Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-97/2023 09.02.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Hüseynov Nahid Nəsir oğlu (sədrlik edən), Quliyev Nizami Fərzi oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxx 1975-ci ildə Sabirabad rayonu Azadkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işsiz, Sabirabad rayonu, Azadkənd kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 234.1-1-ci və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 2022-ci ilin mart ayının sonlarında yaşadığı Sabirabad rayon Azadkənd kəndində yerləşən evinin həyətində istintaqa məlum olmayan mənbədən və vaxtda əldə etdiyi 06 ədəd çətənə (kannabis) bitkisinin toxumlarını qanunsuz olaraq əkib, həmin toxumlardan sonradan bitmiş tərkibində narkotik vasitələr olan xeyli miqdarda, 06 ədəd çətənə (kannabis) bitkilərinin şitillərinə aqrotexniki qaydada qulluq etməklə kultivasiya etmiş, 2022-ci ilin iyun ayının əvvəllərindən başlamaqla, həmin bitkilərin hissələrini yığıb qurutmaqla 760 qram çəkidə satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib yaşadığı evin həyətində olan köməkçi tikilidə saxlamış, 10 avqust 2022-ci il tarixdə Sabirabad RPŞ-nin Qaragüney PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilən zaman, həyətyanı sahədə ümumi təmiz çəkisi 12000,0 qram olan, yaş vəziyyətdə xeyli miqdarda – 06 ədəd əkilib becərilməsi qadağan olunmuş tərkibində narkotik vasitələr olan çətənə (kannabis) bitkiləri, eləcə də həyətyanı sahəsində olan köməkçi tikilidə 01 ədəd plastik qabın içərisində təmiz çəkisi 760 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən, yəni CM-in 237.1-ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, qurudulmuş marixuana istifadəçisi olmuşdur. Buna görə də 6 ədəd çətənə kolunu əkmiş, həmin kollara qulluq etmişdir. Həyətyanı sahəsində aşkar edilmiş qurudulmuş marixuanaya gəldikdə isə həmin hissələr kolların altına tökülmüş əkdiyi çətənə kollarının yararsız hissələri olmuşdur. Həmin hissələri qurutmamış, sadəcə kolların saralmış yarpaqları olmuşdur. Bundan əlavə həmin kollardan birinin balaca bir budağı sındığından həmin budağı da bir neçə hissələrə bölüb saxlamışdır. Həmin hissələri çəkmək üçün toplamış, lakin onların heç bir təsiredici gücü olmamış, kolların atılmalı hissələri olmuş, lakin onları siqaret kimi çəkdiyi üçün, yəni istifadə etdiyinə görə atmamış, saxlamışdır. Həmin yarpaqları qurutmamış, ümmumiyyətlə həmin hissələr yararsız olmuşdur. Bundan əlavə həmin vaxt polis əməkdaşları əkdiyi çətənə kollarından yarpaqlar yığaraq həmin plastik qabın içinə yığıb qurudulmuş marixuana kimi rəsmiləşdirmişlər. Kənar yerdən marixuana alıb evində saxlamamış, aşkar olunmuş qurudulmuş marixuana əkdiyi bitkilərin yararsız hissələri olmuşdur. Buna görə də özünü Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsi ilə təqsirli bilir, yaşını, ailə vəziyyətini nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Cinayət işi materiallarından görünür ki, Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müvafiq olaraq 10 və 12 avqust 2022-ci il tarixlərdə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində özünü məhkəmə istintaqında qeyd etdiyindən fərqli olaraq ona qarşı irəli sürülmüş ittiham üzrə tam təqsirli bilərək göstərmişdir ki, təxminən 2-3 il əvvəl yaşadığı kənd ərazisində siqaret qutusunda içərisində 06 ədəd narkotik tərkibli marixuananın toxumlarını tapmış və toxumların çətənə bitkisinə aid olduğunu bilmiş və onun içində olan toxumları saxlamış, həmin toxumları 2022-ci ilin mart ayının sonlarında həyətyanı sahəsində əkməyə qərar vermiş, həyətyanı sahəsində 06 ədəd marixuanın toxumlarını əkib onlara gündəlik qulluq etmiş, 10 avqust 2022-ci il tarixdə polis əməkdaşları yaşadığı evə gəlib iki hal şahidi və aqronomun iştirakı ilə yaşadığı evə və həyətyanı sahəyə baxış keçirilmiş, baxış zamanı yaşadığı evin həyətyanı sahəsində 06 ədəd çətənə bitkisi aşkar edilib qablaşdırılaraq möhürlənib götürülmüş, bundan başqa yaşadığı evin həyətyanı sahəsində olan əl damından da plastik qabda qurudulmuş marixuana aşkar edilmiş və götürülmüşdür. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında yaşadığı evin həyətindəki yardımçı tikilidə aşkar edilmiş qurudulmuş marixuananın bir hissəsinin əkdiyi çətənə kollarından topladığı bitkinin yararsız hissələri olması, onları qurutmaması, qalanının isə polis əməkdaşları tərəfindən çətənə kollarının altına tökülmüş yarpaqlardan toplanılıb həmin plastik qabın içinə yığıldığını bildirməsini, beləliklə ona elan olunmuş ittiham üzrə, yəni Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməməsi ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə (qurudulmuş marixuananın bir hissəsinin əkdiyi çətənə kollarından topladığı bitkinin yararsız hissələri olması, onları qurutmaması, qalanının isə polis əməkdaşları tərəfindən çətənə kollarınnın altına tökülmüş yarpaqlardan toplanılması) təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1 və 237.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Sabirabad RPŞ-nin əməkdaşı Şahid2 ifadəsində göstərdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq edir, Sabirabad RPŞ-nin Qaragüney PB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləmiş Şahid1 10 avqust 2022-ci il tarixdə Sabirabad rayon Azadkənd kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik tərkibli bitkilərin əkib becərməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında yaradılmış əməliyyat qrupunun tərkibində olmuş, sonuncu ilə birlikdə həmin gün saat təxminən 17 radələrində Təqsirləndirilən şəxs yaşadığı evə getmiş, Təqsirləndirilən şəxs evinə və həyətyanı sahəyə baxış keçirilməsinə etiraz etməməsi barədə ərizə verdikdən sonra onun evinə və həyətyanı sahəsinə baxış keçirilmiş, baxış zamanı evin həyətyanı sahəsində xüsusi qulluq olunmuş vəziyyətdə 06 ədəd çətənə bitkisinə oxşar bitkilər və həyətyanı sahədə olan köməkçi tikilidə 01 ədəd plastik qabın içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar etmişlər. Onlarla birlikdə gələn aqronom da çətənə bitkilərinə baxıb, həmin bitkilərə qulluq olunması barədə rəy tərtib etmişdir. Aşkar edilmiş 06 ədəd çətənə bitkiləri və 01 ədəd plastik qabın içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə qablaşdırılıb möhürlənib götürülmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs şifahi sorğu zamanı onlara çətənə bitkilərini özü istifadəsi üçün əkdiyini, qurudulmuş marixuananı isə istifadə etmək üçün topladığını və qurutduğunu etiraf etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 İbrahim oğlu ifadəsində göstərdi ki, polis əməkdaşları Təqsirləndirilən şəxs evində olarkən zəng edərək onu hal şahidi kimi iştirak etmək üçün çağırmışlar və o, da həmin həyətə gedəndə polis əməkdaşları evdə olmuş, həyətdə altı çətənə bitkisi ağacı olduğunu görmüş, plastik qabda olan bitki hissələrinin isə ona aid olmadığını bildirmişdir. Onun dediklərindən başa düşmüşdür ki, çətənə ağaclarını əkdiyini etiraf etmiş, lakin qabda olan kütləni o, toplamadığını bildirir. Plastik qabda olan bitkiləri ağacdan yeni toplanmış bitkilərə oxşatmış, içində qurudulmuş yarpaqlar olsa da hamısının qurumuş olmasını görməmişdir. Yaxın qohumu rəhmətə getdiyi üçün aşkar olunmuş bitkilərin və qabda olan bitkilərin qablaşdırılmasında iştirak etməmiş, yazılmamış, boş kağızlara imza edib həyətdən tez çıxmışdır. Cinayət işi materiallarından görünür ki, Azərbaycan Respublikası CPM-in 329.1-ci maddəsinə əsasən (şahidin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Şahid4 İbrahim oğlunun ibtidai araşdırma zamanı 02 oktyabr 2022-ci il tarixdə verdiyi ifadəsində məhkəmə istintaqında qeyd etdiyindən fərqli olaraq göstərmişdir ki, 10 avqust 2022-ci il tarixdə saat 17 radələrində polis əməkdaşları onu küçədə görüb Sabirabad rayon Azadkənd kənd sakini Təqsirləndirilən şəxs həyətində və həyətyanı sahəsində narkotik vasitə olan çətənə bitkiləri əkməsi və narkotik vasitə saxlaması barədə məlumat aldıqlarını və həmin şəxsin həyətinə, həyətyanı sahəsindəki tikililərə və yaşadığı evə baxış keçirəcəklərini bildirmiş, onun da hal şahidi qismində iştirak etməyini təklif etmişlər. O, da baxış keçirilən zaman hal şahidi qismində iştirak etməyə heç bir etiraz etmədiyini və baxış keçirilən zaman hal şahidi qismində iştirak etmək istədiyini bildirmiş, ondan başqa polis əməkdaşları bir nəfər şəxsi də hal şahidi qismində dəvət etmişlər. Bundan sonra polislərlə birlikdə Təqsirləndirilən şəxs yaşadığı evə getmiş və ev sahibini çağırmışlar. Ev sahibi olan Təqsirləndirilən şəxs həyətinə baxış keçirilməsinə etiraz etməmiş və bu barədə ərizə yazmış, bundan sonra onun digər hal şahidinin, aqronom mütəxəssisin və polis əməkdaşlarının iştirakı ilə həyətyanı sahəyə baxış keçirilmiş, oradan 06 ədəd çətənə bitkiləri və həyətyanı sahəsində olan köməkçi tikilidə 01 ədəd plastik qabın içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmiş, aqronom da çətənə bitkilərinə baxıb, həmin bitkilərə qulluq olunması barədə rəy tərtib edib polis əməkdaşlarına vermiş, aşkar edilmiş 06 ədəd çətənə bitkiləri və 01 ədəd plastik qabın içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə qablaşdırılıb DİN-nin 139 saylı möhürü ilə möhürlənib, götürülmüş, Həmin vaxt Təqsirləndirilən şəxs şifahi sorğu zamanı polis əməkdaşlarına çətənə bitkilərini özü istifadəsi üçün əkdiyini etiraf etmişdir. Məhkəmə Şahid4 İbrahim oğlunun məhkəmə istintaqında Təqsirləndirilən şəxs evində baxış keçirilərkən hal şahidi qismində sənədlərə imza edib getdiyini, aşkar edilmiş bitkilərin və kütlənin qablaşdırılıb möhürlənməsində iştirak etmədiyi barədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, təqsirləndirilən şəxsləri müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə şahidin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Şahid4 İbrahim oğlu məhkəmə istintaqında belə ifadə verməklə təqsirləndirilən şəxsi cinayət məsuliyyətindən və cəzadan yayındırmaq, eləcə də məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmunu təsdiq edir. Bundan əlavə bildirmişdir ki, Təqsirləndirilən şəxs həyətinə baxış keçirilərkən hal şahidi kimi iştirak etmiş, həmin həyətdən çətənə bitkisi kolları və plastik qabda yarı qurudulmuş marixuana yığılmasını görmüş, Təqsirləndirilən şəxs bitkiləri özü əkdiyini, lakin qurudulmuş marixuananın ona aid olmadığını bildirmiş, aşkar olunmuş bitkilər və qabda olan bitki hissələri qablaşdırılaraq götürülmüş, o, da protokola imza etdikdən sonra həyətdən çıxmışlar. Plastik qabda aşkar olunmuş bitkilərin bir hissəsi qurudulmuş, bir hissəsi az qurudulmuş olmuşdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş, sonuncunun narkotik vasitələrin istifadəsi və satmasına dair əməliyyat məlumatının rəsmiləşdirilməsi haqqında 10 avqust 2022-ci il tarixli raport, “Əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə” qərar, Təqsirləndirilən şəxs tərəfindən tərtib edilmiş yazılı ərizə, onun Sabirabad rayonu, Azadkənd kəndində yaşadığı evə və həyətyanı sahəsinə baxış keçirilməsi barədə protokol və ona əlavə edilmiş fotoçəkilişlərdən iş üzrə Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat-axtarış tədbiri, yaşadığı evə və həyətyanı sahəsinə baxışın əsası, mexanizmi və nəticələri, bu zaman müəyyən edilmiş halların iş üzrə məhkəmə istintaqında şahid qismində dindirilmiş şəxslərin ifadələrində göstərilmiş qaydada baş verdiyi müəyyən edilir. (i.v .4-8;17-21) -“ baxış keçirilməsi” haqqında 10 avqust 2022-ci il tarixli protokoldan və istintaq hərəkətinin protokoluna əlavə olunmuş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evə, həyətyanı sahəsinə və həyətdəki tikililərə baxış keçirilən zaman, həyətyanı sahədə qanunsuz olaraq əkib yetişdirməklə kultivasiya etdiyi xeyli miqdarda - 06 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri və 01 ədəd plastik qabın içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunub götürülmüşdür. . (i.v 17-21) -10 avqust 2022-ci il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, həmin tarixdə Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən aşkar edilmiş 06 ədəd bitkilər çətənə bitkiləridir, bitkilərin aqrotexniki qaydada becərildiyi müəyyən olunur. (i.v. 22) -“cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” 10 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:00-da şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 31 ) -Məhkəmə bioloji ekspertizasının 11 avqust 2022-ci il tarixli, 18/853 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs.. həyətyanı sahəsinə baxış...” sözləri və imzalar olan 02 ədəd sintetik torbadakı cəmi 06 ədəd, nəm vəziyyətdə ümumi təmiz çəkisi- 12000,0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisidir və 01 ədəd polietilen torbada olan təmiz çəkisi-760,0 qram olan kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Aqronomun rəyinə əsasən təqdim olunmuş şitillərə aqrotexniki qaydada qulluq olunmuşdur.Tədqiqata təqdim edilmiş 06 ədəd çətənə bikiləri və qurudulmuş marixuana tərkiblərinə görə eynidirlər. (i.v. 45-48). -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 12 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1 və 237.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. ( i.v. 56-57) -Sabirabad rayon Məhkəməsinin 12 avqust 2022-ci il traixli, 4(056)-72/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 10 avqust 2022-ci il tarixdən hesablanmışdır. (i.v. 70-72) -Ambulator məcburi narkolji tibbi yoxlamanın 03 noyabr 2022-ci il tarixli, 6562 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetdə profilaktik qeydiyyata alınması məsləhət görülür. (i.v. 101-102) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlili, yəni: -məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs qurudulmuş marixuananın bir hissəsinin əkdiyi çətənə kollarından topladığı bitkinin yararsız hissələri olması, onları qurutmaması, qalanının isə polis əməkdaşları tərəfindən çətənə kollarının altına tökülmüş yarpaqlardan toplanılması barədə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi həqiqətə uyğun deyil, onun müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq törətdiyi cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Təqsirləndirilən şəxs tərəfindən qeyd edilən ifadə özünü müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən habelə istintaq hərəkəti protokolu, protokola əlavə edilmiş videoçəkiliş, şahid ifadələri, ekspertiza rəyləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadəni bu hissədə (marixuananın bir hissəsinin əkdiyi çətənə kollarından topladığı bitkinin yararsız hissələri olması, onları qurutmaması, qalanının isə polis əməkdaşları tərəfindən çətənə kollarınnın altına tökülmüş yarpaqlardan toplanılması) inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Belə ki, təqsirləndirilən şəxs ilk öncə baxış keçirilərkən şifahi nitqində, daha sonra dövlət vəsaiti hesabına dəvət edilmiş müdafiəçisinin iştirakı ilə verdiyi şübhəli və təqsirləndirilən şəxs qismində ifadələrində aşkar edilmiş qurudulmuş marixuananın yararsız olması və ya polis əməkdaşları tərəfindən toplanması barədə hər hansı ifadə işlətməmiş, bu barədə heç bir fikir bildirməmiş, əksinə etirafedici ifadələr verərək elan edilmiş ittihamla tam razı olduğunu bildirmişdir. Həmçinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Sabirabad RPŞ-nin yuxarıda adı qeyd edilən əməkdaşı da ifadəsində bir daha təsdiq etmişlər ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində əkdiyi narkotik tərkibli bitkiləri və yardımçı tikilidə saxladığı qurudulmuş marixuananı özü təqdim etmiş, eləcə də şifahi sorğu zamanı çətənə bitkilərini şəxsən əkdiyini, qurudulmuş marixuananı şəxsi istifadəsi üçün saxladığını bildirmiş, qurudulmuş marixuananın barədə hər hansı etirazı olmamışdır. Bundan əlavə məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə bioloji ekspertizasının 11 avqust 2022-ci il tarixli, 18/853 nömrəli rəyində də göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs.. həyətyanı sahəsinə baxış...” sözləri və imzalar olan 02 ədəd sintetik torbadakı cəmi 06 ədəd, nəm vəziyyətdə ümumi təmiz çəkisi- 12000,0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisidir və 01 ədəd polietilen torbada olan təmiz çəkisi- 760,0 qram olan kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş 06 ədəd çətənə bikiləri və qurudulmuş marixuana tərkiblərinə görə eynidirlər. Bu hal da Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi kimi həmin kütlənin çətənə bitkilərinin istifadəyə yararsız hissəsi olmasını inkar edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxslərin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla yuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin qeyd edilən hissəsini (aşkar olunan qurudulmuş marixuananın bitkilərin yarasız hissələri olması, qalan hissəsinin polis əməkdaşları tərəfindən toplanılması) özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Avropa İnsan Hüquqları Məhkəməsinin “X2rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi izahat və ifadələrini müdafiəçisinin iştirakı ilə və hər hansı təsirə məruz qalmadan bildirdiyinə, işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. Məhkəmə bu fikrin məntiqi davamı olaraq, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin yuxarıda qeyd edilən hissələrini müvafiq cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyan ifadə kimi qiymətləndirib sübut kimi nəzərə almır. İş üzrə Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama, həmin Məcəllənin 237.2.3-cü maddəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) cinayət əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən çətənə növlü bitkilər tərkibində narkotik maddələr olan bitki, qurudulmuş marixuana isə narkotik vasitə hesab edilir. Qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan çətənə növlü bitkilərin külli miqdarının aşağı həddi 02 ədəddən (4 hissə) başlayır. Qurudulmuş marixuananın şəxsi istehlak miqdarından (qramla) artıq miqdarının yuxarı həddi 5,0 qram, külli miqdarının (qramla) isə aşağı həddi 500,0 qramdır. Azərbaycan Respublikası Konstiyusiya Məhkəməsinin Plennumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin həmin Məcəllənin 237-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə şəxs tərkibində narkotik maddələr olan bitkilərin kultivasiya edilməsi prosesi çərçivəsində onları (onların hissələrini) toplamaqla yanaşı Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin dispozisiyasından kənara çıxan cinayət xarakterli hərəkətlərə yol verərsə, yəni həmin Məcəllənin 237-ci maddəsi ilə onun əməllərini tamamilə əhatə etmək mümkün olmadıqda, həmin hərəkətləri cinayətlərin məcmusu qaydasında Cinayət Məcəlləsinin 237-ci maddəsi ilə yanaşı həm də Məcəllənin digər müvafiq maddələri ilə tövsif edilməlidir. Başqa sözlə, toplanılan narkotik tərkibli bitkilərdən (onların hissələrindən) satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda və yaxud satış məqsədi ilə istənilən miqdarda narkotik vasitənin hazırlanması və bundan sonra onun saxlanılması, daşınması, göndərilməsi, emal edilməsi, satılması üzrə hərəkətlər təqsirkarın əməllərinin Cinayət Məcəlləsinin 237-ci maddəsi ilə yanaşı, həmin Məcəllənin 234-cü maddəsi ilə tövsif edilməsini tələb edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun (bundan sonra – Ali Məhkəmənin Plenumu) “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli Qərarında izah olunmuşdur ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması dedikdə – həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik tərkibli bitkilərdən, dərmanlardan, kimyəvi və digər maddələrdən istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin və psixotrop maddələrin alınmasına (bilavasitə hazırlanmasına) qəsdən yönəlmiş hərəkətlər başa düşülür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 760 qram olmaqla külli miqdarda qurudulmuş marixuananı əkdiyi narkotik tərkibli çətənə bitkilərindən toplaması, bundan sonra həmin bitkiləri qanunsuz olaraq istifadə etmək üçün hazırlaması, istifadə etmək üçün yararlı hala gətirməsi və yaşadığı evin həyətindəki yardımçı tikilidə saxlaması, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin dispozisiyasından kənara çıxan cinayət xarakterli hərəkətlərə yol verməsi əməli Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində, 06 ədəd olmaqla xeyli miqdar təşkil edən çətənə (kannabis) bitkilərini qanunsuz olaraq əkmə və yetişdirməklə kultivasiya etməsi əməlində isə Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin tərkib əlamətlərini yaratmışdır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1 və 237.1-ci maddələrində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməllərini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı özünün verdiyi qismən etirafedici ifadələri ilə yanaşı, şahid qismində dindirilmiş Şahid2, Şahid3 və Şahid4 İbrahim oğlunun ifadələri, Təqsirləndirilən şəxsun yaşadığı evə və həyətyanı sahəsinə baxış keçirilməsi barədə 10 avqust 2022-ci il tarixli protokol, digər istintaq hərəkəti protokolları, mütəxəssis rəyi, məhkəmə-bioloji ekspertizasının 11 avqust 2022-ci il tarixli, 18/853 nömrəli rəyi və digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış qurudulmuş marixuana və çətənə bitkilərinin qalıqları ilə tam sübut edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1 və 237.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin bütün zəruri tərkib əlamətləri var. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 234.1-1 və 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v. 90) -Sabirabad rayon İcra Hakimiyyəti Başçısının Azadkənd kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 11 oktyabr 2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs subaydır, ailə tərkibi 1942-ci il təvəllüdlü anasından ibarətdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sabirabad rayon İcra Hakimiyyəti Başçısının Azadkənd kənd İƏD üzrə nümayəndəsi Şahid3 tərəfindən yaşayış yeri üzrə müsbət səciyyələndirilmişdir. (i.v. 93-94). Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2, 58.3-cü maddələrini rəhbər tutaraq hazırki iş üzrə törətdiyi cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, törədilməsi halları, ağırlığı və nəticələrini, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsindən ibarət şəxsiyyətini xarakterizə edən halı, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alıb təyin olunacaq cəzanın islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-in 234.1-1 və 237.1-ci maddələrinin sanksiyası həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən təyin edilməlidir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə, Azərbaycan Respublikası CPM-in 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 10 avqust 2022-ci il tarixdən hesablanmalı və Sabirabad Rayon Məhkəməsinin 12 avqust 2022-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə-narkoloji ekspertizasının 03 noyabr 2022-ci il tarixli, 6562 nömrəli rəyi nəzərə alınaraq, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 31,95 (otuz bir manat, doxsan beş qəpik) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 31,95 (otuz bir manat, doxsan beş qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sabirabad RPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 759,90 qram narkotik vasitə qurudulmuş marixuana və 06 ədəd çətənə bitkisi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, həmçinin “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1 və 237.1 -ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 04 (dörd) il, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 10 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 31,95 (otuz bir manat, doxsan beş qəpik) manat məbləğində pul tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınaraq Sabirabad Rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağında saxlanılan 6 ədəd çətənə (kannabis) bitkiləri və ekspertiza tədqiqatından sonra qalıq qalmış 759,90 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-97/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-97/2023
09.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver