Məhkəmə qərarları › İş №1(099)-96/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-96/2025

19.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-96/2025 19.06.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Məmmədov Neymət Hüsən oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclas katibi- X3, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi- Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1993-cü ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvələr məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Lənkəran şəhəri, V.Nağıyev küçəsi ev 2/6-də qeydiyyatda olmaqla yaşayan, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 02 (iki) bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 1,859 qram və 7,214 qram; ümumi təmiz çəkisi -9,073 qram olmaqla külli miqdar təşkil edən tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə etmiş və üzərində daşımaqla saxlamış, bu barədə məlumat almış Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının 04 fevral 2024-cü il tarixdə saat 16:00-da Lənkəran şəhəri, M.M.Axund küçəsində keçirdikləri əməliyyat tədbirləri nəticəsində həmin küçədə piyada hərəkətdə olarkən saxlanılaraq regional şöbənin inzibati binasına gətirildikdən sonra barəsində şəxsi axtarış keçirilərkən göstərilən sayda və çəkidə narkotik vasitə heroin sellofan kəsiyi bükülərində əynində olmuş uzunqol köynəyin sol döş cibindən aşkar edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 04 fevral 2024-cü il tarixdə saat təxminən 13-14 radələrində evdə olmuşdur. Arvadı və baldızı da evdə olmuşdur. Həmin vaxt, təqribən 7 nəfər polis əməkdaşları evə zorla daxil olaraq ona «plana düşmüsən, getməlisən» sözünü deyib onu polis şöbəsinə aparmışlar. Polis əməkdaşları onu evdən apararkən ona təzyiq göstərmişlər, o yerə yıxılmış və nəticədə qolu qırılmışdır. Polis şöbəsində onu 4-5 saat saxladıqdan sonra üzərinə baxış keçirmişlər. Baxış zamanı üzərindən heç bir narkotik vasitə olmamışdır. Sonra polis əməkdaşları Aqşin və Tural onu döyərək onun üzərinə heroin və metamfetamin qoyaraq, videoçəkiliş zamanı onların dedikləri kimi ifadə verməyi, əks halda evindən 2-3 kq narkotik vasitə aşkar edəcəklərini demişlər. Məcbur qalıb həmin maddələrin ona məxsus olması barədə etirafedici ifadələr vermişdir. Günahı olmadığı üçün barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəməyədək icraat zamanı və məhkəmə baxışında təqsirləndirilən şəxsin verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğuna görə onun ibtidai istintaq zamanı şübhəli şəxs qismində 05 fevral 2024-cü il və təqsirləndirilən şəxs qismində 06 fevral 2024-cü il tarixli ifadələri elan edilmişdir. Həmin ifadələrdə göstərmişdir ki, 10 ilə yaxındır ki, narkotik vasitə və psixotrop maddələrdən istifadə edir. 2022-cü ilin dekabr ayında Bakı şəhəri Binə qəsəbəsində olan zaman “Tofiq” adlı şəxsdən şəxsi istifadəsi üçün 1000 manat dəyərində 20 qrama yaxın heroin və 10 qrama yaxın metamfetamin almışdır. Sonra Lənkəran şəhərində gəlmişdir. Həmin vasitələrdən istifadə etməyə başlamışdır. 04 fevral 2024-cü il tarixdə saat 16 radələrində heroin və metamfetamin bükümünü üzərində götürərək evdən çıxıb Lənkəran şəhəri ərazisində gəzməyə başlamışdır. Həmin maddələrdən istifadə etmək üçün sakit yer axtarmaq üçün Lənkəran şəhəri, M.M.Axund küçəsində yerləşən “X2” yaxınlığında piyada hərəkətdə olduğu zaman mülki geyimdə olan bir neçə nəfər şəxs ona yaxınlaşıb, Baş Narkotiklərlə Mübariz İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları olduqlarını ona bildirmişlər. Ona narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağı barədə məlumatları olduğunu deyib, onu regoinal şöbənin inzibati binasına gətirmişilər. Üzərində şəxsi axtarış aparmağa başlamışılar. Qanunla qadağan edilmiş maddə olduğu təqdirdə təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra o, sol döş cibindən 3 ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir. Təqdim etdiyi üç bükümdən ikisinin “kakos” yəni heroin, digər birinin isə “şüşə” yəni metamfetamin olduğunu bildirmişdir. Üzərindən aşkar edilmiş iki ədəd heroin və bir ədəd metamfetamin bükümü elektron tərəzidə çəkilərək qablaşdırılmışdır. Lakin ibtidai istintaqın sonrakı mərhələlərində Təqsirləndirilən şəxs ifadələrində üzərində heroin olmadığını, polis əməkdaşları tərəfindən üzərinə qoyulduğu, döyüldüyü üçün məcbur qalıb etiraf etmədiyini bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə zamanı verdiyi ziddiyyətli ifadələri müqayisəli tətqiq edərək hesab edir ki, onun ifadələrində “polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində narkotik vasitə olmaması, polis əməkdaşları Aqşin və Turalın onun üzərinə narkotik vasitə qoyması, onu saxlayarkən qolunun qırılması, polis şöbəsində döymələri, videoçəkiliş zamanı onların dedikləri kimi demədiyi halda evindən 2-3 kq narkotik vasitə aşkar olunacağı” xüsusatları obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə, təqsirləndirilən şəxsin məhkəmə baxışı zamanı ibtidai istintaq zamanı ifadəsində göstərdiyi sözü gedən xüsusatları ona cinayət məsuliyyətindən boyun qaçırmaya yönələn cəhd kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli şəxs qismində 05 fevral 2024-cü il və təqsirləndirilən şəxs qismində 06 fevral 2024-cü il tarixli ifadələri işin faktiki hallarına uyğun olduğunu hesab edərək sübut kimi qəbul edir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olmuş və bununla bağlı əməliyyat qrupu yaradılmışdır. 04 fevral 2024-cü il tarixdə, saat 16:00 radələrində Təqsirləndirilən şəxs Lənkəran şəhəri, M.Axund küçəsində yerləşən X7 Hissəsinin inzibati binası yaxınlığında piyada hərəkət etdiyini görüb onu nəzarətə götür, Baş Narkotiklə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin inzibati binasına gətirmişlər. Regional şöbədə müdafiəçinsinin iştirakı və videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunduqda, əynində olan köynəyin sağ döş cibindən isə üç ədəd sellofan büküm çıxarıb təqdim edərək masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs verilən şifahi suallara cavab olaraq təqdim etdiyi bükümdən iki bükümün içərisində heroin, bir bükümündə isə metamfetamin olduğunu və saxlanılmamışdan təxminən iki ay qabaq Bakı şəhəri, Binə kəndi ərazisində Tofiq adlı şəxsdən 1000 manata aldığını, bir hissəsnini özünün qəbul etdiyini, heç kimə vermədiyini, satmadığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim edtiyi sellofana baxış keçirildikdə iki bükümün içərisində heroinə bənzər madə, bir bükümün içərisində isə metamfetaminə bəznər maddə aşkar edilmişdir. Aşkar olunmuş metamfntamin psixotrop maddəsi və heroin narkotik vasitəsi tərəzidə çəkilərək qablaşdırılmışdır. Təqsirləndirilən şəxs tərəflərindən saxlanılarkən və ya saxanıldıqdan sonra regional şöbəyə gətirilərkən ona qarşı fiziki zor, işgəncə və ya psixi təsirə məruz qalmadığını gösərmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları Şahid3 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə vermişlər. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə məhkəmə kimyəvi ekspertizasının 19 avqust 2023-cü il tarixli 19/809 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi 02 bükümdə heroinə bənzər kütlələr qablaşdırıldı və möhürləndi....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 2 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri -1,859 qr, -7,214 qram : ümumi təmiz çəkisi 9,073 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görnüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Ekspertiza tədqiqatından sonrakı qaluq metamfetamin psixotrop maddəsi 0,046 qram və heroin narkotik vasitəsi 8,973 qram. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat təşkil edır. İş materiallarında olan 05 fevral 2024-cü il tarixli 105 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında 2022-ci ildən “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyatdadır. İş materiallarında olan 05 yanvar 2024-cü il tarixli 93 saylı məhkəmə-tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər–hansı xəsarət aşkar olunmamışdır. İş materiallarında olan 12 iyul 2024-cü il tarixli 02/93 saylı məhkəmə-tibbi yoxlama rəyindən görünür ki, 1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs adına tərtib olunmuş xx.xx.2024-cü il tarixli 93 saylı eksper rəyinə və əlavə tibbi müayinəsinə əsasən ekspertiza qarşısında qoyulan suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlinir: 1.Vətəndaş Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilmədi. 2-3 Vətəndaş Təqsirləndirilən şəxs bədəni üzərində - sağ bazunun medial kondilusunun köhnə travmatik bitişməmiş sınığı aşkar edilmişdir. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, müddəti müayinədən 6-8 ay əvvələ uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İş materiallarında olan Bakı istintaq təcridxanasının 13 fevral 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 11:30 radələrində müəssisənin tibb-sanitar hissəsində rentgenoloji müayinədən keçirilən zaman sağ bazu sümuyundə sınıq xəsarəti aşkar olunmuşdur. Fakt ilə əlaqədar Təqsirləndirilən şəxs həmin xəsarətləri həbs olarkən aldığını bildirmişdir. İş materiallarında olan Bakı istintaq təcridxanasından alınmış məhkumun tibbi kitabçasının surətindən görünür ki, təqsirləndirilən şəxs Bayram Məmmədli tibbi müayinədən keçirilərkən onun bədəni üzərində sağ bazu sümuyundə distal nahiyyəsinin, medial epikondilusun yerdəyişmiş sınığı aşkar olunmuşdur. İş üzrə müdafiə tərəfinin vəsatəti əsasında Təqsirləndirilən şəxs barəsində xx.xx.2025-ci il tarixdə məhkəmə tibbi ekspertizası təyin olunmuşdur. Məhkəməyə daxil olmuş xx.xx.2025-ci il tarixli 535 nömrəli məhkəmə-tibbi yoxlama rəyindən görünür ki, 1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs adına tərtib olunmuş 93, 02/93 və 18/MEŞ saylı məhkəmə-tibbi ekspertizası rəylərində yazılanlara əsasən, hadisə haqqında qərarda göstərilənləri nəzərə alaraq və ekspertiza qarşısında qoyulmuş suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlinir: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmətibbi müayinəsi zamanı bədən səthində hər hansı bir xəsarətin obyektiv əlamətləri aşkar edilməmişdir.Tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, xx.xx.2024-cü il tarixli rentgen müayinəsində sağ bazu sümüyünün distal nahiyəsinin iç epikondilusun bitişməyən qəlpəli sınığı qeyd edilir, sınıq fraqmentlərinin sərbəst kənarları sklerozlaşma prosesinə məruz qalmışdır. Qeyd edilən sınıq küt təsir mexanizminə malik olub, törənmə müddəti keçirilmiş rentgen müayinəsindən (xx.xx.2024-cü il) ən azı 2-3 ay əvvələ uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir.Təqsirləndirilən şəxs aşkar edilmiş xəsarətin xarakterini, lokalizasiyasını və əmələ gəlmə mexanizmini nəzərə alaraq demək olar ki, həmin xəsarət müxtəlif şəraitlərdə, həmçinin öz boyu hündürlüyündən yıxılaraq küt əşyaya dəyməsi nəticəsində, həm də xarici qüvvənin küt təsirindən əmələ gələ bilməsi mümkündür. Bu məsələnin daha dəqiq qiymətləndirilməsi hüquqi müstəvidə həll edilə bilər. İş materiallarında olan 04 fevral 2024-cü il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan və videoçəkilişdən görünür ki, vətəndaş Təqsirləndirilən şəxs 04 fevral 2024-cü il tarixdə saat 16:00 dəqiqədə DİN-in DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran şəhəri, M.M.Axund küçəsində piyada hərəkətdə olan zaman saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olmuş uzunqol köynəyin sol döş cibindən iki bükümdə narkotik vasitə heroinə bənzər kütlə aşkar olunaraq götürülmüş və zərfə qoyularaq qablaşdırılmışdır. Üzərindən aşkar olunmuş narkotik vasitələri saxlanılmamışdan iki ay əvvəl Bakı şəhəri Binə qəsəbəsində Tofiq adlı şəxsdən aldığını bildirmişdir. İş materiallarında olan 13 avqust 2024-cü il tarixli “CD-R diskdə olan məlumatlara baxış keçirilməsi məlumatlara baxış keçirilməsi haqqında” protokoldan görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs istifdəsində olmuş - ***-***-**-** saylı mobil nömrəsi 04 fevral 2024-cü il tarixdə saat 14:19-da “Lenkeran sheh. Shehidler Khiyabani kuch.” anten dairəsində, həmin tarixdə saat 14:33-də “Lenkeran ray. Lenkeran sheh. Eliagha Vahid kuchesi 22.” Anten daiərəisində, həmin tarixdə saat 14:36-da “Lenkeran sheh. Shehidler Khiyabani kuch” anten dairəsində, həmin tarixdə saat 14:40-dan 14:48-dək “Lenkeran ray. Lenkeran sheh. Eliagha Vahid kuchesi 22.” anten dairəsində, saat 14:50 “Lenkeran sheh. Shehidler Khiyabani kuch.” anten dairəsində və sonuncu olaraq saat 15:21-də isə “Lenkeran ray. Lenkeran sheh. Zerife eliyeva kuchesi 68.” anten dairəsində olduğu müəyyən edilmişdir. Bundan başqa diskdə olan telefon danışıqlarının statistikasından görünür ki, 04 fevral 2024-cü il tarixdə saat 13:51-də “Lenkeran ray. Lenkeran sheh. Heyder eliyev kuchesi. Lenkeran mayaki.” anten dairəsindən X5 adına olan və “Lenkeran ray. Lenkeran sheh. Eliagha Vahid kuchesi 22.” anten dairəsindəki ********** mobil nömrəsi ilə 91 saniyə müddətində danışıq, həmin tarixdə saat 14:08-də “16:35” taksi şirkətinə edlmiş zəng, həmin tarixdə saat 14:09-da taksi şirkətinə məxsus ********** nömrəsi ilə 33 saniyə, saat 14:13-də ********** nömrəsilə 69 saniyə, saat 14:15-də ********** mobil nömrəsi ilə isə 21 saniyə müddətlərində, həmin tarixdə 13:48-də “Lenkeran ray. Lenkeran sheh. Heyder Eliyev kuchesi. Lenkeran mayaki” anten dairəsindən X4 adına olan ********** nömrəsi ilə 31 saniyə, saat 14:17-də həmin anten dairəsindən 10 saniyə, saat 14:32-də “Lenkeran ray. Lenkeran sheh. Eliagha Vahid kuchesi 22.” Anten daiərəisindən 10 saniyə və saat 14:40-da 10 saniyə müddətlərində, həmin tarixdə sonuncu dəfə X6 məxsus ***-***-**-** saylı mobil nömrəsi ilə saat 15:18-də 41 saniyə müddətində telefon danışıqlar aşkar olunmuşdur. İş materiallarında olan 04 fevral 2024-cü il tarixli «şübhəli şəxs qismində tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Lənkəran rayon məhkəməsinin 06 fevravl 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs olunmasının əvvəli 04 fevral 2024-cü il tarixdən hesablanmmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən, hökmün və qərarın surətlərindən görünür ki, Məmmədli X1 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə Suraxanı rayon məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş 01 ay 21 gün hissəsindən vaxtından əvvəl şərti azad olunmuşdur. Məhkumluğu ödənilməmişdir. İş materiallarında olan 10 mart 2024-cü-ci il tarixli «maddi sübut kimi tanınma haqqında» qərarla ekspertiza tədqiqatından sonrakı qalıq 0,046 qram psixotrop maddə metamfetamin və 8,973 qram narkotik vasitə heroin və şəxsi axtarış keçirilməsinə dair 1 ədəd diskdə olan DVD disk maddi sübut kimi tanınmış, narkotik vasitə və psixotrop maddə Lənkəran ŞRPŞ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş, bir ədəd DVD disk iş materiallarına əlavə olunmuşdur. İş materiallarında olan 14 avqust 2024-cü-ci il tarixli «cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında» qərarla Təqsirləndirilən şəxs əldə etdiyi külli miqdarda narkotik vasitə heroinin əldə edilməsi mənbəyinə görə cinayət işinin materiallarından Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ayrıca cinayət işi ayrılmışdır. İş materiallarında olan 14 avqust 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarla Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 0,076 qram psixotrop maddə metamfetaminə münasibətdə barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tərkib əlamətləri olduğuna görə barəsində inzibati tədbir görülməsi üçün Lənkəran ŞRPŞ-nin İTB-nə göndərilmişdir. İş materiallrında olan 12 avqust 2024-cü il tarixli Lənkəran şəhər Psixiatriya Xəstəxanasının məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxanada qeydiyyatda yoxdur. İş materiallarında olan Lənkəran şəhər 1 saylı İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 10 avqust 2024-cü il tarixli arayışdan, xasiyyətnamədən görünür ki, Məmmədli X1 şəhəri, V.Nağıyev küçəsi 2, ev 6-da qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi arvadı, anası və qardaşından ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, işdə olan digər sənədləri və maddi sübutları CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, bu cinayətlərə görə ona ittiham verildiyi CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində o, təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli qanuna müvafiq cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsi ilə düzgün ittiham verilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarında qeyd olunur ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs hazırkı iş üzrə cinayəti Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü məhkumluğu ödənilmədən və ya götürülmədən törətmişdir. Bu Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən residiv hesab olunmalı və həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən “Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz”. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs törətdiyi əmələ görə CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək cəzalanmalıdır. Azərbaycan Respublikası CPM-in 158.3 və 158.6-cı maddələrinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə, həmçinin ev dustaqlığında saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli, onun 2022ci ildən “Opium narkomanlığı” diaqnozu ilə ərazi narkoloji xəstəxanasında qeydiyyatda olması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub- Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 0,046 qram psixotrop maddə metamfetamin və 8,973 qram narkotik vasitə heroin məhv edilməli, iş materiallarına əlavə edilmiş şəxsi axtarış keçirilməsi protokolunun görüntüsünü özündə əks etdirən 01 (bir) ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə iş üzrə 65 (altmış beş) manat məbləğində ekspertiza xərcinin Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməsini, cəzasının çəkilmə müddətinin 04 fevral 2024-cü il tarixdən başlanılmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 04 fevral 2024-cü il tarixdən hesablansın. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş «həbs» qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun, onun 2022-ci ildən “Opium narkomanlığı” diaqnozu ilə ərazi narkoloji xəstəxanasında qeydiyyatda olması nəzərə alınsın. İş üzrə 65 (altmış beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış - Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan 0,046 qram psixotrop maddə metamfetamin və 8,973 qram narkotik vasitə heroin məhv edilsin. İş materiallarına əlavə edilmiş şəxsi axtarış keçirilməsi protokolunun görüntüsünü özündə əks etdirən 01 (bir) ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəs ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Səfərli Hakimlər: Neymət Məmmədov Esmira Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar