Məhkəmə qərarları › İş №1(099)-92/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-92/2023

24.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-92/2023 24.06.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Hüseynov Nahid Nəsir oğlu (sədrlik edən), Quliyev Nizami Fərzi oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1983-cü il tarixdə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi qaydada sürücü fəaliyyəti ilə məşğul olan, İmişli şəhəri, S.Fətəliyev küçəsi, ev 22 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 29,120.2.4, 228.4, 234.1-1 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və tarixdə qanunsuz olaraq bir ədəd zavod üsulu ilə hazırlanmış, üzərində “BOKER MADE İN SOLİGEN B048” sözləri yazılmış, tiyənin orta xətdən uzunluğu 87 mm, orta hissədə eni 26 mm, maksimal qalınlığı 2,8 mm, dəstəyinin orta xətdən uzunluğu 115 mm, orta hissədə eni 27 mm, maksimal qalınlığı 15 mm, ümumi uzunluğu 20,2 santimetr olan açılıb-qatlanan və soyuq silah hesab olunan ov bıçağını əldə edərək, İmişli rayonu ərazisində gəzdirmiş, istintaqa məlum olmayan mənbədən və tarixdə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istifadəsi üçün külli miqdarda, yəni 3615 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana (bundan sonra – qurudulmuş marixuana) əldə edərək, onu yaşadığı İmişli şəhəri, S.Fətəliyev küçəsi, 22 saylı evin həyətindəki yarımtikili ilə hasarın arasında bir ədəd sintetik torbanın içərisində gizlədərək saxlamış və həmin evin həyətyanı sahəsində külli miqdarda, yəni 45 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisini qanunsuz əkərək, onlara aqrotexniki qaydada qulluq etməklə yetişdirib, kultivasiya etmişdir. Daha sonra o, 21 iyul 2022-ci il tarixdə saat 06:00 radələrində yaşadığı İmişli şəhəri, S.Fətəliyev küçəsi, 22 saylı evin yataq otağında qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı qəsdən öldürmək niyyəti ilə uşaqları Rüqəyya Quliyeva, Şahid2, Elxan Quliyev və Orxan Quliyevin gözləri qarşısında, yəni müstəsna dərəcədə rəhmsizlik nümayiş etdirib, eləcə də sonunculara xüsusi əzab və iztirab verdiyini əvvəlcədən dərk etməklə, yəni xüsusi amansızlıqla istintaqa məlum olmayan mənbədən və tarixdə əldə etdiyi, zavod üsulu ilə hazırlanmış, üzərində “BOKER MADE İN SOLİGEN B048” sözləri yazılmış, açılıb-qatlanan və soyuq silah hesab olunan ov bıçağı ilə arvadı Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə qəsdən çoxsaylı zərbələr vuraraq, ona sağ çiyin qurşağı nahiyəsində döş boşluğuna keçən və sol ağciyəri zədələyən bir ədəd yara, qarnın sol yan divarında qarın boşluğuna keçən və enən çənbər bağırsağı zədələyən bir ədəd yaradan ibarət həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, sol bazunun yuxarı 1/3-nin bayır səthində bir ədəd yara və sol əlin ikinci barmağının 3-cü falanqası proyeksiyasında bir ədəd yaradan ibarət sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmiş, zərərçəkmiş Zərərçəkmiş şəxs həyatının təhlükədə olmasını dərk edərək, əvvəlcə özünü müdafiə etmək məqsədilə əlləri ilə ona müqavimət göstərmiş, daha sonra uşaqları Elxan, Orxan və Şahid2lər hadisəyə müdaxilə edərək analarına kömək etməyə çalışmış, lakin Zərərçəkmiş şəxs heç bir vasitə ilə onun bıçaq ilə endirdiyi zərbələrin qarşısını ala bilməyəcəyini anlayaraq, onu itələyib evdən həyətə, oradan isə küçəyə çıxaraq qaçmağa başlamış, lakin Təqsirləndirilən şəxs niyyətini başa çatdırmaq məqsədilə evdən Zərərçəkmiş şəxs arxasınca çıxaraq onu təqib etməyə başlamış, lakin səs-küyə hadisə yerinə gələn Şahid4 və X7 onun qarşısını kəsərək Zərərçəkmiş şəxs çatmağa imkan verməmiş və bu zaman İmişli rayon polis şöbəsinin əməkdaşları hadisə yerinə gələrək onu tutmuş, zərərçəkmiş Zərərçəkmiş şəxs isə çağırışa gələn təcili tibbi yardım avtomobili ilə əvvəlcə “İmişli rayon Mərkəzi Xəstəxanası”na, sonra “Şirvan şəhər Mərkəzi Xəstəxanası”na, daha sonra isə “M.Topçubaşov adına X8”nə aparılaraq üzərində tibbi cərrahiyyə əməliyyatı aparılaraq həyatı xilas edildiyindən o, bilavasitə iradəsindən asılı olmayan səbəblərdən cinayət əməlini başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası CM-in 126-cı maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, hadisədən sonra ifadə vermiş, həmin vaxt həyəcanlı olmuş, fikrini düzgün ifadə edə bilməmişdir. O, taksi sürücüsü işləmiş, həmişə də maşınında hadisə vaxtı əlində olan bıçaq olmuş, sərhədi keçərkən heç vaxt həmin bıçağın soyuq silah olmasını ona deyilməmişdir. Son dövrlər işləmədiyi üçün bıçağı evində saxlamışdır. Arvadı Zərərçəkmiş şəxs öldürmək niyyəti olmamışdır. Əgər onu öldürmək istəsəydi sakit bir yerdə öldürə bilərdi, lakin belə fikri olmamışdır. Hadisə vaxtı evinə girib Zərərçəkmiş şəxs çağırmış, ona suallar vermiş, lakin cavab ala bilməmişdir. Bir müddət Günellə üz-üzə söhbət etmiş, lakin sonuncu ona cavab verməyib çıxıb getdiyindən Günelin dalınca düşmüşdür. Güneli bıçaqla vurmasından peşmandır, belə nəticələnəcəyini bilməmişdir. Narkotik vasitəyə qaldıqda isə onun həyətində aşkar edilmiş torbada olan narkotikdən heç vaxt xəbəri olmamışdır, orada ümumiyyətlə narkotik olmamışdır. O, əvvəllər narkotik qəbul etmiş, həyətdə olan çətənə kolları isə əvvəl istifadə etdiyi narkotikin toxumlarından yabanı şəkildə çıxmış, onlara aqrotexniki qaydada qulluq etməmişdir. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs qorxutmaq məqsədi ilə vurmuşdur. Hadisədən əvvəlki bir ayda Günellə aralarında mübahisələr yaranmışdı, beş uşağı olmağına baxmayaraq Günel onunla yaşamaq istəmədiyini deyirdi, bu sözləri isə qohumlarının yanında da deyirdi. O, da hadisədən bir həftə əvvəl bütün əşyalarını maşınına yığıb evdən çıxıb getmişdir. O, hadisədən əvvəl həyətində əncir ağacının altında gizlənib evinə başqa bir şəxsin girib-girməməsini gözləmiş, həmin ərəfədə arvadının pəncərədən çıxıb qayıtmasını hiss etmiş, həmin vaxt da atasının psixotrop tərkibli dərmanlarını qəbul etdiyindən həmin dərmanların təsiri altında olmuşdur. Buna görə evə girdikdə Güneli bir dəfə qıçından vurmaq istəmiş, sonra digər nahiyələrinə xəsarət yetirmişdir, lakin Günelə güclü xəsarət yetirmək istəməmişdir. Lakin Günel qaçmış, sonra atası da gəlib onların arasına girmiş, Güneli vurmağa qoymamış, Günel də küçəyə qaçmışdır. Küçədə qonşuları Firudin, əmisi və digərləri onun qarşısını almaq istəmiş, dərmanların təsiri altında olduğundan nə etdiyini bilməmiş, Günelin arxasınca qaçmaqda məqsədi ona verdiyi suallara cavab tapmaq olmuşdur. Suallara cavab verməməklə susduğu üçün Günelə xəsarət yetirmişdir. O, narkotik vasitə aludəçisi olmamış, həmin bitkiləri əkməmişdir. Həmin bitkilərin olduğu yer atası ilə öz həyətinin orta hissəsidir. Bir neçə aydır ki, Bakı şəhərində maşın yığdırdığından həmin yerdə narkotik bitkilərin bitməsindən xəbəri olmamış, polis əməkdaşları tərəfindən tutulduqdan sonra polislər onu bir daha evinə gətirdikdə narkotik bitkilərdən xəbəri olmuş, polis əməkdaşları da ona bildirmişlər ki, həmin bitkiləri ya özü, ya da atası əkmişdir, buna görə də polislərə heç bir etiraz etməmişdir. Mütəmadi olaraq “nəşə” çəkmişdir. Üzərində olan bıçağı 7-8 il əvvəl Rusiya Federasiyasından bazardan alıb Azərbaycan Respublikasına gətirmiş, həmin bıçağın soyuq silah olmasını gömrük əməkdaşları ona deməmişdir. Hadisə vaxtı atasına aid psixotrop maddələr qəbul etdiyindən özündə olmamış, nə etdiyini bilməmişdir. Təqsirləndirilən şəxs hazırda zərərçəkmiş şəxslə barışdığını, əməlindən peşman olduğunu, bu hadisənin anlaşılmazlıq nəticəsində baş verdiyini, beş uşağının olduğunu, ilk məhkumluğu olduğunu, narkotik tərkibli bitkiləri əkmədiyini, narkotik vasitənin ona aid olmadığını nəzərə alaraq ona daha az cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 21 iyul 2022-ci il tarixdə səhər saatlarında o, yataq otağında iki uşağı ilə yatmış, Elxan, Orxan və Camal isə digər otaqda yatmışdır. Səhər uşaqlardan biri çölə çıxmış, qayıdanda isə qapını açıq qoymuşdur. Bu zaman evə kiminsə girdiyini görmüş, oyandıqda əri Xanoğlanın otaqda olmasını görmüş, Xanoğlan ona yaxına gəlməyi istəmiş, o, ayağa qalxdıqda Xanoğlan əlindəki bıçaqla sağ çiynindən bıçaqla vurmuş, Xanoğlandan niyə belə etdiyini soruşduqda Xanoğlan “sus” işarəsi etməklə səsini çıxarmamağı tələb etmiş, “gedək səni başqa yerdə öldürəcəm” demiş, Xanoğlandan qorxduğu üçün səsini çıxarmamış, bu zaman Xanoğlan çiynindən bıçağı çıxarıb sol böyrəyinə sancmış və bıçağı içəridə burmuşdur. Yerindən qalxmaq istəyəndə çarpayı səs etmiş və həmin səsə yanında yatan oğlu Daşqın oyanmış, ondan qan axdığını görüb qışqırmağa başlamış, səs-küyə digər otaqda yatan oğlu Elxan da gəlmiş, atası Xanoğlana mane olmaq istəmiş, ona qaçmağı desə də o, qaça bilməmiş, daha sonra səsə qaynatası Yadigar gəlib Xanoğlanın qarşısına keçmiş, ondan niyə belə etdiyi soruşmuş, Xanoğlan isə atasına “dəymə onu öldürüm, özümü də öldürüm”, atası Xanoğlana mane olmaq istədikdə Xanoğlan atasına onu da vuracağını bildirmiş, həmin ərəfədə o, mətbəxə keçmiş, bu zaman Xanoğlan mətbəxin qapısını bıçaqla kəsib açmaq istəmiş, buna görə pəncərədən həyətə çıxıb evdən qonşusu Nizaminin həyətinə qaçmış, səs-küyə Nizami və arvadı Tənzilə də çölə çıxmış, sonra onun arxasınca uşaqları gəlmiş, Xanoğlan onun qanının izi ilə Tənziləgilə getdiyini görüb oraya gəlmiş, evin pəncərəsini sındırmış, həmin vaxt qışqırıb “dəyməyin mənə qoyun onu öldürüm, o, yaşamamalıdır” demişdir, Xanoğlan pəncərədən içəri girməyə çalışanda o, da qapını açıb Tənzilə ilə birlikdə birinci qaynınatası Yadigargilə qaçmış, oradan darvazadan isə küçəyə çıxmış, o, küçəyə qaçanda Xanoğlan da əlində bıçaqla onun arxası ilə gəlib onu öldürmək istəmişdir. Xanoğlan küçədə də qışqırıb “dəyməyin mənə, qoyun onu öldürüm” demiş, Firudin adlı şəxs küçədə Xanoğlanın üstünə qışqırıb ona ayıb etdiyini demişdir, Xanoğlan isə ona “siz bilmirsiz, onu, qoyun öldürüm” demişdir. Xanoğlan onun arxası ilə gəlib küçədə ona çatmış, bu zaman o, Xanoğlana tərəf dönmüş, Tənzilə onun qarşısında üzü Xanoğlan tərəfə dayanmış və Xanoğlanın ona yaxınlaşmasına imkan verməmişdir. Ancaq Xanoğlan sağ əlindəki bıçaqla Tənzilənin sol çiyninin üstündən gətirib onun sol çiyninə vurmuş və çıxarmışdır. O, bundan sonra yenə Tənziləgilə tərəf qaçanda küçədə Xanoğlan ona yenə çatmış, küçədə arxadan yaylığından tutub saxlamış və özünə tərəf çevirmişdir, əlindəki bıçaqla üz nahiyəsindən vurmaq istəyəndə o, hər iki əlini üzünə tərəf qaldırmışdır, həmin vaxt bıçaq onun sol əlinin şəhadət barmağına girmişdir, Xanoğlan onu küçədə bıçaqlayanda ancaq qışqırıb ona “sən ölməlisən, sənin kimi qadın ölməlidir” kimi sözlər demiş, Xanoğlan onu küçədə bıçaqlayanda uşaqları hamısı onu saxlamaq istəsələr də, Xanoğlan nə qonum-qonşuya, nə də uşaqlarına qulaq asmamışdır. Bundan sonra Xanoğlan bıçağı Daşqının boğazına dirəmiş, Daşqın Xanoğlanın başını qatanda o, Tənziləgilə qaçmışdır. Küçədə çoxlu camaat olsa da, hamı sadəcə baxmış, kim Xanoğlana yaxın getmək istəsə, o, bıçağı göstərib heç kəsi yaxına buraxmamış, Tənziləgildə evdə gizlənəndə Xanoğlan evdə onu axtarmış, bu vaxt təcili-tibbi yardım avtomobili və polis əməkdaşları gəlib çıxmışlar. Polis əməkdaşları Xanoğlanı zərərsizləşdirib aparmış, bundan sonra onu təcili-tibbi yardım avtomobili ilə İmişli RMX-na aparmışlar. Zərərçəkmiş şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Xanoğlanla xalaoğlu və xalaqızıdır, birgə nikahlarından 4 oğlan, bir qız övladı olmuş, Xanoğlanla münasibətləri karantinlə bağlı ölkələr arası sərhədlər bağlanandan sonra pisləşmiş, Xanoğlanın narkotik vasitələrdən istifadə etməsini bilmiş, bir dəfə Xanoğlanın həmin vasitələrdən istifadə etməsini görmüş, Xanoğlana yaxınlaşıb irad bildirdikdə ona ağır cavab vermiş, həmin vaxt Xanoğlan fərqli-fərqli vəziyyətlərdə olmuşdur. Bu hadisədən əvvəl 2021-ci ilin dekabr ayında da Xanoğlanla münaqişələri olmuş, həmin vaxt Xanoğlan ona xəsarət yetirmiş, bunu da hamı bilmişdir. Xanoğlan onu həmişə qısqanmış, həmişə ona qadağalar qoymuş, o, da qadağalara əməl etmişdir. Xanoğlanın onu öldürmək istəməsinə inanmamış, lakin hadisə vaxtı Xanoğlan dəfələrlə onu öldürəcəyini demiş, buna görə Xanoğlandan özü və uşaqları həmişə qorxmuş, uşaqlardan həmişə birinin onunla qalmasını xahiş etmişdir ki, Xanoğlan ona heç nə etməsin. Xanoğlanı əvvəllər ayda bir dəfə fərqli vəziyyətə görsə də, son dövrlər tez-tez fərqli vəziyyətlərə düşürdü. Belə ki, o, həyətində müəyyən yerlərə, əkin yerlərinə girməyə ona icazə vermirdi, onun əkin sahəsinə tez-tez girib-girməməsini bilməmiş, Xanoğlanı izləməmişdir. Hadisədən on gün sonra bilmişdir ki, polislər evinə baxış keçirmiş, həyətyanı sahələrində narkotik vasitələr aşkarlamışlar. Zərərçəkmiş şəxs Günel Abdullayevə məhkəmə istintaqında verdiyi ifadəsində Təqsirləndirilən şəxslə barışmadığını, ondan şikayətçi olduğunu bildirsə də, sonradan məhkəməyə həm şifahi, həm də yazılı qaydada müraciət edərək Təqsirləndirilən şəxslə barışdığını, ona qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, onun evinin yanındakı ev övladı Təqsirləndirilən şəxs məxsusdur. İki həyətin arasında hasar yoxdur, evləri bir-birindən kiçik arx ayırır. Təqsirləndirilən şəxs Günellə ailə həyatı qurmuş, bu evlilikdən 5 övladları dünyaya gəlmişdir. Xanoğlan və Günelin arasında hərhansı mübahisə, dava-dalaşını eşitməmişdir. Təxminən 2022-ci ilin iyun ayından onun Xanoğlanla münasibəti soyuq olmuş, buna səbəb isə onun Xanoğlanın narkotik vasitə istifadə etməsindən şübhələnməsi olmuş, özü şəxsən görməsə də, Xanoğlandakı qəribəlikləri yalnız narkotik vasitədən istifadə etməyi ilə əlaqələndirib, bu barədə özünə də demişdir. Xanoğlan isə ona narkotikdən istifadə etmədiyini demişdir. Hadisə günündən 3-4 gün qabaqdan Xanoğlanı evdə görmədiyinə görə nəvələrindən onun harada olduğunu soruşmuş, nəvələri atalarının Bakıda olduğunu demişlər, onun telefonu ilə nəvələri bir neçə dəfə Xanoğlanla əlaqə saxlasalar da, Xanoğlanla arası soyuq olduğundan o, özü Xanoğlanla danışmamışdır. Hadisə olan gün, yəni 21 iyul 2022-ci il tarixdə, səhər saat 06:00 radələrində Xanoğlangilin qapısının möhkəm şəkildə çırpılması səsini eşitmişdir, pəncərədən baxdıqda nəvəsi Orxanın qaçmasını görüb, sonuncudan nə baş verdiyini soruşmuş, o, isə cavab verməyərək evin arxası tərəfə qaçmış, o, paltarını geyinib Xanoğlanın evinə getmiş, bu zaman digər nəvəsi Elxan onun qabağına çıxmış, nə olduğunu soruşduqda Elxan ona “atam gəlib” deyə cavab vermişdir. Elxandan səs-küyün səbəbini bilmək istədikdə isə nəvəsi ona “atamla anam savaşır” deyə cavab vermişdir. O, bundan sonra evə daxil olduqda dəhlizdə Xanoğlanın əlində bıçaqla gəlini Güneli hədələdiyini görüb sonuncuları aralamaq istəmiş, o, Xanoğlanı itələdikdə Xanoğlan qışqıraraq qəzəbli halda çəkilməsini demişdir. Xanoğlanı belə qəzəbli görməmiş, Xanoğlan ona “çəkil qabağımdan səni də vuracam”, Xanoğlana irad bildirib ondan nə olduğunu soruşmuş, o, çəkilmiş, Xanoğlan da gəlini Günelin dalınca qaçmışdır. Gəlini Günel onun yanından qaçanda bədənindən qan axdığını gördüyündən o, dərhal çölə çıxıb qonşulardan polisə zəng etməyi xahiş etmişdir. Xanoğlanın Günelə xəsarət yetirməsini görməsə də bilmişdir ki, xəsarətləri Günelə əri Xanoğlan yetirmişdir, çünki orada ikinci bir şəxs olmamışdır. Küçəyə çıxdıqdan sonra heç kim Xanoğlanın əlindən bıçağı ala bilməmiş, lakin polis gəldikdən sonra Xanoğlanın əlindən bıçağı almışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, hadisə vaxtı atası onların otağına girib anasını çölə çıxarmaq istəmiş, anası atası ilə getməmiş, buna görə atası Xanoğlan bıçağı götürüb anasını vurmağa başlamış, atasını saxlamaq istəsə də atası ona qulaq asmamışdır. Atası Xanoğlan cibindən bıçağı çıxararkən o, atası Xanoğlanın anasını vuracağını bilmişdir. Həmin vaxt atasını saxlamaq istəmiş, buna görə də atasının anasını vurmasını görməmiş, anasının qışqırmasından atası Xanoğlanın anasını vurmasını bilmişdir. Daha sonra isə qardaşları da gəlib atasına mane olmaq istəmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 oğlu ifadəsində göstərmişdir ki, hazırda Ucar RPŞ-nin müstəntiqi vəzifəsində işləyir, hadisə vaxtı isə İmişli RPŞ-də sahə müvəkkili vəzifəsində işləmişdir. 21 iyul 2022-ci il, saat 06:00 radələrində “102 xidməti”nə İmişli şəhəri, S.Fətəliyev küçəsində yaşayan şəxslər arasında ailə münaqişəsinin baş verməsi barədə məlumat daxil olmuş, həmin şikayəti isə Təqsirləndirilən şəxs atası etmişdir. Bu zaman o, İmişli RPŞ-nin Post-patrul xidmətində işləyən X9 ilə birlikdə təcili olaraq hadisə yerinə getmiş, onlar həmin əraziyə çatdıqda ətrafda adamlar toplaşdığını görmüşlər. O, evin qarşısında avtomobildən düşmüş, Tural isə qapının qarşısında adamlar yığıldığından saxlamaq üçün avtomobili irəli sürmüş, bu zaman o, adının Xanoğlan olduğunu sonradan öyrəndiyi 35-40 yaşlarında olan şəxsin əlində bıçaqla, əynində mayka evin qarşısında dayandığını görmüş, Xanoğlan onu görən kimi darvazadan içəri girərək evə doğru qaçmışdır, o da onun arxası ilə evin həyətinə daxil olmuş, bu zaman onun qarşısını azyaşlı uşaqlar kəsmiş və “əmi, atam anamı öldürməyə gedir” demişlər. O, isə evin yanındakı cığırla arxadakı evə doğru gedən Xanoğlanın arxası ilə qaçmış, o, evin giriş qapısına baxdıqda qapının açıq olduğunu və qapının qarşısında bir tibb bacısının dayandığını görmüş, həmin şəxsə qışqıraraq qapını bağlamasını demiş, tibb bacısı cəld içəri girib qapını bağlamışdır. Bu zaman o, özünü artıq Xanoğlanın yanına çatdırmış, Xanoğlan bu səfər də pəncərədən içəri daxil olmaq istəmiş, ancaq o, Xanoğlana qışqırıb yerindən tərpənməməsini bildirmiş, həmin an o və Xanoğlan göz-gözə gəlmişlər. O, bir neçə dəfə Xanoğlana bıçağı yerə atmasını tələb etmiş, Xanoğlan “Günel, Allah bəlanı versin!” deyə qışqırmış, Xanoğlan pəncərəyə tərəf dönən zaman o Xanoğlanın qolundan tutmuş, elə həmin an Tural da özünü çatdırmış və Xanoğlanın qolundan tutub qolunu silkələdiklərindən bıçaq Xanoğlanın əlindən yerə düşmüşdür. Tural Xanoğlanı götürüb polis avtomobilinə aparmışdır. Təqsirləndirilən şəxs onlara hər hansı müqavimət göstərməmiş, ilk öncə onları görəndə dayanmış və “polislər gəldi səni öldürə bilmədim” deyə qışqırmış, daha sonra isə onlar bıçağı Xanoğlanın əlindən almışlar. O, Zərərçəkmiş şəxs gördüyü zaman evin dəhlizində ayaq üstə, halsız vəziyyətdə olmuş və bədəninin müxtəlif nahiyələrindən qan axmışdır. O, həmin vaxt hadisə yerinə gəlməsəydi Xanoğlan arvadını oldurmək niyyətində olmuşdur, Xanoğlan arvadının dalınca qaçarkən onların uşaqları onun yanına qaçaraq atalarının anasını öldürəcəyini demişdir. O, hadisə yerinə çatanda saat təxminən 06:20 radələri olmuşdur. O, hadisə yerində gəldikdə Günel əmisigilin evində olmuş, Xanoğlan isə əlində bıçaqla Güneli bir daha vurmaq üçün həmin evə girməyə çağırırdı, Xanoğlan saxlanılarkən onlara hər hansı müqavimət göstərməmiş, lakin arvadını öldürmək niyyətini başa çatdırmaq üçün bıçağı əlindən atmaq istəmirdi. Xanoğlan arvadını ona xəyanət etməsi səbəbindən vurduğunu desə də, onlar Zərərçəkmiş şəxs xəstəxanaya apararkən sonuncunun bədənindən qanın axmasına baxmayaraq həmin qadın onların kömək üçün ona toxunmasına belə icazə verməmiş, qadın tibb bacısı gəldikdən sonra ona tibbi yardım edilmişdir. Bu da həmin qadının hansı dərəcədə əxlaqlı, dindar olmasının göstəricisidir, lakin Xanoğlan bunları nəzərə almayaraq həmin qadını öldürmək istəmişdir. Xanoğlanın həyətində narkotik vasitələr olmasını sonradan eşitsə də, həmin vaxt həyətdə narkotik bitkiləri və narkotik vasitələri görməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qaynının oğludur. 21 iyul 2022-ci il tarixdə, saat 5-6 radələrində o, yuxudan möhkəm səs-küyə oyanmış, dərhal əri ilə çölə çıxmış və evlərinin eyvanında Güneli üst-başı qanlı görmüş və sonuncunu evin içinə salmışdır. Onun dalınca yoldaşı Xanoğlan da gəlmiş, lakin içəri qoymamışlar. Az sonra tibb bacısı da onun evinə gəlmişdir. Xanoğlan da onun evinə gəlmək istəmiş, lakin polis əməkdaşları Xanoğlanı tutub saxlamış və aparmışlar. Bundan sonra Güneli təcili yardım maşını ilə xəstəxanaya aparmışlar. O, səs-küyə oyanıb çölə çıxarkən Günelin uşaqları qışqıra-qışqıra atasının anasını vurduğunu demiş, onların arxasınca Günel də qanın içində onların evinə gəlmişdir. Xanoğlan da Günelin dalınca gəlmiş, lakin Xanoğlanın əlində bıçaq olub-olmamasını görməmişdir. Xanoğlan Günelin arxasınca gəlmiş, lakin onlar Xanoğlanın Günelə nəsə edəcəyindən qorxub Xanoğlanın içəri keçməsinə şərait yaratmamışlar. Dərhal da hadisə yerinə polislər gəlmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 21 iyul 2022-ci il tarixdə, səhər saat 06 radələrində yaşadığı evin həyətini sulayan zaman pəncərə şüşəsinin qırılma səsini və nalayiq ifadələr eşitmiş, buna görə küçəyə çıxarkən başqa qonşuların da küçədə olduğunu görmüş, Xanoğlangilin evi tərəfə getmiş, Xanoğlanın evinin qarşısına çatdıqda Xanoğlanın arvadı Günellə qarşılaşmış, Günel ona tərəf qaçıb “əmi, qoyma Xanoğlan məni öldürəcək” demiş, həmin vaxt darvazadan Xanoğlan əlində bıçaqla küçəyə çıxmış, o, tez Xanoğlanın bıçaq olan əlinin bilək hissəsindən tutmuş, Xanoğlan ona “sən kimsən? səni tanımıram” demiş, o, yenə də Xanoğlanın biləyini buraxmamışdır. Həmin vaxt Xanoğlanın uşaqlarından biri də orda olmuş, Xanoğlan uşaqlarının da üstünə qışqıraraq çıxıb getmələrini istəmiş, bundan sonra uşaqlar oradan uzaqlaşmışlar. Bu zaman o, nə qədər etsə də Xanoğlanın əlindən bıçağı ala bilməmiş, artıq haldan düşdüyü üçün o, qonşusu Fikrəti köməyə çağırmış, Fikrət də Xanoğlanın digər qolunu tutmuş, ancaq yenə sonuncunun əlindən bıçağı ala bilməmişdir. Daha sonra hadisə yerinə təcili tibbi yardım avtomobili və post-patrul xidməti əməkdaşları gəlmişlər. Həmin vaxt Günel darvazanın arxasından çıxaraq qaçmışdır. Əllərindən çıxan Xanoğlan da Günelin arxasınca qaçmışdır. Polis əməkdaşları da Xanoğlanın arxasınca getmişlər. O, Xanoğlanı tutub saxlayarkən sonuncu “məni burax, onu öldürəcəm” demişdir. Həmin vaxt Xanoğlan qəribə vəziyyətdə olmuş, hətta onu da tanımamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 21 iyul 2022-ci il tarixdə sürücü kimi işə çıxan zaman Təqsirləndirilən şəxs evinin qarşısında camaatın toplaşdığını görmüş, o, da həmin yerə getmiş, bu zaman polis əməkdaşları ona yaxınlaşıb iş üzrə hal şahidi olmağı xahiş etmişlər. O, razılaşmış, polis əməkdaşları ona hüquq və vəzifələrini başa salmışlar. Onun iştirakı ilə baxış aparılarkən polis əməkdaşları Təqsirləndirilən şəxs evinin arxa hissəsində çətənə kolları aşkar etmiş, daha sonra oradan həmçinin sintetik materialdan olan torbanın içərisindən qurudulmuş marixuana aşkar edilmişdir. Sonra aqronom tərəfindən bitkilərə baxış keçirilmiş, daha sonra isə sintetik torbanın içərisindəki qurudulmuş marixuana və kökündən çıxarılmış 45 ədəd bitki qablaşdırılıb götürülmüşdür. Bundan sonra polislər ona Təqsirləndirilən şəxs avtomobilinə də baxış keçirilməsində iştirak etməsini xahiş etmiş və polislərlə birlikdə Mədəniyyət sarayının yanında “Medisan” Klinikasının qarşısında olan Təqsirləndirilən şəxs məxsus “Wolkswagen Jetta” markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobilə onun iştirakı ilə baxış keçirilmiş, hər hansı qanunsuz əşya aşkar edilməmişdir. Azərbaycan Respublikası CPM-in 329.1 və 330.1-ci maddələrinə əsasən məhkəmə istintaqı zamanı Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş və müəyyən edilmişdir ki, o, Şahid6 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxs, zərəçəkmiş şəxslər və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; - xx.xx.2022-ci il tarixli raportlardan görünür ki, həmin gün saat 06:13-də Şahid1 DİNin 102 xidməti zəng mərkəzinə müraciət edərək ailə münaqişəsinin olduğunu bildirmiş, digər zənglə isə Günel adlı şəxsin əri Təqsirləndirilən şəxs tərəfindən bıçaqlaması barədə məlumat verilmişdir. (İ cild, i.v. 4-6) - “baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs yaşadığı evin yataq otağında olan yataq dəstinin üzərində olan örtükdə qanabənzər ləkələr, həmçinin həmin evin arxa hissəsindəki evin eyvanında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarətlər yetirdiyi bir ədəd qara rəngli bıçaq, o cümlədən qapı tutacağı aşkar edilmiş və qablaşdırılaraq götürülmüşdür. (İ cild, i.v. 7-17) - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 11:30-da şübhəli şəxs qismində tutulmuşdur. ( İ cild, i.v. 48-49) - “ifadənin yerində yoxlanılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həyətindəki əncir ağacının altında gizlənib arvadı Güneli güddüyü yeri daha sonra Zərərçəkmiş şəxs ilə mübahisə edib ona bıçaqla xəsarət yetirdiyi yerləri əyani olaraq göstərmiş, həmçinin istintaq hərəkətləri zamanı Təqsirləndirilən şəxs yaşadığı evin arxasında yerləşən yarımtikilinin yanında kolluqların içində 1 ədəd ağ rəngli kisədə yaşılımtıl ot və çətənə kolları aşkar edilmişdir. ( İ cild, i.v. 54-63) - “baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, İmişli şəhəri, S.Fətəliyev küçəsi, ev 22 ünvanında yerləşən evin həyətyanı sahəsinə baxış keçirilərkən həmin evin arxasındakı yarımtikilinin yanında olan kolluq ərazidən sintetik torbanın içərisində qurudulmuş marixuanaya bənzər kütlə və 45 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür. ( İ cild, i.v. 64-75) -İmişli rayon Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin rəisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilərkən aşkar edilmiş narkotik tərkibli bitki olan 45 ədəd çətənə koluna aqrotexniki qaydada qulluq edilmiş, dibi boşaldılmış, suvarılmış və becərilməsi üçün xüsusi qaydada qulluq edilmişdir. ( İ cild, i.v. 76) - xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 126.1-ci maddəsi ilə istintaq edilən cinayət işi həmin Məcəllənin 29,120.1-ci maddəsinə tövsif edilmiş və istintaq aidiyyatı üzrə İmişli rayon prokurorluğuna göndərilmişdir. ( İ cild, i.v. 91-92) - xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. ( İ cild, i.v. 97-98) - xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 29,120.1-ci maddəsi ilə istintaq edilən cinayət işi həmin Məcəllənin 29,120.2.4-cü maddəsinə tövsif edilmişdir. ( İ cild, i.v. 118-119) -“ Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 29,120.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. ( İ cild, i.v. 130-131) - İmişli Rayon Məhkəməsinin 23 iyul 2022-ci il tarixli, 4(036)-97/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 21 iyul 2022-ci il tarixdən hesablanmışdır. (İ cild, i.v. 159- 160) - Məhkəmə-bioloji ekspertizasının 22 iyul 2022-ci il tarixli, 18/778 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş sintetik torbada ümumi sayı 45 (qırx beş) ədəd, yaş vəziyyətdə, ümumi çəkisi - 1370 qram olan bitki nümunələri əkib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Çətənə bitkiləri hər hansı bir üsulla hazırlanmır, təbii yolla yetişir. Həmçinin tədqiqata təqdim olunmuş sintetik torbada təmiz çəkisi - 3615 qram olan kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. (İİ cild, i.v. 07-11) - Kompleks məhkəmə-trasoloji və məhkəmə-ballistik ekspertizasının 26 sentyabr 2022-ci il tarixli, 3/1059; 3/1071 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən 1 (bir) ədəd bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir. Tədqiqata təqdim edilmiş bir ədəd köynəyin, başlıqlı idman gödəkcəsinin üzərində rəyin tədqiqi hissəsində yerləşmə yeri və sayı göstərilməklə bir tərəfi kəsici, deşici xassəyə malik predmetin, o cümlədən təqdim edilmiş bıçaq və ya ona bənzər xassəli hər hansı bir alətin təsiri yaranmağa xarakterik deşilmə-kəsilmə zədələri vardır. (İİ cild, i.v. 13-16) - ambulator məcburi-narkoloji tibbi yoxlamanın 06 oktyabr 2022-ci il tarixli, 5815 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs eyni zamanda bir neçə narkotik vasitələrin və digər psixoaktiv maddələr qəbulu nəticəsində yaranan asılılıq sindromu aşkar olunur. Ağciyəri vərəmi xəstəliyinin somatik yaxşılaşmasından sonra narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İİ cild, i.v. 17-18) - Məhkəmə-bioloji ekspertizasının 4 avqust 2022-ci il tarixli, 474/2022-MTBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan göstəricisi Oalfa, beta (İ)-dir. Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan göstəricisi Abeta/H(İİ)-dir. Ekspertizaya təqdim edilmiş bir ədəd tutacağın, bıçağın, Zərərçəkmiş şəxs məxsus idman gödəkcəsi, qadın köynəyi, bir ədəd dəsmal və bir ədəd mələfə üzərində insan qanı ləkələri aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə yalnız H antigeni alınır. Belə olan halda bu qan ləkələri alfa, beta (İ) qruplu şəxsə (şəxslərə), o cümlədən də Zərərçəkmiş şəxs məxsus ola bilər. Ekspertizaya təqdim edilmiş bir ədəd bıçaq, Zərərçəkmiş şəxs məxsus idman gödəkcəsi, qadın köynəyi, bir ədəd dəsmal və bir ədəd mələfə üzərində insan qanı ləkələri qadın genetik cinsinə məxsus ola bilər və periferik qanaxma nəticəsində yaranmasını güman etmək olar. (İİ cild, i.v. 20-26) - Məhkəmə-tibb ekspertizasının 5 oktyabr 2022-ci il tarixli, 721 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində sağ çiyin qurşağı nahiyəsində döş boşluğuna keçən və sol ağciyəri zədələyən bir ədəd yara, qarnın sol yan divarında qarın boşluğuna keçən və enən çənbər bağırsağı zədələyən bir ədəd yara, sol bazunun yuxarı 1/3-nin bayır səthində bir ədəd yara və sol əlin ikinci barmağının 3-cü falanqası proyeksiyasında bir ədəd yara - cəmi 4 ədəd yara kəsici-deşici alətin (alətlərin) təsirindən törənmişdir, müxtəlif şəraitlərdə, o cümlədən 21 iyul 2022-ci il tarixdə bıçaqla vurulma nəticəsində əmələ gələ bilər. Sağ çiyin qurşağı nahiyəsində döş boşluğuna keçən və sol ağciyəri zədələyən bir ədəd yara, qarnın sol yan divarında qarın boşluğuna keçən və enən çənbər bağırsağı zədələyən bir ədəd yara, cəmi 2 ədəd yara dərəcəsinə görə yetirildiyi anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilir, sol bazunun yuxarı 1/3-nin bayır səthində bir ədəd yara və sol əlin ikinci barmağının 3-cü falanqası proyeksiyasında bir ədəd yara, cəmi 2 ədəd yara dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. (İİ cild, i.v. 27-29) - Kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 8 oktyabr 2022-ci il tarixli, 2674 nömrəli rəyinin məhkəmə-psixiatrik ekspertizası üzrə yekun hissəsində göstərilir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri, anamnezində kannabiodlərdən (anaşa) sui-istifadə etməsi mümkündür. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarına malik olmuş, buna görə də o, törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs cinayət əməlini törətdikdən sonra onda hər hansı psixi pozuntu qeyd olunmamış, o, öz hərəkətlərinin xarakterini dərk etmək və onları idarə etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və ya 22-ci maddəsinin təsiri altına düşmür. Onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur, məhkəmə-istintaq hərəkətlərinin aparılmasında iştirak edə, öz hüquq və vəzifələrini yerinə yetirə bilər. (İİ cild, i.v. 38-42). Həmin rəyin məhkəmə-psixoloji ekspertizası üzrə yekun hissəsində göstərilir ki, Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. Emosional-iradi sferasında hövsələsizlik, qıcığa qarşı həssaslıq, emosional qeyri-sabitlik aşkar olunmaqla xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Şübhəlilik, inamsızlıq, qısqanclıq, kobudluq, impulsivlik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Malik olduğu fərdi-psixi xüsusiyyətləri qeyd edilən cinayət əməlini törətməsinə səbəb ola bilər. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən psixi-emosional vəziyyətində hirslilik yaranmış, həmin zaman affekt vəziyyətində (fizioloji, kumulyativ) olmamışdır. Hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. (İİ cild, i.v. 39-42) - xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 29,120.2.4-cü maddəsi ilə istintaq edilən cinayət işi həmin Məcəllənin 29,120.2.4, 228.4, 234.1-1 və 237.2.3-cü maddələrinə tövsif edilmişdir. ( İ cild, i.v. 50-72) - “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 28 oktyabr 2022-ci il tarixli qərardan görünur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 29,120.2.4, 228.4, 234.1-1 və 237.2.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. ( İİ cild, i.v. 76-78) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onun müdafiəsi üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: -məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs öldürmək məqsədinin olmadığını, cəzalandırmaq məqsədi ilə ona ağır xəsarət yetirdiyini, eləcə də Zərərçəkmiş şəxs uşaqlarının gözü qarşısında xüsusi amansızlıq niyyəti ilə xəsarət yetirmədiyini, üzərində olan bıçağın soyuq silah olmaması, narkotik tərkibli bitkiləri əkmədiyini, həmin bitkilərin yabanı halda bitdiyini, həyətində aşkar olunmuş qurudulmuş marixuananın ona məxsus olmaması barədə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi həqiqətə uyğun deyil, onun müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq törətdiyi əməllərə görə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Təqsirləndirilən şəxs tərəfindən qeyd edilən ifadə özünü müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, zərərçəkmiş və şahid ifadələrinə, eləcə də işin faktiki hallarına uyğun gəlmədiyindən, habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspertiza rəyləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadəni inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməllərin hüquqi tövsifi və özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillərə ayrı-ayrılıqda da hüquqi qiymət verilməli olduğunu zəruri hesab edir və Təqsirləndirilən şəxs özünü müdafiə etmək məqsədi ilə irəli sürdüyü ilkin dəlili, yəni Zərərçəkmiş şəxs öldürmək niyyətinin olmadığını, onu qorxutmaq məqsədi ilə ona xəsarət yetridyini, Zərərçəkmiş şəxs xəsarət yetirərkən uşaqlarının bunu görmədiyini bildirməsi ilə bağlı aşağıdakıları qeyd edir: İbtidai istintaq materialları ilə, yəni zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs hadisədən əvvəl arvadı ilə mübahisəsi yarandığından əşyalarını avtomobilinə yığaraq evdən getmək görüntüsü yaratmış, lakin evdən getməyərək həyətindəki əncir ağacının altında gizlənərək arvadı Zərərçəkmiş şəxs izləmiş, sonuncunu qısqandığı üçün 21 iyul 2022-ci il tarixdə səhər saat 06 radələrində Zərərçəkmiş şəxs iki uşağı ilə yatdığı evə girərək ona bıçaqla xəsarətlər yetirmiş, səs-küyə uşaqlarının oyanmasına və ondan analarına xəsarət yetirməməyi xahiş etmələrinə baxmayaraq öz hərəkətlərini davam etdirmiş, həmin yerə atası Şahid1 gəlməsinə və ondan hərəkətlərini dayandırmasını tələb etməsinə baxmayaraq atasını da hədələyib Zərərçəkmiş şəxs arxasınca getmiş, yolda qonşuları Firudin və Fikrət adlı şəxslərin onu saxlamasına baxmayaraq da Zərərçəkmiş şəxs “öldürəcəm” deyərək təqib etmiş və sonuncunun qonşusu Nizami və Tənzilə adlı şəxslərin evində gizlənmək üçün getməsinə və ona çataraq uşaqlarının mane olmasına baxmayaraq yenə də öz cinayətkar əməllərini davam etdirərək uşaqlarının gözləri qarşısında Zərərçəkmiş şəxs xəsarət yetirməyə davam etmiş və sonuncunun müqavimətinə, yəni əlləri ilə bıçaq zərbələrinin qarşını almasına görə onu öldürməklə bağlı niyyətini öz iradəsindən aslı olmayaraq sona çatdıra bilməmişdir. Qeyd edilən bu hallar həm Zərərçəkmiş şəxs ifadəsi, həm də şahid qismində dindirilmiş Şahid1, Şahid2, Şahid3, Şahid4, X4 məhkəmə istintaqı zamanı verdiyi ifadələri ilə, məhkəmə tibbi və məhkəmə trasoloji ekspertizasının rəyləri və işin faktiki halları ilə tam təsdiq edilmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs iki ağır olmaqla bir neçə bıçaq xəsarəti yetirməsi, həmin xəsarəti sonuncunun həyat üçün əhəmiyyətli orqanlarının yerləşdiyi nahiyyələrə yetirməsi də Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi öldürməyə yönələn niyyətini tam təsdiq edir və məhkəmə istintaqında dediklərini tam təkzib edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli Qərarında göstərilmişdir ki, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Qeyd edilən Qərarda həmçinin göstərilmişdir ki, təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən, həmçinin cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin xarakteri və lokalizasiyası (məsələn, həyat üçün mühüm orqana xəsarət yetirilməsi) nəzərə alınmalıdır. Xüsusi amansızlıq, həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Azərbaycan Respublikası CM-in 120.2.4-cü maddəsi ilə cinayət məsuliyyətinin yaranması üçün bütün hallarda cinayəti törətmiş şəxsin birbaşa qəsdlə hərəkət edib zərərçəkmiş şəxsə və ya onun yaxın adamlarına xüsusi əzab, iztirab verməyi arzu etməsi tələb olunmur. Çünki, həmin maddənin dispozisiyasında zərərçəkmiş şəxsə və ya yaxın adamına xüsusi əzab, iztirab vermək kimi xüsusi amansızlığa dəlalət edən hallar təqsirkarın kriminal hərəkətlərinin məqsədi kimi deyil, onları müşayiət edən əlamətlər kimi ehtiva edilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-in 120.2.4-cü maddəsi ilə cinayət məsuliyyətinin yaranması üçün bütün hallarda cinayəti törətmiş şəxsin birbaşa qəsdlə hərəkət edib zərərçəkmiş şəxsə və ya onun yaxın adamlarına xüsusi əzab, iztirab verməyi arzu etməsi tələb olunmur. Çünki, həmin maddənin dispozisiyasında zərərçəkmiş şəxsə və ya yaxın adamına xüsusi əzab, iztirab vermək kimi xüsusi amansızlığa dəlalət edən hallar təqsirkarın kriminal hərəkətlərinin məqsədi kimi deyil, onları müşayiət edən əlamətlər kimi ehtiva edilmişdir. Bu səbəbdən təqsirkarın öz hərəkətlərinin zərərçəkmiş şəxsə və ya yaxın adamına xüsusi əzab, iztirab verməsini dərk edib buna şüurlu surətdə yol verməsi, yəni həmin əlamətlərə münasibətdə dolayı qəsdin mövcud olması əməlin xüsusi amansızlıqla törədilən qəsdən adam öldürmə kimi tövsif edilməsinə kifayətdir. Məhkəmə göstərilən hüquqi mövqelərə əsasən belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ona xəyanət etdiyini hesab etməsi səbəbindən ona xəsarət yetirməsi, Zərərçəkmiş şəxs ibtidai və məhkəmə istintaqı zamanı verdiyi ifadəsində hadisə zamanı Təqsirləndirilən şəxs ona qısqanclıq zəminində xəsarətlər yetirməsini göstərməsi, xəsarətləri həyat üçün əhəmiyyətli orqanların yerləşdiyi qarın nahiyyəsinə yetirməsi, məhkəmə-tibbi ekspertizasının 5 oktyabr 2022-ci il tarixli, 721 nömrəli rəyi və məhkəmə tibbi-kriminalistik ekspertizasının 26 sentyabr 2022-ci il tarixli rəyinə əsasən Təqsirləndirilən şəxs həyat və sağlamlıq üçün təhlükə törədən alət olan bıçaqla Zərərçəkmiş şəxs çoxsaylı zərbələr vurması faktının özü-özlüyündə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla vurub öldürmək istədiyinə, lakin zərbələrin müəyyən hissəsinin qarşısını Zərərçəkmiş şəxs qollarını irəli verib fəal müqavimət göstərməklə aldığını obyektiv şəkildə əks etdirməsi, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla zərbələri vurmasını öz iradəsi ilə deyil, onun zərbələrinin qarşısını alan zərərçəkmiş şəxsin fəal müqaviməti, həmçinin atasının, yuxarıda adları çəkilmiş qonşularının və öz uşaqlarının ona mane olması, eləcə də polis əməkdaşları tərəfindən saxlanılması səbəbindən dayandırması, sonuncunun ailə üzvlərinin köməyi ilə İmişli rayon Mərkəzi Xəstəxanası, daha sonra isə Şirvan şəhər X6 Hüquqi şəxsinə aparılması, orada dərhal cərrahi əməliyyat edilməsi və digər tibbi yardım göstərilməsi nəticəsində həyatının xilas edilməsi səbəbindən Təqsirləndirilən şəxs cinayətkar niyyətini öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməməsi, sonuncunun Zərərçəkmiş şəxs bıçaqla zərbələri məhz qəsdən öldürmək məqsədilə vurduğunu, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla çoxsaylı xəsarətlər yetirməsinin xüsusi ağrı və iztirab verdiyini dərk etməsi, eləcə də Təqsirləndirilən şəxs həmin zərbələri uşaqlarının aşkar gördüyü şəraitdə, beləliklə də həmin şəxslərə xüsusi əzab və iztirab verəcəyini dərk edib buna şüurlu surətdə yol verməklə vurması isə sonuncunun göstərilən əməli xüsusi amansızlıqla törətdiyini sübut edir və nəticədə özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilləri təkzib edir. - bundan əlavə Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü digər dəlili – hadisə zamanı istifadə etdiyi bıçağı bir neçə il əvvəl alması, avtomobilində gəzdirməsi, Azərbaycan Respublikası sərhədini müxtəlif vaxtlarda keçərkən həmin bıçağın soyuq silah hesab edilməsi barədə ona heç bir məlumat verilməməsi ilə bağlı göstərdikləri ilə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş kompleks məhkəmə-trasoloji və məhkəməballistik ekspertizasının 26 sentyabr 2022-ci il tarixli, 3/1059; 3/1071 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən 1 (bir) ədəd bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir. Həmçinin Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi bıçaq sonuncu tərəfindən qanunsuz əldə edildiyindən, həmin bıçağın qanuni olaraq əldə edilməsi barədə hər hansı sübut olmadığından və həmin predmet yuxarıda qeyd edilən ekspertiza rəyinə əsasən soyuq silah hesab edildiyindən Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsi ilə məsuliyyətə cəlb olunmuşdur. - bundan əlavə Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü digər dəlili – həyətində aşkar edilmiş narkotik tərkibli bitkiləri əkməməsi, həmin bitkilərin yabanı şəkildə həyətdə bitməsi, onlara hər hansı qulluq etməməsi, həmçinin sintetik torbada aşkar edilmiş qurudulmuş marixuananın ona aid olmamasına dair göstərdikləri ilə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş üzrə Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə etmə və ya saxlama, həmin Məcəllənin 237.2.3-cü maddəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) cinayət əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən çətənə növlü bitkilər tərkibində narkotik maddələr olan bitki, qurudulmuş marixuana isə narkotik vasitə hesab edilir. Qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan çətənə növlü bitkilərin külli miqdarının aşağı həddi 16 ədəddən (31 hissə) başlayır. Qurudulmuş marixuananın külli miqdarının (qramla) isə aşağı həddi 500,0 qramdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 3615 qram olmaqla külli miqdar təşkil edən qurudulmuş marixuananı əldə etməsi və yaşadığı evdə saxlaması Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində, 45 ədəd olmaqla külli miqdar təşkil edən çətənə (kannabis) bitkilərini qanunsuz olaraq əkmə və yetişdirməklə kultivasiya etməsi əməlində isə Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin tərkib əlamətlərini yaratmışdır. Təqsirləndirilən şəxs aşkar olunmuş çətənə bitkilərini əkmədiyini, onlara qulluq etmədiyini, həmin bitkilərin yabanı şəkildə bitdiyini bildirsə də cinayət işinə əlavə edilmiş İmişli rayon Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin rəisi tərəfindən verilmiş xx.xx.2022ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilərkən aşkar edilmiş narkotik tərkibli bitki olan 45 ədəd çətənə koluna aqrotexniki qaydada qulluq edilmiş, dibi boşaldılmış, suvarılmış və becərilməsi üçün xüsusi qaydada qulluq edilmişdir. Azərbaycan Respublikası Konstiyusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin həmin Məcəllənin 237-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə şəxs tərkibində narkotik maddələr olan bitkilərin kultivasiya edilməsi prosesi çərçivəsində onları (onların hissələrini) toplamaqla yanaşı Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin dispozisiyasından kənara çıxan cinayət xarakterli hərəkətlərə yol verərsə, yəni həmin Məcəllənin 237-ci maddəsi ilə onun əməllərini tamamilə əhatə etmək mümkün olmadıqda, həmin hərəkətləri cinayətlərin məcmusu qaydasında Cinayət Məcəlləsinin 237-ci maddəsi ilə yanaşı həm də Məcəllənin digər müvafiq maddələri ilə tövsif edilməlidir. Başqa sözlə, toplanılan narkotik tərkibli bitkilərdən (onların hissələrindən) satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda və yaxud satış məqsədi ilə istənilən miqdarda narkotik vasitənin hazırlanması və bundan sonra onun saxlanılması, daşınması, göndərilməsi, emal edilməsi, satılması üzrə hərəkətlər təqsirkarın əməllərinin Cinayət Məcəlləsinin 237-ci maddəsi ilə yanaşı, həmin Məcəllənin 234-cü maddəsi ilə tövsif edilməsini tələb edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun (bundan sonra – Ali Məhkəmənin Plenumu) “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli Qərarında izah olunmuşdur ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması dedikdə – həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik tərkibli bitkilərdən, dərmanlardan, kimyəvi və digər maddələrdən istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin və psixotrop maddələrin alınmasına (bilavasitə hazırlanmasına) qəsdən yönəlmiş hərəkətlər başa düşülür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 3615 qram olmaqla külli miqdarda qurudulmuş marixuananı əkdiyi narkotik tərkibli çətənə bitkilərindən toplaması, bundan sonra həmin bitkiləri qanunsuz olaraq istifadə etmək üçün hazırlaması, istifadə etmək üçün yararlı hala gətirməsi və yaşadığı evin həyətində sintetik torbada saxlaması, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin dispozisiyasından kənara çıxan cinayət xarakterli hərəkətlərə yol verməsi əməli Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində, 45 ədəd olmaqla külli miqdar təşkil edən çətənə (kannabis) bitkilərini qanunsuz olaraq əkmə və yetişdirməklə kultivasiya etməsi əməlində isə Azərbaycan Respublikası CM-in 237.2.3cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin tərkib əlamətlərini yaratmışdır. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.4, 228.4, 234.1-1 və 237.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini qəsdən törətmişdir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normaları, hüquqi mövqeləri və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 29, 120.2.4, 228.4, 234.1-1 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini anlaqlı vəziyyətdə törətməsi məhkəmə istintaqı zamanı özünün verdiyi qismən etirafedici ifadələrinin sübut kimi qiymətləndirilən hissələri ilə yanaşı, zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs, məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1, Quliyev X2 Tənzilə Heydər qızı, Şahid4, Şahid5, Şahid6 və Şahid7 oğlunun verdikləri ifadələr, “Hadisə yerinə baxış keçirilməsi haqqında” 21 iyul 2022-ci il tarixli, “Baxış və götürmə aparılması haqqında” 21 iyul 2022-ci il tarixli protokol, məhkəmə-tibbi ekspertizasının 5 oktyabr 2022ci il tarixli, 721 nömrəli rəyi, kompleks məhkəmə-trasoloji və məhkəmə-ballistik ekspertizasının 26 sentyabr 2022-ci il tarixli, 3/1059; 3/1071 saylı rəyi, məhkəmə tibbibioloji ekspertizasının 4 avqust 2022-ci il tarixli, 474/2022-MTBŞ nömrəli rəyi, məhkəmə bioloji ekspertizasının 22 iyul 2022-ci il tarixli, 18/778 saylı rəyi, kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 8 oktyabr 2022-ci il tarixli, 2674 saylı rəyi, digər istintaq hərəkəti protokolları və sənədlər, iş üzrə maddi sübut qismində tanınmış əşyalar, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 29, 120.2.4, 228.4, 234.1-1 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirini tam sübuta yetirmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 29, 120.2.4, 228.4, 234.1-1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinməlidir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (İ cild, i.v 221-223) - İmişli RİHB-nın İmişli şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 18 avqust 2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi həyat yoldaşı və 5 uşağından ibarətdir. Himayəsində 5 (beş) nəfər azyaşlı uşaqları vardır. O, yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir (İ cild, i.v 211-212). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 5 nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, törətdiyi cinayət əməlinə görə peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in: - 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. - 63.4-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza təyin edilmir. Bundan əlavə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən (təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdıqda - Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsi) təqsirləndirilən şəxsə təyin ediləcək cəza Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsində nəzərdə tutulmuş cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Belə olan halda Təqsirləndirilən şəxs CM-in 120.2.4-cü maddəsi ilə 14 ildən 15 ilədək olan müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilə bilər. Lakin Təqsirləndirilən şəxs CM-in 120.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməyə cəhd etdiyindən ona başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox cəza təyin edilə bilməz. Yəni Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-in 29,120.2.4-cü maddəsinə əsasən 11 il 03 ay müddətinə azadlıqdan məhrumetmədən artıq cəza təyin edilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Qeyd edilənləri və törədilmiş cinayətin zorakı və ictimai təhlükəliliyi daha ağır olan cinayət növlərinə aid olmasını, təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsinin zərərçəkmiş şəxsin həyatı və sağlamlığı üçün yenidən təhlükə yaradacağı ehtimalını nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə, o cümlədən pozulmuş sosial ədalətin bərpasına nail olmaq olar. Cinayət qanunvericiliyinin tələblərinə və cəza təyin edilərkən nəzərə alınan hallara görə Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-in müvafiq maddələrinin sanksiyasında nəzərdə tutulmuş cəzaların təyin edilməsi həmin Məcəllənin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsinə kifayət edir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə, Azərbaycan Respublikası CPMin 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 21 iyul 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə-narkoloji ekspertizasının 06 oktyabr 2022-ci il tarixli, 5815 nömrəli rəyi nəzərə alınaraq, Təqsirləndirilən şəxs ağciyəri vərəmi xəstəliyinin somatik yaxşılaşmasından sonra narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 95 (doxsan beş) manat, 95 (doxsan beş) qəpik məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 95 (doxsan beş) manat, 95 (doxsan beş) qəpik məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq İmişli RPŞ-də saxlanılan zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus qara rəngli papaqlı idman geyimi, çəhrayı rəngli köynək, gül naxışlarla bəzənilmiş ağ-bənövşəyi rəngli yataq örtüyü, mavi rəngli dəsmal, dəstəyi qara rəngli bıçaq, qapı tutacağı, bir ədəd sintetik torbada 3614,9 (tədqiqatda sərf edildikdən sonra) qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana və 45 ədəd çətənə bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy A11” markalı mobil telefon yaxın qohumlarına qaytarılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə təyin edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, həmçinin Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 51-2, 344-349, 351-354, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 29,120.2.4, 228.4, 234.1-1 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası CM-in 29,120.2.4-cü maddəsi ilə 11 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsi ilə 09 ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəs ilə 04 il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CMin 237.2.3-cü maddəsi ilə 04 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 21 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs ağciyəri vərəmi xəstəliyinin somatik yaxşılaşmasından sonra narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 95,95 (doxsan beş manat, doxsan beş qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq İmişli RPŞ-də saxlanılan zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus qara rəngli papaqlı idman geyimi, çəhrayı rəngli köynək, gül naxışlarla bəzənilmiş ağ-bənövşəyi rəngli yataq örtüyü, mavi rəngli dəsmal, dəstəyi qara rəngli bıçaq, qapı tutacağı, bir ədəd sintetik torbada 3614,9 (tədqiqatda sərf edildikdən sonra) qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana və 45 ədəd çətənə bikiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq İmişli RPŞ-də saxlanılan Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy A11” markalı mobil telefon yaxın qohumlarına qaytarılsın. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar