Məhkəmə qərarları › İş №1(099)-97/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-97/2022

23.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-97/2022 23.02.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Musayev Aqil Əlisa oğlu (sədrlik edən), Quliyev Nizami Fərzi oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2 Balabəy oğlu, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 21 avqust 1970-ci il tarixdə Lənkəran rayonu, Port İliç qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməmiş, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2ış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 2021-ci ilin may ayının sonlarında Lənkəran rayonu, Liman şəhəri, 28 may küçəsində, yaşadığı evin yaxınlığında yerləşən torpaq sahəsində əkdiyi çətənə (kannabis) bitkisinin toxumlarından əmələ gəlmiş, 89 ədəd olmaqla külli miqdar təşkil edən, tərkibində narkotik maddələr olan çətənə bitkilərini qanunsuz olaraq aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə kultivasiya etmişdir. 17 avqust 2021-ci il tarixdə Lənkəran Şəhər Rayon X5 Polis Bölməsinin (bundan sonra – Liman PB) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs əkdiyi göstərilmiş yerdən yaş vəziyyətdə kökü üstə 68 ədəd və torpaqdan çıxarılmış şəkildə 21 ədəd olmaqla, cəmi 89 ədəd çətənə bitkiləri aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində özünü ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilmiş və ibtidai istintaq zamanı verdiyi ifadələrinin məzmununu təsdiq edərək göstərmişdir ki, əvvəllər qurudulmuş marixuanadan istifadə etmişdir. 2021-ci ilin may ayının sonlarında Lənkəran rayonu, Liman şəhəri, 28 may küçəsində, yaşadığı evdən təxminən 200-300 metr məsafə aralıdakı dənizkənarı yerdə yerləşən, böyürtkan kolları ilə əhatə olunmuş torpaq sahəsində əvvəlcədən əldə etdiyi çoxlu sayda çətənə bitkisinin toxumlarını əkmiş, onlardan əmələ gəlmiş çətənə bitkilərini suvarmış, onlara qulluq etmişdir. Bunu etməkdə məqsədi həmin bitkilərin qurudacağı yarpaqlarından şəxsən istifadə etmək olmuşdur. Həmin bitkilərin 89 ədədi böyümüş, 2021-ci ilin avqust ayının əvvəllərində onların 21 ədədini qurutmaq üçün kökündən çıxarıb yerə qoymuş, qalan 68 ədədini isə torpaqda kökü üstə saxlamışdır. 17 avqust 2021-ci il tarixdə polis əməkdaşları onu qanunsuz olaraq çətənə bitkiləri əkib-becərməkdə şübhəli olduğunu bildirməklə saxlamış, Liman PB-yə gətirmişlər. Orada şübhəli şəxs qismində tutulduqdan sonra videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilərkən göstərdiyi ərazidə çətənə bitkiləri əkdiyini hər hansı təsir olmadan könüllü şəkildə bildirmişdir. Polis əməkdaşları tərəfindən videoçəkiliş aparılmaqla göstərdiyi əraziyə baxış keçirilərkən 89 ədəd çətənə bitkiləri aşkar edilmiş, qablaşdırılıb götürülmüşdür. Göstərdikləri barədə tərtib edilmiş protokollara imza etmişdir. Törətdiyi cinayət əməlindən səmimi peşimandır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Liman PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində iş üzrə Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat-axtarış tədbiri və yaşadığı evin yaxınlığında yerləşən torpaq sahəsinə baxışın nəticəsi barədə sonuncu ilə eyni məzmunda göstərmiş, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq etmiş və əlavə olaraq qeyd etmişdir ki, 17 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirini sonuncunun yaşadığı evin yaxınlığında narkotik tərkibli bitkilər əkib-becərməsi barədə ona daxil olmuş əməliyyat məlumatı üzrə qəbul etdiyi qərar əsasında həyata keçirmişlər. İş üzrə keçirilmiş baxışın nəticələri barədə tərtib edilmiş protokollara imza etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Liman PB-nin polis nəfərləri Şahid2 və X3 Şahid1 ilə eyni məzmunda ifadə vermiş və ibtidai istintaq zamanı verdikləri ifadələrinin məzmununu təsdiq etmişlər. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş: - ilkin araşdırma materiallarından, yəni 17 avqust 2021-ci il tarixli əməliyyat məlumatının rəsmiləşdirilməsi barədə raport, “Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə” qərar, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və yaşadığı evin yaxınlığında yerləşən torpaq sahəsinə baxış keçirilməsi barədə protokollar, onlara əlavə edilmiş disklərin yaddaşına yazılmış videogörüntülərdən iş üzrə Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat-axtarış tədbiri, üzərinə şəxsi axtarış və yaşadığı evin yaxınlığında yerləşən torpaq sahəsinə baxışın əsası, mexanizmi və nəticəsi, bu zaman müəyyən edilmiş halların iş üzrə məhkəmə istintaqında təqsirləndirilən şəxs və şahid qismində dindirilmiş şəxslərin ifadələrində göstərilmiş qaydada baş verdiyi müəyyən edilir (səh. 3-5, 29-31, 36-38). - 17 avqust 2021-ci il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, həmin tarixdə Təqsirləndirilən şəxs Lənkəran rayonu, Liman şəhəri, 28 may küçəsində, yaşadığı evin yaxınlığında yerləşən torpaq sahəsinə baxış keçirilərkən yaş vəziyyətdə aşkar edilib götürülmüş cəmi 89 ədəd bitkilər çətənə bitkisidir. Onlara mütəmadi olaraq aqrotexniki qaydada qulluq göstərilmişdir (səh. 40). - Məhkəmə-bioloji ekspertizasının 18 avqust 2021-ci il tarixli, 19/789 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş yaş vəziyyətdə olan cəmi 89 ədəd bitki nümunələri tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən həmin bitkilərə aqrotexniki qaydada qulluq olunmuşdur. Ekspertiza xərci 65 manatdır (səh. 51-53). - Məhkəmə-narkoloji ekspertizasının 18 avqust 2021-ci il tarixli, 856 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarını tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunmuşdur. Onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Onun ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür (səh. 83). “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan çətənə növlü bitkilərin külli miqdarının aşağı həddi 16 ədəddən (31 hissə) başlayır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmənin müəyyən etdiyi məzmunda ictimai-təhlükəli hərəkətləri etməsi əməlində Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərini yaratmışdır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı özünün verdiyi etirafedici ifadələri ilə yanaşı, şahid qismində dindirilmiş Şahid1, Şahid2 və X2 ifadələri, şəxsi axtarış və torpaq sahəsinə baxış keçirilməsi haqqında 17 avqust 2021-ci il tarixli protokollar, onlara əlavə edilmiş disklərin yaddaşına yazılmış videogörüntülər, digər istintaq hərəkəti protokolları, 17 avqust 2021-ci il tarixli mütəxəssis rəyi, məhkəmə-bioloji ekspertizasının 18 avqust 2021-ci il tarixli, 19/789 nömrəli rəyi, digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış çətənə bitkiləri, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - məhkumluq haqqında tələbnamə və Lənkəran Rayon Məhkəməsinin 19 sentyabr 2019-cu il tarixli, 1(049)175/2019 nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs həmin məhkəmə hökmü ilə Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib barəsində təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını 16 oktyabr 2020-ci il tarixdə çəkib qurtarmışdır (səh. 116-123, 128). Məhkəmə Azərbaycan Respublikası CM-in 18.4.4, 83.1 və 83.3.2-ci maddələrinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə cinayət əməlini törədərkən Lənkəran Rayon Məhkəməsinin 19 sentyabr 2019-cu il tarixli hökmü ilə təqsirli bilindiyi, Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinə münasibətdə məhkumluğu ödənilməmişdir. Bu hal residiv yaratmasa da, sonuncu hazırki iş üzrə məhkumluğu olan şəxsdir. - Lənkəran ŞİHB-nın Liman şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 04 noyabr 2021-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs evlidir, arvadı və iki nəfər övladı ilə yaşamış, yaşayış yeri üzrə normal xarakterizə edilmişdir (səh. 125, 126). Göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, onun törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını, yaşayış yeri üzrə normal xasiyyətləndirilməsi və Lənkəran Rayon Məhkəməsinin 19 sentyabr 2019-cu il tarixli hökmü ilə təqsirli bilindiyi, Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinə görə məhkumluğu olan şəxs olması, hazırki iş üzrə törətdiyi cinayət əməlini etiraf etməsi və həmin əməlindən səmimi peşiman olmasından ibarət şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmadığını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki,: Cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alınan hallara əsasən Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur, Azərbaycan Respublikası CM-in 41.2ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsi üçün barəsində 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi zəruridir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə, Azərbaycan Respublikası CPM-in 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 17 avqust 2021-ci il tarixdən hesablanmalı və barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə-narkoloji ekspertizasının 18 avqust 2021-ci il tarixli, 856 nömrəli rəyi nəzərə alınaraq, Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində pul tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Lənkəran ŞRPŞ-də saxlanılan 89 ədəd çətənə bitkiləri məhv edilməlidir. İş üzrə xüsusi müsadirə təyin edilməsi üçün hər hansı əsas yoxdur. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 17 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində pul tutulub Azərbaycan Respublikasının Dövlət büdcəsinin hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınaraq Lənkəran ŞRPŞ-də saxlanılan 89 ədəd çətənə bitkiləri məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar