Məhkəmə qərarları › İş №1(099)-91/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-91/2022

11.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-91/2022 11.01.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X1, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, müdafiəçilər-Lənkəran Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakı ilə xx xxxxx 1969-cu ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Lənkəran şəhəri, 20 Yanvar küçəsi, ev 10-da qeydiyyatda olmalqa yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.4.3-cü maddəsi ilə, 20 avqust 1968-ci ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Lənkəran şəhəri, M.M.Axund küçəsi, ev 87-də qeydiyyatda olmalqa yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs1 məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda-4,105 qram narkotik vasitə olan heroin və külli miqdarda-1,578 qram psixotrop maddə olan metamfetamini əldə etmiş, saxlamış, daşımış və həmin maddələrin satışını realizə etmək üçün heroini 3 ədəd bükümlərə və metamfetamini 4 ədəd bükümlərə qablaşdırıb üzərində saxlayıb daşımış,10 avqust 2021-ci il tarixdə, saat 11 radələrində Lənkəran şəhəri, 20 Yanvar küçəsində, yaşadığı evin qarşısında üzərində saxladığı bükümlərdən 1 ədəd bükümdə 2,542 qram heroini və 1 ədəd bükümdə 0,905 qram metamfetamini 35 manata tanışı Təqsirləndirilən şəxs2 satmış, daha sonra içərisində heroin və metamfetaminin olan qalan bükümləri üzərində saxlayıb daşıyarkən, daxil olmuş məlumat əsasında 12 avqust 2021-ci il tarixdə, saat 01 radələrində Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Lənkəran şəhəri, 20 Yanvar küçəsində saxlanılıb üzərində şəxsi axtarış zamanı əynindəki köynəyin cibindən 2 ədəd bükümdə ayrı-ayrılıqda 0, 513 qram və 1,05 qram olmaqla cəmi 1,563 qram narkotik vasitə olan heroin və 3 ədəd bükümdə ayrı-ayrılıqda 0,244 qram, 0,193 qram və 0,236 qram olmaqla cəmi 0,673 qram psixotrop maddə olan metamfetamin aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs2 10 avqust 2021-ci il tarixdə, saat 11 radələrində tanışı Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda-2,542 qram narktoik vasitə olan heroni və 0,905 qram psixotrop maddə olan metamfetamini əldə etmiş, saxlamış, daşımış və həmin maddələrin satışını realizə etmək üçün heroini 13 ədəd bükümlərə və metamfetamini 7 ədəd bükümlərə qablaşdırıb üzərində saxlayıb daşımış,11 avqust 2021-ci il tarixdə,saat 13 radələrində Lənkəran şəhəri, M.M.Axund küçəsində,yaşadığı evin qarşısında üzərində saxladığı bükümlərdən 1 ədəd bükümdə 0,916 qram heroini və 1 ədəd bükümdə 0,187 qram metamfetamini 20 manata tanışı Şahid4 satmış, daha sonra içərisində heroin və metamfetaminin olan qalan bükümləri üzərində saxlayıb daşıyarkən, daxil olmuş məlumat əsasında 11 avqust 2021-ci il tarixdə, saat 22 radələrində Lənkəran Şəhər- Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Lənkəran şəhəri, 20 Yanvar küçəsində saxlanılıb üzərində şəxsi axtarış zamanı əynindəki şalvarının cibindən sarı rəngli plasmas qabın içərisində 12 ədəd bükümdə ayrı-ayrılıqda 0,124 qram, 0,144 qram, 0,129 qram, 0,192 qram, 0,154 qram, 0,089 qram, 0,138 qram, 0,155 qram, 0,147 qram, 0,113 qram, 0,153 qram və 0,088 qram olmaqla cəmi 1,626 qram narkotik vasitə olan heroin və 6 ədəd bükümdə ayrı-ayrılıqda 0,188 qram, 0,172 qram, 0,057 qram, 0,073 qram, 0,098 qram və 0,130 qram olmaqla cəmi 0,718 qram psixotrop maddə olan metamfetamin aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib ifadəsində göstərmişdir ki, o, subaydır, heç bir yerdə işləməmiş, anası ilə birlikdə Lənkəran şəhəri,20 Yanvar küçəsi, ev 10-da qeydiyyatda olmaqla yaşamışdır.Əvvəllər bir dəfə, şəxsi istifadəsi üçün narkotik maddə əldə edib saxladığına görə məhkum olunmuşdur.Təxminən 20 ildir ki, narkotik maddələrdən istifadə etməyə başlamış, əsasən də heroin və metamfetamindən istifadə etmişdir.Narkotik maddələri tanımadı şəxslərdən alıb istifadə etmişdir.Narkomaniya xəstəliyindən əziyyət çəkir. Təqsirləndirilən şəxs2 qonşu küçədə yaşayan, həm də narkotik maddələrdən istifadə edən şəxs kimi tanıyır və aralarında normal münasibətlər olmuşdur.10 avqust 2021-ci il tarixdə, səhər saatlarında yaşadığı evin qarşısında təsadüfən Musa ilə rastlaşmış və Musa bədənində ağrıları olduğunu bildirib ondan narkotik maddə istəmiş, o da bir gün əvvəl Lənkəran şəhərində tanımadığı şəxsdən 35 matata alıb özünün şəxsi istifadəsi üçün üzərində saxladığı heroindən və metamfetamindən az miqdarda, təxminən 1 qram miqdarında bir bükümdə heroin və bir bükümdə metamfetamin Musaya vurmuşdir.Həmin maddələri Musaya satmamış, tanışı kimi pulsuz olaraq vermişdir. 12 avqust 2021-ci il tarixdə, gecə saatlarında hava isti olduğu üçün küçəyə çıxıb yaşadığı evin qarşısında olarkən bir neçə polis əməkdaşı onu saxlayıb üzərində narkotik maddə saxlamaqda şübhəli olduğu bildirilib polis şöbəsinə aparılmışdır.Tutularkən üzərində özünün istifadəsi üçün saxladığı heroin və metamfetamin olmuşdur.Polis şöbəsində polis əməkdaşları tərəfindən vəkilin iştirakı ilə və videoçəkilişlə üzərində axtarış aparılmışdır.Axtarış zamanı özü üstündə olan 2 büküm heroini və 3 büküm metamfetamini əynindəki köynəyinin cibindən çıxarıb polislərə təqdim etmişdir.Şifahi sorğu zamanı o, üzərində aşkar olunmuş heroin və metamfetamini tutulmamışdan bir gün əvvəl Lənkəran şəhərində tanımadığı şəxsdən aldığını və özünün şəxsi istifadəsi üçün üstündə saxladığını bildirmişdir.Polis əməkdaşları tərəfindən saxlanılarkən və bundan sonra ona qarşı təsir və ya təzyiq halları olmamışdır.O,aldığı heroindən və metamfetamini heç kimə,o cümlədən tanışı Musaya satmamış,lakin onlardan az miqdarda pulsuz olaraq Musaya istifadəsi üçün vermiş, həmçinin özü də istifadə etmişdir.O, narkotik vasitələrin satışı ilə məşğul olmamış, bununla bağlı ona verilən ittihamı qəbul etmir, lakin özünün şəxsi istifadəsi üçün heroin və metamfetmin əldə edib üzərində saxladığını görə özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir və əməlindən peşmandır. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı da məhkəmədə verdiyi ifadəsinə uyğun ifadələr vermişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki,o, evlidir, rəsmi olaraq heç bir yerdə işləməmiş və ailəsi ilə birlikdə Lənkəran şəhəri, M.M.Axund küçəsi ev 87-də yaşamışdır. Xeyli müddətdir ki, narkotik maddələrdən istifadə etməyə başlamış, əsasən də heroin və metamfetamindən istifadə etmişdir.Narkotik maddələri tanımadı şəxslərdən alıb istifadə etmişdir.Narkomaniya xəstəliyindən əziyyət çəkir.Təqsirləndirilən şəxs1 tanıyır, qonşuluqda olan küçədə yaşayır,Elsevər də narkotik maddələr istifadə edir, onunla münasibətləri yaxşıdır.10 avqust 2021-ci il tarixdə,səhər saatlarında küçədə təsadüfən Elsevərlə rastlaşmışdır.Həmin vaxt bədənində ağralırı olduğundan Elsevərdən istifadəsi üçün az miqdarda heroin istəmiş,Elsevər də ona təxminən 1 qramdan da az miqdarda heroin vermişdir.Həmin heroini Elsevər ona pulsuz vermiş,o da Elsevərə heç nə verməmişdir.O, Elsevərin verdiyi heroini həmin gün istifadə etmişdir.Elsevər ona bir dəfə heroin vermiş, başqa vaxtlarda o,Elsevərdən narkotik maddə almamıışdır.11 avqust 2021-ci il tarixdə, gecə vaxtı 20 Yanvar küçəsinda olarkən polis əməkdaşları onu saxlayıb üzərində narkotik maddə saxlamaqda şübhəli olduğu bildirilib polis şbəsinə aparılmışdır.Tutularkən üzərində narkotik maddələr olmamışdır.Polis şöbəsində tanımadığı polis əməkdaşları cibinə heroin və metamfetamin qoymuş, bundan sonra vəkilin iştirakı ilə və videoçəkilişlə üzərində axtarış aparılmışdır.Axtarış zamanı polis əməkdaşlarının əvvəldən cibinə qoyduğu narkotik maddələr (heroin və metamfetamin) aşkar olunmuşdur.Polis əməklaşları tərəfindən ona qarşı təzyiqlər olduğu üçün o, üstündən aşkar olunan heroin və metamfetamini bir gün əvvəl tanışı Elsevərdən 35 manata aldığını bildirmişdir. Əslində isə bir gün əvvəl Elsevərin ona pulsuz verdiyi az mirdanda heroini o, həmin gün istifadə etmiş, tutulan vaxt üstündə narkotik maddə olmamışdır.Turqut adlı şəxsi tanımır və belə bir şəxsə narkotik maddələr satmamış, bununla bağlı ona verilən ittihamı qəbul etmir.Tutulandan sonra polis əməkdaşları ona qarşı təzyiqlər etdiyi üçün o, tanışı Elsevərdən heroin və metamfetamin almasını və Turqut adlı şəxsə heroin və metamfetamin satmasını deməyə məcbur olmuşdur.Əslində isə o,Elsevərin verdiyi heroini özü istifadə etmiş,Turqut adlı şəxsə isə heroin və metamfetamin satmamışdır.Üzərindən aşkar olunmuş heroin və metamfetamin özünə məxsus deyil, həmin heroin və metamfetamini onu tutmuş polis əməkdaşları cibinə qoymuşlar.O,Elsevərdən pulla narkotik maddələr almamış, heç kimə, o cümlədən Turqut adlı şəxsə heroin və metamfetamin satmamış, narkotik vasitələrin satışı ilə məşğul olmamış və ümumiyyətlə heç bir cinayət əməli törətməmişdir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərmişdir ki, o, təxminən 5-6 ildir ki, heroin və metamfetamindən istifadə etməyə başlamışdır.Təqsirləndirilən şəxs1 tanıyır, qonşuluqda yaşayır,Elsevər də narkotik vasitə qəbul edir, demək olar ki, hər gün onunla görüş, birlikdə çay içib söhbət edirlər.10 avqust 2021-ci il tarixdə, saat 11 radələrində Elsevərin yaşadığı evin qarşısından onunla görüşüb bədənində ağrılar olduğunu deyib ondan narkotik vasitə istəmiş, Elsevər də ona bir büküm heroin və bir büküm metamfetamin vermiş, o da Elsevərə 35 manat pul vermişdir.Səhəri gün aldığı heroindən və metamfetamindən təxminən 0,3 qram ayırıb qəbul etmiş, sonra heroini 13 ədəd bükümlərə, metamfetamini isə 7 ədəd bükümlərə qablaşdırmışdır ki, onları satıb pul əldə etsin.Sonra o, 13 ədəd və 7 ədəd xürda bükümləri kiçik sarı rəngli plasmas qabın içərisinə qoyub üstündə saxlamışdır ki, kim istəsə bir bükümü 5 manatdan satsın.11 avqust 2021-ci il tarixdə, saat 13 radələrində evə olarkən küçədən kimsə onu çağırmış, küçəyə çıxanda tanıdığı Turqut adlı şəxs olduğunu görmüş və Turqut ondan qəbul etmək üçün heroin və metamfetamin istəmiş, o da üstündə olan bükümldərdən bir büküm heroin və bir büküm metamfetamini Turquta vermiş, Turqut da ona 20 manat pul vermişdir.Heroin çəkisi təxminən bir qrama yaxın, metamfetaminin çəkisi az olmuşdur.Ona görə də o, Turquta bir büküm heroini 15 manata, bir büküm metamfetamini 5 manat satmışdır.Turqutdan başqa heç kmə narkotik maddələr satmamışdır.Həmin gün saat 22 radələrində şəhərdə,20 Yanvar küçəsi ilə piyada gedərkən polis əməkdaşları onu saxlayıb üzərində narkotik vasitə saxlamaqda və satışı ilə məşqul olmaqda şübhəli olduğu bildirilib polis şöbəsinə aparılmışdır.Polis şöbəsində təhqiqatçı tərəfindən polis əməkdaşlarının və müdafiəçisinin iştirakı ilə, həm də videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir.Şəxsi axtarış zamanı özü əynindəki şalavarının cibində saxladığı sarı rəngli plasmas qabı çıxarıb təqdim etmişdir.Həmin qabın içərisindən 12 büküm heroin və 6 büküm metamfetamin aşkar olunmuşdur.Şifahi sorğu zamanı o,üzərində aşkar olumuş kütlələrin heroin və metamfetamin olduğunu, bir gün əvvəl tanışı Elsevərdən 35 manata aldığını, aldığı maddələrin bir hissəsini satmaq üçün ayırıb (bükümlərə qablaşdırıb) üzərində saxladığını bildirmişdir.O,Elsevərdən bir dəfə narkotik maddələr almışdır. Elsevərin ona satdığı heroin və metamfetamini haradan əldə etməsi, ondan başqa kiməsə narkotik maddələr satması barədə heç bir məlumatı yoxdur. Aşkar olunmuş kütlələr təhqiqatçı tərəfindən qablaşdırılıb götürülmüş, sonra protokol tərtib edilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə şəxsi axtarışın aparılması zamanı çəkilmiş videoçəkiliş tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadələrini qismən təsdiq edib əlavə ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsində üzərində aşkar olunmuş heroin və metamfetamini tanışı Elsevərdən 350 manata alması, həmçinin Turqut adlı şəxsə bir büküm heroin və bir büküm metamfetamini 20 manata satması barədə yazılanları təsdiq etmir, belə hallar olmamışdır.Polis əməkdaşların ona qarşı təzyiqləri olduğu üçün o, ifadə verərkən heroin və metamfetamini Elsevərdən 35 manata almasını, həmçinin Turqut adlı şəxsə bir büküm heroin və bir büküm metamfetamini 20 manata satdığını demişdir. Əslində isə o,Elsevərdən pulla narkotik maddələr almamış,Elsevər ona az miqdarda heroin vermiş,o da həmin heroini istifadə etmişdir.Aşkar olunan heroin və metamfetamin ona məxsus deyil, həmin maddələri onun cibini polislər qoymuşlar.O,Turqut adlı şəxsi tanımır və həmin şəxsə narkotik maddələr satmamışdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olmaları məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərmişdir ki, o,Lənkəran ŞRPŞ-nin əməkdaşıdır.O,11 avqust 2021-ci il tarixdə Lənkəran ŞRPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili işləmiş Şahid1 (Şahid1) rəhbərliyi ilə keçirilən əməliyyat tədbirində iştirak etmişdir.Həmin gün axşam saatlarında onun da iştirak etdiyi əməliyyat qrupu tərəfindən Lənkəran şəhəri, Sabir küçəsində Turgut adlı şəxs (X4) saxlanılmış, ona üzərində narkotik maddələr saxlamaqda şübhəli olduğu bildirilib polis şöbəsinə gətirilmişdir.Polis şöbəsində təhqiqatçısı Vurğun Məmmədov tərəfindən vəkilin iştirakı ilə və videoçəkilişlə Turgut adlı şəxsin üzərində axtarış aparılmışdır.Axtarış zamanı həmin şəxsin üzərində 2 bükümdə narkotik maddələr (heroin və metamfetamin) aşkar olunmuşdur.Şifahi sorğu zamanı Turgut adlı şəxs üzərində aşkar olunmuş narkotikləri (heroin və metamfetamini) tanışı Musa adlı şəxsdən 20 manata aldığını bildirmişdir.Aşkar olunmuş narkotiklər (heroinə və metamfetaminə oxşar kütlələr) təhqiqatçı tərəfindən qablaşdırılıb götürülmüş, sonra protokol tərtib olunmuşdur.Həmin gün gecə saatlarında şəhərin 20 Yanvar küçəsində Musa adlı şəxs (Təqsirləndirilən şəxs2) əməliyyat qrupu tərəflərindən saxlanılıb polis şöbəsinə gətirilmişdir.Polis şöbəsində təhqiqatçısı Vurğun Məmmədov tərəfindən vəkilin iştirakı ilə və videoçəkilişlə Musa adlı şəxsin üzərində axtarış aparılmışdır.Axtarış zamanı Musa adlı şəxsin üzərindən çoxsaylı bükümlərdə narkotik maddələr aşkar olunmuşdur.Şifahi sorğu zamanı Musa adlı şəxs üzərində aşkar olunmuş narkotikləri (heroin və metamfetamini) bir gün əvvəl tanışı Elsevər adlı şəxsdən 35 manata aldığını bildirmiş, həmçinin Turgut adlı şəxs də narkotiklər satdığını etiraf etmişdir.Aşkar olunmuş narkotiklər (heroinə və metamfetaminə oxşar kütlələr) təhqiqatçı tərəfindən qablaşdırılıb götürülmüş, sonra protokol tərtib olunmuşdur.Bundan sonra gecə saat 01 radələrində (12 avqust 2021-ci il tarixdə) əməliyyat qrupu tərəflərindən Elsevər adlı şəxs (Təqsirləndirilən şəxs1) şəhərin 20 Yanvar küçəsində saxlanılıb polis şöbəsinə gətirilmişdir.Polis şöbəsində təhqiqatçısı Vurğun Məmmədov tərəfindən vəkilin iştirakı ilə və videoçəkilişlə Elsevər adlı şəxsin üzərində axtarış aparılmışdır.Axtarış zamanı Elsevər adlı şəxsin üzərindən çoxlu sayda bükümlər, həmin bükümlərin içərisində narkotik maddələr aşkar olunmuşdur.Şifahi sorğu zamanı Elsevər adlı şəxs üzərində aşkar olunmuş narkotikləri (heroin və metamfetamini) tanımadığı şəxsdən aldığını, həmçinin tanışı Musa adlı şəxsə az miqdarda narkotik maddələr (heroin və metamfetamini) verdiyini bildirmişdir.Aşkar olunmuş narkotiklər (heroinə və metamfetaminə oxşar kütlələr) təhqiqatçı tərəfindən qablaşdırılıb götürülmüş, sonra protokol tərtib olunmuşdur. Məhkəmə istintaqı zamianı Şahid3 Şahid2 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında Şahid4 ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxsləri tanımır,o cümlədən Təqsirləndirilən şəxs2la heç bir tanışlığı yoxdur. Narkotik maddələr istifadəçisidir.11 avqust 2021-ci il tarixdə küçədə olarkən polis əməkdaşları onu tutub polis şöbəsinə aparmışlar.Polis şöbəsində polis əməkdaşları tərəfindən vəkilin iştirakı ilə və videoçəkilişlə üzərində axtarış apaprılmışdır.Axtarış zamanı üzərindən az miqdarda narkotiklər aşkar olunmuşdur.Şifahi sorğu zamanı o, üzərində aşkar olunmuş narkotikləri tanımadığı şəxsdən alıb özünün istifadəsi üçün üstündə saxladığını bildirmişdir.O,Musa adlı şəxsi tanımır və həmin şəxsdən narkotiklər almamışdır. Məhkəmədə, əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün Şahid4 barəsində olan cinayət işinin (eyni zamanda hazırki cinayət işinin) ibtidai istintaq verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Şahid4 barəsində olan cinayət işinin (eyni zamanda hazırki cinayət işinin) ibtidai istintaqı zamanı verdiyi ifadələrdə göstərmişdir ki, o, Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs2 tanıyır və onun narkotik satdığnı bildiyindən narkotik maddə almaq üçün 11 avqust 2021-ci il tarixdə, saat 13 radələrində Musanın yaşadığı M.M.Axund küçəsinə getmişdir.Evin qapışından Musanı çağırıb küçədə onunla görüşüb ondan qəbul etmək üçün heroin və metamfetamin istəyib 20 manat pul vermiş, Musa da ona bir büküm heroin və bir büküm metamfetamin vermişdir.Həmin gün saat 19 radələrində yaşadığı Lənkəran şəhəri,Sabir küçəsində piyada gəzərkən polis əməkdaşları tərəfindən saxlanılıb üzərində narkotiklər saxlamaqda şübhəli olduğu bildirilib polis şöbəsinə aparılmışdır.Polis şöbəsində polis əməkdaşları tərəfindən müdafiəçisinin iştirakı ilə və videoçəkilişlə üzərində şəxsi axtarış keçirmişlər.Şəxsi axtarış zamanı üzərindən 1 büküm heroin və 1 büküm metamfetamin aşkar edilib götürülmüşdür.Şifahi sorğu zamanı o, üzərində aşkar olunmuş heroin və metamfetamini tanışı Musa adlı şəxsdən 20 manata aldığını və özünün şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir.Polis əməkdaşları tərəfindən aşkar olunmuş narkotiklər qablaşdırılıb götürülmüş, sonra protokol tərtib olunmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan sonra Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etmədiyini bildirib əlavə ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı belə ifadə verməmiş, üzərində aşkar olunmuş heroin və metamfetamini Musa adlı şəxsdən almamışdır. İşdə olan, Lənkəran ŞRPŞ-nin əməkdaşının 11 avqust 2021-ci il tarixli “Raport”un surəti ilə müəyyən olunur ki, qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlaması barədə daxil olmuş məlumata əsasən 11 avqust 2021-ci il tarixdə, saat 19 radələrində Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində Şahid4 saxlanılıb Lənkəran ŞRPŞ-nə gətirilmişdir. İşdə olan,“Şəxsi axtarış və götürmə aparılması barədə” 11 avqust 2021-ci il tarixli protokolun surəti ilə müəyyən olunur ki, həmin tarixdə təhqiqatçısı Vurğun Məmmədov tərəfindən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə Şahid4 üzərində şəxsi axtarış aparılmışdır.Şəxsi axtarış zamanı Şahid4 üzərindən 1 ədəd bükümdə heroinə oxşar və 1 ədəd bükümdə metamfetaminə oxşar kütlələr aşkar edilmişdir.Şifahi sorğu zamanı Şahid4 üzərində aşkar olunmuş heroin və metamfetamini 11 avqust 2021-ci il tarixdə, saat 12 radələrində “Musa” adlı şəxsdən (Təqsirləndirilən şəxs2) 20 manata aldığını bildirmişdir. Aşkar olunmuş kütlələr qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüş və şəxsi axtarışla bağlı aparılmış videoçəkiliş bir ədəd DVD diskə köçürülüb protokola əlavə edilmişdir. İşdə olan, Lənkəran ŞRPŞ-nin əməkdaşının 11 avqust 2021-ci il tarixli “Raport”u ilə müəyyən olunur ki, qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində saxlaması və satışı ilə məşğul olması barədə daxil olmuş məlumata əsasən 11 avqust 2021-ci il tarixdə, saat 22 radələrində Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində Əzimov X5 şəhəri, 20 Yanvar küçəsində saxlanılıb Lənkəran ŞRPŞ-nə gətirilmişdir. İşdə olan, “Şəxsi axtarış və götürmə aparılması barədə” 11 avqust 2021-ci il tarixli protokolla müəyyən olunur ki, həmin tarixdə təhqiqatçısı Vurğun Məmmədov tərəfindən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən 12 ədəd bükümdə narkotik vasitə-heroinə oxşar və 6 ədəd bükümdə psixotrop maddə-metamfetaminə oxşar kütlələr aşkar edilmişdir.Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş heroin və metamfetamini 10 avqust 2021-ci il tarixdə, Lənkəran şəhərində tanışı “Elsevər” adlı şəxsdən (Təqsirləndirilən şəxs1) 35 manata aldığını bildirmişdir. Aşkar olunmuş kütlələr qablaşdırılıb təhqiqatçı götürülmüş və şəxsi axtarışla bağlı aparılmış videoçəkiliş bir ədəd DVD diskə köçürülüb protokola əlavə edilmişdir. İşdə olan, Lənkəran ŞRPŞ-nin əməkdaşının 12 avqust 2021-ci il tarixli “Raport”u ilə müəyyən olunur ki, qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində saxlaması və satışı ilə məşğul olması barədə daxil olmuş məlumata əsasən 12 avqust 2021-ci il tarixdə, saat 01 radələrində Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində Mahmudov X6 şəhəri, 20 Yanvar küçəsində saxlanılıb Lənkəran ŞRPŞ-nə gətirilmişdir. İşdə olan, “Şəxsi axtarış və götürmə aparılması barədə” 12 avqust 2021-ci il tarixli protokolla müəyyən olunur ki, həmin tarixdə təhqiqatçısı Vurğun Məmmədov tərəfindən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmışdır.Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən 2 bükümdə narkotik vasitə-heroinə oxşar və 3 bükümdə psixotrop maddə-metamfetaminə oxşar kütlələr aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 üzərində aşkar olunmuş heroin və metamfetamini Lənkəran şəhərində tanımadığı şəxsdən 35 manata aldığını bildirmişdir.Aşkar olunmuş kütlələr qablaşdırılıb təhqiqatçı götürülmüş və şəxsi axtarışla bağlı aparılmış videoçəkiliş bir ədəd DVD diskə köçürülüb protokola əlavə edilmişdir. İşdə olan, məhkəmə-tibbi ekspertizasının 12 avqust 2021-ci il tarixli 765, 766 və 768 №-li rəyləri ilə müəyyən olunur ki, tibbi müayinə zamanı Şahid4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 bədəni üzərində hər hansı xəsarət aşkar edilməmişdir. İşdə olan, məhkəmə-kimyəvi ekspertizasının 12 avqust 2021-ci il tarixli, 19/764 №-li rəyin surəti ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində “Şahid4 üzərində aşkar edilmiş içərisində narkotik vasitə olan heroinə bənzər kütlə 1 ədəd büküm” sözlər və imzalar olan bir ədəd zərfdəki, 01 ədəd bükümdə təmiz çəkisi-0,916 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Tədqiqata təqdim edilmiş üzərində “Şahid4 üzərində aşkar edilmiş içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olan 1 ədəd büküm ” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi-0,187 qram olan ağ rəngli kristal formada olan maddalər metamfetamindir. İşdə olan, məhkəmə fiziki-kimyəvi ekspertizasının 12 avqust 2021-ci il tarixli, 19/766 №-li rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs2 üzərində aşkar edilmiş içərisində narkotik vasitə olan heroinə bənzər kütlələr olan 12 ədəd bükümlər ” sözlər və imzalar olan bir ədəd zərfdəki, 12 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri-0,124 qram, 0,144 qram, 0,129 qram, 0,192 qram, 0,154 qram, 0,089 qram, 0,138 qram, 0,155 qram, 0,147 qram, 0,113 qram, 0,153 qram və 0,088 qram olmaqla ümumi təmiz çəkisi-1,626 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə-heroindirlər, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-biriləri ilə eynidirlər.Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs2 üzərində aşkar edilmiş içərisində psixotrop maddə olan metamfetaminə bənzər kütlələr olan 6 ədəd bükümlər.” sözlər və imzalar olan bir ədəd zərfdəki, 6 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri-0,188 qram, 0,172 qram, 0,057 qram, 0,073 qram, 0,098 qram və 0,130 qram olmaqla ümumi təmiz çəkisi-0,718 qram olan ağ rəngli kristal formada olan maddalər-metamfetamindirlər, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-biriləri ilə eynidirlər.Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs2 məxsus 2 ədəd zərfdəki heroinlər və metamfetaminlər,Şahid4 məxsus heroin və metamfetamin ilə xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Ekspertiza tədqiqatından sonra qalıq heroin 1,386 qram və qalıq metamfetamin 0,598 qramdır.Aparılmış ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat təşkil edir. İşdə olan, məhkəmə fiziki-kimyəvi ekspertizasının 12 avqust 2021-ci il tarixli, 19/767 №-li rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş içərisində narkotik vasitə olan heroinə bənzər kütlələr olan 2 ədəd bükümlər.” sözlər və imzalar olan bir ədəd zərfdəki, 2 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri-0,513 qram və 1,05 qram olmaqla ümumi təmiz çəkisi -1,563 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə-heroindirlər,xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs1 üzərində aşkar edilmiş içərisində psixotrop maddə olan metamfetaminə bənzər kütlələr olan 3 ədəd bükümlər .” sözlər və imzalar olan bir ədəd zərfdəki, 3 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri-0,244 qram, 0,193 qram, 0,057 qram və 0,236 qram olmaqla ümumi təmiz çəkisi-0,673 qram olan ağ rəngli kristal formada olan maddalərmetamfetamindirlər,xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-biriləri ilə eynidirlər.Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs1 məxsus 2 ədəd zərfdəki heroinlər və metamfetaminlər, Təqsirləndirilən şəxs2 məxsus heroin və metamfetamin ilə xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-biriləri ilə eynidirlər.Ekspertiza tədqiqatından sonra qalıq heroin 1,503 qram və qalıq metamfetamin 0,583 qramdır.Aparılmış ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat təşkil edir. İşdə olan, ambulator məcburi narkoloji tibbi yoxlamanın 13 avqust 2021-ci il tarixli, 828 və 830 №-li rəyləri ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən suiistifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacları vadır.Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmaları məsləhət görülür. İşdə olan, “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında” 18 noyabr 2021-ci il tarixli qərarla müəyyən olunur ki, Şahid4 barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi ayrılmışdır. İşdə olan, “Sübutların qiymətləndirilməsi haqqında” 20 noyabr 2021-ci il tarixli qərarla müəyyən edilir ki, iş üzrə götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq, ayrı-ayrı qablaşdırılmış bükümlərdə olmaqla cəmi 3,755 qram narkotik vasitə olan heroin, ayrı-ayrı qablaşdırılmış bükümlərdə olmaqla cəmi 1,318 qram psixotrop maddə olan metamfetamin və iş üzrə şəxsi axtarışların keçirilməsi ilə bağlı aparılmış videoçəkilişlərin yazıldığı 3 ədəd DVD disklər iş üzrə maddi sübut kimi tanınmış və narkotik və psixotrop maddələr saxlanılması üçün Lənkəran ŞRPŞ-nin maddi sübutlar otağına təhvil verilmiş, 3 ədəd DVD disklər cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutu və digər sənədləri sübut növü kimi qəbul edir. Həmçinin məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdikləri ifadələri (Təqsirləndirilən şəxs1 üzərində aşkar olunmuş heroin və metamfetamini yalnız özünün şəxsi istifadəsi üçün əldə edib saxlaması, tanışı Musaya heroin və metamfetamini pulsuz verməsi-satmaması, habelə Təqsirləndirilən şəxs2 tanışı Elsevərdən pulla heroin və metamfetamin almaması,Elsevərin ona pulsuz verdiyi heroini həmin gün istifadə etməsi, Turqut adlı şəxsə heroin və metamfetamin satmamasına aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs1 məhkəmə istintaq zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni üzərində aşkar olunmuş heroin və metamfetamini satmaq məqsədi ilə deyil, yalnız özünün şəxsi istifadəsi üçün əldə edib üzərində saxlaması, tanışı Təqsirləndirilən şəxs2 heroin və metamfetamini pulsuz verməsi-satmaması, narkotik vasitələrin satışı ilə məşğul olmamasına dair hallar, habelə Təqsirləndirilən şəxs2 məhkəmə istintaq zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni tanışı Təqsirləndirilən şəxs1 pulla heroin və metamfetamin almaması,Elsevərin ona pulsuz verdiyi heroini həmin gün istifadə etməsi, tutulan gün üzərində narkotik maddələr olmaması, Turqut adlı şəxsi tanımaması,Turqut adlı şəxsə heroin və metamfetamin satmaması və narkotik vasitələrin satışı ilə məşğul olmamasına dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid2 və Şahid3 ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə, o cümlədən şəxsi axtarışın keçirilməsinə dair protokollarla (müdəfiəçilərin iştirakı ilə və videoçəkilişlə aparılmış şəxsi axtarışlar zamanı təqsirləndirilən şəxslər, eləcə də Şahid4 ittihamda göstərilən halları təsdiq etmişlər), həmçinin Təqsirləndirilən şəxs2 və Şahid4 ibtidai istintaq zamanı verdikləri ifadələr (həmin ifadələrdə Təqsirləndirilən şəxs2 tanışı Elsevərdən 35 manata heroin və metamfetamin aldığını, sonra həmin maddələrin bir hissəsini 20 manata tanışı Turqut adlı şəxsə satdığını, Şahid4 da üzərində aşkar olunmuş heroin və metamfetamini tanışı Musadan 20 manata aldığını göstərmişlər) ilə tam təkzib olunur. Ona görə də məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaq zamanı işin mahiyyəti üzrə verdikləri ifadələrinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini sübut və obyektiv həqiqət kimi qəbul etmir, onların bu ifadələri özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Həmçinin məhkəmə Şahid4 satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxladığı heroin və metamfetaminə görə cinayət məsuliyyətinə cəlb olunmasına aid barəsində olan cinayət işinin (eyni zamanda bu cinayət işinin) ibtidai istintaq zamanı verdiyi ifadələr məhkəmədə tədqiq olunmuş digər sübutlarla, o cümlədən Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadələri ilə təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan sübut kimi qəbul edir. Eyni zamanda hazırki iş üzrə Şahid4 məhkəmədə verdiyi ifadəsində göstərilən xüsusatları, yəni üzərində aşkar olunmuş heroin və metamfetamini Təqsirləndirilən şəxs2 almamasına dair halları məhkəmə obyektiv həqiqət və subut kimi qəbul etmir və onun göstərdikləri həmin hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən Təqsirləndirilən şəxs2, eləcə də Şahid4 ibtidai istintaq zamanı verdikləri ifadələri (həmin ifadələrində Təqsirləndirilən şəxs2 tanışı Turqut adlı şəxsə heroin və metamfetamini 20 manata satdığını,Şahid4 da tanışı Musa adlı şəxsə heroin və metamfetamini 20 manata aldığını göstərmişlər), habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə, o cümlədən şəxsi axtarışın keçirilməsi ilə bağlı aparılmış videoçəkilişlərlə tam təkzib olunur.Həmçinin məhkəmə iclasında Şahid4 əvvəllər vermiş olduğu ifadələri tam təkzib edən ifadələr verməklə qeyri-səmimi olması və bu ifadəsinin (heroin və metamfetaminin Musadan almamasına aid hissədə) işin faktiki hallarına uyğun olmaması, bu ifadəsinin barəsində olan cinayət işinin (eyni zamanda bu cinayət işinin) ibtidai istintaq zamanı verdiyi ifadələrlə, eləcə də məhkəmədə tədqiq olunmuş sübutlarla tam təkzib olunduğundan məhkəmə həmin ifadəni sübut kimi qəbul etmir və onun bu ifadəsini tanışı Təqsirləndirilən şəxs2 cinayət əməlini ört-bastır edilməsi kimi qiymətləndirir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onlar tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Habelə məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik və psixotrop maddələri əldə etmə, saxlama və daşıma cinayəti törətmələri ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İ və İİ Siyahıya əsasən dərman preparatı kimi beynəlxalq adı “Heroin” olan maddə narkotik vasitə və beynəlxalq adı “Metamfetamin” olan maddə psixotrop maddədir.Heroin və metamfetaminin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar və 2 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarında qeyd olunur ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 aid olmaqla götürülmüş 4,105 qram narkotik vasitə olan heroin və 1,578 qram psixotrop maddə olan metamfetamin, habelə təqsirləndirilən Təqsirləndirilən şəxs2 aid olmaqla götürülmüş 2,542 qram narkotik vasitə olan heroin şəxsi istehlak miqdarından artıq olmaqla külli miqdar təşkil edir, eləcə də 0,905 qram psixotrop maddə olan metamfetamin şəxs şəxsi istehlak miqdarından artıqdır. Eyni zamanda təqsirləndirilən şəxslərdən götürülmüş maddələrin ayrı-ayrı növlərdən ibarət olmaqla onların çoxsaylı xırda bükümlərə qabaşdırılması və həmin çoxsaylı bükümləri üzərilərində saxlamaqla yaşadıqları Lənkəran şəhərində daşıması, eləcə də Təqsirləndirilən şəxs1 əldə etdiyi narkotik və psixotrop maddələrin bir hissəsini tanışı Təqsirləndirilən şəxs2, eləcə də Təqsirləndirilən şəxs2 əldə etdiyi psixotrop maddənin bir hissəsini tanışı Şahid4 satması halları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik və psixotrop maddələri məhz satış məqsədilə əldə edib saxlaması və daşıması kimi qiymətləndirilməsi üçün əsasdır. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onlar tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin cinayət əməlində təqsirlərini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. İşdə olan, Lənkəran Rayon Məhkəməsinin 13 avqust 2021-ci il tarixli qərarları ilə müəyyən olunur ki, həmin tarixdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 həbs olunmasının əvvəli tutulduğu vaxtdan-11 avqust 2021-ci il tarixdən və Təqsirləndirilən şəxs1 həbs olunmasının əvvəli tutulduğu vaxtdan-12 avqust 2021-ci il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanmasına dair tələbnamə ilə müəyyən olunur ki, Lənkəran Rayon Məhkəməsinin 12 iyun 2009-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, 19 yanvar 2011-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən (az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər onlar cəzasını çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir) məhkəmə hesab edir ki, 12 iyun 2009-cu tarixli hökm üzrə Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilmiş və o, hazırda məhkumluğu olmayan şəxs hesab olunur. İşdə olan, Lənkəran şəhər 1 №-li sahə İƏD üzrə Nümayəndəliyindən verilmiş 05 noyabr 2021-ci il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 Lənkəran şəhəri, 20 Yanvar küçəsi, ev 10-da qeydiyyatda olmalqa yaşamış və yaşayış yeri üzrə qənaətbəxş xarakterizə olunur. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanmasına dair tələbnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İşdə olan, Lənkəran şəhər 1 №-li sahə İƏD üzrə Nümayəndəliyindən verilmiş 05 noyabr 2021-ci il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 Lənkəran şəhəri, M.M.Axund küçəsi, ev 87-də qeydiyyatda olmalqa yaşamış və yaşayış yeri üzrə qənaətbəxş xarakterizə olunur. İş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar (Azərbaycan Respublikası CM-nin 59 vəf 61-ci maddələrdə göstərilən) yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, eləcə də əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli düzgün olaraq CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onların CM-nin ittiham olunduqları maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılmaları qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində xüsusi müsadirə təyin edilməsi üçün (CM-nin 99-1ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onlar tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə, təqsirləndirilən şəxslərin islah olunmalarına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün onlara azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli,Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 12 avqust 2021-ci il tarixdən, Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 11 avqust 2021-ci il tarixdən hesablanmalı və barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Lənkəran ŞRPŞ-nin maddi sübutlar otağında saxlanılan, ayrı-ayrı qablaşdırılmış bükümlərdə olmaqla cəmi 3,755 qram narkotik vasitə olan heroin və ayrı-ayrı qablaşdırılmış bükümlərdə olmaqla cəmi 1,318 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə «Azərbaycan Respublikasının Narkomanlığa və X2 X3 üzrə Dövlət Komissiyası» tərəfindən həyata keçirilməlidir. Həmçinin iş üzrə maddi sübutlar olan və cinayət işinin materiallarına əlavə olunmuş, iş üzrə şəxsi axtarışla bağlı aparılmış videoçəkilişlərin yazıldığı üç ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatı xərcləri-130 (bir yüz otuz) manat məhkum olunmuş şəxslərdən bərabər qaydada, yəni şəxs Təqsirləndirilən şəxs1 65 (altmış beş) manat və Təqsirləndirilən şəxs2 65 (altmış beş) manat tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 12 avqust 2021-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunsun və yaşadığı ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 11 avqust 2021-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunsun və yaşadığı ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar olan və Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan, ayrı-ayrı qablaşdırılmış bükümlərdə olmaqla cəmi 3,755 qram narkotik vasitə olan heroin və ayrı-ayrı qablaşdırılmış bükümlərdə olmaqla cəmi 1,318 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübutlar olan və cinayət işinin materiallarına əlavə olunmuş, iş üzrə şəxsi axtarışla bağlı aparılmış videoçəkilişlərin yazıldığı 3 (üç) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərcləri-130 (bir yüz otuz) manat məhkum olunmuş şəxslərdən bərabər qaydada, yəni şəxs Təqsirləndirilən şəxs1 65 (altmış beş) manat və Təqsirləndirilən şəxs2 65 (altmış beş) manat tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hökmün surətini aldıqları vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim:Oruc Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar