Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-91/2024 23.11.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, Məmmədov Orxan Şamil oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2 və müdafiəçi, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə, xx xxxxx 1989-cu ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmamuş, Gəncə şəhəri, Nizami rayonu, Yeni qəsəbə, ev 56 V, mənzil 18-də qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Gəncə şəhər sakini Təqsirləndirilən şəxs 12 avqust 2023-cü il tarixdə saat 23 radələrində həmyerliləri və tanışları Şahid7 və Şahid6 ilə birlikdə Bakı şəhərində olduqları zaman birlikdə istifadə etmələri üçün 200 manat pul müqabilində 2,74 qram, külli miqdarda psixotrop maddə metamfetamin əldə etmiş, həmin metamfetamini öz aralarında bölməklə 1,321 qramını Şahid7, 0,061 qramını Şahid6 əvəzsiz olaraq pay qismində vermiş, 1,358 qramını isə əynindəki şalvarın sol cibində saxlamış, 13 avqust 2022-ci il tarixdə saat 10 radələrində Təqsirləndirilən şəxs məxsus digər tanışları X2 idarə etdiyi “Range Rover” markalı, **-EE-*** qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhərindən Bakı-Ələt-Qazax- Gürcüstun Respublikası ilə dövlət sərhədi avtomobil yolu ilə Gəncə şəhəri istiqamətində yola düşmüş, saat 12 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X18 İdarəsinin Yol Patrul Xidməti Alayının 7-ci tağımının Kürdəmr rayonu Karrar qəsəbəsi ərazisində yerləşdirilən 721 saylı stasionar postunda daxil olmuş əməliyyat məlumatı əsasında yol patrul xidməti əməkdaşları tərəfindən saxlanılmış, sonra Təqsirləndirilən şəxs məxsus avtomaşını polis işçisi sürməklə onlar Hacıqabul rayonu ərazisinə (Hacıqabul Rayon Polis Şöbəsinə) aparılmış, bir müddət orada saxlanıldıqdan sonra saat 17 radələrində yenidən Kürdəmr Rayonu Karar qəsəbsi ərazisində yerləşən 721 saylı stasionar posta, sonra isə Kürdəmr Rayon Polis Şöbəsinə gətirilməklə saat 18:40 da Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən bir ədəd polietilen bükümdə 1,358 qram psixotrop maddə metamfetamin əynindəki şalvarın sol ön cibindən, saat 20:20 Şahid7 üzərində şəxsi axtarış aparılarkən bir ədəd polietilen bükümdə 1,321 qram metamfetamin əynindəki şalvarın sağ ön cibindən, saat 21:20-də Şahid6 üzərində şəxsi axtarış aparılarkən 01 ədəd polietilen bükümdə 0,061 qram eyni tərkibli psixotrop maddə metamfetamin isə onun əynindəki köynəyin sol ön cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs kimi dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, maşın alveri ilə məşğul olur. Şahid7, Şahid6 onun tanışlarıdır. 12 avqust 2022-ci il tarixdə maşın gətirmək üçün Bakı şəhərinə getməli olmuşdur. Maşını sürüb gətirmək üçün Şahid7 və Şahid6 da onunla getmişlər. Gəncə şəhərində onlara yaxınlıqda yaşayan X8 da onlarla birlikdə Bakı şəhərinə getmək istədiyini demişdir. Həmin gün gecə saatlarında Şahid6, Şahid7, Elvin Abdullayev və özü ona məxsus “Range Rover” markalı, **-EE-*** qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhərinə yola çıxmış, saat 05-06 radələrində Bakı şəhərinə çatmışlar. Həmin gün saat 23 radələrində Bakı şəhərində olduqları müddətdə Şahid7 narkotikə ehticacı yaranmış, ağrıdığını bildirmiş, ona patı lazım olmuşdur. O, narkotik satan şəxslə əlaqə saxlamış, narkotik satan şəxs patı verməsi üçün onun kartına 200 manat pul köçürmək lazım olduğunu demişdir. Onlarda pul olmadığına görə Gəncə şəhərində yaşayan dostu Şahid10 zəng edərək onun kartına borc olaraq 200 manat pul köçürməsini xahiş etmişdir. Şahid10 onun kartına 200 manat pul köçürmüşdür. O isə həmin pulu metamfetamin satan şəxsin kartına köçürmüşdür. Bundan sonra narkotik satan şəxs metamfetaminin Bakı şəhərində Zərifə Əliyeva adına göz xəstəxanasının yanında ağacın dibində olduğunu demişdir. Həmin yerə getmişlər. Orada Şahid7 avtomaşından düşərək narkotiki götürmüşdür. Onların yanlarında olan Elvin Abdullayev də narkotik aldıqlarını bilmişdir. Onlar metamfetamini bölüb istifadə etmişlər. Təxminən 0,61 qram metamfetamin qalmışdır. Həmin metamfetamin isə Şahid7 üstündə qalmışdır. Onun və Şahid6 üzərlərində metamfetamin olmamışdır. 13 avqust 2022-ci il tarixdə saat 10 radələrində Bakı şəhərindən Gəncə şəhəri istiqamətində yola düşmüşlər. Gəncə şəhəri istiqamətində gəldikləri zaman X5 sürmüş, avtomobilin qabaq və arxa nömrə nişanları üzərində olmuşdur. Saat 12 radələrində Kürdəmir rayonu ərazisində Karrar yol polisi postunda polis işçiləri avtomaşını dayandarmaq işarəsi vermişlər. Elvin Abdullayev avtomaşını saxlayaraq polis postuna getmiş, lakin gec qayıtmışdır. O da avtomaşından düşərək posta yaxınlaşmış nə olmasını soruşmuşdur. Elvin Abdullayev problem olduğunu bildirmişdir. Kürdəmir postunda bir qədər qalmışlar. Orada polis işçiləri üzərini yoxlamış, heç bir metamfetamin olmamışdır. Sonra yol polisi işçiləri ona məxsus avtomaşının qabaq nömrə nişanını açaraq avtomobilin salonuna qoymuşlar. Onların qollarına qandal vurmuşlar, ona məxsus avtomaşını polis işçisi idarə etmiş, onu və Seymuru «Hunday» markalı yol polisi maşınına, Elvin və Orxanı isə ona məxsus avtomaşına mindirmişlər. Onun avtomaşınını polis işçisi sürmüşdür. Bu qaydada dörd nəfər polis işçiləri onları Hacıqabul Rayon Polis Şöbəsinə aparmışlar. Həmin vaxt ona məxsus çanta və digər əşyaları avtomaşında olmuşdur. Avtomaşına olan cantada heç bir psixotrop maddə metamfetamin olmamışdır. Yolda olduqları vaxt onları gah Bakı şəhərinə, gah da analizdən keçirmək üçün Hacıqabula apardıqlarını demişlər. Hacıqabula getdikdən sonra Elvini analizə aparmışlar, lakin digərlərini analizə aparmamışlar. Onları Hacıqabul Rayon Polis Şöbəsində əvvəlcə 2-ci mərtəbədə, sonra isə 1-ci mərtəbədə saxlama otağında saxlamışlar. Hacıqabulda olduqları zaman oraya başqa polis işçiləri də gəlmişlər. Hacıqabul Rayon Polis Şöbəsində onların üzərlərinə baxış keçirilmişdir. Baxış zamanı Şahid7 üzərində 0,1-0,6 qram metamfetamin aşkar olunmuşdur, digərldərində isə metamfetamin aşkar olunmamışdır. Polis işçiləri onlara demişlər ki, məsuliyyətlərini yüngülləşdirmək üçün həmin metamfetamini onların aralarında böləcəklər. Ona məxsus avtomaşının açarı Hacıqabulda olduqları bir neçə saat müddətində polis işçilərində olmuşdur. Ona məxsüs çanta avtomaşınında olmuşdur. Çantada heç bir psixotrop maddə olmamışdır. Hacıqabul Rayon Polis Şöbəsində olduqları zaman onu bir otağa salmışlar. Polis işçiləri onun cibinə bir bükümdə metamfetamin qoymuşlar, ona həmin metamfetamini üzərində saxlamasını, onu həmin maddə ilə ittiham edəcəklərini demişlər. Sonra polis işçiləri ona demişlər ki, avtomaşında olan çantasında bir büküm metamfetamin olacaqdır, videoçəkiliş zamanı həmin narkotik vasitənin də özünə məxsus olmasını etiraf etməlidir. O isə çantasında heç bir narkotik vasitə olmadığını bildirmişdir. Onu məcbur etmişlər ki, çantasına qoyduqları metamfetaminin özünə məxsus olmasını etiraf etsin. Ona görə də məcbur olub çantasına qoyulmuş metamfetaminin özənə məxsus olmasını etiraf etmimş və onun videosunu çəkmişlər. Hacıqabulda olduqları müddətdə avtomaşının açarları polis işçilərində olmuşdur. Ona görə də avtomaşındakı çantasına metamfetaminin kim tərəfindən qoyulmasını dəqiq bilmir. Ancaq onlara əsas təsir edən şəxs komandir Şahid8 olduğuna görə çantasına metamfetaminin Sənən Məmmədov tərəfindən qoyulmasını güman etdiyindən istintaqda çantasına bir mükümdə metamfetaminin Sənan tərəfindən qoyulmasını bildirmişdir. Onları bir müddət Hacıqabul rayonunda saxladıqdan sonra saat 17 radələrində yenidən Kürdəmir rayonu Karrar postuna gətirmişlər. Həmin vaxt da ona məxsus avtomaşını polis işçisi sürmüşdür. Onlar həmin postda gözləmişlər. Bir qədər sonra Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları posta gəlmişlər. Postda ona məxsus avtomaşına videoçəkilişlə baxış keçirilməsinə başlamazdan əvvəl polis işçiləri ona demişlər ki, avtomaşından çantanı götürüb çiyninə assın. O da avtomaşından çantanı götürüb çiyninə asmışdır. Bundan sonra onun çantasına videoçəkilişlə baxış keçirilərkən çantasında bir ədəd bükümdə polis işçiləri tərəfindən qoyulmuş metamfetamin aşkar olunmuşdur. Polis işçiləri ona təzyiq göstərdiklərinə və əvvəlcədən bu barədə etiraf videosunu çəkdiklərinə görə məcbur olub çantasında aşkar olunan metamfetaminin özünə məxsus olmasını demişdir. Sonra isə onları Kürdəmir Rayon Polis Şöbəsnə aparmışlar. Polis şöbəsində üzərində şəxsi axtarış aparılarkən da faktiki olaraq cibinə bir ədəd bükümdə polis tərəfindən qoyulmuş metamfetaminin özünə məxsus olmasını demişdir. Seymur və Orxan da onun çantasına bir ədəd bükümdə metamfetaminin polis işçiləri tərəfindən qoyulmasını bilmişlər. 13 avqust 2022-ci il tarixdə polis işçiləri tərəfindən saxlanılması zamanı üzərində ***-***-**-** telefon nömrəsi olmuşdur. Hmin nömrə ilə bacısı oğlu və digər şəxslərlə danışmışdır. Polis işçilərinin 13 avqust 2022-ci il tarixdə ona məxsus avtomaşını guya saat 17 radələrində Kürdəmir rayonu Karrar qəsəbəsi ərazisində yerləşən yol polisi postunda saxlamaları və həmin vaxt avtomaşının qabaq nömrə nişanının açılmış olması barədə ifadələri yalandır. Onları Kürdəmir rayonu Karrar qəsəbəsi ərazisində yerləşən postda saat 12 radələrində saxlamışlar, özləri ilə Hacıqabul Rayon Polis Şöbəsinə aparmışlar, saat 17 radələrində yenidən Kürdəmir rayonu Karrar qəsəbəsi ərazisində yerləşən posta qaytarmışlar və üzərlərində bundan sonra baxış keçirilmişdir. Bakı şəhərindən Gəncə şəhəri istiqamətində gələndə o, avtomaşının qabaq nömrə nişanını açmamışdır. Yolda çoxsaylı yol polisi əməkdaşlarının və yol polisi postlarının olduğu halda avtomaşının ön nömrə nişanı üzərində olmadan hərəkət edə bilməzdi. Avtomaşının qabaq nömrə nişanını onları Hacıqabula aparmazdan əvvəl polisləri açmışlar. Ola bilsin ki, onları Hacıqabula aparanda radarlara düşməmək üçün avtomaşınının qabaq nömrə nişanını açmışlar. Təqsirləndirilən şəxs ibtidai istintada verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilən 14 avqust, 15 avqust 2022-ci il tarixli və 22 fevral 2023-cü il tarixlərdə şübhəli və təqsirləndirilən şəxs kimi verdiyi ifadələrində özünü CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, 12 avqust 2022-ci il tarixdə maşın alveri ilə bağlı olaraq ona məxsus “Range Rover” markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobillə tanışları Şahid7, Şahid6 və Elvin Abdullayevlə birlikdə Bakı şəhərinə getmişlər. Bakıda olduqları zaman Seymur ona ağrındığını, onun üçün istifadə etmək məqsədi ilə “patı”, yəni metamfetamin tapmasını xahiş etmişdir. İranlı kimi tanıdığı Məmməd adlı şəxslə “whatsapp” proqramı vasitəsilə danışaraq xahiş etmişdir ki, onun üçün 200 manatlıq metamfetamin göndərsin. Pulları olmadığına görə Gəncə şəhərində yaşayan dostu Vüqara zəng edib borca 200 manat pul istəmişdir. Vüqar onun kart hesabına 200 manat pul göndərmişdir. O da həmin məbləğdə pulu iranlının kart hesabına köçürmüşdür. Məmməd ona metamfetamini Bakı şəhərind Zərifə Əliyeva adına göz xəstəxanasının qarşısına qoyduğunu bildirmiş, həmin yerin fotoşəkilini çəkib ona göndərmişdir. Onlar həmin yerə getmişlər, oradan metamfetamini götürmüşdür. Metamfetaminin bir qismini istifadə etmişlər. Bir qismini Seymurla Orxana pay vermiş, qalan hissəsini maşina qoymuşdur. xx.xx.2022-ci il taixdə saat 15 radələrində onlar Bakı şəhərindən Gəncə şəhərinə doğru yola çıxmışlar. Saat 17 radələrində Kürdəmir rayonu Karrar qəsəbəsində yerləşən yol polisi postunda polis işçiləri avtomaşını saxlatmışlar. Bu zaman Kürdəmir rayon polis şöbəsinin əməkdaşları yaxınlaşmışlar. Videoçəkilişdən istifadə etməklə ona məxsus avtomaşına baxış keçirilərkən çiynindən asılmış çantada olan bir ədəd bükümdə psixotrop maddə metamfetamini təqdim etmişdir. Sonra onu Kürdəmir Rayon Polis Şöbəsinə aparmaqla şübhəli şəxs kimi tutmuşlar. Üzərində şəxsi axtarış aparılarkən cibindən bir ədəd bükümdə metamfetamini çıxarıb təqdim etmişdir. Üzərində və çantasında aşkar olunan metamfetamin özünə məxsus olmuşdur. Şahid7 və Şahid6 üzərlərində aşkar olunmuş metamfetamini onlara pulsuz, py kimi vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 61,806 qram, külli miqdarda psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə etməyə, 13 avqust 2022-ci il tarixdə onun 1,321 qramını Şahid7, 0,61 qramını isə Şahid6 pay qismində, pulsuz və təmənnasız verməyə, qalan 59,066 qramını şəxsi avtomobilində olan çantada, 1,358 qramını isə öz üzərində saxlamağa görə ittiham verilmiş, lakin ittiham aktı istintaqa prosessual rəhbərliyi həyata keçirən prokuroru tərəfindən tsdiq edilməyərək işin əlavə araşdırma üçün qaytarılmasından sonra Təqsirləndirilən şəxs verdiyi 11 mart 2023-cü il tarixli ifadəsində göstərmişdir ki, 13 avqust 2022-ci il tarixdə Bakı şəhərində olduqları müddətdə Şahid7un xahişi ilə özləri istifadə etmək üçün 200 manat pul müqabilində 4 ədəd bükümdə metamfetamin almışdır. 13 avqust 2022-ci il tarixdə saat 10 radələrində özünə məxsus avtomaşınla Şahid7, Şahid6 və Elvin Abdullayevlə birlikdə Bakı şəhərindən Gəncə şəhərinə yola düşmüşlər. O, yorğun olduğu üçün X4 sürmüşdür. Onlar yolda olarkən Elvin yol kənarı kafelərinin birinin qarşısında avtomobili saxlamış və yuyunmaq üçün kafeyə getmişdir. Elvin getdikdən sonra o, cibindəki 04 ədəd bükümdə olan metamfetaminləri çıxarıb maşının stəkan yerinə qoyaraq Seymurla Orxana göstərib demişdir ki, “bu bəs edərmi üçümüzə?”. Seymur da bunu görüb demişdir ki, “hə bəsdir bu bizə”. Stəkan yerində olan metamfetamlərin üzərindən bir qismini götürüb trubuçkaya doldurub yandırıb çəkmişlər. Bundan sonra metamfetamindən qalan 01 bükümünü özünə götürmüş, 01 bükümünü Seymura, çəkdiklərindən qalan digər hissəsini isə Orxana pay vermişdir. Seymurla Orxan metafetamini avtomobilin salonunda oturacaqların ortasına qoyaraq düşərkən götürəcəklərini bildirmişlər və o da öz payını oraya qoymuşdur. Elvin gələrək avtomobilə əyləşmiş və onlar hərəkətə başlamışlar. Həmin gün saat 12 radələrində Kürdəmir rayonu Karrar qəsəbəsində yerləşən yol polisi postuna çatanda polis əməkdaşları avtomaşını saxlatmışlar. Yol polisi əməkdaşı avtomobili idarə edən Elvinə narkotik vasitələrdən istifadə edib-etməməsini öyrənmək üçün analiz verəcəyini bildirmişdir. Yol polisi əməkdaşları avtomobili postun dayanacağına yerləşdirməli olduğunu və avtomobilə baxış keçiriləcəyini bildirmişlər. Avtomobili stasionar postun qarşısına vermişlər. Onları postun içərisinə apararaq üzərlərinə baxış keçirmişlər, üzərlərində heç bir qanunsuz əşya və predmet aşkar edilməmişdir. Bu zaman iki nəfər yol polisi əməkdaşları avtomobilə baxış keçirilən zaman narkotik vasitə tapdıqlarını bildirmişlər. Bundan sonra Sənan adlı komandirləri avtomobilin salonundan tapılan narkotik vasitənin kimə məxsus olmasını soruşmuşdur. Seymur da avtomobildən aşkar olunanın “patı”, yəni metamfetamin olduğunu və ona məxsus olmasını bildirmişdir. Komandir Seymuru təhqir edib metafetaminin ona məxsus olmadığını bildirərək doğrusunu deməyi təklif etmişdir. Seymur da təkrar olaraq metafetaminin ona məxsus olduğunu bildirmişdir. Yol polisi əməkdaşları Seymurun və onun bədəninin müxtəlif nahiyyələrinə vuraraq metafetaminin ona məxsus olmasını etiraf etməsini istəmişlər. Onlar təxminən 40 dəqiqə postda qaldıqdan sonra yol polisi əməkdaşları onun avtomobilinin üzərindən nömrələrini çıxardaraq Elvin, Orxan və onun qoluna qandal vurub avtomobilin arxa hissəsinə, Seymur isə yol polisi avtomobilinə mindirmişlər. Yol polisi onun avtomobilini idarə edərək Bakı şəhəri istiqamətində hərəkətə başlamışlar. Onlar yolda olarkən avtomobili idarə edən yol polisi əməkdaşı kiməsə zəng edərək planlarını doldurduğunu və onları ora gətirdiyini bildirmişdir. O, evə məlumat vermək üçün yol polisi əməkdaşından öz telefonunu istəmişdir. O, bacısı oğlu Ramizə zəng edərək postda onları saxladıqlarını və Bakı şəhəri istiqamətində apardıqlarını bildirmişdir. Onlar Hacıqabul rayonuna çatmış və avtomobili Hacıqabul Rayon X11 binasının həyətinə salmışlar. Onları avtomobildən düşürüb rayon polis şöbəsi binasının ikinci mərtəbəsinə çıxartmışlar və onlar sola dönüb dəhlizdə gözləmişlər. Qısa müddətdə Seymuru da gətirmişlər və Seymurla onu sağdakı 2-ci otağa salmışlar. Elvinlə Orxan yol polisi əməkdaşı ilə dəhlizdə qalmışdır. Avtomobili idarə edən yol polisi əməkdaşından başqa içəridə 2 nəfər mülki geyimli, 1 nəfər isə polis formasında olan şəxs olmuşdur. Yol polisi əməkdaşı onu döyərək avtomaşındakı çantada olan bükümün ona məxsus olmasını etiraf etməsini tələb etmişlər. O isə döyülməmək üçün çantadakı bükümün ona məxsus olduğunu etiraf etmiş və yol polisi əməkdaşı onun etirafını mobil telefon vasitəsilə video görüntüyə almışdır. Təxminən 1 saat sonra onları çölə çıxartmışlar və yol polisi əməkdaşı isə otaqda qalıb digər polislərlə söhbət etmişdir. Onları dəhlizə çıxartdıqda Elvinin olmadığını görmüşlər. Bir müddət sonra yol polisi əməkdaşı çölə çıxmış və onlara “gəlin getdik” demişdir. Yol polisi əməkdaşları Seymur, Orxan və onu eyni qaydada əli qandallı avtomobilin arxa oturacağına mindirmişlər, yenə də avtomaşınını polis sürmüş və onlar Kürdəmir rayonu istiqamətində hərəkətə başlamışlar. O, yol polisi əməkdaşından nə olmasını və Elvinin harda olmasını soruşduqda Hacıqabul Rayon Polis Şöbəsinin onları qəbul etmədiyini, Elvini isə buraxdığını bildirmişdir. Onları təkrar Kürdəmir rayonunda Karrar kəndindəki yol polisi stasionar postuna gətirərək otağa salmışlar. Təxminən 1 saat sonra komandir Sənan içəri girərək avtomobilindən aşkar olunan, Seymurla Orxana pay verdiyi və özü üçün saxladığı xırda bükümlərdə olan 03 ədəd bükümü ciblərinə qoymalarını, əlavə olaraq onlara məxsus olmayan 01 ədəd böyük bükümü də ona məxsus çantanın içərisinə qoymasını bildirmişdir. Onlar 01 ədəd böyük bükümün onlara məxsus olmadığını dedikdə komandir Sənan Hacıqabul polis şöbəsində etiraf videolarının telefonunda olduğunu və əgər etiraf etsələr, Seymurla Orxanın məsuliyyətə cəlb edilməyəcəyini, inzibati məsuliyyət olacaqlarını bildirərək onun Kürdəmir polis şöbəsində sərbəst buraxılacağını bildirmişdir. Komandir Sənan bir azdan Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən videoçəkiliş olacağını, metamfetaminin onlara məxsus olmasını etiraf etmələrini istəmişdir. Seymur, Orxan və o, onunla razılaşaraq avtomobildən aşkar olunan 03 ədəd bükümü ciblərinə qoymuşlar. O, əlavə olaraq ona məxsus olmayan çantasına qoyulmuş 01 ədəd böyük bükümdə metamfetaminində ona məxsus olmasını deməli olmuşdur. Polis işçiləri çantasını çiyninə asmasını demişlər. Çantasını avtomaşından götürüb çiynindən asmış və onları avtomobilin yanına aparmışlar. Bir müddət sonra Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları yaxınlaşaraq özlərini təqdim edib, üzərlərində və idarə etdiyi nəqliyyat vasitəsində narkotik vasitə saxlamaqlarında şübhəli olduqlarını bildirmişlər. Videoçəkilişdən istifadə etməklə, idarə etdiyi **-EE-*** dövlət qeydiyyat nişanlı “RANGE ROVER” markalı avtomobilə baxış keçirilməsinə başlanılmış, nəqliyyat vasitəsinə baxış keçirilməsinə etriaz etməmişdir. İlkin olaraq ondan avtomobilində hər hansı narkotik vasitə olub-olmaması soruşulmuş vardırsa, təqdim etməsi bildirilmişdir. Bundan sonra üzərində olan (çiynindən asılmış) qara rəngli çantanın içərsində psixotrop maddə metametamin olduğunu etiraf etmişdir. Üzərində olan (çiynindən asılmış) qara rəngli çatnanın içərisindən 01 ədəd polietilen kəsiyi çıxarıb təqdim etmişdir. Həmin polietilen kəsiyin içərisində baxış keçirilmiş içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə olması müəyyən olunmuşdur. Polis şöbəsində şübhəli şəxs qismində tutulmuş və üzərində şəxsi axtarış aparılmağa başlanılmış, üzərində narkotik vasitə olub-olmaması soruşulmuş və əgər varsa, təqdim etməsi bildirilmişdir. Üzərində psixotrop maddə metamfetamin olduğunu etiraf etmişdir. Bundan sonra əynində olan şalvarının sol ön cibindən 01 ədəd polietilen bükümü çıxarıb masanın üzərinə qoymuşdur. 01 ədəd polietilen büküm müstəntiq tərəfindən açılmış, içərisində ağ rəngli kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunmuşdur. Üzərindən aşkar olunan 1,358 qram metamfetamin ona məxsus olsa da, çantasından aşkar olunan 59,066 qram metamfetamin ona məxsus deyildir. Məhkəmə istintaqında şahid kimi dindirilən Şahid6 göstərdi ki, 12 avqust 2022-ci il tarixdə tanışları Təqsirləndirilən şəxs, Seymur və Elvinlə birlikdə Təqsirləndirilən şəxs məxsus “Range Rover” markalı avtomobillə Bakı şəhərinə yola düşmüşlər. Təqsirləndirilən şəxs məqsədi avtomaşın gətirmək olmuşdur. Lakin avtomaşın gətirəsi olmamışlar. Belə ki, pul haqq-hesabı olmuş, Kənan razılaşmaqla maşın gətirəsi olmamışdır. Bakı şəhərində olduqları vaxt Seymur narkotik vasitə istifadə etmək istədiyini bildirmişdir. Lakin onlarda narkotik vasitə almaq üçün pul olmamışdır. Kənan borc pul almışdır. Seymur həmin pula Bakıda metamfetamin almışdır. Ancaq Seymurun hansı növdə və nə qədər narkotik almasını bilməmişdir. Seymur aldığı metamfetaminin bir hissəsini ona vermişdir. O isə metamfetaminin bir hissəsini istifadə etmiş, bir hissəsi isə üzərində qalmışdır. Təqsirləndirilən şəxs isə narkotik vasitə olmamışdır. Səhəri gün, yəni 13 avqust 2022-ci il tarixdə Bakıdan qayıdıb Gəncəyə gələndə Kürdəmirdə onları saxlamışlar. Onları posta aparmışlar. Üzərlərinə baxmışlar, üzərlərində narkotik vasitə aşkar olunmamışdır. Sonra onları Hacıqabul rayon polis şöbəsinə aparmışlar. Onları vurmuş, döymüşlər, polis işçiləri Kənanın sumkasına bir bükümdə narkotik qoymuşlar, demişlər ki, sənindir. Bir müddət sonra onları yenidən Kürdəmir rayonu ərazisində olan yol polisi postuna qaytarmışlar. Onların üzərlərində şəxsi axtarış aparılmışdır. Şahid6 ibtidai istintaqda şahid kimi dindirilərkən 14 avqust və 27 avqust 2022-ci il tarixllərdə verdiyi ifadələrində isə göstərmişdir ki, 12 avqust 2022-ci il tarixdə Bakı şəhərində olduqları zaman Təqsirləndirilən şəxs kiməsə zəng edib 200 manat borc pul isətmişdır. Həmin pula 3-4 ədəd «patı», yəni metamfetamin almışlar. Metamfetaminləri trubuçkaya doldurub yandıraraq çəkmişlər, bir hissəsi isə qalmışdır. Qalan metamfetaminin bir hissəsini o, bir hissəsini isə Şahid7 götürmüşdür. 13 avqust 2022-ci il tarixdə saat 15 radələrində Bakı şəhərindən Təqsirləndirilən şəxs məxsus «Range Rover» markalı avtomaşınla Gəncə şəhəri istiqamətində yola düşmüşlər. Yol polisi əməkdaşları onları həmin gün saat 17 radələrində Kürdəmir rayonu ərazisində yol polisi postunda saxlamışlar. Onlara üzərlərində narkotik vasitə saxlamaqda şübhəli olduqlarını bildirmişlər. Videoçəkilişlə Təqsirləndirilən şəxs məxsus avtomaşına baxış keçirilərkən Təqsirləndirilən şəxs çiynindən asılmış çantada metamfetmin olduğunu bildirmişdir. Çantaya baxış keçirilərkən bir ədəd polietilen kəsiyi bükümümündə metamfetaminəbənzər kütlə aşkar olunmuşdur. Sonra Kürdəmir Rayon Polis Şöbəsində şübhəli şəxs kimi tutulmuş, üzərində şəxsi axtarış aparılarkən gibindən bir ədəd bükümdə psixotrop maddə metamfetamini təqdim etmişdir. Üzərində aşkar olunan metamfetamini Kənanın aldığı metamfetamini istifədə etdikdən sonra Kənan bir hissəsini ona pulsuz, pay qismində vermişdir. Şahid6 iş üzrə əlavə istintaq zamanı verdiyi xx.xx.2023-cü il tarixli ifadəsində isə göstərmişdir ki, 13 avqust 2022-ci il tarixdə Bakı şəhərində Təqsirləndirilən şəxs istifadə etmələri üçün 200 manatlıq metamfetamin almış, 13 avqust 2022-ci il tarixdə saat 10 radələrində Bakı şəhərindən Gəncəyə yola düşmüşlər. X4 sürmüşdür. Yolda Elvin avtomobili saxlayıb yuyunmaq üçün kafeyə getmişdir. Bu zaman Kanan maşının stəkan yerində 3-4 ədəd bükəmlərdə olan «patı»nı göstərib hər üçünə bəs edə biləcəyini soruşmuş, Seymur isə bəs edəcəyini demişdir. Metamfetaminin bir hissəsini trubuçkaya doldurub çəkmişlər. Kənan qalan metamfetaminin bir hissəsini onlara pay vermiş, bir hissəsini özünə götürmüş, hər üçün metamfetaminləri oturacağın ortasına qoymuşlar. Saat 12 radələrində Kürdəmir rayonu Karrar qəsəbəsi ərazisində yerləşən yol polisi postunda onların olduqları avtomaşın yol polisləri tərəfindən saxlanılmışdır. Yol polisləri avtomaşına baxış keçirəcəklərini bildirməklə avtomaşını dayanacağın qarşısına sürmüşlər. Onları isə postun içərisinə aparmışlar və üzərlərinə baxış keçirmişlər. Üzərlərində heç bir qanunsuz əşya olmamışdır. Bu zaman iki nəfər polis işçisi avtomaşında narkotik aşkar etdiklərini bildirmişlər. Komandir Sənən onlardan avtomaşında aşkar olunan narkotikin kimə məxsus olmasını soruşmuş, Seymur isə ona məxsus olmasını demişlər. Polis işçiləri onları döymüşlər. Komandir onlardan avtomaşında aşkar olunan narkotikin Kənana məxsus olmasını demələrini tələb etmişlər. Təxminən 40 dəqiqə postda qaldıqdan sonra polis işçiləri Kənana məxsus avtomaşının nömrəsini çıxarıb salona qoymuşlar. Elvinin, Kənanın və onun qollarına qandal vurub avtomaşının arxa hissəsinə əyləşdirmişlər. Seymuru isə yol polisi avtomobilinə mindirmişlər. Onları Bakı şəhəri istiqamətində aparmışlar. Yolda olduqları zaman yol polisi kiməsə zəng edərək planlarını doldurduqlarını və onları gətirdiklərini bildirmişdir. Onları Hacıqabul Rayon X11 binasının ikinci mərtəbəsinə aparmış və sağdakı ikinci otağa salmışlar. Sonra Elvini harayasa aparmışlar. Təxminən bir saat sonra Seymuru, Kənanı və onu dəhlizə çıxarmışlar. Yol polisi isə otaqda qalıb digər polis işçiləri ilə söhbət etmişlər. Bir müddət sonra Seymuru, onu və Kanını qolu qandallı vəziyyətdə avtomaşının arxa oturacağına mindirmiş və Kürdəmir rayonu istiqamətində qaytarmışlar. Polis işçiləri Elvinin buraxıldığını bildirmişlər. Onları təkrarən Kürdəmir rayonu Karrar qəsəbəsində ərazisində yerləşən posta gətirmişlər. Orada təxminən bir saat gözlədikdən sonra yol polisi komandiri Sənan 3 ədəd bükümləri ciblərinə qoymalarını demişdir. Əlavə olaraq bir ədəd onlara məxsus olmayan böyük bükümü isə Kənana məxsus çantanın içərisinə qoymağı bildirmişdir. Onlar bir ədəd böyük bükümün onlara məxsus olmadığını demişlər. Sənən isə bu barədə etiraf videolarının olmasını, onlara kömək olacağını, Kərdəmir rayon polis şöbəsində sərbəst baraxılacaqlarını demişdir. Onlar üç ədəd bükümləri ciblərinə qoymuşlar. Kənan isə içərisinə bir böyük bükümdə narkotik qoyulmuş çantasını çiynindən asmışdır. Sonra onları Kənana məxsus avtomaşının yanına aparmışlar. Videoçəkilişlə avtomaşına baxış xamanı Kənan çiynindən asdığı çantanın içərisində olan bir ədəd bükümü təqdim edib ona məxsus olmasını demişdir. Sonra isə onları Kürdəmir Rayon Polis Şöbəsinə aparmaqla üzərlərinə baxış keçirilmiş və ciblərinə qoyduları bükümləri təqdim etmişlər. İstintaqda verdiyi ilk ifadəsini təsdiq etmir, həmin ifadəsini polis işçilərinin öyrətməsi əsasında vermişdir. Kənanın çantasında aşkar olunan bir ədəd bükümdə metamfetamin polis tərəfindən qoyulmuş, Kənana məxsus deyildir. Kənanın ona bir bükümdə pay verdiyi 0,061 qram metamfetamini o cibinə qoymamış, avtomobildə saxlamışdır. Sonradan polis işçisinin deməsinə görə cibinə qoymuşdur. Məhkəmə istintaqında şahid kimi dindirilən Şahid7 göstərdi ki, 12 avqust 2022-ci il tarixdə Bakı şəhərində olduqları zaman Təqsirləndirilən şəxs hər hansı narkotik vasitə almamışdır. 13 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs məxsus «Range Rover» markalı avtomobil ilə Bakı şəhərindən qayıdarkən avtomobilin nömrə nişanları üzərində olmuş, Təqsirləndirilən şəxs və Şahid6 üzərlərində narkotik vasitə olmamışdır. Yalnız onun üzərində balaca lampıçkanın içərisində az miqdarda narkotik vasitə olmuşdur. 13 avqust 2022-ci il tarixdə Bakı şəhərindən qayıtdıqları zaman polis işçiləri onları Kürdəmir postunda saxlamış, Hacıqabul rayon Polis Şöbəsinə aparmış və orada narkotiklə «yükləmişlər». Syemur Cəfərov ibtidai istintaqda 14 avqust və 15 avqust 2022-ci il tarixlərdə şübhəli və təqsirləndirilən şəxs kimi verdiyi ifadələrində göstərmişdir ki, 12 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs məxsus «Range Rover» markalı avtomaşınla tanışları Orxan və Elvinlə birlikdə Bakı şəhərinə getmişlər. Bakı şəhərində olduqları zaman onun ağrıları başladığına görə Təqsirləndirilən şəxs ona varsa, «kakos» və ya metamfetamin verməsini xahiş etmişdər. Təqsirləndirilən şəxs isə ondan narkotik olmadığını demişdir. Təqsirləndirilən şəxs 200 manat borc pul alaraq Bakı şəhərində 3-4 ədəd patı almışdır. Onlar «patı» nın bir hissəsini trubuçkaya doldurub istifadə etmişlər. Qalan metamfetaminin bir hissəsini o, bir hissəsini isə Orxan istifadə etmək üçün götürmüşlər. 13 avqust 2022-ci il tarixdə Bakı şəhərindən Gəncə şəhəri istiqamətində yola düşmüşlər. Saat 17 radələrində onları Kürdəmir rayonu Karraq qəsəbəsində yerləşən yol polisi postunda saxlamışlar. Bu zaman Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları da oraya gəlmişlər. Onlara üzərlərində narkotik saxlamaqda hübhəli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs məxsus avtomaşına baxış keçirilərkən o, çiynindən asılmış çantadan bir ədəd bükümdə psixotrop maddə metamfetamini təqdim etmişdir. Sonra onları Kürdəmir Rayon Polis Şöbəsinə aparmışlar. Şübhəli şəxs kimi tutulmuş, üzərində şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs pay kimi verdiyi metamfetamini təqdim etmişdir. Şahid7 iş üzrə əlavə istintaq zamanı verdiyi xx.xx.2023-cü il tarixli ifadəsində isə göstərmişdir ki, 13 avqust 2022-ci il tarixdə Bakı şəhərində Təqsirləndirilən şəxs onun xahişi ilə istifadə etmələri üçün 200 manatlıq metamfetamin almış, 13 avqust 2022-ci il tarixdə saat 10 radələrində Bakı şəhərindən Gəncəyə yola düşmüşlər. X4 sürmüşdür. Yolda Elvin avtomobili saxlayıb yuyunmaq üçün kafeyə getmişdir. Bu zaman maşının stəkan yerində 3-4 ədəd bükəmlərdə olan «patı»nı göstərib hər üçünə bəs edə biləcəyini soruşmuş, Seymur isə bəs edəcəyini demişdir. Metamfetaminin bir hissəsini trubuçkaya doldurub çəkmişlər. Kənan qalan metamfetaminin bir hissəsini onlara pay vermiş, bir hissəsini özünə götürmüş, hər üçü metamfetaminləri oturacağın ortasına qoymuşlar. Saat 12 radələrində Kürdəmir rayonu Karrar qəsəbəsi ərazisində yerləşən yol polisi postunda onların olduqları avtomaşın yol polisləri tərəfindən saxlanılmışdır. Yol polisləri avtomaşına baxış keçirəcəklərini bildirməklə avtomaşını dayanacağın qarşısına sürmüşlər. Onları isə postun içərisinə aparmışlar və üzərlərinə baxış keçirmişlər. Üzərlərində heç bir qanunsuz əşya olmamışdır. Bu zaman iki nəfər polis işçisi avtomaşında narkotik aşkar etdiklərini bildirmişlər. Komandir Sənən onlardan avtomaşında aşkar olunan narkotikin kimə məxsus olmasını soruşmuş, o isə ona məxsus olmasını demişdir. Polis işçiləri onları döymüşlər. Komandir onlardan avtomaşında aşkar olunan narkotikin Kənana məxsus olmasını demələrini tələb etmişlər. Təxminən 40 dəqiqə postda qaldıqdan sonra polis işçiləri Kənana məxsus avtomaşının nömrəsini çıxarıb salona qoymuşlar. Elvinin, Kənanın və Orxanın qollarına qandal vurub avtomaşının arxa hissəsinə əyləşdirmişlər, onu isə yol polisi avtomobilinə mindirmişlər. Onları Bakı şəhəri istiqamətində aparmışlar. Yolda olduqları zaman yol polisi kiməsə zəng edərək planlarını doldurduqlarını və onları gətirdiklərini bildirmişdir. Onları Hacıqabul Rayon X11 binasının ikinci mərtəbəsinə aparmış və sağdakı ikinci otağa salmışlar. Sonra Elvini harayasa aparmışlar. Təxminən bir saat sonra onu, Kənanı və Orxanı dəhlizə çıxarmışlar. Yol polisi isə otaqda qalıb digər polis işçiləri ilə söhbət etmişlər. Bir müddət sonra onu, Orxanı və Kanını qolu qandallı vəziyyətdə avtomaşının arxa oturacağına mindirmiş və Kürdəmir rayonu istiqamətində qaytarmışlar. Polis işçiləri Elvinin buraxıldığını bildirmişlər. Onları təkrarən Kürdəmir rayonu Karrar qəsəbəsində ərazisində yerləşən posta gətirmişlər. Orada təxminən bir saat gözlədikdən sonra yol polisi komandiri Sənan 3 ədəd bükümləri ciblərinə qoymalarını demişdir. Əlavə olaraq bir ədəd onlara məxsus olmayan böyük bükümü isə Kənana məxsus çantanın içərisinə qoymağı bildirmişdir. Onlar bir ədəd böyük bükümün onlara məxsus olmadığını demişlər. Sənən isə bu barədə etiraf videolarının olmasını, onlara kömək olacağını, Kərdəmir rayon polis şöbəsində sərbəst baraxılacaqlarını demişdir. Onlar üç ədəd bükümləri ciblərinə qoymuşlar. Kənan isə içərisinə bir böyük bükümdə narkotik qoyulmuş çantasını çiynindən asmışdır. Sonra onları Kənana məxsus avtomaşının yanına aparmışlar. Videoçəkilişlə avtomaşına baxış zamanı Kənan çiynindən asdığı çantanın içərisində olan bir ədəd bükümü təqdim edib ona məxsus olmasını demişdir. Sonra isə onları Kürdəmir Rayon Polis Şöbəsinə aparmaqla üzərlərinə baxış keçirilmiş və ciblərinə qoyduları bükümləri təqdim etmişlər. İstintaqda verdiyi ilk ifadəsini təsdiq etmir, həmin ifadəsini polis işçilərinin öyrətməsi əsasında vermişdir. Kənanın çantasında aşkar olunan bir ədəd bükümdə metamfetamin polis tərəfindən qoyulmuş, Kənana məxsus deyildir. Kənanın ona bir bükümdə pay verdiyi 1,321 qram metamfetamini o cibinə qoymamış, avtomobildə saxlamışdır. Sonradan polis işçisinin deməsinə görə cibinə qoymuşdur. X8 da ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş ifadəsində göstərmişdir ki, 13 avqust 2022-ci il tarixdə saat 10 radələrində Təqsirləndirilən şəxs məxsus «Range Rover» markalı avtomaşınla Bakı şəhərindən Gəncə şəhərinə yola düşmüşlər. Avtomobili o sürmüşdür. Yolda yuxusu gəldiyi üçün kafelərdən birində düşüb üzünü yumuş, sonra yollarına davam etmişlər. Polis işçiləri onları saat 12 radələrində Kürdəmir rayonu Karrar qəsəbəsi ərazisində yerləşən yol polisi postunda saxlamışlar. Polis işçiləri avtomobili postun qarşısında saxlamışlar. Onları isə postu salaraq üzərlərinə baxış keçirmişlər, heç bir qanunsuz əşya aşkar olunmamışdır. Lakin həmin vaxt avtomobilə baxan iki nəfər polis işçiləri avtomobildən narkolik tapdıqlarını bildirmişlər. Polis işçiləri narkotikin kimə məxsus olmasını soruşduqda Seymur ona məxsus olmasını demişdir. Təxminən 40 dəqiqə postda qaldıqdan sonra polis işçiləri Kənanın və Orxanın qoluna qandal vuraraq Kənanın avtomobilinin arxa oturacağına mindirmişlər. Onları Hacıqabul Rayon Polis Şöbəsinə aparacaqlarını bildirmiş və həmin istiqamətə aparmışlar. Yolda olduqları zaman Kənan kiminləsə telefonla danışaraq posta saxlanıldığını və Bakı şəhəri istiqamətində aparılmalarını bildirmişdir. Bundan sonra polis işçisi Kənanın əlindən telefonu almışdır.Onları Hacıqabul Rayon Polis Şöbəsinin həyətində avtomaşından düşürmüş və ikinci mərtəbəyə aparmışlar.Onlar sola dönmüş və dəhlizdə gözləməyə başlamışlar. Sonra polis işçiləri onu Kürdəmir postuna gətirmiş və protokol yazaraq buraxmışlar. Lakin Kənan, Seymur və Orxanı buraxmamışlar. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid10 göstərdi ki, ailəsi ilə birlikdə Gəncə şəhərində yaşayır. Təqsirləndirilən şəxs onun dostu və həmyerlisidir. xx.xx.2022-ci il tarixdə Kənan onun istifadəsində olan ***-***-**-** saylı telefona zəng edərək Bakı şəhərində olduğunu, 200 manat pul lazım olduğunu və Gəncə şəhərinə gəldikdə qaytaracağını bildirmişdir. O, pulu necə göndərəcəyini soruşduqda Kənan ona kart kodu demiş və o, da “MilliÖn” vasitəsilə 200 manat pulu dediyi karta göndərmişdir. xx.xx.2022-ci il tarixdə o, Kənanın polis tərəfindən tutulmasını eşitmişdir. Kənan ona başqa heç bir şey deməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 göstərdi ki, Kürdəmir Rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə Bakı şəhərindən Gəncə şəhəri istiqamətində hərəkətdə olan Gəncə şəhər sakinləri Təqsirləndirilən şəxs üzərində və idarə etdiyi “Range Rover” markalı, **-EE- *** qeydiyyat nişanlı avtomobildə, həmin avtomobildə olan Şahid7 və Şahid6 üzərlərində narkotik vasitə saxlamaları barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı əməliyyat tədbirləri həyata keçirilməklə Gəncə şəhəri istiqamətində hərəkətdə olan “Range Rover” markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobil həmin gün saat 17 radələrində Kürdəmir rayonu Karrar qəsəbəsi ərazisində yerləşən BDYPİ-nin YPXA-nın 7-ci tağımının stasionar postunda saxlanılmışdır. Həmin yerə rayon polis şöbəsinin müstəntiqi dəvət olunmuş, müstəntiq tərəfindən onun və digər polis əməkdaşlarının iştirakları ilə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə baxış keçirilməsinə başlanılmış, ilkin olaraq Təqsirləndirilən şəxs avtomobilində hər hansı narkotik vasitə olub-olmaması soruşulmuş, vardırsa, təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs çiynindən asılmış qara rəngli çantasının içərsində psixotrop maddə metametamin olduğunu bildirmiş və çatnasının içərisindən 01 ədəd polietilen kəsiyi bükümünü çıxarıb təqdim etmişdir. Həmin polietilen kəsiyin içərisinə baxış keçirilmiş ağ rəngli, kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs metamfetamini iranlı şəxsdən 200 manat pula aldığını, onun metamfetamini almasında digər iki nəfərin iştiraklarının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs, onunu avtomobili, avtomobilin sərnişinləri Şahid7 və Bağırov X10 Rayon Polis Şöbəsinə aparılmışlar. Polis şöbəsində üzərlərində şəxsi axtarış aparılarkən Şahid7 və Şahid6 üzərlərində 1 ədəd bükümdə psixotrop maddə metamfetaməbənzər maddələr aşkar edilərək götürülmüşdür. Onlar Təqsirləndirilən şəxs və onun yoldaşlarını 13 avqust 2022-ci il tarixdə Kürdəmir rayonu Karrar qəsəbəsi ərazisində yerləşən yol polisi postunda saat 12 radələrində deyil, saat 17 radələrində saxlamışlar. Təqsirləndirilən şəxs və yoldaşlarını Hacıqabul rayon polis şöbəsinə aparmamışlar. Təqsirləndirilən şəxs məxsus avtomaşın onların sərəncamında olmamışdır. Təqsirləndirilən şəxs məxsus avtomaşında olan çantaya psixotrop maddə metamfetamin qoymamışlar. Ona qarşı təzyiq-təsir etməmişlər. Təqsirləndirilən şəxs məxsus avtomaşının qabaq nömrə nişanını açmamışlar. Avtomobil Bakı şəhəri istiqamətindən gələrəkən onun ön nömrə nişanı üzərində olmamışdır, açılmışdır. Məhkəmə istintaqında şahid kimi dindirilən polis əməkdaşları Şahid2, Şahid3 və Şahid5 da Şahid1la eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdilər. Məhkəmə istintaqında şahid kimi dindirilən Şahid11 göstərdi ki, Təqsirləndirilən şəxs onun dayısıdır. xx.xx.2022-ci il tarixdə ailəsilə birlikdə istirahət etmək üçün Gədəbəy rayonuna getmişdir. Dayısı Kənan da ora gəlməli imiş. Kənanın gəlmədiyini görüb onun mobil telefon nömrəsinə zəng etmiş, lakin o cavab verməmişdir. Bir müddət sonra Kənan özü ona zəng edərək Hacıqabul postunda onu saxladıqlarını, avtomobil ilə bağlı narahatçılıq olduğunu, onları Bakı istiqamətində apardıqlarını bildirmiş və telefonu söndürmüşdür. Həmin gün saat 20-21 radələrində dayısının polis tərəfindən tutulduğunu eşitmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid8 göstərdi ki, Baş X18 İdarəsinin Yol Patrul Xidməti Alayının 10-cu tağımının baş inspektoru vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə Kürdəmir rayonu Karrar qəsəbəsi ərazisində yerləşən 7-ci tağımının stasionar postunda xidmətdə olduğu vaxt Kürdəmir Rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili Şahid1 yaxınlaşaraq Bakı istiqamətindən gələn “Range Rover” markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan Gəncə şəhər sakinlərinin üzərlərində və avtomaşında narkotik vasitə saxlamaları barədə məlumat aldıqlarını bildirmiş və həmin avtomaşının saxlanılmasını xahiş etmişdir. Həmin avtomaşın saat 17 radələrində Bakı istiqamətindən hərəkətdə olmaqla posta yaxınlaşmışdır. Avtomaşın posta yaxınlaşada avtomobilin ön dövlət nömrə nişanının üstündə olmaması, nömrə nişanının açılararq ön şəşənin qarşısına qoyulması müəyyən edilmişdir. Onlar avtomaşını saxlatmışlar. X5 idarə etmişdir. Təqsirləndirilən şəxs, Şahid6 və Şahid7 da avtomaşında olmuşlar. Kürdəmir rayon polis şöbəsinin əməkdaşları da posta gəlmişlər. Bir qədər gözləmişlər, Kürdəmir Rayon Polis Şöbəsinin İstintaq bölməsinin müstəntiqi İbrahim Nəcəfli də posta gəlmiş, bundan sonra onların iştirakları ilə avtomaşına baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs avtomobilində hər hansı narkotik vasitə olub-olmaması soruşulmuş və əgər vardırsa, təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs çiynindən asılmış qara rəngli çantasının içərsində psixotrop maddə metametamin olduğunu bildirmiş və çantanın içindən 01 ədəd polietilen kəsiyi bükümünü çıxarıb təqdim etmişdir. Həmin polietilen kəsiyin içərisinə baxıldıqda ağ rəngli, kristal şəkilli psixotrop maddə metamfetaminəbənzər kütlə olması müəyyən olunmuşdur. Bundan sonra avtomobilə baxış keçirilmiş, hər hansı qanunsuz əşya və ya predmet aşkar olunaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs, Şahid7 və Bağırov X10 Rayon Polis Şöbəsinə aparmışlar. Onlar isə avtomaşının sürücüsü Elvin Abdullayevin sərxoşluğunun yoxlanılması üçün onu Hacıqabula aparmışlar. X3 aparmalarına səbəb o olmuşdur ki, regional narkoloji müayinə Hacıqabulda yerləşir. Lakin onlar Təqsirləndirilən şəxs məxsus avitomaşının qabaq nömrə nişanını açmamış, həmin avtomaşını, Təqsirləndirilən şəxs, Şahid7 və Şahid6 Hacıqabul Rayon Polis Şöbəsinə aparmamışlar. O, şəxsən Orxan Qurbanova məxsus çantaya psixotrop maddə metamfetamin qoymamış və Orxan Qurbanovdan həmin metamfetaminin özünə məxsus olmasıını etiraf etməsini tələb etməmişdir. Təqsirləndirilən şəxs və yoldaşlarını 13 avqust 2022-ci il tərixdə Kürdəmir rayonu Karrar qəsəbəsi ərazisində yerləşən postda saat 12 radələrində deyil, saat 17 radələrində saxlamışlar. Məhkəmə istintaqında şahid kimi dindirilən Baş X18 İdarəsinin Yol Patrul Xidməti Alayının 7-ci tağımında polis serjantı işləyən Şahid9 da Şahid8la eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. Kürdəmir Rayon Polis Şöbəsinin Cinayəçt axtarış bölməsinin əməliyyat müvəkkili Şahid1 rayon polis şöbəsinin rəisinə yazdığı 13 avqust 2022-ci il tarixli raportda Təqsirləndirilən şəxs idarə etdiyi **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobilin keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin gün saat 17:00 radələrində Karrar qəsəbəsi ərazisində yerləşən stasionar yol polisi postunda saxlanılması göstərilmişdir. Baxış keçirilməsi haqqında 13 avqust 2022-ci il tarixli protokolda göstərilmişdir ki, həmin gün saat 17:30-dan 17:40-dək olan müddət ərzində Təqsirləndirilən şəxs idarə etdiyi **-EE-*** dövlət qeydiyyat nişanlı, “RANGE ROVER” markalı avtomobilə videoçəkilişdən istifadə edilməklə baxış keçirilərkən Təqsirləndirilən şəxs avtomobilində hər hansı narkotik vasitə olub-olmaması soruşulmuş və əgər vardırsa, təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs çiynindən aılmış qara rəngli çantasının içərsində psixotrop maddə metametamin olduğunu bildirmiş, çatnasının içərisindən 01 ədəd polietilen kəsiyi çıxarıb təqdim etmişdir. Həmin polietilen kəsiyin içərisinə baxış keçirilmiş, içərisində ağ rəngli, kristal şəkilli, psixotrop maddə metamfetaminəbənzər kütlə olması müəyyən olunmuşdur. Ardınca avtomobilə baxış keçirilmiş, hər hansı qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi maddə zərfə qoyularaq qablaşdırılmış və götürülmüşdür. Avtomobilə baxış keçirilməsi zamanı aparılmış videoçəkiliş məhkəmə baxışı zamanı nümayiş etdirilərkən videogörüntülərdən məlum olur ki, Təqsirləndirilən şəxs məxsus **- EE-*** dövlət qeydiyyat nişanlı, “RANGE ROVER” markalı avtomobilin qabaq nömrə nişanı açılmaqla avtomobilin salonuna qoyulmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs çiynindən çantanı asmaqla hazır vəziyyətdə durmuşdur. Müstəntiq ondan avtomobildə narkotik vasitə olub-olmamasını soruşduqda çiynindən asılmış çantanı təqdim edir, çanta açılmaqla baxıldıqda içərisində bir ədəd sellofan bükümdə psixotorp maddə metamfetaminəbənzər kütlə aşkar olunur. Şəxsi axtarış aparılması barədə xx.xx.2022-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən ona üzərində hər hansı bir qanunsuz əşya vardırsa, təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarının sol ön cibindən 01 ədəd polietilen bükümü çıxarıb masanın üzərinə qoymuşdur. 01 ədəd polietilen büküm açıldıqda içərisində ağ rəngli, kristal şəkilli, psixotrop maddə metamfetaminəbənzər kütlə aşkar olunmuşdur. Aşkar olunan 01 ədəd polietilen büküm içərisində olan kütlə ilə birgə 01 ədəd zərfdə qablaşdırılmaqla götürülmüşdür. Təqsirləndirilən şəxsla aparılan sorğu-sual zamanı avtomobilindən və üzərindən aşkar olunan psixotrop maddə metamfetaminin özünə məxsus olmasını, onunla birlikdə saxlanılan Şahid7 və Şahid6 Polad oğlunun tanışları olmasını, avtomobilindən və üzərindən aşkar olunan metamfetamini 200 manat pul müqabilində Bakı şəhərində İran vətəndaşından bank kartına pul göndərməklə aldığını bildirmişdir. Həmçinin xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs psixotrop maddəni təqdim etməsini özündə əks etdirən 01 ədəd DVD disk protokola əlavə edilmişdir. xx.xx.2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması barədə protokolundan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə sərnişin qismində olan Şahid7 üzərində şəxsi axtarış aparılarkən ona üzərində hər hansı bir qanunsuz əşya vardırsa, təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra üzərində psixotrop maddə metamfetamin olduğunu, bildirmiş və əynində olan şalvarının sağ ön cibindən 01 ədəd polietilen bükümü təqdim etmişdir. Həmin büküm açılmış və içərisində ağ rəngli, kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunmuşdur. Həmin gütlə 01 ədəd zərfdə qablaşdırılmaqla götürülmüşqdür. Şahid7 üzərindən aşkar olunan metamfetaminin özünə məxsus olmasını, onu 2-3 gün əvvəl tanımadığı taksi sürücüsünün ona əvəsizolaraq, pay kimi verməsini, həmin maddənin Kənanla heç bir əlaqəsinin olmamasını göstərmişdir. xx.xx.2022-ci il tarixli şəxsi axtarış və götürmə protokolundan görünür ki, Şahid6 üzərində şəxsi axtarış aparılarkən ona üzərində hər hansı bir qanunsuz əşya vardırsa, təqdim etməsi təklif olunmuş, o, üzərində psixotrop maddə metamfetamin olduğunu bildirmiş, əynində olan köynəyin sol ön cibindən 01 ədəd polietilen bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilmiş, lakin başqa qanunsuz əşya və predmet aşkar edilməmişdir. 01 ədəd polietilen büküm açılmış, içərisində ağ rəngli kristal şəkilli, psixotrop maddə metamfetaminəbənzər kütlə olması aşkar olunmuşdur. Həmin maddə qablaşdırılaraq götürülmüşdür. Şahid6 üzərindən aşkar olunan kütlənin özünə məxsus olmasını, onu xx.xx.2022-ci il tarixdə Bakı şəhərində tapdığını, həmin maddə ilə bağlı Kənanla heç bir əlaqəsinin olmamasını bildirmişdir. Həmçinin xx.xx.2022-ci il tarixdə Şahid6 psixotrop maddəni təqdim etməsini özündə əks etdirən 01 ədəd DVD disk protokola əlavə edilmişdir. Materialların məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli, 18/872 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs əl çantasından aşkar olunmuş 01 ədəd bükümdə təmiz çəkisi 59,066 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd bükümdə təmiz çəkisi 1,358 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Şahid7 üzərindən aşkar olunmuş 01 ədəd bükümdə təmiz çəkisi 1,321 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Şahid6 üzərindən aşkar olunmuş 01 ədəd bükümdə təmiz çəkisi 0,061 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Təqsirləndirilən şəxs əl çantasından və üzərindən, Şahid7 və Şahid6 üzərlərindın aşkar edilmiş metamfetamlər eyni tərkiblidirlər. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 1577 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən epizodik istifadə etmə halları olub, narkomaniya xəstəliyindən əzab çəkmir. Məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X2 qanunsuz olaraq narkotik vasitə əldə etməsinə dair həmin məhkəməyə inzibati xəta haqqında material daxil olmamışdır. 13 avqust 2022-ci il tarixli,827 №-li aktdan görünür ki, Elvin Abdullayev həmin gün saat 17:50-də Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz tibbi yardım şöbəsmində narkoloji müayinə olunmuş, onun narkotik qəbul etməsi müəyyən olunmuşdur. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, qanuni qüvvəyə minmiş hökmü ilə Şahid7 13 avqust 2022-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs qanunsuz olaraq pay qismində 1,321 qram psixotrop maddə metamfetamini satış məqsədi olmadan əldə edərək üzərində daşımaqla saxlamağa görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib barəsində ittiham hökmü çıxarılmışdır. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Şahid6 0,061 qram metamfetamini qanunsuz olaraq əldə etməyə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib ona 15 gün inzibati həbs tənbeh tədbiri tədbiq edilmişdir. Hacıqabul Rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan göstərilmişdir ki, X6 və Bağırov X7 Rayon polis şöbəsinə gətirilməmişlər. Təqsirləndirilən şəxs, həmçinin onunla birlikdə olmuş Şahid7 və Şahid6 13 avqust 2022-ci il tarixdə Kürdəmir rayonu Karrar qəsəbəsi ərazisində yol polisi postunda saat 17 radələrində deyil, saat 12 radələrində saxlanılmaları, polis əməkdaşları tərəfindən saxlanılmalarından sonra yol polisi əməkdaşları Şahid8 və Şahid9 tərəfindən Hacıqabul Rayon Polis Şöbəsinə (Hacıqabul rayonu ərazisinə) aparılmaları barədə ifadələrini yoxlamaq məqsədi ilə həm ibtidai istintaq zamanı, həm də məhkəmənin müvafiq qərarları ilə həmin gün Təqsirləndirilən şəxs, Şahid6, Şahid7, həmçinin polis əməkdaşları Şahid8 və Şahid9 istifadələrində olan mobil telefonların anten dairələri məhkəmə qərarı əsasında əldə edilərək cinayət işinə əlavə olunmuşdur. Məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** telefon nömrəsinin anten dairəsi 13 avqust 2022-ci il tarixdə saat 10:03-dən 10:40-dək Bakı şəhəri ərazisində olmuş, sonra Kürdəmir rayonu istiqamətində dəyişməklə 10:42-də Qaradağ rayonu Qobustan qəsəbəsi ərazisində, 10:46-da Ələt qəsəbəsində Bakı-Qazax avtomobilin yolunun 69-cu kilometrliyində, 10:54-də Kürdəmir-Hacıqabul avtomobil yolu Padar kəndi ərazisində, 10:57-də Hacıqabul rayonu Atbulaq kəndi, 11:25-də Hacıqabul raoynu Muğan qəsəbəsi, 11:31-də Hacıqabul rayonu Pirsaat qəsəbəsi, Qarasu kəndi, Padar kəndi, 11:33də Pirsaat qəsəbəsi, 11:45-də Kürdəmir-Hacıqabul yolu Padar kəndi, 12:00-da isə Kürdəmir rayonu Karrar kəndi ərazisində olmuşdur. Bundan sonra telefon nömrəsinin anten dairəsinin Gəncə şəhəri istiqamətində dəyişməsi dayanmışdır. Bundan 20 dəqiqə sonra isə telefon nömrəsinin anten dairəsi əks, Bakı istiqamətdə dəyişməklə 12:20-də Kürdəmir-Hacıqabul yolu Padar kəndi, 12:32-də Kürdəmir-Hacıqabul yolu Padar kəndi, 12:35-də Kürdəmir-Hacıqabul yolu Padar kəndi, 12:41-dən 13:51-dək Hacıqabul şəhəri Bayram İbrahimov küçəsi, 14:40-dan 16:09-dək Hacıqabul şəhəri Heydər Əliyev küçəsi ərazisində olmuşdur. Bundan sonra telefonun antenn dairəsi Hacıqabul şəhərindən Kürdəmir rayonu istiqamətində dəyişməklə Kürdəmir-Hacıqabul yolu Padar kəndi ərazisində, 16:22-də isə yenidən Kürdəmir rayonu Karrar kəndi ərazisində olmuş, saat 18:39-dək Karrar kəndi ərazisində qalmış, saat 18:43-dən 20:39-dək isə Kürdəmir şəhəri Heydər Əliyev küçəsində olmuşdur. Yol polisi Şahid8 istifadəsində olan ***-***-**-** telefon nömrəsinin antenn dairəsi 13 avqust 2022-ci il tarixdə saat 12 radələrinədək Kürdəmir Rayonu Karrar kəndində, saat 12:36-dan 14:24-dək Hacıqabul rayonu Bayram İbrahimov küçəsində, 15:35-dən 19:03dək yenidən Kürdəmir rayonu Karrar kəndi ərazisində olmuşdar. Yol polisi X9 istifadəsində olan ***-***-**-** telofon nömrəsinin anten dairəsi xx.xx.2022-ci il tarixdə saat 12:11-dən 12:14-dək Kürdəmir rayonu Karrar kəndi, 13:05-dən 16:09-dək Hacıqabul rayonu ərazisində, 16:09-dən 17:46-dək yenidən Kürdəmir rayonu Karrar kəndi ərazisində olmuşdur. X8 13 avqust 2022-ci il tarixdə üzərində və istifadəsində ***-***-**-** telefon nömrəsinin olmasını göstərdiyindən məhkəmənin müvafiq qərarına cavab olaraq "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, həmin telefon nömrəsi 13 avqust 2022-ci il tarixdə istifadə olunmamışdır. Şahid6 13 avqust 2022-ci il tarixdə istifadəsində ***-***-**-** telefon nömrəsinin olmasını göstərdiyindən məhkəmənin qərarına cavab olaraq "xxxx" MMC-dən daxil olmuş xx.xx.2024-cü il tarixli məktubda göstərilmişdir ki, göstərilən telefon nömrəsi xx.xx.2024-cü il tarixdə istifadə olunmamışdır. Şahid7 xx.xx.2024-cü il tarixdə üzərində və istifadəsində ***-***-**-** telefon nömrəsinin olmasını göstərsə də, "xxxx" MMC-dən daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, həmin telefon nömrəsi göstərilən tarixdə istifadə olunmamışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs və yoldaşlarının 13 avqust 2022-ci il tarixdə Kürdəmir rayonu Karrar qəsəbəsi ərazisində yerləşən yol polisi postunda saat 17 radələrində deyil, faktiki saat 12 radələrində saxlanılmaları, Hacıqabul rayonu ərazisinə aparılmaları və saat 17 radələrində yenidən Kürdəmir rayonu Karrar qəsəbəsi ərazisinə gətirilmələri, bundan sonra üzərlərində və avtomaşında yoxlama aparılması ifadələrlə yanaşı həmin vaxt Təqsirləndirilən şəxs və yol polisi əməkdaşlarının istifadələrində olmuş mobil telefon nömrələrinin antenn dairələri ilə tam təsdiq olunmuşdur. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Gəncə şəhər Küçə üçlüyü tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədə Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət səciyyələnir. İşdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, himayəsində xx.xx.2014, xx.xx.2015, xx.xx.2022-ci il tarixlərdə doğulmuş uşaqları vardır. Təqsirləndirilən şəxs iş üzrə 13 avqust 2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, barəsitndə Kürdəmir Rayon Məhkəməsinin 15 avqust 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri dəyişdirilərək ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmuş, həmin məhkəmənin xx.xx.2022-ci iltarixli qərarı ilə ev dustaqlığı qətimkan tədbirinin müddəti 13 mart 2023-cü il tarixədək uzadılmış, ona xx.xx.2023-cü il tarixdə CM-nin 234.4.3-cü maddəsi ilə ittiham elan olunmuş və barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsi nəzərə alınmış, müstəntiqin 13 mart 2023-cü il tarixli qərarı ilə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir, həmin qətimkan tədbiri hal hazıradək qüvvədədir. Beləliklə, məhkəmə kollegiyası tədqiq edilmiş sübutlara hüquqi qiymət verərəkən qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124.1 və 124.1.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında məhdudlaşdırmaqla əldə olunduqda cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinin tələblərinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Məhkəmə, cinayət prosessual qanunvericiliyinin həmin müddəalarını rəhbər tutaraq məhkəməyədək icraat zamanı toplanılmış, Təqsirləndirilən şəxs məxsus çantadan 50,066 qram psixotrop maddə metamfetamin aşkar olunmasına dair sübutları onların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olduğundan mötəbər sübut kimi qəbul etmir və hesab edir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs təqsirliliyi ilə bağlı istintaq orqanının gəldiyi nəticələr əsaslı deyildir. Belə ki, «Narkotik vasitələri, psixrtrop maddələrin və onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zərərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 №-li qərarının və Azərbaycan Respublikası Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən Təqsirləndirilən şəxs, Şahid7 və Şahid6 barələrində aparılan əməliyyat-axtarış tədbirlərinin gedişində sübut əhəmiyyətinə malik ola biləcək predmetlərin götürülməsinə zərurət yarandığından onların 13 avqust 2022-ci il tarixdə saat 12 radələrində Kürdəmir rayonu Karrar qəsəbsində yerləşən Yol Patrul Xidməti Alayının 7-ci tağımının 721 saylı stasionar postunda saxlanıldıqları yerdə dərhal üstləri və hərəkətdə olduqları avtomobili yoxlanılmalı, sübut əhəmiyyətli əşyalar aşkarlandıqda götürülməli və bu barədə müvafiq sənədləşmə aparılmalı olduğu halda, onların üzərləri və avtombil faktiki yoxlanılsa da, bu barədə heç bir sənədləşmə aparılmadan onları aidiyyəti olmayan Hacıqabul rayon polis şöbəsinə aparmış, xeyli müddət keçdikdən sonra, saat 17 radələrində yenidən həmin posta gətirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs məxsus avtomaşına baxış keçirilmiş, həmçinin Təqsirləndirilən şəxs, Şahid7 və Şahid6 üzərlərində şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs, Şahid7 və Şahid6 Hacıqabul rayon polis şöbəsinə aparılarkən Təqsirləndirilən şəxs məxsus, içərisində çantası olan avtomaşını polis işçisi sürmüş, onların özləri və avtomaşın beş saatdan çox müddətdə Hacıqabul rayonu ərazisində polis əməkdaşlarının nəzarəti altında olduqdan sonra polis işçiləri Təqsirləndirilən şəxs və yoldaşlarına onların işlərinin Hacıqabul rayon polis şöbəsinə aid olmadığını bildirməklə 13 avqust 2022-ci il tarixdə saat 17 radələrində yenidən onları Kürdəmir rayonu Karrar qəsəbəsi ərazisində yerləşən yol polisi postuna gətirmişlər. Bundan sonra Kürdəmir Rayon Polis Şöbəsinin müstəntiqi və digər əməkdaşları həmin posta gəlmiş, saat 17:30-da Təqsirləndirilən şəxs məxsus avtomaşına (çantaya) baxış keçirilmiş, saat 18:40-da Təqsirləndirilən şəxs üzərində, 20:20-də Şahid7 üzərində, 21:20-də isə Şahid6 üzərində şəxsi axtarış aparılmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs məxsus avtomaşına və həmin avtomaşında olan çantaya baxış keçirilməsi, Təqsirləndirilən şəxs, Şahid6 və Şahid7 üzərlərində şəxsi axtarış aparılması barədə protokollar Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə verilmiş ittihamın əsasını təşkil etdiyi halda həmin prosessual hərəkətlər Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin, Azərbaycan Respublikası Aili Məhkəməsinin qeyd olunan plenumunun, habelə «İnsan hüqüqları və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın tələbləri pozulmaqla onların faktiki saxlanılmalarından beş saatdan çox müddətin keçməsindən, bu müddətdə özlərinin, avtomaşının və avtomaşında olan çantanın polis işçilərinin nəzarəti altında qalmalarından sonra aparılmışdır. Məhkəmə qeyd edir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də qərarlarında ibtidai araşdarma zamanı sübut əhəmiyyətə malik ola biləcək predmetlərin şəxsin tutulduğu yerdə götürülməməsinə sübutun əldə edilməsi şəraitinin ciddi qüsuru kimi baxaraq belə sübutun möhtəbərliyini şübhə altına alan beləliklə də «İnsan hüqüqları və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırması hüququnun pozuntusunu yaradan hal kimi istinad etmişdir. Belə ki, “Sakit Zayidov Azərbaycana qarşı” olan iş üzrə Avropa Məhkəməsinin qərarının məzmununa əsasən, şəxsin polis əməkdaşları tərəfindən saxlanıldığından, yəni faktiki olaraq, azadlığının məhdudlaşdırıldığından və polisin tam nəzarəti altına keçdiyindən sonra onun üzərinə baxış, əslində şəxsi axtarış və götürmə tədbiri keçirilməsi arasında müəyyən və kifayət qədər müddət keçərsə, bu zaman aşkar olunan sübutun «qoyulması» ilə bağlı əsaslı narahatlıq yaranır. Bu müddət ərzində ərizəçi tamamilə polis əməkdaşlarının tam nəzarətində olması, işdə axtarışın ərizəçinin həbsindən dərhal sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halların mövcud olmaması bu zaman və bu şəraitdə əldə edilmiş sübutun mötəbərliyini ciddi şübhələr altına alır. Avropa məhkəməsinin hüquqi mövqeyinə əsasən, məhkəmələr ilk növbədə sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin, onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını, sonra isə sübutun mötəbərliyini təkzib etmək və cinayət işi üzrə icraat zamanı ondan istifadəyə etiraz etmək üçün ərizəçiyə imkan verilib-verilmədiyini araşdırmalıdır. Bundan başqa, “Layicov Azərbaycana qarşı” olan iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 10 aprel 2014-cü il tarixli Qərarının 63-cü bəndində qeyd olunur ki, ... prinsip etibarı ilə konkret sübut növlərinin, misal üçün ölkə qanunvericiliyinə görə qanunsuz yolla əldə edilmiş sübutun mümkünlüyünü və ya təbii olaraq ərizəçinin təqsirli olub-olmadığını müəyyənləşdirmək Məhkəmənin vəzifəsi deyil. Burada cavab verilməli olan sual bütünlükdə prosesin, o cümlədən sübutların əldə edilmə yollarının qanuni olub olmadığıdır. ...Qərarın 69-cu bəndində göstərilir ki, məhkəmə ilk növbədə qeyd edir ki, ərizəçinin üzərində və onun avtomobilində axtarışın onun həbsindən dərhal sonra həyata keçirilmədiyi tərəflər arasında mübahisə doğurmur. Bu axtarış onun həbs olunduğu yerin yaxınlığında deyil. Zaqatala Rayon Polis Şöbəsində aparılmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, həbslə axtarış arasındakı təxminən otuz dəqiqəlik vaxt boşluğu sübutun "qoyulması” mümkünlüyü ilə bağlı qanuni narahatlıqlar ortaya çıxarır, belə ki, bu vaxt ərzində ərizəçi tamamilə polisin nəzarəti altında idi. Qərarın 76 və 77-ci bəndlərində göstərilir ki, ... yuxarıdakı mülahizələr Məhkəmənin ərizəçiyə qarşı məhkəmədə istifadə olunmuş maddi sübutun əldə edilmə üsulunun və bu sübutun mötəbərliyi ilə bağlı onun etirazları və haqlı dəlillərinə yerli məhkəmələr tərəfindən baxılmaması proseslərin bütünlükdə ədalətsiz olması qənaətinə gəlməsi üçün kifayətdir. ...beləliklə, bu işdə Konvensiyanın 6-cı maddəsinin pozuntusuna yol verilmişdir. Yəni Avropa Məhkəməsinin qənaətincə, axtarış (o cümlədən şəxşi axtarış) şəxs saxlanıldıqdan dərhal sonra cinayət prosessual qanunvericiliyin tələbləri nəzərə alınmaqla həyat keçirilməlidir. Göründüyü kimi, Təqsirləndirilən şəxs, Şahid7 və Şahid6 13 avqust 2022-ci il tarixdə saat 12 radələrində polis əməkdaşları tərəfindən saxlanılmaqla onların faktiki azadlıqları məhdudlaşdırıldığından, özləri və Təqsirləndirilən şəxs məxsus avtomaşının polisin tam nəzarəti altına keçməsindən 5 saat sonra, yəni 17:30-da Təqsirləndirilən şəxs məxsus avtomaşına (çantaya) baxış keçirilmiş, saat 18:40-da Təqsirləndirilən şəxs üzərində, 20:20-də Şahid7 üzərində, 21:20-də isə Şahid6 üzərində şəxsi axtarış aparılmışdır. Bununla da Təqsirləndirilən şəxs istinad edilən psixotrop maddənin ona aid olmaması ehtimalına əsas verməklə, Təqsirləndirilən şəxs məxsus avtomaşında olan çantaya baxış keçirilməsi, Təqsirləndirilən şəxs və yoldaşlarının üzərlərində şəxsi axtarış və götürmə aparılması istintaq hərəkətlərinin və onların nəticələrinə dair aparılan protokollaşmanın sübut kimi mötəbərliyi şübhə altına alınır. Əməliyyat-axtarış tədbirlərini həyata keçirən polis əməkdaşları tərəfindən Kanan Qurbanov və yoldaşlarının hərəkətdə olduqları avtomaşının xx.xx.2024-cü il tarixdə saat 17 radələrində Kürdəmir rayonu Karrar qəsəbəsi ərazisindəki stasionar yol polisi postunda saxlanılması, həmin vaxt avtomaşına baxış keçirilməsi, Təqsirləndirilən şəxs və yoldaşlarının üzərlərində şəxsi axtarış aparılması barədə sənədləşmə aparılmasına və polis işçilərinin öz ifadələrində Təqsirləndirilən şəxs və yoldaşlarının hərəkətdə olduqları avtomobili yol polisi postunda saat 17 radələrində saxlamaları, həmin vaxt avtomaşının qabaq nömrə nişanının üzərində olmaması, Təqsirləndirilən şəxs və yoldaşlarını Hacıqabul rayonuna (polis şöbəsinə) aparmamaları barədə ifadə vermələrinə baxmayaraq göstərilən həmin xüsusatlar məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla tam təkzib olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs, həmin vaxt onunla birlikdə olmuş Şahid7, Şahid6 və Elvin Abdullayevin ifadələri, həmçinin 13 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs və onu müşaiyyət edən yol polisi əməkdaşlarının istifadələrində olmuş telefon nömrələrinin anten dairələri barədə məlumatlarla Təqsirləndirilən şəxs və yoldaşlarının xx.xx.2024-cü il tarixdə saat 10 radələrində Bakı şəhərindən Bakı-Qazax avtomobil yolu ilə Kürdəmir rayonu istiqamətində hərəkət etmələri, saat 12-də Karrar qəsəbəsinə çatmaları, orada dayanmaları, 20 dəqiqə sonra əks istiqamətdə hərəkət etməklə Hacıqabul rayonuna getmələri, beş saatadək orada qalmaları, saat 17 radələrində yenidən Kürdəmir rayonu istiqamətində hərəkət etməklə Karrar qəsəbəsinə gəlmələri, bir müddət orada qaldıqdan sonra Kürdəmir şəhərinə getmələri təkzibedilməz qaydada sübuta yetirilmişdir. Məhkəmə polis əməkdaşlarının Təqsirləndirilən şəxs və yoldaşlarının hərəkətdə olduqları avtomobili Kürədmir rayonu Karrar qəsəbəsi ərazisində yerləşən yol polisi postunda 13 avqust 2022-ci il tarixdə saat 12 radələrində deyil, 17 radələrində saxlatmaları, həmin vaxt avtomobilin ön nömrə nişanının üzərində olmaması, onları Hacıqabula aparmamaları və saat 17 radələrində yenidən həmin posta qaytarmamaları barədə ifadələrini telefon anten dairələri barədə məlumatlarla və digər sübutlarla tam təkzib edildiyindən qeyri-obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Təqsirləndirilən şəxs, Şahid6 və Şahid7 13 avqust 2022-ci il tarixdə Bakı şəhərindən Gəncə şəhərinə gedərkən Kürdəmir rayonu Karrar kəndi ərazisində yerləşən X18 postunda saat 12 radələrində saxlanılmaları, orada üzərlərinin və avtomaşının polis işçiləri tərəfindən yoxlanılması, üzərlərində qanunsuz maddənin aşkar olunmaması, lakin avtomobildə öz istifadələri üçün saxladıqları üç ədəd bükümlərdə metamfetaminin aşkar olunması, bundan sonra polis işçilərinin avtomobilin ön nömrə nişanını açaraq onların qollarına qandal vurmaqla avtomaşına mindirmələri, avtomaşını polis işçisi sürməklə onları Hacıqabul rayon polis şöbəsinə aparmaları, bir-neçə saat müddətində avtomaşının və avtomaşındakı çantanın polis işçilərinin nəzarətində olması, sonradan onları saat 17 radələrində Kürdəmir rayonu Karrar qəsəbəsində yerləşən yol polisi plostuna gətirmələri, avtomobildə üç ədəd bükümlərdə olan metamfetaminləri polis işçilərinin tələbi ilə ciblərinə qoymaları, bundan sonra avtomaşına baxış keçirilməsi və üzərlərində şəxsi axtarış aparılması barədə ifadələrini telefon anten dairələri barədə məlumatlarla tam təsdiq olunduğundan obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul edir. Həmçinin Təqsirləndirilən şəxs, Şahid7, Şahid6 və Elvin Abdullayev ifadələrində göstərmişlər ki, onların hərəkətdə olduqları avtomobil 13 avqust 2022-ci il tarixdə Kürdəmir rayonu Karrar qəsəbəsi ərazisində yerləşən yol polisi postunda saxlanılarkən onların ciblərində heç bir psixotrop maddə metamfetamin olmamışdır. Bakı şəhərində əldə etdikləri və istifadə etmədən sonra qalmış 3 bükümdə metamfetaminlər faktiki olaraq avtomobilin salonunda oturacaqların arasında olmuşdur. Polis işçiləri Avtomobili və avtomobilin salonunda olan metamfetamini 5 saatdan çox müddətdə özlərində saxladıqdan sonra ciblərinə qoymalarını tələb etmişlər. Hməçinin Təqsirləndirilən şəxs göstərmişdir ki, avtomobil polis işçilərinin nəzarətində olduğu müddətdə avtomobildə olan çantaya bir bükümdə metamfetamin qoyulmuş, polis işçiləri ondan videoçəkiliş və baxış zamanı çantadakı metamfetaminin özünə məxsus olmasını etiraf etməsini tələb etmişlər. Çantasına metamfetaminin konkret olaraq kim tərəfindən qoyulmasını bilmir. Lakin yol polisi komandiri Şahid8 onlara qarşı daha aqresiv hərəktlər etdiyinə görə ibtidai istintaqda verdiyi ifadəsində çantasına metamfetaminin şəxsən Şahid8 tərəfindən qoyulmasını düşünmüşdür. Təqsirləndirilən şəxs, Şahid6 və Şahid7 ibtidai istintaqın ilkin mərhələsində verdikləri-13 avqust 2022-ci il tarixdə saat 15 radələrində Bakı şəhərindən Gəncə şəhəri istiqamətində yola düşmələri, saat 17 radələrində Kürdəmir rayonu Karrar qəsəbəsi ərazisində yol polisi postunda saxlanılmaları, həmin vaxt Təqsirləndirilən şəxs məxsus avtomaşına baxış keçirilərkən Təqsirləndirilən şəxs çiynindən asdığı çantada bir bükümdə olan metamfetamini təqdim etməsi barədə ifadələrini işin faktiki halları ilə ziddiyyət təşkil etməklə qeyri-obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Həmçinin məhkəmədə tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, polis işçiləri 13 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs məxsus avtomaşını Hacıqabul rayonuna apararkən avtomobilin qabaq nömrə nişanı açılmaqla avtomobilin salonuna qoyulmuşdur. Avtomaşına baxış keçirilməsi zamanı aparılmış videoçəkilişdən görünür ki, baxış zamanı avtomaşının qabaq nömrə nişanı üzərində olmamış, salonda olmuşdur. Eyni zamanda məhkəmə nəzərə alır ki, Təqsirləndirilən şəxs Bakı-Qazax avtomobil yolu ilə Bakı şəhərindən Gəncə şəhəri istiqamətində gedərkən yol polisi postlarından keçməli olduğu, yolda yol polisləri tərəfindən nəzarətin həyata keçirildiyi halda avtomaşının qabaq nömrə nişanını açması inandırıcı deyildir. Məhkəmə Hacıqabul Rayon X15 Qurbanov və qeyrilərinin 13 avqust 2024-cü il tarixdə həmin şöbəyə aparılmamaları barədə arayışını polis əməkdaşlarının mövqeyini əks etdirməklə real hesab etmir. Göründüyü kimi, Təqsirləndirilən şəxs məxsus avtomaşına baxış keçirilməsi, Təqsirləndirilən şəxs, Şahid7 və Şahid6 üzərlərində şəxsi axtarış qanun pozuntuları ilə aparılmışdır. Azərbaycan Respublikası CPM-nin 137-ci maddəsinin tələbinə əsasən əməliyyataxtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və həmin məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Təqsirləndirilən şəxs, Şahid7 və Şahid6 13 avqust 2022-ci il tarixdə Bakı şəhərində olduqları zaman öz istifadələri üçün metamfetamin əldə etmələrini, onun bir hissəsini istifadə etmələrini, bir hissəsinin isə üç ədəd bükümdə avtomaşında qalmasını, sonradan polis işçilərinin tələbi ilə həmin bükümləri ciblərinə qoymalarını təsdiq etsələr də, Təqsirləndirilən şəxs məxsus avtomaşında olan çantada aşkar edilmiş bir ədəd bükümdə metamfetaminin Təqsirləndirilən şəxs məxsus olmadığını, avtomaşın polis işçilərinin nəzarətində olduğu zaman çantaya metamfetaminin polis işçiləri tərəfindən qoyulmasını göstərmişlər. Təqsirləndirilən şəxs, Şahid7 və Şahid6 üzərlərində şəxsi axtarışın və Təqsirləndirilən şəxs məxsus avtomaşına baxışın qanun pozuntuları ilə aparılmasına baxmayaraq onların üç ədəd bükümlərdə, Şahid7 üzərində 1,321 qram, Şahid6 üzərində 0,061 qram və Təqsirləndirilən şəxs üzərində 1,358 qram aşkar olunmuş cəmi 2,74 qram çəkidə metamfetaminin onlara məxsus olmasını etiraf etmələrini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, öz şəxsi istifadələri üçün qapnunsuz olaraq külli miqdarda 2,74 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə etmə, saxlama, daşıma, metamfetaminin 1,321 qramını tanışı Şahid7, 0,061 qramını Şahid6 əvəzsiz olaraq, pay qismində verməkdə, 1,358 qramını isə özündə saxlamaqda təqsirli bilinməlidir. Lakin ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs 13 avqust 2022-ci il tarixdə baxış zamanı çantasında aşkar olunan 59,066 qram çəkidə psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə etməyə görə də ittiham verilsə də, çantasında aşkar olunmuş həmin metamfetaminin Təqsirləndirilən şəxs məxsus olması möhtəbər sübutlarla təsdiq olunmamışdır. Belə ki, ona məxsus avtomaşın və avtomaşında olan çanta beş saatdan çox polis işçilərinin nəzarətində olduqdan sonra avtomaşına və çantaya baxış keçirilmişdir. Təqsirləndirilən şəxs və onunla birlikdə olan şəxslər isə Təqsirləndirilən şəxs məxsus çantaya bir bükümdə metamfetaminin polis tərəfindən qoyulmasını göstərmişlər. Odur ki, Təqsirləndirilən şəxs məxsus çantada 59,066 qram psixotrop maddə metamfetaminin onun şəxsən özünə məxsus olması şübhəlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihamı təsdiq edən daha bir sübut olaraq onun üzərində aşkar olunmuş psixotrop maddə ilə çantasından aşkar edilərək götürülmüş psixotrop maddənin eyni tərkibli olmasına dair ekspert rəyinə istinad edilmişdir. Məhkəmə qeyd edir ki, bir tərəfdən Təqsirləndirilən şəxs çantasından aşkar olunmuş kimi təqdim edilən psixotrop maddə ilə bağlı keçirilmiş baxış protokolu və maddi sübut məhkəmə tərəfindən mötəbər sübutlar kimi qəbul olunmadığı üçün, digər tərəfdən isə bu rəy müstəqil şəkildə həmin psixotrop maddələrin eyni tərkibli olmasının onların eyni şəxs tərəfindən, eyni zamanda, eyni məkanda, eyni qaydada əldə edilməsinə və ya bu kimi digər zəruri halları təsdiq etmədiyinə, habelə qeyd olunan hallar digər sübutlarla da təsdiq olunmadığına görə Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamın əsasını təşkil edən sübut kimi qəbul edilməsi və məhz bir tək ona əsasən Təqsirləndirilən şəxs ona irəli sürülmüş ittihamın bu hissəsində də, göstərilmiş cinayət əməlini törətməsi nəticəsinə gəlmək və onu buna görə də, məhkum etmək yolverilməzdir. Məhkəmə hesab edir ki, 5 (beş) saatdan artıq müddətdə Təqsirləndirilən şəxs məxsus avtomaşın (çanta) polis əməkdaşlarının nəzarət altında olduğundan həmin çantadan aşkar edilmiş bir ədəd bükümdə psixotrop maddə metamfetaminin təqsirləndirilən şəxsin iradəsinə zidd olaraq kənar şəxs(lər) tərəfindən yerləşdirilməsini istisna etmək mümkün olmadığına görə ittihamın bu hissəsinin əsaslı olması qənaətinə gəlmək yolverilməzdir. Beləliklə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məxsus çantada aşkar olunmuş 59,066 qram çəkidə psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə etməyə, saxlamağa və daşımağa görə verilmiş ittiham sübuta yetirilmədiyindən onun ittihamından xaric olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs 2,74 qram çəkidə psixotrop maddə metamfetaminə münasibətdə əməlinə hüquqi qiymət verərkən onun həmin miqdarda metamfetamini satış məqsədi ilə deyil, bilavasitə özünün, yoldaşları Şahid7 və Şahid6 istifadə etmələri üçün əldə etməsini, birlikdə istifadə etmələrini, qalan hissəsinin isə öz aralarında Təqsirləndirilən şəxs tərəfindən bölünməsini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd edilən plenum qərarında narkotik vasitələrin pay verilməsinin də satış məqsədi kimi qiymətləndirilməli olması göstərilsə də, məhkəmə nəzərə alır ki, Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini özü sərbəst əldə edərək sonradan 1,358 qram və 0,061 qram hissəsini tanışları Şahid7 və Şahid6 pay kimi verməmişdir. O, metamfetamini bilavasitə öz istifadələri üçün əldə etmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs 2,74 qram metamfetamini əldə etməsi zamanı qüvvədə olmuş Ali Məhkəmə Plenumunun müvafiq qərarına əsasən narkotik vasitələrin əvəzsiz olaraq pay verilməsi satış kimi qiymətləndirilməmiş, həmçinin təqsirləndirilən şəxs Şahid7 və inzibati məsuliyyətə cəlb olunmuş Şahid6 onların üzərlərində aşkar olunan metamfetamini Təqsirləndirilən şəxs satın almağa görə ittiham verilməmişdir. Bu halda Təqsirləndirilən şəxs 1,358 qram və 0,061 qram çəkidə psixotrop maddə metamfetamini Şahid7 və Şahid6 satmağa görə ittiham verilə bilməz. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli 2,74 qram psixotrop maddə metamfetaminə münasibətdə Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinə tövsif olunaraq ona həmin maddə ilə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs çantasından götürülmüş 59,066 qram psixotrop maddə metamfetaminlə bağlı cinayət törətmiş şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işinin materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə Cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların cəzalarını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətlərini, təyin olunan cəzanın onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşaqlarının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, cəzasını CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə humanizm prinsiplərini əsas tutmaqla Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs şəxsiyyətini, ilk məhkumluğunu, cinayətin törədilməsindən sonrakı davranışını, yəni öz cinayətini səmimi etiraf etməsini, himayəsində üç azyaşlı uşaqlarının olmasını, ailənin yeganə qazancgətirən üzvü olmasını, həbsə alındığı halda ailəsinin maddi cəhətdən çətin duruma düşəcəyini, azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah oluna biləcəyini nəzərə alaraq Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzadan daha yüngül cəza olan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini ədalətli və məqsədəmüvafiq hesab edir. Azərbaycan Renspublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs iş üzrə 13 avqust 2022-ci il tarixdən 13 mart 2023-cü il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 7 (yeddi) ay azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 1 (bir) il 2( ay) müddətə azalğığın məhdudlaşdırılması cəzası ilə əvəz olunmaqla təyin edilmiş cəzadan çıxılmalıdır. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhərinin inzibati ərazisinin hüdludlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyatda alındığı vaxtdan hesablanmalı, ona təyin edilən cəzanın icrası Gəncə şəhər İcra və Probasiya Şöbəsinə həvalə olunmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə-narkoloji ekspertinin rəyi nəzərə alınmaqla Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanımaqla Kürdəmrir Rayon Polis Şöbəsində saxlanılan ümumilikdə Təqsirləndirilən şəxs, Şahid7 və Şahid6 ittihamlarına aid olan 60,324 qram psixotrop maddə metamfetaminin 0,041 qramı barədə Kürdəmir Rayon Məhkəməsinin Şahid6 barəsində xx.xx.2023-cü il tarixli qərarı ilə, 1,271 qramı barədə isə həmin məhkəmənin Şahid7 barəsində 06 aprel 2024-cü il tarixli hökmü ilə qərar qəbul edilməsi nəzərə alınmalı, qalan 59,012 qram psixotrop maddə metamfetamin isə əlavə araşdırma aparılmaqla qərar qəbul edilənədək Kürdəmir Rayon Polis Şöbəsində saxlanılmalı, iş materiallarına əlavə edilmiş 04 ədəd DVD disklər cinayət işinin materiallarında saxlanılmalıdır. Ekspertiza xərci 31 manat 95 qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib ona Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tədbiq edilməklə 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs iş üzrə 13 avqust 2022-ci il tarixdən 13 mart 2023-cü il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 7 (yeddi) ay azadlığın məhdudlaşdırılması müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 1 (bir) il 2 (iki) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 10 (on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhərinin inzibati ərazisinin hüdludlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkməsinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyatda alındığı vaxtdan hesablansın, ona təyin edilən cəzanın icrası Gəncə şəhər İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs çantasından götürülmüş 59,066 qram psixotrop maddə metamfetaminlə bağlı cinayət törətmiş şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işinin materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. İş üzrə maddi sübut kimi tanımaqla Kürdəmrir Rayon Polis Şöbəsində saxlanılan ümumilikdə X12, Şahid7n və Şahid6 ittihamlarına aid olan, ekspertiza tədqiqatından sonra qalmış 60,324 qram psixotrop maddə metamfetaminin 0,041 qramı barədə Kürdəmir Rayon Məhkəməsinin Şahid6 barəsində xx.xx.2023-cü il tarixli qərarı ilə, 1,271 qramı barədə isə həmin məhkəmənin Şahid7 barəsində 06 aprel 2024-cü il tarixli hökmü ilə qərar qəbul edilməsi nəzərə alınsın, qalan 59,012 qram psixotrop maddə metamfetamin isə Təqsirləndirilən şəxs çantasından götürülmüş 59,066 qram metamfetaminlə bağlı əlavə araşdırma aparılmaqla qərar qəbul edilənədək Kürdəmir Rayon Polis Şöbəsində saxlanılsın. İş materiallarına əlavə edilmiş 04 ədəd DVD disklər cinayət işi materiallarında saxlanılsın. Ekspertiza xərci 31 manat 95 qəpik (otuz bir manat doxsan beş qəpik) Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev
Məhkəmə qərarları › İş №1(099)-91/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-91/2024
23.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver