Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-97/2025 09.01.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X13, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X4 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər, Lənkəran Rayon Vəkil Bürosunun vəkili X10 və Bakı şəhər 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1988-ci ildə Rusiya Federasiyasının Dağıstan Respublikasında doğulmuş, Rusiya Federasiyası vətəndaşı, evli, ali təhsilli, sürücü işləyən, məhkum olunmamış, Rusiya Federasiyası, Dağıstan Respublikası, Buynaksk şəhəri, Ostrovskıy küçəsi ev 49 da qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin (bundan sonra CM-nin) 206.3.2 və 234.4-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ibtidai istintaqda ittiham verilmişdir ona görə ki, o, 13 yanvar 2024-cü il tarixədək olan dövr ərzində İran İslam Respublikasının Astara şəhərində olarkən şəxsiyyətləri istintaqla müəyyən edilməmiş şəxslərlə xüsusilə külli miqdarda narkotik vasitələri satış məqsədi ilə qanunsuz olaraq İran İslam Respublikasında əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə tranzit qaydada keçirilərək Rusiya Federasiyasına aparma barədə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq, cinayətkar qrupun İran İslam Respublikasında olan üzvləri tərəfindən istintaqla müəyyən edilməmiş vaxtda və mənbədən qəsdən qanunsuz olaraq tamah və satış məqsədilə əldə edilmiş, eləcə də malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə falqaya bükülüb üzərləri kahı ilə sarınaraq fiziki görünüşcə kahı formasına salınmaqla “kahı” yükündən ibarət 22 ədəd paletdən birindəki 90 bağlamadan 30 ədədinə yerləşdirilərək saxlanılmış 199 bağlamada qablaşdırılmış ümumilikdə xüsusilə külli miqdarda, 69970 qram qurudulmuş marixuana və 10 bağlamada qablaşdırılmış ümumilikdə xüsusilə külli miqdarda, 20870 qram həşiş qətranı narkotik vasitələrini tamah və satış məqsədilə qəsdən qanunsuz olaraq əldə etmiş, idarə etdiyi “DAF” markalı, “C781HA05/AM556105” dövlət qeydiyyat nişanlı yük avtomobilinin yük yerindəki kahı yükündən ibarət digər paletlərin arasına yerləşdirərək saxlamış, İran İslam Respublikasından Azərbaycan Respublikasına daşımış və həmin tarixdə saat 06 radələrində Dövlət Gömrük Komitəsinin Astara rayonu ərazisində yerləşən Astara Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölməsində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş, qeyd edilən tarixdə aparılmış gömrük yoxlaması zamanı həmin qurudulmuş marixuana və həşiş qətranı narkotik vasitələri saxlanıldıqları yerdən aşkar edilərək götürülmüşdür. Lakin məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 206.3.2 və 234.4-1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, Rusiya Federasiyası Dağıstan Respublikası Buynaksk şəhərində yaşayır. Ali təhsilli olmasına baxmayaraq ailəsini dolandırmaq üçün təxminən 1 il olar ki, sürücü işləyir. Özünə məxsus «DAF» markalı, C781HA05/AM556105 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə əvvəllər daxili yükdaşma ilə məşğul olmuş, sonralar isə ölkələrarası yükdaşımalarla məşğul olmağa başlamışdır. O, sürücü olaraq ölkələrarası yükdaşımada təcrübəsi az olduğundan Dağıstan Respublikasında yaşayan digər sürücü yoldaşları ilə birlikdə bir dəfə Rusiya Federasiyasından İran İslam Respublikasına, oradan isə Rusiya Federasiyasına yük aparmışdır. 05 yanvar 2024-cü il tarixdə beş nəfər sürücü yoldaşları, Maqomend Sadulayev, Arsen Saipulaev və başqa iki nəfərlə birlikdə hər bir öz avtomobillərinə Dağıstan Respublikasının Xasavyurt şəhərindən un yükləyib İran İslam Respublikasına yola düşmüşlər. Həmin gün Azərbaycan Respublikasına daxil olmuş, 06 yanvar 2024-cü il tarixdə isə Azərbaycan- İran sərhədini keçərək İran İslam Respublikasına daxil olmuşlar. 7-8 yanvar 2024-cü il tarixlərdə İran İslam Respublikasında limanda avtomobillərində olan un yükünü boşalmışlar. Onlar, beş nəfər sürücülər un yükünü boşaltdıqdan sonra İran İslam Respublikasının Astara şəhərində olan Pəyanə terminalının avtomobil dayanacağına gedər yük axtarmaq məqsədi ilə bir neçə gün həmin dayanacaqda gözləmişlər. Dayanacaqda gözlədikləri müddətdə beş sürücü bir yerdə olmuşlar, gecələr isə hərə özünə məxsus avtomaşında yatmışdır. Dayanacaqda gözlədikdən bir neçə gün sonra bir nəfər, adını sonradan bildiyi Mehdi adlı yük dispeçiri (makleri) onlara yaxınlaşaraq Rusiya Federasiyasına kahı yükü aparmaq lazım olduğunu demişdir. Sürücü yoldaşları onun ölkələrarası yükdaşımaqla təzəlikcə məşğul olmasını, həmin işə bələdçiliyinin az olmasını nəzərə alaraq onu özlərindən əvvələ salmış, hörmət əlaməti olaraq demişlər ki, sən həmin yükü götür, biz də yük taparıq birlikdə gedərik. Belə olan halda həmin kahı yükünü Rusiya Federasiyasına aparmaq qərarına gəlmişdir. Mehdi adlı şəxs yükün sənədləşdirilməsi və gömrük qeydiyyatının aparılması məqsədi ilə ondan avtomobilin sənədlərini istəmişdir. O, avtomobilin sənədlərini Mehdi adlı şəxsə vermiş, Mehdi adlı şəxs telefonla sənədlərin fotoşəkillərini çəkib götürmüş, onun mobil nömrəsini qeyd etmiş, tezliklə ona zəng edəcəyinin bildirmişdir. Bir müddətdən sonra Mehdi adlı şəxs ona yaxınlaşıb yük avtomobilinin gözlədiyini və gedib yükləmək lazım olduğunu demişdir. O, yükün sahibinin kim olmasını bilməmiş, yalnız Mehdi adlı şəxsi tanımışdır. Mehdi adlı şəxs Pəyanə adlanın dayanacqdan üç nəfər fəhlə götürüb taksi ilə yola salmış, özü isə onun avtomobilinə minmişdir. Onlar yükü götürəcəyi yerə getmişlər. Hardasa 1-2 kilometr gedəndən sonra orda kələm yüklənmiş İran yükdaşıyan avtomobilinin dayanaraq gözlədiyini görmüşdür. Mehdi adlı şəxs İran avtomobilində olan kahı yükünü onun avtomobilinə yükləmək üçün yükdaşıyan avtomobilin arxasını İran yükdaşıyan avtomobilinin arxasına yaxınlaşdırmasını demişdir. O, öz yükdaşıyan avtomobilinin arxasını İran yükdaşıyan avtomobilinin arxasına yaxınlaşdırıb saxlamışdır. Sonra 3 nəfər fəhlələr yükü İran avtomaşından onun avtomobilinə yükləməyə başlamışlar. O, kənarda durub gözləmişdir. Yükün kahı olduğunu görmüşdür. Bir-iki saat ərzində İran yükdaşıyan avtomobilindən onun avtomobilinə yükü yükləmişlər. Mehdi ilə birlikdə geriyə, təxminən 150 m məsafədə olan dayanacağa getmişlər. Dayanacağın girəcəyində 10-15 dəqiqə dayanmışlar. Sonra İran gömrüyünün əməkdaşı onlara yaxınlaşmışdır. Həmin şəxs ona məxsus avtomobilin qoşqusunun qapısını açıb yükə vizual baxmış, kahı yükü olmasını görmüş və qoşqunun qapısını bağlayaraq plomblamışdır. Sonra Pəyanə dayanacağına daxil olmuşlar. O, boş yer tapdıqdan sonra avtomobili dayanacaqda saxlamışdır. Həmin vaxt sürücü yoldaşı Arsen də artıq avtomaşınına kahı yükü yüklənmiş vəziyyətdə dayanacağa gəlmişdir. O, Yalnız Mehdi adlı şəxsi tanımışdır. Mehdi adlı dispeçirə demişdir ki, Rusiyada yükü qəbul etməli olan adamın telefon nömrəsini ona versin. Mehdi adlı şəxslə bir-birlərini anlamaqda çətinlik çəksələr də, ümumi hərəkətlərlə söhbətin nədən getdiyini bir-birlərinə izah etmişlər. Onlar Pəyanə dayanacağında bir neçə gün növbə gözləmişlər. Belə ki, orada gömrüyə getmək üçün növbə gözləyən yük avtomaşınları çox olmuşdur. Dayanacaqda gözləyəndə bir şəxs ona zəng etmiş, nəsə demiş, ama dayanacaqda şəbəkə zəif olduğundan danışa bilməmişlər. İnternet gələndən sonra yenidən zəng etmiş, o şəxslə danışmaq istəmiş amma alınmamışdır. Sonra o, həmin şəxsin kim olduğunu dəqiqləşdirmək üçün ona audiosəs yazısı göndərmişdir. Ona həmin şəxs yükün sahibi olması barədə cavab gəlmişdir. Həmin şəxs ondan yola çıxıbçıxmaması barədə maraqlanmışdır. Arsen sırada ondan 10-15 avtomobil arxada olmuşdur. O, ikinci səfər olmuşdur ki, İrana gəlmişdir. Ona görə çox xırdalıqları bilməmiş və onlar belə qərara gəlmişlər ki, o, Arseni gözləsin, Arsen ona yolu göstərsin. Belə ki, o yolu bilməmiş, onun Azərbaycanla heç bir əlaqəsi olmamış, telefonu Azərbaycanda qeydiyyatdan keçməmişdir, buna görə ona bələdçilik edən adam lazım olmuşdur. Onlar beş nəfər Dağıstanlı sürücülər bir neçə gün bir yerdə yoldaşlarını gözləmişlər. 11 yanvar 2024-cü il tarixdə saat 23:00-da Arsenin növbəsi çatmış və onlar dayacaqdan çıxmışlar. O, sıradan çıxıb Arseni gözləmiş, Arsenin avtomaşını gəlib ondan qabağa keçmişdir. Arsenin maşını qabaqda, o isə arxada olmaqla onlar İran gömrük keçid məntəqəsinə yaxınlaşmışlar. 5-6 saat dayanıb gözləmiş, rentgendən yoxlanışdan keçdikdən sonra ona bir gənc oğlan yaxınlaşmış, onun sənədlərini götürüb getmişdir. Onlar artıq sərhəd keçid məntəqəsinin qapısına yaxınlaşanda sənədlərini götürüb qapıdan çıxmış və 13 yanvar 2024-cü tarixdə səhər radələrində artıq Azərbaycan tərəfinə keçmiş və Astara gömrük postuna daxil olmuşlar. Gömrüyə daxil olduqdan sonra gömrük işçiləri avtomobilin yük qoşqusuna vurulmuş plombu və sənədləri yoxlamışlar. Hər şey qaydasında olmuş, Azərbaycan gömrüyünün əməkdaşı öz plomblarını vurmuş və avtomobilə GPS bağlamışlar. Bundan sonra baxış məntəqəsinə keçmişlər. Ondan əvvəldə olan Arsenin avtomobili rentgendən keçmiş və irəlidə avtomobilini saxlayıb onu gözləmişdir. O, avtombili sürmüş, rentgenə girmişdir. Bundan sonra ona demişlər ki, qoşqusunda kahı yükünün içində başa düşülməyən ləkələr aşkar edilmişdir. Ondan qoşquda kahıdan başqa nə olmasını soruşmuşlar. O isə maşında kahı yükündən başqa qabyuyan maddə (feyri) olduğunu demişdir. Gömrük əməkdaşı ondan qoşqunun içində nə olduğunu soruşmuşdur. O isə qoşquda kahı yükündən başqa heç nə olmadığını bildirmişdir. Gömrük əməkdaşı ona rentgenin qoşquda 3 ədəd dairəvi formalı, parlaq, şübhəli ləkələr görsəndiyini, qoşqunu belə buraxmağın mümkün olmadığını, qoşquda olan yükə baxış keçirməli olduqlarını demişdir. Bundan sonra o narahat olmağa başlamışdır. Gömrük əməkdaşı ona yükə baxış keçirilməsinin ödənişli olduğunu, dəqiq xatırlamır 117-120 manat pul ödənilməli olduğunu demişdir. Yükü qəbul etməli olan şəxsə onu baxışa göndərdiklərini və baxışın ödənişli olduğunu, həmin pulu onun ödəməli olduğunu yazıb Vhatsapp vasitəsi ilə göndərmişdir. Yükü qəbul etməli olan şəxsə xəbər vermişdir ki, yükün yoxlama xərci barədə məlumatlı olsun. O, baxış pulunu öz cibindən ödəyəcəyi halda yükün sahibi sonradan pulu ona qaytarsın. Sonra yükdaşıyan avtomobilini baxışa salmış, orda əvvəlcədən videoçəkiliş aparılmadan avtomaşının qoşqusunun qapısına İranda və Azərbaycan gömrüyündə vurulmuş plombları sındırmış, qapını açaraq qoşquda olan yükü boşaltmışlar. Yükü boşaltdıqdan sonra paletlərdən açıb yeşikləri çıxarmış, yeşiklərdən kələmləri çıxarmağa başlamış və sonra kələmləri sellofandan çıxarmışlar. Orda kələmlərin içərisində nəsə olduğunu görmüşlər. O gördüklərinə inana bilməmiş, özünü pis hiss etməyə başlamış, gözü qaralmışdır. O, köməkçidən xahiş etmişdir ki, ona öz internetini paylaşsın ki, ona yük təşkil edən dispeçerə zəng edə bilsin. Köməkçi ona internetini açmış və o, Mehtiyə zəng etmiş, onu danlamağa və əsəbləşməyə başlamışdır. O, Mehtiyə demişdir ki, yükü sən yükləmisən və Mehti isə ondan nə olmasını soruşmuşdur. O isə Mehtiyə demişdir ki, sənə göstərəcəm nə olacağını. O, köməkçidən kahının arasında çıxan şeyin nə olduğunu soruşmuşdur. Köməkçi isə ona kahı yükünün arasından çıxan şeyin marixuana olduğunu demişdir. O, Mehtiyə onun avtomaşınına marixuana yüklədiyini demiş və onu danlamağa başlamışdır. Sonra gömrük işçiləri onun telefonunu almışlar. Artıq Mehti ilə əlaqəsi kəsilmişdir. Gömrükçülər yükü yerə boşaldıb paletlərdə olan kahılara tam şəkildə baxmaqla içərisində narkotik olan kahıları aşkar etdikdən sonra yükü avtomaşına yığmış və bundan sonra avtomaşının qapsını açaraq yenidən videoçəkiliş aparmaqla sənədləşdirmişlər. İdarə etdiyi avtomaşına yüklənmiş kələm yükünün sahibinin kim olmasını, yükü Rusiya Federasiyasında kimin qəbul etməli olmasını bilməmiş, həmin adamları tanımamışdır. O, yalnız Mehti adlı yük dispeçirini onlara yükün aparılması barədə müraciət etməsindən sonra tanımış, əvvəllər həmin şəxslə heç bir əlaqəsi olmamışdır. Kahı yükü İran maşınından qablaşdırılmış vəziyyətdə onun idarə etdiyi avtomaşına yüklənmişdir. Həmin kahı məhsulunun harada, nə zaman, kim tərəfindən qablaşdırılması, kahı məhsulunun bir hissəsinin daxilinə qablaşdırılmadan əvvəl narkotik maddənin kimlər tərəfindən yerləşdirilməsi barədə məlumatı yoxdur. Kahı məhsulunda narkotik olmasını əvvəlcədən bilsə idi, həmin yükü heç vaxt daşımaq üçün qəbul etməzdi. İdarə etdiyi avtomaşına yüklənmiş kahı yükünün İarn İslam Respublikasında, Azərbaycan Respublikasına daxil olarkən, Azərbaycan Respublikasından tranzit keçməklə Rusiya Federasiyasına daxil olarkən həm Azərbaycan Respublikası, həm də Rusiya Federasiyası gömrük sərhədində təkrar gömrük yoxlamalarından keçməli olduğunu bildiyi halda içərisində narkotik olan yükü qəbul etməsi mümkün deyildir. İranda maşında olan yükün sənədləri yük dispeçiri Mehdinin köməkliyi ilə hazırlanıb ona təqdim olunmuşdur. Sənədlərlə tanış olmamışdır. Sürücü yoldaşlarının sözlərinə görə avtomobilin qoşqusunda hardasa 10-11 ton kahı olmasını bilmişdir. Onun telefon danışığı apardığı +**********90 nömrəsi İranda Mehdi adlı yük dispeçirinin nömrəsidir. Özünü yükün sahibi kimi təqdim edən +**********5 nömrəsinin istifadəçisi ona “whatsapp” üzərindən ona zəng etmiş, həmin şəxsin kim olduğunu bilmir, belə ki, həmin şəxs ona özünün anket məlumatları haqqında heç bir məlumat verməmişdir. Həmin şəxs ondan gömrük sərhədini keçib-keçməməsi barədə maraqlanırmış, bu zaman onun idarə etdiyi nəqliyyat vasitəsi rentgen qurğusundan keçirilərək şübhəli cizgilər müəyyən edildiyindən yükün boşaldılaraq yoxlanılması zərurəti yaranmışdır. Bu zaman boşaltma-yükləmə xərcləri ona aid olduğundan o, bu barədə həmin nömrənin istifadəçisinə məlumat vermiş və yaranacaq xərcləri Rusiyaya getdikdə həmin şəxsdən alacağını bildirmişdir. Həmin şəxs isə onun bu tələbi ilə razılaşmışdır. +**********9 nömrəsinin istifadəçisi onun qızı Fatimənin nömrəsidir. Fatimənin 6 yaşı vardır. O, nəqliyyat vasitəsindəki yüklərdə şübhəli cizgilər aşkar edildikdən sonra və iranlılardan hər cür təhlükə gözlədiyindən burada hansısa problem ola biləcəyindən ehtiyat edərək özünü yükün sahibi kimi təqdim edən +**********5 nömrəsinin istifadəçisi ilə arasında olan mesajları saxlamağı mümkün olsun deyə qızı Fatimənin həmin nömrəsinə göndərmişdir. Beləliklə də həmin şəxs tərəfindən yazılmış mesajlar qarşı tərəfdən sonradan silinsə də o, həmin mesajların saxlanılmasına nail olmuşdur. Onun həmin şəxslə olan mesajlarını saxlamağına əsas səbəblərdən biri də özünü Rusiyada yükün sahibi kimi təqdim edən şəxsin öz adını deməkdən yayınması, özü barədə ona ətraflı məlumat verməməsi onda şübhələri artırması olmuşdur. 2024-cü ilin əvvəllərinə olan dövr üçün bütün malların İran İslam Respublikasından Rusiya Federasiyasının Sank-Peterburq şəhərinə daşınması məsafə nəzərə alınmaqla təxminən 3500 ABŞ dollarına həyata keçirilirmişdir. Lakin bəzi hallarda tez xarab olan malların daşınması qeyd edilən qiymətdən bir qədər də baha həyata keçirilə bilərdi. Kahı məhsulu tez xarab olduğuna və Rusiya Federasiyasının Moskva şəhərində meyvə-tərəvəz baha olduğundan həmin malın daşınmasına görə ona 3500 ABŞ dolları təklif edilməsi onda heç bir şübhə doğurmamışdır. Çünki, bu məsafə nəzərə alınmaqla ümumi qiymətə uyğun olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 göstərdi ki, Astara Gömrük İdarəsi Rəsmiləşdirmə Mərkəzi 1-ci bölmənin böyük inspektoru vəzifəsində işləyir. 13 yanvar 2024-cü il tarixdə Astara Gömrük İdarəsi yoxlama qrupuna göndərilən nəqliyyat vasitələrinə gömrük nəzarətini həyata keçirirmişdir. Həmin gün saat 06 radələrində Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına gedən Rusiya Federasiyası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “DAF” markalı, “C781HA05/AM556105” dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi saxlanılmış və rentgen aparatının görüntüləri əsasında yoxlama qrupuna göndərilmişdir. Avtomobil yoxlama qrupuna göndərilməzdən əvvəl gömrük xəttinə daxil olarkən gömrük inspektoru tərəfindən avtomobilə baxış keçirilmiş, avtomobilin yükünə İran İslam Respublikası gömrüyü tərəfindən vurulmuş plomb, yükün sənədləri qaydasında olduğundan Astara Gömrük İdarəsinin də plombunu vurmuş və avtomobilin gələcək hərəkətinə nəzarət üçün GPS quraşdırılmışdır. Yəni avtomobil yoxlama qrupuna göndəriləndə avtomobilin yük qoşqusu həm İran İslam Respublikası gömrüyü tərəfindən, həm də Astara Gömrük İdarəsi tərəfindən plomblanmış vəziyyətdə olmuşdur. Həm də avtomaşının üzərinə GPS quraşdırılmışdır. O əvvəlcə videoçəkiliş aparılmadan avtomobilin qoşqusu üzərinə vurulmuş hər iki plombları və avtomaşına quraşdırılmış GPS açmışdır. Avtomobilin qoşqusunda 22 ədəd paletlərdə olan kahı yükü yerə boşaldılmış və həmin yükə kinoloji xidmət - it tədbiq edilmişdir. Xidmət iti avtomobilin qoşqusundan yerə boşaldılmış 1 ədəd paletə reaksiya vermişdir. Xidməti itin reaksiyasına əsasən sözügedən paletə əsaslı gömrük yoxlaması tədbiq etmişdir. Yoxlama zamanı 1 ədəd paletdə olan 90 ədəd qablaşmadan 30 ədəd qablaşmada hər qablaşmada müvafiq olaraq 6-7 ədəd olmaqla ümumilikdə 209 ədəd falqaya bükülmüş formada üzəriləri kahı ilə sarınaraq fiziki görünüşcə kahı formasına salınmış, gömrük nəzarətindən gizlədilmiş oval formalı bağlamalar aşkar etmişdir. Daha sonra həmin bağlamalar açılmış, sayılmış, çəkilmiş və 199 ədəd bağlamada qablaşdırılmaları ilə birlikdə ümumi təqribi çəkisi 73 kq 476.18 qram açıq yaşıl rəngli narkotik vasitə marixuanaya oxşar maddə və 10 ədəd bağlamada isə ümumi təqribi çəkisi 21 kq 132.8 qram qara rəngli, kəskin iyli narkotik vasitə həşişə oxşar maddə olduğu məlum olmuşdur. Sonra kahı yükü avtomobilin yük qoşqusuna yüklənmiş və yenidən videoçəkilişlə sənədləşmə aparılmışdır. Sürücü Təqsirləndirilən şəxs kahı yükünün içərisindən narkotik çıxanda təəccüblənmiş, bu barədə məlumatının olmadığını bildirmişdir. İçərisində narkotik maddələr olan paletlə digər kahı yüklənmiş paletlər arasında xarici görkəmcə heç bir fərq olmamışdır. Sonra isə X6un üzərində şəxsi axtarış aparılmış və qanunsuz əşya aşkar olunmamışdır. Yoxlamalar tam başa çatdıqdan sonra Təqsirləndirilən şəxs idarə etdiyi yük nəqliyyat vasitəsinin qoşqusunda aşkar olunmuş narkotik vasitələrəbənzər maddələr götürülmüş və qablaşdırılaraq möhürlənmişdir. Maqomednabi Aleskenderov xarici görkəminə görə kahı yükünün içərisində narkotik olmasını bilə bilməzdi. Məhkəmə istintaqında şahid qismində dindirilən X8 göstərdi ki, Rusiya Federasiyası Dağıstan Respublikasında yaşamaqla özünə məxsus “Daf” markalı, C564OC178 dövlət nömrə nişanlı yük avtomobili ilə əsasən ölkədaxili yük daşımalarını həyata keçirir. Lakin bəzi hallarda, əsasən də yay aylarında yük olduğu təqdirdə xarici ölkələrə yüklər aparıb gətirir. Rusiyadan İrana dəfələrlə un yükü aparmış, geri qayıdan zaman isə əsasən meyvə-tərəvəz yükü aparmışdır. İranda ona yükü əsasən yük maklerləri vermişlər. Təqsirləndirilən şəxs yük nəqliyyat vasitəsinin sürücüsü və həmyerlisi kimi tanıyır, onunla münasibətləri normal olmuşdur. İranda Mehdi adlı şəxsi yük makleri kimi tanımışdır. 05 yanvar 2024-cü il tarixdə o, Maqomednabi, Şahid6 və iki nəfər əlavə sürücülər, beş nəfər olmaqla dağıstan Respublikasının Xasavyurt şəhərindən un yükləyib Rusiya Federasiyasından İran İslam Respublikasına yola düşmüşlər. Həmin gün Azərbaycan Respublikasına daxil olmuş, 06 yanvar 2024-cü il tarixdə isə Azərbaycan - İran sərhədini keçərək İrana daxil olmuşlar. 7-8 yanvar 2024-cü il tarixlərdə İranda limanda avtomobillərindən un yükü boşaldılmışdır. Sonra beş nəfər dağıstanlı sürücülər iran gömrüyünün yaxınlığındakı Pəyanə adlanın dayanacaqda dayanmış və yük axtarmağa başlamışlar. Onlar bir neçə gün Pəyanə dayanacağında qalmışlar, həmin müddət ərzində hər biri öz avtomobildə gecələmişlər. Bu vaxt ərzində Təqsirləndirilən şəxs onlarla birlikdə olmuş, onlardan kənara getməmiş və hər hansı şəxslə görüşməmişdir. Bir neçə gün dayanacaqda gözlədikdən sonra beş nəfər sürücü oturub çay içdikləri zaman bir nəfər tanımadıqları iranlı onlara yaxınlaşmış, adının Mehdi olduğunu, yük dispeçiri olduğunu bildirmiş və Rusiya Federasiyasına kahı yükü aparmaq lazım olduğunu demişdir. Maqomednabi beynəlxalq yükdaşımada təcrübəsiz olduğundan dörd nəfər sürücü yoldaşları Maqomednabiyə hörmət əlaməti olaraq demişlər ki, həmin yükü o aparsın. Bundan sonra Maqomednabi avtomaşını sürüb Mehdi adlı dispeçrlə yükü götürmək üçün getmişdir. Elə həmin gün Xatif adlı başqa bir yük dispetçeri ona yaxınlaşmış, təxminən 3500 ABŞ dolları müqabilində Rusiya Federasiyasının Moskva şəhərinə kahı yükü aparmağı təklif etmişdir. O, razılaşmış və maşını sürüb Pəyanə dayanacağından təxminən 500 metr aralıda yolun kənarında saxlamışdır. Bir neçə dəqiqə sonra İran İslam Respublikasına məxsus bir yük avtomobili gəlmiş və nəqliyyat vasitəsinin arxasını onun avtomobilimin arxasına birləşdirmiş, bundan sonra həmin nəqliyyat vasitəsindəki kahı yükü onun nəqliyyat vasitəsinin yük yerinə yüklənmişdir. Yük avtomaşına yüklənəndən sonra İran gömrük işçiləri gəlib avtomaşını plomblamışlar. Yüklənmiş avtomaşın plomlanmadığı halda digər ölkələr avtomaşını öz daxili sərhədlərinə buraxmırlar. Onun avtomobilinə kahı yükləndikdən sonra dayanacağa qayıtmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs da avtomaşını kələmlə yüklənmiş vəziyyətdə olmaqla terminala qayıtmışdır. Pəyanə terminalında növbədə gözləyən zaman Təqsirləndirilən şəxs mobil telefonuna zəng gəlmişdir. Təqsirləndirilən şəxs həmin adamla rus dilində danışaraq kim olduğunu soruşmuş, həmin şəxs isə yükün sahibi olduğunu bildirmiş və harada olduğunu soruşmuşdur. Magomednabi həmin zəng edən şəxsi tanımadığını ona demişdir. Onlar Pəyanə terminalında gömrükdən keçəcəkləri növbəni gözləməyə başlamışlar. Təxminən 3-4 gün orada növbə gözlədikdən sonra 11 yanvar 2024-cü il tarixdə onlar İranda Astara gömrüyünə daxil olmuşlar, orada yük çəkilmiş, yükə dair sənədlər təqdim edilmiş və Azərbaycan Respublikasına daxil olmuşlar. Gömrükdə növbə ilə hərəkət edən zaman Təqsirləndirilən şəxs ondan 15-20 maşın qabaqda hərəkət etmişdir. Lakin Maqomednabi cəmi ikinci dəfə İrana yük gətirib-apardığından həmin ölkənin gömrüyündən keçid qaydalarını yaxşı bilmədiyi üçün növbədən kənara çıxmış, arxada gələn yük avtomobillərini buraxıb, onun avtomobilinin arxasınca hərəkət etməyə başlamışdır. Onlar 13 yanvar 2024-cü il tarixdə səhər saatlarında Azərbaycan gömrüyünə daxil olmuşlar. Astara Gömrük İdarəsinə daxil olduqda gömrük əməkdaşları onların avtomaşınlarını göz müşahidəsi ilə yoxlamışlar, avtomaşınlara yüklənmiş yük plomblanmış vəziyyətdə olmuş, Azərbaycan gömrük sərhədində də yük plomblanmış və gömrük yoxlamasına daxil olmuşlar. Onun avtomobili yoxlanıldıqdan sonra avtomobili bir qədər qabağa sürüb dayandırmış, daha sonra avtomobildən enib sənədlərinin rəsmiləşdirilməsi üçün orada olan xidməti otağa daxil olmuşdur. Onun sənədləri yazılan ərəfədə artıq Təqsirləndirilən şəxs avtomobili yoxlanılmışdır. Həmin vaxt o, Təqsirləndirilən şəxs yaxınlaşıb gömrükdən keçid qaydaları ilə bağlı söhbət etmişlər. O, Magomednabidən ayrılıb sənədlərini götürməyə getmişdir. Sonra Magomednabinin idarə etdiyi nəqliyyat vasitəsində olan yükdə narkotik aşkar olunmasını bilmişdir. O, Moqomednabiyə yaxınlaşdıqda Maqomednabinin özünü pis hiss etdiyini görmüşdür. Maqomednabi avtomaşına yüklənmiş kələmin içərisinə narkotik qoyulmasından xəbərsiz olmuşdur. O, bir qədər də gözləmiş, lakin Magomednabinin artıq buraxılmayacağını, onu gözləməyin mənasız olduğunu görüb yoluna davam etmişdir. İranda olduqları zaman təxminən 20-dən çox dispeçirin yük təşkil etməklə məşğul olduqlarını görmüşdür. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid6 oğlu göstərdi ki, Rusiya Federasiyası Dağıstan Respublikası Buynaksk şəhərində yaşayır. Özünə məxsus “Volvo” markalı yük avtomobili ilə əsasən ölkədaxili yük daşımaları həyata keçirir. Lakin bəzi hallarda yük olduğu təqdirdə xarici ölkələrə də yüklər aparıb gətirir. Təqsirləndirilən şəxs onun qonşusudur. Həm də onun kimi yük nəqliyyat vasitəsi ilə yükdaşıma fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxsla münasibətləri yaxşı olmuşdur. 05 yanvar 2024-cü il tarixdə o, Maqomednabi, Arsen və iki nəfər əlavə sürücülər, beş nəfər olmaqla Dağıstan Respublikasının Xasavyurt şəhərindən un yükləyib İran İslam Respublikasına yola düşmüşlər. Həmin gün Azərbaycan Respublikasına daxil olmuşlar. 06 yanvar 2024-cü il tarixdə isə Azərbaycan - İran sərhədini keçərək İrana daxil olmuşlar. 7-8 yanvar 2024-cü il tarixlərdə İranda limanda avtomaşınlarda olan un yükü boşaldılmışdır. Yükü boşaltdıqdan sonra beş nəfər dağıstanlı sürücülər iran gömrüyünün yaxınlığındakı Pəyanə adlanın dayanacaqda dayanmış və yük axtarmağa başlamışlar. Onlar bir neçə gün Pəyanə terminalının avtomobil dayanacağında qalmışlar. Həmin müddət ərzində hər biri öz avtomobilində gecələmişlər. Bu müddət ərzində Təqsirləndirilən şəxs onlarla birlikdə olmuş və heç bir şəxslə görüşməmişdir. Bir neçə gün dayanacaqda gözlədikdən sonra çay içdiyikləri zaman bir nəfər yük dspeçiri onlara yaxınlaşaraq Rusiya Federasiyasının Moskva şəhərinə kələm yükü aparmaq lazım olduğunu bildirmişdir. Maqomednabi beynəlxaq yükdaşıma ilə təzəlikcə məşğul olduğuna görə ona məsləhət bilmişlər ki, həmin yükü o qəbul etsin, digər sürücülər isə yük gözləsinlər. Belə ki, Maqomednabini qabağa salmışlar ki, onları gözləsin birlikdə getsinlər. Maqomednabi onlarla razılaşaraq həmin yükü qəbul etmək üçün dispeçrlə birlikdə avtomaşınını sürüb getmişdir. Sonra Xatif adlı yük dispetçeri ona yaxınlaşmış, 3500 ABŞ dolları müqabilində Rusiya Federasiyasına kahı yükü aparmağı təklif etmişdir. O, həmin şəxsin təklifini qəbul etmiş, Pəyanə dayanacağından təxminən 20-30 km aralıda olan hansısa anbara getmiş, nəqliyyat vasitəsinin arxasını orada gözləyən başqa bir yük avtomobilinin arxasına birləşdirmiş və həmin nəqliyyat vasitəsindəki kahı yükü onun nəqliyyat vasitəsinə yüklənmişdir. Yaxınlıqdakı dayanacaqda İran İslam Respublikasının gömrük işçiləri avtomaşında olan yükə baxaraq avtomaşının qoşqusunun qapısını plomblamışlar. Bundan sonra o, Pəyanə terminalına geri qayıdıb gömrükdən keçəcəyi növbəni gözləməyə başlamışdır. Bu zaman Təqsirləndirilən şəxs da dayanacaqda olmuşdur. Onun da avtomobilinə kahı yüklənmişdir. Təxminən 3-4 gün orada növbə gözlədikdən sonra onlar İranda Astara gömrüyünə gəlmişlər. Orada olarkən yükə dair sənədlər onlara təqdim edilmiş və sonra Azərbaycan Respublikasına daxil olmuşlar. Təqsirləndirilən şəxs ondan təxminən 20-30 maşın əvvəldə hərəkət etmişdir. Astara gömrüyündə ona növbə çatan zaman Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsinin rentgen qurğusunun yanında dayandığını görmüşdür. Orada olan sürücülərdən Magomednabinin daşıdığı yükün içərisindən narkotik vasitə çıxmasını eşitmişdir. Həmin vaxt onun da nəqliyyat vasitəsi yoxlanılmışdır. O, Rusiyada fəaliyyət göstərən “X21”-ya zəng edərək şirkətin müdiri Zakir adlı şəxsə Maqomednabinin daşıdığı yükdən narkotik çıxmasını xəbər vermişdir. Çünki, o və Təqsirləndirilən şəxs həmin şirkətin tərkibində öz avtomobilləri ilə yükdaşıma ilə məşğul olmuşlar. Bundan sonra o bir qədər də gözləmiş, lakin Magomednabinin artıq buraxılmayacağını, onu gözləməyin mənasız olduğunu görüb yoluna davam etmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsinə yüklənmiş kahı yükünün içərisinə narkotik vasitəni kimin qoyması barədə məlumatı yoxdur. Məhkəmə istintaqında şahid kimi dindirilən Şahid3 göstərdi ki, Astara Gömrük İdarəsində yükləmə-boşaltma əməliyyatlarında fəhləliklə məşğul olur. 13 yanvar 2024-cü il tarixdə saat 09 radələrində gömrük inspektoru Vüqar onu və digər fəhləlik edən Şahmarı yük maşınları yoxlanan anbara dəvət edərək Rusiya Federasiyası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “DAF” markalı yük nəqliyyat vasitəsində olan yükü yoxlanılacağını bildirmiş və yükün yoxlanılmasında hal şahidi kimi iştirak etmələrini təklif etmişdir. Onlar yoxlama anbarında olan nəqliyyat vasitəsinə yaxınlaşdıqda nəqliyyat vasitəsinin qoşqusunun qapısı həm İran gömrüyü tərəfindən, həm də Astara Gömrük İdarəsinin plombları ilə plomblanmış vəziyyətdə olmuşdur. Belə ki, nəqliyyat vasitəsi gömrüyə daxil olduqda gömrük əməkdaşı tərəfindən nəqliyyat vasitəsinin yük qoşqusunun plombu neytral zonada yoxlanılmış, hər şey qaydasında olduğundan Azərbaycan gömrüyünün plombu da vurulmuş və avtomaşının üzərinə növbəti hərəkəti haqqında məlumatların əldə edilməsi üçün GPS quraşdırılmışdır. Videoçəkilişlə yoxlama aparılmasından əvvəl gömrük əməkdaşları tərəfindən avtomaşının qoşqusu üzərindəki plomblar və GPS açılmışdır. Avtomaşının qoşqusunda paletlərdə olan kahı yerə boşaldılmışdır. Kinoloji it tədbiq edilmiş, it kahı qablaşdırılmış paletldərdən biriniə reaksiya vermişdir. Həmin paletdə sellofan bükümlərdə qablaşdırılmış kahılar çıxarılmış, kahılar kəsilməklə içərisinə baxıldıqda kahıların içərisində narkotik maddə olan qurudulmuş marixuanaya və həşiş qətranınabənzər maddələr aşkar olunmuşdur. Sonra kahı yükü yenidən paletlərdə qoşquya yüklənmiş və videçəkilişlə sənədləşmə aparılmışdır. Kahı bükümlərinin içərisində narkotik vasitələr aşkar olunanda Maqomednabi Aleskenderov özü də şok halına düşmüş, halı pisləşmiş, oturmuş, kahıların içərisində aşkar olunanların nə olduğunu bilmədiyini demişdir. İçərisindəki kahılara narkotik yerləşdirilmiş pallet xarici görkəminə görə digər paletlərdən fərqlənməmişdir. İçərisində narkotik olan paletlərlə digər paletlərin xarici görkəmlərində fərq olmamışdır. X6 gözlə baxdıqda paletlərdəki kahıların arasına narkotik yerləşdirilməsini bilə bilməzdi. Hiss olundu ki, Maqomednabi kahıların içərisində narkotik olmasından xəbərsiz idi. Soruşdu ki, nə üçün paleti sökürlər, dedilər ki, həmin paletdə şübhəli şeylər görünmüşdür. Məhkəmə istintaqında şahid kimi dindirilən Şahid2 göstərdi ki, Dövlət Gömrük Komitəsi X15 Klubunun baş təlimçisi işləyir. 13 yanvar 2024-cü il tarixdə inspektor Şahid1 Astara Gömrük İdarəsi yoxlama qrupuna göndərilən nəqliyyat vasitələrinə gömrük nəzarətini həyata keçirmişdir. Həmin gün saat 06 radələrində Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına gedən Rusiya Federasiyası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “DAF” markalı, “C781HA05/AM556105” dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi rentgen aparatının görüntüləri əsasında yoxlama qrupuna göndərilmişdir. Yoxlama qrupunda tətbiq edilən gömrük yoxlaması zamanı yük avtomobilinin qoşqusunda ümumilikdə 22 ədəd paletdə olan kahı yükü yerə boşalmış, həmin yükə “Qrey” ləqəbli kinoloji xidməti it tədbiq edilmişdir. Bu zaman kinoloji xidmət iti avtomobilin qoşqusundan yerə boşaldılan 1 ədəd paletə reaksiya vermişdir. Xidməti itin reaksiyasına əsasən sözügedən paletə əsaslı gömrük yoxlaması tədbiq edilmiş, paletdə üzəriləri kahı ilə sarınaraq görünüşcə kahı formasına salınmış, gömrük nəzarətindən gizlədilən oval formalı bağlamalar aşkar edilmişdir. Daha sonra həmin bağlamalar açılmış, 199 ədəd bağlamada narkotik vasitə marixuanayaoxşar maddə və 10 ədəd bağlamada isə narkotik vasitə həşişəoxşar maddə olduğu məlum olmuşdur. Yoxlama başa çatdıqdan sonra Magomednabinin idarə etdiyi yük nəqliyyat vasitəsinin qoşqusunda aşkar olunan narkotik vasitəyə oxşar maddələr qablaşdırılaraq möhürlənmiş və götürülmüşdür. İçərilərinə narkotik qoyulmuş kahıların olduğu paletlə digər paletlər arasında xarici görünüşsə heç bir fərq olmamışdır. Məhkəmə istintaqında şahid kimi dindirilən Şahid4 göstərdi ki, Astara Gömrük İdarəsində yükləmə-boşaltma əməliyyatlarında fəhləliklə məşğul olur. 13 yanvar 2024-cü il tarixdə saat 09 radələrində gömrük inspektoru Vüqar onu və digər fəhləlik edən Anarı yük maşınları yoxlanan anbara dəvət edərək Rusiya Federasiyası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “DAF” markalı yük nəqliyyat vasitəsində olan yükün yoxlanılacağını bildirmiş və onlara yükün yoxlanılmasında hal şahidi kimi iştirak etməyi təklif etmişdir. Onlar yoxlama anbarında olan nəqliyyat vasitəsinə yaxınlaşdıqda nəqliyyat vasitəsinin qoşqusunun qapısı plomblanmış vəziyyətdə olmuşdur. Belə ki, nəqliyyat vasitəsi gömrüyə daxil olduqda gömrük əməkdaşı tərəfindən nəqliyyat vasitəsinin yük qoşqusunun plombu neytral zonada yoxlanılmış, hər şey qaydasında olduğundan Azərbaycan gömrüyünün plombu da vurulmuş və avtomaşının üzərinə növbəti hərəkəti haqqında məlumatların əldə edilməsi üçün GPS quraşdırılmışdır. Ona görə də biz avtomaşına yaxınlaşanda avtomaşının qoşqusu üzərində iki plomb olmuşdur. Biri İran gömrüyündə vurulmuş plomb, biri isə Azərbaycan gömrüyünün plombu. Videoçəkilişlə yoxlama aparılmasından əvvəl gömrük əməkdaşları tərəfindən avtomaşının qoşqusu üzərindəki plomblar və GPS açılmışdır. Avtomaşının qoşqusunda paletlərdə olan kahı boşaldılmışdır. Kinoloji it tədbiq edilmiş, it kahı qablaşdırılmış paletldərdən biriniə reaksiya vermişdir. Həmin paletdə sellofan bükümlərdə qablaşdırılmış kahılar çıxarılmış, kahılar kəsilməklə içərisinə baxıldıqda kahıların içərisində narkotik maddə olan qurudulmuş marixuanaya və həşiş qətranınabənzər maddələr aşkar olunmuşdur. Sonra kahı yenidən paletlərdə qoşquya yüklənmiş və videoçəkiliş aparılmaqla rəsmiləşdirilmişdir. Avtomaşının yükü yoxlanılan zaman sürücü iştirak etmiş, kahıların içərisində narkotik vasitə aşkar olunan zaman özünü pis hiss etmiş, bundan xəbərsiz olduğunu bildirmişdir. Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölməsində tərtib olunmuş “Malların və nəqliyyat vasitələrinin yoxlanılması barədə” 13 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Rusiya Federasiyası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “DAF” markalı, “C781HA05/AM556105” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasının Astara şəhərində yerləşən “X18” şirkətinin ünvanından Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində yerləşən “Sarmant-UG” şirkətinin ünvanına yükü müşaiyət edən “05.04.30” saylı CMR-ə və “329” nömrəli İnvoysa əsasən “kahı” yükü apararkən, xx.xx.2024-cü il tarixdə saat 06 radələrində Astara Gömrük İdarəsi Rəsmiləşdirmə Mərkəzi 1-ci bölmənin yük maşınları üçün nəzərdə tutulmuş idxal yoxlama xəttində saxlanılmış və onunla sadələşdirilmiş bəyannamənin bəndlərinə uyğun olaraq şifahi şəkildə sorğu-sual aparılmışdır. Sorğu-sual zamanı onun üzərində, ona məxsus əşyalarda və yük nəqliyyat vasitəsində, həmçinin nəqliyyat vasitəsinin qoşqusunda olan yükdə gömrük nəzarətinə mütləq bəyan olunası və gömrük nəzarətindən gizlədilmiş predmetlərin olub-olmaması soruşulmuş, o isə öz növbəsində onun üzərində və nəqliyyat vasitəsində mütləq bəyan olunası və gömrük nəzarətindən gizlədilmiş predmetlərin olmadığını bildirmişdir. Daha sonra zərurət yarandığından “DAF” markalı “C781HA05/AM556105” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi Astara Gömrük İdarəsinin inzibati ərazisində yerləşən “HCVG” markalı stasionar rentgen qurğusundan keçirilmişdir. Stasionar rentgen qurğusunda nəqliyyat vasitəsinə keçirilmiş baxış zamanı yük nəqliyyat vasitəsinin qoşqusunda olan yükdə şübhəli cizgilər müşahidə edildiyindən sözügedən yükə gömrük yoxlaması tədbiq edilməsi məqsədilə nəqliyyat vasitəsi yoxlama qrupuna yönləndirilmişdir. Yoxlama qrupunda tətbiq edilmiş gömrük yoxlaması zamanı “DAF” markalı, “C781HA05/AM556105” dövlət qeydiyyat nişanlı yük avtomobilinin qoşqusunda ümumilikdə 22 ədəd paletdə olan “kahı” yükü yerə boşaldılmış və həmin yükə “Qrey” ləqəbli kinoloji xidməti it tədbiq edilmişdir. Bu zaman kinoloji xidmət iti avtomobilin qoşqusundan yerə boşaldılmış 1 ədəd paletə reaksiya vermişdir. Xidməti itin reaksiyasına əsasən sözügedən paletə gömrük yoxlaması tətbiq edilmişdir. Yoxlama zamanı 1 ədəd paletdə olan 90 ədəd qablaşdırmadan 30 ədəd qablaşmada hər qablaşmada müvafiq olaraq 6-7 ədəd olmaqla ümumilikdə 209 ədəd falqaya bükülmüş formada üzəriləri kahı ilə sarınaraq fiziki görünüşcə kahı formasına salınmış, gömrük nəzarətindən gizlədilmiş oval formalı bağlamalar aşkar edilmişdir. Daha sonra həmin bağlamalar açılmış, sayılmış, çəkilmiş və 199 ədəd bağlamada qablaşdırılmaları ilə birlikdə ümumi təqribi çəkisi 73 kq 476.18 qram açıq yaşıl rəngli narkotik vasitə marixuanaya oxşar maddə və 10 ədəd bağlamada isə ümumi təqribi çəkisi 21 kq 132.8 qram qara rəngli, kəskin iyli narkotik vasitə həşişə oxşar maddə olduğu məlum olmuşdur. Yoxlama tam başa çatdıqdan sonra Rusiya Federasiyası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi yük nəqliyyat vasitəsinin qoşqusunda aşkar olunmuş ümumilikdə 209 ədəd bağlamada olan ümumi təqribi çəkisi 94 kq 608.98 qram təşkil edən narkotik vasitəyə oxşar maddə sürücü və hal şahidlərinin iştirakları ilə gömrük əməkdaşı tərəfindən götürülmüş, əməliyyat və təhqiqat şöbəsinin xidməti otağına gətirilərək, araşdırma ilə əlaqədar qablaşdırılaraq möhürlənmişdir. Cinayət işinə əlavə olunan “Baxış keçirilməsi haqqında” 14 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, baxış zamanı Dövlət Gömrük Komitəsi gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sisteminin hüquqpozmalar alt bölməsindəki “xidməti məlumatlar” siyahı sorğusu əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs idarə etdiyi “DAF” markalı, “C781HA05/AM556105” qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə xx.xx.2024-cü il tarixdə saat 02:55-də Samur DSBM-dan keçməklə Rusiya Federasiyasından Azərbaycan Respublikasına daxil olmuş, xx.xx.2024-cü il tarixdə saat 01:47-də həmin nəqliyyat vasitəsilə Astara DSBM-dan keçməklə Azərbaycan Respublikasından İran İslam Respublikasına getmiş və xx.xx.2024-cü il tarixdə saat 06:31də qeyd edilən nəqliyyat vasitəsilə Astara DSBM-dan keçməklə İran İslam Respublikasından Azərbaycan Respublikasına gəlmişdir. İş materiallarına əlavə edilmiş “DVD-yə baxış keçirilməsi haqqında” 01 fevral 2024cü il tarixli protokoldan görünür ki, 13 yanvar 2024-cü il tarixli malların və nəqliyyat vasitəsinin yoxlanılması haqqında protokola əlavə edilmiş 1 ədəd DVD-də olan videogörüntülərə baxış zamanı müəyyən edilmişdir ki, Rusiya Federasiyası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “DAF” markalı “C781HA05/AM556105” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin qoşqusundakı “kahı” yükündən ibarət paletlərdən birinə xidməti it reaksiya vermiş, bunun əsasında keçirilmiş əsaslı yoxlama zamanı həmin paletdəki 90 ədəd qablaşmadan 30 ədədində, hər qablaşmada müvafiq olaraq 6-7 ədəd olmaqla ümumilikdə 209 ədəd falqaya bükülmüş formada üzəriləri kahı ilə sarınaraq fiziki görünüşcə kahı formasına salınmaqla gömrük nəzarətindən gizlədilmiş oval formalı bağlamalar aşkar edilmiş, həmin bağlamalardan 199 ədədində açıq yaşıl rəngli marixuana narkotik vasitəsinə oxşar maddə və 10 ədədində isə qara rəngli həşiş qətranı narkotik vasitəsinə oxşar maddə olduğu məlum olmuşdur. Cinayət işinə əlavə edilmiş “DVD-yə baxış keçirilməsi haqqında” 14 may 2024-cü il tarixli protokoldan görünür ki, Hədəf və X9 şöbəsindən daxil olmuş 3-33/150/019782 nömrəli, xx.xx.2024-cü il tarixli raporta əlavə edilmiş 1 ədəd DVD-də olan videogörüntülərə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, Rusiya Federasiyası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “DAF” markalı “C781HA05/AM556105” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi 13 yanvar 2024-cü il tarixdə saat 05:26-da Astara Gömrük İdarəsində olan idxal yoxlama xəttinə daxil olur, həmin vaxt nəqliyyat vasitəsinin qoşqusundakı yüklər istisna olmaqla digər hissələri gömrük əməkdaşları tərəfindən fiziki olaraq yoxlanılır. Təqsirləndirilən şəxs isə gömrük əməkdaşları tərəfindən fiziki yoxlama başa çatdıqdan sonra nəqliyyat vasitəsini idarə edərək rentgen qurğusu istiqamətində hərəkətini davam etdirir. Həmin vaxt nəqliyyat vasitəsinin yük qoşqusunun arxa tərəfdə yerləşən qapısının üzərində plomb olması görünür. İş materiallarına əlavə edilmiş “Mobil telefona baxış keçirilməsi haqqında” 25 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “İphone” markalı mobil telefona keçirilmiş baxış zamanı iş üçün aşağıdakı əhəmiyyətli məlumatlar aşkar edildi: Telefonun üzərində +**********1 mobil nömrəsi vardır. Telefonda mövcud olan “WhatsApp” tətbiqindən həmin nömrə ilə qeydiyyatdan keçilmişdir. Telefonda mövcud olan “WhatsApp” tətbiqində adı qeyd edilməmiş +**********90 nömrəsi ilə (X12 Mehdi adlı yük dispeçiri və ya makleri) yaradılmış istifadəçi profili arasında olan söhbətin məzmununda aşağıdakılar qeyd edilmişdir. 09 yanvar 2024-cü il tarixli mesajlaşma mətnindən: “+**********90”: Salam aleykum Muhammadnabi, mənim adım Mehdi, inşallah “kahı” yükləyəcəm “Magomednabi”: Anladım, anladım, yaxşı Mehdi, sağ ol, söyləyərsən “+**********90”: (kahı yükünə dair mal-müşayət sənədlərinin şəklini göndərib) Muhammadnabi bu sənin sənədlərindi, at onu sənədləşdirmə işlərini görənə, sənin Azərbaycana çıxış kodunu alsın. “Magomednabi”: (saat 16:14-də 37 saniyəlik danışıq) 10 yanvar 2024-cü il tarixdə “+**********90”: (saat 12:16-da cavabsız zəng) 12 yanvar 2024-cü il tarixli mesajlaşma mətnindən: “+**********90”: (saat 11:24-də 34 saniyəlik danışıq) “Magomednabi”: Mehdi burda tərəzidəyəm, hardadı kağızlarım mənim? “+**********90”: Kağızların orda qapıda Şahruzdadı, Şahruza çatdın, orda çıxış qapıda, orda deyərsən X19, sənədlərin qapıdadı, Şahruzda. “Magomednabi”: Mehdi Şahruzun nömrəsini bax göndər mənə, telefon nömrəsini. (45-50 yaşlarında, saçı seyrək bir kişinin şəkilini göndərir) Bumu Şahruz? “+**********90”: Hə, hə. X19, ay sağ ol. Onun şəkilidi bu, onun fotosudu. Bunu göstərərsən, Şahruzdadı orda sənin bütün sənədlərin. Nömrə lazım deyil, ordadı. Şahruz özü görsən olmur, başqa adam da olur, onlar neçə nəfərdi orda qapıda işləyənlər. Sən get, sən növbən ilə davam elə get qabağa, problem yoxdu. Bütün sənədlər qapıdadı, Şahruzda. Orda Mehranın şəklini göstərərsən. “Magomednabi”: Mehdi bu nə özbaşınalıqdı burda baş verir? Bu nə təhlükəli gömrük idarəsidir? Mən artıq 2-ci gündür burdayam, təsəvvür edirsən? Dəli olmaq olar. 13 yanvar 2024-cü il tarixli mesajlaşma mətnindən: “Magomednabi”: (saat 08:18-də 1 cavabsız zəng) Mehdi salamun aleykum, Azərbaycandayam mən Mehdi. Yükdə bir şübhəli cizgilər müşahidə edilibdir, baxışa salırlar məni, saat 10-da, 11-də də baxış eləyəcəklər məni Allah qoysa.... “+**********90”: (saat 10:17, 10:19, 10:26 və 10:28-də olmaqla 4 cavabsız zəng) “Magomednabi”: (saat 10:37-də 2 dəqiqəlik danışıq), (saat 10:59-da 2 cavabsız zəng) “+**********90”: (saat 11:19, 11:20, 11:52, 12:10, 12:26, 12:37, 13:39 və 15:09-da olmaqla 8 cavabsız zəng) Telefonda mövcud olan “WhatsApp” tətbiqində adı qeyd edilməmiş +**********5 nömrəsi ilə (Kahı yükünü Rusiya Federasiyasında qəbul etməli olan şəxs) yaradılmış istifadəçi profili arasında olan söhbətin məzmununda aşağıdakılar qeyd edilmişdir. 11 yanvar 2024-cü il tarixli mesajlaşma mətnindən: “Magomednabi”: Salam aleykum, qardaş ümumiyyətlə sən kimsən? Zəng elədin maraqlandın ki, kedin-keçə bilmədin? Yoxladılar-yoxlamadılar? Başa düşmədim kimsən sən? (saat 20:42) “+**********5”: (saat 20:48 və 20:49-da yazılmış, lakin sonradan silinmiş 2 mesaj) “Magomednabi”: Hə başa düşdüm qardaş, sənin adın nədir? 12 yanvar 2024-cü il tarixli mesajlaşma mətnindən: “+**********5”: (saat 22:56 və 22:57-də yazılmış, lakin sonradan silinmiş 2 mesaj), (saat 23:03-də 1 cavabsız zəng) “Magomednabi”: Salam qardaş, artıq 2-ci gündür ki gömrükdəyəm, burda münasibət insani deyil, 2-3 saatdır ki, eyni nöqtədəyik, yavaş-yavaş hərəkət edirik. (yük avtomobillərinin növbədə gözləmə şəklini göndərib) bax belə qarışıqlıqdır. (saat 23:05) “+**********5”: (saat 23:05 və 23:06-da yazılmış, lakin sonradan silinmiş 2 mesaj) “Magomednabi”: Keçən dəfə daha rahat çıxmışdım burdan, 6-7 saata tamamilə keçmişdim. İndi görürsən ki, dünəndən indiyənə qədər burda ilişib qalmışam. Allah böyükdü da, mən sənə nə deyə bilərəm ki? Nə çox, nə az (saat 23:06) “+**********5”: (saat 23:06-da yazılmış, lakin sonradan silinmiş 1 mesaj) “Magomednabi”: Hə, hə, İnşallah qardaş, çatanda yazacam sənə. 13 yanvar 2024-cü il tarixli mesajlaşma mətnindən: “Magomednabi”: (saat 08:20-də 1 cavabsız zəng), Salam qardaş, Azərbaycanda rentegendə deyirlər 3 ləkə görsənir amma kələmə oxşamır, Deyirlər 3 dairəvi predmet var, buraxa bilmirəm. Onlar məni baxışa göndərəcəklər, amma bilmirəm baxışı eliyəcəklər yoxsa yox, yəni vəziyyət budur. Baxış da pulludur, gələcəkdə problem olmasın deyə pul vermək lazımdır. Mən də sənə nə qədər pul lazım olduğunu xəbər edəcəm (saat 08:20) “+**********5”: Salam Bundan əlavə “WhatsApp” tətbiqinin zənglər bölməsindən görünür ki, adı qeyd edilməmiş “+**********5” nömrəsinin istifadəçisi “WhatsApp” vasitəsilə xx.xx.2024-cü il tarixdə saat 20:15-də Təqsirləndirilən şəxs həmin nömrəsinə zəng etmiş və aralarında 37 saniyə danışıq aparılmışdır. Təqsirləndirilən şəxs həmin gün saat 20:38 və 20:41-də 2 dəfə həmin nömrəyə zəng etmiş, lakin zəngə cavab verilməmişdir. Telefonda mövcud olan “WhatsApp” tətbiqində “Atasının balalaykası” adı ilə qeyd edilmiş +**********9 nömrəsinə (Maqomednabinin qızı Fatimə) 13 yanvar 2024-cü il tarixdə saat 08:12-də aşağıdakı məzmunda mesajlar göndərilmişdir: “Magomednabi”: 1) Salam aleykum, qardaş ümumiyyətlə sən kimsən? Zəng elədin maraqlandın ki, kedin-keçə bilmədin? Yoxladılar-yoxlamadılar? Başa düşmədim kimsən sən?. 2) Mən qəbul eləyənəm qardaş, malın sahibi (istiqamətləndirilmiş mesaj). 3) Qardaş sənin nömrəni İrandan Mehdi veribdir (istiqamətləndirilmiş mesaj). 4) Hə başa düşdüm qardaş, sənin adın nədir?. 5) Salam aleykum (istiqamətləndirilmiş mesaj). 6) Qardaş, necəsən? Qardaş sən hardasan? (istiqamətləndirilmiş mesaj). 7) Salam qardaş, artıq 2-ci gündür ki gömrükdəyəm, burda münasibət insani deyil, 2-3 saatdır ki, eyni nöqtədəyik, yavaş-yavaş hərəkət edirik. (yük avtomobillərinin növbədə gözləmə şəklini göndərib) bax belə qarışıqlıqdır. 8) (yük avtomobillərinin növbədə gözləmə şəklini göndərib). 9) bax belə qarışıqlıqdır. 10) Yaxşı qardaş (istiqamətləndirilmiş mesaj). 11) İnşallah (istiqamətləndirilmiş mesaj). 12) Keçən dəfə daha rahat çıxmışdım burdan, 6-7 saata tamamilə keçmişdim. İndi görürsən ki, dünəndən indiyənə qədər burda ilişib qalmışam. 13) Allah böyükdü da, mən sənə nə deyə bilərəm ki? Nə çox, nə az. 14) Yola düşəndə xəbər eləyərsən (istiqamətləndirilmiş mesaj). 15) Hə, hə, İnşallah qardaş, çatanda yazacam sənə. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16-2-7/70 nömrəli rəyindən görünür ki, təqdim olunmuş qara rəngli polietilen torbadakı 30 ədəd gümüşü rəngli falqa kağız bükümlərdə ümumi çəkisi 10785 qram; qara rəngli polietilen torbadakı 30 ədəd gümüşü rəngli falqa kağız bükümlərdə ümumi çəkisi 10725 qram; qara rəngli polietilen torbadakı sayı 30 ədəd gümüşü rəngli falqa kağız bükümlərdə ümumi çəkisi 10770 qram; qara rəngli polietilen torbadakı 30 ədəd gümüşü rəngli falqa kağız bükümlərdə ümumi çəkisi 10420 qram; qara rəngli polietilen torbadakı 30 ədəd gümüşü rəngli falqa kağız bükümlərdə ümumi çəkisi 10805 qram; qara rəngli polietilen torbadakı 30 ədəd gümüşü rəngli falqa kağız bükümlərdə ümumi çəkisi 10720 qram; qara rəngli polietilen torbadakı 19 ədəd gümüşü rəngli falqa kağız bükümlərdə ümumi çəkisi 5745 qram olan bitki mənşəli kütlələr tərkiblərinə görə eyni olub tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə quudulmuş marixuanadır. Marixuananın ümumi çəkisi 69970 qramdır. Həmin qara rəngli polietilen torbadakı 10 ədəd gümüşü falqa bağlamada (hər bağlamada 02 ədəd narıncı rəngli folqa paket olmaqla) ümumi çəkisi 20870 qram olan maddələr tərkiblərinə görə eyni olub çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - həşiş qətranıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X16 Şəxsinin xx.xx.2024-cü il tarixli, 1632 nömrəli ambulator məcburi narkoloji tibbi yoxlama rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur və narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. 04 mart 2024-cü il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “DAF” markalı, “C781HA05/AM556105” dövlət qeydiyyat nişanlı avtomobil yük yerində olan kahı yükü ilə birlikdə «Azərterminalkompleks» birliyinin Astara şəhərində yerləşən terminalında saxlanılmış, Dövlət Gömrük Komitəsinin məktubuna əsasən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən həmin tarixdə baxış keçirilərkən məhsulun çürüməsi və yararsız vəziyyətə düşməsi müəyyən edilmişdir. Avtomobildə olan kahı məhsulu yararsız vəziyyətə düşdüyündən müvafiq komissiya tərəfindən 26 aprel 2024-cü il tarixli aktla məhv edilmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi “DAF” markalı, “C781HA05/AM556105” dövlət qeydiyyat nişanlı avtomobil isə mülkiyyətçisinin etibarnaməsi əsasında Rusiya Federasiyasına aparılması üçün 02 may 2024-cü il tarixli aktla Rusiya Federasiyasının vətəndaşı Şahid6 Xizrieviçə təhvil verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Ailə tərkibi haqqında arayışdan görünür ki, Maqomednabi Aleskenderov ailəlidir, himayəsində 2012, 2013 və 2018-ci illərdə doğulmuş uşaqları vardır. Maqomednabi Aleskenderov yaşayış yerindən verilmiş xasiyyətnamədə müsbət səciyyələnir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 sentyabr 2009-cu il tarixli qərarı ilə təsdiq edilmiş «Avtomobil nəqliyyatı ilə yüklərin daşınması» Qaydalarının 35.1-ci maddəsinə əsasən (Avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaların təşkili) avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaları, o cümlədən tranzit daşımaları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq yerinə yetirilir. Həmin qaydaların 38.3-cü maddəsinə əsasən daşıyıcı yükü qəbul edərkən CMR-də (Avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaları zamanı beynəlxalq nümunəli əmtəənəqliyyat qaiməsi) olan yükün və onun qablaşdırılmasının xarici vəziyyətinə aid məlumatları yoxlamalıdır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «Beynəlxalq yükdaşımaları müqaviləsi haqqında» 19 may 1956-cı il tarixli Cenevrə Konvensiyasının 8-ci maddəsinin 1-ci hissəsinə görə sürücü beynəlxalq yükü qəbul edən sürücü yalnız yük yerlərini, yükün və onun qablaşdırılmasının xarici görünüşünü yoxlamalıdır. Həmin maddəyə əsasən daşınan məhsulun adı barədə məlumatlar beynəlxalq avtomobil daşıyıcısının (sürücünün) nəzarət sahəsinə aid deyildir. Sürücü-ekspeditor Maqomednabi Aleskenderovun idarə etdiyi avtomobilin qeydiyyatda olduğu "xxxx" MMC tərəfindən təsdiq olunmuş vəzifə təlimatında göstərilmişdir ki, onun vəzifəsi anbardan yükü qəbul etmək, qablaşdırmanın bütövlüyünü yoxlamaq, malların yerləşdirilməsi və yığılmasına nəzarət etmək olmuşdur. Hazırkı cinayət işinin materiallarından 07 avqust 2024-cü il tarixli qərarla digər şəxslər barəsində Azərbaycan Respublikası CM-nin 206.3.2 və 234.4-1-ci maddələri ilə cinayət işi ayrılmışdır. Beləliklə də, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Maqomednabi Aleskenderova 13 yanvar 2024-cü il tarixədək olan dövrdə İran İslam Respublikasında olarkən digər şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girməklə cinayətkar qrupun İran İslam Respublikasındakı üzvləri tərəfindən qanunsuz olaraq satış məqsədilə əldə edilmiş, falqalara bükülüb üzəriləri kahı ilə sarınaraq fiziki görünüşcə kahı formasına salınmış 209 ədəd bağlamalarda hər biri xüsusilə külli miqdarda olmaqla 69970 qram qurudulmuş marixuana və 20870 qram həşiş qətranını satış məqsədilə qanunsuz olaraq əldə etmyə, idarə etdiyi yük avtomobilinin yük yerindəki kahı yükünün arasına yerləşdirərək saxlamağa, İran İslam Respublikasından Azərbaycan Respublikasına daşımağa və həmin tarixdə saat 06 radələrində Astara Gömrük İdarəsinində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirməyə görə ittiham verilsə də, onun İran İslam Respublikası ərazisində narkotik vasitə olan qurudulmuş marixuananı və həşiş qətranını əldə etmiş, üzərlərinə kahı yarpaqları bükərək fiziki görkəmcə digər kahı bükümlərindən fərqlənməyən 209 ədəd bükümlərdə 10 ton çəkidə minlərlə kahının içərisində yerləşdirmiş, habelə kahı yükünü Rusiya Federasiyasında qəbul etməli olan şəxslərlə hər hansı əlaqəsinin olması, onlarla qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girməsi heç bir sübutla təsdiq edilməmişdir. Belə ki, işin faktiki halları, şahid ifadələr və Maqomednabi Aleskenderova məxsus “İphone” markalı mobil telefonda aşkar olunmuş məlumatlarla təkzibedilməz qaydada sübuta yetirilir ki, o, kahı yükünü qablaşdırmış, qablaşdırmadan əvvəl kahıların bir hissəsinin daxilinə narkotik vasitələri yerləşdirmiş şəxsləri, kahı yükünün sahibini və yükü Rusiya Federasiyasında qəbul etməli olan şəxsləri tanımamış, onlarla heç bir əlaqəsi olmamışdır. X20 Respublikasında Mehdi adlı yük dispeçirini yükü daşımaya qəbul etdiyi gün tanımışdır. Kahı yükünün avtomaşına yüklənməsini, sənədlərin hazırlanmasını Mehdi adlı yük makleri həyata keçirmişdir. Maqomednabi Aleskenderova məxsus telefonda mövcud olan “WhatsApp” tətbiqində adı qeyd edilməmiş Mehdi adlı şəxsin istifadəsində olan +**********90 nömrəsi ilə 09 yanvar 2024-cü il tarixli mesajlaşma mətnindən görünür ki, Mehdi adlı şəxs Təqsirləndirilən şəxs «Salam aleykum Muhammadnabi, mənim adım Mehdi, inşallah kahı yükləyəcəm» məzmunlu mesaj göndərmişdir. Kahı yükünü Rusiya Federasiyasında qəbul etməli olan şəxs “WhatsApp” tətbiqi vasitəsi ilə 11 yanvar 2024-cü il tarixdə +**********5 telefon nömrəsi ilə əlaqə saxlamaqla Təqsirləndirilən şəxs gömrükdən keçib-keçməməsi ilə maraqlandıqda Təqsirləndirilən şəxs ona «Salam aleykum, qardaş ümumiyyətlə sən kimsən? Zəng elədin maraqlandın ki, kedin-keçə bilmədin? Yoxladılar-yoxlamadılar? Başa düşmədim kimsən sən?, sənin adın nədir? Məzmunlu mesaj göndərmişdir. Göstərilən mesajlar məzmunca Maqomednabi Aleskenderovun həmin şəxsləri tanımamasını, onlarla heç bir əlaqəsinin olmamasını təsdiq edir. Bundan başqa müəyyən edilir ki, Maqomednabi Aleskenderovun məhs həmin kahı yükünü daşımaya qəbul etməsi əvvəlcədən planlaşdırılmamış, məqsədi olmamış, təsadüfü xarakter daşıyır. Belə ki, beş nəfər dağıstanlı sürücülər İran İslam Respublikası gömrüyünün yaxınlığında yerləşən dayanacaqda bir neçə gün müddətində yük gözlədikləri zaman Mehdi adlı yük dispeçiri onlara yaxınlaşırıq Rusiya Federasiyasına kahı yükü aparmaq lazım olduğunu demişdir. Maqomednabi Aleskenderov ölkələlərarası yükdaşıma ilə təzəlikcə məşğul olduğuna, təcrübəsi az olduğuna görə sürücü yoldaşlarının bələdçiliyinə eyhtiyacı olduğundan sürücü yoldaşları ondan əvvəl getməmələri üçün onu qabağa salmış və həmin yükü onun qəbul etməsinə razılaşmışlar. Bir növ həmin yükün daşınması onun bəxtinə düşmüşdür. İbtidai istintaq orqanı təqsirləndirilən şəxs Maqomednabi Aleskenderova verilmiş ittihamın əsaslandırılması üçün narkotik vasitələrin onun idarə etdiyi avtomobilə yüklənmiş kahı yükünün içərisində aşkar olunmasından əlavə heç bir sübut göstərməmişdir. X5 10 ton kahı yükünün onun idarə etdiyi avtomobilə yüklənməsindən əvvəlki müddətdə kahıların bir hissəsinin içərisinə narkotik vasitələri yerləşdirməklə qablaşdırmış, kahı yükünün sahibi və Rusiya Federasiyasında kahı yükünün tərkibində narkotik vasitələri qəbul etməli olan şəxslərlə hər hansı formada əlaqəsinin olmasını təsdiq edən heç bir sübut yoxdur. Bundan əlavə, X7 İslam Respublikasından Rusiya Federasiyasına aparmaq üçün idarə etdiyi avtomobilə yüklənmiş kahı yükünün tərkibində olan, ayrı-ayrılıqda qablaşdırılmış kahıların bir hissəsinin içərisinə narkotik vasitələrin yerləşdirilməsi barədə məlumatının olmaması, narkotik vasitələri kahıların içərisinə yerləşdirmiş və Rusiya Federasiyasında əldə etməli olan şəxslərlə heç bir əlaqəsinin olmaması barədə ifadəsi də həm ibtidai istintaqda, həm də məhkəmə istintaqında tədqiq edilmiş heç bir sübutla təkzib edilməmişdir. İş materiallarında olan videoçəkilişdən, Maqomednabi Aleskenderovun özünün və gömrük əməkdaşlarının ifadələrindən məlum olur ki, Maqomednabi Aleskenderovun idarə etdiyi avtomaşına kahı yükü İran İslam Respublikasında yükləndikdən sonra İran İslam Respublikasının gömrük əməkdaşı yükə baxış keçirməklə plomblamışdır. Bundan sonra Maqomednabi avtomobili idarə etməklə əvvəlcə İran İslam Respublikası gömrüyündən keçmiş sonra isə 13 yanvar 2024-cü il tarixdə Azərbaycan Respublikası Astara Gömrük İdarəsininə daxil olarkən sərbəst (neyteral) zonada ilk növbədə gömrük əməkdaşları avtomobilin yük yerinə vurulmuş polmbun tamlığını yoxlamış, plombun tamlığının pozulmamasını, yükə müdaxilə edilməməsini müəyyən etmişlər. Sonra isə avtomobilin yük qoşqusna Azərbaycan Respublikası gömrüyünə aid ikinci plomb vurulmuş və hərəkətini marşurut üzrə davam etdirməsi üçün avtomobilə GRS quraşdırılmışdır. Lakin avtomobil rentgen yoxlamasından keçərkən yükdə şübhəli cizgilər, yəni narkotik vasitələr aşkar olunduğundan hərəkətini davam etdirə bilməmişdir. Avtomobilə yüklənmiş 22 ədəd paletlərdə olan kahı yükü yerə boşaldılmaqla yoxlanılarkən yalnız bir paletdə olan kahıların içərisində narkotik vasiətələr aşkar olunmuşdur. Hansı ki, həmin palet xarici görkəminə görə digər paletlərdən fərqlənməmişdir. Bu isə o deməkdir ki, sürücü-ekspeditor Maqomednabi Aleskenderovun yükü plomblanmış vəziyyətdə qəbul etməsindən sonra yükə müdaxilə etmək imkanı olmamış və müdaxilə etmədən Azərbaycan gömrüyünə daxil olmuşdur. Bundan başqa tərkibinə narkotik maddələr yerləşdirilmiş kahıların yükləndiyi palet xarici görkəminə görə digər paletlərdən fərqlənməmiş və beləliklə də heç bir şübhə doğurmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 sentyabr 2009-cu il tarixli qərarı ilə təsdiq edilmiş «Avtomobil nəqliyyatı ilə yüklərin daşınması» Qaydalarının 38.3-cü maddəsinin, Azərbaycan Respublikasının tərəfdar çıxdığı «Beynəlxalq yükdaşımaları müqaviləsi haqqında» 19 may 1956-cı il tarixli Cenevrə Konvensiyasının 8-ci maddəsinin 1-ci hissəsinin və sürücü-ekspeditorun vəzifə təlimatının tələblərinə əsasən beynəlxalq yükü qəbul edən avtomobil sürücüsü yalnız yük yerlərini, yükün və onun qablaşdırılmasının xarici görünüşünü yoxlamalıdır. Daşınan məhsulun adı barədə məlumatlar beynəlxalq avtomobil daşıyıcısının (sürücünün) nəzarət sahəsinə aid deyildir. Göründüyü kimi, avtomobil nəqliyyatı vasitəsi ilə beynəlxalq yükdaşımaları tənzimləyən normalara əsasən sürücü-ekspeditorun vəzifəsi yüklərin yerini, yükün və onun qablaşdırılmasının xarici görkəmini yoxlamaqdır. Sürücünün daşıma üçün qəbul etdiyi yükün tamlığını pozmaqla daxilini yoxlamaq vəzifəsi deyil, belə hüququ və imkanı da yoxdur. Beləliklə də qısa deyilsə, X6 daşıma üçün qəbul etdiyi kahı yükünün bir hissəsinin içərisinə narkotik vasitələrin yerləşdirilməsini ya yükün qablaşdırmasının xarici görkəmindən şübhələnməklə bilməli idi, ya da narkotik vasitələri kahıların arasında yerləşdirməklə göndərən və qəbul etməli olan şəxslər tərəfindən bu barədə ona məlumat verilməli idi. Lakin yükün xarici görkəmi heç bir şübhə doğurmamış, eyni zamanda kahı yükünə narkotik vasitələri yerləşdirən, göndərən və qəbul etməli olan şəxslərlə hər hansı sövdələşməsinin olması təsdiq olunmur. Müəyyən olunur ki, Maqomednabi Aleskenderov yalnız yük dispeçiri Mehdi adlı şəxsi yükü İran İslam Respublikasında qəbul etdiyi gün tanımış, yükün sahibini, yükü Rusiya Federasiyasında qəbul etməli olan şəxsləri tanımamışdır. Maqomednabi Aleskenderovun özünün ifadəsində göstərdiyi kimi, yükü qəbul etdikdən sonra İran İslam Respublikası gömrüyündən, sonra Astara Gömrük İdarəsində Azərbaycan Respublikası gömrüyündən, Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə Rusiya Federasiyası ərazisinə daxil olarkən yenidən Azərbaycan Respublikası gömrüyündən, sonra isə Rusifa Federasiyası gömrüyündən - ümumilikdə dörd dəfə gömrük yoxlamasından keçməli olduğu halda tərkibində narkotik vasitələr yerləşdirilmiş yükü daşımaya qəbul etməsi inandırıcı və ağlabatan deyildir. Müəyyən edilir ki, Maqomednabi yüklərin daşınmasına görə pul qazanmaqla ailəsini dolanldırmaqla məşğul olmuşdur. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara əsasən belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Maqomednabi Aleskenderovun satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda-69970 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və 20870 qram çəkidə həşiş qətranının əldə edilməsi, İran İslam Respublikaksında onun idarə etdiyi yük avtomobilinə yüklənmiş Azərbaycan dövlətinin ərazilərindən tranzit keçməklə Rusiya Federasiyasına aparmalı olduğu kahı yükündə 209 ədəd kahıların içərisində yerləşdirilməsi və qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının gömrük sərhəddindən keçirilməsi cinayətlərinin törədilməsində təqsirliliyi sübuta yetirilməmişdir. Azərbaycan Respublikası CPM-nin 42.1 və 42.1.4-cü maddəsinə əsasən şəxsin cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X1 təqsirliliyi sübuta yetirilmədiyinə görə ona Azərbaycan Respublikası CM-nin 206.3.2 və 234.4-1-ci maddələri ilə bəraət verilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və məhkəmə iclas zalında həbsdən azad olunmalıdır. İş üzrə maddi sübut olan ekspertiza tədqiqatından sonra qalmış 69966,02 qram qurudulmuş marixuana və 20869 qram həşiş qətranı Dövlət Gömrük Komitəsi Əməliyyat- İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılmalı, 22 paletdən və 1932 qutudan ibarət “kahı” yükü istifadəyə yararsız olduğundan 26 aprel 2024-cü il tarixli akta əsasən məhv edilməsi və Təqsirləndirilən şəxs idarə etdiyi “DAF” markalı, “C781HA05/AM556105” dövlət qeydiyyat nişanlı yük avtomobilinin Rusiya Federasiyasına aparılması üçün Rusiya Federasiyası vətəndaşı X11 təhvil verilmsi nəzərə alınmalı, Təqsirləndirilən şəxs məxsus cinayət işinin materiallarında saxlanılan 1 ədəd “İphone” markalı mobil telefon və RUS P 77 ******* nömrəli pasport, Dövlət Gömrük Komitəsinin xəzinəsində saxlanılan 400 Azərbaycan manatı və 500 ABŞ dolları məbləğində pul Təqsirləndirilən şəxs verilməlidir. Təqsirləndirilən şəxs iş üzrə məhkəmə xərclərinin ödənilməsindən azad edilməlidir. Azərbaycan Respublikası CPM-nin 350.4-cü maddəsinə əsasən cinayəti törətmiş şəxslərin müəyyən edilməsi və cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 42.1, 42.1.4, 344-347, 349, 350, 352-353; 357 və 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: X2 Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası CM-nin 206.3.2 və 234.4-1-ci maddələri ilə bəraət verilsin. X1 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. İş üzrə maddi sübut olan ekspertiza tədqiqatından sonra qalmış 69966,02 qram qurudulmuş marixuana və 20869 qram həşiş qətranı Dövlət Gömrük Komitəsi Əməliyyat- İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılsın. 22 paletdən və 1932 qutudan ibarət kahı yükünün istifadəyə yararsız olduğundan 26 aprel 2024-cü il tarixli akta əsasən məhv edilməsi və Təqsirləndirilən şəxs idarə etdiyi “DAF” markalı, “C781HA05/AM556105” dövlət qeydiyyat nişanlı yük avtomobilinin Rusiya Federasiyası vətəndaşı X11 təhvil verilməsi və Rusiya Federasiyasına aparılması nəzərə alınsın. Təqsirləndirilən şəxs məxsus cinayət işinin materiallarında saxlanılan 1 ədəd “İphone” markalı mobil telefon və RUS P 77 ******* nömrəli pasport, Dövlət Gömrük Komitəsinin xəzinəsində saxlanılan 400 Azərbaycan manatı və 500 ABŞ dolları məbləğində pul Təqsirləndirilən şəxs verilsin. X3 iş üzrə məhkəmə xərclərinin ödənilməsindən azad edilsin. Azərbaycan Respublikası CPM-nin 350.4-cü maddəsinə əsasən cinayəti törətmiş şəxslərin müəyyən edilməsi və cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev
Məhkəmə qərarları › İş №1(099)-97/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-97/2025
09.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver