Məhkəmə qərarları › İş №1(099)-94/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-94/2024

13.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-94/2024 13.05.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, Məmmədov Orxan Şamil oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2 və müdafiəçilər, Lənkəran Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1986-cı ildə Cəlilabad rayonu, Sərhədabad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Cəlilabad şəhəri M.Hüseyn küçəsi, ev 16-da qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə; xx xxx 1984-cü ildə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, fərdi əməklə məşğul olan, Cəlilabad şəhəri M.Hüseynov küçəsi, ev 16, mənzil 9-da qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin (bundan sonra CM-nin) 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs2 2023-cü ilin mart ayının əvvələrində tanışı Təqsirləndirilən şəxs1 Cəlilabad şəhəri, M.Hüseyn küçəsi ərazisində satış məqsədi olmadan, özünün istifadə etməsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda, 0,637 qram narkotik vasitə olan heroini 10 manat pul müqabilində qanunsuz olaraq əldə edib, üzərində saxlamaqla daşımış, 16 mart 2023-cü il tarixdə saat 15:00 radələrində Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad şəhəri, Azərbaycan küçəsində saxlanılaraq Cəlilabad rayon polis şöbəsinin inzibati binasına gətirilib, üzərində şəxsi axtarış aparılarkən 01 ədəd şəffaf sellofana bükülmüş bükülüdə 0,637 qram narkotik vasitə heroin əynindəki şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 qanunsuz olaraq satış məqsədi ilə 1,237 qram xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki, ayrı-ayrılıqda təmiz çəkiləri 2,156 qram, 0,026 qram, 0,022 qram, 0,023 qram, 0,021 qram olmaqda-ümumi təmiz çəkisi 2,248 qram külli miqdarda psixotrop maddə metamfetamini, ayrı-ayrılıqda təmiz çəkiləri 16,209 qram, 1,642 qram, 0,024 qram, 0,031 qram, 0,021 qram, 0,026 qram, 0,030 qram, 0,033 qram, 0,025 qram, 0,026 qram, 0,024 qram, 0,022 qram, 0,031 qram, 0,023 qram, 0,015 qram olmaqla ümumi təmiz çəkisi 18,182 qram külli miqdarda tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini və təsiredici maddəsinin ümumi miqdarı 0,94 qram olan 23 ədəd tam və 01 ədəd yarı halda qəhvəyi rəngli, dairəvi formalı narkotik vasitə metadon həblərini əldə edərək üzərində daşımaqla Cəlilabad şəhəri, M. Hüseynov küçəsi, ev 16, mənzil 09-da yerləşən yaşamış olduğu otaqda saxlamış, əldə etdiyi narkotik vasitə heroinin 0,637 qram olan hissəsini 2023-cü ilin mart ayının əvvəllərində Cəlilabad şəhəri, M.Hüseyn küçəsində 10 manat pul müqabilində tanışı Təqsirləndirilən şəxs2 qanunsuz olaraq satmış, qalan narkotik vasitələri və psixotrop maddə metamfetamini isə yaşadığı evdə özünə aid olan otaqda saxlamışdır. 17 mart 2023-cü il tarixdə saat 16:15 radələrində Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 1 ünvanında axtarış aparılan zaman ona aid olan otaqdakı çarpayının yanındakı masanın üzərindən təmiz çəkisi 1,237 qram xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, ayrı-ayrılıqda təmiz çəkiləri 2,156 qram, 0,026 qram, 0,022 qram, 0,023 qram, 0,021 qram-ümumi təmiz çəkisi 2,248 qram külli miqdarda psixotrop maddə metamfetamin, ayrı-aryılıqda təmiz çəkiləri 16,209 qram, 1,642 qram, 0,024 qram, 0,031 qram, 0,021 qram, 0,026 qram, 0,030 qram, 0,033 qram, 0,025 qram, 0,026 qram, 0,024 qram, 0,022 qram, 0,031 qram, 0,023 qram, 0,015 qram olmaqla ümumi təmiz çəkisi 18,182 qram külli miqdarda tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, ümumilikdə 23 ədəd tam, 01 ədəd yarı halda olan qəhvəyi rəngli, dairəvi formalı, təsiredici maddəsinin ümumi miqdarı 0,94 qram olan narkotik vasitə metadon həbləri, üzərlərində narkotik vasitə heroin izləri olan 1 ədəd ağ rəngli bıçaq, 1 ədəd elektron tərəzi, 1 ədəd ampula qırığı, pambıqlar və üzərində psixotrop maddə metamfetamin izləri olan 1 ədəd qara rəngli bıçaq aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, təxminən 6-7 ildir ki narkotik vasitə heroin istifadə edir. Tutulmasından təxminən 10 gün əvvəl Bakı şəhərində Qara Qarayev xəstəxanasında müalicə olunduğu zaman orada müalicə olunan bir nəfərlə tanış olmuşdur. Həmin şəxsdən 10 manat pul müqabilində öz istifadəsi üçün bir bükümdə narkotik vasitə heroin almışdır. Bir neçə gün ailəsi ilə yaşadığı Cəlilabad şəhərinə gələrkən həmin heroini də üzərində gətirmiş və saxlamışdır. 16 mart 2023-cü il tarixdə saat 15 radələrində Cəlilabad şəhəri Azərbaycan küçəsi ərazisində piyada hərəkət edən zaman polis işçiləri tərəfindən saxlanılmışdır. Ona üzərində narkotik vasitə saxlamaqda şübhəli olmasını bildirməklə rayon polis şöbəsinə dəvət etmişlər. O polis əməkdaşlarına üzərində narkotik vasitə heroin olmasını bildirmişdir. Polis şöbəsində onun üzərində müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, üzərində şəxsi istifadəsi üçün gəzdirdiyi bir büküm narkotik vasitə heroini təqdim etmişdir. Həmin narkotik vasitə onun iştirakı ilə zərfə qoyulmuş və götürülmüşdür. Bu barpədə protokol tərtib olunmuşdur. O, üzərində aşkar olunan həmin heroini Təqsirləndirilən şəxs1 almamışdır. Təqsirləndirilən şəxs1lə eyni küçədə yaşamaqla uşaqlıqdan münasibətləri pis olmuş, onunla tez-tez mübahisə etmiş və dalaşmışlar. Ona görə də Şəhriyarla düşmənçiliyi olduğundan narkotik vasitəni ondan alması barədə yalan ifadə vermişdir. Lakin Təqsirləndirilən şəxs2 ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadəsində göstərmişdir ki, 16 mart 2023-cü il tarixdə üzərindən aşkar edilmiş həmin narkotik vasitə heroini təxminən 10 gün əvvəl Cəlilabad şəhəri M.Hüseyn küçəsi ərazisində uzun müddətdir ki tanıdığı və onunla eyni küçədə yaşayan Təqsirləndirilən şəxs1 öz şəxsi itifadəsi üçün 10 manat pul müqabilində almışdır. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, üzərində şərti cəzasının olması ilə əlaqədar olaraq 16 mart 2023-cü il tarixdə saat 12:30-13 radələrində Cəlilabad şəhərində Cəlilabad rayon İcra və Probasiya şöbəsinə, Aqşin adlı icra məmuru ilə görüşmək üçün getmişdir. Bu zaman polis işçiləri- cinayət axtarış bölməsinin rəisi Şahid9, əməliyyatçılar Aqşin, Yusif və Şahid1 onu icra və probasiya şöbəsinin yanında saxlamışlar. Onun saxlanıldığı yer məhkəmə və polisə yaxın olmuşdur. Polis işçiləri onu özləri ilə polis şöbəsinə aparmışlar. Polis şöbəsində onu əvvəlcə ikinci mərtəbəyə, sonra isə Nərmin adlı əməkdaşın otağı ilə üzbəüz olan otağa aparmışlar. Polis şöbəsində üzərində saat 23 radələrində şəxsi axtarış aparılmışdır. Üzərində şəxsi axtarış aparılmasında müdafiəçisi Ədalət Şükürov iştirak etmişdir. Şəxsi axtarış zamanı üzərindən qanunsuz əşya aşkar olunmamışdır. Evində axtarış aparılmasında iştirak etməmişdir. Anasının sözlərindən ona məlum olmuşdur ki, evində 16 mart 2023-cü il tarixdə onun tutuldüğü saatlarda cinayət axtarış bölməsinin rəisi Şahid9 və başqa polis işçiləri evlərinə gedərək axtarış aparmışlar. Evində axtarışın kimlər tərəfindən aparılması barədə dəqiq məlumatı yoxdur. Anası ona bildirmişdir ki, evində saat 13 radələrində birinci dəfə axtarış aparılarkən heç bir narkotik vasitə aşkar olunmamışdır. Həm də anası evlərində axtarış aparılması üçün məhkəmənin qərarını tələb etmişdir. Bundan sonra üç nəfər polis işçisi onun evinin yanında qalmış, digər polis işçiləri isə oradan getmişlər. 17 mart 2023-cü il tarixdə polis işçiləri evlərinə qayıdaraq təkrar axtarış aparmışlar. Evində aşkar olunan narkotik maddələrin ona heç bir aidiyyəti yoxdur. Onun eşitdiyinə görə evlərinin pəncərəsi açıq olmuşdur. Evə birinci olaraq polis əməkdaşı Şahid4 pəncərədən daxil olmuş və narkotik maddələri evə qoymuşdur. O, Təqsirləndirilən şəxs2 uşaqlıqdan tanıyır. Elgünlə uşaqlıqdaq münasibətləri pis olmuş, dalaşmışlar. O, yaşadıqları binanın qarşısında “besedka” tikdirmişdir. Elgünün atası mənzil istimar idarəsində işləyir. Tutulmasından təxminən on gün əvvəl Elgünün atası onun tikdirdiyi həmin “besedka”nı sökdürmüşdür. Bu səbəbdən də Elgünlə dalaşmışlar və münasibətləri daha da pisləşmişdir. Ona görə də Elgün tutularkən üzərində aşkar olunan heroini guya ondan on manat pul müqabilində alması barədə yalan ifadə vermişdir. O, heç bir vaxt Təqsirləndirilən şəxs2 narkotik vasitə heroin satmamışdır. Cinayət axtarış bölməsinin rəisi Şahid9 ona təzyiq göstərmiş, onu döymüşdür. Təqsirləndirilən şəxs1 ibtidai istintaqda şübhəli şəxs kimi verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadəsində göstərmişdir ki, 16 mart 2023-cü il tarixdə saat 22:00 radələrində Cəlilabad şəhəri, S.Axundov küçəsi ərazisində piyada hərəkət edən zaman 3-4 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirərək qanunsuz olaraq narkotik vasitələrin satışında şübhəli olduğunu bildirmiş və ondan üzərində qanunsuz əşya və ya narkotik vasitə olubolmamasını soruşmuşlar. O da polis əməkdaşlarına demişdir ki, üzəridə qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet yoxdur. Bundan sonra polis əməkdaşları onu Cəlilabad rayon polis şöbəsinə dəvət etmişlər. O da polis əməkdaşlarına etiraz etməyərək onlarla birlikdə Cəlilabad rayon polis şöbəsinə gəlmişdir. Polis şöbəsində onun üzərində hüquqlarını müdafiə etməsi üçün ona təqdim edilmiş vəkilin və polis əməkdaşlarının iştirakları ilə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilən zaman ona təklif edilmişdir ki, əgər üzərində qanunla qadağan edilmiş əşya və ya predmet vardırsa, könüllü olaraq təqdim etsin. O isə üzərində qanunla qadağan edilən əşya və ya predmetin olmadığını bildirmiş və üzərində olan iki ədəd mobil telefonları və 3808 manat pulu təqdim etmişdir. Bundan sonra üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra təqdim etdiyi 3808 manat pul sayılaraq ona geri qaytarılmışdır. Təqdim etdiyi iki ədəd mobil telefon isə iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Üzərində şəxsi axtarış aparıldıqdan sonra ona bildirilmişdir ki, onunla qonşuluqda yaşayan, əvvəllər tanıdığı Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinib rayon polis şöbəsinə gətirilmiş və üzərindən narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş narkotik vasitə heroini 10 manat pul müqabilində ondan aldığını bildirmişdir. O isə Təqsirləndirilən şəxs2 dediklərinin şər və böhtan olduğunu, Təqsirləndirilən şəxs2 heç vaxt narkotik vasitə satmadığını və ümumiyyətlə narkotik vasitələrin satışı ilə heç vaxt məşğul olmadığını bildirmişdir. Əvvəllər narkotik vasitə istifadəçisi olsa da, hazırda narkotik vasitə istifadə etmir. Təqsirləndirilən şəxs2 yaşadığı Cəlilabad şəhəri, M.Hüseynov küçəsində onunla qonşuluqda yaşayır. Təqsirləndirilən şəxs2lə əvvəllər münasibəti normal olmuş, lakin hazırda aralarında ədavət vardır. Belə ki, təxminən 10 gün əvvəl Təqsirləndirilən şəxs2 Cəlilabad şəhəri, Mənzil İstismar İdarəsində işləyən atası Zakir Quliyev ilə yaşadığı evin qarşısında olan çəpəri sökməyə gəlmişlər. Bununla bağlı onlarla arasında mübahisə yaranmışdır. Bu səbəbdən Təqsirləndirilən şəxs2 hazırda qərəzli olaraq ondan narkotik vasitə əldə etdiyini bildirir. Əlavə olaraq bildirmişdir ki, polis əməkdaşları tərəfindən rayon polis şöbəsinə gətirilən zaman və polis şöbəsində ona qarşı heç bir formada zor tətbiq