Məhkəmə qərarları › İş №1(099)-91/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-91/2025

24.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-91/2025 24.09.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Vəliyeva Ayşən Umud qızı (sədrlik edən), Səfərli Cavid Şamil oğlu və Nuriyev Aqil Abdul oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər X3 və Zərərçəkmiş şəxs1, təqsirləndirilən şəxslər və onların müdafiəçiləri- Lənkəran Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, xx.xx.1997-ci ildə Goranboy rayonu Ağamalıoğlu kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, evli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Gəncə şəhəri, Kəpəz rayonu, Heydər Əliyev prospekti 89 ünvanında qeydiyyatda olan, Abşeron rayonu Xırdalan şəhərində kirayədə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1, 185.3.3, 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx.xx.1989-ci ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, subay, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra ARCM-in) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onunla ittiham olunurlar ki, Təqsirləndirilən şəxs1 13 yanvar 2023-cü il tarixdə saat 02:00 radələrində Abşeron rayonu Xırdalan şəhərində "xxxx" MMC-yə məxsus yaşayış binası ilə üzbəüz istiqamətdə yerləşən “X8” adlı ərzaq mağazasının qarşısında dayanan Zərərçəkmiş şəxs2 özünə məxsus “Volkswagen Passat minik” markalı **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobildə olmamasından istifadə edərək həmin avtomobilin arxa oturacağına əyləşib sonuncunun adı çəkilən mağazadan qayıdaraq sükan arxasına keçməsindən sonra əllərini dairəvi şəkildə Zərərçəkmiş şəxs2 boğaz nahiyəsinə dolamaqla sıxıb, ardınca isə üzərində gəzdirdiyi, istintaqa məlum olmayan bıçağı arxa tərəfdən boğaz nahiyəsinə yaxınlaşdırıb “Haraya deyirəmsə, oraya sür, yoxsa səni deşik-deşik edəcəm” məzmununda ifadələr işlətməklə həyatı üçün təhlükəli olan zor tətbiq etmə ilə hədələmiş, Zərərçəkmiş şəxs2 avtomobili Bakı-Sumqayıt avtomobil yolu ilə bir qədər idarə edib avtomobili saxlayıb avtomobildən qaçaraq tərk etməsindən sonra sükan arxasına keçib idarə edərək, həmin avtomobili talama məqsədi olmadan qaçırmış, qəsdən özgənin əmlakını talamaq məqsədilə avtomobilin salonunda olan 1 (bir) ədəd 35 (otuz beş) manat dəyərində “Nokia 230 dual sim” markalı, 1 (bir) ədəd 150 (yüz əlli) manat dəyərində “Xiaomi Redmi 10” markalı mobil telefonları, 1 (bir) ədəd 800 (səkkiz yüz) manat dəyərində “Tissot seaster-1000” markalı və 1 (bir) ədəd 300 (üç yüz) manat dəyərində “Romex” markalı qol saatlarını, 1 ədəd 10 (on) manat dəyərində avtomobil qarajına daxil olmaq üçün istifadə edilən sadə pultu gizli yolla talayaraq zərərçəkmiş şəxsə ümumilikdə 1295 (bir min iki yüz doxsan beş) manat ziyan vurmaqla oğurluq etmiş, bundan başqa,Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə birlikdə külli miqdarda narkotik vasitələrin əldə olunması və qanunsuz satışını təşkil etmək barədə şəxsiyyəti istintaqa məlum olmayan “Kamil” adlı İran İslam Respublikası vətəndaşı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, külli miqdarda narkotik vasitələri şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşının gizlətdiyi yerdən götürərək onun dediyi yerə qoyduqdan sonra bunun müqabilində 5000 (beş min) manat qazanc alacağı vədi ilə razılaşaraq 02 may 2024-cü il tarixdə saat 23 radələrində Yardımlı rayonu Alar kəndi ərazisindən sonuncunun gizlətdiyi içərisində 15755 qram çəkidə külli miqdarda narkotik vasitə qurudulmuş marixuana və təsir maddəsinin ümumi miqdarı 19,2 qram olan külli miqdarda 480 ədəd həb halında narkotik vasitə metadon olan 2 (iki) ədəd torbanı Təqsirləndirilən şəxs2 ilə birlikdə qanunsuz əldə edib sonuncunun idarə etdiyi “Toyota Land-Cruiser-Prado minik” markalı ** GT *** dövlət qeydiyyat nişanlı avtomobildə daşıyaraq saxlamış, 03 may 2024-cü il tarixdə saat 02:00 radələrində Yardımlı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yardımlı rayonu Alar kəndi ərazisində həmin avtomobildə saxlanılmışlar. Tədbir nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin tarixdə, saat 03:45 radələrində saxlanıldıqları yerdə “Toyota Land-Cruiser-Prado minik” markalı ** GT *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobildə olan 2 (iki) ədəd torbadan 15 ədəd bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1065,0 qr, 1085,0 qr, 1040,0 qr, 1040,0 qr, 1050,0 qr, 1050,0 qr, 1055,0 qr, 1045,0 qr, 1055,0 qr, 1045,0 qr, 1050,0 qr, 1070,0 qr, 1020,0 qr; 1050,0 qr; 1035 qram olmaqla ümumilikdə 15755 qram çəkidə külli miqdarda orqanoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eyni olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və təsir maddəsinin ümumi miqdarı 19,2 qram olan külli miqdarda 480 ədəd həb halında narkotik vasitə metadon aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmiş və verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisə günü Şəhriyarla Lənkərana qonaq getmişdir, Yardımlı rayonuna ad günü ilə bağlı getmişlər. Polis əməkdaşları Yardımlıda onları saxlayıb, maşından düşürüb döymüşlər. Narkotikdən xəbəri olmamış, onları döyərək razılaşmağa məcbur etmişlər. Yardımlıda narkotik vasitəyə dair heç nə götürməmişdir, iranlı ilə danışığı olmamışdır, dostu Şəhriyar onun telefonu ilə kiminləsə danışmış, lakin, kiminlə danışdığından məlumatı olmamışdır. Polislər avtomatın arxası ilə onun qaşına vurmuşlar, tutulmazdan xeyli əvvəl avtoqəzada xəsarət almış, barmağındakı xəsarət o vaxtdan qalmışdır. Elnur adlı şəxslə aralarında telefonda sözlü mübahisə olmuşdur. O, Nuranədən pul götürmüş, bank işləmədiyi üçün həmin pulu göndərə bilməmişdir. Pulu göndərməyi təxmini 10 gün ləngimiş, pulu Nuranəyə qaytarmışdır. X4 yenə zəng etmiş, onlar görüşmüş və dalaşmışlar. Elnur maşınını yolun ortasında saxlayıb qaçmış, o isə Elnurun maşınını yolun qırağına sürmüşdür. Bununla bağlı polis əməkdaşları ona zəng edib soruşmuş, hadisəni olduğu kimi danışmışdır. Elnurla maşında mübahisə edərkən pulu qaytarmışdır, Elnur maşında olarkən ona nalayiq söz dediyinə görə dalaşmışlar, Elnurun maşınına oturarkən orada ondan başqa adını bilmədiyi bir nəfər qadın olmuşdur, maşından heç nə götürməmişdir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-Cinayət-Prosessual Məcəlləsi) 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsinin ziddiyyətli olan hissəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, o, ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, “.Təxminən 4-5 gün əvvəl Təqsirləndirilən şəxs2 istifadəsində olan nömrəyə “WhatsApp” proqramı vasitəsi ilə zəng gəlmiş, Şəhriyar həmin şəxslə danışmış, həmin şəxs İran İslam Respublikası vətəndaşı olduğunu bildirmişdir. Həmin şəxs Şəhriyara Yardımlı rayonu ərazisinə narkotik maddələr göndərəcəyini bildirmiş və həmin narkotik maddələri Bakı şəhərinə onun dediyi yerə çatdırdıqda pul verəcəyini demişdir. İran vətəndaşı Şəhriyara demişdir ki, Yardımlı rayonu Alar kəndi ərazisində narkotik maddə marixuana olacaq, həmin narkotik maddələr Bakı şəhərinə aparılıb o deyən yerə çatdırılacağı təqdirdə ona 5000 manat pul veriləcəkdir. Şəhriyarın da maddi vəziyyəti aşağı olduğu üçün məcbur qalıb İran vətəndaşı ilə razılaşmışdır. 02 may 2024-cü il tarixdə gunortadan sonra İran vətəndaşı “WhatsApp” proqramı vasitəsi ilə Şəhriyara konum göndərmiş və narkotik maddə marixuananın həmin konumda olduğunu bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs2 "xxxx" MMC-dən icarəyə götürdüyü “Toyota Land-Cruiser-Prado minik” markalı ** GT *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmiş, o da ön oturacaqda əyləşmiş, konumda göstərilən yerə doğru hərəkət etmişdir. 02 may 2024-cü il tarixdə saat 23 radələrində konumda göstərilən yerə Yardımlı rayonu ərazisinə gəlmişlər. X11 vətəndaşı ilə əlaqə saxlamış, İran vətəndaşı narkotik maddələrin çayın yaxınlığında daşların yanında olduğunu demişdir. O, avtomobilin yanında qalmış, Şəhriyar həmin daşın yanına getmiş, oradan 2 ədəd parça materialdan olan torbanı götürərək avtomobilin yük yerinə qoymuşdur. Bundan sonra, Şəhriyar yenə də avtomobili idarə etmiş, o da avtomobilin sağ ön oturacağında əyləşmişdir. Çınqıllı və daşlı yolla təxminən 2 kilometr hərəkət etdikdən sonra polis əməkdaşları onları saxlamışdır. O, avtomobildən yerə düşən zaman ayağı daşa ilişmiş, üzü üstə yerə yıxılmış və sol qaş-alın nahiyəsindən xəsarət almışdır. Vəkillərin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1(bir) ədəd “İphoneX” markalı mobil telefon, şalvarının digər ciblərində olan 1 ədəd 20 manatlıq, 1 ədəd 10 manatlıq pul əskinazları olmaqla 30 manat pul, 1 ədəd sadə sep və 1 ədəd pul qabını çıxararaq təqdim etmişdir. Ondan Yardımlı rayonuna hansı məqsədlə gəlməsi soruşulmuş, o da Təqsirləndirilən şəxs2 ilə aralarında olan razılaşmaya əsasən Yardımlı rayonu ərazisinə narkotik maddələr götürmək üçün gəldiyini, İran İslam Respublikası vətəndaşı ilə əlaqə saxladığını, onun konum göndərdiyini, narkotik maddələri konumda göstərilən yerdən götürdüklərini, İran vətəndaşının həmin narkotik maddələri Bakı şəhərinə aparmalarını tapşırdığını, narkotik maddələri İran vətəndaşının sonradan deyəcəyi yerə qoyacaqlarını, bunun müqabilində İran vətəndaşının 5000-6000 manat pul verəcəyini bildirmişdir. Sonra Təqsirləndirilən şəxs2 əynində olan şalvarın sağ yan cibindən 1 ədəd “İphone 13” və 1 ədəd “Samsung Galaxya 23” markalı mobil telefonları çıxararaq təqdim etmişdir. Şəhriyar da narkotik götürmək üçün gəldiklərini bildirmişdir. Bundan sonra “Toyota Land-Cruiser-Prado minik” markalı ** GT ***dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, avtomobilin yük yerindən iki ədəd parça materialdan olan torbalar aşkar olunmuşdur. Birinci parça torbanın içərisindən 1105, 1060, 1135, 1100, 1110, 1110, 1095, 1135 qram olmaqla, 8 ədəd qurudulmuş marixuanaya bənzər sellofan bükümlər aşkar olunmuşdur. İkinci parça torbadan 1120, 1110, 1095, 1095, 1130, 1070, 1145 qram olmaqla, qurudulmuş marixuanaya bənzər kütlələr olan 7 ədəd sellofan bükümlər, səkkizinci sellofan bükümdən üzərində “Methadone 40” sözləri yazılmış hər listdə 10 ədəd olmaqla 48 list ümumilikdə 480 həb dərman preparatları aşkar olunmuşdur. Ondan sol qaş nahiyəsində olan xəsarəti hansı vəziyyətdə alması soruşulmuş, o da xəsarəti yerə yıxılaraq daşa dəyməsi nəticəsində aldığını bildirmişdir. Şəxsi axtarış və baxış zamanı aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuana, dərman preparatları və 3 ədəd mobil telefonlar onların iştirakları ilə qablaşdırılıb-möhürlənərək götürülmüşdür.” (İİİ cild 116-121, İİ cild 16-17, 236-237). Məhkəmə iclasında məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs1 ifadələr arasındakı ziddiyyətin səbəbini saxlanılarkən polis əməkdaşlarının onlara zor tətbiq etməsi ilə əsaslandırmışdır. Sonda təqsirləndirilən şəxs barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı ona elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmiş və verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisə günü Röyalla Lənkərana qonaq getmişlər, Lənkərana getməmişdən iranlı şəxs ilə danışığı olmuşdur. Danışığına əsasən iranlı ona 800 manat müqabilində 100 qram marixuana verəcəkmiş. İranlı ona marixuananı Alar kəndindən götürməyini bildirmişdir. İranlı şəxs ona məkan göndərməmiş, o, həmin şəxsə canlı məkan göndərib hara gəlməyini soruşmuş və həmin kəndə getmişdir. İranlı şəxsin dediyi yerə çatdıqdan sonra özünə zəng etmiş, o da gələcəyini demişdir. Yarım saatdan çox gözlədikdən sonra polis əməkdaşları onları saxlamış, onları 14 kiloqram narkotiklə sənədləşdirmişlər. Saxlandıqdan sonra möhkəm döyülmüşlər. Gecə saat 3 radələrində videoçəkiliş aparılmış, videoçəkiliş onların dedikləri ilə razılaşmadıqlarından bir neçə dəfə aparılmışdır. Şöbədə olarkən qol damarlarını kəsmişdir. Onu Kürdəxanıya aparanda bədənində salamat yer olmamış, Röyalın narkotik barədə məlumatı olmamışdır, döyülməyi ilə bağlı heç bir orqana müraciət etməmişdir, danışdığı şəxs iranlı olduğunu deməmişdir, marixuana üçün 800 manatı milliön vasitəsilə göndərmişdir, maşını o idarə etmişdir, barəsində həbs qətimkan tədbiri seçilən zaman hakimə olanları deməyə halı olmamışdır, narkotik vasitələri maşına Alar kəndində qoymuşlar, polis əməkdaşaları evindən narkotik vasitə çıxaracaqları ilə hədələdikləri üçün dedikləri ilə razılaşmağa məcbur olmuşdur, m10 vasitəsilə pulu vatsap tətbiqində ona göndərilən nömrəyə göndərmişdir, pulu göndərərkən nömrənin yanında hansı ad çıxdığı yadında deyil, Röyalla narkotik vasitə barədə söhbətləri olmamışdır, pulu atdıqdan heç bir gün keçməmişdir ki, narkotik vasitəni götürməyə getmişdir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-Cinayət-Prosessual Məcəlləsi) 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsinin ziddiyyətli olan hissəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, o, ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, “...Tutulmamışdan təxminən 4-5 gün əvvəl 050 *** ** ** saylı mobil nömrədə istifadə etdiyi “WhatsApp” proqramına İran İslam Respublikası mobil operatoruna məxsus mobil nömrədən zəng gəlmiş və o, həmin şəxslə danışmışdır. Həmin şəxs İran İslam Respublikası vətəndaşı olduğunu bildirmişdir. Həmin şəxs ona Yardımlı rayonu ərazisinə narkotik maddələr göndərəcəyini demiş, həmin narkotik maddələri Bakı şəhərinə onun dediyi yerə çatdıracağı təqdirdə pul verəcəyini bildirmişdir. Bundan bir-iki saat sonra həmin şəxs yenidən “WhatsApp” proqramı vasitəsi ilə ona zəng vuraraq Yardımlı rayonu Alar kəndi ərazisində narkotik maddə marixuana olacağını, narkotik maddə Bakı şəhərinə aparılıb onun dediyi yerə çatdırılarsa 5000 manat pul verəcəyini demişdir. Maddi vəziyyəti aşağı olduğu üçün məcbur qalıb İran vətəndaşı ilə razılaşmışdır. İran vətəndaşı narkotikanı Yardımlı rayonu ərazisində gizlətdikdən sonra məlumat verəcəyini bildirmişdir. Buna görə də 01 may 2023-cü il tarixdə "xxxx" MMC-dən “Toyota Land-Cruiser-Prado minik” markalı ** GT *** dövlət qeydiyyat nişanlı avtomobili günlük 100 manata iki günlük icarəyə götürmüşdür. 02 may 2024-cü il tarixdə gunortadan sonra İran vətəndaşı “WhatsApp” proqramı vasitəsi ilə ona konum göndərmiş və narkotik maddə marixuananın həmin konumda olduğunu bildirmişdir. O bu barədə Təqsirləndirilən şəxs1 demiş, Röyaldan onunla getməsini istəmiş və puldan ona da verəcəyini bildirmişdir. Röyal da onunla razılaşmışdır. 02 may 2024-cü il tarixdə Bakı şəhərində Təqsirləndirilən şəxs1lə görüşmüş, həmin tarixdə gunorta saatlarında Yardımlı rayonu istiqamətində hərəkət etmişlər. Yol boyu Kamil adlı şəxslə əlaqə saxlamışlar, o gedəcəkləri yerin yolunu izah etmişdir. Lerik rayonu ərazisindən gələn zaman Kamil adlı İran İslam Respublikası vətəndaşı “WhatsApp” proqramı vasitəsi ilə ona konum göndərmişdir. Bundan sonra həmin konumda göstərilən yerə doğru hərəkət etmişlər. 02 may 2024-cü il tarixdə saat 23 radələrində konumda göstərilən yerə Yardımlı rayonu ərazisinə gəlmişlər... İran vətəndaşının dediyi yerə getdikdə orada 2 ədəd parça materialdan olan torba olmuşdur. Röyal ilə birlikdə torbalardan birini götürərək avtomobilə yaxınlaşmışlar, torbaları avtomobilin yük yerinə qoymuşlar. Bir neçə yüz metr irəlilədikdən sonra polis əməkdaşları onları saxlamışdır. Tez aralarında razılaşmışlar ki, narkotika maddələri əldə etmələri ilə bağlı etdikləri hərəkətləri Röyal öz üstünə götürsün. Polislər onlara narkotik maddə əldə etməkdə şübhəli olduqlarını bildirmişlər. Vəkillərin iştirakı ilə üzərilərində videoçəkilişlə şəxsi axtarış zamanı əynində olan şalvarın sağ yan cibindən 1 ədəd “İphone 13” və 1 ədəd “Samsung Galaxya 23” markalı mobil telefonları çıxararaq təqdim etmişdir. Ondan Yardımlı rayonuna hansı məqsədlə gəlməsi soruşulmuş, o da narkotika götürmək üçün sürücü qismində gəldiyini bildirmişdir. Bundan sonra “Toyota Land-Cruiser-Prado minik” markalı ** GT ***dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, avtomobilin yük yerindən iki ədəd parça materialdan olan torbalar aşkar olunmuşdur. Birinci parça torbanın içərisindən 1105, 1060, 1135, 1100, 1110, 1110, 1095, 1135 qram olmaqla, 8 ədəd qurudulmuş marixuanaya bənzər sellofan bükümlər aşkar olunmuşdur. İkinci parça torbadan 1120, 1110, 1095, 1095, 1130, 1070, 1145 qram olmaqla, qurudulmuş marixuanaya bənzər kütlələr olan 7 ədəd sellofan bükümlər, səkkizinci sellofan bükümdən üzərində “Methadone 40” sözləri yazılmış hər listdə 10 ədəd olmaqla 48 list ümumilikdə 480 həb dərman preparatları aşkar olunmuşdur...Təqsirləndirilən şəxs1 sol qaş nahiyəsində olan xəsarəti hansı vəziyyətdə alması soruşulmuş, Təqsirləndirilən şəxs1 xəsarəti yerə yıxılaraq həmin nahiyəsinin daşa dəyməsi nəticəsində aldığını bildirmişdir. Onlara qarşı polislər tərəfindən hər hansı bir fiziki və psixi zor tətbiq edilib-edilməməsi soruşulmuş, onlar da polislər tərəfindən heç bir fiziki və psixi zora məruz qalmadıqlarını bildirmişdir.” (İİİ cild 129-132, İİ cild 20-21) Məhkəmə iclasında məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan olunduqdan sonra təqsirləndirilən şəxs ifadələr arasındakı ziddiyyətin səbəbini saxlanılarkən polis əməkdaşlarının onlara zor tətbiq etməsi ilə əsaslandırmışdır. Sonda təqsirləndirilən şəxs barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə dindirilmiş zərərçəkmiş şəxs X3 ifadəsində qeyd etmiş və verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə günü Xırdalan ərazisində marketə düşməli olmuş, marketə düşəndə maşını söndürmədən düşmüşdür. Maşına oturub hərəkət edəndə arxadan bir nəfər boynuna bıçaq dirəyərək “mən haraya deyirəmsə oraya sür” deyə hədələmişdir. Bakı Sumqayıt yolu istiqamətində maşını saxlamış, maşını söndürmədən özünü yerə atmış və yolu qarşı tərəfə keçmişdir. O, düşəndə maşında 2 telefon və 2 qol saatı qalmışdır. Təqsirləndirilən şəxs1lə barışmış, şikayəti yoxdur, Röyalın maşını qaçırmaqda məqsədi onu cəzalandırmaq olmuşdur, gecə olduğundan əlində nə olduğunu görməmiş, lakin, nəsə olmuşdur, ibtidai istintaq zamanı ifadəsini verərkən sərbəst olmuşdur. İş üzrə dindirilmiş Şahid4 məhkəmə istintaqı zamanı ifadəsində qeyd etmiş və verilən suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs1 9 ildir tanıyır, o, pulu Şirin adlı şəxsin hesabına köçürmək üçün 1700 manat vermiş, pulu göndərməsi üçün Röyala vermişdir, həmin gün Röyal pulu göndərə bilmədiyini bildirmiş, axşam Röyala zəng çatmamış, bundan sonra polisə məlumat vermişdir. Röyal ona 700 manat vermiş, qalanını özü tamamlayıb Elnura vermişdir, Röyalla Elnur arasında olan hadisədən sonradan xəbəri olmuşdur, ibtidai istintaq zamanı ifadəsini verərkən sərbəst olmuşdur. İş üzrə dindirilmiş Şahid1 məhkəmə istintaqı zamanı ifadəsində qeyd etmiş və verilən suallara cavab olaraq bildirmişdir ki, 02 may 2024-cü il tarixdə daxil olan əməliyyat məlumatına əsasən əməliyyat qrupu yaradılmış, 03 may saat 02 radələrində Alar ərazisində şəxsləri saxlamışlar və sorğu-sual zamanı şəxslər narkotik götürməyə gəldiklərini və narkotikin maşının yük yerində olduğunu, həmçinin, narkotiki aparıb Bakı şəhərində deyilən yerə çatdıracaqlarını bildirmişlər. Maşının yük yerində 2 ədəd kisə, kisədən marixuana və üzərində M40 yazılan tabletkalar aşkar olunmuşdur, şəxslərə qarşı zor tətbiq etməmişlər, məlumat hər iki şəxs barəsində olmuşdur, iranlı şəxslə əlaqə saxlamamışlar, Şəhriyarın iranlı şəxsə 800 manat göndərməsi barədə mesajlara rast gəlməmişlər, məkan hər ikisinin telefonuna göndərilmişdir, məlumat narkotik vasitənin 2 nəfər tərəfindən götürüləcəyi barədə olmuşdur, məlumat iranlı vasitəsilə narkotik vasitə göndəriləcəyi barədə olmuşdur, o, məkan atıldığını görmüşdür, Röyalın alnının qanamasını xatırlamır, maşından düşəndə də yıxıla bilərdi, şəxslər narkotik vasitənin miqdarını mübahisələndirməmişlər, şəxslərə qarşı zor tətbiq etməmişdir. İş üzrə dindirilmiş Şahid2 və Şahid3 Şahid1 bildiriklərinə uyğun ifadə vermiş və ibtidai istintaq zamanı verdikləri ifadələrini təsdiq etmişlər. Təqsirləndirilən şəxslərin yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şahidlərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübutlar, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: - Şəxsi-axtarış, baxış və götürmənin çəkilmiş görüntülərini özündə əks etdirən 1(bir) ədəd CD diskinə baxış keçirilməsi barədə protokoldan və diskdən görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunsuz olaraq külli miqdarda narkotik vasitələr əldə etməkdə şübhəli olduqları üçün Yardımlı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 03 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs2 idarə etdiyi “Toyota Land-Cruiser-Prado minik” markalı ** GT ***dövlət qeydiyyat nişanlı avtomobildə Yardımlı rayonu Alar kəndi yaxınlığında saxlanılmışlar. Şəxsi axtarışa başlanmazdan əvvəl şübhəli şəxslər Təqsirləndirilən şəxs1 Qələndar oğlu və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrinə dair bildirişlər təqdim edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə və ya digər cinayət xarakterli əşyalar varsa təqdim edilməsi təklif olunmuş, o, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1(bir) ədəd “İphoneX” markalı mobil telefon, 1 ədəd 20 manatlıq, 1 ədəd 10 manatlıq pul əskinazları olmaqla 30 manat pul və 1 ədəd sadə sepi çıxararaq təqdim etmişdir. Həmin pul qabının içərisində Təqsirləndirilən şəxs1 məxsus sürücülük vəsiqəsi və digər sənədlər olmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmış, onun üzərindən başqa əşyalar aşkar olunmamışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs1 Yardımlı rayonuna hansı məqsədlə gəlməsi soruşulmuş və həmçinin mobil telefonu açması bildirilmiş, lakin Təqsirləndirilən şəxs1 telefonun enerjisi olmadığı üçün söndüyünü demişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs1 Yardımlı rayonu ərazisinə narkotik maddələr götürmək üçün gəlməsini, İran İslam Respublikası vətəndaşı ilə əlaqə saxladığını, onun konum göndərdiyini, narkotik maddələri konumda göstərilən yerdən götürdüyünü, İran vətəndaşının həmin narkotik maddələri Bakı şəhərinə aparmasını onlara tapşırdığını, narkotik maddələri İran vətəndaşının sonradan deyəcəyi yerə qoyacağını, bunun müqabilində İran vətəndaşının ona 5000-6000 manat pul verəcəyini bildirmişdir. Sonra şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitə və ya digər cinayət xarakterli əşyalar varsa təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs2 əynində olan şalvarın sağ yan cibindən 1 ədəd “İphone 13” və 1 ədəd “Samsung Galaxya 23” markalı mobil telefonları çıxararaq təqdim etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs2 Yardımlı rayonuna hansı məqsədlə gəlməsi soruşulmuş, o, narkotika götürmək üçün gəldiklərini bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmış, onun üzərindən başqa əşyalar aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 narkotik maddələri haradan əldə etməsi soruşulmuş, o da narkotik maddələri bir az irəlidən götürdüklərini, hazırda avtomobilin yük yerində olduğunu bildirmişdir. Bundan sonra “Toyota Land-Cruiser-Prado minik” markalı ** GT ***dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, avtomobilin yük yerindən iki ədəd parça materialdan olan torbalar aşkar olunmuşdur. Birinci parça torbanın içərisindən 8 ədəd sellofan bükümlər aşkar olunmuşdur. Birinci sellofan bükümdən narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilmiş, çəkisi 1105 qram olmuşdur. İkinci sellofan bükümdən narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilmiş, çəkisi 1060 qram olmuşdur. Üçüncü sellofan bükümdən narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilmiş, çəkisi 1135 qram olmuşdur. Dördüncü sellofan bükümdən narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilmiş, çəkisi 1100 qram olmuşdur. Beşinci sellofan bükümdən narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilmiş, çəkisi 1110 qram olmuşdur. Altıncı sellofan bükümdən narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilmiş, çəkisi 1110 qram olmuşdur. Yeddinci sellofan bükümdən narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilmiş, çəkisi 1095 qram olmuşdur. Səkkizinci sellofan bükümdən narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilmiş, çəkisi 1135 qram olmuşdur. İkinci parça torbadan 8 ədəd sellofan bükümlər aşkar olunmuşdur. Birinci sellofan bükümdən narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilmiş, çəkisi 1120 qram olmuşdur. İkinci sellofan bükümdən narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilmiş, çəkisi 1110 qram olmuşdur. Üçüncü sellofan bükümdən narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilmiş, çəkisi 1095 qram olmuşdur. Dördüncü sellofan bükümdən narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilmiş, çəkisi 1095 qram olmuşdur. Beşinci sellofan bükümdən narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilmiş, çəkisi 1130 qram olmuşdur. Altıncı sellofan bükümdən narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilmiş, çəkisi 1070 qram olmuşdur. Yeddinci sellofan bükümdən narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilmiş, çəkisi 1145 qram olmuşdur. Səkkizinci sellofan bükümdən üzərində “Methadone 40” sözləri yazılmış hər listdə 10 ədəd olmaqla 48 list ümumilikdə 480 həb dərman preparatları aşkar olunmuşdur. Bundan sonra avtomobilin salonuna baxış keçirilmiş, hər hansı bir cinayət xarakterli əşyalar aşkar olunmamışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs1 sol qaş nahiyəsində olan xəsarəti hansı vəziyyətdə alması soruşulmuş, Təqsirləndirilən şəxs1 xəsarəti yerə yıxılaraq həmin nahiyəsinin daşa dəyməsi nəticəsində aldığını bildirmişdir. Şübhəli şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara qarşı polislər tərəfindən hər hansı bir fiziki və psixi zor tətbiq edilib-edilməməsi soruşulmuş, onlar polislər tərəfindən heç bir fiziki və psixi zorakılığa məruz qalmadıqlarını bildirmişdir. Şəxsi axtarış və baxış zamanı aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuana, dərman preparatları, 3 ədəd mobil telefonlar iş üzrə əhəmiyyət kəsb etdiyindən şəxsi axtarış və baxışın keçirilməsində iştirak edən şəxslərin iştirakları ilə qablaşdırılıb-möhürlənərək götürülmüşdür. (İ cild 195-196) - Məhkəmə fiziki-kimyəvi və məhkəmə bioloji ekspertizasının 03 may 2024-cü il tarixli, 19/388 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxslər X5 və Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələr” sözlər və imzalar olan bir ədəd çantadakı, 8 ədəd bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri: 1065,0qr: -1085,0qr: -1040,0 qr: -1040,0 qr: -1050,0 qr: - 1050,0 qr. -1055,0 qr: -1045,0 qram: ümumi təmiz çəkisi: -8430,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır. Tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələr və dərman preparatları” sözlər və imzalar olan bir ədəd çantadakı, 7 ədəd bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri: -1055,0qr: - 1045,0qr: -1050,0qr: - 1070,0qr: -1020,0qr: -1050,0qr: -1035,0 qram: ümumi təmiz çəkisi: - 7325,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır; 48 ədəd konvalyutda ümumi sayı: 480 ədəd olan qəhvəyi rəngli dairəvi formalı həblər metadon həbləridir. Həblər təsiredici maddəsinin miqdarına görə bir-biriləri ilə eynidirlər. Həblərin təsiredici maddəsinin ümumi miqdarı: -19,2 qramdır (bir həbdə 0,04 qr). Şübhəli şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar edilmiş iki ədəd çantadakı ümumilikdə 15 bükülü olmaqla, ümumi təmiz çəkisi: - 15755,0 qram olan marixuanalar orqanoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Marixuana 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”-in İ siyahısına daxildir. Metadon Azərbaycan Respublikasının ərazisində məhdudlaşdırılan narkotik vasitələrin İİ siyahısının İ bəndinə(sıra №6) daxildir. Marixuananın ümumi təmiz çəkisi- 15755,0 qr., cəmi tədqiqata sərf edildi-1,5qr(hər.ob 0,1qr), qalıq-15753,5 qr(1-8,9- 15№-li ob.) Metadon həbləri-480 ədəd, cəmi tədqiqata sərf edildi-22 ədəd qalıq-458 ədəd(16-495 №-li ob.) (İ cild 61-65) - Baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 məxsus 1 ədəd “Samsung Galaxy A23” markalı mobil telefona baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs2 həmin mobil telefonda 050 *** ** ** saylı mobil nömrədən və “WhatsApp” proqramından istifadə etməsi aşkar olunmuşdur. Təqsirləndirilən şəxs2 050 *** ** ** saylı mobil nömrədə istifadə etdiyi “WhatsApp” proqramında “Kamil Əmi” adı ilə qeyd olunmuş İran İslam Respublikası mobil operatoruna məxsus +98 905 *** **** saylı mobil nömrə ilə 02 may 2024-cü il tarixdə danışıqlar aparmış, səslər və canlı konum göndərmişdir. +98 905 *** **** saylı mobil nömrədən 02 may 2024-cü il tarixdə saat 23:51də göndərilən səs yazısında “qaqa bu nömrədən mənə bir konum atginən qoy köməklik eleyim, gəldiyiniz kimidə sürmeyin qadan alım, özün bilirsən, sürün gedin” qeyd edilmişdir. +98 905 *** **** saylı mobil nömrədən 02 may 2024-cü il tarixdə saat 23:52-də göndərilən səs yazısında “Leriklə Lənkəran arasında da bir dənə post var, postada görsəz maşın vardır, şuluqluqdu, adam zad çoxdur, görsəz zaprafka var böyründə dönün zaprafkaya benzini doldurun, eləki bir az sakitləşdi sürün gedin, yenə də maşın yolleyim baxsın” qeyd edilmişdir. 02 may 2024-cü il tarixdə saat 23:53-də +98 905 *** **** saylı mobil nömrəyə canlı konum göndərilmişdir. Həmin canlı konum Yardımlı rayonu Alar kəndi yaxınlığından həmin kəndə gedən yoldan göndərilmişdir. +98 905 *** **** saylı mobil nömrədən 02 may 2024-cü il tarixdə saat 23:52-də göndərilən səs yazısında “qaqa salamatçılıqdı yaxşı gedirsən” qeyd edilmişdir. +98 905 *** **** saylı mobil nömrədən 03 may 2024-cü il tarixdə saat 00:03-də göndərilən səs yazısında “qaqa salamatçılıqdı yaxşı gedirsən” qeyd edilmişdir. +98 905 *** **** saylı mobil nömrədən 03 may 2024-cü il tarixdə saat 00:09-da göndərilən səs yazısında “canlı konum at qaqa baxım” qeyd edilmişdir. +98 905 *** **** saylı mobil nömrədən 03 may 2024-cü il tarixdə saat 00:09-da göndərilən səs yazısında “canlı konum at qaqa baxım” qeyd edilmişdir. Baxış zamanı aşkar olunmuş canlı konumun fotoşəkilləri və səs yazıları 1(bir) ədəd CD-yə köçürülərək protokola əlavə edilmişdir. Baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən digər sübutlar aşkar olunmamışdır. (İ cild 178-179) - Baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 məxsus “İphone 11” markalı mobil telefona baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs2 həmin mobil telefonda 050 *** ** ** saylı, Rusiya Federasiyası mobil operatorlarına məxsus +7 983 *** ** ** saylı mobil nömrələr və “WhatsApp” proqramından da istifadə etməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2 Rusiya Federasiyası mobil operatorlarına məxsus +7 983 *** ** ** saylı mobil nömrədə istifadə etdiyi “WhatsApp” proqramında “Камиииллл. Емииии” adı ilə qeyd olunmuş İran İslam Respublikası mobil operatoruna məxsus +98 905 *** **** saylı mobil nömrə ilə 02 may 2024-cü il tarixdə danışıqlar aparmış, səslər və canlı konum göndərmişdir. +98 905 *** **** saylı mobil nömrə ilə 02 may 2024-cü il və 03 may 2024-cü il tarixlərdə telefon danışıqları aparmışdır. Baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən digər sübutlar aşkar olunmamışdır. ( İ cild 183- 184) - Baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus 1 ədəd “İphone X” markalı mobil telefona baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs1 həmin mobil telefonda 077 *** ** ** və 050 *** ** ** saylı mobil nömrələrdən və “WhatsApp” proqramından istifadə etməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 050 *** ** ** saylı mobil nömrədə istifadə etdiyi “WhatsApp” proqramında İran İslam Respublikası mobil operatoruna məxsus +98 905 *** **** saylı mobil nömrə ilə 02 may 2024-cü il tarixdə danışıqlar aparmış, videogörüntülər, səslər və canlı konum göndərmişdir. Göndərilən videogörüntüdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitələri əldə etdiyi yerin görüntüləri əks olunmuşdur. +98 905 *** **** saylı mobil nömrədən göndərilən səs yazısında “get qabağa” qeyd edilmişdir. +98 905 *** **** saylı mobil nömrəyə canlı konum göndərilmişdir. Həmin canlı konum Yardımlı rayonu Alar kəndi yaxınlığından həmin kəndə gedən yoldan göndərilmişdir. Bundan sonra +98 905 *** **** saylı mobil nömrədən göndərilən səs yazısında “Yolu heç olmasa gəldiyiz kimi sürməyin, bir 50, 60, 70 sürün, bir az tez sürün gedin” qeyd edilmişdir. 03 may 2024-cü il tarixdə saat 00:23-də +98 905 *** **** saylı mobil nömrədən göndərilən səs yazısında “qaqa hey canım qurban bi dənə yaz mənə” qeyd edilmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs1 050 *** ** ** saylı mobil nömrədə istifadə etdiyi “WhatsApp” proqramında İran İslam Respublikası mobil operatoruna məxsus +98 933 *** ** ** saylı mobil nömrə ilə 02 may 2024-cü il tarixdə danışıqlar aparmışdır. Baxış zamanı aşkar olunmuş canlı konumun fotoşəkilləri, həmçinin videogörüntü və səs yazıları 1(bir) ədəd CD-yə köçürülərək protokola əlavə edilmişdir. (İ cild 173-174) - Məhkəmə narkoloji ekspertizasının 13 iyun 2024-cü il tarixli 514 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 psixi və fiziki asılılıq olmadan narkotik vasitə istifadə halları aşkar olunmayır. Asılılıq sindromu (toksikomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi Narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. (İİİ cild 17) - Məhkəmə narkoloji ekspertizasının 13 iyun 2024-cü il tarixli 515 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 psixi və fiziki asılılıq olmadan narkotik vasitə istifadə halları aşkar olunmayır. Asılılıq sindromu(toksikomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi Narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. (İİİ cild 18) - Ambulator məhkəmə-psixiatrik ekspertizasının 20 may 2024-ci il tarixli 1440 nömrəli rəyi ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs2 əvvəllər hər hansı psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs2 xasiyyətin psixopatik cizgiləri aşkar olunur. Təqsirləndirilən şəxs2 hadisəni törətdiyi anda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs2 hadisəni törətdiyi anda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs2 hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. (İ cild 241-243 ) - Ambulator məhkəmə-psixiatrik ekspertizasının 20 may 2024-ci il tarixli 1441 nömrəli rəyi ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs1 əvvəllər xroniki psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs1 hadisəni törətdiyi anda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs1 hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. (İ cild 244-246 ) - Yardımlı Rayon Məhkəməsinin 21 may 2024-cü il tarixli qərarından görünür ki, Yardımlı Rayon Polis X1 Qrupunun əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 “əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair” xx.xx.2024-cü il tarixli qərarı qanuni və əsaslı hesab edilmişdir. (İ Cild, 237) - Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 26 iyul 2024-cü il tarixli, 9/5791 nömrəli rəyində göstərilmişdir ki, analoji malların orta texniki göstəricilərinə əsasən ekspertiza təyini haqqında qərarda göstərilən 04 adda malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə müvafiq olaraq 2023-cü ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 995 manat müəyyən edilir. Digər 01 adda mal haqqında kifayət qədər məlumat olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmadı. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. (İİİ cild 49-52) - Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “VOLKSWAGEN PASSAT minik” markalı ** RV *** dövlət qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs2 mülkiyyətindədir. (İİ cild 69) - Məhkəmə istintaqı zamanı Bakı İstintaq Təcridxanasından əldə edilmiş məhkumun tibbi kitabçasından görünür ki, təqsirləndirilən şəxsin üzərində heç bir cari xəsarət və ya xəsarət izi aşkar olunmamışdır. Müdafiə tərəfinin dəlillərinə qiymət verilməsi: Məhkəmə təqsirləndirilən şəxslərin tutalarkən fiziki təsirlərə məruz qalması, narkotik vasitə dolu torbaların polislə polislər tərəfindən qoyulması, Təqsirləndirilən şəxs1 Elnur Qaybalıyevə məxsus maşından oğurluq etməməsi, Təqsirləndirilən şəxs2 narkotik vasitə götürmək üçün Yardımlı rayonuna getməsindən xəbərinin olmaması, Təqsirləndirilən şəxs2 şəxsi istifadəsi üçün 100 qram qurudulmuş marixuana əldə etmək üçün deyilən ünvana getməsi ilə bağlı dəlillərinə münasibətdə məhkəmə tərkibi qeyd etməyi zəruri hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən məhkəmə həmin dəlilləri mötəbər hesab etmir. Belə ki, ilk öncə qeyd edilməlidir ki, müdafiə tərəfi ittiham tərəfinin sübutlarını təkzib edən heç bir mötəbər dəlili məhkəməyə təqdim etməmiş, həmçinin, onlara saxlanılarkən zor tətbiq edilməsini məhkəməyədək icraat dövründə mübahisələndirməmişdir. Cinayət prosessual qanunvericiliyinə əsasən təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət təqibini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla, tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum Qərarının 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Lakin iş materiallarından görünür ki, nə təqsirləndirilən şəxslər nə də onların müdafiəçiləri polis əməkdaşlarının onlara qarşı qanunsuz hərəkətlərə yol verməsi ilə bağlı müvafiq orqana şikayət verməmişlər. Əksinə, həbs qətimkan tədbiri seçilən zaman təqsirləndirilən şəxslər özlərini elan edilmiş ittihamla təqsirli bilərək Təqsirləndirilən şəxs1 məhkəməyə bildirmişdir ki, İran vətəndaşı ilə Təqsirləndirilən şəxs2 ilə birlikdə tanış olmuşlar, həmin İran vətəndaşı onlara narkotik vasitəni Yardımlı rayonu ərazisində qoyduğu yerdən götürüb Bakı şəhərinə aparmağı tapşırmışdır. Onlar da İran vətəndaşının dediyi yerə gedərək, narkotik vasitəni götürüb Bakı şəhərinə apararkən Yardımlı ərazisində polis əməkdaşları tərəfindən saxlanılmışdır. Onlar saxlanılarkən polis əməkdaşları tərəfindən hər hansı işgəncəyə və təzyiqə məruz qalmamışdır. Həmçinin, Təqsirləndirilən şəxs2 məhkəməyə bildirmişdir ki, maddi imkanı olmadığı üçün 5-6 min manat pul müqabilində İİR vətəndaşı onlara Yardımlı rayonu ərazisində gizlətdiyi yerdən narkotik avsitəni götürüb Bakı şəhərinə aparmağı bildirmişdir. Həmin vaxt İran vətəndaşı narkptik vasitənin marixuana olduğunu və kiçik torbada olduğunu demişdir. Narkotik vasitənin çəkisinin çox olmasını əvvəlcədən bilməmişdir. Narkotik vasitəni Bakı şəhərinə apararkən polis əməkdaşları tərəfindən saxlanılmışlar. Bundan əlavə, məhkəmə istintaqında əldə edilmiş müvafiq tibbi kitabçaların surətlərindən görünür ki, təqsirləndirilən şəxslərin üzərində tutulduqları günə uyğun hər hansı xəsarət və ya xəsarət izi aşkar olunmamış, tutularkən polislər tərəfindən təzyiqə məruz qalmadıqlarını bildirmişlər. Bundan əlavə, məhkəmə aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, təqsirləndirilən şəxslərin məhkəmədəki dəlilləri təkzib olunur: Təqsirləndirilən şəxs1 Şəhriyarın narkotik vasitə götürəcəyindən məlumatının olmadığını bildirsə də, iş materiallarından görünür ki, onun 050 *** ** ** saylı mobil nömrədə istifadə etdiyi “WhatsApp” proqramında İran İslam Respublikası mobil operatoruna məxsus +98 905 *** **** saylı mobil nömrə ilə 02 may 2024-cü il tarixdə danışıqlar aparmış, videogörüntülər, səslər və canlı konum göndərmişdir. Göndərilən videogörüntüdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitələri əldə etdiyi yerin görüntüləri əks olunmuşdur. +98 905 *** **** saylı mobil nömrədən göndərilən səs yazısında “get qabağa” qeyd edilmişdir. Bundan sonra +98 905 *** **** saylı mobil nömrədən göndərilən səs yazısında “Yolu heç olmasa gəldiyiz kimi sürməyin, bir 50, 60, 70 sürün, bir az tez sürün gedin” qeyd edilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs2 Rusiya Federasiyası mobil operatorlarına məxsus +7 983 *** ** ** saylı mobil nömrədə istifadə etdiyi “WhatsApp” proqramında “Камиииллл. Емииии” adı ilə qeyd olunmuş İran İslam Respublikası mobil operatoruna məxsus +98 905 *** **** saylı mobil nömrə ilə 02 may 2024-cü il tarixdə danışıqlar aparmış, səslər və canlı konum göndərmişdir. +98 905 *** **** saylı mobil nömrə ilə 02 may 2024-cü il və 03 may 2024-cü il tarixlərdə telefon danışıqları aparmışdır. Odur ki, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə təqsirləndirilən şəxslərin məhkəmə istintaqı dövründə verdikləri ifadələri özünümüdafiə xarakterli, iş materialları ilə uzlaşmayan, qeyri-mötəbər hesab edir, ibtidai istintaqdakı etirafediic ifadələri, şahid ifadələri, istintaq və məhkəmə hərəkətinin protokollarını və ona əlavə edilmiş diskləri, müvafiq ekspertiza rəylərini və maddi sübutu işin həqiqi hallarına uyğun olduğundan və bir-biri ilə uzlaşdığından, mötəbər sübut kimi qəbul edir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxslərə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayət əməli törətməsi ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Siyahıya əsasən “qurudulmuş marixuana” narkotik vasitədir və onun 5 qramdan artıq hissəsi xeyli miqdar, 500 qramı və ya ondan artıq hissəsi (50.000 qrama qədər) külli miqdar hesab olunur. Həmin Siyahıya əsasən metadon narkotik vasitədir və onun 0,02 qramdan artıq hissəsi xeyli miqdar, 1,6 qramı və ya ondan artıq hissəsi (160 qrama qədər) külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması- miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Sözügedən Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 iyun 2024-cü il tarixli Qərarının 9-cu bəndində qeyd edilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, təqsirləndirilən şəxslərin əldə edib daşıdığı narkotik vasitələrin şəxsi istehlak miqdarından dəfələrlə artıq miqdarı, çəkilib iri bağlamalara bükülməsi, yaşadıqları yerdən yüz kilometrlərlə uzaq məsafədə gecə vaxtı daşımaları onların həmin maddələri satış məqsədilə əldə etmək niyətini təsdiq edən amillərdən biridir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs1 Elnur Qaybalıyevə məxsus avtomobili qaçırması, oradan oğurluq etməməsi ilə bağlı dəlilinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxsin həmin dəlili işin faktiki halları ilə uzlaşmadığından mötəbər hesab edilməməlidir. Həmçinin, məhkəmə tərkibi Təqsirləndirilən şəxs1 şəxsiyyəti istintaqa məlum olmayan “Gülayə” adlı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, talama məqsədi olmadan zərərçəkmiş şəxsə məxsus nəqliyyat vasitəsini qaçırması və oğurluq etməsi ilə bağlı ittihama münasibətdə qeyd edir ki, Təqsirləndirilən şəxs1 şəxsiyyəti istintaqa məlum olmayan “Gülayə” adlı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməsi nə ibtidai istintaq dövründə əldə edilmiş sübutlarla, nə də məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla təsdiq olunmamışdır. Belə ki, təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində maşına oturarkən orada tanımadığı bir qadın oturmasını bildirmiş, zərərçəkmiş şəxs bu barədə məhkəmə istintaqında bildirməmiş, ibtidai istintaq zamanı isə Gülayə adlı qadınla görüşdüyünü, marketə düşərkən onun maşında oturmasını bildirsə də, istintaq orqanı həmin Gülayə adlı şəxsin şəxsiyyətini müəyyən etməmiş, bu və ya digər formada istintaqa cəlb etməmiş və Təqsirləndirilən şəxs1lə cinayətkar əlaqəsini təsdiq edən heç bir sübutu iş materiallarına əlavə etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 şəxsiyyəti istintaqa məlum olmayan “Gülayə” adlı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməsi məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla müəyyən edilməmişdir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.1, 185.3.3, 234.4.1 və 234.4.3-cü maddələri və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməllərini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş yuxarıda adları qeyd edilmiş şəxslərin ifadələri, «şəxsi axtarış, baxış və götürmə aparılması haqqında» protokollar və ona əlavə edilmiş videoçəkilişlər, «məhkəmə fiziki-kimyəvi və məhkəmə-bioloji ekspertizası»nın, «ambulator məhkəmə narkoloji ekspertizasının»nın rəyləri, «ambulator məhkəmə psixiatrik ekspertizasının»nın rəyləri, “baxış keçirilməsi haqqında” protokollar və əlavə edilmiş disklər, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi, anten məlumatlarına dair disklər, ifadənin yerində yoxlanılmasına dair protokollar, maddi sübutlar və digər istintaq sənədləri ilə sübuta yetirilir. Lakin, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 ittiham olunduğu oğurluq cinayətini 13 yanvar 2023-cü ildə törətmiş, həmin vaxtdan barəsində hökm elan olunduğu günədək 2 il 8 ay 11 gün keçmişdir. Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən müddətlər cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 istinad edilən CM-in 177.1-ci maddəsi böyük ictimai təhlükə törətməyən cinayətdir və onun törədildiyi gündən hökmün qəbul edildiyi vaxtadək qanunda nəzərdə tutulan cinayət məsuliyyətinə cəlbetmə müddəti keçmişdir. Göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Buna görə də Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.1, 185.3.3, 234.4.1 və 234.4.3-cü maddələri və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və həmin maddələrin sanksiyaları həddində ədalətli şəkildə cəzalandırılmalı, Təqsirləndirilən şəxs1 elan edilmiş CM-in 177.1-ci maddəsi ilə ittiham üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməsi ilə əlaqədar ona cəza təyin edilməməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edilməsində cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş aşağıda qeyd olunanları nəzərə alır: - DİN-in BƏSİİ-dən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər CM-in 178.1-ci maddəsi ilə məhkum olunmuş, məhkumluğu ödənilmişdir. ( C-İ, i.v. 230) - DİN-in BƏSİİ-dən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamış, RF CM-in 222-ci maddəsi, 105-ci maddəsinin 2-ci hissəsinin J bəndi ilə axtarışdadır ( C-İ, i.v. 232) - Lənkəran şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2024-cü il tarixl xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir. ( C-İİİ, i.v. 3) Təqsirləndirilən şəxslərin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində sadalanan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışmasını Cinayət Məcəlləsinin 185.3.3-cü maddəsi ilə cəza təyin edilərkən məhkəmə cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onlara təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onların şübhəli şəxs qismində tutulduğu 03 may 2024cü il tarixdən hesablanmalı, barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 09 aprel 2023-cü il tarixdən tutulduğu 2 (iki) gün ümumi cəza müddətindən çıxılmalıdır. Bundan əlavə, müvafiq rəylərdən görünür ki, təqsirləndirilən şəxslərin narkotik vasitələrdən asılılığı yoxdur, məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji kabinetində qeydə alınması tövsiyə olunur. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Bundan başqa, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 170 manat məbləğdə ekspertiza xərci var, həmin xərclərdən 50 manat məhkəmə əmtəəşünaslıq ekspertizasının, 120 manat isə məhkəmə bioloji ekspertizasının keçirilməsi zamanı tədqiqat üçün çəkilmişdir və həmin məbləğ Cinayət-Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 120 manat məbləğdə məhkəmə məsrəfi təqsirləndirilən şəxslərdən müştərək qaydada bərabər paylarla, məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərci isə bütövlükdə Təqsirləndirilən şəxs1 tutularaq, 60 manat Təqsirləndirilən şəxs2 və 110 manat Təqsirləndirilən şəxs1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 132 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, İş üzrə maddi sübut kimi tanınaraq Yardımlı Rayon Polis şöbəsinin maddi sübutları saxlama otağında saxlanılan 2 (iki) ədəd kağız kisədə 15753,5 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və 458 ədəd metadon həbləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış baxış, şəxsi axtarış və göürməyə dair 1 ədəd, mobil telefondan aşkar olunmuş səs yazıları və videogörüntüləri əks etdirən 2 ədəd, telefon məlumatlarını özündə əks etdirən 2 ədəd, ümumilikdə 5 (beş) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs1 məxsus 1(bir) ədəd “İphone X” markalı, Təqsirləndirilən şəxs2 məxsus 1(bir) ədəd “Samsung Galaxy A23”, 1(bir) ədəd “İphone 11”, mobil telefonlar hökm qanuni qüvvəyə mindikdən sonra onların ailə üzvlərinə qaytarılmalıdır. Xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, həmçinin «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci, 185.3.3-cü, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi ilə əlaqədar Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ona cəza təyin edilməsin. Cinayət Məcəlləsinin 185.3.3-cü maddəsi ilə ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 09 aprel 2023-cü il tarixdən tutulduğu 2 (iki) gün ümumi cəza müddətindən çıxılsın və üzərində qəti olaraq 8 (səkkiz) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 03 may 2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 03 may 2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Yardımlı RPŞ-də saxlanılan 2 (iki) ədəd kağız kisədə 15753,5 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və 458 ədəd metadon həbləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 5 (beş) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın, Təqsirləndirilən şəxs2 məxsus 1(bir) ədəd “Samsung Galaxy A23”, 1(bir) ədəd “İphone 11”, Təqsirləndirilən şəxs1 məxsus 1(bir) ədəd “İphone X” markalı mobil telefonlar hökm qanuni qüvvəyə mindikdən sonra onların ailə üzvlərinə qaytarılsın. İş üzrə ekspertiza tədqiqatının xərci kimi 170 (yüz yetmiş) manat məbləğdə məhkəmə məsrəfi Təqsirləndirilən şəxs1 110 (yüz on) manat və Təqsirləndirilən şəxs2 60 (altmış) manat olmaqla tutulub Azərbaycan Respublikasının Məhkəmə Ekspertiza Mərkəzinə köçürülsün. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxslərə münasibətdə isə hökmün surətinin onlara verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Ayşən Vəliyeva Hakimlər: Cavid Səfərli Aqil Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar