Məhkəmə qərarları › İş №1(099)-9/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-9/2024

25.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-9/2024 25.09.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri-Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Nahid Nəsir oğlu və X6 ibarət tərkibdə, məhkəmə iclas katibi-X20, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs2, onun müdafiəçisi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi-Bakı şəhəri, 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1980-ci ildə Lənkəran rayonu, Port-İliç şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvəllər məkum olunmuş, məhkumluğu ödənilmiş, Lənkəran rayonu, Liman şəhəri R.Rza küçəsi, ev 19-da qeydiyyatda olmaqla yaşamış, 27 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Lənkəran Rayon Məhkəməsinin 29 avqust 2022-ci il tarixli, 4(049)-254/2022 nömrəli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 və xx xxxxxx 1988-ci ildə Lənkəran rayonu, Port-İliç şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvəllər məkum olunmamış, Lənkəran rayonu, Liman şəhəri, S.Vurğun küçəsi, ev 47/3, mənzil 29-da qeydiyyatda olmaqla yaşamış, 27 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Lənkəran Rayon Məhkəməsinin 29 avqust 2022-ci il tarixli, 4(049)-253/2022 nömrəli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-Cinayət Məcəlləsi) 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs2 külli miqdarda narkotik vasitələr-heroin, tiryək və qurudulmuş marixuananın, həmçinin odlu silah və döyüş sursatının əldə edilməsi, saxlanması, daşınması və satışından qazanc əldə edilməsi ilə bağlı 2022-ci ilin avqust ayında Təqsirləndirilən şəxs1 ilə razılığa gəlib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşdikdən sonra, bu məqsədlə hər ikisi əldə edilmiş razılıq və ümumi niyyətə uyğun hərəkət edərək 2022-ci ilin avqust ayında Lənkəran rayonunda istintaqla dəqiq müəyyən edilməmiş tarixdə, vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda- 2323.634 qram çəkidə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini, külli miqdarda-562,021 qram çəkidə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki və külli miqdarda-4210,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı, həmçinin 1959-cu ildə Tula silah zavodunda istehsal edilmiş, 5,6 mm kalibrli, “TOZ-8” modelli, “13846”№-li, saz vəziyyətdə və atəş açmaq üçün yararlı 1 (bir) ədəd yivli odlu idman-ov silahı olan tüfəngi və zavod üsulu ilə istehsal edilmiş, pistonları yandan alışan, 5,6 mm kalibrli olmaqla, həmin kalibrə malik, “TOZ-8”, (“TOZ-8m”), “TOZ-11”, “TOZ- 16”, “TOZ-21-1”, “TOZ-18”, “TOZ-29”, “TOZ-17” və sair modelli idman-ov tüfəng və karabinlərdə, “Marqolin”, “TOZ-35”, “İS-1” markalı idman tapançalarında, eləcə də digər yivli odlu silahlarda döyüş sursatı olaraq istifadə edilmək üçün nəzərdə tutulmuş 24 (iyirmi dörd) ədəd istifadəyə yararlı patronları qanunsuz olaraq əldə etmiş, onların satışını realizə edib birlikdə qazanc əldə etmək üçün həmin narkotik vasitə heroinin 43,634 qramını və tiryəkin 61,552 qramını qrup üzvü Təqsirləndirilən şəxs1 özündə saxlayıb, qalan narkotik vasitələri və qanunsuz olaraq özündə saxlayıb daşıyaraq gəzdirdiyi qeyd olunan odlu silahı və döyüş sursatı olan patronları ondan almış, özü Təqsirləndirilən şəxs1 əldə edib satış məqsədi ilə qanunsuz olaraq üzərində saxlayaraq daşıdığı və gəzdirdiyi narkotik vasitələrdən 4210,0 qram çəkidə qurudulmuş marixuananı və odlu silah ilə patronları daşıyaraq Lənkəran rayonu, Liman şəhəri, 28 May küçəsində yerləşən “Liman şəhər məscidi”nin arxasında kolluq ərazidə gizlədərək saxlamış, qalan narkotik vasitələr olan 2280,0 qram çəkidə heroini və 500,469 qram çəkidə tiryəki üzərində saxlayaraq daşımış, bu barədə əməliyyat məlumatları almış Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin X25 əməkdaşlarının 27 avqust 2022-ci il tarixdə saat 19 radələrində keçirdikləri əməliyyat tədbirləri zamanı yaşadığı Lənkəran rayonu, Liman şəhəri, Rəsul Rza küçəsində saxlanılaraq X25 inzibati binasına gətirilib üzərində şəxsi axtarış keçirilərkən külli miqdarda-2280,0 qram çəkidə heroin və 500,469 qram çəkidə tiryək əlində tutduğu idman çantasının içərisindən, 4210,0 qram çəkidə qurudulmuş marixuana, 1 (bir) ədəd “TOZ-8” modelli yivli odlu idman-ov silahı olan tüfəng və döyüş sursatı olan 24 ədəd patronlar isə sonuncu tərəfindən onların gizlədildiyi kolluq əraziyə həmin tarixdə saat 20:20 radələrində baxış keçirilərkən aşkar edilib qablaşdırılaraq götürülmüş, əməliyyat tədbirlərinin nəticəsi olaraq Təqsirləndirilən şəxs1 həmin gün saat 21:15 radələrində Lənkəran rayonu, Liman şəhəri, Həzi Aslanov küçəsində saxlanılaraq X25 inzibati binasına gətirilib üzərində şəxsi axtarış keçirilərkən narkotik vasitənin qalan hissəsi olan 43,634 qram çəkidə heroin və 61,552 qram çəkidə tiryək əynində olan cins şalvarın sol yan cibindən aşkar edilib qablaşdırılaraq götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində demişdir ki, 27 avqust 2022-ci il tarixdə evdə olmuş, evdən çıxıb siqaret almağa getmiş, X25 Natiq adlı polis əməkdaşı ona yaxınlaşıb “rəis səni istəyir, bölməyə gəl” demişdir. Saat 14:00-da bölməyə getmiş, Bölmənin qabağında 3 nəfər adam olmuş, onlardan biri qadın, iki nəfəri isə kişi olmuşdur. Yaxınlaşıb həmin şəxslərdən soruşmuşdur ki, nə məsələdir, həmin şəxslər ona “oğlum dava-dalaş edib, bölməyə gətiriblər” demişdir. Onu bölmədə kamerasız otağa salmışlar və qoluna qandal vurmuşlar. Səbəbin soruşanda narahat olma qol çəkib gedərsən demişlər. 1-2 saat boş otaqda qalmışdır. Daha sonra ona şiddət göstərmişlər, dəfələrlə onu vurmuşlar. Onun qarşısına 1 kilo narkotik vasitə qoyaraq, bu sənindir demişlər. Polis əməkdaşlarına bu nə hərəkətdi, bunun məhkəməsi var, prokuroru var demişdir. Polis əməkdaşı ona “burda məhkəmə də mənəm, prokuror da mənəm” demişdir. Ona çox ağır işgəncələr vermişlər, evindəkilərlə onu şantaj etmişlər, yaşlı anası var, polis əməkdaşlarının dediklərini qəbul etməsə həyətindən narkotik vasitə çıxaracaqdılar. Polis əməkdaşları ona bunu götürməlisən, bir başa yuxarıdan əmr var demişlər. Çox fikirləşəndən sonra şiddətli ağrılara dözə bilməyib polis əməkdaşlarının dediklərini qəbul etmişdir. Kürdəxanıda yerləşən İstintaq Təcridxanasına gedəndən sonra Lənkəran rayon prokurorluğuna döyülməsi ilə bağlı şikayət ərizəsi ilə müraciət etmişdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, Vüqarla heç bir alış-verişi, hətta əlaqəsi belə olmamışdır. Liman şəhərinin 18 min əhalisi var, Liman şəhərində kimisə tanımağa məcbur deyildir. Müstəntiq ilkin istintaqı aparmışdır. Müstəntiq heç olmasa bir faktı göstərsin ki, Vüqarla onun arasında əlaqəsi olmuş olsun, nə o, Vüqarın evin tanımış, nə də Vüqar onun evini tanımışdır. Aralarında heç bir telefon əlaqəsi olmamış, sərbəst şəkildə bölməyə getmiş, orada narkotik vasitəni üzərinə qoyaraq onun olduğunu demişlər. Saxlanılan zaman üzərində heç bir narkotik vasitə olmamış, bölməyə gələndə boş olmuşdur. Saxlanana kimi narkotik vasitədən istifadə etmişdir. Narkotik vasitəni üzərinə götürməyi, rəis müavini Fuad və Əzim adlı polis əməkdaşları onu məcbur etmişlər. Bölmədə Vüqarla bağlı ona heç nə deməmişlər, Vüqarın adını eşitməmişdir. Vüqarın adını MSY-də eşitmişdir. İfadə görməmiş, nəyəsə imza çəkdirmişlər, imza çəkəndə oxumamışdır. Ona demişlər ki, “məscidin yanında zibillik var, səni ora aparacağıq, zibillik tərəfdə nəşə var və silah var”. Silahı da özləri götürüb maşına aparmışlar. Zibilliyin yanında videoçəkliş aparmışlar, ancaq nə çəkliş apardıqlarını bilməmişdir. Həmin vaxtı narkotiklə və silahla bağlı, eləcə də Vüqar haqqında heç nə deməmişdir. Polis əməkdaşları nə demişlərsə onu da etmişdir. Polis əməkdaşları yaxşı bilmişlər ki, Vüqarla onun heç bir əlaqəsi olmamışdır. Vüqarın adını çəkməyini Fuad və Əzim ona demişlər, o da məcbur qalaraq polis əməkdaşlarının dediklərini təkrar edərək Vüqarın adını çəkmişdir. 27 avqust 2022-ci il tarixdə təxminən saat 14:30-da bazara gəlib özünə siqaret almış, orada polis serjantı Natiq ona “rəis səni istəyir” demişdir. Natiq həmişə onların qapısının ağzından keçib getmişdir. Bölməyə tək getmiş, üzərində telefon olmamış və telefon işlətməmişdir. Şöbəyə girəndə növbətçi otağını keçən kimi sağ tərəfdə onu, küncdəki otağa aparmışlar. Otaqda Fuad, Əzim və bir də adını bilmədiyi polis serjantı olmuşdur. Həmin otağa daxil olduqdan sonra ona demişlər ki, bir dəqiqə gözlə gəlirik. Həmin otaqda iki Fuadlar bir də Əzim olmuşdur. Həmin otaqda axşam saat 8-9-a kimi qalmışdır. 5 saat ərzində həmin otaqda onu saxlamışlar, sonra demişlər ki, Vüqar adında tanımadığı bir adam var, polis əməkdaşları ona Vüqar adlı şəxsin ondan narkotik vasitə almasını deməsini tələb etmişlər. İlk əvvəl demək istəməmiş, lakin polis əməkdaşlarının onu döyərək öldürmək istədiklərini görmüş, buna görə polis əməkdaşlarının tələb etdikləri bütün sözləri demişdir. Fikirləşmişdir ki, həqiqətləri məhkəmə proseslərində deyər və Vüqarı tanımadığını bildirər. Həmin vaxtı Vüqarın tutulmasını bilməmiş, onu ayrı otaqda saxlamışlar. MSY-dən Kürdəxanıya gedəcəkləri gün onları üzləşdirmişlər. Onu Fuad, Əzim və adını bilmədiyi bir nəfər serjant döymüşdür. Polis şöbəsində olan zaman onu həkimə aparmamışlar. Narkoloji dispanserə apararaq müayinədən keçirməmişlər. Məhkəmədən başqa onu heç bir yerə aparmamışlar. Onun qoca anası var, tutulmasından anasının xəbəri olmamışdır. Fuad ona demişdir ki, “ya bu ifadəni verib, boynuna götürəcəksən ya da ki, gedib evindən çıxarıb ananı da sənə “podelnik” qoşacağıq”. Bölməyə gedən zaman yaxınlaşıb söhbət etdiyi qadının, məhkəmədə şahid qismində dindirildikdən sonra Vüqarın anası olduğunu bilmişdir. Həmin vaxtı polis bölməsinin qarşısındakı adamlar Vüqarın anası, Vüqarın qardaşı və Nurəddin adlı yaşlı kişi olmuşdur. Natiqin ona yaxınlaşdığı yerlə polis bölməsinə kimi olan məsafə, hardasa 150 metr olardı. Onların evindən də polis bölməsinə qədər məsafə 150 metr olmuşdur. Bölmənin qabağında qadınla, kişilərin yanında özü bir saat dayanıb rəisin onu qəbul etməsini gözləmişdir. Hakim Nizami Quliyevin vaxtında verdiyi ilkin ifadəsində də eyni sözləri demişdir. Şahid Sərxan Rzayevi tanımamışdır. Polis əməkdaşları ona “nəşə qoymuşuq, silah qoymuşuq gedib onları kolluğun içindən götürəcəksən, daha bizi incitmə, yoxsa biz dediyimizi edəcəyik” demişlər. Polis Bölməsi ilə zibilliyin yanına qədər olan məsafə təxminən 50-60 metr olardı. Üzləşməyə qədər Vüqarın üzün görməmişdir. Bundan əlavə verilən suallara cavab olaraq təqsirləndirilən şəxs İlham Abbasov həmçinin bildirmişdir ki, tutulana qədər Vüqarı tanımamışdır. Polis əməkdaşları onu saxlamamışlar, evindən çağırmışlar. Polis əməkdaşları onu 27 avqust 2022-ci il tarixdə aparmışlar. Həmin vaxt anası evdə olmuşdur. X1r. Natiq adlı polis əməkdaşı onlara gəlmiş, həmin vaxtı Natiq tək olmuş, Natiq onu qapının ağzına çağırmış, imza çəkmək lazım olduğunu və buna görə rəisin onu çağırdığını bildirmişdir. Onu polis bölməsinə gətirən kimi sağ tərəfdə küncdə olan otağa aparmışlar. Fuadla Əzim onu döymüş, polis əməkdaşlarından hansı səbəbdən onu döydüklərini soruşduqda polis əməkdaşları ona həbsə getməli olduğunu bildirmişlər. Şahid2 onu bölmədə döymüşdür. Polis əməkdaşları ona, “bu narkotik vasitə sənindir” demişlər. Müstəntiqin yanında narkotik vasitəni Təqsirləndirilən şəxs1 aldığını deməmişdir. İfadəsində olan imzalar özünə məxsus olmamış, ancaq yazı özünə məxsus olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 məhkəmədən barəsində ədalətli hökm çıxarılmasını xahiş etmişdir. Cinayət işi materiallarından görünür ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-Cinayət-Prosessual Məcəlləsi) 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs2 ibtidai araşdırma zamanı verdiyi ifadəsində göstərilmişdir ki, ona elan olunmuş ittihamla özünü təqsirli hesab edir. Həbs olunanadək Lənkəran rayonu, Liman şəhəri, R.Rza küçəsi, ev 53-də ailə üzvləri ilə birlikdə yaşamışdır. Subaydır. Rəsmi olaraq heç yerdə işləmir. Əvvəllər bir neçə dəfə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Sonuncu dəfə 05 avqust 2014-cü ildə Sabunçu Rayon Məhkəməsinin hökmünə əsasən Cinayət Məcəlləsinin 234.1 və 67.1-ci maddələrinə əsasən təqsirli bilinib 2 (iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrum edilmişdir. 20 may 2016-cı ildə Milli Məclisin amnistiya aktına əsasən cəzasının qalan hissəsindən azad edilmişdir. 10 ildən çoxdur ki, narkotik vasitələrdən istifadə edir. Həmin maddələrdən istifadə etmədikdə bədənində şiddətli ağrılar olur. Çox vaxt narkotik vasitənin heroin, tiryək və marixuana növlərindən istifadə edir. Qəbul etdiyi narkotik vasitələri çox vaxt tanımadığı şəxslərdən əldə edib qəbul etmişdir. Bundan başqa tanışı olan Liman şəhər sakini Təqsirləndirilən şəxs1 da əvvəllər də bir neçə dəfə istifadəsi üçün narkotik vasitə heroin almışdır. 07 avqust 2022-ci il tarixdə saat 22 radələrində Təqsirləndirilən şəxs1 Lənkəran rayonu, Liman şəhəri, R.Rza küçəsində görüb onunla söhbətləşmişdir. Bu zaman ona maddi vəziyyətinin çətin olduğunu və qəbul etmək üçün narkotik vasitə əldə edə bilmədiyini bildirmişdir. Vüqar da ona etibar etdiyini və onunla iş görmək istədiyini bildirmişdir. O, da Vüqara ona güvənə biləcəyini demişdir. Bundan sonra Vüqar onda müxtəlif növ narkotik vasitələr olduğunu və satış üçün ona kömək etməyini bildirmişdir. O da Vüqardan münasib qiymətə həmin narkotik vasitələrdən ona satmasını xahiş etmişdir. Vüqar ona 2 kiloqramdan çox heroin, 500 qramdan çox tiryək və 4 kiloqramdan çox marixuananın olduğunu, həmçinin, onda yivli odlu silah olan “TOZ-8” markalı odlu silahın olduğunu bildirib, ondan satış üçün müştəri tapmasını xahiş etmişdir. O da Vüqara halhazırda pulunun olmadığını bildirib, Vüqardan satmaq üçün 4 kiloqramdan çox marixuananı və “TOZ-8” silahını ondan alıb satıb pulunu verəcəyini bildirmişdir. Vüqar da onunla razılaşıb qurudulmuş marixuananı və “TOZ-8” silahı ona vermişdir. Sonra onun yanından uzaqlaşıb Liman şəhər məscidinin arxasında yerləşən ərazidə gizlətmişdir. Bu müddət ərzində marixuanadan bir neçə büküm tanımadığı şəxslərə satsa da, silahı satmaq üçün müştəri tapa bilməmişdir. 27 avqust 2022-ci il tarixdə saat 17 radələrində Vüqarla yaşadığı evin ətrafında görüşmüşdür. Bu zaman Vüqar ona öncə verdiyi malları satıbsatmadığını soruşduqda o, həmin malları tam satıb qutarmadığını Vüqara bildirmişdir. Vüqardan tiryək və heroini ona satmasını istəmişdir. Vüqar da ona hamısını birlikdə 1500 manata satacağını bildirmişdir. Vüqara ilkin olaraq, 500 manat pul verə biləcəyini bildirmiş və həmin pulla razılaşmışdır. Vüqar ona əlində olan qara idman çantasını verib içərisində bir bağlamada 2 kiloqramdan çox heroin və bir bağlamada 500 qramdan çox tiryək olduğunu göstərmişdir. O da Vüqara həmin maddələri satandan sonra qalan pulu verəcəyini bildirmişdir. Bir müddət Vüqarla qalıb söhbət etdikdən sonra onun yanından uzaqlaşmışdır. Həmin günün saat 19 radələrində yaşadığı küçə ilə hərəkət edən zaman mülki geyimdə bir neçə şəxs ona yaxınlaşaraq polis əməkdaşları olduğunu bildirib, onun qolundan tutub və ona üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsində və satışı ilə məşğul olmasında şübhələri olduğu üçün üzərinə şəxsi axtarış keçirilməsindən ötrü polis bölməsinə aparacaqlarını bildirmişlər. Həmin vaxt o, polis əməkdaşlarına tabe olmuş və birlikdə poils bölməsinə getmişdir. Polis bölməsində onun hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil dəvət edilmiş və ona hüquq və vəzifələri izah edilməklə buna dair bildiriş təqdim edilmişdir. Müdafiəçi Vəliəhəd Heydərovun iştirakı ilə videoçəkiliş vasitəsilə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olan hər hansı əşya var isə təqdim etməyi xahiş edilmişdir. Bu təklifdən sonra o, əlində qara rəngli idman çantasını təqdim etmişdir. Həmin idman çantasının içərisinə baxış keçirilən zaman içərisindən yapışqan lentlə bağlanmış iki ədəd bağlama aşkar edilmişdir. Daha sonra üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən digər qanunla qadağan edilmiş predmet və ya əşya aşkar olunmamışdır. Aşkar olunmuş bağlamalara baxıldıqda onların birində narkotik vasitə heroin, digərində isə narkotik vasitə tiryək olduğunu bildirmişdir. Daha sonra bir ədəd bağlamada olan narkotik vasitə heroin tərəzidə çəkilmiş və çəkisinin 2,335 qram, narkotik vasitə tiryəkin çəkisinin isə 520 qram olması məlum olmuşdur. Həmin bağlamalar zərfə qoyularaq qablaşdırılmış və üzəri o və müdafiəçisi tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı narkotik vasitələr tanışı Təqsirləndirilən şəxs1 satış məqsədilə 500 manata aldığını və satdıqdan sonra qalan pulu vərəcəyini bildirmişdir. Həmçinin təhqiqatçı Mircan Quliyev onun başqa bir yerdə narkotik vasitə saxladığı və ya gizlətməyi barədə verdiyi suala o, Liman şəhər məscidinin arxasında yerləşən ərazidə Vüqardan aldığı “TOZ-8” markalı odlu silahın və 4 kq-dan çox qurudulmuş marixuananın olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları, vəkil və onun iştirakı ilə qeyd etdiyi Liman şəhər məscidinin arxasında yerləşən əraziyə baxış keçirilmişdir. Orada gizlətdiyi və Vüqardan aldığı “TOZ-8” markalı odlu silah, ona məxsus 24 ədəd patron və sellofan torbada qurudulmuş marixuana aşkar edilmişdir. Videoçəkiliş zaman qurudulmuş marixuananı 10 gün əvvəl tapdığını bildirsə də, həmin maddəni də, “TOZ-8” markalı odlu silahı və patronlarını da Təqsirləndirilən şəxs1 aldığını bildirmişdir. Bu zaman qurudulmuş marixuana da elektron tərəzi də çəkilmiş və çəkisinin 4400 qram olması məlum olmuşdur. Bundan sonra qurudulmuş marixuana və “TOZ-8” markalı silah 24 ədəd patonlarla birgə iki ayrı bağlamalarda qablaşdırılaraq möhürlənmiş və imzalarla təsdiq olunmuşdur. Üzərindən aşkar edilmiş və təqdim etdiyi narkotik vasitələr-heroin, tiryək və qurudulmuş marixuananı, həmçinin “TOZ-8” markalı odlu silahı Təqsirləndirilən şəxs1 satış məqsədilə aldığını və ilkin olaraq ona 500 manat pul verdiyini bildirmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 oxşar məzmunlu izahat, şübhəli şəxs qismində dindirilərkən oxşar məzmunlu ifadə verərək törətdiyi cinayət əməlini etiraf etmiş, üzərindən aşkar edilmiş və təqdim etdiyi narkotik vasitələr-heroin, tiryək və qurudulmuş marixuananı, həmçinin “TOZ-8” markalı odlu silahı Təqsirləndirilən şəxs1 satış məqsədilə aldığını və ilkin olaraq Təqsirləndirilən şəxs1 500 manat pul verdiyini və polis əməkdaşları tərəfindən ona qarşı zor tətbiq edilmədiyini, hədə-qorxu gəlinmədiyini demişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında polis bölməsinə özünün getməsi, üzərindən aşkar edilmiş və təqdim etdiyi narkotik vasitələr-heroin, tiryək və qurudulmuş marixuananı, həmçinin “TOZ-8” markalı odlu silahın və patronların polis əməkdaşları tərəfindən qoyularaq götürülməsi, polis əməkdaşlarının onu döyərək, işgəncələr vermələri, polis əməkdaşlarının narkotik vasitələri və odlu silahın, patronların özünə məxsus olmasını, Təqsirləndirilən şəxs1 aldığını deməsini tələb etdiklərini, döyülməsi, işgəncələrə məruz qalması və hədələrdən qorxduğu üçün polis əməkdaşları tərəfindən deyilənləri edərək narkotik vasitələri və “TOZ-8” markalı odlu silahı, patronları Təqsirləndirilən şəxs1 aldığını deməsi ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü və digər Təqsirləndirilən şəxs1 müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də özü və digər Təqsirləndirilən şəxs1 məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Cinayət Məcəlləsinin 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində demişdir ki, 27 avqust 2022-ci il tarixdə saat 13-14 radələrində dostu Pərvizlə yolun kənarı ilə getmişlər, həmin ərazidə park olmuş, parka girmişlər, həmin parkda olan çayxanda polis əməliyyatçıları oturmuşlar, polis əməkdaşlarının yanından keçib gedərək onlara salam vermişlər. Polis əməkdaşları axşam saat 10 radələrində saxlanılmağını yazmışlar, ancaq onları gündüz vaxtı saxlamışlar. Polis əməkdaşlarının yanından keçib getdikdən sonra 10 saniyə keçməmiş onları arxadan vuraraq heç bir sənəd göstərmədən, onları sürüyə-sürüyə maşına aparmışlar. Həmin vaxtı polis əməkdaşları başına yumruqla vurmuşlar, bugünkü günə kimi başında ağrılar olmuşdur. Onu “Mercedes” markalı avtomobilə əyləşdirmişlər, Pərvizi isə PPX avtomobilinə əyləşdirib polis bölməsinə aparmışlar. Bölmədə onu rəisin otağı ilə üzbə üz otağa aparmışlar, Pərvizi də başqa otağa salmışlar. Üstünə baxış keçirmək istəmişlər, polis əməkdaşlarına üstündə nə varsa təqdim edəcəyini demişdir. Qolunda olan qandalı açdırmış, onlara cibində olan bir paçka LD siqaret, 3 manat pulu təqdim etmişdir. Mobil telefonu da həmin vaxtı üzərində olmuş, telefonunun olmadığını görmüş, polis əməkdaşlarından telefonunun harada olduğunu soruşmuş, polis əməkdaşları telefonunun orada olduğunu demişdir. Bundan sonra polis əməkdaşları qollarını qandallamışlar, heç bir sual-cavab etmədən onu döyməyə başlamışlar. Döyənlər içərisində Tərlan adlı polis serjantı da olmuşdur. Polis şöbəsində iki dəfə ürəyi getmişdir. Gecə saat 12-ə qədər polis əməkdaşları onu döymüşlər. Gecə saat 01 radələrində onu əli qandallı vəziyyətdə rəisin otağına aparmışlar, rəis stolun üstünə iki büküm qoyub demişdir ki, videoçəklişdə həmin bükümlərinin özünün olmadığını deyər. Həmin bükümlər üstündə olmamış, cibində 3 manat pul, bir paçka LD siqareti olmuşdur. Daha sonra onu müavinin otağına aparmışlar, orada 14-15 dəqiqə onu döymüşlər. Sol ayağında şalvarı dizinə qədər cırılmış, foto şəkillərdə bu görünmüşdür. Bir qolunda Fuad, digər qolunda Tərlan olmuş, əllərini arxadan bağlamışlar. Daha sonra onu MSY-nə aparmışlar, 3 gündən sonra onu sanksiyaya aparmışlar, məhkəmədə də eyni ifadələri vermişdir. Məhkəmədə tələb etmişdir ki, videoçəkiliş olub, hanı gətirin qoyun, ona videoçəkilişin hələ hazır olmadığını demişlər. Məhkəmədə demişdir ki, “videoçəkiliş hazır olmasa gəlməyəcəm bura” daha sonra onu MSY-nə aparmışlar, orada “sənin üzünə duran var” demişlər, ancaq onun üzünə polis bölməsində heç kim durmamışdır. Videoçəkilişdə də baxa bilərsiniz üzləşmədə İlhama “mənim mobil nömrəmi deyə bilərsən” demiş, İlham isə mobil telefon işlətmədiyini demiş, İlhama “yaxşı, yaşadığım evin yerini de” deyə bildirmişdir. İlham isə yaşadığı evin yerini bilmədiyini demişdir. Sanksiya veriləndən sonra onları MSY-də üzləşdirmişlər, onları X26 üzləşdirməmişlər. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, İlhamı heç vaxt tanımamış, polis bölməsində İlhamın kim olduğunu bilmiş, yaşadığı ərazidə İlhamı heç vaxt görməmiş, heç kim deyə bilməz ki o, İlhamı tanımışdır. Onu tutan polis əməkdaşlarından Fuadı, Əzimi və Tərlanı tanımışdır. Onu polis şöbəsinə 6-7 nəfər aparmışdır. Onu “Mersedes” marklı, Pərvizi isə PPX-i atomobilində polis bölməsinə aparmışlar. Onu döyən polis əməkdaşlarından Əzim və hər iki Fuadlar olmuşlar, digər polis əməkdaşları onu döyməmişlər. Polis rəisinin adını bilməmişdir. İki büküm narkotik vasitəni rəisin otağında stolun üstünə qoymuşlar, rəis ona çəkiliş olan zaman narkotik vasitənin özünün olmadığını deməsini bildirmişlər. Əvvəllər rəisin otağında olmamışdır. Onu əvvələr dava-dalaş adı ilə polis bölməsinə aparmışlar, o vaxtdan rəisin otağının hansı olduğunu, sahə müvəkkilinin otağının hansı olduğunu bilməmişdir. Narkotiki rəis müavininin otağında üzərinə qoymuşlar. Rəisin otağında üzərinə narkotik qoymamışlar. Əvəllər polis əməkdaşları ilə aralarında ədavət olmamış, ancaq polis serjantı Fuad həmişə ona ilişmişdir. Narkotik vasitə Əzimin əlində olmuş, narkotik vasitənin arxa cibinə qoyulmasına imkan verməmişdir. Polis əməkdaşları ona vəkil təyin olunması ilə bağlı hüquqlarını izah etmiş, o isə özünün vəkil olduğunu demişdir. Ancaq vəkil təyin olunmuş, vəkil gəldikdən sonra vəkilə narkotik vasitənin özünün olmadığını demişdir. Pərvizlə onu saat 12-13 radələrində parkda tutmuşlar. Saxlanılan zaman telefonu üzərində olmuş, ancaq telefonunu ona göstərməmişlər. Barəsində həbs qətimkanı tədbiri seçiləndən sonra, İlhamla onu üzləşdirmişlər. Həbs olunana qədər İlhamla heç bir əlaqəsi və münasibəti olmamış, İlhamı ümumiyyətlə tanımamışdır. Əzim narkotik vasitəni satanın onun olduğunu, İlhamın narkotik vasitəni ondan aldığını demişdir. Rəis müavinin otağında ciblərini boşaltmışlar. Üzərində axtarış keçirmək istəyəndə, ciblərini özünün boşaldacağını demiş, cibində heç nə olmamışdır. Daha sonra yenə qollarını arxadan qandallamışlar, sonra dubinka ilə onu döymüşlər, döyülməsi nəticəsində 17 xəsarət almış, xəsarətləri itməmişdir. O, saxlanılan gün İlham onlarla olmamışdır. Qoluna girənlərdən biri Fuad, digəri isə Tərlan olmuşdur. Onu Fuad, Tərlan və Əzim saxlamışlar, digərlərini isə xatırlamamışdır. Saxlanıldığı yerlə polis bölməsinin arası avtomobillə 2-3 dəqiqəlik yoldur. Onu avtomobildə arxada otuzdurmuşlar. Onu təhqiqatçının otağına gətirmişlər, narkotiki üzərinə kamera olmayan otaqda qoymuşlar. Təhqiqatçının otağında videoçəkiliş zamanı dəfələrlə demişdir ki, “bunlar məni yükləyirlər, bunlar mənə şər atırlar”. Əzim həmin vaxtı ona “bu işi mən qurmuşam, həmin videoçəkilişdə bu gün yoxdur” demişdir. Döyülməsi ilə bağlı onu ekspertizaya aparmamışlar. Şəxsi axtarış zamanı Şahid1 iştirak etmişdir. Şəxsi axtarış zamanı qoluna girənlər Fuad və Tərlan olmuşlar. Bundan əlavə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, Şahid4 ona qarşı fiziki zorakılıq göstərmiş, Şahid4 onu döyən zaman üç dəfə ürəyi getmişdir. Şahid4 yalan danışmış, onu gündüz saat 12-də parkın içində saxlamışlar. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 məhkəmədən barəsində ədalətli hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs1 ibtidai istintaq və məhkəmə istintaqında polis şöbəsində döyülərək işgəncələrə məruz qalması, polis şöbəsində üzərinə narkotik vasitə qoyularq götürülməsi, Təqsirləndirilən şəxs2 narkotik vasitələr və “TOZ-8” markalı odlu silah, patronlar satmaması ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü və digər Təqsirləndirilən şəxs2 müdafiəsi məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmələri iş materiallarında olan, biri digəri ilə uzlaşan mötəbər ittiham sübutlarının məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 27 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə, habelə Təqsirləndirilən şəxs2 qanunsuz odlu silah saxlaması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatının icra edilməsi ilə bağlı şöbə rəhbərliyinə məruzə edildikdən sonra əməliyyat qrupu yaradılmış, əməliyyat qrupuna özü, Şahid2, Şahid4 və Şahid6 daxil edilmişlər. Həmin tarixdə saat 09:05-də əvvəl X27 rayonu, Liman şəhəri ərazisində yolda hərəkətdə olarkən tərəflərindən saxlanılmış, Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitə olması ehtimal olunduğundan X31 dəvət etmişlər. Liman PB-də xidməti otaqların birində müdafiə hüququ təmin edilməklə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs2 əlində olan qara rəngli çantadan iki büküm aşkarlanmış, bir bükümdə təxminən 2 kiloqrama yaxın heroin və təxminən 500 qram tiryək aşkar edilmişdir. Təqsirləndirilən şəxs2 həmin narkotik vasitələri birgə qazanc əldə etmək məqsədi ilə Təqsirləndirilən şəxs1 əldə etdiyini bildirmişdir. Daha sonra 20 gün qabaq Təqsirləndirilən şəxs1 odlu silah və narkotik maddə əldə etdiyini, Liman şəhəri ərazisində gizlətdiyini və həmin yeri təqdim edə biləcəyini qeyd etmişdir. Təqsirləndirilən şəxs2la birgə onun bildirdiyi əraziyə getmişlər, əvvəl İlham Abbasov “TOZ- 8” markalı odlu silahı və ona aid patronları, eyni zamandı ağ torbada qara bükümdə olan marixuanaya bənzər kütlələri təqdim etmişdir. Marixuana kütləsinin də çəkisi təxminən 4 kq olmuş, sonra təhqiqatçı tərəfindən müvafiq sənədləşmələr aparılmışdır. Həmin tarixdə təxminən saat 21 radələrində Təqsirləndirilən şəxs1 tərəflərindən Liman şəhərində, Həzi Aslanov küçəsi istiqamətində saxlanılmışdır. Təqsirləndirilən şəxs1 saxlanıldıqdan sonra üzərində narkotik vasitə olması ehtimalı olduğu üçün tərəflərindən Liman PB-nə dəvət edilmişdir. Liman PB-də Təqsirləndirilən şəxs1 üzərinə şəxsi müdafiəçinin iştirakı ilə şəxs axtarış aparılan zaman üzərindən müvafiq çəkilərdə heroin və tiryək aşkar edilmişdir. Verilən suallara cavab olaraq Şahid1 bildirmişdir ki, əvvəllər təqsirləndirilən şəxslərin heç birini tanımamış, təqsirləndirilən şəxslərin narkotik vasitə istifadəçisi və satmaları ilə bağlı məlumatlar daxil olmuşdur. Əməliyyat işi açılmamış, qeydiyyat aparılmışdır. Birinci Təqsirləndirilən şəxs2 saxlamışlar. Təqsirləndirilən şəxs2 Liman şəhəri, Rəsulzadə küçəsində saxlamışlar. Təqsirləndirilən şəxs2 məhkəmədə məsuliyyətdən yayınmaq üçün yanlış ifadələr vermişdir. Qara çanta Təqsirləndirilən şəxs2 əlində olmuş, çantada 2 kiloqrama yaxın heroin və tiryək olmuşdur. Təqsirləndirilən şəxs2 demişdir ki, Təqsirləndirilən şəxs1 silah və marixuananı ona 20 gün qabaq vermişdir. Silahla marixuana Liman şəhərində olan məscidin arxasında tör-töküntülü yerdə aşkarlanmışdır. Həmin əraziyə normal insan gedib girməzdi. Silahla marixuananı kolluğun altına qoymuşdur. Təqsirləndirilən şəxs1 saxlayan zaman da iştirak etmişdir. Təqsirləndirilən şəxs1 üzərindən ayrı-ayrı bükümlərdə tiryək və heroin aşkarlanmışdır. Təqsirləndirilən şəxs1 narkotik vasitələri hardan əldə etməsi barədə dediklərini xatırlamamışdır. Təqsirləndirilən şəxslərin hər ikisi Liman şəhər sakinidir, ola bilər əvvəllər də narkotik satışı ilə bağlı əlaqələri olmuş, ancaq bu barədə dəqiq bilməmişdir. Təqsirləndirilən şəxs1 Liman şəhəri, H.Aslanov küçəsində saxlamışlar. Təqsirləndirilən şəxs1 saxlayan zaman sonuncu tək olmuşdur, Təqsirləndirilən şəxs1 piyada hərəkətdə olan zaman saxlamışlar. Təqsirləndirilən şəxs1 avtomobili olub-olmamasını bilməmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində daxil olan məlumat barədə hər hansı bir əməliyyat axtarış tədbirlərinin ilkin sənədləşmələrini aparmamışlar, daxil olmuş məlumatla bağlı sənədlər məxvi sənədlərdir. Hazırda Liman PB-də işləmədiyindən həmin sənədlərin mövcud olubolmamasını bilməmişdir. Əməliyyat tədbiri dərhal icra olunmasından ötrü bölmənin rəhbərliyinə məlumat verilmişdir. Məlumatlar şifahi qaydada daxl olmuş, şifahi məlumatları rəsmiləşdirməmişlər. Təqsirləndirilən şəxs2 saxlamışlar, Təqsirləndirilən şəxs2 üzərindən narkotik vasitə aşkarlanmış, Təqsirləndirilən şəxs2 aşkar olunanları Təqsirləndirilən şəxs1 500 manat pul müqabilində aldığını, birgə qazanc əldə etmək isdədiklərini bildirmişdir. Təqsirləndirilən şəxs2 təxminən saat 19 radələrində saxlamışlar. Təqsirləndirilən şəxs1 Həzi Aslanov küçəsində saat 21 radələrində saxlamışlar. Şəxsi axtarışda iştirak etmiş, şəxsi axtarışı təhqiqatçı aparmışdır. Şəxsi axtarış zamanı video varsa demək ki, çəkiliş də olmuşdur, yoxdusa deməli çəkiliş olmamışdır. Təqsirləndirilən şəxs1 müqavimət göstərdiyi üçün onun qollarına girmişlər. Şəxsi axtarış zamanı tərtib olunan protokola imza etmişsə demək ki, protokolu oxumuşdur. Dövlət üçün işləyirsə hər şeyi gözə almışdır. Təqsirləndirilən şəxs1 şəxsi axtarış zamanı etiraz edib-etmədiyini xatırlamamışdır. Əməliyyat məlumatı birinci Təqsirləndirilən şəxs2 barəsində daxil olmuşdur. Əməliyyat məlumatı Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsi və odlu silah saxlamaq barəsində daxil olmuşdur. Məlumat daxil olduqdan sonra şöbə rəhbərliyinə məruzə etmişdir. Əməliyyat qrupuna o, Şahid2, Şahid4 və Şahid3 daxil edilmişdir. Təqsirləndirilən şəxs2 Rəsul Rza küçəsində axşam üstü saat 18-19 radələrində saxlamışlar. Əməliyyat axtarış tədbirinin keçirilməsi barədə qərarı ola bilər bölmə rəisi imzalamışdır. Təqsirləndirilən şəxs2 Rəsul Rza küçəsində evinin yaxınlığında saxlamışlar, evinin yerini tanımamış, ancaq istiqamətini bilmişdir. Natiq adında polis əməkdaşını tanımışdır. Təqsirləndirilən şəxs2 evində saxlamışlar. Natiqin Təqsirləndirilən şəxs2 evindən çağırmağı ilə bağlı məlumatı olmamışdır. Təqsirləndirilən şəxs2 özü tutmuşdur. Şəxsi saxlayan zaman hamısı bir yerdə saxlamışlar və özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyəsi ilə bağlı şübhəli olduğunu bildirib və onu polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs2 heç bir etiraz etməmiş, saxlanılan zaman üzərində narkotik vasitələr olması barədə nəsə dediyini xatırlamamışdır. Təqsirləndirilən şəxs2 saxladıqları yerdən polis bölməsinə olan məsafə təxminən 10 dəqiqəlik yol olmuş, Təqsirləndirilən şəxs2 bölməyə gətirəndən sonra təhqiqatçının otağına aparmışlar. Təqsirləndirilən şəxs2 gətirəndən sonra müdafiəçi təyin olunmuş, müdafiəçinin nə vaxt gəldiyini xatırlamamışdır. Silahla narkotik vasitənin aşkar olduğu yerdən polis bölməsinə olan məsafə 2-3 kilometr olardı. Silahla narkotik vasitənin aşkar olduğu yerdən polis bölməsinə olan məsafə 40-50 metr olardı. Kolluqdan narkotik vasitə aşkarlanan zaman iştirak etmişdir. Vüqarı da saxlayan zaman iştirak etmişdir. Vüqarı saat 21 radələrində saxlamışlar. Təqsirləndirilən şəxs2 saxlayan zaman müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxs2 saxlayıb polis bölməsinə hansı yolla gətirdiklərini xatırlamamışdır. Videoçəklişin olmağını xatırlamamış, foto şəkillər çəkilmişdir. Təqsirləndirilən şəxs1 sərhəd işində özünü doğramış, ona görə qolların qandallamışlar. Narkotik vasitə Təqsirləndirilən şəxs2 əlində olan çantada olmuşdur. Təqsirləndirilən şəxs1 polis bölməsinə dəvət edən zaman müqavimət göstərməmişdir. Dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 27 avqust 2022-ci il tarixdə Şahid1 daxil olmuş əməliyyat məlumatı əsasında Şahid4, Şahid3 və Şahid1 iştirakı ilə əməliyyat qrupu yaradılmış, həmin tarixdə təxminən saat 18-19 radələrində (vaxtı dəqiq xatırlamamış) Təqsirləndirilən şəxs2 yaxınlaşıb onu bölməyə dəvət etmişlər. Bölmədə inzibati otağda təhqiqatçı və vəkilin iştirakı ilə üzərində şəxsi axtarış keçirilmiş, özü könllü olaraq əlində olan qara bağlamanı təqdim edib içində narkotik vasitə olduğunu bildirmiş və təqdim etmişdir. Narkotikin çəkisi səhv etmirsə 2 kiloqramdan yuxarı heroin olmuş və tiryək aşkarlanmışdır. Daha sonra Təqsirləndirilən şəxs2 həmin narkotik vasitələri Təqsirləndirilən şəxs1 əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 daha sonra onda “TOZ-8” markalı silah və 4 kilodan yuxarı marixuana olduğunu bildirmiş, həmin narkotik vasitə və odlu silah sənədləşdirilmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 barəsində tədbir keçirtmişlər, həmin gün saat 20-21 radələrində Təqsirləndirilən şəxs1 tərəflərindən saxlanılmış və bölməyə dəvət edilmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirtmiş, Təqsirləndirilən şəxs1 üzərindən 60 qramdan yuxarı heroin və 40 qramdan yuxarı tiryək aşkarlanmışdır. Verilən suallara cavab olaraq Şahid2 bildirmişdir ki, Təqsirləndirilən şəxs2 narkotik vasitəni videoçəkiliş zamanı özü təqdim etmişdir. Təqsirləndirilən şəxs2 videoçəkiliş, Təqsirləndirilən şəxs1 isə şəxsi axtarış zamanı fotoşəkil çəkilmişdir. Foto və videoçəkilişin aparılması ilə bağlı qərarı təhqiqatçı təyin etmişdir. Təqsirləndirilən şəxs1 saxlayan zaman yayınmaq istəmiş, polis bölməsinə gəlmək istəməmiş, Təqsirləndirilən şəxs1 müqavimət göstərmişdir. Vüqar Hüsyenov müqavimət göstərən zaman heç bir xəsarət almamış, polis əməkdaşlarına tabe olmaması ilə bağlı hər hansı bir protokol tərtib olunmamışdır. Vüqarı saxlayan zaman Pərviz adlı şəxs orada olmamışdır. Pərvizi nə vaxtsa saxlamalarını xatırlamamış, üzərindən iki il müddət keçmişdir. Təqsirləndirilən şəxs1 saxlanılan zaman onun üzərində heç bir xəsarət olmamışdır. Təqsirləndirilən şəxs1 27 avqust 2022-ci il tarixdə Lənkəran ŞRPŞ-nə təhvil vermişlər. Təqsirləndirilən şəxs1 harda xəsarət aldığını bilməmişdir. Təqsirləndirilən şəxs1 üzərində olan narkotik vasitəni özü təqdim etməyib, təhqiqatçı üzərinə baxış keçirmiş və həmin vaxtı hal şahidləri də iştirak etmişdir. Təqsirləndirilən şəxs2 saxlayan zaman iştirak etmişdir. Təqsirləndirilən şəxs2 təxminən saat 18-19 radələrində saxlamışlar. Təqsirləndirilən şəxs2 Rəsul Rza küçəsində saxlamışlar. Təqsirləndirilən şəxs2 evinin yerini dəqiq bilməmişdir. Təqsirləndirilən şəxs2 Natiq çağırmayıb, Təqsirləndirilən şəxs2 saxlamışlar. Təqsirləndirilən şəxs2 yalan ifadə vermişdir. Təqsirləndirilən şəxs2 şəxsi axtarışında iştirak etmişdir. Təqsirləndirilən şəxs2 narkotik vasitəni özü təqdim etmiş, ona qarşı heç bir təziq olunmamışdır. Məscidin yanında olan kolluq ərazidən polis bölməsinə 5-6 dəqiqəlik yoldur, məsafə baxımdan 1 kilometr olar. Təqsirləndirilən şəxs1 “səni yükləyirəm” deməmişdir. Təqsirləndirilən şəxs2 saat 18- 19 radələrində saxlamışlar, saat 19-20 radələrində isə Təqsirləndirilən şəxs1 saxlamışlar. Dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, 27 avqust 2022-ci il tarixdə Şahid1 daxil olan əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmışdır. Liman şəhər sakini Təqsirləndirilən şəxs2 Liman şəhəri ərazisində saxlayıb polis bölməsinə dəvət etmişlər. Təhqiqatçı və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmiş, Təqsirləndirilən şəxs2 əlində olan qara rəngli çantanın içərisində narkotik vasitə aşkar edilmişdir. Təqsirləndirilən şəxs2 əlində olan çantanı özü təqdim etmiş, çantada 2 kilodan çox heroin və yarım kilodan çox tiryək aşkarlanmışdır. Təqsirləndirilən şəxs2 üzərindən çıxan narkotik vasitə qablaşdırılıb daha sonra sənədləşdirilmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs2 narkotik vasitəni kimdən əldə etdiyini soruşduqda Təqsirləndirilən şəxs2 narkotik vasitəni Liman şəhər sakini Təqsirləndirilən şəxs1 əldə etdiyini bildirmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs2 daha nə kimi cinayətinin olduğunu soruşduqda Təqsirləndirilən şəxs2 bir neçə gün əvvəl Təqsirləndirilən şəxs1 4 kilodan artıq həşiş, silah və onun partonlarını əldə edib məscidin yaxınlığında gizlətdiyini demişdir. Silah və narkotik vasitə gizlədilən yerdən tərəflərindən götürülüb sənədləşdirilmişdir. Həmin gün saat 20-21 radələrində Təqsirləndirilən şəxs1 Həzi Aslanov küçəsində saxlayıb Liman PB-nə gətirilib hal şahidlərinin və vəkilin iştirakı ilə üzərində şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs1 şalvarının sol yan cibindən iki bükümdə birinin çəkisi 40 qramdan artıq, digər bükümün çəkisinin isə 60 qrama yaxın olduğunu, bükümlərdə heroin və tiryəkə bənzər maddələr aşkarlanmışdır. Verilən suallara cavab olaraq Şahid3 bildirmişdir ki, saxlanılan şəxsin şəxsiyyətini əməliyyatçılar təyin etmişlər. Hal şahidlərini yaxınlıqda olan ərazidən çağırmışlar, hal şahidlərini özü çağırmamışdır. Hal şahidləri onların bütün tədbirlərində iştirak etməmişlər. Hər iki şəxsin saxlanılmasında iştirak etmişdir. Təqsirləndirilən şəxs2 saat 18-19 radələrində, Təqsirləndirilən şəxs1 isə saat 20-21-radələrində saxlamışlar. Dindirilmiş Şahid6 ifadəsində bildirmişdir ki, 27 avqust 2022-ci il tarixdə Liman şəhərində olmuş, Liman ŞPB-nin əməkdaşları onu Liman PŞ-nə dəvət etmişlər. Ondan başqa bir nəfər də hal şahidi olmuş, polis əməkdaşları onlara bir nəfər şəxsin üzərində şəxsi axtarış aparılması barədə məlumat vermişlər. Polis bölməsinə daxil olduqdan sonra ondan başqa polis əməkdaşları vəkil və ikinci hal şahidi iştirak etmişdir. Sonradan adı ona məlum olan Liman şəhər sakini Təqsirləndirilən şəxs1 adlı şəxsin üzərinə baxış keçirilən zaman onun əynində olan şalvarın sol yan cibindən iki büküm aşkarlanmış, həmin bükümləri zərfə qoymuşlar və onlar da imzalamışlar. Həmin vaxt Təqsirləndirilən şəxs1 zərfə imza etməmişdir. Həmin vaxtı orada telefonla çəkliş aparmışlar. Verilən suallara cavab olaraq Şahid6 bildirmişdir ki, polis əməkdaşları dəvət etmişlər, həmin vaxt Liman şəhərində olmuş, onu zənglə çağırmamışlar, yanına gələrək çağırmışlar. Polis əməkdaşları onu dəvət edəndə yol kənarında işləmişdir. Həmin vaxtı divarlara emusiya vurmuşdur. Onu çağıran polis əməkdaşını tanımamışdır. İşlədiyi yerdən polis bölməsinə təxminən 1 kilometr məsafə olmuşdur. Polis bölməsinə daxil olduqdan hansı müddət sonra şəxsi axtarış aparılmasını xatırlamamışdır. Təhqiqatçı telefonu tutub otaqda dövr etdirmişdir. Lənkəran Rayon Məhkəməsində hal şahidi kimi iştirak etməmişdir. Təhqiqatçının çəklişlə bağlı nəsə dediyini eşitməmişdir. Şəxsi axtarış zamanı şəxs döyülməsi ilə bağlı bir söz deməmişdir. Həmin gün saat 16-17 radələrində işlədiyi vaxt polis əməkdaşları onu çağırmışlar. Liman şəhərində Stansiyadan Qumbaşına kimi emusiya vurmuşlar. Hansı küçədə işlədiyini xatırlamır. Polis əməkdaşları onları çağırandan sonra polis əməkdaşlarının nə vaxt şəxsi axtarış aparmalarını bilməmişdir. Təqsirləndirilən şəxs1 ona polis əməkdaşlarının onu yüklədiklərini demişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 qollarının qandallı olub-olmamasına fikir verməmişdir. Təqsirləndirilən şəxs1 üzərindən narkotik vasitə çıxan zaman Təqsirləndirilən şəxs1 qollarından heç kim tutmamışdır. Dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, 27 avqust 2022-ci il tarixdə axşam tərəfi saat 19:05 radələrində Təqsirləndirilən şəxs2 saxlamışlar, Liman PB-nə dəvət etmişlər, bölmədə videoçəklişlə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilmiş və Təqsirləndirilən şəxs2 əlində olan çantanı təqdim etmişdir. Çantadan iki bükümdə narkotik vasitə aşkar olunmuşdur. Sonradan Təqsirləndirilən şəxs2 narkotik vasitəni Təqsirləndirilən şəxs1 aldığını bildirmişdir. Daha sonra həmin günü saat 21:15 radələrində Liman şəhəri ərazisində Təqsirləndirilən şəxs1 saxlamışlar. X28 Hüseynovun üzərində şəxsi axtarış keçirilmiş və Təqsirləndirilən şəxs1 üzərindən iki bükümdə narkotikə bənzər maddə aşkarlanmışdır. Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 20 gün əvvəl “TOZ-8” markalı odlu silah və qurudulmuş marixuana aldığını bildirmişdir. Təqsirləndirilən şəxs2 tüfəng və marixuananı gizlətdiyi yerə baxış keçirilmiş, həmin yerdən də narkotik vasitə və silah aşkarlanmışdır. Verilən suallara cavab olaraq Şahid4 bildirmişdir ki, Pərviz adlı şəxs Vüqarla bir yerdə olmamış, Təqsirləndirilən şəxs1 piyada hərəkətdə olan zaman Həzi Aslanov küçəsində saxlamışlar. Təqsirləndirilən şəxs1 saxlayan zaman üzərində mobil telefon olmamışdır. Vüqar Hüsyenovu polis bölməsinə gətirən zaman çəkliş aparılmışdır. Foto və videoçəliş aparmaq onun işi deyildir. Təqsirləndirilən şəxs1 sağında, solunda polis əməkdaşının qalması ilə bağlı heç nə deyə bilməmişdir. Fotoşəkilləri təhqiqatçının göstərişi ilə özü çəkmişdir. Təqsirləndirilən şəxs1 tam olaraq saat neçədə saxlamalarını xatırlamamış, ancaq təxminən saat 21 radələri olardı. Şəxsi axtarışı özü aparmamış, təhqiqatçı şəxsi axtarışı aparmışdır. Təqsirləndirilən şəxs2 Liman şəhəri, Rəzul Rza küçəsində saxlamışlar. Təqsirləndirilən şəxs2 saxlayan zaman onunla birlikdə Şahid2, Şahid1 və Şahid3 olmuşlar. Təqsirləndirilən şəxs2 saxlayan zaman əlində qara rəngli çanta olmuşdur. Təqsirləndirilən şəxs2 saat 21:15 radələrində saxlamışlar. Təqsirləndirilən şəxs2 saxladığımız yerdən polis bölməsinə olan məsafə təxminən 500 metr olardı. Təqsirləndirilən şəxs2 əlində çanta hərəkətdə olan zaman saxlamışlar. Dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, 27 avqust 2022-ci il tarixdə evdə oturmuş, ürəyi sıxıldığı üçün hava almağa çıxmış, bölməyə yaxın olmuş, bölmədən əməkdaşlar onu çağırmışlar. O da getmiş, içəri girmiş, baxış keçirmişlər. Stolun üzərinə qoyulmuş bir neçə bağlamanı görmüş və imza çəkmişdir. Narkotik vasitələr Vüqarın arxa cibindən çıxmışdır. Verilən suallara cavab olaraq Şahid5 bildirmişdir ki, Vüqarın etiraz edib- etmədiyini xatırlamamışdır. Vüqarı əvvəllər tanımamışdır. Otağda kimlərin olmasını xatırlamamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmiş və imzaların özünə məxsus olduğunu demişdir. İfadəsini yazılandan sonra oxumamış, ancaq imzalamışdır. Mobil nömrəsi ***-***- **-**-dür. Vüqarın üzərinə şəxsi axtarış aparılan zamanı hava qaralmışdır. Liman şəhərində yaşamış, onu Liman PB-nin polis əməkdaşları çağırmış, həmin gündən sonra polis bölməsinə getməmişdir. İki gündən sonra Lənkəran ŞRPŞ-nə getmişdir. Polis bölməsinə gedəndə Tərlan orada olmuşdur. Evindən Liman PB-nə məsafə 80 metr, Liman şəhər 2 saylı orta məktəblə məsafəsi isə 150 metr olar. Köhnə ATS-in binasında yaşayır, köhnə işıq idarəsinin yanında yaşamışdır. Köhnə kombinatın yanında gəzişmiş, həmin vaxtı hava qaranlıq olmuşdur. Ona yaxınlaşan polis əməkdaşını tanımamışdır. Polis əməkdaşları zəng etməmişdir. 27 avqust 2022-ci il tarixdə işə girmiş, ona görə həmin gun yadında qalmışdır. Polis Bölməsinə daxil olan zaman Vüqarın üzərinə baxış keçirilmişdir. Polis bölməsinə daxil olarkən dəqiq yadında deyil şəxsi axtarış başlamışdı ya yox. Hüquq və vəzifələri ona izah olunmamışdır. lham Abasov onun ata evi ilə qonşuluqda yaşayır, ata evi ilə PB-nə qədər olan məsafə çoxdur. Təqdim olunan fotoşəkillərdə olan şəxs özüdür. Vüqarın narkotik vasitəni cibindən özünün çıxardıb-çıxartmaması yadında qalmamışdır. Polis əməkdaşı Əzimin “narkotik vasitəni Vüqarın üstünə mən qoymuşam” deməsini eşitməmişdir. Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 məhəllədə bir yerdə görməmişdir. Müdaifə tərəfinin vəsatəti əsasında dindirilmiş şahid X9 ifadəsində bildirmişdir ki, sənədləşmə iki il bundan qabaq olduğu üçün olanları tam xatırlamamış, apardığı prosessual hərəkətlər cinayət işində qeyd olunmuş və bütün xüsusatları təsdiqləmişdir. Verilmiş suallara cavab olaraq şahid Mircan Quliyev bildirmişdir ki, birinci İlhamı yoxsa Vüqarı sənədləşdirməsini bilməmiş, apardığı prosessual hərəkətlər cinayət işində qeyd olunmuşdur. Hadisənin üzərindən 2 il müddət keçdiyi üçün bəzi halları xatırlamamışdır. Təqsirləndirilən şəxs1 yalan ifadə vermiş, rəisin yanına getməmişdir. Müdaifə tərəfinin vəsatəti əsasında dindirilmiş şahid X18 ifadəsində bildirmişdir ki, 26 avqust 2022-ci il tarixdə oğlu İlham səhər saat 10-11 radələrində yuxudan durmuş, İlham üçün yemək hazırlamağa başlamış, İlham isə həmin müddət ərzində ondan iki manat pul alaraq siqaret almaq üçün getmişdir. Bir müddət keçsə də İlham evə gəlməmiş, axşama kimi gözləmiş, ancaq İlham yenə evə gəlməmişdir. Liman PB-nə getmiş, İlhamın orada olmasını boyunlarına almamışlar, Lənkəran ŞRPŞ-nə getmiş, orada da ona İlham adlı şəxsin gətirilmədiyini demişlər. Səhəri günü tanımadığı şəxs ona zəng vuraraq İlhamın həbs edildiyini bildirmişdir. PB-nə gəlmiş, orada Əzim qabağına çıxmış, Əzimə İlhamın həbs olunmasını nə üçün ona demədiklərini soruşmuş, Əzim ona xala bağışla bizim səhvimizdi demişdir. Əzimdən İlhamı nə üçün tutduqlarını soruşmuş, Əzim İlhamın narkotikdən istifadə etdiyini, İlhamın bədənin təmizlənməsi üçün onu tutduqlarını demişdir. Əzimə, “İlhamı narkotik satan yerdə tutmusan bəlkə İlham heç nə etmir” demiş, Əzim isə İlhamın narkomanlıq etdiyini demişdir. Pensiya alır, pensiya alan vaxtı İlhama 3-5 manat verir. Əzimə İlhamın bəlkə də narkotikdən istifadə etdiyini, ancaq İlhamı nahaq tutduqlarını, İlhamı buraxmalarını demişdir. Əzim İlhama uzağı bir il iş veriləcəyini, İlhamın arxasınca gedəcəyini, İlhama ərzaqda da aparacağını demişdir, o isə Əzimə İlhamın nəyi olursan ona ərzaq aparırsan demişdir. X42 tutduqlarını, İlhamın Vüqarın üzünə qalmasını istədiklərini demişdir. Vüqarı tanımadıqlarını bildirmişdir. X34 üzünə duracağını demiş, İlhamın heç kimin üzünə durmayacağını demişdir. Bir dəfə də Daxili İşlər naziri gələndə Natiq gəlib İlhama rəis çağırdığını demiş, sonra İlhamı həbs edərək iki ay Lənkəranda yatızdırmışlar. Sonuncu dəfə Natiq hasardan həyətinə tullanmış, Natiqə qapı qala-qala hasardan niyə tullandığını demiş, Natiq isə İlhamın paltarların aparmağa gəldiyini, İlhamı etap apardıqlarını demişdir. Daha sonra Əzimin üstünə gələrək onu niyə aldatdığını demişdir. Verilən suallara cavab olaraq şahid Mina Abasova bildirmişdir ki, bu günə kimi Vüqarı tanımamışdır. Polis əməkdaşı Natiqi həyətinə gələndə görmüşdür. Natiq onun yanında İlhama “vallah qorxulu heç nə yoxdu” demişdir. Oğlu İlham tutulmamışdan iki ay qabaq Natiq gəlib İlhamı müalicəyə göndərəcəklərini demişdir. Natiq onlara iki dəfə gəlmiş, İlham tutulmamışdan iki ay qabaq da bir dəfə gəlmişdir. İlham tutulduğu gündən əvvəl də Natiq onlara gəlmiş, sonra İlhamı bazarda görmüşdür. İlham tutulan günü Natiq onlara gəlməmişdir. Müdaifə tərəfinin vəsatəti əsasında dindirilmiş şahid X21 ifadəsində bildirmişdir ki, oğlu Təqsirləndirilən şəxs1 saat 11-də qonşu uşağı ilə bazara şadlıq evinin yanına getmişlər, orada Təqsirləndirilən şəxs1la və dostu Şahid7 polis əməkdaşları tutub PPXavtomobili ilə polis bölməsinə aparmışlar. Digər oğlu zəng vuraraq Vüqarın həbs olunması barədə məlumat vermişdir. Gedib bölməyə qapının ağzında durub ağlamış, bu vaxtı bir nəfər şəxs ondan nə üçün ağladığını demiş, o da həmin şəxsə oğlunun bura gətirildiyini demişdir. Həmin şəxs onu da polis bölməsinə çağırdıqlarını dəmir oğurluğuna görə çağırdıqlarını demişdir. İlhamı oğlu Vüqarın üzünə durmaq üçün aparmışlar. Vüqar Şahid7lə bir yerdə tutulmuşdur. Verilən suallara cavab olaraq şahid Xanım Hüseynova bildirmişdir ki, Vüqarı onun gözünün qabağında tutmayıblar, şahid olmamışdır. Polis bölməsində gördüyü bir nəfərin yanında Nurəddin Nəsrullayev olmuşdur. Nurəddin Nəsrullayev Şahid7 atasıdır. X7 kənarda durmuşdur. İlhamın yanında heç kim olmamış, həmin vaxtı İlham tək olmuşdur. Müdaifə tərəfinin vəsatəti əsasında dindirilmiş şahid X15 ifadəsində bildirmişdir ki, 27 avqust 2022-ci il tarixdə günorta saat 12-13 radələrində telefonuna zəng edib qardaşı Vüqarın tutulması barədə məlumat vermişlər, polis bölməsinə gəlmiş, orada Şahid7lə birlikdə Vüqarı polis bölməsinə gətirdiklərini demişlər. Qapının ağzında oturmuş, sonra anası polis bölməsinə gəlmiş, Şahid7 atası Nurəddin Nəsrullayev də polis bölməsinin yanına gəlmişdir. Təqsirləndirilən şəxs2 da saat 14-15 radələrində gəlib çöldə onların yanında durmuş, İlhamdan bura niyə gəldiyini soruşmuş, həmin vaxtı Pərvizin atası Nurəddin İlhama “bizim uşaqların üzünə durmağa gələrsən” demiş, İlham isə cavabında yox, deyirlər dəmir oğurlamış, rəis onu çağırmışdır. İlham içəri girmiş, polis nəfəri olan Fuad İlhamı içəri aparmış, onlar axşam saat 11-ə kimi polis şöbəsinin həyətində oturmuşlar. Şahid7 10 sutka həbs vermişlər, Vüqarla İlhamı isə Kürdəxanıya göndərmişlər. Verilmiş suallara cavab olaraq şahid İlqar Hüseynov bildirmişdir ki, qardaşı Vüqarın mobil telefonu olmuş, onun telefonu polis şöbəsində yoxa çıxmışdır. Əzim və Fuad axşam üstü saat 19-20 radələrində Liman PPB-nin avtomobili ilə çıxıb getmişlər. Tərlanı axşam üstü “Hundai” markalı avtomobil ilə bölməyə gətirmişlər. Sərdar Liman PB-də ustalıq edir. Həmin vaxtı Sərdar PB-nin içərisində olmuşdur. Təqsirləndirilən şəxs2 polis bölməsindən çıxan görməmişdir. Müdaifə tərəfinin vəsatəti əsasında dindirilmiş Şahid7 Nurəddin oğlu ifadəsində bildirmişdir ki, Vüqar saxlanılan gün Vüqarla bir yerdə olmuş, həmin vaxtı saat 11-12 radələri olardı. Vüqarla bağın həyətinə çay içməyə getmişlər, bağın həyətindən onunla Vüqarı götürmüşlər. Zəng vurub Vüqarın valdeyninə məlumat vermək istəmiş, polis əməkdaşları telefonu onun əlindən alaraq, maşına mindirmişlər və onu polis şöbəsinə aparmışlar. Polis şöbəsində onu döyərək hər iki gözünü partlatmışlar, xəsarəti olduğu üçün onu buraxmaq mümkün olmadığından, polisə müqavimətlə 10 sutka onu həbs etmişlər. Həmin vaxtı Vüqarın döyülməsinin səsini eşitmiş, saxlanılan zaman bir otaq araları olmuşdur. X28ın üzərində narkotik vasitələr olduğunu bilmişdir. Vüqar onunla olan vaxtı üzərində narkotik vasitə olmamışdır. Vüqarın üzərinə qoyulan narkotik vasitələr cibində yox, ən azından əlində olmalı idi. Verilən suallara cavab olaraq Şahid7 bildirmişdir ki, 10 sutkadan çıxandan sonra onu yenidən tutumuşlar. Onu maşında döymüşlər. Birinci Vüqarı tutmuşlar, Vüqarın valdeyninə məlumat vermək istədiyi üçün onu tutmuşlar. Vüqarla narkotik vasitədən istifadə etməmişdir. Əvvəllər narkotik vasitədən istifadə etmiş, hal-hazırda narkotik vasitədən istifadə etməmişdir. Polis əməkdaşları onları saxlayan zaman üzərində ***-***-**-** saylı mobil nömrəsi olmuşdur. Telefonları polis bölməsində onlardan almışlar, sonradan telefonları valideyni götürmüşdür. Müdaifə tərəfinin vəsatəti əsasında dindirilmiş şahid X2 ifadəsində bildirmişdir ki, Pərviz saxlanılan gün işdə olmuş, ona zəng edib, Pərvizi bölməyə apardıqlarını demişlər. O da işdən gələrək bölməyə yaxınlaşmış, onu bölmənin içərisinə buraxmamışlar, ona sonra məlumat verəcəklərini demişlər. Orada gözləmiş, bir azdan sonra İlham gəlmiş, İlhamdan nə üçün gəldiyini soruşmuş, İlham dəmir oğurladıqlarını, onu da buna görə çağırdıqlarını, gəlməsəydi, polis əməkdaşlarının özlərinin gətirəcəklərini demişdir. Daha sonra İlhamı içəri çağırmışlar, bir az da gözləmiş, sonra ona getməsini və bir azdan Pərvizi buraxacaqlarını demişlər. Verilən suallara cavab olaraq şahid Nurəddin Nəsrullayev bildirmişdir ki, Pərvizin telefonunu sonradan ona vermişlər. Pərvizlə Vüqarı bir yerdə tutduqlarını bilməmişdir. İlhamı tanımış, İlhamgilin evində usta kimi işləmişdir. Vüqarı da tanımış, Vüqar qonşusudur. Polis Bölməsinə gedən zaman İlham orada olmamışdır. İlhamdan soruşmuşdur ki, xeyir ola bura gəlmisən. İlham ona “dəmir oğurlayıblar ona görə çağırıblar” demişdir. Şöbənin qabağında Vüqarın anası və qardaşı olmuşlar. Məhkəmə Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslər və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -“cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 28 avqust 2022-ci il tarixli qərardan görünür ki, 27 avqust 2022-ci il tarixdə saat 19:05-də Lənkəran ŞRPŞ-nin Liman PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran rayonu Liman şəhər sakini Təqsirləndirilən şəxs2 bir ədəd bağalamada təmiz çəkisi-2280,0 qram çəkidə narkotik vasitə heroinin, təmiz çəkisi 500,469 qram çəkidə narkotik vasitə tiryəkin, həmçinin Lənkəran rayonu, Liman şəhəri, 28 may küçəsində yerləşən məscidin arxasında gizlətdiyi yerdə təqdim etdiyi bir ədəd bağlamada təmiz çəkisi 4210,0 qram narkotik vasitə qurudulmuş marixuananın, bundan əlavə keçirilmiş əməliyyataxtarış tədbirlərinin davamı olaraq həmin gün saat 21:15-də Təqsirləndirilən şəxs1 bir ədəd bağlamada təmiz çəkisi 43,634 qram narkotik vasitə heroinin və bir ədəd bağlamada təmiz çəkisi 61,553 qram narkotik vasitə tiryəkin aşkar edilərək götürülməsi faktları əsasında toplanmış materiallar üzrə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq istintaq aparılmışdır.(cild 1, i.v.1-108) -“cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 27 avqust 2022-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 19:30-da Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur.(cild 1, i.v.17) -“şəxsi axtarış və götürmə barədə” 27 avqust 2022-ci il tarixli protokol və həmin istintaq hərəkətinin videoçəkilişi əks olunmuş «DVD» diskdən görünür ki, Təqsirləndirilən şəxs2 27 avqust 2022-ci il tarixdə saat 19:05-də Lənkəran ŞRPŞ-nın Liman bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran rayonu, Liman şəhəri, R.Rza küçəsində olan zaman saxlanılaraq polis bölməsinə gətirilmiş onun üzərində şəxsi axtarış keçirilən zaman əlində olan qara rəngli çantanın içərisinə baxış zamanı bir bağlamada narkotik madə heroin və bir bağlamada narkotik vasitə tiryək aşkar olunaraq götürülmüşdür. Aşkar olunmuş narkotik vasitə bağlamaları elektron tərəzidə çəkilərək qablaşdırılmış və imzalarla təsdiq olunmuşdur. Şəxsi axtarış istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs2 aşkar olunmuş bağlamaları tanışı Təqsirləndirilən şəxs1 500 manata satış məqsədilə aldığını demişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 saxlanılmamışdan 20 gün əvvəl “Toz-8” markalı odlu silahı satmaq üçün Təqsirləndirilən şəxs1 almış və küçədən tapdığı qurudulmuş marixuana ilə birlikdə Liman şəhər məscidinin arxasında gizlətdiyini bildirmişdir.(cild 1,i.v.33-35) -“baxış keçirilməsi və əşyanın götürülməsi barədə” 27 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 27 avqust 2022-ci il tarixdə saat 20:20-də Lənkəran ŞRPŞ-nın Liman bölməsinin əməkdaşları, müdafiəçisinin iştirakları ilə birlikdə Lənkəran rayonu, Liman şəhəri 28 may küçəsində yerləşən Liman şəhər məscidinin arxasına baxış keçirilmiş və bu zaman Təqsirləndirilən şəxs2 orada yerləşən zibillik ərazidə 1 ədəd “Toz-8” markalı odlu silahı, həmin silaha aid 24 ədəd patron və ağ rəngli torbada yerləşən qara rəngli sellofan içərisində olan qurudulmuş marixuananı təqdim etmişdir. Təqdim etdiyi narkotik vasitə olan qurudulmuş marixuana bağlaması elektron tərəzidə çəkilərək qablaşdırılmış və imzalarla təsdiq olunmuşdur. Həmçinin, 1 ədəd “Toz-8” markalı odlu silahı, həmin silaha aid 24 ədəd patron da qablaşdırılaraq götürülmüşdür.(cild 1, i.v.36-38) -“cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 27 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 21:15-də Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur.(cild 1, i.v.59) -şəxsi axtarış və götürmə barədə” 27 avqust 2022-ci il tarixli protokoldan görünür ki, vətəndaş Təqsirləndirilən şəxs1 27 avqust 2022-ci il tarixdə saat 21:15-də Lənkəran ŞRPŞ-nın X25 əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran rayonu, Liman şəhəri, H.Aslanov küçəsində olan zaman saxlanılaraq polis bölməsinə gətirildikdən sonra müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı onun əynində olan şalvarının sol qabaq cibindən 01 (bir) ədəd narkotik vasitə heroinə bənzər bağlama və 01 (bir) ədəd narkotik vastə tiryəkə bənzər bağlamalar aşkar olunmuşdur. Aşkar olunmuş bağlamalar qablaşdırılaraq götürülmüşdür.(cild 1, i.v.74-82) -“məhkəmə-kimyəvi ekpertizası”nın 28 avqust 2022-ci il tarixli, 19/886 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “Vətəndaş Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 1 bükümdə heroinə bənzər kütlə....” sözlər və imzalar olan bir ədəd paktedəki, 1 ədəd bağlamada təmiz çəkisi -2280,0 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş “Vətəndaş Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 1 bükümdə tiryəkə bənzər kütlə ....” sözlər və imzalar olan bir ədəd paktedəki, 1 ədəd bağlamada təmiz çəkisi -500,469 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəkdir.(cild 1, i.v. 95-99) -“məhkəmə-bioloji ekpertizası”nın 28 avqust 2022-ci il tarixli, 19/885 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs2 təqdim etdiyi bir ədəd sellofan bağlamada qurudulmuş marixuanaya bənzər kütlə...” sözlər və imzalar olan bir ədəd torbadakı, 1 ədəd bağlamada təmiz çəkisi: -4210,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır.(cild 1, i.v. 100-103) -“məhkəmə fiziki-kimyəvi ekpertizası”nın 28 avqust 2022-ci il tarixli, 19/887 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “Vət. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş bir bükümün çərisində heroinə bənzər kütlə...” sözlər və imzalar olan biir ədəd paketdəki, 1 ədəd bağlamada təmzi çəkisi -43,634 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş “Vət. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş bir bükümdə tiryəkə bənzər kütlə...” sözlər və imzalar olan bir ədəd paketdəki, 1 ədəd bağlamada təmiz çəkisi -61,552 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəkdir. Təqdiqata təqdim edilmiş üzərilərində “Vət. Təqsirləndirilən şəxs1 üzərilərindən aşkar edilmiş bir bükümün içərisində heroinə bənzər kütlə...” və “X8 məxsus 1 büküm heroin və 1 büküm tiryək Rəy № 19/886....” sözlər və imzalar olan iki ədəd paketlərdəki heroinlər xarici görünüşlərinə və kimyəvi komponentinə görə bir-biriləri ilə eynidirlər. Təqdiqata təqdim edilmiş üzərilərində “Vət. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş bir bükümün içərisində heroinə bənzər kütlə...” və “X8 məxsus 1 büküm heroin və 1 büküm tiryək Rəy № 19/886....” sözlər və imzalar olan iki ədəd paketlərdəki tiryəklər xarici görünüşlərinə və kimyəvi komponentinə görə bir-biriləri ilə eynidirlər. (cild 1, i.v. 104-108) -“cinayət əməlinin tövfis edilməsi haqqında” 28 avqust 2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrin tövsif edilmişdir.(cild 1, i.v. 118-119) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 29 avqust 2022-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Lənkəran Rayon Məhkəməsinin 29 avqust 2022-cü il tarixli, 4(049)-254/2022 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində 4 (dörd) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 vəsatətdə və təqdimatda göstərilən xüsusatları təsdiq etmişdir. Bildirmişdir ki, ona irəli sürülmüş ittihamı qəbul edir. Cinayət əməlini törətmişdir. Lakin barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməsini xahiş edir.(cild 1, i.v. 120-122, 173-176) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 29 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Lənkəran Rayon Məhkəməsinin 29 avqust 2022-cü il tarixli, 4(049)-253/2022 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində 4 (dörd) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir.(cild 1, i.v. 135-137, 178-179) -29 avqust 2022-ci il tarixli Vüqar Hüsenov ilə Şahid6 və Şahid5 arasında keçirilmiş “üzləşdirmə protokol”undan görünür ki, istintaq hərəkəti zamanı Şahid5 və Şahid6 həmin tarixdə Lənkəran ŞRPŞ-nın Liman PB-də Təqsirləndirilən şəxs1 üzərinə keçirilən şəxsi axtarış-istintaq hərəkəti zamanı onun üzərindən bir bükümdə narkotik vasitə heroin və bir bükümdə narkotik vasitə tiryəkin üzərindən aşkar edilməsini görməsini Təqsirləndirilən şəxs1 üzünə demişlər.(cild 1, i.v. 159-162) -“ambulator məhkəmə-narkoloji ekspertizası”nın 29 avqust 2022-ci il tarixli, 879 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür.(cild 1, i.v. 188) -“ambulator məhkəmə-narkoloji ekspertizası”nın 29 avqust 2022-ci il tarixli, 880 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür.(cild 1, i.v. 191) -30 avqust 2022-ci il tarixli “üzləşdirmə protokolun”dan və protokola əlavə edilmiş “DVD” diskdə olan video çəkilişdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs2 20 və 27 avqust 2022-ci il tarixlərdə Təqsirləndirilən şəxs1 külli miqdarda narkotik vasitə heroin, tiryək və qurudulmuş marixuana, həmçinin “Toz-8” markalı odlu silahı və ona aid 24 ədəd patronunu Lənkəran rayonu, Liman şəhəri ərazisində 500 manata aldığını, sonra yanından ayrıldığını Təqsirləndirilən şəxs1 üzünə demişdir. (cild 1, i.v. 194-196) -“etiraza baxılması haqqında” 09 sentyabr 2022-ci il tarixli Lənkəran rayon prokurorluğunun qərarından görünür ki, Lənkəran ŞRPŞ-nin İB-də istintaq olunan ********* nömrəli cinayət işi üzrə Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə Təqsirləndirilən şəxs1 müqavilə üzrə müdafiəçisi Müdafiəçi2 həmin cinayət işinin ibtidai istintaqını aparan müstəntiq, polis kapitanı X16 etirazı əsassız olduğundan təmin edilməmişdir.(cild 2, i.v. 15-16) -Lənkəran Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, 5(049)-339/2022 nömrəli qərarından görünür ki, Lənkəran ŞRPŞ-nin Liman PB-nin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 “Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi barədə” 27 avqust 2022-ci il tarixli qərarı qanuni hesab edilmişdir.(cild 2, i.v. 23) -Lənkəran Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, 5(049)-338/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “təxirəsalınmaz əməliyyataxtarış tədbirlərinin keçirilməsi haqqında Lənkəran ŞRPŞ-nin Liman PB-nin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 “Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi barədə” 27 avqust 2022-ci il tarixli qərarı qanuni hesab edilmişdir.(cild 2, i.v. 25-26) -15 oktyabr 2022-ci il tarixli Vüqar Hüsenov ilə Lənkəran ŞRPŞ-nın Liman PB-nın əməkdaşları Şahid1, Tərla Ağayev və Şahid4 arasında keçirilmiş “üzləşdirmə protokolu”ndan görünür ki, istintaq hərəkəti zamanı sonuncular həmin tarixdə Lənkəran ŞRPŞ-nin Liman PB-də Təqsirləndirilən şəxs1 üzərinə keçirilən şəxsi axtarış-istintaq hərəkəti zamanı onun üzərindən bir bükümdə narkotik vasitə heroin və bir bükümdə narkotik vasitə tiryəkin aşkar edilməsini Təqsirləndirilən şəxs1 üzünə demişlər.(cild 2, i.v. 68-75) -“məhkəmə-ballistik ekspertizası”nın 26 sentyabr 2022-ci il tarixli, 3/1260 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd silah 1959-cu ildə, Tula silah zavodunda istehsal edilmiş, 5,6 mm kalibrli, “TOZ-8” modelli, “12846” №-li tüfəngdir-yivli odlu idman-ov silahıdır, saz vəziyyətdədir və atəş açmaq üçün yararlıdır, zavod nişanlarında hər hansı bir dəyişiklik və detallarında təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 24 (iyirmi dörd) ədəd patron zavod üsulu ilə istehsal edilmiş, pistonları yandan alışan, 5,6 mm kalibrli, olmaqla, həmin kalibrə malik “TOZ-8” (“TOZ-8m”), “TOZ-11”, “TOZ-16”, “TOZ-21-1”, “TOZ-18”, “TOZ-29”, “TOZ-17” və.s modelli idman-ov tüfəng və karabinlərində, “Marqolin”, “TOZ-35”, “İS-1” markalı idman tapançalarında, habelə digər yivli odlu silahlarda döyüş sursatı olaraq istifadə edilmək üçün nəzərdə tutulmuş patronlardırlar, istifadəyə yaralıdırlar.(cild 2, i.v. 99-101) -“cinayət əməlinin tövsif edilməsi haqqında” 15 noyabr 2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilmişdir.(cild 2, i.v. 105-106) -“təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” 16 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 elan edilmiş ittihamın məzmunu dəyişdirilərək və ona əlavələr edilərək Cinayət Məcəlləsinin 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə yenidən ittiham elan edilmişdir.(cild 2, i.v. 108-110) -“təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” 16 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 elan edilmiş ittihamın məzmunu dəyişdirilərək və ona əlavələr edilərək Cinayət Məcəlləsinin 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə yenidən ittiham elan edilmişdir.(cild 2, i.v. 126-128) -“maddi sübut hesab edilməsi haqqında” 10 dekabr 2022-ci il tarixli qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq qalan Təqsirləndirilən şəxs2 məxsus bir ədəd paketdəki, təmiz-4209,9 qram narkotik vasitə qurudulmuş marixuana, 1 ədəd bağlamada təmiz çəkisi -500,369 qram olan narkotik vasitə tiryək, 1 ədəd bağlamada təmiz çəkisi 2279,9 qram olan narkotik vasitə heroin, bir ədəd “TOZ-8” modelli, “12846” №-li tüfəng-yivli odlu silah, 19 ədəd patron, 01 ədəd patronun eksperimental atılmış gilizi, şəxsi axtarış və baxış keçirilməsinə dair 3 (üç) ədəd DVD diskdə olan görüntü, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 1 ədəd bağlamada təmiz çəkisi: -43,534 qram olan narkotik vasitə heroin və 1 ədəd bağlamada təmiz çəkisi -61,452 qram olan narkotik vasitə-tiryək maddi sübut kimi tanınmış, 3 (üç) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmış, maddi sübutlar saxlanılması üçün Lənkəran ŞRPŞ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir.(cild 2, i.v. 152-153) -“cinayət işinin ayrı icraata ayrılması və icraata qəbul edilməsi haqqında” 15 dekabr 2022-ci il tarixli qərardan görünür ki, cinayət işinin materiallarından külli miqdarda narkotik vasitələrin əldə edildiyi mənbəyə görə cinayət işinin materiallarından Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmışdır.(cild 2, i.v. 170-172) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxslərə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, ictimai təhlükəli əməlin həm qanunvericilik, həm də doktrinal aspektdə müəyyən edilməsi hər bir cinayətə xas olan hüquqi və sosial əlamətləri üzə çıxarır. Cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən, o cümlədən, başqa hüquqpozmalardan fərqləndirilməsinə xidmət edir. Belə ki, cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur. Cinayət qanunvericiliyinə görə, şəxs yalnız o cinayəti törətməyə görə təqsirləndirilə bilər ki, həmin cinayətin törədilməsi şəxsin iradəsinin həqiqi ifadəsi olsun. Cinayət qanunvericiliyi təqsirin iradəvi momentini xarakterizə edən ictimai təhlükəli əməlin və onun nəticəsinin baş verməsini arzu etmək, onların baş verməsinə şüurlu surətdə yol vermək və ya onların qarşısının alınacağını guman etmək və s. kimi əlamətləri nəzərdə tutur. Bu əlamətlərə əsasən demək olar ki, təqsirin iradəvi momenti ictimai təhlükəli əməl (hərəkət və hərəkətsizlik) və ya həmin əməlin nəticəsi ilə əlaqədar olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair”a 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 özlərini müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: -məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 polis bölməsinə özünün getdiyini, üzərindən aşkar edilmiş və təqdim etdiyi narkotik vasitələr-heroin, tiryək və qurudulmuş marixuananı, həmçinin “TOZ-8” markalı odlu silahın və patronların polis əməkdaşları tərəfindən qoyularaq götürüldüyünü, polis əməkdaşlarının onu döyərək, işgəncələr verdiklərini, polis əməkdaşlarının narkotik vasitələri və odlu silahın, patronların özünə məxsus olduğunu, Təqsirləndirilən şəxs1 aldığını deməsini tələb etdiklərini, döyüldüyü, işgəncələrə məruz qaldığı və hədələrdən qorxduğu üçün polis əməkdaşları tərəfindən deyilənləri etdiyini, narkotik vasitələri və “TOZ-8” markalı odlu silahı, patronları Təqsirləndirilən şəxs1 aldığını bildirməsi, Təqsirləndirilən şəxs1 ibtidai istintaq və məhkəmə istintaqında polis şöbəsində döyülərək işgəncələrə məruz qalması, polis şöbəsində üzərinə narkotik vasitə qoyularq götürülməsi, Təqsirləndirilən şəxs2 narkotik vasitələr və “TOZ-8” markalı odlu silah satmaması ilə bağlı dedikləri həqiqətə uyğun deyil, onların müvafiq məzmunlu ifadələr vermələri əsassız olaraq törətdikləri cinayət məsuliyyətindən kənarda qalmalarına hesablanaraq bildirilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən qeyd edilən ifadələr özlərini müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən, habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspertiza rəyləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadələri inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Belə ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış, baxış və götürmə istintaq hərəkətləri aparılarkən, o cümlədən verdiyi şübhəli və təqsirləndirilən şəxs qismində ifadələrində törətdiyi cinayət əməllərini etiraf etmiş, narkotik vasitələr və odlu silahı digər Təqsirləndirilən şəxs1 aldığını demişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə tərkibi Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxslərin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla-yuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəsini, Təqsirləndirilən şəxs1 isə həm ibtidai istintaq həm də məhkəmə istintaqı zamanı verdikləri ifadələrini özlərini və bir-birlərinin müdafiəsi üçün deyilmiş ifadələr kimi qiymətləndirir. Bundan əlavə şəxsin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılması üçün üç şərtin eyni vaxtda mütləq sübuta yetirilməsi tələb edilir: a)şəxs Cinayət Məcəlləsinin 234.1ci maddəsinin dispozisiyasında göstərilən hərəkətləri satış məqsədilə etməlidir; b)şəxs belə hərəkətləri qanunsuz etməlidir; c)narkotik vasitə və ya psixotrop maddələr külli miqdarda olmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində göstərilmişdir narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanunun 1.0.11-ci maddəsində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir; “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətlərində ayrılıqda müəyyənləşdirilir. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu (bundan sonra – 961-İİQ nömrəli Qanun) ilə müəyyən olunmuşdur. Həmin Plenum qərarının 5-ci bəndində göstərilmişdir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq saxlama uzanan cinayət olmaqla şəxs özü əməllərinə son verdiyi (məsələn, könüllü gəlib təqsirini boynuna aldığı) və yaxud onun iradəsindən asılı olmayaraq əmələ son verildiyi, məsələn, qeyd olunan əməllə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirinin gedişində yaxalandığı andan cinayət başa çatmış hesab edilir. Odur ki, bu əməl üzrə istintaq və məhkəmə aidiyyəti məsələsi həmin hallar, yəni o cümlədən cinayətin əməliyyat-axtarış tədbirinin gedişində şəxsin saxlanılıb müvəkkil edilmiş şəxsin nəzarəti altına keçməsi anında və yerində başa çatmış olması nəzərə alınmaqla həll edilməlidir. Qanunun 1.0.10cu maddəsində prekursorlar birbaşa qeyd olunmasa da, yuxarıdakı narkotik vasitələrin (psixotrop maddələrin) saxlanmasına dair izahları eynilə narkotik vasitələrin və ya psixotrop maddələrin prekursorlarına da şamil etmək mümkündür. Həmin Plenum qərarının 6-cı bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsinə dair izah Qanunun 1.0.8ci maddəsində təsbit edilmişdir. Qanunun 1.0.8-ci maddəsində prekursorlar birbaşa qeyd olunmasa da, normanın mənasına görə istər narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi, belə vasitələrin (maddələrin, prekursorların) göndərən şəxsin özünün bilavasitə iştirakı olmadan yerinin dəyişdirilməsi üzrə hərəkətlər isə, məsələn, poçtla, baqajla, predmetin narkotik vasitələr və ya psixotrop maddələr, onların prekursoru olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə təyinat yerinə aparılması onların göndərilməsi kimi qiymətləndirilməlidir. Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və ya psixotrop maddələrin, habelə onların prekursorlarının sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər. Narkotik vasitəni (psixotrop maddəni) göndərən şəxsin əməli, vasitənin (maddənin) təyinat yerinə çatdırılıbçatdırılmamasından asılı olmayaraq, aparılması üçün (məsələn, poçt şöbəsinə, yükdaşıma fəaliyyətini həyata keçirən subyektə, cinayətdən xəbərsiz olan şəxsə) təhvil verildiyi andan başqa çatmış cinayət hesab edilir. Üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədi ilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir. Həmin Plenum qərarının 8-ci bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Məhkəmələrə izah edilsin ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya 10 Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Həmin Plenum qərarının 9-cu bəndində göstərilmişdir ki, Cinayət Mcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 külli miqdarda narkotik vasitələr-heroin, tiryək və qurudulmuş marixuananın, həmçinin odlu silah və döyüş sursatının əldə edilməsi, saxlanması, daşınması və satışından qazanc əldə edilməsi ilə bağlı 2022-ci ilin avqust ayında Təqsirləndirilən şəxs1 ilə razılığa gəlib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşdikdən sonra, bu məqsədlə hər ikisi əldə edilmiş razılıq və ümumi niyyətə uyğun hərəkət edərək 2022-ci ilin avqust ayında Lənkəran rayonunda istintaqla dəqiq müəyyən edilməmiş tarixdə, vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda- 2323.634 qram çəkidə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini, külli miqdarda-562,021 qram çəkidə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki və külli miqdarda-4210,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı, həmçinin 1959-cu ildə Tula silah zavodunda istehsal edilmiş, 5,6 mm kalibrli, “TOZ-8” modelli, “13846”№-li, saz vəziyyətdə və atəş açmaq üçün yararlı 1 (bir) ədəd yivli odlu idman-ov silahı olan tüfəngi və zavod üsulu ilə istehsal edilmiş, pistonları yandan alışan, 5,6 mm kalibrli olmaqla, həmin kalibrə malik, “TOZ-8”, (“TOZ-8m”), “TOZ-11”, “TOZ- 16”, “TOZ-21-1”, “TOZ-18”, “TOZ-29”, “TOZ-17” və sair modelli idman-ov tüfəng və karabinlərdə, “Marqolin”, “TOZ-35”, “İS-1” markalı idman tapançalarında, eləcə də digər yivli odlu silahlarda döyüş sursatı olaraq istifadə edilmək üçün nəzərdə tutulmuş 24 (iyirmi dörd) ədəd istifadəyə yararlı patronları qanunsuz olaraq əldə etmiş, onların satışını realizə edib birlikdə qazanc əldə etmək üçün həmin narkotik vasitə heroinin 43,634 qramını və tiryəkin 61,552 qramını qrup üzvü Təqsirləndirilən şəxs1 özündə saxlayıb, qalan narkotik vasitələri və qanunsuz olaraq özündə saxlayıb daşıyaraq gəzdirdiyi qeyd olunan odlu silahı və döyüş sursatı olan patronları ondan almış, özü Təqsirləndirilən şəxs1 əldə edib satış məqsədi ilə qanunsuz olaraq üzərində saxlayaraq daşıdığı və gəzdirdiyi narkotik vasitələrdən 4210,0 qram çəkidə qurudulmuş marixuananı və odlu silah ilə patronları daşıyaraq Lənkəran rayonu, Liman şəhəri, 28 May küçəsində yerləşən “Liman şəhər məscidi”nin arxasında kolluq ərazidə gizlədərək saxlamış, qalan narkotik vasitələr olan 2280,0 qram çəkidə heroini və 500,469 qram çəkidə tiryəki üzərində saxlayaraq daşımış, bu barədə əməliyyat məlumatları almış Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin X25 əməkdaşlarının 27 avqust 2022-ci il tarixdə saat 19 radələrində keçirdikləri əməliyyat tədbirləri zamanı yaşadığı Lənkəran rayonu, Liman şəhəri, Rəsul Rza küçəsində saxlanılaraq X25 inzibati binasına gətirilib üzərində şəxsi axtarış keçirilərkən külli miqdarda-2280,0 qram çəkidə heroin və 500,469 qram çəkidə tiryək əlində tutduğu idman çantasının içərisindən, 4210,0 qram çəkidə qurudulmuş marixuana, 1 (bir) ədəd “TOZ-8” modelli yivli odlu idman-ov silahı olan tüfəng və döyüş sursatı olan 24 ədəd patronlar isə sonuncu tərəfindən onların gizlədildiyi kolluq əraziyə həmin tarixdə saat 20:20 radələrində baxış keçirilərkən aşkar edilib qablaşdırılaraq götürülmüş, əməliyyat tədbirlərinin nəticəsi olaraq Təqsirləndirilən şəxs1 həmin gün saat 21:15 radələrində Lənkəran rayonu, Liman şəhəri, Həzi Aslanov küçəsində saxlanılaraq X25 inzibati binasına gətirilib üzərində şəxsi axtarış keçirilərkən narkotik vasitənin qalan hissəsi olan 43,634 qram çəkidə heroin və 61,552 qram çəkidə tiryək əynində olan cins şalvarın sol yan cibindən aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Göstərilən hallar təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkotik vasitələr-heroin, tiryək və qurudulmuş marixuanaya münasibətdə satış niyyətində olmaları barədə nəticəyə gəlməyə tam əsas verir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarının 12-cü bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi Cinayət Məcəlləsinin 234.2, 234.3 və 234.3-1-ci maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi, külli miqdarda törədilməsi, habelə mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiyatelekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi nəzərdə tutulmuşdur. Cinayətin qeyd olunan tövsifedici əlamətlərlə törədilib-törədilməməsi məsələsi həll olunarkən “cinayətin təkrar törədilməsi”, “qabaqcadan əlbir olan bir qrup şəxs” və 12 “mütəşəkkil dəstə” anlayışlarını təsbit edən Cinayət Məcəlləsinin 16, 34.2 və 34.3-cü maddələri ilə yanaşı, həmin cinayət-hüquqi kateqoriyaların, habelə cinayətin mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi əlamətinin təfsirinə həsr olunmuş, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun (bundan sonra – Konstitusiya Məhkəməsi) müvafiq olaraq “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2021-ci il 25 yanvar tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 15 mart tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 6 may tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulan “mütəşəkkil dəstə” anlayışının şərh edilməsi haqqında” 1999-cu il 20 aprel tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4 və 236-cı maddələrinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 14 iyul tarixli qərarlarında ifadə olunmuş hüquqi mövqelər rəhbər tutulmalıdır. Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. Cinayət Məcəlləsinin 34.2ci maddəsinin mənasına görə, Cinayət Məcəlləsinin 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (Cinayət Məcəlləsinin 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Şərh edilənlər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qeyd olunan cinayətləri qabaqcadan əlbir olan bir qrup şəxs halında törətmələri təsdiq edir. Avropa İnsan Hüquqları Məhkəməsinin “X3rşı” iş üzrə qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. “X12 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Fuşe Fransaya qarşı”, “Bulut Avstriyaya qarşı”, “Bobek Polşaya qarşı” və “Klimentyev Rusiyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında Avropa Məhkəməsi qeyd etmişdir ki, tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir, o hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini, tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir. Çəkişməli məhkəmə prosesi, hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq, onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyanın 6.1-ci maddəsinin müddəalarının pozulduğunu müəyyən edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Mövcud olan halda məhkəmə tərkibi, Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəalarını nəzərə alaraq təqsirləndirilən şəxslərin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdikləri ifadələrini işdə toplanmış digər sübutlarla-yuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı hesab edir, onun və digər Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı vedikləri ifadələri özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Məhkəmə istintaq zamanı alınmış “məhkəmə-xətşünaslıq ekspertizası”nın 12 iyul 2024-cü il tarixli, 3-16-16/2-4/879 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, 1(099)-9/2024 saylı cinayət işinin 1-ci cildinin 17-ci vərəqində olan 27 avqust 2022-ci il tarixli “Tutulma protokolunda” "Tutulmuş şəxs:" qrafasındakı imza, i.v. 20-21-də olan şübhəli şəxsin CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri barədə “Bildiriş"in 1-ci vərəqinin aşağı sol hissəsindəki imza və 2-ci vərəqində “Şübhəli şəxs" qrafasındakı imza, i.v. 22-23-də olan 27 avqust 2022-ci il tarixli şübhəli şəxsin hüquq və vəzifələrinin izah edilməsi haqqında “Protokol’un 1-ci vərəqinin aşağı sol hissəsindəki imza və 2-ci vərəqində "Şübhəli şəxs:" qrafasındakı imza, i.v. 24-də olan 27 avqust 2022-ci il tarixli (şübhəli şəxsə tutulması barədə qərarın və protokolun surətinin təqdim edilməsi barədə) “Protokol"da "Şübhəli şəxs:" qrafasındakı imza. i.v. 24 A-da olan Lənkəran rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkillər haqqında “Məlumat" cədvəlinin “Şübhəli//Təqsirləndirilən şəxs:" qrafasındakı imza. i.v. 25-də olan 27 avqust 2022-ci il tarixli vəkillər siyahısının təqdim edilməsi haqqında "Protokol’da "Şübhəli şəxs:" qrafasındakı imza, i.v. 26-da olan 27 avqust 2022-ci il tarixli "Ərizə”də “İmza" qrafasındakı imza, i.v. 31-də olan 27 avqust 2022-ci il tarixli (şübhəli şəxsə müdafiəçi təqdim etmə haqqında) “Protokol"da “Şübhəli şəxs:" qrafasındakı imza, i.v. 32-də olan 27 avqust 2022ci il tarixli (cinayət prosesində etiraz edilə bilən şəxslərin siyahısının cinayət qanununda nəzərdə tutulan əməli törətmiş şəxsə elan edilməsi haqqında) "Protokol’da "Əməli törətmiş şəxs:" qrafasındakı imza, i.v. 33-34-də olan 27 avqust 2022-ci il tarixli (şəxsi axtarış və götürmə barədə) “Protokol”un 1-ci vərəqinin aşağısında “5” rəqəminin qarşısındakı imza və 2-ci vərəqində olan “İmzalar:” qrafasındakı "5.” rəqəminin qarşısındakı imza, i.v. 36-37də olan (baxış keçirilməsi və əşyanın götürülməsi barədə) “Protokol’un 1-ci vərəqinin aşağısında "5” rəqəminin qarşısındakı imza və 2-ci vərəqində olan "İmzalar:” qrafasındakı “5." rəqəminin qarşısındakı imza, i.v. 39-da olan “İzahat’da "İmza;" qrafalarındakı imzalar i.v. 41-də olan (məhkəmə-kimyəvi ekspertizası təyin edilməsi haqqında qərarın şübhəli şəxsə elan edilməsi haqqında) "Protokol”da “Şübhəli şəxs:" qrafasındakı imza, i.v. 46-da olan 27 avqust 2022-ci il tarixli (ambulator məhkəmə-narkoloji ekspertiza təyin edilməsi haqqında qərarın şübhəli şəxsə elan edilməsi haqqında) “Protokol’’da "Şübhəli şəxs:’’ qrafasındakı imza, i.v. 49-da olan 27 avqust 2022-ci il tarixli (məhkəmə-tibbi ekspertizası təyin edilməsi haqqında qərarın şübhəli şəxsə elan edilməsi haqqında) “Protokol”da” "Şübhəli şəxs:’’ qrafasındakı imza, i.v. 110-da olan 28 avqust 2022-ci il tarixli (müstəntiqə və prokurora etiraz etmək hüququnun izah edilməsi haqqında) “Protokol’’da "Şübhəli şəxs:’’ qrafasındakı imza, i.v. 111-114-də olan 28 avqust 2022-ci il tarixli (şübhəli şəxsin dindirilməsi haqqında) “Protokol”un 1-ci vərəqində “İmza” qrafasındakı imzalar, həmin protokolun 2-3-cü vərəqələrinin aşağı sol hissəsindəki imzalar, 4-cü vərəqində “İmza” qrafasındakı imza, i.v. 120-122-də olan 29 avqust 2022-ci il tarixli təqsirləndirilən şəxsə ittiham elan etmək haqqında “Qərar”ın 3-cü vərəqində “Təqsirləndirilən şəxs:” qrafasındakı imza, i.v. 124-125-də olan 28 avqust 2022-ci il tarixli təqsirləndirilən şəxsin CPM-nin 91-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri barədə “Bildiriş”in 1-ci vərəqinin aşağı sol hissəsindəki imza və 2-ci vərəqində olan “Təqsirləndirilən şəxs:” qrafasındakı imza, i.v. 126-da olan 28 avqust 2022-ci il tarixli təqsirləndirilən şəxsə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” xx.xx.1950-ci il tarixli Avropa Konvensiyasında nəzərdə tutulmuş hüquqları barədə “Bildiriş”də“ Təqsirləndirilən şəxs:” qrafasındakı imza, i.v. 127də olan 29 avqust 2022-ci il tarixli İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" xx.xx.1950-ci il tarixli Avropa Konvensiyasında nəzərdə tutulmuş hüquqları barədə bildirişin təqsirləndirilən şəxsə verilməsi barədə “Protokol”da “Təqsirləndirilən şəxs:” qrafasındakı imza, i.v. 128-də olan 29 avqust 2022-ci il tarixli (təqsirləndirilən şəxsə hüquq və vəzifələrinin izah edilməsi, hüquq və vəzifələrinə dair bildirişin və təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərarın ona təqdim edilməsi barədə) “Protokol”da "Təqsirləndirilən şəxs:” qrafasındakı imza, i.v. 129-da olan 29 avqust 2022-ci il tarixli müstəntiq və prokurora etiraz etmək hüququnun izah edilməsi haqqında “Protokol”da “Təqsirləndirilən şəxs:" qrafasındakı imza, i.v. 130-133-də olan 29 avqust 2022-ci il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında “Protokol”da "İmza” qrafasındakı imzalar, həmin protokolun 2-3-cü vərəqələrinin aşağı sol hissəsindəki imzalar, 4-cü vərəqində "İmza:" qrafasındakı imza, i.v. 134-də olan 29 avqust 2022-ci il tarixli (həbsdə saxlamanın əsaslı olduğunu təsdiq etmək üçün məhkəməyə təqdim olunan materiallarla təqsirləndirilən şəxs və onun müdafiəçisini tanış etmə haqqında) “Protokolda "Təqsirləndirilən şəxs:” qrafasındakı imza, i.v. 147-də olan 29 avqust 2022-ci il tarixli (təqsirləndirilən şəxsin ekspert rəyi ilə tanış edilməsi haqqında) “Protokol”da “Təqsirləndirilən şəxs:” qrafasındakı imza, i.v. 149-da olan 29 avqust 2022-ci il tarixli (təqsirləndirilən şəxsin ekspert rəyi ilə tanış edilməsi haqqında) "Protokol”da “Təqsirləndirilən şəxs:” qrafasındakı imza, i.v. 152-də olan 29 avqust 2022-ci il tarixli (təqsirləndirilən şəxsin ekspert rəyi ilə tanış edilməsi haqqında) “Protokol”da “Təqsirləndirilən şəxs: qrafasındakı imza, i.v. 182-də olan 29 avqust 2022-ci il tarixli (təqsirləndirilən şəxsin ekspert rəyi ilə tanış edilməsi haqqında) “Protokol”da “Təqsirləndirilən şəxs:” qrafasındakı imza, i.v. 187-də olan 29 avqust 2022-ci il tarixli (təqsirləndirilən şəxsin ekspert rəyi ilə tanış edilməsi haqqında) “Protokol”da “Təqsirləndirilən şəxs: qrafasındakı imza, i.v. 190-da olan 29 avqust 2022-ci il tarixli (təqsirləndirilən şəxsin ekspert rəyi ilə tanış edilməsi haqqında) “Protokol”da “Təqsirləndirilən şəxs: qrafasındakı imza, i.v. 192-də olan 29 avqust 2022-ci il tarixli (təqsirləndirilən şəxsin ekspert rəyi ilə tanış edilməsi haqqında) “Protokol”da “Təqsirləndirilən şəxs: qrafasındakı imza, i.v. 194-195-də olan 30 avqust 2022-ci il tarixli “Üzləşdirmə dindirmə protokolu’nun 1-ci vərəqində “1." rəqəmlərinin qarşısındakı imzalar və 2-ci vərəqində olan “Təqsirləndirilən şəxs2" yazılarının qarşısındakı imza, i.v. 198-də olan 30 avqust 2022-ci il tarixli (təqsirləndirilən şəxsin ekspertiza təyin olunmasına dair qərarla tanış edilməsi haqqında) “Protokol”da "Təqsirləndirilən şəxs:" qrafasındakı imza, cinayət işinin 2-ci cildinin 104-cü vərəqində olan 15 noyabr 2022-ci il tarixli (təqsirləndirilən şəxsin ekspert rəyi ilə tanış edilməsi haqqında) "Protokol”da "Təqsirləndirilən şəxs:” qrafasındakı imza. i.v. 108-110-da olan 16 noyabr 2022-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında "Qərar"ın 3-cü vərəqində "Təqsirləndirilən şəxs:" qrafasındakı imza, i.v. 111-112-də olan 16 noyabr 2022-ci il tarixli (Təqsirləndirilən şəxsin CPM-nin 91-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri barədə) “Bildirişin 1-ci vərəqinin aşağı sol hissəsindəki imza və 2-ci vərəqində olan “Təqsirləndirilən şəxs:" qrafasındakı imza, i.v. 113-də olan 16 noyabr 2022-ci il tarixli (müstəntiq və prokurora etiraz etmək hüququnun izah edilməsi haqqında) "Protokol”da "Təqsirləndirilən şəxs:" qrafasındakı imza, i.v. 114-də olan 16 noyabr 2022-ci il tarixli (təqsirləndirilən şəxsə hüquq və vəzifələrinin izah edilməsi, hüquq və vəzifələrinə dair bildirişin və təqsirləndirilən şəxs qişmlndə cəlb etmə barədə qərarın ona təqdim edilməsi barədə) “Protokol”da "Təqsirləndirilən şəxs:" qrafasındakı imza, i.v. 115-117-də olan 16 noyabr 2022-ci il tarixli (təqsirləndirilən şəxsin yenidən dindirilməsi haqqında) “Protokol”da “İmza:" qrafalarındakı imzalar, həmin protokolun 2-ci vərəqinin aşağı sol hissəsindəki imza, 3-cü vərəqində “İmza:” qrafasındakı imza. i.v. 179-da olan 17 dekabr 2022-ci il tarixli "Ərizə”də “Təqsirləndirilən şəxs:” qrafasındakı imza, i.v. 180-də olan 17 dekabr 2022-ci il tarixli (təqsirləndirilən şəxsi və müdafiəçini cinayət işinin materialları ilə tanış etmə haqqında) “Protokol”da "Təqsirləndirilən şəxs:" qrafasındakı imza- Təqsirləndirilən şəxs2 tərəfindən icra olunmuşdur. Həmçinin məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq 1959-cu ildə Tula silah zavodunda istehsal edilmiş, 5,6 mm kalibrli, “TOZ-8” modelli, “13846”№-li, saz vəziyyətdə və atəş açmaq üçün yararlı 1 (bir) ədəd yivli odlu idman - ov silahı olan tüfəngi və zavod üsulu ilə istehsal edilmiş, pistonları yandan alışan, 5,6 mm kalibrli olmaqla, həmin kalibrə malik, “TOZ-8”, (“TOZ-8m”), “TOZ- 11”, “TOZ-16”, “TOZ-21-1”, “TOZ-18”, “TOZ-29”, “TOZ-17” və.s modelli idman - ov tüfəng və karabinlərdə, “Marqolin”, “TOZ-35”, “İS-1” markalı idman tapançalarında, eləcə də digər yivli odlu silahlarda döyüş sursatı olaraq istifadə edilmək üçün nəzərdə tutulmuş 24 (iyirmi dörd) ədəd istifadəyə yararlı patronları əldə etmişlər, onların satışını realizə etmək üçün saxlamışlar. “Məhkəmə-ballistik ekspertizası”nın rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd silah 1959-cu ildə, Tula silah zavodunda istehsal edilmiş, 5,6 mm kalibrli, “TOZ-8” modelli, “12846” №-li tüfəngdir-yivli odlu idman-ov silahıdır, saz vəziyyətdədir və atəş açmaq üçün yararlıdır, zavod nişanlarında hər hansı bir dəyişiklik və detallarında təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 24 (iyirmi dörd) ədəd patron zavod üsulu ilə istehsal edilmiş, pistonları yandan alışan, 5,6 mm kalibrli, olmaqla, həmin kalibrə malik “TOZ-8” (“TOZ-8m”), “TOZ-11”, “TOZ- 16”, “TOZ-21-1”, “TOZ-18”, “TOZ-29”, “TOZ-17” və.s modelli idman-ov tüfəng və karabinlərində, “Marqolin”, “TOZ-35”, “İS-1” markalı idman tapançalarında, habelə digər yivli odlu silahlarda döyüş sursatı olaraq istifadə edilmək üçün nəzərdə tutulmuş patronlarıdırlar, istifadəyə yararlıdırlar. Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin 20 may 2024-cü il tarixli, 3-13-13/2-12525/2024 nömrəli məktubundan görünür ki, DİN-in mülki silah sahiblərinin X4 Sistemində 5,6 kalibrli, “TOZ-8” markalı, 13846 nömrəli yivli ov silahı barədə məlumat yoxdur. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 odlu silahı və patronları Təqsirləndirilən şəxs1 aldığını bildirmişdir. Məhkəmə tərkibi hesab edir ki, ibtidai istintaq və məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müdafiə hüquqları tam şəkildə təmin olunmuş, onların müdafiə hüquqları pozulmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinə görə hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. Qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardım ödənişsiz, dövlət hesabına göstərilir. Hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ vardır. Cinayət-Prosessual Məcəlləsinin 7.0.27-ci maddəsinə əsasən müdafiə-cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi istinad edilən şəxsə qarşı irəli sürülmüş ittihamın təkzibi və ya yüngülləşdirilməsi, onun hüquq və azadlıqlarının müdafiəsi, habelə cinayət təqibinə qanunsuz məruz qalmış şəxsin pozulmuş hüquq və azadlıqlarının bərpası məqsədi ilə həyata keçirilən prosessual fəaliyyətdir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Həmin Məcəllənin 19.1-ci maddəsinə əsasən cinayət təqibi gedişində təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə təqsirləndirilən şəxsin keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin etmək üçün tədbirləri görməlidir. Həmin Məcəllənin 19.4.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada tutulduğu, həbsə alındığı və ya müvafiq olaraq şübhəli şəxs qismində birinci dindirməyədək, yaxud təqsirləndirilən şəxsə ittiham elan edildiyi andan müdafiəçinin yardımından istifadə etmək hüququnu təmin etməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.12-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair" qərarında qeyd etmişdir ki, hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun ictimai əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq öz mahiyyətinə görə insan və vətəndaşların hüquq və azadlıqlarının həyata keçirilməsinin vacib təminatıdır. Bu hüququn funksiyalarından bırı olan preventiv funksiya nəinki şəxsin öz hüquq və azadlıqlarının qanunauyğun həyata keçirilməsinə kömək edir, həmçinin dövlət hakimiyyəti orqanlarının və onların vəzifəli şəxslərinin insan və vətəndaş hüquq və azadlıqlarının qeyri-qanuni məhdudlaşdırılmasına yönəldilmiş hərəkətlərinin qarşısının alınmasına zəmanət verir. Hər bir şəxsin müdafiəçinin köməyindən istifadə etmək hüququ yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun növü olaraq Konstitusiyada təsbit olunmuş digər hüquqlarla qarşılıqlı əlaqədədir (qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını müdafiə etmək hüququ, azadlıq hüququ, məhkəmə müdafiəsi hüququ) və onların həyata keçirilməsini təmin edir. Bunun davamı olaraq ədalət mühakiməsinin əsas ünsürlərindən biri kimi, müdafiəçinin köməyindən istifadə etmək hüququnun başlıca məqsədi şübhəli və ya təqsirləndirilən şəxsi müdafiəçi ilə təmin etməklə cinayət prosesində tərəflərin real (həqiqi) bərabərliyinə zəmanət verməkdir. Həmin qərarda daha sonra göstərilmişdir ki, müdafiə hüququ şəxsin qanuni maraqlarının təminatı ilə yanaşı, həm də ədalət mühakiməsi maraqlarının təminatıdır, sosial dəyərdir. Hər kəsin hüquqi yardım almaq hüququnun təmin edilməsi ilə bağlı yaranan hüquq münasibətləri özündə ictimai maraqları əks etdirdiyi üçün dövlətin bu sahədə üzərinə düşən konstitusiya öhdəliklərinin yerinə yetirilməsinə dəlalət edir. Bu isə dövlət tərəfindən zərurət olduqda şəxsin hüquqlarının müdafiəsi üçün pozitiv tədbirlərin görülməsini tələb edir. “Vətəndaş və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktda hər bır şəxsin səmərəli hüquqi yardım hüququnun təmin olunması müəyyən edilmişdir. Paktın 14-cü maddəsinə görə, hər bir şəxs ona qarşı irəli sürülən istənilən cinayət ittihamına baxılarkən öz iştirakı ilə mühakimə olunmaq və özünü şəxsən və ya seçdiyi müdafiəçi vasitəsilə müdafiə etmək əgər müdafiəçisi yoxdursa, bu hüququ barədə xəbərdar edilmək və ədalət mühakiməsinin maraqları bunu tələb etdiyi istənilən halda onun üçün təyin edilmiş müdafiəçiyə, bu müdafiəçinin haqqını ödəməyə kifayət qədər vəsaiti olmadığı istənilən halda isə pulsuz müdafiəçiyə malik olmaq hüququna malikdir. Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin 3(c) yarımbəndi “praktik və səmərəli” hüquqi yardım hüququnu əhatə edir. Məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxslərə dövlət hesabına vəkillərin təyin edilməsi öz-özlüyündə effektiv yardımı təmin etmiş, çünki hazırkı iş üzrə təyin edilmiş vəkillər öz fəaliyyətlərini Cinayət- Prosessual Məcəlləsinin tələblərinə uyğun yerinə yetirmişlər. Səmərəli hüquqi yardım hüququna, o cümlədən, təqsirləndirilən şəxsin vəkil ilə təklikdə ünsiyyət qurmaq hüququ daxildir. İş materiallarından görünür ki, dövlət hesabına təyin edilmiş vəkillərin təqsirləndirilən şəxslərlə ünsiyyət quraraq müdafiə hüquqlarını tam şəkildə həyata keçirmişlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Puatrimol Fransaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, hər bir təqsirləndirilən şəxsin müdafiəçi ilə səmərəli müdafiə olunmaq hüququ ədalət mühakiməsinin əsas cəhətlərindən biridir. Təqsirləndirilən şəxsin müdafiəçisi həmçinin cinayət prosesinin qanuniliyinin təminatçısı kimi çıxış edə bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Salduz Türkiyəyə qarşı” qərarında göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəsin vəkil tərəfindən səmərəli müdafiə olunmaq hüququ ədalətli məhkəmə araşdırmasının fundamental xüsusiyytlərindən biridir. Həmin Məhkəmənin “Dayanan Türkiyəyə qarşı” qərarında göstərilmişdir ki, bir qayda olaraq, şübhəli polis məntəqəsində saxlandığı andan və ya məhkəməyədək həbsdə saxlanma zamanı hüquqi yardıma çatım imkanı ilə təmin olunmalıdır. Həmin Məhkəmənin “Lagerblom İsveçə qarşı” və “Qalstyan Ermənistana qarşı” qərarlarında göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət mühakimə icraatında səmərəli şəkildə iştirak hüququna təkcə icraatda deyil, həm də zəruri olduqda, hüquqi yardım almaq hüququ daxildir. Həmin Məhkəmənin “X17rşı” və “Pelladoa Niderlanda qarşı” qərarlarında göstərilmişdir ki, hüquqi yardım hüququnun yalnız nəzəri deyil, praktik və səmərəli olması üçün onun icrası lüzumsuz formal şərtlərin yerinə yetirilməsindən asılı olmamalıdır. Cinayət işinin materiallarının İ cildinin 25-ci səhifəsində olan “vəkillər siyahısının təqdim edilməsi haqqında” 27 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 vəkillərin siyahısı ilə tanış olub bildirmişdir ki, ona təqdim olunan Lənkəran Rayon Vəkil Bürosunun vəkillərinin adlı siyahısında olan X5 hüquqi yardımından istifadə etmək istəyir. X5 dövlət vəsaiti hesabına müdafiəçisi qismində təyin olunmasını xahiş etmişdir. Cinayət işinin materiallarının İ cildinin 27-ci səhifəsində olan “müdafiəçi dəvət edilməsi haqqında” 27 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 hüquqlarını müdaifə etmək məqsədi ilə Lənkəran Rayon Vəkil Bürosundan müdafiəçi təyin olunmuş, vəkil Vəliəhəd Həbibova 1533 nömrəli vəkil orderi verilmiş, bundan sonra Təqsirləndirilən şəxs2 iştirakı ilə aparılmış bütün istintaq hərəkətlərin müdafiəçisi iştirak etmişdir. Təqsirləndirilən şəxs2 barəsində ibtidai istintaq aparılan zaman müdafiəçi Vəliəhəd Həbibovun istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin anten məlumatları Lənkəran rayonu ərazisini göstərmişdir. Cinayət işinin materiallarının İ cildinin 67-ci səhifəsində olan “vəkillər siyahısının təqdim edilməsi haqqında” 27 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 vəkillərin siyahısı ilə tanış olmuşdur. Cinayət işinin materiallarının İ cildinin 69-cu səhifəsində olan “müdafiəçi dəvət edilməsi haqqında” 27 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 hüquqlarını müdaifə etmək məqsədi ilə Lənkəran Rayon Vəkil Bürosundan müdafiəçi təyin olunmuş, vəkil İntiqam Hüseynova 1534 nömrəli vəkil orderi verilmiş, bundan sonra Təqsirləndirilən şəxs1 iştirakı ilə aparılmış bütün istintaq hərəkətlərində müdafiəçisi iştirak etmişdir. Təqsirləndirilən şəxs1 barəsində ibtidai istintaq aparılan zaman müdafiəçi İntiqam Hüseynovun istifadəsində olan ***-***-**- ** və ***-***-**-** saylı mobil nömrələrin anten məlumatları Lənkəran rayonu ərazisini göstərmişdir. Bəzi istintaq hərəkətləri aparılan zaman müdafiəçilərin nömrələrinin anten dairələrinin Lənkəran ŞRPŞ-nin olduğu anten dairəsinin təsir dairəsinə düşməməsi ilə bağlı məhkəmə tərkibi bildirir ki, mobil telefonun yerləşdiyi nöqtədə siqnala əngəl törədən hər hansı maneə (döngə, dağ, bina və sair) olarsa, bu zaman danışıq daha uzaq məsafədə yerləşən, lakin siqnal səviyyəsi qənaətbəxş olan digər stansiyalardan davam etdirilməsi mümkündür. Müdafiəçi Vəliəhəd Həbibovun istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin və müdafiəçi İntiqam Hüseynovun istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrin anten məlumatları hər hansı digər şəhərin, rayonun ərazisini göstərməmiş, məhz Lənkəran rayonu ərazisində yerləşən stansiyaların təsir dairəsinə düşmüşdür. Sözügedən məlumatlar iş üzrə toplanmış digər sübutlar, şahid ifadələri ilə müqayisə edilib qiymətləndirilməsi nəticəsində demək olar ki, müdafiəçi Vəliəhəd Həbibovun istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin və müdafiəçi İntiqam Hüseynovun istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrin anten məlumatlarının Lənkəran ŞRPŞnin olduğu anten dairəsinin təsir dairəsində deyil, digər stansiyalarda davam etməsi, bəzi istintaq hərəkətləri aparan zaman müdafiəçilərin orada olmaması anlamına gəlmir. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı təqsirləndirlən şəxslər müadifəçilərinin ibtidai istintaq hərəkətləri aparılan zaman iştirak etməmələri barədə hər hansı vəsatət verməmişlər və iddia irəli sürməmişlər. Cinayət işi üzrə məhkəməyədək icraat zamanı tərtib olunmuş bütün istintaq hərəkətlərinə dair protokollarda müdafiçilərin adları qeyd edilmiş, müdafiəçilər həmin protokolları imzalamışlar. Məhkəmə istintaqı zamanı alınmış “məhkəmə-xətşünaslıq ekspertizası”nın rəyindən də görünür ki, Təqsirləndirilən şəxs2 tərtib edilmiş bütün istintaq hərəkətlərinin protokollarını özü imzalamışdır. Digər Təqsirləndirilən şəxs1 isə istintaq hərəkəti protokollarını imzalamaqdan imtina etmişdir. -bundan əlavə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 özlərini müdafiə etmək üçün irəli sürdükləri digər dəlil-saxlanılan zaman polis əməkdaşları tərəfindən döyülmələri barədə göstərdikləri ilə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarının 25-ci bəndində qeyd olunmuşdur ki, məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud CPM-in 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. Bütün səylərə baxmayaraq, məhkəməyədək icraatda ifadənin, digər sübutun fiziki və yaxud psixi zorakılığın tətbiqi ilə əldə edilməsi haqqında əsaslı şübhə yaradan iddia üzrə qəti qənaətə gəlmək mümkün olmadıqda, məhkəmə həmin ifadənin, digər materialın sübut kimi qəbul edilməsi məsələsini CPM-in 125.1-ci maddəsi, eləcə də aradan qaldırıla bilməyən şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən təqsirsizlik prezumpsiyası (CPM, maddə 21.2) əsasında həll etməlidir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respkublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı olan və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvenisyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, insan hüquqlarının və əsas azadlıqların pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası 3-cü maddəsinə əsasən heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. Avropa Məhkəməsi “Assenov və Digərləri Bolqarıstana qarşı” və “Selmuni Fransaya qarş” işlər üzrə qərarlarında qeyd etmişdir ki, 3-cü maddə demokratik cəmiyyətlərin ən əsas dəyərlərindən birini təsbit edir. Hətta terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə kimi ən çətin şəraitdə belə Konvensiya işgəncəni və qeyri-insani və ya alçaldıcı rəftarı, yaxud cəzanı qəti şəkildə qadağan edir. Konvensiyanın və onun 1 və 4 saylı Protokollarının müddəalarından fərqli olaraq 3-cü maddə hər hansı istisnanı nəzərdə tutmamışdır və hətta insanların həyatı üçün təhlükə doğuran fövqəladə vəziyyətin olması halında belə 15-ci maddənin 2-ci bəndi ondan hər hansı formada kənara çıxmağa imkan vermir. Eyni zamanda Avropa Məhkəməsinin “Yallo Almaniyaya qarşı” qərarında qeyd etmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsindəki prosesin ədalətliliyinə dair ümumi tələblər, törədilmiş hüquq pozuntusunun növündən asılı olmayaraq, bütün cinayət proseslərinə şamil olunur. Bununla belə, bütövlükdə prosesin ədalətli olub-olmadığı müəyyən edilərkən konkret cinayətin istintaqına və cəzalandırılmasına olan ictimai maraq nəzərə alına və təqsirləndirilən şəxsin sübutların qanuni yolla əldə edilməsinə olan marağı ilə tutuşdurula bilər. Lakin ərizəçinin müdafiə hüququnun, o cümlədən Konvensiyanın 6-cı maddəsi ilə təmin edilən özünə qarşı ittihama yardım etməmək hüququnun mahiyyətinə xələl gətirən tədbirlərə ictimai maraq mülahizələri ilə haqq qazandırıla bilməz. Cinayət işinin materiallarının İİ cildinin 82-85-ci səhifələrində olan Lənkəran rayon prokurorluğunun “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 20 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, təsirləndirilən şəxs Təqsirləndirilən şəxs2 Liman PB-nin əməkdaşları tərəfindən ona zor tətbiq edilməsi barədə müraciəti əsasında toplanmış material üzrə Cinayət-Prosessual Məcəlləsnin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarının İ cildinin 180-181-ci səhifələrində olan “məhkəmə-tibbi ekspertizası”nın 29 avqust 2022-ci il tarixli, 824 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 bədəni üzərində hər-hansı bir xəsarət aşkar edilməmişdir. Həmin ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 27 avqust 2022-ci il tarixdə, saat 17 radələrində polis əməkdaşları şübhəli şəxs qismində onu tutaraq polis şöbəsinə gətirmişlər. Tibb müəssisəsinə müraciət etməmişdir. Şikayəti yoxdur. Həm ibtidai istintaq həm də məhkəmə baxışı dövründə Təqsirləndirilən şəxs2 və onun müdafiəçiləri tərəfindən Lənkəran rayon prokurorluğunun “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından prokuror və ya məhkəmə nəzarəti qaydasında şikayət edilməmişdir. Cinayət işinin materiallarının İİ cildinin 77-81-ci səhifələrində olan Lənkəran rayon prokurorluğunun “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 19 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi2 Təqsirləndirilən şəxs1 qarşı Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə yol verilməsi, etmədiyi cinayəti etiraf etməyə məcbur edilməsi ilə əlaqədar müraciət edərək polis əməkdaşları barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Aparılmış araşdırma nəticəsində toplanmış 183-C-2022 nömrəli material üzrə Cinayət- Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarının İ cildinin 184-185-ci səhifələrində olan “məhkəmətibbi ekspertizası”nın 29 avqust 2022-ci il tarixli, 822 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 bədəni üzərində hər-hansı bir xəsarət aşkar edilməmişdir. Həmin ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 27 avqust 2022-ci il tarixdə, saat 13 radələrində polis əməkdaşları şübhəli şəxs qismində tutaraq, polis şöbəsinə gətirmişlər. Tibb müəssisəsinə müraciət etməmişdir. Şikayəti yoxdur. Lənkəran Rayon Məhkəməsinin 21 avqust 2023-cü il tarixli, 6 (049)-15/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 müdafiəçisinin 183 C-2022 nömrəli material üzrə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Lənkəran rayon prokurorunun müavininin 19 oktyabr 2022-ci il tarixli qərarından verdiyi şikayət təmin edilmiş, qeyd olunan qərar ləğv edilmiş, iş yenidən araşdırılması üçün Lənkəran rayon prokurorluğuna qaytarılmışdır. Lənkəran rayon prokurorluğunun “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 15 noyabr 2023-cü il tarixli qərarından görünür ki, toplanmış 183-C-2022 nömrəli material üzrə Cinayət- Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Lənkəran Rayon Məhkəməsinin 18 mart 2024-cü il tarixli, 6(049)-02/2024 nömrəli qərarı ilə Lənkəran rayon prokurorunun köməkçisi, İİİ dərəcəli hüquqşünas X14 183-C-22 nömrəli material üzrə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi2 verdiyi şikayət baxılmamış saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin 06 aprel 2024-cü il tarixli, 6(106)-14/2024 nömrəli qərarından görünür ki, Lənkəran Rayon Məhkəməsinin 18 mart 2024-cü il tarixli, 6(049)-02/2024 nömrəli qərarından təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Bundan əlavə Bakı İstintaq Təcridxanasının 30 sentyabr 2022-ci il tarixli, 17/386902 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 30 avqust 2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmiş, sorğu zamanı o, həbs olunarkən xəsarət aldığını bildirmişdir. İlkin tibbi müayinə zamanı bədəninin dəri səthinə baxış keçirilərkən sol saiddə və sağ dirsək büküşündə çoxlu saylı çapıq toxumalar müşahidə olunmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs1 Bakı İstintaq Təcridxanasına daxil olan olan zaman onun bədəni üzərində çoxlu saylı çapıq toxumalarından başqa döyülməyə xarakterik olan yeni xəsarətlər, xüsusilə qançı və sıyrıqlar aşkar edilməmişdir, bu hal “məhkəmə-tibbi ekspertizası”nın rəyində göstərilmiş Təqsirləndirilən şəxs1 bədəni üzərində hər-hansı bir xəsarət aşkar edilməməsi faktı ilə eynilik təşkil etmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs2 ibtidai araşdırma zamanı verdiyi “etirafedici” ifadələrinə münasibətdə qeyd edir ki, Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Cinayət-Prosessual Məcəlləsinin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Həmin Məcəllənin 125.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda (125.2.1-ci maddə); zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə (125.2.2-ci maddə); Həmin Məcəllənin 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Göründüyü kimi məhkəmə tərəfindən məhkəmə istintaqı zamanı müəyyən edilmiş işin faktiki halları ilə Təqsirləndirilən şəxs2 məhkəmədə verdiyi ifadələrinin həqiqəti əks etdirməməsi öz təsdiqini tapmış, məhkəmə istintaqında obyektiv həqiqəti özündə ehtiva etməyən ifadə verməklə özünü və digər Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətlərini yüngülləşdirmək məqsədinə xidmət etmiş, onun ibtidai istintaq zamanı özünə qarşı verdiyi ifadəsi alınan zaman konstitusiya hüquqları və azadlıqları, yaxud Cinayət-Prosessual Məcəlləsinin digər tələblərinin pozulması ilə qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla, zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi hallarına yol verilməmişdir. Bu səbəblərdən məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs2 məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadələrinin məhz təzyiqlər nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin “X3rşı” iş üzrə qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə tərkibi göstərilənlərə əsasən Təqsirləndirilən şəxs2 ibtidai araşdırma zamanı verdiyi ifadələrini, müdafiəçilərinin iştirakı ilə və hər hansı təsirə məruz qalmadan bildirdiyindən, işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. Avropa İnsan Hüquqları Məhkəməsinin “X12 Rusiya Federasiyasına qarşı” işi üzrə qərarında qeyd edilmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Məhkəmə tərkibi qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçiləri ilə birlikdə iştirak etmişlər, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüşlər, əleyhlərinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçiləri vasitəsi ilə suallar vermişlər və onlara qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişlər. Müdafiə tərəfi (təqsirləndirilən şəxslər və onların müdafiəçiləri) təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamı mübahisələndirsələr də, məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Məhkəmə tərkibi qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 külli miqdarda narkotik vasitələri əldə edib, saxlamaq və daşımaqla onların məhz həmin maddələrin qazanc əldə etmək üçün şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş əməllər kimi qiymətləndirilməlidir. Buna görə də, məhkəmə tərkibi hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunmuşdur. Təqsirləndirilən şəxs2 anası Mina Abasovanın ifadəsində İlhamın 26 avqust 2022-ci il tarixdə səhər saat 10-11 radələrində yuxudan durub siqaret almaq üçün gedən zaman polis əməkdaşları tərəfindən saxlanılması barədə və digər dediklərinə məhkəmə tərkibi tənqidi yanaşaraq, həmin ifadəni iş üzrə olan digər sübutlar ilə müqayisə edib qiymətləndirərək qeyd edir ki, ifadə tam olaraq əsassız olduğundan sübut kimi qəbul olunmamalıdır. Həmçinin müəyyən edilmişdir ki, Liman PB-nin əməkdaşlarının 27 avqust 2022-ci il tarixdə saat 19 radələrində keçirdikləri əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs2 yaşadığı Lənkəran rayonu, Liman şəhəri, Rəsul Rza küçəsində saxlanılaraq Liman PB-nin inzibati binasına gətirilib üzərində şəxsi axtarış keçirilərkən külli miqdarda narkotik vasitələr olan 2280,0 qram çəkidə heroin və 500,469 qram çəkidə tiryək əlində tutduğu idman çantasının içərisindən, 4210,0 qram çəkidə qurudulmuş marixuana, 1 (bir) ədəd “TOZ-8” modelli yivli odlu idman-ov silahı olan tüfəng və döyüş sursatı olan 24 ədəd patronlar isə sonuncu tərəfindən onların gizlədildiyi kolluq əraziyə həmin tarixdə saat 20:20 radələrində baxış keçirilərkən aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs1 anası Xanım Hüseynovanın ifadəsində oğlu Vüqarın saat 11də dostu Şahid7 ilə birlikdə tutulduqlarını, polis bölməsinin qarşısında İlham adlı şəxlsə rastlaşdığını bildirməsinə, Təqsirləndirilən şəxs1 qardaşı İlqar Hüseynovun ifadəsində 27 avqust 2022-ci il tarixdə günorta saat 12-13 radələrində telefonuna zəng edib qardaşı Vüqarın tutulması barədə məlumat verilməsi, Şahid7lə birlikdə Vüqarı da polis bölməsinə apardıqlarını, Təqsirləndirilən şəxs2 da saat 14-15 radələrində gəlib çöldə onların yanında durduğunu, Pərvizin atası Nurəddinin İlhama “bizim uşaqların üzünə durmağa gələrsən” deməsi, İlhamın isə cavabında yox, dəmir oğurladığını demələrini, rəisin onu çağırdığını deməsinə, Şahid7 ifadəsində, Vüqar saxlanılan gün Vüqarla bir yerdə olmasına, həmin vaxtı saat 11-12 radələri olması, X28ın döyülməsinin səsini eşitməsinə, Vüqarın üzərində narkotik vasitələr olduğunu polis bölməsində bilməsinə, Vüqar onunla olan vaxtı üzərində narkotik vasitə olmamasını deməsinə, şahid Nurəddin Nəsrullayev ifadəsində, polis bölməsinin qarşısında gözləyən zaman İlhamın gəlməsini, İlhamın ona, dəmir oğurluğu üçün çağırıldığını deməsinə, məhkəmə tərkibi tənqidi yanaşaraq həmin ifadələr cinayət işinin materiallarına uyğun olmadığı, müəyyən edilmiş obyektiv həqiqətlərə zidd olduğu, həmin ifadələrin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məsuliyyətdən azad edilmələrinə hesablanaraq deyildiyi üçün sübut kimi qəbul etmir. Məhkəmə istintaqı ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 27 avqust 2022-ci il tarixdə saat 21:15 radələrində Lənkəran rayonu, Liman şəhəri, Həzi Aslanov küçəsində saxlanılaraq X25 inzibati binasına gətirilib üzərində şəxsi axtarış keçirilərkən narkotik vasitənin qalan hissəsi olan 43,634 qram çəkidə heroin və 61,552 qram çəkidə tiryək əynində olmuş cins şalvarın sol yan cibindən aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməllərini törətmələri Təqsirləndirilən şəxs2 ibtidai araşdırma zamanı verdiyi etirafedici izahat və ifadələri ilə yanaşı, məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələri, “şəxsi axtarış və götürmə barədə” protokol və istintaq hərəkətinin videoçəkilişi əks olunmuş disk, “baxış keçirilməsi və əşyanın götürülməsi” protokol və istintaq hərəkətinin videoçəkilişi əks olunmuş disk, “şəxsi axtarış və götürmə barədə” protokol və fotoşəkillər, “məhkəmə-kimyəvi ekpertizası”, “məhkəmə-bioloji ekpertizası”, “məhkəmə-ballistik ekspertizası”, “ambulator məhkəmənarkoloji ekspertizası”nın rəyləri, “üzləşdirmə protokolları”, iş üzrə maddi sübut kimi tanınaraq Lənkəran ŞRPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan Təqsirləndirilən şəxs2 məxsus bir ədəd paketdəki, təmiz çəkisi-4209,9 qram narkotik vasitə qurudulmuş marixuana, 1 ədəd bağlamada təmiz çəkisi- 500,369 qram olan narkotik vasitə tiryək, 1 ədəd bağlamada təmiz çəkisi 2279,9 qram olan narkotik vasitə heroin, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 1 ədəd bağlamada təmiz çəkisi: -43,534 qram olan narkotik vasitə heroin və 1 ədəd bağlamada təmiz çəkisi - 61,452 qram olan narkotik vasitə-tiryək qalığı, bir ədəd “TOZ-8” modelli, “12846” №-li tüfəng-yivli odlu silah, 19 ədəd patron, 01 ədəd patronun eksperimental atılmış gilizlə, yəni, toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Yuxarıda qeyd edilənlərə əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla törətmələri təsdiq olunduğu Cinayət Məcəlləsinin 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinə görə məhkum edilməlidirlər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qeyd olunan əməllərinin cinayət olmasını aradan qaldıran hal, o cümlədən həmin əməllərə görə cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Buna görə də Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və həmin maddələrin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdırlar. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onların cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar yoxdur. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -17 dekabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu olmamışdır.(cild 1,i.v.147-147) -17 dekabr 2022-ci il tarixli tələbnamədən və Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 05 avqust 2014-cü il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Sabunçu Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 234.1 və 67.1-ci maddələri ilə təqsili bilinib 2 (iki) il, 3 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına və 125 manat cərimə cəzasına məhkum edilmiş, 02 iyul 2016-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli amnistiya qərarının 3-cü bəndinə əsasən cəzanın qalan hissəsindən azad edilmiş, 29 sentyabr 2016cı ildə Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli amnistiya qərarının 3-cü bəndi tətbiq ediləmklə əsas cəzanın qalan hissəsindən azad edilmiş, 29 sentyabr 2016-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli amnistiya qərarının 1.8-ci bəndinə əsas cərimə cəzasından azad edilmişdir. Məhkumluğu ödənilmişdir. -Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Liman şəhər İƏD-i üzrə nümayəndəliyindən verilmiş 05 dekabr 2022-ci il tarixli, 1984 nömrəli arayış, xasiyyətnamədən və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs2 anası X19 ilə birlikdə Lənkəran rayonu, Liman şəhəri, R.Rza küçəsi, 19 saylı evdə yaşamışdır. Yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur.(cild 2, i.v.143-144) -Lənkəran rayonu, Liman şəhəri Mənzil təsərrüfatı təmir-istismar təsərrüfat hesablı sahəsindən daxil olmuş 30 noyabr 2022-ci il tarixli, 80 nömrəli arayış, xasiyyətnamədən və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs1 ailə üzvüləri ilə birlikdə Lənkəran rayonu, Liman şəhəri, S.Vurğun küçəsi, bina 47/3, mənzil 29-da ailə üzvüləri ilə birlikdə yaşamış, himayəsində 2014-cü il təvəllüdlü Xanım Hüseynzadə adlı qızı vardır. Yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Narkotik vasitələrin aludəçisi olmuşdur.(cild 2, i.v. 145-146) Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 himayəsində azyaşlı uşağının olması, onun cəzasını yüngülləşdirən haldır, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Bundan əlavə Cinayət Məcəlləsinin 64.1-ci maddəsində göstərilmişdir ki, iştirakçılıqla törədilmiş cinayətə görə cəza təyin edilərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyəti, vurulmuş zərərin həcminə və xarakterinə onun təsiri nəzərə alınır. Məhkəmə tərkibi qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə cəzalar təyin oluna zaman onların hər birinin cinayətin törədilməsində faktiki iştiraklarının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olunmasında belə iştiraklarının əhəmiyyəti nəzərə alınmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 158.3 və 158.6-cı maddələrinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə, həmçinin ev dustaqlığında saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Cinayət Məcəlləsinin 56.1.2-cü maddəsinə əsasən (qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün) ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətlərinin əvvəli 27 avqust 2022-ci il tarixdən hesablanmalı, Lənkəran Rayon Məhkəməsinin 29 avqust 2022-ci il tarixli, 4(049)-254/2022 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri, Lənkəran Rayon Məhkəməsinin 29 avqust 2022-ci il tarixli, 4(049)-253/2022 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarının 28-ci bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barədə cəza təyin edərkən onların cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunmaları məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olubolmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə və “ambulator məhkəmə-narkoloji ekspertizası”nın rəyləri nəzərə alınaraq Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilməli, onlar ərazi Narkoloji xəstəxanada qeydiyyata alınmalıdırlar. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 259 (iki yüz əlli doqquz) manat məbləğdə ekspertiza xərci var və həmin məbləğ Cinayət-Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 259 (iki yüz əlli doqquz) manat məbləğdə məhkəmə məsrəfi Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 bərabər məbləğdə tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə tərkibi hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq, Lənkəran ŞRPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan, Təqsirləndirilən şəxs2 məxsus bir ədəd paketdəki, təmiz çəkisi- 4209,9 qram narkotik vasitə qurudulmuş marixuana, 1 ədəd bağlamada təmiz çəkisi- 500,369 qram olan narkotik vasitə tiryək, 1 ədəd bağlamada təmiz çəkisi 2279,9 qram olan narkotik vasitə heroin, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 1 ədəd bağlamada təmiz çəkisi- 43,534 qram olan narkotik vasitə heroin və 1 ədəd bağlamada təmiz çəkisi- 61,452 qram olan narkotik vasitə tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Lənkəran ŞRPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan bir ədəd “TOZ-8” modelli, “12846” №-li tüfəng-yivli odlu silah, 19 ədəd patron, 01 ədəd patronun eksperimental atılmış gilizi hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilməli, 3 (üç) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 cinayətlərin məcmusu üzrə qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu vaxtdan, 27 avqust 2022-ci il tarixdən hesablansın. Lənkəran Rayon Məhkəməsinin 29 avqust 2022-cü il tarixli, 4(049)-254/2022 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 cinayətlərin məcmusu üzrə qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu vaxtdan, 27 avqust 2022-ci il tarixdən hesablansın. Lənkəran Rayon Məhkəməsinin 29 avqust 2022-cü il tarixli, 4(049)-253/2022 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 259 (iki yüz əlli doqquz) manat pul bərabər məbləğdə tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınaraq Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan- 4209,9 qram qurudulmuş marixuana, 500,369 qram tiryək, 2279,9 qram heroin, 43,534 qram heroin və 61,452 qram tiryək narkotik vasitələri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağında saxlanılan bir ədəd “TOZ-8” modelli, “12846” №-li tüfəng-yivli odlu silah, 19 ədəd patron, 01 ədəd patronun eksperimental atılmış gilizi hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilsin. İş üzrə maddi sübut kimi tanınmış 3 (üç) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 münasibətdə isə hökmün surətinin onlara verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar