Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(099)-902/2023 08.12.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Hüseynov Nahid Nəsir oğlu (sədrlik edən), Məmmədova Esmira Qərib qızı və Məmmədov Neymət Hüsən oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X8, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri X3, Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxxxxxx 1978-ci ildə Ağstafa şəhərində anandan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2vanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144-3.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin icraatına Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144-3.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Dövlət ittihamçısı X3 vəsatətlə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin məhkəmə aidiyyətinin Lənkəran Ağır Cinayətlər Məhkəməsinə deyil, Gəncə Ağır Cinayətlər Məhkəməsinə aid olduğunu, CPM-in 74.3-cü maddəsinə əsasən cinayət işinin aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilməsini, barəsində seçilmiş qətimkan tədbirinin 01 ay müddətinə uzadılmasını xahiş edir. Vəsatət onunla əsalandırılır ki, təqsirləndirilən şəxs Səbinə Məmmədovaya irəli sürülmüş ittihamın sonuncu epizodunun məzmunundan görünür ki, o, təkrarən tamah niyyəti ilə 2020-ci ilin fevral ayında ünvan 3 ünvanında yaşayan Zərərçəkmiş şəxs3 ilə danışaraq 25 yanvar 2020-ci il tarixdən 08 fevral 2020-ci il tarixədək olan müddət ərzində İran İslam Respublikasının Tehran şəhərində nəzarəti altında kişi müştərilərlə cinsi əlaqədə olması barədə məlumatları yaxın qohum və tanışları arasında yayıb rüsvay edəcəyi ilə hədələyərək hədə-qorxu məcburetmə vasitəsilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs3 razılığını bildirdikdən sonra 22 fevral 2020-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini Astara nəzarət-buraxılış məntəqəsindən keçirməklə İran İslam Respublikasının Tehran şəhərinə getmiş, Təqsirləndirilən şəxs onu qarşılayıb qeyd olunan şəhərdə öncədən tutduğu mənzilə yerləşdirdikdən sonra insan alveri məqsədi ilə Zərərçəkmiş şəxs3 məxsus pasportu götürüb saxlamaqla 22 fevral 2020-ci il tarixdən 26 fevral 2020-ci il tarixədək istintaqa məlum olmayan müxtəlif yerlərdə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə iki və daha çox şəxs barəsində təkrarən insan alveri cinayətini törətmişdir. İstintaq orqanı heç bir əsas olmadan öz şəxsi mülahizələrinə görə nəticəyə gəlir ki, güya Səbinə Məmmədli və Zərərçəkmiş şəxs3 ilə cinsi istismarla bağlı razılıq Masallı rayonu ərazisində baş vermişdir. Lakin cinayət işinin materialları ilə tanış olarkən təqirləndirilən şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs Gülnarə Sadıqova ilə konkret olaraq harada razılığa gəlməsi, hansı mobil telefon nömrələri vasitəsilə əlaqə saxlaması, həmçinin cinsi istismarla bağlı sonuncu dəfə harada razılığa gəlmələri, hansı məzmunda aralarında danışıqların aparılması müəyyən olunmur. Həmçinin cinayət işi materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs C 00066227 nömrəli ümumvətəndaş pasportundan istifadə etməklə xx.xx.2019-cu il tarixdə saat 08:19-da “Astara” sərhəd buraxılış məntəqəsindən keçməklə Azərbaycan Respublikasının ərazisini İran İslam Respublikası istiqamətində tərk etmiş, xx.xx.2020-ci il tarixdə saat 11:10-da həmin sənəddən istifadə etməklə “Astara” sərhəd buraxılış məntəqəsindən geri qayıtmışdır. Göründüyü kimi cinayət işi materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 hədələyərək hədə-qorxu məcburetmə vasitəsilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etməsinə yönələn hərəkətləri edərkən İran İslam Respublikası ərazisində olmuşdur. Odur ki, həmin cinayətin Təqsirləndirilən şəxs tərəfindən xaricdə törədilməsi ehtimal edildiyindən cinayət işi təqsirləndirilən şəxsin Azərbaycan Respublikasında axrıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəməyə, yəni aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər məhkəməsinə göndərilməsini, həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin 14 dekabr 2023-cü il tarixdə bitdiyini nəzərə alaraq sonuncu barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə verilmiş vəsatətlə bağlı cinayət prosesi tərəflərinin fikirlərini dinləyərək hesab edir ki, dövlət ittihamçısı Rahim Nəhmətovun hazırkı cinayət işinin məhkəmə aidiyyəti üzrə göndərilməsi və həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı vəsatəti əsaslı olduğundan təmin edilməlidir. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 aldatma yolu ilə cinsi istismar etmək məqsədi ilə Azərbaycan Respublikası dövlət sərhədindən keçirilməsi üçün cəlb etməklə İran İslam Respublikası ərazisində istintaqa məlum olmayan müxtəlif yerlərdə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə insan alveri cinayətini törtəmiş və bu hal 13 dəfə olmaqla birinci dəfə 09 iyul 2016-cı il tarixdən 22 iyul 2016-cı il tarixədək sonuncu dəfə isə 22 fevral 2020-ci il tarixdən 26 fevral 2020-ci il tarixədək olan dövrdə baş vermişdir. Cinayət işi materiallarına əlavə edilmiş 21 aprel 2023-cü il tarixdə zərərçəkmiş şəxs qismində dindirilməsi protokolundan görünür ki, Zərərçəkmiş şəxs3 göstərmişdir ki, 2016-cı ilin yay aylarında Səbinə adlı qadın Masallı rayonunda işlədiyi kafeyə gəlmiş, İrana gedibgəldiyini, orada restoran işlətdiyini, işində dürüst olan xidmətçi axtardığını demiş, onu Tehran şəhərində yerləşən restoranına işləmək üçün dəvət etmiş, maddi vəziyyət ilə bağlı Səbinə ilə razlaşmış, xx.xx.2016-cı ildə o, İran İslam Respublikasının Tehran şəhərinə getmiş, orada Səbinə onu qarşılayıb onu özünün yaşadığı mənzilə aparmış, orada ona yemək və içki təqdim etmiş, lakin içki içdikdən sonra ürəyi bulanmış və huşunu itirmiş, bir neçə saatdan sonra ayılanda çılpaq vəziyyətdə olmuş, yanında da tanımadığı bir nəfər iranlı kişi olmuş, bu hala etiraz etdikdə Səbinə ona sillə vuraraq sakitləşməyini bildirmiş və nəzarəti altında kişilərə intim xidmət göstərəcəyini demişdir. O, Səbinəyə etiraz etdikdə Səbinə onun pasportunu əlində saxlayaraq pasportsuz heç yerə gedə bilməyəciyini deyərək, onun tanımadığı şəxslə anlaqsız vəziyyətdə cinsi əlaqədə olduğu videonu göstərmiş və ona “gedə bilirsənsə get” demişdir. O artıq Səbinənin əlində asılı olduğunu anlamış, həmin video qohumları, oğlu tərəfindən görülsə idi yaşamağının heç bir mənası qalmazmış, beləliklə Səbinə onu həmin mənzildə gün ərzində 5-6 olmağa məcbur etmiş, bir neçə gündən sonra Səbinə pasportu ona qaytararaq Azərbaycana qayıtmağı tapşırmış və xəbərdarlıq etmişdir ki, baş verənlər barədə hüquq-mühafizə orqanları və ya başqa kimsə bilsə həmin video yayılacaqdır. O, xx.xx.2016-cı ildə Azərbaycana gəlmiş, uzun müddət özünə gələ bilməmiş, qorxusundan nömrəsini dəyişə bilməmiş, Səbinə ona tapşırmışdır ki, çağıran vaxt nömrəsinə zəng çatmasa video yayılacaqdır. O nə edəcəyini bilməmiş, 2018-ci ilin fevral ayının əvvəllərində Səbinə ona zəng edərək Tehrana gəlməyi tapşırmış, o xx.xx.2018-ci ildə Səbinənin yanına getmiş, yenə əvvəlki kimi Səbinə onu istismar etməyə başlamış, o etiraz etməyi ağlının ucundan belə keçirməmişdir. 2020-ci ilin fevral ayının sonlarınadək müxtəlif vaxtlarda Səbinə yenidən onu eyni qaydada cinsi istismar etmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 ilə ilk dəfə 2016-cı ilin yay aylarında Masallı rayonu ərazisndə görüşərək sonuncuya qarşı insan alveri cinayətini törtəmiş, sonrakı dövrlərdə isə Təqsirləndirilən şəxs İran İslam Respublikası ərazisində oldğu halda Zərərçəkmiş şəxs3 zəng edərək onu İran İR-yə dəvət etmişdir. Yəni Təqsirləndirilən şəxs həmin əməli törədərkən İran İR-da olmuşdur. Bundan əlavə cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs 2019-cu ilin noyabr ayında X6 ilə danışaraq sonuncunu aldatma yolu ilə cinsi istismar etmək məqsədi ilə Azərbaycan Respublikası dövlət sərhədindən keçirilməsi üçün cəlb etməklə 12 noyabr 2019-cu il tarixdən 26 noyabr 2019-cu il tarixədək olan dövrdə İran İslam Respublikası ərazisində istintaqa məlum olmayan müxtəlif yerlərdə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə insan alveri cinayətini törətməkdə təqsirləndirilmişdir. Həmçinin cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs 2019-cu ilin dekabr ayında Zərərçəkmiş şəxs1 ilə danışaraq sonuncunu aldatma yolu ilə cinsi istismar etmək məqsədi ilə Azərbaycan Respublikası dövlət sərhədindən keçirilməsi üçün cəlb etməklə 11 yanvar 2020-ci il tarixdən 21 yanvar 2020-ci il tarixədək olan dövrdə İran İslam Respublikası ərazisində istintaqa məlum olmayan müxtəlif yerlərdə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə insan alveri cinayətini törətməkdə təqsirləndirilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş 12 aprel 2023-cü il tarixdə zərərçəkmiş şəxs qismində dindirilməsi protokolundan görünür ki, zərərçəkmiş şəxs Ceyran Pənahlı göstərmişdir ki, təxminən 2019-cu ilin ortalarında İran İslam Respublikasında olan zaman restoranların birində Səbinə ilə tanış olmuş, orada tək olduğundan öz həmyerlisi kimi Səbinə ilə yaxın rəfiqə münasibəti qurmağa başlamış, onlar Azərbaycanda olanda belə birbirilərini axtararaq danışmışlar. Bir gün Səbinə ona bu çətinliklə pul qazanmağına ürəyinin ağrıdığını və ona yazığı gəldiyini bildirmiş, İranda olan tanışlarının vasitəsi ilə onu daha yüksək gəlirli işə düzəldə biləcəyini demiş, o, da Səbinə ilə razılaşmışdır. 2019-cu ilin noyabr ayının 12-də o Astara sərhəd keçid məntəqəsindən Azərbaycana gələrək bir neçə dəqiqədən sonra təkrar İrana giriş etmiş, Səbinənin gələcəyini bildiyindən bir neçə saat Səbinəni Astarada gözləmiş və Səbinə Astaranı keçdikdən sonra birlikdə Tehran şəhərinə getmişlər. Tehrana çatdıqdan sonra Səbinə onu deməsinə görə özünün kirayə tutduğu evə aparmış və Səbinəyə nə işlə məşğul olacağını, harada işə düzəldəcəyi və harada işləyəcəyi barədə suallar vermişdir. Səbinə isə ona söhbət zamanı burada nəzarəti altında dəvət etdiyi kişilərə intim xidmətlər göstərəcəyini demiş, Səbinəyə etiraz etdikdə sonuncu ona əsəbləşərək dediklərini eləməyə məcbur olduğunu ona bildirmiş, əks halda orada olan yüksək vəzifəli tanışları vasitəsi ilə ona problemlər yaradacağını qeyd etmiş, məcbur qalaraq Səbinənin dedikləri ilə razılaşmış, həmin gündən etibarən Səbinə onu nəzarəti altında kişi müştərilərlələ cinsi əlaqədə olmaq və bundan qazanc götürməsi üçün görüşdürməyə başlamış, 26 noyabr 2019-cu il tarixdə Səbinə onun artıq işləyə bilmədiyini görüb özü ilə birlikdə Azərbaycana gətirmiş, Səbinə onu hədələdiyindən hər hansı şikayət etməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş 19 oktyabr 2023-cü il tarixdə zərərçəkmiş şəxs qismində dindirilməsi protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 göstərmişdir ki, 2019cu ilin dekabr ayının sonlarında yaşadığı evdə olan zaman Səbinə onunla mobil telefon vasitəsilə əlaqə saxlayıb hazırda İran İslam Respublikasında olduğunu və yanına gedib orada pul qazanmağı təklif etmiş, o, məcburiyyət qarşısında qalıb maddi vəziyyətinin düzəlməsi üçün Səbinənin təklifi ilə razılaşmış, xx.xx.2020-ci ildə o İran İslam Respublikasının Tehran şəhərinə getmiş, orada Səbinə onu qarşılamış, bundan sonra Səbinə onu öz yaşadığı mənzilə aparmış, orada Səbinəyə nə işlə məşğul olacağını, harada işə düzəldəcəyi və harada işləyəcəyi barədə suallar vermiş, Səbinə isə ona söhbət zamanı burada nəzarəti altında dəvət etdiyi kişilərə intim xidmətlər göstərəcəyini demişdir. O, Səbinəyə etiraz etdikdə ona yüksək vəzifəli tanışları vasitəsi ilə problemlər yaradacağını bildirmiş, məcbur qalaraq Səbinənin dedikləri ilə razılaşmış, həmin gündən etibarən Səbinə onu nəzarəti altında kişi müştərilərlələ cinsi əlaqədə olmaq və bundan qazanc götürməsi üçün görüşdürməyə başlamış, 21 yanvar 2020-ci il tarixdə Səbinə evdə olmayanda evdən qaçmışdır. Göründüyü kimi Səbinə X4rşı törətdiyi ehtimal edilən həmin cinayət əməlini 2019-cu ilin noyabr ayının 12-də İran İslam Respublikasında törətmişdir. Yəni törədilməsi ehtimal edilən cinayət Təqsirləndirilən şəxs 2016-cı ilin yay aylarında Masallı rayonunda yerləşən kafelərin birində Zərərçəkmiş şəxs3 qarşı insan alveri cinayətini törətməsindən 3 ilə yaxın bir müddətdən sonra baş vermişdir. Bundan əlavə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 qarşı törətdiyi ehtimal edilən həmin cinayət əməlini 2020-ci ilin yanvar ayının 10-da İran İslam Respublikasında törətmişdir. Yəni törədilməsi ehtimal edilən cinayət Təqsirləndirilən şəxs 2016-cı ilin yay aylarında Masallı rayonunda yerləşən kafelərin birində Zərərçəkmiş şəxs3 qarşı insan alveri cinayətini törətməsindən 3 ildən çox bir müddətdən sonra baş vermişdir. İbtidai istintaq orqanı təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 və Ceyran Pənahlın cinsi istimara razılığı gəldikləri sonuncu, yəni cinayətin başa çatdığı yerin yalnız zərərçəkmiş şəxlərdən birinə, yəni Zərərçəkmiş şəxs3 münasibətdə Masallı rayonu olmasını əsas götürərək işi məhkəmə aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərmişdir. Lakin, məhkəmə tərkibi cinayət işinin materialları ilə tanış olarkən müəyyən olunur ki, istintaq oraqının gəldiyi nəticə iş materialları ilə uzlaşmır. Belə ki, cinayət işində olan həm zərərçəkmiş şəxslərin həm də təqsirləndirilən şəxsin dindirmə, üzləşdirmə protokollarında, digər sənədlərdə müvafiq məzmunlu məlumatlar, yəni Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs3 arasında 2016-cı il tarixdə Masallı rayonunda cinsi istismarla bağlı danışıq olması görünsə də, sonrakı dövrlərdə , əsas da 2020-ci ilin fevral ayında sonuncular arasında Masallı rayonunda cinsi istismarla bağlı bağlı hər hansı bir danışıqların olması, cinsi istismara razılığa gəlmələri əks olunmamışdır. Əksinə istintaq hərəkəti protokollarından görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlər Azərbaycan Respublikası ərazisində görüşdükləri vaxt sonuncuları İran İslam Respublikasında işləmək adı ilə həmin ölkəyə dəvət etmiş, sonradan isə özü İran İslam Respublikasında olarkən zərərçəkmiş şəxslərə zəng edərək onları qeyd edilən ölkəyə yenidən dəvət etmiş və zərərçəkmiş şəxsləri İran İslam Respublikası ərazisində istintaqa məlum olmayan müxtəlif yerlərdə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmalarını təşkil edərək cinsi istismar etməklə insan alveri cinayətini törtəməkdə təqsirləndirilmişdir. Bundan sonra isə zərərçəkmiş şəxsləri barələrində rüsvayedici məlumatları yaymaqla hədələməklə, eləcə də İran İslam Respublikasında olan yüksək vəzifəli şəxslər vasitəsi ilə onlara qarşı çətinliklər yaradacağı ilə hədələmiş və bu yolla da müxtəlif vaxtlarda zərərçəkmiş şəxsləri cinsi istismar etməklə insan alveri cinayətini törtəmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən də görünür ki, həmin tarixlərdə Təqsirləndirilən şəxs İran İslam Respublikası ərazisində olmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144-3.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əməli İran İslam Respublikasında başa çatmışdır. Azərbaycan Respublikası CPM-in 74.3-cü maddəsində göstərilir ki, xaricdə törədilməsi ehtimal olunan cinayət üzrə iş təqsirləndirilən şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəməyə aiddir. Cinayət işi materriallarına əlavə edilmiş İAMAS portalından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasında yaşadığı rəsmi ünvan ünvan 4lavə edilmiş X12 Təsərrüfat Birliyinin baş direktoru tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağstafa şəhəri Dəmir yol binası ev 19 ünvanında qeydiyyatdadır. (i.v. 140) Azərbaycan Respublikası CPM-in 75-ci maddəsinə əsasən məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərir. Azərbaycan Respublikası CPM-in 300.1.4-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işinin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edilir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2017-ci il 11 aprel tarixli 2 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi və inzibati-iqtisadi məhkəmələrinin ərazi yurisdiksiyası”na əsasən Ağstafa rayonu Gəncə Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aid ərazi vahididir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-in 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144-3.4-cü maddələri ilə müəyyən olunmuş cinayətlər ağır cinayət əməlləri kimi eyni səviyyəli məhkəmələrdə baxılmalı olduğundan və Təqsirləndirilən şəxs ona ittiham edilmiş əməli İran İslam Respublikası ərazisində törətdiyindən, hazırkı cinayət işinin baxılması ərazi aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aiddir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, dövlət ittihamçısı X2 vəsatəti təmin edilərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 144-1.2.1, 144-1.2.2, 144- 1.2.4-1 və 144-3.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi məhkəmə aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CPM-in 299.3.5-ci maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında cinayət işi üzrə qətimkan tədbirinin seçilməsi, dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olubolmaması barədə məsələyə baxılır. Cinayət işi materiallarına əlavə edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)152/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 14 dekabr 2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. X10 Məhkəməsinin “Meloni İsveçrəyə qarşı” iş üzrə 10 aprel 2008-ci il tarixli qərarında göstərilmişdir ki, həbs qərarı konkret əsaslara söykənməli və konkret vaxt müddəti müəyyən etməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-in 159.1 və 299.3.5-ci maddələrinə, X10 Məhkəməsinin göstərilən hüquqi mövqeyinə əsaslanıb iş üzrə məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri müddətinin 14 dekabr 2023-cü il tarixdə bitdiyini, məhkəmənin bu günki hazırlıq iclasında cinayət işinin məhkəmə aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilməsi barədə nəticəyə gəlindiyini, bu səbəbdən gələcəkdə Gəncə Ağır Cinayətlər Məhkəməsində də hazırlıq iclasının keçirilməli olduğunu, Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlinin ictimai təhlükəliliyini, xarakterini və törədilmə şəraitini, ağır cinayətlər kateqoriyasına aid olmasını, azadlıqda qalarsa, cinayət prosesini həyata keçirən orqandan gizlənməsi barədə Azərbaycan Respublikası CPM-in 155.1.1-ci maddəsində nəzərdə tutulmuş hərəkəti etməsinə dair ehtimalın kifayət qədər əsaslı və real olmasını nəzərə alaraq hesab edir ki, dövlət ittihamçısının vəsatəti təmin edilməli, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 1 (bir) ay müddətə, yəni 14 yanvar 2024-cü il tarixədək uzadılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 74.4, 75, 299 və 300.1.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin məhkəmə aidiyyəti üzrə göndərilməsi ilə bağlı dövlət ittihamçısı X2 vəsatəti əsaslı olduğundan təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 144-1.2.1, 144-1.2.2, 144- 1.2.4-1 və 144-3.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi Azərbaycan Respublikası CPM-in 74.3-cü maddəsinə əsasən məhkəmə aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilsin. Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 1 (bir) ay müddətə, yəni 14 yanvar 2024-cü il tarixədək uzadılsın. Qərarın surəti məlumat üçün cinayət prosesinin tərəflərinə və Ədliyyə Nazirliyi PX-nin Bakı istintaq təcridxanasına göndərilsin.
Məhkəmə qərarları › İş №1(099)-902/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(099)-902/2023
08.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver