Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-95/2023 19.10.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Nəbiyev Cəlil Cabbar oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X4, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, müdafiəçilər- Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi1 və fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi3 iştirakları ilə, xx xxxxxx 1981-ci ildə Ermənistan Respublikasının Quqark rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, evli, Bakışəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, sıra-1, keçid-1, ev 47-də qeydiyyatda olan və yaşayan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 və xx xxxxxx 1994-cü ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, evli, Abşeron rayonu, Hökməli qəsəbəsi, Dağlıq küçəsi, ev 24-də qeydiyyatda olan və yaşayan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə videokonfrans əlaqə sistmindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 satış məqsədilə külli miqdarda müxtəlif növ narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması, daşınmasına dair İran İslam Respublikası vətəndaşı olması güman edilən «Baba» adı ilə tanıdığı şəxslə və qeyriləri ilə razılığa gələrək, qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, cinayətkar qrupun müəyyən edilməmiş üzvü (üzvləri) tərəfindən İran İslam Respublikasında qanunsuz olaraq əldə edilib, saxlanıb daşınmış, onun «Baba» adlı şəxslə cinayət əlaqəsinə girməmişdən əvvəl, dəqiq məlum olmayan vaxtda və yerdə, qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli Azərbaycan Respublikasına artıq keçirilərək, İmişli rayonunun Aranlı kəndi istiqamətində (Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin 2-ci sərhəd zastavasının 23-cü sahənin arxa tərəfində) su kanalının kənarından gizlədilmiş narkotik vasitələr olan külli miqdarda 7175 qram qurudulmuş marixuananı və 2987 ədəd həb şəklində təsir maddəsinin miqdarı külli miqdar təşkil edən 119,48 qram metadonu satış məqsədilə əldə etməkdən ötrü götürmək üçün 09 may 2022-ci il tarixdə saat 22 radələrində cinayətdən xəbərsiz taksi fəaliyyəti ilə məşğul olan Təqsirləndirilən şəxs2 ilə birlikdə sonuncunun idarə etdiyi «Nexia Ravon R3» markalı, «AZ **-PF-***» dövlət qeydiyyat nişanlı avtomaşınla həmin yerə gəlmiş, sözü gedən qanunsuz maddələri əldə etmək üçün avtomaşından düşərək həmin yerdə gizlədilmiş bağlamanı götürdükdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisə yerində saxlanılmış və qeyd olunan külli miqdarda narkotik vasitələr aşkar olunaraq götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxslərin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməllərini törətmələrini, həmçinin onların bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, saxlanıldığı gündən təxminən bir həftə əvvəl tanımadığı İran İslam Respublikası mobil operatoruna məxsus telefon nömrəsindən özünün istifadəsində olan “***-***-**-**” saylı mobil telefon nömrəyə zəng gəlmiş, zəng edən şəxs özünü iranlı Baba adlı şəxs kimi təqdim etmiş və ona “sənin nömrəni mənə veriblər, sumka var onu rayondan Bakıya aparıb çatdırmaq lazımdır” demişdir. Babadan çantada nə olacağını soruşduqda, sonuncu marixuana olacağını demişdir. Marixuananın narkotik vasitə olduğunu bildiyinə görə iranlının təklifini rədd etmişdir. Baba 08 may 2022-ci il tarixdə, saat 06 radələrində “WhatsApp” vasitəsilə zəng edərək, ona yenidən İmişli rayonundan içərisində təqribən 3 kiloqram marixuana olan bağlamanı götürüb Bakı şəhərinə çatdırmağını təklif etmiş, bunun müqabilində ona 2000-3000 manat pul verəcəyini vəd etmişdir. Baba narkotik vasitəni İmişli ərazisinə hardan keçirdiyini, necə keçirdiyini deməmişdir, sadəcə demişdir ki, narkotiki İmişli ərazisində gizlədib, İmişliyə çatdıqdan sonra narkotikin gizlədildiyi yerin “konumunu” (yerləşmə koordinatları) ona göndərəcək. Həmin vaxt maddi imkansızlıq səbəbindən Babanın təklifi ilə razılaşmış, 09 may 2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, “Sulutəpə dairəsi”ndə taksi sürücüsünə yaxınlaşıb onu İmişli rayonuna apara bilib-bilməyəcəyini soruşmuş, həmin taksi sürücüsü, sonradan adının Süleyman olduğunu bildiyi şəxs ondan İmişli rayonuna hansı məqsədlə getdiyini soruşduqda, sonuncuya bir nəfər tanışı ilə görüşüb qayıtmalı olduğumu, ola bilsin ki, həmin şəxsi də özü ilə Bakı şəhərinə gətirməli olduğunu demişdir. Süleyman onu 100 manat müqabilində İmişli rayonuna aparıb-gətirəcəyini bildirdikdə, sonuncu ilə razılaşmış və birlikdə İmişli rayonu istiqamətinə yola düşmüşlər. Bir neçə saat yol getdikdən sonra saat 19 radələrində İmişli rayonuna çatmışdır. Əvvəlcə səhvən Salyan rayonu istiqamətində hərəkət etdiyinə görə, həmin yoldan “Noxudlu yolu” adlanan ərazidən keçib İmişli rayonuna getmişdir. O, yolda avtomobilin arxa oturacağında əyləşmiş və yolda olduğu zaman avtomobildən düşüb 2-3 dəfə Baba ilə əlaqə saxlamışdır. Lakin Süleyman söhbəti eşitməmişdir. Daha sonra deyilən yerə çatdıqda maşından aşağı düşmüş, orada 3 ədəd bağlamanın olduğunu görüb bağlamalara doğru əyilərək götürmək istədikdə sərhədçilər tərəfindən saxlanılmışdır. Bundan sonra hər şeyi səmimi olaraq etiraf etməklə saxlanıldığı əraziyə onu Baba adlı iranlının göndərdiyini, içərisində narkotik vasitə olan bağlamanı əldə etmək üçün gəldiyini bildirmişdir. Hadisə yerindən götürülmüş narkotik vasitə olan bağlamaya baxış keçiriləndə içərisindən 7 kiloqramdan çox marixuana və 3000-dən bir qədər az həb şəklində metadon adlı narkotik vasitə aşkar edilmişdir. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə baxışında verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, Süleymanla Bakı şəhərindən İmişli rayonuna getdikləri zaman arada ya Süleyman, ya da onun özü avtomobildən düşüb mağazaya, tualetə getmişlər. Bir halda isə o, avtomobildən düşüb bərbərxanaya üzünü qırxdırmaq üçün getmişdir. İranlı Babanın göndərdiyi narkotik vasitələrin gizlədildiyi yerin “konumu” (yerləşdiyi yerin koordinatları) Təqsirləndirilən şəxs2 göndərməyinin səbəbi Süleymanın tez-tez ondan yolu soruşmaması və yolu rahat tapmaması üçün idi. Buna görə də narkotik vasitələrin gizlədildiyi yerin “konumunu” Süleymana göndərmişdir. İstifadəmdə olan “***-***-**-**” saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs2 istifadəsində olan “***-***-**-**” saylı nömrə arasında olan xx.xx.2022-ci il tarixdə 2 dəfə telefon danışığı Süleyman mağazada olduğu zaman özünün sonuncuya zəng edərək əlavə olaraq şirniyyat və enerji içkisi almasını, həmçinin bərbərxanada üzünü qırxdıran zaman Süleymanın bərbərxananın qarşısına gəlməsi bildirməyindən ibarət olub. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olur. 09 may 2022-ci il tarixdə Sulutəpə dairəsində olan zaman, müştəri gözləyərkən sonradan adını bildiyi Təqsirləndirilən şəxs1 yaxınlaşaraq demişdir ki, İmişli rayonunda tanışı ilə görüşmək və rayondan “veş-müş” (kənd məhsulları) götürmək üçün gedməlidir, həmçinin ola bilsin ki, tanışı ilə birlikdə Bakıya qayıtsın. 100 manat müqabilində Rafiqlə razılaşmışdır. Bu vaxt Rafiqə “Tap.az” saytında satılması üçün qoyduğu avtomobilin arxa işığını müştəriyə verməli olduğunu deyərək həmin işığı müştəriyə verdikdən sonra onunla İmişli rayonuna gedə biləcəyimi bildirmişdir. Rafiq də onunla razılaşaraq, onun mobil nömrəsini götürmüşdür. Bundan sonra o, oradan gedib müştəriyə avtomobilin arxa stopunu 50 manata satmış, bu vaxt Rafiq ona zəng edərək əlaqə saxlayıb gəlib-gəlmədiyimi maraqlanmışdır. O, da gözləməsini, gəldiyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə, günorta saatlarında Bakı şəhərindən İmişli rayonu istiqamətində yola düşmüşlər. Yolda olduqları zaman yolu səhv saldığı üçün, Salyan rayonu istiqamətində getmişlər, sonradan səhv getdiklərini bildikdə, yenidən İmişli istiqamətində getmişlər, saat 18 radələrində İmişli rayonuna çatmışlar. Yolda olduqları zaman Rafiq bir neçə dəfə avtomobili saxlatdırıb, avtomobildən düşüb telefonla danışıb, həmçinin yolda olduqları zaman avtomobildə də kiminləsə mobil telefonla danışmışdır. Sadəcə həmin danışıqlar zamanı “çatdım, maşındayam, gəlirəm” kimi sözlərdən istifadə etmişdir. Rafiqin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı kiminləsə danışdığını eşitməmiş, həmçinin narkotik vasitə barədə danışdığını təxmin etməmişdir. Yolda olduqları zaman saxlanıldıqları yerə çatmaqlarına təqribən 40 km. qalmış Rafiq ona özünün mobil telefonuna “konum” (yerləşmə koordinatları) göndərmiş, Rafiq ona həmin yerdən adam götürəcəklərini, həmin “konumun” özünün mobil telefonunda açmadığını bildirmişdir. O, da heç nədən şübhələnmədən həmin “konum” üzrə maşını idarə etmişdir. Bir qədər yol getdikdən sonra həmin yerə çatdıqda Rafiq avtomobili saxlamağını istəmiş və avtomobildən düşmüşdür. Avtomobildən düşdüyü zaman “gedim, görüm, gəlirəm” deyə bildirmişdiri. O, Rafiqin haraya, nə üçün getdiyini maraqlanmamış, Rafiq avtomobildən düşüb təxminən 150-200 metr aralandıqda hava qaranlıq olduğu üçün onun yalnız avtomobilin hərəkət istiqamətində yolun sol tərəfinə keçdiyini görmüş, sonradan Rafiqin haraya getdiyini bilməmişdir. Avtomobildən düşüb avtomobilin şüşə siləninin su çəninə su doldurduğu zaman hərbçilər yaxınlaşaraq onu saxlamışlar. Nə səbəbə görə saxlanılmasını bilməmiş, heç bir qanunsuz əməl törətmədiyini, heç nədən xəbəri olmadığını da hərbçiilərə bildirmişdir. Baba adlı iranlını tanımamış, həmin şəxslə heç bir münasibəti, telefon danışığı olmamışdır. Rafiqi taksi sürücüsü kimi 100 manat müqabilində Bakıdan İmişliyə aparmış, narkotik götürmək üçün İmişliyə getməmiş, narkotik barədə ümumiyyətlə məlumatı olmamışdır. Bu işdə heç bir günahı yoxdur, ona bəraət verilməsini xahiş edir. Məhkəmə baxışında verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, heç vaxt narkotik vasitələrdən istifadə etməmiş, Rafiqin narkotik vasitə götürmək üçün getdiyini bilsəydi onu İmişliyə aparmağa razı olmazdı, hətta sonradan öyrəndiyi halda da onu tək qoyub gedərmiş, lakin onun heç bir şeydən xəbəri olmamışdır. Səhvən Salyana gedəndə, hava isti olduğu üçün tərləmişdir, köynəyini dəyişmək istəmiş, buna görədə yeni köynək almaq üçün maşından düşərək Səlyan ərazisində mağazaya getmiş, Rafiq isə bərbərə Mağazadan çıxandan sonra Rafiqlə telefon vasitəsilə əlaqə saxlayaraq harada olmalarını öyrənmişlər, həmin vaxt Rafiq ondan mağazadan energetik içki almasını da xahiş etmişdir. Bu səbəbdən də onların arasına hadisə günü qısa telefon danışığı olmuşdur. Məhkəmə baxışında şahid qismində dindirilmiş Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissənin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, daxil olmuş əməliyyat məlumatı əsasında xx.xx.2022-ci il tarixdə, saat 21:30-dan xx.xx.2022-ci il, saat 01:30-dək N nömrəli hərbi hissənin 2-ci sərhəd zastavasının 23-cü sahəsinə digər hərbiçilərlə “Pusqu” xidmətinə təyin edilmişdir. Xidmətdə olduqları zaman xx.xx.2022-ci il tarixdə, saat 22:30 radələrində İmişli rayonu, Aranlı kəndi istiqamətində ağ rəngli avtomobilin 2-ci sərhəd zastavasının 23-cü sahəsinin arxa istiqamətində hərəkət etdiyini, həmin avtomobilin qeyd olunan istiqamətdə yolun kənarında dayandığını və oradan bir nəfərin düşərək kanal qırağına doğru hərəkət etdiyini görmüşlər. Həmin şəxs yolun kənarında olan kanala yaxınlaşmış və oradan ilkin olaraq bir ədəd bağlamanı götürüb qırağa qoymuş, daha sonra ikinci bağlamanı götürdükdə tərəflərindən “Dayan” çağırış komandası verilərək həmin şəxsi saxlamışlar. Həmin şəxsi saxladıqları zaman yanında ümumilikdə üç ədəd bağlama aşkar edərək dərhal bu barədə aidiyyatı üzrə məruzə etmişlər. Bir qədər sonra həmin əraziyə hərbi qulluqçular gələrək saxlanılmış şəxsin saxlanıldığı yerə gəldiyi avtomaşına baxış keçirilən zaman avtomobilin yanında 1 nəfər şəxsin olduğunu aşkar etmişlər. Bundan sonra onlara məlum olmuşdur ki, ərazidən bağlamaları götürdükdən sonra tərəflərindən saxlanılmış şəxs Təqsirləndirilən şəxs1, avtomobilin yanında dayanmış şəxs isə Təqsirləndirilən şəxs2dur. Sonradan Təqsirləndirilən şəxs1 götürdüyü bağlamalara baxış keçirildikdə içərisindən müxtəlif növlü narkotik vasitələr aşkar edilməsini bilmişlər. Məhkəmə baxışında verilən suallara cavab olaraq Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs2 İran vətəndaşından narkotik vasitələr əldə etməsi barədə, və ya əldə edəcəyinə vəd verməsi barədə hər hansı bir məlumatları olmamışdır. Sadəcə İmişli rayonu, Aranlı kəndi istiqamətində narkotik vasitənin götürülməsi barədə məlumat olmuş, konkret hansı şəxs tərəfindən əldə olunmasına dair məlumat olmamışdır. Təqsirləndirilən şəxs1 şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 sadəcə taksi sürücüsü olduğunu demişdir. Təqsirləndirilən şəxs2 maşının yanında idi, maşını söndürmüşdü, maşın işlək vəziyyətdə deyildi, Süleyman heç nədən xəbəri olmamasını onlara bildirmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə onu Dövlət Sərhəd Xidmətinin 2-ci sərhəd zastavasının inzibati binasına hal şahidi kimi dəvət etmişlər, orada DSX hərbi qulluqçusu ona bildirmişdir ki, Təqsirləndirilən şəxs1 adlı şəxsin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilmiş içərisində narkotik vasitələr olan bağlamanı götürdüyü hadisə yerinə, hadisə yerindən aşkar edilərək götürülmüş qeyd olunan bağlamalara, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə birlikdə hadisə yerinə gəldiyi avtomobilə baxış keçiriləcəkdir. Bundan sonra hadisə yerinə getmişlər, İmişli rayonu, Aranlı kəndi istiqamətində kanalın yaxınlığında olan yerə baxış zamanı Təqsirləndirilən şəxs1 saxlanıldığı yerdən ümumilikdə üç ədəd bağlama aşkar edilmişdi. Təqsirləndirilən şəxs1 həmin bağlamaları götürmək üçün əraziyə gəldiyini demişdir, bununla da baxış başa çatmışdır. Bundan başqa Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 saxlanıldığı yerdən aşkar edilərək götürülmüş bağlamalara baxış keçirildikdə həmin bağlamaların içərisindən kəskin qoxulu, ot şəkilli marixuanaya bənzər maddə və üzərilərində “M/40” yazısı olan həblər aşkar edildi. Qeyd olunan maddələr çəkildi və sayıldı. Bundan başqa Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanıldıqları əraziyə gəldikləri avtomobilə baxış keçirildikdə avtomaşından hansısa qanunsuz əşya və predmet aşkar edilməmişdi. Bundan sonra protokol tərtib edildi və iştirakçılar tərəfindən imzalandı. Məhkəmə baxışında verilən suallara cavab olaraq Şahid3 bildirmişdir ki, hadisədən çox vaxt keçdiyi üçün təqsirləndirilən şəxslərin simalarını xatırlamır, lakin hadisə yerində maşının yanında deyil, kanalın yanında yaxalanan şəxs (Təqsirləndirilən şəxs1) narkotik vasitənin onun olduğunu bildirmişdi, hərbçilərin baxış üçün apardıqları yer asfalt yolun kənarı idi, narkotik vasitələrə baxış hərbi hissədə keçirilmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslər və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə fiziki- kimyəvi ekspertizasının 10 may 2022-ci il tarixli 6/2697 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “N nömrəli hərbi hissə Liter Ç” dairəvi möhür əksləri olan, bir ədəd qara rəngli qırmızı zolaqlı idman çantasında 299 ədəd konvalyutda üzərində “Methadone 40” göstəricisi olan 2987 ədəd qəhvəyi rəngli, dairəvi formalı həblər narkotik vasitə olan – metadondur, 2987 ədəd metadonun təsir maddəsinin ümumi miqdarı 119,48 qram (1 ədəd həbdə 0,04 qram) təşkil edir. Qeyd: tədqiqatdan sonrakı qalıq metadon həbləri 2967 ədəd. Aparılmış tədqiqatın dəyəri 55 (əlli beş) manat. İş materiallarında olan məhkəmə bioloji ekspertizasının 10 may 2022-ci il tarixli 7/459 №-li rəyindən görünür ki, Tədqiqata təqdim olunmuş qara rəngli polietilen torbada 4 (dörd) ədəd üzərləri skoçla bağlanmış qara rəngli bağlamalada ayrı-ayrılıqda təmiz çəkiləri-1040,0qram; 1105,0qram; 1130,0qram; 750,0qram, ümumi çəkisi-4025,0qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanalardır. - Tədqiqata təqdim olunmuş qara rəngli göy zolaqlı idman çantasında 5 (beş) ədəd (2 ədəd qara, 3 ədəd ağ rəngli) üzərləri skoçla bağlanmış bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri-1070.0qram; 545,0qram; 520,0qram; 510,0qram; 505,0qram, ümumi çəkisi-3150,0qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanalardır. - Tədqiqata təqdim olunmuş qara rəngli polietilen torbada 4 (dörd) ədəd, qara rəngli göy zolaqlı idman çantasında 5 (beş) ədəd bağlamalarda olan marixuannaların ümumi çəkisi 7175,0 qramdır. Qeyd: tədqiqatdan sonrakı qalıq marixuanna 3149,75 qramdır. Aparılmış tədqiqatın dəyəri 72 (yetmiş iki) manat. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 4311 nömrəli rəylərindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 kannabiodlərdən epizodik istifadə halları olsa da, hal-hazırda narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 4309 nömrəli rəylərindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, hal-hazırda narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan ambulator məhkəmə məhkəmə-psixiatrik ekspertizasının 15 avqust 2022-ci il tarixli 2189 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir, ona ittiham olunan törətdiyi əməl dövründə hər hansı bir xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamış, həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs2 ona ittiham olunan törətdiyi əməl barəsində anlaqlı hesab olunmalı, onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür, hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur və hazırki psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır. İş materiallarında olan ambulator məhkəmə məhkəmə-psixiatrik ekspertizasının 15 avqust 2022-ci il tarixli 2188 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir, ona ittiham olunan törətdiyi əməl dövründə hər hansı bir xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamış, həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs1 ona ittiham olunan törətdiyi əməl barəsində anlaqlı hesab olunmalı, onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür, hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur və hazırki psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır. İş materiallarında olan 09 may 2022-ci il tarixli «şəxsi axtarış, fiziki şəxsdə olan şeyləri yoxlama, şeylərin və sənədlərin götürülməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən şəxsi axtarış zamanı üzərindən bir ədəd «Samsung» markalı mobil telefon, 100 (yüz) manat pul aşkar edilərək götürülmüşdür. İş materiallarında olan 09 may 2022-ci il tarixli «şəxsi axtarış, fiziki şəxsdə olan şeyləri yoxlama, şeylərin və sənədlərin götürülməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 şəxsi axtarış zamanı üzərindən bir ədəd «Samsung» markalı mobil telefon, 30 (otuz) manat pul, 2 ədəd metal üzük, bir ədəd ağ metal qolbağı, bir ədəd sürücülük vəsiqəsi və bir ədəd şəxsiyyət vəsiqəsi aşkar edilərək götürülmüşdür. İş materiallarında olan 10 may 2022-ci il tarixli «hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında» protokoldan görünür ki, baxış keçirilən yer N nömrəli hərbi hissənin 2ci sərhəd zastavasının 23-cü sahəsidir. Həmin istiqamətdə saxlanılmış Təqsirləndirilən şəxs1 saxlanıldığı yerdən ümumilikdə üç ədəd bağlama aşkar edilərək götürülmüş, Təqsirləndirilən şəxs1 həmin bağlamaları götürmək üçün əraziyə gəldiyini bildirmişdir. İş materiallarında olan 10 may 2022-ci il tarixli «baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 saxlanıldığı ərazidən aşkar olunaraq götürülmüş olan bağlamalara baxış keçirilən zaman içərisindən bükümlə birlikdə çəkisi 7770 qram olan kəskin qoxulu, ot şəkilli, marixuanaya bənzər maddə və 2990 ədəd həb aşkar olunmuşdur. İş materiallarında olan 10 may 2022-ci il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus «Sumsung Galaxy A31» markalı mobil telefonda “WhatsApp” proqramı mövcuddur və həmin proqram üçün istifadə olunan mobil nömrə “***-***-**-**”-dür. Qeyd olunan “WhatsApp” proqramında olan mobil nömrə ilə Təqsirləndirilən şəxs2 istifadəsində olan “***-***-**-**” saylı nömrə arasında xx.xx.2022-ci il tarixdə, saat 17:14-də “Salam Süleyman qaqaş necəsən” məzmununda səs yazısı və həmin tarixdə, saat 21:33-də isə “Google Map” proqramı üzərindən onların saxlanıldıqları hadisə yerinin məkanı olması aşkar edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 istifasində olunan “***-***-**-**” saylı mobil nömrə ilə şəxsiyyəti istintaqa Baba adı ilə məlum olan şəxsin istifadəsində olan “+98-***-***-**-**” saylı nömrə arasında xx.xx.2022-ci il tarixdə bir neçə halda audio zənglərin olması, həmçinin şəxsiyyəti istintaqa Baba adı ilə məlum olan şəxsin istifadəsində olan “+98-***-***-**-**” saylı nömrə arasında 04-xx.xx.2022-ci il tarixlərdə bir neçə halda audio və video zənglərin olması aşkar edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs1 mobil telefonunun zənglər bölməsinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs2 istifadəsində olan “***-***-**-**” saylı mobil nömrənin “Suleyman” kimi yaddaşa qeyd edidiyi həmin nömrələr arasında xx.xx.2022-ci il tarixdə saat 13:10-13:12 vaxt aralığında 4 halda cavablandırılmamış “çıxan” zəng, saat 13:13-də 1 halda “49” saniyəlik danışıqdan ibarət “çıxan” zəng, saat 16:53-də isə 1 halda cavablandırılmamış “çıxan” zəng aşkar edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 mobil telefonun “Galareya” bölməsinə baxış keçirilərkən Təqsirləndirilən şəxs1 tərəfindən avtomobildə olduğu zaman çəkilmiş “31” və “28” saniyəlik danışıqlardan ibarət video görüntülər aşkar edilmiş, həmin videogörüntülərdən birincisində Təqsirləndirilən şəxs1 “Baba çıxmışam, uje yoldayam, Bakıdan çıxıram, gedirəm rayona, səbirli olsan mən Təqsirləndirilən şəxs1 bez problem ee narahat olma gedib götürüb qayıdıram, qayıdan kimi səninlə sivyaza çıxacam, indi görəcəksən də yol gedirəm, səbirli ol, sənin də mənə heç nəyin lazım deyil, mən Təqsirləndirilən şəxs1” məzmununda danışıqlar, ikincisində isə “Gedirəm, yoldayam, sənin neçə kilodu, 50 kilo deyirsən, 50 kilo malıvı gedirəm götürəm, götürüb Bakıya çatan kimi sənə zəng vuracam, indi nə bilim 1 saata zada çatacam, Səlyanın harasına deyirsən, ora çatıram da indi, konum atarsan çatan kimi də götürəcəm, davay muğayət ol” məzmununda danışıqların olması müəyyən edilmişdir. İş materiallarında olan 26 may 2022-ci il tarixli «yaddaş qurğusuna baxış keçirilməsi haqqında» protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus «Sumsung Galaxy A31» markalı mobil telefonun yaddaşından silinən məlumatların yerləşdirildiyi yaddaş qurğusuna baxış zamanı iş üçün əhəmiyyət kəs edən aşağıdakı məlumatlar aşkar edildi: - Təqsirləndirilən şəxs2 göndərilmiş səs yazısı. Həmin danışıq “Salam Süleyman qaqaş necəsən” məzmunundan ibarətdir; - Təqsirləndirilən şəxs1 tərəfindən avtomaşında olduğu zaman çəkilmiş “31” və “28” saniyəlik danışıqlardan ibarət video görüntülər. Həmin videogörüntülərdən birincisində Təqsirləndirilən şəxs1 “Baba çıxmışam, uje yoldayam, Bakıdan çıxıram, gedirəm rayona, səbirli olsan mən Təqsirləndirilən şəxs1 bez problem ee narahat olma gedib götürüb qayıdıram, qayıdan kimi səninlə sivyaza çıxacam, indi görəcəksən də yol gedirəm, səbirli ol, sənin də mənə heç nəyin lazım deyil, mən Təqsirləndirilən şəxs1” məzmununda danışıqlar, ikincisində isə “Gedirəm, yoldayam, sənin neçə kilodu, 50 kilo deyirsən, 50 kilo malıvı gedirəm götürəm, götürüb Bakıya çatan kimi sənə zəng vuracam, indi nə bilim 1 saata zada çatacam, Səlyanın harasına deyirsən, ora çatıram da indi, konum atarsan çatan kimi də götürəcəm, davay muğayət ol” məzmunundan ibarətdir; - İş üzrə aşkar edilərək götürülmüş narkotik vasitələrin gizlədildiyi yerin fotoşəkilləri; - 2 halda elektron tərəzi üzərində çəkiləri göstərilmiş formada içərisində narkotik vasitə olması ehtimal olunan predmet fotoşəkli; - 1 halda avtomaşında olmaqla əldə saxlanılmış büküm içərisində narkotik vasitə olması ehtimal olunan predmet fotoşəkli; - Bir-birindən fərqli səslərdən ibarət olan narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar audio danışıqlar. Həmin danışıqlarda “Salam mənim qardaşım nətərsən, neynirsən yaxşısan?, qardaş başına dolanım, bizim uşaqları yollamışdıq mal götürməyə, əl tutmadı mallar, qaldı sabaha, səhərə kimi yatmamışıq ki, mal götürək, onu da əl tutmadı, Bakıda vəziyyət gərgindi, qardaşlara çatdırginən ki, darıxmasın, malı bu gün də olmasa sabaha inşallah çatdıracıyıq, mal verəciyik, narahatçılıq yoxdu, nigaran olmuyun pulunuz bizdə Allaha amanat, heç bir problem olmaz”, “Qardaş 4 torpaq 4 daşımız yoxumuzdu başa dolanım, biz o cür bağlamırıq”, “Darıxma qadaıı alım, darıxma, hələ vəsail götürmüyüb, götürsün getsin evə sənə deyəcəm adamıı çıxarginən”, “Ay qardaş nə qədər manat vurursuz vurun, nə mənə isdiyirsiz patıdan koladan, əla bomba maldı, saat inşallah 3-ə əliizdədi, hər nə qədər istəsəz yazın yolluyum, birbəbir səs atmaq olmur”, “Rafiq yoo onu demirəm ee, mən dediğimi denən, denən irannı qardaş mən gedirəm malı götürüm qayıdam, əgər mən sənə xəyanət eləsəm bu videonu paylaşdırarsan, mən sənin 50 kilo daşnan, tozun məndə olmalıdı”, “bunda da mal azdı, 4-5 dənə var, qoy görüm eliyə bilsəm 7-dənəyəcən, 3 dənə daş, 4 dənə patı görüm dürrüyə bilərəm sənə, dayan indi bir 20 dəyqəyə xəbər verirəm”. İş materiallarında olan 09 may 2022-ci il tarixli «inzibati qaydada tutulma haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin gün saat 23:10 radələrində inzibati qaydada tutulmuşdur. İş materiallarında olan 09 may 2022-ci il tarixli «inzibati qaydada tutulma haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin gün saat 23:40 radələrində inzibati qaydada tutulmuşdur. İş materiallarında olan 10 may 2022-ci il tarixli «şübhəli şəxs qismində tutulma haqqında» protokollardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin tarixdə şubhəli şəxs qismində tutulmuşlar. İş materiallarında olan Bakı şəhəri Səbail rayon məhkəməsinin 12 may 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində həbs olunmasının əvvəli 09 may 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 12 may 2022-ci il tarixli «qəbzdən» görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən götürülmüş 30 (otuz) AZN pul onun özünə qaytarılmışdır. İş materiallarında olan 12 may 2022-ci il tarixli «qəbzdən» görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən götürülmüş 100 (yüz) AZN pul onun özünə qaytarılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən alınmış tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdırlar. İş materiallarında olan 15 noyabr 2022-ci il tarixli məktubdan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş, 1 ədəd metro kartı və bir ədəd açar, həmçinin Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş 2 ədəd metal üzük, bir ədəd ağ biləzik, bir ədəd dəftərçə, bir ədəd qulaqcıq, bir ədəd sürücülük vəsiqəsi və bir ədəd bank kartı saxlanıldıqları Bakı istintaq təcridxanasına göndərilmişdir. İş materiallarında olan 12 may 2022-ci il tarixli «maddi sübut kimi tanınma haqqında» qərarla ekspertiza tədqiqatından sonrakı qalıq 7174,55 qram qurudulmu marixuanna narkotik vasitəsi və 2967 qram metadon həbləri maddi sübut kimi tanınaraq DSX-nin İstintaq və Təhqiqat İdarəsinin maddi sübutlar otağında saxlanılır. İş materiallarında olan 19 oktyabr 2022-ci il tarixli «maddi sübut kimi tanınma haqqında» qərarla Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş bir ədəd “Samsung Galaxy A31” markalı qırmızı rəngli və Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş 1 ədəd “Samsung Galaxy” markalı tünd qəhvəyə rəngi mobil telefon maddi sübut kimi tanınaraq DSX-nin İstintaq və Təhqiqat İdarəsində saxlanılır. İş materiallarında olan 11 iyun 2022-ci il tarixli "xxxx" MMC-dən daxil olmuş diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 adına rəsmiləşdirilmiş və istifadəsində olan “***-***-**-**” saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs1 adına rəsmiləşdirilmiş “***-***-**-**” saylı mobil nömrə arasında xx.xx.2022-ci il tarixdə,saat 13:14-də Binəqədi rayonu, Xocasən qəsəbəsi, Çiçək yayaış massivi ərazisində 1 halda “49” saniyəlik danışıq qeydə alınmışdır. İş materiallarında olan 24 iyun 2022-ci il tarixli "xxxx" MMC-in diskinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, şəxsiyyəti istintaqa “Baba” adı ilə məlum olan şəxsin istifadəsində olan “+98-***-***-**-**” saylı nömrə ilə Təqsirləndirilən şəxs1 adına rəsmiləşdirilmiş “***-***-**-**” saylı mobil nömrə arasında xx.xx.2022-ci il tarixdə 1 halda “16” saniyəlik, xx.xx.2022-ci il tarixdə isə 2 halda “31” və “30” saniyəlik danışıqlar qeydə alınmışdır. İş materiallarında olan 23 may 2022-ci il tarixli Respublika Psixatriya xəstəxanası X11 məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 mərkəzdə müalicə almayıblar. İş materiallarında olan 01 iyun 2022-ci il tarixli Respublika Narkoloji Mərkəzinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 mərkəzdə müalicə almayıb və qeydiyyatda yoxdurlar. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon, M.Ə.X5 Ərazi X7 tərəfindən verilmiş 26 may 2022-ci il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Binəqədi rayon, M.Ə.Rəsulzadə qəsəbəsi, Sıra 1, keçid 1, ev 47-də qeydiyyatda olmaqla yaşayır, yaşadığı müddət ərzində barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan Bakı şəhəri Abşeron rayonu, Hökməli qəsəbə, Qəsəbəsi İnzibati Ərazi X7 tərəfindən verilmiş 31 may 2022-ci il tarixli arayışdan və xasiyyətnamədən, doğum haqqında şəhadətnamədən və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 Hökməli qəsəbəsi, M.Əliyev küçəsi 11B-də yaşayır, ailə tərkibi arvadından, xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X1 adlı azyaşlı uşaqlarından ibarətdir, yaşadığı müddət ərzində barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. İş materiallarında 15 noyabr 2022-ci il tarixli «cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi» haqqında qərardan görünür ki, hazırki cinayət işindən şəxsiyyəti istintaqa məlum “Baba” adı ilə məlum olan İİR vətəndaşı, Azərbaycan Respublikası vətəndaşı X10 və cinayətin digər iştirakçıları barəsində Azərbaycan Respublikası CM-in 318.2, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi ayrılmışdır. Məhkəmə istintaqında tədqiq edilmiş sübutların əldə olunmasının qanunsuzluğu mübahisələndirilmədiyi, eləcə də, məhkəmə baxışı zamanı belə bir hal olmadığından, məhkəmə toplanmış sübutların yoxlanılması və qiymətləndirilməsi mərhələsinə keçir. Azərbaycan Respublikası CPM-in 139.0.1, 139.0.2, 139.0.3, 139.0.4-cü maddələrinə əsasən cinayət təqibi üzrə icraat zamanı “cinayət hadisəsinin baş vermə faktı və halları”, “şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi”, “cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri”, “cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi” yalnız sübutlara əsasən müəyyən edilir. Məhkəmə cinayət-prosessual qanunun qeyd olunan müddəalarını nəzərə alaraq hesab edir ki, həqiqətin müəyyən edilməsi üçün iş üzrə toplanmış sübutların yoxlanılması və qiymətləndirilməsi məhz həmin normalarda müəyyən edilmiş ardıcıllıqla, yəni birinci mərhələdə cinayət hadisəsinin mexanizmi, yəni cinayət hadisənin müəyyən edilməsi, müsbət halda təqsirləndirilən şəxslərin həmin hadisə ilə əlaqəsinin olub-olmaması, əlaqə müəyyən edilərsə, ikinci mərhələdə cinayət qanunu ilə qadağan olunmuş hansı əməlin baş verməsi və təqsirləndirilən şəxslərin təqsirliliyinin müəyyən edilməsi (hüquqi tövsif) təhlil edilməlidir. Cinayət hadisəsinin baş vermə faktını və mexanizmini təsdiq edən sübutlar: Məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla – təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, şahidlər – Şahid1, Şahid3 həm ibtidai araşdırma, həm də, məhkəmə baxışı zamanı verdiyi ifadələr, «Hadisə yerinə baxış və götürmə haqqında», «Aşkar olunmuş predmetə baxış keçirilməsi haqqında», «Mobil telefona baxış keçirlməsi haqqında», «Telefon vasitəsi ilə ötürülən məlumatları əks etdirən disklərə baxış keçirlməsi haqqında» protokollar, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizasının 10 may 2022ci il tarixli rəyləri, həmçinin narkoloji ekspertizanın 06 avqust 2022-ci il tarixli rəyləri ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 tanışı «Baba» adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda qurudulmuş marixuana və metadon narkotik vasitələrini əldə edilməsi, saxlanması və daşınması ilə bağlı razılığa gəlmişlər, bu məqsədlə də cinayətkar qrupun müəyyən edilməmiş üzvü (üzvləri) tərəfindən İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə, gömrük sərhədindən gömrük nəzarətindən gizli Azərbaycan Respublikasına artıq keçirilərək, İmişli rayonu, Aranlı kəndi ərazisində gizlədilmiş sözü gedən qanunsuz maddələri əldə etmək üçün Təqsirləndirilən şəxs1 cinayətdən xəbərsiz olan taksi sürücüsü Təqsirləndirilən şəxs2la həmin əraziyə getmişlər, Təqsirləndirilən şəxs1 qeyd edilən maddələri götürdükdən sonra yaxalanmışdır. Təqsirləndirilən şəxs1 cinayət hadisəsi ilə əlaqəsininin olub-olmasının işin faktiki halları baxımından qiymətləndirilməsi: Cinayət təqibi başlanan vaxtdan, Təqsirləndirilən şəxs1 əməliyyat orqanı tərəfindən hadisə yerində saxlanıldığı andan hadisənin yuxarıda təsvir edilmiş qaydada baş verməsini, narkotik vasitələr əldə etmək üçün İmişli rayonu ərazisinə gəldiyini bildirmişdir. Həmçinin şahidlər – Şahid1, Şahid3, digər Təqsirləndirilən şəxs2 həm ibtidai araşdırma, həm də, məhkəmə baxışı zamanı verdiyi ifadələr, «Hadisə yerinə baxış və götürmə haqqında», «Aşkar olunmuş predmetə baxış keçirilməsi haqqında», «Mobil telefona baxış keçirlməsi haqqında», «Telefon vasitəsi ilə ötürülən məlumatları əks etdirən disklərə baxış keçirlməsi haqqında» protokollar, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizasının 10 may 2022-ci il tarixli rəyləri, həmçinin narkoloji ekspertizanın rəylərinin məcmusu ilə təsdiq edilir. Məhz qeyd olunan sübutlar Təqsirləndirilən şəxs1 müvafiq cinayət hadisəsi ilə birbaşa əlaqəsinin olmasını təkzibedilməz formada şərtləndirir. Təqsirləndirilən şəxs2 cinayət hadisəsi ilə əlaqəsininin olub-olmasının işin faktiki halları baxımından qiymətləndirilməsi: Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı verdiyi izahatında, şübhəli və təqsirləndirilən şəxs qismində, həmçinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində Təqsirləndirilən şəxs2 onun cinayətkar niyyətindən və hərəkətlərindən tamamilə məlumatsız olmasını, Təqsirləndirilən şəxs2 taksi sürücüsü kimi onu 100 manat müqabilində Bakıdan İmişliyə aparmasını, onunla “Baba” adlı şəxslə narkotik barəsində olan danışıqlarından məlumatı olmaması, ümumiyyətlə Təqsirləndirilən şəxs2la narotik barədə danışıq aparılmadığını bildirmişdir. Habelə Təqsirləndirilən şəxs2 həm ibtidai istintaq, həmdə məhkəmə baxışı zamanı verdiyi izahat və ifadələrində taksi sürücüsü kimi 100 manat müqabilində Təqsirləndirilən şəxs1 Bakıdan İmişli rayonuna aparacağına dair razılaşmışlar, sonuncunun narkotik vasitələr əldə etmək üçün İmişliyə getməsindən məlumatı olmaması, “Baba” adlı iranlını tanımadığını, onunla heç bir söhbət aparmadığını, Təqsirləndirilən şəxs1lə narkotik barədə heç bir söhbət etmədiyini, yalnız saxlanılandan sonra Təqsirləndirilən şəxs1 narkotik vasitə əldə etmək üçün İmişliyə gəlməsindən məlumatı olduğunu göstərmişdir. Bundan əlavə, ittiham tərəfinin əsas şahidi Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu Şahid1 həm ibtidai araşdırma, həm də, məhkəmə baxışı zamanı verdiyi ifadələrində Təqsirləndirilən şəxs2 qarşı heç bir dəlil göstərməyərək sonuncunun hadisə yerindən bir qədər kənarda yolun qırağında avtomobilin yanında olmasını, maşının işlək vəziyyətdə olmaması, Süleymanın hərbçilərə heç nədən xəbəri olmamasını bildirməsini, Təqsirləndirilən şəxs1 şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 sadəcə taksi sürücüsü olduğunu dediyini Təqsirləndirilən şəxs2 İran vətəndaşından narkotik vasitələr əldə etməsi barədə heç bir məlumatları olmaması, Təqsirləndirilən şəxs2 sözü gedən narkotik vasitələri qəbul edəcəyinə dair vəd verməsi barədə məlumatsız olduqlarını bildirmişdir. Həmçinin iş üzrə hal şahidi olmuş Şahid3 məhkəmə baxışı zamanı ifadəsində göstərmişdir ki, baxış keçirilən zaman kanalın yanında saxlanılan şəxs (Təqsirləndirilən şəxs1) narkotik vasitənin onun olduğunu bildirmişdir. Məhkəmə hesab edir ki, ibtidai araşdırma dövründə toplanmış və məhkəmə istintaqında tədqiq olunmuş yuxarıda qeyd olunan sübutlar narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin baş verməsini təsdiq etsə də, həmin cinayət hadisəsi ilə Təqsirləndirilən şəxs2 əlaqəsini nəinki təsdiq, hətta təkzib etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi «Merabişvili Gürcüstana qarşı» işi ilə bağlı qərarında formalaşdırdığı hüquqi mövqeyə görə ittiham “əsaslı şübhə yeri qoymayan” sübut standartın cavab verən sübuta əsaslanmalıdır. Belə ki, “əsaslı şübhə yeri qoymayan” sübut standartına əsasən sübutlar faktlarla bağlı çıxarılan kifayət qədər ciddi, aydın və uzlaşan nəticələrdən və ya təkzibolunmaz ehtimallardan irəli gəlməlidir. Məhkəmə tərkibi qeyd olunan hüquqi mövqenin işığında işin faktiki hallarının təhlilini apararaq hesab edir ki, ittiham orqanı Təqsirləndirilən şəxs2 qeyd olunan cinayət hadisəsi ilə əlaqəsinin olması ilə bağlı gəldiyi qənaəti hər hansı sübutla deyil, yalnız təkzib oluna bilən ehtimala və şübhəyə, onun taksi sürücüsü olmaqla idarə etdiyi avtomobillə Təqsirləndirilən şəxs1 müştəri kimi hadisə yerinə aparması halına əsaslanmışdır. Lakin istintaq orqanı nəzərə almamışdır ki, Azərbaycan Respublikası CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Beləliklə, məhkəməyədək icraat zamanı, həm də məhkəmə baxışında toplanmış sübutlar əsasında Təqsirləndirilən şəxs2 törədilmiş cinayətə aidiyyəti müəyyən edilmir, əksinə, həmin sübutlar onun təqsirsizliyinə dəlalət etdiyindən məhkəmə kollegiyası bu sübutları müqayisəli şəkildə araşdırmışdır. Məhkəmə sübutları məcmu halında qiymətləndirərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 istinad olunan Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə üzrə ittiham tərəfinin təqdim etdiyi yeganə sübut- onun taksi sürücüsü kimi idarə etdiyi avtomobillə Təqsirləndirilən şəxs1 hadisə yerinə aparması faktıdır. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 verilmiş ittihamda qeyd edilmişdir ki: “o, qəsdən tamah niyyətilə, yəni qazanc əldə etmək üçün tanışı Təqsirləndirilən şəxs1, şəxsiyyəti istintaqa Baba adı ilə məlum olan İran İslam Respublikası vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılığa əsasən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar daşınmaqla qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilmiş külli miqdarda müxtəlif növlü narkotik vasitələri qanunsuz olaraq satış məqsədi ilə əldə edib, saxlayıb, daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs2 qəsdən tamah niyyəti ilə, yəni qazanc əldə etmək üçün Azərbaycan Respublikası vətəndaşı olan tanışı Təqsirləndirilən şəxs1, şəxsiyyəti istintaqa Baba adı ilə məlum olan İran İslam Respublikası vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitələrin qanunsuz olaraq satış məqsədi ilə əldə edilməsi, saxlanması və daşınaraq qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsi barədə razılaşaraq cinayət əlaqəsinə girmiş, əldə olunmuş cinayətkar razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq şəxsiyyətləri istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşları külli miqdarda narkotik vasitələr, təmiz halda çəkisi 7175 qram qurudulmuş marixuananı və 2987 ədəd həb şəklində narkotik vasitə olan təsir maddəsinin miqdarı 119,48 qram metadonu İran İslam Respublikasında qanunsuz olaraq satış məqsədi ilə əldə etmiş, saxlamış, qeyd olunan külli miqdarda narkotik vasitələri istintaqa məlum olmayan vaxtda və yerdən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, qaçaqmalçılıq yolu ilə daşıyaraq əvvəlcədən razılaşdırdıqları kimi İran İslam Respublikasından qəsdən qanunsuz olaraq Azərbaycan Respublikasına keçirmiş, cinayətkar qrupun üzvü, istintaqa Baba adı ilə məlum olan İran İslam Respublikası vətəndaşı 09 may 2022-ci il tarixdə bu barədə Təqsirləndirilən şəxs1 məlumat verdikdən sonra, o, sonuncu ilə birlikdə özünün idarə etdiyi “Nexia Ravon R3” markalı, “AZ **-PF-***” dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərindən İmişli rayonuna gedərək, Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin 2-ci sərhəd zastavasının 23-cü sahəsinin arxa tərəfində, İmişli rayonunun Aranlı kəndi istiqamətində su kanalının kənarından üç ədəd bağlamanın içərisində olan külli miqdarda narkotik vasitələr, təmiz halda çəkisi 7175 qram qurudulmuş marixuananı və 2987 ədəd həb şəklində narkotik vasitə olan təsir maddəsinin miqdarı 119,48 qram metadonu 09 may 2022-ci il tarixdə saat 22 radələrində qanunsuz olaraq satış məqsədi ilə əldə edib, saxlayıb, daşıyarkən Dövlət Sərhəd Xidməti əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində hadisə yerində saxlanılmış və qeyd olunan külli miqdarda narkotik vasitələr aşkar olunaraq götürülmüşdür.” Verilən ittihamlardan göründüyü kimi, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1lə, praktiki olaraq yalnız onların ad və soyadları dəyişdirilməklə, eyni olan, tamamilə eyni ittiham verilmişdir. Həmin ittihamda ümumiyyətlə Təqsirləndirilən şəxs2 cinayət qanunu ilə nəzərdə tutulmuş hansı ictimai təhlükəli əməli törətməsi, onun tərəfindən Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrinin dispozisiyası ilə müəyyən edilmiş cinayət tərkibinin obyektiv tərəfinə aid olan hansı hərəkətlərin edilməsi və hansı ictimai təhlükəli nəticələrin baş verməsi təsvir edilməyərək, yalnız Təqsirləndirilən şəxs1 tərəfindən cinayət əməllərinin törədilməsi göstərilmişdir. Təqsirləndirilən şəxs2 verilmiş ittihamın başlığında cinayət qanununun maddələrinin dispoziyası təsvir olunmaqla formal olaraq Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham verilməsi qeyd olunsa da, faktiki olaraq təqsirləndirilən şəxsin nədə ittiham olunması göstərilməməklə ona heç bir ittiham verilməmişdir. Halbuki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 223.3.2 və 289.3.1-ci maddələrinin tələblərinə əsasən təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda və ittiham aktının təsviri-əsaslandırıcı hissəsində cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti öz əksini tapmalıdır. Bundan əlavə, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 3 (a) yarımbəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs, ən azı ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsasları haqqında onun başa düşdüyü dildə məlumatlandırılmaq hüquqlarına malikdir. Konvensiyanın həmin maddəsi çərçivəsində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, 6-cı maddənin 3 (a) yarımbəndi təqsirləndirilən şəxsə yalnız ittihamın “əsasları, yəni törətməkdə şübhəli bilindiyi və ittihamın əsaslandığı hərəkətlər haqqında deyil, həm də ittihamın “xarakteri”, yəni bu hərəkətlərin hüquqi xarakteristikası haqqında məlumat verilməsini təmin edir. (Mattoçia İtaliyaya qarşı, § 59; Penev Bolqarıstana qarşı, §§ 33 və 42, 7 yanvar 2010-cu il). Məhkəmə xüsusilə qeyd edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 cinayət qanununun maddələri sadalanmaqla formal olaraq ittiham verilməsi, lakin faktiki olaraq onun nədə ittiham olunmasının göstərilməməsi onun əməlində Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrinin tərkib əlamətlərinin olmamasının aşkar təzahürüdür. Bundan əlavə, ittiham tərəfinin iş üzrə əsas şahidləri kimi dindirilmiş Dövlət Sərhəd Xidmətinin əməkdaşı Şahid1 ifadələsində Təqsirləndirilən şəxs2 qarşı heç bir dəlil göstərməyərək, narkotik vasitələrin faktiki olaraq Təqsirləndirilən şəxs1 tərəfindən hadisə yerində götürülməsi, Təqsirləndirilən şəxs2 İran vətəndaşından narkotik vasitələr əldə etməsi barədə heç bir məlumatları olmaması, Təqsirləndirilən şəxs2 sözü gedən narkotik vasitələri qəbul edəcəyinə dair vəd verməsi barədə məlumatsız olduqlarını bildirmişdir. Həmçinin hal şahidi olmuş Şahid3 ifadəsində narkotik vasitələrə baxış keçirilən zaman Təqsirləndirilən şəxs1 narkotik vasitələrin ona məxsus olduğunu deməsini göstərmişdir. Bu xüsusatlar da, Təqsirləndirilən şəxs2 baş vermiş cinayət hadisəsinə heç bir aidiyyətinin olmamasına dəlalət edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 ümumiyyətlə narkotik vasitələr əldə etmək niyyəti ittiham orqanı tərəfindən sübuta yetirilməmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs2 həm ibtidai istintaq, həm də məhkəmədə verdiyi ifadələrində Təqsirləndirilən şəxs1 əldə etdiyi narkotik vasitələrdən məlumatı olmadığını, ona narkotik əldə etməsində köməklik göstərməsi barədə vəd vermədiyini, Təqsirləndirilən şəxs1 taksi sürücüsü kimi hadisə yerinə öz avtomaşını ilə apardığını, həmin narkotik maddələrin kimə çatacağından məlumatsız olduğunu, “Baba” adlı iranlını tanımadığını, sonuncu ilə heç bir söhbət aparmadığını, narkotik vasitələri götürməsi barədə vəd vermədiyini, yalnız Təqsirləndirilən şəxs1 tutulandan sonra sonuncunun narkotik vasitələr əldə etməsindən xəbərdar olduğunu göstərmişdir. Həmçinin, Təqsirləndirilən şəxs1 həm ibtidai istintaq, həm də məhkəmədə verdiyi ifadələrində Təqsirləndirilən şəxs2 onun cinayətkar niyyətindən və hərəkətlərindən tamamilə məlumatsız olmasını, Təqsirləndirilən şəxs2 taksi sürücüsü kimi onu 100 manat müqabilində Bakıdan İmişliyə aparmasını, onunla “Baba” adlı şəxslə narkotik barəsində olan danışıqlarından məlumatı olmaması, ümumiyyətlə Təqsirləndirilən şəxs2la narotik barədə danışıq aparılmadığını göstərmişdir. Həmçinin, həm ibtidai istintaq zamanı, həmdə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslərin telefon vasitəsi ilə ötürülən məlumatları özünə əks etdirilən çoxsaylı protokollar tədqiq edilmişdir. Lakin Təqsirləndirilən şəxs2 konkret olaraq ittihamda qeyd olunan narkotik vasitələr barədə hər hansı bir şəxslə, o cümlədən Təqsirləndirilən şəxs1 və “Baba” ilə danışıqların aparılması, narkotik maddələrin özü tərəfindən qəbul edilməsi üçün vəd verməsinə dair hər hansı bir məlumat, dəlil müəyyən edilməmişdir. İttiham tərəfi göstərilən bu halları təkzib edən heç bir sübut təqdim etməmişdir. İttiham tərəfi “Baba” adlı şəxsin Təqsirləndirilən şəxs1 göndərdiyi narkotik vasitələrdən Təqsirləndirilən şəxs2 xəbərinin olmamasını, sadəcə taksi sürücüsü kimi Təqsirləndirilən şəxs1 hadisə yerinə aparmasını, narkotik maddələrin qəbul edəcəyinə dair “Baba” və Təqsirləndirilən şəxs1 vəd vermədiyini inandırıcı və mümkün hesab edilməməsini ittihamın əsası kimi götürmüşdür. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə cinayət əməllərini Təqsirləndirilən şəxs1, “Baba” adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi yalnız ehtimallara əsaslanmış, həmin qrup tərəfindən törədilmiş cinayətə münasibətdə onun əlaqəsinin olması sübuta yetirilməmişdir. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs2 istintaq orqanı tərəfindən istinad edilən cinayətləri törətməmişdir. Onun Təqsirləndirilən şəxs1 və İran İslam Respublikası vətəndaşı olması güman edilən “Baba” adlı şəxs ilə əlbir olmaması, Təqsirləndirilən şəxs1 narkotik vasitələr əldə etməsindən məlumatı olmadığını sübut etmək halı Təqsirləndirilən şəxs2 üzərinə düşmür, bu halın əksini isə sübut etmək ittiham tərəfinin vəzifəsi olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, “İctimai təhlükəli əməlin həm qanunvericilik, həm də doktrinal aspektdə müəyyən edilməsi hər bir cinayətə xas olan hüquqi və sosial əlamətləri üzə çıxarır. Cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən, o cümlədən, başqa hüquqpozmalardan fərqləndirilməsinə xidmət edir. Belə ki, cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər”. Məhkəmə hesab edir ki, ittiham tərəfinin təqdim etdiyi və məhkəmədə yoxlanılmış sübutlarla Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirliliyi sübuta yetirilmir. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır; cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir, ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. İttiham tərəfi nəinki təqsirləndirilən şəxsi ifşa edən sübutlar və dəlillər toplayaraq məhkəməyə təqdim etməli, həm də müdafiə tərəfinin müdafiə üçün irəli sürdüyü sübutları və dəlilləri də təkzib etməlidir. Müdafiə üçün irəli sürülmüş sübut və dəlillər ittiham tərəfindən tutarlı dəlillərlə təkzib edilməzsə, sübuta yetirilmiş hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Rəşid Quliyevin təqsirsizliyinə dəlalət edən dəlillərin təkzib edilməsi üçün əlavə sübutlar toplanılmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə tərkibi yuxarıda qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə müəyyən olunmuş cinayət əməllərini törətməkdə təqsirli olması barədə ittihamın sübut olunmasında əsaslı şübhələr mövcuddur. Bu şübhələrin digər sübutlarla aradan qaldırılması mümkün deyil və ittiham tərəfi həmin halı təsdiq edən hərhansı bir mötəbər sübuta istinad edə bilməmişdir. Cinayət işinin materiallarında da belə sübut olmadığına görə həmin şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir olunmalıdır. “Erkapis Xorvatiyaya qarşı” iş üzrə Avropa Məhkəməsinin 25 aprel 2013-cü il tarixli qərarında göstərilir ki, ədalətli məhkəmə araşdırması anlayışı prinsip etibarı ilə güman edir ki, əgər əks təqdir üçün əsaslı səbəb yoxdursa, məhkəmələr şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələrdən fərqli olaraq, onların məhkəmə iclasında verdikləri ifadələrinə daha çox əhəmiyyət verməlidirlər. Digər səbəblər arasında ibtidai istintaq zamanı dindirmə ittiham tərəfinin məhkəmədə iş üzrə ittihamı müdafiə etmək üçün məlumat toplaması prosesidir. Halbuki məhkəmə prosesi, məhkəmə iclasında araşdırılıb əldə edilən sübutlara ədalətli hüquqi qiymət verilməsi nəticəsində təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyən etmək üçün kifayətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1 və 349.5.3-cü maddələrinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə, məhkəmənin hökmü əsaslı hesab olunur. Həmin Məcəllənin 351.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən ittiham hökmü məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq və təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək çıxarıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, cinayətin törədilməsinə aidiyyəti olmadıqda və təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Cinayət-Prosessual Məcəllənin 42.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə, bəraət hökmü çıxarılır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə müəyyən olunmuş cinayət əməllərini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyinə görə ona bəraət verilməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, dərhal saxlanıldığı Bakı İstintaq Təcridxanasından həbsdən azad olunmalıdır. Digər Təqsirləndirilən şəxs1 əməlinə gəlincə isə, məhkəmə hesab edir ki, ona istinad edilən əməllərinin tövsifi ilə bağlı ibtidai istintaq orqanının gəldiyi nəticənin düzgün qiymətləndirilməsi üçün işin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının ona elan olunmuş hər bir ittihamın dispozitiv əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsi ilə bağlı ardıcıl və məntiqi təhlil aparılmalıdır. Təqsirləndirilən şəxslərin əməllərinin Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsifi məsələsinə münasibət bildirərək məhkəmə tərkibi qeyd edir ki, bu maddələrdə nəzərdə tutulmuş cinayət obyektiv və subyektiv cəhətlərdən qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma ilə törədilmədə ifadə olunur. Həmçinin, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddələri satış məqsədi ilə qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxlama, daşıma və ya göndərmə, habelə bu maddələri və ya onları hazırlamaq yaxud emal etmək üçün avadanlığı qanunsuz satma ilə törədilmədə ifadə olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Qanunun qeyd olunan normasına görə narkotik vasitələrin satışı dedikdə, yalnız qeyd olunan maddələrin əvəzli, qazanc əldə etmək, yaxud şəxsi maraq məqsədilə yayılması başa düşülür. Buna görə də, şəxsin narkotik vasitələri satış üçün əldə edib, saxlaması haqqında nəticəyə gəlmək üçün onun məhz sadalanan məqsədlərdən ən azı birinə görə narkotik vasitələri əldə edib, saxlaması sübut edilməlidir. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını, o cümlədən təqsirləndirilən şəxslərin etdikləri əməllərin, yəni külli miqdarda narkotik vasitəni əldə etmələri, özlərində saxlamaqla daşımaları müqabilində həmin maddənin bir qismini əldə etmək niyyətində olmaları, onların məhz narkotik vasitənin əvəzli olaraq yayılmasına yönəldilmiş hərəkət kimi qiymətləndirilməlidir. Buna görə də, məhkəmə tərkibi hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə Təqsirləndirilən şəxs1 əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi ilə elan olunmuş ittihama münasibət bildirərək qeyd edir ki, bu maddədə nəzərdə tutulmuş cinayət əməli (hazırki işə münasibətdə) qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən “narkotik vasitələrin... Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi” ilə törədilir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi ilə istinad edilən əməllə bağlı müəyyən edilmiş hüquqi əhəmiyyət kəsb edən faktiki hal ondan ibarətdir ki, o, satış məqsədilə külli miqdarda müxtəlif növ narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması, daşınmasına dair İran İslam Respublikası vətəndaşı olması güman edilən «Baba» adı ilə tanıdığı şəxslə və qeyriləri ilə razılığa gələrək cinayətkar qrupun müəyyən edilməmiş üzvləri tərəfindən İran İslam Respublikasında qanunsuz olaraq əldə edilib, saxlanıb daşınmış, Təqsirləndirilən şəxs1 «Baba» adlı şəxslə cinayət əlaqəsinə girməmişdən əvvəl, dəqiq məlum olmayan vaxtda və yerdə qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli Azərbaycan Respublikasına artıq keçirilib, İmişli rayonu ərazisində gizlədilmiş narkotik vasitələrin “Baba” adlı şəxsin təklifi ilə gedib həmin ərazidən götürmüşdür. Narkotik vasitələrin İmişli rayonunun ərazisində gizlədilmiş yerdən götürülməsi anınadək Təqsirləndirilən şəxs1 həmin predmetlə bağlı hər hansı hərəkətlər etməsi, o cümlədən onun Azərbaycan Respublikasının gömrük sərhədindən qanunsuz keçirilməsində hər hansı formada (icraçı, təhrikçi, köməkçi, təşkilatçı qismində) iştirak etməsi müəyyən edilməmiş, buna dair ibtidai istintaq orqanı tərəfindən hər hansı sübut əldə edilməmişdir. Təqsirləndirilən şəxs1 qaçaqmalçılıq cinayəti başa çatdıqdan sonra narkotik vasitəni gizlədilmiş yerdən götürmək üçün getmişdir. Bu hal həm ifadələr, həm də «Telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında» protokol, həm də işin digər faktiki hallarından görünür. Qeyd olunan sübutların təhlilindən aydın olur ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qaçaqmalçılığı cinayəti başa çatdıqdan sonra “Baba” adlı şəxsin təklifi ilə müstəsna olaraq Azərbaycan Respublikasının ərazisində həmin maddələnin qanunsuz dövriyyəsi üzrə fəaliyyətə qoşulmuş – narkotik vasitənin İmişli rayonunun ərazisindəki saxlanc yerindən götürülüb daşınmasında (qabaqcadan əlbir olan qrupun tərkibində) icraçı qismində iştirak etmişdir. Azərbaycan Respublikası CPM-nin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir”. İşin məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 qarşı Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə irəli sürülmüş ittihamın heç bir sübuta əsaslanmadığı və həmin hissəsədə ittihamın irəli sürülməsi prosedurunun işin real olaraq müəyyən edilmiş hüquqi əhəmiyyət kəsb edən faktiki halı ilə uzlaşmadığı müəyyən edilmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə müəyyən olunmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyinə görə ona həmin maddə üzrə bəraət verilməlidir. Lakin, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasi CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs1 CM-nin yuxarida qeyd olunan maddələri ilə təqsirli bilinərək, ona həmin maddələrin sanksiyalari daxilində cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 qeyd olunan cinayət əməllərində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs1 ifadəsinə tənqidi yanaşaraq “hadisə yerində 3 ədəd bağlamanın olduğunu görüb bağlamalara doğru əyilərək götürmək istədikdə sərhədçilər tərəfindən saxlanılmış, bağlamaları faktiki olaraq götürə bilməmiş” hissəsini məhkəmə iclasında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə, müqayisəli qiymət verərək hesab edir ki, həmin ifadə obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 ifadəsində qeyd olunan xüsusatla bağlı əməlini cinayət etməyə cəhd kimi qələmə vermək istəmiş, bu da gələcəkdə ona cəza təyin edilərkən daha yüngül cəza verilməsi məqsədi güdür. CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. CM-in 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs1a ilk məhkumluğunu, gənc olmasını məhkəmə yüngülləşdirici hallar kimi nəzərə alır. Məhkəmə CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran halları müəyyən etmir. Odur ki, təqsirləndirilən şəxsl Təqsirləndirilən şəxs1 cəza təyin ediləsi halda yuxarıda göstərilən yüngülləşdirici hallar nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs1 ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1a təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Ambulator məcburi-narkoloji tibbi yoxlama rəylərinə görə Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əzab çəkmədiyindən narkomaniyadan məcburi müalicəyə ehtiyyacı yoxdur, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub - DSX-nin İstintaq və Təhqiqat İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 7174,55 qram qurudulmu marixuanna narkotik vasitəsi və 2967 qram metadon həbləri məhv edilməli, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş bir ədəd “Samsung Galaxy A31” markalı qırmızı rəngli mobil telefon yaxın qohumlarına qaytarılmalı, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş 1 ədəd “Samsung Galaxy” markalı tünd qəhvəyə rəngi mobil telefon onun özünə qaytarılmalı, iş üzrə 127 (yüz iyirmi yeddi) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs1dan tutularaq dövlət nəfinə keçirilməli, Təqsirləndirilən şəxs2 ekspertiza xərclərinin ödənilməsindən azad edilməlidir. Təqsirləndirilən şəxs1 cəza çəkmə müddətinin əvvəlini 09 may 2022-ci il tarixdən hesablanmalıdır. Göstərilənlərə əsasən, CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri ləğv edilsin və o, dərhal saxlanıldığı Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından həbsdən azad olunsun. Təqsirləndirilən şəxs2 məhkəmə xərclərinin ödənilməsindən azad edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası CM-in 206.3.2-cü maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3 maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 09 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə 127 (yüz iyirmi yeddi) manat manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs1 tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış - DSX-nin İstintaq və Təhqiqat İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 7174,55 qram qurudulmu marixuanna narkotik vasitəsi və 2967 qram metadon həbləri məhv edilsin. - Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş bir ədəd “Samsung Galaxy A31” markalı qırmızı rəngli mobil telefon yaxın qohumlarına qaytarılsın. - Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş 1 ədəd “Samsung Galaxy” markalı tünd qəhvəyə rəngi mobil telefon onun özünə qaytarılsın. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs1 hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-95/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-95/2023
19.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver