Məhkəmə qərarları › İş №1(099)-96/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-96/2022

11.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-96/2022 11.03.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, Səfərli Cavid Şamil oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1976-cı ildə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Cəlilabad rayon məhkəməsinin 24 oktyabr 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il, 11(on bir) ay, 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Cəlilabad rayonunun Kövüzbulaq kəndində qeydiyyatda olmaqla orada yaşamış, barəsində 01 avqust 2021-ci ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, ümumi təmiz çəkisi - 3,223 qram çəkidə psixotrop maddə olan metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, həmin psixotrop maddə metamfetaminin üç ədəd bükümdə ayrıayrılqda təmiz çəkiləri 0,315 qram, 0,277 qram və 0,345 qram olmaqla ümumi təmiz çəksi 0,937 qramını 30 iyul 2021-ci ildə, saat 18 radələrində Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Cəlilabad rayonunun Kövüzbulaq kəndində keçirilmiş əməliyyataxtarış tədbirində şərti alıcı qismində iştirak etmiş X1 sonra əməliyyatda iştirak edən polis əməkdaşları tərəfindən saxlanılaraq Cəlilabad RPŞ-yə gətirilmiş və polis şöbəsində üzərində şəxsi axtarış aparılan zaman həmin psixotrop maddənin qalan 2,286 qramı əynindəki göy rəngli cins şalvarının sol yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən, yəni CM-in 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun müddət narkotik vasitələrdən istifadə etmiş, 30 iyul 2021-ci ildə tanışı Yusif Əliyevə psixotrop maddə metamfetamini pay olaraq vermiş, satmamış, polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə aparılarkən üzərində narkotik vasitə və psixotrop maddə olmamış, lakin polis şöbəsində polis əməkdaşlarının təzyiqi nəticəsində izahat və ifadəsində sonuncuya metamfetamin satması barədə yazılanlara imza etmişdir. Hazırda özünü CM-in 234.1-ci maddəsi ilə təqsirli bilməsini, narkomaniya xəstəliyindən əziyyət çəkməsini, himayəsində heç bir yerdə işləməyən arvadı və uşaqlarının olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Lakin Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı dindirilərkən verdiyi ifadələri məhkəmə istintaqında tədqiq edilib araşdırılarkən müəyyən olunur ki, təqsirləndirilən şəxsə heç bir təzyiq-təsir göstərilmədən müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində ifadə verərkən ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, 3-4 ildir narkotik vasitədən istifadə etmiş, tanışı Yusif Əliyev 30 iyul 2021-ci ildə onun yaşadığı kəndə gəlib onunla görüşüb ondan psixotrop maddə metamfetamin istəmiş, o da 45 manat pulun qarşılığında Yusifə 3 büküm metamfetamin satmış, təxminən bir-iki saat sonra rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə aparılmış, orada üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən psixotrop maddə olan metamfetamin aşkar olunmuş, sonuncuya satdığı psixotrop maddəni bir müddət əvvəl yerdən tapdığını bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsini məhkəmə istintaqında dindirilmiş digər şəxslərin ifadələri ilə müqayisə etməklə qiymətləndirərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, bu cinayətə görə ona ittiham verildiyi Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində o, təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə baxışında Cəlilabad Rayon Polis Şöbəsinin CAB baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 şahid qismində dindirilərkən məhkəməyədək icraatı zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, 30 iyul 2021-ci ildə rayonun Kövüzbulaq kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə X11 rayon polis şöbəsinə ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs ona 45 manat müqabilində 3 büküm narkotik vasitə satmaq istədiyini bildirmiş, sonuncunun cinayət əməlinin ifşa olunması üçün öz şəxsi vəsaiti olan 2 ədəd 20 manatlıq və 1 ədəd 5 manatlıq pul əskinazlarını şöbəyə təqdim etmiş, onların surətləri çıxarılaraq protokola əlavə edilmiş, sonra Yusif Əliyev onlarla birlikdə Təqsirləndirilən şəxs yaşadığı kəndə gedərək şərti alıcının Zaurla görüşərək ondan narkotik alacağını müşahidəyə götürmüş, şərti alıcı X13 Ağayevlə görüşərək ondan narkotik vasitə aldıqdan sonra Təqsirləndirilən şəxs saxlanılaraq polis şöbəsinə gətirilərək müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 1 ədəd ağ rəngli “Prima” markalı siqaret qutusunun içində 18 ədəd ağ rəngli papiros və gümüşü rəngli siqaret kağızına bükülmüş psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar olunub götürülmüş, eyni zamanda şərti alıcı aldığı psixotrop maddə olan metamfetaminə bənzər kütlə onlara təqdim etmiş, sorğu-sual zamanı Təqsirləndirilən şəxs tanışı Yusif Əliyevə narkotik vasitə satmadığını, üzərindən aşkar edilərək götürülmüş psixotrop maddənin ona məxsus olmadığını bildirmişdir. Şəxsi axtarış başa çatdıqdan sonra protokol tərtib edilərək orada iştirak edən şəxslər, o cümlədən Təqsirləndirilən şəxs tərəfindən imzalamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 və Şahid2 da Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq etməklə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan 30 iyul 2021-ci il tarixli ərizədən görünür ki, Cəlilabad rayonu, Musalı kənd sakini X11 həmin tarixdə Cəlilabad rayon polis şöbəsinə müraciət edərək Cəlilabad rayonu, Kövüzbulaq kənd sakini Təqsirləndirilən şəxs 1,5 qram çəkidə «patı» adlanan narkotik vasitəni ona 45 manata satmaq istədiyini bildirmiş və Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək üçün öz şəxsi vəsaiti hesabına Təqsirləndirilən şəxs narkotik vasitəni almaqla bağlı keçiriləcək əməliyyat tədbirində könüllü olaraq iştirak etmək istəmişdir. İş materiallarında olan “Şəxsi axtarış və götürmə haqqında” xx.xx.2021-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 1 ədəd ağ rəngli “Prima” markalı siqaret, sağ yan cibindən pul əskinasları və 2 ədəd mobil telefon aşkar edilmiş, “Prima” markalı ağ rəngli siqaret qutusunun içində 18 ədəd ağ rəngli papiros və gümüşü rəngli siqaret kağızına bükülmüş psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar olunmuş, bundan başqa iki ədəd B71733604, A********) sariyalı 20 manatlıq pul əskinası, dörd ədəd (B53084467, C45834311, C25791228,C********) seriyalı 5 manatlıq əskinas və altı ədəd (G43853137, G02518275, F07103245, A05611134, A16803576, F********) seriyalı 1 manatlıq əskinas aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən şakar edilərək götürülmüş pul əskinazlarının seriya nömrələri Yusif Əliyevin daha öncədən təqdim etdiyi pul əskinazlarının seriya nömrələri ilə eynidir. İş materiallarında olan pul əskinazlarına baxış keçirilməsi haqqında” 30 iyul 2021-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, X6 özünə məxsus olan 2 ədəd 20 manatlıq və 1 ədəd 5 manatlıq pul əskinazına baxış keçirilmiş, baxış keçirilən zaman iki ədəd 20 manatlıq əskinasların (B71733604, A********) və bir ədəd 5 manatlıq əskinasın (B********) seriyalı olması müəyyən olunmuş, təqdim olunmuş pul əskinazlarının iş üçün əhəmiyyətli olacağı nəzərə alınaraq surətləri götürülərək protokola əlavə edilmişdir. İş materiallarında olan “Təqdim etmə və götürmə haqqında” 30 iyul 2021-ci il tarixli protokoldan və istintaq hərəkətini əks etdirən bir ədəd DVD diskdən görünür ki, X3 olaraq 30 iyul 2021-ci ildə Təqsirləndirilən şəxs ona satdığı 3 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş psixotrop maddə olan metamfetaminə bənzər kütlələri təqdim etmiş, həmin kütlələrin psixotrop maddə olan metamfetamin olduğunu, 30 iyul 2021-ci ildə Cəlilabad rayonu Kovuzbulaq kənd sakini Təqsirləndirilən şəxs 45 manata aldığını bildirmişdir. Təqdim edilən kütlələr elektron tərəzi ilə çəkilmiş və çəkisi 1,15 qram təşkil etmişdir. İş materiallarında olan Cəlilabad rayon polis şöbəsindən daxil olan 08 avqust 2021-ci il tarixli raportlardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və X2 olduğu psixotrop maddə olan metamfetamini nə zaman harada kimdən əldə etməsi istiqamətdə müsbət nəticə əldə etmək mümkün olmamış lakin sonuncunun narkotik vasitələrin satışı ilə məşğul olması barədə əvvəllər əməliyyat məlumatı daxil olmuşdur. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 31 iyul 2021-ci il tarixli, 19/713 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən edilmiş kütlə” sözlər və imzalar olan 1 ədəd zərfdəki, 01 ədəd bükümdə təmiz çəkisi -2,286 qram olan ağ rəngli kristal formada olan maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində “ Vət. X6 təqdim etdiyi kütlələr“ sözlər və imzalar olan 1 ədəd zərfdəki, 3 ədəd bükümlərdə ayrı-ayrılqda təmiz çəkiləri 0,315 qram: - 0,277 qram: -0,345 qram; ümumi təmiz çəkisi -0,937 qram olan ağ rəngli kristal formada olan maddələr metamfetamindir, xarici görnüşlərinə və kimyəvi tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Tədqiqata təqdim edilmiş üzərlərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə” və vət. X6 üzərindən aşkar edilmiş kütlələr” sözlər və imzalar olan iki ədəd zərflərdəki metamfetaminlər xarici görnüşlərinə və kimyəvi tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Qeyd: - metamfetaminin təmiz çəkisi – 2,286 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 2,236 qram. Metamfetaminin təmiz çəkisi – 0,937 qram, tədqiqata sərf edildi – 0,15 qram, qalıq – 0,787 qram. İş materiallarında olan ambulator-məhkəmə narkoloji ekspertizasının 02 avqust 2021-ci il tarixli, 798 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan ambulator məhkəmə-psixatrik ekspertizasının 05 noyabr 2021-ci il tarixli, 2606 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Cinayət işi materiallarından və hal-hazırki psixatrik müayinənin nəticəsindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin törətdiyi əməl dövründə hər hansı xroniki psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulmasının əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs halhazırda da öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hazırki psixi vəziyətinə görə özünə və ətrafındakılarına zərər yetirmək təhlükəsi müəyyən edilmir. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan 03 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd bükümdə ümumi təmiz çəkisi - 2,286 qram olan psixotrop maddə metamfetamin, X6 təqdim etdiyi 3 ədəd bükümlərdə ayrı-ayrılqda təmiz çəkiləri 0,315 qram: - 0,277 qram: - 0,345 qram olmaqla ümumi təmiz çəkisi -0,937 qram olan psixotrop maddə metamfetamin və Yusif Əliyevin 3 büküm psixotrop maddə metamfetamini təqdim etməsini əks etdirən 1 ədəd DVD disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və ekspertizadan sonrakı çəkiləri yəni təmiz qalıq çəkisi 2,286 qram və 0,787 qram çəkidə psixotrop maddə metamfetamin Cəlilabad rayon polis şöbəsində saxlanılınr. İş materiallarında olan 09 avqust 2021-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş iki ədəd B71733604, A75455833 seriyalı 20 manatlıq və bir ədəd B53084467 seriyalı 5 manatlıq pul əskinasları X7 təhvil verilmişdir. İş materiallarında olan 10 avqust 2021-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 3 ədəd C45834311, C25791228, C47280650 seriyalı 5 manatlıq, 6 ədəd G43853137, G02518275, F07103245, A05611134, A16803576, F93456792 seriyalı 1 manatlıq pul əskinasları Təqsirləndirilən şəxs oğlu X8 təhvil verilmişdir. İş materiallarında olan 20 avqust 2021-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd «KGTEL» markalı və 1 ədəd «Nokia» markalı mobil telefonlar Təqsirləndirilən şəxs oğlu X9 təhvil verilmişdir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, işdə olan digər sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, bu cinayətə görə ona ittiham verildiyi CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində o, təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi etirafedici və şahidlərin isə təsdiqedici) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinin «üzərindən aşkar olunmuş bükümlərdə olan psixotrop maddə metamfetaminin ona məxsus olmadığı, Yusif Əliyevə 3 bükümdə psixotrop maddə metamfetamin satmadığı» hissəsinə tənqidi yanaşaraq həmin ifadəyə məhkəmə iclasında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə müqayisəli qiymət verərək hesab edir ki, həmin hissədə ifadə obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır. Belə ki, psixotrop maddə metafetaminin külli miqdar təşkil etməsi, onların çəkilib xırda bağlamalara bükülməsi, onların şəxsi istehlak miqdarından çox olması, həmçinin barəsində narkotik vasitələrin və psixotrop maddənin satışı ilə məşğul olması barədə əməliyyat məlumatının olması, Yusif Əliyevin ona psixotrop maddə satması ilə bağlı Cəlilabad rayon polis şöbəsinə yazılı müraciət etməsi göstərilən psixotrop maddənin bilavasitə satış məqsədi ilə əldə olunması nəticəsinə gəlməyə əsas verir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara istinad edərək Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və Yusif Əliyevə satmış olduğu psixotrop maddə metamfetaminin satış məqsədi ilə əldə olunması qənaətinə gəlir, eyni zamanda onun ifadəsində göstərdiyi bu xüsusatları ona təyin ediləcək cəzanın müddətini azaltmağa, başqa sözlə, cinayət məsuliyyətini yüngülləşdirməyə yönələn cəhdi kimi qiymətləndirir. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli qanunlarının tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən Təqsirləndirilən şəxs əldə etdiyi psixotrop maddə olan metamfetamin miqdarına görə “külli miqdar” kimi qiymətləndirilir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinə cinayət qanunvericiliyinin tələbləri baxımından hüquqi qiymət verərkən gəldiyi nəticələri, eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li qərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilir ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin tövsifi məsələsini müzakirə edərək onun əməlinin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin dispozisiya şərtlərinə uyğun gəldiyini nəzərə alıb həmin maddələrlə tövsif edilməsini əsaslı sayır. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamədən və hökmün surətindən görünür ki, Ağayev X5 rayon məhkəməsinin 24 oktyabr 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il, 11(on bir) ay, 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, hazırda cəzasını çəkməmişdir. Belə ki, iş materiallarında olan Cəlilabad rayon İcra və Probasiya şöbəsinin 23 dekabr 2021-ci il tarixli 68\2019-30-1 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs ona Cəlilabad rayon məhkəməsinin 24 oktyabr 2019-cu il tarixli hökmü ilə təyin edilmiş 1 (bir) il, 11(on bir) ay, 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının 4 (dörd) ay 12 (on iki) gün hissəsini çəkməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 67-ci maddəsinin tələbləri nəzərə alınmaqla cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 67-ci maddəsinin tələbinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə hesab edir ki, Cəlilabad rayon məhkəməsinin 24 oktyabr 2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 1 (bir) il, 11(on bir) ay, 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 4 (dörd) ay 12 (on iki) günü yeni hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirilməklə ona qəti cəza təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CM-in 67.1, 68.1.1-1 və 69.3-cü maddələrinə əsasən hesab edir ki, Cəlilabad rayon məhkəməsinin 24 oktyabr 2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 1 (bir) il, 11(on bir) ay, 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 4 (dörd) ay 12 (on iki) gün hissəsinin iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla çəkilməmiş 2 (iki) ay, 6 (altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona hökmlərin məcmusu üzrə qəti cəzası təyin olunmalıdır. Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından Təqsirləndirilən şəxs əməli qanuna müvafiq cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CMin 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxsun həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, eyni zamanda təyin ediləcək cəzanın əvvəlinin onun saxlanıldığı vaxtdan, yəni–xx.xx.2021-ci ildən hesablanmasını əsaslı sayır. Belə ki, iş materiallarında olan Cəlilabad rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli xx.xx.2021-ci ildən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələbinə müvafiq olaraq Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarına əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Ağayev X5 rayonunun Kövzbulaq kəndində qeydiyyatda olmaqla himayəsində heç bir yerdə işləməyən arvadı və üç uşağı olmaqla göstərilən ünvanda yaşamış, yaşayış yerindən mənfi xarakterizə olunmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus, qanunvericiliyin tələblərinə uyğun olaraq müsadirə olunması mümkün olan pul, əmlak və s. müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə təyin olunmamalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-in 132.0.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə tərəfindən hökm çıxarılarkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Cəlilabad rayon polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra xalis qalıq çəkisi 2,286 qram və 0,787 qram çəkidə psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, X6 3 büküm psixotrop maddə metamfetamini təqdim etməsini əks etdirən 1 ədəd DVD disk cinayət işi materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs götürülmüş 2 ədəd B71733604, A75455833 seriyalı 20 manatlıq və 1 ədəd B53084467 seriyalı 5 manatlıq pul əskinaslarının X7, Təqsirləndirilən şəxs götürülmüş 3 ədəd C45834311, C25791228, C47280650 seriyalı 5 manatlıq, 6 ədəd G43853137, G02518275, F07103245, A05611134, A16803576, F93456792 seriyalı 1 manatlıq pul əskinaslarının Təqsirləndirilən şəxs oğlu X8 və Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd «KGTEL» markalı və 1 ədəd «Nokia» markalı mobil telefonlar sonuncunun oğlu X9 təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə məhkəmə ekspertiza xərci olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 6 (altı) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 67.1, 68.1.1-1 və 69.3-cü maddələrinə əsasən Cəlilabad rayon məhkəməsinin 24 oktyabr 2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 1 (bir) il, 11 (on bir) ay, 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 4 (dörd) ay 12 (on iki) günün iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla çəkilməmiş 2 (iki) ay, 6 (altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökm üzrə təyin edilmiş 6 (altı) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona hökmlərin məcmusu üzrə qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 30 iyul 2021-ci ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi qaydada müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Cəlilabad rayon polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra xalis qalıq çəkisi 2,286 qram və 0,787 qram çəkidə psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, X6 3 bükümdə psixotrop maddə metamfetamini təqdim etməsini əks etdirən 1 ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın, Təqsirləndirilən şəxs götürülmüş 2 ədəd B71733604, A75455833 seriyalı 20 manatlıq və 1 ədəd B53084467 seriyalı 5 manatlıq pul əskinaslarının X7, Təqsirləndirilən şəxs götürülmüş 3 ədəd C45834311, C25791228, C47280650 seriyalı 5 manatlıq, 6 ədəd G43853137, G02518275, F07103245, A05611134, A16803576, F93456792 seriyalı 1 manatlıq pul əskinaslarının Təqsirləndirilən şəxs oğlu X8 və Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd «KGTEL» markalı və 1 ədəd «Nokia» markalı mobil telefonların sonuncunun oğlu X9 təhvil verilməsi nəzərə alınsın. İş üzrə məhkəmə ekspertiza xərci 65 (altmış beş) manat Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən (elan olunduğu vaxtdan iyirmi gün müddətində) apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər:

1. (sədrlik edən) Cəlil Nəbiyev 2 . Cavid Səfərli

3. Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar