Məhkəmə qərarları › İş №1(099)-90/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-90/2025

25.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-90/2025 25.04.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər- Göygöl Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Lənkəran Rayon Vəkil Bürosunun vəkilləri-Müdafiəçi2 və Müdafiəçi4, zərərçəkmiş şəxs Nümayəndə1 və onun nümayəndəsi- Beyləqan Rayon Vəkil Bürosunun vəkili X5, zərərçəkmiş hüquqi şəxsin (Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat idarəsinin ) nümayəndəsi Nümayəndə2 iştirakı ilə 27 avqust 2002-ci ildə Ağcabədi rayonunun Xocavənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, Ağcabədi rayonunun Xocavənd kəndində qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2, 29,120.2.4, 221.3 və 228.4-cü maddələri ilə, xx xxxxxxxx 2001-ci ildə Ağcabədi rayonunun Xocavənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Ağcabədi rayonunun Xocavənd kəndində qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə, 13 avqust 1978-ci ildə Ağcabədi rayonunun Xocavənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Ağcabədi rayonunun Xocavənd kəndində qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında (videokonfrans əlaqə sistemindən istifadə edilməklə) açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 xuliqanlıq niyyəti ilə və xüsusi amansızlıqla qəsdən adam öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmiş, qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə edilən əşyalardan istifadə olunmaqla zərərçəkmiş şəxsə zor tətbiq edilməsi, həmçinin özgənin əmlakının məhv edilməsi və zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlər etməklə xuliqanlıq etmiş və qanunsuz olaraq soyuq silahı əldə etmiş və gəzdirmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat İdarəsinin 6 saylı regional şöbəsinin sürücüsü vəzifəsində işləməklə 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinə sürücü vəzifəsinə ezam olunmuş Nümayəndə1 onun qardaşı Təqsirləndirilən şəxs2 və iki nəfər tanışı-Şahid1 və Şahid2 onları həmin idarədə işlə təmin edəcəyinə dair yalan vədlər verərək 5.000 manatlarını ələ keçirməsi, sonradan çoxsaylı tələblərinə baxmayaraq pulun yalnız 2.000 manatını qaytarması və qalan məbləği qaytarmaqdan imtina etməsi, sonuncu dəfə 01 aprel 2024-cü il tarixdə, axşam saatlarında Təqsirləndirilən şəxs2 telefon vasitəsi ilə Nümayəndə1lə danışdığı vaxt sonuncunun onları nalayiq ifadələrlə təhqir etməsində ifadə olunan hərəkətlərinə görə Nümayəndə1 yaşadığı ünvana gedərək sonuncunu yumruqtəpik zərbələri ilə döyməklə cəzalandırmaq barədə qardaşı Təqsirləndirilən şəxs2 və atası Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək cinayətkar qrupun üzvləri, həmçinin cinayətkar razılaşmadan məlumatsız olan Şahid2 və Şahid1 ilə birlikdə sonuncunun idarə etdiyi VAZ-21063 markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə 01 aprel 2024-cü il tarixdə, saat 22 radələrində Nümayəndə1 yaşadığı Ağcabədi şəhəri, Üzeyir Hacıbəyli prospektində inşa edilmiş 556 saylı qəsəbəyə getməklə sonuncunun 5 nömrəli binanın qarşısında xidməti istifadəsində olan “LADA 21230 Travel” markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin içərisində olduğunu görərək 500-dən çox ailənin kompakt yaşadığı qəsəbənin ərazisində açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, həmçinin cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına aşkaranə saymamazlıq nümayiş etdirən, Nümayəndə1 və ətrafdakı insanların hüquqları və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan hərəkətlər etməklə Nümayəndə1 üzərinə hücum etmiş, sonuncu onların hücumunu qabaqcadan görərək nəqliyyat vasitəsinin içində qalmaqla qapılarını kilidlədiyindən qrupun digər üzvləri ilə birlikdə əl-ayaq zərbələri ilə nəqliyyat vasitəsinin şüşələrinə zərbələr endirərək, həmçinin qrupun üzvlərindən Təqsirləndirilən şəxs2 nəqliyyat vasitəsinin motorxana qapısının üzərinə çıxaraq ön alın şüşəsini təpik zərbələri ilə sındırmasından və Təqsirləndirilən şəxs3 hadisə yerindən aşkar edib silah qismində istifadə etdiyi daşla zərbə endirərək qabaq-sol qapısının şüşəsini sındırmasından sonra nəqliyyat vasitəsinin qapılarının açılmasına nail olmuş, həmin vaxt onların hərəkətləri haqqında mobil telefonundan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidməti-zəng mərkəzinə zəng edib məlumat verməyə cəhd göstərən Nümayəndə1 mobil telefon cihazı sonuncunun əlindən qrupun üzvü Təqsirləndirilən şəxs3 tərəfindən alınaraq asfalta çırpılıb sındırıldıqdan sonra qrupun digər 2 üzvü-Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 razılaşdırılmış plana müvafiq olaraq ətrafda toplaşmış ən azı 20 nəfərin qarşısında yumruq və təpik zərbələri ilə Nümayəndə1 döyərək sonuncuya yuxarı və aşağı ətraflarda sıyrıqlar, hər iki diz qapağında, sifət, göz və bədənin digər nahiyəsində çoxsaylı əzilmiş yaralar kimi sağlamlığa zərər vurmadığından dərəcəsi təyin olunmayan xəsarətlər yetirməklə qərəzli xuliqanlıq hərəkətlərinə davam edərkən özü Nümayəndə1 yuxarıda qeyd olunan hərəkətlərini bəhanə kimi gətirərək, yəni hər hansı əsaslı səbəbin olmadığı halda sonuncu da daxil olmaqla hər hansı şəxsin onu aldatmaq, təhqir etmək, ələ salmaq və sair alçaldıcı hərəkətlər etmək iqtidarında olmadığını göstərmək, ona qarşı belə hərəkətlərə yol verənləri cəzalandırmaq hüququnu özündə görərək müstəsna şəxsiyyət olduğunu, başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək məqsədilə ümumi niyyətdən kənara çıxaraq qrupun digər üzvlərinin qəsdi ilə əhatə olunmadığı halda Nümayəndə1 xuliqanlıq niyyəti ilə qəsdən öldürmək məqsədi ilə məlum olunmayan vaxtda və mənbədən əldə edib üzərində gəzdirdiyi və əynində olan şalvarın kəmər hissəsində gizlətdiyi, zavod üsulu ilə istehsal olunmuş, soyuq silah hesab olunan ümumi təyinatlı ov bıçağını çıxarıb sonuncuya həm nəqliyyat vasitəsinin içərisində, həm də nəqliyyat vasitəsindən çıxardıqdan sonra dayanmadan və nizamsız zərbələr endirməklə ümumilikdə və ayrıayrılıqda həyat üçün təhlükəli olmaqla sağlamlığa ağır zərərvurmaya aid döş qəfəsinin sol yarısının ön səthində məmə xətti üzrə yeddinci qabırğa səviyyəsindən döş boşluğuna keçərək hemopnevmatoraksla nəticələnmiş bir ədəd, qarının sol yarısının aşağı şöbəsində qarın boşluğuna keçərək dalağın və böyük piyliyin zədələnməsi ilə müşayiət olunan və sonradan dalağın cərrahi əməliyyat ilə götürülməsi ilə nəticələnmiş bir ədəd olmaqla cəmi iki ədəd deşilmiş-kəsilmiş yaralar, ayrı-ayrılıqda sağlamlığa yüngül zərər vurmaya aid olsalar da çoxsaylı xəsarətlər bir-birini ağırlaşdırdığından ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid başın sağ təpəənsə nahiyəsində bir ədəd, sol qulaq seyvanının sırğalıq nahiyəsində bir ədəd, sifətin sağ yarısında burunun yan divarı nahiyəsində bir ədəd, döş qəfəsinin sol yarısının ön səthində üçüncü qabırğa səviyyəsində bir ədəd və həmin nahiyədə döş sümüyü səviyyəsində bir ədəd, döş qəfəsinin sol yarısının yan səthində ön qoltuqaltı xətt üzrə bir ədəd və həmin nahiyədə arxa qoltuqaltı xətt üzrə iki ədəd, döş qəfəsinin sağ yarısında arxa qoltuqaltı xətt üzrə bir ədəd, sol saidin yuxarı üçdə bir hissəsinin arxa səthində bir ədəd, sol budun yuxarı üçdə bir hissəsinin arxa səthində iki ədəd olmaqla cəmi on iki ədəd kəsilmiş yaralar, ümumilikdə isə 14 deşilmiş-kəsilmiş yara kimi xəsarətlər yetirmiş, eyni zamanda adam öldürməyə yönəlmiş niyyətini realizə etdiyi ərəfədə xəsarətlərin sayının çoxluğu ilə əlaqədar Nümayəndə1 müstəsna əzab və işgəncələr vermiş, sonuncuya xəsarətlər yetirməyə davam edərkən ətrafda toplaşan şəxslərin onu tutaraq saxlamaları nəticəsində qanunsuz davranışlarına son qoyulduğundan və Nümayəndə1 qısa müddətdə “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X12 cərrahiyyə şöbəsinə çatdırılması nəticəsində ixtisaslı tibbi yardım göstərilməklə həyatı xilas olunduğundan sonuncunu qəsdən həyatdan məhrum etməyə yönəlmiş niyyətini iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyərək Nümayəndə1 xuliqanlıq niyyəti ilə və xüsusi amansızlıqla qəsdən öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmiş, bu hərəkətləri ilə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqcasına hörmətsizlik ifadə edən, silah qismində istifadə edilən əşyalardan istifadə olunmaqla zərərçəkmiş şəxsin üzərində zor tətbiq olunması, həmçinin özgənin əmlakının məhv edilməsi və zədələnməsi, o cümlədən zərərçəkmiş şəxs Nümayəndə1 məxsus 110 manat dəyərində “Samsung Galaxy A51” markalı mobil telefon cihazının istifadəyə tamamilə yararsız və təmir-bərpası mümkün olmayan vəziyyətə salınaraq məhv edilməsi və Nümayəndə1 xidməti istifadəsində olmaqla zərərçəkmiş hüquqi şəxs-Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat idarəsinin mülkiyyətində olan “LADA 21230 Travel” markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 407 manat dəyərində təmir-bərpa xərcləri tələb edilən səviyyədə zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq etmiş, həmçinin qanunsuz olaraq soyuq silahı əldə etmiş və gəzdirmişdir. Təqsirləndirilən şəxs2 qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə edilən əşyalardan istifadə olunmaqla zərərçəkmiş şəxsə zor tətbiq edilməsi, həmçinin özgənin əmlakının məhv edilməsi və zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlər etməklə xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat İdarəsinin 6 saylı regional şöbəsinin sürücüsü vəzifəsində işləməklə 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinə sürücü vəzifəsinə ezam olunmuş Nümayəndə1 ondan və iki nəfər tanışı-Şahid1 və Şahid2 onları həmin idarədə işlə təmin edəcəyinə dair yalan vədlər verərək 5.000 manatlarını ələ keçirməsi, sonradan çoxsaylı tələblərinə baxmayaraq həmin pulun yalnız 2.000 manatını qaytarması və qalan məbləği qaytarmaqdan imtina etməsi, sonuncu dəfə 1 aprel 2024-cü il tarixdə axşam saatlarında Nümayəndə1lə telefon vasitəsi ilə danışdığı zaman sonuncunun onu nalayiq ifadələrlə təhqir etməsində ifadə edilən hərəkətlərinə görə Nümayəndə1 yaşadığı ünvana gedərək sonuncunu yumruq-təpik zərbələri ilə döyməklə cəzalandırmaq barədə qardaşı Təqsirləndirilən şəxs1 və atası Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə 1 aprel 2024-cü il tarixdə, saat 22 radələrində cinayətkar qrupun üzvləri, habelə cinayətkar razılaşmadan məlumatsız olan Şahid2 və Şahid1 ilə birlikdə sonuncunun idarə etdiyi VAZ-21063 markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Nümayəndə1 yaşadığı Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində inşa edilmiş 556 saylı qəsəbəyə getməklə sonuncunun 5 nömrəli binanın qarşısında xidməti istifadəsində olan “LADA 21230 Travel” markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin içərisində oturduğunu görərək 500-dən çox ailənin kompakt yaşadığı qəsəbənin ərazisində açıqca ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, həmçinin cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına aşkar saymazlıq nümayiş etdirən, Nümayəndə1 və ətrafdakı insanların hüquqları və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan hərəkətlər etməklə Nümayəndə1 üzərinə hücum etmiş, sonuncu onların hücumunu qabaqcadan görərək nəqliyyat vasitəsinin içində qalmaqla qapılarını kilidlədiyindən qrupun digər üzvləri ilə birgə əl-ayaq zərbələri ilə nəqliyyat vasitəsinin şüşələrinə zərbələr endirərək, həmçinin özü nəqliyyat vasitəsinin motorxana qapısının üzərinə çıxaraq ön alın şüşəsini təpik zərbələri ilə sındırmasından və qrupun üzvü Təqsirləndirilən şəxs3 hadisə yerindən aşkar etməklə silah qismində istifadə etdiyi daşla zərbə endirib qabaq-sol qapısının şüşəsini sındırmasından sonra avtomobilin qapılarının açılmasına nail olmuş, həmin vaxt onların hərəkətləri barədə mobil telefonundan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidməti-zəng mərkəzinə zəng edib məlumat verməyə cəhd göstərən Nümayəndə1 mobil telefon cihazı sonuncunun əlindən qrupun üzvü Təqsirləndirilən şəxs3 tərəfindən alınaraq asfalta çırpılmaqla sındırıldıqdan sonra qrupun üzvləri Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1la birlikdə razılaşdırılmış plana müvafiq olaraq ətrafda toplaşmış ən azı 20 nəfərin qarşısında yumruq-təpik zərbələri ilə Nümayəndə1 döyərək sonuncuya bədənin yuxarı və aşağı ətraflarında sıyrıqlar, hər iki diz qapağında, sifət, göz və bədənin digər nahiyəsində çoxsaylı əzilmiş yaralar kimi sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarətlər yetirərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə edilən əşyalardan istifadə olunmaqla zərərçəkmiş şəxsin üzərində zor tətbiq olunması, özgənin əmlakının məhv edilməsi və zədələnməsi, o cümlədən zərərçəkmiş şəxs Nümayəndə1 məxsus olan 110 manat dəyərində “Samsung Galaxy A51” markalı mobil telefon cihazının istifadəyə tamamilə yararsız, təmir-bərpası mümkün olmayan vəziyyətə salınmaqla məhv olunması və zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat idarəsinin mülkiyyətində olmaqla Nümayəndə1 xidməti istifadəsində olan “LADA 21230 Travel” markalı **-PZ-*** dövlət nömrə nişanlı avtomobilin 407 manat dəyərində təmir-bərpa xərcləri tələb olunan səviyyədə zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs3 qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə edilən əşyalardan istifadə olunmaqla zərərçəkmiş şəxsə zor tətbiq edilməsi, həmçinin özgənin əmlakının məhv edilməsi və zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlər etməklə xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat İdarəsinin 6 saylı regional şöbəsinin sürücüsü vəzifəsində işləməklə 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinə sürücü vəzifəsinə ezam olunmuş Nümayəndə1 onun övladı Təqsirləndirilən şəxs2 və iki nəfər tanışı-Şahid1 və Şahid2 onları həmin idarədə işlə təmin edəcəyinə dair yalan vədlər verərək 5.000 manatlarını ələ keçirməsi, sonradan çoxsaylı tələblərinə baxmayaraq pulun yalnız 2.000 manatını qaytarması və qalan məbləği qaytarmaqdan imtina etməsi, sonuncu dəfə 1 aprel 2024-cü il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs2 telefon vasitəsi ilə Nümayəndə1lə danışdığı vaxt sonuncunun onları nalayiq ifadələrlə təhqir etməsində ifadə edilən hərəkətlərinə görə Nümayəndə1 yaşadığı ünvana gedərək sonuncunu yumruq və təpik zərbələri ilə döyməklə cəzalandırmaq barədə Təqsirləndirilən şəxs2 və digər övladı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə cinayətkar qrupun üzvləri, habelə cinayətkar razılaşmadan məlumatsız olan Şahid2 və Şahid1 ilə birlikdə sonuncunun idarə etdiyi VAZ-21063 markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə 1 aprel 2024-cü il tarixdə saat 22 radələrində Nümayəndə1 yaşadığı Ağcabədi şəhəri, Üzeyir Hacıbəyli prospektində inşa edilmiş 556 saylı qəsəbəyə getməklə sonuncunun 5 nömrəli binanın qarşısında xidməti istifadəsində olan “LADA 21230 Travel” markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin içərisində olduğunu görərək 500-dən çox ailənin kompakt yaşadığı qəsəbənin ərazisində açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, həmçinin cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına aşkaranə saymamazlıq nümayiş etdirən, Nümayəndə1 və ətrafdakı insanların hüquqları və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan hərəkətlər etməklə Nümayəndə1 üzərinə hücum etmiş, sonuncu onların hücumunu qabaqcadan görərək nəqliyyat vasitəsinin içində qalmaqla qapılarını kilidlədiyindən qrupun digər üzvləri ilə birlikdə əl-ayaq zərbələri ilə nəqliyyat vasitəsinin şüşələrinə zərbələr endirərək, həmçinin qrupun üzvlərindən Təqsirləndirilən şəxs2 nəqliyyat vasitəsinin motorxana qapısının üzərinə çıxaraq ön alın şüşəsini təpik zərbələri ilə sındırmasından və özünün həmin vaxt hadisə yerindən aşkar edərək silah qismində istifadə etdiyi daşla zərbə endirib qabaq-sol qapısının şüşəsini sındırmasından sonra avtomobilin qapılarının açılmasına nail olmuş, həmin vaxt onların hərəkətləri haqqında mobil telefonundan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidməti-zəng mərkəzinə zəng edib məlumat verməyə cəhd göstərən Nümayəndə1 mobil telefon cihazını sonuncunun əlindən alaraq asfalta çırpmaqla sındırdıqdan sonra isə qrupun üzvləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1la birlikdə razılaşdırılmış plana müvafiq olaraq ətrafda toplaşmış ən azı 20 nəfərin qarşısında yumruq-təpik zərbələri ilə Nümayəndə1 döyərək sonuncuya yuxarı və aşağı ətraflarda sıyrıqlar, hər iki diz qapağında, sifət, göz və bədənin digər nahiyəsində çoxsaylı əzilmiş yaralar kimi sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarətlər yetirərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və silah qismində istifadə edilən əşyalardan istifadə olunmaqla zərərçəkmiş şəxsin üzərində zor tətbiq olunması, özgənin əmlakının məhv edilməsi və zədələnməsi, o cümlədən zərərçəkmiş şəxs Nümayəndə1 məxsus 110 manat dəyərində “Samsung Galaxy A51” markalı mobil telefon cihazının istifadəyə tamamilə yararsız və təmir-bərpası mümkün olmayan vəziyyətə salınmaqla məhv olunması, Nümayəndə1 xidməti istifadəsində olmaqla zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat idarəsinin mülkiyyətində olan “LADA 21230 Travel” markalı **-PZ-*** dövlət nömrə nişanlı avtomobilin 407 manat dəyərində təmir-bərpa xərcləri tələb edilən səviyyədə zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 29,120.2.2, 29,120.2.4, 221.3 və 228.4-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə təqsirliliyi ilə bağlı əvvəl heç bir münasibət bildirməmiş, sonradan isə təqsirli olmasını bildirib əvvəl işin mahiyyəti üzrə ifadə verməmiş, sonra dəfələrlə ifadə verməsi təklif olunsa da, işin mahiyyəti üzrə ətraflı ifadə verməmiş, sualları cavablandırmamış, daha sonra isə törədilmiş cinayətdə özünü təqsirli bilib, göstərilən bütün cinayətləri özü tərətdiyini, Nümayəndə1 bıçaqla vurduğunu bildirib üzrə ətraflı ifadə verməkdən və sualları cavablandırmaqdan imtina etmişdir. Məhkəmənin sonrakı mərhələsində Təqsirləndirilən şəxs1 əlavə verdiyi ifadəsində göstərmişdir ki, digər təqsirləndirilən şəxslər Fərhad atası, Səlim qardaşıdır. Zərərçəkmiş şəxs Nümayəndə1 tanımışdır. Daşqın ekologiya idarəsində işə düzəltmək üçün onlardan pul almış, sonra neçə aylar keçməsinə baxmayaraq işi düzəldə bilməmiş, aldığı pulu da qaytarmamışdır. Daşqın ilə arasında söhbət olmuş, sözləri düz gəlməyib, o da üzərində olan cib bıçağı ilə Daşqını vurmuşdur. Daşqına neçə dəfə bıçaq vurmasını xatırlamır. Cib bıçağı onda olmuş və hadisəni o, törətmişdir. Daşqın işə düzəltmək məqsədi ilə onlardan 5000 manat pul almış, aradan 2-3 ay keçsə də, nəticə olmamış, sonra pulu qaytarmayıb problem yaratmışdır. Daşqın aldığı puldan 2000 manatı qaytarmış, qalan pulları verməmiş və bu səbəbdən aralarında mübahisə yaranmışdır. O, hadisə ilə bağlı sözünü istintaqda demiş, izahat vermiş və əlavə danışmağına ehtiyyac görmür. Bir daha bildirir ki, Daşqını o, vurmuş, bıçaq onda olmuş, istintaqda bununla bağlı izahat vermiş, əlavə nəsə araşdırmağa ehtiyac olmadığını və başqa nəsə danışmaq istəmədiyinin bildirir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.1-ci maddəsinə əsasən (təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı elan edilmiş ittihamın mahiyyəti üzrə ifadə verməkdən imtina etdikdə) Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələrində göstərmişdir ki, o, Ağcabədi rayonunun Xocavənd kəndində qeydiyyatda olmaqla yaşamış, heç bir yerdə işləməmiş, lakin atası Fərhadla birlikdə fərdi qaydada malyar işləri görməklə məşğul olmuşdur. Zərərçəkmiş şəxs Nümayəndə1 əvvəllər tanımamışdır. Qardaşı Səlim işsiz olduğundan qayınatası Kamran 2023-cü ilin dekabr ayında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsində işləyən Daşqın adlı tanışının müəyyən miqdarda pul müqabilində həmin idarəyə işə götürülməsini təmin edə biləcəyini demişdir. Sonra bu işlə bağlı Səlim Daşqınla görüşüb ona 1.000 manat vermiş, Daşqın da Səlimi həmin idarədə hər hansı bir işlə təmin edə biləcəyini demişdir. Səlim sonradan bununla bağlı dostları Elgiz və İsmayıla danışmış və onlar da işə düzəlmək üçün Səlimin vasitəsilə Daşqınla görüşüb hər biri 2.000 manat olmaqla Daşqına 5.000 manat pul vermişlər. Onlar Daşqının onları aldadıb pulları ələ keçirməsini bilməmişlər, elə başa düşmüşlər ki, Daşqın həqiqətən də onların işə düzəlməsində köməklik edəcəkdir. O, son bir ildə o, atası Fərhadla birgə Rusiyada yaşamış, 2024-cü ilin yanvar ayında Səlimin toy mərasimində iştirak etməkdən ötrü Ağcabədiyə qayıtmışlar. Səlimin və onun tanışlarının işə düzəlmələri üçün Daşqına pul verdiklərini də Rusiyadan qayıtdıqdan sonra öyrənmişdir. İşlə bağlı Səlim tez-tez Daşqına zəng edib maraqlanmış, lakin Daşqın hər dəfə müxtəlif bəhanələr gətirərək vaxtı uzatmağa çalışmışdır. Bundan sonra onlar başa düşmüşlər ki, Daşqın Səlimi və digərlərini aldadıb pullarını ələ keçirmişdir. Səlim Daşqınla telefonla danışarkən ondan həm özünün, həm də Elgiz və İsmayılın birgə verdikləri 5.000 manat pulu qaytarmasını tələb etmişdir. 2024-cü ilin mart ayında, “Novruz bayramı”ndan əvvəl Səlim Daşqınla danışanda Daşqın yenə də onların işlərinin artıq tam hazır olduğunu, 27 mart 2024-cü il tarixdə işə başlayacaqlarını bildirmişdir. Lakin bunun da yalan olduğunu bildiklərindən onlar 24 mart 2024-cü il tarixdə Daşqınla Xocavənd kəndində yerləşən “Baba” kafedə görüşmüş, görüşdə özü, Səlim, Elgiz və İsmayıl iştirak etmişlər. Onlar Daşqından 5.000 manatı qaytarmasını tələb etmiş, Daşqın da 29 mart 2024-cü il tarixdə pulu tam olaraq geri qaytaracağına söz vermişdir. 29 mart 2024-cü il tarixdə Səlim Daşqına zəng etmiş, Daşqın isə yenə də müxtəlif bəhanələr gətirərək pulu qısa müddətdə qaytaracağını demişdir. Həmin gün axşam saatlarında onlar, yəni özü, Səlim, Elgiz, İsmayıl Xocavənd kəndində olan “Baba” kafedə yenidən Daşqınla görüşmüşlər. Daşqın onların pulunu düzəldə bilmədiyini deyib 31 mart 2024-cü il tarixdə qaytaracağına söz vermişdir. 31 mart 2024-cü il tarixdə Səlim Daşqınla danışdıqda Daşqın Şuşada olduğunu, oradan gecə Ağcabədi rayonuna qayıdıb gələcəyini və pulu da verəcəyini demişdir. Həmin gecə, yəni 01 aprel 2024-cü il tarixdə, saat 01 radələrində Daşqınla əlaqə saxladıqda yenə müxtəlif bəhanələr gətirərək səhər saatlarında pulu qaytaracağını demişdir. 01 aprel 2024-cü il tarixdə, səhər saatlarında Səlim Daşqınla əlaqə saxladıqda Daşqın yenidən müxtəlif bəhanələr gətirib onların pullarını qaytarmamışdır. Həmin gün saat 18 radələrində isə Səlimin qayınatası Kamran Xocavənd kəndinə gəlmiş və yolun kənarında onlarla görüşüb Daşqından 2.000 manat aldığını deyib həmin pulu onlara təqdim etmişdir. Bundan sonra pulun qalan hissəsini də qaytarması üçün Daşqınla əlaqə saxlamışlar və Daşqın yenə də müxtəlif bəhanələr gətirərək qalan pulu axşamüstü qaytaracağını bildirmişdir. Daşqınla apardıqları bütün danışıqlardan və Daşqının onları aldatmasından atası Fərhadın da məlumatı olmuşdur. Həmin gün saat 21 radələrində Səlim, Elgiz və İsmayılla birlikdə yaşadığı kənddə küçədə durarkən Səlim Daşqına zəng edib pulu istədikdə Daşqın telefonda Səlimlə mübahisə edib nalayiq söyüşlərlə onu təhqir etmişdir. Həmin vaxt atası Fərhad da onların yanında olmuşdur. Bundan sonra atası Fərhad Kamrana zəng edib danışıb Daşqının pulu qaytarmadığını bildirmişdir. Həmçinin atası Fərhad Kamrana məzəmmət edib Daşqını onlarla onun tanış etdiyini, buna görə məsələni həll etməsini, əks halda Daşqının yaşadığı evə gedib məsələni başqa yollarla həll edəcəklərini bildirmişdir. Kamran da Daşqının pulun qalan hissəsini verməkdən yayındığını, Səlimdən alınan pulun qaytarıldığını, digər şəxslərin məsələsinə aidiyyətinin olmadığını demişdir. Bundan sonra beşi birgə, yəni özü, atası Fərhad, qardaşı Səlim, tanışları Elgiz və İsmayıl götür-qoy etdikdən sonra birlikdə Daşqının yaşadığı ünvana getməyi, onun onları aldatmasının, onlardan aldığı pulu tam həcmdə qaytarmamasının səbəblərini öyrənməyi və pullarını tam həcmdə geri almağı qərara almışlar. Lakin o, uzun müddətdir nevroloji xəstəlikdən əziyyət çəkdiyindən Daşqının qeyd edilən hərəkətləri, telefon danışığı zamanı qardaşı Səlimin ünvanına ağır söyüşlər ifadə etməsi onu qıcıqlandırmış və həmin əməllərinə görə Daşqını cəzalandırmaq istəmişdir. Buna görə də əvvəlcə yaşadığı evə gedib yatağının altında saxladığı özünə məxsus açılıb-qatlanan tipli cib bıçağını götürmüşdür. Digərləri, yəni atası Fərhad, qardaşı Səlim, habelə Elgiz və İsmayıl onun üzərində bıçaq götürdüyünü, Daşqını bıçaqlamaq niyyətində olduğunu bilməmişlər. Onlara sadəcə evə girib-çıxacağını demiş, evə bıçaq götürmək üçün getdiyini deməmişdir. Bıçağı götürdükdən sonra şalvarının sağ tərəfindən kəmərinə keçirmiş və əynində olan koftanı şalvarının üstünə salıb bıçağı gizlətmişdir. Bıçağı hadisədən təxminən 5-6 ay əvvəl Rusiyanın İvanov vilayətində marketdən almış və Azərbaycana gələrkən təyyarənin baqajına verdiyi çamadanında ölkəyə keçirmişdir. Daşqının üzərinə gedərkən bıçaq götürməkdə məqsədi onun artıq-əskik hərəkətlər edəcəyi və pullarını qaytarmayacağı halda onu bıçaqlayaraq cəzalandırmaq olmuşdur. Bundan sonra özü, atası Fərhad, qardaşı Səlim, tanışları İsmayıl və Elgiz sonuncuya məxsus “VAZ- 21063” markalı maşınla Daşqının yaşadığı Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində məcburi köçkünlər üçün inşa edilmiş 556 saylı qəsəbəyə getmiş, saat 22 radələrində Daşqının yaşadığı binanın qarşısına çatmışlar. Bu vaxt Daşqının istifadəsində olan “Lada Niva” markalı maşının qəsəbədə, Daşqının yaşadığı binanın qarşısında parklandığını və Daşqının da maşının içərisində olduğunu görmüşlər. Onlar maşına yaxınlaşıb Daşqına maşından düşməsini demişlər. Daşqın isə onların gəldiyini görüb maşının qapılarını bağlamış, maşından düşməmişdir. Onlar Daşqına yaxınlaşıb təkidlə maşından düşməsini demiş, lakin Daşqın onların ünvanına nalayiq söyüşlər ünvanlayıb qıcıqlandırıcı ifadələr işlətmişdir. Buna görə də o, özünü saxlaya bilməyib maşının sürücü qapısının şüşəsini yumruqları ilə vuraraq sındırmağa çalışmışdır. Həmin vaxt atası Fərhad da sürücü qapısının şüşəsinə əlləri ilə vurmuşdur. Səlim isə kapotun üstünə çıxıb maşının ön alın şüşəsinə təpik zərbələri endirib sındırmağa çalışmışdır. Onların məqsədi Daşqını maşından bayıra çıxmağa məcbur etmək olmuş, Daşqın isə heç bir halda bayıra çıxmaq istəməmişdir. Hər üçü maşının şüşələrini sındırmağa çalışarkən Elgiz və İsmayıl kənarda dayanıb onlara baxmışlar və həmin şəxslərin maşına zərbə endirdiklərini görməmişdir. Həmin vaxt Daşqın mobil telefonla DİN-in “102” xidmətinə zəng etməyə çalışdığına görə atası Fərhad yerdən götürdüyü daşla sürücü qapısının şüşəsinə zərbə endirərək şüşəni sındırmış, sonra atası Fərhad Daşqının əlindən mobil telefonu alıb asfalta çırpıb sındırmışdır. Özü isə şalvarının kəmərinə keçirdiyi bıçağı çıxarıb oturacaqda əyləşmiş vəziyyətdə olan Daşqının bədəninə ön tərəfdən ən azı iki dəfə vurmuşdur. Onun bıçaqla zərbələr yetirməsindən sonra Daşqın maşının içərisində yerini dəyişib qabaq sərnişin oturacağına keçib qaçmağa çalışmışdır. Daşqın qabaq sərnişin oturacağına keçdikdən sonra özü və atası Fərhad maşının digər tərəfinə fırlanıb qabaq sərnişin qapısını açıb Daşqını tutub maşından bayıra çıxarmışlar. Daşqını maşından çıxaranda sifət nahiyəsinə yumruqları ilə ən azı 2 dəfə vurmuşdur. Sonra atası Fərhad və qardaşı Səlim yumruqları, təpikləri ilə Daşqını vurmağa başlamışlar. Həmin vaxt özü onların arasına girərək sağ əlində saxladığı bıçaqla Daşqının bədəninin müxtəlif nahiyələrinə dayanmadan çoxsaylı zərbələr endirmişdir. Atası Fərhad və qardaşı Səlim isə Daşqının bədəninin müxtəlif nahiyələrinə yumruq və təpik zərbələri endirməyə davam etmişlər. Daşqın onların əlindən çıxıb maşının arxa tərəfinə keçib orada olan digər maşının yanında dayanmışdır. O, Daşqının arxasınca gedib onu yaxalamış, əlində saxladığı bıçaqla ona zərbələr endirməyə davam etmişdir. O, zərbələri Daşqına nizamsız endirmiş, həmin zərbələrin onun bədəninin hansı nahiyələrinə dəyməsinə fikir verməyərək ardıcıl və dayanmadan vurmağa davam etmişdir. Həmin vaxt özündən çıxmış, nə etdiyini bilməmiş, Daşqına dayanmadan nizamsız zərbələr endirmişdir. Elgiz və İsmayıl yenə də gəldikləri maşının yanında dayanıb hadisəni seyr etmişlər. Onların nə Daşqının maşınına zərbələr endirdiyini, nə də Daşqına xəsarət yetirdiyini görməmişdir. Həmin vaxt yaranmış səs-küyə görə qəsəbənin sakinləri onların ətrafına toplaşmış və 20-dən artıq adam dayanıb onlara baxmışdır. Atası Fərhad və orada olan şəxslər onun əlində bıçağın olduğunu və bıçaqdan istifadə etdiyini görəndə onu tutub saxlamışlar. Həmçinin ətrafda toplaşmış sakinlər də onu və Daşqını tutaraq onları ayırmışlar. Elgiz və İsmayıl da onun bıçaqdan istifadə etdiyini görəndə üzərinə gəlib onu arxadan tutmuş və uzaqlaşdırmışlar. Buna görə də Daşqına əlavə zərbələr endirə bilməmişdir. Atası Fərhad və qardaşı Səlim onun Daşqını bıçaqlamaq niyyətimi əvvəlcədən bilməmişlər, Daşqının evinə gedərkən də belə razılaşmaları olmamışdır. Onların razılaşması Daşqınla üzbəüz danışıb ondan hərəkətlərinə görə açıqlama tələb etmək və pullarını geriyə almaq olmuşdur. Daşqını bıçaqlamağa təkbaşına qərar vermiş, hadisənin baş verdiyi vaxtadək bu niyyətini digərlərinə deməmişdir. Buna görə atası Fərhad və digərləri onun Daşqını bıçaqladığını görəndə ona mane olmağa çalışmış, ətrafda toplaşmış sakinlərlə birlikdə onu Daşqından ayırmışlar. Birlikdə hərəkət etdiyi şəxslərdən yalnız özünün üzərində bıçaq olmuş, atası Fərhad və qardaşı Səlim isə Daşqını yumruq və təpik zərbələri ilə döymüş, hər hansı əşyadan istifadə etməmişlər, yalnız atası Fərhad maşının sürücü qapısının şüşəsini sındırmaqdan ötrü həmin vaxt yerdən götürdüyü daşdan istifadə etmişdir. Onların Daşqınla münaqişələri təxminən 25-30 dəqiqə davam etmişdir. Həmin müddətdə qəsəbənin sakinlərinin əksəriyyəti səs-küyə görə balkona çıxmış, aşağı enmiş, münaqişənin şahidi olmuşlar. Daha sonra gəldikləri maşınla Xocavənd kəndinə qayıtmışlar. Atası Fərhad yaşadıqları evə, İsmayıl və Elgiz isə öz evlərinə getmişlər. O, qardaşı Səlimlə birlikdə kənd ərazisində gəzişməyə başlamışlar və həmin vaxt üzərində olan Daşqını vuraraq xəsarətlər yetirdiyi bıçağı yolun kənarında olan bir ağacın altında gizlətmişdir. Bir qədər sonra kəndin ərazisində olan zaman polis əməkdaşları onlara yaxınlaşıb saxlamış, sonra onları Ağcabədi RPŞ-nə aparmışlar. O, polis əməkdaşlarına hadisənin baş verdiyi yeri və sonra bıçağı gizlətdiyi yeri göstərmiş və həmin bıçaq polis əməkdaşları tərəfindən götürülmüşdür. Həmin hadisəni törədərkən Daşqını öldürmək niyyəti olmamış, bunu planlaşdırmamışdır. Onlar Daşqının yaşadığı qəsəbəyə gedəndə Daşqın onların ünvanına nalayiq söyüşlər, qıcıqlandırıcı ifadələr işlətdiyindən o, özündən çıxaraq Daşqına bıçaqla zərbələr endirmiş, həmin vaxt özündə olmamış, hərəkətlərini idarə edə bilməmişdir. Daşqına neçə dəfə bıçaq zərbəsi endirdiyini bilməmiş, 2-3 bıçaq vurduğunu zənn etmişdir. Daşqına 14 bıçaq zərbəsi endirdiyi rayon polis şöbəsində izahat verərkən ona məlum olmuşdur. O, hadisə zamanı həddindən artıq əsəbiləşdiyindən Daşıqının xəsarətlərin təsirindən ölə biləcəyini düşünməmiş, sadəcə onu cəzalandırmağı düşünmüş və həmin niyyətlə ona çoxsaylı xəsarətlər yetirmişdir. Daşqına xəsarətləri də nizamsız endirmiş və harasına gəldi vurmuşdur. Zərbələrin nəticəsində Daşqın ölə biləcəyini dərk etmiş, lakin onu öldürmək niyyəti olmamışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, o, evlidir, himayəsində bir azyaşlı uşağı vardır və ailəsi ilə birlikdə Ağcabədi rayonunun Xocavənd kəndində yaşayır, heç bir yerdə işləmir. Digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 atası, Təqsirləndirilən şəxs1 isə qardaşıdır. Zərərçəkmiş şəxs Nümayəndə1 əvvəllər tanımamış, hadisədən bir müddət əvvəl qayınatası Kamranın vasitəsilə tanımışdır. Nümayəndə1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsində sürücü işlədiyini bildirib onu 1000 manata işə düzəldəcəyini demişdir. Sonra o, 1000 manat pul tapıb Daşqına vermişdir. Həmçinin tanışları Elgiz və İsmayıl da işə düzəlmələri üçün Daşqına hərəsi 2000 manat pul vermişlər. Daşqın onu və digər şəxsləri 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinə işə düzəldəcəyinə söz versə də, uzun müddət keçməsinə baxmayaraq Daşqın verdiyi sözü yerinə yetirməmiş və onlar Daşqından verdikləri pulu geri tələb etmişlər. Bundan sonra o, Elgiz və İsmayılın işə düzəlmək məqsədi ilə Daşqına verdikləri 5000 manat puldan Daşqın 2000 manat pulu qayınatası Kamranın vasitəsilə onlara qaytarmış, pulun qalan 3000 manatını isə Daşqın qaytarmamışdır. 01 aprel 2024-cü il tarixdə, axşam saatlarında bu məsələ ilə bağlı qardaşı Vüsal Daşqınla telefonda danışarkən Daşqın qardaşı Vüsalı təhqir etmiş və telefonda sözlə mübahisələri olmuşdur. Həmin günü gecə saat 22 radələrində o, atası Fərhad, qardaşı Vüsal, tanışları Elgiz və İsmayıl ilə birlikdə Daşqının yaşadığı qəsəbəyə Elgizin maşını ilə getmişlər ki, Daşqınla görüşüb söhbət edib pulu ondan alsınlar. Qəsəbəyə çatanda Daşqının “Niva” markalı maşının içərisində olduğunu görüb ona yaxınlaşıb maşından yerə düşüb söhbət etmək istədiklərini bildirsələr də, Daşqın maşının içərisindən çölə çıxmamış, qapıları bağlamış və onların ünvanına «ana söyüşü vermiş», bundan sonra o, maşının kapotunun üzərinə çıxıb maşının ön şüşəsini təpiklə vurub sındırıb Daşqını çölə çıxartmış və dava başlamışdır. Həmin vaxt hava qaranlıq olduğu üçün sonradan olanları yaxşı görməmişdir. Dava vaxtı qardaşı Vüsal ona Daşqına 3-4 bıçaq zərbəsi vurduğunu demiş, lakin o, qardaşının Daşqını bıçaqla vurduğunu görməmiş, lakin Elgiz və İsmayıl da bıçaq zərbələri ilə Daşqına vurmuşlar. Hadisə yeri qaranlıq olduğu üçün Vüsalın əlində bıçaq olmasını, Vüsalın bıçaqla Daşqını vurmasını görməmişəm. Hadisə yerində kənar heç kim olmamış və dava zamanı onları kimsə ayırmamışdır. Dava zamanı onun əlində daş və bıçaq olmamış, qardaşı Vüsalın və atası Fərhadın əlində daş və bıçaq görməmişdir. Hadisə yeri qaranlıq olduğundan o, hadisənin necə baş verməsini tam görə bilməmişdir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələrində göstərmişdir ki, 2023-cü ilin dekabr ayında qayınatası Şahid6 ona Daşqın adlı tanışı olduğunu və həmin şəxsin onu 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinə işə düzəldə biləcəyini demişdir. Sonra o, Daşqın adlı şəxslə görüşmüş və Daşqın ona işlədiyi idarədə işə düzəldəcəyini və bu işə görə ondan 1.000 manat pul alacağını demiş, o da razılaşıb Daşqına 1000 manat pul vermişdir. 2023-cü ilin dekabr ayında həmkərndliləri Elgizə və İsmayıla Daşqının müəyyən qədər pulun müqabilində iş düzəldə bilcəyini demiş, bundan sonra Elgiz və İsmayıl Daşqınla görüşüb danışmış və işə düzəlmələrinə görə hər biri 2000 manat pulu Daşqına vermişlər. 2024-cü ilin yanvar ayında Daşqından işlə bağlı maraqlandıqda bir həftəyə işin həll olunacağını, üçünün də idarədə işə götürüləcəklərini bildirmişdir. Daşqın qısa müddətdə onların işə qəbulu məsələsinin həll olunacağını desə də, uzun müddət onların işə qəbul məsələsi həll olunmamışdır. Bundan sonra o, dəfələrlə Daşqınla danışmış, lakin Daşqın hər dəfə müxtəlif bəhanələr edib vaxtı uzatmışdır. 2024cü ilin mart ayında onlar Daşqının onları aldadıb pullarını ələ keçirdiyini başa düşmüş və Daşqından verdikləri 5000 manat pulu geri tələb etmişlər. 24 mart 2024-cü il tarixdə üçü də 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinə gedib Daşqınla görüşüb işə qəbuldan imtina etdiklərini deyib verdikləri 5.000 manatı qaytarmasını tələb etmişlər. Onlar 26 mart 2024-cü il tarixdə, axşam saatlarında Daşqınla Xocavənd kəndində görüşüb ondan 5.000 manatı qaytarmasını tələb etmişlər, Daşqın da onların pulunu qaytaracağını demişdir. Həmin görüşdə qardaşı Vüsal da iştirak etmişdir. Sonrakı günlərdə o, Daşqınla əlaqə saxlayıb pulu qaytarmasını demiş, Daşqın da mart ayının 29-da onlardan aldığı 5.000 manatı qaytaracağına söz vermişdir. 29 mart 2024-cü il tarixdə Daşqınla yenidən zəngləşib görüşmüşlər. Görüşdə özü, Elgiz, İsmayıl, Daşqın və qardaşı Vüsal olmuş, sonra qayınatası Kamran da onların yanına getmişdir. Kamran onların işlərinin hansı mərhələdə olduğunu Daşqından soruşmuş, həmin vaxt o, Daşqından əvvəl danışmağa başlayıb artıq işə qəbul olmaq istəmədiklərini, Daşqının aldığı pulları tələb etdiklərini bildirmişdir. Daşqın mart ayının 30-da axşam saatlarında 3.000 manat, bir həftə sonra isə 2.000 manat düzəldə biləcəyini bildirmişdir. Onlar isə Daşqınla razılaşmayıb 31 mart 2024-cü il tarixdə 5.000 manatı tam həcmdə qaytarmasını bildirmişlər. Daşqın da onlarla razılaşmış və həmin tarixdə Kamranla görüşərək pulları tam həcmdə sonuncuya qaytaracağına söz vermişdir. 31 mart 2024-cü il tarixdə Daşqından xəbər olmamış, pulu qaytarmamışdır. Aprel ayının 1-nə keçən gecə Daşqına zəng edib ondan nə üçün sözündə durmadığını və pulları nə vaxt qaytaracağını soruşmuş, Daşqın yenə də müxtəlif bəhanələr gətirib saat 11də pulu qaytaracağını bildirmişdir. 01 aprel 2024-cü il tarixdə, saat 10 radələrində yenə Daşqına zəng etmiş, Daşqın 1-2 saat da gözləmələrini bildirmiş, o isə artıq gözləyə bilmədiklərini və pullarını dərhal qaytarmasını demiş, Daşqınla telefonda həmin məzmunda mübahisələri olmuşdur. Daşqın da saat 17-də pulu qaytaracağını, həmçinin hədə-qorxu gəldiyi üçün onun barəsində polis orqanlarına şikayət edəcəyini bildirmişdir. Saat 16 radələrində Kamran ona zəng edib Daşqının 2.000 manatı qaytardığını demiş, həmçinin özünə çatan pulu götürüb kənarda dayanmasını, Elgiz və İsmayılın məsələsinə qarışmamasını məsləhət görmüş, o isə bununla razılaşmamış, İsmayılı və Elgizi Daşqınla özünün tanış etdiyini, buna görə kənarda dayana bilməyəcəyini demişdir. Saat 18 radələrində Kamran Xocavənd kəndinə gəlib onunla görüşüb 2.000 manat pulu ona vermişdir. Kamran ona özünün 1.000 manatını götürüb qalan 1.000 manatı da özündə saxlamasını, Daşqından 3.000 manatı da aldıqdan sonra Elgiz və İsmayılın pullarını qaytarmasını bildirmişdir. Həmin vaxt Kamran Daşqının qalan 3.000 manatı da saat 20-dək qaytaracağına söz verdiyini demişdir. O isə Daşqının pulu tam qaytarmasından sonra hər kəsin özünə çatan pulu götürəcəyini, tam həcmdə alanadək pulu bölüşdürməyəcəklərini demişdir. Buna görə Kamrandan ayrıldıqdan sonra Elgiz və İsmayılla görüşmüş, onların yanında 2.000 manatı sayaraq saxlaması üçün Elgizə vermişdir. Həmin gün axşam saatlarında Daşqına yenidən zəng edib 2.000 manatı aldığını bildirib qalan 3.000 manatı nə vaxt verəcəyini soruşmuş, Daşqın da səbirli olmasını, bir az sonra qalan pulu da qaytaracağını bildirmişdir. Saat 20 radələrində Daşqın ona zəng edib bank kartı nömrəsi göndərməsini istəmiş və qalan pulu 30 dəqiqə sonra kartdan karta köçürəcəyini bildirmişdir. O da Daşqına bank kartının nömrəsini vermişdir. Bundan sonra dəfələrlə bankomata gedib karta pulun köçürülüb-köçürülmədiyini yoxlamış və Daşqının 3.000 manatı köçürmədiyini görmüşlər. Sonra Daşqına zəng etdikdə 5-10 dəqiqə də səbirli olmalarını, karta pulu köçürəcək adamın terminaldan uzaq yerdə yaşadığını və bunun kimi sair bəhanələr gətirmişdir. Bundan 1 saat sonra bir daha bankomatdan yoxladıqda pulun hələ də karta köçürülmədiyini görmüş, bundan sonra Daşqına nə qədər zəng etsə də, telefonlarına cavab verməmişdir. Həmin gün saat 22 radələrində Daşqın ona zəng etmiş və dəfələrlə zəng etdiyinə görə ona acıqlanmışdır. O, Daşqından harada olduğunu soruşmuş, üzbəüz danışmaq istədiklərini bildirmiş, lakin Daşqın olduğu yeri deməmiş, əksinə onunla qıcıqlandırıcı tərzdə, söyüşlər işlədərək danışmış, ona “sənin ağzını-üzünü belə-belə edərəm, sən kimsən, özünü nə hesab edirsən” sözlərini demişdir. Həmin vaxt Xocavənd kəndində yerləşən kafenin qarşısında olmuşlar və bütün söhbətləri qardaşı Vüsal, atası Fərhad, həmçinin Elgiz və İsmayıl ilə birlikdə olmuşdur. O, Daşqının ona dediyi sözləri sadəcə Vüsala danışmış, Daşqının onu söydüyünü bildirmişdir. Bundan sonra beşi, yəni özü, atası Fərhad, qardaşı Vüsal, tanışları Elgiz və İsmayıl birlikdə Daşqının yaşadığı evə gedib ondan onları nə üçün aldatdığının və aldığı pulları tam həcmdə qaytarmamasının səbəblərini öyrənməyi və pullarını tam həcmdə almağı qərara almışlar. Buna görə onlar Elgizin “VAZ-21063” markalı maşını ilə Daşqının yaşadığı ünvana, yəni Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində məcburi köçkünlər üçün inşa edilmiş 556 saylı qəsəbəyə getmişlər. Həmin vaxt Vüsalın üzərində bıçaq olduğunu bilməmişdir. Qəsəbəyə çatanda Daşqının istifadəsində olan “Lada Niva” markalı maşının yaşadığı binanın qarşısında olduğunu, Daşqının da maşının içərisində əyləşdiyini görmüşlər. Elgiz Daşqının maşınından bir qədər irəliyə keçib maşını saxlamış və beşi də maşından düşmüşlər. Daşqın onların gəldiyini görən kimi maşının qapılarını bağlayıb maşının içərisində oturmuşdur. Daşqına birinci Vüsalla özü yaxınlaşıb maşından çıxmasını demiş, Daşqın isə onlara “sizin var-yoxunuzu belə-belə edim, nəyə gəlmisiniz” ifadəsini işlətmişdir. Buna görə o da, Vüsal da özlərindən çıxmışlar. O, maşının kapotunun üzərinə çıxıb maşının ön alın şüşəsinə bir təpik zərbəsi endirib şüşəni sındırmışdır. Atası Fərhadla qardaşı Vüsal isə sürücü qapısının önündə dayanıb Daşqından qapıları açmasını tələb etmişlər. Üçü də, yəni özü, qardaşı Vüsal və atası Fərhad maşının şüşələrinə zərbələr endirmişlər. Lakin Daşqın heç bir halda maşından çıxmaq niyyətində olmamışdır. Buna görə də atası Fərhad yumruq zərbələri ilə, daha sonra yerdən götürdüyü daş parçasını maşının sol-qabaq qapının şüşəsinə vurmaqla şüşəni sındırmışdır. O da kapotun üstündən aşağı enmiş, bundan sonra Vüsal sürücü tərəfdən maşına yaxınlaşıb qapısını açmışdır. Vüsal qapını açanda Daşqın sağ sərnişin oturacağına keçib qaçmağa çalışmışdır. Daşqın oraya keçdikdən sonra qardaşı Vüsal və atası Fərhad maşının sağ-qabaq qapısını açıb Daşqını bayıra çıxarmış və onlar onu vurmağa başlamışlar. Həmin vaxt o da Daşqına yumruq və təpik zərbələri endirmişdir. Bir qədər sonra Daşqın onların əlindən çıxıb maşının arxa tərəfinə keçmiş, orada dayanan digər maşının yanında durmuşdur. Vüsalla birlikdə Daşqının arxasınca gedib onu tutub yumruq-təpik zərbələri endirməyə davam etmişlər. Elgiz və İsmayıl hadisə yerində olmalarına baxmayaraq onlara yaxınlaşmamışlar. Elgiz və İsmayıl sadəcə olaraq Daşqından pullarını almaq üçün oraya gəlmişlər. Daşqının telefon danışığı zamanı onu söyüşlərlə təhqir etdiyini yalnız Vüsala demiş, digərlərinə danışmamışdır. Üçü də Daşqını döyərkən Vüsalda bıçaq olduğunu və Daşqını bıçaqladığını bilməmiş və Vüsalın Daşqına yumruq vurduğunu zənn etmişdir. Həmin vaxt qaranlıq olduğundan Vüsalın əlində bıçaq olduğunu görməmişdir. Sonra Daşqın hüşunu itirib yerə yıxılanda Vüsalın əlində bıçaq olduğunu görmüş, buna görə Vüsalı tutub əlavə zərbələr vurmasının qarşısını alıb bıçağa ehtiyac olmadığını demişdir. Həmin vaxt yaranmış səs-küyə görə qəsəbənin sakinləri onların ətrafına toplaşıb baş vermiş hadisəyə kənardan baxmışlar. Vüsal zərbələr endirməyə davam edərkən atası Fərhad və orada olan başqa şəxslər Vüsalı və Daşqını tutub bir-birindən ayrımışlar. O, Vüsalın Daşqını bıçaqlamaq niyyətini əvvəlcədən bilməmiş, aralarında belə razılaşma olmamışdır. Vüsal Daşqını bıçaqlamağa təkbaşına qərar vermiş və hadisənin baş verdiyi vaxtadək də həmin niyyətini onlara deməmişdir. Buna görə özü və atası Fərhad, habelə kənarda duraraq hadisəni seyr edən Elgiz və X7 bıçaqladığını görəndə buna mane olmağa çalışmış və ətrafda olan sakinlərlə birlikdə onları ayırmışlar. Onların Daşqınla münaqişələri təxminən 25-30 dəqiqə davam etmişdir. Həmin müddətdə qəsəbənin sakinlərinin əksəriyyəti səsküyə balkonlara çıxmış, aşağı enmiş və münaqişən şahidi olmuşlar. Üçü Daşqını döyərkən Elgizlə İsmayıl yenə də gəldikləri maşının yanında dayanaraq hadisəni seyr etmişlər. Onların Daşqının maşınına zərbələr endirdiyini və Daşqına xəsarət yetirdiyini görməmişdir. Bundan sonra beşi də gəldikləri maşınla yaşadıqları Xocavənd kəndinə qayıtmışlar. Atası Fərhad yaşadıqları evə, İsmayılla Elgiz öz evlərinə getmişlər. O, Vüsalla kənd ərazisində gəzişməyə başlamış, bu zaman Vüsal üzərində olan Daşqını vuraraq xəsarət yetirdiyi bıçağı yolun kənarında olan ağacın altında gizlətmişdir. Bir qədər sonra polis əməkdaşları onlara yaxınlaşıb onu və Vüsalı saxlayıb Ağcabədi RPŞ-nə aparmışlar. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, o, evlidir və ailə üzvləri ilə birlikdə Ağcabədi rayonunun Xocavənd kəndində qeydiyyatda olmaqla yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, təsərrüfat işləri ilə mşğul olur. Digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 övladlarıdır. Zərərçəkmiş şəxs Nümayəndə1 hadisədən iki ay əvvəl tanımış və münasibətləri normal olmamışdır. Hələ o, oğlu Vüsalla birlikdə Rusiyada olarkən ona deyilmişdir ki, oğlu Səlim harasa işə düzəlmək istəyir, o da Rusiyadan qayıdandan və Səlimin toyunu tdikdən sonra onun işə düzəldilməsi məsələsinə baxacağını demişdir. Sonra ona məlum oldu ki, oğlu Səlimin işə düzəlməsi üçün Daşqına pul verilib. Səlimin qayınatası Kamran Səlimə deyib ki, ekologiyada iş var, işə düzələndən sonra hər ay 500- 600 manat əmək haqqı alacaqdır. Daha sonra Kamran Səlimi ekologiyada sürücü işləyən Daşqınla tanış edib. Daşqın Səlimə 1000 manat müqabilində onu 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinə işə düzəldiləcəyi demiş, Səlim də razılaşmışdır. Sonra Səlimin dostları Elgiz və İsmayıl da SƏlimin vasitəsilə Dahqınla tanış olub işlə bağlı onunla danışmış, Daşqın da onlara hər biri 2000 manat verəcəkləri təqdirdə onların işə düzəlmələrinə kömək edəcəyinə söz vermişdir. Bundan sonra Səlim və onun dostları işə düzəlmək adı ilə Daşqına ümumilikdə 5000 manat pul vermişlər. Sonradan isə uzun müddət keçməsinə baxmayaraq Daşqın onların işə düzəlməsi məsələsini həll edə bilməmiş, hər dəfə müxtəlif bəhanələr gətirərək, yalan vədlər verib Səlimi və onun dostlarını işə düzəldəcəyini desə də, onları aldatmışdır. Bundan sonra oğlu Səlim Daşqından verdiyi pulunn geri qaytarmasını tələb etməyə başlamış, dəfələrlə də telefon danışıb pulun qaytarılmasını demiş, Daşqın da hər dəfə bəhanələr gətirərək onları aldatmışdır. Hələ bu hadisədən bir az əvvəl Daşqın 2000 manat pulu Kamrana vermiş, Kamran da 2000 manat pulu gətirib Səlimə vermiş, Səlim də həmin 2000 maant pulu aparıb Elgizə vermişdir ki, Daşqında pulun qalan hissəsini də aldıqdan sonra pulları aralarında bölsünlər. Hadisədən bir gün əvvəl Səlim, Elgiz, İsmayıl və Daşqın çayxanada əyləşib söhbət edib ondan pullarını tələb etsələr də, Daşqın pulu qaytaracağını deyib bəhanələr gətirərək onları yenə də aldatmışdır. Sonra o, Daşqının evinə gedib ondan pulu almağı Elgizə demiş, Kamrana da demiş, lakin Kmaran gəlməmişdir. 01 aprel 2024-cü il tarixdə, saat 22 radələrində övladları Səlim və Vüsal, həmkəndliləri Elgiz və İsmayılla birlikdə Daşqının yaşadığı evə gedib pulun qalan hissəsini ondan almaq qərarına gələrək Elgizin maşını ilə Daşqının yaşadığı Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində yerləşən, məcburi köçkünlər üçün inşa olunmuş 556 saylı qəsəbəyə getmişlər. Daşqının yaşadığı binanın qarşısına çatdıq, Daşqının “Niva” markalı maşının içərisində olduğunu görüb ona yaxınlaşıb söhbət etmələri üçün maşından yerə düşməsini demiş, Daşqın isə əlindəki telefonla DİN-nin 102-i xəttinə zəng edib “sizin var yoxunuzu belə edəcəyəm” sözünü işlətmişdir. Bu söyüşədn sonra o, əlləri ilə vurub maşının şüşələrini sındırmağa başlamışdır. Həmin vaxt onun əlində daş olmamışdır. Daşqın maşının içərisindən çölə çıxarılandan sonra söyüşə görə iki dəfə təpiklə onu vurmuşdur. Dava zamanı o, Daşqına iki dəfə təpiklə vurmuşdur. Daşqın maşından çıxarılandan sonra, maşının digər tərəfinə keçib qaçmağa başlamış, həmin vaxt Şahid1 və Şahid2 hər ikisi Daşqını bıçaqlamağa başlamışlar. O, Elgizdə bıçaq görmüş, onlar (Elgiz və İsmayıl) Daşıqını bıçaqla vuranda da o, görmüşdür. Elgizin maşını ilə Daşqının yaşadığı qəsəbəyə gedəndə o, maşında Elgiz və İsmayılda bıçaq görmüş, onlarda iki ədəd bıçaq olmuşdur. Daşqını maşının içərisindən Elgiz və İsmayıl sürüyüb çöl-bayıra çıxarmış, sonra Elgiz və İsmayıl birlikdə Daşqını bıçaqlamışlar. Dava vaxtı Səlim və Vüsalın dava yerində nə etdiklərini, həmçinin onların Daşqını vurmaları görməmişdir. Oğlu Vüsalın hər hansı psixi xəstəliyi olmamış, məktəbə getmiş və idmanla da məşğul olmuşdur. Daşqın oğlu Səlimdən pul alandan sonra onu işə düzəldə bilmədiyi üçün onlar pulu geri istəmiş, həmin vaxt polisə şikayət edib pulu qaytarmaq fikri olsa da, bununla bağlı polisə şikayət etməmişdir. Bu hadisə bağlı tutulduqdan sonra polis şöbəsində polis əməkdaşları ona qarşı zorakılıq və təzyiqlər etdiyindən o, dava zamanı Səlim və Vüsalın da Daşqını vurmasını bildirmişdir, Əslində isə onların Daşqını vurmaları görməmişdir. Daşqını oğlu Vüsal yox, Elgiz və İsmayıl bıçaqlamışlar, onlardan məhz kimin Daşqını bıçaqla vurmasını isə görməmişdir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələrində göstərmişdir ki, o, Ağcabədi rayonunun Xocavənd kəndində ailə üzvləri ilə birgə yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir və fərdi əməklə məşğul olur. Bir müddət Rusiya Federasiyasında yaşamaqla fərdi qaydada malyar işləri görmüş, oğlu Vüsal da onun yanında köməkçi kimi işləmişdir. O, son bir ildə oğlu Vüsalla birlikdə Rusiyada yaşamış və 17 yanvar 2024-cü il tarixdə oğlu Səlimin toyu ilə bağlı Ağcabədi rayonuna qayıtmışlar. Daşqını hadisədən 2 ay əvvəl tanımış, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Oğlu Səlim heç bir yerdə işləməmiş və hər hansı bir işə düzəlmək istəmişdir. Səlimin qayınatasıKamran 2023-cü ilin dekabr ayında 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsində Daşqın adlı tanışının olduğunu və pul müqabilində həmin idarəyə işçi götürülməsini təmin etmək iqtidarında olduğunu demişdir. Daha sonra Səlim 2023-cü ilin dekabr ayında Daşqınla görüşmış və Daşqın 1.000 manat müqabilində Səlimi həmin idarədə işlə təmin edə biləcəyini demiş, Səlim də razılaşıb 1.000 manatı Daşqına vermişdir. Sonradan Səlim dostları Elgiz və İsmayıla işlə bağlı danışmış, onlar da işə düzəlmək müqabilində hər biri 2.000 manatdan olmaqla Daşqına pul vermişlər. Ümumilikdə Səlim, Elgiz, İsmayıl işə qəbul olunmaq müqabilində Daşqına 5.000 manat vermişlər. Həmin vaxt onlar Daşqının dələduzluq etdiyini, əslində isə 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsində sürücü işlədiyini və hər hansı şəxsi işə qəbul etmək imkanında olmadığını bilməmişlər. Daşqın yalandan özünü nüfuzlu, əli hər yerə çatan, iş görməyi bacaran şəxs kimi təqdim edib onların etibarını qazanmış, onlara qarşı dələduzluq edib pullarını ələ keçirmişdir. Səlimin və digərlərinin işə qəbul olunmaq müqabilində Daşqına pul verdiklərini Rusiyada olan zaman ona demişlər, lakin məsələnin tam təfərrüatı ilə gələndən sonra məlumatı olmuşdur. Pul veriləndən sonra Səlim tez-tez Daşqına zəng edib işin nəticəsi barədə maraqlanmış, Daşqın da hər dəfə müxtəlif bəhanələr gətirərək vaxtı uzatmışdır. Bundan sonra onlar Daşqının həqiqi niyyətini anlamış və Daşqının dələduzluq edib Səlimin və digərlərinin pullarını ələ keçirdiyini başa düşmüşlər. Buna görə Səlim telefon danışıqları zamanı Daşqından ümumilikdə aldığı 5.000 manatı qaytarmasını tələb etməyə başlamışdır. O da bununla bağlı hərdən Kamranla danışmış və bu işə özünün zamin durduğunu demişdir. Bundan sonra da Səlimgil Daşqınla danışıb pulu geri tələb etmişlər. Daşqın isə hər dəfə müxtəlif bəhanələr gətirərək onları aldatmışdır. Səlim, Vüsal, Elgiz və İsmayıl bir neçə dəfə də Daşqınla görüşüb pulu geri tələb etmiş, Daşqın yenə də müxtəlif vaxtlar deyərək onları aldatmışdır. Sonuncu dəfə Daşqın 01 aprel 2024cü il tarixdə pulu qaytaracağını demişdir. Həmin gün səhər saatlarında onlar Daşqınla əlaqə saxladıqda Daşqın yenə müxtəlif bəhanələr gətirmişdir. Daha sonra saat 18 radələrində Kamran Xocavənd kəndinə gəlib Vüsal, Səlim, Elgiz və İsmayılla görüşüb Daşqından 2.000 manat aldığını bildirib həmin pulu onlara vermişdir. Bundan sonra onlar Daşqınla telefonla danışmışlar və Daşqın yenə də müxtəlif bəhanələr gətirib pulun qalan hissəsini axşam saatlarında verəcəyini demişdir. Axşam saatlarında Daşqınla yenə əlaqə saxladıqda o, Səlimdən bank kartının nömrəsini göndərməsini istəmiş və qalan pulu birbaşa karta köçürəcəyini bildirmişdir. Növbəti bir neçə saat ərzində onlar bankomata gedib karta pulun köçürülüb-köçürülmədiyini yoxladıqda Daşqının pulu göndərmədiyini bilmişlər. Bundan sonra Daşqın onların telefon zənglərinə cavab verməmişdir. Həmin gün saat 22 radələrində Xocavənd kəndində olan kafedə Kamranla görüşüb ona Daşqının pulun qalan hissəsini qaytarmadığını demişlər. O, Kamrana onları Daşqınla özünün tanış etdiyini və buna görə məsələni özünün həll etməli olduğunu, əks halda Daşqının yaşadığı ünvana gedərək məsələni başqa yolla həll edəcəklərini demiş, Kamran da Daşqının müxtəlif bəhanələr gətirərək pulun qalan hissəsini verməkdən yayındığını, məsələyə aidiyyətinin olmadığını və heç nə edə bilməyəcəyini bildirmişdir. Daha sonra onlar kafedən çıxmışlar və Səlim Daşqına zəng etmiş və telefonda danışarkən Səlimin qışqıra-qışqıra danışdığını eşidib nə baş verdiyini soruşmuş, Səlim də Daşqının nalayiq söyüşlər işlətdiyini demişdir. Bundan sonra onlar, yəni özü, oğlanları Səlim və Vüsal, həmkəndliləri Elgiz və İsmayıl birlikdə Daşqının yaşadığı evə gedərək ondan pulun qalan hissəsini almaq qərarına gəlmişlər. Bu məqsədlə beşi də birlikdə Elgizin “VAZ-21063” markalı maşını ilə Daşqının yaşadığı Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində məcburi köçkünlər üçün inşa olunmuş 556 saylı qəsəbəyə getmişlər. Onların həmin qəsəbəyə getməkdə getməkdə məqsədi Daşqından pulları geri almaq olmuşdur. Saat 22 radələrində Daşqının yaşadığı binanın qarşısına çatmışlar və həmin vaxt Daşqına məxsus olan “Lada Niva” markalı maşının qəsəbədə, binanın qarşısında dayandığını, daşqının da maşının içərisində olduğunu görmüşlər. Beşi də Daşqına yaxınlaşmağa başlamış, birinci Səlimlə Vüsal yaxınlaşmışdır. Həmin vaxt Səlim və Vüsal bir anda özlərindən çıxmışlar və maşının şüşəsini yumruqlamağa başlamışlar, Səlim isə kapotun üstünə çıxıb maşının ön alın şüşəsinə təpik zərbələri endirməyə başlamışdır. Səlim və Vüsal Daşqının maşınına yaxınlaşan zaman Daşqın onlara var-yox söyüşü söydüyü üçün Səlim və Vüsal özlərindən çıxmışlar. Daha sonra o da maşına yaxınlaşıb Daşqından qapıları açmasını tələb etmiş, lakin Daşqın maşından düşmək niyyətində olmamışdır. Buna görə də o, Vüsalla birlikdə yumruqları ilə maşının sol-qabaq, yəni sürücü qapısının şüşəsinə zərbələr endirərək sındırmağa çalışmışdır. Həmin vaxt o, Daşqının mobil telefonunu çıxarıb DİN-in “102” xidmətinə zəng etməyə çalışdığını görüb yerdən götürdüyü daşdan istifadə edib, həmin daşla maşının sol-qabaq qapısının şüşəsinə çırpmaqla sındırmış, sonra həmin daşı təsadüfi bir istiqamətdə atmışdır. Bundan sonra Daşqının əlindən telefonunu alıb yerə çırpıb sındırmışdır. Daha sonra Vüsal maşına yaxınlaşıb qapılarını açmış, bu zaman Daşqın sağ sərnişin oturacağına keçib qaçmaq istəmişdir. Daşqın oraya keçdikdən sonra özü maşının sağ-qabaq qapısını açaraq Daşqını bayıra çıxarıb onu vurmağa başlamışdır. Səlim də Daşqına yumruqla və təpiklə zərbələr endirmişdir. Bu zaman Vüsal onların arasına girib Daşqını vurmağa başlamışdır. Daşqın onların əlindən çıxıb maşının arxa tərəfinə keçmiş və orada olan digər maşının yanında dayanmışdır. Səlim və Vüsal da Daşqının arxasınca qaçmışlar. Həmin vaxt Elgiz və İsmayıl gəldikləri maşının yaxınlığında dayanıb onlara baxmış, həmin iki nəfər Daşqının maşının şüşələrinin sındırılmasında və ya Daşqının döyülməsində iştirak etməmişlər. Həmin vaxt yaranmış səs-küyə görə qəsəbənin sakinləri onların ətrafına toplaşmışdılar, ətrafda toplaşmış 20-dən artıq adam dayanaraq onlara baxmışdır. Bundan sonra ətrafda toplaşmış sakinlər Vüsalı və Daşqını tutub ayırmışlar. Həmin vaxt Elgiz və İsmayıl da onlara yaxınlaşmaqla ayırmağa başlamışlar. O, Vüsalın Daşqını bıçaqla vurmasını görməmiş və həmin vaxt bu barədə məlumatı da olmamışdır. Hadisədən sonra gəldikləri maşına əyləşib geri qayıdarkən Vüsalın Daşqını yumruqları ilə deyil, qabaqcadan üzərində daşıdığı bıçaqla vurduğunu bilmişdir. Vüsalın Daşqını bıçaqlamaq niyyətini əvvəlcədən bilməmiş və Daşqının evinə gedərkən də araların belə bir razılaşma olmamışdır. Vüsal Daşqını bıçaqlamağa təkbaşına qərar vermiş, hadisənin baş verdiyi vaxtadək bu niyyətini onlara deməmişdir. Münaqişələri təxminən 25- 30 dəqiqə davam etmişdir və həmin müddətdə qəsəbənin sakinlərinin əksəriyyəti səs-küyə balkonlara çıxmış, aşağı enmiş və münaqişənin şahidi olmuşlar. Bundan sonra gəldikləri maşınla Xocavənd kəndinə qayıtmışlar. O, yaşadığı evə getmiş, bir qədər sonra polis əməkdaşları gəlib onu Ağcabədi RPŞ-nə aparmışlar. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 yuxarıda qeyd olunan cinayəti törətməkdə təqsirli olmaları, məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs Nümayəndə1 ifadəsində göstərmişdir ki, o, əvvəllər Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsində ezam olunmuş sürücü kimi işləmiş və nazirliyinin Nəqliyyat İdarəsinə məxsus olan “Lada 21230 Travel” markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı maşın idarə etmişdir. 2023-cü ilin dekabr ayında tanışı Kamranla söhbət zamanı Kamran kürəkəni Səlimin işsiz olduğunu bildirib onun işlədiyi idarədə hər hansı bir işə götürməyin mümkün olub-olmadığını soruşmuş, o da bu məsələ ilə məşğul olacağını demişdir. Həmin söhbətdən sonra fikirləşmişdir ki, o, 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin rəisinə müraciət edib bir nəfər tanışının işə götürülməsini xahiş etsə, idarə müdiri də onun xahişini qəbul edib Kamranın dediyi şəxs işə gütürülə bilər. Ona görə də Kamrana zəng edib kürəkəni Səlimin iş məsələsini həll edə biləcəyini deyib bunun üçün 1000 manat “şirinlik” verməsini bildirmiş, onlar da razı olmuşldar. O, həmin 1.000 manatı özü üçün istəmiş, bu işlə bağlı işlədiyi idarənin rəisi və ya başqa kimləsə heç bir söhbət aparmamışdır. O, sadəcə olaraq idarə rəisindən xahiş edəcəyini və idarə rəisinin onun xahişindən imtina etməyərək Kamranın dediyi şəxsi işə qəbul edəcəyini güman etmişdir. Bundan bir neçə gün sonra Kamranın kürəkəni Səlim onunla əlaqə saxlayıb Ağcabədi şəhərində görüşüb 1.000 manat pulu və işlə bağlı dediyi sənədlərin surətini ona vermişdir. Həmin vaxt Səlimin yanında Elgizlə adlı oğlan da olmuş, söhbət zamanı Elgiz də iş axtardığını bildirmiş və idarədə ona aid iş olarsa onun da götürülməsinin mümkün olub-olmadığını soruşmuş, o da bunun mümkün olduğunu bildirmişdir. Bir müddət sonra Səlimin tanışları Elgiz və İsmayıl da ona müraciət edib onların işə düzəlmələrinə kömək edilməsi xahiş olunmuş, o da eyni qaydada, yəni ezam olunduğu idarənin rəisindən xahiş edərək həmin iki şəxsin də işlə təmin edə biləcəyini güman etdiyindən hər birindən 2.000 manat pul istəmişdir. Sonra Elgiz və İsmayılın hər biri 2.000 manatdan olmaqla 4.000 manat pulu və işə qəbul zamanı lazım olan sənədlərin surətlərini Ağcabədi şəhərinin ərazisində ona şəxsən vermişlər. Bir müddət münasib şərait yaranmadığı üçün o, bu şəxslərin işə qəbulu ilə bağlı idarə rəisindən xahiş edə bilməmiş, sonradan bir dəfə idarə rəisinə bununla bağlı dedikdə isə rəis hər hansı şəxsi işə qəbul etməyin onun təkbaşına səlahiyyətində olmadığını və bunun mümkün olmadığını demişdir. Buna görə də Səlimə və digər iki nəfərə bir qədər də gözləmələrini bildirmiş, onlardan aldığı pulları isə şəxsi ehtiyaclarına xərcləmişdir. Bir müddət sonra onlar işə qəbul olunmaq niyyətlərindən daşındıqlarını bildirib ondan verdikləri 5.000 manatı pulu tələb etmişlər. O, həmin şəxslərdən aldığı 5.000 manatı şəxsi ehtiyaclarına sərf etdiyinə görə geri qaytara bilməmişdir. Bununla əlaqədar Səlimlə aralarında mütəmadi olaraq çoxsaylı telefon danışıqları olmuş, Elgiz və İsmayıl isə ona zəng etməmişlər, lakin Səlim onların da adından ondan pulu geri istəmişdir. Sonuncu dəfə 31 mart 2024-cü il tarixdə Səlimlə telefonda danışarkən ona onlardan aldığı 5.000 manatı növbəti gün qaytaracağını bildirmişdir. 01 aprel 2024-cü il tarixdə, günorta saatlarında 2.000 manat düzəldib aparıb Kamrana vermişdir ki, həmin pulu Səlimə çatdırsın. Həm də Səlim onu telefonla danışarkən hədələdiyinə görə Səlimlə görüşməkdən çəkindiyi üçün pulu Səlimin qayınatası Kamrana vermişdir. Həmin gün axşam saatlarında Səlim ona zəng edib qalan 3.000 manatı da tələb etmiş, o da hazırda 3.000 manatı qaytarmaq imkanında olmadığını, bir qədər gözləməsini bildirmiş, Səlim isə onun ünvanına söyüşlər işlətmiş, bundan sonra Səlimin qardaşı Vüsal da telefonu götürüb onu ağır söyüşlərlə təhqir etmiş və onlar ondan harada olduğunu soruşduqda o, cavab verməmişdir. Həmin gün gecə saat 22 radələrində yaşadığı evdə olarkən siqaretini və mobil telefonunun şarj kabelini yaşadığı binanın qarşısına park etdiyi maşından götürmək üçün mənzildən çıxıb həyətə enib maşının qapısını açıb sükanının arxasında oturmuş, elə həmin vaxt “VAZ-2106” markalı maşın qəsəbənin həyətinə daxil olub qarşısından keçib ondan bir neçə metr irəlidə dayanmışdır. Həmin maşından Səlim, Səlimin atası Fərhad və qardaşı Vüsal, həmçinin Elgiz və İsmayıl enmişlər. Səlim və Vüsal onun maşında olmasını görüb qaçaraq maşına yaxınlaşmış, o da qorxusundan maşında qalıb qapılarını bağlamışdır. Sonra Səlim və Vüsal maşının şüşələrini döyməklə ondan qapıları açmasını tələb edib onun ünvanına qışqıraraq söyüşlər söymüş, lakin o, maşının qapılarını açmamışdır. Həmin vaxt Səlim maşının kapotuna çıxıb ön-alın şüşəsini təpik zərbələri ilə vurub sındırmış, şüşə sınsa da, ikiqat olduğundan tam dağılmamışdır. Eyni zamanda Fərhad və Vüsal yumruqları ilə, həmçinin Vüsal əlindəki bıçağın arxası ilə maşının qabaq-sol qapının şüşəsinə vuraraq sındırmağa çalışmışlar. O, həmin şəxslərin onu döymək istədiklərini gördüyündən mobil telefonundan DİN-nin “102” xidmətinə zəng etməyə çalışmış, Fərhad onun “102” xidmətinə zəng etdiyini görən kimi yerdən götürdüyü daşla zərbə endirərək maşının qabaq-sol qapının şüşəsini sındırmış və mobil telefonunu onun əlindən alıb yerə çırparaq sındırmış və istifadəsində olmuş “Samsung” markalı mobil telefonı sınaraq tam yararsız vəziyyətə düşmüşdür. Fərhad maşının qabaq-sol şüşəni daşla sındırdıqdan sonra Vüsal maşının qapısını açmadan, qapının şüşə olan hissəsindən əlini içəriyə salıb əlindəki bıçaqla onun döş və qarın nahiyələrinə zərbələr endirməyə başlamışdır. Vüsalın əlindən xilas olmaq üçün maşının içərisində hərəkət edib qabaqda olan digər oturaca tərəf keçmiş, lakin bu zaman onlar qabaq-sağ qapıya yaxınlaşıb qapını açıb onu bayıra çıxarmışlar. Qapını kimin açdığını və onu maşından kimin tutub dartıb çıxardığını xatırlamır. Maşından çıxarılandan sonra Fərhad və Səlim yumruq və təpik zərbələri vurub onu döymüş, Vüsal də əlindəki bıçaqla ona dayanmadan zərbələr endirmişdir. O, birtəhər həmin şəxslərin əlindən çıxıb qaçmağa başlamış və bir neçə metr getdikdən sonra həmin şəxslər yenidən onu yaxalayıb eyni qadada onu döymüş, Vüsal isə bıçaq zərbələri vurmaqda davam etmişdir. Aldğı zərbələrdən özünü saxlaya bilməyib yerə yıxılmış, yerdə olarkən Fərhad və Səlim onun başına, bədəninə təpik zərbələri vurmuş, Vüsal isə aşağıya əyilərək onu bıçaq zərbələri ilə vurmuşdur. Ona konkret olaraq neçə yumruq-təpik və bıçaq zərbəsinin vurulduğunu bilmir. Fərhad, Səlim və Vüsalın hər üçü maşının şüşələrinin sındırılmasında və ona xəsarətlərin yetirilməsində fəal iştirak etmişlər. Həmin vaxt o, Elgiz və İsmayılın maşının şüşələrinin sındırılması və ona xəsarətlərin yetirilməsində iştirak etdiklərini görməmiş, onlar kənarda dayanmış və baş verənləri onlar da görmüşlər. Fərhad, Səlim və Vüsal onu döyərkən qonşusu İbrahim ora gəlib onların arasına girib onları ondan kənarlaşdırmışdır. Həmçinin ətrafda toplaşmış 20-dən artıq qəsəbə sakini səs-küyə görə həyətə enib hadisə olan yerə gəlmişlər. Adamların ora toplaşdıqlarını gördüklərindən onlar gəldikləri maşına oturub oradan qaçıb getmişlər. Sonra İbrahim onu qucağına alıb həyətdəki skamyanın üzərinə uzandırmış və o, İbrahimə bıçaqlandığını demiş, bundan sonra huşunu itirmişdir. Bundan sonra orada olan şəxslər onu xəstəxanasına çatdırmış və həkimlər onu cərrahi əməliyyatı etmişlər. O, xeyli müddət xəstəxanada qalıb müalicə olunmuşdur. Baş vermiş hadisədən bir müddət sonra o, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3la barışmış, hazırda onlara qarşı heç bir şikayət və tələbi yoxdur. İşdə olan, zərərçəkmiş şəxs Nümayəndə1 məhkəməyə ünvanladığı 09 dekabr 2024cü il tarixli ərizələri və 21 aprel 2025-ci il tarixli ərizəsi ilə müəyyən olunur ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslərlə barışmış və təqsirləndirilən şəxslərə qarşı tələb və şikayəti yoxdur. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin (Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat idarəsinin) nümayəndəsi Nümayəndə2 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat idarəsində işləyir və hazırki cinayət işi üzrə işlədiyi idarənin nümayəndəsidir. Zərərçəkmiş şəxs Nümayəndə1 hadisədən əvvəl Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinə ezam olunub sürücü kimi orada işləməklə nazirliyinin Nəqliyyat İdarəsinə məxsus olan “Lada 21230 Travel” markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı maşın idarə etmişdir. İş materiallarına əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ittihamda göstərilən cinayət əməlini törədərkən həm də Nəqliyyat idarəsinin mülkiyyətində olan “LADA 21230 Travel” markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 407 manat miqdarında maddi ziyan dəymiş və həmin ziyan təqsirləndirilən şəxslər tərəfindən tam olaraq ödənilmişdir. Hazırda təqsirləndirilən şəxslərə qarşı maddi tələb və şikayətləri yoxdur. İşdə olan, zərərçəkmiş hüquqi şəxsin (Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat idarəsinin) nümayəndəsi Nümayəndə2 məhkəməyə ünvanladığı 05 fevral 2025-ci il tarixli məktubu ilə müəyyən olunur ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin idarəsinin mülkiyyətində olan “LADA 21230 Travel” markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş 407 manat miqdarında maddi ziyan Təqsirləndirilən şəxs3 tərəfindən tam olaraq ödənilmiş, hazırda təqsirləndirilən şəxslərə qarşı heç bir tələb və mülki iddia yoxdur. Məhkəmə iclasında Şahid1 göstərmişdir ki, o, Ağcabədi rayonunun Xocavənd kəndində yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, lakin fərdi qaydada VAZ-21063 markalı, **-BG- *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 həkəndliləridir, onlarla münasibəti yaxşı olmuşdur. Zərərçəkmiş şəxs Daşqını hadisədən bir müddət əvvəl Səlimin vasitəsilə tanımışdır. 2023-cü ilin dekabr ayında Səlimin xahişi onu regional ekologiya idarəsinə (9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinə) apararkən yolda söhbət zamanı Səlim qayınatası Kamranın tanışı olan, ekologiya idarəsind işləyən Daşqın adlı şəxsin müəyyən məbləğdə pulla onu (Səlimi) həmin idarədə işə düzəldəcəyini demişdir. Birlikdə həmin idarənin həyətinə gedib Daşqınla görüşmüşlər. Daşqın Səlimi idarəyə ya sürücü, ya da başqa bir işə düzəldəcəyini və buna görə 1.000 manat alacağını bildirmişdir. Daşqın idarə rəisinin sürücüsü olduğunu dediyinə, özündən çox əminliklə danışdığına görə o da Daşqına inanıb özünün də işə düzəlmək istədiyini, tələb olunan məbləğdə pulu verməyə hazır olduğunu demişdir. Daşqın onu tanımadığını, onun barəsində Kamrandan maraqlanacağını, bundan sonra ona məlumat verəcəyini demişdir. Həmin vaxtdan 2-3 gün sonra Daşqın ona zəng edib işə düzəlmək istəyib-istəmədiyini soruşmuş, o da işə düzəlmək istədiyini bildirmiş və Daşqınla görüşüb söhbət etmişlər. Daşqın onu idarədə sürücü işinə düzəldəcəyini və hər ay 500 manat əməkhaqqı alacağını bildirib işə düzəlməsi üçün ondan 2.000 manat pul istəmiş, o da ailəsi ilə məsləhətləşib məlumat verəcəyini demişdir. Daha sonra Kamrana zəng edib danışmış, Daşqının onu idarədə sürücü vəzifəsinə işə düzəltmək müqabilində 2.000 manat tələb etdiyini deyib Daşqının etibarlı adam olub-olmadığını soruşmuş, Kamran da Daşqını tanıdığını, etibarlı adam olduğunu bildirmişdir. Bundan sonra 2.000 manat pul düzəldib gedib həmin pulu Daşqına vermişdir. Daşqın dekabr ayının sonlarında işin həll olunacağını demişdir. Həmin ərəfədə Səlim də Daşqına işə qəbulla bağlı 1.000 manat vermişdir. Dekabr ayında işə bağlı bir xəbər olmadığından 07 yanvar 2024-cü il tarixdə Səlimlə birlikdə Daşqınla görüşüb ondan işlə soruşanda Daşqın bayramla əlaqədar idarə rəisinin işdə olmadığını və buna görə işlərinin bir qədər uzandığını, qısa müddətdə ikisinin də işə başlayacağını demişdir. Bu işlə bağlı Səlim həmkəndlisi İsmayıla da danışmış, o da həmin idarədə işə düzəlmək stədiyini demiş, bundan sonra bunanla bağlı Daşqına deyilmiş, o da 2.000 manat müqabilində İsmayılı da işə düzəldə biləcəyini demişdir. Bir müddət sonra İsmayıl da idarədə işə qəbul olunmaq üçün Daşqına 2.000 manat pul vermişdir. Sonradan Daşqına zəng edib işlə maraqlandıqda Daşqın müxtəlif bəhanələr gətirərək işin yanvar ayının sonunda düzələcəyini bildirmiş, lakin sonradan da Daşqın müxtəlif bəhanələr gətirərək vaxtı uzatmışdır. Son dəfə isə Daşqın 27 mart 2024-cü il tarixdə üçünün də işə çıxacağını demişdir. Onlar artıq Daşqının onları aldadıb pullarını ələ keçirdiyini başa düşmüşlər. Buna görə də telefon danışıqları zamanı onlar Daşqından aldığı 5.000 manatı geriyə qaytarmasını tələb etmişlər. 27 mart 2024-cü il tarixdə işə çıxacaqlarının da yalan olduğunu bildiklərindən 26 mart 2024-cü il tarixdə Daşqınla danışaraq Xocavənd kəndində yerləşən kafedə görüşmüşlər. Görüşdə özü, İsmayıl, Səlim və Vüsal iştirak etmişlər. Daşqından pulları qaytarmasını tələb etmişlər, oda 29 mart 2024cü il tarixdə günün birinci yarısı pulu tam həcmdə qaytaracağına söz vermişdir. Həmin tarixdə, saat 11 radələrində o, Daşqına zəng edib pulu soruşmuş, o da saat 14-də ona zəng edəcəyini demişdir. Həmin saatda o, yenidən Daşqına zəng etmiş, o da rayondan kənarda olduğunu, geri qayıtdıqda onunla əlaqə saxlayacağını demişdir. Həmin gün axşam saatlarında dördü də gedib Daşqınla yenidən görüşmüşlər, sonra Səlimin qayınatası Kamran da oraya gəlmişdir. Daşqın pulu düzəldə bilmədiyini deyib 31 mart 2024-cü il tarixə pulu qaytaracağına söz vermişdir. 31 mart 2024-cü il tarixdə də Daşqınla danışdıqda o, Şuşada olduğunu, oradan gecə qayıdaraq pulu tam verəcəyini bildirmişdir. Həmin gecə, yəni 01 aprel 2024-cü il tarixdə, saat 01 radələrində o, Daşqına zəng etmiş o da müxtəlif bəhanələr gətirib pulu səhər saatlarında verəcəyini demişdir. 01 aprel 2024-cü il tarixdə, səhər saatlarında Daşqına zəng edib pulu soruşanda Daşqın yenə də müxtəlif bəhanələr gətirməyə başlayıb guya pullarını karta göndərəcəyini bildirmişdir. Həmin gün saat 18 radələrində Kamran Xocavənd kəndinə gəlib yolun kənarında onunla, Vüsal, Səlim və İsmayıl ilə görüşüb Daşqının 2.000 manat qaytardığını bildirib həmin pulu onlara vermişdir. Həmin 2.000 manatı Səlim saxlaması üçün ona vermişdir. Bundan sonra da Daşqınla əlaqə saxlamışlar, lakin o, yenə müxtəlif bəhanələr gətirərək qalan pulu da axşam saatlarında verəcəyini demişdir. Saat 21 radələrində özü, Vüsal, İsmayıl və Səlim küçədə dayanan zaman Səlim Daşqına zəng edib pulun qalan hissəsini tələb etdikdə Daşqın telefonda Səlimlə mübahisə edib nalayiq söyüşlərlə təhqir etmişdir. Həmin vaxt Səlimin atası Fərhad da onların yanında olmuş və Fərhad Kamrana zəng edib Daşqının pulu vermədiyini, onları Daşqınla onun tanış etdiyini, buna görə məsələni özünün həll etməli olduğunu demişdir. Bundan sonra o, Fərhad, Vüsal, Səlim və İsmayıl birlikdə Daşqının yaşadığı evə gedib onunla üzbəüz danışmağı, pulu qaytarmamasının səbəblərini öyrənməyi, pulun qalan hissəsini almağı qərara almışlar. Sonra onlar onun “VAZ-21063” markalı maşını ilə Daşqının yaşadığı qəsəbəyə getmişlər. Hamılıqla oraya getməkdə məqsədləri Daşqını yaşadığı evdən bayıra çıxarıb danışmaq və sonuncudan pulun qalan hissəsini almaq olmuşdur. Həmin vaxt aralarında Daşqını döymək, cəzalandırmaq söhbəti olmamışdır. Saat 22 radələrində Daşqının yaşadığı binanın qarşısına çatmışlar və Daşqının sürdüyü “Lada Niva” markalı maşının qəsəbədə, binanın qarşısında olduğu, Daşqının da maşının içində olduğunu görmüşlər. O, Daşqının maşınının dayandığı yerdən bir neçə metr irəlidə maşını saxlamış, Səlimgil maşından düşmüş, özü isə maşını parklamaq üçün bir az daha irəli sürüb saxlamışdır. Maşından düşən vaxt o, Vüsal, Fərhad və Səlimin Daşqının maşınının ön alın və sürücü qapısının şüşələrini sındırdıqlarını görmüşdür. Maşının ətrafında Vüsal, Fərhad və Səlim olmuş, lakin onların maşının şüşələrini hansı qaydada sındırdıqlarını və kimin hansı zərbələri endirdiyini görməmişdir. Onların üçü də maşının ətrafında olmuş, lakin İsmayıl onlardan kənarda dayanaraq baxmış, hər hansı bir hərəkət etməsini görməmişdir. Orada Vüsal, Fərhad və Səlim Daşqını maşından çıxarıb döyməyə başlamışlar. O, gördüklərimdən şoka düşmüş və nə baş verdiyini başa düşməmişdir. Hadisənin təsirindən özünü itirmiş, yerindən tərpənməmişdir. Sonra Daşqın onların əlindən çıxıb maşının arxa tərəfinə qaçmış, Vüsal da Daşqının arxasınca qaçıb onu tutmuş, sonra Vüsal, Fərhad və Səlim Daşqına yenə də döymüşlər. Daşqın yerə yıxıldıqdan sonra da onu yerdə təpikləmişlər. Hadisələr zamanı İsmayılın Daşqının maşınına zərırır vurması və Daşqını döyməsini görməmişdir. Hadisə yerinə səs-küyə qəsəbənin sakinləri toplaşmışlar. Fərhad, Səlim və Vüsal Daşqını döyməyə davam edərkən ətrafda toplaşmış sakinlər yaxınlaşıb onları ayırmağa başlamışlar. O, həmin vaxt Vüsalın əlində bıçaq olmuş, lakinin onun Daşqını bıçaqla vurmasını görməmişdir.. Onların ora getməkdə məqsədləri Daşqını döymək yox, ondan pullarının qalan hissəsini tələb etmək olmuşdur. O, Fərhad, Səlim və Vüsalın Daşqını döymək niyyətlərinin olmasını qabaqcadan bilməmişdir. Dava-dalaş 25-30 dəqiqə davam etmiş, həmin müddətdə qəsəbənin sakinlərinin əksəriyyəti səs-küyə görə balkonlara çıxmış, aşağı enmiş və onlar bu hadisənin şahidi olmuşlar. Bundan sonra Fərhad, Səlim, Vüsal və İsmayıl gəlib maşina oturmuş və o, maşını sürüb yaşadıqları Xocavənd kəndinə qayıtmışlar. Kəndin ərazisində onları maşından düşürüb yaşadığı evə getmişdir. Bir müddət sonra evdə olarkən polis əməkdaşları yaşadığı evə gəlib onu Ağcabədi RPŞ-nə aparmışlar və o, baş vermiş hadisə ilə bağlı izahat vermişdir. Orada olarkən Vüsalın Daşqına bıçaqla da xəsarətlər yetirdiyini bilmişdir. Özü baş vermiş hadisədə iştirak etməmiş, həmin vaxt kənarda dayanıb baxmışdır. Həmçinin İsmayılın da dava-dalaşda iştirak etməsini, Daşqını döyməsini görməmişdir. Hadisədən əvvəl və hadisə zamanı özündə bıçaq olmamış, həmçinin İsmayılda, Fərhadda, Səlimdə və Vüsalda bıçaq görməmiş, hadisədən sonra Vüsalda bıçaq olmasını bilmişdir. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 həkəndliləridir, onlarla münasibəti yaxşı olmuşdur. Zərərçəkmiş şəxs Daşqını hadisədən bir müddət əvvəl Səlimin vasitəsilə tanımışdır. 2023-cü ilin dekabr ayında Səlmlə söhbət zamanı Səlim Daşqın adlı tanışının olduğunu və müəyyən pul müqabilində ekologiya idarəsində iş təşkil edə biləcəyini, Elgizin də Daşqınla artıq görüşüb danışdıqlarını və işə qəbul üçün tələb olunan məbləğdə pulu verdiklərini, qısa müddətdə idarədə işə başlayacaqlarını demişdir. Sonra o da razılaşıb Səlim və Elgizlə birlikdə gedib Daşqınla görüşüb danışmış, bir müddət sonra işlə bağlı 2.000 manat pulu Səlimin yanında Daşqına vermişdir. X8 telefonla danışmış, o da müxtəlif bəhanələr gətirməklə onun işinin tezliklə düzələcəyini demişdir. Sonra onlar tez-tez Daşqına zəng edib işin nəticəsi ilə maraqlansalar da, Daşqın hər dəfə müxtəlif bəhanələr gətirib vaxtı uzatmışdır. Onlar Daşqının onları aldadıb pullarını ələ keçirdiyini başa düşdükdən sonra ondan 5.000 manatı qaytarmasını tələb etməyə başlamışlar. Onlar 29 mart 2024-cü il tarixdə Daşqına zəng etmişlər, o da pullarını qısa müddətdə, yəni 31 mart 2024-cü il tarixə qaytaracağına söz vermişdir. O, Daşqınla heç vaxt telefonla danışmamış, telefon əlaqəsini Səlim saxlamışdır. 01 aprel 2024-cü il tarixdə, axşam saatlarında Səlimin qayınatası Kamran onların yanına gəlib Daşqının verdiyi 2000 manat pulu vermiş, Səlim də həmin pulu saxlaması üçün Elgizə vermişdir. Bundan sonra onlar Daşqınla əlaqə saxlamışlar, o da qalan pulu axşam saatlarında verəcəyini demişdir. Saat 21 radələrində özü, Vüsal, Elgiz və Səlim küçədə dayanıb söhbət edərkən Səlim Daşqına zəng edib pulları istədikdə Daşqın telefonda Səlimlə mübahisə etmişdir. Həmin vaxt Səlimin atası Fərhad da onların yanında olmuşdur. Bundan sonra isə onlar, yəni özü, Fərhad, Vüsal, Səlim və Elgiz birlikdə Daşqının yaşadığı evə gedib üzbəüz danışmağı və pulun qalan hissəsini qaytarmamasının səbəblərini öyrənməyi, pulun qalan hissəsini geri almağı qərara almışlar. Daha sonra onlar Elgizin maşının ilə Daşqının yaşadığı qəsəbəyə getmişlər. Onlar Daşqının yaşadığı binanın qarşısına çatanda Daşqının sürdüyü maşının içərisində olduğunu görmüşlər. Elgiz orada maşını saxlamış və onlar maşından düşmüşlər. Maşından düşən kimi Vüsal qaçıb Daşqının maşınına yaxınlaşıb maşının şüşələrini yumruqlayaraq Daşqından bayıra çıxmasını tələb etmiş, Daşqın isə maşının qapılarını bağlayıb maşından çölə çıxmamışdır. Bundan sonra Fərhadla Səlim də maşına yaxınlaşıb Daşqına maşından düşməsini tələb etmişlər. Həmin vaxt özü və Elgiz kənarda dayaıb onlara baxmış, Daşqının maşınına yaxınlaşmamışlar. Sonra Səlim maşının kapotuna çıxıb şüşəni təpikləmiş, Fərhad da yerdən daş götürüb maşının şüşəsini vurub sındırmış, bundan sonra Vüsal sürücü tərəfdən maşına yaxınlaşıb qapısını açmışdır. Vüsal qapını açandan sonra Daşqın digər oturacağa keçib qaçmaq istəmiş, lakin Fərhad maşının qabaq-sağ qapısını açıb Daşqını çəkib bayıra çıxarmış, sonra onlar Daşqını döyməyə başlamışlar. Həmin vaxt Vüsal əlindəki bıçaqla Daşqına bir neçə dəfə vurmuşdur. O, Vüsalda bıçaq olduğunu həmin vaxt görmüşdür. Sonra o, hadisənin təsirindən özünü itirmiş və yerindən tərpənməmişdir. Daşqın onların əlindən çıxıb maşının arxa tərəfinə keçmiş, Vüsal da Daşqının arxasınca gedib onu tutub əlindəki bıçaqla onu vurmuşdur. Sonra Daşqın yerə yıxılmış, yerdə olarkən Səlim və Fərhad Daşqını təpikləmişlər. Həmin vaxt orada yaranan səs-küyə görə qəsəbənin sakinləri toplaşıb baş vermiş hadisəyə baxmışlar. Sonra ətrafda olan şəxslər Vüsalı və Daşqını tutub ayırarkən, o da onların arasına girib Daşqını və Vüsalı ayırmağa çalışmışdır. O, Vüsalda bıçaq olmasını əvvəldən bilməsiş, həmçinin onlar Daşqını döyməyə yox, onunla danışıb pullarının qalan hissəsini almıq üçün ora getmişlər. O, Vüsal, Fərhad və Səlimin Daşqını döymələrin anlaya bilməmiş və buna görə bir müddət şok vəziyyətində qalmış, baş vermmiş hadisənin iştirakçısı olmamışdır. Elgiz də onun yaxınlığında dayanmış, o da baş vermiş hadisədə iştirak etməmişdir. Sonra onlar Elgizin maşınına minib yaşadıqları Xocavənd kəndinə qayıtmışlar. O, kənddə maşından düşüb yaşadığı evə getmiş, bir müddət sonra polis əməkdaşları yaşadığı evə gəlib onu rayon polis şöbəsinə aparmışlar. O, polis şöbəsində izahat verib hadisə ilə bildiklərini danışmışdır. Özü baş vermiş hadisədə iştirak etməmiş, həmin vaxt kənarda dayanıb baxmışdır. Həmçinin Elgiz də dava-dalaşda iştirak etməsini, Daşqını vurmasını görməmişdir. Hadisədən əvvəl və hadisə zamanı özündə bıçaq olmamış, həmçinin Elgizdə, Fərhadda, Səlimdə və Vüsalda bıçaq görməmiş və hadisə zamanı Vüsalda bıçaq olmasını bilmişdir. Məhkəmə iclasında Şahid3 göstərmişdir ki, o, ünvan 2 ünvanında yaşayır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tanımır. Zərərçəkmiş şəxs Nümayəndə1 qonşusudur, Daşqın 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsində sürücü işləmiş və onun «Niva» markalı maşını idarə etdiyini görmüşdür. Onun yaşadığı mənzilin mətbəx otağı qəsəbənin həyətinə baxır. Qəsəbənin həyətində Xocavənd rayonu 1 saylı tam orta məktəb yerləşir, məktəbin hasarının qarşısında da nəqliyyat vasitələrinin dayanması üçün dayanacaq da vardır. 01 aprel 2024cü il tarixdə, gecə saatlarında evdə olarkən həyətdə dava-dalaş olduğunu eşidib balkona çıxıb baxdıqda bir qrup şəxsin məktəbin qarşısında yerə yıxılmış adamı təpiklədiklərini görmüşdür. Dərhal həyətə enib qışqıra-qışqıra münaqişə edənlərin ortasına girmiş, həmin vaxt bir nəfərin yerə yıxıldığını və üç nəfər kişinin yerə yıxılmış adamı təpiklədiklərini görmüşdür. Onlardan bir neçə metr kənarda tanımadığı iki nəfər cavan oğlanın da dayandıqlarını görmüşdür. Həmin oğlanların davada iştirakını görmmişdir. Dava edən şəxslərin arasına girdikdən sonra yerə yıxılmış şəxsin əlləri ilə başını qorumağa çalışıb zarıdığını görüb onu müdafiə etməyə çalışmış, bu zaman yerə yıxılmış şəxsin qonşusu Daşqın olmasını görmüşdür. Sonra qışqıra-qışqıra Daşqını döyən üç nəfəri Daşqından kənarlaşdırmağa çalışmış, kənarda olan şəxslər də ona kbməklik etmiş, bundan sonra həmin üç nəfər və kənarda dayanmış iki nəfər “VAZ-2106” markalı maşına minib qəsəbəni tərk edib getmişlər. Bundan sonra o, Daşqını qucağına götürüb yaxınlıqdakı skamyaya uzandırmışdır. Daşqının üst-başı tamamilə qan içində olmuşdur. X4 və arvadı Elnurə, orada olan başqa şəxslər də Daşqının yanına gəlmişlər. Daşqın ona bıçaqlandığını demiş, bunu eşidən kimi Daşqını maşınının arxa oturacağına uzatmış, Daşqının arvadı və oğlunu da maşına mindirib, maşını sürüb Daşqını təxminən 6-7 dəqiqəyə rayon mərkəzi xəstəxanasına çatdırmışdır. Hadisə baş verən vaxt ora xeyli adam toplaşıb kənarda dayanaraq baxmış, eləcə də binanın balkonlara çıxan insanlar da bu hadisənin görmüşlər. Həmin vaxt artıq hava qaranlıq olduğundan orada olan insanları tanımamışdır. Sonradan ona məlum olmuşdur ki, Daşqını pul borcu olduğu şəxslər döymüş, Daşının sürdüyü maşının şüşələrini sındırmış, həm də bir nəfər Daşqına bıçaqla xəsarət yetirmişdir. O, Daşıqının döyülməsini görsə də, Daşqının maşının şüşələrinin sındırılmasını və Daşqının bıçaqla vurulmasının şahidi olmamışdır. Məhkəmə iclasında Şahid6 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tanıyır, onlarla münasibəti yaxşı olmuş, həmçinin Səlim kürəkənidir. Zərərçəkmiş şəxs Nümayəndə1 də tanıyır, onanla da münasibəti yaxşı olmuşdur. Daşqın 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsində sürücü işləmişdir. 2023-cü ilin dekabr ayında Daşqınla söhbət zamanı kürəkəni Səlimin işsiz olduğunu demiş, Daşqın da işlədiyi idarədə onu işə düzəldə bilcəyini demişdir. Bir neçə gündən sonra Daşqın ona zəng edib Səlimin işə qəbul məsələsi ilə məşğul olduğunu, bunun üçün 1.000 manat “şirinlik” lazım olduğunu demişdir. Daşqın həmin pulu özü üçün istədiyini bildirmişdir. Sonra o bu məsələni Əlimə demiş, Səlim də gedib Daşqınla görüşüb danışıb ona 1.000 manat pul vermişdir. Daha sonra ona məlum olmuşdur ki, Səlim sonradan tanışları Elgizi və İsmayılı da Daşqınla əlaqələndirmiş, həmin şəxslər də işə düzəlmək məqsədi ilə Daşqına hər biri 2.000 manat vermişlər. Daşqın Səlimin işə düzəlmə məsələsini həll edəcəyinə söz versə də, uzun müddət bui şi həll edə bilməmiş, daha sonra isə məlum olmuşdur ki, Daşqın Səlimi və digər iki nəfər şəxsi aldadıb pulları ələ keçirmişdir. Bundan sonra Səlim və digər iki nəfər şəxs Daşqından pulları geri ğtələb etmişlər və bununla bağlı onların arasında mübahilər olmuşdur. Özü də Daşqına pulların qaytarılmasını demiş, Daşqın da pulları qaytaracağını desə də, pulları qaytarmamışdır. 01 aprel 2024-cü il tarixdə günorta vaxtı Daşqın onun yanına gəlib 2.000 manat pulu vermişdir ki, həmin pulu Səlimə çatdırsın, , qalan 3.000 manatı isə qısa müddətdə qaytaracağına da söz vermişdir. Daşqından həmin pulu nə üçün özünün qaytarmadığını soruşanda o, Səlimgildən qorxduğu üçün pulu onun vasitəsilə qaytardığını demişdir. Həmin gün axşam saatlarında o, Xocavənd kəndinə gedib kürəkəni Səlimlə görüşüb 2.000 manat pulu ona verib həmin puldan 1.000 manatını özünə götürməsini və qalan 1.000 manatı isə digər iki nəfər şəxsə verməsini, həmçinin Daşqının qalan 3.000 manatı isə qısa müddətdə qaytaracağına söz verdiyini demişdir. Həmin vaxt o, Səlimin atası Fərhadla da görüşüb söhbət etmişdir. Fərhad pulun qalanının qaytarılmadığını bildirib onları Daşqınla onun tanış etdiyini deyib məsələni onun həll etməsini demiş, o isə Səlimin verdiyi 1.000 manatın qaytarıldığını, buna görə də özünün bu məsələyə qarışmamasını, Daşqının qalan pulu da qısa müddətdə qaytaracağına söz verdiyini deyib gözləmələrini bildirmişdir. Fərhad isə gözləyə bilmədiyini, qalan pulun dərhal qaytarılmalı olduğunu, əks halda Daşqının yaşadığı evə gedərək məsələni özlərinin həll edəcəklərini demiş, o da Fərhada səbirli olmasını bildirmişdir. Həmin gün axşam saatlarında eşitmişdir ki, Fərhad iki oğlunu, habelə Daşqına pul vermiş digər iki nəfər şəxsi də götürüb Daşqının yaşadığı qəsəbəyə getmiş, orada daşqını döymüş və bıçaqlamışlar. Hadisənin hansı şəraitdə baş verməsi və Daşqının kim tərəfindən bıçaqlanması barədə başqı bir məlumatı olmamışdır. İşdə olan, Ağcabədi RPŞ-nin əməkdaşının 01 aprel 2024-cü il tarixli “Raport”u ilə müəyyən olunur ki, 01 aprel 2024-cü il tarixdə, saat 23:20-də Ağcabədi RMX-dan həkim X6 RPŞ-nin növbətçi hissəsinə zəng edib Ağcabədi rayonu 556 saylı qəsəbədə yaşayan 1978-ci il təvəllüdlü Nümayəndə1 bıçaq xəsarətləri ilə RMX-na daxil olmasını bildirmişdir. İşdə olan, “Hadisə yerinə baxış və əlavə baxış aparılması haqqında” 02 aprel 2024cü il tarixli və 03 aprel 2024-cü il tarixli protokollar və protokollara əlavə edilmiş fotoşəkilərlə müəyyən olunur ki, hadisənin baş verdiyi yer Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti, 556 mənzillik məcburi köçkün qəsəbəsində 5 nömrəli binanın qarşısıdır. Həmin binanın qarşısında Xocavənd rayon 1 saylı tam orta məktəb yerləşir. Məktəbin dəmir barmaqlıqlarla təchiz olunmuş hasarının qarşısında, arxası məktəbin binasına doğru və qabağı 5 nömrəli binaya doğru istiqamətdə “Lada Niva” markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı, boz rəngli minik avtomobili parklanmışdır. Avtomobilin ön alın şüşəsinin sol tərəfi mərkəzdən endirilmiş zərbə ilə sındırılmışdır və mərkəzdən 30 sm radiusda dairəvi formada sınıqlar müşahidə olunur. Avtomobilin motorxana qapısının üzərində şüşə qırıntıları və ayaqqabı izləri mövcuddur. Müqayisəli tədqiqatın aparılması məqsədi ilə həmin ayaqqabı izlərinin müfəssəl fotoşəkilləri çəkilmişdir. Bundan başqa avtomobilin qabaq-sol qapısının şüşəsi də tamamilə sındırılmışdır. Avtomobilin qabaq-sol qapısının mərkəz hissəsində yaxma xarakterli, qabaq-sağ qapısının dəstəyi üzərində və ondan 5-10 sm yuxarıda sıçrama xarakterli, arxa-sağ qapısının şüşə ilə birləşən hissəsində, həmçinin aşağı hissəsində və sağ-arxa təkərin üzərindəki qanadda yaxma xarakterli olan qonur rəngli qanabənzər ləkələr vardır. Bununla yanaşı avtomobilin sağ-qabaq qapısının qarşısında, asfalt örtüyünün üzərində 2x1,5 metr məsafəni əhatə edən bəzi yerlərdə damla şəklində və bəzi yerlərdə yaxma xarakterli olan qonur rəngli qanabənzər ləkələr mövcuddur. Həmçinin avtomobilin sol tərəfində, asfalt örtüyü ilə torpaq səkinin birləşdiyi sərhəd betonlarının üzərində damla şəklində, eyni zamanda səkinin torpaq səthi üzərində damla şəkilli və bəzi yerlərdə yaxma xarakterli qonur rəngli qanabənzər ləkələr vardır. Səkinin torpaq səthində, yaxma xarakterli qanabənzər ləkələrin yanında, sındırılmız vəziyyətdə olan mobil telefon cihazının ekranının qırılmış şüşə hissələri vardır. İşdə olan, “Hadisə yerinə baxış aparılması haqqında” 02 aprel 2024-cü il tarixli protokol və protokola əlavə edilmiş fotoşəkilərlə müəyyən olunur ki, baxışda iştirak edən Təqsirləndirilən şəxs1 cinayət hadisəsini törətdikdən sonra bıçağı gizlətdiyi yeri göstərmiş, həmin yer Ağcabədi rayonunun Xocavənd kəndində, “Su anbarı” deyilən ərazinin yaxınlığında olan asfalt yolun kənarındakı hissədir. Təqsirləndirilən şəxs1 asfalt yolun kənarında torpaq səthinin olduğu hissədəki ağacı göstərib hadisədən sonra cinayətin aləti olan bıçağı göstərilən ağacın dibinə qoyduğunu bildirmiş, həmin yerdən bir ədəd qara rəngli, açılıb-qatlanan bıçaq aşkar edilib qablaşdırılıb istintaq orqanı tərəfindən götürülmüşdür. İşdə olan, “Götürmə aparılması haqqında” 03 aprel 2024-cü il tarixli protokol və protokola əlavə edilmiş fotoşəkillərlə müəyyən edilir ki, “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X12 cərrahiyyə şöbəsindən zərərçəkmiş şəxs Nümayəndə1 məxsus paltarlar-bir ədəd köynək və bir ədəd şalvar qablaşdırılıb istintaq orqanı tərəfindən götürülmüşdür. İşdə olan, “Əşyalara baxış aparılması haqqında” 04 aprel 2024-cü il tarixli protokol və protokola əlavə edilmiş fotoşəkillərlə müəyyən edilir ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 könüllü təqdim etdiyi, hadisə vaxtı əynində olmuş paltarlar-bir ədəd boz rəngli uzunqol gödəkcə, bir ədəd boz rəngli uzunqol sviter, bir ədəd göy rəngli cins şalvar və bir cüt qara rəngli ayaqqabı istintaq orqanı tərəfindən qablaşdırılıb götürülmüşdür. İşdə olan, “Əşyalara baxış aparılması haqqında” 04 aprel 2024-cü il tarixli protokol və protokola əlavə edilmiş fotoşəkillərlə müəyyən edilir ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 könüllü təqdim etdiyi, hadisə vaxtı əynində olmuş paltarlar- bir ədəd qara rəngli uzunqol gödəkcə, bir ədəd boz rəngli uzunqol köynək, bir ədəd göy rəngli cins şalvar və bir cüt göy rəngli ayaqqabı istintaq orqanı tərəfindən qablaşdırılıb götürülmüşdür. İşdə olan, “Əşyalara baxış aparılması haqqında” 04 aprel 2024-cü il tarixli protokol və protokola əlavə edilmiş fotoşəkillərlə müəyyən edilir ki, həmin tarixdə Təqsirləndirilən şəxs3 könüllü təqdim etdiyi, hadisə vaxtı əynində olmuş bir cüt qara rəngli çəkmə istintaq orqanı tərəfindən qablaşdırılıb götürülmüşdür. İşdə olan, məhkəmə-tibbi ekspertizasının 11 may 2024-cü il tarixli, 280 №-li rəyi ilə müəyyən olunur ki, Nümayəndə1 müayinə zamanı aşkar edilmiş xəsarətləri döş qəfəsinin sol yarısının ön səthində, mənə xətti üzrə Vİİ qabırğa səviyyəsindən döş boşluğuna keçərək hemopnevmatoraksla nəticələnmiş deşilmiş-kəsilmiş yara, qarının sol yarısının aşağı şöbəsində qarın boşluğuna keçərək dalağın və böyük piyliyin zədələnməsi ilə müşayiət olunan və dalağın cərrahi əməliyyat yolu ilə götürülməsi ilə nəticələnmiş deşilmiş-kəsilmiş yara, başın sağ təpə-ənsə nahiyəsində kəsilmiş yara, sol qulaq seyvanının sırğalıq nahiyəsində kəsilmiş yara, sifətin sağ yarısında burunun yan divarı nahiyəsində kəsilmiş yara, döş qəfəsinin sol yarısının ön səthində, İİİ qabırğa səviyyəsində kəsilmiş yara, döş qəfəsinin sol yarısının ön səthində, döş sümüyü səviyyəsində kəsilmiş yara, döş qəfəsinin sol yarısının yan səthində ön qoltuqaltı xətt üzrə bir ədəd, arxa qoltuqaltı xətt üzrə iki ədəd kəsilmiş yaralar, döş qəfəsinin sağ yarısında arxa qoltuqaltı xətt üzrə kəsilmiş yara, sol saidin yuxarı üçdə birinin arxa səthində iki ədəd kəsilmiş yaralar, sol budun yuxarı üçdə birinin arxa səthində iki ədəd kəsilmiş yaralar, sağ diz oynağının ön səthində əzilmiş yara iti kənarları olan eyni alətin təsirindən törənmişdir və Təqsirləndirilən şəxs1 istintaq orqanına təqdim etdiyi bıçaq vasitəsi ilə yetirilməsi inkar olunmur, yetirilmə müddəti 01 aprel 2024-cü il tarixə uyğun gəlir. Həmin xəsarətlərdən döş qəfəsinin sol yarısının ön səthindən döş boşluğuna keçərək hemopnevmatoraksla nəticələnmiş bir ədəd və qarının sol yarısının aşağı şöbəsindən qarın boşluğuna keçərək dalaq və böyük piyliyin zədələnməsi ilə müşayiət olunan bir ədəd deşilmiş-kəsilmiş yaralar dərəcəsinə görə ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Digər 12 ədəd kəsilmiş yara dərəcəsinə görə ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid olsalar da çoxsaylı xəsarətlər bir-birini ağırlaşdırdığından ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. Sağ diz oynağının ön səthində olan əzilmiş yara isə küt alətin təsirindən törənmişdir, şəxsin yıxılarkən yerə dəyməsi nəticəsində əmələ gələ bilərdi, sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilmir. İşdə olan, məhkəmə-tibbi ekspertizasının 02 aprel 2024-cü il tarixli, 174 №-li rəyi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 müayinə zamanı sağ əlinin ikinci barmağında qançır aşkar edilmişdir. Həmin xəsarət küt əşyanın təsirindən törənmişdir, bıçaqla digər şəxsi vuran zaman bıçağın dəstəyinin təsirindən törənməsi mümkündür, yetirilmə müddəti 01 aprel 2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarətlərə aiddir. İşdə olan, məhkəmə-tibbi ekspertizasının 02 aprel 2024-cü il tarixli, 173 №-li rəyi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 müayinə zamanı bədənində hər hansı bir xəsarət aşkar edilməmişdir. İşdə olan, məhkəmə-tibbi ekspertizasının 02 aprel 2024-cü il tarixli, 176 №-li rəyi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs3 müayinə zamanı sol əlinin ikinci və üçüncü barmaqlarında qançırlar aşkar edilmişdir. Həmin xəsarətlər küt əşyanın təsirindən törənmişdir, şəxsin avtomaşının şüşəsinə yumruqla zərbələr endirməsi zamanı əmələ gəlməsi mümkündür, yetirilmə müddəti 01 aprel 2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarətlərə aiddir. İşdə olan, məhkəmə-kriminalistik ekspertizasının 23 may 2024-cü il tarixli, 3-16- 16/2-6/2259 saylı rəyi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, zərərçəkmiş şəxs Nümayəndə1 cinayət hadisəsi törədildiyi zaman əyinlərində olan geyim əşyalarının səthi üzərində kənar lif mikrohissəcikləri mövcuddur. Nümayəndə1 məxsus olan idman şalvarının səthi üzərindən aşkar edilmiş tünd boz rəngli poliester tərkibli kimyəvi liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs1 məxsus sviterin tərkib liflərinə uyğun gəlirlər. Nümayəndə1 məxsus olan köynəyin səthi üzərindən aşkar olunmuş göy rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs2 məxsus şalvarın tərkib liflərinə uyğun gəlirlər. İşdə olan, məhkəmə-ballistik və məhkəmə-trasoloji ekspertizanın 04 iyun 2024-cü il tarixli, 3-16-16/2-3/705, 3/707, 3/712 saylı rəyi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 təqdim etdiyi cinayətin aləti olmuş bıçaq zavod üsulu ilə istehsal olunmuş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir və üzərində sonradan onun təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir. Nümayəndə1 cinayət hadisəsinin törədildiyi zaman əynində olmuş köynəyin ön-sağ tərəfində iki ədəd, ön-sol hissəsində bir ədəd, arxa-sol hissəsində bir ədəd, arxa-sağ hissəsində üç ədəd, həmçinin idman şalvarının arxa-sol hissəsində iki ədəd zədə vardır. Həmin zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (o cümlədən təqdim edilən bıçağın və ya ona bənzər xassəli olan hər hansı bir alətin) təsiri nəticəsində müxtəlif istiqamətlərdə yaranmağa xarakterik deşilmə-kəsilmə zədələridir. Nümayəndə1 cinayət hadisəsinin törədildiyi zaman əynində olmuş qısaqol köynəyin və idman şalvarının səthindəki zədələr onun məhkəmə-tibbi ekspertizası zamanı bədənində aşkar edilmiş xəsarətlərlə yerləşmə sahəsinə görə nisbi uyğunluq təşkil edir. İşdə olan, məhkəmə-əmtəəşünaslıq ekspertizasının 13 iyun 2024-cü il tarixli, 9- 4232-5/651 nömrəli rəyi ilə müəyyən olunur ki, Nümayəndə1 məxsus “Samsung Galaxy A51” markalı mobil telefon cihazı tamamilə yararsız vəziyyətdədir, təyinatı üzrə istifadə üçün yararlı olmamaqla təmir-bərpası mümkün deyil. Cihazın istifadəyə yararlı vəziyyətdə 01 aprel 2024-cü il tarixə pərakəndə orta bazar qiyməti təxminən 110 manat müəyyən edilir. İşdə olan, əlavə məhkəmə-trasoloji ekspertizanın 19 iyul 2024-cü il tarixli, 3-16- 16/2-3/1181 nömrəli rəyi ilə müəyyən olunur ki, Nümayəndə1 xidməti istifadəsində olan “LADA 21230 Travel” markalı avtomobilin motorxana qapısının üzərindən aşkar edilmiş və fotoşəkilləri çəkilmiş ayaqqabı izləri ümumi əlamətlərinə görə cinayətin törədildiyi vaxt Təqsirləndirilən şəxs2 əynində olmuş bir cüt ayaqqabıya uyğundur. İşdə olan, kompleks məhkəmə-psixiatrik və psixoloji ekspertizanın 17 may 2024-cü il tarixli, 345 nömrəli rəyi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 ictimai təhlükəli əməli törətdiyi zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, əqli gerilik və sair psixi xəstəliklərdən əziyyət çəkməmiş, öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onu idarə etmək imkanında, yəni anlaqlı olmuşdur. Onun hərəkətləri Azərbaycan Respublikası CM-in 21.1-ci maddəsinin təsirinə düşmür, cinayət əməlini törətdikdən sonra hər hansı psixi xəstəliyə tutulmamışdır və hazırda əməllərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onu idarə etmək iqtidarındadır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-in 21.3-cü maddəsinin təsirinə düşmür, anlaqlılığı istisna etməyən psixoloji pozuntu aşkar olunmadığından və əməllərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmək və həmin əməlləri idarə etmək qabiliyyətinə malik olduğundan onun hərəkətləri Azərbaycan Respublikası CM-in 22.1-ci maddəsinin təsirinə düşmür. Barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur və o, məhkəmə-istintaq hərəkətlərinin aparılmasında iştirak etmək prosessual hüquq və vəzifələrini yerinə yetirmək iqtidarındadır. Hadisə haqqında məntiqi fikir yürütmə, praktiki olaraq şəxsi fikirlərini müdafiəyə meyillilik, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərinin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. İctimai təhlükəli əməli törətdiyi zaman emosional halından asılı olaraq öz hərəkətlərini dam dərk etmək qabiliyyətinə malik olmuş, əsəbi psixi-emosional halda olmuş və həmin halın yaranma səbəblərindən biri onun zərərçəkmiş şəxslə mübahisəsi olmuşdur. Cinayət hadisəsini törədərkən fizioloji affekt halında olmamışdır (fizioloji affekt keçirməmişdir). Təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə və özündən uydurmağa meyilli deyildir. İşdə olan kompleks məhkəmə-psixiatrik və psixoloji ekspertizanın 17 may 2024-cü il tarixli, 346 №-li rəyi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 ictimai təhlükəli əməli törətdiyi zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, əqli gerilik və sair psixi xəstəliklərdən əziyyət çəkməmiş, öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onu idarə etmək imkanında, yəni anlaqlı olmuşdur. Onun hərəkətləri Azərbaycan Respublikası CM-in 21.1-ci maddəsinin təsirinə düşmür. Cinayət əməlini törətdikdən sonra hər hansı psixi xəstəliyə tutulmamışdır və hazırda əməllərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onu idarə etmək iqtidarındadır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-in 21.3-cü maddəsinin təsirinə düşmür. Anlaqlılığı istisna etməyən psixoloji pozuntu aşkar olunmadığından və əməllərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmək və həmin əməlləri idarə etmək qabiliyyətinə malik olduğundan onun hərəkətləri Azərbaycan Respublikası CM-in 22.1-ci maddəsinin təsirinə düşmür. Barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur və o, məhkəmə-istintaq hərəkətlərinin aparılmasında iştirak etmək prosessual hüquq və vəzifələrini yerinə yetirmək iqtidarındadır. Hadisə haqqında məntiqi fikir yürütmə, praktiki olaraq şəxsi fikirlərini müdafiəyə meyillilik, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərinin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. İctimai təhlükəli əməli törətdiyi zaman emosional halından asılı olaraq öz hərəkətlərini dam dərk etmək qabiliyyətinə malik olmuş, əsəbi psixi-emosional halda olmuş və həmin halın yaranma səbəblərindən biri onun zərərçəkmiş şəxslə mübahisəsi olmuşdur. Cinayət hadisəsini törədərkən fizioloji affekt halında olmamışdır (fizioloji affekt keçirməmişdir). Təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə və özündən uydurmağa meyilli deyildir. İşdə olan kompleks məhkəmə-psixiatrik və psixoloji ekspertizanın 17 may 2024-cü il tarixli, 347 №-li rəyi ilə müəyyən olunur ki, ictimai təhlükəli əməli törətdiyi zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, əqli gerilik və sair psixi xəstəliklərdən əziyyət çəkməmiş, öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onu idarə etmək imkanında, yəni anlaqlı olmuşdur. Onun hərəkətləri Azərbaycan Respublikası CM-in 21.1-ci maddəsinin təsirinə düşmür. Cinayət əməlini törətdikdən sonra hər hansı psixi xəstəliyə tutulmamışdır və hazırda əməllərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onu idarə etmək iqtidarındadır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-in 21.3-cü maddəsinin təsirinə düşmür. Anlaqlılığı istisna etməyən psixoloji pozuntu aşkar olunmadığından və əməllərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmək və həmin əməlləri idarə etmək qabiliyyətinə malik olduğundan onun hərəkətləri Azərbaycan Respublikası CM-in 22.1-ci maddəsinin təsirinə düşmür. Barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur və o, məhkəmə-istintaq hərəkətlərinin aparılmasında iştirak etmək prosessual hüquq və vəzifələrini yerinə yetirmək iqtidarındadır. Hadisə haqqında məntiqi fikir yürütmə, praktiki olaraq şəxsi fikirlərini müdafiəyə meyillilik, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərinin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. İctimai təhlükəli əməli törətdiyi zaman emosional halından asılı olaraq öz hərəkətlərini dam dərk etmək qabiliyyətinə malik olmuş, əsəbi psixi-emosional halda olmuş və həmin halın yaranma səbəblərindən biri onun zərərçəkmiş şəxslə mübahisəsi olmuşdur. Cinayət hadisəsini törədərkən fizioloji affekt halında olmamışdır (fizioloji affekt keçirməmişdir). Təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə və özündən uydurmağa meyilli deyildir. İşdə olan, kompleks təkrar məhkəmə-psixiatrik və psixoloji ekspertizanın 29 noyabr 2024-cü il tarixli, 201 №-li rəyi ilə müəyyən olunur ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik müəyyən edilmir. Bunu hal-hazırkı psixiatrik müayinənin nəticələri {ekspert komissiyasının yığıncağında aparılan müayinə gedişində öz şəxsiyyətinə, zamana və məkana bələdliyi qənaətbəxş səviyyədə saxlanılması, sualları mahiyyətinə uyğun şəkildə cavablandırması, kifayət qədər anlaşıqlı ifadələr işlətməsi, təfəkkürünün adi tempdə, ardıcıl və məntiqli olması, nitqinin adi tempdə və aydın olması, mülahizə və mühakimələrinin məntiqli olması, aparılan sorğu-sual gedişatında kəskin produktiv psixopatoloji simptomatika (qavrama yanlışlığı, təsəvvür pozuntusu və sayıqlama fikirləri) müəyyən edilməməsi, mnestik- koqnitiv funksiyalarından yaddaş və diqqətində kobud pozuntu nəzərə çarpmaması. anamnestik məlumatları xronoloji ardıcıllıqla çatdırması, intellektual səviyyəsinin aldığı təhsilə və keçirdiyi həyat tərzinə uyğun olması, əhvaliruhiyyə fonunun sabit olması, hal-hazırda psixi vəziyyəti ilə əlaqədar özü və ətrafdakılar üçün sosial təhlükə kəsb etməməsi, aparılan müayinənin gedişinə və onun ola biləcək nəticələrinə maraq göstərməsi, hal-hazırkı vəziyyətinə və yaranmış situasiyaya aydın tənqidi münasibət bəsləməsi müayinədə olduğu müddət ərzində bəzi günlərdə yeməkdən imtina edib ancaq maye qəbul etməsi, ekspert komissiyası zamanı sorğu-sual gedişatını yönləndirməyə çalışması, hadisə barədə verilən suallara qısa, ötəri cavablar verməsi, bunları özünü müdafiə etmək məqsədilə etdiyinin aydın olması, əksər hallarda verilən sualları cavablandırmayaraq başını aşağı salaraq yerə baxıb gülümsəməsi, heç bir psixi xəstəliyə xarakterik olmayan əlamətlər də söyləyərək hər bir cəhdlə özünü psixi xəstə kimi göstərməyə çalışması onun hərəkətlərinin simulyativ davranış -olduğunu sübut edir. Aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs1 əqli- ntellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Fərdi-psixi xüsusiyyətlərində eqosentrizm, inadkarlıq, kinlilik, özünə qarşı ətrafdakılardan yüksək hörmət tələb etmək, ətrafdakıların diqqətini öz üzərinə yönəltməyə meyllilik, diqqət mərkəzində olmağa çalışmaq, nümayişkarənəlik müəyyən olunur. Ekspert komissiyası cinayət işi materiallarının, həmin cinayət işindəki tibbi sənədlərin, toplanmış anamnestik məlumatların, həmçinin hal-hazırkı stasionar məhkəmə psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin bütün nəticələrinin tədqiqi və hərtərəfli təhlili sayəsində yekun nəticəyə gələrək qarşıya qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 hər hansı xroniki psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulmasının, kəmağıllığın və sair psixi xəstəliyin əlamətləri müşahidə olunmur. Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə Təqsirləndirilən şəxs1 ona ittiham olunan cinayət əməli barəsində anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür. V.F Bəşirov hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 halhazırkı psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək, öz prosessual hüquq və vəzifələrini icra etmək qabiliyyətinə malikdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 hal-hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. İşdə olan, “Sübutların qiymətləndirilməsi haqqında” 20 iyul 2024-cü il tarixli qərarı ilə müəyyən olunur ki, istintaq orqanı tərəfindən götürülmüş bir ədəd ov bıçağı, zərərçəkmiş şəxs Nümayəndə1 məxsus paltarlar-bir ədəd köynək və bir ədəd şalvar, bir ədəd yararsız vəziyyətdə olan “Samsung Galaxy A51” markalı mobil telefon cihazı, Təqsirləndirilən şəxs1 məxsus paltarlar-bir ədəd uzunqol gödəkcə, bir ədəd uzunqol sviter, bir ədəd cins şalvar, bir cüt qara rəngli ayaqqabı, Təqsirləndirilən şəxs2 məxsus paltarlar-bir ədəd uzunqol gödəkcə, bir ədəd uzunqol köynək, bir ədəd cins şalvar, bir cüt göy rəngli ayaqqabı və Təqsirləndirilən şəxs3 məxsus bir cüt qara rəngli çəkmə iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübutlar Ağcabədi rayon prokurorluğunda maddi sübutlar otağında saxlanılır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Habelə iş üzrə zərərçəkmiş şəxs Nümayəndə1 və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə2 ifadələri, şahidlər Şahid1, Şahid2, Şahid3 və Şahid6 ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Həmçinin Habelə məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri (Təqsirləndirilən şəxs1 ifadəsində göstərilən-zərərçəkmiş şəxs Nümayəndə1 öldürmək niyyətinin olmasına və zərərçəkmiş şəxsə bıçaqla zərbələri vurarkən özünü idarə edə bilməməsinə aid hallar istisna olunmaqla), (Təqsirləndirilən şəxs2 ifadəsində göstərilən-Daşqın maşından çıxarılandan sonra qardaşı Vüsalın bıçaqla Daşqını vurmasını görməməsi, Elgiz və İsmayılın bıçaq zərbələri ilə Daşqına vurmalarını görməsi, hadisə yerində kənar şəxslərin olmaması, dava zamanı onları kimsənin ayırmaması, qardaşı Vüsalın əlində bıçaq və atası Fərhadın əlində daş görməməsi, hadisə vaxtı hava qaranlıq olduğundan hadisənin necə baş verməsini görə bilməməsinə aid hallar istisna olunmaqla) və (Təqsirləndirilən şəxs3 ifadəsində göstərilən- Daşqını maşının içərisindən çölə çıxarılandan sonra söyüşə görə yalnız iki dəfə təpiklə onu vurması, Daşqını maşının içərisindən Elgiz və İsmayılın sürüyüb çöl-bayıra çıxarmaları, sonra Elgizlə İsmayılın birlikdə Daşqını bıçaqlamaları, Elgizin maşını ilə Daşqının yaşadığı qəsəbəyə gedərkən maşında Elgizdə və İsmayılda bıçaq olmasını görməsi, Elgizin və İsmayılın Daşıqını bıçaqla vurmalarını görməsi, dava vaxtı Səlim və Vüsalın dava yerində nə etdiklərini, həmçinin onların Daşqını vurmalarını görməməsinə aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla, o cümlədən zərərçəkmiş şəxs Nümayəndə1 ifadələri, şahidlər Şahid1, Şahid2, Şahid3 və Şahid6 ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin müddəaları nəzərə alınaraq sübut kimi qəbul edir. Eyni zamanda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdikləri ifadələrində göstərdikləri hallar, yəni Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiyi xüsusatlar, yəni onun zərərçəkmiş şəxs Nümayəndə1 öldürmək niyyətinin olmasına və zərərçəkmiş şəxsə bıçaqla zərbələr vurarkən özünü idarə edə bilməməsinə dair hallar, Təqsirləndirilən şəxs2 ifadəsində göstərdiyi xüsusatlar, yəni Daşqın maşından çıxarılandan sonra qardaşı Vüsalın bıçaqla Daşqını vurmasını görməməsi, Elgiz və İsmayılın bıçaq zərbələri ilə Daşqına vurmalarını görməsi, hadisə yerində kənar şəxslərin olmaması, dava zamanı onları kimsənin ayırmaması, qardaşı Vüsalın əlində bıçaq və atası Fərhadın əlində daş görməməsi, hadisə vaxtı hava qaranlıq olduğundan hadisənin necə baş verməsini görə bilməməsinə dair hallar və Təqsirləndirilən şəxs3un ifadəsində göstərdiyi xüsusatlar, yəni Daşqını maşının içərisindən çölə çıxarılandan sonra söyüşə görə yalnız iki dəfə təpiklə onu vurması, Daşqını maşının içərisindən Elgiz və İsmayılın sürüyüb çöl-bayıra çıxarmaları, sonra Elgizlə İsmayılın birlikdə Daşqını bıçaqlamaları, Elgizin maşını ilə Daşqının yaşadığı qəsəbəyə gedərkən maşında Elgizdə və İsmayılda bıçaq olmasını görməsi, Elgizin və İsmayılın Daşıqını bıçaqla vurmalarını görməsi, dava vaxtı Səlim və Vüsalın dava yerində nə etdiklərini, həmçinin onların Daşqını vurmalarını görməməsinə dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən zərərçəkmiş şəxs Nümayəndə1 ifadələri, şahidlər Şahid1, Şahid2, Şahid3 və Şahid6 ifadələri, ekspert rəyləri, maddi sübutlar, məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə, eləcə də təqsirləndirilən şəxslərin ibtidvi istintaq zamanı verdikləri ifadələrlə (həmin ifadələrində olan hər birinə verilmiş ittizamda göstərilən bütün halları etiraf etmişlər) tam təkzib olunur. Ona görə də məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdikləri ifadələrinin yuxarıda qeyd olunan hissələrini obyektiv həqiqət kimi qəbul etmir və onların bu ifadələrini özlərinin müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdiyi əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onlar tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi, ittihamda göstərilən xuliqanlıq niyyəti ilə və xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd cinayətin tövsifi ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır. Belə ki, Azərbaycan Respublikası CM-nin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Habelə "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarının 2-ci bəndində bildirilir ki, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Həmin Qərarın 3-cü bəndində verilən izaha əsasən təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilmiş bədən xəsarətlərinin sayı, xarakteri, lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibəti, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır Həmin Qərarın 8-ci bəndində izah verilir ki, qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.4-cü maddəsi ilə (xüsusi amansızlıqla adam öldürmə) tövsif olunur ki, bu zaman təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəlmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrum etmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə də Təqsirləndirilən şəxs1 qrupun digər üzvləri ilə birgə zərərçəkmiş şəxsin yaşadığı qəsəbəyə gedərkən ümumi niyyətdən kənara çıxmaqla üzərində açılıb-qatlanan tipli ov bıçağı götürməsi, zərərçəkmiş şəxsin olduğu nəqliyyat vasitəsinin qapılarının açılmasına nail olduqdan sonra hər hansı dialoq aparılmadan birbaşa hücum edərək nəqliyyat vasitəsinin içində zərərçəkmiş şəxsə bıçaq zərbələri endirməsi, sonuncunun nəqliyyat vasitəsindən çıxarılmasından sonra da ardıcıl zərbələr endirməyə davam etməsi, yalnız ətrafda toplaşmış şəxslərin müdaxiləsi nəticəsində zərərçəkmiş şəxsdən ayrılması, xuliqanlıq hərəkətləri nəticəsində yetirilmiş sıyrıqlar və qançırlardan başqa ümumilikdə zərərçəkmiş şəxsə 14 deşilmiş-kəsilmiş xəsarətlər yetirməsi onun niyyətinin zərərçəkmiş şəxsi qəsdən öldürməyə yönəldiyini, lakin kənar şəxslərin müdaxiləsi və zərərçəkmiş şəxsin təxirə salınmadan səhiyyə müəssisəsinə çatdırılmaqla ixtisaslı tibbi yardım göstərilməsi onun zərərçəkmiş şəxsi qəsdən öldürməyə yönəlmiş cinayətkar niyyətini iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilmədiyini təsdiq edir. Həmçinin məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 qəsdən adam öldürməyə yönəldilən hərəkətlərini xuliqanlıq niyyəti ilə və zərərçəkmiş şəxsə xüsusi əzab və işgəncələr verməklə xüsusi amansızlıqla həyata keçirmişdir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onlar tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 həmin cinayət əməllərində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. İşdə olan, Ağcabədi Rayon Məhkəməsinin 04 aprel 2024-cü il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli tutulduğu vaxtdan 02 aprel 2024-cü il tarixdən hesablanmışdır. İşdə olan, Ağcabədi Rayon Məhkəməsinin 04 aprel 2024-cü il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində «ev dustaqlığı» qətimkan tədbiri seçilmiş və “ev dustaqlığı»nda olmanın əvvəli 02 aprel 2024-cü il tarixdən hesablanmışdır. İşdə olan, Ağcabədi Rayon Məhkəməsinin 04 aprel 2024-cü il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs3 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 02 aprel 2024-cü il tarixdən hesablanmış, habelə həmin məhkəmənin 23 may 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri «ev dustaqlığı» qətimkan tədbiri ilə əvəz edilmişdir. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamələr ilə müəyyən olunur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışlar. İşdə olan, Ağcabədi rayon İHB-nın Xocavənd kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 02 iyul 2024-cü il tarixli arayışlar və xasiyyətnamələrlə müəyyən edilir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Ağcabədi rayonunun Xocavənd kəndində qeydiyyatda olmaqla yaşamışlar və yaşadıqları yer üzrə müsbət xarakterizə olunurlar. İşdə olan, AZ-V 013120 №-li doğum haqqında şəhadətnamənin surəti ilə müəyyən edilir ki, X3 01 oktyabr 2024-cü ildə doğulmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 himayəsində bir azyaşlı uşağın olması CM-nin 59.1.4-cü maddəsinə və zərərçəkmiş şəxslə barışıq əldə etməsi həmin Məcəllənin 59.1.12-ci maddəsinə və CM-nin 221.3-cü maddəsi üzrə zərərçəkmiş hüquqi şəxsə dəymiş maddi ziyanın tamamilə ödənilməsi bu Məcəllənin 59.1.13-cü maddəsinə əsasən əsasən cəzanı yüngülləşdirən hallardır. İş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 cəzasını yüngülləşdirən hallar zərərçəkmiş şəxslə barışıq əldə edilməsi CM-nin 59.1.12-ci maddəsinə və CM-nin 221.3-cü maddəsi üzrə zərərçəkmiş huquqi şəxsə dəymiş maddi ziyanın tamamilə ödənilməsi həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən əsasən cəzanı yüngülləşdirən hallardır. İş üzrə təqsirləndirilən şəxslərin CM-in 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini qabaqcadan əlbir olan bir qrup şəxs halında törətmələri həmin Məcəllənin 61.1.3-cü maddəsinə əsasən cəzanı ağırlaşdıran haldır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 əməli düzgün olaraq CM-nin 29,120.2.2, 29,120.2.4, 221.3 və 228.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 əməli düzgün olaraq CM-nin 221.3cü maddəsi ilə və Təqsirləndirilən şəxs3 əməli düzgün olaraq CM-nin 221.3-cü maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barələrində ittiham hökmü çıxarmağı kifayət qədər əsaslı hesab edir və CM-nin 63.3-cü maddənin müddəaları (cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz) nəzərə alınmaqla Təqsirləndirilən şəxs1 CM-nin 29,120.2.4 və 29,120.2.7-ci maddələrinin, habelə CM-nin 221.3 və 228.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş cəza həddində, eləcə də Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 CM-nin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəza həddində cəzalandırılmaları qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barələrində xüsusi müsadirə təyin edilməsi üçün (CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəza təyin edərkən onların törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halı (CM-nin 221.3-cü maddəsinə münasibətdə) habelə təyin olunacaq cəzanın onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxslərin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs1 azadlıqdan məhrumetmə növündə cəzası, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməllərinə görə CM-nin bir neçə maddəsi ilə təqsirli bilindiyi üçün ona CM-nin 66.3-cü maddəsi tətbiq edilərək cinayətlərin məcmusu üzrə, həmçinin həmin Məcəllənin 63.3-cü maddəsinin müddəaları nəzərə alınmaqla cəza təyin edilməli, yəni Təqsirləndirilən şəxs1 CM-nin 29,120.2.4 və 29,120.2.7-ci maddələri ilə cəza təyin edərkən ona təyin olunacaq cəza həmin maddələr üzrə müəyyən edilmiş daha ciddi cəza növünün-azadlıqdan məhrumetmə növündə cəzanın son həddinin (20 ilin) dörddə üçündən (15 ildən) çox olmamalı, habelə məhkəmə, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışıq əldə etməsi CM-nin 59.1.12-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qəbul edib, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, cəza təyini zamanı həmin Məcəllənin 60-cı maddəsinin müddəalarının tətbiq edilməsi qənaətinə gəlir. Belə ki, Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 63.3-cü maddəsinin müddəaları nəzərə alınmaqla Təqsirləndirilən şəxs1 təyin olunacaq cəzanın müddəti ittiham olunduğu CM-nin 29,120.2.2 və 29,120.2.4-cü maddələr üzrə müəyyən edilmiş daha ciddi cəza növünün-azadlıqdan məhrumetmə cəzasının son həddi 15 ildən çox olmamalı, eyni zamanda onun barəsində həmin Məcəllənin 60-cı maddəsinin müddəaları tətbiq edilərək cəza təyin edilərkən ona təyin olunacaq cəzanın həddi ittiham olunduğu CM-nin 29,120.2.2 və 29,120.2.4-cü maddələri üzrə müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin dörddə üçün dördə üçündən, yəni 11 il 03 aydan çox olmamalıdır. Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.3-cü maddəsinə əsasən (xüsusilə ağır cinayətlər törətdiyinə görə ilk dəfə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxslər üçün) ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 02 aprel 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Eyni zamanda məhkəmə iş üzrə müəyyən edilmiş, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəza təyini zamanı nəzərə alınmasını zəruri edən halları, yəni digər Təqsirləndirilən şəxs3 digər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 atası, Təqsirləndirilən şəxs2la Təqsirləndirilən şəxs1 qardaş olmaları, həmçinin cinayət işi üzrə ailənin üç üzvünün cinayət məsuliyyətə cəlb olunmaqla Təqsirləndirilən şəxs1 cinayətin törədilməsində fəal iştirakı və ittiham olunduğu maddələr üzrə daha sərt cəzanın tətbiq edilməsi əsaslı olmaqla atası və qardaşının xuliqanlıq cinayətin törədilməsində iştiraklarının dərəcəsini, habelə cəzanı yüngülləşdirən halları, yəni zərərçəkmiş şəxslə barışıq əldə edilməsi, zərərçəkmiş hüquqi şəxsə dəymiş maddi ziyanın tamamilə ödənilməsi, həm də Təqsirləndirilən şəxs2 himayəsində bir azyaşlı uşağın olması, eləcə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 xuliqanlıq cinayətini bilavasitə zərərçəkmiş şəxsin onlara qarşı törətdiyi dələduzluq cinayətinin təsiri altında törətmələrini və bu cinayətin törədilməsində iştiraklarının dərəcəsini nəzərə alaraq onların barəsində daha sərt cəzanın tətbiq edilməsini məqbul hesab etmir. Belə ki, məhkəmə iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən halları, yəni zərərçəkmiş şəxslə barışıq əldə edilməsi, cinayət nəticəsində zərərçəkmiş hüquqi şəxsə dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi, Təqsirləndirilən şəxs2 himayəsində bir azyaşlı uşağın olması, təqsirləndirilən şəxslərin şəxsiyyəti (əməlindən peşmançılıq çəkməsi, ilk məhkumluğu, yaşayış yeri üzrə müsbət xarakteriza olunmaları), habelə bir ailənin- Bəşirovlar ailəsinin üç üzvünün eyni cəzaya (azadlıqdan məhrumetmə cəzasına) məhkum edilmələrini məqbul hesab etməyərək yuxarıda göstərilənləri müstəsna hallar kimi qəbul edib, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ittiham olunduqları CM-nin 221.3-cü maddəsinin sankisiyasında nəzərdə tutulmuş cəzadan (azadlıqdan məhrumetmə cəzasından) daha yüngül cəzaazadlığın məhdudlaşdırılması cəzası təyin edilməsini və onların bu cəzanı çəkməklə islah olunmalarını mümkün hesab edir. Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinə əsasən məhkəmə cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə onların ittiham olunduqları CM-nin 221.3-cü maddəsinin sankisiyasında nəzərdə tutulmuş cəzadan (azadlıqdan məhrumetmə cəzasından) daha yüngül cəza-azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Eyni zamanda Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 02 aprel 2024-cü il tarixdən 25 aprel 2025ci il tarixədək həbsdə və “ev dustaqlığı”nda olmaları müddəti, yəni 1 (bir) il 23 (iyirmi üç) gün müddət “ev dustaqlığı”nda saxlanmağın bir günü iki gün azadlığın məhdudlaşdırılması cəzasının müddətinə hesablanmaqla 2 (iki) il 1 (bir) ay 16 (on altı) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onlara qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalıdır. Eyni zamanda Azərbaycan Respublikasının CPM-nin 132.1.1 və 132.1.7-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan, Ağcabədi rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan bir ədəd ov bıçağı və zərərçəkmiş şəxs Nümayəndə1 məxsus bir ədəd köynək, bir ədəd şalvar və bir ədəd yararsız vəziyyətdə olan “Samsung Galaxy A51” markalı mobil telefon cihazı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, habelə Təqsirləndirilən şəxs1 məxsus bir ədəd gödəkcə, bir ədəd sviter, bir ədəd cins şalvar və bir cüt ayaqqabı, Təqsirləndirilən şəxs2 məxsus bir ədəd gödəkcə, bir ədəd köynək, bir ədəd cins şalvar, bir cüt ayaqqabı və Təqsirləndirilən şəxs3 məxsus bir cüt çəkmə hökm qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs2 təhvil verilməlidir. İş üzrə maddi sübut olan və cinayət işinə əlavə edilmiş, baş vermiş cinayət hadisəsi ilə bağlı videogörüntülərin yazıldığı 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə təqsirləndirilən şəxslərin cinayət əməlləri nəticəsində zərərçəkmiş hüquqi şəxsə (Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat idarəsinə) 407 manat miqdarında maddi ziyan vurulmuş və həmin ziyan tam olaraq ödənilmişdir. İş üzrə ekspertiza tədqiqatı xərcləri-447 (dörd yüz qırx yeddi) manat məhkum olunmuş şəxslərdən bərabər qaydada, yəni Təqsirləndirilən şəxs1 149 (bir yüz qırx doqquz) manat, Təqsirləndirilən şəxs2 149 (bir yüz qırx doqquz) manat və Təqsirləndirilən şəxs3 149 (bir yüz qırx doqquz) manat tutulub Azərbaycan Respublikasının Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2, 29,120.2.4, 221.3 və 228.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2, 29,120.2.4-cü maddələri ilə 11 (on bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 cinayətlərin məcmusu üzrə qəti olaraq 12 (on iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 02 aprel 2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilərək 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbirinə əsasən Təqsirləndirilən şəxs2 02 aprel 2024-cü il tarixdən 25 aprel 2025-ci il tarixədək “ev dustaqlığı”nda olması müddəti, yəni 1 (bir) il 23 (iyirmi üç) gün müddət “ev dustaqlığı”nda saxlanmağın bir günü iki gün azadlığın məhdudlaşdırılması cəzasının müddətinə hesablanmaqla 2 (iki) il 1 (bir) ay 16 (on altı) gün təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 10 (on) ay 14 (on dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməsi müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyatda alındığı vaxtdan hesablansın və təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzanın icrası Ağcabədi Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə əvəz olunsun və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilərək 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, barəsində seçilmiş həbs qətimkan tədbirinə əsasən Təqsirləndirilən şəxs3 02 aprel 2024cü il tarixdən 23 may 2024-cü il il tarixədək həbsdə saxlanılması, eləcə də barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbirinə əsasən 23 may 2024-cü il il tarixdən 25 aprel 2025-ci il tarixədək “ev dustaqlığı”nda olması müddəti, yəni 1 (bir) il 23 (iyirmi üç) gün müddət “ev dustaqlığı”nda saxlanmağın bir günü iki gün azadlığın məhdudlaşdırılması cəzasının müddətinə hesablanmaqla 2 (iki) il 1 (bir) ay 16 (on altı) gün təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs3 üzərində qəti olaraq 10 (on) ay 14 (on dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs3 üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs3 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməsi müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyatda alındığı vaxtdan hesablansın və təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzanın icrası Ağcabədi Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə əvəz olunsun və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutar olan və Ağcabədi rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan 1 (bir) ədəd ov bıçağı, zərərçəkmiş şəxs Nümayəndə1 məxsus 1 (bir) ədəd köynək, 1 (bir) ədəd şalvar və 1(bir) ədəd yararsız vəziyyətdə olan “Samsung Galaxy A51” markalı mobil telefon cihazı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübutar olan və Ağcabədi rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs1 məxsus 1(bir) ədəd gödəkcə, 1(bir) ədəd sviter, 1(bir) ədəd cins şalvar,1(bir) cüt ayaqqabı, Təqsirləndirilən şəxs2 məxsus 1(bir) ədəd gödəkcə, 1(bir) ədəd köynək, 1(bir) ədəd cins şalvar, 1(bir) cüt ayaqqabı və Təqsirləndirilən şəxs3 məxsus 1(bir) cüt çəkmə hökm qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs2 təhvil verilsin. İş üzrə maddi sübut olan və cinayət işinə əlavə edilmiş, baş vermiş cinayət hadisəsi ilə bağlı videogörüntülərin yazıldığı 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərcləri-447 (dörd yüz qırx yeddi) manat məhkum olunmuş şəxslərdən bərabər qaydada, yəni Təqsirləndirilən şəxs1 149 (bir yüz qırx doqquz) manat, Təqsirləndirilən şəxs2 149 (bir yüz qırx doqquz) manat və Təqsirləndirilən şəxs3 149 (bir yüz qırx doqquz) manat pul vəsaiti tutulub Azərbaycan Respublikasının Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan Təqsirləndirilən şəxs1 hökmün surətini aldığı vaxtdan) 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar