Məhkəmə qərarları › İş №1(099)-92/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-92/2022

12.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-92/2022 12.01.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, X17 oğlunun katibliyi ilə dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru vəzifəsini icra edən, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi, Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Ələsgər oğlunun iştirakları ilə, xx xxxx 1978-ci ildə İran İslam Respublikasında doğulmuş, İran İslam Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, İran İslam Respublikası Aslandüz rayonunda yaşamış, iş üzrə 22 may 2021-ci il tarixdən həbsdə saxlanılan Ziyarəti X4 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3, 240.3.2 və 318.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İran İslam Respublikası vətəndaşı Ziyarəti Hacı X8 İslam Respublikasında digər şəxslərlə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitənin və külli miqdarda güclü təsir edən maddənin qanunsuz olaraq satış məqsədi ilə əldə edilməsi, saxlanması və daşınaraq gömrük sərhədindən gömrük nəzarətindən kənar qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsi barədə razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq İran İslam Respublikasında qanunsuz olaraq iki ədəd bağlamada külli miqdarda narkotik vasitə təmiz halda çəkisi 2950 qram qurudulmuş marixuananı və külli miqdarda güclü təsir edən maddə üzərində Mydrax yazısı olan, 283 flakonda təsiredici maddəsinin ümumi miqdarı 14,15 qram olan tropikamidi satış məqsədi ilə əldə edib saxlamış, 22 may 2021-ci il tarixdə saat 00.40-da Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qanunsuz olaraq dövlət sərhədinin nəzarət buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissənin Füzuli rayonunda yeləşən 16-cı sərhəd zastavasının xidməti ərazisindən, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənarda daşıyaraq qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmış və içərisində külli miqdarda narkotik vasitə və külli miqdarda güclü təsir edən maddə olan bağlamalardan biri onun üzərindən, digəri isə həmin ərazidən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Ziyarəti X9 ona Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3, 240.3.2 və 318.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, 2021-ci ilin təxminən mart ayında İran İslam Respublikası vətəndaşı, Aslandüz rayonu Türbət kənd sakini Elman Cəmali ilə qumar oynamış, ona 20000000 İran İslam Respublikası realı borcu yaranmışdır. Bunun müqabilində Azərbaycan Respublikasına narkotik vasitə keçirəcəyinə söz vermişdir. xx.xx.2021-ci il tarixdə saat 13:00 radələrində İran İslam Respublikası vətəndaşı E.Cəmali ilə Aslandüz rayonunda görüşmüş, sonuncu Azərbaycan Respublikasına keçirməli olduğu narkotik vasitə olan torbanı ona verərək Azərbaycan Respublikasına aparmağını demişdir. O qorxduğuna görə əvvəlcə bununla razılaşmamışdır. Həmin vaxt əvvəllər tanımadığı Qoçu adlı şəxs onu döymüş, daha sonra o, E.Cəmalinin avtomobili ilə Araz çayının sahilinə gəlmiş, orada sonuncudan bir ədəd bağlama və bir ədəd bel çantasında olan narkotik vasitələri götürmüşdür. Elman onu silahla hədələmiş, Araz çayını keçərək həmin torbanı Azərbaycanda bir nəfərə verməsini tapşırmışdır. O da içərisində narkotik vasitə olan torbanı götürüb Araz çayını keçmiş, Araz çayını Azərbaycan tərəfə keçdikdən sonra kimsənin uca səslə «dayan» sözünü dediyini eiştimişdir. Bu zaman bel çantasını kənara atmış, bağlamanı isə üzərində saxlamaqla geri, Araz çayına doğru qaçmışdır. Lakin həmin şəxslər ona çataraq saxlamışlar. Üzərində olan bağlamanı götürmüşlər. Kənara atdığı bel çantası da oradan götürülmüşdür. Sonra onu, ona məxsus bel çantasını və bağlamanı sərhəd zastavasına aparmışlar. Orada baxış keçirilərkən bağlamada və bel çantasında olan narkotik maddələr aşkar edilmişdir. Əməlindən peşmandır. Təqsirləndirilən şəxs Ziyarəti X4 cinayət əməli özünün eitrafedici ifadəsindən əlavə məhkəmədə dindirilmiş şahidlərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, Şahid1 məhkəmədə göstərdi ki, N nömrəli hərbi hissənin hərbi qulluqçusudur. 21 may 2021-ci il tarixdə saat 20.00-dan 22 may 2021-ci il tarixdə saat 02.00-a qədər gizir Şahid2lə birlikdə 16-cı sahədə pusqu xidmətində olduğu zaman 22 may 2021-ci il tarixdə saat 00.40-da İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində bir nəfər şəxsin hərəkətini müşahidə etmişdir. Həmin şəxsin üzərində bir ədəd torba və belində bir ədəd çanta olmasını görmüşlər. Bu barədə zastavaya məlumat vermiş və əlverişli mövqe seçərək həmin şəxsə «dayan» komandası verərək onu saxlamışlar. Saxlanılan şəxsin üzərindən bir ədəd torba aşkar edilərək götürülmüşdür. Daha sonra həyəcan qrupu əraziyə gəlmiş, ərazidə axtarış keçirilən zaman şəxsin saxlanıldığı yerdən təxminən 30 metr məsafədə bel çantası aşkar edilmişdir. Bağlamada və bel çantasında narkotik vasitələrə bənzər maddələrin olması müəyyən edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş, N nömrəli hərbi hissənin hərbi qulluqçusu Şahid2 də Şahid1la eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Hadisə yerinə baxış keçirilməsi haqqında 22 may 2021-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 00.40 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N saylı hərbi hissəsinin 16-cı sərhəd zastavasının 16-cı sahəsi istiqamətindən dövlət sərhədini pozaraq Azərbaycan Respublikasına keçmiş İran İslam Respublikası vətəndaşı Ziyarəti Hacı X1 əraziyə baxış keçirilərkən Araz çayının sahilində bir nəfərə məxsus ayaq izləri aşkar olunmuşdur. Bundan başqa həmin şəxsin üzərindən bir ədəd torba və 30 metr aralıda Araz çayı istiqamətində bir ədəd boz rəngli bel çantası aşkar olunaraq götürülmüşdür. Baxış keçirilməsi haqqında 22 may 2021-ci il tarixli protokoldan görünür ki, N saylı hərbi hissənin 16-cı sərhəd zastavasının 16-cı sahəsində saxlanılmış İran İslam Respublikası vətəndaşı Ziyarəti X4 üzərində olan torbaya və bel çantasına baxış keçirilərkən onların içərisində 13 ədəd yapışqanlı lentlə sarınmış bükümlər, həmin bükümlərin içərisində isə doqquz ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə, 4 ədəd bükümdə isə üzərində «Mudrax 0,5 %» yazılmış dərman preparatlarına oxşar maddələr aşkar olunmuşdur. Elektron tərəzidə çəkildikdə qurudulmuş marixuanaya bənzər maddənin 3136 qram, dərman preparatlarının sayı isə 283 ədəd flakon olmuşdur. Məhkəmə-bioloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 7/486-6/2065 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş torbada və bel çantasında ümumi təmiz çəkisi 2950,0 qram olan narkotik vasitə - qurudulmuş marixuana, 283 ədəd üzərində Mydrax 0,5% Tropicamide yazısı olan güclü təsir edən maddələrə aid olan tropikamiddir. 283 ədəd flakonda tropikamidin təsiredici maddəsinin miqdarı 14,15 qram təşkil edir. Ekspertiza tədqiqatından sonra qalmış 2949,55 qram qurudulmuş marixuana və 276 flakonda üzərində «Mydrax 0,5%» yazısı olan tropikamid 08 iyun 2021-ci il tarixli qərarla maddi sübut kimi tanınmış və Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Məhkəmə narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 3141 saylı rəyindən görünür ki, təqsirləndirilən şəxs Ziyarəti X5 narkomaniya xəstəliyi aşkar olunar, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşdə olan xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, təqsirləndirilən şəxs Ziyarəti X9 əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Ziyarəti X4 digər şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək külli miqdarda narkotik vasitə olun qurudulşmuş marixuananı və güclü təsir edən maddəni əldə edərək, Azərbaycan Respublikasının gömrük nəzarətindən kənar, qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirməsi və Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qanunsuz olaraq nəzarət buraxılış məntəqəsindən kənarda keçməsi, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Ziyarəti X4 əməli CM-nin 206.3.2, 234.4.1, 234.4.3, 240.3.2 və 318.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxs Ziyarəti X6 cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs Ziyarəti X4 cəzasını yüngülləşdirən və CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Ziyarəti X6 CM-nin 206.3.2, 234.4.1, 234.4.3, 240.3.2 və 318.1-ci maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qəti cəza müəyyən edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlandığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 22 may 2021-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəyi nəzərə alınmaqla təqsirləndirilən şəxs Ziyarəti X6 Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tədbiq edilməli və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Ziyarəti X6 CM-nin 52.1-ci maddəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəza da təyin edilməli və CM-nin 52.1-1-ci maddəsinə əsasən onun Azərbaycan Respublikasına gəlmək hüququ məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan 2949,55 qram qurudulmuş marixuana və 276 flakonda üzərində «Mydrax 0,5%» yazısı olan tropikamid məhv edilməlidir. Ekspertiza xərci 88 manat 70 qəpik təqsirləndirilən şəxs Ziyarəti X2 alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Ziyarəti X9 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3, 240.3.2 və 318.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin. Ona CM-nin 206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 240.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 318.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Ziyarəti X6 cinayətlərin məcmusu üzrə qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Ziyarəti X7 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 22 may 2021-ci il tarixdən hesablansın. Ziyarəti X4 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ziyarəti X6 Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbir tədbiq edilməklə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. Azərbaycan Respublikası CM-nin 52.1-ci maddəsinə əsasən Ziyarəti X9 təyin edilən əsas cəzanı çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Azərbaycan Respubliksı CM-nin 52.1-1-ci maddəsinə əsasən Ziyarəti X4 Azərbaycan Respublikasına gəlmək hüququ onun məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılsın. İş üzrə maddi sübut kimi tanınmaqla Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan 2949,55 qram qurudulmuş marixuana və 276 flakonda üzərində «Mydrax 0,5%» yazısı olan tropikamid məhv edilsin. Ekspertiza xərci 88 manat 70 qəpik təqsirləndirilən şəxs Ziyarəti X2 alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökm elan olunduğu, Ziyarəti X6 isə hökmün surəti verildiyi andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar