Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-93/2022 29.12.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Nizami Fərzi oğlu (sədrlik edən), Musayev Aqil Əlisa oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərəmov Emin Canəli oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı1, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin nümayəndəsi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Nümayəndə, təqsirləndirilən şəxsin müdafiəçiləri Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhərində fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə xx xxxxxx 1986-cı ildə Masallı rayonu Ərkivan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, “Topaz Marine” gəmiçilik şirkətində elektrik mexanik vəzifəsində işləmiş, məhkum olunmamış, Masallı rayonu Ərkivan qəsəbəsində qeydiyyatda olmaqla oradan yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 29,120.2.4-cü maddəsi ilə təqsirləndilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 30 aprel 2021-ci il tarixdə saat 17 radələrində Masallı rayonu Ərkivan qəsəbəsində birgə yaşadıqları fərdi yaşayış evində aralarında ailə-məişət münaqişəsi zəminində yaranmış mübahisə zamanı arvadı Zərərçəkmiş şəxs öldürmək qərarına gələrək soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə onun döş qəfəsindən qəsdən bir zərbə vurmuş, sonra bədəninin müxtəlif nahiyələrinə əlindəki bıçaqla qəsdən çoxsaylı zərbələr vuraraq yetirildiyi anda həyat üçün təhlükəli olmaqla sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa ağır zərər vurmaya aid döş qəfəsinə nüfuz edən, sol plevranın zədələnməsi, sol tərəfli hemotoraks, xarici və daxili qanaxma ilə müşayiət olunan 3 ədəd kəsilmiş-deşilmiş yaralar, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid olan sol bazu, boyun, sağ əlin İV barmağı, hər iki əlin ovuc səthləri, sol əlin İ barmağı nahiyələrində 9 ədəd kəsilmiş yaralar, sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən sol gicgah nahiyəsində qançır, sağ əlin İİ barmağı nahiyəsində sıyrıqla müşayiət olunan bədən xəsarətləri yetirmiş, Zərərçəkmiş şəxs köməyinə gəlmiş şəxslər tərəfindən xəstəxanaya çatdırılmaqla göstərilən ixtisaslı tibbi yardım nəticəsində həyatı xilas edildiyindən, o, öz iradəsindən asılı olmayan səbəblərdən niyyətini başa çatdıra bilməyərək, Zərərçəkmiş şəxs qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, onun 3 nəfər uşaqları var, onlardan ikisi xəstədir. Hadisə baş verən gün nahar vaxtı qızı sudurğa tutduğundan o özündən getmişdir. Onu özünə gətirəndən sonra, oğlunu sudurğa tutmuş, o da özündən getmişdir. Həmin vaxt onu çağırmışlar. O uşağa kömək etsə də onu ayılda bilməmiş və elə bilmişdir ki, uşaq ölmüşdür. Həftədə iki-üç dəfə uşaqlar sudurğa tuturlar. Onun özündə psixoloji problemi var. Xəstəliyi ilə bağlı evdə müalicə almışdır. Uşaqların xəstələnməsi ona çox pis təsir etmiş və meyvə qabının üstündəki bıçağı götürüb çölə çıxmış və özündə olmamış, özünü vurmağa başlamış, yoldaşı gəlib onu tutub “mənə dəyir axı nə edirsən üzün yanmasın” demiş onda bir az ayılmış, görmüşdür ki, özünü vura bilmir, beş bıçaq zərbəsi də boğazına vurmuş, ondan sonrası isə yadında deyil. Yadında qalan odur ki, o yerə yıxılmış, sonra gözünü açarkən, darvazanın açıldığını, anasının yanında, atasının da həyətdə olduğunu görmüşdür. O ifadəsinə əlavə olaraq göstərmişdir ki, özünü vuranda özündə olmamış, çox şeyi xatırlamır, xəstəxanaya gedərkən yarı yolda maşında ayılmışdır. Hadisə gününə kimi Nərminə qarşı zor tətbiq etməmişdir. 2016-cı ildə Nərmin ondan küsüb valdeynlərinin evinə getməmişdir. O psixoloji xəstəliklə bağlı müalicə almışdır. Hadisədən sonra 21 gün X2 yatmışdır. Xəstəliyinin adını dəqiq bilmir. Məhkəmədə CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və hazırki məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs vəkilinin iştirakı ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, 2003-2007-ci illərdə Azərbaycan Dənizçilik Akademiyasında oxumuş, 2007-2009-cu illərdə hərbi xidmətini Daxili Qoşunlarda keçirmiş, hərbi xidmətini başa vurduqdan sonra Türkiyədə işləmiş, 2012-ci ildən Azərbaycan Respublikasında fəaliyyət göstərən «Topaz Marine» gəmiçilik şirkətinə işə düzəlmiş və gəmidə elektrik mexanik vəzifəsində işləmiş, həmin şirkətdə işlədiyi müddətdə 42 gün işdə, 42 gün evdə olmuşdur. Zərərçəkmiş şəxs ilə 2015-ci ildə evlənmiş, həmin evlilikdən üç azyaşlı övladı vardır. Həyat yoldaşı Zərərçəkmiş şəxs ilə onun arasında əvvəllər heç bir mübahisə baş verməmişdir. Lakin buna baxmayaraq Nərminlə onun arasında xırda söz-söhbət olmuşdur. 30 aprel 2021-ci il tarixdə saat 17 radələrində Masallı rayonu Ərkivan qəsəbəsində yaşadığı evin girişində olan ümumi otaqda oturmuş, qonşu otaqda isə Nərmin və uşaqları olmuşdur. Bundan başqa onlarla birlikdə yaşayan əmisi Şahid1 da evdə olmuş və onun uşaqlarını oynatmışdır. Həmin vaxt o, özünə aid olan bir sıra şəxsi problemlərini düşünməyə başlamış, bundan əsəbləşərək stolun üzərində olan meyvə bıçağını götürüb həyətə çıxmış, onda yaranmış əsəb gərginliyi ilə əlaqədar özünün qarın nahiyəsinə və boğazına bir neçə dəfə bıçaqla vurmuş, Nərmin evdən çıxıb ona tərəf gəlmiş, onu qucaqlayaraq özünə qəsd etməməyi, uşaqlarını fikirləşməyi deyərək bıçağı ondan almağa cəhd etmiş, o, Nərmini özündən kənarlaşdırmaq istəsə də, Nərmin ondan aralaşmamış, yenidən özünə bıçaqla xəsarət yetirmək istəyən zaman bıçaq zərbəsi Nərminin kürək nahiyəsindən dəymiş, həmin vaxt nə etdiyini bilməmiş və Nərminə bıçaqla xəsarət yetirmişdir. Onun Nərminə xəsarət yetirmək niyyəti olmamış, özü də bilmədən Nərminə bıçaqla zərbələr endirmişdir. Nərmini bıçaqla vurarkən həmin hadisəni heç kim görməmiş və həmin hadisə təxminən 2 dəqiqə davam etmişdir. Hadisə vaxtı Zərərçəkmiş şəxs ona heç bir xəsarət yetirməmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs yuxarıda təsvir edilən cinayət əməlini törətməsi məhkəmədə elan olunmaqla tədqiq edilmiş özünün ibtidai istintaq zamanı vəkilinin iştirakı ilə verdiyi qismən ifadəsi, məhkəmədə tədqiq edilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi, şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, məhkəmədə tədqiq edilmiş ekspertiza rəyləri, əldə olunmuş maddi sübutlar, sənədlər və işin faktiki halları ilə ona aşağıdakı qaydada sübut olunur. Məhkəmədə dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hadisə baş verən gün, yəni 30 aprel 2021-ci il tarixdə əri Eşqin uşaqların xəstəliyinə görə çox narahat idi. Həmin ərəfədə uşaqlarının xəstəliyi tez-tez tuturdu. Həmin gün Eşqin onları Baba bulağına gəzməyə aparmaq istəyirdi. Eşqin qaynatasına uşaqları aparım biraz dincəlsinlər bir iki günə işə çıxıram demiş, qaynatası isə Eşqinə ananla kənd həkim məntəqəsinə gedib gələk sonra siz gedərsiniz demişdir. Həkim üç aylıq oğlunun havada gəzdirməyin xeyirli olduğunu dediyi üçün o uşağı geyindirib, Eşqinin əmisi Sakitdən onu həyətdə gəzdirməsini xahiş etmişdir. Sakit uşağı həyətə aparmış, o Eşqin və iki uşaq evdə qalmışlar. Afaq onun yanında, oğlu Sərxan isə evdə velosiped sürmüş, Eşqin isə telefonla məşğul olmuşdur. Həmin vaxt qızı Afaq özündən getmiş, o qışqıraraq Eşqin gəl kömək elə uşaq özündən getdi demiş, onlar uşağı özünə gətirəndən sonra onu divana uzatmışlar. O uşağın vəziyətinə ağlamış, həmin anda Eşqin qışqıraraq Nərmin Sərxan yıxıldı tez özünü çatdır demiş, o da tez qaçaraq özünü uşağa çatdırmış, uşaq yıxılıb özündən getdiyini, rənginin qaraldığını görmüş, Eşqin Sərxan deyəsən öldü demişdir. Eşqin stolun üzərindən meyvə bıçaqını götürüb evdən çıxmış, o isə uşağın yanında qalmışdır. Sonra da oğlu dərindən nəfəs alaraq özünə gəlmişdir. O uşağı qoyub qaçaraq çölə çıxıb Sərxan özünə gəldiyini Eşqinə demək istəmiş və Eşqinin bıçaqla boyun hissəsinə ard-arda vurduğunu görmüş, ona nə edirsən, niyə özünü öldürürsən deyərək ona yalvarmış, onu qucaqlamış, Eşqini qucaqlayan zaman bıçaq zərbələri onun kürək nahiyəsindən dəymişdir. Eşqin elə bilmişdir ki, özünü vurur amma bıçaq ona dəymişdir. Onun əlindən bıçaqı tutan zaman bıçaq əlinə dəymiş və o xəsarət almışdır. Sonra Eşqin onu itələyən zaman döş qəfəsindən xəsarət almışdır. Həmin vaxt Eşqin boşalıb yerə yıxılmışdır. Sonra o da gedib həyətdə olan stulda oturmuş və kömək edin Eşqin özün öldürdü deyə qışqırmışdır. Bu vaxt qaynatası ilə qaynası evə gəlmişlər. Sonra da qonşuluqda olan Elvin oraya gələrək təcili tibbi yardıma zəng etmiş və təcili tibbi yardım onu aparmış, Eşqini isə qohumu Lənkəran Şəhər Xəstəxanasına aparmışlar. May ayının 03-də Elturan Eminbəyli xəstəxanaya gələrək ondan izahat almışdır. O izahatında Eşqinin onu qəsdən vurmadığını, hadisənin ehtiyyatsızlıqdan baş verdiyini bildirmişdir. May ayının 20-də əlində olan xəsarətə görə Sumqayıt şəhərində vətərdən əməliyyat olunmuşdur. O may ayının 24-də deyil, 16-da babasının 7-si günü izahat vermişdir. O ifadəsinə əlavə olaraq göstərmişdir ki, hadisədən iki-üç ay qabaq Eşqin ona əmək haqqı kartından kiminsə pul çəkdiyini bildirmiş, o da Eşqinə get yoxlatdır, gör nə məsələdir demişdir. Eşqinlə aralarında da mübahisə olmamışdır. O evdən küsüb getməmişdir. Ərinin razılığı ilə 42 gün atasıgildə qalmışdır. O özünün ehtiyatsızılığından xəsarət almışdır. X4 verdiyi 24 may 2021 tarixli ifadəsi düz deyil, təsdiq etmir. Babək ifadəni yazaraq ona imza at demiş, o da imzalamış və ifadəsini təsdiq edir sözünü yazmışdır. O ifadəsinə əlavə olaraq bildirmişdir ki, hadisədən dərhal sonra o Eşqinlə barışmışdır, hazırda uşaqları ilə birlikdə eşqinin valideyinlərinin yanında yaşayır. Xahiş edir ki, Eşqin də azadlığa buraxılsın, uşaqlarının yanına qayıtsın. Məhkəmədə CPM-nin 329.1-cü maddəsinə əsasən zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edilmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2015-ci ildə ailə qurmuş, birgə nikahdan üç uşağı vardır, uşaqlardan ikisi oğlan, biri qızdır. O, evdə qayınatası və qayınanası ilə birlikdə yaşamış, qayınatası pensiyaçı, qayınanası isə evdar qadındır. Böyük uşağı Afaq Əbilzadə xx.xx.2018-ci il təvəllüdlü, ortancıl uşağı Sərxan Əbilzadə xx.xx.2019-cu il təvəllüdlü, kiçik uşağı Mətin isə xx.xx.2021-ci il təvəllüdlüdür. Eşqinlə ər-arvad kimi münasibəti normal olmuş. üçüncü uşaq doğulduqdan sonra Eşqinin ona qarşı münasibəti pisləşmişdir. Eşqin çox qısqanc olduğundan onu çölə çıxmağa, işləməyə qoymamış, mobil telefon işlətməmişdir. Son vaxtlar Eşqin maaş kartından pulunun çəkildiyini, telefonunun dinlənildiyini bildirib evdə söz-söhbət salmışdır. Eşqin Bakı şəhərində gəmiçilik şirkətində işlədiyindən 42 gün işdə, 42 gün isə evdə olmuş, o, Eşqinin əsəbi olmasını işi ilə əlaqədar olduğunu düşünmüşdür. 2021-ci il mart ayının 22-də yaxud 23-də Eşqin işdən çıxıb evə gəlmiş və həmin vaxtdan Eşqin yenidən maaş kartından kiminsə pul çıxarması, onun telefonunun dinlənilməsi ilə bağlı evdə söz-söhbət salmışdır. Eşqinin maaş kartı anası Afaqda olmuş, onun maaşının köçürüldüyü kartın hansı banka məxsus olduğunu bilməmişdir. Hər ayın 1-də Eşqinin maaşı kartına köçürülmüş, Eşqin kartından pulu çıxardıqdan sonra özünə lazım olan pulu götürüb xərcləmiş, qalan pulu isə evdə anasına vermişdir. O, dəfələrlə Eşqinə onun kartından pulu çıxarmadığını, kartı görmədiyini, kartdan pul çıxarmasından kimdənsə şübhələnirsə polisə müraciət etməyi, buna görə evdə söz-söhbət salmamağı xahiş etmişdir. Onların birinci və ikinci uşaqları serebral iflic olduğundan Eşqinə uşaqların xatirinə evdə söz-söhbət salmamağı xahiş etmiş, lakin Eşqin onu dinləməyərək həyatından narazılıq etmiş, özünü öldürəcəyini demişdir. Hətta qayınatası Eşqini həkimə aparmaq istəmiş, lakin Eşqin həkimə getməmişdir. 30 aprel 2021-ci il tarixdə saat 17 radələrində qayınatası Qədir və qayınanası Afaq evdən çıxıb həkim arxasınca getmişlər. Onlar həkimi evə gətirib Eşqini həkimə göstərmək istəmişlər. Həmin vaxt o, körpə uşağı Mətini qucağında saxlamış, digər uşaqları Afaq və Sərxan isə birinci mərtəbədə başqa otaqda oyun oynamış, Eşqinin əmisi Şahid1 isə Afaqla Sərxanın yanında olmuşdur. Qayınatasıgil gedəndən 5 dəqiqə sonra Eşqin yenidən ona bank hesabından pul çıxarıldığını bildirib onunla mübahisə etməyə başlamış, o, Eşqinə bu hərəkətlərdən əl çəkməyi, onun bank hesabına heç kimin müdaxilə etmədiyini demiş, bu zaman Eşqin evdən həyətə çıxmış, o, körpə uşağını Şahid1 verib Eşqinin arxasınca həyətə çıxmış, Eşqinin mətbəxdən götürdüyü bıçaqla özünə, qarın nahiyəsinə zərbələr vurduğunu görmüş, dərhal Eşqinə yaxınlaşıb bıçağı Eşqinin əlindən almaq istəmiş, yalvararaq uşaqlarına yazığı gəlməsini demiş, Eşqin əsəbləşərək əvvəl onun kürək nahiyəsindən bıçaqla vurmuş, daha sonra bıçaqla onu dayanmadan vurmağa başlamış, bir neçə bıçaq zərbəsi ilə xəsarət aldıqdan sonra huşu gedərək yerə yıxılmış, həmin vaxt qayınanası və qayınatasının həyətə girdiyini görmüşdür. Hadisə vaxtı əynində qara rəngli idman şalvarı və idman köynəyi olmuş, hadisədən sonra qonşuları Simuzər və Fərqanə onun əynindəki idman köynəyini çıxarıb ona papaqlı xalat geyindirmiş və onların köynəyi haraya qoyduqlarını bilməmişdir. Eşqin onu bıçaqla vurduğu vaxt uşaqlar evin içərisində olmuş və həmin hadisəni görməmişlər. Onun huşu getdikdən sonra baş verənlərdən xəbəri olmamış, bir müddət sonra anasının səsini eşitmiş, anasından 5 dəqiqə sonra təcili yardım maşını onların evinə gəlib onu Lənkəran rayon xəstəxanasına aparmışdır. Ondan əvvəl Eşqini qonşu Ruhin maşına mindirib xəstəxanaya aparmışlar. Lənkəran rayon xəstəxanasında onun üzərində əməliyyat aparılmış və həkimlər onu həyata qaytarmışlar. Eşqinin onu və özünü bıçaqla vurmasının səbəbini bilmir. Lakin hadisədən əvvəlki günlərdə Eşqinin çox əsəbi olduğunu görmüşdür. Dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 30 aprel 2021-ci il tarixdə hadisə günü ailə üzvləri ilə birgə evdə olmuşlar. Nahar yeməyini də ailəvi yemişlər. O həyat yoldaşı ilə birlikdə vaksin vurdurmaq üçün kənd həkim məntəqəsinə getmişlər. Onlar evdən çıxarkən evdə her şey normal olmuşdur. Həkim məntəqəsindən qayıdarkən isə həyət qapısına çatanda qışqırıq səsi eşidib, qapını açıb həyətə daxil olarkən Eşqinin həyətdə sağ tərəfdə yerdə qan içində uzanıb boğazında qan olduğunu, gəlinin isə ağacın altında plastik stulda oturduğunu görmüşlər. O gəlini Nərminə yaxınlaşıb nə hadisə baş verdiyini soruşmuş, Nərmin ona Eşqinin özün öldürmək istədiyini, o araya girib, bıçağı tutmaq istəyərkən, Eşqin bıçağı çəkəndə bıçağın tiyəsinin ona dəydiyini demişdir. Sonra qonşular səs-küyə onlara yığışmışlar. Onlar əvvəl oğlunun öldüyünü güman etmişlər. Sonra isə təcili yardım maşını ilə Nərmini və qohumunun maşını ilə oğlunu xəstəxanaya aparmışlar. O ifadəsinə əlavə olaraq göstərmişdir ki, əvvəllər və hadisə günü oğlu ilə gəlini arasında mübahisə və dava-dalaş olmamışdır. Eşqin üçün psixiatır həkim axtarmamışdır. Onun psixi xəstəliyi olmamışdır. O istintaqa verdiyi ifadəsini oxumamışdır. Məhkəmədə CPM-nin 329.1-cü maddəsinə əsasən Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edilmişdir. Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs oğlu, Zərərçəkmiş şəxs isə gəlinidir. Eşqinlə Nərmin 2015-ci ildə ailə qurublar, onların birgə evlilikdən üç uşağı vardır. Eşqin və ailəsi Masallı rayonu Ərkivan qəsəbəsində onun evində yaşamışlar. 30 aprel 2021-ci il tarixdə ailə üzvləri hamısı evdə olmuşlar. Həmin gün saat 16 radələrində o, həyat yoldaşı X7 qəsəbəsində yerləşən həkim məntəqəsinə aparmaq üçün evdən çıxanda gəlini Nərmin evdə uşaqlarla məşğul olmuş, oğlu Eşqin həyətdə oturmuşdur. Onlar həkim məntəqəsinə çatmamış o, vaxtın gec olduğunu, həkimin məntəqədə olmayacağını fikirləşib evə qayıtmaq qərarına gəlmiş və Afaqla birlikdə evə qayıtmışdır. Onlar həyət darvazalarına çatdıqda həyətdən qışqırıq səsi eşitmiş, darvazadan həyətə girdikdə Eşqinin həyətdə sol tərəfdə yerdə uzandığını, gəlini Nərminin həyətdə plastik stulda oturduğunu, qardaşı Sakitin isə onun üç aylıq nəvəsi Mətini qucağında saxlayıb Nərminin yanında dayandığını görmüşdür. O, dərhal Nərminə tərəf, arvadı Afaq isə Eşqinə tərəf qaçmış, gəlininin əllərində qan, kürək nahiyəsində xəsarət görmüş, oğluna tərəf baxdıqda Eşqinin boğazından qan axdığını görmüşdür. Nərmin özündə olsa da, Eşqin huşsuz vəziyyətdə qalmışdır. O, evdən spirt gətirib Nərminin yarasına vurmuş, qonşuluqda yaşayan qızı Günel Sadıqovaya zəng edib Nərminin anası Tehrana zəng etməsini, özünün təcili onların evinə gəlməsini demişdir. Həmin vaxt səsküyə qonşular onların həyətinə yığışmışdır. Həyətində olan xatırlamadığı şəxs 103 xidmətinə zəng edib təcili yardım çağırmış, Eşqinin boğazından axan qan dayanmadığı üçün Eşqini xatırlamadığı qohumunun maşını ilə Lənkəran rayon xəstəxanasına aparmışlar. Həyat yoldaşı Afaq da Eşqinlə birlikdə getmiş, o, evə girib gəlininə paltar gətirmiş, həmin vaxt Nərminin anası Tehran onlara gəlmiş, gəlininin əynindəki paltarı qayçı ilə kəsib Nərminin hansı bədən nahiyəsindən xəsarət almasını bilmək istəmiş, qudası Tehranla birlikdə Nərminin əynindəki paltarları dəyişdirmiş, qonşuluqda yaşayan feldşer işləyən Şahid9 onların həyətinə gəlib Nərminə ilkin tibbi yardım göstərmişdir. O, ətrafa baxdıqda Eşqinin uzandığı yerdə qanlı bıçaq görmüş, həmin bıçağı və gəlininin əynindən çıxardığı qanlı paltarları həyətdə əl-üz yuyanın üzərinə qoymuş, az sonra təcili yardım maşını onların həyətinə gəlmiş, gəlinini təcili yardım maşınına mindirib qudası Tehranla birlikdə Lənkəran rayon xəstəxanasına getmişlər. Eşqinlə Nərminin arasında ailə daxili xırda mübahisələri olsa da, onların heç vaxt ciddi problemi olmamışdır. Hadisə baş verən gün səhər saatlarında Nərmin Eşqinin bir neçə günə işə qayıdacağını və onları istirahətə aparmaq istədiyini demişdir. Sonradan o, qardaşı Sakitdən hadisənin necə baş verdiyini soruşmuş, Sakit körpə Mətini qucağında həyətdə gəzdirərkən Eşqinlə Nərminin xırda münaqişəsi eşitdiyini, lakin həmin münaqişəni görmədiyini, mübahisənin böyüdüyünü eşidib hadisə yerinə gəldikdə Eşqinin və Nərminin yıxılmış vəziyyətdə görüb özünü itirdiyini demişdir. Həyətdə əl-üz yuyanın üzərinə qoyduğu bıçağı və Nərminin paltarlarını kimin götürdüyünü bilməmişdir. Xəstəxanadan qayıtdıqda bıçağın yuyularaq əl-üz yuyanın üzərində görsə də, paltarları orada görməmişdir. Dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 30 aprel 2021-ci il tarixdə qonşuluqda olan Eşqinin anasının səs-küyün eşidərək onlara getmişdir. Orada Eşqinin yerdə uzandığını və anasının əli ilə onun boğazından tutduğunu, Nərmin isə həyətdə stulda oturduğunu görmüşdür. Sonra təcili tibbi yardım gələrək onları xəstəxanaya aparmışdır. O ifadəsinə əlavə olaraq bildirmişdir ki, o Nərmindən soruşduqda Nərmin ona demişdir ki, Eşqin özünə qəsd edərkən araya girmiş və xəsarət almışdır. Sonradan bilmişdir ki, Eşqin özünə qəsd etmək istəmişdir. Məhkəmədə CPM-nin 329.1-cü maddəsinə əsasən Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edilmişdir. Şahid6 ibtidai istintaq zamanı verdiyi i ifadəsində göstərmişdir ki, Əbilov Qədir onun böyük qaynı və qonşusudur. Eşqin Şahid4 oğlu, Zərərçəkmiş şəxs isə Qədirin gəlinidir. 30 aprel 2021-ci il tarixdə saat 17 radələrində öz evlərində olduğu vaxt Qədirin evindən səs eşitmiş, dərhal Qədirgilə getmiş, həyətə girdikdə Nərminin evin qabağında stulda oturduğunu, bədənindən qan axdığını, Qədir və Sakitin Nərminin yanında dayandıqlarını, uşaqların ağladığını görmüşdür. Nərminin bu vəziyyətini görüb şoka düşmüş, nə baş verdiyini əvvəl bilməmiş, ondan sonra qonşusu Fərqanə Qədirgilə gəlmişdir. O, evdən xalat gətirib Nərminin əynindəki paltarı dəyişdirmiş və hadisə vaxtı Nərminin əynində olmuş paltarı isə yerə tullamışdır. Təxminən 5-10 dəqiqədən sonra Qədirgilə təcili yardım maşını gəlmiş və Nərmini təcili yardım maşınına mindirmişlər. Həmin vaxt Nərminin anası Tehran gəlib çıxmış, Tehran da təcili yardım maşınına minmiş və Nərmini xəstəxanaya aparmışlar. Həmin gün axşam Eşqinin əvvəl Nərmini, sonra özünü bıçaqla vurduğunu eşitmiş, lakin hadisənin səbəbini bilməmişdir. Dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, hadisə baş verən gün o qonşu kimi səs-küyə Eşqinin həyətinə getmişdir. O həyətə daxil olarkən Eşqinin yerdə uzanmış vəziyyətdə olduğunu, Nərminin isə stulda oturduğunu, Eşqinin boynundan xəsarət aldığını görmüşdür. Nərminin isə xəsarət aldığını sonradan bilmişdir. Eşqinə ilkin tibbi yardım edib, sonra da xəstəxanaya aparmışlar. Dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 30 aprel 2021-ci il tarixdə evdə olarkən ona zəng edərək Nərminin evinə getməsini demişlər. O Nərminin evinə getmiş, Nərminin həyətdə stulda oturduğunu görmüşdür. Daha sonra Nərmini təcili tibbi yardım maşını ilə xəstənaya aparmışlar. O ifadəsinə əlavə olaraq bildirmişdir ki, Eşqinlə Nərminin münasibəti həmişə yaxşı olmuş, Nərmin ona Eşqinlə münasibətlərinin pozulması barədə heç nə deməmişdir. O hadisə yerinə gedərkən, orada Eşqinin əmisi arvadı Simuzər, əmisi Ədalət olmuşdur. Nərmindən nə baş verdiyini soruşduqda Nərmin mənim günahı yoxdur, Eşqin özünü vururdu, mən girdim araya demişdir. İfadə verərkən əsəbi olmuş, ordanburdan eşitdiyi sözləri yazmışdır. Nərminin onun heç bir günahı yoxdur deməsinin səbəbi yəqin ona heç kimin şər atmamasına görə idi. O istintaqda ifadəsini oxuyub imzalamışdır. İstintaq vaxtı ona heç bir təsir və ya təzyiq olunmamışdır. Məhkəmədə CPM-nin 329.1-cü maddəsinə əsasən Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edilmişdir. Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, qızı Zərərçəkmiş şəxs 2015-ci ildə Təqsirləndirilən şəxs ilə evlənmiş və onların birgə nikahdan üç azyaşlı uşaqları vardır. 30 aprel 2021-ci il tarixdə qızı Nərminin baldızı Günel onun telefonuna zəng edib atası Qədirin onu öz evlərinə çağırdığını və təcili Qədirin evinə getmək lazım olduğunu bildirmişdir. O, Güneldən nə baş verdiyini soruşduqda Günel heç nədən xəbəri olmadığını bildirmişdir. O dərhal qızının yaşadığı evə getmiş, qızının yaşadığı məhəllədə olarkən təcili yardım maşınının qızının yaşadığı evin həyətinə girdiyini görmüşdür. O, qızının həyətinə girdikdə Nərminin qanın içərisində qışqırdığını, yeznəsinin əmisi Ədalətin Nərmini arxadan tutduğunu, Şahid6 Nərminə köməklik etdiyini və qudası Şahid4 orada görmüşdür. Qızına yaxınlaşdıqda Nərmin onun heç bir günahının olmadığını, heç bir şey etmədiyini, Eşqinin kartından pul çəkilməsi ilə bağlı mübahisə yaradıb ona bıçaqla dəfələrlə zərbə endirib xəsarət yetirdiyini demişdir. Orada olan şəxslərin köməkliyi ilə Nərmin təcili tibbi yardım maşınına qoyularaq Lənkəran rayon xəstəxanasına aparılmışdır. Sonradan ona məlum olmuşdur ki, yeznəsi Eşqin əvvəl Nərminə dəfələrlə bıçaqla vurub xəsarət yetirmiş, sonra özünü bıçaqla vurmuşdur. Hadisə vaxtı azyaşlı nəvələri Afaq, Sərxan, körpə nəvəsi Mətin və Eşqinin əmisi Sakit orada olmuş və Sakit hadisənin şahidi olmuşdur. Nərmin Eşqinlə evləndikdən sonra evliliyinin birinci ilində onların münasibəti yaxşı olmuş, 2016-cı ilin iyul ayından Eşqinlə Nərminin arasında münaqişə yaranmağa başlamışdır. X10 küsüb onlara gəlsə də, sonradan Eşqin gəlib Nərmini öz evinə aparmışdır. Eşqinin Nərminə münasibəti dəyişkən olmuş, bəzən ailədə xoş rəftar etsə də, mütəmadi olaraq evdə söz-söhbət salıb ər-arvad arasında mübahisə yaratmışdır. Dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, 30 aprel 2021-ci il tarixdə qonşuda səs-küy eşidib, oraya getmişdir. Həyətə daxil olanda Nərmini stulda oturduğunu və üstü başı su olduğunu görmüşdür.Sonra onun paltarın dəyişmişlər. O Nərmingilə gedəndə Təcili tibbi yardım maşını gəlmiş və onu və Lənkəran Mərkəzi Rayon Xəstəxanasına aparmışlar. O həyətə girərkən Nərmini görmüş, Eşqin isə orada olmamışdır. Əri evə gələndən sonra Nərmingildə nə hadisə baş verdiyini, Eşqinin özünə xəsarət yetirmək istəyərkən Nərminin onun qabağına keçdiyini bilmişdir. Dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hadisə günü evdə olmuşlar. Eşqingil atası ilə anasının həkim məntəqəsindən qayıtmağını gözləyirdilər ki, onlar da uşaqları gəzməyə aparsınlar. Nərmin ondan balaca uşağı götürüb həyətə hava almağa aparmasını xahiş etmişdir. O da uşağı götürüb, onlardan aralıda olan köhnə evlərinin həyətinə aparmışdır. Həyətdə olarkən Nərmin qışqıraraq, Eşqin özünü öldürür qoymayın dediyini eşitmiş və oraya gələrkən qardaşı Qədirin və qardaşı arvadı Afaqın Eşqinin başını qucağına qoyub boğazını yaylıqla sıxdığını, Nərminin isə stulda oturduğunu görmüşdür. O ifadəsinə əlavə olaraq göstərmişdir ki, hadisə baş verən gün Nərminlə Eşqin mübahisə etməmişlər. Məhkəmədə CPM-nin 329.1-cü maddəsinə əsasən Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edilmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, arvadı vəfat etdiyindən öz evində tənha yaşamış, 2018-ci ildə qardaşı Şahid4 onu evinə dəvət etmiş, həmin ildən Qədirin evində yaşayır. Təqsirləndirilən şəxs onun qardaşı oğlu olmaqla 2015ci ildə Nərminlə ailə qurmuş və üç uşağı vardır. 30 aprel 2021-ci il tarixdə saat 16 radələrində o, Eşqin, Nərmin və uşaqları evdə olmuşlar. O, həyətə düşdükdə Eşqinlə Nərminin mübahisə etdiklərini görüb onlara qarışmayaraq kənara çəkilmişdir. O, Eşqinin körpə uşağını götürüb bağa aparıb orada gəzdirmiş, təxminən 15 dəqiqədən sonra Nərminin qışqırıq səsini eşidib bağdan evə gəlmiş, Nərminin stulda oturmasını, Eşqinin isə yerdə yıxılmış vəziyyətdə oduğunu, hər ikisinin üst-başının qanın içərisində olduğunu görmüş, qucağında uşaq gördüklərindən şoka düşmüş, nə edəcəyini bilməmiş, bu zaman darvaza açılmaqla qardaşı Qədir və qardaşı arvadı Afaq həyətə girmiş, qardaşının və arvadının qışqırığına qonşular köməyə gəlmiş, daha sonra təcili yardım maşını çağırılaraq onların ikisini də xəstəxanaya aparmışlar. Eşqinlə Nərminin arasında mübahisələri olsa da, heç vaxt ciddi münaqişə baş verməmişdir. O, bağda olduğundan hadisənin hansı şəraitdə baş verməsini, kimin kimə vurmasını görməmiş, Nərminin qışqırıq səsinə hadisə yerinə gəlmişdir. Dindirilmiş şahid X5 ifadəsində göstərmişdir ki, Eşqinin son dönəmdə işində problemlər olmuş, Eşqin hadisədən qabaq onun yanına gələrək, onu bağışlamasını, uşaqları ona tapşırdığını demişdir. O Eşqindən niyə belə deyirsən deyə soruşmuş, Eşqin isə uşaqların xəstəliyinə dözə bilmədini bildirmişdir. O Eşqinə səni bağışlamaram özünə nəsə etsən demiş, Eşqin isə uşaqlar xəstədir sağalmırlar, dözə bilmirəm deyərək, ağlayıb getmişdir. Hadisə baş verən gün əri ilə vaksin vurdurmaq üçün kənd həkim məntəqəsinə getmişlər. Evə qayıdarkən həyət qapısına çatanda gəlini Nərminin qışqırıq səsini eşitmiş, o Eşqin özünü öldürdü kömək edin deyə qışqırmışdır. O həyətə daxil olarkən Eşqini həyətdə uzanmış, Nərmini isə stulda oturmuş vəziyyətdə görmüşdür. O Eşqinə yaxınlaşıb yaylığıyla onun yarasını sıxmışdır. Sonra da Eşqini qohumunun avtomobili ilə Lənkəran rayon xəstəxanasına aparmışlar. O ifadəsinə əlavə olaraq göstərmişdir ki, Nərmin onu Eşqin vurub deməmiş, Eşqin özünü vurub demişdir. İstintaq vaxtı o ifadəsini oxumamışdır. Lakin imza onundur. Məhkəmədə CPM-nin 329.1-cü maddəsinə əsasən şahid X5 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edilmişdir. Şahid X5 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs oğlu, Zərərçəkmiş şəxs isə gəlinidir. Eşqinlə Nərmin 2015-ci ildə ailə qurublar, onların birgə evlilikdən üç uşağı vardır. Eşqin və ailəsi Masallı rayonu Ərkivan qəsəbəsində onun evində yaşamışlar. Eşqin gəmidə mexanik işləmiş, Nərmin isə heç bir yerdə işləməmişdir. Onun evində qaynı Şahid1 da yaşamışdır. 30 aprel 2021-ci il tarixdə saat 16 radələrində əri Şahid4 ilə birlikdə Ərkivan qəsəbəsində yerləşən həkim məntəqəsinə getmək üçün evdən çıxmışlar. Bir qədər piyada getdikdən sonra yolla keçən taksiyə minmiş, lakin həkim məntəqəsinə çatmamış Qədir həkimin işdə olmayacağını bildirib taksi sürücüsündən onları evə qaytarmağı xahiş etmişdir. Onlar evdən çıxarkən gəlini Nərmin uşaqlarla məşğul olmuş, qaynı Sakit Nərminin körpə uşağını gəzdirmiş, oğlu Eşqin isə həyətdə oturmuşdur. Onlar evə çatanda həyətdən qışqırıq səsi eşitmiş, həyətə daxil olanda Eşqinin həyətdə sol tərəfdə yerdə uzandığını görmüşdür. Oğluna tərəf gedəndə Eşqinin boğazının hər iki tərəfindən qan gəldiyini görmüş, əlləri ilə Eşqinin boğazından tutub qanın axmasının qarşısını almaq istəmişdir. Həyətə baxdıqda gəlini Nərminin həyətdəki plastik stulda oturduğunu, qaynı Sakitin isə üç aylıq körpə nəvəsi Mətin qucağında Nərminin yanında dayandığını görmüşdür. Həyat yoldaşı Qədir gəlini Nərminə tərəf qaçmışdır. Onun başı Eşqinə qarışdığı üçün Nərminə fikir verməmişdir. Sonradan Nərminin bədənində xəsarətlər görmüşdür. Nə baş verdiyini anlamağa çalışmış, az sonra qonşular onların həyətinə yığışmış, xatırlamadığı şəxs 103 xidmətinə zəng edib təcili yardım çağırmışdır. Təcili yardım maşınına yerləşmədiyi üçün Eşqini qohumlardan birinin avtomobili ilə xəstəxanaya aparmış, özü də oğlu ilə birlikdə Lənkəran rayon xəstəxanasına getmişdir. Onların arxasınca Nərmin təcili yardım maşını ilə Lənkəran rayon xəstəxanasına gətirilmişdir. Eşqinlə Nərminin arasında ailə daxili xırda mübahisələri olsa da, onların heç vaxt ciddi problemi olmamışdır. Sonradan o, qaynından hadisənin necə baş verdiyini soruşmuş, Sakit körpə Mətini qucağında həyətdə gəzdirərkən Eşqinlə Nərminin xırda münaqişəsi eşitdiyini, lakin həmin münaqişəni görmədiyini, mübahisənin böyüdüyünü eşidib hadisə yerinə gəldikdə Eşqinin və Nərminin yıxılmış vəziyyətdə görüb özünü itirdiyini demişdir. Dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, 30 aprel 2021-ci il tarixdə evdə olarkən səs-küy eşidib çölə çıxaraq səs gələn həyətə girmiş, Eşqinin xəsarət aldığını görüb onu öz avtomaşını ilə xəstəxanaya aparmışdır. Sonradan eşitmişdir ki, Eşqin özünü bıçaqla vuranda Nərmin araya girib və xəsarət almışdır. Dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o Bakı şəhərində işdə olan zaman həyat yoldaşı ona zəng edərək təcili rayona getməyini bildirmişdir. Yoldaşından nə baş verdiyini soruşanda o hadisə olub rayona get demiş, o da rayona gəlib, Eşqinin Nərmini bıçaqla vurduğunu bilmişdir. O səhəri günü işə qayıdarkən polis şöbəsinə gedib əsəbi halda izahat yazmışdır. Şənbə günü yenidən rayona qayıtmış, bacısı Nərminlə görüşmüş, bacısı hadisəni təfərrüatı ilə danışmışdır. Nərmin uşaqları eplepsiya xəstəsidir, Eşqin elə bilib ki, uşaqlara nəsə olub çıxıb çölə özünə qəsd edən zaman Nərmin girib araya bıçaq ona da dəymişdir. Sonradan müstəntiq Babəkin yanına gedib verdiyi ifadəni geri götürməyini xahiş etmişdir. O ifadəsinə əlavə olaraq göstərmişdir ki, uşaqlar həmin gün xəstə olduğu üçün Eşqin özünü bıçaqla vuranda o da araya girdiyi üçün xəsarət aldığını ona demişdir. Hadisəni səhv başa düşmüş və istəmişdir ki, Eşqin cəzasını çəksin. Sonra Eşqinin günahı olmadığını bilmişdir. İstintaqda əsəbi halda ifadə vermişdir. Məhkəmədə CPM-nin 329.1-cü maddəsinə əsasən Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edilmişdir. Dindirilmiş Şahid2 göstərmişdir ki, bacısı Zərərçəkmiş şəxs 2015-ci ildə Təqsirləndirilən şəxs ilə ailə qurmuş, həmin nikahdan onların üç azyaşlı uşaqları vardır. Nərmin ailə qurduqdan qısa müddət sonra əri Eşqin tərəfindən fiziki və psixoloji təsirlərə məruz qalsa da, evləndikdən sonrakı bir il müddətində ona və ailə üzvlərinə heç bir məlumat verməmişdir. 2016-cı ilin yay aylarında bacısının ailəsində yaranmış münaqişəyə görə Nərmini öz evlərinə gətirmişdir. Həmin vaxt ona məlum olmuşdur ki, Nərminlə Eşqinin arasında baş vermiş münaqişəyə səbəb Eşqinin narkotik vasitə qəbul edərək bacısına qarşı etdiyi hərəkətlər olmuşdur. Eşqin Nərminə onlarla və digər qohumları ilə əlaqə saxlamağa icazə verməmişdir. X8 mobil telefondan istifadə etməyə də icazə verməmişdir. Eşqin dəfələrlə Nərmini incitdiyinə görə o, Nərminin Eşqindən boşanmasını istəmiş, lakin Eşqinin atası Qədir və anası Afaq boşanmaya imkan verməmişlər. O da bacısının ailəsinin dağılmaması üçün müəyyən güzəştlərə getməyə razılıq vermişdir. 30 aprel 2021-ci il tarixdə saat 17:30 radələrində işdə olduğu vaxt həyat yoldaşı Sürəyya Rzayeva onun telefonuna zəng edib anası ilə əlaqə saxlamağı, nə isə hadisə baş verdiyini bildirmişdir. O, öz telefonundan anasının telefonuna zəng edib nə baş verdiyini soruşmuş, anası Tehran Eşqinin evdə münaqişə yaratdığını, əvvəl Nərmini, sonra özünü bıçaqla vurub xəsarət yetirdiyini, hər ikisinin Lənkəran rayon xəstəxanasına aparıldığını bildirmişdir. O, dərhal rəhbərlikdən icazə alıb Lənkəran şəhərinə xəstəxanaya gəlmiş, xəstəxanaya çatanda Nərmin cərrahiyyə əməliyyatına götürülmüşdür. Xəstəxanada anası ona bildirmişdir ki, Eşqin yaşadığı evin həyətində Nərminə çoxsaylı bıçaq zərbələri vuraraq xəsarət yetirmiş və hadisə vaxtı 4 aylıq körpə uşağı Nərminin qucağında olmuşdur. Həmin hadisə baş verən zaman bacısının azyaşlı uşaqları həmin hadisəni görmüş, səsə qonşular da bacısının evinə gəlmişlər. Dindirilmiş əlavə şahid Masallı Rayon Polis Şöbəsinin əməkdaşı X6 ifadəsində göstərmişdir ki, hadisə baş verən gün hadisə yerində olmamışdır, hadisə yerinə getməmişdir, hadisə barədə sorağlaşma aparmışdır və əməliyyat məlumatına cavab yazmışdır. Onlara əməliyyat tapşırığı gələndə olduğu kimi qeyd edirlər. Vətəndaşın sorağlaşmasını həyata keçirimişdir. Hadisə barədə ona məlumat verən şəxs haqqında əməliyyat sirri olduğu üçün heç nə deyə bilməz. Sorağlaşma əməliyyat tapşırığı əsasında olub. Qərar olmayıb, müstəntiqin tapşırığı əsasında sorağlaşma aparmışdır. Bu barədə raport yazmışdır. Yazdığı raportu təsdiq edir. Dindirilmiş əlavə Şahid10 ifadəsində göstərmişdir ki, hadisə baş verən vaxt o Masallı rayon Ərkivan qəsəbəsində İcra Nümayəndəsi vəzifəsində işləmişdir. Hadisə baş verəndən sonra Eşqinin özün bıçaqla vuran zaman Nərmin ona yaxınlaşıb Eşqinin özünə xəsarət yetirməsinin qarşısını alarkən belə bir hadisə baş verdiyini eşitmişdir. O fadəsinə əlavə olaraq göstərmişdir ki, yay ayları idi. Masallı Rayon prokurorluğundan Babək müəllim ona zəng edərək Zərərçəkmiş şəxs prokurorluğa getməsini demişdir. O Nərminin qaynatası Qədir müəllimlə telefonla əlaqə saxlayıb Nərminin prokurorluğa çağırılmasını bildirmişdir. Qədir müəllim ona sabah hüzrün 7-si olduğunu, məclis bitəndən sonra prokurorluğa gedə biləcəklərini ona demişdir. İyul ayının 15-16 tarixdə onunla əlaqə saxlanılıb. X11 Əbilzadəyə görə ona bir dəfə zəng etmişdir. Məhkəmədə tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 06 may 2021-ci il tarixli, 303 nömrəli rəyinə görə Zərərçəkmiş şəxs bədəni üzərində – döş qəfəsinə nüfuz edən, sol plevranın zədələnməsi, sol tərəfli hemotoraks, xarici və daxili qanaxma ilə müşayiət olunan 3 ədəd kəsilmiş-deşilmiş yaralar, sol bazu, boyun, sağ əlin İV barmağı, hər iki əlin ovuc səthləri, sol əlin İ barmağı nahiyələrində 9 ədəd kəsilmiş yaralar, sol gicgah nahiyəsində qançır, sağ əlin İİ barmağı nahiyəsində sıyrıq aşkar edilmişdir. Qeyd olunan xəsarətlərdən döş qəfəsinə nüfuz edən, sol plevranın zədələnməsi, sol tərəfli hemotoraks, xarici və daxili qanaxma ilə müşayiət olunan 3 ədəd kəsilmiş-deşilmiş yaralar, sol bazu, boyun, sağ əlin İV barmağı, hər iki əlin ovuc səthləri, sol əlin İ barmağı nahiyələrində 9 ədəd kəsilmiş yaralar kəsici-deşici əşyanın (əşyaların) təsirindən törənmişlər, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni ekspertizaya təqdim edilmiş bıçaqla bədən səthində aşkar edilmiş kəsilmiş-deşilmiş və kəsilmiş yara nahiyələrinə vurma nəticəsində əmələ gələ bilməsi istisna edilmir, digər xəsarətlər isə bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, yetirilmə müddəti tibbi sənəddə göstərilən tarixə xx.xx.2021-ci ilə uyğun gəlir və hər bir xəsarət ayrı-ayrılıqda dərəcəsinə görə döş qəfəsinə nüfuz edən, sol plevranın zədələnməsi, sol tərəfli hemotoraks, xarici və daxili qanaxma ilə müşayiət olunan 3 ədəd kəsilmiş-deşilmiş yaralar həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, sol bazu, boyun, sağ əlin İV barmağı, hər iki əlin ovuc səthləri, sol əlin İ barmağı nahiyələrində 9 ədəd kəsilmiş yaralar sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya, digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş kəsilmiş-deşilmiş və kəsilmiş yaralar cərrahi müdaxiləyə məruz qaldıqları üçün eyni və ya müxtəlif növ kəsici-deşici əşyaların təsirindən törənməsini daha dəqiq aydınlaşdırmaqdan ötrü hadisə vaxtı zərərçəkmişin əynində olan paltarlar Birliyin məhkəmə-tibbi kriminalistika şöbəsinə təqdim edilməklə dəqiq cavab almaq mümkündür. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlərin yerləşmə nahiyələrini nəzərə alaraq qeyd etmək olar ki, həmin xəsarətlər daha çox digər şəxs və ya şəxslər tərəfindən yetirilə bilərdi, xəsarətlər daha çox gövdənin sol səthində yerləşməklə istiqaməti soldan sağa, öndən arxaya, arxadan önə doğru olmuşdur. Məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi bioloji ekspertizasının 07 iyun 2021-ci il tarixli, 357/2021-MTBŞ nömrəli rəyinə görə Təqsirləndirilən şəxs qan qrupu AB0 sistemi üzrə – 0 alfa beta (İ). Ekspertizaya maddi sübut kimi təqdim edilmiş qara rəngli qısaqol köynəyin üzərindəki ləkələrdə insan qanı aşkar olundu. Həmin qan ləkələrində qrup göstəriciləri AB0 sistemi üzrə tədqiq olunduqda yalnız H antigeni alındı. Bu antigen 0 (İ) qrupunu xarakterizə etdiyindən, aşkar olunmuş qan ləkələrinin Təqsirləndirilən şəxs özünə məxsus olması inkar olunmur. Məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi kriminalistik ekspertizasının 02 iyul 2021-ci il tarixli, 252-MTKŞ/2021 saylı rəyinə görə ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus xalat, şalvar və tuman üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus köynəyin ön səthinin orta nahiyəsində üç ədəd dəlib-keçən zədələr aşkar olundu. Bu zədələr deşilmiş-kəsilmiş zədə ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişlər. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Təqdim olunmuş bıçağın üzərində onun təyinatını dəyişdirən hər hansı bir əlavə və dəyişiklik edilməmişdir. Məhkəmədə tədqiq edilmiş ambulator məcburi narkoloji tibbi yoxlama nın 23 iyul 2021-ci il tarixli, 743 nömrəli rəyində göstərilmişdir ki,Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan narkotik maddələrdən istifadə etmə halları istisna olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq edilmiş kompleks ambulator məhkəmə-psixiatrik və məhkəməpsixoloji ekspertizasının 30 iyun 2021-ci il tarixli, 1398 saylı rəyinə görə Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi zaman psixi vəziyyətini ambulator şəraitdə düzgün qiymətləndirmək, ona ittiham olunan əməl dövründə və hal-hazırda anlaqlı olubolmamasını müəyyənləşdirmək çətinlik törətdiyindən, hazırkı psixi vəziyyətini dəqiqləşdirmək, həmçinin fərdi-psixi xüsusiyyətlərini, psixi-emosional vəziyyətini və digər halları müəyyənləşdirmək və ekspertlər qarşısında qoyulmuş sualları cavablandırmaq üçün daha əsaslı və uzun müddətli müayinə məqsədi ilə onun stasionar məhkəmə psixiatrik ekspertiza şöbəsinə göndərilməsi zəruridir. Məhkəmədə tədqiq edilmiş kompleks stasionar məhkəmə-psixiatrik və məhkəməpsixoloji ekspertizasının 30 avqust 2021-ci il tarixli, 109 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs ona ittiham edilən cinayət əməlini törədən zaman hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir, onda yalnız yüngül depressiv hal müəyyən edilir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Odur ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə zərurət yoxdur. Məhkəmə-psixoloji ekspertizası üzrə Təqsirləndirilən şəxs özünə məxsus mövqeyə malik olmaq, pedantlıq, şübhəlilik, inadkarlıq, qıcığa qarşı həssas yanaşmaq kimi fərdipsixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən hərəkətlərini idarə etmək və mahiyyətini dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən emosional halından asılı olaraq hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində sıxıntı, gərginlik, hirslilik yaranmış, depressiv reaksiya halını keçirmişdir. Həmin halın yaranması iki övladının nevroloji xəstəlikdən əziyyət çəkməsi, 42 gün işdə olmaqla ailəsindən ayrı qalması, son vaxtlar maaş kartından pulunun kimsə tərəfindən çıxardılmasına dair fikirlərin olması, ailə daxilində xırda da olsa tez-tez söhbətlərin yer alması kimi amillərlə şərtləşdiyi qənaətinə gəlmək mümkündür. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. Məhkəmə istintaq zamanı müdafiə tərəfin vəsatətinə əsasən təyin edilib keçirilmiş təkrar kompleks stasionar məhkəmə psixiatrik və psixoloji ekspertizasının 20 iyul 2022-ci il tarixli 85 saylı rəyində göstərilmişdir ki, hal-hazırda ekspertiza zamanı təqdim olunmuş tibbi sənədlərə və anamnestik məlumatlara əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu cinayəti törətməmişdən əvvəl hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman depresiv reaksiya keçirmişdir.Lakin həmin reaksiya onun təqsirləndirldiyi cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xrakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs hal-hazırda yüngül dərəcəli depresiv pozuntudan əziyyət çəkir.Həmin pozuntu onun cinayət əməlini törətdikdən sonra keçən müddət ərzində məruz qaidığı neqativ təbiətli psixogen amillərin davamlı təsirindən formalaşmışdır. Təqsirləndirilən şəxsn təqsirləndirildiyi cinayət əməlini törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. O təqsirləndirildiyi cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də o törətdiyi cinayət əməli barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli CM-in 21.1-ci naddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda yüngül dərəcəli depresiv pozuntu aşkar edilir. Lakin onda aşkar edilən yüngül dərəcəli depresiv pozuntu onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etmir. O öz hərəkətlərini faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Ona görə də Təqsirləndirilən şəxs CM-in 21.3-cü maddəsinin təsiri altına düşmür. Məhkəmə psixoloji ekspertizası üzrə yekun hissədə göstərilmişdir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs əqli (intelektual) inkişafında gerilik əlamətləri müəyyən olunmur. O əqli və psixi inkişafına, fərdi psixoloji xüsusiyyətlərinə görə hadisə zamanı etdiyi hərəkətləri adekvat olaraq qavramaqla, həmin hərəkətlərin mahiyyətini dərk etmək, öz hərəkətlərini dərk etmək qabiliyyətinə malik olmuşdur. Hadisə zamanı keçirmiş olduğu emosinal halına görə etdiyi hərəkətləri advekat olaraq qavramaqla, onların mahiyyətini dərk etmək qabiliyyətinə malik olmuşdur. O hadisə zamanı şəxsi problemləri ilə əlaqədar olaraq emisional gərginlik halını keçirmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən affekt (qəflətən baş vermiş güclü puhi həyəcan vəziyyəti) halında olmamışdır. Cinayət işinin materiallarında olan hadisə yerinə baxış protokolundan görünür ki, baxış zamanı müəyyən edilmişdir ki, hadisə yeri Masallı rayonu Ərkivan qəsəbəsində Təqsirləndirilən şəxs həyətidir. Həmin həyətdə yuyulmuş qan izləri və bir ədəd qayçı aşkar olunmuş, qan izlərindən nümunə götürmək mümkün olmasa da, qayçı götürülmüşdür. Cinayət işinin materiallarında olan əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, verilmiş əməliyyat tapşırığına əsasən əməliyyat tədbirləri həyata keçirilmiş və həmin tədbirlər nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs öldürmək məqsədi ilə meyvə bıçağı ilə sonuncuya çoxsaylı bıçaq zərbələri vurmuş, bundan sonra həmin bıçaqla özünə xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında əvvəllər dəfələrlə ailədaxili münaqişə baş vermiş, hətta 2016cı ilin yay aylarında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs döydüyü üçün onun qardaşı Şahid2 bacısı Nərmini öz evinə aparmış, bir müddət sonra Eşqin Zərərçəkmiş şəxs Əbilzadə ilə barışaraq onu öz evinə qaytarmışdır. Cinayət işinin materiallarında olan ifadənin yerində yoxlanılması haqqında istintaq hərəkəti protokolunda görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən o, hadisənin baş verdiyi yeri göstərmiş və həmin istintaq hərəkətində onun göstərdiyi xüsusatlar iş materialları ilə uyğunluq təşkil etmişdir. Cinayət işinin materiallarında olan ibtidai istintaq orqanının 16 noyabr 2021-ci il tarixli qərarından görünür ki, həmin qərara əsasən cinayətin törədilməsində istifadə olunan 1 ədəd bıçaq, Zərərçəkmiş şəxs məxsus bir ədəd xalat, bir ədəd idman şalvarı, bir ədəd trusik iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübutlar saxlanılması üçün Masallı Rayon Prokurorluğunun «Maddi sübutları saxlama otağı»na təhvil verilmişdir. Cinayət işinin materiallarında olan məhkəmə tibbi ekspertizasının 06 may 2021-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, X3 bədəni üzərində-qarın böşluğuna nüfuz edən, böyük piyliyin zədələnməsi,xarici və daxili qanaxma ilə müşaiyyət olunan 1 ədəd kəsilmiş deşilmiş yara, boyun nahiyyəsində 7 ədəd kəsilmiş yaralar, təpə nahiyyəsində 2 ədəd sıyrıqlar və cızıqlar müəyyən edilmişdir. Qeyd edilən xəsarətlər kəsici deşici əşyanın təsirindən törənmişdir. Ekspertizaya təqdim edlmiş bıçaqla bədən səthində aşkar edilmiş xəsarətlər alınan nahiyyələrə vurma nəticəsində əmələ gələ bilər, yetirilmə müddəti 30 aprel 2021-ci il tarixə uyğun gəlir və hər bir xəsarət ayrı-ayrılıqda dərəcəsinə görə qarın boşluğuna nüfuz edən, böyuk piyliyin zədələnməsi, xarici və daxili qanaxma ilə müşaiyyət olunan 1 ədəd kəsilmiş-deşilmiş yara həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, boyun nahiyyələrində 7 ədəd kəsilmiş yaralar sağlamlığa yüngül zərərvurmaya, digər xəsarətlər isə sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlərin yerləşmə nahiyyələrini nəzərə alaraq qeyd etmək olar ki, həmin xəsarətlər əl-çatan nahiyyələrdə yerləşdiyindən şəxsin özü tərəfindən özünə yetirlməsi inkar olunmur, digər şəxs və şəxslər tərəfindən yetirilməsi uyğun və inandırıcı deyildir. Müdafiə tərəfin Zərərçəkmiş şəxs 24 may 2021-ci il tarixdə dindirilməsinə dair protokolun qeydə alınıb-alınmasının yoxlanılması ilə əlaqədar olaraq Masallı rayon prokurorluğunun “istintaq hərəkəti protokollarının qeydi kitabından 2021-ci ildə aparılmış 368-ci qeydiyyat nömrəsinin olduğu vərəqin surətinin əldə olunması barədə vəsatəti təmin olunmuş və həmin kitabdan qeyd edilən vərəqin surəti tələb olunaraq alınmışdır. Həmin vərəqin surətindən görünür ki, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs 24 may 2021-ci il tarixdə dindirmə protokolu yuxarıda göstərilən kitabda 368-ci qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. Məhkəmədə Təqsirləndirilən şəxs uşaqları xəstələndiklərindən evdən götürdüyü bıçaqla öz bədənin müxtəlif nahiyyələrinə zərbələr vurduğunu, həmin vaxt özündə olmadığından bıcağın arvadı Zərərçəkmiş şəxs dəydiyini bilmədiyini, bu barədə sonradan bildiyini göstərmişdir. Məhkəmə onun bu ziddiyyətli ifadəsini özünü müdafiə məqsədi daşımaqla məhkəmədə heç bir sübutla təsdiq edilmədiyindən və işin hallarına uyğun gəlməyən ifadə olduğundan, habelə məhkəmədə tədqiq edilmiş zərərçəkmiş şəxsin və şahidlərin ibtidai istintaq zamanı vermiş olduqları ifadələri ilə, habelə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs öldürmək niyyəti ilə ona bıçaqla çoxsaylı zərbələr vurduğunu, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlərdən döş qəfəsinə nüfuz edən, sol plevranın zədələnməsi, sol tərəfli hemotoraks, xarici və daxili qanaxma ilə müşayiət olunan həyat üçün vacib orqan sayılan nahiyyələrdə 3 ədəd kəsilmiş-deşilmiş yara, boyun nahiyəsinin kəsilmiş yarası və ümumilikdə 12 ədəd bıçaq zərbəsini vurmasını, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunmuş küt alətlə yetirilməyə xarakterik, törənmə müddəti 30 aprel 2021-ci il tarixə uyğun gələn sol gicgah nahiyəsində qançır, sağ əlin İİ barmağı nahiyəsində sıyrıq xəsarətlərinin olmasını təstiq edən məhkəmə tibbi ekspertiza rəyi ilə, məhkəmədə tədqiq edilmiş məhkəmə psixiatrik və psixialoji ekspertizasının rəyləri ilə, əldə olunmuş maddi sübutlar, sənədlər və işin faktiki halları ilə təkzib olunduğundan məhkəmə həmin ifadəyə tənqidi yanaşır və sübut kimi qəbul etmir. Bundan başqa Zərərçəkmiş şəxs məhkəmədə verdiyi ifadəsində göstərmişdir ki, hadisə vaxtı Təqsirləndirilən şəxs özünü vurarkən o araya girdiyi üçün bıçaq ona dəymişdir. Məhkəmə onun bu ifadəsini hazırda barışdığından Təqsirləndirilən şəxs müdafiə məqsədi daşımaqla məhkəmədə heç bir sübutla təsdiq edilmədiyindən və işin hallarına uyğun gəlməyən ifadə olduğundan həmin ifadəyə tənqidi yanaşır və sübu kimi qəbul etmir. Bundan başqa məhkəmədə dindirilmiş şahidlər Şahid1, Şahid2, Tehran Rzayev, Şahid4, Afaq Əbilzadə və Şahid7 ifadələrində Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında həmişə yaxşı münasibət olduğunu, aralarında heç bir münaqişə olmadığını, Təqsirləndirilən şəxs özünü vurarkən Zərərçəkmiş şəxs araya girdiyi üçün xəsarət alması barədə ifadələr vermişlər. Məhkəmə onların bu ifadələrini, təqsirləndirilən şəxslə yaxın qohum və ya qohumluq münasibətində olan şəxslər olduqlarından onu müdafiə məqsədi daşıyan ifadələr olmaqla, məhkəmədə heç bir sübutla təsdiq edilmədiyindən habelə məhkəmədə tədqiq edilmiş ibtidai istintaq vaxtı verdikləri ifadələrlə təkzib edildiyindən həmin ifadələrə tənqidi yanaşır və sübut kimi qəbul etmir. Eyni zamanda məhkəmə zərəçəkmiş Zərərçəkmiş şəxs və yuxarıda adları qeyd edilən şahidlərin ibtidai istintaq zamanı verdiləri ifadələrin sübut kimi qiymətləndirir. Zərəçəkmiş şəxs istintaqa əvvəl verdiyi ifadəsində Təqsirləndirilən şəxs ilə onun arasında əvvəllər tez-tez narazılıqlar baş verdiyini, 30 aprel 2021-ci il tarixdə Təqsirləndirilən şəxs özünü bıçaqla vurarkən Eşqinə yaxınlaşıb yalvarmaqla onun özünü öldürməsinə mane olmaq istəyərkən Eşqinin ona çoxsaylı bıçaq zərbələri vurduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında əvvəllər münaqişənin olması istintaq zamanı alınmış şahid ifadələri ilə də öz əksini tapmışdır. Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında dəfələrlə söz-söhbət olmuş, hətta 2016-cı ilin yay aylarında baş vermiş münaqişəyə görə Şahid2 bacısı Nərmini Əbilzadəni evinə aparmış, bir müddət sonra Eşqin Zərərçəkmiş şəxs Əbilzadə ilə barışaraq onu öz evinə qaytarmışdır. Məhkəmədə müdafiə tərəfi zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs 24 may 2021-ci il tarixli dindirmə protokolunun müstəntiq tərəfindən aldadılaraq yazdırıldığını əsas gətirib həmin ifadənin sübutlar siyahısından çıxarılması barədə vəsatətini müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, vəsatətdə göstərilənlər heç bir sübutla təsdiq edilmədiyindən vəsatət təmin edilməməlidir. Eyni zamanda təqsirləndirilən şəxsin əməlində ehtiyatsılıqdan sağlamlığa ağır zərər vurma cinayətinin əlamətlərini olması barədə müdafiə tərəfin dəlillərini də müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, qeyd edilən dəlillər mülahizələrə əsaslanmışdır və heç bir hüquqi əsası yoxdur. Beləliklə, məhkəmədə mübahisəsiz surətdə təsdiq edilmişdir ki, Təqsirləndirilən şəxs aralarında ailə-məişət münaqişəsi zəminində yaranmış mübahisə zamanı arvadı Zərərçəkmiş şəxs öldürmək qərarına gələrək soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə onun döş qəfəsindən qəsdən bir zərbə vurmuş, sonra bədəninin müxtəlif nahiyələrinə əlindəki bıçaqla qəsdən çoxsaylı zərbələr vuraraq yetirildiyi anda həyat üçün təhlükəli olmaqla sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa ağır zərər vurmaya aid döş qəfəsinə nüfuz edən, sol plevranın zədələnməsi, sol tərəfli hemotoraks, xarici və daxili qanaxma ilə müşayiət olunan 3 ədəd kəsilmiş-deşilmiş yaralar, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid olan sol bazu, boyun, sağ əlin İV barmağı, hər iki əlin ovuc səthləri, sol əlin İ barmağı nahiyələrində 9 ədəd kəsilmiş yaralar, sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən sol gicgah nahiyəsində qançır, sağ əlin İİ barmağı nahiyəsində sıyrıqla müşayiət olunan bədən xəsarətləri yetirmiş, Zərərçəkmiş şəxs köməyinə gəlmiş şəxslər tərəfindən xəstəxanaya çatdırılmaqla göstərilən ixtisaslı tibbi yardım nəticəsində həyatı xilas edildiyindən, o, öz iradəsindən asılı olmayan səbəblərdən niyyətini başa çatdıra bilməyərək, Zərərçəkmiş şəxs qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin tövsifi məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olmayaraq CM-nin 29,120.2.4-cü maddəsi ilə tövsif etmişdir. | Cinayət məsuliyyətinin əsaslarından bəhs edən CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CPM-nin 139-cu maddəsi bu normada göstərilmiş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin CM-nin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əmələnin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. İhazırki iş üzrə ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs əməlinə şamil edilməli olan CM-nin normaları xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd etməni nəzərdə tutan CM-nin 29, 120.2.4-cü maddəsidir. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs hərəkətlərində “xüsusi amansızlıq” əlamətinin olması barədə fikrini onunla əlaqələndirmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ümumilikdə 12 bıçaq zərbəsi vurub çoxsaylı xəsarətlər yetirmişdir. Həmçinin həmin halı Təqsirləndirilən şəxs qəddarlığının və rəhmsizliyinin, yəni seçdiyi həyatdan məhrum etmə üsulu ilə zərərçəkmiş Zərərçəkmiş şəxs xüsusi ağrılar və iztirab verməsinin (niyyətinin zərərçəkmişi məhz xüsusi ağrılar, iztirab verməklə qəsdən öldürməyə yönəlməsinin) göstəricisidir. Lakin məhkəmə belə qənaətə gəlir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs 12 ədəd bıçaq zərbəsi ilə çoxsaylı xəsarətlərin yetirilməsi faktını Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsə xüsusi ağrı və iztirab vermək niyyətini aşkarlayan xüsusat kimi deyil, müstəsna olaraq zərərçəkmişi həyatdan məhrum etmək niyyətində qətiyyətini (məqsədinə çatmaqda israrlı olmasını) göstərən hal kimi qiymətləndirilməlidir. Məhkəmənin həmin fakta məhz bu cür qiymət verməsi cinayət-prosessual qanunun sübutlar və sübutetməyə dair normalarına, o cümlədən ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən CPM-nin 21.2 və 145.3-cü maddələrinin müddəalarına uyğun olaraq araşdırılıb qiymətləndirilmiş sübutların məcmusuna, onların həqiqi məzmununa uyğun olaraq müəyyən edilmiş faktik hallara əsaslanır Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, Təqsirləndirilən şəxs məqsədi Zərərçəkmiş şəxs öldürmək olmuş, hadisə zamanı niyyətini həyata keçirərkən məqsədli şəkildə hərəkətlərinə ara verməmiş, əksinə ardıcıl bıçaq zərbələri vurmaqla qısa müddət ərzində onu öldürməyə səy göstərmişdir. Təqsirləndirilən şəxs Nərmin Əbizadəyə çox sayda, müxtəlif nahiyələrinə, fərqli xəsarətlər yetirməsi və hərəkətlərində qısa fasilələrin olması isə Zərərçəkmiş şəxs aktiv müqavimət göstərməsindən irəli gəlmişdir. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, Zərərçəkmiş şəxs çox sayda bıçaq zərbələrinin vurulması faktını, Təqsirləndirilən şəxs müstəsna dərəcədə rəhmsizliyi və qəddarlığı ilə deyil, onun baxışında vurulan zərbələrin, yetirilən xəsarətlərin zərərçəkmişin həyatdan məhrum edilməsi üçün kifayət etməməsi olmuşdur. Bu "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 saylı qərarında əksini tapmış hüquqi mövqeyə də uyğundur. Belə ki, həmin Plenum qərarının 8-ci bəndində qeyd olunur ki, əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrum etmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağn verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac- susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Plenum qərarının həmin müddəalarına və CM-nin 120.2.4-cü maddəsinin mənasına görə qəsdən adam öldürmə cinayətinin çoxsaylı zərbələr vurmaqla və xəsarətlər yetirilməklə törədilməsi özü-özlüyündə cinayətin xüsusi amansızlıqla törədilməsinə dəlalət etmir. Vacibdir ki, təqsirkar şəxsin niyyəti məhz zərərçəkmiş şəxsə bu üsulla xüsusi iztirab və ağrılar yetirməklə öldürmək olsun (xüsusi iztirab və ağrılar yetirməyi arzu etsin) və yaxud bunu arzu etməsə də, seçdiyi üsulun zərərçəkmiş şəxsə xüsusi iztirab və ağırlar yetirməsini dərk etdiyi halda, şüurlu surətdə buna yol versin, yəni xüsusi amansızlığı səciyyələndirən bu kimi hallara (zərərçəkmişin xüsusi iztirab və ağrılar çəkməsinə) münasibətdə onun birbaşa (CM-nin 25.2-ci maddəsi) və ya dolayı (CM-nin 25.3-cü maddəsi) qəsdlə hərəkət etməsi müəyyən olunsun. Lakin, hazırkı işdə qeyd olunanlara münasibətdə Təqsirləndirilən şəxs nə düzünə, nə də ki, dolayı qəsdi müəyyən olunmamışdır. Cinayət tərkibinin subyektiv cəhətinə aid həmin zəruri əlamətin müəyyən edilməməsi isə (tövsifedici hala münasibətdə) CM-nin yuxarıda təsvir olunan normalarına, o cümlədən 3-cü maddəsinə, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 saylı qərarında ifadə olunmuş hüquqi mövqeyə görə Təqsirləndirilən şəxs cinayətkar hərəkətlərinin CM-nin 29,120.2.4-cü maddəsi ilə tövsifıni istisna edir. Qeyd olunan və digər ağırlaşdırıcı (tövsifedici) əlamətlər olmadan qəsdən adam öldürməyə cəhd etməni cinayət olaraq məhz CM-nin 29,120.1-ci maddəsi nəzərdə tutmuşdur. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CMnin 29,120.1-ci maddəsi ilə təqsirli bilinməsi işin müəyyən edilmiş hallarına uyğun olmaqla yanaşı cinayət və cinayət-prosessual qanunların normalarının tələblərinə də cavab verən nəticə olduğundan onun əməli CM-n 29,120.2.4-cü maddəsindən həmin məcəllənin 29,120.1-ci maddəsinə tövsif edilməlidir. CM-in 318-ci maddəsinə əsasən məhkəmə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsin əməlini daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-nin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirli olması tam sübuta yetirilir. Ona görə də onun əməli CM-in 29,120.1-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar olmadığından o, təqsirləndirildyi maddənin sanksiyası həddində cəzalanmalıdır. İşdə olan hüquqi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 1986-cı ildə Masallı rayonu Ərkivan kəndində anadan olmuşdur. Masallı rayonu Ərkivan qəsəbəsində qeydiyyatda olmaqla yaşamışdır. Yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Himayəsində 2018-ci il təvəllüdlü qızı Afaq, 2019-cu il təvəllüdlü oğlu Sarxan və 2021-ci il təvəllüdlü oğlu Mətin vardır. İşdə olan tibbi arayışından görünür ki, Təqsirləndirilən şəxs X12 “psixotomoz ləngimə” “epilepsiya, vest sindromu tez-tez təkrarlanma” diaqnozu ilə, azyaşlı qızı Afaq Əbilzadə “ serebral iflic” və “qıcolma və spazm” diaqnozu ilə xəstədirlər. İşdə olan Masallı Rayon Məhkəməsinin 08 may 2021-ci il tarixli qərarının surətindən görünür ki, həbsetmənin əvvəli qeyd edilən tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmədə müəyyən edimişdir ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış və hazırda o Təqsirləndirilən şəxs valideyinləri ilə bir evdə yaşayırlar. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakılar nəzərə alınmalıdır. CM-in 8-ci maddəsi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.1-ci maddəsinə əsasən cəzanın anlayışına görə, cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bu Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmin Məcəllənin 62.1-ci maddəsinin tələbinə əsasən, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyinini azaldan başqa hallar olduqda, eləcədə iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasında fəal iştirak etdikdə, bu Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edə bilər, yaxud təyin edilməsi məcbur olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsinə görə cəzanı yüngülləşdirən həm də ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarı da bu mövqedən çıxış edir. Həmin qərarın 1-ci maddəsində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanunun ədalət prinsiplərindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-cı il tarixli 415 saylı qərarının 45-ci bəndində göstərilir ki, məhkəmələr cəza təyini zamanı həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanı onun islah olunmasına və ailəsini həyat şəraitinə təsirini nəzərə almalıdır. Avropa İnsan hüquqları məhkəməsi özünün bir çox qərarlarında (Delkourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-cil tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X9rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) ədalətin bərpasını belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi aydın görünməlidir.” Bundan başqa, Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişiliklər edilməsi barədə 11 iyun 2004-cü il tarixli Azərbaycan Respublikası Qanunun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsininn 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahına əsasən, istənilən məhkəmə aktının qanuni və əsaslı həll edilməsi üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi aydın görülməlidir. İş materiallarından göründüyü kimi məhkəmədə də müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs himayəsində 3 nəfər azyaşlı uşağı vardır. Zərəçəkmiş şəxs onun arvadıdır. Zərərçəkmiş şəxs hadisənin baş verdiyi ilk gündən onunla barışmışdır. X12 “psixotomoz ləngimə” “epilepsiya, vest sindromu tez-tez təkrarlanma” diaqnozu ilə, qızı Afaq Əbilzadə “serebral iflic” və “qıcolma və spazm” diaqnozu ilə xəstədirlər. İlk dəfə cinayət törətmişdir. Yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Öhdəsində qoca yaşlı valideyinləri olmaqla ailədə yeganə qazanc gətirəndir. Məhkəmə CM-nin 61-ci maddəsinə əsasən onun məsuliyyətini ağırlaşdıran hal müəyyən etmədi. CM-in 60.1 maddəsinin tələbinə görə bu məcəllənin 59.1.8, 59.1.10 – 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən çox ola bilməz. Şərh olunanlara əsasən məhkəmə, yuxarıda qeyd edilən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halın olmamaqla kifayət qədər cəzasını yüngülləşdirən halların olmasını nəzərə alaraq barəsində CM-nin 62-ci maddəsini tətbiq edib, onun təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan cəzanın aşağı həddindən də az cəza təyin edilməsini məqsədə uyğun hesab edir. Bu həm onun islah olunması və həm cəzanın məqsədini təmin edə bilər. Məhkəmə hesab edir ki, CM-nin 56.1.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəisəsində çəkməli, cəza çəkməsinin başlanğıcı 08 may 2021-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirlməməlidir. Məhkəmə hesab edir ki, CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübutların məsələsini də həll etməlidir. İş üzrə maddi sübut olan və Masallı rayon Prokurorluğunda saxlanılan 1 ədəd bıçaq, Zərərçəkmiş şəxs məxsus bir ədəd xalat, bir ədəd idman şalvarı, bir ədəd trusik məhv edilməlidir. İş üzrə sair maddi sübut, mülki iddia və məhkəmə məsrəfi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44, 51-2, 132, 346, 351-353, 356-358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs CM-in 29,120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və CM-in 62-ci maddəsi tətbiq edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı o tutulduğu andan, 08 may 2021-ci il tarixdən hesab edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində çəksin. Təqsirləndirilən şəxs qarşı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Masallı Rayon Prokurorluğunda saxlanılan 1 ədəd bıçaq, Zərərçəkmiş şəxs məxsus bir ədəd xalat, bir ədəd idman şalvarı, bir ədəd trusik məhv edilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protest verilə bilər. Hökmdən apellasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-93/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-93/2022
29.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver