Məhkəmə qərarları › İş №1(099)-94/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-94/2022

01.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-94/2022 01.03.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, Səfərli Cavid Şamil oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Lənkəran rayon vəkil bürosunun vəkili X3 iştirakı ilə, xx xxx 1980-ci ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il, 5 (beş) ay, 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Lənkəran şəhəri, Ş.Xiyabanı küçəsi, ev 46-da qeydiyyatda olmaqla orada yaşamış, barəsində 15 avqust 2021-ci ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qanunsuz yolla qazanc əldə etmək üçün satış məqsədi ilə külli miqdarda- 2,519 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1,456 qram psixotrop maddə olan metamfetamin əldə edərək ayrı-ayrı bükümlərə bölərək satış üçün hazırlayaraq üzərində saxlayaraq daşımış, 14 avqust 2021-ci ildə 6 bükümdə ümumi çəkisi 0,268 qram narkotik vasitə heroini və 3 bükümdə ümumi çəkisi 0,3 qram psixotrop maddə metamfetamini 15 manata tanışı Şahid8, 8 bükümdə narkotik vasitə heroini və 4 bükümdə psixotrop maddə metamfetamini 15 manata tanışı Şahid9, 7 bükümdə ümumi çəkisi 0,275 qram narkotik vasitə heroini 20 manata tanışı X1, qalan ümumi çəkisi 1,509 qram narkotik vasitə heroini və 0,928 qram psixotrop maddə metamfetamini üzərində saxlamaqla daşımış, Şahid8, Şahid9 və X7 həmin gecə saat 01:30 radələrində Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Lənkəran şəhərində saxlanılaraq polis şöbəsinə gətirilib üzərlərində şəxsi axtarış aparılarkən ondan aldıqları narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, əməliyyat tədbirinin davamı olaraq o, həmin tarixdə gecə saat 04:00-da Lənkəran şəhəri, Ş.Xiyabanı küçəsində saxlanılaraq polis şöbəsinə gətirilmiş, şöbədə üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarının sol yan cibindən 44 bükümdə ümumi çəkisi 1,509 qram narkotik vasitə heroin, 18 bükümdə ümumi çəkisi 0,928 qram psixotrop maddə metamfetamin və şalvarının sağ yan cibindən üzərində narkotik vasitə heroinin izləri olan 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən, yəni CM-in 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun müddət narkotik vasitələrdən istifadə etməyə başlamış, saxlanılan zaman üzərindən aşkar edilmiş narkotik vasitə heroin ona məxsus olmuş, narkotik vasitə heroini şəxsi istifadəsi üçün üzərində saxlamış, heç kimə narkotik vasitə satmamış, üzərində metamfetamin və tərəzi olmamış, polis əməkdaşlarının təzyiqi nəticəsində izahat və ifadəsində üzərindən metamfetamin və tərəzi aşkar edilməsini, eləcə də qohumu Ruslan və Tərlana, həmçinin tanışı Elmara narkotik vasitə satmasınıyazmışdır. Hazırda özünü CM-in 234.1-ci maddəsi ilə təqsirli bilməsini, narkoman olmasını, himayəsində yaşlı anasının olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu ifadələri ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadələri məhkəmədə elan edilərkən müəyyən olunur ki, müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində 2021-ci ilin avqust ayında Lənkəran şəhərində Kiçik bazar adlanan ərazidə Elçin adlı şəxsə 1000 manat pul verib 50 qram psixotrop maddə olan metamfetamin və 50 qram narkotik vasitə heroin aldığını, onların bir hissəsini şəxsi istifadəsi, bir hissəsini isə satmaq üçün elektron tərəzidə çəkərək xırda bükümlərə ayırdığını, avqustun 14-də gecə saat 01 radələrində tanışı Ruslana, Tərlana və Elmara bir neçə bükümdə heroin və metamfetamin satdığını, həmin gün gecə saat 04 radələrində Lənkəran şəhər rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə aparıldığını, şöbədə üzərinə şəxsi axtarış keçirilərkən üzərində 44 bükümdə narkotik vasitə heroin və 18 bükümdə metamfetamin aşkar edilərək götürüldüyünü göstərmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsini məhkəmə istintaqında dindirilmiş digər şəxslərin ifadələri ilə müqayisə etməklə qiymətləndirərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, bu cinayətə görə ona ittiham verildiyi Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində o, təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, Lənkəran şəhər-rayon rayon polis şöbəsinin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 14 avqust 2021-ci ildə axşam saatlarında Lənkəran şəhər sakinləri Şahid8, Elmar Abbaszadə və Şahid9 narkotik vasitələrin qəbul etmələri və üzərlərində gəzdirmələri barədə daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradılmış, onlar gecə saatlarında şəhər ərazisində saxlanılaraq polis şöbəsinə gətirilib üzərlərində müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı onların üzərindən narkotik vasitə heroinə və psixotrop maddə olan metamfetaminə bənzər kütlələr aşkar edilərək götürülmüş, sorğu-sual zamanı onlar həmin kütlələri şəhər sakini Təqsirləndirilən şəxs aldıqlarını bildirmişlər. Əməliyyat tədbiri davam etdirilərək Təqsirləndirilən şəxs gecə saat 04 radələrində şəhər ərazisində saxlanılıb polis şöbəsinə gətirilmiş, polis şöbəsində üzərində şəxsi axtarış zamanı 44 bükümdə narkotik vasitə heroin və 18 bükümdə metamfetamin aşkar edilərək götürülmüş, sonra protokol tərtib edilərək orada iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 və Şahid6, Şahid2, Şahid3 və Şahid7 da Şahid4 ifadəsində göstərilən xüsusatları təsdiq etməklə eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan 14 avqust 2021-ci il tarixli, “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və protokola əlavə olunmuş DVD-R diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərindən 2,73 qram narkotik vasitə heroin, 1,37 qram psixotrop maddə metamfetamin və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülmüş, həmin narkotik vasitənin və psixotrop maddənin özünə məxsus olduğunu göstərmişdir. İş materiallarında olan 14 avqust 2021-ci il tarixli, “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və protokola əlavə olunmuş DVD-R diskdə olan video görüntüdən görünür ki, Şahid8 üzərindən 0,32 qram narkotik vasitə heroin və 0,45 qram psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüş, həmin narkotik vasitənin və psixotrop maddənin özünə məxsus olduğunu və Təqsirləndirilən şəxs aldığını göstərmişdir. İş materiallarında olan 14 avqust 2021-ci il tarixli, “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və protokola əlavə olunmuş DVD-R diskdə olan videogörüntüdən görünür ki, Şahid9 üzərindən 0,70 qram narkotik vasitə heroin və 0,34 qram psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüş, həmin narkotik vasitənin və psixotrop maddənin özünə məxsus olduğunu və Təqsirləndirilən şəxs aldığını göstərmişdir. İş materiallarında olan 14 avqust 2021-ci il tarixli, “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və protokola əlavə olunmuş DVD-R diskdə olan videogörüntüdən görünür ki, X4 üzərindən 0,45 qram narkotik vasitə heroin aşkar olunaraq götürülmüş, həmin narkotik vasitənin özünə məxsus olduğunu və Təqsirləndirilən şəxs aldığını göstərmişdir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 14 avqust 2021-ci il tarixli 19/779 nömrəli rəyindən görünür ki, Şahid8 üzərindən aşkar olunmuş bir ədəd zərfdəki 06 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,046 qr; 0,037 qr; 0,044 qr; 0,076 qr; 0,031 qr; 0,034 qram; ümumi təmiz çəkisi: -0,268 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər. Tədqiqata təqdim edilmiş Şahid8 üzərindən aşkar olunmuş bir ədəd zərfdəki 03 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,094 qr; 0,116 qr; 0,09 qram; ümumi təmiz çəkisi: -0,3 qram olan ağ rəngli kristal formada olan maddələr metamfetamindir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 14 avqust 2021-ci il tarixli 19/780 nömrəli rəyindən görünür ki, Şahid9 üzərindən aşkar olunmuş bir ədəd zərfdəki 08 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,031 qr; 0,083 qr; 0,037 qr; 0,071 qr; 0,084 qr; 0,070 qr; 0,045 qr; 0,046 qram; ümumi təmiz çəkisi: -0,467 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər. Tədqiqata təqdim edilmiş Şahid9 üzərindən aşkar olunmuş bir ədəd zərfdəki 04 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,066 qr; 0,056 qr; 0,063 qr; 0,043 qram; ümumi təmiz çəkisi: -0,228 qram olan ağ rəngli kristal formada olan maddələr metamfetamindir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 14 avqust 2021-ci il tarixli 19/781 nömrəli rəyindən görünür ki, X4 üzərindən aşkar olunmuş bir ədəd zərfdəki 07 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,038 qr; 0,045 qr; 0,053 qr; 0,039 qr; 0,029 qr; 0,038 qr; 0,033 qram; ümumi təmiz çəkisi: -0,275 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 14 avqust 2021-ci il tarixli 19/782 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd zərfdəki, 44 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: 0,024 qr, 0,023 qr, 0,035 qr, 0,024 qr, 0,032 qr, 0,049 qr, 0,025 qr, 0,042 qr, 0,02 qr, 0,028 qr, 0,033 qr, 0,036 qr, 0,032 qr, 0,026 qr, 0,025 qr, 0,031 qr, 0,023 qr, 0,022 qr, 0,031 qr, 0,027 qr, 0,034 qr, 0,036 qr, 0,028 qr, 0,027 qr, 0,023 qr, 0,033 qr, 0,037 qr, 0,025 qr, 0,03 qr, 0,036 qr, 0,029 qr, 0,045 qr, 0,032 qr, 0,035 qr, 0,041 qr, 0,034 qr, 0,057 qr, 0,031 qr, 0,038 qr, 0,042 qr, 0,044 qr, 0,036 qr, 0,058 qr, 0,065 qram: ümumi təmiz çəkisi:1,509 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-birləri ilə eynidirlər. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd zərfdəki, 18 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: 0,029 qr, 0,060 qr, 0,069 qr, 0,044 qr, 0,052 qr, 0,058 qr, 0,035 qr, 0,037 qr, 0,060 qr, 0,066 qr, 0,082 qr, 0,060 qr, 0,046 qr, 0,059 qr, 0,048 qr, 0,051 qr, 0,043 qr, 0,29 qram; ümumi təmiz çəkisi: 0,928 qram olan ağ rəngli kristal formada olan maddə metamfetamindirlər, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-birləri ilə eynidirlər.Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd zərfdəki 1 ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinin izləri vardır. Heroin iz şəklində olduğuna görə, çəkisini və tədqiqata təqdim edilmiş heroinlərlə müqayisəli tədqiqat(eynilik) aparmçaq mümkün olmamışdır. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus heroinlər və metamfetaminlər, Şahid8 məxsus heroinlər və metamfetaminlər, Şahid9 məxsus heroinlər və metamfetaminlər, X5 məxsus heroinlər ilə xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-birləri ilə eynidirlər. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizanın 16 avqust 2021-ci il tarixli 843 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan əməliyyat tapşırığının cavabından görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadə etməsi, üzərində gəzdirməsi və külli miqdarda satışı ilə məşğul olması barədə məlumatlar daxil olmuşdur. Keçirilmiş tədbirlər zamanı Təqsirləndirilən şəxs narkotik vasitəni və psixotrop maddəni aldığı “Elçin“ adlı şəxsin şəxsiyyətini və hansı ünvanda yaşamasını müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroini və psixotrop maddə olan metamfetamini X7, Şahid8 və Şahid9 ilə birlikdə əldə etmələri və birlikdə satmaq üçün üzərlərində gəzdirmələri bu məqsədlə əvvəlcədən sövdələşmələri təsdiqini tapmamışdır. İş materiallarında olan 18 avqust 2021-ci il tarixli 696 nömrəli arayışdan görünür ki, Rzayev X6 şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda deyildir. İş materiallarında olan qərardan görünür ki, ekspertiza tədqiqatından sonra iş üzrə maddi sübut kimi tanınan və Təqsirləndirilən şəxs götürülmüş bir ədəd paketdə 3 ədəd zərfdə 44 bükümdə ümumi qalıq çəkisi 1,089 qram narkotik vasitə heroin, 18 bükümdə ümumi çəkisi 0,748 qram metamfetamin və 1 ədəd elektron tərəzi, Şahid8 götürülmüş bir ədəd paketdə 2 ədəd zərfdə 6 bükümdə ümumi 0,148 qram narkotik vasitə heroin və 3 bükümdə ümumi çəkisi 0,21 qram metamfetamin, Şahid9 götürülmüş bir ədəd paketdə 2 ədəd zərfdə 8 bükümdə ümumi çəkisi 0,307 qram narkotik vasitə heroin və 4 bükümdə ümumi çəkisi 0,148 qram metamfetamin, Elmar Abbaszadədən götürülmüş bir ədəd paketdə 1 ədəd zərfdə 7 bükümdə ümumi çəkisi 0,135 qram narkotik vasitə heroin Lənkəran şəhər-rayon polis şöbəsində saxlanılır, videoçəkilişə dair DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı və məhkəmədə verdiyi qismən etirafedici və şahidlərin isə təsdiqedici) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinin «üzərindən aşkar olunmuş bükümlərdə olan narkotik vasitə heroini və psixotrop maddə metamfetamini şəxsi istifadəsi üçün üzərində saxladığını, onları satmaq məqsədi olmadığı, Şahid9, Elmar Abbaszadə və Şahid8 narkotik vasitə heroin, eləcə də psixotrop maddə olan metamfetamin satmadığı» hissəsinə tənqidi yanaşaraq həmin ifadəyə məhkəmə iclasında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə müqayisəli qiymət verərək hesab edir ki, həmin hissədə ifadə obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır. Belə ki, narkotik vasitə heroinin külli miqdar təşkil etməsi, onların müxtəlif çeşidlərdə olması, narkotik vasitə və psixotrop maddənin çəkilib xırda bağlamalara bükülməsi, satış üçün real alıcıların olması, həmçinin barəsində narkotik vasitələrin və psixotrop maddənin satışı ilə bağlı əməliyyat məlumatlarının olması göstərilən narkotik vasitənin və psixotrop maddənin bilavasitə satış məqsədi ilə əldə olunması nəticəsinə gəlməyə əsas verir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara istinad edərək Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin satış məqsədi ilə əldə olunması qənaətinə gəlir, eyni zamanda onun ifadəsində göstərdiyi bu xüsusatları ona təyin ediləcək cəzanın müddətini azaltmağa, başqa sözlə, cinayət məsuliyyətini yüngülləşdirməyə yönələn cəhdi kimi qiymətləndirir. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli qanunlarının tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə heroin miqdarına görə “külli miqdar” kimi qiymətləndirilir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinə cinayət qanunvericiliyinin tələbləri baxımından hüquqi qiymət verərkən gəldiyi nəticələri, eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li qərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilir ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin tövsifi məsələsini müzakirə edərək onun əməlinin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin dispozisiya şərtlərinə uyğun gəldiyini nəzərə alıb həmin maddələrlə tövsif edilməsini əsaslı sayır. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamədən və hökmün surətindən görünür ki, Rzayev X6 Ağır Cinayətlər Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il, 5 (beş) ay, 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini 14 avqust 2021-ci ildə törətmişdir. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il, 5 (beş) ay, 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırki iş üzrə təyin ediləcək cəza ilə qismən toplanmaqla cinayətin məcmusu üzrə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından Təqsirləndirilən şəxs əməli qanuna müvafiq cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CMin 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, eyni zamanda təyin ediləcək cəzanın əvvəlinin onun saxlanıldığı vaxtdan, yəni- 14 avqust 2021-ci ildən hesablanmasını əsaslı sayır. Belə ki, iş materiallarında olan Lənkəran rayon məhkəməsinin 15 avqust 2021-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli 14 avqust 2021-ci ildən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimka tədbiri seçilmişdir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələbinə müvafiq olaraq Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarına əlavə edilmiş 06 oktyabr 2021-ci il tarixli 12-16\4144 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Rzayev X6 şəhəri, Şəhidlər Xiyabanı küçəsi, ev 46-da qeydiyyatda olmaqla himayəsində pensiya yaşında olan anası ilə birgə göstərilən ünvanda yaşamışdır. yaşayış yerindən müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş 06 oktyabr 2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs qohumları, eləcə də yaşadığı ərazidə qonşularla normal münasibətlərdə olmuş, məhəllədə keçirilən toy və yas məclislərində yaxından iştirak etmiş, inzibati ərazi dairəsinə onunla bağlı hər hansı bir şikayət daxil olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun yaşayış yerindən müsbət xarakterizə olunmasını və himayəsində yaşlı anasının olmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus, qanunvericiliyin tələblərinə uyğun olaraq müsadirə olunması mümkün olan pul, əmlak və s. müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə təyin olunmamalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-in 132.0.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə tərəfindən hökm çıxarılarkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Lənkəran şəhər-rayon polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi Təqsirləndirilən şəxs götürülmüş bir ədəd paketdə 3 ədəd zərfdə 44 bükümdə ümumi 1,089 qram narkotik vasitə heroin, 18 bükümdə ümumi 0,748 qram metamfetamin və 1 ədəd elektron tərəzi, Şahid8 götürülmüş bir ədəd paketdə 2 ədəd zərfdə 6 bükümdə ümumi 0,148 qram narkotik vasitə heroin və 3 bükümdə ümumi 0,21 qram metamfetamin, Şahid9 götürülmüş bir ədəd paketdə 2 ədəd zərfdə 8 bükümdə ümumi 0,307 qram narkotik vasitə heroin və 4 bükümdə ümumi 0,148 qram metamfetamin, Elmar Abbaszadədən götürülmüş bir ədəd paketdə 1 ədəd zərfdə 7 bükümdə ümumi 0,135 qram narkotik vasitə heroin məhv edilməli, videoçəkilişə dair DVD disk cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə ekspertiza xərcləri olan 260 (iki yüz altmış) manat Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs oğlğuna təyin edilmiş və çəkilməmsiş 1 (bir) il, 5 (beş) ay, 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırki cinayət işi üzrə təyin edilmiş 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla ona cinayətin məcmusu üzrə qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 14 avqust 2021-ci ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi qaydada müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə məhkəmə ekspertiza xərcləri olan 260 (iki yüz altmış) manat Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Lənkəran şəhər-rayon polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi Təqsirləndirilən şəxs götürülmüş bir ədəd paketdə 3 ədəd zərfdə 44 bükümdə ümumi 1,089 qram narkotik vasitə heroin, 18 bükümdə ümumi 0,748 qram metamfetamin və 1 ədəd elektron tərəzi, Şahid8 götürülmüş bir ədəd paketdə 2 ədəd zərfdə 6 bükümdə ümumi 0,148 qram narkotik vasitə heroin və 3 bükümdə ümumi 0,21 qram metamfetamin, Şahid9 götürülmüş bir ədəd paketdə 2 ədəd zərfdə 8 bükümdə ümumi 0,307 qram narkotik vasitə heroin və 4 bükümdə ümumi 0,148 qram metamfetamin, Elmar Abbaszadədən götürülmüş bir ədəd paketdə 1 ədəd zərfdə 7 bükümdə ümumi 0,135 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, içərisində videoçəkiliş olan DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən (elan olunduğu vaxtdan iyirmi gün müddətində) apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: 1 (sədrlik edən) Cəlil Nəbiyev 2 . Cavid Səfərli

3. Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar