Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-91/2023 20.06.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Nəbiyev Cəlil Cabbar oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Ağayev Elmar Sakit oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Yusifbəyli və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1976-cı ildə Şirvan (Əli Bayramlı) şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, Bakı Hərbi Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 334.1 və 320.2-ci maddələri ilə təqsirli bilinib 3 (üç) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, barəsində CM-nin 70-ci maddəsi tətbiq olunmaqla təyin olunmuş cəza şərti hesab olunaraq 1 (bir) il sınaq müddəti müəyyən edilmiş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əsassız ittiham verilmişdir ondan ötrü ki, o, satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən və vaxtda külli miqdarda yəni, 11,909 qram psxotrop maddə metamfetamini və külli miqdarda yəni, 21,896 qram narkotik vasitə heroini qanunsuz olaraq əldə edib, üzərində daşımaqla saxlamış, 20 iyul 2022-ci il tarixdə saat 00:30-da Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Şirvan şəhəri, L-nt İbrahimov küçəsində saxlanaraq polis şöbəsinə gətirilib üzərinə şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibində qanunsuz olaraq saxladığı 01 ədəd plastik qabın içərisindəki 01 ədəd bükümdə təmiz çəkisi-21,896 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd bükümdə təmiz çəkisi-11,909 qram ağımtıl rəngli psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 19 iyul 2022-ci il tarixdə, Şirvan şəhəri, L-ni İbrahimov küçəsində kirayə yaşadığı qonşusu Nurlana adında tanış qadının evində axşam saat 23-24 radələrində yemək yeyərkən evin qapısı döyülmüş, qapını döyən şəxslər polis əməkdaşı olduqlarını bildirmişlər. Nurlana qorxusundan qapını açmamış və anası Svetlanaya zəng edərək evə gəlməsini bildirmişdir. Svetlana gəldikdən sonra polislər evə girmiş və onun üzərinə baxış keçirmişlər. Baxış zamanı üzərindən narkotik və hər hansı qeyri-qanuni əşya aşkar olunmamışdır. Bundan sonra polislər onu döymüşlər və əllərinə qandal vuraraq polis maşını ilə Şirvan Şəhər polis şöbəsinə aparmışlar. Onu şöbəyə apardıqdan sonra polis əməkdaşları onun evinə evdə yaşayan şəxslərin icazəsi olmadan axtarış keçirmişlər, evdən narkotik və hər hansı qeyri qanuni əşya aşkar olunmamışdır. Şöbədə olarkən polis əməkdaşları masanın üzərinə içərisində 1 kq narkotik olan bağlamanı qoymuş və üzərinə götürməsini bildirmişlər. Bundan imtina etmiş və polis əməkdaşları tərəfindən yenidən döyülərək zor tətbiq edilmişdir. Döyüldükdən sonra ürəyi getmiş və polis əməkdaşları onu naşatır spirti ilə ayıltmışlar. Ayıldıqdan sonra polislər onu ailəsinə pislik etmələri ilə hədələyərək əgər narkotiki üzərinə götürməsə həmin narkotiki evinə qoyacaqlarını, arvadını və uşaqlarını da şöbəyə gətirərək məsuliyyətə cəlb edəcəkləri ilə hədələmişlər. Əgər narkotiki üzərinə götürərsə onu iki gün ərzində evə buraxacaqlarına söz vermişlər. Bundan sonra məcbur qalaraq narkotikin guya özünə aid olduğunu demişdir. Heç kimə narkotik satmamışdır. Narkotik vasitə marixuanadan əvvəllər istifadə etmişdir. Saxlanılan zaman üzərində narkotik vasitə olmamışdır. Üzərindən aşkarlanan bıçaq ona məxsus olmuş, həmin bıçağı Nurlananın evindən götürmüşdür. Saxlanılandan qabaq bədəni üzərində xəsarət olmamış, polislər ayağının altına dubinka ilə vurduqlarından ayağı şişmiş, buna görə axsayaraq ayağını çəkçəkə atmış, gözündəki xəsarəti də polislər döyərək yetirmişlər. Şöbədə 2 dəfə videoçəkiliş aparılarkən vəkilə döyüldüyünü bildirmiş, məhkəməyə təqdim edilmiş çəkiliş üçüncü çəkiliş olmuş, saxlanıldıqdan sonra polis şöbəsində bədəninə baxış keçirilməmiş, çağırışa gəlmiş həkimə polis şöbəsində polislər tərəfindən döyüldüyünü bildirmişdir.Döyüldüyündən bədənində kəskin ağrılar olmuş, həkim ona ağrıkəsici iynə vurmuşdur. Xəsarətləri aldıqdan bir müddət sonra bədəni üzərində xəsarət qalmadığından ekspertizadan keçməkdən imtina etmişdir. Barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı vəsatətə baxan zaman Şirvan Şəhər Prokurorluğunda kiminsə qəbulunda olmuş, həmin şəxsin prokuror olubolmamasını bilməmiş, həmin şəxs özünü təqdim etmədiyindən adını bilməmiş, qəbul edilən zaman ayağı şişdiyindən ayağında ayaqqabı olmamışdır. Şirvan Şəhər Prokurorluğunda da gözündəki xəsarətləri görmüşlər. Məhkəmə tərkibi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Həmçinin, Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə tərkibi qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də tədqiq edərək mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməsini zəruri hesab edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şirvan şəhər polis şöbəsinin cinayət-axtarış bölməsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 20 iyul 2022-ci il tarixdə gecə saatlarında polis əməkdaşı Şahid2 ilə birlikdə Şirvan şəhəri, Leytenant İbrahimov küçəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olan piyada hərəkət edən Şirvan şəhər sakini Təqsirləndirilən şəxs saxlamışlar. Saxladıqdan sonra Təqsirləndirilən şəxs polis şöbəsinə aparmışlar. Şöbədə olarkən vəkilin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs şalvarının sağ yan cibindən könüllü surətdə bir büküm heroinə bənzər kütlə, bir büküm psixotrop maddə, arxa cibindən bir ədəd bıçaq və sol cibindən bir ədəd elektron tərəzini çıxarıb təqdim etmişdir. Elşadı saxlayarkən hadisə yerində hər hansı bir qadın olmamışdır. Heç bir qadına zor tətbiq etməmişlər. Əməliyyat məlumatı Təqsirləndirilən şəxs narkotik satışı və istifadəsi ilə məşğul olması barədə olmuşdur. Elşadı döyməmiş və ya ona hər hansı bir zor tətbiq etməmişdir. Elşadın sağ gözündə olan xəsarətin hansı şəraitdə əmələ gəlməsini bilmir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şirvan ŞPŞ-nın əməkdaşı Şahid2 ifadəsində göstərmişdir ki, Şirvan şəhər sakini Təqsirləndirilən şəxs 20 iyul 2022-ci il tarixdə polis əməkdaşı Şahid1la birlikdə Şirvan şəhəri, Leytenant İbrahimov küçəsində axşam saat 12- dən sonra saxlamışlar. Saxladıqdan sonra Təqsirləndirilən şəxs polis şöbəsinə aparmışlar. Şöbədə olarkən Təqsirləndirilən şəxs könüllü surətdə bir büküm heroinə bənzər kütlə, bir büküm psixotrop maddə, bir ədəd bıçaq və bir ədəd elektron tərəzini təqdim etmiş və həmin kütlələr qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Elşad həmin narkotiki şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Əməliyyat məlumatı Taleh İsmayılova daxil olmuş, məlumat Təqsirləndirilən şəxs narkotik istifadə etməsi və saxlaması barədə olmuşdur. Elşadı döyməmiş və ya ona hər hansı bir zor tətbiq etməmişdir. Elşadın narkotik satışı ilə məşqul olması barədə məlumatı olmuşdur. Elşadın sağ gözündə olan xəsarətin hansı şəraitdə əmələ gəlməsini bilmir. Məhkəmə istintaqında əlavə şahid qismində dindirilmiş «Şirvan Şəhər Mərkəzi Xəstəxanası» X14 X15 şöbəsinin çağırışçı terapevt həkimi X5 ifadəsində göstərmişdir ki, 21 iyul 2022-ci il tarixdə, saat 14:55-də Şirvan ŞPŞ-dən işlədiyi şöbəyə MSY-də saxlanılan Təqsirləndirilən şəxs barəsində çağırış daxil olmuş, növbədə olduğu üçün çağırışa getmişdir.Təqsirləndirilən şəxs şikayətinin nədən olmasını soruşduqda Elşad «ağrıyıram, bütün bədənim ağrıyır» demişdir. Təqsirləndirilən şəxs ağrıkəsici iynə vurmuş və həkim kimi məsləhətlərini verib çıxıb getmişdir. Təqsirləndirilən şəxs narkotikdən asılılıq sindromu-abstinensiya sindromu müşahidə etməmiş, sadəcə bədənindəki, o cümlədən ayaqlarında ağrılar olduğundan şikayət etmiş və onun ayaqlarının şişdiyini görmüşdür. Bu ağrılarla bağlı ona «Fenalqon» mazından istifadə etməyi məsləhət görmüşdür. Əgər Elşadda narkotiklə bağlı ağrılar olsaydı ona morfi iynəsi vurardı. Elşada bədənində olan ağrılarla bağlı 2 qram analqin, 1 qram dimedrol iynə vurmuşdur. Elşada narkotiklə bağlı tibbi yardım etməmişdir. Elşadın ona döyülməsi barədə nəsə deməsini xatırlamamış, əgər Elşadın döyülməsini bilsəydi növbətçi hissəyə məlumat verərdi. Məhkəmə istintaqında əlavə şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, qızı Nurlana Şirvan şəhərində Leytenant İbrahimov küçəsində kirayədə Elşadla qonşuluqda yaşamışdır. 19 iyul 2022-ci il tarixdə, qızı yaşadığı ünvandan köçməyə hazırlaşdığından, ona qonşuda Elşad adında usta olduğunu və evdə olan sınıq şkafı düzəltmək üçün onu çağıracağını bildirmişdir. Qızı ilə razılaşmış və işə getmişdir. Axşam vaxtı qızı ona zəng edərək yaşadığı Mürşüd adlı şəxsin qapını möhkəm döyərək onu narahat etdiyini və Elşadın evdə olduğunu, ona təcili evə gəlməsini bildirmişdir. Nurlanagilə gəlmiş, evə girmək istəyərkən, tanımadığı 3-4 nəfər mülki geyimdə olan şəxslər ondan əvvəl evə girmiş və onun yanında Elşadın üzərini axtarmağa başlamışlar. Elşadın üzərindən narkotik aşkar olunmamışdır. Təxminən 10-15 dəqiqə sonra Elşadın qoluna qandal vuraraq onu şöbəyə aparmışlar. Həmin şəxslərin polis olduğunu sonradan öyrənmişdir. Mürşüd sonradan ona Elşadın Nurlananın yanında olduğunu bilmiş və Nurlananı qısqandığından polislərə Elşad barədə özü məlumat verdiyini demişdir. Qızı Nurlana hazırda Türkiyə Respublikasındadır. Məhkəmə istintaqında əlavə şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əridir. Hadisə günü gecə vaxtı qayınanası və üç uşağı ilə evdə yatarkən qapı döyülmüşdür. Qapını döyən şəxslər polis olduqlarını deməmiş, əllərində kağız olduğunu və evə baxmalı olduqlarını bildirmişlər. Polislər ona qapını açmasalar sındırıb içəri girəcəkləri ilə hədələdikdən sonra qayınanası qapını açmışdır. Bundan sonra 6 nəfər mülki geyimdə olan şəxslər içəri girmiş və evi axtarmağa başlamışlar. Gələn şəxslərin dördü evdə axtarış aparmış, ikisi isə həyətə çıxmışdır. Bir müddət sonra həyətə çıxan iki nəfər polis əllərində ağ sellofan ilə evə daxil olub, sellofanın içində tərəzini onlara göstərərək «bunu siz həyətə atmısız?» deyə soruşmuş, onlar isə həmin tərəzidən məlumatlarının olmadıqlarını, tərəzinin onlara aid olmadığını bildirmişlər. Həmin şəxslər gedərkən tərəzini özləri ilə aparmışlar. Hadisə vaxtı əri Elşad evdə olmamışdır. Səhərisi gün məlum olmuşdur ki, Elşadı apardıqdan sonra polis əməkdaşları onlara gəlmişlər. Məhkəmə istintaqında əlavə şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qonşusudur. Hadisə günü evdə yatarkən həyətdən səs-küy gəldiyini eşitmiş və balkondan baxdıqda üzbəüz blokdan tanımadığı şəxslərin kiminsə qoluna girdiyini, onu döyə-döyə maşın tərəfə apardıqlarını görmüş və dərhal həyətə düşmüşdür. Həyətə düşdükdən sonra həmin şəxsin qonşusu Elşad olduğunu görmüşdür. Səhər açıldıqdan sonra qonşular ona, Elşadı aparan şəxslərin polis olduqlarını demişlər. Elşadın narkotik istifadə etməsi barədə məlumatı yoxdur, onu narkotik istifadə edərkən görməmişdir. Məhkəmədə tədqiq edilmiş «şəxsi axtarış və götürmə aparılması haqqında» 20 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış və götürmə aparılan zaman sonuncunun əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd dairəvi - uzunsov formada olan şəffaf kauçuk qabın içərisindən 2 ədəd sellofan bükümdə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin, əynində olan şalvarın sol yan cibindən 1 ədəd elektron tərəzi aşkar olunmuşdur. Məhkəmədə tədqiq edilmiş «şəxsi axtarış və götürmə aparılması haqqında» videoçəkilişdən görünür ki, Şirvan PRŞ-nın inzibati binasının xidməti otağında Təqsirləndirilən şəxs üzərinə baxış keçirilir. Həmin görüntüdən açıq aşkar görünür ki, Təqsirləndirilən şəxs sağ gözünün altında qançır vardır, baxış keçirilən zaman sonuncu şalvarının sağ yan cibindən kiçik kauçuk qabın içərisindən 2 ədəd sellofan bükümdə narkotik vasitə heroin və psixotrop maddə metamfetamini, sol cibindən bir ədəd elektron tərəzini və bel nahiyyəsindən bir ədəd bıçağı çıxarıb sol ayağını çəkə-çəkə masaya yaxınlaşaraq təqdim edir, bıçağın özünə məxsus olduğunu, narkotiki, psixotrop maddəni və tərəzini yaşadığı binanın böyründən zibillikdən tapdığını, heç kimə narkotik satmadığını, əməliyyatçılar tərəfindən ona qarşı zor tətbiq olunmadığını, üzərində başqa qanunsuz əşyanın olmadığını bildirir. Heroin və metamfetamin müstəntiq tərəfindən elektron tərəzidə çəkildikdən sonra bıçaq və elektron tərəzi ilə birlikdə qablaşdırılır. Bundan sonra Təqsirləndirilən şəxs sol ayağını çəkə-çəkə axsıyaraq masaya yaxınlaşıb zərfi imzalamaq istəyərkən vəkilin «ayağına nə olub» sualına «heç» cavabı verir və zərfi imzalayır. Məhkəmədə tədqiq edilmiş və işdə olan «şəxsi axtarış və götürmə aparılması haqqında» 20 iyul 2022-ci il tarixli protokolun və videogörüntünün məzmunu eynilik təşkil etmir. Belə ki, videogörüntüdə Təqsirləndirilən şəxs sağ gözünün altında qançır, sol ayağını çəkə-çəkə masaya yaxınlaşması, vəkilin «ayağına nə olub» sualına «heç» cavabı verməsi açıq aydın görünsə də protokolda həmin hallar qeyd edilməmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan «məhkəmə-kimyəvi ekspertizası»nın 20 iyul 2022-ci il tarixli 18/773 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində «...Təqsirləndirilən şəxs üzərindən... » sözləri yazılmış kağız paketdə 01 ədəd plastik qabın içərisində 01 ədəd bükümdə təmiz çəkisi-21Ə,896 qram olan qəhvəyimtil rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir, 01 ədəd bükümdə təmiz çəkisi-11,909 qram olan ağımtıl rəngli maddə psixotrop maddə metamfetamindir. 01 ədəd elektron tərəzinin üzərində heroinin izləri vardır. Heroindən tədqiqata sərf edildi-0,05 qr, qalıq-21,846 qr. Metamfetamindən tədqiqata sərf edildi-0,05 qr, qalıq-11,859 qr. Məhkəmədə tədqiq edilmiş və işdə olan ambulator «məhkəmə-psixiatrik ekspertizası»nın 06 avqust 2022-ci il tarixli 2063 nömrəli rəyindən görünür ki, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayəti törədərkən xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik qeyd edilməyib. Təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs cinayəti törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlik aşkar olunmur. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Məhkəmədə tədqiq edilmiş və işdə olan «məhkəmə-narkoloji ekspertizası»nın 25 avqust 2022-ci il tarixli, 4739 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcbur müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanerində profilaktik qeydiyyata alınması məsləhət görülür. İbtidai istintaq orqanının işdə olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş «sübutların qiymətləndirilməsi haqqında» 8 noyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalıq qalan 21,846 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və ekspertiza tədqiqatından sonra qalıq qalan 11,859 qram psixotrop maddə metamfetaminin qalıqları və 1 ədəd elektron tərəzi maddi sübut kimi tanınmış və saxlanılması üçün Şirvan şəhər PŞ-nin saxlanc anbarına verilmişdir. Məhkəmə tərkibi cinayət işinin mateariallarını nəzərdən keçirərək, şahidlərin ifadələrinə qiymət verərək, toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, məhkəmə istintaqında tədqiq edilmiş sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etmədiyini və ibtidai istintaq orqanının müəyyən etdiyi halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlmədiyini, habelə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onların şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair ittihamın əsasını ancaq istintaq orqanının qeyri-mötəbər, ziddiyətli və işin faktiki halları ilə uzlaşmayan sübutlar təşkil etdiyindən habelə ilkin sübutlar qanunsuz yolla və müdafiə hüququ pozularaq əldə edilməklə ittiham tərəfinin təqdim etdiyi sübutların mötəbərliyinə kifayət qədər şübhələr olduğundan və onun təqsirliliyinə dair heç bir başqa sübutlar aşkar olunmadığından Təqsirləndirilən şəxs bəraət verilməlidir. Belə ki, cinayət işinin materiallarından görünən iş üzrə əhəmiyyətli və mübahisəsiz məqam odur ki, Təqsirləndirilən şəxs ifadələrində özünü qismən təqsirli bilərək göstərmişdir ki, əvvəllər narkotik vasitə marixuanadan istifadə etmiş olsa da, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış, əməliyyatçılar tərəfindən saxlanılarkən üzərindən ümumiyyətlə narkotik vasitə, psixotrop maddə və elektron tərəzi aşkar olunmamış, saxlanıldıqdan sonra polis əməkdaşları tərəfindən döyülərək və işgəncələrə məruz qalaraq ondan etirafedici ifadələr alınmışdır. Halbuki, Təqsirləndirilən şəxs barəsində polis şöbəsində aparılan ibtidai araşdırma zamanı ona təzyiqlər edilərək işgəncə verilməsi və döyülməsi, bunun nəticəsində bədənində güclü ağrılar olduğundan X15dan polis şöbəsinə həkim terapevt çağırılaraq ona ağrıkəsici iynə vurulması, təzyiq altında olduğu üçün videoçəkiliş zamanı heroinin, psixotrop maddə metamfetaminin və elektron tərəzinin özünə məxsus olduğunu bildirməsi barədə dəlilləri, habelə ibtidai araşdırmanın aparılması zamanı kobud qanun pozuntularına yol verilməsi halları araşdırılmamışdır. Belə ki, iş materiallarında olan Şirvan Şəhər Məhkəməsinin 21 iyul 2022-ci il tarixli «təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında» qərarının məzmunundan görünür ki, qapalı məhkəmə iclasında Təqsirləndirilən şəxs saxlanılarkən üzərində hər hansı bir narkotik vasitə və ya psixotrop maddənin, habelə tərəzinin aşkar olunmadığını göstərmiş, Şirvan şəhər polis şöbəsində tanımadığı polis əməkdaşları tərəfindən döyülərək heroinin, metamfetaminin və tərəzinin ona məxsus olmasını etiraf etməsini tələb etmişlər. Qorxduğundan bildirmişdir ki, aşkar edilmiş heroin, metamfetamin və tərəzi ona məxsusdur. Təqsirləndirilən şəxs məhkəməyə verdiyi həmin ifadəsində ona qarşı polis əməkdaşları tərəfindən işgəncə verilərək etirafedici izahat və ifadələrin alınmasını qeyd etməsinə baxmayaraq həbs qətimkan tədbiri seçmiş məhkəmə tərəfindən ona qarşı qeyri qanuni hərəkətlərin edilməsinə dair ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Şirvan şəhər prokuroruna hər hansı bir məlumat verilməmişdir. Bundan başqa, «şəxsi axtarış və götürmə aparılması haqqında» protokola əlavə olunmuş videoçəkilişdən açıq aşkar Təqsirləndirilən şəxs sağ göz nahiyyəsində xəsarətin olması və sol ayağını çəkə-çəkə hərəkət etməsi vizual olaraq görünsə də Təqsirləndirilən şəxs dövlət hesabına təyin olunmuş müdafiəçisi X10 hüquqlarını müdafiə etdiyi şəxsə qarşı zorakılıq hərəkətlərinin olub-olmamasını araşdırmaq üçün istintaq orqanının qarşısında hər hansı bir vəsatət qaldırmamışdır. Eyni ilə, ibtidai istintaqı aparmış Şirvan ŞPŞ-nin İstintaq bölməsinin müstəntiqi Əhməd Baloğlanov da təqsirləndirilən şəxsin bədəni üzərində xəsarətin olmasını açıq-aşkar gördüyü halda Şirvan Şəhər Prokurorluğuna məlumat verməmişdir. Yalnız təqsirləndirilən şəxsin Müdafiəçi1 ilə 1 oktyabr 2022-ci il tarixdə hüquqi yardımın göstərilməsi ilə bağlı müqavilə bağladıqdan sonra müdafiəçinin müraciəti əsasında Şirvan Şəhər Prokrorluğunda baş vermiş hadisədən 3 aydan artıq müddət keçdikdən sonra Təqsirləndirilən şəxs polis şöbəsində döyülməsi və işgəncələrə məruz qalması faktı üzrə araşdırma aparılmışdır. Məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilərkən azadlıq hüququ məhdudlaşdırılaraq onun səmərəli və effektiv müdafiə olunmaq hüququ da tam şəkildə pozulmuşdur. Cinayət-Prosessual Məcəlləsinin 7.0.27-ci maddəsinə əsasən müdafiə-cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi istinad edilən şəxsə qarşı irəli sürülmüş ittihamın təkzibi və ya yüngülləşdirilməsi, onun hüquq və azadlıqlarının müdafiəsi, habelə cinayət təqibinə qanunsuz məruz qalmış şəxsin pozulmuş hüquq və azadlıqlarının bərpası məqsədi ilə həyata keçirilən prosessual fəaliyyətdir. Həmin məcəllənin 19.4.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin bu məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada tutulduğu, həbsə alındığı və ya müvafiq olaraq şübhəli şəxs qismində birinci dindirməyədək, yaxud təqsirləndirilən şəxsə ittiham elan edildiyi andan müdafiəçinin yardımından istifadə etmək hüququnu təmin etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Salduz Türkiyəyə qarşı» qərarında göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəsin vəkil tərəfindən səmərəli müdafiə olunmaq hüququ ədalətli məhkəmə araşdırmasının fundamental xüsusiyyətlərindən biridir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Dayanan Türkiyəyə qarşı» qərarında göstərilmişdir ki, bir qayda olaraq, şübhəli polis məntəqəsində saxlandığı andan və ya məhkəməyədək həbsdə saxlanma zamanı hüquqi yardıma çatım imkanı ilə təmin olunmaldır. Avropa İnsan Hüquqları Məhkəməsinin «Lagerblom İsveçə qarşı və Qalstyan Ermənistana qarşı» qərarlarında göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət mühakimə icraatında səmərəli şəkildə iştirak hüququna təkcə icraatda deyil, həm də zəruri olduqda, hüquqi yardım almaq hüququ daxildir. Avropa İnsan Hüquqları Məhkəməsinin «X8rşı və Pelladoa Niderlanda qarşı» qərarlarında göstərilmişdir ki, hüquqi yardım hüququnun yalnız nəzəri deyil, praktik və səmərəli olması üçün onun icrası lüzumsuz formal şərtlərin yerinə yetirilməsindən asılı olmamalıdır. Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin 3(c) yarımbəndi «praktik və səmərəli» hüquqi yardım hüququnu əhatə edir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs vəkilin təyin edilməsi öz-özlüyündə effektiv yardımı təmin etmir, çünki hazırkı iş üzrə təyin edilmiş vəkillər öz fəaliyyətlərini Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun yerinə yetirməkdən yayınmışdır. Səmərəli hüquqi yardım hüququna, o cümlədən, təqsirləndirilən şəxsin vəkil ilə təklikdə ünsiyyət qurmaq hüququ daxildir. İş materiallarından görünür ki, dövlət hesabına təyin edilmiş vəkil X10, Təqsirləndirilən şəxsla gizli ünsiyyəti olmamış, onların həmin hüquqları məhdudlaşdırılmamışdır. Mübahisəsizdir ki, müdafiəçinin bu cür fəaliyyəti səmərəli və keyfiyyətli hüquqi yardım kimi qəbul oluna bilməz. Təqsirləndirilən şəxsin müdafiə hüququnun formal həyata keçirilməsi Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinə ziddir, bu olla əldə edilmiş sübutların isə mötəbər sübut kimi qəbul edilib ittihamın əsasına qoyulması yolverilməzdir. Məhkəmə tərkibi qeyd edir ki, iş materiallarının 15-ci səhifəsində olan 20 iyul 2022ci il tarixli vəkillərin siyahısının təqdim olunması haqqında protokoldan görünür ki, Şirvan Regional Vəkil bürosunda fəaliyyət göstərən vəkillər haqqında məlumatlar Təqsirləndirilən şəxs təqdim edilərkən sonradan ona müdafiəçi kimi verilmiş Emil Quliyev də orada olmuş, həmin protokolu imzalamışdır. Hansı ki, iş materiallarının 16-cı səhifəsində olan «müdafiəçi təyin edilməsi haqqında» qərar Təqsirləndirilən şəxs Şirvan Regional Vəkil bürosunda fəaliyyət göstərən vəkillər haqqında məlumatlar təqdim edildikdən sonra qəbul edilmiş, sanki istintaq orqanı məhz Emil Quliyevin dövlət hesabına müdafiəçi kimi dəvət ediləcəyini əvvəlcədən bilmişdir. Bu fakt həm də o halı təsdiq edir ki, iş materiallarının 17ci səhifəsində olan Şirvan Regional Vəkil Bürosunun müdiri Ruslan Mirzəyevə yazılmış 20 iyul 2022-ci il tarixli məktub sonuncu tərəfindən deyil Emil Quliyev tərəfindən qəbul edilmişdir. Halbuki, müvafiq istintaq hərəkəti icra edilməmişdən əvvəl müdafiəçi şübhəli şəxslə söhbətlərin sayı və müddəti məhdudlaşdırılmadan təklikdə görüşməli və konfidensial qaydada ünsiyyət saxlamalı idi. İş materiallarından görünür ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs həmin hüququ pozulmuş, formal qaydada müdafiəçi kimi təyin olunmuş Emil Quliyev tərəfindən isə istintaq orqanına müvafiq vəsatətlər verilməməklə Təqsirləndirilən şəxs pozulmuş hüquqlarının bərpası üçün təşəbbüs belə göstərilməmişdir. Mübahisəsizdir ki, müdafiəçi Emil Quliyevin bu cür fəaliyyəti səmərəli və keyfiyyətli hüquqi yardım kimi qəbul oluna bilməz. Təqsirləndirilən şəxsin müdafiə hüququnun formal həyata keçirilməsi Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinə ziddir, bu yolla əldə olunmuş sübutların isə mötəbər sübut kimi qəbul edilib ittihamın əsasına qoyulması yolverilməzdir. Təqsirləndirilən şəxs döyülməsi və ya işgəncələrə məruz qalması faktı yalnız onun 1 oktyabr 2022-ci il tarixdə müqavilə bağladığı Müdafiəçi1 hüquqlarını müdafiə etməsi üçün fəaliyyətə başladığı dövrdən sonra etmiş olduğu müraciəti əsasında prokuror nəzarəti qaydasında yoxlanılmağa başlanılmışdır. Hansı ki, Təqsirləndirilən şəxs hüquqları pozulduğu vaxtdan dörd ay müddət keçmiş, prokuror nəzarəti cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun aparılmamış və Təqsirləndirilən şəxs hüquqlarının pozulmasının qarşısı alınmamışdır. Şirvan Şəhər Prokurorluğunda aparılan ilkin araşdırma materialından görünür ki, araşdırma zamanı prokuror köməkçisi tərəfindən Təqsirləndirilən şəxs və yalnız polis əməkdaşı Şahid2 izahatlarını almaqla kifayətlənmişdir. Təqsirləndirilən şəxs israrla döyüldüyünü və işgəncələrə məruz qaldığını, üzərində heç bir narkotik vasitə, psixotrop maddə və elektron tərəzi olmadığını, üzərinə heroinin, metamfetaminin və elektron tərəzinin şöbədə qoyulduğunu, saxlanıldığı gündən uzun müddət keçdiyi üçün bədənində heç bir xəsarət qalmadığını təsdiq etmişdir. Polis əməkdaşı Şahid2 izahatında Təqsirləndirilən şəxs döymədiyini, ona qarşı hər hansı bir qanunsuz hərəkətlər etmədiyini, hədə-qorxu gəlmədiyini bildirmişdir. Şirvan Şəhər Prokurorluğunda Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizadan keçməkdən imtina etməsinə dair ərizəsi almaqla kifayətlənilərək onu tibbi müayinədən keçirməmiş, hətta sənədlər əsasında da iş üzrə məhkəmə–tibbi ekspertizası təyin etməmişdir. Təqsirləndirilən şəxs fiziki zorakılığa məruz qalması faktı obyektiv tam və hərtərəfli yoxlanılmadan, işgəncə döyülmə faktının müəyyən edilməsi istiqamətində zəruri istintaq hərəkətləri həyata keçirilmədən və heç bir qanuni əsas müəyyən etmədən yalnız qanunsuz və əsassız olaraq sözügedən faktın «öz təsdiqini tapmadığı» qərarda qeyd edilməklə 14 noyabr 2022-ci il tarixdə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəməyə təqdim olunmuş Şirvan Şəhər Prokurorluğunun 14 noyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi və işgəncələrə məruz qalması barədə prokurorluqda tam, hərtərəfli və obyektiv araşdırma aparılmadan cinayət işinin başlanması rədd edilmişdir. Bu səbəbdən də, məhkəmə tərkibi Təqsirləndirilən şəxs işgəncəyə məruz qalması faktı ilə bağlı aparılan araşdırma ilə razılaşmayaraq həmin hadisənin baş verməsinə əsaslı şübhələr olduğundan prokuror nəzarəti qaydasında 14 noyabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv olunması məsələsinə baxılması və yenidən araşdırma aparılması qənaətinə gəlmiş, məhkəmə tərkbinin sorğusuna əsasən Bakı istintaq Təcridxanasının Tibbi-sanitar hissəsindən alınmış 11 yanvar 2023-cü il tarixli 193 nömrəli məktubdan və 15 fevral 2023-cü il tarixli, 1077 nömrəli məktubla təqdim olunmuş Təqsirləndirilən şəxs tibbi kitabçasının surətinin 13-cü bəndindən görünür ki, onun sağ gözaltı nahiyəsində sarımtıl rəngli qançır və sağ biləyin bayır səthində 3 (üç) ədəd qətməkli yara, hər iki ayağın alt səthində bənövşəyi rəngli, döş qəfəsinin və hər iki bazunun içəri səthində isə sarımtıl rəngli qançırlar müşahidə olunmuşdur. Həmçinin «Şirvan Şəhər Mərkəzi Xəstəxanası» X14 Təcili və Təxirəsalınmaz Tibbi yardım stansiyasının 9 yanvar 2023-cü il tarixli, 22 nömrəli arayışından görünür ki, 20 iyul 2022-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılan Təqsirləndirilən şəxs adına 21 iyul 2022-ci il tarixdə saat 14.53-də Şirvan Şəhər Polis Şöbəsindən çağırış daxil olmuş, çağırış növbətçi həkim Fizuli Ələkbərov tərəfindən yerinə yetirilmiş, Təqsirləndirilən şəxs «ağrı sindromu» diaqnozu qoyulmuşdur. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs döyülərək işgəncəyə məruz qalması faktı üzrə qəbul olunmuş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın prokuror nəzarəti qaydasında yoxlanılaraq ləğv olunması məsələsinə baxılması, tam, hərtərəfli və obyektiv araşdırması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Şirvan Şəhər Prokuroruna rəsmi müraciət edilmiş və Bakı İstintaq Təcridxanasından daxil olmuş tibbi kitabçaının surətini, Təcili və Təxirəsalınmaz Tibbi yardım stansiyasının 9 yanvar 2023-cü il tarixli, 22 nömrəli arayışını Şirvan Şəhər Prokurorluğuna göndərmişdir. Şirvan Şəhər Prokuroru tərəfindən 14 noyabr 2022-ci il tarixli «cinayət işinin başlanması haqqında» qərar ləğv olunaraq Təqsirləndirilən şəxs döyülərək işgəncələrə məruz qalması faktı ilə bağlı yenidən araşdırma başlanılmış, həmin araşdırmanın aparılması təkrarən prokuror köməkçisinə həvalə edilmiş, sonuncu yalnız Tibbi yardım stansiyasının həkimi Fizuli Əkbərovun izahatının alınması ilə kifayətlənmiş, Təqsirləndirilən şəxs və işgəncə faktının müəyyən edilməsində əsaslı izahatlar verə bilən digər şəxslərin izahatların alınmasına belə təşəbbüs göstərilməmişdir. İstintaq orqanı öz vəzifəsini Cinayət-Prosessual Məcəlləsinin müvafiq tələblərinə uyğun icra etmədən yalnız məhkəmə tərkibi tərəfindən göndərilmiş tibbi sənədlərə əsasən iş üzrə məhkəmə-tibbi ekspertizası təyin etməklə ekspert rəyinin alınması ilə kifayətlənərək 3 mart 2023-cü il tarixli qərarla Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən «materialda cinayət tərkibi müəyyən edilmədiyi» qənaətinə gələrək təkrarən cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə tərkibi işgəncə faktı ilə bağlı prokuror nəzarəti qaydasında qəbul olunmuş hər iki qərara, o cümlədən alınmış məhkəmə-tibbi ekspertizasının 24 fevral 2023-cü il tarixli 404 saylı rəyinə tənqidi yanaşır. Belə ki, prokurorluq tərəfindən hər iki qərarda faktın öz təsdiqini tapmadığı və «materialda cinayət tərkibi müəyyən edilmədiyi» ziddiyyətli əsasları qeyd edilərək cinayət işinin başlanmasını rədd etmiş, eləcə də həmin qərarlarda işgəncə faktı üzrə Təqsirləndirilən şəxs göstərdiyi xüsusatlar yoxlanılmamış, digər şəxslərin izahatları müqayisəli şəkildə təhlil edilməklə qiymətləndirilməmişdir. Bu da onu deməyə əsas verir ki, araşdırma qanuni və əsaslı aparılmamış, istintaq orqanı özü belə iki dəfə araşdırma aparılmasına baxmayaraq həmin fakt üzrə obyektiv həqiqətin müəyyən edilməsində və həqiqətən də belə bir faktın baş verib-verməməsinin aşkar edilməsində israrlı olmamışdır. Hansı ki, «şəxsi axtarış və götürmə aparılması»nı özündə əks etdirən videoçəkilişdən açıq-aşkar vizual olaraq görünür ki, Təqsirləndirilən şəxs sağ gözyuvası alt nahiyədə xəsarət vardır, sonuncunun istintaq hərəkətinin icrası zamanı divara söykənərək çətinliklə ayaq üstə dayandığı, zərfi imza etmək üçün sol ayağını çəkə-çəkə hərəkət etdiyi müşahidə edilir. İstintaq orqanı bu halı araşdırma apararkən nəzərə almamış, ümumiyyətlə bu halın mövcudluğunu yoxlamamışdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs qarşı işgəncə verilməsi ilə bağlı Şirvan Şəhər Prokurorluğunda qəbul edilmiş «cinayət işinin başlanılmasının rədd edilməsi» haqqında 14 noyabr 2022 və 3 mart 2023-cü il tarixli qərarlarla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın qərarı, şəxsin cinayət təqibini istisna edən qərarlardan başqa, hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarılması ilə əlaqədar məcburi qüvvəyə malik deyildir. Baxılan cinayət işi üzrə məhkəmə tərkibi tərəfindən araşdırılması olan məsələlərə dair Avropa Məhkəməsinin kifayət qədər geniş presedent təcrübəsi olduğundan məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə araşdırma apararkən Avropa Məhkəməsinin presedentlərinə müraciət edərək onun mövqeyini nəzərə almışdır. Məhkəmə-tibbi eskpertizasının 24 fevral 2023-cü il tarixli, 404 nömrəli rəyinə gəlincə isə görünür ki, Təqsirləndirilən şəxs hər iki mil-bilək oynağı nahiyəsində zərif çapıq toxumalar (səthi əzilmiş yara izləri) müəyyən edilmiş, qeyd edilən xəsarətlər təsir edən səthi məhdud olan bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, şəxsin dediyi kimi qollarına bağlanmış qandalların təsirindən törənə bilər. Törənmə müddəti 3 saylı İstintaq Təcridxanasının tibbi sanitar hissəsində həkim tərəfindən müayinəsindən (xx.xx.2022-ci ildə) 2-3 gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olmadığı üçün dərəcələri təyin edilmir. Vət. Təqsirləndirilən şəxs adına olan məhkumun tibbi kitabçasındakı qeydiyyatdan görünür ki, xx.xx.2022-ci il tarixdə 3 saylı İstintaq Təcridxanasının tibbi sanitar hissəsində onun həkim tərəfindən müayinəsi zamanı bədənində -sağ gözyüvasıaltı nahiyədə, hər iki ayağın alt səthində, döş qəfəsinin və hər iki bazunun iç səthlərində sarımtıl-bənövşəyi rəngli qançırlar aşkar edilmişdir. Aşkar edilmiş xəsarətlərin təsvirinə (rənginə, xarkterinə) əsasən demək olar ki, bu xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, törənmə müddəti vət. Təqsirləndirilən şəxs 3 saylı İstintaq Təcridxanasının tibbi sanitar hissəsində müayinəsindən (xx.xx.2022-ci ildə) 6-8 gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcələri təyin edilmir. Məhkəmə tərkibinin sorğusuna əsasən göndərilmiş Şirvan Şəhər polis şöbəsinin 25 may 2023-cü il tarixli 3-13-11/2-14 069/1013 N-li cavab məktubu ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs 20 iyul 2022-ci il tarixdə saat 03.30-da Şirvan ŞPŞ-nın müvəqqəti saxlama yerinə daxil olmuş, müvafiq qaydada tibbi müayinədən keçirilmiş, müayinə zamanı onun bədən səthində heç bir xəsarət aşkar olunmamışdır. Lakin, sonradan Təqsirləndirilən şəxs daxili orqanlarında şiddətli ağrı hiss etdiyindən polis şöbəsinə X15 stansiyasından həkim çağırılmış, həkim Fizuli Ələkbərov tərəfindən ona ağrıkəsici (analqin dimedrol qarışığı) iynə vurularaq sakitləşdirici dərman preparatları verilmişdir. Bu faktın mövcudluğu məhkəmədə əlavə şahid qismində dindirilmiş Fizuli Ələkbərovun ifadəsi ilə də təsdiq olunur. Məhkəmə istintaqı zamanı mötəbər sübutlarla müəyyən olunur ki, Təqsirləndirilən şəxs məhz Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən inzibati binada döyülərək işgəncələrə məruz qalması nəticəsində almış olduğu bədən xəsarətlərindən ağrımağa başlamış, ağrıları şiddətləndiyindən məcburiyyət qaydasında olaraq X15 stansiyasından növbətçi həkimi polis şöbəsinə çağırılmış, növbətçi həkim Fizuli Ələkbərov tərəfindən Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülərək işgəncəyə məruz qalması nəticəsində almış olduğu xəsarətlərin ağrılarının azaldılması üçün müvafiq tibbi yardım göstərilmişdir. Şirvan ŞPŞ-nın rəhbərliyi tərəfindən polis əməkdaşlarının Təqsirləndirilən şəxs döyərək işgəncə verməsi faktının gizlədilməsi üçün şöbənin müvafiq qeydiyyat kitabında müvafiq məlumatlar yazılmamışdır. Məhkəmə istintaqına təqdim olunmuş bir-birini təkzib edən rəsmi sənədlər və ekspert rəyini müqayisəli şəkildə təhlil edilib qiymətləndirərək məhkəmə qeyd edir ki, eskpert rəyinin nəticə hissəsində göstərilmiş «Təqsirləndirilən şəxs 3 saylı İstintaq Təcridxanasının tibbi sanitar hissəsində müayinəsindən (xx.xx.2022-ci ildə) 6-8 gün əvvələ uyğun gəlir» ifadəsi həmin rəyin təsviri əsaslandırıcı hissəsində yazılmamış, bu hal təhlil edilməmiş və ümumiyyətlə xəsarətlərin əmələ gəlmə müddətinin müəyyən edilməsi ilə bağlı hissədə gəldiyi nəticəni əsaslandırmamışdır. Bununla bağlı, məhkəmə tərkibi belə qənaətə gəlir ki, xəsarətlərin əmələ gəlmə müddəti ilə bağlı hissədə ekspert rəyi yekdil hesab oluna bilməz. Şirvan ŞPŞ-dən məhkəməyə verilmiş məlumatda göstərilir ki, Təqsirləndirilən şəxs saxlanıldığı gün inzibati binaya daxil olarkən tibbi müayinədən keçirilmiş və bədəni üzərində xəsarətin olmaması qeyd edilmişdir. Xəsarətlər üzrə araşdırmanın vaxtında aparılmaması ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı» qərarında qeyd etmişdir ki, döyülmədən sonrakı üç gün ərzində vəkili ilə görüşməyinə icazə verilmədiyindən ərizəçi pis rəftar barədə şikayətini dövlət orqanlarının nəzərinə təqdim etmək imkanında olmamışdır. Məsələ birinci dəfə dövlət orqanlarının diqqətinə 2003-cü il oktyabrın 22-də, ərizəçinin vəkili tibbi müayinənin keçirilməsi barədə vəsatəti qaldırdıqda çatdırılmışdır. Lakin onun vəsatətinə kifayət qədər səylərlə baxılmamışdır, çünki beş gündən sonra tibbi müayinənin keçirilmədiyi barədə şikayət vəkil tərəfindən prokurora verilənə qədər heç bir hərəkət yerinə yetirilməmişdir. Hətta bundan sonra tibbi müayinə iki gündən sonra keçirilmişdir. Bununla əlaqədar məhkəmə qeyd edir ki, polis orqanlarının müvəqqəti saxlanma yerlərində işgəncə qurbanı xarici aləmdən təcrid edildiyi, zəruri sübutları təsdiq və ya toplaya biləcək həkim, vəkil, ailə üzvləri və dostları ilə görüşmək imkanından məhrum edildiyi halda işgəncə barədə şikayətlərin əsaslandırılması xüsusilə çətindir. Məhkəmə-tibb ekspertizası rəyinin vaxtında təmin edilməməsi hazırkı işdə araşdırmanın effektsizliyinə gətirib çıxaran vacib amillərdən biri olmuşdur. Vaxtında keçirilmiş tibbi müayinə məhkəmə-tibb eksperti üçün xəsarətlərin səbəbləri və onların yetirilməsi vaxtı barədə daha dəqiq nəticələrə gəlmək imkanını yaradacaqdır. Məhkəmə tərkibi bununla bağlı belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilənə qədər onun bədənində xəsarətlər olmamış o, həmin xəsarətləri azadlığı məhdudlaşdırılarkən məhz polis şöbəsinin inzibati binasında üzərindən aşkar edilmiş narkotik vasitənin və psixotrop maddənin ona məxsus olmasına dair etirafedici izahat və ifadələr verməsi, həmin sözləri şəxsi axtarış və götürmə istintaq hərəkəti icra edilərkən videoçəkiliş zamanı deməsindən ötrü polis əməkdaşları tərəfindən döyülməsi nəticəsində alınmışdır. Bu hal isə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən özünə qarşı verdiyi ifadələrin zorakılıq, işgəncə və digər qəddar qeyri-insani, ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə alınmasını təsdiq edir. Bu əsasa görə də «şəxsi axtarış və götürmə aparılması» haqqında 20 iyul 2022-ci il tarixli protokol, eləcə də təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi izahat və ifadələrin mötəbərliyi şübhə altına alındığından təqsirləndirilən şəxsin təqsirliliyini müəyyən edən sübutlar kimi qəbul oluna bilməz, həmin protokol və ifadələr ilə müəyyən edilmiş hallar etibarsız hesab olunmalıdır. Bundan başqa, elan olunmuş ittihamın təsviri ilə şahidlərin ifadələri arasında da əhəmiyyətli ziddiyyətlər olmuşdur. Belə ki, eyni məzmunlu ifadələr verən polis əməkdaşları Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarının sağ yan cibindən (habelə video görüntülərdə) 1 ədəd elektron tərəzini çıxarıb təqdim etdiyini göstərmişlər. İttihamın təsvirində isə elektron tərəzinin narkotik vasitə və psixotrop maddələrlə birlikdə onun əynindəki göy rəngli şalvarının sağ yan cibindən aşkar olunduğu göstərilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: - 125.2.1. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; - 125.2.2. zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyriinsani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; - 125.2.3. şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin “c” bəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə belə müdafiədən pulsuz istifadə etmək hüququna malikdir. Avropa Məhkəməsi “Artico İtaliyaya” qarşı işində qeyd etmişdir ki, Konvensiyanın 6cı maddəsinin 3(c) yarımbəndi "praktik və səmərəli" hüquqi yardım hüququnu əhatə edir. Aydındır ki, vəkilin təyin edilməsi öz-özlüyündə effektiv hüquqi yardımı təmin etmir, çünki vəkil vəfat edə, ciddi xəstəliyə tutula, yaxud uzun müddət fəaliyyət imkanından məhrum ola, yaxud vəzifələrini yerinə yetirməkdən yayına bilər. Məhkəmə tərkibi qeyd edir ki, məhkəmədə qətimkan tədbiri məsələsinə baxılarkən çıxış edən zaman, həm də prokurorluğa izahat verən zaman Təqsirləndirilən şəxs hər iki halda üzərində narkotik vasitənin, psixotrop maddənin, elektron tərəzinin olmaması və polis əməkdaşları tərəfindən döyülməsini göstərdiyi halda, yalnız polisdə verdiyi izahat və ifadələrində üzərində heroinin, metamfetaminin və elektron tərəzinin olmasını etiraf etməsi həmin izahat və ifadələrdə qeyd olunan halların təqsirləndirilən şəxsin ifadəsinin sərbəst olmasına məhkəmədə əsaslı şübhələr yaradır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı özünə qarşı verdiyi etirafedici ifadələrinə bir daha münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən heç kəs şəxsən özünün və yaxın qohumlarının əleyhinə ifadə verməyə məcbur edilə bilməz və buna görə hər hansı təqibə məruz qala bilməz. Bu baxımdan Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında da milli qanunvericiliyə uyğun mövqe formalaşmışdır. Belə ki, Dikmə Türkiyəyə qarşı 11 iyul 2000ci il tarixli Məhkəmə qərarında göstərilmişdir ki, dindirmə zamanı alınmış, amma məhkəmədə inkar edilən etirafların cinayət işi üzrə sonrakı icraatda müdafiə perspektivləri üçün hər hansı həlledici nəticələr doğurmur. (belə bir mövqe Con Mürreyin işi üzrə qərarda da əks olunub. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin etirafedici ifadəsi bir sübut növü kimi digər sübutlardan heç bir üstün hüququna malik olmadığı üçün iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmədiyi halda şəxsə qarşı irəli sürülmüş ittihamın əsası kimi qəbul edilə bilməz. Şərh olunanlara əsasən məhkəmə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ilkin izahatını, şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri (xx.xx.2022-ci il tarixli ifadəsi istisna olunmaqla) bu əsasa görə də mötəbər sübut kimi qəbul etmir. Polis əməkdaşlarının şahid qismində verdikləri ifadələrin mötəbərliyi üzrə qiymətləndirilməsi baxımından Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında uzun müddət formalaşmış yanaşma standartını müəyyən etmişdir. Mübahisəsizdir ki, baxılan iş üzrə adları çəkilən polis əməkdaşları Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması ilə bağlı istintaq hərəkətlərinin aparılmasına dair şahid qismində ifadə vermişlər. Lakin nəzərə almaq lazımdır ki, həmin ifadələr eyni zamanda digər polis əməkdaşlarının fəaliyyətini əks etdirən informasiya daşıyıcısıdır. Bu ifadələr nəinki Təqsirləndirilən şəxs verilmiş ittihamın əsasını, eyni zamanda digər polis əməkdaşlarının hərəkətlərinin qanuni və əsaslı olmasının təsdiqi vasitəsidir. Bunlarla yanaşı məhkəmə kollegiyası hesab edir ki, adları çəkilən polis əməkdaşları polis orqanlarında müxtəlif vəzifələrdə fəaliyyət göstərərək vəzifə baxımından bir-birindən asılı olduqları üçün, istintaq hərəkətləri barəsində onların verdikləri ifadələri ittihamın təsdiqi üçün kifayət edən mötəbər sübut hesab etmək olmaz. Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı 11 yanvar 2007-ci il tarixli, X2rşı 18 yanvar 1978-ci il tarixli qərarında, həmçinin bir sıra qərarlarda Avropa Məhkəməsi sübutları qiymətləndirərkən “əsaslı şübhə yerinin qalmaması” sübutetmə standartını tətbiq edir. Polis əməkdaşlarının fəaliyyət göstərdiyi orqan tərəfindən aparılan istintaq hərəkətlərinə dair onların verdikləri ifadələrin qeyd edilən standarta uyğun gəlməsi üçün ifadələrin mötəbərliyinə heç bir şübhə yeri qalmamalıdır. Oxşar yanaşma İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Muradov Azərbaycana qarşı 2 aprel 2009-cu il tarixli qərarında (128-ci bənd) öz əksini tapmış və polis əməkdaşlarının istintaq hərəkətləri barəsində şahid kimi verdiyi ifadələrin “əsaslı şübhə doğurmayan” sübut növünə aid olmadığı göstərilmişdir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 18/773 nömrəli rəyi ilə bağlı məhkəmə tərkibi qeyd edir ki, bu rəy Təqsirləndirilən şəxs aşkar edilməsi sübuta yetirilməyən heroin və metamfetaminlə bağlıdır. Rəyin özü bilavasitə hər hansı əlavə suallar yaratmır, ekspertə təqdim olunmuş maddə ilə bağlı əsaslandırılmış tədqiqatla bağlı gəlinmiş nəticə mövcuddur. Bununla belə, narkotik vasitənin, psixotrop maddənin və elektron tərəzinin təqsirləndirilən şəxsə məxsus olmaması ilə bağlı gəlinmiş nəticə və buna qədər bütün şübhəli məqamların təqsirləndirilən şəxsin xeyrinə həll olunduğu vəziyyətdə, qeyd edilən ekspert rəyinin təqsirləndirilən şəxsə qarşı deyil, həmin narkotik vasitəni və psixotrop maddəni əldə etmiş, hazırlamış, saxlamış, daşımış və satmış şəxsin müəyyən edilməsində sübut kimi istifadə oluna bilməsi mümkündür. Ambulator məcburi narkoloji yoxlamanın xx.xx.2022-ci il tarixli, 2063 rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub, hal hazırda narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Mövcud sübutların məcmusu da nəzərə alınmaqla ittiham aktında sübut kimi istinad olunan bu rəy heç bir halda təqsirləndirilən şəxsin satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edib saxlamaqla daşıma və satma əməllərini törətməsini təsdiq etmir. İstintaq orqanı tərəfindən bu məlumatlar təqsirləndirilən şəxsin təqsirini təsdiq edən sübutlar kimi qeyd olunsa da, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin “məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır” tələblərinə əsasən bu kimi sənədlər və məlumatlar ittihamın mahiyyətinə aid olmadığından təqsirləndiriləndirilən şəxsin təqsirini təsdiq edən sübutlar kimi qiymətləndirilə bilməz. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs təqsirliliyinə dair ittiham tərəfinin təqdim etdiyi sübutların onu döyüb zor tətbiq etməklə, habelə müdafiə hüququ pozulmaqla əldə edildiyini, bu yolla əldə edilmiş sübutların Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.2-ci madddəsinə əsasən sübut kimi qəbul edilməsinə yol verilmədiyini, şahid ifadələrində aradan qaldırılması mümkün olmayan ziddiyyətlər və şübhələrin mövcudluğunu, ittihamın sübut olunmasında yaranan bütün şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu, iş üzrə tərtib olunmuş prosessual sənədlərin kifayət qədər natamam olmasını və uzlaşmamasını nəzərə alaraq hesab edir ki, kifayət qədər ziddiyyətli və uzlaşmayan sübutlar əsasında Təqsirləndirilən şəxs cinayət törətməkdə ittiham olunaraq təqsirli bilinməsi cinayət-prosessual qanunvericiliyin tələblərinin, eləcə də “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş təminatların pozulmasına səbəb olmuşdur. Konstitusiyanın və cinayət-prosessual qanunvericiliyinin müddəalarının mənasına görə, cinayət işinin həlli üzrə məhkəmənin və ittiham tərəfinin funksiyaları bir-birindən ciddi fərqlənir və onlardan hər biri müvafiq subyektin üzərinə düşür. Cinayət təqibinin başlanması, ittihamın irəli sürülməsi və məhkəmədə müdafiəsi qanunda müəyyən edilən orqanlar və vəzifəli şəxslər, qanunda nəzərdə tutulmuş hallarda isə, həmçinin zərərçəkmiş tərəfindən həyata keçirilir. Cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə isə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Məhkəmə tərkibi həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinin tələblərinə görə, bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Lakin, istintaq orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilərkən bütün şübhələri onun ziyanına təfsir etmiş və bununla da qeyd olunan konstitusion və prosessual təminatları kobud surətdə pozaraq qanunsuz və əsassız nəticəyə gəlmişdir. Məhkəmə tərkibi qeyd edir ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş digər vəzifə şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 11-ci maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində, «Mülki və siyasi hüquqlar haqqında» Beynəlxalq Paktın 14-cü maddəsində öz əksin tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Təqsirləndirilən şəxsin cinayət əməlini törətməkdə ittiham olunduğu bütün müddət ərzində «accusatio desiderat crimen» («ittiham cinayətin mövcudluğunu ehtimal edir») prinsipinə əməl olunmalı, bu məsələyə münasibətdə «in dubio pro reo» («şübhə olduğu halda təqsirləndirilənin xeyrinə») prinsipi hər zaman gözlənilməlidir. Adıçəkilən prinsiplər onu nəzərdə tutur ki, təqsirləndirilən şəxs şübhələrin onun xeyrinə həll olunması hüququna malikdir və hər hansı şübhəyə görə onun təqsirli bilinməsi yolverilməzdir. Sözügedən prinsip həm cinayət hüququ, həm də cinayət-prosessual hüquq nöqteyi-nəzərindən spesifik xarakterə malikdir. İstər təqsirləndirilən şəxsin təqsiri, istərsə də ona aid bir hərəkətin mövcudluğu ilə bağlı şübhə yaranarsa, ədalətli məhkəmə araşdırması hüququnun tələblərinə uyğun olan bir mühakimə həyata keçirilməli və buna uyğun hüquqi nəticələr əldə olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin təqsirsizlik prezumpsiyası ilə bağlı mövqeyinə görə «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir («Dorson Niderlanda qarşı», «Polufakin və Çernışov Rusiya Federasiyasına qarşı», «Lüdi İsveçrəyə qarşı», «Van Mexelen və digərləri Niderlanda qarşı» şikayətlərlə bağlı qərarlar). Məhkəmə tərkibi hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Bu prinsipdən istisnalar ola bilər, lakin bu istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli, eyni zamanda təqsirləndirilən şəxs ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Barbara, Messege və Yabardo İspaniyaya qarşı» şikayətlə bağlı qərarında bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olduğunu sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Cinayət-Prosessual Məcəlləsinin 144 və 145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır və əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Cinayət-Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən cinayət təqibi üzrə toplanılmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Eyni zamanda, qeyd olunur ki, cinayət təqibi üzrə sübutların kifayət etməsi cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə kömək etməlidir. Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə görə, məhkəmənin hökmü Azərbaycan Respublikası adından çıxarılır, qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə isə əsaslı hesab olunur. Qeyd olunmalıdır ki, Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə müvafiq olaraq məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Eyni zamanda, Cinayət-Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə görə, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin hallar arasında Cinayət-Prosessual Məcəlləsinin 42.1-ci maddəsi məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirliliyinin sübuta yetirilmədiyini və cinayətin törədilməsinə aidiyyətinin olmamasını nəzərdə tutur. Cinayət-Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikası adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Cinayət- Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair» 12 may 2009-cu il tarixli qərarında məhkəmə icraatının vəzifələri ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə tərkibi ibtidai istintaq zamanı toplanmış və məhkəmə baxışında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, cinayət işinin materiallarına qanunamüvafiq qaydada qiymət verərək hesab edir ki, Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə sübutlar arasında aşkar edilmiş ziddiyyətlər və ittiham aktında irəli sürülən halların sübut olunmasında yaranan şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli və ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunan ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi və cinayətin törədilməsinə aidiyyəti olmadığı üçün bəraət verilməlidir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs bəraət verildiyi üçün onun haqqında seçilmiş həbs qətimkan tədbiri ləğv olunmalı və o, dərhal həbsdən azad edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 56 və 62.1-ci maddələrinin tələblərinə görə, bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir və vurulmuş ziyanın ödənilməsi cinayət təqibinin gedişində mümkün olmadıqda buna hüququ olan şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydaları izah edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə uyğun olaraq bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Qeyd edilən maddəyə əsaslanmaqla məhkəmə tərkibi hesab edir ki, hazırkı cinayət işi üzrə cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldığı üçün hökm qanuni qüvvəyə mindikdən sonra həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün baxılmış cinayət işi üzrə material ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli, bununla yanaşı, Şirvan Şəhər Polis Şöbəsində saxlanılan cinayət işi üzrə maddi sübut olan ekspertiza tədqiqatlarından sonra qalıq qalan narkotik vasitə 21,846 qram heroin, psixotrop maddə 11,859 qram metamfetamin və 1 ədəd elektron tərəzi materiala əlavə edilməlidir. İş üzrə ekspertiza tədqiqatının keçirilməsi ilə əlaqədar 88,95 (səksən səkkiz manat, doxsan beş qəpik) manat dövlətə aid edilməlidir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21, 42, 55, 346, 347, 349, 350, 352, 353, 356-358, 384, 385-ci maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi və cinayətin törədilməsinə aidiyyəti olmadığı üçün bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal Bakı İstintaq Təcridxanasından həbsdən azad edilsin. Tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs izah edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra baxılmış cinayət işi üzrə material narkotik vasitəyə və psixotrop maddəyə dair cinayət təqibi məsələsinin həll edilməsi üçün Şirvan Şəhər Prokurorluğuna göndərilsin, Şirvan Şəhər Polis Şöbəsində saxlanılan cinayət işi üzrə maddi sübut olan ekspertiza tədqiqatlarından sonra qalıq qalan narkotik vasitə 21,846 qram heroin, psixotrop maddə 11,859 qram metamfetamin və 1 ədəd elektron tərəzi həmin materiala əlavə edilsin. İş üzrə məhkəmə məsrəfləri - 88,95 (səksən səkkiz manat, doxsan beş qəpik) manat məbləğində ekspertiza xərci dövlətə aid edilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Müşfiq Məmmədov
Məhkəmə qərarları › İş №1(099)-91/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-91/2023
20.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver