Məhkəmə qərarları › İş №1(099)-98/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-98/2023

10.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-98/2023 10.08.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsi hakimləri-Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi-X6, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər-Lənkəran Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə, 25 mart 1985-ci ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, məhkum olunmamış, ünvan 1-də qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə; 19 avqust 1991-ci ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, Lənkəran rayonu, Sütəmurdov kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs2 2022-ci ilin iyul ayının əvvəlində Lənkəran rayonunda satış məqsədi olmadan qanunsuz olaraq 01 ədəd bükümdə 0,193 qram, şəxsi istehlak miqdarından artıq miqda psixotrop maddə metamfetamini əldə etmiş və üzərində daşımaqla saxlamış, bu barədə daxil olmuş əməliyyat məlumatına əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X7 Şöbəsinin əməkdaşları tərəfindən 06 iyul 2022-ci il tarixdə saat 18:30 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 Lənkəran rayonu Sütəmurdov kəndində saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra üzərində müdafiəçinin iştirakı ilə və videoçəkilişdən istifadə edilərək şəxsi axtarış aparılarkən əynində olan şalvarın sol yan cibindəki “Kent” markalı siqaret qutusunun arxa hissəsindən 01 bükümdə 0,193 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs kimi dindirilən Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Lənkəran rayonu Sütəmurdov kəndində yaşayır. Psixotrop maddə metamfetamindən istifədə edir. Təxminən bir il əvvəl Təqsirləndirilən şəxs1 evində fəhlə kimi işləmiş və onunla tanışlığı yaranmışdır. Təqsirləndirilən şəxs1 ilə bir neçə dəfə birlikdə metamfetamindən istifadə etmişlər, həmçinin ondan öz istifadəsi üçün metamfetamin almışdır. 04 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 zəng edərək onda 10 manat pulu olduğunu, ona da 10 manat pul qoymasını və istifadə etmək üçün 20 manatlıq «şüşə», yəni metamfetamin almalarını təklif etmişdir. Təqsirləndirilən şəxs1 onunla razılaşmışdır. Bundan bir gün sonra, yəni 5 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 ona zəng edərək malın hazır olduğunu bildirmişdir. Onlar Sütəmurdov kəndində dəniz kənarında görüşmüşlər. Ramin onda metamfetamin olduğunu bildirmişdir. Raminə 10 manat pul verərək ondan 1 ədəd bükümdə öz istifadəsi üçün metamfetamin almışdır. Səhəri gün, yəni 06 iyul 2022-ci il tarixdə saat 18:30 radələrində yaşadığı Sütəmurdov kəndində küçə ilə piyada gedərkən Baş Narkotiklərlə Mübarizə İdarəsinin X7 Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Ona üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirməklə polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində şübhəli şəxs kimi tutulmuş, müdafiəçinin iştirakı ilə və vtdeoçəkilişdən istifadə olunmaqla şəxsi axtarış aparılarkən üzərində hər hansı qanunsuz əşya, o cümlədən narkotik vardırsa, təqdim etməsi təklif olunmuşdur. O əynindəki şalvarın sol yan cibindən içərisində metamfetamin olan bir ədəd siqaret qutusunu təqdim etmişdir. Polis əməkdaşları tərəfindən təqdim etdiyi siqaret qutusuna baxış keçirilmiş, içərisindən bir ədəd kağız bükümdə psixotrop maddə metamfetamin aşkar edilmişdir. Polis əməkdaşlarına üzərində aşkar olunan bükümün içərisində metamfetamin olduğunu, və metamfetamini bir gün əvvəl, yəni 5 iyul 2022-ci il tarixdə Lənkəran rayonu Sütəmurdov kəndində tanışı Ramin adlı şəxsdən 10 manat pula aldığını bildirmişdir. Təqsirləndirilən şəxs2 ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan edilməklə tədqiq olunmuş ifadəsində isə üzərində aşkar olunan metamfetamini Təqsirləndirilən şəxs1 04 iyul 2022-ci il tarixdə aldığını göstərmişdir. Üzərində aşkar olunan metamfetamini əldə etmə tarixi barədə ziddiyyətli ifadələr verməsinin səbəbi barədə məhkəmədə göstərdi ki, metamfetamini Təqsirləndirilən şəxs1 əldə etdiyi günü səhv sala bilər. Lakin dəqiq deyə bilər ki, metamfetamini Təqsirləndirilən şəxs1 2022-ci il iyul ayının əvvələrində əldə etmişdir. Təqsirləndirilən şəxs2 cinayət əməli özünün ifadəsindən əlavə məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilən Şahid4 göstərdi ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin X7 Şöbəsində baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 06 iyul 2022-ci il tarixdə ona Lənkəran rayonu Sütəmurdov kəndində yaşayan Təqsirləndirilən şəxs2 narkotik vasitələri əldə etməsi, saxlaması, daşıması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı müvafiq əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi məqsədi ilə onun rəhbərliyi ilə polis əməkdaşları Şahid5 və Şahid6 ibarət əməliyyat qrupu yaradılmışdır. 06 iyul 2022-ci il tarixdə saat 18:30 radələrində keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs2 Lənkəran rayonu Sütəmurdov kəndində saxlanılaraq polis şöbəsinə gətirilmiş, üzərində narkotik vasitə saxlamaqda şübhəli şəxs kimi tutulmuş, müdafiəçinin iştirakı ilə və videoçəkilişdən istifadə olunmaqla üzərində şəxsi axtarış aparılan zaman o, əynindəki şalvarın sol yan cibindən bir ədəd siqaret qutusunu çıxarmış və qutunun arxasındakı sellofan hissədə, bir ədəd bükümdə olan maddəni təqdim etmişdir. Bükümə baxış keçirildikdə içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 üzərində aşkar edilmiş kütlənin psixotrop maddə metamfetamin olduğunu, metamfetamini iki gün əvvəl yaşadığı Lənkəran rayonu Sütəmurdov kəndində tanışı Ramindən 10 manata aldığını, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs2 üzərində aşkar olunan maddə elektron iərəzidə çəkilmiş, qablaşdırılaraq götürülmüş və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə istintaqında şahid kimi dindirilən, Baş Narkotiklərlə Mübarizə İdarəsinin X7 Şöbəsinin əməliyyat müvəkkili Şahid5 və polis nəfəri Şahid6 da məhkəmədə şahid kimi dindirilərkən Şahid4la eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdilər. 06 iyul 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan və protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs2 əynindəki şalvarın sol yan cibindən təqdim etdiyi siqaret qutusunun arxa sellofan hissəsindən 01 ədəd bükümdə psixotrop maddə metamfetaminəbənzər kütlə aşkar edilərək götürülmüşdür. Psixotrop maddə metamfetaminə bənzər büküm elektron tərəzidə çəkilərkən 0,12 qram olmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 üzərində aşkar edilmiş kütlənin psixotrop maddə metamfetamin oluğunu, onu 04 iyul 2022-ci il tarixdə saat 18-19 radələrində yaşadığı Lənkəran rayonu Sütəmurdov kəndində tanışı Ramindən 10 manat pul müqabilində aldığını bildirmişdir. Materialların məhkəmə ekspertizasının 07 iyul 2022-ci il tarixli, 19/773 saylı rəyindən görünür ki, Kamran Rəhimodan götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi - 0,193 qram olan ağ rəngli, kristal formada olan maddə metamfetamindir. Məhkəmə-narkoloji ekspertizasının 07 iyul 2022-ci il tarixli 757 saylı rəyinlərində göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən toksikomaniya xəstəliyi aşkar olunur. Toksikomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmaları məsləhət görülür. Bundan əlavə, ibtidai istintaq orqanı tərəfindən iş üzrə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.2 və 234.4.3-cü maddələri ilə ittiham verilmişdir ona görə ki, o, 2022-ci ilin may ayının ortalarında, istintaqla dəqiq müəyyən edilməmiş tarixdə və şəxsdən 01 ədəd bükümdə, külli miqdar hesab olunan 8,039 qram çəkidə ağ rəngli, kristal formada psixotrop maddə olan metamfetamini, 01 ədəd bükümdə, külli miqdar hesab olunan 5,368 qram çəkidə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini və tərkibində təsiredici maddəsi bir həbdə 0,04 qram olmaqla ümumi miqdarı -0,08 qram olan 02 ədəd metadon həblərini satış məqsədilə qanunsuz olaraq əldə etmiş və həmin kütlələrdən 01 ədəd bükümdə, 8,039 qram çəkidə psixotrop maddə olan metamfetamini üzərində, 01 ədəd bükümdə, 5,368 qram çəkidə olan narkotik vasitə heroini və 02 ədəd metadon həblərini idarə etdiyi “Mercedes Benz E230” markalı, 10SB042 dövlət qeydiyyat nişanlı avtomobilində saxlayıb daşımış, bu barədə əməliyyat məlumatı almış Baş Narkotiklərlə Mübarizə İdarəsinin X7 Şöbəsinin əməkdaşları tərəfindən 19 may 2022-ci il tarixdə saat 07:30 keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində o, idarə etdiyi “Mercedes Benz E230” markalı, 10SB042 qeydiyyat nişanlı avtomobil ilə Lənkəran şəhərində yerləşən Böyük Bazar məscidinin yaxınlığında, küçədə saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra üzərində aparılan şəxsi axtarış zamanı şalvarının sağ yan cibindən 01 ədəd bükümdə, təmiz çəkisi 8,039 qram psixotrop maddə olan metamfetamin, avtomobilinə baxış keçirilərkən isə salonda maqnitafonun alt hissəsindəki siyirmədən 01 ədəd bükümdə, təmiz çəkisi 5,368 qram narkotik vasitə olan heroin, tərkibində təsiredici maddəsi bir həbdə 0,04 qram olmaqla ümumi miqdarı -0,08 qram olan 02 ədəd metadon həbləri və üzərində psixotrop maddə metamfetaminin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən 2022-ci ilin iyun ayının əvvəlində, istintaqla dəqiq müəyyən edilməmiş tarixdə və mənbədən 02 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,193 qram və 0,524 qram, ümumi təmiz çəkisi 0,717 qram olan ağ rəngli kristal formada psixotrop maddə olan metamfetamini satış məqsədilə qanunsuz əldə edərək saxlayıb daşımış, 2022-ci ilin iyun ayının sonlarında, Astara rayonunda 01 ədəd bükümdə, təmiz çəkisi 0, 524 qram psixotrop maddə metamfetamini Lənkəran rayonu, Sütəmurdov kənd sakini Şahid7 satmış, 2022-ci ilin iyul ayının əvvəllərində Lənkəran rayonunda 01 ədəd bükümdə, təmiz çəkisi 0,193 qram psixotrop maddə metamfetamini Lənkəran rayonu Sütəmurdov kənd sakini olan tanışı Təqsirləndirilən şəxs2 satmış, bu barədə əməliyyat məlumatları almış Baş Narkotiklərlə Mübarizə İdarəsinin X7 Şöbəsinin əməkdaşları tərəfindən 06 iyul 2022-ci il tarixdə, saat 18:30 radələrində keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Rəhimov X3 rayonu, Sütəmurdov kəndində saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra onun üzərinə şəxsi axtarış keçirilərkən əynində olan şalvarın sol yan cibində olan “Kent” siqaret qutusunun arxa hissəsindən 01 ədəd bükümdə təmiz çəkisi -0,193 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, 19 iyul 2022-ci il tarixdə, saat 21 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Rəcəbli X5 rayonu, Gərmətük qəsəbəsində, küçədə saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra onun üzərinə şəxsi axtarış keçirilərkən əynində olan şalvarın sağ yan cibindən 01 ədəd bükümdə, təmiz çəkisi 0, 524 qram psixotrop maddə olan metamfetamin aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs1 verilmiş ittihamla bağlı aparılmış məhkəmə istintaqı ilə müəyyən edilmişdir: Məhkəmə istintaqında təqsirləndirilən şəxs kimi dindirilən Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-in 234.4.2 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, onda heç bir narkotik vasitə və ya psixotrop maddə metamfetamin olmamış, Təqsirləndirilən şəxs2 və Şahid7 psixotrop maddə olan metamfetamin satmamışdır. 24 aprel 2022-ci il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinin X7 Şöbəsinin əməkdaşları Aqil, Xəyyal və başqa bir nəfər, yəni üç nəfər əməliyyatçı tərəfindən saxlanılmış, ondan şikayət olduğunu bildirməklə onu regional polis şöbəsinə aparılmışdır. Həmin vaxt onun saxlanılmasında polis əməkdaşı Şahid6 də iştirak etmişdir. Onu Şahid6 məxsus VAZ-2107 markalı, ağ rəngli, səhv etmirsə, qeydiyyat nömrəsinin son rəqəmləri «839» olan avtomobilə mindirməklə polis şöbəsinə aparmışlar. Bundan təxminən 10 dəqiqə sonra onun dayanacaqda olan avtomobilini də polis işçiləri onun iştirakı olmadan özləri sürərək regional polis şöbəsinə gətirmişlər. Ona guya on gün əvvəl avtomobilini kiməsə verdiyini və onun avtomobili ilə narkotik daşınmasını demişlər. O isə əgər on gün əvvəl ona məxsus avtomobil ilə narkotik daşınmışdırsa, nə üçün həmin vaxt tutmadıqlarını soruşmuşdur. Polis işçiləri ona hədə-qorxu gəlmişlər. Onu polis şöbəsində saxlamışlar. Həmin gün saat 11:30 radələrində qohumu Şahid8 polis işçisi Şahid12lə birlikdə şöbəyə gələrək onunla görüşmüşdür. İlkin onun azad olunması üçün 10 min manat pul istədiklərini, 7 min manata razılaşdıqlarını bildirmişdir. Onda heç bir narkotik vasitə olmadığından onu həmin gün saat 22 radələrində evə buraxmışlar. Evə buraxılmasından sonra qohumu Şahid8 və polis əməkdaşı Şahid4la birlikdə onlara getmişlər. Şahid8 onun buraxılması üçün polis işçilərinə 4500 manat pul verdiyiklərini bildirmişdir. Şahid8la bu məzmunlu danışıqlarını gizli olaraq yazmışdır. Ona məlum olmuşdur ki, Şahid8 onun ailəsindən 4500 manat pul almış, polisə 4000 manat vermiş, 500 manatı isə özündə saxlamışdır. Şahid8 500 manat pulu ona qaytaracağını demişdir. Bundan sonra o, regional polis şöbəsinin əməkdaşlarından ailəsindən almış olduqları pulu tələb etməyə başlamışdır. Regional polis şəbəsinin əməliyyatçısı Şahid4 onların evlərinə gələrək ona hədə-qorxu gəlmiş, onu başına torba keçirməklə hədələmişdir. Həmin vaxt Şahid4 səsini yazmışdır. Polis işçilərinin ona qarşı olan qanunsuz hərəkətləri və ailəsindən 4500 manat pul almaları barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisinə 27 aprel 2022-ci il tarixdə teleqram göndərmişdir. 5 may 2022-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisinin qəbulunda olmuş, rəis ona əmanətinin ödəniləcəyini bildirmişdir. Bundan sonra X7 şöbənin əməkdaşları Fuad və Xəyyal ona zəng edərək əmanətini qaytaracaqlarını demişlər. O isə onlara verdikləri pulu borc-xərc etdiklərini, camaatın pulunu qaytarmaq lazım olduğunu demişdir. Həmçinin polis işçisi Şahid6 də üzürxahlıq üçün onların evlərinə gəlmişdir. Polis işçiləri ilə arasında həmin mübahisənin davam etdiyi halda, 19 may 2022-ci il tarixdə saat 08 radələrində işə getdiyi zaman üç maşında olan əməliyyatçılar, Aqil Əhmədov başda olmaqla, ona hücum etmişlər. Onu döyüb maşından aşağı salmışlar. Xəyyal, Mehdi və Şahid6 də onu saxlayanların sırasında olmuşlar. Onu yenidən regional polis şöbəsinə aparmışlar. Avtomobilini isə yenə onun iştirakı olmadan polis işçiləri sürərək polis şöbəsinə aparmışlar. Həmin vaxt onun üzərində və avtomobilində psixotrop maddə metamfetamin, heroin, metadon və elektron tərəzi olmamışdır. Polis işçiləri 1 kiloqram heroini onun qabağına qoyub boynuna götürməsini tələb etmişlər. Sonra gözlərini skoçla bağlamış, başına qara sellofan keçirmiş və onu döymüşlər. Həmin vaxt gözünün içindən və bədənin müxtəlif nahiyələrindən xəsarətlər almışdır. Polis işçiləri güya onun qaçarkən yıxılması nəticəsində həmin xəsarətləri almasını sənədləşdirmişlər. Lakin həmin xəsarətləri yıxılma nəticəsimndə ala bilməzdi. Saat 17 radələrində özünə gəlmişdir. 8,039 qram metamfetamini onun cibinə polis əməkdaşı Aqşin əməliyyatçı Aqilin otağında qoymuşdur. Onu döyməklə, həyat yoldaşını polisə gətirməklə hədələdiklərinə görə videoçəkiliş zamanı həmin maddələrin özünə məxsus olmasını demişdir. Onun avtomobilinə tərəzini və narkotiki polis işçiləri qoymuşlar. Ona görə ki, avtomobilini onun iştirakı olmadan polis işçiləri özləri sürüb polis şöbəsinə aparmışlar. Onu Lənkəran Şəhər Rayon Polis Şöbəsinin müvəqqəti saxlama təcridxanasına göndərmişlər. Lakin bədəni üzərində xəsarətlər olduğuna görə onu təcridxanaya qəbul etmək istəməmişlər. Ona görə də məcbur olub onu 20 may 2022-ci il tarixdə məhkəmə-tibbi ekspertiza göbəsinə aparmışlar və ekspert tərəfindən müayinə olunmuş və ekspert bədəni üzərində olan xəsarətləri qeydə almışdır. 20 may 2022-ci il tarixdə onu həbs olunması üçün Lənkəran Şəhər Rayon Prokurorluğuna aparmışlar. Onu rayon prokurorunun müavini qəbul etmiş və onun döyüldüyünü görmüşdür. Sonra onu prokuror qəbul etmiş və döyüldüyünü görmüşdür. Ona görə də onu cinayət məsuliyyətinə cəlb etməmiş və həbsdən barıxmışlar. Həmin vaxt Aqil və başqa əməliyyatçılar onu regional şöbənin rəisinin qəbuluna aparmışlar. Onun atası da regional şöbəyə gəlmişdir. Orada ona hədə-qorxu gələrək şikayət etməməsini tələb etmişlər. O isə həbsdən buraxılmasının növbəti günü, yəni 21 may 2022-ci il tarixdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gedərək bədən xəsarətləri alması ilə əlaqədar qeydiyyata düşmüş və şikayət etməyə başlamışdır. 3 iyul 2022-ci il tarixdə «Yutub» kanalında və «Hürriyyət» qəzetində polis işçilərinin barəsində şikayət etmişdir. Həmin vaxtlar Baş Narkotiklərlə Mübarizə İdarəsinin X7 Şöbəsinin əməkdaşı Şahid10 polis əməkdaşı Şahid11la onun yaşadığı evə gələrək, onunla görüşmüş və onların əməkdaşlarından şikayət etməməsi üçün onunla söhbət etmişdir. O isə Şahid10 və Şahid11 evinin həyətinə gəlib onunla söhbət etmələrini videoçəkiliş etmişdir. Bu şəraitdə 06 iyul 2022-ci il tarixdə Lənkəran Şəhər Rayon Polis Şöbəsinin istintaq bölməsinin müstəntiqi ona telefon vasitəsi ilə zəng edərək yanına çağırmış, ona polis işçiləri tərəfindən döyülməsi ilə bağlı arayış verəcəyini demişdir. O isə polis şöbəsinə gedəndə onu orada tutmuş və həbsə almışlar. 7 iyul 2022-ci il tarixdə onu narkoloji ekspertizadan keçirmək üçün narkoloji dispanserə aparmışlar. Orada həkim onu müayinə edərkən müstəntiqə zəng edərək nə kimi rəy vermək lazım olduğunu soruşmuşdur. Müstəntiq də ona metamfetamindən asılılıq yazmasını demişdir. Polis işçiləri ondan 24 aprel 2022-ci il tarixdə aldıqları pulu qaytarmamaq üçün onu 19 may 2022-ci il tarixdə yenidən tutmuşlar. Şahid7 tanımışdır. Ayil ilə telefon vasitəsi ilə bir dəfə danışmış və bir dəfə Astara rayonunda görüşmüşdür. Bu hadisə 2022-ci ildə yox, 2021-ci ildə olmuşdur. Ayil ilə telefon danışığı narkotiklə bağlı olmamışdır. Ayil ilə danışdıqdan sonra tanışı Kənanla birlikdə gedərək Ayil ilə görüşmüşlər. Lakin həmin vaxt narkotikdən istifadə etməmişlər və o, Ayilə psixotrop maddə metamfetamin satmamışdır. Ona verilmiş ittihamda göstərilmişdir ki, o, guya 2022-ci ilin iyun ayının ayının sonlarında Astarada olmuş, orada Ayil ilə görüşməklə ona psixotrop maddə metamfetamin satmışdır. O isə 2022-ci il ərzində Astara rayonunda olmamışdır. Onun telefonunun anten dairəsi yoxlansa, həmin müddətdə Astarada olmaması təsdiq olunar. Təqsirləndirilən şəxs2 əvvəldən tanımışdır. Kamran onun evində fəhlə işləmişdir. Kamran ona 4 iyul 2022-ci il tarixdə 10 manat sən qoy, 10 manat mən, metamfetamin alaq məzmunlu səs atmışdır. O isə cavabında razılıq bildirmişdir. Yəni hərəsi 10 manat qoymaqla birlikdə 20 manatlıq metamfetamin almağa. Ancaq Təqsirləndirilən şəxs2la ona metamfetamin satması məzmununda söhbəti olmamışdır. O, Kamranla 4 iyul və 5 iyul 2022-ci il tarixlərdə telefon vasitəsi ilə danışmamış, görüşməmiş və ona 10 manata metamfetamin satmamışdır. Əgər telefon danışığı yoxlanılsa, bu fakt təsdiq olunar. 6 iyul 2022-ci il tarixdə Lənkəran Şəhər Rayon Polis Şöbəsində həbsdə olduğu zaman saat 23 radələrində Kamranı da polis şöbəsinə gətirməklə onun üzünə qoymuşlar. Polis şöbəsinin müvəqqəti saxlama təcridxanasında o yerdə yatmışdır. Kamran isə 1-ci kamerada olmuşdur. Kamranı bir gün saxladıqdan sonra buraxmışlar. 19 may 2022-ci il tarixdə saxlanılan zaman polis işçiləri tərəfindən döyülərək xəsarət yetirildiyinə görə regional şöbənin rəisi onun müalicəsi üçün pul vermək istəmiş, onun atası ilə telefonla danışarkən gəlib əmanaəti götürməsini demiş və onun müalicəsi üçün atasına 1000 manat pul vermişdir. 27-28 may 2022-ci il tarixdə polis zabitləri İlqar və Fuad, həmçinin polis serjantı Seymur onlara gələrək atasından onun döyülməsi ilə bağlı şikayət etməməsini xahiş etmişlər. Sonra isə iyun ayında onu rayon prokurorluğuna aparmış, şikayətini geri götürməsini xahiş etmişlər. Lakin o şikayət etməkdə davam etdiyindən onu 07 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 üzünə qoymaqla həbs etmişlər. Sonra isə Şahid7 üzünə qoymuşlar. Polis işçiləri tərəfindən döyülmüş, etirafedici ifadə verməsi üçün işgəncəyə məruz qalmışdır. İbtidai istintaqda verdiyi ifadələrini təsdiq etmir. Təqsirləndirilən şəxs1 ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında tədqiq olunan ifadəsində «şüşə» deyilən psixotrop maddə metamfetamindən istifadə etdiyini, lakin narkotik vasitələrin satışı ilə məşğul olmadığını, 19 may 2022-ci il tarixdə saat 07:50 radələrində Lənkəran şəhərində yerləşən Böyük Bazar Məscidinin yaxınlığında, küçədə idarə etdiyi “Mercedes Benz E230” markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobili dayanacaqda saxladıqdan sonra avtomobildən düşən kimi polis işçilərinin üzərinə hücum çəkmişlərini, onu döyərək avtomobilə salmaq istədiklərini, müqavimət göstərdiyindən polis işçilərindən kiminsə onun boyun nahiyəsindən vurduğunu, huşunu itirməsini, onu avtomobilə əyləşdirib regional şöbəyə aparmalarını, avtomobilini isə polis işçiləri onun iştirakı olmadan sürüb polis şöbəsinə aparmasını, regional şöbədə, xidməti otaqlardan birində polis əməkdaşları tərəfindən ona təzyiq göstərilməsini, üzərinə və avtomobilinə qoyulan narkotik vasitələrin ona aid olduğunu deməyə məcbur edilməsini, bu səbəbdən də polis əməkdaşları tərəfindən videoçəkilişdən istifadə edilərək üzərində şəxsi axtarış aparılarkən polis işçiləri tərəfindən qoyulmuş, əynindəki şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümü çıxarıb təqdim etməsini, bükümdə psixotrop maddə olan metamfetamin olduğunu bildirməsini, metamfatemini guya bir həftə əvvəl Lənkəran şəhəri bazar ərazisində tanımadığı şəxsdən 120 manat pula almasını, idarə etdiyi avtomobildə narkotik vasitə olmasıını, avtomobilinə qoyulmuş, maqnitafonun altındakı siyirmədə olan heroinin, iki ədəd metadon həblərinin və elektron tərəzinin özünə məxsus olmasını göstərmişdir. Təqsirləndirilən şəxs1 həmin ifadəsində həmçinin Təqsirləndirilən şəxs2 qonşusu olmasını, Təqsirləndirilən şəxs2 bir il bundan əvvəl onun evində usta və fəhlə kimi işləməsini, onunla birlikdə əvvəllər bir neçə dəfə psixotrop maddə metamfetamin istifadə etmələrini, lakin ona narkotik vasitə və psixotrop maddə satmamasını, əksinə Təqsirləndirilən şəxs2 bir neçə dəfə ona «şüşə» deyilən metamfetamin satmasını, 04 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 ona zəng edərək onun üçün psixotrop maddə metamfetamin təşkil etməyini istəməsini, onun da həmin tarixdə Lənkəran şəhərində tanımadığı şəxsdən bir bükümdə metamfetamin almasını, Təqsirləndirilən şəxs2 zəngindən sonra yaşadıqları məhəllədə onunla görüşmməsini və üzərində olan metamfetamini istifadə etmələrini, lakin Təqsirləndirilən şəxs2 metamfetamin satmamasını, Şahid7 ilə 2022-ci ilin iyun ayının sonlarında Astara rayonu Telman kəndində yerləşən çayxanada tanış olmalarını, orada Şahid7 özündə olan metamfetamindən onlara təqdim etməsini, birlikdə istifadə etmələrini, həmin vaxt onun üzərində ümumiyyətlə metamfetamin olmamasını və Şahid7 metamfetamin verməməsini və satmamasını göstərmişdir. Təqsirləndirilən şəxs1 verilmiş ittihamla bağlı olaraq məhkəmədə şahid kimi dindirilən Şahid7 göstərdi ki, psixotrop maddə olan metamfetamindən istifadə edir. Təqsirləndirilən şəxs1 tanıyır, ondan bir dəfə öz istifadəsi üçün metamfetamin alan zaman tanış olmuşdur. Dəqiq tarixi yadında qalmamışdır. Ola bilsin ki, 2022-ci il iyun ayının sonlarında və ya 19 iyul 2022-ci il tarixdə tutulmasından təxminən 5-6 gün əvvəl idarə etdiyi VAZ-2106 markalı avtomobillə Astara rayonu Telmon kəndində yerləşən çayxanaya getmişdir. Onun tanışları Həsən və Elçin adlı şəxslər də həmin çayxanaya gəlmişlər. Həsən Raminə və ya onun yanında olan Kənan adlı şəxsə zəng edərək narkotik barədə danışmışdır. Bundan sonra Raminlə Kənan çayxanaya gəlmişlər. Ramin özü ilə metamfetamin gətirmişdir. Çayxanada kabinetlərdən birində oturub birlikdə metamfetamindən istifadə etmişlər. Orada Raminlə münasibətləri yaranmışdır. Raminlə ikilikdə kabinetdən çölə çıxmışlar. Orada Raminə 20 manat pul vermiş və öz istifadəsi üçün 0,5 qram metamfetamin almışdır. Dəqiq deyə bilər ki, Ramindən metamfetamini 2022-ci ilin iyun ayının axırlarında almışdır. Ramindən aldığı metamfetamindən bir dəfə istifadə etmiş, qalan hissəsini isə bir neçə gün müddətində şalvarının arxa cibində saxlamış, istifadə etməmişdir. Belə ki, özü qazel markalı avtomaşın sürücüsüdür. Bəzi hallarda yol gedəndə yuxulamamaq üçün metamfetamindən istifadə edir. Onu 19 iyul 2022-ci il tarixdə polis işçiləri Lənkəran rayonu Gərmətük qəsəbəsində «Mandarin» istirahət mərkəzinin yaxınlığında saxlayanda Ramindən aldığı metamfetamin üzərində olmuşdur. Ramin yalan ifadə verir, qeyd olunan şəxslərlə Astara rayonu Telman kəndində yerləşən çayxanada görüşləri 2021-ci ildə yox, 2022-ci ildə olmuşdur. Təqsirləndirilən şəxs1la görüşməklə ondan metamfetamin aldığı zaman istifadəsində ***-***-**-** mobil telefon nömrəsi olmuşdur. Son vaxtlar isə ***-***-**-** telefon nömrəsindən istifadə edir. Təqsirləndirilən şəxs1 aldığı metamfetaminlə bağlı olaraq ona CM-nin 234.1-ci maddəsi ilə cinayət işi açılmışdır. Həmin cinayət işinə Lənkəran rayon məhkəməsində baxılmış və barəsində azadlığın məhdudlaşdarılması cəzası təyin edilmişdir. Baş Narkotiklərlə Mübarizə İdarəsinin X7 Şöbəsində baş əməliyyat müvəkkili Şahid4 məhkəmədə şahid kimi verdiyi ifadəsində göstərdi ki, 19 iyul 2022-ci il tarixdə Lənkəran rayonu Sütəmurdov kəndində yaşayan Şahid7 üzərində narkotik vasitə saxlaması və narkotik vasitələrdən istifadə etməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat-axtarış tədbirləri həyata keçirilməklə polis əməkdaşları Aqil Əhmədov və Mehti Səfyarovla birlikdə Şahid7 19 iyul 2022-ci il tarixdə saat 21:15 radələrində Lənkəran rayonu Gərmətük qəsəbəsində yerləşən «Mandarin» əyləncə mərkəzinin yaxınlığında, küçədə saxlayaraq X7 Şöbəyə gətirmişlər. Şahid7 təhqiqatçı tərəfindən şübhəli şəxs kimi tutulmuş, üzərində müdafiəçinin iştirakı ilə və videoçəkilişdən istifadə edilərək şəxsi axtarış aparılarkən ona üzərində narkotik vasitələr və ya başqa qanunsuz əşya vardırsa, təqdim etməsi təklif olunmuşdur. Bu zaman Şahid7 əynində olan şalvarın cibindən bir ədəd sellofan büküm çıxarıb təqdim etmişdir. Təqdim etdiyi bükümdə metamfetamin olduğunu, metamfetamini təxminən 20-25 gün əvvəl Lənkəran rayonu Sütəmurdov kəndində yaşayan Ramin adlı şəxsdən Astara rayonu Telman kəndində yerləşən çayxanada olarkən öz istifadəsi üçün 20 manat pula aldığını, bir hissəsini bir dəfə özünün istifadə etdiyini, qalan hissəsini isə özünün istifadə etməsi üçün üzərində saxladığını bildirmişdir. Şahid4 bundan başqa göstərdi ki, o, Təqsirləndirilən şəxs1 2000-ci ildən tanımış, onun ailə üzvləri ilə də münasibətləri olmuşdur. Təqsirləndirilən şəxs1 24 aprel 2022-ci il tarixdə tutularkən onun azad olunması üçün ailəsindən pul alınmamışdır. Həmin vaxt Ramin ondan xahiş etmişdir ki, evlərinə getsin, atasına onun narkotiklə məşğul olmamasını desin. O da Təqsirləndirilən şəxs1 xahişini yerinə yetirərək onların evlərinə getmiş və Raminin sözlərini onun atasına çatdırmışdır. Bundan bir müddət sonra Biləsuvarda olduğu zaman Ramin ona zəng etmiş, yenidən ona evlərinə gələrək atasını başa salmasını, onun narkotiklə məşğul olmamasını deməsini xahiş etmişdir. Lakin o işi olduğunu, gələ bilməyəcəyini demişdir. Ramin isə onun səsini yazdığını, onu şərələyəcəyini, ondan 3000 manat pul aldığını demişdir. O isə əsəbiləşərək pul alana söymüşdür. Məhkəmə istintaqında şahid kimi dindirilən, Baş Narkotiklərlə Mübarizə İdarəsinin X7 Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid5 da Şahid7 üzərində psixotrop maddə metamfetamin aşkar olunması ilə bağlı Şahid4la eyni məzmunlu ifadə verdi. Şahid1 məhkəmədə göstərdi ki, Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Regional Şöbəsində əməliyyat müvəkkili vəzifəsində işləyir. 18 may 2022-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs1 narkotik vasitə və psixotrop maddə əldə etməsi, daşıması, saxlaması və satması barədə əməliyyat məlumatı icraatına daxil olmuşdur. Təqsirləndirilən şəxs1 cinayət əməlini ifşa etmək məqsədilə ondan, əməliyyat müvəkkili Şahid2 və polis nəfəri Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. 19 may 2022-ci il tarixdə saat 07:30 radələrində tərəflərindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs1 Lənkəran şəhərində yerləşən Böyük Bazar məscidinin yanında, küçədə idarə etdiyi Mercedes Benz E230 markalı, **-SB-*** qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olarkən saxlanılmışdır. Ona yaxınlaşıb özlərini təqdim etmişlər və onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirərək polis şöbəsinə dəvət etmişlər. Lakin Təqsirləndirilən şəxs1 onlarla gəlmək istəməmiş və qaçmağa başlamışdır, bir neçə metr qaçdıqdan sonra yerə yıxılmışdır. Yerə yıxılan zaman xəsarətlər almışdır. Bundan sonra onu saxlamışlar. Təqsirləndirilən şəxs1 üzərində narkotik olduğunu demişdir. Ramin Axunlovu polis işçilərinin olduğu avtomaşına mindirmişlər. Təqsirləndirilən şəxs1 məxsus avtomaşını isə polis işçilərindən hansısa sürüb polis şöbəsinə gətirmişdir. Şöbədə xidməti otaqlarının birində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs1 şübhəli şəxs kimi tutulmuş, ona hüquq və vəzifləri izah edildikdən sonra özünün istəyi əsasında hüquqlarının müdafiəsi üçün dövlət hesabına vəkil Ədalət Muradov dəvət edilmişdir. Bundan sonra videoçəkilişdən istifadə edimlməklə və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs1 üzərində qanunsuz əşya və ya predmet olduğu təqdirdə təqdim etməsi bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümü çıxarıb təqdim etmiş və içərisində narkotik vasitə olduğunu bildirmişdir. Həmin sellofan bükümün içərisinə baxış keçirilmiş və ağ rəngli, kristal formalı, psixotrop maddə metamfetaminə bənzər kütlələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 ilə keçirilən şifahi sorğu zamanı bildirmiş ki, üzərindən aşkar edilmiş bükümü bir həftə əvvəl Lənkəran şəhərində bazar deyilən ərazidə tanımadığı şəxsdən 120 manat pul müqabilində almış, bir dəfə istifadə etmişdir, bundan başqa avtomobilində də narkotik vasitə vardır. Təqsirləndirilən şəxs1 avtomaşınında da narkotik vasitə olduğunu demişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 idarə etdiyi Mercedes Benz E230 markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən maqnitafonun alt hissəsindəki siyirmədən bir ədəd sellofan bükümdə olan kütlə və sellofana bükülmüş iki ədəd tablet götürüb təqdim etmişdir. Onun təqdim etdiyi sellofan bükümlərə baxış keçirildikdə birinin içərisində qəhvəyi rəngli, toz şəkilli, narkotik vasitə heroinə bənzər kütlələr, digər sellofan bükümdə isə listlərdə olan metadon həblərinə bənzər tabletlər olması müəyyən edilmişdir. Daha sonra avtomobilin salonuna baxış keçirilmiş və maqnitafonun altındakı siyirmədən bir ədəd elektron tərəzi aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 şifahi sorğu zamanı avtomobilindən aşkar edilmiş kütlələri bir həftə əvvəl Lənkəran şəhərində tanımadığı şəxsdən 100 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs1 qarşı heç bir təsir və ya təzyiq göstərməmiş, onu döyməmişlər. O, məsuliyyətdən yayınmaq üçün üzərindən və avtomobilindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələrin ona məxsus olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs1la bağlı əməliyyat tədbirlərinin keçirilməsində yalnız o, əməliyyat müvəkkili Şahid2 və polis nəfəri Şahid3 iştirak etmişlər. Həmin əməliyyat tədbirində əməliyyatçılar Mehti Səfyarov, Şahid4 və Aqil Əhmədov iştirak etməmişlər. Təqsirləndirilən şəxs1 saxlanıldığı yerdən ona məxsus avtomobili kimin idarə edərək polis şöbəsinə gətirməsini xatırlamır. Lakin dəqiq deyirki, Təqsirləndirilən şəxs1 məxsus avtomobil polis şöbəsinə gətirilərkən onun özü polis avtomaşınında olmuş, ona məxsus avtomobili isə hansısa polis işçisi sürüb polis şöbəsinə gətirmişdir. O, Təqsirləndirilən şəxs1 cibinə psixotrop maddə qoymamışdır. Məhkəmə istintaqında şahid kimi dindirilən, Baş Narkotiklərlə Mübarizə İdarəsinin X7 Şöbəsinin polis nəfəri, Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə verdi, eyni zamanda göstərdi ki, Təqsirləndirilən şəxs1 əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 ilə birlikdə 19 may 2022-ci il tarixdə səhər saatlarında Lənkəran şəhərində məscidin və bazarın yanında saxlayıb polis şöbəsinə gətirmişlər. Təqsirləndirilən şəxs1 məxsus avtomobili kimin sürüb polis şöbəsinə aparmasını bilmir. Ola bilsin ki, Bağırzadə sürüb aparmışdır. Təqsirləndirilən şəxs1 üzərindən şəxsi axtarış apalılarkən şalvar cibində metamfetamin aşkar olunmuşdur. Onun avtomobilinə baxış keçirilərkən maqnitafonun altından tərəzi, heroin və 2 ədəd həblər aşkar olunmuşdur. Təqsirləndirilən şəxs1 həmin maddələri öz istifadəsi üçün aldığını bildirmişdir. Onlar Təqsirləndirilən şəxs1 19 may 2022-ci il tarixdə saxlamaq üçün üç avtomaşınla getməmişlər. Şahid2 məxsus bir avtomaşınla getmişlər. Təqsirləndirilən şəxs1 19 may 2022-ci il tarixdə saxlanılması zamanı polis əməkdaşları Aqil Əhmədov, Şahid4 və Mehti orada olmamışlar. Təqsirləndirilən şəxs1 qarşı heç bir təsir-təzyiq göstərməmişlər. Onu üzərinə 1 kiloqram heroin qoymaqla təhdid etməmişlər. Polis əməkdaşı Şahid1 Təqsirləndirilən şəxs1 cibinə metamfetamin qoymamışdır. Məhkəmə istintaqında şahid kimi dindirilən, DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X7 Şöbəsinin əməliyyat müvəkkili Şahid2 da Şahid3 və Şahid1 ilə eyni məzmunlu ifadə verməklə onların göstərdikləri xüsusatları təsdiq etdi. Şahid6 məhkəmədə verdiyi ifadəsində göstərdi ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin X7 Şöbəsində polis nəfəri işləyir. Təqsirləndirilən şəxs1 24 aprel 2022-ci il tarixdə saxlanılmasında iştirak etməmiş və Təqsirləndirilən şəxs1 polis şöbəsinə ona məxsus avtomobil ilə aparılmamışdır. Lakin onun üzərində həmin gün şəxsi axtarış aparılmasında iştirak etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 üzərində hər hansı narkotik vasitə aşkar olunmamışdır. 24 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 saxlanılması zamanı ondan pul alınmasını və onun işgəncəyə məruz qalmasını eşitməmiş və həmin sələlərlə bağlı olaraq üzürxahlıq üçün Təqsirləndirilən şəxs1 yaşadığı evə getməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 19 may 2022-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılmasında iştirak etməmişdir. Təqsirləndirilən şəxs1 vəsatəti əsasında məhkəmə istintaqında şahid kimi dindirilən Şahid10 göstərdi ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin X7 Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs1la şəxsi münasibətləri yaxşı olmuşdur. Təqsirləndirilən şəxs1 19 may 2022-ci il tarixdə regional şöbənin əməkdaşları tərəfindən saxlanılması zamanı o, xəstəliyi ilə əlaqədar Bakı şəhərində olmuşdur. Bakı şəhərindən Lənkərana qayıtdıqdan sonra Təqsirləndirilən şəxs1 regional şöbəsinin əməkdaşlarının barələrində şikayət etməsini bilərək bir ağsaqqal kimi Təqsirləndirilən şəxs1 evinə gedərək ondan polis əməkdaşlarının barələrində şikayət etməsinin səbəbini soruşmuşdur. Ramin isə onu öyrətdiklərinə görə şikayət etdiyini və hazırda şikayətinin olmadığını bildirmişdir. Həmin vaxt o, Raminin adından şikayətinin olmaması barədə ərizə yazmamışdır. O, Raminin yaşadığı evə 21 may 2022-ci il tarixdən sonra getmişdir. Məhkəmə istintaqında şahid kimi dindirilən Şahid8 göstərdi ki, Təqsirləndirilən şəxs1 onun qohumudur. 24 aprel 2022-ci il tarixdə əvvəlcə Raminin atası, sonra isə qayınatası ona zəng edərək Raminin narkotiklə mübarizə üzrə regional şöbəsinin əməkdaşları tərəfindən tutulmasını xəbər vermişlər. Onlar hər üçün çayxanada görüşüb bu məzmunda söhbət etmişlər. Bu zaman regional şöbənin əməkdaşı Şahid12 onlara yaxınlaşmışdır. O, Raminin tutulmasını aydınlaşdırılması üçün Şahid12lə birlikdə regional şöbəyə getmişdir. Şöbədə polis əməkdaşı Aqil Əhmədovla görüşmüşlər. X9 tutulmasının səbəbini soruşduqda sonuncu üzərində narkotik aşkar olunmasını bildirmişdir. O, Raminin buraxılmasının mümkün olub-olmamasını soruşmuş, Aqil Əhmədov isə bunun mümkün olmadığını bildirmişdir. O, Raminin azadlığa buraxılması üçün Raminin ailəsindən 4500 manat pulu almamış və polis əməkdaşlarına verməmişdir. Raminin həbsdən buraxılmasından sonra ona buraxılması üçün polisə 4500 manat pul verilməsini deməmişdir. Məhkəmə istintaqında şahid kimi dindirilən Şahid11 göstərdi ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Sənub Bölgəsində Regional Şöbəsinin polis nəfəri olmaqla sürücü işləyir. 2022-ci ilin yayında, hansı ay olmasını xatırlamır, şöbənin əməkdaşı, polis mayoru Şahid10lə birlikdə onun idarə etdiyi avtomaşınla Lənkəran rayonu Sütəmurdov kəndinə, Təqsirləndirilən şəxs1 yaşadığı evə getmişlər. Təqsirləndirilən şəxs1la görüşərək evin həyətində oturub söhbət etmişlər. Şahid10 Ramindən polis işçiləri barəsində şikayət etməsinin səbəbini soruşmuşdur. Ramin başını doldurduqlarını, ona görə də polis işçiləri barəsində şikayət etdiyini, hazırda isə əməllindən peşiman olduğunu bildirmişdir. Məhkəmə istintaqında şahid kimi dindirilən Şahid12 göstərdi ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Çənub Bölgəsində Regional Şöbəsində polis zabiti olmaqla növbətçi hissədə xidmət edir. Təqsirləndirilən şəxs1 əvvəllər Lənkəran Rayon Polis Şöbəsində sahə rəisi işlədiyi vaxtlardan tanıyır. Lənkəran şəhərində “koloz” bazarı onun xidmət sahəsində olmuş, Təqsirləndirilən şəxs1 da orada özünə məxsus dükanı işlətmişdir. Təqsirləndirilən şəxs1 narahat adam kimi tanıdığından həmişə ondan uzaq durmuşdur. O, 24 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən saxlanılmasında iştirak etməmişdir. Raminin qayınatası İlham istefada olan polkovnikdir və onunla şəxsi münasibətləri vardır. Raminin tutulmasından sonra qayınatası İlham ona zəng edərək bu barədə danışmaq istəmişdir. Münasibətləri yaxşı olduğuna görə İlhamla Lənkəran şəhərində, regional şöbənin yaxınlığında yerləşən «Özbək» çayxanasında görüşmüşlər. Həmin vaxt Raminin atası da orada olmuşdur. O, Raminin atası və qayınatası ilə söhbət etdikdən sonra şöbəyə gedərək orada Raminlə görüşmüşdür. Raminlə əməliyyatçı Xəyyalın iş otağında görüşmüşdür. Raminlə söhbət edərkən Ramin onda narkotik vasitə olmadığını bildirmişdir. O, həmin vaxt Raminə buraxılması üçün pul verməsini təklif etməmişdir. Polis şöbəsində Raminlə söhbət etdikdən sonra çayxanaya qayıdaraq onun atasına və qayınatasına Raminin üzərində narkotik olmaması barədə dediklərini söyləmişdir. Ramin həmin gün buraxılmış və qayınatası İlham da Bakı şəhərinə qayıtmışdır. Raminin buraxılması üçün polis işçiləri onun ailəsindən pul almamışlar. O, Ramini narahat adam kimi tanıyır. Raminin ailəsi ilə hər hansı razılaşmanın olmasına imkan verməzdi. Raminin bu barədə dedikləri yalandır. Ramin buraxıldıqdan sonra polis işçiləri barəsində şikayət etməyə başlamışdır. Bununla əlaqədar olaraq 06 may 2022-ci il tarixdə rəis müavini Səfər müəllimin tapşırığına əsasən bazara, Raminin iş yerinə gedərək onu Səfər müəllimin iş otağına dəvət etmişdir. Səfər müəllim Raminlə polis işçilərindən şikayət etməsinin səbəbləri barədə söhbət etmişdir. Məhkəmə istintaqında şahid kimi dindirilən Şahid9 göstərdi ki, Təqsirləndirilən şəxs1 məxsus, Lənkəran şəhərində kolxoz bazarında yerləşən dükanda satıcı işləmişdir. 24 aprel 2022-ci il tarixdə o, işə gələndən sonra Təqsirləndirilən şəxs1 regional narkotiklərlə mübarizə qrupunun əməkdaşları tərəfindən tutulduğunu və artıq buraxıldığını eşitmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 azadlığa buraxılması üçün polis işçilərinə pul verməsini dəqiqliklə bilməmiş, lakin söhbətlərdən pul verilməsini eşitmişdir. 19 may 2022ci il tarixdə isə işə gələndə Təqsirləndirilən şəxs1 yenidən regional narkotiklərlə mübarizə qrupunun əməkdaşları tərəfindən tutulduğunu bilmişdir. Dükanın açarları bir-neçə gün regional şöbənin əməkdaşlarında olmuşdur. O, regional şöbəyə gedərək dükanın açarını almışdır. Dükanı açdıqda dükanın içərisində olan əşyaların dağıdılmasını görmüşdür. 21 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 azadlığa buraxıldıqdan sonra polis işçilərindən şikayət etmişdir. Həmin vaxt Raminin atasını regional polis şöbəsinə çağırmaqla şikayət etməməsini tələb etmişlər. Təqsirləndirilən şəxs1 məhkəmə-tibbi eksperti tərəfindən müayinə olunarkən o, Təqsirləndirilən şəxs1la birlikdə getmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 bədənində xəsarətlər olmuş, gözü şişmiş və qolu sarıqlı olmuşdur. 06 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 Lənkəran Rayon Şəhər Polis Şöbəsinə çağırmışlar, ona gəlib sənədləri götürməsini demişlər. Təqsirləndirilən şəxs1 bu məqsədlə polis şöbəsinə getmiş, laki onu həbs etmişlər. Bundan sonra regional polis şöbəsinin əməkdaşı Şahid4 onu şöbəyə aparmış, ona hədə-qorxu gəlmiş, onu Raminə görə incitmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs1 24 aprel 2022-ci il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsinin əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə aparılması, bir neçə saat müddətində orada saxlanıldıqdan sonra evə buraxılmasından 07 iyul 2022-ci il tarixdə yenidən həbs olunmasınadək olan müddətdə cinayət işinin materialları ilə aşağıdakılar müəyyən edilir: Baş Narkotiklərlə Mübarizə İdarəsinin X7 Şöbəsinin rəisinin xx.xx.2022-ci il tarixli məktubu ilə Lənkəran Şəhər Rayon Polis Şöbəsinin istintaq bölməsinə göndərilmiş və cinayət işinin materiallarına əlavə olunmuş materiallardan görünür ki, həmin şöbənin əməliyyat müvəkkili Aqil Əhmədov 24 aprel 2022-ci il tarixli raportunda Təqsirləndirilən şəxs1 narkotik vasitələri və psixotrop maddələri əldə etməsi saxlaması və daşıması barədə əməliyyat məlumatının daxil olmasını göstərmişdir. Təqsirləndirilən şəxs1 24 aprel 2022-ci il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinin X7 Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmaqla şöbəyə aparılmış və təhqiqatçı tərəfindən üzərində narkotik vasitələri saxlamaqda və daşımaqda şübhəli şəxs kimi tutulmuşdur. 24 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılarkən hər hansı narkotik vasitə və ya qanunsuz əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs1 təhqiqatçının 24 aprel 2022-ci il tarixli qərarı ilə həbsdən azad olunmuşdur. 03 may 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs1 barəsində toplanmış material üzrə cinayət hadisəsi müəyyən edilmədiyindən cinayət işinin başlanılması rədd edilmişdir. Cinayət işinin materialları ilə həmçinin müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 24 aprel 2022-ci il tarixdə həbsdən azad olunmasından sonra polis əməkdaşları tərəfindən döyülməsi və onun azadlığa buraxılması üçün ailəsindən pul vəsaitinin alınması barədə şikayət etmiş, ailəsindən pul alınmasını sübuta yetirmək məqsədi ilə polis əməkdaşı Şahid4 və pulun verilməsində iştirakçı hesab etdiyi qohumu Şahid8la bu məzmunda telefon danışıqları aparmaqla onların danışıq səslərini yazıb özündə saxlamışdır.. Təqsirləndirilən şəxs1 polis əməkdaşlarının ailəsindən pul almalarını iddia etməklə pulun qaytarılmasını tələb etdiyi, polis əməkdaşlarının isə hətta yaşadığı evin həyətinə gedərək ondan şikayət etməməsini tələb etdikləri halda Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Regional Bölməsinin əməliyyat müvəkkili Şahid1 19 may 2022-ci il tarixli raportunda Təqsirləndirilən şəxs1 qanunsuz olaraq külli miqdarda narkotik vasitə, psixotrop maddə əldə etməsi, saxlaması və daşıması barədə əməliyyat məlumatının daxil olması göstərilmişdir. Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə 19 may 2022-ci il tarixdə qərar qəbul olunmuş, Təqsirləndirilən şəxs1 həmin gün X7 Şöbəsinin əməkdaşları tərəfindən təkrar saxlanılmış, şöbənin təhqiqatçısı tərəfindən şübhəli şəxs kimi tutulmuş və üzərində şəxsi axtarış aparılmışdır. 19 may 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan və videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs1 əynindəki şalvarın sağ yan cibindən 01 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlələr aşkar edilərək götürülmüşdür. Psixotrop maddə metamfetaminə bənzər bükümüin çəkisi 8,35 qram olmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 üzərində aşkar edilmiş kütlələrin psixotrop maddə metamfetamin olduğunu, metamfetamini bir həftə əvvəl Lənkəran şəhəri, Bazar deyilən ərazidə tanımadığı şəxsdən 120 manata almasını, şəxsi istifadə üçün üzərində saxlamasını, bir dəfə istifadə etməsini, heç kimə verməməsini və satmamasını göstərmişdir. Əməliyyat müvəkkili Şahid1 19 may 2022-ci il tarixli raportunda göstərmişdir ki, Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən saxlanılarkən yerə yıxılmışdır. Bununla da Təqsirləndirilən şəxs1 həmin gün bədən xəsarətləri almasını yerə yıxılması ilə əlaqələndirmişdir. 19 may 2022-ci il tarixdə həmçinin Təqsirləndirilən şəxs1 şəxsi avtomobilinə də baxış keçirilmişdir. 19 may 2022-ci il tarixli baxış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus **-SB-*** qeydiyyat nişanlı avtomobilin maqnitafon hissəsinin altındakı siyirmədən 01 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlələr, 02 ədəd metadon həbləri və 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Narkotik vasitə heroinə bənzər bükümün çəkisi 5,55 qram olmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 bildirmişdir ki, üzərində aşkar edilmiş kütlə kakos deyilən narkotik vasitə heroindir, list kəsiyində isə metadon həbləridir, ona məxsusdur. Həmin kütlələri bir həftə əvvəl Lənkəran şəhərində tanımadığı şəxsdən 100 manata almışdır. Təqsirləndirilən şəxs1 üzərindən və avtomobilindən götürülmüş maddələr ekspertizaya göndərilmiş, materialların məhkəmə ekspertizasının 19 may 2022-ci il tarixli, 19/601 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 üzərindən götürülmüş 01 ədəd bükümdə, təmiz çəkisi -8,039 qram olan, ağ rəngli, kristal formada olan maddə metamfetamindir. Avtomobilindən götürülmüş 01 ədəd bükümdə çəkisi -5,368 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 01 ədəd elektron tərəzinin üzərində psixotrop maddə metamfetaminin izləri vardır, metamfetamin iz şəklində olduğuna görə, çəkisini və tədqiqata təqdim edilmiş metamfetaminlə müqayisəli tədqiqat (eynilik) aparmaq mümkün olmamışdır və 02 ədəd konvalyut kəsiyində ümumi sayı 02 ədəd olan qəhvəyi rəngli, dairəvi formalı həblər metadondurlar, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-biri ilə eynidirlər, həblərin təsiredici maddəsinin ümumi miqdarı -0,08 qramdır Təqsirləndirilən şəxs1 bədəni üzərində xəsarətlərin olub-olmamasının müəyyən edilməsi məqsədi ilə 20 may 2022-ci il tarixli qərarla məhkəmə-tibb ekspertizası təyin edilmişdir. Məhkəmə-tibb ekspertinin 20 may 2022-ci il tarixli, 444 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 sağ almacıq, sol said, sol əl nahiyələrində qançırlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk, küt əşyanın və ya əşyaların təsirindən törənmişlər, yıxılma nəticəsində əmələ gələ bilməsi inkar olunmur, əmələ gəlmə müddətləri müayinədən bir gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmə-narkoloji ekspertizasının 20 may 2022-ci il tarixli, 592 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən toksikomaniya xəstəliyi aşkar olunur. Toksikomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs1 üzərində 19 may 2022-ci il tarixdə 8,039 qram metamfetamin, avtomobilində 5,368 qram narkotik vasitə heroin, 01 ədəd elektron tərəzi, 02 ədəd metadon həbləri aşkar olunması barədə videoçəkilişdən istifadə edilərək səndləşmə aparılmasına, müvafiq ekspertizalar keçirilməklə həmin maddələrin növü, çəkisi müəyyən edilməsinə, Təqsirləndirilən şəxs1 həmin maddələrin özünə məxsus olması barədə etirafedici ifadə və izahatlar alınmasına, əməliyyt tədbirini həyata keçirilmiş polis işçiləri şahid kimi dindirilməklə Təqsirləndirilən şəxs1 ifşaedici ifadələr verilmələrinə baxmayaraq ona ittiham verilməmiş və 20 may 2022-ci il tarixli qərarla həbsdən azad edilmişdir. Qərarda Təqsirləndirilən şəxs1 həbsdən azad edilməsinin əsası kimi ifadəsində üzərində və avtomobilində aşkar olunmuş narkotik vasitə və psixotrop maddələrin, elektron tərəzinin ona məxsus olmamasını, ilkin araşdırma zamanı təsirə məruz qaldığı üçün həmin kütlələrin ona aid olduğunu deməyə məcbur olmasını, əslində isə narkotik vasitələrin və ya psixotrop maddələrin istifadəsi və satışı ilə məşğul olmamasını göstərməsi qeyd edilmişdir. Eyni zamanda cinayət işi istintaqa prosessual rəhbərliyi həyata keçirən Lənkəran rayon prokuroru tərəfindən öyrənilmiş və iş üzrə 21 may 2022-ci il tarixdə yazılı göstəriş verilmişdir. Yazılı göstərişdə qeyd edilir ki, Təqsirləndirilən şəxs1 ifadəsində göstərmişdir ki, 24 aprel 2022-ci il tarixdə saat 12:15-də Lənkəran şəhərində Böyük Bazarda işlədiyi paltar mağazasında olarkən narkotiklərlə mübarizə qrupunun iki nəfər əməkdaşı mağazaya gələrək onu regional polis şöbəsinə aparılmış, avtomaşınını kiməsə verdiyini, həmin şəxsin avtomaşınında narkotik vasitə daşıdığını bildirməklə ondan pul istəmişlər. Lakin razılaşmamışdır. Həmin gün saat 23 radələrinədək onu polis şöbəsində saxlamış və sonra evə buraxmışlar. Evə gedəndə ailə üzvlərindən 4500 manat pul alınmasını bilmişdir. O, Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəhbərliyinin qəbuluna getmiş, 05 may 2022-ci il tarixdə qəbulda olduğu zaman ondan alınmış 4500 manat pulun geri qaytarılmasına köməklik etməsini xahiş etmişdir. 06 may 2022-ci il tarixdə regional şöbənin əməkdaşı Şahid12 dəvəti ilə rəis müavini Səfər adlı polis əməkdaşının qəbulunda olmuş, sonuncu pulun ona qaytarılacağını bildirmişdir. 09 may 2022-ci il tarixdə Şahid12lə yenidən əlaqə saxlayaraq pulunun qaytarılmasını demiş, lakin pulu qaytarılmamışdır. 19 may 2022-ci il tarixdə isə özünə məxsus «Mersedes Benz E230» markalı, **-SB-*** qeydiyyat nişanlı avtomobili dayanacaqda saxladığı zaman regional şöbənin əməkdaşları ona hücum edib döymüşlər. Onu regional şöbəyə aparmışlar. Şöbədə polis əməkdaşı ona təzyiq göstərib üzərinə və avtomobilinə qoyulan narkotik vasitənin və psixotrop maddənin ona aid olduğunu deməyə məcbur etmişlər. Təqsirləndirilən şəxs1 eyni zamanda 24 aprel 2022-ci il tarixdə regional şöbənin əməkdaşlarının onun mağazasına gəlməsinin videogörüntüləri, polis əməkdaşları ilə telefon danışığının səs yazıları, rəhbərliyə göndərdiyi teleqramın qəbzi onun tanışı tərəfindən təqdim edildiyindən müvafiq qaydada götürülməklə cinayət işinə əlavə edilmişdir. İlkin istintaq mərhələsində şübhəli şəxs Təqsirləndirilən şəxs1 ifadəsində göstərilmiş xüsusatlar araşdırılmadan və onlar istintaq hərəkətləri ilə yoxlanılmadan əməlinə hüquqi qiymət verilməsi mükün olmadığı üçün ona ittiham verilməmiş və müstəntiqin 20 may 2022-ci il tarixli qərarı ilə həbsdən azad olunmuşdur. İş üçün əhəmiyyətli halların müəyyən edilməsi üçün prokurorun göstərişində bir sıra məsələlərin aydınlaşdırılması, zəruri istintaq hərəkətlərinin aparılmalı olduğu qeyd olunmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs1 20 may 2022-ci il tarixdə həbsdən buraxıldıqdan sonra polis əməkdaşları tərəfindən döyülməklə ona bədən xəsarətləri yetirilməsi ilə bağlı olaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına müraciət etmişdir. Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin məsul növbətçisinin xx.xx.2022-ci il tarixli raportundan görünür ki, ünvan 2 ünvanında yaşayan, 1984-cü il təvəllüdlü Təqsirləndirilən şəxs1n sağ göz ətrafında siyanus, sol qulağın yumuşaq toxumasının əzilməsi, qarın nahiyyəsində sıyrıntı, hər iki əlin bilək nahiyyəsinin sıyrıntısı və sol əlin üst nahiyəsinin ödemi ilə xəstəxanaya daxil olmuşdur. Təqsirləndirilən şəxs1 istintaq zamanı təqdim etdiyi diskə baxış keçirilməsi barədə 21 may 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 24 aprel 2022-ci il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinin X7 Şöbəsinin əməkdaşları tərəfindən tutulmaqla azadlığa buraxıldıqdan sonra həmin şöbənin əməkdaşı Şahid4la Vhatsapp proqramı vasitəsi ilə danışmaqla onun səsini yazmış və sonradan həmin danışığı istintaqa təqdim etmişdir. Danışıqların məzmunundan görünür ki, Təqsirləndirilən şəxs1 Xəyal Abışova günahsız olduğunu,ona şərt atıldığını, lakin onlardan 4000 manat pul alındığını deyir və özünün etirazını bildirir. Bu barədə bir-birləri ilə mübahisə etmişlər. Digər fyılda da Təqsirləndirilən şəxs1 qohumu Şahid8la telefonla danışmaqla apardığı səs yazısı yerləşir. Danışığın məzmunundan məlum olur ki, Təqsirləndirilən şəxs1 qohumu Şahid8la onun 24 aprel 2022-ci il tarixdə regional polis şöbəsində saxlanılması zamanı ailəsindən pul alaraq polis əməkdaşına verməsi barədə mübahisəli danışıq aparılır. Təqsirləndirilən şəxs1 atası X4 məhkəməyə təqdim etdiyi iki ədəd elektron yaddaş kartları məhkəmə baxışı zamanı nümayiş etdirilərkən onlarda Təqsirləndirilən şəxs1 24 aprel 2022-ci il tarixdə həbs olunaraq azadlığa buraxılmasından sonra Təqsirləndirilən şəxs1la Baş Narkotiklərlə Mübarizə İdarəsinin X7 Şöbəsinin əməkdaşı Şahid4 və Təqsirləndirilən şəxs1 qohumu Şahid8 aralarında polis işçilərinin Təqsirləndirilən şəxs1 buraxılması üçün ailəsindən pul almaları ilə bağlı mübahisəli danışıqlar aparılmışdır. Bundan başqa videogörüntülərdə Təqsirləndirilən şəxs1 həbsdə saxlanılmaqla azadlığa buraxılmasından sonra qol-bilək nahiyəsindəki xəsarətlərin fotoşəkilləri, Baş Narkotiklərlə Mübarizə İdarəsinin X7 Şöbəsinin əməkdaşlar Şahid11 və Şahid10 Təqsirləndirilən şəxs1 yaşadığı evin həyətinə gələrək onunla polis işçilərindən şikayət etməməsi ilə bağlı söhbət etmələri barədə videogörüntülərin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1, Şahid4 və Şahid8 tədqiq edilmiş dialoqlardakı səslərin onlara məxsusluğunu təsdiq etdiklərindən bununla bağlı ekspertiza keçiriləməsinə zərurət olmamışdır. Baş Narkotiklərlə Mübarizə İdarəsinin X7 Şöbəsinin baş əməliyyat müvəkkili Şahid4 06 iyul 2022-ci il tarixli raportunda Təqsirləndirilən şəxs1la eyni kənddə yaşayan Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitələri və psixotrop maddələri saxlaması və daşıması barədə əməliyyat məlumatının daxil olmasını göstərir. 06 iyul 2022-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs kimi tutulmuş, üzərində psixotrop maddə olan metamfetamin aşkar olunmuş, o, metamfetamini 4 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 10 manat pul müqabilində almasını göstərmiş və içərisində Təqsirləndirilən şəxs1la səsli sms yazışması olan diski istintaqa təqdim etmişdir. Həmin diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs2la Təqsirləndirilən şəxs1 aralarında aşağıdakı məzmunlu səsli sms aparılması müəyyən edilir: Təqsirləndirilən şəxs2: Ramin, ay Ramin, neynirsən brat, gör nə deyirəm, 10 manat məndə var, sən də 10 manat düz-qoş edə bilərsən? Bir dənə götürək. Təqsirləndirilən şəxs1: Hə, 20 manata? Təqsirləndirilən şəxs2: Hə də 025-dən yaddan, yarıdan zadan, şüşə. Təqsirləndirilən şəxs1: Hə də hə. Kamaran Rəhimov: Yaxşı, danışaram səninlə. Təqsirləndirilən şəxs1: Mənə bax, şeydi, mən indii üzümü qırxıram, bi 10-15 dəqiqəyə məhəllədəyəm. Təqsirləndirilən şəxs2: Yaxşı dədə. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin danışıq səslərinin onlara məxsus olmasını etiraf etdiklərindən bununla bağlı ekspertiza keçirilməsinə zərurət yaranmamışdır. Telefon danışıqlarına baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus ***-***-**-** nömrəli mobil telefon ilə Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** nömrəli mobil telefonlar arasında 02 və 03 iyul tarixlərində 7 dəfə telefon əlaqəsi olmuş, 4 və 5 iyul tarixlərdə isə heç bir danışıq aparılmamışdır. Kmaran Rəhimov üzərində aşkar olunan metamfetamini 04 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 10 manat pul müqabilində aldığını bildirdiyindən Təqsirləndirilən şəxs1 iş üzrə 07 iyul 2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Təqsirləndirilən şəxs1 0,193 qram çəkidə psixotrop maddə olan metamfetamini 2022-ci il iyul ayının əvvəllərində 10 manat pul müqabilində Təqsirləndirilən şəxs2 satmağa görə 08 iyul 2022-ci il tarixdə CM-nin 234.2-ci maddəsi ilə ittiham verilmişdir. Şahid7 narkotik vasitələri əldə etməsi və üzərində daşıması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Ayil Rəcəbov Baş Narkotiklərlə Mübarizə İdarəsinin X7 Şöbənin əməkdaşları tərəfindən 19 iyul 2022-ci il tarixdə saat 21:15 radələrində Lənkəran rayonu Gərmətük qəsəbəsində yerləşən «Mandarin» əyləncə mərkəzinin yaxınlığında saxlanılmış və şübhəli şəxs kimi tutulmuşdur. Şəxsi axtarış və götürmə aparılması barədə 19 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Şahid7 üzərində şəxsi axtarış aparılarkən ona üzərində narkotik vasitə və başqa qanunsuz əşya vardırsa, təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Şahid7 şalvarının sağ yan, nisbətən kiçik ölçülü cibindən bir ədəd sellofan büküm çıxarıb təqdim edərək masanın üzərinə qoymuş, təqdim etdiyi bükümün içərisində «şüşə» olduğunu, özünə məxsus olduğunu, təxminən 20-25 gün əvvəl Lənkəran rayonu Sütəmurdov kəndində yaşayan Ramindən Astara rayonu Telman kəndində yerləşən çayxanada olarkən özü istifadə etmək üçün 20 manat pula aldığını bildirmişdir. Materialların məhkəmə ekspertizasının 20 iyul 2022-ci il tarixli, 19/806 nömrəli rəyində göstərilmişdir ki, Şahid7 təqdim etdiyi 1 ədəd bükümdə təmiz çəkisi 0,524 qram olan ağ rəngli, kristall formalı, təmiz çəkisi 0,524 qram olan maddə metamfetamindir. Materialların məhkəmə ekspertizasının 03 avqust 2022-ci il tarixli, 19/830 saylı rəyindən göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 və Şahid7 aşkar olunmuş metamfetaminlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Materialların-məhkəmə ekspertizasının 04 noyabr 2022-ci il tarixli, 19/1144 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 üzərində 19 may 2022-ci il tarixdə aşkar olunmuş metamfetamin Təqsirləndirilən şəxs2 və Şahid7 üzərlərindən götürülmüş metamfetaminlər xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Şahid7 2022-ci il iyun ayının sonlarında Astara rayonunda ünvan 3 ünvanında yaşayan Ramin adlı şəxsdən 20 manat pul müqabilində bir ədəd bükümdə təmiz çəkisi 0,524 qram olmaqla şəxsi istehlak miqdarından artıq miqdar təşkil edən ağ rəngli, kristall formada olan psixotrop maddə metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə etməyə, üzərində daşımaqla saxlamağa görə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinməklə ona cəza təyin edilmişdir. Həmin hökmdən görünür ki, Şahid7 ifadəsində göstərmişdir ki, psixotrop maddə metamfetamindən istifadə edir. Tutulmasından 20-25 gün əvvəl Lənkəran şəhərindən olan Elçin adlı tanışı ilə Astara rayonu Telman kəndində yerləşən çayxanaya getmişlər.Elçin adlı şəxs Ramin adlı tanışını da oraya çağırmışdır. Ramin adlı şəxs oraya gəldikdən sonra onun Sütmurdov kəndində yaşayan Təqsirləndirilən şəxs1 olması məlum olmuşdur. Çayxanada Təqsirləndirilən şəxs1 gətirdiyi, «şüşə» deyilən matammetamindən istifadə etmişlər. Orada Təqsirləndirilən şəxs1 öz istifadəsi üçün 20 manata bir bükümdə psixotrop maddə metamfetamin almışdır. "xxxx" MMC-dən götürülmüş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ********** və ********** telefon nömrələri ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətdə aparılan danışıqlar zamanı həmin telefon nömərəlrinin antenn dairələri Astara rayoun ərazisində olmamışdır. Təqsirləndirilən şəxs1 polis işçiləri tərəfindən döyülməsi, işgəncəyə məruz qalması, 24 aprel 2022-ci il tarixdə tutulması zamanı buraxılması üçün ailəsindən rüşvət olaraq pul alınması barədə məlumatları əsasında Lənkəran rayon prokurorluğu tərəfindən araşdırma aparılmışdır. Lənkəran rayon prokurorluğunun iş materiallarına əlavə edilmiş 29 iyul 2022ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X7 şöbəsinin əməkdaşları tərəfindən saxlanılarkən döyülərək işgəncəyə məruz qalması və 24 aprel 2022-ci il tarixdə tutulmasından sonra azadlığa buraxılması üçün ondan pul alınması barədə məlumatı üzrə araşdırma aparılmış, həmin hallar təsdiq edilmədiyinə görə 29 iyul 2022-ci il tarixli qərarla cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs2 Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinməklə 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Salyan Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə 05 il müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən edilmişdir. Salyan Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə cəzadan 10 ay 19 gün şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. Ailə tərkibi haqqında xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 ailəlidir, himayəsində xx.xx.2010, xx.xx.2011 və xx.xx.2015-ci illərdə doğulmuş üç azyaşlı uşaqları vardır. Təqsirləndirilən şəxs1 yaşayış yerindən verilmiş xasiyyətnamədə müsbət səciyyələnir. Ailə tərkibi haqqında 13 iyun 2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 subaydır. Təqsirləndirilən şəxs2 yaşayış yerindən verilmiş xasiyyətnamədə müsbət səciyyələnir. Lənkəran Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli vərəmli psiyentin xəstəlik tarixçəsindən çıxarışdan görünür ki, Şahid7 ağ ciyərin vərəmi xəstəliyindən əziyyət çəkir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək təqsirəlndirilən şəxs Təqsirləndirilən şəxs1 ibtidai istintaqda verilmiş ittihamla bağlı olaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 24 aprel 2022-ci il tarixdə üzərində hər hansı narkotik vasitə və ya psixotrop maddə olmadığı halda Baş Narkotiklərlə Mübarizə İdarəsinin X7 Şöbəsinin əməkdaşları tərəfindən Lənkəran şəhərində saxlanılmaqla regional polis şöbəsinə aparılmış, şübhəli şəxs kimi tutulmaqla üzərində şəxsi axtarış aparılarkən hər hansı qanunsuz əşya aşkar edilməmiş və həmin gün həbsdən azad olunmuşdur. Təqsirləndirilən şəxs1 həbsdən buraxıldıqdan sonra X7 Şöbəsinin əməkdaşlarının onu həbsdən azad etmək üçün ailəsindən qohumu Şahid8 vasitəçiliyi ilə 4500 manat məbləğində pul almalarını iddia etməklə polis işçilərindən pulun qaytarılmasını tələb etməyə başlamışdır. Eyni zamanda ailəsindən pul alınması ilə bağlı olaraq Şahid8la və polis əməkdaşı Şahid4la telefon vasitəsi ilə danışıqlar apararaq onlarla olan danışıq səslərini yazmaqla ailəsindən pul alınması barədə sübutlar toplamağa çalışmışdır. Polis işçilərinidən pul tələbi ilə bağlı olaraq 2022-ci il may ayının əvvəllərində Baş Narkotiklərlə Mübarizə İdarəsinə gedərək müraciət etmişdir. Bu şəraitdə Təqsirləndirilən şəxs1 təkrarən Baş Narkotiklərlə Mübarizə İdarəsinin X7 Şöbəsinin əməkdaşlar tərəfindən 19 may 2022-ci il tarixdə Lənkəran şəhərində avtomobili ilə hərəkətdə olmaqla dayanacaqda dayanarkən üzərində və avtomobilində narkotik saxlaması və daşımasına dair əməliyyat məlumatı olması əsası ilə saxlanılmış, özü polis avtomobilində, avtomobili isə onun iştirakı olmadan polis işçiləri tərəfindən polis şöbəsinə aparılmıdır. Polis şöbəsində üzərində və avtomobilində narkotik vasiətələr və psixotrop maddələr saxlamaqla daşımağa görə şübhəli şəxs kimi tutulmuş, videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmış, avtomobilinə isə baxış keçirilmişdir. 19 may 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokolda göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 əynindəki şalvarın sağ yan cibindən 01 ədəd bükümdə 8,35 qram psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Təqsirləndirilən şəxs1 həmin maddəni bir həftə əvvəl Lənkəran şəhəri, Bazar deyilən ərazidə tanımadığı şəxsdən 120 manata almasını, şəxsi istifadə üçün üzərində saxlamasını göstərmişdir. 19 may 2022-ci il tarixli baxış və götürmə aparılması haqqında protokolda göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 məxsus **-SB-*** qeydiyyat nişanlı avtomobilin maqnitafon hissəsinin altındakı siyirmədən 01 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlələr, 02 ədəd metadon həbləri və 01 elektron tərəzi aşkar edilərək götürülmüşdür. Heroinəbənzər kütlənin çəkisi 5,55 qram olmuşdur. Təqsirləndirilən şəxs1 heroini və metadon həblərini bir həftə əvvəl Lənkəran şəhərində tanımadığı şəxsdən 100 manata aldığını göstərmişdir. Təqsirləndirilən şəxs1 ilk ifadəsində üzərində və avtomobilində aşkar olunan psixotrop maddə metamfetminin, heroinin və metadon həblərinin özünə məxsus olduğunu göstərsə də, sonrakı ifadələrində və məhkəmə istintaqında verdiyi ifadəsində göstərmişdir ki, polis işçilərindən 24 aprel 2022-ci il tarixdə tutulması ilə əlaqədar olaraq ailəsindən alınmış pulu tələb etdiyinə, Baş Narkotiklərlə Mübarizə İdarəsi rəhbərliyinin qəbuluna getdiyinə görə onu 19 may 2022-ci il tarixdə təkrar tutmuşlar. Həmin vaxt onun üzərində və avtomobilində hər hansı narkotik vasitə və ya psixotrop maddə olmamışdır. Polis işçiləri onu döyərək işgəncə vermiş, üzərinə və avtomobilinə heroin, metamfetamin, metadon həbləri və elektron tərəzi qoyaraq onların özünə məxsus olması barədə ifadə verməyə məcbur etmişlər. Təqsirləndirilən şəxs1 19 may 2022-ci il tarixdə şübhəli şəxs kimi tutularkən onun üzərində və avtomobilində külli miqdarda narkotik vasitə heroin, metamfetamin, metadon həbləri və elektron tərəzinin aşkar olunmasının sənədləşdirilməsinə, müvafiq ekspert rəylərinin alınmasına, əməliyyat tədbirlərini həyata keçirən polis işçilərinin Təqsirləndirilən şəxs1 qarşı ittihamı təsdiqedici ifadələr vermələrinə, hətta Təqsirləndirilən şəxs1 özündən də etirafedici ifadələr alınmasına baxmayaraq onun bədəni üzərində çoxsaylı xəsarətlərin olması, aşkar sürətdə işgəncəyə məruz qalmasına dəlalət edən halların mövcudluğu şəraitində ona ittiham verilmədən 20 may 2022-ci il tarixdə həbsdən azad olunmuşdur. Təqsirləndirilən şəxs1 şübhəli şəxs kimi həbsdə saxlanılması zamanı keçirilmiş məhkəmə-tibb ekspertinin 20 may 2022-ci il tarixli ilə müəyyən edilir ki, həmin gün müayinə olunarkən onun sağ almacıq, sol said, sol əl nahiyələrində qançırlar aşkar edilmişdir. Həmin xəsarətlərin əmələ gəlmə müddətləri 19 may 2022-ci il tarixə uyğun gəlir. Bundan başqa Təqsirləndirilən şəxs1 həbsdən buraxılmasından sonra xx.xx.2022-ci il tarixdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına müraciət edərkən onun sağ göz ətrafında siyanus, sol qulağın yumuşaq toxumasının əzilməsi, qarın nahiyyəsində sıyrıntı, hər iki əlin bilək nahiyyəsinin sıyrıntısı və sol əlin üst nahiyəsinin ödemi xəsarətləri müəyyən edilmişdir. Məhkəmə nəzərə alır ki, Lənkəran rayon prokurorluğu tərəfindən aparılmış araşdırma nəticəsində Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən döyülməsi, ona işgəncə verilməsinin müəyyən edilməməsi əsası ilə cinayət işinin başlanılması 29 iyul 2022-ci il tarixli qərarla rədd edilsə də, Təqsirləndirilən şəxs1 2022-ci il may ayının 19-20 günlərində polisdə şübhəli şəxs kimi həbsdə saxlandığı günlərdə ona qeyd olunan çoxsaylı bədən xəsarətlərinin yetirilməsi, ona qarşı zorakılıq edilməsi inkaredilməz faktdır. Azərbaycan Respublikası CPM-nin 125.2 və 125.2.2-ci maddələrinə əsasən zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tədbiq edilməsi ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Odur ki, Təqsirləndirilən şəxs1 19 may 2022-ci il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinin X7 Şöbəsinin əməkdaşları tərəfindən təkrarən saxlanılması zamanı üzərindən və avtomobilindən götürülmüş külli miqdarda-8,039 qram psixotrop maddə metamfetamin, külli miqdarda- 5,368 qram narkotik vasitə heroin, tərkibində təsiredici maddəsi bir həbdə 0,04 qram olmaqla ümumi miqdarı -0,08 qram olan 02 ədəd metadon həblərini özünün əldə etməsi, üzərində və avtomobilində saxlamaqla daşıması barədə istintaqda verdiyi etirafedici ifadəsi zorakılıq tədbiq edilməsi ilə alındığından sübut kimi qəbul edilə bilməz. Təqsirləndirilən şəxs1 19 may 2022-ci il tarixdə saxlanılmasında iştirak etmiş polis əməkdaşları isə Təqsirləndirilən şəxs1 ittiham olunmasında maraqlı olduqlarından onların ifadələrinin obyektivliyinə şübhə vardır. Odur ki, məhkəmə yuxarıda göstərilən sübutları və işin faktiki hallarını obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs1 ona istintaq orqanı tərəfindən verilmiş ittihamda göstərildiyi kimi 2022-ci ilin may ayının ortalarında 01 ədəd bükümdə külli miqdarda, 8,039 qram psixotrop maddə olan metamfetamini, 01 ədəd bükümdə külli miqdarda, 5,368 qram narkotik vasitə heroini və tərkibində təsiredici maddəsi bir həbdə 0,04 qram olmaqla ümumi miqdarı -0,08 qram olan 02 ədəd metadon həblərini satış məqsədilə qanunsuz olaraq əldə etmə, həmin kütlələrdən 01 ədəd bükümdə 8,039 qram psixotrop maddə olan metamfetamini üzərində, 01 ədəd bükümdə 5,368 qram çəkidə narkotik vasitə heroini və 02 ədəd metadon həblərini idarə etdiyi “Mercedes Benz E230” markalı, 10SB042 dövlət qeydiyyat nişanlı avtomobilində saxlama və daşıma cinayətlərinin törədilməsi sübuta yetirilmir. Bundan başqa məhkəmə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 2022-ci ilin iyul ayının əvvəlində, istintaqla dəqiq müəyyən edilməmiş tarixdə və mənbədən təkrarən 02 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 0,193 qram və 0,524 qram-ümumi çəkisi 0,717 qram olan psixotrop maddə metamfetamini satış məqsədilə qanunsuz əldə edərək saxlayıb daşıması, 2022-ci ilin iyun ayının sonlarında Astara rayonunda 01 ədəd bükümdə 0, 524 qram psixotrop maddə metamfetamini Lənkəran rayonu, Sütəmurdov kənd sakini Şahid7 satması, 2022-ci ilin iyul ayının əvvəllərində Lənkəran rayonunda 01 ədəd bükümdə 0,193 qram psixotrop maddə metamfetamini Lənkəran rayonu Sütəmurdov kənd sakini, tanışı Təqsirləndirilən şəxs2 satması, bu barədə əməliyyat məlumatları almış Baş Narkotiklərlə Mübarizə İdarəsinin X7 Şöbəsinin əməkdaşları tərəfindən 06 iyul 2022-ci il tarixdə saat 18:30 radələrində keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 Lənkəran rayonu, Sütəmurdov kəndində saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra onun üzərinə şəxsi axtarış keçirilərkən 01 ədəd bükümdə 0,193 qram psixotrop maddə metamfetaminin aşkar edilərək götürülməsi, 19 iyul 2022-ci il tarixdə saat 21 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şahid7 Lənkəran rayonu Gərmətük qəsəbəsində saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra onun üzərinə şəxsi axtarış keçirilərkən əynində olan şalvarın sağ yan cibindən 01 ədəd bükümdə, təmiz çəkisi 0, 524 qram psixotrop maddə olan metamfetamin aşkar edilib götürülməsi barədə verilmiş ittiham üzrə işin yuxarıda göstərilən hallarını nəzərə alaraq müəyyən edir ki, X7 Şöbəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs1 24 aprel 2022-ci il tarixdə saxlanılsa da, onda narkotik vasitələr aşkar olunmadığından həbsdən buraxıldıqdan sonra polis işçilərinin onun azadlığa buraxılması üçün ailəsindən 4500 manat pul almalarını iddia etməklə polis işçilərindən pulunu qaytarmalarını tələb etməyə başlamış, polis işçilərindən şikayət etməkdə davam etmişdir. Bu şəraitdə həmin polis şöbəsinin işçiləri Təqsirləndirilən şəxs1 ikinci dəfə 19 may 20222-ci il tarixdə saxlamaqla üzərində və avtomobtlində külli miqdarda narkotik vasitələr və psixotrop maddələrin aşkar olunmasını sənədləşdirsələr də, istintaq orqanı həmin materiallar əsasında Təqsirləndirilən şəxs1 ittiham verməmiş və o, bir gün həbsdə olduqdan sonra azadlığa buraxıldıqdan sonra da polis işçilərinin ona qarşı olan qanunsuz hərəkətləri barədə sosial şəbəkələrdə şikayət etməyə başlamışdır. Hətta polis işçiləri onun evinin həyətinə gedərək onunla şikayət etməməsi üçün söhbətlər aparsalar da, aralarında razılıq olmamışdır. Belə şəraitdə BNMİ-nin X7 Şöbəsinin əməkdaşları Təqsirləndirilən şəxs1la eyni kənddə yaşayan, yaxın münasibəti olan, narkoman yoldaşı, narkomaniya xəstəliyindən əziyyət çəkən Təqsirləndirilən şəxs2 6 iyul 2022-ci il tarixdə saxlamış və üzərində əşxsi axtarış aparılarkən 0,193 qram psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Təqsirləndirilən şəxs2 üzərində aşkar olunan psixotrop maddəni 04 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 10 manat pul müqabilində almasını göstərmiş və 4 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 birlikdə «şüşə» yəni metamfetamin almağı təklif etməsi və Təqsirləndirilən şəxs1 cavablarından ibarət telefonla aparılmış aşağıdakı məzmunlu səsli sms yazışmalarını istintaqa təqdim etmişdir: Təqsirləndirilən şəxs2: Ramin, ay Ramin, neynirsən brat, gör nə deyirəm, 10 manat məndə var, sən də 10 manat düz-qoş edə bilərsən? Bir dənə götürək. Təqsirləndirilən şəxs1: Hə, 20 manata? Təqsirləndirilən şəxs2: Hə də 025-dən yaddan, yarıdan zadan, şüşə. Təqsirləndirilən şəxs1: Hə də hə. Kmarna Rəhimov: Yaxşı, danışaram səninlə. Təqsirləndirilən şəxs1: Mənə bax, şeydi, mən indii üzümü qırxıram, bi 10-15 dəqiqəyə məhəllədəyəm. Təqsirləndirilən şəxs2: Yaxşı dədə. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin danışıq səslərinin onlara məxsus olmasını etiraf etdiklərindən bununla bağlı ekspertiza keçirilməsinə zərurət yaranmamışdır. Məhkəmə qeyd edir ki, həmin səsli sms-də Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 ona 10 manatlıq metamfetamin satmasını deyil, hərəsi on manat qoymaqla birlikdə 20 manatlıq metamfetamin almağı təklif edir və Təqsirləndirilən şəxs1 onunla razılaşır. Çünki hər ikisi narkomaniya xəstəliyindən əziyyət çəkirlər. Ona görə də qeyd olunan səsli sms Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 10 manatlıq metamfetamin satması barədə verilmiş ittiham üçün sübut hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinin tələbinə əsasən məhkəmənin və cinayət prosesi tərəflərinin əldə etdiyi möhtəbər dəlillər cinayət təqibi üzrə sübutlar hesab olunur. Bundan əlavə Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 psixotrop maddə olan matamfetamini 04 iyul 2022-ci il tarixdə aldığını göstərsə də, Məhkəmə istintaqında göstərdi ki, Təqsirləndirilən şəxs1la tutulmasından bir gün əvvəl, yəni 5 iyul 2022-ci il tarixdə zəngləşib Sütəmurdov kəndində dəniz kənarında görüşmüşlər və orada ona 10 manat pul verərək öz istifadəsi üçün psixotrop maddə olan metamfetamin almışdır. Lakin Təqsirləndirilən şəxs1 göstərmişdir ki, Təqsirləndirilən şəxs2 heç vaxt psixotrop maddə metamfetamin satmamışdır. 04 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 ona səsli sms ataraq hərəsi 10 manat pul qoymaqla birlikdə 20 manatlıq metamfetamin almağı təklif etmişdir. Onların aralırında səsli sms onun Təqsirləndirilən şəxs2 metamfetamin satması barədə olmamışdır. Təqsirləndirilən şəxs2 məhkəmədə göstərdi ki, guya onunla 5 iyul 2022-ci il tarixdə telefonla danışıb, dəniz kənarında görüşmüşlür və orada ona 10 manatlıq metamfetamin satmışdır. Hansı ki, o, Təqsirləndirilən şəxs2la 4 və 5 iyul 2022-ci il tarixlərlə telefon vasitəsi ilə danışmamış və görüşməmişdir. Təqsirləndirilən şəxs2 polis işçilərinin təzyiqi ilə onun üzünə durur. 4 iyul 2022-ci il tarixdə onunla hərəsi 10 manat qoymaqla birlikdə metamfetamin almaları barədə səsli sms yazışmasını da Təqsirləndirilən şəxs2 polis işçilərinin təzyiqi ilə onunla aparmaqla saxlamış və sonradan istintaqa təqdim etmişdir. Həqiqətən də telefon danışıqlarına baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus ***-***-**-** nömrəli mobil telefon ilə Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** nömrəli mobil telefonlar arasında 02 və 03 iyul tarixlərində 7 dəfə telefon əlaqəsi olmuş, 4 və 5 iyul tarixlərdə isə telefon danışıqları olmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 2022-ci il iyul ayının əvvəllərində Təqsirləndirilən şəxs2 psixotrop maddə olan metamfetamin satması hər hansı mötəbər sübutlarla təsdiq edilməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la eyni bir kənddə yaşayan və narkomaniya xəstəliyindən əziyyət çəkən Şahid7 19 iyul 2022-ci il tarixdə saxlanılmaqla şübhəli şəxs kimi tutulmuş və üzərində 0,524 qram psixotrop maddə olan metamfetamin aşkar edildmişdir. Şahid7 göstərmişdir ki, Təqsirləndirilən şəxs1la 2022-ci ilin iyun ayının axırlarında Astara rayonu Telman kəndində görüşmüşlər, həmin vaxt Təqsirləndirilən şəxs1 20 manat pul verməklə metamfetamin almışdır. Təqsirləndirilən şəxs1 isə Şahid7 də polis işçilərinin təzyiqi altında ondan metamfetamin alması barədə yalan ifadə verdiyini, 2022-ci ilin iyun ayında və ona yaxın başqa aylarda Astara rayonu ərazisində olmadığını, Şahid7 ilə görüşmədiyini, ona metamfetamin satmadığını göstərmiş və həmin məsələnin dəqiqləşdirilməsi üçün məhkəmədən 2022-ci ilin iyun ayı və başqa aylarında ona məxsus mobil telefonun antenn dairəsinin əldə edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı "xxxx" MMC-dən götürülmüş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ********** və ********** telefon nömrələri ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətdə aparılan danışıqlar zamanı həmin telefon nömərəlrinin antenn dairələri Astara rayoun ərazisində olmamışdır. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, qanuni qüvvəyə minmiş, hökmündən görünür ki, Şahid7 2022-ci il iyun ayının sonlarında Astara rayonunda ünvan 3 ünvanında yaşayan Ramin adlı şəxsdən 20 manat pul müqabilində bir ədəd bükümdə təmiz çəkisi 0,524 qram olmaqla şəxsi istehlak miqdarından artıq miqdar təşkil edən ağ rəngli, kristall formada olan psixotrop maddə metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə etməyə, üzərində daşımaqla saxlamağa görə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinməklə ona cəza təyin edilmişdir. Lakin məhkəmə qeyd edir ki, Şahid7 barəsində olan həmin məhkəmə hökmü Təqsirləndirilən şəxs1 verilmiş ittiham üzrə preyudisal qüvvəyə malik hesab oluna bilməz. Ona görə ki, hökmdən də göründüyü kimi, həmin iş üzrə məhkəmə araşdırılması zamanı Təqsirləndirilən şəxs1 iştirakı, dindirilməsi və onun əleyhinə ifadə vermiş şahidləri dindirməsi təmin edilməmiş, onun ifadəsi alınmamaqla ona hüquqi qiymət verilməmişdir. Belə ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın ədalətli məhkəmə araşdırması hüququnu nəzərdə tutan 6-cı maddəsində qeyd edilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun əleyhinə ifadə vermiş şahidləri dindirmək hüququna malikdir. Bundan başqa iş üzrə keçirilmiş materialların məhkəmə ekspertizasının rəylərində Şahid7, Təqsirləndirilən şəxs2 və 19 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 aşkar olunması sənədləşdirilmiş metamfetaminlərin quruluşca və xarici görkəmlərinə görə eyni tərkibli olmasının göstərilməsi heç də onların hər üçünün eyni bir mənbədən, eyni zamanda Təqsirləndirilən şəxs1 əldə edilməsi nəticəsinə gəlmək üçün əsas ola bilməz. Ekspertin həmin rəyi psixotrp maddələrin eyni mənbədən və eyni şəxsdən əldə edilməsi ehtimalını yarada bilər. Həmçinin Azərbaycan Respublikası cinayət prosessual qanunvericiliyinin müddialarına görə ittiham ehtimallara əsaslana bilməz, CPM-nin 145.3-cü maddəsinin tələblərinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələr, digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələbinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilir. Məhkəmə Ramin Axundaovun əleyhinə toplanmış sübutların mötəbərliliyini qiymətləndirərkən onun özünün və əleyhinə ifadə vermiş Şahid7 və Təqsirləndirilən şəxs2 barələrində ilkin əməliyyat-axtarış tədbirlərinin ardıcıl olaraq Baş Narkotiklərlə mübarizə idarəsinin X7 Şöbəsinin artıq Təqsirləndirilən şəxs1la ziddiyyətli şəxsi münasibətləri yaranmış əməkdaşları tərəfindən həyata keçirilməsini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 2022-ci ilin iyun ayının sonlarında Şahid7 0,524 qram psixotrop maddə metamfetamin satması da sübuta yetirilmir. Beləliklə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.2 və 234.4.3-cü maddələri ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikası CPM-nin 42.1 və 42.1.4-cü maddələrinə əsasən bəraət verilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək məhkəmə iclas zalında həbsdən dərhal azad olunmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 350.4-cü maddəsinin tələbinə əsasən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldığından həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. Təqsirləndirilən şəxs1 qanunsuz həbsə alınması nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ izah olunmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəx Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda nəzərdə tutulmuş cinayət əməlini törtəməsi, əməlində cinayət tərkibinin olması, təqsirliliyini sübuta yetirilmiş, cəzadan və cinayət məsuliyyətindən azad olunması üçün əsaslar yoxdur, əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 vərəm xəstəliyindən əziyyət çəkməsini CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, cəzasını CMnin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 şəxsiyyəti, narkomaniya və vərəm xəstəliyindən əziyyət çəkməsi nəzərə alınmaqla ona CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, CM-nin 69.3-cü maddəsinə əsasən 06 iyul 2022-ci il tarixdən 08 iyul 2022-ci il tarixədək həbsdə saxlanıldığı 02 gün azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla təyin edilən cəzadan çıxılmalıdır. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonunun inzibati ərazisinin hüdludlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalı, cəzaçəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyatda alındığı vaxtdan hesablanmalı, ona təyin edilən cəzanın icrası Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs2 götürülmüş və ekspertiza tədqiqatından sonra qalmış 0,143 qram psixotrop maddə metamfetamin məhv edilməli, Ayil Rəcəbovdan götürülmüş və ekspertiza tədqiqatından sonra qalmış 0,474 qram psixotrop maddə olan metamfetaminin Lənkəran Rayon Məhkəməsinin Şahid7 barəsində olan xx.xx.2022-ci il tarixli hökmü ilə məhv edilməsinə dair qərar qəbul olunması nəzərə alınmalı, Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılarkən videogürüntülər barədə 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 üzərində 19 may 2022-ci il tarixdə şəxsi axtarış aparılarkən videogörüntülər barədə 1 ədəd CD disk araşdırma aparılması üçün istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilən materiallara əlavə edilməlidir. 19 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 üzərindən götürülmüş, ekspertiza tədqiqatından sonra qalmış 7,989 qram psixotrop maddə metamfetamin, avtomobilindən götürülmüş və ekspertiza tədqiqatından sonra qalmış 5,318 qram heroin, 01 ədəd metadon həbi və 01 ədəd elektron tərəzi araşdırma başa çatdırılanadək Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılmalıdır. Ekspertiza xərcləri materialların məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli, 19/773 nömrəli, Təqsirləndirilən şəxs2 üzərində aşkar olunmuş metamfetaminlə bağlı rəyi üzrə 60 manat, xx.xx.2022-ci il tarixli, 19/830 №-li X11 Rəcəblinin üzərlərində aşkar olunmuş metamfetaminlərin müqayiəsəli tədqiqatı ilə bağlı ekspertiza üzrə 60 manat, 19.05. 2022-ci il tarixli, 19/601 №-li Təqsirləndirilən şəxs1 üzərində və avtomobilində aşkar olunmuş metamfetamin, heroin və metadon həblərinin tədqiqi ilə bağlı ekspertiza üzrə 65 manat, xx.xx.2022-ci il tarixli, 19/806 nömrəli Şahid7 üzərində aşkar olunmuş metamfetaminlə bağlı ekspertiza üzrə 60 manat, xx.xx.2022-ci il tarixli, 19/1144 nömrəli Təqsirləndirilən şəxs2, Şahid7 və Təqsirləndirilən şəxs1 aşkar olunmuş metamfetaminlərin eyniləşdirilməsi ilə bağlı olmaqla ekspertiza üzrə 60 manat təşkil edir. xx.xx.2022-ci il tarixli, 19/806 nömrəli Şahid7 üzərində aşkar olunmuş metamfetaminlə bağlı ekspertiza üzrə 60 manat pulun Şahid7 barəsində Lənkəran Rayon Məhkəməsinin qeyd olunan hökmü ilə Şahid7 alınaraq dövlət büdcəsinə ödənilməsi barədə qərar qəbul edilməsi nəzərə alınmalıdır. xx.xx.2022-ci il tarixli, 19/601 nömrəli, Təqsirləndirilən şəxs1 üzərində və avtomobilində aşkar olunmuş metamfetamin, heroin və metadon həblərinin tədqiqi ilə bağlı ekspertiza xərci 65 manat pulun ödəinlməsi barədə qərar həmin maddələrlə bağlı əlavə araşdırmanın nəticəsindən asılı olaraq qəbul edilməlidir. xx.xx.2022-ci il tarixli, 19/773 saylı, Təqsirləndirilən şəxs2 üzərində aşkar olunmuş metamfetaminlə bağlı rəyi üzrə 60 manat, xx.xx.2022-ci il tarixli, 19/830 saylı X11 Rəcəblinin üzərlərində aşkar olunmuş metamfetaminlərin müqayiəsəli tədqiqatı ilə bağlı ekspertiza üzrə 60 manat, xx.xx.2022-ci il tarixli, 19/1144 nömrəli Təqsirləndirilən şəxs2, Şahid7 və Təqsirləndirilən şəxs1 aşkar olunmuş metamfetaminlərin eyniləşdirilməsi ilə bağlı ekspertiza üzrə 60 manat-cəmi 180 manat məbləğində pul Təqsirləndirilən şəxs2 alınmaqla Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 42.1, 42.1.4, 344-347; 349; 350,352-353; 356-357,384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetmədiyinə görə Azərbaycan Respublikası CM-nin 234.4.2 və 234.4.3-cü maddələri ilə bəraət verilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və məhkəmə iclas zalında dərhal həbsdən azad olunsun. Azərbaycan Respublikası CPM-nin 350.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 verilmiş ittiham üzrə cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldığından həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Təqsirləndirilən şəxs1 qanunsuz olaraq həbsdə saxlanılmasına görə vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ izah olunsun. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən X2 06 iyul 2022-ci il tarixdən 08 iyul 2022-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla təyin edilən cəzadan çıxılsın və onun üzərində 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdarılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonunun inzibati ərazisinin hüdludlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəzaçəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyatda alındığı vaxtdan hesablansın, ona təyin edilən cəzanın icrası Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmaqla Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs2 Əliulu oğlundan götürülmüş və ekspertiza tədqiqatından sonra qalmış 0,143 qram psixotrop maddə metamfetamin məhv edilsin. Şahid7 götürülmüş və ekspertiza tədqiqatından sonra qalmış 0,474 qram psixotrop maddə olan metamfetaminin məhv edilməsi barədə Lənkəran Rayon Məhkəməsinin Şahid7 barəsində olan xx.xx.2022-ci il tarixli hökmü ilə qərar qəbul olunması nəzərə alınsın. Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılarkən videogürüntülər barədə 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. 19 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılarkən videogörüntülər barədə 1 ədəd CD disk araşdırılma aparılması üçün istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilən materiallara əlavə edilsin. 19 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 üzərindən götürülmüş, ekspertiza tədqiqatından sonra qalmış 7,989 qram psixotrop maddə metamfetamin, avtomobilindən götürülmüş və ekspertiza tədqiqatından sonra qalmış 5,318 qram heroin, 01 ədəd metadon həbi və 01 ədəd elektron tərəzi araşdırma başa çatdırılanadək Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılsın. Ekspertiza xərci 180 (yüz isəksən) manat məbləğində pul Təqsirləndirilən şəxs2 alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. xx.xx.2022-ci il tarixli, 19/806 nömrəli Şahid7 üzərində aşkar olunmuş metamfetaminlə bağlı ekspertiza üzrə 60 manat pulun Şahid7 alınaraq dövlət büdcəsinə ödənilməsi barədə Lənkəran Rayon Məhkəməsinin Şahid7 barəsində olan xx.xx.2022-ci il tarixli hökmü nəzərə alınsın. xx.xx.2022-ci il tarixli, 19/601 nömrəli, Təqsirləndirilən şəxs1 üzərində və avtomobilində aşkar olunmuş metamfetamin, heroin və metadon həblərinin tədqiqi ilə bağlı ekspertiza xərci 65 manat pulun ödənilməsi barədə qərarın həmin maddələrlə bağlı əlavə araşdırmanın nəticəsindən asılı olaraq qəbul edilməli olması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar