Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-93/2024 18.01.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Məmmədov Neymət Hüsən oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X7, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər- Lənkəran rayon vəkil bürosunun vəkilləri X13 və X3 iştirakları ilə, xx xxxx 1996-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Ağdam şəhəri, Vidadi küçəsi, ev 8-də qeydiyyatda olmaqla Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, Levanovski küçəsi, ev 12-də yaşayan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri və xx xxxxxxxx 1976-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş və məhkumğulu ödənilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, 8 inzibati binasında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2, 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 külli miqdarda narkotik vasitələri qanunsuz olaraq əldə edilməsi, saxlanması, daşınması və satışına dair “Sultan” adı ilə məlum olan İran İslam Respublikası vətəndaşı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşdikdən sonra, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 məlumatı olmadan satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamış olduğu şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd şəffaf rəngli sellofan bükümündə təmiz çəkisi 1,322 qram olan narkotik vasitə heroini özü ilə götürüb daşımış, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun üzvü tərəfindən qanunsuz olaraq əldə edilib, daşıyaraq Cəlilabad rayonu, Uzuntəpə kəndində qəbiristanlıq ərazisində gizlədilmiş 1 ədəd bağlamanın içərisində 2 ədəd bükümdə ümumi təmiz çəkisi 2960,0 qram narkotik vasitə olan külli miqdarda qurudulmuş marixuananı, 3 ədəd bükümdə ümumi təmiz çəkisi 5120,0 qram narkotik vasitə olan külli miqdarda heroini, 19 ədəd bükümdə ümumi təmiz çəkisi 3910,0 qram narkotik vasitə olan külli miqdarda həşiş qətranını və 25 ədəd konvalyutda 250 ədəd ümumi miqdarı 10 qram narkotik vasitə olan külli miqdarda metadon həblərini götürmək məqsədi ilə 17 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 idarə etdiyi “Toyota corolla” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin yerə gəldikdən sonra aralarında olan rol bölgüsünə əsasən Təqsirləndirilən şəxs2 avtomobildə qalmış, Təqsirləndirilən şəxs1 isə avtomobildən düşərək narkotik vasitələri qəbiristanlıq ərazisində gizlədilən yerdən əldə edib, özündə saxlamaqla daşıyarkən, 17 mart 2023-cü il tarixdə, saat 02 radələrində Cəlilabad rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 həmin narkotik vasitələri qanunsuz olaraq əldə edib avtomobilə yaxınlaşan zaman saxlanılmış, sonuncunun polis əməkdaşları tərəfindən şübhəli şəxs kimi saxlanıldığını gördükdən sonra Təqsirləndirilən şəxs2 avtomobili yüksək sürətlə Bakı şəhəri istiqamətində hərəkət etdirərək polis əməkdaşlarından yayınmağa çalışmış, Təqsirləndirilən şəxs1 isə Cəlilabad rayon polis şöbəsinə gətirilərək üzərində şəxsi axtarış aparılarkən əlində olan qara rəngli bağlamanın içərisində həmin narkotik vasitələrdən 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1410,0 qram və 1550,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə qurudulmuş marixuana, 3 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 2030,0 qram, 2050,0 qram və 1040,0 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin, 19 ədəd açıq formada listlərdə (külçə şəklində) ayrı-ayrılıqda təmiz çəkiləri 210,0 qram, 210,0 qram, 205,0 qram, 200,0 qram, 220,0 qram, 205,0 qram, 200,0 qram, 200,0 qram, 200,0 qram, 200,0 qram, 210,0 qram, 210,0 qram, 210,0 qram, 200,0 qram, 210,0 qram, 210,0 qram, 200,0 qram, 205,0 qram, 205,0 qram olan maddələr narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla alınmış külli miqdarda narkotik vasitə həşiş qətranı və 25 ədəd konvalyutda 1 həbin təsiredici maddəsi 0,04 qram olmaqla ümumi sayı 250 ədəd olan qəhvəyi rəngli dairəvi formalı külli mqidarda narkotik vasitə metadon həbləri aşkar edilərək götürülmüş, Təqsirləndirilən şəxs2 isə idarə etdiyi avtomobil ilə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən dumanlı hava şəraiti olduğundan idarəetməni itirərək Salyan rayonu ərazisində avtomobili aşırmış, polis əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat müşahidəsi nəticəsində 17 mart 2023-cü il tarixdə, saat 06 radələrində Salyan rayonu ərazisində saxlanılaraq Cəlilabad rayon polis şöbəsinə gətirilib onun üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli idman şalvarının sol yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş halda 1,322 qram çəkidə şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxslərin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməllərini törətmələrini, həmçinin onların bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində gösətmişdir ki, narkotik vasitələrdən istifadə edir. Təxminən 2023-cü ilin mart ayının əvvəllərində “İnstagram” sosial şəbəkəsində təsadüfən İran İslam Respublikası vətəndaşı Sultan adlı şəxslə tanış olmuşdur. O, bir neçə gün danışdıqdan sonra birbirilərinə mobil nömrələrini verərək “Whatsapp” sistemi vasitəsilə əlaqə saxlamağa başlamışdır. O, söhbət əsnasında narkotik vasitə istifadəçisi olduğunu və ona narkotik vasitə lazım olduğunu bildirdikdə Sultan, ona bu barədə kömək edə biləcəyini bildirdi və Sultandan 5-10 qram narkotik vasitə götürmək barədə razılaşmışdır. Onlar biraz danışdıqdan sonra 16 mart 2023-cü il tarixdə, səhər saatlarında Sultan ona Cəlilabad şəhərinin girişinə onun özü üçün narkotik vasitə qoyulacağını bildirdi. 16 mart 2023-cü i1 tarixdə, axşam saat 20 radələrində o, fərdi qaydada sərnişin daşıma fəaliyyəti ilə məşğul olan, əvvəlcədən tanıdığı taksi sürücüsü Təqsirləndirilən şəxs2 mobil telefon vasitəsi ilə zəng vuraraq, Cəlilabad rayonuna getmək lazım olduğunu bildirmişdir. Həmçinin idarə etdiyi avtomobilinin yanacağını vuracağını, əlavə olaraq ona 50 manat da pul verəcəyini bildirdikdə, Marif onunla razılaşdı. Təxminən 1-2 saat sonra Marif onun yaşadığı evə gələrək onu götürmüş və sonuncunun idarə etdiyi “Toyota Corolla” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhərindən Cəlilabad rayonu istiqamətində yola düşmüşlər. O, Maarifə narkotik vasitə götürmək üçün Cəlilabada gəldiyini deməmişdir, sadəcə bir tanışı ilə görüşməli olduğunu demiş, yol boyu da Sultan ilə telefon danışıqlarını Maarif eşitməmiş, belə ki, o maşında arxa oturacaqda əyləşmiş və telefonla danışanda Maarif onu eşitməmişdir. Onlar Cəlilabad rayonuna çatmaqlarına az qalmış Sultan ona zəng vuraraq narkotik vasitənin Cəlilabad şəhərinin girişində yerləşən, Uzuntəpə kəndinin ərazisində olan qəbristanlıqda daşın altında olduğunu demişdir. Artıq, 17 mart 2023-cü il tarixdə, saat 02 radələrində Sultanın dediyi yerə çatmışlar. Marif avtomobili saxlayıb avtomobildə qalmış, o isə avtomobildən düşmüşdür. Lakin, narkotik vasitəni götürməmiş mülki geyimli şəxslər yaxınlaşmışlar. Həmin vaxt Marif avtomobili sürərək oradan uzaqlaşmışdır. Ona yaxınlaşan şəxslər özlərini təqdim edib polis əməkdaşı olduğunu bildirmişlər. Bir neçə polis əməkdaşı isə Marifin arxasınca hərəkət etmişdir. Polis əməkdaşları onu narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün polis şöbəsinə aparmışlar. O, əvvəlcə etiraz etmiş, daha sonra onlarla birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsində bir bağlamanı göstərib onu içərisində narkotik vasitə olduğunu və ona məxsus olduğunu demişlər, halbuki o narkotik vasitə götürməmişdir. O etiraz etmiş, polis əməkdaşları onu döyəyərək, təzyiqlər etmişlər, o da məcbur qalıb etiraf edici ifadə verərək sənədlərə imza etmişdir. Heç bir günahı yoxdur. Bərəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı və məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaqa verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadədə o, göstərmişdir ki, İran vətəndaşı Sultanla əlaqə saxlayarkən ona söhbət əsnasında narkotik vasitə istifadəçisi olduğunu, həmçinin maddi problemlərinin olduğunu bildirdikdə sonuncu, ona bu barədə kömək edə biləcəyini bildirmişdir. Sonra 16 mart 2023-cü il tarixdə, səhər saatlarında Sultan ona Cəlilabad şəhərinin girişinə narkotik vasitə qoyulacağını, onun dediyi narkotik vasitəni olduğu yerdən götürüb dediyi yerə yerləşdirdikdən sonra ona 500 AZN pul veriləcəyini bildirmişdir. Həmçinin Sultan ona əgər nəğd pul istəməzsə, onun əvəzində götürdüyü narkotik vasitədən ona 500 qram narkotik vasitə verəcəyini qeyd etmişdir. Bundan sonra o, tanıdığı taksi sürücüsü Təqsirləndirilən şəxs2 zəng vuraraq, Cəlilabad rayonuna getmək lazım olduğunu bildirmişdir. Həmçinin idarə etdiyi avtomobilinin yanacağını vuracağını, əlavə olaraq ona 50 manat da pul verəcəyini bildirdikdə, Marif onunla razılaşmışdır. Təxminən 1- 2 saat sonra Marif onun yaşadığı evə gələrək onu götürmüş və sonuncunun idarə etdiyi “Toyota Corolla” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhərindən Cəlilabad rayonu istiqamətində yola düşmüşlər. Onlar yolda olarkən Sultan adlı şəxs ona bir neçə dəfə zəng vurmuşdur. O, Sultanla danışdıqda Təqsirləndirilən şəxs2 onun narkotik vasitə üçün Cəlilabad rayonuna gəldiyini bilmişdir. Marif ona bir söz deməmişdir. Marif həmçinin onun İran vətəndaşı ilə əlaqə saxlamağını da öyrənmişdir. O, Marifin narkotik vasitə istifadəçisi olduğunu bildiyi üçün götürəcəkləri narkotik vasitədən ona da verəcəyini bildirdikdə, Marif birlikdə narkotik vasitəni götürməklərinə razı olduğunu bildirmişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, taksi fəaliyyəti ilə məşğul olur, 16 mart 2023-cü i1 tarixdə Təqsirləndirilən şəxs1 onun mobil telefonuna zəng edərək Cəlilabada tanışı ilə görüşmək üçün getməli olduğunu, onu aparmağı müqabilində ona 30 manat benzin pulu, 50 manat da əlavə pul verəcəyini bildirmiş, o, də razılaşmışdır. Cəlilabada gedən zaman Oqtay yolda telefon ilə danışmış, lakin kim ilə danışdığını bilməmiş, nə danışdığını da eşitməmişdir, çünki Oqtay arxa oturacaqda oturmuş və sakit danışmışdır. O, Oqtayın İranlı ilə narkotik vasitə barədə danışdığını, Cəlilabada narkotik vasitə götürmək üçün getdiyini bilməmişdir. Cəlilabad rayonu, Uzuntəpə kəndi ərazisindəki kənd qəbristanlığının yanında Oqtay maşını saxlatdırmış, avtomobildən düşdüş. Təxminən 5 dəqiqə sonra mülki geyimli bir şəxs avtomobilə yaxınlaşmış, vəsiqə göstərmiş və qapını açmağını bildirmişdir. O, həmin şəxsin polis olduğunu bilməmiş və qorxduğum üçün maşının qapısını açmamış, maşını sürərək oradan uzaqlaşmışdır. Niva markalı maşın onu təqib etməyə başlamış, Salyan postunu keçdikdən sonra polislər onu saxlamışlar və Cəlilabad rayon polis şöbəsinə gətirmişlər. Üzərində narkotik vasitə olmamış, polislər onu döyərək üzərinə narkotik vasitə qoymuşlar. Heç bir günahı yoxdur. Barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs Maarif Quliyevin məhkəməyədək icraat zamanı və məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaqa verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadədə o, göstərmişdir ki, 15 mart 2023-cü il tarixdəBakı şəhərində “Papanin” adlanan ərazidə tanımadığı şəxsdən 30 manat müqabilində 1 bükümdə şəxsi istifadəsi üçün narkotik maddə heroin almış, real şərait olmadığı üçün heroini qəbul edə bilməmiş və cibində saxlamışdır. 16 mart 2023-cü i1 tarixdə, axşam saat 20 radələrində Təqsirləndirilən şəxs1 onun nömrəsinə zəng vuraraq, Cəlilabad rayonuna getmək lazım olduğunu bildirmişdir. Həmçinin idarə etdiyi avtomobilin yanacağını vuracağını, əlavə olaraq ona 50 manat da pul verəcəyini qeyd etmişdir. Yolda olarkən Oqtayın mobil telefonuna bir neçə dəfə zəng gəlmişdir. Oqtay həmin şəxslə danışarkən onun narkotik vasitə üçün Cəlilabad rayonuna getdiyini başa düşmüşdür. Həmçinin onun danışdığı şəxsin İran vətəndaşı olmasını hiss eləmişdir. Həmin ərəfədə Oqtay birlikdə narkotik vasitəni götürməklərini təklif etmiş və götürəcəkləri narkotik vasitədən ona da verəcəyini bildirmişdir. O, bundan sonra Oqtayla birlikdə narkotik vasitəni götürməklərinə razılıq vermişdir. Məhkəmə təqsirləndirilən şəxslərin ibtidai istintaq və məhkəmə zamanı verdiyi ziddiyyətli ifadələri müqayisəli tətqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə baxışı zamanı verdiyi ifadəsində “Cəlilabad rayonuna Sultanın dediyi yerdən şəxsi istifadə etməsi üçün 5-10 qram narkotik vasitə götürmək üçün getməsi, Maarifə narkotik vasitə götürmək üçün Cəlilabada gəldiyini deməməməsi, heç bir narkotik vasitəsini götürmədiyi halda polis əməkdaşlarının onu tutması, polis şöbəsində ona fiziki zor tətbiq etdikləri üçün məcbur qalıb narkotik vasitəsinin ona məxsus olmasını bildirməsi”, həmçinin Təqsirləndirilən şəxs2 məhkəmə baxışı zamanı verdiyi ifadəsində “Oqtayın İranlı ilə narkotik vasitə barədə danışdığını, Cəlilabada narkotik vasitə götürmək üçün getdiyini bilməmiş, üzərində narkotik vasitə olmamış, polislər onu döyərək üzərinə narkotik vasitə qoymuşlar xüsusatları obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özlərini müdafiə xarakteri daşıyır. Məhkəmə, təqsirləndirilən şəxslərin məhkəmə baxışı zamanı ifadələrində göstərdikləri sözü gedən xüsusatları onların cinayət məsuliyyətindən boyun qaçırmaya yönələn cəhd kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadələrində qeyd olunan xüsusatları işin faktiki hallarına uyğun olduğunu hesab edərək sübut kimi qəbul edir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Cəlilabad rayon polis şöbəsinin əməkdaşı Şahid7 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cəlilabad rayonu ərazisindən külli miqdarda müxtəlif növ narkotik vasitələr əldə edəcəkləri, daşıyacaqları və qanunsuz dövriyyəsini həyata keçirəcəkləri barədə məlumat daxil olmuş və əməliyyat qrupu yaradılmışdır. 17 mart 2023-cü il tarixdə, təxminən saat 00:30 radəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 idarə etdikləri “Toyoto Corolla” markalı, ** PU *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Cəlilabad şəhəri, Qurtuluş prospektində hərəkət etmələri müəyyən edilərək onlar tərəfindən əməliyyat müşahidəsinə götürülmüşdür. Onlar dairə adlanan ərazidən Cəlilabad rayonu, Uzuntəpə kəndi istiqamətində hərəkət etmişlər və əməliyyat müşahidəsi davam etdirilmişdir. 17 mart 2023-cü il tarixdə, saat 02 radələrində onlar Cəlilabad yazısı olan lövhədən bir neçə metr qarşıda sola tərəf, Uzuntəpə kənd qəbristanlığına doğru hərəkət etmişlər. Sürücü avtomobili kənd qəbristanlığının qarşısında saxlamış və bir nəfər sərnişin oturacağında əyləşmiş şəxs avtomobildən düşərək qəbristanlıq istiqamətində piyada hərəkət etməyə başlamışdır. Bir neçə dəqiqə sonra həmin şəxs əlində 1 ədəd bağlama ilə avtomobilə yaxınlaşan zaman əməliyyat qurupu tərəfindən saxlanılmışdır. Sürücü həmin şəxsin saxlanılmasını gördükdən sonra avtomobili hərəkətə gətirərək surətlə oradan uzaqlaşmışdır. O və əməliyyat qrupunun digər üzvləri olan Şahid6, Şahid5 və Şahid8 oradan uzaqlaşan “Toyoto Corolla” markalı, ** PU *** dövlət qeydiyyat nişanlı avtomobilin arxasınca gedərək əməliyyat müşahidəsini davam etdirmişlər. Həmin avtomobil Bakı-Ələt- Astara avtomobil yolu ilə Masallı rayonu istiqamətində hərəkət etmişdir. Sonra BDYP-nin Masallı rayonu ərazisində yerləşən stasionar postundan geriyə istiqamətlənərək Bakı şəhəri istiqamətində hərəkətini davam etdirmişdir. Salyan rayonu ərazisində yerləşən stasionar postuna bu barədə məlumat vermişlər. Stasionar postda avtomobil saxla əmrinə tabe olmayaraq hərəkətini davam etdirmişdir. Bir neçə kilometr irəlilədikdən sonra avtomobil yüksək sürətlə hərəkət edərək Salyan rayonu ərazisində dumanlı hava şəraitinə düşmüş və idarəetməni itirərək aşmışdır. Onlar həmin şəxsə yaxınlaşıb avtomobildən çıxmasına kömək edərək özlərini təqdim etmişlər. O isə şifahi sorğu zamanı özünü Təqsirləndirilən şəxs2 kimi təqdim edərək, Cəlilabad rayonuna Təqsirləndirilən şəxs1lə birlikdə külli miqdarda narkotik vasitələr əldə etmək məqsədi ilə gəldiklərini, cinayət məsuliyyətindən boyun qaçırmaqdan ötrü onlardan yayındığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs2 Cəlilabad rayon polis şöbəsinə gətirilmiş, üzərinə müdafiəçisinin iştirakı və videloçəkilişlə baxış keçirilmiş. Təqsirləndirilən şəxs2 də əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 1 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü təqdim edərək bildirmişdir ki, həmin bükümün içərisində narkotik vasitə heroin vardır. Həmin bükümə onlar tərəfindən baxış keçirildikdən sonra içərisində narkotik vasitə olan heroinə bənzər maddə olması müəyyən olunmuşdur. Şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, iştirakçılar tərəfindən imzalanmışdır. Şahid qismində dindirilmiş Cəlilabad rayon polis şöbəsinin əməkdşları Şahid6 və Şahid8 eyni məzmunlu ifadə verərək Şahid7 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdirlər Məhkəmə baxışında şahid qismində dindirilmiş Cəlilabad rayon polis şöbəsinin əməkdaşı Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cəlilabad rayonu ərazisindən külli miqdarda müxtəlif növ narkotik vasitələr əldə edəcəkləri, daşıyacaqları və qanunsuz dövriyyəsini həyata keçirəcəkləri barədə məlumat daxil olmuş və əməliyyat qrupu yaradılmışdır. 17 mart 2023-cü il tarixdə, saat 00:30 radələrində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 idarə etdikləri “Toyoto Corolla” markalı, ** PU *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Cəlilabad şəhəri, Qurtuluş prospektində hərəkət etmələri müəyyən edilərək onlar tərəfindən əməliyyat müşahidəsinə götürülmüşdür. Həmin gün, saat 02 radələrində onlar Cəlilabad yazısı olan lövhədən bir neçə metr qarşıda sola tərəf, Uzuntəpə kənd qəbristanlığına doğru hərəkət etmişlər. Sürücü avtomobili kənd qəbristanlığının qarşısında saxlamış və bir nəfər sərnişin oturacağında əyləşmiş şəxs isə avtomobildən düşərək qəbristanlıq istiqamətində piyada hərəkət etməyə başlamışdır. Bir neçə dəqiqə sonra həmin şəxs əlində 1 ədəd bağlama ilə avtomobilə yaxınlaşan zaman əməliyyat qurupu tərəfindən saxlanılmışdır. Sürücü həmin şəxsin saxlanılmasını gördükdən sonra avtomobili hərəkətə gətirərək surətlə oradan uzaqlaşmışdır. Əməliyyat qrupunun digər üzvləri həmin avtomobilin arxasınca gedərək əməliyyat müşahidəsini davam etdirmişlər. Onlar isə saxladıqları şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər. O isə şifahi sorğu zamanı özünü Təqsirləndirilən şəxs1 kimi təqdim edərək, əlindəki bağlamada külli miqdarda müxtəlif növ narkotik vasitələr olduğunu bildirmişdir. Həmin yerdə müvafiq sənədlərin tərtib olunması mümkün olmadığından Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılması və müvafiq sənədlərin tərtib olunması məqsədi ilə onu rayon polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində müdafiəçisinin və polis əməkdaşlarının iştirakları ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs1 təklif olunmuşdur ki, üzərində qanunla qadağan olunmuş hər-hansı bir əşya və ya predmet varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs1 də əlində olan bağlamanı təqdim edərək bildirmişdir ki, həmin bağlamanın içərisində müxtəlif növ külli miqdarda narkotik vasitələr vardır. Həmin bağlamaya onlar tərəfindən baxış keçirildikdən sonra içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya, heroinə, həşiş qətranına və metadon həblərinə bənzər maddələr olması müəyyən olunmuşdur. Sonra isə həmin bağlama qablaşdırılmış protokol tərtib olunmuş, iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin Təqsirləndirilən şəxs2 şübhəli şəxs kimi saxlandıqdan sonra idarə etdiyi “Toyoto Corolla” markalı, ** PU *** dövlət qeydiyyat nişanlı avtomobilə də baxış keçirilmiş və avtomobildən qanunla qadağan edilmiş heç bir əşya və ya predmet aşkar edilməmişdir. Bununla bağlı protokol tərtib olunmuş, onlar da həmin protokola imza etmişlər. Şahid qismində dindirilmiş Cəlilabad rayon polis şöbəsinin əməkdaşı Şahid4 eyni məzmunlu ifadə verərək Şahid2 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslər və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 17 mart 2023-cü il tarixli 19/316 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət.Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülmüş bir bükümdə kütlə....” sözlər və imzalar olan bir ədəd zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi: -1,322 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Ekspertiza tədqiqatından sonrakı qalıq heroin 1,222 qram. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 60 (altmış) manat qəpikdir. İş materiallarında olan məhkəmə fiziki-kimyəvi-bioloji ekspertizasının 17 mart 2023cü il tarixli 19/317 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs1 aşkar olunaraq götürülmüş 5 bükümdə kütlə, 19 ədəd külçə formasında olan kütlə və 25 blok psixotrop maddə olan “Metadon”a bənzər kütlələr....” sözlər və imzalar olan bir ədəd bağlamadakı, 2 ədəd bükülülərdə ayrı-ayrılıqda təmiz çəkisi: -1410,0 qr: -1550,0 qram: ümumi təmiz çəkisi: -2960,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadırlar, bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər; 3 ədəd bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri: -2030,0 qr: - 2050,0 qr: -1040,0 qram: ümumi təmiz çəkisi: -5120,0 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər; 19 ədəd açıq formada listlərdə (külçə şəklində) ayrı-ayrılıqda təmiz çəkiləri: -210,0 qr: -210,0 qr: -205,0 qr: -200,0 qr: -220,0 qr: -205,0 qr: -200,0 qr: -200,0 qr: -200,0 qr: -200,0 qr: -210,0 qr: -210,0 qr: -210,0 qr: -200,0 qr: -210,0 qr: -210,0 qr: -200,0 qr: -205,0 qr: -205,0 qram: ümumi təmiz çəkisi: -3910,0 qram olan maddələr narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla alınmış narkotik vasitə həşiş qətranıdırlar, bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər; 25 ədəd konvalyutda ümumi sayı 250 ədəd olan qəhvəyi rəngli dairəvi formalı həblər metadondurlar, həblərin təsiredici maddəsinin miqdarına görə bir-biriləri ilə eynidirlər. Həblərin təsiredici maddəsinin ümumi miqdarı: -10,0 qramdır (bir həbdə 0,04 qr). Ekspertiza tədqiqatından sonrakı qalıq marixuanna narkotik vasitə 2959,8 qram, heroin narkotik vasitə 5119,7 qram, həşiş qətranı narkotik vasitə 3909,05 qram və metadon həbləri 234 ədəd. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 120 (yüz iyirmi) manat qəpikdir. İş materiallarında olan məhkəmə fiziki-kimyəvi-bioloji ekspertizasının 01 may 2023cü il tarixli 19/451 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərlərində “Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 1 büküm heroin Rəy №19/316....” və “Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 2 ədəd bükülüdə Marixuana; 3 ədəd bükülüdə Heroin; 19 ədəd listdə (külçə formalı) Həşiş qətranı və 25 ədəd listdə olmaqla 250 ədəd Metadon 40 həbləri Rəy №19/317.....” sözlər və imzalar olan 1 ədəd zərfdəki və 1 ədəd paketdəki, ümumi sayı 4 bükülü olan heroinlər xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-birilərindən fərqlidirlər. Ekspertiza tədqiqatından sonrakı qalıq heroin narkotik vasitə 1,122 qram, heroin narkotik vasitə 5119,6 qram. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 60 (altmış) manat qəpikdir. İş materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizasının 01 may 2023cü il tarixli 509 nömrəli rəylərindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizasının 04 may 2023cü il tarixli 507 nömrəli rəylərindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 1253 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən olunmur. Təqsirləndirilən şəxs1 xasiyyətin psixopatik cizgiləri aşkar edilir. Təqsirləndirilən şəxs1 qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 özünə və ətrafındakılarına zərər yetirmək təhlükəsi yoxdur. İş materiallarında olan ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 1252 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən olunmur. Təqsirləndirilən şəxs1 xasiyyətin psixopatik cizgiləri aşkar edilir. Təqsirləndirilən şəxs1 qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 özünə və ətrafındakılarına zərər yetirmək təhlükəsi yoxdur. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 151 nömrəli rəyindən görünür ki, X1 əlin İ-ci daraq sümüyünün yerdəyişmiş sınığı, sol İ-İİ-İİ-cü qabırğaların sınığı, hər iki gözyuvası ətrafında, sağ əlin arxa səthində, sol çiyin qurşağı nahiyyəsində, qəfəsinin sol yarısında və sağ kürək nahiyyəsində qançır, sol bud nahiyyəsində əzilmiş yara müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın/əşyaların/ təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətə (21 gün çox) pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya aiddir. İş materiallarında olan 17 mart 2023-cü il tarixli «şəxsi axtarış və götürmə haqqında» protokoldan və videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılan zaman o, əlindəki 1 ədəd qara rəngli bağlamanı təqdim edərək içərisində müxtəlif növ narkotik vasitələr olmasını bildirmiş, həmin bağlamaya baxış keçirilən zaman içərisində narkotik vasitələr olan qurudulmuş marixuana, heroin, həşiş qətranı və metadon həblərinə bənzər kütlələr olması müəyyən olunmuşdur. Aşkar olunmuş həmin narkotik vasitəyə bənzər kütlələr qablaşdırılaraq DİN-nin 141 №-li möhürü ilə möhürlənərək götürülmüşdür. Həmçinin Təqsirləndirilən şəxs1 məxsus “Samsung” markalı mobil telefon da iş üçün əhəmiyyət kəsb etdiyindən baxış keçirilməsindən ötrü götürülmüşdür. İş materiallarında olan 17 mart 2023-cü il tarixli «şəxsi axtarış və götürmə haqqında» protokoldan və videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılan zaman o, əynindəki qara rəngli idman şalvarının sol yan cibindən 1 ədəd şəffaf rəngli sellofana bükülmüş bükülü çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs2 həmin bükülünün içərisində narkotik vasitə olmasını bildirmiş, həmin bükülüyə baxış keçirilən zaman içərisində narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən olunmuşdur. Aşkar olunmuş həmin narkotik vasitəyə oxşar kütlə qablaşdırılaraq DİN-nin 141 №-li möhürü ilə möhürlənərək götürülmüşdür. Həmçinin Təqsirləndirilən şəxs2 məxsus “Samsung Galaxy A10” markalı mobil telefon da iş üçün əhəmiyyət kəsb etdiyindən baxış keçirilməsindən ötrü götürülmüşdür. İş materiallarında olan 17 mart 2023-cü il tarixli «baxış və götürmə haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 idarə etdiyi «Toyota Corolla» markalı **-PU- *** dövlət qeydiyyat nişanlı avtombilə baxış keçirilən zaman avtombildən iş üçün əhəmiyyət kəsb edən heç əşya və predmet aşkar olunmamışdır. İş materiallarında olan 22 aprel 2023-cü il tarixli «mobil telefona baxış keçirilməsi haqqında» protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 oğulndan aşkar olunaraq götürülmüş «Samsung J5» markalı mobil telefona baxış zamanı mobil telefonun «Whatsapp» proqramında İİR-na məxsus +**********51 saylı mobil nömrə ilə, «Sultan» kontak adı ilə qeydiyyatdan keçmiş şəxslə Təqsirləndirilən şəxs1 arasında narkotik vasitələrinin qanunsuz dövriyyəsi ilə bağlı məzmunda müxtəlif vaxtlarda danışıqlar aparılmış və fotoşəkillər göndərilmişdir. İş materiallarında olan 22 aprel 2023-cü il tarixli «mobil telefona baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 şəxsi axtarış zamanı aşkar olunmuş «Samsung Galaxy A10» markalı mobil telefonda iş üçün əhəmiyyət kəsb edən heç bir şey aşkar olunmamışdır. İş materiallarında olan «maddi sübut kimi tanınması haqqında» 06 may 2023-cü il qəraradan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ekspertiza tədqiqatından sonrakıf qalıq 5120,722 qram olan narkotik vasitə heroin, 2959,8 qram olan narkotik vasitə qurudulmuş marixuana, 3909,05 qram olan narkotik vasitə həşiş qətranı, 234 ədəd narkotik vasitə metadon həbləri maddi sübut kimi tanınmış saxlanılmasından ötrü Cəlilabad RPŞ-nin sübutlar otağına təhvil veril verilmiş, şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı götürülmüş Təqsirləndirilən şəxs1 məxsus “Samsung Galaxy J5” markalı mobil telefon və “Şəxsi axtarış keçirilməsi və götürmə” və “baxış və götürmə” haqqında istintaq hərkətlərinin videoçəkilişi əks etdirilmiş 2 ədəd “DVD” disk maddi sübut kimi tanınmış iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan 17 mart 2023-cü il tarixli «şübhəli şəxs qismində tutulma haqqında» protokollardan görünür ki, Təqsirləndirilən şəxs1 və X8 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşlar. İş materiallarında olan Cəlilabad rayon məhkəməsinin 18 mart 2023-cü il tarixli qərarları ilə Təqsirləndirilən şəxs1 və X8 barələrində həbs olunmasının əvvəli 17 mart 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Cəlilabad rayon məhkəməsinin 28 mart 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 və X5 ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirişlməsinə dair Cəlilabad RPŞ-nin qərarı qanuni və əsaslı hesab edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən alınmış tələbnamədən və hökmlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 Xətai Rayon Məhkəməsinin 18 may 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 71.5, 67.1-ci maddələri ilə təqsirli bilinib 3 il 2 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş. Nərimanov Rayon Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsinə əsasən 5 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən alınmış tələbnamədən görünür ki, X2 Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib əsasən 8 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmmişdir. İş materiallarında olan Ağdam şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 31 may 2023-cü il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Ağdam şəhəri, M.V.Vidadi küçəsi ev 8-də qeydiyyatda olmaqla, ünvan 1 ünvanında məcburi köçkün kimi yaşayır, ailə tərkibi anası, bacısı və qardaşından ibarətdir, barəsində nümayəndəliyə heç bir ərizə və şikayət dlaxil olmamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında 24 iyun 2023-cü il tarixli «cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi» haqqında qərardan görünür ki, cinayət işinin materiallarından həmin narkotik vasitələrinin mənbəyinin və istintaqa «Sultan» adı ilə məlum olan İİR-nın vətəndaşlarının yerinin və şəxsiyyətinin müəyən edilməsi barədə Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi ayrılmışdır. İş materiallarında olan 07 fevral 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarla X6 məxsus “Samsung Galaxy A10” markalı mobil telefon yaxın qohumlarına və onun idarə etdiyi “Toyota Corolla” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtombil mülkiyyətiçisinə qaytarılmışdır. Məhkəməyə daxil olmuş 30 dekabr 2023-cü il tarixli Cəlilabad Rayon Prokurorluğunun “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarı ilə Təqsirləndirilən şəxs1 bədənində xəsarətlər aşkar edilməsi faktı üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə baxışında dövlət ittihamçısı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X6 ibtidai istintaq orqanı tərəfindən verilmiş ittihamdan Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2 maddəsindən imtina etdiyinə görə məhkəmə tərəfindən həmin hissədə cinayət təqibinə xitam verilməsi barədə qərar qəbul edilmiş və məhkəmə istintaqı Təqsirləndirilən şəxs1 CM-nin 234.4.1, 234.4.3-cü maddələri və X5 CM-nin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə davam etdirilmişdir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, işdə olan digər sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinatət Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Maarif Quliyva istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməlləri məhz onlar tərəfindən törədilmişdir, bu cinayətlərə görə onlara ittiham verildiyi Təqsirləndirilən şəxs1 CM-in 234.4.1 və 234.4.3-cü maddələri və Maarif Quliyva CM-in 234.1, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində təqsirlidirlər və onların təqsirliliyi kifayət qədər sübuta yetirilir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli CM-in 234.4.1 və 234.4.3-cü maddələri və Maarif Quliyvin əməli CM-in 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs1 və Maarif Quliyevin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onların barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli qanunların tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən təqsirləndirilən şəxlərsin əldə etdiyi narkotik vasitə və metadon həbləri “külli miqdar” kimi qiymətləndirilir. CM-in 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs1 yaşayış yerindən müsbət xarakterizə olmalarını, məhkəmə yüngülləşdirici hallar kimi nəzərə alır, Təqsirləndirilən şəxs2 əməlini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə CM-in 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Maarif Quliyevin cəzalarını ağırlaşdıran halları müəyyən etmir. Odur ki, təqsirləndirilən şəxslərə cəza təyin ediləsi halda yuxarıda göstərilən yüngülləşdirici hallar nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, törətdiyi əməllərə görə Təqsirləndirilən şəxs1 CM-in 234.4.1 və 234.4.3-cü maddələri və Maarif Quliyev CM-in 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək cəzalanmalıdırlar. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs1 və Maarif Quliyv ittiham olunduqları maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidirlər. X6 Xətai Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli hökmü ilə təyin olunmuş 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin olunmuş cəzaya qismən birləşdirilməklə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. X6 Nərimanov Rayon Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli hökmü ilə təyin olunmuş 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin olunmuş cəzaya qismən birləşdirilməklə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən “Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır”. CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Maarif Quliyvə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Ambulator məcburi-narkoloji tibbi yoxlama rəylərinə görə Təqsirləndirilən şəxs1 və Maarif Quliyev cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdırlar. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub - Cəlilabad RPŞ-də saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 5120,722 qram olan narkotik vasitə heroin, 2959,8 qram olan narkotik vasitə qurudulmuş marixuana, 3909,05 qram olan narkotik vasitə həşiş qətranı, 234 ədəd narkotik vasitə metadon həbləri məhv edilməli, iş materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs1 məxsus “Samsung Galaxy J5” markalı mobil telefon onun yaxın qohumlarını qaytarılmalı və “Şəxsi axtarış keçirilməsi və götürmə” və “baxış və götürmə” haqqında istintaq hərkətlərinin videoçəkilişi əks etdirilmiş 2 ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. İş üzrə 240 (iki yüz qırx) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Maarif Quliyevin hər birindən 120 (yüz iyirmi) manat tutularaq dövlət nəfinə keçirilməsini, onların cəza çəkmə müddətinin əvvəlinin 17 mart 2023-cü il tarixdən hesablanmasını əsaslı sayır. Göstərilənlərə əsasən, CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 Nərimanov Rayon Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli hökmü ilə təyin olunmuş 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin olunmuş cəzaya qismən birləşdirilməklə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 9 (doqquz) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 17 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə 120 (yüz iyirmi) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs1 tutularaq dövlət nəfinə keçirilsin. X8 Azərbaycan Respublikası CM-nin 234.1, 234.4.1, 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona CM-in 234.1-ci maddəsi ilə 1 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 9 (doqquz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzaları qismən toplamaqla X6 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. X6 Xətai Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli hökmü ilə təyin olunmuş 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin olunmuş cəzaya qismən birləşdirilməklə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 10 (on) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 17 mart 2023-cü il tarixdən hesablansın. X8 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə 120 (yüz iyirmi) manat məbləğində ekspertiza xərci Maarif Quliyevdən tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq - Cəlilabad RPŞ-də saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 5120,722 qram olan narkotik vasitə heroin, 2959,8 qram olan narkotik vasitə qurudulmuş marixuana, 3909,05 qram olan narkotik vasitə həşiş qətranı, 234 ədəd narkotik vasitə metadon həbləri məhv edilsin. - İş materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs1 məxsus “Samsung Galaxy J5” markalı mobil telefon onun yaxın qohumlarını qaytarılsın. - “Şəxsi axtarış keçirilməsi və götürmə” və “baxış və götürmə” haqqında istintaq hərkətlərinin videoçəkilişi əks etdirilmiş 2 ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs1 və Maarif Quliyevə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-93/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-93/2024
18.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver