Məhkəmə qərarları › İş №1(099)-97/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-97/2024

12.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-97/2024 12.02.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X13, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2 və müdafiəçilər- Lənkəran Rayon Vəkil Bürosunun vəkilləri- Müdafiəçi2, Müdafiəçi1 və Müdafiəçi3 iştirakı ilə xx xxxx 1999-cu ildə Sabirabad şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Sabirabad rayonu, Sabirabad şəhəri, 20 Yanvar küçəsi ev 15, mənzil 6-da qeydiyyatda olmaqla, Sabirabad rayonunun Qalaqayın kəndində müvəqqəti yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx xxxx 1999-cu ildə Sabirabad şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, Sabirabad rayonu, Sabirabad şəhəri, M.H.Şəhriyar küçəsi, ev 41-də qeydiyyatda olmaqla, Sabirabad rayonunun Qalaqayın kəndində müvəqqəti yaşayan və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx xxxxxx 1985-ci ildə Sabirabad şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Azərbaycan Respublikası CM-nin 177.1, 181.2.2, 181.2.2 və 182.2.2-ci maddələri ilə məhkum olunmuş və məhkumluğu olan, Sabirabad rayonu, Sabirabad şəhəri, V.Əhmədov küçəsi dalan 4, ev 13-də qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs1 qeyri-rəsmi ər-arvad münasibətində olduğu tanışı Təqsirləndirilən şəxs3 ilə öz aralarında və digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında, qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin əldə olunması, saxlanılması, daşınması və satışı barədə razılığa gələrək və bu niyyətlərini həyata keçirmək məqsədlə onlar külli miqdarda-10,186 qram narkotik vasitə olan heroini və külli miqdarda-8,252 qram psixotrop maddə olan metamfetamini bilavasitə tanışları Təqsirləndirilən şəxs2 satmaq məqsədi ilə qanunsuz olaraq birgə əldə edib, üzərində daşıyaraq 27 fevral 2023-cü il tarixdə külli miqdarda-10,186 qram narkotik vasitə olan heroini və külli miqdarda-8,252 qram psixotrop maddə olan metamfetamini Təqsirləndirilən şəxs2 564 manat pul müqabilində satmış, sonuncu isə narkotik və psixotrop maddələrin əldə edilməsi qarşılığında metamfetaminin 2,175 qramını və heroinin 0,717 qramını onlara vermiş və onlar birgə əldə etdikləri 2,175 qram metamfetamini və 0,717 qram heroini Təqsirləndirilən şəxs3 üzərində saxlamaqla daşıyaraq yaşadıqları Sabirabad rayonunun Qalaqayın kəndində birgə yaşadıqları evlərinə gətirmişlər. 28 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3 ilə birgə əldə etdikləri heroindən 0,185 qramını və əldə etdikləri metamfetamindən 0,192 qramını taksi sürücü X3 taksi xidməti qarşılığından pul əvəzi olaraq vermişlər. Daxil olmuş əməliyyat məlumatı əsasında 28 fevral 2023-cü il tarixdə, saat 19 radələrində Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Rüstəm Abdullayevin idarə etdiyi VAZ-2105 markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobildə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 sərnişin qismində olduqları vaxt Sabirabad rayonunun Qalaqayın kəndində onlar saxlanılmış və Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış zaman 2 ədəd bükümdə ayrı-ayrılıqda 0,289 qram və 0,243 qram olmaqla cəmi 0,532 qram narkotik vasitə olan heroin və 4 ədəd bükümdə ayrı-ayrılıqda 0,120 qram, 0,090 qram, 0,886 qram və 0,887 qram olmaqla cəmi 1,983 qram psixotrop maddə olan metamfetamin aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik və psixotrop maddələri əldə etməsi üçün tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə razılaşıb 27 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 verdiyi bank kartına 564 manat pul köçürdükdən sonra 28 fevral 2023-cü il tarixdə, saat 03 radələrində Bakı şəhərində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə görüşüb onlardan satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda-10,186 qram narkotik vasitə olan heroin və külli miqdarda-8,252 qram psixotrop maddə olan metamfetamin alaraq əldə etmiş və həmin narkotik və psixotrop maddələrin əldə etməsində köməklik etdikləri üçün əldə etdiyi metamfetaminin 2,175 qramını və heroinin 0,717 qramını Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 vermiş, bundan sonra narkotik və psixotrop maddələrin qalan hissələri-9,949 qram heroini və 6,077 qram metamfetamini üzərində daşıyıb yaşadığı Sabirabad şəhəri, V.Əhmədov küçəsi dalan 4, ev 13 ünvanında olan evinə aparıb saxlamışdır. Daxil olmuş məlumat əsasında 28 fevral 2023-cü il tarixdə, saat 22 radələrində Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 yaşadığı Sabirabad şəhəri, V.Əhmədov küçəsi dalan 4, ev 13-də olan fərdi yaşayış evinə baxış zamanı evin yataq otağında bir ədəd karton qutunun içərisində bir ədəd sellofon torbacıqda 9,469 qram narkotik vasitə olan heroin və bir ədəd sellofon torbacıqda 6,077 qram psixotorop maddə olan metamfetamin aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, o, Sabirabad şəhəri, 20 Yanvar küçəsi ev 15, mənzil 6-da qeydiyyatda olmaqla yaşamış, sonradan isə Təqsirləndirilən şəxs3 ilə ər-arvad münasibətində olmaqla onunla birlikdə Qalaqayın kəndində müvəqqəti yaşamış və heç bir yerdə işləməmişdir. Təqsirləndirilən şəxs2 tanıyır, münasibəti yaxşı olmuşdur. Qardaşı cəzaçəkmə müəssisəsində cəza çəkir və o, qardaşının yanına getməsi üçün Feyruzdan 500 manat pul borc istəmiş, sonra o, Elnarə ilə birlikdə Bakı şəhərinə gedib Feyruzla görüşmüşlər. Bakıda Feyruzla görüşəndə onlar birlikdə narkotik vasitədən istifadə etmişlər. O, borc pulla bağlı Feyruzla görüşmüş, aralarında narkotik maddələrin alqısatqısı ilə bağlı danışıq və razılaşması olmamışdır. O, Feyruzla görüşəndən sonra 27 fevral 2023-cü il tarixdə tanışı Feyruz həmin pulu onun göndərdiyi bank kartına köçürmüşdür. O, tanımadığı şəxsdən 1 qram metamfetamin, həmçinin az miqdarda marixuana almış və Bakı şəhərində oteldə Feyruzla görüşərkən həmin narkotikləri birlikdə istifadə etmişlər. Bakı şəhərində qardaşı ilə bağlı məsələni həll etdikdən sonra Elnarə ilə birlikdə Sabirabada qayıtmışlar. 28 fevral 2023-cü il tarixdə Elnara ilə birlikdə tanışı taksi sürücü Rüstəmin maşını ilə marketə gedərkən yolda polis əməkdaşları onları tutmuşdur. Həmin vaxt maşında o, Elnarə, Etibar olmuş, maşını Rüstəm idarə etmişdir. Sonra polis əməkdaşları onu, Elnarəni, Etibarı və Rüstəmi maşınla birlikdə polis şöbəsinə aparmışlar. Tutulan vaxt onun üzərində heç bir narkotik maddə olmamış, polis şöbəsində üzərəində axtarış zamını da üstündən heç bir narkotik maddə aşkar olunmamış, həmçinin onun Elnarənin üzərində narkotik maddə olması barədə məlumatı olmamışdır. Maşında aşkar olunan 3 bükümdə narkotik maddə Rüstəmə aid olmuşdur. Rüstəmin həmin narkotik maddəni harada əldə etməsi barədə məlumatı yoxdur, o, Rüstəmə narkotik maddə verməmişdir. Polis şöbəsində ona qarşı təzyiqlər olduğu üçün o, Rüstəmə narkotik maddə verdiyini, həmçinin Elnarənin üzərində aşkar olunmuş narkotik maddəni ona saxlamaq üçün verdiyini bildirmişdir. Əslində isə həmin narkotik maddələr ona məxsus deyil və o, Rüstəmə narkotik maddə verməmiş, həmçinin üzərində saxlaması üçün Elnarəyə narkotik maddələr verməmişdir. O, Bakı da Feyruzla görüşərkən ona narkotik maddə verməmiş, lakin əldə etdiyi 2-3 qram narkotiki birlikdə istifadə etmişlər. O, “Şahmar” adlı iranlını tanımamış, narkotiklə bağlı iranlı ilə vatsapda danışığı olmamış və iranlı ona bank kartının nömrəsini verməmişdir. O, bir nəfər tanışının bank kartının nömrəsini Feyruza göndərmiş, Feyruz da həmin bank kartı ilə ona 563 manat pul göndərmişdir. Tutulan vaxt maşının ayaqaltı hissəsində aşkar olunan narkotik maddə Etibara məxsus olmuş, həmin narkotik maddəni Etibarın haradan əldə etməsi barədə məlumatı yoxdur. Elnarənin üzərində aşkar olunan və ona məxsus olması deyilən 6 bükümdə narkotik maddə ona məxsus deyil. İbtidai istintaq zamanı ona qarşı təzyiqlər olmuş və o, təzyiq altında ifadə vermişdir. Ona görə də o, ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etmir. O, narkotik maddələrdən istifadə etsə də, narkotiklərin satışı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs1 əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün (CPM-nin 327.1.3-cü maddəsinə əsasən) məhkəmdə Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərmişdir ki, o, heç bir yerdə işləmir. Təxminən 3-4 aydır ki, “şüşə” deyilən metamfetamindan istifadə etməyə başlamışdır. Sabirabad şəhər sakini Rüstəmi taksi sürücüsü kimi 2-3 ildir ki, tanıyır, Rüstəm də narkotik maddələr istifadəçisidir. Harasa getmək lazım olanda o, taksi sürücüsü kimi Rüstəmi çağırıb onun avtomobilindən istifadə etmişdir. O, Sabirabad şəhər sakini Təqsirləndirilən şəxs2la Rüstəmin vasitəsilə tanış olmuşdur. Rüstəm ona Feyruzun pulu olduğunu və onun (Feyruz) üçün narkotik maddə təşkil edib gətirməsini bildirmişdir. 26 fevral 2023-cü il tarixdə, 18 radələrində Rüstəm avtomobilinə onu və Elnarəni götürüb Sabirabad şəhərində Feyruzun yaşadığı ev olan küçəyə aparmışdır. Rüstəm Feyruzu küçəyə çağırıb onunla tanış etmiş, sonra o, Feyruzla söhbət edib ona demişdir ki, pul versə və o narkotik alıb gətirsə, o (Feyruz) da həmin narkotikdən ona da verəcəkdir. Feyruz razılaşmış və o, narkotik maddə tapsa xəbər edəcəyini bildirib Feyruzun mobil telefon nömrəsini götürmüşdür. Sonra Rüstəm onu və Elnarəni kirayə qaldıqları evə gətirmişdir. O, instaqram səhifəsində bir nəfər İran vətəndaşı ilə tanış olmuş və həmin şəxs ona narkotik lazım olarsa əlaqə saxlamağı demişdir. 27 fevral 2023-cü il tarixdə o, həmin şəxslə votçapla əlaqə saxlayıb narkotik lazım olduğunu bildirmiş, o da ona kart nömrəsini göndərmiş ki, pulu həmin karta yükləsin. Sonra o, həmin kartın nömrəsini Feyruza votçapla göndərmiş, Feyruz həmin karta 564 manat pul köçürmüşdür. Bundan sonra o, iranlı ilə danışmış və iranlı onun mobil telefonuna narkotiki götürəcəyi məkanın ünvanı göndərmişdir. 27 fevral 2023-cü il tarixdə, saat 21 radələrində o, Elnarə ilə birlikdə yol maşını ilə Bakı şəhərinə “X25”nun yaxınlığına gedib, həmin ərazidə, deyilən ünvanda yerləşən binanın qarşısındakı stolun altında gizlədilmiş bir ədəd sellofan torbanın içərisində 2 ədəd sellofon bükümdə heroin və metamfetamini götürdükdən sonra Feyruzla telefon əlaqəsi saxlayıb narkotiki aldığını bildirmiş, Feyruz da Bakı şəhərində “Ağ otel”də olduğunu, ora gəlməsini demişdir. Bundan sonra o, Elnarə ilə birlikedə “Ağ otel”ə gedib Feyruzla görüşmüş və aldığı təxminən 10 qram heroin və metamfetamini Feyruza vermiş, Feyruz da əvəzində həmin heroindən və metamfetamindən 1,5-2 qram Elnarə ilə ona pay olaraq vermişdir. Otelin otağında o, Feyruzun verdiyi heroin və metamfetamini Elnarəyə vermişdir ki, saxlasın sonra birlikdə qəbul edərlər. Sonra o, Elnarə ilə birlikdə “20 Yanvar dairəsi”ndə taksiyə minib Sabirabad rayonuna Elnarənin yaşadığı evə qayıtmışlar. Səhərisi gün, yəni 28 fevral 2023-cü il tarixdə tanışı Etibar ona zəng etdikdən sonra Elnarəgilə gəlmişdir. Evdə o, Elnarə və Etibar birlikdə metamfetamin qəbul etmişlər. Sonra o və Elnarə “Bazar Stora” bazarlıq etməyə getmək üçün taksi sürücüsü Rüstəmi çağırmış, Rüstəm də gəlib onları (onu, Elnarəni və Etibarı) avtomobilinə götürmüş, o və Elnarə arxada, Etibar isə qabaq oturacaqda oturmuşdur. Həmin vaxt Rüstəm ondan metamfetamin istəmiş, o da Elnarədən 3 xırda büküm metamfetamini götürüb Rüstəmə vermişdir. O, Rüstəmə metamfetamini pulsuz olaraq vermişdir. Onlar avtomobillə yol gedərkən polis işçiləri avtomobili saxlatmış, həmin vaxtı Etibar üzərində olan narkotiki avtomobilin içərisinə atıb qaçıb getmişdir. Polis işçiləri Rüstəmin avtomobili ilə birlikdə onları Sabirabad RPŞ-nə aparmışlar. Polis şöbəsində Rüstəmin “VAZ-2105” markalı avtomobilinə baxış keçirilən zaman avtomobilin kül qabı hissəsində Rüstəmə məxsus 2 büküm metamfetamin və 1 büküm heroin, avtomobilin ayaqaltı hissəsində isə Etibarın qaçarkən atdığı balaca boz rəngli kisənin içərisindəki kibrit qutusunda 1 büküm metamfetamin və 1 büküm heroin aşkar edilmiş və həmin kütlələr ayrı-ayrılıqda qablaşdırılıb götürülmüşdür. Polis şöbəsində ona məlum olmuşdur ki, Elnarənin üzərində axtarış aparılan zaman birgə istifadə etmək üçün Elnarədə verdiyi dörd büküm metamfetamin və iki büküm heroin aşkar edilərək götürülmüşdür. Özünün üzərində şəxsi axtarış zamanı qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. O, tanış olduğu İran vətəndaşının dəqiq adını və soyadını bilməmiş, internet vasitəsilə danışan zaman həmin şəxs adının “Şahmar” olmasını demişdir. İstifadəsində olan 055/401-21-51 saylı telefon nömrəsi ilə, yalnız internet vasitəsi ilə “Şahmar” adlı iran vətəndaşı ilə danışmışdır. İstifadə etdiyi həmin smartfon telefonunu Bakı şəhərində tanımadığı şəxsə satmışdır. İran vətəndaşı ilə danışıb ondan tanışı Feyruz üçün narkotik maddə əldə etməyi barədə qabaqcadan Elnarənin məlumatı olmuş, ona görə də Elnarə ilə birlikdə Bakı şəhərinə getmiş və Bakı şəhərində 2 ədəd bükümdə əldə etdiyi narkotik və psixotrop maddələri saxlaması üçün Elnarəyə vermişdir. Fikirləşmişdir ki, Elnarə qadın olduğuna görə heç kim ondan şübhələnməz. Onun və Elnarənin bu işdə əsas marağı Feyruza malı verdikdən sonra qarşılığında istifadələri üçün narkotik və psixotrop maddələr əldə etmək olmuşdur. Onun Feyruza “mal” (narkotik və psixotrop maddələr) təşkil etməsini və buna görə Feyruzun ona pay olaraq narkotik və psixotrop maddələr verməsini Rüstəm də bilmişdir. Ona görə də Rüstəm istifadə etməsi üçün ondan narkotik maddə istədiyindən o, 2 ədəd kağız bükümdə metamfetamin və 1 ədəd kağız bükümdə heroini taksi sürücüsü kimi Rüstəmə yol haqqının əvəzi olaraq vermişdir. Təqsirləndirilən şəxs3 üzərinə şəxsi axtarış zamanı aşkar edilmiş 4 ədəd bükümdə metamfetamin və 2 ədəd bükümdə heroin ona və Elnarəyə məxsusdur və o, həmin maddələri Elnarəyə saxlaması üçün vermişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etməyib əlavə ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsində Elnarənin üzərində aşkar olunan narkotik maddələrin ona məxsus olması, həm də Feyruza narkotik maddə alması üçün ondan pul götürməsi, narkotik maddə alıb Feyruza verməsi və Feyruzun ona narkotik maddələrdən pay olaraq verməsi barədə yazılanları təsdiq etmir. İbtidai istintaq zamanı polis əməkdaşlarının ona qarşı təzyiqləri olmuş və təzyiq altında ifadə vermişdir. Ona görə də o, ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etmir. O, “Şahmar” adlı iranlını tanımamış, narkotiklə bağlı həmin şəxslə danışığı olmamış, iranlı ona bank kartının nömrəsini verməmiş və o, bu şəxsdən narkotik maddə almamış, Feyruza da heç bir narkotik maddə verməmiş və narkotik maddə alması üçün kiminləsə cinayət əlaqəsinə girməmişdir. İstifadəsində 50/730-02-91 saylı mobil telefon nömrəsi olmuş və həmin telefon nömrəsinə gələn və gedən mesajlar və səs yazaları barədə heç nə xatırlamır, ola bilsin ki, o, Feyruzdan borc pul alması ilə bağlı aralarında telefonla belə yazışmalar olmuşdur. O, narkotik maddələrdən istifadə etsə də, narkotiklərin satışı ilə məşğul olmamış, narkotik maddələrdən istifadə etdiyi üçün özünü təqsirli bilir və əməlindən peşmandır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib ifadəsində göstərmişdir ki, o, Sabirabad şəhəri, Şəhriyar küçəsi, ev 41-də qeydiyyatda olmaqla, Sabirabad rayonun Qalaqayın kəndində anası və bir azyaşlı uşağı ilə birlikdə müvəqqəti yaşayır, heç bir yerdə işləmir. Əvvəllər Elmir adlı şəxslə evli olmuş, sonra həmin şəxsdən ayrılmışdır. Hazırda subaydır, lakin Təqsirləndirilən şəxs1la ər-arvad münasibətində olmaqla onunla birlikdə Qalaqayın kəndində yaşamışdır. O, 2020-ci ildən metamfetamindən istifadə etməyə başlamış, heroindən istifadə etməyə isə ona Mirsahib öyrətmişdir. Mirsahib narkotik maddələrdən istifadə edən, həm də narkotik satan şəxsdir. Təqsirləndirilən şəxs2 tanıyır, aralarında dostluq münasibəti vardır, Feyruz da narkotik istifadəçisidir, lakin Feyruz narkotik satan şəxs deyil. Tutulmamışdan bir gün əvvəl (27 fevral 2023-cü il tarixdə) o, Mirsahiblə birlikdə Bakı şəhərinə getmiş və tanımadığı yerdən Mirsahib narkotik maddə götürmüş, həmin narkotik maddəni ona saxlamaq üçün vermişdir ki, qadın olduğu üçün ondan heç kim şübhələnməz. Sonra o, Mirsahiblə birlikdə Bakı şəhərində tanamadığı otelə getmiş, orada Mirsahib narkotik maddələri Feyruza vermiş, Feyruz da onlara istifadələri üçün az miqdarda narkotik maddə vermişdir. Oteldə olarkən Mirsahib Feyruzun verdiyi narkotik maddələri ona vermişdir ki, üzərində saxlasın ki, sonra birlikdə istifadə etsinlər, o da içərisində narkotik maddələr olan bükümləri üzərində gizlədib saxlamışdır. Həmin gün o, Mirsahiblə birlikdə rayona qayıtmışlar. 28 fevral 2023-cü il tarixdə Mirsahibin tanışı Etibar onlara gəlmiş və onldar birlikdə narkotikdən istifadə etmişlər. Sonra o, Mirsahiblə birlikdə Rüstəmin maşını ilə marketə gedərkən yolda polis əməkdaşları tərəfindən tutulmuşlar. Həmin vaxt maşında o, Mirsahib, Etibar və Rüstəm olmuşdur. Tutulan vaxt üzərində Mirsahibə məxsus 6 bükümdə narkotik maddə olmuşdur. Həmin maddələrdən yalnız bir büküm metamfetamin özünə aid olmuşdur. Həmçinin maşında da narkotik maddə olmuş, həmin narkotik maddə ona məxsus deyildir. Maşına narkotik maddəni polislər qoymamış, həmin narkotik maddə maşında olan şəxslərə aid olmuş, o cümlədən Mirsahibə aiddir, çünki Rustəmə istifadəsi üçün narkotiki Mirsahib vermişdir. Maşında olarkən Mirsahib “Rotmon” siqaret qutusunun içərisində olan narkotikləri ona vermişdir ki, saxlasın. Tutulduqdan sonra polis şöbəsində üzərində axtarış zamanı həmin narkotiklər aşkar olunmuşdur. Aşkar olunmuş narkotikləri Mirsahib tanış olduğu iranlı ilə danışıb əldə etmiş, sonra Mirsahib Feyruza da narkotik maddələr vermişdir. İbtidai istintaq zamanı heç bir təsir-təzyiq olmadan sərbəst ifadə vermiş və həmin ifadələrini təsdiq edir. Təqsirləndirilən şəxs Elnarə Binyatova ibtidai istintaq zamanı ümumən məhkəmədə verdiyi ifadəsinə uyğun ifadələr vermiş və həmin ifadələrində göstərmişdir ki, o, tanışı Təqsirləndirilən şəxs1la ər-arvad münasibətində olmaqla tutulan vaxtadək Mirsahib onunla birlikdə Qalaqayın kəndində yaşamışdır. Həmçinin Mirsahib və o, Təqsirləndirilən şəxs2 tanımış, bildiyinə görə Rüstəm adlı taksi sürücüsü Mirsahibi Feyruzla tanış etmişdir. Bu hadisədən xeyli müddət əvvəl Mirsahib ona telefonla tanışı olduğu iranlının ucuz qiymətə narkotik satdığını və həmin iranlı ilə əlaqəsi olduğunu demişdir. Güman edir ki, Mirsahib iranlının ucuz narkotik maddə satmasını Feyruza da demişdir. Çünki Feyruz 27 fevral 2023-cü il tarixdə Mirsahibdən narkotik istəmiş, bundan sonra Mirsahib də iranlı ilə telefonla əlaqə saxlayıb narkotik lazım olduğunu bildirmişdir. Həmin iranlı da Mirsahibə kart nömrəsi göndərmişdir ki, alacaqları narkotikin pulunu həmin karta yükləsinlər. Sonra Mirsahib də həmin kartın nömrəsini Feyruzun votçap nömrəsinə göndərmiş, Feyruz da həmin karta 564 manat pul köçürmüşdür. Feyruzun karta pul köçürməsini ona Mirsahib demişdir. Sonra Mirsahib iranlı ilə danışmış və iranlı Mirsahibin mobil telefonuna narkotikin olduğu yerin-məkanın ünvanını göndərmişdir. Həmin məlumatdan sonra onlara məlum olmuşdur ki, narkotik maddə Bakı şəhəri ərazisindədir və gedib oradan götüməlidirlər. 27 fevral 2023-cü il tarixdə, saat 21 radələrində o, Mirsahiblə birlikdə yol maşını ilə Bakı şəhərinə, “X25”nun yaxınlığına gedib deyilən ünvanda yerləşən binanın qarşısında olan stolun altında gizlədilmiş bir ədəd sellofanın içərisindəki 2 ədəd sellofon bükümlərdə heroin və metamfetamin Mirsahib götürüb ona vermiş, o da həmin maddələri üzərində gizlədib saxlamışdır. Sonra Mirsahib telefonla Feyruzla əlaqə saxlayıb narkotikləri götürdüyünü demiş, Feyruz da Bakı şəhərində “Ağ otel”də olduğunu, ora gəlmələrini bildirmişdir. O, Mirsahiblə birlikdə “Ağ otel”ə gedib Feyruzla görüşmüş və Mirsahib təxminən 10 qram heroin və metamfetamini Feyruza vermiş, Feyruz da əvəzində həmin heroin və metamfetaminin hər birindən təxminən 1,5-2 qram Mirsahiblə ona pay olaraq vermişdir. Mirsahib otelin otağında Feyruzun verdiyi heroin və metamfetamini ona vermişdir ki, saxlasın ki, sonra birlikdə qəbul edərlər. Sonra o, Mirsahiblə birlikdə taksi ilə “20 yanvar dairəsi”nə, oradan da başqa bir taksi ilə Sabirabad rayonuna, evlərinə qayıtmışlar. Səhərisi gün (28 fevral 2023-cü il) Mirsahibin tanışı Etibar onlara gəlmiş və onlar birlikdə metamfetamin qəbul etmişlər. Sonra o və Mirsahib marketə bazarlıq etməyə getmək üçün taksi sürücüsü Rüstəmi çağırmış, Rüstəm də gəlib onları-onu, Mirsahibi və Etibarı avtomobilinə götürüb marketə apararkən yolda Rüstəm Mirsahibdən metamfetamin istəmiş və Mirsahib də onda (Təqsirləndirilən şəxs3) olan “mal”dan götürüb üç ədəd xırda bükümlərə qablaşdırıb Rüstəmə yol xərci əvəzinə vermişdir. Rüstəmin idarə etdiyi avtomobildə o, Mirsahiblə arxa oturacaqda, Etibar isə qabaq oturacaqda oturmuş və onlar yol gedərkən bir qrup polis əməkdaşları avtomobili saxlatmışlar. Həmin vaxtı Etibar üstündə olan narkotiki çıxarıb avtomobilin içərisinə atıb avtomobildən düşüb qaçıb getmiş, onu, Mirsahibi və Rüstəmi isə polislər tutub Rüstəmin avtomobili ilə birlikdə rayon polis şöbəsinə aparmışlar. Polis şöbəsinə aparılarkən onun üzərində Mirsahibin saxlamaq üçün ona verdiyi 6 ədəd bükümdə heroin və metamfetamin olmuşdur. Polis şöbəsində üzərində axtarış zamanı sinəsində gizlətdiyi siqaret qutusunun içərisində 4 ədəd büküm metamfetamin və 2 ədəd büküm heroin aşkar edilib götürülmüşdür. Həmin heroin və metamfetamin özünə məxsus deyil, bu maddələr Mirsahibə aiddir və ona saxlaması üçün vermişdir. Həmçinin polis əməkdaşları Rüstəmin maşınına baxış zamanı maşından Rüstəmə aid olan 2 bükümdə metamfetamin və 1 bükümdə heroin, həmçinin Etibara aid bir kibrit qutusunda 2 büküm metamfetamin aşkar edib götürmüşlər. Rüstəm və Etibara heroin və metamfetamini Mirsahib vermişdir. O, narkotik maddələrin satışı ilə məşğul olmamış, lakin üzərində aşkar olunmuş 6 ədəd sellofon bükümlərdə olan heroini və metamfetamini Mirsahiblə birlikdə istifadə etmək, həm də satmaq üçün üzərində saxlamışdır. Mirsahibin ona tanış olduğu bir nəfər iranlıdan narkotik maddələr alacağını demiş, sonra onlar razılaşıb birlikdə Bakı şəhərinə gedib narkotik maddələri götürüb Feyruza vermiş, Feyruz da həmin maddələrdən Mirsahibə pay olaraq heroin və metamfetamin vermiş, Mirsahib də bu maddələri saxlamaq üçün ona vermiş, o da həmin maddələr olan bükümləri üzərində gizlədib saxlamışdır. Mirsahibin dediyi iranlı ilə danışıb narkotik maddələr əldə edib Feyruza verməkdə onların marağı (onun və Mirsahibin) bu işin qarşılığında Feyruzun onlara verəcəyi narkotik maddəni həm istifadə etmək, həm də satmaq üçün əldə etmək olmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadələri və şəxsi axtarışa dair protokol tədqiq olunduqdan sonra təqsirləndirilən şəxs Elnarə Binyatova ibtidai istintaq zamanı verdiyi ifadələrini ümumən təsdiq edib əlavə ifadəsində göstərmişdir ki, tutulan vaxt üzərində aşkar olunmuş heroin və metamfetamin bükümləri Mirsahibə məxsus olmuş, lakin bir bükümdə az miqdarda, yəni təxminən 0,5 qram metamfetamin özünə məxsus olmuşdur. O, narklotik maddələrin satışı ilə məşğul olmamış, buna görə verilən ittiham üzrə özünü təqsirli bilmir, lakin özünün şəxsi istifadəsi üçün 0,5 qram metamfetamin əldə edib saxladığına görə özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir və əməlindən peşmandır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, o, subaydır, Sabirabad şəhəri, V.Əhmədov küçəsində olan fərdi yaşayış evində yaşamış, işsiz olmuşdur. Əvvələr narkotiklə bağlı bir dəfə məhkum olunmuş, 2018ci ildə cəzasını çəkib qurtarmışdır. Digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Elnarə Binyatovanı tanıyır, hər ikisi ilə münasibətləri yaxşı olmuşdur. Mirsahib və Elnarə də narkotiklərdən istifadə edən şəxslərdir. O, Bakı şəhərində oteldə olarkən (27 fevral 2023cü il tarixdə) tanışı Mirsahib Elnarə ilə birlikdə onun yanına gəlmiş və onlar birlikdə narkotik maddədən istifadə etmişlər. Bir gün əvvəl o, Mirsahibə borc pul verdiyi üçün Mirsahib ona təşəkkür etməsi üçün onun yanına gəlmişdir. Həmin vaxt o, Mirsahib və Elnarəyə heç bir narkotik maddə verməmişdir. Həmin gün Mirsahib və Elnarə ondan ayrılıb Sabirabad rayonuna getmişlər, bir az sonra özü də rayona qayıtmışdır. O, narkotik maddə alınması üçün Mirsahibə pul göndərməmiş və Mirsahib ona heç bir narkotik maddə verməmişdir. 28 fevral 2023-cü il tarixdə polis əməkdaşları tərəfindən tutulmuşdur. Tutulan vaxt üzərində narkotik maddələr olmamışdır. Tutulandan sonra polis əməkdaşları onun iştirakı ilə yaşadığı evə baxış keçirilmişdir. Baxış zamanı evindən narkotik maddələr aşkar edilib götürülmüşdür. Evindən götürülmüş narkotik maddələr ona məxsus deyil, həmin narkotik maddələri evinə polis əməkdaşları qoymuşlar. Tutulandan sonra polis əməkdaşlarının ona qarşı təzyiqləri olmuş və o təzyiqlər altında ibtidai istintaq zamanı ifadə versə də, həmin ifadələrini imzalamamışdır. Hazırda ibtidai istintaq zamanı verilmiş ifadələrində yazılanları təsdiq etmir. O, narkotik maddələrdən istifadə etsə də, narkotik maddələrin satışı ilə məşğul olmamış və evində aşkar olunmuş narkotik maddələrlə bağlı ona verilmiş ittiham üzrə özünü təqsirli bilmir. Təqsirləndirilən şəxs2 əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün (CPM-nin 327.1.3-cü maddəsinə əsasən) məhkəmdə Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs1 və Elnarə Binyatovanı tanımış və hər ikisi ilə münasibətləri yaxşıdır. Mirsahibi tanışı Rüstəm adlı şəxsin vasitəsilə “Saşa” adı ilə tanımış, sonradan onunla yaxın münasibətləri yaranmışdır. Həmçinin Mirsahibin vasitəsilə Elnarəni də tanımışdır. Bir ildən artıqdır ki, narkotiklərdən istifadə etməyə başlamışdır. Mirsahib və Elnarə də narkotik maddələrdən istifadə edən şəxslərdir. Əvvəllər bir neçə dəfə Mirsahib ona narkotik maddə təklif etsə də, o, Mirsahibdən narkotik maddə almamışdır. Sonuncu dəfə Mirsahib ona heroin və metamfetamin almağı təklif etmiş, o da həmin maddələri ondan almağa razılaşmışdır. 27 fevral 2023-cü il tarixdə Mirsahib ona narkotik maddənin pulunu ödəməsi üçün bank kartının nömrəsini vermiş, o da ödəniş terminalı vasitəsi ilə həmin kartın bank nömrəsinə (hesabına) 564 manat pul köçürmüşdür. 28 fevral 2023-cü il tarixdə, gecə saat 03 radələrində Bakı şəhərində olan “Ağ otel”də olarkən Mirsahib və Elnarə otelə gəlib onunla görüşmüş və o, onlardan iki ədəd sellofon bükümdə heroin və metamfetamin almışdır. Sonra onlar istifadələri üçün ondan bir az heroin və bir az metamfetamin istəmiş, o da Mirsahib və Elnarəyə təxminən 1-2 qram heroin və metamfetamin vermişdir. 28 fevral 2023-cü il tarixdə, axşam saatlarında Sabirabad şəhərində yaşadığı evdə olarkən polis əməkdaşları evinə gəlib onu tutub rayon polis şöbəsinə aparmışlır. Polis şöbəsində olarkən ona məlum olmuşdur ki, Mirsahib və Elnarə polis əməkdaşları tərəfindən tutulmuş, onlardan narkotik maddələr aşkar olunmuş və onlar həmin maddələri ondan aldığını bildirmişlər. Polis şöbəsində üzərində axtarış aparılmış, lakin üzərindən heç bir narkotik maddə aşkar olunmamışdır. Bundan sonra polis əməkdaşları özünün iştirakı ilə yaşadığı evə baxış keçirmişlər. Baxış zamanı yaşadığı evdə, yataq otağında karton qutuda saxladığı 1 ədəd bükümdə heroin və 1 ədəd bükümdə metamfetamin aşkar edilmişdir. Polis əməkdaşları tərəfindən aşkar edilmiş həmin kütlələr zərfə qablaşdırılıb götürülmüşdür. Evində aşkar olunmuş 1 ədəd bükümdə heroini və 1 ədəd bükümdə metamfetamini ona Mirsahib satmış, daha doğrusu o, həmin maddələri Mirsahibin vasitəsi ilə əldə etmiş və buna görə Mirsahibin dediyi hesaba 564 manat pul köçürmüşdür. Mirsahib və Elnarə onun yanında olarkən o, aldığı narkotiklərdən (heroin və metamfetamindən) 1-2 qramını onlara pay kimi vermişdir. Mirsahiblə narkotik vasitənin əldə edilməsi üçün qabaqcadan əlbirliyi və danışığı olmamış, sadəcə olaraq Mirsahib ucuz qiymətə narkotik vasitə təklif etdiyi üçün razılaşmışdır. Mirsahibə pul verməsə də, onun dediyi hesaba 564 manat pul köçürmüş və o, Mirsahibdən şəxsi istifadəsi üçün heroin və metamfetamin almışdır. İbtidai istintaq zamanı verdiyi ifadələri, baxışın keçirilməsinə dair protokol və telefon danışıqlarına dair məlumatlar tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etməyib əlavə ifadəsində göstərmişdir ki, o, tutulduqdan sonra polis əməkdaşları ona qarşı təzyiqlər etmiş və təzyiqlər altında ifadə versə də, həmin ifadələri imzalamamışdır. O, Mirsahibə narkotik maddə alması üçün pul verməmiş, Mirsahib ona narkotik maddə satmamış və o, Mirsahib və Elnarəyə heç bir narkotik maddələr verməmişdir. Yaşadığı evdən aşkar olunmuş narkotik maddələr ona məxsus deyil, həmin maddələri evinə polis əməkdaşları qoymuş, sonra baxış zamanı götürülmüşdür. İstifadəsində 50/886-42-16 saylı mobil telefon nömrəsi olmuş, həmin telefon nömrəsinə gələn və gedən mesajlar və səs yazaları barədə heç bir məlumatı yoxdur. O, narkotik maddələrdən istifadə etsə də, narkotiklərin satışı ilə məşğul olmamış və ümumiyyətlə heç bir cinayət əməli törətməmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olmaları məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, telefon danışıqlarına dair məlumatlar və digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində bildirmişdir ki, o, Sabirabad RPŞ-nin əməkdaşıdır. 28 fevral 2023-cü il tarixdə Sabirabad şəhər sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 qanunsuz olaraq narkotik maddələr əldə etmələri və satışı ilə məşğul olmaları barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədilə təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsi üçün özünün də daxil olduğu əməliyyat qrupu yaradılmış və həmin gün, saat 19 radələrində əməliyyat-axtarış tədbiri keçirilmişdir. Keçirilmiş əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 Sabirabad rayonunun Qalaqayın kəndində olmaları müəyyən edilmiş, daha sonra onların sərnişin olduqları “VAZ-2105” markalı avtomobil (VAZ-2105 markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil) Qalaqayın kəndində saxlanılmışdır. Avtomobil dayandıqdan sonra bir nəfər avtomobildən düşüb qaçmış, digər sərnişinlər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 narkotik maddələr əldə edib üzərilərində saxlamaqda şübhəli olduqları izah edilib polis şöbəsinə aparılacaqları, həmçinin avtomobilin sürücüsü Rüstəm Abdullayevə də avtomobili ilə birlikdə polis şöbəsinə aparılacağı bildirmişdir. Sonra saxlanılan həmin şəxslər və avtomobil polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində müstəntiq tərəfindən vəkilin (müdafiəçinin) və hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış aparılmış və axtarış zamanı Təqsirləndirilən şəxs3 üzərində siqaret qutusunun içərisində 4 ədəd bükümdə metamfetaminə və 2 ədəd bükümdə heroinə oxşar kütlələr aşkar edilib götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilmiş 6 ədəd bükümlərdəki heroin və metamfetaminin özünə və tanışı Təqsirləndirilən şəxs1 məxsus olmasını, həmin maddələri Feyruz adlı şəxsdən aldıqlarını bildirmişdir. X17 avtomobilinə baxış keçirilmiş və avtomobilin salonunun kül qabı hissəsində 2 ədəd bükümdə metamfetaminə və 1 ədəd bükümdə heroinə oxşar kütlələr aşkar edilib götürülmüşdür. Həmçinin avtomobilin qabaq oturacağın ayaqaltı hissəsində 1 ədəd kibrit qutusunda 2 ədəd bükümdə heroinə və metamfetaminə oxşar kütlələr aşkar edilmişdir. Rüstəm Abdullayev həmin maddələrin avtomobildən düşüb qaçıb getmiş Etibar adlı şəxsə (X10) məxsus olmasını bildirmişdir. Aşkar edilmiş həmin kütlələr də, qablaşdırılıb müstəntiq tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs1 da üzərində şəxsi axtarış keçirilmiş, lakin onun üzərində qadağan olunmuş əşyalar, narkotiklər aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs3 narkotik maddə satmaqda şübhəli olan Sabirabad şəhər sakini Təqsirləndirilən şəxs2 saxlanılıb polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilmiş, lakin onun üzərində qadağan olunmuş əşyalar, narkotiklər aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 narkotik maddə verdiyi, həmçinin yaşadığı evdə istifadəsi üçün narkotik maddə saxladığını və təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra müstəntiq tərəfindən Təqsirləndirilən şəxs2 yaşadığı evə vəkilin, Təqsirləndirilən şəxs2 və hal şahidlərinin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı evdə bir ədəd karton qutunun içərisində 1 ədəd bükümdə heroinə və 1 ədəd bükümdə metamfetaminə oxşar kütlələr aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında şahidlər Şahid2 və Şahid3 Şahid1 ifadəsinə uyğun ifadələr vermişlər. Məhkəmə iclasında Şahid4 ifadəsində bildirmişdir ki, o, Sabirabad rayonun Qalaqayın kəndində yaşayır. 28 fevral 2023-cü il tarixdə, axşam saatlarında o, Sabirabad RPŞ-də bir nəfər Elnarə adlı qadının (Təqsirləndirilən şəxs3) üzərində axtarış zamanı hal şahidi kimi iştirak etmiş, özündən başqa bir nəfər qadın da orada hal şahidi olmuşdur. Sonra Elnarə adlı qadının üzərində axtarış keçirilmişdir. Axtarış zamanı Elnarə adlı qadın özü əynindəki paltarın alt hissəsində, sinə nahiyəsindən siqaret qutusunu çıxarıb təqdim edib, həmin qutunun içərisində narkotik maddə olduğunu bildirmişdir. Sonra siqaret qutusunun içərisinə baxarkən oradan sayını xatırlamadığı qədər bükümlər və həmin bükümlərin içərisində tanımadığı maddələr aşkar olunmuşdur. Aşkar edilmiş bükümlərdə olan kütlələr müstəntiq tərəfindən qablaşdırılıb götürülmüş, sonra protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şahid5 Şahid4 ifadəsinə uyğun ifadə vermişdir. İşdə olan, Sabirabad RPŞ-nin əməkdaşının 28 fevral 2023-cü il tarixli “Raport”ları ilə müəyyən olunur ki, Sabirabad rayon sakinləri, faktiki olaraq Sabirabad rayonunun Qalaqayın kəndində yaşayan Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitələr əldə edib saxlaması və satışı ilə məşğul olmaları barədə məlumat daxil olmuş və həmin məlumat üzrə 28 fevral 2023-cü il tarixdə Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbiri keçirilmiş və X2 idarə etdiyi VAZ-2105 markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil Sabirabad rayonunun Qalaqayın kəndində saxlanılmış, həmin avtomobildə sərnişin qismində olan Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və sürücü Rüstəm Abdullayev saxlanılıb avtomobillə birlikdə Sabirabad RPŞ-nə gətirilmişlər. İşdə olan, “Baxış keçirilməsi haqqında” 28 fevral 2023-cü il tarixli protokol və protokola əlavə edilmiş foto cədvəllə müəyyən edilir ki, həmin tarixdə Sabirabad RPŞ-nin İB-nin müstəntiqi Mərifət Ağazadə tərəfindən X2 idarə etdiyi VAZ-2105 markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilə hal şahidlərinin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin kül qabı hissəsində 1 ədəd kağız bükümdə 0,185 qram narkotik vasitə olan heroinə və 2 ədəd kağız bükümdə təmiz çəkisi 0,192 qram psixotrop maddə olan metamfetaminə oxşar kütlələr, habelə avtomobilin qabaq oturacağının ayaqaltı hissəsində (X7 məxsus olmaqla qaçarkən avtomobilin qabaq oturacağının ayaqaltı hissəsinə atdığı) 1 ədəd kibrit qutusunun içərisində 1 ədəd kağız bükümdə 0,215 qram narkotik vasitə olan heroin, 1 ədəd kağız bükümdə 0,241 qram psixotrop maddə olan metamfetaminə oxşar kütlələr aşkar edilmişdir. Aşkar edilmiş kütlələr qablaşdırılıb müstəntiq tərəfindən götürülmüşdür. İşdə olan, “Şəxsi axtarış aparılması haqqında” 28 fevral 2023-cü il tarixli protokol və protokola əlavə edilmiş foto cədvəllə müəyyən edilir ki, həmin tarixdə Sabirabad RPŞ-nin İB-nin müstəntiqi Mərifət Ağazadə tərəfindən müdafiəçinin və hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış aparılmış, axtarış zamanı Təqsirləndirilən şəxs3 üzrində bir ədəd siqaret qutusunda 4 ədəd bükümdə metamfetaminə və 2 ədəd bükümdə heroinə oxşar kütlələr aşkar edilmişdir. Aşkar edilmiş kütlələr qablaşdırılıb müstəntiq tərəfindən götürülmüşdür. İşdə olan, Sabirabad RPŞ-nin əməkdaşının 28 fevral 2023-cü il tarixli “Raport”u ilə müəyyən olunur ki, Sabirabad rayonunun Qalaqayın kəndində yaşayan Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 narkotik vasitə satmaqda şübhəli bilinən Sabirabad şəhəri, V.Əhmədov küçəsi dalan 4, ev 13-də yaşayan Təqsirləndirilən şəxs2 28 fevral 2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılıb Sabirabad RPŞ-nə gətirilmişdir. İşdə olan, “Baxış keçirilməsi haqqında” 28 fevral 2023-cü il tarixli protokol və protokola əlavə edilmiş foto cədvəllə müəyyən edilir ki, həmin tarixdə Sabirabad RPŞ-nin İB-nin müstəntiqi Mərifət Ağazadə tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs2 yaşadığı Sabirabad şəhəri, V.Əhmədov küçəsi dalan 4, ev 13 ünvanında olan fərdi yaşayış evinə şübhəli şəxs Təqsirləndirilən şəxs2, müdafiəçi və hal şahidlərinin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı evin yataq otağında bir ədəd sellofon torbacıqda narkotik vasitə olan heroinə və bir ədəd sellofon torbacıqda psixotrop maddə olan metamfetaminə oxşar kütlələr aşkar edilmişdir. Aşkar edilmiş kütlələr, habelə bir ədəd “Samsung” markalı mobil telefon aparatı qablaşdırılıb müstəntiq tərəfindən götürülmüşdür. İşdə olan, məhkəmə-kimyəvi ekspertizasının 01 mart 2023-cü il tarixli, 18/250 №-li rəyi ilə müəyyən edilir ki, tədqiqata təqdim olunmuş üzərində “... Təqsirləndirilən şəxs3 üzərində...” sözləri yazılmış və imzalar olan kağız paketdəki siqaret qutusunun içərisində salfet kağızına bükülmüş, 2 ədəd polietilen kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 0,289 qram, 0,243 qram, ümumi çəkisi-0,532 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Bir ədəd kağız bükümdə təmiz çəkisi-0,120 qram, 3 ədəd polietilen kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri-0,090 qram, 0,886 qram, 0,887 qram, ümumi çəkisi-1,983 qram olan maddələr psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim olunmuş üzərində “... X2 idarə etdiyi ... kül qabı hissəsində...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd kağız bükümdə təmiz çəkisi-0,185 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İki ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri-0,112 qram, 0,080 qram, ümumi çəkisi-0,192 qram olan maddələri psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim olunmuş üzərində “.... X2 idarə etdiyi ... ayaqaltı hissədə ...” sözləri yazılmış və imzalar olan kağız paketdəki kibrit qutusunda 1 ədəd kağız bükümdə təmiz çəkisi-0,215 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Bir ədəd kağız bükümdə təmiz çəkisi-0, 241 qram olan maddə psixotrop maddə metamfetamindir. Təqdiqata təqdim olunmuş Təqsirləndirilən şəxs3 üzərindən götürülmüş 2 büküm və X2 idarə etdiyi avtomobilin kül qabı hissəsindən götürülmüş 1 bükümdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. Tədqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs3 üzərindən götürülmüş 4 büküm və X4 idarə etdiyi avtomobilin kül qabı hissəsindən götürülmüş 2 bükümdə olan metamfetaminlər xarici əlamətlərinə və kimyəvi tərkib kompenentlərinə görə eyni tərkiblidir. Ekspertiza tədqiqatından sonra qalıq heroin 0,732 qram və qalıq metamfetamin 2,136 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 49 (qırx doqquz) manat 74 qəpik təşkil edir. İşdə olan, məhkəmə-kimyəvi ekspertizasının 01 mart 2023-cü il tarixli, 18/251 №-li rəyi ilə müəyyən edilir ki, tədqiqata təqdim olunmuş üzərində “... Təqsirləndirilən şəxs2 yaşadığı ...” sözləri yazılmış və imzalar olan kağız paketdəki-bir ədəd sellofon torbacıqda təmiz çəkisi-9,469 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Bir ədəd sellofon torbacıqda təmiz çəkisi-6,077 qram olan maddə psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim olunmuş Elnara Səməd qızının üzərindən götürülmüş 2 büküm və Təqsirləndirilən şəxs2 yaşadığı evdən götürülmüş 1 bükümdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. Tədqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs3 üzərindən götürülmüş 4 büküm və Təqsirləndirilən şəxs2 yaşadığı evdən götürülmüş 1 bükümdə olan metamfetaminlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. Ekspertiza tədqiqatından sonra qalıq heroin 9,419 qram və qalıq metamfetamin 6,037 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 49 (qırx doqquz) manat 74 qəpik təşkil edir. İşdə olan, “Baxış keçirilməsi haqqında” 10 mart 2023-cü protokol və protokola əlavə edilmiş foto cədvəl və ayrıca diskə yazılmış danışıq mətnləri ilə müəyyən edilir ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 məxsus bir ədəd “Samsung” markalı, “SM-A325F/DS” modelli boz rəngli mobil telefona baxış keçirilmişdir. Baxış zamanı telefonun üzərində “Azercell” operatoruna məxsus 1 ədəd +99450/886-42-16 saylı mobil telefon nömrəsinin olması müəyyən edilmişdir. Telefonun “Whatsapp messenger” proqramın “söhbətlər” bölməsində Təqsirləndirilən şəxs1 istifadəsində olan +99450/730-02-91 saylı mobil nömrə ilə sonuncu dəfə xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arasında yazılı və səsli mesajlaşma (o cümlədən Mirsahibə aid yazılı messaj-“Salam”, yönləndirilmiş yazılı meaaj-“**********9113 AzarTurk banak Ganaht”, səsli mesaj-“Məsi qaqa başuva dönüm sənin nə qədər imkan var tez onu atda karta başuva dönüm, yəni bizdə çıxuruq”, “Qardaşım çeki atırsan”, yazılı mesaj-“Çeki at”, “Gəldi, gəldi qardaşım gəldi”, “Qaqa”, yönləndirilmiş səsli mesaj-“He düzdü mənim qardaşım, 25 dən hesab oldu, gücdü maldı, baxaceysen özündə bax ona görə, gələn səfərdən 23 dən hesab edəcəm. Baha götürmüşdüm Allaha and olsun bir az”, “Hə qardaşım biz uje rayondayıq”, Feyruza aid yönləndirilmiş şəkil-“570 AZN pulun (bank komissiya haqqı tutulmaqla) **********9113 kart hesabına köçürülməsi qeyd edilmişdir”, səsli mesaj-“A ne oldu eee çatmadı eee bu səəə, öymüzü yıxarsan eee, setdən muğayat olginən, he yox denən görəy”, “A hardasuz siz, çıxmısız rayondan”) və səsli zənglər olmuşdur. Qeyd edilən mesajların mətnləri, foto şəkillər və səsli mesajlar diskə yazılaraq əlavə edilmişdir. İşdə olan, “Maddi sübut kimi tanıma haqqında” 02 mart 2023-cü il tarixli və “Sübutların qiymətləndirilməsi haqqında” 21 iyun 2023-cü il tarixli qərarlarla müəyyən olunur ki, ekspertiza tədqiqatından sonra qalıq 9,419 qram və 0,732 heroin, qalıq 6,037 qram və 2,136 qram metamfetamin, habelə bir ədəd “Samsung” markalı mobil telefon aparatı iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübutlar saxlanılması üçün Sabirabad RPŞ-nin maddi sübutlar otağına təhvil verilmişdir. Habelə iş üzrə götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq 0,112 qram metamfetamin və 0,135 qram heroin X8 barəsində olan cinayət işi üzrə və 0,201 qram metamfetamin və 0,165 qram heroin X2 barəsində olan cinayət işi üzrə də (hazırki cinayət işindən ayrılmış) maddi sübutdur. İşdə olan, ambulator məcburi narkoloji tibbi yoxlamanın 18 aprel 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs3 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşdə olan, ambulator məcburi narkoloji tibbi yoxlamanın 03 iyun 2023-cü il tarixli, 3438 №li rəyi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 opioidlərin qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşdə olan, ambulator məcburi narkoloji tibbi yoxlamanın 03 iyun 2023-cü il tarixli, 3440 №-li rəyi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşdə olan, “Cinayət işi materiallarından başqa cinayət işinin arılması və icraata qəbul edilməsi haqqında” 25 may 2023-cü il tarixli il tarixli qərarla müəyyən olunur ki, cinayət işinin materiallarından X2 barsində CM-nin 234.1-ci maddəsi ilə və X8 barəsində CM-nin 234.1-ci maddəsi ilə cinayət işləri ayrılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları, telefon danışıqlarına dair məlumatları və digər sənədləri sübut növü kimi qəbul edir. Habelə iş üzrə şahidlər Şahid1, Şahid2, Şahid3, Şahid4 və Şahid5 ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Həmçinin məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdikləri ifadələri (Təqsirləndirilən şəxs1 ifadələrində göstərdiyi xüsusatlar-Təqsirləndirilən şəxs3 üzərində aşkar olunmuş heroin və metamfetaminin ona məxsus olmaması, Feyruza narkotik maddə alınması üçün bank kartının nömrəsini göndərməməsi və ona narkotik maddə satmaması, Feyruzun ona narkotik maddə verməməsi, “Şahmar” adlı iranlını tanımaması, narkotiklə bağlı həmin şəxslə danışığının olmaması, iranlının ona bank kartının nömrəsini verməməsi və o, bu şəxsdən narkotik maddə almaması və Feyruza da heç bir narkotik maddə verməməsi, narkotik maddə alması üçün kiminləsə cinayət əlaqəsinə girməməsi, narkotik maddələrin satışı ilə məşğul olmamasına aid hallar, Təqsirləndirilən şəxs3 ifadələrində göstərdiyi xüsusatlar-üzərində aşkar olunmuş heroin və metamfetaminin yalnız Mirsahibə məxsus olması, həmin maddələrdən ona yalnız 0,5 qram metamfetaminin aid olması və narkotik maddələrin satışı ilə iəşğul olmamasına aid hallar, Təqsirləndirilən şəxs2 ifadələrində göstərdiyi xüsusatlar-Mirsahibə narkotik maddə alması üçün pul verməməsi, Mirsahibin ona narkotik maddə satmaması və onun Mirsahibə narkotik maddə verməsi, yaşadığı evdə aşkar olunmuş narkotik maddələrin ona məxsus olmaması, evinə narkotik maddələrin polis əməkdaşları tərəfindən qoyulması və narkotik maddələrin satışı ilə məşğul olmaması, ümumiyyətlə heç bir cinayət əməli törətməməsinə aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni Təqsirləndirilən şəxs3 üzərində aşkar olunmuş heroin və metamfetaminin ona məxsus olmaması, Feyruza narkotik maddə alınması üçün bank kartının nömrəsini göndərməməsi və ona narkotik maddə satmaması, Feyruzun ona narkotik maddə verməməsi, “Şahmar” adlı iranlını tanımaması, narkotiklə bağlı həmin şəxslə danışığının olmaması, iranlının ona bank kartının nömrəsini verməməsi və o, bu şəxsdən narkotik maddə almaması və Feyruza da heç bir narkotik maddə verməməsi, narkotik maddə alması üçün kiminləsə cinayət əlaqəsinə girməməsi, narkotik maddələrin satışı ilə məşğul olmamasına dair hallar, habelə Təqsirləndirilən şəxs3 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni üzərində aşkar olunmuş heroin və metamfetaminin ona yox Mirsahibə məxsus olması, həmin maddələrdən ona yalnız 0,5 qram metamfetaminin aid olması və narkotik maddələrin satışı ilə məşğul olmamasına dair hallar, eləcə də Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni Mirsahibə narkotik maddə alması üçün pul verməməsi, Mirsahibin ona narkotik maddə satmaması və onun Mirsahib və Elnarəyə narkotik maddələr verməməsi, yaşadığı evdə aşkar olunmuş narkotik maddələrin ona məxsus olmaması, evinə narkotik maddələrin polis əməkdaşları tərəfindən qoyulması və narkotik maddələrin satışı ilə məşğul olmaması, ümumiyyətlə heç bir cinayət əməli törətməməsinə dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1, Şahid2, Şahid3, Şahid4 və Şahid5 (həmin şahidlər ifadələrində ittihamda göstərilən bütün xüsusatları təsdiq etmişlər), maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən şəxsi axtarış və baxışın keçirilməsi ilə bağlı tərtib olunmuş protokollar və telefon danışıqlarına dair məlumatlar, eləcə də təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdikləri ifadələri ilə (həmin ifadələrində onlar verilmiş ittihamda göstərilən bütün halları, o cümlədən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 külli miqdarda heroin və metamfetamini birgə əldə edib, saxlayıb daşıyaraq Təqsirləndirilən şəxs2 satmaları, Təqsirləndirilən şəxs2 da satış məqsədi ilə bu maddələri əldə etməsi üçün Təqsirləndirilən şəxs1 göndərdiyi bank kartının nömrəsinə pul köçürməsi və əldə etdiyi narkotik və psixotrop maddələrin bir hissəsini Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 verməsi, əldə etdiyi narkotik və psixotrop maddələrin qalan hissəsini yaşadığı evdə saxlaması və digər hlları təsdiq etmişlər) tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdikləri ifadələrinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onların bu ifadələri özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, telefon danışıqlarına dair məlumatlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər verilmiş ittihamda göstərilən cinayəti törətmişlər. Habelə məhkəmə təqsirləndirilən şəxslərin satış məqsədi ilə (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında) qanunsuz olaraq psixotrop və narkotik maddələri əldə etmə, saxlama, daşıma və satma cinayət əməli törətmələri ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İ və İİ Siyahıya əsasən beynəlxalq adı “Heroin” olan maddə narkotik vasitə, “Metamfetamin” olan maddə psixotrop maddədir. Heroin və metamfetaminin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi (təmiz halda qramlarla) külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Habelə həmin Qərarın 11-ci bəndində izah edilir ki, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-nin 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Göründüyü kimi, təqsirləndirilən şəxslərdən götürülmüş 10,186 qram narkotik vasitə olan heorin və 8,252 qram psixotrop maddə olan metamfetamin şəxsi istehlak miqdarından artıq olmaqla külli miqdar təşkil edir. Həmçinin tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, təqsirləndirilən şəxslər həmin maddələri məhz satış məqsədi ilə qanunsuz olaraq əldə edib, saxlayıb daşımışlar. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onlar tərəfindən törədilməsi və onların təqsirliliyi tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni şahidlər və təqsirləndirilən şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, telefon danışıqlarına dair məlumatlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında olmaqla və Təqsirləndirilən şəxs2 verilmiş ittihamda göstərilən cinayət əməlini törətmişlər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 həmin cinayət əməlində təqsirlərini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 əməli düzgün olaraq CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 əməli düzgün olaraq CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. İşdə olan, Sabirabad Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli qərarları ilə müəyyən olunur ki, həmin tarixdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri, Təqsirləndirilən şəxs3 barəsində ev dustaqlığı qətimkan seçilmiş, həbsetmənin və ev dustaqlığın əvvəli 28 fevral 2023-cü il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanmasına dair tələbnamə və məhkəmə hökmünün surəti ilə müəyyən olunur ki, Sabirabad Rayon Məhkəməsinin 18 may 2015-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 CM-nin 177.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 300 manat miqdarında cərimə cəzasına məhkum olunmuş və Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli Amnistiya haqqında qərarının 1.8-ci bəndinə əsasən cəzadan azad edilmişdir. Məhkəmə hesab edir ki, CM-nin 83.3.2-cü maddəsinə əsasən (azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər onlar cəzasını çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluğu olmayan hesab edilir) məhkəmə hesab edir ki, 18 may 2015-ci il tarixli hökm üzrə Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilmiş və o, hazırda məhkumluğu olmayan şəxs hesab olunur. İşdə olan, Sabirabad rayon MİS-dən verilmiş Nümayəndəliyinin 21 iyun 2023-cü il tarixli arayışı və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 Sabirabad rayonu, Sabirabad şəhəri, 20 Yanvar küçəsi ev 15, mənzil 6-da qeydiyyatda olmaqla yaşamış və yaşayış yeri üzrə qənaətbəxş (MİS-nə ondan şikayət daxil olmamışdır) xarakterizə olunur. İş üzrə Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar (CM-nin 59 və 61-ci maddələrində göstərilən) yoxdur. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanmasına dair tələbnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. İşdə olan, Sabirabad şəhər İƏD üzrə Nümayəndəliyinin 21 iyun 2023-cü il tarixli arayışı və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs3 Sabirabad şəhəri, Şəhriyar küçəsi ev 41-də qeydiyyatda olmaqla yaşamış və yaşayış yeri üzrə müsbət xarakterizə olunmur. İşdə olan, Sabirabad regional ASAN xidmət mərkəzi qeydiyyat şöbəsindən veriilmiş 10 fevral 2023-cü il tarixli, 05/73-26 №-li arayışın və AZ-İV 842273 №-li doğum haqqında şəhadətnamənin surətləri ilə müəyən edilir ki, X14 01 fevral 2023-cü ildə Sabirabad şəhərində anadan olmuşdur. X5, anası Təqsirləndirilən şəxs3dır. İşdə olan, Sabirabad Rayon İcra Hakimiyyəti başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 22 sentyabr 2023-cü il tarixli Rəyi ilə müəyyən edilir ki, hazırda Təqsirləndirilən şəxs3 bir azyaşlı uşağı və anası ilə birlikdə Sabirabad rayonun Qalaqayın kəndində yaşayır. Təqsirləndirilən şəxs3 narkomaniya xəstəliyyindən əziyyət çəkdiyini övladının təlim-tərbiyəsi il anası Zeynəb Zeynalovanın məşğul olduğunu, faktiki olaraq uşağının anasının (Zeynəb Zeynalovanın) himayəsində olduğunu və anası Zeynəb Zeynalovanın nəvəsi üzərində qəyyum təyin edilməsi ilə bağlı sənədləri İcra Hakimiyyətinə təqdim edəcəyini bildirmişdir. Sabirabad Rayon İcra Hakimiyyəti başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyası qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikası Ailə Məcəlləsinin 73.2-ci maddəsini rəhbər tutaraq Təqsirləndirilən şəxs3 narkomaniya xəstəsi olması, eyni zamanda 01 fevral 2023-cü il təvəllüdlü övladı X11 yetərincə analıq qayğısı göstərə bilməməsi səbəbindən övladının onun yanında saxlanmasını məqsədəmüvafiq hesab etmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 himayəsində bir azyaşlı uşağın olması CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. İş üzrə Təqsirləndirilən şəxs3 cazasını ağırlaşdıran hallar (CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanmasına dair tələbnamə və məhkəmə hökmünün surəti ilə müəyyən olunur ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 07 sentyabr 2011-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 CM-nin 128, 177.1, 181.2.2, 181.2.5 və 182.2.2-ci maddələri ilə təqsirli bilinib cinayətlərin məcmusü üzrə qəti olaraq 08 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 04 may 2017-ci il tarixli qərarı ilə CM-nin 177.1-ci maddəsi hökmdən xaric edilmişdir. Təqsirləndirilən şəxs2 21 avqust 2018-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Məhkəmə hesab edir ki, CM-nin 83.3.4-cü maddəsinə əsasən (ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluğu olmayan hesab edilir) 07 sentyabr 2011-ci il tarixli hökm üzrə Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Ona görə də hazırda o, məhkumluğu olan şəxsdir. Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən ağır cinayət törətmişdir. Azərbaycan Respublikası CM-nin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətin təhlükəli residivi yaranır. Beləliklə, Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən cinayət törətdiyindən onun bu əməli cinayətin təhlükəli residivini yaradır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən cinayət törətdiyindən onun bu əməli cinayətin residivi yaratdığından ona CM-nin ittiham olunduğu maddələr üzrə cəza təyin edilərkən CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəza təyin edilməli, habelə cinayətin residivi cəzanı ağırlaşdıran hal kimi də nəzərə alınmalıdırir. İşdə olan, Sabirabad şəhər İƏD üzrə Nümayəndəliyinin 21 iyun 2023-cü il tarixli arayışı və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 Sabirabad şəhəri, V.Əhmədov küçəsi dalan 4, ev 13-də qeydiyyatda olmaqla yaşamış və yaşayış yeri üzrə qənaətbəxş (ondan nümayəndəliyə şikayət daxil olmamışdır) xarakterizə olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 əməlində cinayətlərin residivi olması CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran haldır. İş üzrə Təqsirləndirilən şəxs2 cazasını yüngülləşdirən hallar (CM-nin 59-cu maddəsində göstərilən və başqa) yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, eləcə də əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin, habelə Təqsirləndirilən şəxs2 CM-nin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılmaları qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 barəsində xüsusi müsadirə təyin edilməsi üçün əsaslar (CM-nin 99-1-ci maddəsi ilə) yoxdur. Beləliklə, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən hər birinin törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, cəzanı yüngülləşdirən halı-Təqsirləndirilən şəxs3 münasibətdə, cəzanı ağırlaşdıran halı-Təqsirləndirilən şəxs2 münasibətdə, habelə təyin olunacaq cəzanın onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə, təqsirləndirilən şəxslərin islah olunmalarına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün onlara azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs2 CM-nin 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəza təyin edilməli, yəni təyin olunacaq cəza ittiham olunduğu CM-nin 234.4.3-cü maddəsi üzrə müəyyən edilmiş daha ciddi cəza-azadlıqdan məhrumetmə cəzasının son həddinin üçdə ikisindən (səkkiz ildən) az olmamalıdır. Eyni zamanda məhkəmə iş üzrə müəyyən edilmiş halları, o cümlədən Təqsirləndirilən şəxs3 narkomaniya xəstəsi olması, tüfeyli həyat-tərzi keçirməsi, azyaşlı uşağına yetərincə analıq qayğısı göstərə bilməməsi və bir azyaşlı uşağının faktiki olaraq anası Zeynəb Zeynalovanın himayəsində olması səbəbindən övladının onun yanında saxlanmasının məqsədəmüvafiq hesab edilməməsi (Sabirabad Rayon İcra Hakimiyyəti başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyasının rəyi) nəzərə alınaraq məhkəmə hesab edir ki, hazırda Təqsirləndirilən şəxs3 barəsində CM-nin 79-cu maddəsinin (Hamilə qadınlar və azyaşlı uşaqları olan şəxslər tərəfindən cəzanın çəkilməsinin təxirə salınması) tətbiq edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində, Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 28 fevral 2023-cü il tarixdən hesablanmalı və bərələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Habelə narkoloji tibbi yoxlamanın rəyləri nəzərə alaraq məhkəmə hesab edir ki, CMnin 93.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və onlar cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunmalı, həmçinin yaşadıqları ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdırlar. Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Sabirabad RPŞ-nin maddi sübutlar otağında saxlanılan, ayrı-ayrılıqda qablaşdırılmış 9,419 qram heroin, 6,037 qram metamfetamin, 1,823 qram metamfetamin, 0,432 qram heroin, 0,165 qram heroin və 0,201 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə “Azərbaycan Respublikasının Narkomanlığa və X6 X12 üzrə Dövlət Komissiyası” tərəfindən həyata keçirilməlidir. İş üzrə maddi sübut olan və Sabirabad RPŞ-nin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs2 məxsus bir ədəd “Samsung” markalı, “SM-A325F/DS” modelli mobil telefon aparatı hökm qanuni qüvvəyə mindikdən sonra qardaşı X15 (ünvan: ünvan 3ə Təqsirləndirilən şəxs3 azadlıqdan məhrumetmə cəzasına məhkum ediləcəyini nəzərə alaraq Azərbaycan Respublikası CPM-nin 160.1-ci maddəsinə əsaslanaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs3 azyaşlı övladı-01 yanvar 2023-cü il təvəllüdlü X9 üzərində qəyyumun təyin edilməsi məsələsinə baxılması Sabirabad Rayon İcra Hakimiyyəti başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyasına tapşırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 160.1-ci maddəsində əsasən valideynin və ya ailəni dolandıran şəxsin həbsə alınması, habelə cinayət prosesini həyata keçirən orqanın digər hərəkətləri nəticəsində nəzarətsiz, baxımsız qalmış və həyat üçün zəruri vəsaitlərdən məhrum olunmuş yetkinlik yaşına çatmamış şəxslərin himayə olunmaq hüququ vardır və həmin orqan bu hüququ Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Bununla bağlı cinayət prosesini həyata keçirən orqanın göstərişləri qəyyumluq və himayəçilik orqanları və onların vəzifəli şəxsləri üçün məcburidir. İş üzrə ekspertiza tədqiqatı xərcləri-99 (doxsan doqquz) manat 48 qəpik məhkum olunmuş şəxslərdən bərabər qaydada, yəni Təqsirləndirilən şəxs3 33 manat 16 qəpik, təqsirləndirilən Təqsirləndirilən şəxs1 33 manat 16 qəpik və Təqsirləndirilən şəxs2 33 manat 16 qəpik tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 28 fevral 2023-cü il tarixdə hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunsun, habelə o, yaşadığı ərazi üzrə xəstəxanada narkoloji kabinetdə profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs3 28 fevral 2023-cü il tarixdən 02 mart 2023-cü il tarixədək həbsdə saxlanılması, eləcə də 02 mart 2023-cü il tarixdən 12 fevral 2024-cü il tarixədək qətimkan tədbiri ev dustaqlığında olması müddəti azadlıqdan məhrumetmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin əvvəli 28 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunsun, habelə o, yaşadığı ərazi üzrə xəstəxanada narkoloji kabinetdə profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs3 azadlıqdan məhrumetmə cəzasına məhkum edildiyindən onun azyaşlı övladı-01 yanvar 2023-cü il təvəllüdlü X9 üzərində qəyyumun təyin edilməsi məsələsinə baxılması Sabirabad Rayon İcra Hakimiyyəti başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyasına tapşırılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz ) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 28 fevral 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunsun, habelə o, yaşadığı ərazi üzrə xəstəxanada narkoloji kabinetdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübutlar olan və Sabirabad Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan, ayrı-ayrılıqda qablaşdırılmış 9,419 qram narkotik vasitə olan heroin, 6,037 qram psixotrop maddə olan metamfetamin, 1,823 qram psixotrop maddə olan metamfetamin, 0,432 qram narkotik vasitə olan heroin, 0,165 qram narkotik vasitə olan heroin və 0,201 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan və Sabirabad Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs2 məxsus bir ədəd “Samsung” markalı, “SM- A325F/DS” modelli boz rəngli mobil telefon aparatı hökm qanuni qüvvəyə mindikdən sonra X15 (ünvan: ünvan 4 tədqiqatı xərci-99 (doxsan doqquz) manat 48 qəpik məhkum olunmuş şəxslərdən bərabər qaydada, yəni təqsirləndirilən Təqsirləndirilən şəxs1 33 (otuz üç) manat 16 (on altı) qəpik, Təqsirləndirilən şəxs3 33 (otuz üç) manat 16 (on altı) qəpik və Təqsirləndirilən şəxs2 33 (otuz üç) manat 16 (on altı) qəpik tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 hökmün surətini aldıqları vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar