Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-93/2025 03.03.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri-Dövlət ittihamçısı və müdafiəçi-Pro Bono Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1985-ci ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, subay, məhkumluğu olan, Ağdam rayonu Ağdamkənd kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ramiz Qənbərov küçəsi-4, Neft Energetika texnikomunun yataqxanasında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs İran İslam Respublikasında (bundan sonra İİR) olan digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, külli miqdarda narkotik vasitələrin satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi, saxlanması, daşınması və Azərbaycan Respublikası ərazisində satıb qazanc əldə etmək məqsədi ilə, 30 aprel 2024-cü il tarixdə Biləsuvar rayonuna gələrək orada əvvəlcədən aralarında olan razılaşmaya əsasən cinayətkar qrupun digər üzvü tərəfindən gizlədilmiş Ələt-Astara yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsində İİR-ə gedən yolu göstərən lövhənin yanından satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 475,0 qram çəkidə heroin, külli miqdarda 2440,0 qram çəkidə tiryək, külli miqdarda 1105,0 qram çəkidə qurudulmuş marixuana və xeyli miqdarda təsiredici maddəsinin ümumi miqdarı 1,2 qram təşkil edən 30 ədəd metadon həblərini əldə edib idarə etdiyi “Hyundai Azera” markalı **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobilində saxlayıb daşıyarkən, həmin tarixdə saat 03:05 radələrində Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində Biləsuvar rayonu ərazisində yerləşən "Azpetrol“ yanacaq doldurma məntəqəsinin yaxınlığında saxlanılıb Biləsuvar Rayon Polis Şöbəsinə gətirilmiş və orada idarə etdiyi “Hyundai Azera” markalı **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilin arxa sol ayaqaltısında olan çantadan 01 ədəd üzəri yapışqan lentlə sarılmış sellofan bükülüdə külli miqdarda 475,0 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 05 ədəd üzəri yapışqanlı lentlə sarılmış sellofan bükülülərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 540,0 qram, 255,0 qram, 585,0 qram, 540,0 qram, 520,0 qram olmaqla ümumilikdə külli miqdarda 2440,0 qram olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-birləri ilə eyni olan narkotik vasitə tiryək, 01 ədəd üzəri yapışqan lentlə sarılmış sellofan bükülüdə külli miqdarda, 1105,0 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və zavod üsulu ilə qablaşdırma əlamətlərinə malik 3 ədəd konvalyutda hər birində 10 ədəd olmaqla ümumi sayı 30 ədəd üzərində “F/M40” yazısı olan qəhvəyi rəngli, dairəvi formalı, təsiredici maddəsinin ümumi miqdarı, xeyli miqdarda 1,2 qram təşkil edən təsiredici maddəsinin miqdarına görə bir-birləri ilə eyni olan metadon həbləri aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü ildə Bakıda olmuş, Füzuli rayonuna ailəvi dostunun bacısının il dönümünə getməli olmuşdur. Füzuliyə isə tez-tez gedib gəlirmişlər. Bakıdan özü, atası, bacısı, bacısının və özünün uşağı birlikdə yola çıxmışlar. Füzuli rayonu Kürdmahmudlu kəndinə gedirmişlər. Yolda Salyan rayonu ərazisi dumanlı olduğundan sürəti azaltmış, daha sonra gəlib Biləsuvar rayonunda dairəvi yola tərsinə sürmüşdür. Həmin vaxt YPX əməkdaşları onu saxlamış, sürücülük vəsiqəsi olmamışdır. Sənədlərə baxmış, biraz mübahisə etmişlər, atası isə YPX maşınında oturub danışmışdır. Özü isə gedib müdaxilə etmiş, biraz danışıqdan sonra polis əməkdaşları onları buraxmış, o da maşına oturub yola davam etmişdir. Şəhərin içi ilə getmişdir. Lakin YPX əməkdaşı ad soyadına baxmış, sən demə də ona Sabunçu Rayon Məhkəməsi axtarış veribmiş. Yoluna davam etmiş, görmüş yenə YPX maşını gəlir, atasına “bu nəsə xoşuma gəlmədi” demişdir. Daha sonra geriyə dönüb Bakıya qayıtmağa başlamışdır. Qayıdanda isə görmüş ki, yenə YPX maşını gəlir, lakin bundan əvvəl onu saxlayan yox başqa maşındır. Həmin YPX onu saxlamış, sənədlərin qaydasında olub-olmamasını soruşmuş, demişdir ki, “hə”. Sonra isə maşından düşməyini, arxa nömrə işığının yanmadığını demişdir. Düşüb nömrə işığına baxanda Emin onun qolundan tutmuş, başqa maşınlar da tökülüb gəlmiş, onu saxlayıb YPX maşınında aparmışılar ki, “səni yoxlamağa aparırıq”. Gəlmişlər şöbəyə, orada bir müəllim ona demişdir ki, “üstündə nə var”. Özü isə üstündə telefonunun və dərmanının olduğunu demişdir. Telefonuna baxdıqdan sonra isə onu narkotiklə rəsmiləşdirəcəklərini, istifadəçisi olduğunu demişlər. O da polislərlə demiş ki, “eliyə bilirsinizsə eləyin”. Bundan sonra otağa girib-çıxmışlar. Sonra onun telefonundan kiməsə zəng vurmuşlar, özü isə qapıya çıxmış, ona demişlər ki, “razılaşmırsan?”, demiş ki, “yox”. Bundan sonra demişlər ki, “çıx get”. O isə atası, bacısı və digərlərinin necə olacağını, onlarsız necə gedəcəyini soruşmuşdur. Polislər isə 234.1-lə razılaşsa, özünü də, onları da buraxacaqlarını demişlər. Onda polislərlə razılaşmış, polislər bildirmiş ki, “çəkiliş aparıb, buraxacayıq”. Üstündən isə balaca bir şey çıxmış, heroin olmuşdur. Bundan sonra maşına baxış keçirmişlər. Demişlər ki, maşından da balaca bir “nəşə” çıxacaq. Soruşmuş ki, “daha üstümdən çıxdı da, onları niyə qoyursan”. Onlar isə demiş ki, “biz özümüzü siğortalayırıq ki, prokurorun qəbuluna gedənə kimi heçnə deməyəsən”. Bundan sonra maşında onlara məxsus sumkaya baxmışlar, narkotiki həmin sumkaya qoymuşlar. Çəkiliş zamanı da özü heç narkotiki həmin sumkadan çıxara da bilməmişdir. Emindən bunun nə olduğunu soruşduqda isə, ona narahat olmamağını demişdir. Sumkadan isə 3 list metadon, “nəşə” və tiryək çıxmışdır. Hər şey vəkilin gözü qarşısında olmuşdur. Vəkil isə ona demişdir ki, “ifadənin üstündə dur, sonra danışarıq.” Təhqiqatçı da gəlmiş narahat olmamağını demişdir. Lakin MSY-nə aparıldıqda orada polisləri söymüş, onu isə döymüşlər bundan sonra. Daha sonra prokurorun yanına çıxarmışlar. Müstəntiq gəlmiş narahat olma deyə-deyə, özünü ailəsilə şantaj edib yükləmişlər. Həmin vaxt da polislərlə zəng gəlib-getmiş, özü heçnə başa düşməmişdir. Düşünür ki, anası avtoqəza nəticəsində ölmüş, bu işidə həmin təqsirləndirilən şəxslər başına gətirmişlər. Buna qədər də onu BMCMİ-nə aparıb döyüblərmiş. Üstündən çıxanda, maşından çıxanda ona aid deyil. Əsas orda Aqşindir, onu aparıb, ailəsi ilə təhdid edib. Ən əsas da atası ilə təhdid ediblər. İşə ədalətli baxılmasını heroin aşkar olunan videonun yoxlanılmasını məhkəmədən xahiş etmişdir. Löhvənin yanında avtomobil saxlamamışdır. Son zamanlar heç bir narkotik istifadə etməmişdir, rəsmi dərmanlardan istifadə etmişdir. Özündə isə metadon olmamışdır. Qanun nə tələb edir o cür də qərar verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə məhkəməyədək icraat zamanı verdiyi ifadələrində özünü elan olunmuş ittihamla təqsirli bilərək göstərmişdir ki, o narkotik vasitə istifadəçisidir. Buna görə də əvvəllər bir neçə dəfə məhkum olmuşdur. Əvvəllər psixi problemi olduğu üçün müalicə almış, rəsmi olaraq heç yerdə işləmir. Təxminən üç il olar İran İslam Respublikasının vətəndaşı Sadiq adlı şəxslə sosial şəbəkədə tanış olmuşdur. Onunla istifadə etdiyi +98933 *** ** ** saylı mobil nömrənin “WhatsApp” mobil proqramında danışmışdır. 27 aprel 2024-cü il tarixdə söhbət zamanı Sadiq ona bildirmişdir ki, “içərisində narkotik vasitələr olan bağlama göndərəcəm. Onu Biləsuvardan götürüb Bakı şəhərinə aparıb dediyim yerə qoy. Qarşılığında sənə istifadən üçün narkotik verəcəm, bundan başqada malı payladıqdan sonra əlavə sənə pulda verəcəm”. Lakin nə qədər pul verəcəyi barədə danışıqları olmamışdır. O da onun təklifi ilə razılaşmışdır. Sonrada Biləsuvara getmək üçün kirayə avtomobil danışmış, onun sürücülük hüququ olmadığı üçün avtomobili atasının adına sənədləşdirmişdir. Atasına demişdir ki, “Füzuli rayonu Kürdmahmudlu kəndindən olan dostumgilə gedəcəyik”. xx.xx.2024-cü il tarixdə atası işdən gəldikdən sonra saat 22 radələri olarmış onlar hazırlaşıb yola çıxmışlar. Bildirmişdir ki, o şübhə yaratmamaq üçün 2018-ci il təvəllüdlü oğlu Renatı, bacısı Naziləni, onun azyaşlı 2021-ci il təvəllüdlü oğlu Öməridə götürmüşdür. Onlara demişdir ki, “sizi gəzməyə aparıram”. Bacısı Nazilə getmək istəməsə də, demişdir ki, “biz gedirik, sən evdə tək qala bilməzsən, sən də getməlisən”. Bundan sonra o da onunla gəlmişdir. Birlikdə kirayə götürdüyü “Hyundai Azera” markalı **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərindən çıxmışlar. Bacısı Nazilə uşaqlarla arxada əyləşmişdir. Atası avtomobili idarə etmiş, o isə onun yanında əyləşmişdir. Yola çıxan kimi bacısı uşaqlar yatmışdır. O isə telefonla İran vətəndaşı Sadiqlə danışmışdır. Sadiq ona narkotik vasitələr olan bağlamanı X9 Respublikasına gedən yolu göstərən lövhənin yanına qoyduğunu demişdir. Lakin Sadiq narkotik vasitənin olduğu yeri desədə, o yolu tanımadığı üçün səhvən bir neçə dəfə azıb başqa istiqamətə getmişdir. Sonradan Sadiqin ona göndərdiyi məkan vasitəsilə həmin yeri tapmışdır. Ora çatanda atasına demişdir ki, “avtomobili saxla ayaqyoluna getmək istəyirəm”. Atası avtomobili saxlamış, o ayaqyolu adı ilə gedib içərisində narkotik vasitələr olan bağlamanı götürmüş və gətirib sürücünün arxasında özlərinə aid olan çantaya qoymuşdur. Həmin vaxt bacısı və uşaqlar yatmışlar. Yolu o atasına göstərdiyi üçün atası bərk əsəbləşmişdir. Ona görə də ona demişdir ki, “orada nə qurdalanırsan, gecə yarı oldu. Mən daha avtomobili idarə edə bilmirəm, gözlərim görmür. Dayanaq bir yerdə səhər açılsın gedərik”. O, narkotik vasitə olan bağlamanı götürdüyü üçün Bakıya qayıtmalı imiş. Həmin vaxt xx.xx.2024-cü il saat 03 radələri olarmış, o atasını sükanın arxasından düşürüb avtomobili özü idarə etmişdir. O, Bakı istiqamətində bir qədər getdikdən sonra atası demişdir ki, “bala sən yenə yolu səhv gedirsən”. O isə atasına məhəl qoymamışdır. Bir qədər getdikdən sonra YPX avtomobili saxla işarəsi vermişdir. Atası da əsəbləşib demişdir ki, “indi get cavab ver”. O da avtomobili yolun kənarına verib saxlamışdır. Bu zaman bir neçə nəfər şəxs onlara yaxınlaşıb özlərini tədim edərək polis əməkdaşı olduqlarını bildirmişdir. Sonrada narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını deyib onlarla polis bölməsinə getməyi bildirmişlər. Onlar da etiraz etmədən polis şöbəsinə getmişlər. Polis şöbəsində xidməti otaqların birində videoçəkiliş aparılmaqla polis əməkdaşı ona təklif etmişdir ki, üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı əşya varsa hamısını çıxarıb təqdim etsin. O da üzərində olan mobil telefonları və avtomobilin açarını çıxarıb təqdim etmiş və üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşyanın olmadığını bildirmişdir. Bundan sonra üzərində şəxsi axtarış keçirilsədə, üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Sorğu zaman Biləsuvara sosial şəbəkədə tanış olduğu İran vətəndaşı Sadiq adlı şəxsin göndərdiyi içərisində narkotik vasitə olan bağlamanı götürmək üçün gəldiyini, əldə etdiyi bağlamanın hazırda idarə etdiyi avtomobildə olduğunu, atasının və bacısının narkotik vasitədən xəbərsiz olduğunu bildirmişdir. Daha sonra onun, müdafiəçisinin, atasının, bacısının onların müdafiəçilərinin və polis əməkdaşlarının iştirakı ilə kirayə götürdüyü “Hyundai Azera” markalı **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobilə videoçəkilşlə baxış keçirilmişdir. Baxış zamanı təklif olunmuşdur ki, “Hyundai Azera” markalı **-PT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildə narkotik maddə yaxud qanunla qadağan olunmuş digər əşya vardırsa, könüllü olaraq təqdim etsin. Bacısı Nazilə və atası Məzahir bildirmişlər ki, avtomobildə onlara aid hər hansı narkotik vasitə və qanunla qadağan olunmuş başqa heç bir əşya və predmet yoxdur. Lakin o bildirmişdir ki, avtomobildə narkotik vasitə vardır. Amma onların xəbəri yoxdur. Bundan sonra avtomobilə baxış zamanı avtomaşının arxa sol ayaqaltıdan əşyaları olan çantaya onun qoyduğu içərisində narkotik vasitə olan bir ədəd şəffaf rəngli yapışqan lentlə sarılmış bağlama aşkar edilmişdir. Həmin bağlama açıldıqda içərisindən şəffaf rəngli sellofana bükülmüş bükülülər aşkar edilmiş, həmin bükülülər hər biri ayrı-ayrılıqda açılıb baxıldıqda bir bükülüdən qurudulmuş marixuanaya bənzər bitki kütləsi olması, beş bükülüdən tiryəkə bənzər maddə olması və bir bükülüdən üç ədəd konvaluytda olmaqla 30 ədəd metadon həbləri olması müəyyən edilmişdir. Sonrada hər biri elektron tərəzidə çəkildikdən sonra torbaya qoyularaq qablaşdırılmış və möhürlənmişdir. İfadəsinə əlavə olaraq bildirmişdir ki, həmin narkotik vasitələr olan bağlamanı sosial şəbəkədə tanış olduğu İİR vətəndaşı kimi özünü təqdim edən Sadiq adlı şəxsin vasitəsilə əldə etmişdir. Aşkar edilmiş torbada olan narkotik vasitələrdən marixuna ona məxsudur. O, həmin torbanı 30 aprel 2024-cü il tarixində saat 03 radələrində Biləsuvar rayonu ərazisində yerləşən İran İslam Respublikasına gedən yolu göstərən lövhənin yanından götürmüş, həmin torbanı ora kimin, nə vaxt qoymasından xəbəri yoxdur. O, içərisində narkotik vasitələr olan torbanı götürdükdən sonra İran vətəndaşı Sadiqin Bakı şəhərində dediyi yerə qoyacaqmış, bunun müqabilində ona istifadəsi üçün narkotik vasitə və pul verəcəkdir. Amma nə qədər pul verməsi barədə deməmişdir. O, İİR vətəndaşı Sadiq ilə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağı barədə heç kimə heç bir söz deməmiş, bu işdən heç kimin məlumatı olmamış, atası Məzahiri və bacısı Naziləni qonaq getmək adı ilə aldatmışdır. Onların onun bu əməlindən heç bir məlumatı olmamış və onlara bu barədə heç bir söz deməmişdir. Sadiq adlı İran vətəndaşının ona əvvəlcədən hansı növ narkotik vasitədən və hansı miqdarda göndərəcəyi barədə deməmiş, yalnız ona demişdir ki, bağlamada narkotik vasitə olacaq, növü və miqdarı barədə heç bir söz deməmişdir. O, ilk dəfə imiş Sadiqdən narkotik vasitə əldə edirmiş, Sadiq adlı şəxslə aralarında narkotik maddənin Azərbaycana keçirilməsi barədə heç bir razılaşma olmamışdır. Bu barədə heç bir söhbət etməmişlər. Sadiq ona demişdir ki, “mən sənə malın Azərbaycan da yerini deyəcəm gedib götürəcəksən”. Səhvini başa düşür, ona görə də əməlindən səmimi olaraq peşamandır. Məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi həmin ifadələrini təsdiq etmədiyini, razılaşma əsasında verilmiş ifadə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübutlar, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, hazırda Biləsuvar RPŞ-nin Kibercinayətkarlıqla mübarizə qrupunun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz əldə etməsi, saxlaması və daşıması barədə özünə daxil olmuş əməliyyat məlumatı əsasında 30 aprel 2024-cü il tarixdə tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərara əsasən o, Biləsuvar RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis kapitanı Şahid2, RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı X4, RPŞ-nin DYPB-nin inspektorları, X5 və X6 tərkibdə əməliyyat qrupu yaradılaraq bu barədə protokol tərtib edilmişdir. Həmin qərara uyğun olaraq 30 aprel 2024-cü il tarixdə saat 03:05 radələrində əməliyyat tədbiri keçirilməyə başlanılmışdır. Əməliyyat tədbirinə uyğun olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhə doğuran Təqsirləndirilən şəxs içərisində olduğu ehtimal olunan “Hyundai Azera” markalı **-PT-*** dövlət qeydiyyat nişanlı avtomibil Biləsuvar rayonu ərazisində yerləşən "Azpetrol“ yanacaq doldurma məntəqəsinin yaxınlığında əməliyyat qrupunun üzvləri olan RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs olduğu avtomobilə saxla işarəsi verilmiş və sürücü avtomobili saxlamışdır. Bu zaman onlar dərhal ona yaxınlaşıb özlərini təqdim edərək saxlanılmaqlarının səbəbini izah etmişlər. Həmin yerin şəraiti şəxsi axtarış keçirilməsi üçün münasib olmadığından sürücü Təqsirləndirilən şəxs, maşında olan atasını, bacısını və uşaqları olduqları “Hyundai Azera” markalı **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə RPŞ-nə gətirmişlər. Şöbədə müdafiəçinin iştirakı və videoçəkiliş ilə onun üzərində şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ və sol yan ciblərindən iki ədəd mobil telefon təqdim edərək bildirmişdir ki, üzərində narkotik vasitə və qanunla qadağan olunmuş heç bir predmet yoxdur. Sorğu zamanı bildirmişdir ki, “Biləsuvar rayonuna İran vətəndaşının ona göndərdiyi narkotik vasitələr olan bağlamanı götürmək üçün gəlmişdir. Əldə etdiyi bağlama idarə etdiyi avtomobildədir. Onun narkotik vasitə götürmək üçün gəldiyindən bacısı və atası xəbərsiz olmuşdur”. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilsə də, onun üzərindən qanunla qadağan olunmuş heç bir əşya aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs, onun müdafiəçisinin, Şahid3, onun müdafiəçisinin, Şahid4, onun müdafiəçisinin və şəxsi axtarışda iştirak edən digər əməkdaşların iştirakı ilə Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai Azera” markalı **-PT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə videoçəkiliş aparılmaqla baxış keçirilmışdir. Baxış zamanı Təqsirləndirilən şəxs avtomobildən bir ədəd çanta təqdim etmişdir. Həmin çantanın içərisindən üzəri şəffaf rəngli yapışqan lentlə sarılmış bir ədəd böyük bağlama aşkar edilmişdir. Həmin bağlama açılıb baxıldıqda içərisindən ümumilikdə yeddi ədəd bükülü olması müəyyən edilmişdir. Həmin bükülülər hər biri ayrı-ayrılıqda açılıb baxılmış və şöbənin elektron tərəzisində çəkildikdən sonra sellofan torbaya qoyularaq qablaşdırılmışdır. Avtomobil tərəflərindən hərəkətdə olarkən saxlanılmış, Təqsirləndirilən şəxs bağlamanı maşında olan şəxslərdən xəbərsiz düşüb götürdüyünü bildirmişdir. Rövşən Allahverdiyə “ona sən get ailəni rəsmiləşdirəciyik” sözün deməmişlər. Ona qarşı heç bir təsir və təzyiq edilməmişdir. Söbhət zamanı da həmin narkotiki Bakıya pul qarşılığında apardığını demişdir. Məhkəmə iclasında Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində göstərmişdir ki, hadisə günü özü işdə olmuş, hadisə may ayının dördündən üç-dörd gün əvvəl baş vermişdir. Oğlu Rövşən gəlmiş ki, “ata məni qonaq çağırıblar, anamın ilinə pulumuz yoxdur, həm gedək bir –iki gün qalaq, həm də pul götürüm borca ili verə bilək”. Əl çəkməmiş oğlu ki, “gedək”. İşdən icazə almış, oğlu isə rent cardan adına maşın götürmüşdür. Axşam saat on olarmış, oğlu Rövşən gəlib demişdir ki, “bacımı da götürək, tək qalmasın”. Bundan sonra qızını iki körpə uşağı götürmüşlər, qızı elə öz yanında çantaya yemək, uşağa dəyişək paltar qoymuşdur. Sonra çıxmışlar yola, maşını özü sürmüşdür. Yolda bir dəfə səhv istiqaməti getmiş, otuz dəqiqə vaxt itirmişlər, daha sonra yola çıxmışlar, artıq gec olmuşdur. Yolda görmüş ki, Biləsuvara girmişlər, oğluna demişdir ki, bura hara Füzuli hara, oğlu isə öyrənərik demişdir. Qarşıda dairə görmüş, maşını dairəyə sürmüş, lakin gecə olduğundan dairəyə səhv girmiş, YPX gəlib maşını saxlatmışdır. Maşından düşüb polisə demişdir ki, “ay oğul yolu tanımıram, azıb gəlmişəm, bə Füzuliyə gedirik, yol göstər”. Nəysə onlarla razılaşıb, polislər ona yolu göstərmişdir. Getmiş girmiş Biləsuvara, görmüş ki, rayon yolu deyil, fırlanmış yenə də kimdənsə yolu soruşmuşdur. Yenə sürmüş, qarşıda dairəyə 200 metr qalmış oğlu Rövşən demişdir ki, “saxla ayaqyoluna düşürəm”. Maşını saxlamış, Rövşən gedib-gəlmiş, arxa qapını açmış, oradakı çantanı eşələmişdir. Oğluna demişdir ki, “neynirsən, uşaqları oyatma, gecdi gəl gedək, bir yerdə saxlayaram”. Rövşən isə şirniyyat axtardığını demiş, sonra isə gəlib yanında oturmuşdur. Həmin vaxt oğlu ilə mübahisə etmiş, gec olduğunu, artıq gözünün görmədiyini, maşını sürə bilmədiyini demişdir. Rövşən isə maşını ona verməyini, özünün sürəcəyini demişdir. Sonra isə Rövşən ona demişdir ki, “düş özüm sürüm”. Bundan sonra maşından düşmüş daha onunla getməyəcəyini demişdir. Sonra isə düşünmüşdür ki, “maşın mənim adımadır, bu sürüb gedəcək, mən problemə düşəcəm”. Bundan sonra maşına minmiş, oğlu sürmüş, 200 metr getməmiş, yenə də əvvəlki dairəyə gəlib çıxmışlar. Rövşənə demişdir ki, “bura haradır, yenə eyni yerə gəldik”. Rövşən demişdir ki, “gedirik da bir tərəfə çıxacayıq”. Həmin dairədən 200 metr getmişlər, dönmüş sağa baxmış ki, Bakı yazılıb. Oğluna demişdir ki, “girmə bu yola yenə geriyə qayıda bilməyəcəyik”. Oğlu isə demişdir ki, “Füzuliyə gedəsi olmadıq, qayıdırıq Bakıya”. Biraz qabağa getmişlər ki, birdə görmüş polis işıq yandırıb saxlatmışdır. Elə bu vaxt qarşılarına bir maşın, böyrünə bir maşın vermişdir. Düşüb salamlaşmışdır. Demişdir ki, “azmışam”. Polislərdə tökülüşmüşlər ki, gəl maşına min. Rövşən maşında imiş, düşməmişdir. Özünü isə maşına aparmışlar, demişdir ki, “qonaq gedirəm, azmışam”. Heçnə deməmişlər, bundan sonra da heçnə görməmişdir. Sürmüşlər maşını bölməyə, orada otaqlara aparmışlar, cibini zadı axtarmışlar. Görmüş ki, Rövşən mübahisə edir bunlarla. Demişdir ki, “o xəstə uşaqdır, dərmanla saxlayıram”. Ona isə polislər demişdir ki, “buraxacıyıq, eləyəciyik, narkotik qəbul edən olub”. O da polislərə oğlunu xəstəxanaya saldığını, oradan çıxardığını cibində dərmanlarının olduğunu bildirmişdir. Rövşən isə səsin başına atmışdır. Qalmışlar otaqda heçnədən xəbəri olmamışdır. Sonra onu MSY-nə aparıb salmışlar. Orada yuxu tutub yatmışdır. Bir vaxt ayılmışdır ki, hava işıqlanıb. Gəlib demişlər ki, “gəl maşına baxış keçirəcəyik”. Hamısı getmişdir, çəkiliş olmuşdur. Ondan maşında nəyinin olduğunu soruşmuşlar. Demişdir ki, “maşın rent cardı, içərisində uşaq çantası var”. Qızından da soruşduqda o da eyni şeyi demişdir. Rövşənə isə demişlər ki, get gətir nəyin var. Rövşən gedib maşını eşələyib, demişdir ki, hara qoymusuz, yoxdu axı. Özü isə soruşmuşdur ki, “nə qoyublar maşına”. Polislər isə ona sakit durmağını, özünü də sənədləşdirəcəklərini bildirmişdir. Polislərdən biri gedib arxadan qapını açıb, çantanı gətirib qoymuşdur, çanta açılanda isə içindən narkotik o növü yoxdur ki, içindən çıxmaya. Soruşmuş ki, “bu nədi”. Rövşən isə ona dillənməməyini, sakit olmasını demişdir. Sonra isə onu yenidən MSY-nə salmışlar. İçəridə olan dustaqlarla danışmışdır. Demişdir ki, “maşından belə-belə şeylər çıxmışdır.” Ordan biri demiş ki, “məni də elə eyni narkotiklə tutublar”. Sonra isə müstəntiqlə bunun nə oyun olduğunu danışmışdır. O isə oğlu Rövşənin polis şöbəsini dağıtdığını, söyüşlə danışdığını bildirmişdir. Özü isə oğlunun xəstə olduğunu, özünün ağsaqqal olduğunu onu bağışlamalarını xahiş etmişdir. Müstəntiq ona demişdir ki, “heçnə olmaz, siz gedəsiniz, oğlunu isə düzüb-qoşacam”. Sonradan isə Rövşənə demişlər ki, “nə yazmışıq qol çək, yoxsa atanı və bacını da rəsmiləşdirərik”. Sabahısı isə taksi çağırıb, qızını da, özünü də buraxmışlar. Çıxıb getmiş, maşın isə orada qalmışdır. Bir-iki gün keçmiş rent car onu çağırmışdır. Bölmədə ondan pul istəmişlər, taksi sürəndə yolda söz vurmuş, özündə isə həmin vaxt heç taksi pulu da olmamış, gedib dostundan pul almış borc, 60 manat taksiyə vermiş, lakin 10 manatı taksi sürən geri qaytarmışdır. Sonra rent carla görüşəndə, ondan soruşmuşlar ki, bir şey demədilər sənə, özü isə pulunun olmadığını demişdir. Orda biri demişdir ki, on minə düzələr bu iş, özü isə pulunun olmadığını demişdir. Arvadının ilini verəcəkmişlər, pulu olmamış, rayona o məqsədlə gedirlərmiş ki, oğlu orda hansısa yoldaşından borca pul alacaqmış. Həmin pulu götürüb ili Bakıda verəcəklərmiş. Narkotiklər oğlu maşına gələndə arxada eşələndiyi çantadan çıxmışdır. Oğlunun maşını saxlatdığı yer isə düzənlik olmuş, ətrafda heç kim olmamışdır. Müstəntiqə də ifadə verərkən eynilə bunları bildirmişdir. İfadəsini müstəntiq oxumuş, özü isə imzalamışdır. İfadələri arasında ziddiyyətlər olduğundan məhkəmə iclasında Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. İş üzrə Şahid3 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, onun, müdafiəçisinin, qızı Nazilənin, oğlu Rövşənin onların müdafiəçilərinin və polis əməkdaşlarının iştirakı ilə “Hyundai Azera” markalı **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobilə videoçəkilşlə baxış keçirilmişdir. Baxış zamanı oğlu Rövşən bildirmişdir ki, avtomobildə narkotik vasitə vardır. Amma onların xəbəri yoxdur, yəni atası və bacısnın. Bundan sonra avtomobilə baxış zamanı avtomaşının arxa sol ayaqaltıdan Rövşənə aid əşyaları olan çantadan içərisində narkotik vasitə olan bir ədəd şəffaf rəngli yapışqan lentlə sarınmış bağlama aşkar edilmişdir. Həmin bağlama açıldıqda içərisindən şəffaf rəngli sellofana bükülmüş bükülülər aşkar edilmiş. Həmin bükülülər hər biri ayrı-ayrılıqda açılıb baxıldıqda bir bükülüdən qurudulmuş marixuanaya bənzər bitki kütləsi olması, beş bükülüdən tiryəkə bənzər maddə olması və bir bükülüdən üç konvaluytda olmaqla 30 ədəd metadon həbləri olması müəyyən edilmişdir. Sonrada hər biri elektron tərəzidə çəkildikdən sonra torbaya qoyularaq qablaşdırılmış və möhürlənmişdirn. Zərfin üzərinə bütün iştirakçılar, o cümlədən o da imza etmişdir. Daha sonra bu barədə protokol tərtib olunmuş, protokolu hamı, o cümlədən o da imza etmişdir. İfadəsinə əlavə olaraq bildirmişdir ki, onun həmin narkotik vasitələri olan bağlamanı kimin haradan, nə vaxt əldə etməsindən məlumatı olmamışdır. O, avtomobilə baxış keçirilən zaman bilmişdir ki, orada narkotik vasitə vardır. Onu oğlu Rövşənin nə vaxt qoyduğundan xəbəri olmamışdır. O, İİR vətəndaşı Sadiq adlı şəxsi tanımır, bu barədə oğlu Rövşən ona heç bir söz deməmişdir. O, həmin narkotik vasitələr olan bağlamanı Rövşənin nə vaxt, hardan götürdüyünü və avtomobilə qoyduğunu görməmişdir. Ona görə də bu barədə ondan heç bir söz soruşmamışdır. Rövşən yolda bir dəfə ayaqyoluna getmək üçün avtomobili saxlatdırmış, qayıdanda ondan arxa qapını açıb özünə aid çantanı eşələmişdir. Lakin həmin vaxt ona fikir verməmişdir. Elə başa düşmüşdür ki, yemək üçün nəsə götürür. Məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan sonra Şahid3 ibtidai istintaq zamanı verdiyi həmin ifadələrində göstərilənləri dediyini, lakin oğlunun onda narkotik olub-olmadığını demədiyini, oğlunun maşına gedib “hara qoymusuz” sözünü dediyini bildirmişdir. İşdə olan, Biləsuvar RPŞ-nin KCMQ-nın baş əməliyyat müvəkkili Şahid1 xx.xx.2024cü il tarixli “Raport”undan görünür ki, Təqsirləndirilən şəxs Biləsuvar rayonu ərazisində narkotik vasitələri, psixotrop maddələri əldə etməsi, istifadə etməsində və saxlanılmasında şübhəli olması barədə icraatına əməliyyat məlumatı daxil olmuşdur. Onun ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsini xahiş etmişdir. (c İ, i.v 5) İşdə olan, «əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə» xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi məqsədi ilə Biləsuvar RPŞ-nin KCMQ-nın baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qərar qəbul edilmişdir. (c İ, i.v 6-7) İşdə olan, «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 03:30-da şübhəli şəxs qismində tutulmuşdur. (c İ, i.v 25) İşdə olan, xx.xx.2024-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, həmin gün saat 03:35-dən 03:45-dək Biləsuvar Rayon Polis Şöbəsinin inzibati binasında, xidməti otaqların birində videoçəkilişlə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və onun üzərində qanunla qadağan edilmiş heç bir əşya və ya predmet aşkar olunmamışdır. (c 1, i.v 33-35) İşdə olan, 30 aprel 2024-cü il tarixli “baxış və götürmə” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs bildirmişdir ki, avtomobildə ona aid iran vətəndaşının ona göndərdiyi içərisində narkotik vasitə olan bağlama vardır. Bundan sonra avtomobilin arxa sol ayaqaltısından bir ədəd çanta təqdim etmişdir. Həmin çanta açıldıqda içərisində 1 ədəd qara rəngli sellofana bükülmüş, üzəri yapışqanlı lentlə sarılmış bağlama aşkar oldu. Həmin bağlama açıldıqda 2 ədəd qara rəngli sellofana bükülmüş bağlamanın yapışqan lentlə bir yerdə sarıldığı müəyyən edildi. Birinci bağlama açılıb baxıldıqda içərisindən 5 ədəd bükülü, bükülülərin birinin içərisində üzərinə Metodon 40 yazılmış 3 ədəd konvalyutda hər birində 10 ədəd olmaqla ümumilikdə 30 ədəd dərman həblərinin olması müəyyən edildi, digər 4 ədəd bükülü açılıb baxıldıqda hər birinin içərisində narkotik vasitə olan tiryəkə bənzər maddələr olması və 4 ədəd bükülü elektron tərəzidə çəkildikdə bükülü ilə birlikdə 2,500 qram olduğu müəyyən edildi. İkinci qara rəngli sellofana bükülmüş bağlama açıldıqda içərisindən 2 ədəd bükülü, bükülülərdən birinin içərisindən narkotik vasitə olan tiryəkə bənzər maddə olması və elektron tərəzidə çəkildikdə bükülü ilə birlikdə 0,525 qram, digər bükülü açıldıqda içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər bitki kütləsinin olması və elektron tərəzidə çəkildikdə bükülü ilə birlikdə 1,270 qram olması müəyyən edilmişdir. (c 1, i.v 80-82) İşdə olan, xx.xx.2024-cü il tarixli 936 saylı "xxxx" MMC tərəfindən verilmiş yol vərəqəsindən görünür ki, Hyundai Azera markalı, ** PT *** dövlət nömrə nişanlı avtomobil Şahid3 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək idarəsinə verilmişdir. (c 1, i.v 83) İşdə olan Məhkəmə Kimyəvi-Bioloji ekspertizasının 30 aprel 2024-cü il tarixli 19/376 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs aşkar edilmiş bağlama...” sözlər və imzalar olan bir ədəd bağlamadakı, 1 ədəd bükülüdə təmiz çəkisi: 475,0 qram olan maddə tiryəkdən kustar üsullas hazırlanmış narkotik vasitə heroindir; 5 ədəd bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri: 540,0 qr: 255,0 qr: 585,0 qr: 540,0 qr: 520,0 qram: ümumi təmiz çəkisi: 2440,0 qram olan maddələr xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış naroktik vasitə tiryəkdirlər; xarici görnüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-birləri ilə eynidirlər; 1 ədəd bükülüdə təmiz çəkisi: 1105,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır; 3 ədəd konvalyutda ümumi sayı 30 ədəd olan qəhvəyi rəngli, dairəvi formalı həblər metadon həbləridir, həblərin təsiredici maddəsinin miqdarına görə bir-birləri ilə eynidirlər. Həblərin təsiredici maddəsinin ümumi miqdarı: 1,2 qramdır (bir həbdə 0,04qr). Qeyd: 1. Heroinin ümumi çəkisi 475 qram, cəmi tədqiqata sərf edildi 0,1 qram, qalıq 474,9 qram. 2. Tiryəkin ümumi çəksi 2440,0 qram, cəmi tədqiqata sərf edildi 0,5 qram (hər obyektdən 0,1 qram) qalıq 2439,5 qram. 3. Marixuananın ümumi çəksi 1105,0 qram, cəmi tədqiqata sərf edildi 0,1 qram qalıq 1104,9 qram. 4. Metadon həblərinin ümumi sayı 30 ədəd, cəmi tədqiqata sərf edildi 3 ədəd, qalıq 27 ədəd. Aparılmış ekspertiza tədqiqatının dəyəri 120 manat təşkil edir. (c İ, i.v 97-100) İşdə olan, xx.xx.2024-cü il tarixli, 4(022)-41/2024 nömrəli Biləsuvar Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 30 aprel 2024-cü ildən hesablanmışdır. (c 1, i.v 171-174) İşdə olan, 02 may 2024-cü il tarixli maddi sübut kimi tanınma barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 475,0 qram heroinin tədqiqatdan sonrakı 474,9 qram qalığı, 2440,0 qram tiryəkin tədqiqatdan sonrakı 2439,5 qram qalığı, 1105,0 qram marixuananın tədqiqatdan sonrakı 1104,9 qram qalığı, 30 ədəd metadon həblərinin tədqiqatdan sonrakı 27 ədəd qalığı cinayət işi üzrə maddi sübut kimi tanınaraq Biləsuvar RPŞ-nin saxlancına təhvil verilmişdir. (c 1, i.v 177-178) İşdə olan, 02 may 2024-cü il tarixli ifadənin yerində yoxlanılması barədə protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, iş üzrə təqsirlndirilən şəxs Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha hadisə yerində göstərərək, 30 aprel 2024cü il tarixdə Biləsuvar rayonu ərazisində “Azpetrol” dairəsindən “Gömrük” dairəsinə gedən yolda yerləşən İİR-ə gedən yolu göstərən lövhənin yanından külli miqdarda narkotik vasitələri əldə etdiyi yeri əyani olaraq göstərib təqdim etmişdir. (c 1, i.v 181-183) İşdə olan, xx.xx.2024-cü il tarixli, 5(022)-163/2024 nömrəli Biləsuvar Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs ətrafında müvafiq əməliyyat– axtarış tədbirinin keçirilməsinə dair Biləsuvar RPŞ-nin KCMQ-nın baş əməliyyat müvəkkili Şahid1 xx.xx.2024-cü il tarixli qərarı qanuni hesab edilmişdir. (c 1, i.v 190) İşdə olan, xx.xx.2024-cü il tarixli DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(103)-379/2022 saylı qərarından və Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(008)-539/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs barəsində 1. Azərbaycan Respublikası CMnin 177.2-ci maddəsi təqsirləndirilməsinə dair cinayət iş xx.xx.2002-ci il tarixdə Nərimanov Rayon Polis İdarəsi tərəfindən Məhkəməsinə göndərilmişdir. 2. ACDİÜ Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirli bilinib 07 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 317.2.1 və 67.1-ci maddələrinə əsasən qəti cəzası 3 il 8 ay 15 gün azadlıqdan məhrum etmə təyin edilmişdir.
3. Qaradağ Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 317.2.1-ci maddəsi ilə təqsirli bilinib 3 il 8 ay 15 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2013-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. 4. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə 02 ay 17 gün vaxtından əvvəl şərti azad edilmişdir. 5. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 04 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2020-ci il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır. 6. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən hökm dəyişdirilib təyin edilmiş 02 il azadlıqdan məhrum etmə cəzasının müddəti 01 il 06 ay müddətinə edirilmişdir, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. 7. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi təqsirləndirilməsinə dair cinayət iş xx.xx.2024-cü il tarixdə Sabunçu Rayon Polis İdarəsi tərəfindən Məhkəməsinə göndərilmişdir. (c 1, i.v 191-194, 221-227, 240-245) İşdə olan, xx.xx.2024-cü il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus bir ədəd mobil telefon "Samsung" markalı, üzərində ***-***-**-** və ***-***-**-** nömrələrin olduğu, ***-***-**-** saylı nömrə ilə “WhatsApp” proqramında qeydiyyatdan keçdiyi müəyyən edildi. Təqsirləndirilən şəxs məxsus «Samsung» markalı telefonun yaddaş kitabçasına, zənglər siyahısına və mesajlara baxış zamanı İran mobil operatoruna aid “sadglazmy +98*** *** ** **” nömrə müəyyən olundu. Təqsirləndirilən şəxs məxsus "Samsung" markalı telefonun “WhatsApp” proqramında zənglər və mesajlar siyahısına baxış zamanı müəyyən edildi ki, sonuncu ilə İran mobil operatoruna aid “sadglazmy +98*** *** ** **” nömrə arasında 28-30 aprel 2024cü il və əvvəlki tarixlərdə sözügedən cinayət barədə “WhatsApp” vasitəsilə çoxsaylı danışıqlar, səsli mesajlar, fotoşəkillər, videogörüntülər və zənglər qeydə alınmışdır. Lakin həmin zənglər müddətli olduğu üçün silindiyindən köşürülməsi mümkün olmamışdır. (c 1, i.v 208) İşdə olan, ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 1252 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs Emosional davamsız şəxsiyyət pozuntusu müəyyən edilir. Təqsirləndirilən şəxs aşkar edilən şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, törətdiyi əməl dövründə onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etsin. Hal-hazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəliyin və psixi fəaliyyətin müvəqqəti pozulmasının əlamətləri aşkar olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkəti Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərini ölçübbiçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacə yoxdur. Hal-hazırda Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə barəsində aparılan istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır. (c 1, i.v 212-214) İşdə olan, ambulator, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 528 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. (c 1, i.v 257) İşdə olan, 24 iyul 2024-cü il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, 30 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarışın və idarə etdiyi avtomobilə videoçəkiliş aparmaqla keçirilmiş baxışın əks olunduğu iki ədəd CD disk və Təqsirləndirilən şəxs götürülmüş, üzərində ***- ***-**-** və ***-***-**-** nömrələri olan bir ədəd "Samsung" markalı mobil telefon iş üzrə maddi sübut kimi tanınmış, mobil telefon Biləsuvar RPŞ-nin saxlancına təhvil verilmişdir. (c 1, i.v 262-277) İşdə olan, 24 iyul 2024-cü il tarixli cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi barədə qərardan görünür ki, cinayətin digər iştirakçılarını müəyyən etmək məqsədi ilə hazırki cinayətdən işindən həmin fakta görə Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi ayrıca icraata ayrılması və icraatına qəbul edilərək ibtidai istintaqın davam etdirilməsi qərara alınmışdır. (c 1, i.v 279-280) İşdə olan, xx.xx.2024-cü il tarixli, 1(008)-280/2024 saylı Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilin və qəti olaraq 01 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. (c 2, i.v) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X3 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və seçdiyi müdafiəçisi vasitəsi ilə suallar vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi dəlillər: saxlanılarkən üzərində və idarə etdiyi avtomobildə heç bir narkotik vasitə, psixotrop maddə və qanunla qadağan edilmiş əşya və predmet olmamış, polislər onu saxlayanda ailə üzvləri və ən əsası isə atası ilə təhdid etdiklərindən onların dedikləri ilə razılaşmış, əvvəlcə üzərindən balaca bir büküm heroin çıxarıb, çəkiliş etmişlər daha sonra idarə etdiyi avtomobildən digər narkotikləri çıxarıb rəsmiləşdirmişlər. Löhvənin yanında isə avtomobil saxlamamışdır. Təqsirlərdirilən şəxs Təqsirləndirilən şəxs saxlanılarkən polis əməkdaşları tərəfindən təhdidlər və pis rəftara məruz qalması ilə bağlı irəli sürdüyü dəlilə məhkəmə münasibət bildirərək qeyd edir ki, məhkəmə bu hissədə təqsirləndirilən şəxsin iddia etdiyi halla razılaşmır və hesab edir ki, o, belə məzmunda ifadə verməklə cinayət məsuliyyətindən yaxa qurtarmaq istəmişdir. Belə ki, təqsirləndirilən şəxs iddia etdiyi halın ilk baxışdan mümkün ola biləcəyi görünsə də, yəni tutulduqdan sonraki qısa müddət ərzində onun iddia etdiyi halların baş verməsi mümkün olsa da, onun əməliyyat orqanından asılılığı bitdikdən sonra, yəni barəsində həbs qətimkan tədbiri seçilərkən, İstintaq Təcridxanasına təhvil verilərkən, ibtidai istintaqın sonraki mərhələlərində iddia etdiyi hallarla bağlı heç bir orqana müraciət etməmiş, habelə sair qaydada iddia etdiyi halları mübahisələndirməmişdir. Azərbaycan Respublikası CPM-nin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Qanunvericiliyin tələblərindən göründüyü kimi, ibtidai istintaq dövründə qeyri-insani və ya şəxsiyyəti alçaldan, yaxud hər hansı digər formada qanunsuz təsirə məruz qalmağa dair şikayət işə mahiyyəti üzrə baxan yox, məhkəmə nəzarətini həyata keçirən məhkəmə qarşısında qaldırılan şikayətlər siyahısına aid edilmişdir. İş materiallarından göründüyü kimi, öz seçimi ilə cəlb edilmiş peşəkar vəkillə təmsil edilməsinə baxmayaraq, istər Təqsirləndirilən şəxs özü, istər onun vəkili ibtidai istintaq dövründə belə şikayətlə vaxtlıvaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmiş və eyni zamanda o, bu halı hər hansı dəlillə əsaslandırmamış və ya izah etməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı müdafiəçi tərəfindən verilmiş suallara cavab olaraq söyləydiyi səsli nitqində saxlanılarkən və polis şöbəsində olarkən ona qarşı polis əməkdaşları tərəfindən təsir, təzyiq edilmədiyini, narazılığının olmadığını bildirmiş, onun saxlanılmasında iştirak etmiş polis əməkdaşları da məhkəmədə dindirilərkən tərəflərindən Təqsirləndirilən şəxs qarşı hər hansı bir fiziki və ya psixi təsirin göstərilmədiyini bildirmişlər. Təqsirləndirilən şəxs üç aydan artıq müddət ərzində aparılmış ibtidai araşdırma zamanı təhdidlər və pis rəftara məruz qaldığını mübahisələndirməmişdir. Bu səbəbdən məhkəmə tərkibi hesab edir ki, yuxarıda qeyd olunanlar təqsirləndirilən şəxsin məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadələrin məhz təhdidlər və pis rəftar nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxsin tutulduqdan sonra polis əməkdaşları tərəfindən təhdidlər və pis rəftara məruz qalması ilə bağlı göstərdiyi xüsusat işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, ondan ifadələrin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Məhkəmə tərkibinin belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda da öz əksini tapmışdır (Əhmədov Azərbaycana qarşı, № 30364/09, §§ 42-43, 12 noyabr 2013; Məmmədov Azərbaycana qarşı, № xx/xx/2013, §§ 23-27, 11 yanvar 2007; Rizvanov Azərbaycana qarşı, № 31805/06, §§ 12-20, 17 aprel 2012; və Nəcəfli Azərbaycana qarşı, № 2594/07, §§ 11-21, 2 oktyabr 2012). Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs işin məhkəmə baxışı zamanı tutulduqdan sonra təhdidlər və pis rəftara məruz qalmaqla ondan şübhəli və təqsirləndirilən şəxs kimi izahat və etirafedici ifadələr alınması ilə bağlı bildirdiklərinə yuxarıda aparılmış təhlil nəzərə alınmaqla iş üzrə toplanmış digər sübutlarla birlikdə məcmu şəkildə qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin bu hissədə bildirdikləri həqiqətə uyğun deyil, onun müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi digər dəlillərin qiymətləndirilməsi: Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində göstərilən xüsusatlar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən özünün ibtidai araşdırma zamanı vermiş olduğu izahat və ifadələri, şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, telefon danışıqları məlumatları habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Belə ki, cinayət təqibi başlanan andan Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə xx.xx.2024-cü ildə şübhəli (cild İ – i.v. 117-119) və xx.xx.2024-cü ildə təqsirləndirilən (cild İ – i.v. 162-164) şəxs qismində verdiyi ifadələrində eləcə də üzərinə və idarə etdiyi avtomobilə video-çəkiliş vasitəsilə şəxsi axtarış və baxış keçirilərkən söylədiyi səsli nitqində işin faktiki hallarına uyğun gələn ifadələr vermişdir. Həmin ifadələrində və istintaq hərəkətlərində təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar edilmiş narkotik vasitələr olan bağlamanı sosial şəbəkədə tanış olduğu İİR vətəndaşı kimi özünü təqdim edən Sadiq adlı şəxsin vasitəsilə əldə etdiyini, torbada olan narkotik vasitələrdən marixunanın ona məxsus olduğunu, həmin torbanı 30 aprel 2024-cü il tarixində saat 03 radələrində Biləsuvar rayonu ərazisində yerləşən İİR-ə gedən yolu göstərən lövhənin yanından götürdüyünü, torbanı götürdükdən sonra İran vətəndaşı Sadiqin Bakı şəhərində dediyi yerə qoyacağını, bunun müqabilində sonuncunun ona istifadəsi üçün narkotik vasitə və pul verəcəyini bilvasitə öz seçimi əsasında cəlb edilmiş peşəkar vəkilinin yanında qeydşərtsiz və açıq-aşkar formada bəyan etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərinə video-çəkiliş vasitəsilə şəxsi axtarışın keçirilməsinə dair görüntülər nümayiş etdirilərkən sonuncunun üzərindən hər hansı bir narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan edilmiş əşya və predmet aşkar edilməmiş, eyni zamanda şahid qismində dindirilmiş atası Şahid3 həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələrində, Rövşənin Biləsuvar rayonu ərazisində “saxla ayaqyoluna düşürəm” dediyini, özünün isə maşını saxladığını, Rövşənin avtomobildən düşüb gedib-gəldiyini, arxa qapını açıb, oradakı çantanı eşələdiyini, ona “neynirsən, uşaqları oyatma, gecdi gəl gedək, bir yerdə saxlayaram” dediyini, Rövşənin isə şirniyyat axtardığını deyib, sonra isə gəlib yanında oturduğunu bildirmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadəsində göstərdiyi xüsusatlar, yəni polis əməkdaşları ilə razılığa gəldiyindən üzərindən şəxsi axtarış zamanı az miqdarda heroin çıxarmaları, löhvənin yanında avtomobil saxlamaması barədə bildirdikləri yuxarıda göstərilən sübutlarla tam təkzib edilmişdir. Bununla yanaşı onun barəsində Biləsuvar RPŞ-də cinayət təqibi başlanan andan, barəsində olan cinayət işi ittiham aktı ilə məhkəməyə daxil olanadək müdafiəçinin iştirakı ilə verdiyi bütün izahat və ifadələrində polis əməkdaşları tərəfindən idarə etdiyi avtomobilə narkotik vasitələr qoyulması, aşkar edilmiş narkotik vasitələrin ona aidiyyətinin olmaması ilə bağlı fikir ifadə etməmişdir. Ümumiyyətlə o, məhkəmə baxışı zamanı ibtidai araşdırma dövründən fərqli ifadə verməsini hər hansı bir halla əsaslandırmamış, yalnız saxlanılarkən və polis şöbəsində olarkən polis əməkdaşları tərəfindən psixoloji təzyiqlərə və pis rəftara məruz qalmasını bildirməklə özünə qarşı verdiyi ifadələri inkar etmiş, lakin məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs irəli sürdüyü həmin dəlillər təsdiqini tapmamışdır. Artıq bu hallar təqsirləndirilən şəxsin məhkəmə baxışı dövründə verdiyi ifadələrin həqiqəti əks etdirmədiyi, əksinə ibtidai araşdırma zamanı heç bir təsir və təzyiq olmadan müdafiəçinin iştirakı ilə verdiyi ifadələrinin isə işin faktiki halları ilə üst-üstə düşdüyü və həqiqəti əks etdirdiyi qənaətinə gəlməyə əsas verir. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı gətirdiyi dəlilləri məsuliyyətdən yayınmaq məqsədi ilə seçilmiş müdafiə taktikası kimi dəyərləndirir və hesab edir ki, təqsirləndirilən şəxs bu formada ifadə verməklə özünü məsuliyyətdən qurtarmağa çalışır. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cinayət işinin ibtidai araşdırma mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrini əsaslı və işin faktiki hallarına uyğun ifadələr kimi qəbul edərək məhz həmin ifadələrin ittihamın əsasına qoyulmasını məqsədə uyğun sayır. Bu səbəbdən də, cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlar vasitəsi ilə Təqsirləndirilən şəxs məhkəmədə qeyd etdiklərinin işin faktiki halları ilə üst-üstə düşmədiyi, obyektiv həqiqəti əks etdirmədiyi müəyyən olunur. Sadalananlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələrində göstərdikləri işin müəyyən olunmuş faktiki halları ilə birəbir uyğun olmuşdur. Bu hallar isə ona dəlalət edir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqında aşkarlanmış narkotik vasitə ilə bağlı ifadə verərkən səmimi olmamış, əksinə qanunsuz əməllərini ört-basdır etmək məqsədi ilə ziddiyyətli ifadə verməklə çaşqınlıq yaratmaq məqsədi güdmüşdür. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə verdiyi ifadələrlə məhkəmə baxışında verdiyi ifadə arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onun ibtidai araşdırma dövründə verdiyi qeyd olunan ifadələrini cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Bununla yanaşı o, xx.xx.2024-cü ildə cinayət işinin materialları, eləcə də, təkrarən işdə olan dindirmə protokolları ilə tanış olsa da, həmin protokollarda əks olunmuş ifadələrinin məzmununu mübahisələndirməmiş, habelə buna dair düzəliş, qeyd, əlavə və etiraz verməmişdir. İş materiallarından da görünür ki, Təqsirləndirilən şəxs tutulduğu andan müdafiəçi təqdim edilmiş və o, həm şübhəli, həm də təqsirləndirilən şəxs qismində müdafiəçinin iştirakı ilə dindirilmiş, hər iki dindirmə protokolunun sonunda “ifadəmi oxudum, sözlərimlə düzgün yazılıb, imzamla təsdiq edirəm” sözləri yazılmış, həmin protokollar həm özü, həm də müdafiəçi tərəfindən imzalanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı heç bir təsir və təzyiq göstərilmədən, müdafəçinin iştirakı ilə verdiyi ifadələri iş üzrə CPM-nin 125.2-ci maddəsində sadalanan pozuntulara yol verilmədən əldə edilmiş digər sübutlarla da tam təsdiq edilmişdir. Bu ifadələrin təhlili göstərir ki, Təqsirləndirilən şəxs digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə külli miqdarda narkotik vasitələri qanunsuz olaraq əldə etmiş, saxlamış, daşımış, ölkə ərazisində qanunsuz olaraq narkotik vasitənin realizə edilməsi istiqamətində fəal hərəkətlər etmişdir. Belə ki, həm cinayət işinin materialları əsasında, həm də təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələri əsasında təsdiq olunmuşdur ki, təqsirləndirilən şəxs digər şəxslə cinayət əlaqəsinə girərək artıq ölkə ərazisində mövcud olmuş külli miqdarda narkotik vasitələrin əldə edilib saxlanması və daşınması, faktiki olaraq isə həmin vasitə ilə bağlı “kuryerlik” funksiyasını icra etmək vəzifəsini öz öhdəsinə götürmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin icra etdiyi hərəkətlərin mahiyyətini, eləcə də onun digər şəxslə (Sadiq adlı şəxs, lakin onun şəxsiyyəti ibtidai isitntaq zamanı müəyyən edilməmiş, bu səbəbdən də məhkəmə Sadiq adını şərti olaraq qəbul edir) cinayət əlaqəsinə girməsini, cinayət əlaqəsinə girdiyi şəxslə mobil telefon vasitəsi ilə razılıq əldə etməsini, cinayət əlaqəsinə girdiyi şəxsin Ələt-Astara yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsində İİR-ə gedən yolu göstərən lövhənin yanına narkotik vasitələr qoydurmasını və ya başqa üsulla yerləşdirilməsini təmin etməsini, bu barədə təqsirləndirilən şəxsə dəqiq məlumatlar ötürməsini, cinayət əlaqəsinə girdiyi şəxsin niyyətinin ölkə ərazisində külli miqdarda narkotik vasitələrin satışını həyata keçirmək olmasını, ən əsası isə təqsirləndirilən şəxsin həmin şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında qeyd edilən hərəkətləri icra etməsini və cinayət əlaqəsinə girdiyi şəxsin məqsədinin külli miqdarda narkotik vasitələrin satışını həyata keçirmək olmasını nəzərə alaraq, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdi onun cinayət əlaqəsinə girdiyi və qabaqcadan əlbir olduğu başqa şəxslərin qəsdi ilə əhatə olunur. Bununla da təqsirləndirilən şəxs CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Bundan başqa məhkəmə Şahid3 məhkəmədə verdiyi ifadəsində göstərilən xüsusatlar (avtomobilə baxış zamanı Rövşənə polislərin “get gətir nəyin var” demələri, Rövşənin isə gedib maşını eşələyib, “hara qoymusuz, yoxdu axı” deməsi, özünün isə “nə qoyublar maşına” soruşduğu, polislərin isə ona sakit durmağı, özünü də sənədləşdirəcəklərini bildirmələri) yuxarıda sadalanan mötəbər sübutlar ilə tam təkzib olunduğundan, eləcədə onun təqsirləndirilən şəxsin yaxın qohumu (atası) olmasını, həmin şəxsin təqsirləndirilən şəxsi məsuliyyətdən yayındırmaq məqsədilə məhkəmə iclasında verdiyi ifadəsini sübut kimi qəbul etmir və onun bu ifadəsini Təqsirləndirilən şəxs müdafiəsi məqsədi daşımaqla törədilmiş cinayət hadisəsini öz mülahizəsi baxımından yanlış təqdim etməsi kimi qiymətləndirir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu bu cinayət əməlləri ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsbit edilmiş «Narkotik vasitələr» başlıqlı «İ siyahı»nın 83, 109.1, 111 və 182ci sətrlərinə əsasən heroin, qurudulmuş marixuana, metadon və tiryək narkotik vasitələr hesab edilir, həmin vasitələrin müvafiq sətr ardıcılığı ilə xeyli miqdarından artıq miqdarının aşağı həddi 0,15 qram, 5 qram, 0,02 qram, 0,5 qram, külli miqdarının aşağı həddi 2 qram, 500 qram, 1,6 qram, 50 qram, xüsusilə külli miqdarının aşağı həddi isə 800 qram, 50000 qram, 160 və 5000 qramdır. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.7-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin və psixotrop maddələrin bilavasitə hazırlanmasına, yəni narkotik vasitələrin və psixotrop maddələrin istehsalına, emalına, saflaşdırılmasına və ya bir narkotik vasitənin, yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevrilməsi yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin gücləndirilməsinə, tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyasına, narkotik vasitələrin və psixotrop maddələrin alınmasına yönəldilmiş hərəkətlər başa düşülür. Sözügedən Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Qanunun qeyd olunan normasına görə narkotik vasitələrin satışı dedikdə, yalnız qeyd olunan maddələrin əvəzli, qazanc əldə etmək, yaxud şəxsi maraq məqsədilə yayılması başa düşülür. Buna görə də, şəxsin narkotik vasitələri satış üçün əldə edib, saxlaması haqqında nəticəyə gəlmək üçün onun məhz sadalanan məqsədlərdən ən azı birinə görə narkotik vasitələri əldə edib, saxlaması sübut edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 6-cı bəndində qeyd olunur ki, Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsinə dair izah Qanunun 1.0.8-ci maddəsində təsbit edilmişdir. Qanunun 1.0.8-ci maddəsində prekursorlar birbaşa qeyd olunmasa da, normanın mənasına görə istər narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi, belə vasitələrin (maddələrin, prekursorların) göndərən şəxsin özünün bilavasitə iştirakı olmadan yerinin dəyişdirilməsi üzrə hərəkətlər isə, məsələn, poçtla, baqajla, predmetin narkotik vasitələr və ya psixotrop maddələr, onların prekursoru olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə təyinat yerinə aparılması onların göndərilməsi kimi qiymətləndirilməlidir. Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və ya psixotrop maddələrin, habelə onların prekursorlarının sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər. Narkotik vasitəni (psixotrop maddəni) göndərən şəxsin əməli, vasitənin (maddənin) təyinat yerinə çatdırılıbçatdırılmamasından asılı olmayaraq, aparılması üçün (məsələn, poçt şöbəsinə, yükdaşıma fəaliyyətini həyata keçirən subyektə, cinayətdən xəbərsiz olan şəxsə) təhvil verildiyi andan başqa çatmış cinayət hesab edilir. Üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədi ilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun həmin Qərarının 9-cu bəndinə görə, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətmişdir. Ona görə də, təqsirləndirilən şəxs CM-in qeyd olunan maddələri ilə təqsirli bilinərək, ona həmin maddələrin sanksiyaları daxilində cəza təyin edilməlidir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Eyni zamanda iş materiallarına əlavə edilmiş Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(008)-280/2024 saylı hökmü ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, qəti olaraq 01 il 05 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hazırki cinayət işi üzrə verilmiş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə təqsirli bilindiyi ağır cinayət olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini onun barəsində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü çıxarılmazdan əvvəl törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(008)-280/2024 saylı hökmü ilə təyin edilmiş 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələblərinə əsasən hazırki hökm üzrə ona təyin ediləcək cəza ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Habelə məhkəmə qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən və ya götürülmədən, yenidən qəsdən cinayət törətdiyindən məhkəmə cinayətin residivini Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində nəzərə alır. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Bununla da işdə olan sübutlarla isə təsdiq olunur ki, məhkumluğu vaxtından əvvəl götürülməmiş Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini, az ağır cinayət törətməyə görə əvvəllər məhkum olunduğu azadlıqdan məhrum etmə cəzasından azad edildiyi gündən iki il keçmədən törətmişdir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halın olmamasını və cəzanı ağırlaşdıran halın olmasını, aşkar edilmiş narkotik vasitənin çəkisini, müxtəlif növlərə adi olmasını, həmin cinayətin törədilmə üsulunu və mexanizmini, aşkarlanmış narkotik vasitələrin insan orqanizminə mənfi təsirini, çoxlu sayda insanların sağlamlığına ziyanını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 30 aprel 2024-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1 və 132.1.6-cı maddələrinə müvafiq olaraq hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar kimi tanınaraq Biləsuvar RPŞ-nin maddi sübutların saxlanc yerində saxlanılan müvafiq ekspert tədqiqatından sonra qalıq çəkisi 474,9 qram narkotik vasitə heroin, 2439,5 qram narkotik vasitə tiryək, 1104,9 qram narkotik vasitə qurudulmuş marixuana və 27 ədəd narkotik vasitə metadon həbi məhv edilməli, iş üzrə maddi sübut olan və Biləsuvar RPŞnin maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş bir ədəd Samsung markalı mobil telefon cəza çəkdiyi müddətdə saxlanılması və sonda özünə qaytarılması üçün saxlanıldığı istintaq təcridxanasında və ya cəza çəkdikdiyi müəssisədə olan şəxsi işinə əlavə edilməli, iş üzrə maddi sübut kimi tanınaraq iş materiallarında olan videogörüntüləri özündə əks etdirən 02 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatı xərci-120 (bir yüz iyirmi) manat Təqsirləndirilən şəxs alınıb “Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3” hesabına ödənilməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
h ö k m e t d i:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona həmin maddələr üzrə 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 08 may 2024-cü il tarixli, 1(008)- 280/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş cəza ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 30 aprel 2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Biləsuvar RPŞnin maddi sübutların saxlanc yerində saxlanılan müvafiq ekspert tədqiqatından sonra qalıq çəkisi 474,9 qram narkotik vasitə heroin, 2439,5 qram narkotik vasitə tiryək, 1104,9 qram narkotik vasitə qurudulmuş marixuana və 27 ədəd narkotik vasitə metadon həbi məhv edilsin. İş üzrə maddi sübut olan və Biləsuvar RPŞ-nin maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş bir ədəd Samsung markalı mobil telefon cəza çəkdiyi müddətdə saxlanılması və sonda özünə qaytarılması üçün saxlanıldığı istintaq təcridxanasında və ya cəza çəkdikdiyi müəssisədə olan şəxsi işinə əlavə edilsin. İş üzrə maddi sübut kimi tanınaraq iş materiallarında olan videogörüntüləri özündə əks etdirən 02 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərci-120 (bir yüz iyirmi) manat Təqsirləndirilən şəxs alınıb “Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3” hesabına ödənilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Sədrlik edən hakim: Əli Əliyev Hakimlər: Oruc Cəlilov Xamməd Nuriyev