edilməmiş və bu barədə heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilən Cəlilabad Rayon Polis Şöbəsinin Cinayət axtraış bölməsinin əməliyyat müvəkkili Şahid1 göstərdi ki, Təqsirləndirilən şəxs2 Cəlilabad şəhəri ərazisində qanunsuz olaraq nakotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat tədbirləri həyata keçirilməklə 16 mart 2023-cü il tarixdə saat 15:00-da Təqsirləndirilən şəxs2 Cəlilabad şəhəri, Azərbaycan küçəsində piyada hərəkət edən zaman saxlamışlar. Təqsirləndirilən şəxs2 rayon polis şöbəsinə dəvət olunmuş, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi tutulmuş, üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılarkən əynindəki şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükülünü təqdim edərək həmin bükülünün içərisindəki maddənin narkotik vasitə heroin olduğunu, heroini təxminən 10 gün əvvəl onunla qonşuluqda yaşayan, Cəlilabad şəhər sakini Şəhriyar adlı şəxsdən 10 manat pul ödəməklə aldığını və istifadə etmək məqsədilə üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra Cəlilabad şəhər sakini Təqsirləndirilən şəxs1 16 mart 2023-cü il tarixdə saat 22:10-da Cəlilabad şəhəri, S.Axundov küçəsində piyada hərəkətdə olan zaman saxlanılmışdır. Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitələrin satışında şübhəli olduğunu bildirib onu rayon polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilmiş, üzərində videoçəkilişdən istifadə edilərək şəxsi axtarış aparılmış, lakin narkotik vasitə və ya başqa qanunsuz əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 üzərində bir bükümdə narkotik vasitə heroin aşkar edilməsi, Təqsirləndirilən şəxs2 üzərində aşkar edilmiş həmin narkotik vasitə heroini 10 gün əvvəl 10 manat pul ödəməklə ondan əldə etiəsini dediyi bildirmişdir. Təqsirləndirilən şəxs1 isə Təqsirləndirilən şəxs2 onunla qonşuluqda yaşadığını, hazırda aralarında ədavət olduğunu, bu səbəbdən də narkotik vasitəni ondan aldığını bildirdiyini və sonuncuya heç bir vaxt narkotik vasitə satmadığını demişdir. Daha sonra Şəhriya Əliyevin yaşadığı ünvan 1 ünvanında qanunsuz olaraq narktotik vasitə və psixotrop maddə gizlətməsi ehtimalı nəzərə alınaraq Cəlilabad Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli qərarı əsasında axtarış aparmaq üçün Təqsirləndirilən şəxs1 yaşadığı ünvana getmişlər. Axtarış aparılmasında polis əməkdaşlarından başqa Təqsirləndirilən şəxs1 təqdim edilmiş vəkil də iştirak etmişdir. Təqsirləndirilən şəxs1 yaşadığı evdə anası X2 olmuşdur. X3 Əliyevin yaşadığı otağı göstərmiş və həmin otağın qapısı qıfıllı olmuşdur. Sədilə Abbasovanın təqdim etdiyi açarla Təqsirləndirilən şəxs1 yaşadığı otağın qıfılı açılaraq otağa daxil olmuşlar. Təqsirləndirilən şəxs1 anası Sədilə Abbasova ilə birlikdə otağa daxil olmuşlar. Otaqda axtarış aparılan zaman otaqda olan çarpayının yanındakı masanın üzərindən ümumilikdə 15 ədəd bükümdə nakotik vasitə heroinə bənzər kütlələr, 5 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlələr, 1 bükümdə narkotik vasitə tiryəkə bənzər kütlə, ümumi sayı 23 ədəd bütöv və 1 ədəd yarı halda olan narkotik vasitə metadon həblərinə bənzər həblər, bir ədəd elektron tərəzi, üzərlərində narkotik vasitə heroin və psixotrop maddə metamfetaminə bənzər izlər olan iki ədəd bıçaq, üzərində narkotik vasitə heroinə bənzər izlər olan bir ədəd ampula və pambıqlar aşkar edilərək qablaşdırılaraq götürülmüşdür. Sonda axtarış və götürmə aparılması barədə protokol tərtib edilmiş və həmin protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Polis əməkdaşları, bir gün əvvəl, yəni 16 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 yaşadığı evə getməmiş və axtarış aparmamışlar. Təqsirləndirilən şəxs1 yaşadığı evdə aşkar olunan narkotik vasitələrin evinə polis əməkdaşı Aqşin tərəfindən qoyulması barədə ifadəsi yalandır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Cəlilabad Rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili Şahid7 məhkəmə istintaqında şahid kimi dindirilərkən göəiərdi ki, 16 mart 2023-cü il tarixdə əməliyyat müvəkkili Şahid1 icraatına daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar olaraq əməliyyat tədbirlərinin keçirilməsində və Təqsirləndirilən şəxs1 həmin gün saat 22-23 radələrində Cəlilabad əhərində saxlanılmasında və üzərində şəxsi axtarış keçirilməsində iştirak etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərində hər hansı qanunsuz əşya aşkar olunmamışdır. Eyni zamanda sorğuya cavab olaraq Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 tanıdığını, onunla aralarında ədavət olduğunu, Təqsirləndirilən şəxs2 narkotik vasitə satmadığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən polis əməkdaşı Şahid5 məhkəmədə şahid qismində verdiyi ifadəsində göstərdi ki, 17 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 1-da yerləşən evində axtarış aparılmasında iştirak etmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs1 anası Sədilə Abbasova evdə olmuşdur. X3 Əliyevin yaşadığı otağı göstərmiş və həmin otağın qapısı qıfıllı olmuşdur. Sədilə Abbasovanın təqdim etdiyi açarla Təqsirləndirilən şəxs1 yaşadığı otağın qıfılı açılaraq otağa daxil olmuşlar. Təqsirləndirilən şəxs1 anası Sədilə Abbasovanın iştirakı ilə Təqsirləndirilən şəxs1 yaşadığı otaqda axtarış aparılan zaman çarpayının yanındakı masanın üzərindən ümumilikdə 15 ədəd bükümdə nakotik vasitə heroinəbənzər kütlələr, 5 ədəd bükümdə psixotrop maddə metamfetaminəbənzər kütlələr, 1 bükümdə narkotik vasitə tiryəkə bənzər kütlə, ümumi sayı 23 ədəd bütöv və 1 ədəd yarı halda olan narkotik vasitə metadon həblərinə bənzər həblər, bir ədəd elektron tərəzi, bir ədəd ampula və pambıqlar aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid8 göstərdi ki, Gəlilabad Rayon polis Şöbəsində kriminalist köməkçisi işləyir. 16 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərlərində şəxsi axtarış aparılması və 17 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 yaşadığı evdə axtarış aparılması zamanı videoçəkilişlər onun tərəfindəan aparılmışdır. Təqsirləndirilən şəxs1 üzərində hər hansı qanunsuz əşya aşkar olunmamışdır. Lakin Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitə heroin aşkar olunmuşdur. Təqsirləndirilən şəxs2 heroini on gün əvvəl Şəhriyardan 10 manat pula aldığını bildirmişdir. 17 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 yaşadığı evədə axtarış məhkəmənin qərarı əsasında aparılsmışdır. Axtarpış zamanı Təqsirləndirilən şəxs1 anası evdə olmuşdur. Anası Təqsirləndirilən şəxs1 yaşadığı otağı göstərmişdir. Otağın qapısı qıfıllı olmuşdur. Anası otağın açarını polis əməkdaşlarına təqdim etmişdir. Otağın qapısı üzərindəki qıfıl açılmaqla otağa daxil olub axtarış aparımışlar. Axtarışda Şəhriyarın anası iştirak etmişdir. Otaqdakı çarpayının yanında olan masanın üzərindən 15 bükümdə herinəbənzər, 5 ədəd bükümdə metamfetaminəbənzər, 1 ədəd bükümdə isə tiryəkəbənzər maddələr, 23 ədəd bütöv və bir ədəd para metadon həbləri, həmçinin elektron tərəzi və 1 ədəd ampula aşkar edilərək götürülmüşdür. Şəhriyarn yaşadığı otağa polis işçiləri tərəfindən narkotik vasitə qoyulmamışdır. Məhkəmə istintaqında şahid kimi dindirilən Şahid6 Sərastan oğlu göstərdi ki, Cəlilabad Rayon Polis Şöbəsində polis nəfəri işləyir. O, 16 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 saxlanılmasında və üzərində şəxsi axtarış aparılmasında iştirak etmişdir. Təqsirləndirilən şəxs1 həmin gün ssat 22 radələrində Cəlilabad şəhərində saxlamışlar. Onu həmin gün saat 12:30 radələrində Cəlilabad Rayon İcra Şöbəsindən çıxdığı zaman saxlamamışlar. Təqsirləndirilən şəxs1 saxlanılmasında rayon polis şöbəsinin Cinayət axtarış bölməsinin rəisi Şahid9 iştirak etməmişdir. Şəxsi axtarış zamanı Şəhriyarın üzərindən narkotik vasitə aşkar olunmamışdır. 17 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 yaşadığı evdə axtarış aparılmasında iştitrak etmişdir. Axtarpış zamanı Təqsirləndirilən şəxs1 anası evdə olmuşdur. Anası Təqsirləndirilən şəxs1 yaşadığı otağı göstərmişdir. Otağın qapısı qıfıllı olmuşdur. Anası otağın açarını polis əməkdaşlarına təqdim etmişdir. Otağın qapısı üzərindəki qıfıl açılmaqla otağa daxil olub axtarış aparımışlar. Axtarışda Şəhriyarın anası iştirak etmişdir. Otaqdakı çarpayının yanında olan masanın üzərindən 15 bükümdə herinəbənzər, 5 ədəd bükümdə metamfetaminəbənzər, 1 ədəd bükümdə isə tiryəkəbənzər maddələr, 23 ədəd bütöv və bir ədəd para metadon həbləri, həmçinin elektron tərəzi və 1 ədəd ampula aşkar edilərək götürülmüşdür. Şəhriyarn yaşadığı otağa polis işçiləri tərəfindən narkotik vasitə qoyulmamışdır. Təqsirləndirilən şəxs1 qarşı heç bir təzyiq, təsir göstərməmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid4 göstərdi ki, Cəlilabad Rayon Polis Şöbəsində Cinayət axtarış bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 17 mart 2023-cü il tarirxdə Təqsirləndirilən şəxs1 yaşadığı, Cəlilabad şəhəri, M.Hüseynov küçəsi, ev 16, mənzil 9-da axtarış aparılmasında iştirak etmidir. Axtarış zamanı Şəhriyarın anası evdə olmuşdur. Anası Şəhriyarın yaşadığı otağı onlara göstərmişdir. Otağın qapısı qıfıllanmış vəziyyətdə olmuşdur. Anasının təqdim etdiyi açarla otağın qapısı açılmış, anasının iştirakı ilə otağa baxış keçirilərkən masanın üzərində 15 ədəd bükümdə narkotikəbənzər, 5 ədəd bükümdə heroinəbənzər, 1 ədəd bükümdə tiryəkəbənzər maddələr aşkar olunmuşdur. Bundan başqa otaqda elektron tərəzi və bir ədəd ampula da aşkar olunmuşdur. Polis işçiləri 16 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 yaşadığı evdə olmamışlar. Təqsirləndirilən şəxs1 yaşadığı otağa narkotik vasitələrin bir gün əvvəl onun tərəfindən qoyulması barədə ifadəsi yalandır. Təqsirləndirilən şəxs1 anasına zəng etdiyi hallar olmamışdır. Təqsirləndirilən şəxs1 qarşı heç bir təzyiq-təsir göstərməmimşlər. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid9 göstərdi ki, Cəlilabad Rayon Polis Şöbəsində Cinayət axtarış bölməsinin rəisi vəzifəsində işləyir. Şəhriyapr Əlievi əvvəllər tutmuşdur. Bununla əlaqədar olaraq Təqsirləndirilən şəxs1 ona qarşı qərəzli münasibət bəsləyə bilər. 16 mart 2023-cü il tarixdə Şəhriyar Əlievin tutulmasında iştirak etməmiş, Təqsirləndirilən şəxs1 heç bir təzyiq-təsir göstərməmiş və onu döyməmişdir. Təqsirləndirilən şəxs1 16 mart 2023-cü il tarixdə saat 12:30-da Cəlilabad Rayon İcra və Probasiya Şöbəsindən çıxdığı zaman onun iştirakı ilə polis əməkdaşları Şahid4 və Şahid6 tərəfindən tutulmaqla polis şöbəsinə aparılması, şəxsən onun tərəfindən üzərində axtarış aparılması, ona təzyiq göstərilməsi və döyülməsi barədə ifadəsi yalan ifadədəir. Həmçinin 16 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 yaşadığı evdə olmamışlar. Təqsirləndirilən şəxs1 anası X2 məhkəmə istintaqında verdiyi ifadəsində göstərdi ki, oğlu Şəhriyarla Cəlilabad şəhəri, M.Hüseyn küçəsi, ev 16, mənzil 09-da yaşamışlar. Təqsirləndirilən şəxs2 də onlarla bir binada yaşamışdır. Uşaqlıqdan Təqsirləndirilən şəxs2lə Şəhriyarın münasibətləri pis olmuşdur. 16 mart 2023-cü il tarixdə saat 12-13 arası olan müddətdə oğlu Şəhriyar evdən çıxmış, icra şöbəsinə gedərək orada sənədə imza edib evə qayıdacağını bildirmişdir. Lakin həmin gün Şəhriyar evə qayıtmamışdır. Həmin gün axşam saatlarında Şəhriyarın narkotiklə bağlı olaraq polis şöbəsinə aparılmasını eşitmişdir. Şəmin gün saat 16 radələrində polis əməkdaşı Şahid4 Nəbi və başqa polis işçiləri evə gələrək Şəhriyarın hansı otaqda yaşadığını soruşmuşlar. O, polis işçilərinə oğlu Şəhriyarın yaşadığı otağı göstərmişdir. Polis işçiləri həmin otağa daxil olmuşlar. Həmin vaxt otağın pəncərəsi də açıq olmuşdur. Sonra polis işçisi Aqşin ona otağın qapısını bağlamasını demişdir. Bu zaman onlarla evni binada yaşayan Təqsirləndirilən şəxs2 binadan çıxdığını görmüşlər. Polis işçiləri Elgünü tutub özləri ilə aparmışlar. Aqşin isə orada qalaraq axşama kimi gözləmişdir. Sonra Aqşinə zəng edərək növbəni dəyişmək lazım olduğunu bildirmişlər. Bir qədər sonra oraya Məhəmməd adlı polis gəlmişdir. Sonra polis işçiləri onlardan getmişlər. Aqşin onun telefonuna zəng edərək Şəhriyarın yaşadığı otağın qapısını açmamasını demişdir. Səhəri gün Aqşin və başqa polis işçiləri yenə də onlara gəlmişlər. O, pəncərəini açmışdır. Aqşin ona demişdir ki, əvvəlcə onlara polis işçilərinin gəlməsini deməsin. Sonra polis işçiləri Şəhriyarın yaşadığı otağa daxil olmuşlar, otağa baxış keçirib getmişlər. Onun telefonunda ***-***-**-** nömrəsi olmuşdur. Təqsirləndirilən şəxs1 adına rəsmiləşdirilməklə istifadəsində oan ***-***-**-** telefon nömrəsi ilə aparılmış danışıqlardan və ötürülmüş məlumatlardan görünür ki, xx.xx.2023-cü il tarixdə ***-***-**-** telefon nömrəsindən Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***- **-** telefon nömrəsinə “ patı var səndə mənə lazımdır atüstü ayaqüstü görüşək sabah” məzmunlu sms göndərilmişdir. Təqsirləndirilən şəxs2 adına rəsmiləşdirilməklə istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsindən Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsinə zəng olunmaqla xx.xx.2023-cü il tarixdə saat 16:47-də 22 saniyə, 18:50-də 32 saniyə, xx.xx.2023-cü il tarixdə saat 12:17də 16 saniyə, xx.xx.2023-cü il tarixdə saat 22:48-də 18 saniyə, xx.xx.2023-cü il tarixdə saat 18:22-də 23 saniyə, 19:54-də 19 saniyə, 10:46-da 11 saniyə, xx.xx.2023-cü il tarixdə saat 17:12-də 53 saniyə, 17:42-də 82 saniyə, xx.xx.2023-cü il tarixdə saat 13:20-də zənglər olunmaqla 26 saniyə danışıqlar aparılmışdır. Təqsirləndirilən şəxs1 polis əməkdaşları Şahid4, Şahid9 və qeyriləri tərəfindən 16 mart 2023-cü il tarixdə saat 12:30-13 radələrində saxlanılmasını göstərmiş və həmin məsələnin araşdırılması üçün Aqşin Səfərovun istifadəsində olan ***-***-**-** və Şahid9 istifadəsində olan ***-***-**-** telefon nömrələrinin 16 mart tarixdə anten dairələri barədə məlumatların əldə edilməsi barədə vəsatət vermişdir. Təqsirləndirilən şəxs1 vəsatəti təmin olunmaqla qeyd olunan telefon nömrələrinin 16 mart 2023-cü il tarixdə anten dairələri barədə məlumatlar əldə edilməklə cinayət işinə əlavə edilmişdir. Telefon danışıqları barədə məlumatlardan görünür ki, 16 mart 2023-cü il tarixdə Şahid9 istifadəsində olan ***-***-**-** telefon nömrəsinin əhatə dairəsi saat 12:00-da Cəlilabad şəhəri H.Əliyev prospektində, 12:02-də Cəlilabad şəhəri Məktəbli küçəsində, 12:15-də Cəlilabad şəhəri Telekommunikasiya qovşağında, 12:15-dən 12:44-dək Cəlilabad şəhəri Heydər Əliyev prospektində,12:53-də Cəlilabad şəhəri Telekommunikasiya qovşağında, 13:41-də Cəlilabad şəhəri Heydər Əliyev prospektində, 13:59-da Cəlilabad Telekommunikasiya qovşağında, 14:00-da Cəlilabad şəhəri Heydər Əliyev prospektində 14:43-də Cəlilabad avtovağzal, 15:41-də Heydər Əliyev prospektində, 16:46-da Cəlilabad telekommunikasiya qovşağında, 17:00-18:01-dək Heydər Əliyev prospektində olmuşdur. Aqşin Səfərovun istifadəsində olan ***-***-**-** nömrəli telefonun da anten dairəsi 16 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 yaşadığı ünvanda olmamışdır. Bakı İstintaq Təcridxanasından göndərilmiş sənədlərin surətlərindən görünür ki, xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına daxil olarkən tibbi müayəinə nəticəsində Təqsirləndirilən şəxs1 bədəni üzərində hər hansı xəsarətlər aşkar edilməmişdir. Cəlilabad Rayon İcra və Probasiya Şöbəsi tərfindən məhkəmyə göndərilmiş xx.xx.2023-cü il tarixli məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 əvvəlki məhkəmə hökmü ilə təyin edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması ilə bağlı olaraq xx.xx.2023-cü il tarixdə saat 12:20-də Cəlilabad Rayon İcra və Probpsiya Şöbəsində olmuşdur. Şöbənin təhlükəsizlik kamerası olmadığından videoçəkiliş aparılmamışdır. Müdafiə tərəfinin vəsatəti əsasında əldə edilmiş telefon danışıqları barədə məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs1 anası Sədilə Abbasovanın istifadəsində olan ***-***-**-** telefon nömrəsi ilə 16-17 mart 2023-cü il tarixlərdə polis əməkdaşları Şahid4 və Şahid9 məxsus mobil telefonlar vasitəsi ilə danışıqlar aparılmamışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərində “Şəxsi axtarış keçirilməsi və götürmə” aparılması haqqında 16 mart 2023-cü il tarixli protokoldan və həmin istintaq hərəkəti zamanı aparılmış videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs2 əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş halda narkotik vasitə olan heroinəbənzər kütlə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 üzərində aşkar olunan narkotik vasitə heroini təxminən 10 gün əvvəl, Cəlilabad rayon sakini, onunla qonşuluqda yaşayan Şəhriyar adlı şəxsdən 10 manata aldığını və istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Cəlilabad Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 1 ünvanında axtarış və götürmə aparılmasına icazə verilmişdir. Şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 1-da axtarış aparılması haqqında 17 mart 2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, həmin evdə Təqsirləndirilən şəxs1 yaşadığı otaqda müdafiəçisinin və evdə olan anasının iştirakları ilə axtarış aparılan zaman otaqdakı çarpayının yanındakı masanın üzərindən ümumilikdə 15 ədəd bükümdə nakotik vasitə heroinəbənzər kütlələr, 5 ədəd bükümdə psixotrop maddə metamfetaminəbənzər kütlələr, 1 bükümdə narkotik vasitə tiryəkəbənzər kütlə, ümumi sayı 23 ədəd bütöv və 1 ədəd yarı halda olan narkotik vasitə metadon həblərinəbənzər həblər, bir ədəd elektron tərəzi, üzərlərində narkotik vasitə heroin və psixotrop maddə metamfetaminəbənzər izlər olan iki ədəd bıçaq, üzərində narkotik vasitə heroinəbənzər izlər olan bir ədəd ampula və pambıqlar aşkar edilib, qablaşdırılaraq götürülmüşdür. Materialların məhkəmə-ekspertizasının 16 mart 2023-cü il tarixli, 19/310 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi -0,637 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Həmin ekspertin 18 mart 2023-cü il tarixli, 19/318 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı mənzildən götürülmüş 01 ədəd sellofan bükülüdə təmiz çəkisi -1,237 qram maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. 5 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,156 qram, 0,026 qram, 0,022 qram, 0,023 qram və 0,021 qram-ümumi təmiz çəkisi 2,248 qram olan, ağ rəngli, kristallardan ibarət maddə metamfetamindirlər, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. 15 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 16,209 qram, 1,642 qram, 0,024 qram, 0,031 qram, 0,021 qram, 0,026 qram, 0,030 qram,0,033 qram, 0,025 qram, 0,026 qram, 0,024 qram, 0,022 qram, 0,031 qram, 0,023 qram,0,015 qramümumi təmiz çəkisi -18,182 qram olan maddələr tiryəkdən ksutar üsulla hazırlanmış narkotik vasitə heroindirlər. 5 ədəd listdə və sellofanda olmaqla ümumilikdə 23 ədəd tam və 1 ədəd yarı halda olan, qəhvəyi rəngli, dairəvi formalı həblər metadondurlar. Həblər təsiredici maddələrinin miqdarlarına görə bir-biriləri ilə eynidirlər. Həblərin təsiredici maddəsinin ümumi miqdarı 0,94 qramdır. (bir həbdə 0,04 qr.) 1 ədəd ağ rəngli bıçağın, 1 ədəd ampula qırığının, 1 ədəd elektron tərəzinin və pambıqların üzərlərində narkotik vasitə heroinin izləri vardır. Heroin iz şəklində olduğuna görə çəkisini və tədqiqata təqdim edilmiş heroinlərlə müqayisəli tədqiqat (eynilik) aparmaq mümkün olmadı. 1 ədəd qara rəngli bıçaq üzərində psixotrop maddə metamfetamin izləri aşkar edilmişdir. Metamfetamin iz şəklində olduğuna görə çəkisini və tədqiqata təqdim edilmiş heroinlərlə müqayisəli tədqiqat (eynilik) aparmaq mümkün olmamışdır. Təqsirləndirilən şəxs1 yaşadığı mənzildən götürülmüş 15 ədəd bükümlədə olan narkotik vasitə heroinlər xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə birbiriləri ilə eynidirlər. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş heroin Təqsirləndirilən şəxs1 yaşadığı mənzildən aşkar edilmiş heroinlərlə eyni tərkiblidir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 430 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyi aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Həmin ekspertin xx.xx.2023-cü il tarixli, 3484 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyi aşkar olunur, narkomaniyadan mçburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-psixatrik ekspertizasının xx.xx.2023-cü il tarixli, 1196 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 “şəxsiyyətin emosional-davamsız tip pozuntusu” müəyyən edilir. Lakin o, cinayəti törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuş, ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır, əməli CM-nin 21-ci maddəsinin təsiri altına düşmür, barəsində tibbi xarakterli məcburi müalicəyə ehtiyacı yoxdur. Cəlilabad Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli qərarı ilə Cəlilabad Rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili iş üzrə keçirmiş olduğu əməliyyat-axtarış tədbirləri qanuni hesab edilmişdir. İşdə olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İşdə olan tələbnamədən və məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə CM-nin 228.4 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib, ona 06 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2022-cü il tarixdə Xəzər Rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs1 01 il 03 ay 25 gün vaxtından əvvəl şərti azad olunub. Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinin 12 may 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 cəzadan şərti olaraq azad olunması barədə Xəzər Rayon Məhkəməsinin qərarı xx.xx.2022-ci il tarixdə Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş, şərti olaraq vaxtından əvvəl azad olunduğu cəzası çəkilməmişdir. Ailə tərkibi haqqında xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 ailəlidir, himayəsində uşaq yoxdur. Yaşayış yerindən verilmiş eyni tarixli xasiyyətnamədə Təqsirləndirilən şəxs2 narkotik vasitələrə meyilli olması göstərilmişdir. Ailə tərkibi haqqında 31 may 2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 subaydır, himayəsində uşaq yoxdur. Yaşayış yerindən verilmiş xasiyyətnamədə yaşayış yeri üzrə mənfi xarakterizə olunur. Təqsirləndirilən şəxs2 iş üzrə 16 mart 2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş, barəsində 18 mart 2023-cü il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə həbsdən azad olunmuşdur. Təqsirləndirilən şəxs1 iş üzrə 16 mart 2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş, məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə həbsdə saxlanılır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq 1,237 qram narkotik vasitə tiryəki, 2,248 qram külli miqdarda psixotrop maddə metamfetami, 18,182 qram külli miqdarda heroini və təsiredici maddəsinin ümumi miqdarı 0,94 qram olan metadon həblərini əldə edərək yaşadığı evdə saxlaması, 0,637 qram heroini 2023-cü ilin mart ayının əvvəllərində onunla qonşuluqda yaşayan Təqsirləndirilən şəxs2 10 manat pul müqabilində satması, eyni ilə Təqsirləndirilən şəxs2 satış niyyəti olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 0,637 qram heroini Təqsirləndirilən şəxs1 10 manat pul müqabilində almaqla əldə edib üzərində daşımaqla saxlaması, hər ikisinin əməllərində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirlilikləri tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Məhkəmə tədqiq edilmiş sübutlara əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər ikisinin məhkəmə istintaqında verdikləri-aralarında guya ədavətin olması, bu səbəbdən də Təqsirləndirilən şəxs2 ibtidai istintaqda 16 mart 2023-cü il tarixdə üzərində aşkar olunmuş heroini Təqsirləndirilən şəxs1 almasını qərəzli olaraq göstərməsi, eləcə də Təqsirləndirilən şəxs2 heroini həbsə alınmasından əvvəl Bakı şəhərində xəstəxanada olduğu vaxt tanımadığı şəxsdən alması, Təqsirləndirilən şəxs1 isə yaşadığı evdə ona məxsus hər hansı narkotik vasitənin olmaması, polis işçilərinin evində 2023-cü il 16 mart və 17 mart tarixlərdə iki dəfə axtarış aparmaları, yaşadığı evə narkotik vasitələrin və psixotrop maddənin polis əməkdaşı Şahid4 tərəfindən qoyulması, onun tutulmasında iştirak edən Cəlilabad Rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin rəisi Şahid9 tərəfindən işgəncəyə və qanunsuz təsirlərə məruz qalması barədə ifadələrini özlərini müdafiə məqsədi daşımaqla qeri-obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Məhkəmə Təqsirləndirilən şəxs2 ibtidai istintaqda verdiyi-üzərində aşkar olunmuş heroini Təqsirləndirilən şəxs1 almasına dair ifadəsini işin faktiki halları ilə tam uyğunluq təşkil etəmklə obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul edir. Belə ki, telefon danışıqları barədə məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs2 adına rəsmiləşdirilməklə istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsindən Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsinə zəng olunmaqla xx.xx.2023-cü il tarixdə saat 16:47-də 22 saniyə, 18:50-də 32 saniyə, xx.xx.2023-cü il tarixdə saat 12:17-də 16 saniyə, xx.xx.2023-cü il tarixdə saat 22:48-də 18 saniyə, xx.xx.2023-cü il tarixdə saat 18:22-də 23 saniyə, 19:54-də 19 saniyə, 10:46-da 11 saniyə, xx.xx.2023-cü il tarixdə saat 17:12-də 53 saniyə, 17:42-də 82 saniyə, xx.xx.2023cü il tarixdə saat 13:20-də zənglər olunmaqla 26 saniyə danışıqlar aparılmışdır. Bu isə onların münasibətlərinin yaxşı olmasını təsdiq etməklə yanaşı, aralarında şəxsi ədavət olmasını inkar edir. Təqsirləndirilən şəxs1 narkotik vasitələrin satışı ilə məşğul olmamasını göstərsə də, telefon danışıqları barədə məlumatlardan görünür ki, onun istifadəsində oan ***-***-**-** telefon nömrəsinə xx.xx.2023-cü il tarixdə ***-***-**-** telefon nömrəsindən “patı var səndə mənə lazımdır atüstü ayaqüstü görüşək sabah” məzmunlu sms göndərilmişdir. Bundan başqa müəyyən edilir ki, 2023-cü il mart ayının əvvəllərində Təqsirləndirilən şəxs2lə Təqsirləndirilən şəxs1 aralarında mütəmadi olaraq telefon danışıqları aparılmışdır. Bu hallar isə Təqsirləndirilən şəxs1 narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq etməklə yanaşı, Təqsirləndirilən şəxs2 üzərində aşkar olunan heroini 2023-cü il mart ayının əvvəllərində Təqsirləndirilən şəxs1 almasına dair ifadəsi ilə uyğunluq təşkil edir. Bundan əlavə Təqsirləndirilən şəxs1 və anası Sədilə Abbasova polis əməkdaşları tərəfindən evində 2023-cü il mart ayının 16-da və 17-də iki dəfə axtarış aparılmasını, Təqsirləndirilən şəxs1 yaşadığı otaqda 16 mart 2023-cü il tarixdə qeyri-rəsmi olaraq axtarış aparılmasında Cəlilabad Rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin rəisi Şahid9 və əməliyyat müvəkkili Şahid4 iştirak etmələrini, narkotik vasitələrin evinə polis əməkdaşı Şahid4 tərəfindən qoyulmasını, Şahid4 16 mart 2023-cü il tarixdə Sədilə Abbasovaya məxsus mobil telefona zəng etməsini göstərsə də, telefon danışıqları barədə məlumatlardan görünür ki, Şahid4 və ya başqa polis əməkdaşları 16-17 mart 2023-cü il tarixlərdə Təqsirləndirilən şəxs1 anası Sədilə Abbasovanın istifadəsində olan mobil telefon nömrəsinə zəng etməmişlər. Bundan əlavə, telefon danışıqları barədə məlumatlardan görünür ki, polis əməkdaşı Şahid9 istifadəsində olan ***-***-**-** telefon dairəsinin anten dairəsi 2023-cü il 16 və 17 mart tarixlərdə əsasın Cəlilabad şəhəri Heydər Əliyev prospektində, Bakı-Astara avtomobil yolu Cəlilabad avtovağzalı, Cəlilabad telekommunikasiya ərazisində olmuş, Təqsirləndirilən şəxs1 evi yerləşdiyi Cəlilabad şəhəri M.Hüseynov küçəsində olmamışdır. Eyni ilə polis əməkdaşı Şahid4 istifadəsində olan ***-***-**-** telefon nömrəsinin anten dairəsi 16 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 evinin yerləşdiyi Cəlilabad şəhəri M.Hüseynov küçəsində olmamışdır. Təqsirləndirilən şəxs1 16 mart 2023-cü il tarixdə Cəldilabad Rayon polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılması zamanı Cinayət axtarış bölməsinin rəisi Şahid9 və digər polis işçiləri tərəfindən təsirlərə məruz qalmasını göstərsə də, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi ilə bağlı prosessual sənədlərdən və şahidlərin ifadələrindən görünür ki, Şahid9 16 -17 mart 2023-cü il tarixdərlə Təqsirləndirilən şəxs1lə bağlı keçirilmiş əməliyyat-axtarış tədbirlərinin iştirakçısı olmamışdır. Bundan əlavə, Bakı İstintaq Təcridxanasından daxil olmuş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs1 18 mart 2023-cü il tarixdə təcridxanaya daxil olarkən tibbi müayinə zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar olunmamışdır. Beləliklə də, məhkəmə təqsirləndirilən şəxslər Elgün Abdullayev və Təqsirləndirilən şəxs1 cinayət əməllərinin sübuta yetirilməsi nəticəsinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs2 əməli CM-nin 234.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs1 əməli isə CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların cəzalarını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətlərini, təyin olunan cəzanın onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən və CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən halları müəyyən etmədi, əməlində cinayətlərin təhlükəli residivinin olmasını CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, CM-nin 69.3-cü maddəsinə əsasən 16 mart 2023-cü il tarixdən 18 mart 2023-cü il tarixədək həbsdə saxlanıldığı 02 gün azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla təyin edilən cəzadan çıxılmalıdır. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Cəlilabad rayonunun inzibati ərazisinin hüdludlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştiraketməməkvəzifələri qoyulmalı, cəzaçəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyatda alındığı vaxtdan hesablanmalı, ona təyin edilən cəzanın icrası Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, barəsində Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə müəyyən edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə CM-nin 76.6.3-cü maddəsinə əsasən ləğv edilməli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 01 il 03 ay 25 gün müddətdə azadlıqdan məhrum etmə cəzası CM-nin 67.1-ci maddəsinə əsasən yeni hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirilməklə ona hökmlərin məcmusu üzrə qəti cəza təyin edilməli, CM-nin 56.1.3-cü maddəsinə əsasən əməlində cəinayətlərin residivi olduğundan və əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 16 mart 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan əlavə, məhkəmə Təqsirləndirilən şəxs1 təyin edilən cəzanın müddətini müəyyən edərkən CM-nin 65.2-ci maddəsinin tələbini nəzərə alır. Belə ki, təhlükəli residivə görə təyin edilən cəzanın müddəti törədilmiş cinayətə görə CM-nin xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Beləliklə də CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın son həddi on iki il müəyyən edildiyindən Təqsirləndirilən şəxs1 təyin edimlən cəzanın müddəti on iki ilin üçdə ikisindən, yəni səkkiz ildən az ola bilməz. Məhkəmə-narkoloji ekspertizasının rəyləri nəzərə alınmaqla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər birinə CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbir tədbiq edilməklə cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdırlar. Maddi sübut kimi tanınmaqla iş materiallarına əlavə olunmuş, istintaq hərəkətləri barədə 04 ədəd DVD disklər cinayət işinin materiallarında saxlanılmalı, Cəlilabad Rayon Polis Şöbəsində saxlanılan 0,537 qram narkotik vasitə heroin, 1,187 qram narkotik vasitə tiryək, 2,198 qram psixotrop maddə metamfetamin, 17,952 qram narkotik vasitə heroin, 20,25 ədəd narkotik vasitə metadon həbləri, 1 ədəd elektron tərəzi, 1 ədəd ampula qırığı, pambıqlar, iki ədəd bıçaq məhv edilməlidir. Ekspertiza xərci 244 (iki yüz qırx dörd) manat məbləğində pul təqsirləndirilən şəxslərin hər birindən 122 (bir yüz iyirmi iki) manat alınmaqla Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ:

1. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən onun 16 mart 2023-cü il tarixdən 18 mart 2023-cü il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 4 (dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla təyin edilən cəzadan çıxılsın və üzərində 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Cəlilabad rayonunun inzibati ərazisinin hüdludlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəzaçəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyatda alındığı vaxtdan hesablansın, ona təyin edilən cəzanın icrası Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın.

2. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Onun barəsində Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-cü il tarixli qərarı ilə müəyyən edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilsin, CM-nin 67.1-ci maddəsinə əsasən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 1 (bir) il 3 (üç) ay 25 (iyirmi beş) gün müddətdə azadlıqdan məhrum etmə cəzası yeni hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirilməklə ona hökmlərin məcmusu üzrə qəti olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 16 mart 2023-cü tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış istintaq hərəkətləri barədə 04 ədəd DVD disklər cinayət işinin materiallarında saxlanılsın, Cəlilabad Rayon Polis Şöbəsində saxlanılan 0,537 qram narkotik vasitə heroin, 1,187 qram narkotik vasitə tiryək, 2,198 qram psixotrop maddə metamfetamin, 17,952 qram narkotik vasitə heroin, 20,25 ədəd narkotik vasitə metadon həbləri, 1 ədəd elektron tərəzi, 1 ədəd ampula qırığı, pambıqlar və iki ədəd bıçaq məhv edilsin. Ekspertiza xərci 244 (iki yüz qırx dörd) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər birindən 122 (bir yüz iyirmi iki) manat alınmaqla Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs1 isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar