Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-90/2023 13.01.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Nizami Fərzi oğlu (sədrlik edən), Musayev Aqil Əlisa oğlu və Hüseynov Nahid Nəsir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərəmov Emin Canəli oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri X2 və müdafiəçi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx xxxxx 1978-ci il tarixdə Astara rayonu Ərçivan qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, evli, Astara rayonu Ərçivan qəsəbəsində qeydiyyatda olan, Astara Rayon Məhkəməsinin 16 fevral 2022-ci il tarixli hökmü ilə 01 il 11 ay 08 gün müddətə azadlığın məhdudlaşdırlması cəzasına məhkum edilmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.4.3, 237.2.3 və 240.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və tarixdə əldə etdiyi çətənə bitkisinin toxumlarını 2022-ci ilin iyul ayında yaşadığı Astara rayonu Ərçivan qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində qanunsuz olaraq əkib yetişdirmiş, daha sonra kök üstə bitən külli miqdarda - 25 ədəd çətənə bitkisinə aqrotexniki qaydada qulluq göstərib kultivasiya etmiş, 25 avqust 2022-ci il tarixdə, saat 10:05-də Astara RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı evin həyətyanı torpaq sahəsində aparılan baxış zamanı əkin sahəsində olan bostan bitkilərinin arasında yanından əkilib-becərilməsi qadağan olunan yaş vəziyyətdə ümumi təmiz çəkisi 670,0 qram 25 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən və tarixdə əldə etdiyi 1,448 qram narkotik vasitə olan tiryəki və 0,711 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı siqaretə doldurub daşıyaraq satış məqsədilə üzərində saxlamış, 25 avqust 2022-ci il tarixdə, saat 18:20 radələrində Astara RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı Astara rayonu Ərçivan qəsəbəsində saxlanılaraq Astara RPŞ-nin inzibati binasına gətirildikdən sonra üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan idman şalvarının sağ yan cibindəki siqaret qutusundan içərisinə 0,711 qram narkotik vasitə qurudulmuş marixuana doldurulmuş bir ədəd siqaret və 1,448 qram narkotik vasitə olan tiryək aşkar edilərək götürülmüş, əməliyyat tədbirlərinin davamı olaraq həmin tarixdə onun Astara rayonu Ərçivan qəsəbəsində yerləşən evində aparılan baxış zamanı satış məqsədilə evdə olan akvariumun atlındakı su motorunun yerləşdiyi dolabın içərisində saxladığı sellofandan müvafiq olaraq 07 ədəd siqaretə doldurulmuş 0,622 qram, 0,362 qram, 0,700 qram, 0,712 qram, 0,334 qram, 0,868 qram, 0,744 qram çəkilərdə və 01 ədəd bükümdə təmiz çəkisi 101,842 qram olmaqla ümumi təmiz çəkisi 106,184 qram narkotik vasitə qurudulmuş marixuana, iki bükümdə, ayrıayrılıqda təmiz çəkiləri 44,790 qram və 5,517 qram olmaqla ümumi təmiz çəkisi 50,307 qram narkotik vasitə olan heroin, 01 ədəd bükümdə ümumi təmiz çəkisi 14,616 qram narkotik vasitə olan tiryək, 01 ədəd bükümdə ümumi təmiz çəkisi 35,714 qram olan narkotik vasitə olan həşiş qətranı, iki bükümdə ayrı-ayrılıqda çəkiləri - 24,852 qram və 6,381 qram olmaqla ümumi təmiz çəkisi 31,233 qram psixotrop maddə olan metamfetamin, külli miqdarda, yəni təsiredici maddəsinin ümumi miqdarı 2,64 qram olan 66 ədəd narkotik vasitə metadon həbləri, narkotik vasitələrə və psixotrop maddələr aid olmayan, 18 mart 2016-cı il tarixli, № 180-VQ nömrəli “güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə güclü təsir edən maddə hesab edilən, təsiredici maddəsinin ümumi miqdarı 0,3 qram olan 02 (iki) ədəd “Preqabalin 150” kapsulası, təsiredici maddəsinin ümumi miqdarı 0,01 qram olan bir ədəd psixotrop maddə diazepam tərkibli dərman preparatı, üzərində narkotik vasitə heroin izləri olan elektron tərəzi, habelə həmin otaqdakı digər rəfdən 08 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 200,0 qram, 270,0 qram, 155,0 qram, 70,0 qram, 50,0 qram, 55,0 qram, 20,0 qram və 125,0 qram olmaqla ümumi təmiz çəkisi 945,0 qram narkotik vasitə olan qurudulmuş marixuana, 04 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri - 1530,0 qram, 1280,0 qram, 1835,0 qram və 1820,0 qram olmaqla ümumi təmiz çəkisi - 6465,0 qram narkotik vasitə olan tiryək, 01 ədəd bağlamada təmiz çəkisi 5545,0 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 25 avqust 2022-ci il tarixdə polis əməkdaşları onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirərək həyətindən 25 ədəd çətənə bitkisi kollarını aşkar edib götürmüşlər. O həmin vaxt evdə olmamışdır. Sonra onu “Yanar bulaq” bulağın yanında saxlayıb, onu polis şöbsinə aparıb üzərinə videoçəkilişlə axtarış keçirmişlər. Onun üzərindən nəşə doldurulmuş bir ədəd “rotmans” siqaret aşkar olunmuşdur. Siqaret ona məxsusdur. Lakin üzərindən aşkar edilmiş tiryək və evinə baxış keçirilərkən evindən aşkar edilərək götürülmüş heroin, metamfetamin, həşiş qətranı, metadon həbləri, qurudulmuş marixuana, dərmanlar ona aid deyil. O ifadəsinə əlavə olaraq göstərmişdir ki, həyətindən aşkar edilib götürülmüş 25 ədəd çətənə bitkilərini o özü əkib becərmişdir. Lakin evindən aşkar edilib götürülmüş maddələri onun evinə polis əməkdaşı Yaşar qoymuşdur. Evinə baxış videoçəkilişlə vəkilinin iştirakı ilə keçirilmişdir. Yaşar onu aldatdığına görə o razılaşmışdır. Həmin vaxt vəkili ona polislər tərəfindən təsir və ya təzyiq olunub-olunmadığını soruşmuş o da ona təsir və təzyiq olunmadığını bildirmişdir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vəkilinin iştirakı ilə verdiyi ifadəsində ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 15- 20 ildir ki, narkotik vasitə olan qurudulmuş marixuana qəbul etdiyini, tutulandan əvvəl çətənə toxumlarını həyətyanı sahədə əkib onlara qulluq etdiyini, əkdiyi toxumlardan 25 dənəsi cücərib kök üstə bitdiyini, 25 avqust 2022-ci il tarixdə Ərçivan qəsəbəsində “Yanar Bulaq” adlanan yerdə olduğu zaman bir neçə mülki geyimli şəxs ona yaxınlaşıb polis əməkdaşı olduqlarını, həyətində narkotik tərkibli çətənə bitkiləri əkməkdə şübhəli olduğunu bildirib onu polis şöbəsinə apardıqlarını, orada vəkilin iştirakı ilə üzərində axtarış edildiyini, təhqiqatçının üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə təqdim etməsi təklif olunduğundantəqdim etməsini təklif etdikdə əynində olan idman şalvarının sağ yan cibindən bir ədəd siqaret qutusu çıxarıb təqdim edərək bu qutunun içərisində bir ədəd siqaretin içərisinə doldurulmuş marixuananın və bir büküm tiryəkin olduğunu bildirmiş, daha sonra həmin siqaret qutusunu otaqda olan masanın üzərinə qoymuşdur. Bunun ardınca təhqiqatçı üzərimə baxış keçirməyə davam etmiş və üzərindən təqdim etdiklərindən başqa qanunla qadağan edilən hər hansı bir əşya və predmet aşkar edilib götürülməmişdir. Bundan sonra təqdim etdiyi siqaret qutusunun içərisinə baxış keçirilən zamanı qutunun içərisindən bir bükümdə tiryək və içərisinə marixuana doldurulmuş vəziyyətdə olan bir ədəd siqaret aşkar edilmiş, aşkar olunan bir ədəd siqaret və bir bükümdə tiryək ayrı-ayrı zərflərdə qablaşdırılmış, həmin zərflərin üzərində müvafiq yazılar yazıldıqdan sonra zərfləri üzərində öz imzasını çəkdikdən sonra bu iki zərf möhürlənmişdir. Ardınca isə onunla aparılan şifahi sorğu zamanı marixuananı özünün əkdiyini, tiryəki isə təzə yolda, yəni ipək yolunda sellofanın içərisindən tapdığını bildirmişdir. Ardınca isə ona yaşadığı evdə narkotik vasitə olub olmadığını soruşduqda evdə də narkotik vasitə olduğunu bildirmiş və evinə baxış keçirilməsinə dair heç bir etirazının olmadığını qeyd etmiş, bundan sonra maşına əyləşdirilib Astara rayonu Ərçivan qəsəbəsində yerləşən evinə gətirilmiş və həyətə daxil olduqdan sonra videoçəkiliş aparılmasına başlanılmışdır. Baxışda onun üçün dövlət hesabına dəvət olunmuş vəkil də iştirak etmişdir. Ondan bir daha evinə baxış keçirilməsinə dair etirazının olub olmadığı soruşulduqda buna heç bir etirazının olmadığını bildirmişdir. Ardınca evində qanunla qadağan edilən əşya və predmetlərin olması halında təqdim etməsi təklif edilmişdir. O da bu təklifdən sonra polis əməkdaşlarını sürahilərin yanındakı pilləkənlə evə aparıb pilləkənlə çıxdıqdan sonra plastmas qapıdan içəri daxil olduqda akvarium olan hissənin altındakı dolabın taxta qapısını açıb orada olan hidrafonun arxasından bir ədəd sellofan çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. X6 həmin sellofana baxış keçirməyə başlamışdır. Belə ki, həmin sellofanda heroin, tiryək, marixuana, psixotrop maddə olan metamfetamin, metadon həbləri, və elektron tərəzi olmuşdur. Təhqiqatçı qeyd etdiyi narkotik vasitələri və psixotrop maddələri ilk öncə nəzərdən keçirib ona müəyyən suallar vermiş, o da həmin bükümlərin nə olması barədə verilən sualları cavablandırmışdır. Aşkar olunan bükümlər elektron tərəzidə çəkilsə də ölçülən bükümlərin çəkisi yadında qalmamışdır. X6 ilk öncə iki ədəd heroini qablaşdırmış, həmin iki ədəd bükümdə olan heroin bir ədəd kağız zərfdə qablaşdırılmış, qablaşmanın üzəri imzalarla təsdiq edildikdən sonra möhürlənmişdir. Bunun ardınca akvariumun altındakı dolabdan çıxarıb təqdim etdiyi sellofanın içərisində olan bir ədəd bükümdə tiryək kağızı zərfdə qablaşdırılıb imzalarla təsdiq edildikdən sonra möhürlənərək ekspertizaya göndərilməsi üçün təhqiqatçı tərəfindən götürülmüşdür. Daha sonra isə siqaret qutusunun içərisində olan həşiş tərəzidə ölçülmüş və çəkisi müəyyən edildikdən sonra bir ədəd zərfdə qablaşdırılıb üzəri imzalarla təsdiq edilərək möhürlənmişdir. Bunun ardınca isə təqdim etdiyi sellofanın içərisində içinə marixuana doldurulmuş 7 ədəd siqaret, çay qutusunun və iki ədəd sellofanın içərisinə doldurulmuş marixuana bir sellofanın içərisinə qoyulub həmin formada qablaşdırılıb üzərinə müvafiq yazılar yazılmış və iştirakçılar tərəfindən imzalanması üçün təqdim edildikdə qablaşmanın üzərinə imzalar çəkildikdən sonra qablaşma eyni qaydada 84 saylı möhürlə möhürlənmişdir. Bundan sonra isə təqdim etdiyi iki bükümdə psixotrop maddə olan metamfetamin, listdən ayrılmış tək-tək formada 09 ədəd, 05 list və əlavə olaraq bir ədəd kiçik sellofanda 07 ədəd metadon həbləri, eyni zamanda 04 ədəd dərman həbləri eyni zərfdə qablaşdırılıb üzəri imzalarla təsdiq edilib möhürlənmişdir. Bundan başqa təqdim etdiyi sellofanın içərisində bir ədəd elektron tərəzi olmuşdur. Həmin elektron tərəzi də bir ədəd kağız zərfdə qablaşdırılıb qablaşmanın üzəri imzalarla təsdiq edilərək ağzı möhürlənmişdir. Bundan sonra evdə axtarış aparılmasına davam edilmişdir. Axtarış zamanı həmin otağın digər hissələrinə baxılarkən dolabın arxa tərəfindən 08 ədəd böyük sellofan bükümdə narkotik vasitə olan marixuana aşkar edilmiş, ardınca axtarış davam etmiş və həmin dolabın arxa tərəfindən 01 ədəd düyü torbasının içərisindən skoçlanmış böyük bir büküm və qara rəngli sellofanın içərisindən 04 ədəd skoçlanmış bükümlər aşkar edilmişdir. Bundan sonra təhqiqatçı həmin bükümləri qablaşdırmağa başlamış, ilk öncə 08 ədəd sellofanda olan qurudulmuş marixuana qablaşdırılmış, ardınca isə bir ədəd düyü torbasının içərisindən aşkar olunan büküm və 04 ədəd qara sellofanın içərisindən aşkar edilən bükümlər qablaşdırılmışdır. Marixuanalar göy rəngli sellofanda qablaşdırılaraq qablaşmanın üzərinə yapışdırılmaq üçün kağızda müvafiq qeydlər aparılmış və imzalamaq üçün təklif edildikdə həmin kağıza qol çəkməkdən imtina etmişdir. Ardınca isə qara sellofandan aşkar olunan 04 ədəd büküm və düyü torbasının içərisindən aşkar olunmuş 01 ədəd büküm də bir ədəd sellofanda qablaşdırılmış və həmin qablaşmanın üzərinə yapışıdırılacaq qeydlərin olduğu kağızı da imza etməmişdir. Bundan sonra evdə axtarış aparılmasına davam edilmiş və növbə ilə evin digər hissələrinə baxış keçirilmiş, lakin bundan sonra evdən qanunla qadağan edilən hər hansı bir əşya və predmet aşkar edilməmiş və evində aparılan axtarış sona çatdıqdan sonra polis şöbəsinə gətirilmiş və orada müvafiq sənədləşmə aparılmaqla həmin sənədləri imzası ilə təsdiq etmişdir. Həyətindən aşkar edilən bitkiləri tutulmazdan bir ay öncə əkmiş və bu toxumları əkdikdən sonra onlara su verib qulluq edib yerini şumlayıb alaq otlarından təmizləmişdir. X7, qızı və qardaşı Mahir Zərbiyevlə birlikdə yaşayır, lakin onların bu çətənə kollarından məlumatı olmamış, həmin toxumları əkəndə gizli şəkildə bostanda digər tərəvəz bitkilərinin arasında əkmiş, ona görə də bu barədə ailə üzvlərinin məlumatı olmamışdır. Şəxsi axtarış zamanı üzərindən aşkar olunaraq götürülən, içərisinə qurudulmuş marixuana doldurulmuş bir ədəd siqaret ona məxsusdur, marixuananı həyətdə əkdiyi və qurutduğu çətənə kollarının yarpaqlarından hazırlayıb istifadəsi üçün siqaretə doldurmuş, həmin qutunun içərisindəki tiryək ona məxsus deyil, həmin bir bükümdə olan tiryəkin siqaret qutusunun içərisinə hansı formada qoyulduğundan məlumatsızdır. Akvariumun altındakı dolabdan aşkar olunan sellofanın içərisində olan metadonlar, dərman həbləri, psixotrop maddə olan metamfetamin, qurudulmuş marixuanalar və elektron tərəzi ona məxsusdur. Məhkəmədə Təqsirləndirilən şəxs ittiham olunan cinayət əməllərini törətməsi özünün məhkəmədə elan olunmaqla tədqiq edilmiş ibtidai istintaq zamanı vəkilinin iştirakı ilə vermiş olduğu ifadəsindən başqa, məhkəmədə dindirilmiş şahidlərin ifadələri, məhkəmədə tədqiq edilmiş ekspertiza rəyləri, cinayət işinini materiallarında olan istintaq hərəkəti protokolları, əldə olunmuş maddi sübutlar, sənədlər və işin faktiki halları ilə ona tamamilə sübuta yetirilir. Belə ki, dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 25 avqust 2022-ci il tarixdə Astara rayonu Ərçivan qəsəbə sakini Təqsirləndirilən şəxs həyətində narkotik tərkibli bitkilər olan çətənə kollarını əkib yetişdirməsi barədə məlumat əldə etdikdən əməliyyat qrupu yaradılmış və onlar aqranom mütəxəsislə bilikdə onun Astara rayonunun Ərçivan kəndinə getmişlər. Orada Emil evdə olmadığını bilib o Emili axtarmaq üçün getmiş, lakin onu tapa bilməyib geri qayıtmış və həyətə onun arvadının iştirakı ilə baxış keçirildiyinin başa çatdığını və baxış zamanı onun həyətindən əkilib-becərilmiş 25 ədəd çətənə kollarının aşkar edilərək götüldüyünü bilmişdir. Həmin gün Təqsirləndirilən şəxs saxlanılaraq Astara payon Polis Şöbəsinə gətirilmiş. Təqsirləndirilən şəxs həyətindən aşkar olunaraq götürülmüş 25 ədəd bitkinin özü tərəfindən əkildiyini, həmin bitkilərin narkotik tərkibli çətənə bitkiləri olmasını, bu bitkilərə qulluq göstərdiyini bildirmişdir. Daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, axtarış keçirilməzdən əvvəl ona üzərində qanunla qadağan edilən hər hansı bir əşya varsa təqdim etməsi təklif olunmuş, o da əynindəki şalvarın sağ yan cibindən siqaret qutusunu çıxarıb vermiş, siqaret qutusuna baxış keçirilərkən bir ədəd siqaretin içinə doldurulmuş kütlənin marixuana və bir bükümdə olan kütlənin isə tiryək olduğunu aşkar etmişlər. Aşkar olunmuş əşyalar qablaşdırılmaqla protokol tərtib edilmişdir. Sorğu zamanı o evində də narkotik vasitələr olduğunu dediyindən vəkilinin iştirakı ilə onun Astara rayonunu Ərçivan qəsəbəsində yerləşən evinə gedib, vəkilin iştirakı ilə videoçəkilişlə evə baxış keçirmişlər. Təqsirləndirilən şəxs onları evə aparıb su motorunun olduğu dolabı göstərib orada narkotik vasitə olduğunu bildirmiş və oradan bir ədəd sellofan çıxararaq təqdim etmişdir. X6 də həmin sellofana baxış keçirən zaman oradan müxtəlif çəkilərdə heroin, metamfetamin, həşiş qətranına bənzər kütlə, metadon həbləri, qurudulmuş marixuana, dərman preparatları aşkar edilərək götürülmüş və qablaşdırılmışdır. Daha sonra həmin otaqdakı rəfin digər hissələrinə baxış keçirilən zaman oradan 8 ədəd sellofanda narkotik vasitə olan qurudulmuş marixuana, bundan başqa 4 ədəd böyük bükümlərdə narkotik vasitə olan tiryək və bir ədəd böyük bükümdə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüş və bu bükümlər qablaşdırılıb üzərinə imzalar çəkilməklə möhürlənmişdir. Təqsirləndirilən şəxslə aparılan şifahi sorğu zamanı su motorunun arxasındakı dolabdan özünün təqdim etdiyi sellofanda olan bükümlərin ona məxsus olmasını bildirmişdir. Bununla əlaqədar olaraq protokol tərtib edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs hər hansı təsir və ya təzyiq olunmamışdır. Narkotik vasitələrin onun tərəfindən evinə qoyulması barədə Təqsirləndirilən şəxs dedikləri yalan və böhtandır. Dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 25 avqust 2022-ci il tarixdə Astara rayonu Ərçivan qəsəbə sakini Təqsirləndirilən şəxs həyətində narkotik tərkibli bitkilər olan çətənə kollarını əkib yetişdirməsi barədə əməliyyat müvəkkili Şahid1 məlumat daxil olmuş, onlar aqranom mütəxəsislə bilikdə Təqsirləndirilən şəxs yaşadığı evə getmişlər. O evdə olmadığı üçün Şahid1 onu axtarmaq üçün getmiş onlar isə Emilin X7nın iştirakı ilə həyətə baxış keçirmişlər. Baxış zamanı həyətdə bostanlıqda digər tərəvəz bitkilərinin arasında 25 ədəd çətənə bitkisi aşkar edilmiş, Şahid3 də həmin bitkiləri nəzərdən keçirib bu bitkilərin narkotik təbiətli çətənə bitkiləri olmasını, onların dibinin şumlanıb alaq otlarından təmizlənməklə aqro-texniki qaydada qulluq edilməsini bildirmişdir. Sonra da bitkilər qablaşdırılaraq götürülmüş və bu barədə protokol tərtib edilmişdir. Həmin gün Təqsirləndirilən şəxs saxlanılaraq Astara payon Polis Şöbəsinə gətirilərək vəkilinin iştirakı ilə videoçəkilişlə onun üzərində şəxsi axtarış keçirilmiş , axtarış keçirilməzdən əvvəl ona üzərində qanunla qadağan edilən hər hansı bir əşya varsa təqdim etməsi təklif olunmuş, o da əynindəki şalvarın sağ yan cibindən siqaret qutusunu çıxarıb vermiş, siqaret qutusuna baxış keçirilərkən bir ədəd siqaretin içinə doldurulmuş kütlənin marixuana və bir bükümdə olan kütlənin isə tiryək olduğunu aşkar etmişlər. Aşkar olunmuş əşyalar qablaşdırılmaqla protokol tərtib edilmişdir. Sorğu zamanı o evində də narkotik vasitələr olduğunu dediyindən vəkilinin iştirakı ilə onun Astara rayonunun Ərçivan qəsəbəsində yerləşən evinə gedib, vəkilin iştirakı ilə videoçəkilişlə evə baxış keçirmişlər. Təqsirləndirilən şəxs onları evə aparıb su motorunun olduğu dolabı göstərib orada narkotik vasitə olduğunu bildirmiş və oradan bir ədəd sellofan çıxararaq təqdim etmişdir. X6 də həmin sellofana baxış keçirən zaman oradan müxtəlif çəkilərdə heroin, metamfetamin, həşiş qətranına bənzər kütlə, metadon həbləri, qurudulmuş marixuana, dərman preparatları aşkar edilərək götürülmüş və qablaşdırılmışdır. Daha sonra həmin otaqdakı rəfin digər hissələrinə baxış keçirilən zaman oradan 8 ədəd sellofanda narkotik vasitə olan qurudulmuş marixuana, bundan başqa 4 ədəd böyük bükümlərdə narkotik vasitə olan tiryək və bir ədəd böyük bükümdə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüş və bu bükümlər qablaşdırılıb üzərinə imzalar çəkilməklə möhürlənmişdir. Təqsirləndirilən şəxslə aparılan şifahi sorğu zamanı su motorunun arxasındakı dolabdan özünün təqdim etdiyi sellofanda olan bükümlərin ona məxsus olmasını bildirmişdir. Bununla əlaqədar olaraq protokol tərtib edilmişdir. Dindirilmiş şahidlər Şahid4, Şahid5 və Şahid6 oxşar məzmunlu ifadələr verərək Şahid1 Şahid2 ifadələrində göstərdikləri xüsusatları təsdiq etdilər. Dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 25 avqust 2022-ci il tarixdə, saat 10 radələrində polis əməkdaşları ilə birlikdə Astara rayonu Ərçivan qəsəbəsində Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətinə Təqsirləndirilən şəxs X7nın iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı həyətdəki bostanlıqda digər tərəvəz bitkilərinin arasında 25 ədəd narkotik xassəli çətənə kolları aşkar olunmuşdur. Kollar narkotik tərkibli çətənə bitkiləri idi və həmin bitkilərə qulluq göstərilmiş, suvarılmış, alaqlardan təmizlənməklə aqro-texniki qaydada qulluq olunmuşdur. Daha sonra həmin kollar çıxarılaraq qablaşdırılıb üzərinə imzalar edilməklə möhürlənmiş və protokol tərtib edilmişdir. O bu barədə rəy vermişdir. Həmin rəy düzdür və onu təsdiq edir. Cinayət işinin materiallarında olan 25 avqust 2022-ci il tarixli “baxış keçirilməsi və götürmə aparılması” haqqında protokoldan görünür ki, 25 avqust 2022-ci il tarixdə Astara RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədirləri nəticəsində Astara rayonu Ərçivan qəsəbə sakini Təqsirləndirilən şəxs həyətində narkotik tərkibli bitkilərin əkilməsi barədə məlumat əsasında sonuncunun həyətinə baxış keçirilmiş və baxış zamanı həyətdən ümumilikdə 25 ədəd narkotik tərkibli çətənə bitkilərinə bənzər kollar aşkar edilərək götürülməklə qablaşdırılıb möhürlənmiş və qablaşmanın üzəri imzalanmışdır. Cinayət işinin materiallarında olan 25 avqust 2022-ci il tarixli “şəxsi axtarış keçirilməsi və götürülmə aparılması” haqqında protokoldan görünür ki, 25 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Astara RPŞ-yə gətirilmiş, istintaq hərəkətinə başlanmazdan öncə həyətində narkotik tərkibli bitkilər əkdiyini, həmin bitkilərə qulluq göstərdiyini bildirmiş, daha sonra üzərində qanunla qadağan edilən hər hansı bir əşya və ya predmetin olub olmadığını soruşulub olması halında təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs də bu təklifdən sora əynində olan qara rəngli, üzərində “Adidas” yazısı olan idman şalvarının sağ yan cibindən “Rothmans” markalı siqaret qutusunu çıxarıb təqdim etmiş, həmin siqaret qutusuna baxış keçirilərkən siqaret qutusundan içərisinə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə doldurulmuş bir ədəd siqaret və bir ədəd sellofana bükülmüş narkotik vasitə olan tiryəkə bənzər kütlə aşkar edilmiş, həmin bükümlər qablaşdırılaraq möhürlənmiş, daha sonra Təqsirləndirilən şəxslə aparılan şifahi sorğu zamanı o, siqaretə doldurulmuş marixuananı həyətində əkdiyi çətənə kollarının yarpaqlarından hazırladığını, tiyəki isə təzə yolda, yəni “İpək yolunda” tapdığını bildirmiş, bundan başqa evində başqa növ narkotik vasitələrin, həmçinin tiryəkin də olduğunu əlavə etmişdir. Cinayət işinin materiallarnda olan «baxış keçirilməsi və götürmə aparılması haqqında» 25 avqust 2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə keçirilən şəxsi axtarış istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs evində də narkotik vasitə olmasını bildirmiş, bunun ardınca onun Astara rayonu Ərçivan qəsəbəsində yerləşən fərdi yaşayış evinə baxış keçirilməsindən ötrü istintaq hərkəti iştirakçıları ilə birlikdə yollanmışlar, videoçəkiliş vasitəsilə həyata keçirilən baxış zamanı Təqsirləndirilən şəxs evə daxil olduqda sağ tərəfdə qapısı plastikdən olan dolabın içərisində, sol tərəfdə taxtanın arasından 01 ədəd sellofan təqdim etmiş, həmin sellofana baxış keçirilərkən içərisində 02 (iki) bükümdə narkotik vasitə olan heroinə bənzər kütlələr elektron tərəzidə ölçülmüş, çəkisinin 48.1 qram olması müəyyən edilmiş, habelə bu bükümlər kağız zərfdə qablaşdırılmış, daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi sellofanın içərisindən aşkar olunan bir bükümdə narkotik vasitə olan tiryəkə bənzər kütlə elektron tərəzidə ölçülərək çəkisinin 13,7 qram olması müəyyən edilmiş, habelə bu büküm də qanunvericiliyə uyğun şəkildə qablaşdırılıb möhürlənməklə götürülmüşdür. Daha sonra sellofanın içərisində olan siqaret qutusundan aşkar edilən bir bükümdə kütlə elektron tərəzidə ölçülüb çəkisinin 40,3 qram olması müəyyən edilmiş və bu büküm də qablaşdırılıb möhürlənməklə götürülmüş, ardınca isə “Beta” çay qutusunun, bir ədəd sellofanın içərisində olan, habelə 07 ədəd siqaretin içərisinə doldurulmuş narkotik vasitə marixuanaya bənzər kütlələr elektron tərəzidə ölçülmüş və çəkisinin 0,140 kiloqram olması müəyyən edilməklə qablaşdırılırb möhürlənmiş, bundan başqa şəffaf sellofana bükülmüş 02 (iki) ədəd bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütlələr elektron tərəzidə ölçülüb 33 qram olması müəyyən edilmiş və qablaşdırılıb möhürlənməklə götürülmüşdür. Həmçinin Təqsirləndirilən şəxs təqdim etdiyi sellofanda, hər birində 10 ədəd olmaqla 05 (beş) ədəd bütöv konvalyutda bundan başqa tək halda daha 16 ədəd olmaqla ümumilikdə 66 ədəd narkotik vasitə hesab edilən metadon həbləri, eyni zamanda üzərində hər hansı bir yazı olmayan 04 (dörd) ədəd həb aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Axtarışın davamı nəticəsində həmin otaqda olan digər rəfdən 08 ədəd bükümdə narkotik vasitə olan qurudulmuş marixuana, bir ədəd düyü torbasının içərisində narkotik vasitə olan heroinə bənzər kütlə, qara rəngli bağlamanın içərisindən 04 ədəd irihəcmli bükümlərdə narkotik vasitə olan tiryəkə bənzər kütlələr aşkar edilmiş, həmin bükümlər də qablaşdırılıb möhürlənmiş, Təqsirləndirilən şəxs bu bükümlərin qablaşmasının üzərinə imza etməkdən imtina edib həmin bükümlərin ona məxsus olmadığını bildirmişdir. Məhkəmədə yuxarıda qeyd edilən “şəxsi axtarış və götürmə” və “baxış keçirilməsi və götürülmə aparılması haqqında” istintaq hərəkətlərinin vidiogörüntülərinin köçürüldüyü DVD disklərə baxış keçirilmişdir. Həmin diskdə olan görüntülərlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və yaşadığı evə baxış istintaq hərəkəti protokollarında qeyd edilən xüsusatların üst-üstə düşdüyü təztiq olunur. Məhkəmədə tədqiq edilmiş məhkəmə bioloji ekspertizası üzrə verilmiş 26 avqust 2022-ci il tarixli, 19/880 saylı rəyin nəticə hissəsində qeyd olunur ki, “tədqiqata təqdim edilmiş üzərində “vət Təqsirləndirilən şəxs evindən aşkar olunmuş narkotik tərkibli çətənə kollarına bənzər bitkilər....” sözlər və imzalar olan bağlamadakı, ümumi sayı 25 (iyirmi beş) ədəd, yaş vəziyyətdə ümumi təmiz çəkisi 670,0 qqram olan bitki nümunələri əkilibbecərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) verdiyi arayışa əsasən təqdim olunmuş çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq olunmuşdur. İşdə olan 25 avqust 2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, 25 avqust 2022-ci il tarixdə Astara rayonu Ərçivan qəsəbəsində yerləşən X4 məxsus həyətyanı torpaq sahəsinə baxış keçirilmiş və baxış zamanı həyətdən ümumilikdə 25 ədəd narkotik xassəli çətənə kolları aşkar edilərək götürülmüşdür. Həmin çətənə kollarına aqro-texniki qaydada qulluq göstərilməklə mütəmadi suvarılmış, dibləri alaq otlarından təmizlənmişdir. Məhkəmədə tədqiq edilmiş məhkəmə fiziki-kimyəvi və bioloji ekspertiza üzrə verilmiş 26 avqust 2022-ci il tarixli, 19/881 saylı rəyin nəticə hissəsində qeyd olunur ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş narkotik vasitə heroinə bənzər kütlə.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 02 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: -44,790 qr: -5,517 qram; ümumi təmiz çəkisi - 50,307 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi komponentinə görə bir-birləri ilə eynidirlər. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs evindən aşkar olunmuş narkotik vasitə heroinə bənzər kütlə və tiryəkə bənzər kütlə.....” sözlər və imzalar olan bağlamadakı, 04 ədəd bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri: -1530,0 qram, 1280,0 qram, 1835,0 qram, 1820,0 qram ümumi təmiz çəkisi: 6465,0 qram olan maddələr xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəkdirlər, xarici görünüşlərinə və kimyəvi komponentinə görə bir- birləri ilə eynidirlər; 01 ədəd bağlamda təmiz çəkisi: - 5545,0 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs evindən aşkar olunmuş marixuanaya bənzər kütlə.....” sözlər və imzalar olan bağlamadakı, 08 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: -200,0 qram, 270,0 qram, 155,0 qram, 70,0 qram, 50,0 qram, 55,0 qram, 20,0 qram - 125,0 qram; ümumi təmiz çəkisi: -945,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadırlar, xarici görünüşlərinə və bioloji tərkiblərinə görə birbirləri ilə eynidirlər. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs evindən aşkar olunmuş marixuanaya bənzər kütlə.....” sözlər və imzalar olan bağlamadakı, 07 ədəd siqaretə doldurulmuş və 01 ədəd bükümdə ayn-aynlıqda təmiz çəkiləri: 0,622 qram, 0,362 qram, 0,700 qram, 0,712 qram, 0,334 qram, 0,868 qram, 0,744 qram, 101,842 qram ümumi təmiz çəkisi: 106,184 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadırlar, xarici görünüşlərinə və bioloji tərkiblərinə görə bir-birləri ilə eynidirlər. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş marixuanaya bənzər kütlə” sözlər və imzalar olan zərfdəki, 01 ədəd siqaretə doldurulmuş təmiz çəkisi - 0,711 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs evindən aşkar olunmuş narkotik vasitə tiryəkə bənzər kütlə....." sözlər və imzalar olan bir ədəd zərfdəki, 01 ədəd bükümdə təmiz çəkisi - 14,616 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəkdir. Tədqiqata təqdim edilmiş üzərində üzərində “ Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə tiryəkə bənzər kütlə” sözlər və imzalar olan bir ədəd zərfdəki, 01 ədəd bükümdə təmiz çəkisi - 1,448 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəkdir. Tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs evindən aşkar olunmuş narkotik vasitə həşişə bənzər kütlə...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 01 ədəd bükümdə təmiz çəkisi - 35,714 qram olan maddə (bitki mənşəli kütlə) narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla alınmış narkotik vasitə həşiş qətranıdır. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs evindən aşkar olunmuş psixotrop maddə metamfetaminə bənzər kütlə və narkotik tərkibli həblər.....’’ sözlər və imzalar olan paketdəki 02 ədəd bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 24,852 qram və 6,381 qram olmaqla ümumi təmiz çəkisi – 31,233 qram olan ağ rəngli kristalşəkilli olan maddələr metamfetamindirlər, xarici görünüşlərinə və kimyəvi komponentinə görə bir-biriləri ilə eynidirlər, ümumi sayı 66 ədəd olan qəhvəyi rəngli, dairəvi formalı həblər metadondurlar, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-birləri ilə eynidirlər, həblərin təsiredici maddəsinin ümumi miqdarı: ~ 2,64 qramdır (bir həbdə 0,04 qr) və üzərində “Pregabalin 150" yazısı olan ümumi sayı 02 ədəd kapsulalardakı maddə preqablindir, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-birləri ilə eynidirlər. Kapsulaların təsiredici maddəsinin ümumi miqdarı -0,3 qramdır. (bir kapsulda 0,15 qr). Həmin paketdəki 2 ədəd müxtəlif həblərin tədqiqatını müvafiq labarotoriya cihazı olmadığından tədqiqat aparmaq mümkün olmadı. Tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs evindən aşkar olunmuş elektron tərəzi.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinin izləri vardır. Heroin iz şəklində olduğuna görə, çəkisini və tədqiqata təqdim edilmiş heroinlərlə müqayisəli tədqiqat (eynilik) aparmaq mümkün olmadı. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus ümumi sayı 3 büküm ümumi təmiz çəkisi 5595,307 qram olan heroinlər xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-birləri ilə eynidirlər. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus ümumi sayı 6 büküm ümumi təmiz çəkisi -6481,064 qram olan tiryəklər xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-birləri ilə eynidirlər. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus ümumi sayı 17 büküm ümumi təmiz çəkisi - 1051,895 qram olan marixuanalar xarici görünüşlərinə və bioloji tərkiblərinə görə bir-birləri ilə eynidirlər. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələri’in siyahısına (Siyahı İ) daxildir. Metarnfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına” daxildir (Siyahı İ). Metadon Azərbaycan Respublikasının ərazisində məhdudlaşdırılan narkotik vasitələrin İİ siyahısının İ bəndinə (sıra №6) daxildir Həşiş qətranı 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısına” daxildir (Siyahı İ).” Tiryək “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələri’in siyahısına (Siyahı İ) daxildir. Preqabalin adlı dərman “Güclü təsir edən maddələrin və onların külli miqdarlarının siyahısına daxildir". Məhkəmədə tədqiq edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman vasitələrinin tədqiqi ekspertizası üzrə verilmiş 12 oktyabr 2022-ci il tarixli, 6/5110 nömrəli rəyin nəticə hissəsində qeyd olunur ki, “tədqiqata təqdim edilmiş, üzərində “Ədliyyə Nazirliyi Məhkəmə X3 Regional Bölməsi №1” dairəvi möhürünün əksi və “....36 avqust 2022-ci il tarixli, 19/881 nömrəli rəy .... Təqsirləndirilən şəxs məxsus 02 ədəd müxtəlif həblər, Zamin Vəliyevimza....” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 ədəd ağ rəngli dairəvi həb diazepam tərkibli dərman preparatıdır və 01 ədəd həbin təsiredici maddəsinin ümumi miqdarı 0,01 qramdır, 01 ədəd qəhvəyi rəngli uzunsov formalı hənib tərkibində narkotik, psixotrop, güclü təsir edən və zəhərli maddələrin komponentləri yoxdur. Diazepam “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi nəzarət edilən psixotrop maddələrin”in siyahısına daxildir. (Siyahı İİİ) İşdə olan ibtidai istintaq orqanının 10 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, qalıq çəkisi 5595,107 qram heroin, qalıq çəkisi 31,133 qram psixotrop maddə olan metamfetamin, qalıq çəkisi 6480,464 qram tiryək, qalıq çəkisi 35,664 qram həşiş qətranı, ekspertiza tədqiqatından sonra qalıq qalan, ümumi sayı 58 ədəd narkotik vasitə olan metadon həbləri, qalıq çəkisi 1051,555 qram qurudulmuş marixuana, güclü təsiredici maddə olan 01 ədəd “preqabalin” kapsulası və qalıq qalan diazepam tərkibli 01 ədəd dərman preparatının 1/2 hissəsi maddi sübut hesab edilərək saxlanılması üçün Astara Rayon Polis Şöbəsinəı təhvil verilmiş, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, habelə baxış keçirilməsi və götürmə aparılması haqqında istintaq hərəkətinin gedişətını özündə əks etdirən çəkilişlərin qeydə alınığı 03 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir. İşdə olan Astara Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli qərarından görünür ki, həmin qərara əsasən hazırki iş üzrə Astara rayon Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid1 əməliyyat axtarış tədbirlərinin keçirilməsinə dair 25 avqust 2022-ci il tarixli qərarı qanuni hesab edilmişdir. İşdə olan ibtidai istintaq orqanının 03 noyabr 2022-ci il tarixli qərarından görünür ki, hazırki cinayət işindən CM-nin 234.4.3 və 240.1-ci maddələri ilə cinayət işi ayrıca icraata ayrılmışdır. Məhkəmədə Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində həyətindən aşkar edilərək götürülmüş 25 ədəd çətənə kollarını özünün əkib becərdiyini onlardan ailə üzvlərinin məlimatı olmadığını, üzərindən isə aşkar olunan içərisinə marixuna doldurulmuş bir ədəd siqretin və ona məxsus olduğunu evindən aşkar olunaraq götürülmüş heroin, həşiş, marixuana, metamfetamin narkotik vasitələrinin, metadon və pereqabelin həblərinin ona aid olmadığını həmin narkotik vasitələrin onun evinə polis əməkdaşı Şahid1 qoyduğunu bildirmişdir. Məhkəmə onun bu ifadəsini özünü müdafiə məqsədi daşımaqla məhkəmədə heç bir sübutla təstiq edilmədiyindən və işin hallarına uyğun gəlməyən ifadə olduğundan habelə məhkəmədə tədqiq edilmiş sübutlarla tamamilə təkzib edidiyindən həmin ifadəyə tənqidi yanaşır və sübut kimi qəbul etmir. Belə ki, işdə olan vəkilinin iştirakı ilə videoçəkilişlə həyətinə, üzərinə və yaşadığı evə baxış keçirilməsi haqqında istintaq hərəkəti protokolları, həmin istintaq hərəkətlərinin qeydə alındığı video görüntülərin köçürüldüyü disklərə baxış keçirilməsi haqqında istintaq hərəkəti protokolları, məhkəmədə elan olunmaqla tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vəkilinin iştirakı ilə vermiş olduğu səmimi etirafedici və işin hallarına uyğun gələn ifadələri, məhkəmədə dindirilmiş şahidlərin ifadələri, məhkəmədə tədqiq edilmiş Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş narkotik vasitələrin eyni tərkibli narkotik vasitə qurudulmuş marixuana olması barədə ekspertiza rəyi, evindən aşkar edilərək götürülmüş üzərində heroinin izləri olan elektron tərəzinin olması və onun narkotik vasitələrin satışı ilə məşğul olması qeyd edilən əməliyyat məlumatının olması barədə təqrirlə Təqsirləndirilən şəxs ittiham olunan cinayət əməli tamamilə sübuta yetirilir. Eyni zamanda məhkəmə məhkəmədə elan olunmaqla tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vəkilinin iştirakı ilə vermiş olduğu ifadəsini səmimi etirafedici və işin hallarına uyğun gələn ifadə kimi qiymətləndirir və sübut kimi qəbul edir. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitələrin müxtəlif çeşiddə, eləcədə narkotik vasitələrin, psixotrop maddənin və preqabalinin əhəmiyyətli dərəcədə çox olmasını, üzərində heroinin izləri olan tərəzinin aşkar edilməsi halını, onun narkotik vasitələrin, psixotrop maddələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatının olmasını, dindirilmiş şahidlərin ifadələrini nəzərə alaraq belə qənaətə gəlir ki, o həmin narkotik vasitələri, psixotrop maddəni, metadon həblərini və Preqabalin adlı güclü təsir edən maddəni məhz satış məqsədi ilə əldə etmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 21-ci madəsinə görə narkotik vasitərin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün bir narkotik vasitənin və psixotrop maddənin ayrıayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Bu həcm isə 2005-ci il 28 iyun tarixli, 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsulliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahısı” əsasında tənzimlənir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarı da bu mövqedən çıxış edir. Belə ki, həmin qərarın 9-cu bəndinin 2-ci hissəsində qeyd edilmişdir ki, təqsirkarın nakotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin xırda bükümlərə ayrılması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, məhkəmə ittiham üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-nin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 234.4.3, 237.2.3 və 240.1-ci maddələrində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətlərin törədilməsində o, təqsirlidir. Ona görə də o CM-nin 234.4.3, 237.2.3 və 240.1-ci maddələri ilə təqsirli bilinib, həmin maddələrin sanksiyası həddində cəzalanmalıdır. İşdə olan hüquqi sənədlərdən görünür ki, təqsirləndirilən şəxs xx xxxxx 1978-ci il tarixdə Astara rayonu Ərçivan qəsəbəsində anadan olmuşdur. Astara rayonu Ərçivan qəsəbəsində qeydiyyatda olmaqla orada yaşamışdır. Yaşayış yeri üzrə mənfi səciyyələndirilir. Himayəsində bir nəfər 2008-ci il təvəllüdlü qızı Tarifə vardır. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən və Astara Rayon Məhkəməsinin hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Astara Rayon Məhkəməsinin 16 fevral 2022-ci il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 11 ay 08 gün müddətə azadlığın məhdudlaşdırlması cəzasına məhkum edilmişdir. İşdə olan Astara Rayon İcra və Probasiya Şöbəsinin 23 dekabr 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 1 il 6 ay 20 gün çəkilməmiş cəzası qalmışdır. İşdə olan Astara Rayon Məhkəməsinin 27 avqust 2022-ci il tarixli qərarının surətindən görünür ki, həmin qərara əsasən Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 25 avqust 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilərkən aşağıdakılar nəzərə alınmalıdır. CM-in 8-ci maddəsi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsinə əsasən cəzanın anlayışına görə, cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəzanın məqsədini təsbit edən CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bu Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-in 59.1-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda məhkəmədə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Astara Rayon Məhkəməsinin 16 fevral 2022-ci il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 08 gün müddətə azadlığın məhdudlaşdırlması cəzasına məhkum edilmişdir. O hazırki cinayəti törədərkən onun üzərində çəkilməmiş 1 il 6 ay 20 gün azadlığın məhdudlaşdırılması cəzası qalmışdır. Göründüyü kimi bu hal CM-in 18.4.4-cü maddəsinə əsasən cinayətlərin residivi halını yaratmır və CM-nin 61-ci maddəsinə əsasə onun cəzasını ağırlaşdıran hal kimi nəzərər alına bilməz. Eyni zamanda CM-nin 68.1.1-1-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs çəkilməmiş qalan azadlığın məhdudlaşdırılması cəzasının iki günü bir gün azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla CM-nin 67.1-ci maddəsinin tələbinə əsasən ona qəti cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən hal olmaqla ağırlaşdıran halın olmamasını nəzərə alaraq belə hesab edir ki, ona təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməli və o həmin cəzanı çəkməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs bir neçə cinayətdə təqsirli bilindiyindən ona təyin olunacaq cəzalar CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilməlidir. CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Astara Rayon Məhkəməsinin 16 fevral 2022-ci il tarixli hökmünə əsasən təyin edilmiş 01 il 11 ay 08 gün müddətə azadlığın məhdudlaşdırlması cəzasının çəkilməmiş qalan 1 il 6 ay 20 azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla, 9 ay 10 gün azadlıqdan məhrum etmə cəzası CM-nin 67.1-ci maddəsinin tələbinə əsasən yeni hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilərək ona hökmlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu vaxtdan, 25 avqust 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. Məhkəmə ambulator məcburi narkoloji tibbi yoxlama rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində CM-in 93.1.2-ci maddəsinin tələbinə əsasən narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Astara Rayon Polis Şöbəsində saxlanılan qalıq çəkisi 5595,107 qram heroin, qalıq çəkisi 31,133 qram psixotrop maddə metamfetamin, qalıq çəkisi 6480,464 qram tiryək, qalıq çəkisi 35,664 qram həşiş qətranı, ekspertiza tədqiqatından sonra qalıq qalan 58 ədəd narkotik vasitə metadon həbləri, qalıq çəkisi 1051,555 qram qurudulmuş marixuana, güclü təsiredici maddə olan 1 ədəd “preqabalin” kapsulası və qalıq qalan diazepam tərkibli 1 ədəd dərman preparatının 1/2 hissəsi məhv edilməli və şəxsi axtarış və götürmə aparılması haqqında protokol, habelə baxış keçirilməsi və götürmə aparılması haqqında istintaq hərəkətinin gedişətını özündə əks etdirən çəkilişlərin qeydə alınığı 3 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 44, 51-2, 132, 344-349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs CM-in 234.4.3, 237.2.3 və 240.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 237.2.3-cü maddəsi ilə təqsirli bilinib 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına və CM-nin 240.1ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum məhkum edilsin. CM-nin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Astara Rayon Məhkəməsinin 16 fevral 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 01 il 11 ay 08 gün müddətə azadlığın məhdudlaşdırlması cəzasının çəkilməmiş 1 il 6 ay 20 gün müddətinin iki günü bir gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməklə 9 ay 10 gün azadlıqdan məhrum etmə cəzası yeni hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilərək Təqsirləndirilən şəxs hökmlərin məcmusu üzrə qəti olaraq 12 (on iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 25 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs qarşı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. CM-nin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Astara Rayon Polis Şöbəsində saxlanılan qalıq çəkisi 5595,107 qram heroin, qalıq çəkisi 31,133 qram metamfetamin, qalıq çəkisi 6480,464 qram tiryək, qalıq çəkisi 35,664 qram həşiş qətranı, 58 ədəd metadon həbləri, qalıq çəkisi 1051,555 qram qurudulmuş marixuana, qalıq qalan 1 ədəd “preqabalin” kapsulası və qalıq qalan diazepam tərkibli 1 ədəd dərman preparatının 1/2 hissəsi və bir ədəd elektron tərəzi məhv edilsin. 3 ədəd DVD disklər cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci 222 manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin Hökmdən elan olunduğu (həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-90/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-90/2023
13.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver