mm ölçülü, bir qutusunun satış qiyməti 41.66 manat təşkil edən, hər qutuda 100 metr olmaqla 3 ədəd qutuda 4 mm ölçülü və bir qutusunun satış qiyməti 50 manat təşkil edən, hər qutuda 100 metr olmaqla 6 ədəd qutuda 6 mm ölçülü, cəmi 13 ədəd qutuda 1300 metr uzunluğunda 590.98 manat dəyərində elektrik naqillərini götürüb evdən çıxarmış, bundan sonra o, həmin naqilləri oradan birlikdə aparmaqla oğurlayıb, Zərərçəkmiş şəxs2 cəmi 590.98 manat məbləğində maddi ziyan vurub qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olaraq özgə əmlakını gizli olaraq talamışlar. Həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs4 təkrarən tamah niyyəti ilə özgə əmlakını ələ keçirmək məqsədilə 12 oktyabr 2021-ci il tarixdə, təxminən saat 13:00 radələrində X2 qaldığı, yaşayış sahəsi hesab edilən Ağcabədi şəhəri, Kamil Nəsibov küçəsində yerləşən fərdi yaşayış evinə mətbəxin pəncərə şüşəsini çıxardıb, oradan evə qanunsuz daxil olaraq, evdən Ülviyyə Budaqovaya məxsus bir ədəd 583 əyarlı 2 qram çəkidə 160 manat dəyərində qızıl üzüyü, bir ədəd 583 əyarlı 3 qram çəkidə 240 manat dəyərində qızıl klonu, bir ədəd 583 əyarlı 2 qram çəkidə 180 manat dəyərində qızıl sırğanı, dörd ədəd 583 əyarlı cəmi 6 qram çəkidə 300 manat dəyərində qızıl dişləri, bir ədəd 354 əyarlı 3 qram çəkidə 10 manat dəyərində gümüş üzüyü, bir ədəd 50 manat dəyərində “Samsung J1” markalı mobil telefonu, bir ədəd 15 manat dəyərində səs aparatını (yaddaş kart oxuducunu), bir ədəd 4 manat dəyərində qulaqcığı, bir ədəd 5 manat dəyərində telefon adapterini, bir ədəd 12 manat dəyərində qadın ətrini, bir ədəd 30 manat dəyərində “Rolex” markalı kişi qol saatını və 145 manat məbləğində nağd pulu oğurlayıb, zərərçəkmiş Ülviyyə Budaqovaya ümumilikdə 1151 manat məbləğində maddi ziyan vurub yaşayış sahəsinə qanunsuz daxil olaraq təkrarən özgə əmlakını gizli olaraq talamışdır. Bundan başqa Təqsirləndirilən şəxs3 təkrarən tanışı Təqsirləndirilən şəxs4la birlikdə tamah niyyəti ilə özgə əmlakını ələ keçirmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2021-ci il tarixdə, saat 02 radələrində ünvan 2 ünvanda yerləşən Zərərçəkmiş şəxs4 məxsus fərdi yaşayış evinin qarşısına gedərək, əvvəldən aralarında aparılmış vəzifə bölgüsünə əsasən o, küçədə dayanıb ətrafa nəzarət etmiş, Təqsirləndirilən şəxs4 isə hasardan keçərək Zərərçəkmiş şəxs4 həyətində saxlanc yeri hesab edilən, yeni inşa olunan iki mərtəbəli fərdi yaşayış evinə qanunsuz daxil olub evin otaqlarından hər bir metri 1,10 manat dəyərində olan qoşa xəttli içərisi mis materialdan olan 312 metr uzunluğunda elektrik naqillərini kəsib götürərək evdən çıxarmış, bundan sonra o, həmin naqilləri oradan birlikdə aparmaqla oğurlayıb, Zərərçəkmiş şəxs4 cəmi 343.20 manat məbləğində maddi ziyan qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olaraq təkrarən özgə əmlakını gizli olaraq talamışlar. Təqsirləndirilən şəxs1 külli miqdarda, yəni 3,166 qram çəkidə narkotik vasitə olan heroini (bundan sonra - heroin) və şəxsi istehlak miqdarından artıq miqdarda 0,555 qram çəkidə psixotrop maddə olan metamfetamini (bundan sonra - metamfetamin) qəsdən satış məqsədi və tamah niyyəti ilə istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə edib saxlayaraq daşımış, 22 oktyabr 2021-ci il tarixdə, saat 11 radələrində Ağcabədi şəhər sakini olan tanışı Təqsirləndirilən şəxs2 məxsus Ağcabədi şəhərində yerləşən avtomobil təmiri sexində olduğu zaman Təqsirləndirilən şəxs2 satış məqsədi və tamah niyyəti ilə ondan ucuz qiymətə narkotik vasitə əldə edib, baha qiymətə satmaq üçün sexdə onunla danışıb ondan narkotik vasitə almaq istədiyini bildirmiş, aralarında olan razılaşmaya əsasən o, Təqsirləndirilən şəxs2lə 22 oktyabr 2021-ci il tarixdə, saat 12:00 radələrində taksi fəliyyəti ilə məşğul olan Ağcabədi şəhər sakini Şahid1 ilə birlikdə sonuncuya məxsus VAZ-2107 markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomaşınla Ağcabədi şəhəri, H.Əliyev prospekti 70 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısına getmiş, o, avtomaşından düşüb yaşadığı evə gedərək gizlətdiyi yerdən götürüb üzərində gətirdiyi bir ədəd sellofan kəsiyi bükümündə 3,166 qram çəkidə heroini və 0,555 qram çəkidə metamfetamini Təqsirləndirilən şəxs2 90 manat borc pulunun müqabilində satmış, bundan sonra Təqsirləndirilən şəxs2 özünə məxsus sexə qayıtmış, tanışı Təqsirləndirilən şəxs3 ilə aralarında olan razılaşmaya əsasən həmin tarixdə, saat 19:00 radələrində onunla birlikdə sexdən çıxıb sonuncunun yaşadığı Ağcabədi şəhəri, B.Sərdarov küçəsində yerləşən fərdi yaşayış evinə gedib orada satış məqsədi və tamah niyyəti ilə əldə edib üzərində daşıyaraq saxladığı külli miqdarda 3,166 qram çəkidə heroini və şəxsi istehlak miqdarından artıq miqdarda 0,555 qram çəkidə metamfetamini 120 manat pul müqabilində Təqsirləndirilən şəxs3 satmış, bundan sonra Təqsirləndirilən şəxs3 da satış məqsədi və tamah niyyəti ilə əldə etdiyi həmin kütləni iki hissəyə bölərək, heroini kağız və şəffaf sellofan kəsiyinə, metamfetamini isə siqaretin gümüşü kağızına büküb bir hissəsini plastik qabda, bir hissəsini isə sellofan kəsiyində «WEST» markalı siqaret qutusuna qoyub üzərində daşımaqla saxlamış, 23 oktyabr 2021-ci il tarixdə, saat 14:30 radələrində Ağcabədi rayon Polis Şöbəsinin (bundan sonra- Ağcabədi RPŞ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs3 Ağcabədi şəhəri, B.Sərdarov küçəsində yerləşən fərdi yaşayış evinin qarşısında saxlanılaraq Ağcabədi RPŞ-nin inzibati binasına gətirilmiş, həmin gün saat 15:05 dəqiqədə üzərində şəxsi axtarış aparılan zaman, əynində olan şalvarın sol yan cibindən bir ədəd «WEST» markalı siqaret qutusunun içindən plastik qabda bir ədəd kağız bükümdə 0,066 qram və həmin siqaret qutusunun içindən bir ədəd sellofan kəsiyi bükümündə 3,100 qram, cəmi 3,166 qram çəkidə heroin, həmçinin «WEST» markalı siqaret qutusunun içərisindən 2 ədəd siqaretin gümüşü kağızına bükülmüş halda ayrı-ayrılıqda 0,277 qram və 0,278 qram, cəmi 0,555 qram çəkidə metamfetamin, həmçinin bir ədəd «Yingjie» markalı elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs3 təkrarən tamah niyyəti ilə özgə əmlakını ələ keçirmək məqsədilə 20 oktyabr 2021-ci il tarixdə, təxminən saat 22:00 radələrində Zərərçəkmiş şəxs1 məxsus yaşayış sahəsi hesab edilən ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə mətbəxin pəncərəsindən qanunsuz daxil olaraq, evin otaqlarından bir ədədinin qiyməti 80 manat olan beş ədəd Türkiyə Respublikası istehsalı örtük (maxrovu odeyal), bir ədəd qiyməti 400 manat olan Türkiyə Respublikası istehsalı 2,5x3 metr ölçüdə yun xalça, bir ədəd qiyməti 300 manat olan Türkiyə Respublikası istehsalı 2,5x3 metr ölçüdə kaşmir xalça, bir dəst qiyməti 60 manat olan Türkiyə Respublikası istehsalı dəsmalı, bir ədəd qiyməti 100 manat olan Türkiyə Respublikası istehsalı 2,5x3 metr ölçüdə pərdəni və bir ədəd qiyməti 70 manat olan namaz qılmaq üçün 1x1,5 metr ölçüdə toxunma saçaqlı kilimi oğurlayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 1330 manat məbləğində maddi ziyan vurmaqla yaşayış sahəsinə qanunsuz daxil olaraq təkrarən özgə əmlakını gizli olaraq talamışdır. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittiham üzrə özünü qismən yəni, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir müddətdir ki, narkotik vasitə istifadəçisi olmuş, lakin hər hansı oğurluq əməli törətməmişdir. 23 oktyabr 2021-ci il tarixdə evində olarkən polis əməkdaşları onun həyətinə gəlmiş, həmin vaxt həyət qapısını açarkən sağ əlində - ovucunun içində iki bükümdə “şüşə” yəni metamfetamin, iki bükümdə isə təxminən 4 qrama yaxın heroin olmuşdur. Həmçinin aşkar edilmiş elektron tərəzi də ona məxsus olmuşdur. Buna görə də onu Ağcabədi RPŞ-yə aparmışlar, orada ondan narkotik vasitələri kimdən alması barədə soruşulmuş, o, isə həmin kütləni Bakı şəhərindən tanımadığı şəxsdən aldığını bildirmiş, lakin polis əməkdaşları onu döyüb incidərək narkotik vasitə aldığı şəxsin adını deməsini ondan tələb etmiş, o, da narkotik vasitəni Təqsirləndirilən şəxs2 120 manata aldığını demişdir. Əslində isə Təqsirləndirilən şəxs2 narkotik vasitə almamış, sadəcə onu tanıdığı üçün sonuncunun adını polis əməkdaşlarına demişdir. Polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra onun tərəfindən oğurluq edilməsi barədə də bildirilmiş, lakin o, hər hansı yerdən oğurluq etməmiş, Təqsirləndirilən şəxs4la oğurluqla bağlı əlaqəsi olmamışdır. O, Saday və Şirinlə sonuncunun sexində birlikdə narkotik vasitə istifadə etmişlər. Polis əməkdaşları tərəfindən ona qarşı fiziki zor tətbiq edilməsi barədə məhkəməyədək hər hansı şikayəti olmamışdır. Üzərində heroin və metamfetamin olsa da, həmin vasitələri şəxsi istifadəsi üçün saxlamış, həmçinin istifadə etmək üçün narkotik vasitə alanda həmin kütlələri çəkmək üçün elektron tərəzi də almış, lakin hər hansı şəxsə narkotik vasitə və psixotrop maddə satmamışdır. Cinayət işi materiallarından görünür ki, Azərbaycan Respublikası CPM-nin 327.1.3cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs3 ibtidai araşdırma zamanı müvafiq olaraq 23 və 25 oktyabr 2021-ci il tarixlərdə videoçəkilişdən istifadə edilməklə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində özünü, məhkəmə istintaqında qeyd etdiyindən fərqli olaraq ona qarşı irəli sürülmüş ittiham üzrə, yəni Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə tam təqsirli bilmiş və göstərmişdir ki, təxminən 3 il əvvəldən başlayaraq narkotik vasitə heroin və psixotrop maddə olan şüşədən (metamfetamin) istifadə etmiş, Təqsirləndirilən şəxs2 uşaq vaxtlarından tanımaqla dostluq münasibətləri olmuş, Təqsirləndirilən şəxs1 isə təxminən 3 (üç) ilə yaxın müddətdə tanımışdır. 2021-ci ilin oktyabr ayının ilk günlərində o, Niftalıya söhbət zamanı işə gedən zaman Ağcabədi şəhəri, N.Abdullayev küçəsində yeni tikilməkdə olan yaşayış evi gördüyünü, evin elektrik naqillərini oğurlamağın mümkün olduğunu demiş, Niftalı onunla razılaşdığı üçün həmin evdən elektrik naqillərini oğurlamaq qərarına gəlmişlər. 06 oktyabr 2021-ci il tarixdə gecə saat 02 radələrində Niftalının yaşadığı evə getmiş, Niftalı evdən boş un kisəsi götürdükdən sonra birlikdə oğurluq edəcəkləri yerə - sonradan adını bildiyi Zərərçəkmiş şəxs2 məxsus yeni tikilməkdə olan evin qarşısına gəlmişlər. Əvvəldən razılaşdıqları kimi Niftalı hasardan keçib həyətə daxil olmuş, özü isə küçədə dayanıb ətrafa nəzarət etməyə başlamış, bir qədər sonra Niftalı həyət qapısını içəridən açıb əlində olan kisəyə içərisində mis naqillər olan qutular yığıb küçəyə çıxmış, birlikdə Niftalının yaşadığı evin həyətinə gəldikdən sonra, Niftalı oğurladığı cəmi 13 ədəd qutuda olan mis naqilləri yandırmağa başlamış, özü isə həmin vaxt çıxıb evlərinə getmişdir. 06 oktyabr 2021-ci il tarixdə saat 11 radələrində Niftalının yaşadığı evin qarşısına getmiş, orada Niftalı ilə görüşdükdən sonra birlikdə misi götürüb satmaq üçün Ağcabədi şəhərində yerləşən dəmir qəbulu sexinə aparıb satdıqdan sonra Niftalı ona 75 manat pul vermişdir. Bundan əlavə 15 oktyabr 2021-ci il tarixdə saat 01 radələrində yenidən Niftalı ilə yaşadığı evin həyətində görüşmüş, Niftalıya şəhərin D.Bünyadzadə küçəsindən işi ilə bağlı keçən zaman yeni tikilən iki mərtəbəli ev gördüyünü və evdən naqilləri oğurlaya biləcəklərini demiş, Niftalı birlikdə oğurluq etməyə razılıq vermiş, oğurluq zamanı onun küçədə dayanıb ətrafa nəzarət etməsi, Niftalının isə evə girib naqilləri kəsib götürməsi barədə razılığa gəlmiş, buna görə də sonradan adını bildiyi Zərərçəkmiş şəxs4 evinin qarşısına gəlmiş, razılaşdıqları kimi o, ətrafa nəzarət etmək məqsədi ilə küçədə qalmış, Niftalı isə hasardan aşıb həyətə daxil olmuş, təxminən 30-40 dəqiqə keçəndən sonra Niftalı əlindəki kisə ilə hasarın üzərinə qalxmış və hasardan içərisinə naqillər yığılmış kisəni keçirib ona vermiş və Niftalı hasardan aşıb küçəyə çıxmışdır. Sonra Niftalının evinə gəlib həyətində ocaq qalayıb misi götürmək üçün naqilləri yandırmış, həmin gün saat 11 radələrində Niftalı ilə yenidən görüşüb gecədən yandırdıqları naqillərdən çıxan misi un kisəsinə yığıb Niftalı ilə birlikdə satmaq üçün Ağcabədi şəhərində yerləşən Talehin metal qəbulu məntəqəsinə aparmış, Niftalı ilə taksidən düşüb sürücüyə gözləməsini demiş, küçədə məntəqənin qarşısında dayandığı vaxtda Niftalı misi aparıb Talehə satmışdır. Niftalı Talehdən 255 manat məbləğində pul almış, həmin puldan gətirib taksi sürücüsünə 5 manat ödəmiş, qalan pulu isə onunla hər birinə 125 manat olmaqla bölmüşlər. Bundan başqa ünvan 3 evin sahibi Zərərçəkmiş şəxs1 əvvəldən tanımış, onunla heç bir münasibəti, ədavəti və ya düşmənçiliyi olmamışdır. Onun atası Telmanın evi də həmin küçədə yerləşmiş, evlər arasında təxminən 10-15 ev olmuş, hər dəfə atası evinə küçə ilə piyada gedib-gələrkən Adilənin evində yaşayış olmadığını görmüş, Adilənin Ağcabədi şəhərində digər evində yaşadığını eşitmiş, 2021-ci ilin oktyabr ayında onun pula ehtiyacı yaranmış, pul tapa bilmədiyinə görə oğurluq etmək qərarına gəlmiş, 20 oktyabr 2021-ci il tarixdə axşam saat 22 radələrində Adilənin evinin qarşısına gəlmiş, evin həyət darvazası və qapısını yoxlayıb bağlı olduğunu görmüş, eyni zamanda evin işıqlarının da yanmadığını görüb yaşayış olmadığına bir daha əmin olmuş, hasardan aşaraq evin həyətinə daxil olmuş, evin mətbəxindəki pəncərənin açıq olduğundan həmin pəncərəni əli ilə itələyib tam açaraq oradan rahat evə daxil olmuş, həmin vaxt yataq otağından döşəmədə qoyulmuş döşəklərin üstündən iki ədəd yaşıl rəngdə örtüyü, baş tərəfdə yerləşən yataq otağından çarpayının üstünə sərilən örtüyü, həmin otaqdan dolabın içərisindən təzə iki ədəd örtüyü, bir dəst mavi rəngdə dəsmalı, evin digər yataq otağından giriş qapısının arxasından iki ədəd xalçanı və həmin otaqda diqqətini cəlb edən pəncərənin üzərinə asılan mavi rəngdə pərdəni açıb götürmüş, oğurladığı iki ədəd xalçanı, torbaya yığdığı beş ədəd örtüyü, bir dəst dəsmalı, bir ədəd pərdəni mətbəxin pəncərisindən həyətə çıxarmış və aparıb həyətin hasarının yanına yığmış, daha sonra hasarın üstündən küçəyə atmış, daha sonra özü hasarı aşıb küçəyə çıxaraq əşyaları hasarın dibinə yığdıqdan sonra avtomobil yoluna çıxmış, yoldan keçən tanımadığı taksinin sürücüsünü saxladıb oğurladıqları əşyaları taksi ilə evinə aparmış, evin zirzəmisində gizlətdikdən sonra evə daxil olmuşdur. Növbəti gün oğurladığı əşyaları Ağcabədi şəhərində yerləşən bazara aparıb ümumilikdə 150 manata satmışdır. Adilənin evindən oğurluğu tək etmişdir. Təqsirləndirilən şəxs3 ifadəsinin davamında göstərmişdir ki, o, Saday və Şirin hər üçü bir yerdə təxminən 10-15 dəfə, ayrı-ayrı vaxtlarda narkotik vasitə heroin və psixotrop maddə şüşə adlanan metamfetamin qəbul etmiş, xx.xx.2021-ci il tarixdə təxminən saat 08:30 radələrində Şirinə zəng edərək birlikdə xəngəl yemək üçün getməyi, Sadayı da gətirməyi təklif etmiş, həmçinin Sadaya da zəng edib bu barədə demiş, Xəqani adlı şəxsin idarə etdiyi VAZ-2107 markalı avtomobillə əvvəl Sadayı daha sonra isə Şirini götürüb Ağcabədi şəhərində xəstəxananın yaxınlığında yerləşən “Qaradolaq” kafesinə getmiş, həmin kafedə oturub xəngəl yemişlər. Çay içəndən sonra Şirinin təklifi ilə sonuncunun işlədiyi Ağcabədi şəhəri, S.Vurğun küçəsində yerləşən avto təmir sexinə getmiş, sexdə Saday üzərində olan “kakos” deyə tanıdığı bir büküm halında heroini birlikdə qəbul etmələri üçün çıxarmış, hər biri narkotik vasitə olan heroindən qəbul etmişlər. Onlar heroini qəbul edəndən bir qədər sonra Saday çıxıb evlərinə getmiş, bu vaxt Şirini yola salmaq üçün Sadayla bərabər sexdən çıxmış və təxminən 10-15 dəqiqə sonra sexə qayıdıb öz işi ilə məşğul olmağa başlamış, təxminən saat 19 radələrində Şirin sexi bağlamış, sexin qarşısından taksi sürücüsü Xəqaninin idarə etdiyi avtomobilə oturub onun kirayə yaşadığı Ağcabədi şəhəri, Bünyad Sərdarov küçəsində yerləşən evə getmiş, yolda gedən zaman Şirindən heroini olub-olmadığını soruşmuş, Şirin də heroini olduğunu bildirdikdə, onun evində heroini birlikdə qəbul edə biləcəklərini demiş, evinə çatdıqdan sonra Xəqaniyə evə gəlməsini və bir stəkan çay içdikdən sonra Şirini də evinə aparmasını təklif etmiş, o, Şirin və Xəqani ilə birlikdə evin mətbəxinə keçmiş, təxminən bir həftə əvvəl Şirinə Sadaydan heroin və metamfetamin alıb ona verməsini, narkotik vasitənin bir qismini satıb pulunu ödəyəcəyini və qalan bir qismini özü qəbul edəcəyini dediyindən Şirin cibindən sellofan kəsiyində bir büküm çıxarıb vermiş, bükümü açıb baxanda içərisində sellofan kəsiyinə bükülmüş iki sellofan kəsiyi bükümü görmüş, Şirin ona bükümlərin birində heroin, digər bükümdə isə psixotrop maddə metamfetamin olduğunu demiş, Sadaydan heroini və psixotrop maddə metamfetamini cəmi 120 manata aldığını, heroinlə, metamfetaminin birlikdə təxminən 4 qrama yaxın çəkidə olduğunu bildirmiş, Şirin ondan hər bir qrama görə 30 manat pul alacağını, yəni 4 qrama görə cəmi 120 manat pul verəcəyini demiş, aralarında heroini və metamfetamini satandan sonra 120 manat pulu ödəyəcəyi barədə razılığa gəlmişlər. Şirinlə bu söhbəti edən zaman Xəqaninin telefonuna zəng gəlmiş, Xəqani telefonda danışdığı üçün onların nə barədə söhbət etməsinə fikir verməmiş, telefon danışığından sonra Xəqani onlara çağırıldığını və Şirini gözləyə bilməyəcəyini deyərək durub getmişdir. Bundan sonra Şirinlə birlikdə heroindən az miqdarda qəbul etmiş və Şirin heroini qəbul etdikdən sonra çıxıb evinə getmişdir. Səhəri günü o, həmin heroinin kiçik bir qismini evdə qəbul etmiş, daha sonra heroini satmaq üçün sellofan bükümün içərisindən kiçik bir qismini götürüb göy rənkli siqaretin kağızına bükmüş, metamfetamini isə sellofan kəsiyindən götürüb iki bükümə bölmüşdür. Hər birini siqaretin gümüşü kağızına bükmüş, ayırıb göy rəngli kağıza bükdüyü bir büküm heroini və siqaretin gümüşü rəngli kağızına bükdüyü iki ədəd büküm halında olan metamfetamini plastik qabın içərisinə yerləşdirmişdir. Daha sonra plastik qabı və heroinin qalan əsas hissəsini sellofan kəsiyinə büküb “WEST” siqaret qutusunun içərisinə qoyub üstündə saxlamış, 23 oktyabr 2021-ci il tarixdə yaşadığı küçədə gəzərkən ona mülki paltarda bir neçə şəxs yaxınlaşmış, özlərini təqdim edib polis əməkdaşları olduğunu bildirib onu polis şöbəsinə aparmış, burada üzərinə baxış keçirilən zaman əynindəki göy rəngli idman gödəkçəsinin sol yan cibindən bir ədəd elektron tərəzini təqdim etmiş, daha sonra əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd “WEST” siqaret qutusunu təqdim etmiş, həmin qutuda plastik qabın içərisindən 03 ədəd siqaretin gümüşü və göy rəngli kağız bükümlərində heroinlə, metamfetamin olan kütlələr, həmçinin siqaret qutusunun içərisində sellofan bükümdə heroin aşkar edilmiş, elektron tərəzidə çəkilmiş, göy rəngli kağız bükümdə olan heroinin çəkisi 0.13 qram, içərisində metamfetamin olan 02 ədəd gümüşü rəngli kağızda olan kütlələrin hər biri 0.11 qram olmuş, şəffaf rəngli sellofan bükümdə olan heroinin çəkisi isə 3.69 qram olmuş, aşkar edilmiş predmetlər qablaşdırılıb götürülmüşdür. Bundan başqa üzərindən çıxan elektron tərəzini də ona Şirin vermiş, Şirindən elektron tərəzini özünə narkotik vasitə alan zaman çəkisini bilmək məqsədi ilə alıb saxlamış, aldığı tərəzini sonradan Şirinə geri qaytarmamış, Şirinin ona Sadaydan narkotik vasitə alıb verəcəyi təqdirdə, narkotiki satan zaman tərəzidən istifadə edə biləcəyini düşünmüşdür. Aşkar edilən narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini Şirindən 120 manat pula almışdır. O, Şirinə həmin vaxt pul verməmiş, Şirinə narkotik vasitələri satıb pulunu sonradan verəcəyini demişdir. Şirin isə öz növbəsində narkotik vasitə olan heroini, psixotrop maddə olan metamfetamini Sadaydan almış, Şirin ona narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini Sadaydan 120 manata almasını bildirmişdir. Şirindən narkotik vasitə heroini və psixotrop maddə metamfetamini aldıqdan sonra kiçik bir qismini qəbul etmiş, qalan hissəsini isə satmaq məqsədilə özündə saxlamış, heç kimə narkotik vasitə satmamış və ya hədiyyə etməmişdir. Şirin ona narkotik vasitə olan heroini bütöv bir büküm halında sellofan kəsiyində vermişdir. Sonradan özü narkotik vasitəni bükümlərə bölmüş, bükümləri satmaq üçün ayırmışdır. Verilmiş sualları cavablandıraraq Təqsirləndirilən şəxs3 bildirmişdir ki, elan olunmuş ifadələrini qismən təsdiq edir, üzərində narkotik vasitə və psixotrop maddə olmuş, lakin həmin kütlələri Təqsirləndirilən şəxs2 deyil, tanımadığı şəxsdən almış, narkotiklərin satışı ilə məşğul olmamış, hər hansı evdən oğurluq etməmişdir. Məhkəmə X13 məhkəmə istintaqında üzərində olan narkotik vasitə və psixotrop maddəni tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, polis əməkdaşlarının fiziki təsiri ilə üzərindən aşkar edilmiş kütlələri Təqsirləndirilən şəxs2 almasını deməsi, Təqsirləndirilən şəxs4la və təklikdə hər hansı oğurluq cinayəti törətməməsi, beləliklə ona elan olunmuş ittihamın üzrə, yəni Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməməsi ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə (narkotik vasitələrin satışı ilə məşğul olmaması, Təqsirləndirilən şəxs2 narkotik vasitə almaması, hər hansı oğurluq cinayəti törətməməsi, polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qaldığı üçün etirafedici ifadələr verməsi) təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, X27 məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini qismən təsdiq edir. Polis əməkdaşları ilk əvvəl onu saxlayıb 23 oktyabr 2021-ci il tarixdə polis şöbəsinə aparmış, daha sonra Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 saxlamışlar. Onu polis şöbəsinə gətirdikdən sonra otaqların birində stolun üstünə narkotik vasitə qoyub ondan tələb etmişlər ki, həmin narkotik vasitəni götürüb özünə aid olmasını bildirsin, lakin o, polis əməkdaşları ilə razılaşmamışdır. Bundan sonra ona bildirmişlər ki, saxladıqları Təqsirləndirilən şəxs3 üzərində narkotik vasitə çıxmış və həmin narkotik vasitəni güya ondan alması barədə ifadə verməsini Təqsirləndirilən şəxs3 tələb edəcəklər, lakin o, yenə də polislərlə razılaşmamış, onların qoyduğu narkotik vasitəni götürməmişdir. Buna görə də onu 5 gün polis şöbəsində saxlamış və döymüşlər. Lakin ifadəsində də bildirmişdir ki, Pərviz və Sadayla birlikdə ona aid sexdə narkotik istifadə etmiş, amma külli miqdarda narkotik vasitədən xəbəri olmamışdır. O, heç kimə narkotik vasitə satmamışdır. Polis əməkdaşları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 də fiziki zor tətbiq etdikləri üçün onlar onun əleyhinə ifadə vermişlər. Təqsirləndirilən şəxs2 həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, tutulmamışdan bir gün əvvəl Pərviz ona zəng edib sexə gəldiyini demiş, sexə gəldikdən sonra Sadayın da istifadə etmək üçün narkotik gətirdiyini demiş, az sonra Saday da sexə gəlmiş, onun gətirdiyi narkotikdən o, Pərviz və Saday sexin arxasında istifadə etmişlər. Daha sonra o, sexdə işi ilə məşğul olarkən Saday və Pərvizin getdiyini görmüşdür. Birlikdə narkotik istifadə edərkən Saday və Pərvizin bir-birinə nə isə verməsini görməmişdir. Birlikdə narkotik istifadə etdikdən bir gün sonra polis əməkdaşları iş yerinə gedərkən onu saxlamışlar. Sadayın onun yanında Pərvizə 4 qram heroin verməsini də görməmiş, ifadəsi komputerdə yazılıb və o, oxumadan imza etmişdir. Polis şöbəsində üzərində şəxsi axtarış aparılmış, lakin hər hansı qanunsuz əşya aşkar edilməmişdir. Cinayət işi materiallarından görünür ki, Azərbaycan Respublikası CPM-nin 327.1.3cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs2 ibtidai araşdırma zamanı müvafiq olaraq 23 və 25 oktyabr 2021-ci il tarixlərdə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində özünü məhkəmə istintaqında qeyd etdiyindən fərqli olaraq ona qarşı irəli sürülmüş ittiham üzrə, yəni Azərbaycan Respublikası CM-in 234.4.3cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə tam təqsirli bilsə də ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə təxminən saat 16 radələrində özünə məxsus Ağcabədi şəhəri, S.Vurğun küçəsində yerləşən avtotəmir sexində iş görən zaman Pərviz yanına gəlmiş, ona Sadayı gözlədiyini, Sadayın gələndə istifadə üçün narkotik vasitə gətirəcəyini demiş, o, Pərvizə gözləməsini bildirib, özü də Sadaya gəlməsi üçün zəng vurmuş, Sadayla telefonda danışıb Pərvizin yanında olduğunu bildirmiş və Sadaydan yanlarına gəlməsini istəmiş, bir müddət sonra Saday yanlarına gəlmiş, Saday gələndən sonra üçü də birlikdə sexin arxa tərəfinə keçmişlər, Saday cibindən “kakos” deyə tanıdıqları heroin çıxarmış və hər üçü birlikdə narkotik vasitə qəbul etmişlər. Onun yanında Saday sellofanda 4 qram heroini Pərvizə vermiş, lakin Pərviz Sadaya narkotikə görə pul verməmiş, bundan sonra Saday və Pərviz çıxıb getmişdir. Daha sonra o, öz evinə getmiş, 23 oktyabr 2021-ci il tarixdə yaşadığı küçə ərazisində olarkən mülki paltarda bir neçə şəxs yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduğunu bildirərək onu saxlayıb polis şöbəsinə aparmışlar. Verilmiş sualları cavablandıraraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, elan olunmuş ifadələrini qismən təsdiq edir, lakin ifadəsində olan 22.10.21-ci il tarixdə Sadayın sellofanda 4 qram heroini Pərvizə verməsi, lakin Pərvizin Sadaya narkotikə görə pul verməməsi barədə ifadəsini təsdiq etmir. Məhkəmə Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 narkotik vasitə almadığını, Təqsirləndirilən şəxs3 hər hansı narkotik vasitə və psixotrop maddə satmadığını göstərməsini, beləliklə ona elan olunmuş ittiham üzrə, yəni Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətləri törətməməsi ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 22 oktyabr 2021-ci il tarixdə səhər saatlarında Təqsirləndirilən şəxs3 taksi ilə gəlib onu yaşadığı evin yerləşdiyi küçədən götürmüş, daha sonra isə Təqsirləndirilən şəxs2 götürməyə getmiş, onu da götürdükdən sonra birlikdə xəngəl yemək üçün kafeyə getmişlər, xəngəl yedikdən sonra Təqsirləndirilən şəxs2 işlədiyi sexə getmişlər və orada sexin arxasında Pərviz və Şirinlə birlikdə narkotik vasitə istifadə etmişlər. Daha sonra Şirinin sexdə maşın boyama işi olduğundan işlərini görməyə başlamış, o, isə Pərvizdən onu evinə düşürməyi xahiş etdiyindən Pərviz onu evinə aparmış, oradan isə çıxıb getmişdir. Təqsirləndirilən şəxs2 və ya Təqsirləndirilən şəxs3 birgə istifadə etdiklərindən başqa narkotik vasitə verməmiş, satmamışdır. 24 oktyabr 2021-ci il tarixdə polis əməkdaşları onu saxlayıb Ağcabədi RPŞ-yə aparmış, orada ona qarşı fiziki təzyiqlər edilmiş, buna görə də ifadəsində Təqsirləndirilən şəxs2 heroin və metamfetamin verməsi barədə bildirmişdir. Lakin nə Şirinə, nə də Pərvizə narkotik satmamışdır. Polislər onun qarşısına kiloqram ilə çəkisi olan narkotik vasitə qoyub bildirmişlər ki, əgər Şirinə narkotik satması barədə ifadə verməsə stolun üstündə olan narkotik vasitəni evindən çıxarıb ona ağır cəza verilməsini təmin edəcəklər. O, da daha yüngül cəza almaq üçün onların dediyi ilə razılaşmış və etirafedici ifadə vermişdir. Cinayət işi materiallarından görünür ki, Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs1 ibtidai araşdırma zamanı müvafiq olaraq 24 və 25 oktyabr 2021-ci il tarixlərdə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində özünü məhkəmə istintaqında qeyd etdiyindən fərqli olaraq ona qarşı irəli sürülmüş ittiham üzrə, yəni Azərbaycan Respublikası CM-in 234.4.3cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 2 il əvvəldən başlayaraq narkotik vasitə heroin və psixotrop maddə şüşə adlanan metamfetamin qəbul etmiş, narkotik vasitəni və psixotrop maddəni tanımadığı şəxslərdən almış, Ağcabədi rayon sakinləri Şirini və «törə» ləqəbli Pərvizi tanımış, aralarında yoldaşlıq münasibəti olmuşdur. Şirin və Pərvizlə birlikdə bir neçə dəfə narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin (şüşə) qəbul etmişlər. xx.xx.2021-ci il tarixdə təxminən saat 08.30 radələrində “Törə” kimi tanıdığı Pərviz ona zəng etmiş və ona xəngəl yemək üçün getməyi təklif etmiş, Pərvizin təklifi ilə Şirini də götürüb birlikdə Ağcabədi şəhərində “Qaradolaq” kafesinə getmiş, xəngəl yeyib, çay içəndən sonra Şirinin işlədiyi avtotəmir sexinə getmişlər. Təxminən 10 dəqiqə sexdə oturub söhbət edəndən sonra üstündə olan bir büküm halında narkotik vasitə heroini cibindən çıxartmış və onun təklifi ilə Şirin və Pərviz sexin arxasına keçmiş və orada həmin heroini birlikdə qəbul etmişlər. Həmin vaxt Şirin ondan heroin istəmiş, Şirinə üstündə narkotik vasitə olmadığını deyib, evdə təxminən 4 qrama yaxın narkotik vasitə heroin olmasını bildirmiş, həmçinin Şirinə istədiyi üçün narkotik vasitəni ona verə biləcəyini demiş, Şirin ondan borclu olduğu 90 manat pulun əvəzində heroin istəmiş, həmin gün saat 12:00 radələrində o, Şirinlə sexdən çıxıb avtomobil yolunun kənarına yaxınlaşmış, taksi sürücüsü Xəqaniyə məxsus avtomobilin orada Şirinin atası evinin qarşısında dayandığını görmüşlər. Onlara Xəqaninin avtomobili ilə Şirinin atasını evə gətirməsi məlum olmuş, Xəqanini dönüb getmək istədikdə saxlatmış və onu evinə aparmasını xahiş etmişdir. Bundan sonra Şirinlə birlikdə Xəqaniyə məxsus avtomobilə əyləşmiş və onun yaşadığı evin qarşısına gəlmişlər. Orada avtomobildən düşüb evə getmiş və evdə saxladığı təxminən 3 qramdan bir qədər artıq olan və sellofan kəsiyinə bükülmüş bir büküm halında narkotik vasitə olan heroini gətirib Şirinə vermişdir. Şirin ondan heroini aldıqdan sonra Xəqanin avtomobili ilə sexinə qayıtmışdır. Bundan sonra bütün gün evdə olub heç bir yerə getməmiş, xx.xx.2021-ci il tarixdə təxminən saat 12:30 radələrində yaşadığı küçədə yol kənarında dayanan zaman mülki paltarda polis əməkdaşları yaxınlaşaraq, ona narkotik vasitələri və psixotrop maddələri satmaqda, saxlamaqda şübhəli olduğunu bildirmiş, onu polis şöbəsinə aparmışlar. Orada bildirmişdir ki, Şirinə verdiyi həmin narkotik vasitə olan heroini təxminən 5 gün əvvəl Ağcabədi şəhərində «Qızıl Saray» şadlıq evinin yan tərəfindən ağacın dibindən taparaq saxlamış, Şirinə narkotik vasitəni sellofan kəsiyinə bükülmüş vəziyətdə bir büküm halında vermişdir. Verilmiş sualları cavablandıraraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, elan olunmuş ifadələrini təsdiq etmir, fiziki təzyiqlər edildiyi üçün belə bir ifadə vermişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 və ya Təqsirləndirilən şəxs3 hər hansı narkotik vasitə və psixotrop maddə satmadığını göstərməsini, polis əməkdaşları tərəfindən fiziki təzyiqlər edildiyi üçün etirafedici ifadələr verməsini beləliklə ona elan olunmuş ittiham üzrə, yəni Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməməsi ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs və mülki cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs4 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, ona elan olunmuş ittihamda göstərilən oğurluq cinayətlərini tək törətmiş, Təqsirləndirilən şəxs3 həmin oğurluqlarda rolu olmamışdır. O, Eyvaz Mürşüdovun evindən elektrik kabellərini, Ülviyyə Budaqovanın evindən qızıl-zinət əşyaları, ev avadanlığı və nağd pulu, Zərərçəkmiş şəxs4 evindən elektrik naqillərini tək oğurlamışdır. Hazırda imkanı olmadığından ziyanı ödəyə bilməmişdir. Cinayət işi materiallarından görünür ki, Azərbaycan Respublikası CPM-nin 327.1.3cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs4 ibtidai araşdırma zamanı bir neçə dəfə, sonuncu dəfə isə 16 aprel 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində özünü məhkəmə istintaqında qeyd etdiyindən fərqli olaraq ona qarşı irəli sürülmüş ittiham üzrə, yəni Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Ağcabədi şəhər sakini Təqsirləndirilən şəxs3 qonşu kimi tanımış, aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. Pərvizlə yaxşı münasibətləri olduğundan 2021-ci ilin oktyabr ayının əvvəllərində birlikdə oturub yeyib-içən zaman, Pərviz ona oğurluq etməyi təklif etmiş və ona şəhər ərazisində yeni tikilməkdə olan yaşayış evlərindən elektrik naqillərini oğurlayıb sata biləcəklərini demiş, Pərvizin təklifi ilə razılaşmış, 06 oktyabr 2021-ci il tarixdə, saat 02 radələrində Pərviz yaşadığı evə gəlmiş, evin həyətində görüşüb söhbət etmişlər. Pərviz ona Ağcabədi şəhərinin «Üzeyir» adlanan ərazisində yeni tikilməkdə olan həyət evi görməsini, həmin evin elektrik naqillərini gedib oğurlaya biləcəklərini demiş, onunla razılaşdığından təxminən saat 03 radələrində birlikdə piyada gedib qeyd olunan ünvanın qarşısına çatmış, yaşayış evi sonradan adını öyrəndiyi Zərərçəkmiş şəxs2 məxsus olmuş, Ağcabədi şəhəri, N.Abdullayev küçəsində dəmir qəbulu sexindən təxminən 150 metr məsafədə yolun sol tərəfində yerləşmişdir. Aralarında olan razılaşmaya əsasən Pərviz küçədə qalıb ətrafa nəzarət etməyə başlamış, özü isə qapının sol tərəfindən qoz ağacının yanından hasardan keçib həyətə daxil olmuş, evin girişində dəqiq sayını xatırlamadığı bir neçə qutuda top elektrik naqili qoyulduğunu görmüş və qutudakı naqilləri özü ilə götürdüyü boş un kisəsinə yığıb evin qarşısına, oradan isə arxadan həyət qapısını açıb küçəyə çıxmış, Pərvizlə birlikdə yaşadığı evinə gəlmiş, burada ocaq qalayıb oğurladığı elektrik naqillərini yandırmış və yerdə qalan misləri toplamış, daha sonra birlikdə misləri kisəyə yığıb Ağcabədi şəhəri, H.Hacıyev küçəsində yerləşən dəmir qəbulu sexinə aparıb 150 manata satmış, əldə etdikləri pulu hər birinə 75 manat olmaqla aralarında bölmüşlər. Bundan başqa xx.xx.2021-ci il tarixdə saat 13 radələrində Ağcabədi şəhəri, K.Nəsibov küçəsində dəmir yolunun üstü ilə piyada gedən zaman həyət evlərindən birinin qapısının küçə tərəfdən qıfıl ilə bağlandığını görmüş, ətrafda heç kim olmadığından həmin həyətə yaxınlaşmış, oğurluq məqsədi ilə çəpərindən qalxıb həyətə keçmiş, həyətin sağ tərəfində yerləşən evə yaxınlaşıb qapısını açmaq istəmiş, evin qapısının bağlı olduğunu görmüş, bundan sonra evin yan tərəfinə keçmiş, evin mətbəx olan tərəfdən pəncərəsinin bir hissəsindən şüşəsini çıxardıb evin divarına söykəmiş, həmin pəncərədən keçib mətbəxə daxil olmuş, sonra evin yataq otağına daxil olub otağa nəzər salanda şkafın üstündə 1 ədəd çemodan olduğunu görmüş, şkafın üzərindəki çemodanı götürüb yerə qoymuş, içindən 1 ədəd qızıl sırğanı, 4 ədəd qızıl dişi, 1 ədəd gümüş üzüyü, 1 ədəd qızıl klonu götürmüş, sonra otaqda stolun üstünə baxanda orada qulaqlıq, telefon adapteri, ətir, qol saatı və 1 ədəd “Samsung” markalı telefon olduğunu da görüb götürmüş, evdən əldə etdiyi torbanın içərisinə yığmış, sonra evin künc tərəfindəki televizorun altındakı şkafa baxmış, orada olan köhnə 1 ədəd səs aparatını götürüb sellofan torbanın içərisinə qoyub oradan çıxmış, oğurladığı əşyaları yaşadığı küçəyə aparıb evlərinin yaxınlığında kolluqda gizlətmiş, təxminən 2 saatdan sonra kolluğun yanına qayıdıb sellofan torbanı götürmüş, torbadakı qızılları götürüb özündə saxlamış, “Samsung” markalı mobil telefonu və qol saatını isə daşla vurub sındırdıqdan sonra kolluğa atmışdır. Həmçinin ətiri küçədə yerə vurub qırmış, qulaqcığı, adapteri və səs aparatını isə aparıb yaşadığı evə qoymuşdur. Bundan sonra oğurladığı qızılları 190 manata Ağcabədi rayon Mərkəzi Bazarında qızıl alqı-satqısı ilə məşğul olan Natiq adlı şəxsin oğluna mağazada satmışdır. Bundan əlavə 15 oktyabr 2021-ci il tarixdə saat 01 radələrində Pərvizlə yenidən yaşadığı evin həyətində görüşmüş, Pərviz ona şəhərin D.Bünyadzadə küçəsində yerləşən evdən naqilləri oğurlaya biləcəklərini demiş, Pərvizlə əvvəldən aralarında olan söhbətə görə razılaşaraq, həmin gecə gedib evdən oğurluq etmək məqsədilə özü ilə kiçik bıçaq və naqilləri yığmaq üçün boş un kisəsi götürmüş, birlikdə Pərvizin dediyi Ağcabədi şəhəri D.Bünyadzadə küçəsində yerləşən sonradan adını bildiyi Zərərçəkmiş şəxs4 evinin qarşısına gəlmiş, razılaşdıqları kimi Pərviz ətrafa nəzarət etmək məqsədi ilə küçədə qalmış, o, isə hasardan aşıb həyətə daxil olaraq iki mərtəbəli yeni tikilən, pəncərə və qapıları tam qoyulmamış evə yaxınlaşmış, özü ilə gətirdiyi bıçaqla evin birinci və ikinci mərtəbəsində olan otaqların divarlarına yeni çəkilmiş elektrik naqillərini qopardıqdan sonra kəsib götürmüş, naqilləri toplayaraq üzərində olan boş un kisəsinə yığmış, daha sonra hasardan kisəni keçirib Pərvizə vermiş, özü də hasardan aşıb küçəyə çıxmışdır. Pərviz naqillər olan kisəni götürmüş, birlikdə oradan piyada uzaqlaşıb onun yaşadığı Ağcabədi şəhəri, X.Şuşinski küçəsində yerləşən evin həyətinə gəlmiş, Pərvizlə ocaq qalayıb misi götürmək üçün naqilləri yandırmış, Pərviz bundan sonra çıxıb evinə getmiş, Pərviz evinə gedəndə saat 5 radələri olmuş, özü də evə keçib yatmış, 15 oktyabr 2021-ci il tarixdə saat 11 radələrində Pərviz onun yaşadığı evin həyətinə gəlmiş, Pərvizlə görüşüb gecədən yandırdıqları naqillərdən çıxan misi un kisəsinə yığmış və sürücüsünü tanımadığı taksidə Pərvizlə birlikdə misi satmaq üçün Ağcabədi şəhəri, H.Hacıyev küçəsində yerləşən Talehin metal qəbulu məntəqəsinə aparmış, Pərviz orada məntəqənin qarşısında dayanmış, o isə misi aparıb Talehə almasını təklif etmiş, Taleh gətirdiyi misi çəkərək, hər kilosunu 11.50 manatdan olmaqla hesablayıb ona 255 manat məbləğində pul ödəmiş, aldığı puldan gətirib taksi sürücüsünə 5 manat ödəmiş, qalan pulu Pərvizlə hər biri 125 manat olmaqla bölmüşlər. Verilmiş sualları cavablandıraraq Təqsirləndirilən şəxs4 bildirmişdir ki, elan olunmuş ifadələrini qismən təsdiq edir, qeyd olunan oğurluq cinayətlərini tək törətmiş, polis əməkdaşları tərəfindən hədələndiyi üçün belə bir ifadə vermişdir. Məhkəmə Təqsirləndirilən şəxs4 məhkəmə istintaqında Təqsirləndirilən şəxs3la birlikdə hər hansı oğurluq etmədiyini, oğurluq cinayətlərini tək törətdiyini bildirməsi beləliklə ona elan olunmuş ittiham üzrə, yəni Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməməsi ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, Təqsirləndirilən şəxs3 müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs4 məhkəmə istintaqında belə ifadə verməklə Təqsirləndirilən şəxs3 cinayət məsuliyyətindən yayındırmaq, eləcə də məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.3cü maddəsində, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 234.4.3-cü maddələrində, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CMin 177.2.1, 177.2.2, 177.2.3 maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmələri iş materiallarında olan, biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, işin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, Ağcabədi şəhəri, K.Nəsibov küçəsində yerləşən evdə oğlu Həsənlə birlikdə yaşayır. xx.xx.2021-ci il tarixdə saat 08:30da oğlu Həsənlə birlikdə evdən çıxıb işə getmiş, həmin gün saat 17 radələrində işdən evə qayıdanda, evin mətbəx pəncərəsində olan şüşənin çıxarıldığını, pəncərənin isə bir tərəfinin açıq olduğunu görmüş, evin qonaq otağına keçəndə isə otaqda çemodanın yerdə dağınıq vəziyyətdə olduğunu görmüş və bu barədə polis şöbəsinə məlumat vermişdir. Onun evindən bir ədəd 140 manat dəyərində qızıl üzük, bir ədəd 120 manat dəyərində qızıl klon, hər biri 80 manat olmaqla 320 manat dəyərində 4 ədəd qızıl diş, bir ədəd 60 manat dəyərində qızıl sırqa, bir ədəd 40 manat dəyərində gümüş üzük, bir ədəd 25 manat dəyərində səs aparatı, bir ədəd 20 manat dəyərində adaptor, bir ədəd 5 manat dəyərində qulaqlıq, bir ədəd 15 manat dəyərində ətir, bir ədəd 60 manat dəyərində qol saatı və 145 manat nağd pul oğurlanmışdır. Ona dəymiş ziyanın ödənilməsini, verdiyi mülki iddiasının təmin edilməsini, əks halda təqsirləndirilən şəxsə daha ağır cəza təyin edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs1 Abduəli qızı məhkəməyə ərizə ilə müraciət edərək göstərmişdir ki, səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməmiş, lakin ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Ona vurulmuş ziyan ödənilmədiyindən təqsirləndirilən şəxslə barışmamış, buna görə də ona ağır cəza verilməsini xahiş edir. Buna görə də məhkəmə istintaqı zamanı Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən ( şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə) elan edilərək tədqiq edilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərilmişdir ki, ünvan 3 ünvanda fərdi yaşayış evi vardır. Həmin evi ilə qonşuluqda yaşayan Təqsirləndirilən şəxs3 tanımış, onunla ədavəti və ya düşmənçiliyi olmamışdır. Evində yaşayış olmamış, buna baxmayaraq içərisi əşyalarla dolu vəziyyətdə olmuş, özü arada bir gedib evə baş çəkmişdir. Bununla yanaşı qonşuluqda yaşayan Akif adlı şəxsə evin açarlarını vermiş, Akifdən arada qapını açıb evə nəzarət etməsini istəmişdir. 27 oktyabr 2021-ci il tarixdə saat təxminən 17:30 radələrində özünə məxsus evə baxan zaman evin mətbəxindəki pəncərənin bağlı olmasını, lakin pəncərədəki tutacağının açıq vəziyyətdə olmasını görmüş və buna görə evin bütün otaqlarına baxmış, bu zaman yataq otağında döşəyin üstünə qatlayıb qoyduğu iki ədəd yaşıl rəngli örtüyün (odeyal), baş tərəfdə yerləşən yataq otağında çarpayının üstünə sərdiyi örtüyün, həmin otaqda dolabın içərisindən təzə istifadə olunmamış iki ədəd örtüyün, bir dəst mavi rəngli dəsmalın, digər yataq otağında giriş qapısının arxasından iki ədəd xalçanın, həmin otaqda pəncərənin üzərinə asdığı mavi rəngli pərdənin oğurlanmasını görmüşdür. Sonradan evindən əşyaları qonşuluqda yaşamış Təqsirləndirilən şəxs3 tərəfindən oğurlanmasını öyrənmişdir. Zərərçəkmiş şəxs4 məhkəməyə ərizə ilə müraciət edərək göstərmişdir ki, səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməmiş, lakin ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Ona vurulmuş ziyan ödənilmədiyindən təqsirləndirilən şəxslə barışmamış, buna görə də onlara ağır cəza verilməsini xahiş edir. Buna görə də məhkəmə istintaqı zamanı Azərbaycan Respublikası CPM-in 329.1-ci maddəsinə əsasən (şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə) elan edilərək tədqiq edilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərilmişdir ki, xx.xx.2021-ci il tarixdə onun tərəfindən Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə və Ağcabədi rayon polis şöbəsinə müraciət edilmiş, müraciət etməyinə səbəb ona məxsus olan ünvan 4 ünvanda yerləşən həyətində, yeni tikilən iki mərtəbəli evin otaqlarından elektrik naqillərinin kəsilib oğurlanması olmuşdur. Evin bütün otaqlarına tikinti zamanı yeni naqillərlə elektrik xətləri çəkilmişdir. 14 oktyabr 2021-ci il tarixdə saat 18 radələrində yeni tikdirdiyi evin otaqlarına nəzər salanda butun naqillər çəkildiyi qaydada yerində olmuşdur. xx.xx.2021-ci il tarixdə səhər saat 8 radələrində şəxsi işi ilə əlaqədar evdən çıxıb getmiş, həmin günü saat 11:30-da yaşadığı evə gəlmiş və təzə tikilmiş evə baxanda alt mərtəbədə olan otaqların birinin elektirik naqillərinin kəsilib yerindən çıxarıldığını görmüşdür. Bundan sonra evin birinci və ikinci mərtəbəsində yerləşən digər otaqlara baxdıqda, həmin otaqların da elektirik naqillərinin kəsilib yerindən çıxarıldığını görmüş, ona məxsus yeni tikilən evdən elektirik naqillərinin oğurlanmasına görə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng etmiş və evindən elektrik naqillərinin kəsilib oğurlanması barədə məlumat vermişdir. Bir qədər sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və hadisə yeri müayinə olunan zaman evinin otaqlarından ümumilikdə 312 metr uzunluğunda naqillərin oğurlanmasını müəyyən etmişlər. Sonradan polis şöbəsinə gələndə ona yeni tikilən evindən oğurluğu əvvəllər tanımadığı Təqsirləndirilən şəxs4 və “Törə” ləqəbli Təqsirləndirilən şəxs3 etməsi məlum olmuşdur. Hadisə nəticəsində oğurlanmış elektrik naqili qoşa xətli, içərisi mis metaldan olmuşdur. Zərərçəkmiş şəxs2 məhkəməyə teleqram vuraraq göstərmişdir ki, səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməmiş, lakin ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Ona vurulmuş ziyan ödənilmədiyindən təqsirləndirilən şəxslə barışmamış, buna görə də onlara ağır cəza verilməsini xahiş edir. Buna görə də məhkəmə istintaqı zamanı Azərbaycan Respublikası CPM-in 329.1-ci maddəsinə əsasən (şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə) elan edilərək tədqiq edilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərilmişdir ki, özünə məxsus həyətyanı sahədə iki yaşayış evi tikdirmiş və hazırda ailə üzvləri ilə birlikdə yaşayır, digər ev isə yeni tikilmişdir. Həmin ev mişar daşından hörülərək, üzəri şiferlə örtülmüşdür. Hadisədən təxminən 6-7 gün əvvəl Ağcabədi şəhər sakini Rəfail adlı şəxslə danışaraq, ona evə çəkmək üçün elektrik naqilləri vermişdir. Buna görə Ağcabədi şəhərində Vətən adlı şəxsə məxsus mağazadan hər biri 100 metr uzunluğunda 22 qutu müxtəlif ölçülü elektrik naqili almışdır. Elektrik naqilinin bir hissəsini Rəfail evə işlətmiş, qalan hissəsini isə evin girişinə qoymuşdur. Sonuncu dəfə 05 oktyabr 2021-ci il tarixdə təxminən saat 02 radələrində oğlu Səyavuş həmin evə baxdıqdan sonra gedib yatmış, Səyavuş evə baxan zaman hər şey qaydasında olmuşdur. 06 oktyabr 2021-ci il tarixdə saat 07 radələrində Səyavuş ona həyət qapısının açıq olmasını demiş, Səyavuşla birlikdə gəlib evə baxan vaxt, ona gecə saatlarında naməlum şəxsin (şəxslərin) həyətə daxil olub, evin içində saxladığı hər biri 100 metr olan 13 qutu elektrik naqillərini oğurlaması məlum olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Ağcabədi RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərdi ki, 23 oktyabr 2021-ci il tarixdə Ağcabədi RPŞ-da gündəlik xidmətində olan zaman Pərviz adlı rayon sakininin narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, hazırda üzərində narkotik vasitə və psixotrop maddə gəzdirməkdə şübhəli bilinməsi barədə məlumat daxil olmuş, həmin məlumat əsasında əməliyyat qrupu yaradılmış, qrupun üzvləri ilə birlikdə Təqsirləndirilən şəxs3 Ağcabədi şəhəri, S.Vurğun küçəsi ərazisində saxlayıb Ağcabədi rayon polis şöbəsinə gətirmişlər. Təqsirləndirilən şəxs3 üzərinə şəxsi axtarış keçirilən zamanı üzərində narkotik vasitə olduğunu bildirmiş, əynində olan qış gödəkcəsinin sol yan cibindən bir ədəd gümüşü rəngli, qapaqlı olmaqla üzərində “Yingjie” sözləri yazılmış və üst hissədə toz hissəcikləri olan elektron tərəzini çıxarıb təqdim etmişdir. Daha sonra isə əynində olan şalvarın sol yan cibindən 01 ədəd “Vest” markalı siqaret qutusunu çıxarıb təqdim etmiş, onun iştirakı ilə baxış keçirilən zaman siqaret qutusunun içərisindən şəffaf rəngli plastik qabda ikisi gümüşü və biri göy rəngli olmaqla ümumilikdə 03 ədəd kağız büküm aşkar olunmuşdur. Aşkar edilmiş göy rəngli kağız büküm açıldıqda içərisində tündqəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə olması müşahidə edilmişdir. Həmin kütlə aşkar edilmiş elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 0,13 qram təşkil etmişdir. Bundan sonra digər iki ədəd gümüşü kağızda olan bükümlər açıldıqda içərisində kristal formalı, şəffaf rəngli psixotrop maddə metamfetaminə bənzər heroin aşkar olunmuş və ayrı-ayrılıqda elektron tərəzidə çəkilmişdir. Həmin kütlələrin ayrı-ayrılıqda çəkiləri 0,11 qram təşkil etmişdir. Daha sonra siqaret qutusunun içərisindən aşkar olunan polietilen kəsiyi bükümdə olan tünd-qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə də elektron tərəzidə çəkilmiş və çəkisi 3,69 qram olmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs3 həmin kütlələrin heroin və metamfetamin olduğunu, həmin narkotik vasitə ilə psixotrop maddəni tanışı Şirindən pul müqabilində aldığını, Şirinin də heroini və metamfetamini digər tanışı Sadaydan alıb ona verdiyini, həmin heroin və metamfetamini həm özü istifadə etmək, həmdə satmaq məqsədi ilə özündə saxladığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Ağcabədi rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid4 və şöbənin İTB-nin sahə polis nəfəri Şahid5 Şahid3 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək, eyni məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Ağcabədi şəhərində qızıl mağazası işlədir, mağazada ancaq qızıl məmulatlarının alışı və zərgərliklə məşgul olur. 12 oktyabr 2021-ci il tarixdə saat 14 radələrində onunla qonşu küçədə yaşayan Təqsirləndirilən şəxs4 yanına gəlmiş və Niftalı əlində olan sellofan torbadakı qızıl-zinət əşyalarını ona göstərməklə, həmin əşyaları satmaq istədiyini bildirmiş, Niftalının göstərdiyi qızıllara baxmış, dörd ədəd qızıl diş, bir ədəd qızıl klon, bir ədəd qızıl üzük və bir ədəd tək qızıl sırqa olmasını görmüşdür. Niftalıdan qızılları haradan almasını soruşmuş, Niftalı ona qızıl dişlərin mərhum nənəsinə, digər qızılların isə ailə üzvlərinə məxsus olmasını və maddi ehtiyacı olduğu üçün qızılları satmasını bildirmişdir. O, bundan sonra qızılları tərəziyə qoyub çəkmiş və Niftalıya ümumi dəyərinin 194 manat təşkil etdiyini demiş, Niftalı onunla razılaşdığına görə 194 manat ödəyib qızılları almışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslər və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -Təqsirləndirilən şəxs3 barəsində tərtib edilmiş, onun narkotik vasitələri üzərində saxlaması və satışı ilə məşğul olmasına dair əməliyyat məlumatının rəsmiləşdirilməsi haqqında 23 oktyabr 2021-ci il tarixli raport, “Əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə” qərar, onun icra edilməsinin nəticəsi barədə raport, sonuncunun üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol və Təqsirləndirilən şəxs3 şübhəli və təqsirləndirilən şəxs qismində ifadələrində üzərindən aşkar edilmiş narkotik vasitə heroni Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 alıb ona verməsini bildirməsi, bundan sonra iş üzrə Təqsirləndirilən şəxs2 saxlanılması, daha sonra Təqsirləndirilən şəxs1 barəsində əməliyyat-axtarış tədbiri və şəxsi axtarışın keçirilməsi əsası, mexanizmi və nəticələri, bu zaman müəyyən edilmiş halların iş üzrə məhkəmə istintaqında şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələrində göstərilmiş qaydada baş verdiyi, həmçinin ilkin olaraq Təqsirləndirilən şəxs3 üzərinə şəxsi axtarış keçirilərkən bir ədəd kağız bükümdəki və bir ədəd polietilen bükümdə, iki ədəd kağız bükümdəki metamfetamini, elektron tərəzini könüllü olaraq təqdim etdiyi, hər hansı hala etiraz etmədiyi müəyyən edilir. (İ cild, i.v. 5-8; 26-27; ) -“cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” 23 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 həmin tarixdə saat 14:55-də, Təqsirləndirilən şəxs2 həmin gün saat 19:30-da, Təqsirləndirilən şəxs1 isə 24 oktyabr 2021-ci il tarixdə saat 14:30-da şübhəli şəxs qismində tutulmuşlar. (İ cild, i.v. 18; 48; 77 ) -“Şəxsi axtarış keçirilməsi və götürmə” haqqında 23 oktyabr 2021-ci il tarixli protokoldan və istintaq hərəkətinin videoçəkilişi əks olunmuş “DVD” diskə baxış protokolundan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs3 üzərində narkotik vasitə olmasını bildirib əynində olan qış gödəkçəsinin sol yan cibindən bir ədəd, qapaqlı, gümüşü rəngli, üzərinə “Yingjie” sözləri yazılmış elekton tərəzi çıxarıb təqdim etmiş, tərəzinin üzərində toz hissəciklərinin olması müşahidə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs3 əynində olan şalvarın sol yan cibindən bir ədəd “WEST” siqaret qutusu çıxarmış, siqaret qutusunda içərisində şəffaf rəngli plastik qabda iki gümüşü və bir göy rəngli olmaqla üç ədəd kağız bükümü aşkar edilmiş, həmin göy rəngli kağız büküm açıldıqda içərisində tünd-qəhvəyi rəngli heroinə bənzər kütlə olması müşahidə edilmiş, həmin kütlə aşkar edildiyi qaydada elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 0.13 qram təkil etmişdir. Digər iki ədəd gümüşü kağızda olan bükümlər açıldıqda içərisində kristal formada, şəffaf rəngli metamfetaminə bənzər kütlələr aşkar edilmişdir. Kütlələr ayrıayrılıqda elektron tərəzidə çəkilmiş və hər birinin ayrı-ayrılıqda çəkiləri 0.11 qram təşkil etmiş, bundan sonra siqaret qutusunun içərisində polietilen kəsiyi bükümündə tündqəhvəyi rəngli heroinə bənzər kütlə aşkar olunmuş, həmin kütlə aşkar edildiyi qaydada elektron tərəzidə çəkilmiş və çəkisi 3.69 qram təşkil etmişdir. (İ cild,i.v. 26-29) -Məhkəmə bioloji ekspertizasının 24 oktyabr 2021-ci il tarixli, 18/1075 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs3 üzərindən sözləri və imzalar olan kağız paketdəki – plastmas qabın içərisində bir ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,066 qram, sellofan torbacığın bir ədəd polietilen kəsiyi bükümündə çəkisi 3,100 qram, ümumi təmiz çəkisi 3,166 qram olan maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir. Həmin plastmas qabın içərisində 2 ədəd “gümüşü” rəngli kağız bükümdə ayrı-ayrılıqdə təmiz çəkiləri 0,277 qram, 0278 qram, ümumi təmiz çəkisi 0,555 qram olan maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamindir. Bir ədəd boz rəngli elektron tərəzinin üzərində narkotik vasitə heroinin izi vardır. İz mikrohissəcikləri normal çəki təşkil etmədiyindən (elektron tərəzinin ölçmə həddindən xaric-mikroçəki) və bu səbəbdən də müqayisəli tədqiqatın aparılması mümkün olmadığından iz mikrohissəciklərinin miqdarını və digər heroinlərlə eyniliyini müəyyən etmək mümkün olmamışdır. (İ cild, i.v. 91-95) - “diskə baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs3 şübhəli şəxs qismində dindirilmiş, həmin vaxt müstəntiqin və müdafiəçisinin suallarını sərbəst şəkildə cavablandırmış, ifadəsində Təqsirləndirilən şəxs2 120 manata heroin və metamfetamin almasını, həmin kütlələri də Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 aldığını deməsini göstərmişdir. (İ cild, i.v. 108-109) - “diskə baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində dindirilmiş, həmin vaxt müstəntiqin və müdafiəçisinin suallarını sərbəst şəkildə cavablandırmış, ifadəsində 90 manat borcunun əvəzində Təqsirləndirilən şəxs2 4 qrama yaxın heroin verməsini göstərmişdir. (İ cild, i.v. 126-127) - “diskə baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, videoçəkilişdən istifadə edilməklə şübhəli şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 üzləşdirilmiş, müdafiəçilərinin iştirakları ilə ifadələrində göstərdiklərini bir-birinin üzünə qarşı demişlər. (İ cild, i.v. 130-131) - “diskə baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, videoçəkilişdən istifadə edilməklə şübhəli şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzləşdirilmiş, müdafiəçilərinin iştirakları ilə ifadələrində göstərdiklərini bir-birinin üzünə qarşı demişlər. (İ cild, i.v. 132-135) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 25 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (İ cild, i.v. 136-137) - Ağcabədi rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il traixli, 4(017)-96/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 23 oktyabr 2021-ci il tarixdən hesablanmışdır. (İ cild, i.v. 152-153) - “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 25 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. ( İ cildi, i.v. 154-155) - Ağcabədi rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il traixli, 4(017)-98/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 24 oktyabr 2021-ci il tarixdən hesablanmışdır. (İ cild, i.v. 170) - “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 25 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. ( İ cildi, i.v. 171-172) - 25 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və Ağcabədi RPŞ-nin MSY-dən azad edilmişdir. ( İ cildi, i.v. 179-180) - “cinayət işinə material əlavə edilməsi haqqında” 20 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 tərəfindən X14 məxsus fərdi yaşayış evindən oğurluq etməsi faktı üzrə toplanmış HK-1/3348 saylı material əlavə edilmişdir. ( İ cildi, i.v. 231-232) - “baxış keçirilməsi barədə” 28 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə baxış keçirilmişdir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs1 əşyaların oğurluqdan əvvəl olduğu yerləri göstərmiş və həmin yerlərin şəkilləri çəkilərək protokola əlavə olunmuşdur. ( İ cild, i.v. 239-245) - Ağcabədi RPŞ-nin vəzifəli şəxsinin imzaladığı xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, əməliyyat tədbirləri zamanı Zərərçəkmiş şəxs1 məxsus evdən oğurluğun Ağcabədi şəhər sakini Təqsirləndirilən şəxs3 tərəfindən edilməsi müəyyən edilmişdir. ( İ cild, i.v. 247) - “Zərərçəkmiş şəxs qismində tanıma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. ( İ cild, i.v. 259) - “Cinayət işlərinin bir icraatda birləşdirilməsi və əməlin tövsüf edilməsi barədə” 01 fevral 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə olan cinayət işi CM-in 234.4.3-cü maddəsi ilə istintaq edilən cinayət işinə birləşdirilmiş, cinayət işi üzrə əməl CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 177.2.1, 177.2.2 və 177.2.3 və 234.4.3-cü maddələrinə tövsüf edilmişdir. ( İİ cild, i.v. 1-2) - xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, Hüseynov X25 RPŞ-yə ərizə ilə müraciət edərək 06 oktyabr 2021-ci il tarixdə gecə saatlarında Ağcabədi şəhərində yerləşən ona məxsus tikilməkdə olan fərdi yaşayış evindən hər biri 100 metr olmaqla 13 ədəd elektrik naqili oğurlanmışdır. ( İİ cild, i.v. 10) - “baxış keçirilməsi barədə” 06 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 məxsus ünvan 5 ünvanda yerləşən yeni tikilən fərdi yaşayış evinə baxış keçirilmişdir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs2 kabellərin oğurluqdan əvvəl olduğu yeri göstərmiş və həmin yerin şəkilləri çəkilərək protokola əlavə olunmuşdur. ( İİ cild, i.v. 11-15) - Ağcabədi RPŞ-nin vəzifəli şəxsinin imzaladığı xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, əməliyyat tədbirləri zamanı Zərərçəkmiş şəxs2 məxsus evdən oğurluğun Ağcabədi şəhər sakinləri Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 tərəfindən edilməsi müəyyən edilmişdir. ( İİ cild, i.v. 18) - “Zərərçəkmiş şəxs qismində tanıma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. ( İİ cild, i.v. 25) - “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 08 yanvar 2022-ci il tarixli qərardan görünür ki, X9 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. ( İİ cildi, i.v. 38-39) - Ağcabədi rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il traixli, 4(017)-97/2022 saylı qərarından görünür ki, Ülviyyə Budaqovaya məxsus evdən oğurluq edilməsi faktı ilə əlaqədar istintaq edilən cinayət işi üzrə Təqsirləndirilən şəxs4 barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 23 oktyabr 2021-ci il tarixdən hesablanmışdır. (İİ cild, i.v. 36-37) - 08 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 məxsus evdən oğurluq edilməsi faktı üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs4 barəsində seçilmiş xx.xx.2021-ci il tarixli Ağcabədi rayon Məhkəməsinin qərarı nəzərə alınmışdır. (İİ cild, i.v. 49) -“ifadənin yerində yoxlanılması barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, 08 yanvar 2022-ci il tarixdə Ağcabədi şəhəri, N.Abdullayev küçəsində Zərərçəkmiş şəxs2 məxsus evdə yoxlanılmış, Təqsirləndirilən şəxs4 həyətə, evə daxil olduğu və kabelləri oğurladığı yerləri göstərmişdir. (İİ cild, i.v. 51-53) - “Cinayət işlərinin bir icraatda birləşdirilməsi barədə” 09 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Ülviyyə Budaqovanın evindən oğurluq edilməsi faktı üzrə istintaq edilən Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə olan cinayət işi CM-in 177.2.1 və 177.2.2-ci maddələri ilə istintaq edilən ********* saylı cinayət işinə birləşdirilmiş, cinayət işi üzrə əməl CM-in 177.2.1, 177.2.2 və 177.2.3 maddələrinə tövsüf edilmişdir. ( İİ cild, i.v. 57-58) - xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, X3 RPŞ-yə ərizə ilə müraciət edərək 12 oktyabr 2021-ci il tarixdə gecə saatlarında Ağcabədi şəhərində kirayə yaşadığı evdən 90 azn dəyərində ev əşyalarının oğurlanmasını göstərmişdir. ( İİ cild, i.v. 66) - “baxış keçirilməsi barədə” 12 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, X11 yaşadığı Ağcabədi şəhəri, K.Nəsibov küçəsi yeni məhəllədə yerləşən fərdi yaşayış evinə baxış keçirilmişdir. Baxış zamanı evin mətbəxinin pəncərə şüşəsinin çıxarılması, evin qonaq otagında döşəmə üzərində olan cemodanın və televizor altı şkafın rəflərinin dağınıq vəziyətdə olması müəyyən olunmuşdur. ( İİ cild, i.v. 67-73) - xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, X3 RPŞ-yə ərizə ilə müraciət edərək bildirmişdir ki, evindən oğurluq edilməsi barədə xx.xx.2021-ci il tarixdə ərizə yazsa da sonradan evinə baxış keçirən zamanı müəyyən etmişdir ki, 12 oktyabr 2021-ci il tarixdə gecə saatlarında Ağcabədi şəhərində kirayə yaşadığı evdən ev əşyaları ilə yanaşı, 4 ədəd qızıl diş, 1 ədəd qızıl üzük, 1 ədəd klon, 1 ədəd qızıl sırğa və 145 manat məbləğində pul oğurlanmışdır. Buna görə həmin əməli törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsini xahiş edir. ( İİ cild, i.v. 81) - “Zərərçəkmiş şəxs qismində tanıma haqqında” qərardan görünür ki, X23 zərərçəkmiş şəxs qismində tanınmışdır. ( İİ cild, i.v. 86) - Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, X11 yaşadığı evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri və vət. X24 və X11 adlarına çıxarılmış daktiloskopik xəritə KTİ-nin ADİS-in bankında olan şəxslərin, o cümlədən Həsən Budaqov və Ülviyyə Budaqovanın əl-barmaq və ovuc əksləri ilə müqayisə edilmiş, müqayisəli tədqiqat nəticəsində əl izlərindən 02 ədədi xx.xx.2000-ci il tarixdə Ağcabədi rayonunda anadan olmuş Təqsirləndirilən şəxs4 sol əlin ovuc və adsız barmağının əksləri ilə eynilik təşkil etdiyi müəyyən edilmişdir. ( İİ cild, i.v. 136-137) - xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs4 Ağcabədi RPŞ-yə ərizə ilə müraciət edərək 14 oktyabr 2021-ci il tarixdən 15 oktyabr 2021-ci il tarixə keçən gecə Ağcabədi şəhərində yerləşən ona məxsus tikilməkdə olan fərdi yaşayış evindən 312 metr ölçüdə 186 manat dəyərində elektrik naqili oğurlanmışdır. ( İİ cild, i.v. 140) - “baxış keçirilməsi barədə” 15 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs4 məxsus ünvan 2 ünvanda yerləşən yeni tikilən fərdi yaşayış evinə baxış keçirilmişdir. Baxış zamanı Zərərçəkmiş şəxs4 məxsus yeni inşa olunan evdən cəmi 312 metr elektrik kabellərinin kəsilib götürülməsi müəyyən edilmişdir. ( İİ cild, i.v. 146-151) - Ağcabədi RPŞ-nin vəzifəli şəxsinin imzaladığı xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, əməliyyat tədbirləri zamanı Zərərçəkmiş şəxs4 məxsus evdən oğurluğun Ağcabədi şəhər sakinləri Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 tərəfindən edilməsi müəyyən edilmişdir. ( İİ cild, i.v. 154) - “Zərərçəkmiş şəxs qismində tanıma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs4 zərərçəkmiş şəxs qismində tanınmışdır. ( İİ cild, i.v. 160) - “İfadənin yerində yoxlanılması haqqında” 10 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs4 ifadəsi Ağcabədi şəhəri, K.Nəsibov küçəsində X11 yaşadığı evdə yoxlanılmışdır. Təqsirləndirilən şəxs4 həyətə, evə daxil olduğu, əşyaları oğurladığı yerləri, həmçinin oğurluqdan sonra sındırıb atdığı əşyaların yerlərini əyani olaraq göstərmişdir. ( İİ cild, i.v. 174-182) - Ağcabədi rayon Məhkəməsinin 18 yanvar 2021-ci il tarixli, 4(017)-98/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs4 həbsdə saxlama müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır. (İİ cild, i.v. 194-195) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 18 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (İİ cild, i.v. 196-197) -“cinayət işi üzrə ibtidai istintaq müddətinin uzadılması barədə” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, istintaqı aparılan cinayət işi üzrə istintaq müdəti 24 fevral 2022-ci il tarixdən 24 may 2022-ci il tarixədək uzadılmışdır. (İİ cild, i.v. 227-228) - “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” 18 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir. (İİ cild, i.v. 2241-242) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Psixonevroloji Dispanserin 29 oktyabr 2021-ci il tarixli, 658 saylı ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 hazırki cinayət əməlini törədərkən, öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərinə rəhbərlik etmək iqtidarında omuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs3 əməli Azərbaycan Respublikası CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür və onun halhazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. (İİİ cild, i.v. 1-2) - Səhiyyə Nazirliyinin Gəncə Psixonevroloji Dispanserin 29 oktyabr 2021-ci il tarixli, 657 saylı ekspertiza rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 hazırki cinayət əməlini törədərkən, öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərinə rəhbərlik etmək iqtidarında omuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. (İİİ cild, i.v. 3-4) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Psixonevroloji Dispanserin 21 dekabr 2021-ci il tarixli, 781 saylı ekspertiza rəyindən görünür ki ki, Təqsirləndirilən şəxs2 hazırki cinayət əməlini törədərkən, öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərinə rəhbərlik etmək iqtidarında omuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür və onun halhazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. (İİİ cild, i.v. 5-6) - 12 fevral 2022-ci il tarixli 181 nömrəli ambulator məcburi tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əziyyət çəkir. 2-ci qrup əlil olduğuna görə narkomaniya xəstəliyindən məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə qeydiyyata götürülməsi məsləhət görülür. (İİİ cild, i.v. 7) - 12 fevral 2022-ci il tarixli 182 nömrəli ambulator məcburi tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əziyyət çəkir. 2-ci qrup əlil olduğuna görə narkomaniya xəstəliyindən məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə qeydiyyata götürülməsi məsləhət görülür. (İİİ cild, i.v. 8) - 12 fevral 2022-ci il tarixli 183 nömrəli ambulator məcburi tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə heroindən və psixotrop maddə metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əziyyət çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata götürülməsi məsləhət görülür. (İİİ cild, i.v. 9) - “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” 19 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir. (İİİ cild, i.v. 10-11) - Ağcabədi rayon Məhkəməsinin 21 fevral 2022-ci il tarixli, 4(017)-22/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs3 həbsdə saxlama müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır. (İİİ cild, i.v. 37-38) - Ağcabədi rayon Məhkəməsinin 21 fevral 2022-ci il tarixli, 4(017)-23/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlama müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır. (İİİ cild, i.v. 42-43) - Ağcabədi rayon Məhkəməsinin 25 fevral 2022-ci il tarixli, 4(017)-25/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs4 həbsdə saxlama müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır. (İİİ cild, i.v. 65-66) - “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” 11 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. (İİİ cild, i.v. 128-129) - Ağcabədi rayon polis şöbəsinin 15 mart 2022-ci il tarixli ********* saylı əməliyyat tapşırığına cavabından görünür ki, keçirilən əməliyyat tədbirləri nəticəsində xx.xx.2021-ci il tarixdə Ağcabədi şəhəri, S.Vurğun küçəsində qeydiyyatda olan Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilmiş narkotik vasitə heroin və psixotrop maddə olan metamfetamini bir gün əvvəl sonradan 120 manat ödəmək müqabilində Təqsirləndirilən şəxs2, öz növbəsində Təqsirləndirilən şəxs2 narkotik vasitə heroin və psixotrop maddə olan metamfetamini 90 manat borc verdiyi pulun əvəzində Təqsirləndirilən şəxs1 alması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 narkotik vasitə heroin və psixotrop maddə olan metamfetamini əldə etdiyi mənbəni, Təqsirləndirilən şəxs3 20 oktyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 evindən oğurladığı əşyaları satdığı şəxsi əməliyyat yolu ilə müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs4 və Hüseynov X20 rayonu ərazisində törədilən başqa talama cinayətlərində iştirak etməmişdir. Təqsirləndirilən şəxs4 xx.xx.2021-ci il tarixdə oğurladığı bir ədəd səs aparatını, bir ədəd “Samsung” markalı mobil telefonu, bir ədəd “Rolex” markalı kişi qol saatını, bir ədəd qadın ətrini, bir ədəd mobil telefonun adaptorunu və bir ədəd qulaqcığı sındırıb atmışdır. (İİİ cild, i.v. 161) - məhkəmə-tibb ekspertizasının 14 mart 2022-ci il tarixli 176 saylı rəyindən aydın olur ki, Təqsirləndirilən şəxs1 məhkəmə tibbi müayinəsi zamanı onun bədən səthi üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. (İİİ cild, i.v. 164-165) - “Diskə baxış keçirilməsi haqqında 12 aprel 2022-ci il tarixli rəyindən görünür ki, Azərcell MMC-dən götürülmüş telefon danışıqlarına dair məlumatları özündə əks etdirən diskə baxış keçirilmiş, baxış zamanı 22 oktyabr 2022-ci il tarixdə səhər saatlarından başlayaraq Təqsirləndirilən şəxs3 istifadəsində olan 050 453-65-05 nomrəli mobil telefonla Təqsirləndirilən şəxs1 istifadəsində olan 050 659-62-60 nömrəli və Təqsirləndirilən şəxs2 istifadəsində olan 050 525-98-97 nömrəli telefonlara zəng edib, onlarla danışıqlar aparması müəyyən edilmişdir. (İİİ cild, i.v. 170-194) - məhkəmə-əmtəəşünaslıq ekspertizasının 15 aprel 2022-ci il tarixli, 9/1792 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilməyən əşyaların nəzəri hesablama yolu ümumilikdə orta bazar qiyməti təxminən 2270 manat müəyyən edilir. O cümlədən X15 məxsus əşyaların xx.xx.2021-ci il tarixə nəzəri orta bazar qiyməti təxminən 940.00 manat, Zərərçəkmiş şəxs1 məxsus əşyaların xx.xx.2021-ci il tarixə nəzəri orta bazar qiyməti təxminən 1330.00 manat təşkil edir. Cədvəldə adları sadalanan lakin qiymətləndirilməyən əşyaların modeli, markası, ölçüsü barədə kifayət qədər məlumat olmadığından onların qiymətini müəyyən etmək mümkün olmamışdır. (İİİ cild, i.v. 211-216) - “İfadənin yerində yoxlanılması haqqında” 15 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 istintaqa verdiyi ifadə yoxlanılmış, Təqsirləndirilən şəxs3 ünvan 5 ünvünda yerləşən Zərərçəkmiş şəxs2 məxsus evdən oğurluq etdikləri vaxt, küçədə dayanıb ətrafa nəzarət etdiyi yeri göstərmişdir. ( İİİ cild, i.v. 222-223) - “İfadənin yerində yoxlanılması haqqında” 15 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 istintaqa verdiyi ifadə yoxlanılmışdır. Təqsirləndirilən şəxs3 ünvan 2 ünvanda yerləşən Zərərçəkmiş şəxs4 məxsus evdən oğurluq etdikləri vaxt, küçədə dayandığı yeri əyani olaraq göstərmişdir. ( İİİ cild, i.v. 224-225) - “İfadənin yerində yoxlanılması haqqında” 15 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 istintaqa verdiyi ifadəsi ünvan 3 ünvanda yerləşən Zərərçəkmiş şəxs1 məxsus evdə yoxlanılmış, Təqsirləndirilən şəxs3 həyətə, evə daxil olduğu və evdən əşyaları oğurladığı yerləri əyanı olaraq göstərmişdir. ( İİİ cild, i.v. 227-231) - “İfadənin yerində yoxlanılması haqqında” 15 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs4 istintaqa verdiyi ifadəsi ünvan 2 ünvanda yerləşən Zərərçəkmiş şəxs4 məxsus evdə yoxlanılmış, Təqsirləndirilən şəxs4 həyətə, evə daxil olduğu və kabelləri oğurladığı yerləri göstərmişdir. ( İİİ cild, i.v. 232-237) -“Əli” firmasının 15 aprel 2022-ci il tarixli 18 saylı məktubundan görünür ki, hər bir qutuda 100 metr olmaqla 4 ədəd qutuda 2,5 mm ölçülü elektrik naqili – 06 oktyabr 2021-ci il tarixdə hər bir qutunun orta bazar qiyməti 41.50 manat təşkil edib – 4 ədəd qutu cəmi 166 manat, hər bir qutuda 100 metr olmaqla 3 ədəd qutuda 4 mm ölçülü elektrik naqili - 06 oktyabr 2021-ci il tarixdə hər bir qutunun orta bazar qiyməti 41.66 manat təşkil edib – 3 ədəd qutu cəmi 124.98 manat, hər bir qutuda 100 metr olmaqla 6 ədəd qutuda 6 mm ölçülü elektrik naqili - 06 oktyabr 2021-ci il tarixdə hər bir qutunun orta bazar qiyməti 50 manat təşkil edib – 6 ədəd qutu cəmi 300 manat, bir ədəd səs aparatı (flaş kart oxuducu) - 12 oktyabr 2021-ci il tarixə orta bazar qiyməti15 manat, bir ədəd telefon qulaqcığı - 12 oktyabr 2021-ci il tarixə orta bazar qiyməti 4 manat, bir ədəd telefon adaptoru - 12 oktyabr 2021-ci il tarixə orta bazar qiyməti 5 manat, bir ədəd qadın ətri (parfum) - 12 oktyabr 2021ci il tarixə orta bazar qiyməti 12 manat, bir ədəd “Rolex” markalı kişi qol saatı - 12 oktyabr 2021-ci il tarixə orta bazar qiyməti 30 manat, 312 metr uzunluğunda qoşa xəttli içərisi miss materialdan elektrik naqili – 15 oktyabr 2021-ci il tarixə hər bir metrinin orta bazar qiyməti 1,10 manat təşkil edib – 312 metr elektrik naqili cəmi 343.20 manat bazar satış qiymətində olmuşdur. ( İİİ cild, i.v.238) - “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” 16 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. (İİİ cild, i.v. 252-254) - “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” 16 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. (İV cild, i.v. 11-12) - “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 etirafedici ifadə verməsi üçün fiziki zorakılığa məruz qalmasını bildirməsi faktı üzrə Ağcabədi rayon prokurorluğunda araşdırma aparılmış və həmin fakt üzrə cinayət işinin başlanılması rədd edilmişdir. (İV cild, i.v. 22-26) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxslərə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 özlərini müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: -məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs3 narkotik vasitələrin satışı ilə məşğul olmamasını, Təqsirləndirilən şəxs2 narkotik vasitə almamasını, hər hansı oğurluq cinayəti törətməməsi və polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qaldığı üçün etirafedici ifadələr verməsini deməsi, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 narkotik vasitə almadığını, Təqsirləndirilən şəxs3 hər hansı narkotik vasitə və psixotrop maddə satmadığını göstərməsi, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 və ya Təqsirləndirilən şəxs3 hər hansı narkotik vasitə və psixotrop maddə satmadığını, polis əməkdaşları tərəfindən fiziki təzyiqlər edildiyi üçün etirafedici ifadələr verməsini bildirməsi, Təqsirləndirilən şəxs4 isə Təqsirləndirilən şəxs3la birlikdə hər hansı oğurluq etmədiyini, oğurluq cinayətlərini tək törətdiyini bildirməsi barədə məhkəmə istintaqı zamanı verdikləri ifadələri həqiqətə uyğun deyil, onların müvafiq məzmunlu ifadə vermələri əsassız olaraq törətdikləri cinayət məsuliyyətindən kənarda qalmalarına hesablanmışdır. Təqsirləndirilən şəxslər tərəfindən qeyd edilən ifadələr özünü müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspertiza rəyləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadələri inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Belə ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs3 müdafiəçisinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə verdiyi şübhəli və təqsirləndirilən şəxs qismində ilkin ifadələrində, həmçinin sonrakı ifadələrində Təqsirləndirilən şəxs2 120 manata 4 qrama yaxın narkotik vasitə almasını, həmin narkotiki Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 alıb ona verməsini, həmçinin özü və Təqsirləndirilən şəxs4la birlikdə etdikləri oğurluqlar barədə kifayət qədər ətraflı olaraq bildirmiş, həmçinin ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti zamanı ifadəsində qeyd etdiklərini əyani olaraq göstərmiş, polis əməkdaşları tərəfindən ona qarşı hər hansı formada təsir edilmədiyini də qeyd etmişdir. Həmçinin təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 müdafiəçisinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə verdiyi şübhəli və təqsirləndirilən şəxs qismində ilkin ifadələrində Təqsirləndirilən şəxs2 borclu olduğu 90 manat pulun qarşılığında ona 4 qrama yaxın narkotik vasitə verməsini göstərmiş, polis əməkdaşları tərəfindən ona qarşı hər hansı formada təsir edilmədiyini də qeyd etmişdir. Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs3 narkotik vasitə verməməsi, Təqsirləndirilən şəxs1 narkotik vasitə almamasını, sonuncunun Təqsirləndirilən şəxs3 şəxsən narkotik vasitə verməsini bildirsə də ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 arasında videoçəkiliş edilməklə üzləşdirmə aparılmış, Təqsirləndirilən şəxs3 ifadəsində Təqsirləndirilən şəxs2 barəsində göstərdiklərini təsdiq etməklə, xx.xx.2021-ci il tarixdə saat 19 radələrində ona yaşadığı evdə Təqsirləndirilən şəxs2 narkotik vasitə heroin və psixotrop maddə metamfetamin verdiyini, həmin narkotiki satdıqdan sonra Şirinə 120 manat pul ödəyəcəyi barədə razılığa gəlmələrini bir daha sonuncunun üzünə demişdir. Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs3 tərəfindən üzünə deyilənləri təkzib etmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arasında videoçəkiliş edilməklə üzləşdirmə aparılmış, Təqsirləndirilən şəxs1 ifadəsində Təqsirləndirilən şəxs2 barəsində göstərdiklərini təsdiq etməklə, yəni xx.xx.2021-ci il tarixdə saat 12 radələrində yaşadığı evin qarşısında 4 qrama yaxın narkotik vasitə heroni Təqsirləndirilən şəxs2 90 manat borcunun əvəzində verməsini bir daha onun üzünə demişdir. Təqsirləndirilən şəxs2 Saday tərəfindən üzünə deyilənləri təkzib etmiş və onun sexində Təqsirləndirilən şəxs1 cibindən 4 qram heroini çıxarıb Təqsirləndirilən şəxs3 verməsini göstərmişdir. Həmçinin Təqsirləndirilən şəxs4 da ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi bütün ifadələrində törətdiyi oğurluq cinayətlərini etiraf etmiş, həmçinin həmin oğurluq əməllərindən ikisini Təqsirləndirilən şəxs3la birlikdə törətdiyini bildirmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 yuxarıda göstərilən kimi ifadə vermələri, həmin ifadələrin digər sübutlarla da tam təsdiq edildiyi halda məhkəmə baxışı dövründə verdikləri ifadələrində hadisənin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada təhrif edildiyi müəyyən edilmiş, ümumiyyətlə onların qeyd olunan mərhələdə verdiyi ifadələri yalan olmaqla məhz real faktların ört-basdır edilməsinə, məhkəmə istintaqının səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən kənarda qalmalarına hesablanmışdır. Həmçinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Ağcabədi RPŞ-nin yuxarıda adları qeyd edilən əməkdaşları da ifadələrində bir daha təsdiq etmişlər ki, Təqsirləndirilən şəxs3 saxlanılarkən şifahi şifahi sorğu zamanı narkotik vasitənin ona məxsus olmasını, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 120 manata alıb ona verdiyini, Təqsirləndirilən şəxs1 isə narkotik vasitəni Təqsirləndirilən şəxs2 90 manat borcu müqabilində verməsini dediyini və digər halları tam etiraf etmiş, hər hansı etirazları olmamışdır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs3 şəxsi istifadə və satış məqsədi ilə 22 oktyabr 2021-ci il tarixdə Ağcabədi şəhəri, B.Sərdarov küçəsində kirayə yaşadığı evdə Təqsirləndirilən şəxs2 sonradan 120 manat ödəmək şərti ilə bir bükümdə 3,166 qram narkotik vasitə heroin və 0, 555 qram psixotrop maddə metamfetamin almışdır. Təqsirləndirilən şəxs3 aldığı narkotik vasitə və psixotrop maddələri satmaq məqsədi ilə xırda bükümlərə ayırmaqla həmin bükümləri üzərindəki siqaret qutusunun icərisində saxlayaraq daşımışdır. Bundan başqa Təqsirləndirilən şəxs3 narkotik vasitələri satmaq üçün üzərində “Yingjie” sözləri yazılmış elekton tərəzi gəzdirmişdir. Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs3 narkotik vasitə verməməsini, Təqsirləndirilən şəxs1 narkotik vasitə almamasını bildirməsi ilə bağlı qeyd edilməlidir ki, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxs X33 22 oktyabr 2021-ci il tarixdə saat 12 radələrində Təqsirləndirilən şəxs1 narkotik vasitə heroin və psixotrop maddə metamfetamini 90 manata borc verdiyi pulun əvəzində almışdır. Təqsirləndirilən şəxs2 həmin gün saat 19 radələrində Təqsirləndirilən şəxs3 yaşadığı evdə ona “Sadaydan almışam 4 qrama yaxındır” sözlərini deyib, 120 manat pulu sonradan almaq şərti ilə, əlavə 30 manat qazanc əldə etmək üçün narkotik vasitə heroin və psixotrop maddə metamfetamini bir bükümdə satmışdır. Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs3 120 manat pulu sonradan almaq şərti ilə bir bükümdə narkotik vasitə heroin və psixotrop maddə metamfetamini satması təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ifadələri, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında, Təqsirləndirilən şəxs3 ilə Təqsirləndirilən şəxs2 arasında keçirilən üzləşdirmələrlə bir daha təsdiqini tapmışdır. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş "xxxx" MMC-dən götürülmüş telefon danışıqlarına dair məlumatları özündə əks etdirən diskə baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 istifadə etdiyi mobil telefona göndərilmiş “6 dene p isdeyen var 42 verirəm 2 var özümde 4 çatmır onu hazırla g, Sənin qulaqın eşidə eşidə sənə söymədiyim söyüş qalmadı 2qr mala gö, Aç dana teli Hazırdı pul Camat məni gozduyur ay şirin, Saşa manam İvan ma 1 qram Patı varsa kati takisi pulun man veraçam” məzmunlu mesajlar vardır. Göründüyü kimi Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə ilkin izahat, şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrini təkzib edərək məhkəmə istintaqında Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 narkotik vasitə satmadığını bilidirmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxus qeyriəmlak xarakterli mənfəət əldə etmək başa düşülür. Göründüyü kimi məhkəmə istintaqı zamanı sübut olunmuşdur ki, Təqsirləndirilən şəxs1 90 manat pul borcunun əvəzində Təqsirləndirilən şəxs2 narkotik vasitə heroin və psixotrop maddə metamfetamin vermiş, bununla da maddi xarakterli öhdəliyinin icrasından (borcunu ödəməkdən) azad olmuş, yəni narkotik vasitəni Təqsirləndirilən şəxs2 satmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxslərin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla-yuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı hesab edir və onların məhkəmə istintaqı zamanı verdiyi ifadəni özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. -bundan əlavə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 özlərini müdafiə etmək üçün irəli sürdüyü digər dəlilləri saxlanılarkən polis əməkdaşları tərəfindən onlara qarşı fiziki təzyiqlər edildiyi, həmçinin hədələndikləri üçün etirafedici ifadələr vermələri, Təqsirləndirilən şəxs2 isə polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalmasına baxmayaraq düzgün danışması barədə göstərdikləri ilə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və X5 polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə və hədələrə məruz qalmaları ilə bağlı irəli sürdüyü dəlilə məhkəmə münasibət bildirərək qeyd edir ki, iş materiallarından göründüyü kimi, öz seçimləri ilə cəlb edilmiş peşəkar vəkillə təmsil edilmələrinə baxmayaraq, istər təqsirləndirilən şəxslər özləri, istərsə də onların vəkilləri ibtidai istintaq dövründə belə şikayətlə vaxtlı-vaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmişlər və eyni zamanda onlar, bu halı hər hansı dəlillə əsaslandırmamış və ya izah etməmişlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxslər şəxsi axtarış istintaq hərəkəti zamanı müdafiəçinin sualına cavab olaraq söylədikləri səsli nitqlərində onlara qarşı polis əməkdaşları tərəfindən hər hansı bir fiziki təsirlərin edilmədiyini, bu barədə heç bir şikayətlərinin olmadığını bildirmişlər, bundan əlavə üzləşdirmə istintaq hərəkəti də videoçəkiliş vasitəsi ilə keçirilməsinə baxmayaraq burada da polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalmaqları barədə hər hansı ifadə işlətməmişlər, həm də eyni zamanda onların saxlanılmasında iştirak etmiş polis əməkdaşları da məhkəmədə dindirilərkən tərəflərindən təqsirləndirilən şəxslərə qarşı hər hansı bir fiziki və ya psixi təsirin göstərilmədiyini bildirmişlər. Həmçinin Təqsirləndirilən şəxs1 ibtidai istintaqın sonlarında məhkəmə istintaqında qeyd etdiyi formada ifadə vermiş, cinayət işindən həmin xüsusatla bağlı 11 aprel 2021-ci il tarixdə material ayrılaraq araşdırma aparılması üçün rayon prokurorluğuna göndərilmiş və Təqsirləndirilən şəxs1 göstərdiyi xüsusatlar üzrə Ağcabədi rayon prokurorluğunda ilkin yoxlama aparılmış, verilmiş izahatlar, keçirilmiş məhkəmə tibbi ekspertiza rəylərinə və digər sübutlara əsasən təqsirləndirilən şəxslərə qarşı hər hansı işgəncə verilməsi faktı təsdiq olunmadığından 16 aprel 2022-ci il tarixli qərar ilə cinayət işinin başlanması rədd edilmişdir. Eyni zamanda məhkəmə-tibb ekspertizasının 14 mart 2022-ci il tarixli 176 saylı rəyindən aydın olur ki, Təqsirləndirilən şəxs1 məhkəmə tibbi müayinəsi zamanı onun bədən səthi üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Məhkəmə “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 16 aprel 2022-ci il tarixli qərarındakı göstərilən xüsusatları, o cümlədən, hazırki məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxslər tərəfindən fiziki və ya psixi zorakılığa məruz qalmalarına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı, onların hadisə ilə bağlı təfərrüatlı ifadələr verməyərək ümumi olaraq təzyiqlərə məruz qaldıqlarını göstərmələrini nəzərə alaraq göstərilən xüsusata təqsirləndirilən şəxslər tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. Bu səbəblərdən məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxslərin məhkəməyədək dövrdə özlərinə qarşı verdiyi ifadənin məhz fiziki təzyiq nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxslərin tutulduqdan sonra polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalmaları ilə bağlı göstərdiyi xüsusatlar işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, onlardan ifadələrin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Məhkəmə tərkibinin belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda da öz əksini tapmışdır (Əhmədov Azərbaycana qarşı, № 30364/09, §§ 42-43, 12 noyabr 2013; Məmmədov Azərbaycana qarşı, № xx/xx/2013, §§ 23-27, 11 yanvar 2007; Rizvanov Azərbaycana qarşı, № 31805/06, §§ 12-20, 17 aprel 2012; və Nəcəfli Azərbaycana qarşı, № 2594/07, §§ 11-21, 2 oktyabr 2012). Avropa İnsan Hüquqları Məhkəməsinin “X6rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə göstərilənlərə əsasən təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və X5 ibtidai araşdırma zamanı müdafiəçilərinin iştirakı ilə izahat və ifadələrini verdiklərini və hər hansı təsirə məruz qalmadıqlarını bildirdiklərini, işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. Məhkəmə bu fikrin məntiqi davamı olaraq, təqsirləndirilən şəxslər- Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və X5 məhkəmə istintaqı zamanı verdiyi ifadələrinin yuxarıda qeyd edilən hissələrini müvafiq cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyan ifadə kimi qiymətləndirib sübut kimi nəzərə almır. “X22 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir.Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və X16 onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhlərinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər vermiş və onlara qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişlər. Müdafiə tərəfi (təqsirləndirilən şəxslər və onların müdafiəçiləri) təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamı mübahisələndirsələr də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 234.4.3-cü maddələrində, X5 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3-cü maddələrində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməllərini törətmələri özlərinin ibtidai araşdırma zamanı verdiyi etirafedici izahat və ifadələri ilə yanaşı, məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3, Şahid4, Şahid5, Şahid6, zərərçəkmiş şəxs qismində dindirilmiş X11 ifadələri, məhkəmə iclasında tədqiq edilmiş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4 ifadələri, “şəxsi axtarış keçirilməsi haqqında” 23 oktyabr 2021-ci il tarixli protokollar, ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülər, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 arasında, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arasında videoçəkilişdən istifadə edilməklə aparılmış üzləşdirmə istintaq hərəkətləri, digər istintaq hərəkəti protokolları, məhkəmə fiziki-kimyəvi və bioloji ekspertizasının 24 oktyabr 2021-ci il tarixli, 18/1075 saylı rəyi, məhkəmə-əmtəəşünaslıq ekspertizasının 15 aprel 2022-ci il tarixli, 9/1792 saylı rəyi, “Əli” firmasının 15 aprel 2022-ci il tarixli 18 saylı məktubu, əməliyyat-axtarış fəaliyyətinin gedişində əldə edilmiş material hesab edilən, Ağcabədi RPŞ-nin səlahiyyətli əməkdaşının tərtib etdiyi 15 mart 2022-ci il tarixli əməliyyat axtarış tədbirlərinin keçirilməsi nəticəsinə dair məktubu, Azərbaycan Respublikası DİN-nin KTİ-nin 26 oktyabr 2021-ci il tarixli, 011- 10060-1221 saylı məktubu, mobil operatorlardan daxil olmuş məlumatlar, digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış narkotik vasitələr yəni, toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bu sübutlar Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 234.4.3-cü maddələri, X5 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 234.4.3-cü maddələrində, X5 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olmaları tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxslərin qeyd olunan əməllərinin cinayət olmasını aradan qaldıran hal, o cümlədən həmin əməllərə görə cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməllərinin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi, Təqsirləndirilən şəxs3 əməllərinin Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 234.4.3-cü maddələri, Təqsirləndirilən şəxs4 əməlinin isə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə tövsüf etməklə ibtidai istintaq orqanı düzgün nəticəyə gəlmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də onlar ittiham elan olunduqları maddələrdə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və həmin maddələrin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin sanksiyasında 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsində isə 1 ildən 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə nəzərdə tutulmuşdur. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 məhkum olunmamışdır . (İ cild, i.v 217) - Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının Ağcabədi şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 18 aprel 2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 evlidir, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Ailə tərkibi arvadı və 2019-cu il tarixdə anadan olmuş qızından ibarət olmaqla himayəsində bir nəfər azyaşlı uşağı vardır. (İ cild, i.v 256-258; İV cild, i.v. 34-35). -məhkumluq haqqında tələbnamədən görünür ki, Əliyev X28 rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 263-1.1 və 264-cü maddələri ilə təqsirli bilinib 02 il 06 ay müddətində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 il 02 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Qaradağ rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə 01 ay 02 gün vaxtından əvvəl şərti azad olunub, xx.xx.2019-cu il tarixdə cəza müddəti başa çatmışdır. Ağcabədi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 01 ay müddətində azadlıqdan məhrum etmə və 02 il 01 ay 06 gün müddətində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə çəzasına məhkum edilmiş, cəzası 01 il 06 ay müddətində şərti hesab olunmuş və xx.xx.2020-ci il tarixdə cəzasını çəkib qurtardığı üçün qeydiyyatdan çıxarılmışdır. (İ cild, i.v 218-220) - Ağcabədi rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Əliyev X28 rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsi ilə təqsirli bilinib həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən təyin edilmiş 02 il 01 ay 06 gün müddətində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə əlavə cəzasını xx.xx.2021-ci il tarixdə çəkmişdir. Azərbaycan Respublikası CM-in 83.3.1-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində — sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs2 Ağcabədi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsi ilə təqsirli bilinib şərti məhkum edilmiş, sınaq müddəti xx.xx.2020-ci il tarixdə bitmiş, təyin edilmiş əlavə cəza da xx.xx.2021-ci il tarixdə çəkib bitirmişdir. Buna görə də Təqsirləndirilən şəxs2 məhkumluğu xx.xx.2021-ci il tarixdən ödənilmiş hesab olunur. -Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının Ağcabədi şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 20 dekabr 2021-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 evlidir, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Ailə tərkibi arvadı, 2014-cü il tarixdə anadan olmuş oğlu və 2016-cı il tarixdə anadan olmuş qızı olmaqla himayəsində iki nəfər azyaşlı uşağı vardır. (İ cild, i.v. 253-255). -məhkumluq haqqında tələbnamədən görünür ki, Nuriyev X21 rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 10 ay 24 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. (İ cild, i.v 221-222) - Ağcabədi rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Nuriyev X21 rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 10 ay 24 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, hökm və hökmün icrasına dair göstəriş xx.xx.2021-ci il tarixdə Ağcabədi rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və 8 noyabr – Zəfər Günü münasibəti ilə amnistya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli qərarının 2.5-ci maddəsinə əsasən Ağcabədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən cəzadan azad edilmiş, xx.xx.2022-ci il tarixdə Ağcabədi rayon İcra və Probasiya Şöbəsinin qeydiyyatından çıxarılmış, Təqsirləndirilən şəxs1 çəkilməmiş cəzası qalmamışdır. - Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının Ağcabədi şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 18 aprel 2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 evlidir, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Ailə tərkibi arvadı, 2017 və 2019-cu il tarixlərdə anadan olmuş qızları olmaqla himayəsində iki nəfər azyaşlı uşağı vardır. (İ cild, i.v. 249-252; İV cild, i.v. 30-31). -məhkumluq haqqında tələbnamədən görünür ki, X1 rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 127.1, 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 400 manat cərimə cəzasına məhkum edilmişdir. Ağcabədi rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 600 manat cərimə cəzasına məhkum olumuş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 127.1, 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 03 il 06 ay müddətinə azadlıqdan məhrun etmə cəzasına məhkum olunmuşdur. Bakı şəhər Xətai rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə təyin edilmiş cəzadan azad edilib, üzərində Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə 600 manat cərimə və 03 il müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılmış, xx.xx.2020-ci il tarixdə azadlıqdan məhrum etmə cəzasının sonu ilə azad olunmuş, Ağcabədi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 600 manat cərimə cəzası dəyişdirilərək 300 saat ictimai işlər cəzası ilə əvəz edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasını tam çəkib qurtarmış və üzərində çəkilməmiş cəzası qalmamışdır. (İİ cild, i.v 157-159) Azərbaycan Respublikası CM-in 18.4.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs4 xx.xx.2000-ci il tarixdə anadan olmuşdur və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə məhkum olunmasına və ictimai işlər cəzasını xx.xx.2021-ci il tarixdə bitirməsinə və məhkumluğun ödənilməsi müddəti həmin tarixdən başlamasına baxmayaraq Təqsirləndirilən şəxs4 həmin maddə ilə yetkinlik yaşına çatmadığı dövrdə məhkum olunduğundan bu hal cinayətin residivini yaratmır. - Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının Ağcabədi şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 18 aprel 2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs4 subaydır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Ailə tərkibi anası və bacılarından ibarətdir. (İV cild, i.v. 32-33). Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2, 58.3-cü maddələrini rəhbər tutaraq hazırki iş üzrə törətdikləri cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, törədilməsi halları, ağırlığı və nəticələrini, yaşayış yeri üzrə normal xasiyyətləndirilmələrindən ibarət şəxsiyyətlərini xarakterizə edən halı, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 himayələrində azyaşlı uşaqlarının olması ilə bağlı cəzalarını yüngülləşdirən halın olduğunu (Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən), cəzalarını ağırlaşdıran halların olmadığını nəzərə alıb təyin olunacaq cəzanın islah olunmalarına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 azadlıqdan məhrumetmə cəzası onlara ittiham elan edilmiş maddələrin sanksiyası həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara, cinayətin törədilməsində iştirak dərəcələrinə əsasən təyin edilməlidir. Buna görə də onlara qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 barələrində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə, Azərbaycan Respublikası CPM-in 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onların ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduqları tarixlərdən hesablanmalı və Ağcabədi Rayon Məhkəməsinin müvafiq qərarları ilə barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 155-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud olduğundan Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalından dərhal həbs edilməli və hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən 23 oktyabr 2021-ci il tarixdən 25 oktyabr 2021-ci il tarixədək Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın təsdiq edilməsi barədə 9 fevral 2006-cı il tarixli, 39 nömrəli Qərarının 3.2 və 3.7-ci bəndlərinə əsasən narkomanlıq xəstəliyinə düçar olmuş əlilliyi olan şəxslərə məcburi müalicə tətbiq oluna bilməz. Məhkəmə hesab edir ki, məhkəmə-narkoloji ekspertizasının 12 fevral 2022-ci il tarixli, 181 və 182 nömrəli rəylərində Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicəyə ehtiyaclarının olduğu göstərilsə də, göstərilən normativ hüquqi aktın tələbinə görə Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 İİ qrup əlil olmasına görə onlara narkomaniyadan məcburi müalicə tətbiq oluna bilməz. Amma Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdırlar. Ambulator məhkəmə-narkoloji tibbi yoxlamanın 12 fevral 2022-ci il tarixli, 183 nömrəli rəyi nəzərə alınaraq, Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli, o, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Zərərçəkmiş şəxs X23 Təqsirləndirilən şəxs4 qarşı verdiyi mülki iddiasında sonuncunun ona1400 manat məbləğində vəsaitin Təqsirləndirilən şəxs4 alınaraq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən cinayət mühakimə icraatında mülki iddia həmin Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur (mad. 179.1). Ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda, əmlakına dəymiş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır (mad. 181.1). Mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin aid olduğu məhkəmədə həmin işlə birlikdə baxılır (mad.187.1). Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs Ülviyyə Budaqova tərəfindən qanunun bu və digər tələblərinə əməl edilməklə mülki iddia verilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, proses tərəflərinin fikirlərini dinləyib, cinayət-prosessual qanunvericiliyin mülki iddia ilə bağlı yuxarıda göstərilən müddəalarında nəzərdə tutulmuş müvafiq prosessual əsasların olması və cinayət işi materialları əsasında belə qənaətə gəlir ki, zərərçəkmiş şəxs X23 tərəfindən verilmiş mülki iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs4 tərəfindən törədilmiş cinayət nəticəsində Ulviyyə Budaqovaya 1151 manat məbləğində ziyan dəyməsi tam sübuta yetmişdir. İbtidai istintaq orqanı tərəfindən də Təqsirləndirilən şəxs4 həmin məbləğdə ziyan vurduğuna görə ittiham elan edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs4 iş üzrə zərərçəkmiş şəxsə vurduğu maddi ziyana görə cəmi 1151 (bir min yüz əlli bir) manat məbləğində pul tutulub X15 ödənilməlidir. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsi ilə bağlı 49 (qırx doqquz) manat, 74 (yetmiş dörd) qəpik məbləğində, məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsi ilə bağlı 100 manat məbləğində ekspertiza xərci Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 bərabər məbləğdə, həmçinin ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 bərabər məbləğdə tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Ağcabədi RPŞ-nin Maddi sübutları saxlama kamerasında saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 3,106 qram çəkidə narkotik vasitə heroin, 0,455 qram çəkidə psixotrop maddə metamfetamin, bir ədəd üzərinə “Yingjie” sözləri yazılmış elekton tərəzi və şəffaf rəngli plastik qab hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərində şəxsi axtarış, həmçinin həmin şəxslərin üzləşdirilmələri zamanı aparılmış videoçəkilişləri özündə əks etdirən 03 ədəd DVD disklər, “Azercell” və "xxxx" MMC-dən daxil olmuş 02 ədəd CD disklər iş materiallarında saxlanılmalıdır. İş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, həmçinin “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə 06 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 24 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən 23 oktyabr 2021-ci il tarixdən 25 oktyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 05 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə qətimkan” tədbiri həbs qətimkan tədbiri ilə dəyişdirilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbs edildiyi yəni, 30 yanvar 2023-cü il tarixdən tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına keçirilib həbsdə saxlanması üçün Lənkəran Şəhər Rayon X31 Saxlama Yerinə göndərilsin. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə 03 müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs3 cinayətlərin məcmusu üzrə qəti olaraq 06 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 23 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə 03 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs4 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs4 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 23 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs4 barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs X23 tərəfindən verilmiş mülki iddia qismən təmin edilsin. Təqsirləndirilən şəxs4 iş üzrə zərərçəkmiş şəxsə vurduğu maddi ziyana görə cəmi 1.151 manat məbləğində pul tutulub X15 ödənilsin. Mülki iddia qalan hissədə təmin edilməsin. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə 49 (qırx doqquz) manat, 74 (yetmiş dörd) qəpik məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 bərabər məbləğdə, həmçinin ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq Ağcabədi RPŞ-nin Maddi sübutları saxlama kamerasında saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 3,106 qram çəkidə narkotik vasitə heroin, 0,455 qram çəkidə psixotrop maddə metamfetamin, bir ədəd üzərinə “Yingjie” sözləri yazılmış elekton tərəzi və şəffaf rəngli plastik qab hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərində şəxsi axtarış, həmçinin həmin şəxslərin üzləşdirilmələri zamanı aparılmış videoçəkilişləri özündə əks etdirən 03 ədəd DVD disklər, “Azercell” və "xxxx" MMC-dən daxil olmuş 02 ədəd CD disklər iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar