Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-96/2024 09.01.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Nəbiyev Cəlil Cabbar oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X1, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2 oğlu və müdafiəçi- Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1962-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvələr məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən isttifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 20 mart 2023-cü il tarixdə, Lənkəran şəhərində, “Böyük bazar” adlanan ərazidə satış məqsədi olmadan, qanunsuz olaraq öz istifadəsi üçün, beş ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,633 qram; 0,549 qram; 0,527 qram; 0,429 qram; 0,428 qram ümumi təmiz çəkisi-2,566 qram olub külli miqdar təşkil edən tiryəkdən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımış, bu barədə əməliyyat məlumatları əldə etmiş Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının 20 mart 2023-cü il tarixdə saat 16 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran şəhəri Nizami küçəsində piyada hərəkətdə olarkən saxlanılaraq ünvan 2 ünvanında yerləşən polis şöbəsinin inzibati binasına gətirildikdən sonra, üzərində şəxsi axtarış keçirilən zaman, külli miqdarda olan həmin beş ədəd sellofan bükümdə narkotik vasitə heroin əynində olan şalvarının sol yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, bədənində ağrıları olduğu üçün arabir narkotik vasitələrindən istifadə edir. 20 mart 2023-cü il tarixdə saat 16 radələrində Lənkəran şəhəri Nizami küçəsində bərbərə saçını kəsdirmək üçün gedmişdir. Bərbərdə növbə olduğu üçün çöldə öz maşınında əyləşib gözləməyə başlamışdır. Bir az keçdikdən sonra polis əməkdaşları ona yaxınlaşaraq onu polis şöbəsinə aparmışlar. Şöbədə otaqların birində Əlvan adlı polis əməkdaşı ona 5 büküm narkotik vasitəni götürməyi və çəkiliş zamanı ona məxsus olduğunu deməsini bildirmişdir. O, etiraz etmiş, polislər onu döymüşlər və polis əməkdaşları razılaşdığı halda onu CM-nin 234.1-ci maddə ilə sənədləşdirəcəklərini və evə buraxacaqlarını demişlər. Buna görə onlarla razılaşmış və şəxsi axtarış zamanı üzərinə Əlvanın qoyduğu narkotik vasitənin ona məxsus olmasını bildirmişdir. Halbuki onun üzərində narkotik vasitə olmamış, polislər onu döyüb məcbur etdikləri üçün çəkiliş zamanı narkotik vasitənin ona məxsus olduğunu bildirmişdir. Məhkəmədən barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Məhkəməyədək icraat zamanı və məhkəmə baxışında təqsirləndirilən şəxsin verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğuna görə onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadədə o, göstərmişdir ki, hər gün müəyyən dozada narkotik qəbul edir ki, ağrıları olmasın. Əks halda ağrıları dözülməz olur. Əldə etdiyi narkotik vasitələri şəhər ərazisində-Böyük bazar, Kiçik bazar kimi adlanan yerlərdə tanımadığı şəxslərdən əldə edir. 20 mart 2023-cü il tarixdə saat 15 radələrində Lənkəran şəhəri “Böyük bazar” adlanan yerdə bir nəfər tanımadığı şəxsdən 50 manat verib 5 ədəd sellofan bükümdə “kakos”, yəni, narkotik vasitə heroin almışdır. Həmin gün saat 16 radələrində Lənkəran şəhəri Nizami küçəsi ilə tək piyada hərəkət edirmiş, həmin vaxt bir neçə nəfər şəxs ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim etmişlər və ona üzərində narkotik vasitə saxlamağında şübhələri olduğuna görə üzərinə şəxsi axtarış keçirilməsi üçün şəhər ərazisində yerləşən pols şöbəsinə dəvət etmişlər. Həmin vaxt o, başa düşmüşdür ki, polis əməkdaşları üzərində narkotik vasitə olduğunu bilirlər və onlara etiraz etmədən birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində şəxsi axtarış zamanı ona üstündə qanunsuz əşya və ya predmet varsa təqdim etməyi təklif olunmuşdur. O da, əynində olan şalvarının sol yan cibində saxladığı beş ədəd sellofan bükümdə olan heroini təqdim etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə zamanı verdiyi ziddiyyətli ifadələri müqayisəli tətqiq edərək hesab edir ki, onun məhkəmə baxışı zamanı verdiyi ifadəsində “saxlanılan zaman üzərində narkotik vasitə olmamış, polis əməkdaşları onu döydükləri üçün və CM-in 234.1-ci maddəsi ilə sənədləşdirib buraxacaqlarını bildirdikləri üçün məcbur olaraq narkotik vasitənin ona məxsus olmasını etiraf etmişdir” xüsusatları obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə, təqsirləndirilən şəxsin məhkəmə baxışı zamanı ifadəsində göstərdiyi sözü gedən xüsusatları ona cinayət məsuliyyətindən boyun qaçırmaya yönələn cəhd kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini işin faktiki hallarına uyğun olduğunu hesab edərək sübut kimi qəbul edir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Lənkəran şəhər rayon polis şöbəsinin əməkdaşı Şahid1 Baləddin oğlu ifadəsində göstərmişdir ki, Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs barəsində qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində saxlaması, qəbul etməsi ilə bağlı əməliyyat məlumatları daxil olmuş və əməliyyat qrupu yaradılmışdır. 20 mart 2023-cü il tarixdə, saat 16 radələrində Lənkəran şəhəri Nizami küçəsində Təqsirləndirilən şəxs piyada hərəkət etdiyini görüb onu nəzarətə götürmüşlər. Ona yaxınlaşaraq özlərini təqdim edib üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsində şübhələr olduğundan onun üzərinə şəxsi axtarış keçirilməsini bildirmiş və onu şöbəyə dəvət etmişlər. Polis şöbəsində şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunmuşdur. O, da, əynindəki şalvarın sol yan cibindən şəffaf selofana bükülmüş 5 ədəd bükümü təqdim etmişdir. Sellofan bükümün içərisində “kakos” yəni, heroin olduğunu, öz istifadəsi üçün həmin günü Lənkəran şəhərində “Böyük bazar” tərəfdə, tanımadığı şəxsdən 50 manata əldə etdiyini bildirmişdir. Həmin maddələr qablaşdırılaraq götürülmüş və protokol tərtib edilmişdir. İş üzrə şahid qismində dindirilmiş X6 və X4 oxşar məzmunda ifadələr verərək Şahid1 Baləddin oğlu oğlunun ifadəsində göstərmiş olduğu xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə məhkəmə kimyəvi ekspertizasının 21 mart 2023-cü il tarixli 19/325 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş beş ədəd bükümdə narkotik vasitə olan heroinə bənzər kütlələr...” sözlər və imzalar olan bir ədəd zərfdəki 5 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,633 qram; 0,549 qram; 0,527 qram; 0,429 qram; 0,428 qram ümumi təmiz çəkisi 2,566 qram olan maddələr narkotik vasitə heroindirlər. Ekspertiza tədqiqatından sonrakı qalıq heroin narkotik vasitəsi 2,316 qram təşkil edir. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik təşkil edır. İş materiallarında olan 08 may 2023-cü il tarixli 518 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin ƏƏSMN-nın yanında DSMFnın təqdim etdiyi 3-17-1/2-148108 nömrəli arayışa əsasən İİ qrup əlil olması səbəbindən narkomaniyadan məcburi müalicəyə əks göstəriş vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 20 mart 2023-cü il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan və protokola əlavə edilmiş CD diskdə olan videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı özü əynində olan şalvarının sol yan cibindən 05 ədəd şəffaf sellofan bükümlərdə narkotik vasitə heroinə bənzər maddələri təqdim etmiş, həmin bükümlərin içərisində narkotik vasitə heroin olduğunu, öz üzərində istifadəsi üçün saxladığını, 20 mart 2023-cü il tarixdə Lənkəran şəhərində “Böyük Bazar” adlanan ərazidə tanımadığı şəxsdən 50 manata aldığını göstərmişdir. İş materiallarında olan 20 mart 2023-cü il tarixli «şübhəli şəxs qismində tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Şirvan şəhər məhkəməsinin 22 mart 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində “həbs” olunmasının əvvəli 20 mart 2023-cü il tarixdən hesablanmmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Əliyev X2 Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 126.2.3-cü maddəsi il təqsirli bilinib 06 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Şirvan Apeliyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə hökm dəyişdirilmədən qüvvəsində saxlanılmış, xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəmənin qərarı ilə əməli CM-nin 126.1-ci maddəsinə tövsif edilərək cəzası 04 il 06 ay təyin edilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 1049 saylı sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, məhkumluğu ödənilməmişdir. İş materiallarında olan 23 mart 2023-cü il tarixli «maddi sübut kimi tanınması haqqında» qərarla ekspertiza tədqiqatından sonrakı qalıq 2,316 qram narkotik vasitə heroin və şəxsi axtarış və götürmə aparılmasının videogörüntüsünü əks etdirən 1 ədəd CD-disk maddi sübut kimi tanınmış və saxlanılması üçün Lənkəran şəhər polis şöbəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmişdir. İş materiallrında olan 03 aprel 2023-cü il tarixli Lənkəran şəhər X3 hüquqi şəxsin məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın ruhi-əsəb və narkoloji kabinetində qeydiyyatda yoxdur. İş materiallarında olan Lənkəran şəhər 1 nömrəli sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 27 mart 2023-cü il tarixli arayışdan, xasiyyətnamədən görünür ki, Əliyev X2 şəhəri, Ş.Zahid küçəsi ev 2/13 nömrəli ünvanda qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi arvadından, oğlundan, gəlini və 2017-ci il təvəllüdlü azyaşlı nəvəsindən ibarətdir, yaşadığı müddət ərzində nümayəndəliyə heç bir şikayət daxil olmamış yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, işdə olan digər sənədləri və maddi sübutları CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, bu cinayətlərə görə ona ittiham verildiyi CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində o, təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli qanuna müvafiq cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsi ilə düzgün ittiham verilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cü bəndinin 2-ci hissəsində qeyd edilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübütlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli qanunların tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən Təqsirləndirilən şəxs əldə etdiyi heroin narkotik vasitə “külli miqdar” kimi qiymətləndirilir. CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olmasını məhkəmə yüngülləşdirici hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs hazırkı iş üzrə cinayəti Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü və Azərbaycan Respublikası Ali Məhkəmənin xx.xx.2017-ci il tarixdə qərarı üzrə məhkumluğu ödənilmədən və ya götürülmədən törətmişdir. Bu Azərbaycan Respublikası CM-nin 18.2.2-ci maddəsinə əsasən təhlükəli residiv hesab olunmalı və həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən “Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz”. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-in 158.3 və 158.6-cı maddələrinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə, həmçinin ev dustaqlığında saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Ambulator məcburi-narkoloji tibbi yoxlama rəyinə görə, Təqsirləndirilən şəxs ərazi narkoloji xəstəxanada qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub- Lənkəran şəhər rayon polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 2,316 qram heroin narkotik vasitəsi məhv edilməli, şəxsi axtarış və götürmə aparılması protkolunun videogörüntülərini əks etdirən 1 ədəd CD disklər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə iş üzrə 60 (altmış) manat məbləğində ekspertiza xərcinin Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməsini, cəzasının çəkilmə müddətinin 20 mart 2023-cü il tarixdən başlanılmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 5 (beş) il 4 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 20 mart 2023-cü il tarixdən hesablansın. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji xəstəxanada qeydiyyata alınsın. İş üzrə 60 (altmış) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış - Lənkəran şəhər rayon polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 2,316 qram heroin narkotik vasitəsi məhv edilsin. İş materiallarına əlavə edilmiş şəxsi axtarış və götürmə aparılması protkolunun videogörüntüsünü əks etdirən 1 ədəd CD disklər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəs ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-96/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-96/2024
09.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver