Məhkəmə qərarları › İş №1(099)-99/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-99/2022

04.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-99/2022 04.03.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Quliyev Nizami Fərzi oğlu və Musayev Aqil Əlisa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X1, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər- Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi4, Müdafiəçi5 və Müdafiəçi6 iştirakları ilə, xx xxxx 1981-ci ildə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvələr məhkum olunmamış, işsiz, Biləsuvar rayonu, Bəydili kəndi, M.F.Axundov küçəsi, ev 95-də qeydiyyatda olmaqla, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 32.5, 206.3.2, 228.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx xxxxxx 1992-ci ildə Biləsuvar rayonu, Bəydili kəndində anadan olmuş, Azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvələr məhkum olunmamış, fərdi əməklə məşğul olan, Biləsuvar rayonu, Bəydili kəndi, Fizuli küçəsi, ev 13 A-da qeydiyyatda olmaqla, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 oğlu CM-in 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə və xx xxxxx 1995-ci ildə Biləsuvar rayonu, Bəydili kəndində anadan olmuş, Azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvələr məhkum olunmamış, fərdi əməklə məşğul olan, Biləsuvar rayonu, Bəydili kəndi, N.Məmmədov küçəsi, ev 34-də qeydiyyatda olmaqla, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 CM-in 228.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1, özünə məlum olan vaxtda və mənbədən qanunsuz olaraq soyuq silah hesab edilən bir ədəd bıçaq əldə etmiş, üzərində saxlayaraq gəzdirmiş, habelə, tanışı Təqsirləndirilən şəxs3 və şəxsiyyəti məlum olmayan İran İslam Respublikası vətəndaşı olması güman edilən «Şahin» adı ilə tanıdığı şəxslə qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətiriləcək külli miqdarda psixotrop maddənin qanunsuz olaraq əldə edilməsi, saxlanması, daşınması və satışına dair razılığa gələrək, qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun müəyyən edilməmiş üzvləri tərəfindən İran İslam Respublikasında qanunsuz olaraq əldə edilib, saxlayıb daşınmış, məlum olmayan vaxtda və yerdə qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli Azərbaycan Respublikasına keçirilərək, Ələt-Astara yolunun Biləsuvar rayonu ərazisindən keçən 112-ci kilometrliyində yol nişanının yanında gizlədilmiş ayrı-ayrılıqda çəkiləri 285,429 qram və 293,435 qram olmaqla ümumilikdə külli miqdarda, 578,864 qram psixotrop maddə metamfetamini satış məqsədilə əldə etmək üçün 04 sentyabr 2021-ci il tarixdə saat 01 radələrində bu barədə tanışları Təqsirləndirilən şəxs2 ilə qabaqcadan razılığa gələrək sonuncunun idarə etdiyi “VAZ-2106” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə həmin yerə gəlmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 avtomobildən düşərək “112” qeydli yol nişanının yanını axtarıb qeyd edilən iki ədəd bükümdə külli miqdarda psixotrop maddə metamfetamini gizlədildiyi yerdən götürüb avtomobilə qoyaraq satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış və daşıyaraq, avtomobillə Biləsuvar rayonu Bəydili kəndi istiqamətində hərəkətdə olarkən daxil olmuş məlumat əsasında Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin tarixdə saat 01:N radələrində Biləsuvar rayonu Bəydili kəndi ərazisində polis əməkdaşları tərəfindən təqib olunduğunu görərək, aralarındakı razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 avtomobili saxlamış, Təqsirləndirilən şəxs3 isə bir ədəd bükümdə, 293,435 qram psixotrop maddə metamfetamini götürüb avtomobildən düşərək uzaqlaşmış, bundan sonra Təqsirləndirilən şəxs2 yenidən avtomobili idarə etməklə Bəydili kəndinin mərkəzinə doğru hərəkətini davam etdirmiş, həmin vaxtı Təqsirləndirilən şəxs1 qanunsuz olaraq əldə edib üzərində saxladığı bir ədəd soyuq silah hesab edilən bıçağı avtomobilin qabaq şitindəki cibliyə (bardaçoka) qoyaraq saxlamış, kəndin içərisindən keçən “Balharı” çayı üzərindəki körpünün yanında polis əməkdaşları tərəfindən saxlanılaraq, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobillə birlikdə rayon polis şöbəsinə gətirildikdən sonra baxış keçirilərkən onların əldə etdikləri psixotrop maddə metamfetaminin 285,429 qram hissəsi avtomobilin qabaq sağ ayaqaltı hissəsindən bir ədəd sellofan bükümdə olmaqla, həmçinin qanunsuz olaraq əldə edib gəzdirdiyi soyuq silah hesab edilən bir ədəd bıçaq avtomobilin qabaq şitindəki ciblikdən, eləcə də, Təqsirləndirilən şəxs2 qanunsuz olaraq əldə edib gəzdirdiyi soyuq silah hesab edilən bir ədəd bıçaq avıtomobilin sürətlər qutusunun yanından aşkar edilərək götürülmüş, habelə, davam etdirilmiş tədbirlərlə Təqsirləndirilən şəxs3 həmin tarixdə saat 12:N radələrində Biləsuvar rayonu Bəydili kəndi ərazisində yaxalanmış, baxış zamanı əldə etdiyi bir ədəd bükümdə külli miqdarda 293,435 qram psixotrop maddə metamfetamini yaşadığı evin yaxınlığında məişət tullantıları olan ərazidə gizlətdiyi yerdən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs3 tanışı Təqsirləndirilən şəxs1 və İran İslam Respublikası vətəndaşı olması güman edilən «Şahin» adı ilə tanıdığı şəxslə qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətiriləcək külli miqdarda psixotrop maddənin qanunsuz olaraq əldə edilməsi, saxlanması, daşınması və satışına dair razılığa gələrək, qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun müəyyən edilməmiş üzvləri tərəfindən İran İslam Respublikasında qanunsuz olaraq əldə edilib, saxlanıb daşınmış, istintaqa məlum olmayan vaxtda və yerdə qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli Azərbaycan Respublikasına keçirilərək, Ələt-Astara yolunun Biləsuvar rayonu ərazisindən keçən 112-ci kilometrliyində yol nişanının yanında gizlədilmiş ayrı-ayrılıqda çəkiləri 285,429 qram və 293,435 qram olmaqla ümumilikdə külli miqdarda, 578,864 qram psixotrop maddə metamfetamini satış məqsədilə əldə etməkdən ötrü götürmək üçün 04 sentyabr 2021-ci il tarixdə saat 01 radələrində bu barədə tanışları Təqsirləndirilən şəxs2 ilə qabaqcadan razılığa gələrək sonuncunun idarə etdiyi “VAZ-2106” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə həmin yerə gəlmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 avtomobildən düşərək “112” qeydli yol nişanının yanını axtarıb qeyd edilən iki ədəd bükümdə külli miqdarda psixotrop maddə metamfetamini gizlədildiyi yerdən götürüb avtomobilə qoyaraq satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış və daşıyaraq, avtomobillə Biləsuvar rayonu Bəydili kəndi istiqamətində hərəkətdə olarkən daxil olmuş məlumat əsasında Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində həmin tarixdə saat 01:N radələrində Biləsuvar rayonu Bəydili kəndi ərazisində aşkar edilib polis əməkdaşları tərəfindən təqib olunduğunu görərək, aralarındakı razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 avtomobili saxlamış, Təqsirləndirilən şəxs3 isə bir ədəd bükümdə, 293,435 qram psixotrop maddə metamfetamini götürüb avtomobildən düşərək uzaqlaşmış, həmin psixotrop maddəni yaşadığı evin yaxınlığında məişət tullatıları yığılan ərazidə gizlədərək saxlamış, Təqsirləndirilən şəxs2 isə avtomobili idarə etməklə Təqsirləndirilən şəxs1 ilə birlikdə Bəydili kəndinin mərkəzinə doğru hərəkətini davam etdirmiş, kəndin içərisindən keçən “Balharı” çayı üzərindəki körpünün yanında polis əməkdaşları tərəfindən saxlanılaraq, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobillə birlikdə rayon polis şöbəsinə gətirildikdən sonra baxış keçirilərkən onların əldə etdikləri psixotrop maddə metamfetaminin qalan 285,429 qram hissəsi avtomobilin qabaq sağ ayaqaltı hissəsindən bir ədəd sellofan bükümdə olmaqla, həmçinin Təqsirləndirilən şəxs2 qanunsuz olaraq əldə edib gəzdirdiyi soyuq silah hesab edilən bir ədəd bıçaq avıtomobilin sürətlər qutusunun yanından, eləcə də, Təqsirləndirilən şəxs1 qanunsuz olaraq əldə edib gəzdirdiyi soyuq silah hesab edilən bir ədəd bıçaq avtomobilin qabaq şitindəki ciblikdən (bardaçok) aşkar edilərək götürülmüş, habelə, davam etdirilmiş tədbirlərlə Təqsirləndirilən şəxs3 həmin tarixdə saat 12:N radələrində Biləsuvar rayonu Bəydili kəndi ərazisində yaxalanmış, keçirilən baxış zamanı onun əldə etdiyi bir ədəd bükümdə külli miqdarda 293,435 qram psixotrop maddə metamfetamin yaşadığı evin yaxınlığında məişət tullantıları yığılan ərazidə gizlətdiyi yerdən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 özünə məlum olan vaxtda və mənbədən qanunsuz olaraq soyuq silah hesab edilən bir ədəd bıçaq əldə etmiş, özünə məxsus “VAZ-2106” markalı **- BX-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlayaraq gəzdirmiş, habelə, tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə satış məqsədilə külli miqdarda psixotrop maddənin qanunsuz olaraq əldə edilməsi, saxlanması, daşınmasına dair razılığa gələrək, qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 və İran İslam Respublikası vətəndaşı olması güman edilən «Şahin» adı ilə tanıdıqları şəxslə əvvəlcədən razılaşmalarına əsasən cinayətkar qrupun müəyyən edilməmiş üzvləri tərəfindən İran İslam Respublikasında qanunsuz olaraq əldə edilib, saxlanıb daşınmış, dəqiq məlum olmayan vaxtda və yerdə qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli Azərbaycan Respublikasına artıq keçirilərək, Ələt-Astara yolunun Biləsuvar rayonu ərazisindən keçən 112-ci kilometrliyində yol nişanının yanında gizlədilmiş ayrı-ayrılıqda çəkiləri 285,429 qram və 293,435 qram olmaqla ümumilikdə külli miqdarda, 578,864 qram psixotrop maddə metamfetamini satış məqsədilə əldə etməkdən ötrü götürmək üçün 04 sentyabr 2021-ci il tarixdə saat 01 radələrində idarə etdiyi “VAZ-2106” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə birlikdə həmin yerə gəlmiş, sonuncular avtomobildən düşərək “112” qeydli yol nişanının yanını axtarıb qeyd edilən iki ədəd bükümdə külli miqdarda psixotrop maddə metamfetamini gizlədildiyi yerdən götürüb avtomobilə qoyaraq satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış və daşıyaraq, avtomobillə Biləsuvar rayonu Bəydili kəndi istiqamətində hərəkətdə olarkən daxil olmuş məlumat əsasında Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin tarixdə saat 01:N radələrində Biləsuvar rayonu Bəydili kəndi ərazisində polis əməkdaşları tərəfindən təqib olunduğunu görərək, aralarındakı razılaşmaya əsasən o, avtomobili saxlamış, Təqsirləndirilən şəxs3 bir ədəd bükümdə, 293,435 qram psixotrop maddə metamfetamini götürüb avtomobildən düşərək uzaqlaşmış, bundan sonra o, avtomobili idarə etməklə Bəydili kəndinin mərkəzinə doğru hərəkətini davam etdirmiş, “Balharı” çayı üzərindəki körpünün yanında polis əməkdaşları tərəfindən saxlanılaraq, Təqsirləndirilən şəxs1 və o, idarə etdiyi avtomobillə birlikdə rayon polis şöbəsinə gətirildikdən sonra baxış keçirilərkən onların əldə etdikləri psixotrop maddə metamfetaminin qalan 285,429 qram hissəsi avtomobilin qabaq sağ ayaqaltı hissəsindən bir ədəd sellofan bükümdə olmaqla, həmçinin qanunsuz olaraq əldə edib gəzdirdiyi soyuq silah hesab edilən bir ədəd bıçaq avıtomobilin sürətlər qutusunun yanından, eləcə də, Təqsirləndirilən şəxs1 qanunsuz olaraq əldə edib gəzdirdiyi soyuq silah hesab edilən bir ədəd bıçaq avtomobilin qabaq şitindəki ciblikdən aşkar edilərək götürülmüş, davam etdirilmiş tədbirlərlə Təqsirləndirilən şəxs3 həmin tarixdə saat 12:N radələrində Biləsuvar rayonu Bəydili kəndi ərazisində yaxalanmış, keçirilən baxış zamanı Təqsirləndirilən şəxs3 əldə etdiyi bir ədəd bükümdə külli miqdarda 293,435 qram psixotrop maddə metamfetamin yaşadığı evin yaxınlığında məişət tullantıları yığılan ərazidə gizlətdiyi yerdən aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxslərin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməllərini törətmələrini, həmçinin onların bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü qismən, yəni ona ittiham olunmuş CM-in 32.5, 206.3.2, 228.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə deyil, həmin məcəllənin 228.4 və 234.1-ci maddəsi ilə qanunsuz olaraq soyuq silah əldə etmə və narkotik vasitəsini satış məqsədi olmadan öz istifadəsi üçün əldə etməsində təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 10 ilə yaxın müddətdir ki, qurudulmuş marixuana narkotik vasitəsi qəbul edir. 2021-ci ilin avqust ayının axırlarında Biləsuvar rayon bazarının qarşısında tanışı Təqsirləndirilən şəxs3la görüşüb söhbət edərkən sonuncu ona bildirmişdir ki, İran vətəndaşı olan tanışı 500 qram «nəşə» (qurudulmuş marixuana) göndərərək Biləsuvar rayonu ərazisində bir yerdə gizlətdirəcək, yerini telefonla deyəcək, narkotiki oradan götürəndən 2-3 gün sonra dediyi yerə aparacaqlar, bunun müqabilində iranlı onlara 2500 manat pul göndərəcəkdir. Rəfail ona təklif etmişdir ki, onunla birlikdə gedib həmin malı götürsün və əvəzində həmin marixuanadan ona 15-20 qram marixuana verəcəkdir. O, da Rəfailin təklifi ilə razılaşmışdır. 03 sentyabr 2021-ci il tarixdə saat 23 radələrində Rəfail ilə görüşmüş, sonuncu ona iranlı tanışının narkotiki bu gecə göndərəcəyini bildirmişdir. Rəfail iranlı tanışı ilə telefonda «WhatsApp» vasitəsi ilə əlaqə saxlamışdır. Təxminən bir saat sonra Rəfail demişdir ki, iranlı tanışı artıq narkotiki Biləsuvar rayon mal bazarının yaxınlığında «Ay işığı» şadlıq evinin yanında gizlətdirmişdir. Həmin narkotiki oradan götürmək məqsədilə «Bəydili körpüsü» deyilən yerdə dayanan taksi sürücüsü kimi tanıdıqları Təqsirləndirilən şəxs2 yaxınlaşıb “mal bazarının” yaxınlığında “Ay işığı” şadlıq evinin yanında bir nəfərlə görüşəcəyini deyərək ora aparılmasını xahiş etmişlər, sonuncu razılaşdıqdan sonra onlar avtomaşına əyləşərək yola çıxmışlar. Əvvəlcə Biləsuvar rayon mal bazarının qarşısına gəlmiş, oradan da «Ay işığı»nın yanına gəlmişlər, avtomobildən düşmüşlər. Elvin də avtomobildə oturub onları gözləmişdir. Lakin orada heç kimin olmadığını görüb bu barədə Rəfailə demiş, Rəfail də iranlı tanışı ilə telefonla danışdıqdan sonra bildirmişdir ki, iranlı narkotiki Ələt-Astara yolunda «112» yol nişanının yanına qoymasını deyir. Bundan sonra yenidən avtomobilə əyləşib Elvinə «112» yol nişanının yanına sürməsini demişlər, sonuncu da, Ələt-Astara yoluna «112» yol nişanının düz yanında saxlamışdır. Həmin vaxtı artıq 04 sentyabr tarixi saat 01 radələri olmuşdur. Rəfail avtomobildən düşüb həmin yol nişanının yanını axtarmağa başlamışdır. O, da avtomobildən düşmüş, lakin kənarlaşmamış, şalvarını düzəldib qayıdıb avtomobilə əyləşmişdir. 1-2 dəqiqə axtarışdan sonra Rafael Əmənov qayıdıb gəlib avtomobilə arxa oturacağa əyləşmişdir. Qaranlıq olduğundan onun əlində heç nə görməmişdir. Sonra Elvinə demişdir ki, sür, gedək Bəydili kəndinə. Elvin də avtomobili geri döndərib Bəydili kəndi istiqamətində sürmüşdür. Rafaeldən narkotiki götürməsini soruşduqda, sonuncu götürdüyünü demişdir. Yaşadıqları kəndə gedərkən asfalt yoldan dönəndən təxminən bir kilometr sonra Rəfail demişdir ki, burada düşür. Elvin avtomobili saxladıqda Rafael çıxıb getmişdir. Şalvarının belinə keçirdiyi cib bıçağı bədən səthini sıxdığı üçün çıxarıb avtomobilin qabaq şitindəki cibliyə (bardaçok) qoymuşdur. Bəydili kəndində Balharı çayının üzərindəki körpüdən keçəndən az sonra polis əməkdaşları onları saxlayıb polis şöbəsinə aparmışlar. Orada üzərində axtarış keçirilmiş, lakin qanunsuz əşya aşkar edilməmişdir. Bundan sonra Elvinə məxsus avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin qabaq şitindəki ciblikdən ona məxsus bir ədəd bıçaq, sürətlər qutusunun yanından Elvinə məxsus bıçaq aşkar edilmişdir. Bundan başqa avtomobilin qabaq sağ ayaqaltı hissəsindən bir ədəd sellofan büküm aşkar olunmuşdur. Həmin sellofan büküm polis əməkdaşları tərəfindən açılıb baxılmış və içərisində bir ədəd plastik qab olduğu məlum olmuşdur. Plastik qab açılıb baxılmış və onun içərisində psixotrop maddə metamfetaminə oxşar kütlə aşkar edilmişdir. Bundan sonra ona məlum olmuş ki, Rafael götürdüyü narkotikin bir hissəsini Elvinin avtomobilinə qoymuşdur. Narkotik vasitələrin satışı ilə məşğul deyil. İrandan metamfetamin deyil, marixuana göndərilməsini düşünürmüş. Əməlindən peşimandır, ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 özünü CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, hadisədən 7-8 ay əvvəl özünü İran İslam Respublikası vətəndaşı kimi “Şahin” adı ilə təqdim edən şəxs «WhatsApp» sosial şəbəkəsi ilə ona zəng edərək tanış olmuşdur. Şahin sonralar ona demişdir ki, İrandan Azərbaycana narkotik maddə göndərməklə məşğuldur. Ona da dəfələrlə təklif etmişdir ki, narkotik maddənin daşınması ilə məşğul olsun. Bunun müqabilində ona pul verəcəkdir. 2021-ci ilin avqust ayının axırlarında həmkəndlisi Təqsirləndirilən şəxs1 onunla görüşərək bildirmişdir ki, o da İranlı Şahin ilə telefonla danışır və ona da narkotik maddənin pul müqabilində daşınması ilə məşğul olmağı təklif etmişdir. Elxan ona təklif etmişdir ki, Şahinin təklifi ilə razılaşsınlar, narkotik maddənin daşınması ilə məşğul olub, pul qazansınlar. Elxan ilə birlikdə bir neçə dəfə Şahinlə bu barədə telefonla danışmışlar. Nəhayət, pula ehtiyacı olduğuna görə Şahinin və Elxanın bu təklif ilə razılaşmışdır. Şahin demişdir ki, «540 qram metamfetamin göndərəcəyəm, Biləsuvar rayonu ərazisində bir yerdə gizlətdirəcəyəm. Yerini telefonla sizə deyəcəyəm, malı oradan götürərsiniz, özünüzdə saxlayarsınız. Sonra sizə yer deyəcəyəm, aparıb ora qoyarsınız, həmin yerin şəklini çəkib mənə atarsınız. Sonra da mənə kart nömirəsi deyərsiniz, sizin kartın hesabına 2500 manat pul göndərəcəyəm». O, və X14 bu təklifi ilə razılaşmışlar. 03 sentyabr 2021-ci il tarixdə saat 23 radələrində Elxan ona zəng edib öz evlərinin yanına çağıraraq görüşmüşlər. Həmin vaxtı İranlı Şahin onun telefonuna «WhatsApp» ilə zəng edərək narkotiki Ələt-Astara yolunda «112» yol nişanının yanına gizlətdirdiyini demişdir. Bundan sonra Elxan ilə birlikdə «Bəydili körpüsü» deyilən yerdə dayanan taksi sürücüsü Təqsirləndirilən şəxs2 yaxınlaşmışlar. Elxan ona demişdir ki, Biləsuvar rayon mal bazarının yanında bir nəfərlə görüşəcəklər. Elvin da Elxana demişdir ki, «əgər qaranlıq işdirsə, məni aparma». Elxan isə demişdir ki, «narahat olma, bir adamla görüşüb qayıdırıq». Bundan sonra Elxan qabaq oturacaqda, o isə arxa oturacaqda əyləşmiş və yola düşmüşlər. Biləsuvar rayon mal bazarının qarşısına gəlmişlər, oradan da «Ay işığı» şadlıq sarayının yanına getmişlər. Orada Elxanın təklifi ilə avtomobildən düşmüşlər. Elxan ona demişdir ki, «sən get, malı oradan götür, mənə zəng edərsən, gəlib səni avtomobillə götürərəm». O, isə Elxanın təklifi ilə razılaşmamışdır. Sonra Elxan demişdir ki, «onda avtomobilə əyləş, avtomobillə həmin yerə birlikdə gedək». Yenidən avtomobilə əyləşmişlər. Elxan Elvinə demişdir ki, «görüşəcəyimiz oğlan təzə yoldadır, sür ora». Elvin də avtomobili sürüb Ələt-Astara yoluna çıxmış, sonra Elxan sağa dönməyi tapşırmış, Elvin də sağa, yəni dairəvi yola tərəf sürmüşdür. «112» yol nişanının yanında Elxanın tapşırığı ilə Elvin avtomobili saxlamışdır. Həmin vaxtı artıq saat 01 radələri olmuşdur. Elxan ona düşüb həmin yerə baxmağı tapşırmış, o da avtomobildən düşüb «112» yol nişanının yanını axtarmağa başlamışdır. Baxa-baxa yoldan aşağı düşmüşdür. Təxminən 1-2 dəqiqə axtardıqdan sonra Elxan onu çağırıb demişdir ki, «korsan, gözünün qabağındadır, görmürsən. Budur, götürmüşəm». Elxan əlində bir bağlamanı qaldırıb ona göstərmişdir. Bundan sonra qayıdıb avtomobilə əyləşmişlər. Elxan Elvinə demişdir ki, sür Bəydiliyə. Elvin də avtomobili geri döndərib Bəydili kəndi istiqamətində sürməyə başlamışdır. Məlik adlı şəxsə məxsus fermanın yanında Elxan Elvinə demişdir ki, «dön bu yola, buradan gedək». Elvin də avtomobili həmin yola döndərmiş və Bəydili kəndi istiqamətində yola davam etmişlər. Bu zaman görmüşlər ki, Ələt-Astara yolu ilə Bakı istiqamətində gedən bir avtomobil saxlayıb geri dönmüş və onların döndüyü yola dönərək arxalarınca gəlməyə başlamışdır. Bundan şübhələnmiş və Elxan Elvinə demişdir ki, «sürətli sür». Elvin isə Elxana hirslə demişdir ki, «əlindəkini yerə at, düşün avtomobildən, dalımızca gəlirlər, məni də zibilə saldınız». Yola davam etmiş, ara yola çatanda Elxan avtomobili saxlatmış və ona demişdir ki, «sən burada düş get». Avtomobildən düşəndə Elxan əlindəki sellofan bükümlərdən birini ona vermişdir. O, da həmin bükümü götürüb avtomobildən düşüb qaçıb uzaqlaşmışdır. Birbaşa evlərinin yanına getmişdir. Elxanın ona verdiyi bükümü evlərinin yanındakı çayın qırağındakı zibllliyə tullamışdır. Sonra evə getmişdir. Telefonundakı bütün zəngləri və yazışmaları silmişdir. Səhəri gün günorta radələrində Bəydili kəndində küçədə polis əməkdaşları onu saxlayaraq şöbəyə aparmış, onda narkotik olduğu halda təqdim etməsi təklif olunmuş, o, da Elxanın ona verdiyi narkotik vasitə bükümünü evlərinin yaxınlığındakı zibilliyə atdığını və həmin bükümü təqdim edə biləcəyini bildirmişdir. Üzərinə baxış keçirilərək qanunsuz hər hansı bir əşya aşkar edilməmişdir. Bundan sona polis əməkdaşları ilə yaşadığı evin yanına gəlmişlər, orada Elxanın ona verdiyi bükümün yerini göstərərək büküm götürülmüş, baxış keçirildikdə içərisində metamfetamin olması aşkar edilmişdir. Əməlindən peşimandır, ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona CM-in 228.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamda özünü qismən, yəni qanunsuz olaraq soyuq silah əldə etməsinə görə həmin məcəllənin yalnız 228.4-cü maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, özünə məxsus VAZ-2106 markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 həmkəndliləridir, münasibətləri normaldır, lakin yaxın münasibətləri yoxdur. 03 sentyabr 2021-ci il tarixdə saat 23:N radələrində idarə etdiyi avtomobillə Biləsuvar rayonu Bəydili kəndinin çıxışında, «Bəydili körpüsü» adlanan yerdə dayanıb müştəri gözlədiyi zaman Elxan ilə Rəfail ona yaxınlaşıb Biləsuvar rayon mal bazarının yanında bir nəfərlə görüşəcəklər deyərək oraya aparmasını xahiş etmişlər. Elxanı tanıdığından və onun kriminallığa meyilli adam olduğunu bildiyindən “əgər qaranlıq işdirsə, məni aparma” sözlərini demişdir. Elxan “narahat olma, bir adamla görüşüb qayıdırıq” sözlərini demişdir. Bundan sonra avtomobili idarə edərək Mal bazarı adlanan istiqamətdə getmişdir. Yolda olanda Elxan demişdir ki, «Ay işığı» şadlıq sarayının yanına sür. O, da həmin yerə sürmüşdür. «Ay işığı» şadlıq evinin yanında Elxan avtomobili saxlatmışdır. Elxan və Rəfail avtomobildən düşmüşlər. O, isə avtomobildə gözləmişdir. Onlar bir qədər aralıda 1-2 dəqiqə söhbət etmiş, sonra hər ikisi qayıdıb avtomobilə əyləşmişlər. Elxan demişdir ki, «gəldiyimiz yolla geri qayıdaq». O da bir söz deməyib gəldikləri yolla qayıdıb Ələt-Astara yoluna çıxmış və dairəvi yol istiqamətində hərəkətini davam etdirmişdir. Təxminən 500 metr getdikdən sonra Elxan demişdir, «112» yol nişanının yanında saxla». O, da düz həmin yol nişanının yanında avtomobili saxlamışdır. Rəfail avtomobildən düşüb həmin «112» yol nişanının yanına gedib oranı axtarmağa başlamışdır. Sonra Elxan da avtomobildən düşüb ora getmiş, sonra Elxan Rəfaili çağırıb demişdir ki, «korsan, gözünün qabağındadır, görmürsən». Sonra qayıdıb hər ikisi avtomobilə əyləşmişdir. Elxan demişdir ki, «qayıt Bəydili kəndinə tərəf». O, da avtomobili geri döndərib Ələt-Astara yolu ilə Bəydili kəndi istiqamətində hərəkət etməyə başlamışdır. Bəydili kəndi ərazisində Məlik adlı şəxsə məxsus fermanın yanında Elxan demişdir ki, «dön bu yola, buradan gedək». O da avtomobili həmin yola döndərmiş və Bəydili kəndi istiqamətində yola davam etmişdir. Bu zaman görmüşlər ki, Ələt-Astara yolu ilə Bakı istiqamətində gedən bir avtomobil onların döndüyü yerdən azca keçəndən sonra avtomobili saxlayıb geri dönmüş və onların döndüyü yola dönüb arxalarınca gəlməyə başlamışdır. Elxan ona demişdir ki, «sürətli sür». Bundan narahat olmuş, Elxanın tələbinə baxmayaraq sürəti artırmayıb əvvəlki sürətlə hərəkətini davam etdirmiş və Elxana hirslə demişdir ki, «əlindəkini yerə at, düşün avtomobildən, dalımızca gəlirlər, məni də zibilə saldınız». Elxan demişdir ki, «avtomobili saxla, Rəfail düşsün». O da avtomobili saxlamışdır. Rəfail avtomobildən düşmüş, bu zaman Elxan ona bir büküm vermişdir. Rəfail də həmin bükümü alıb qaçıb uzaqlaşmışdır. Bundan sonra, hərəkəti davam etdikdə polis əməkdaşları avtomobili saxlatdıraraq şöbəyə aparmışlar. Orada üzərinə baxış keçirildikdə hər hansı bir qanunsuz əşya aşkar edilməmişdir. Bundan sonra ona məxsus avtomobilə baxış keçirilmiş, baxış zamanı avtomaşından ona və Elxana məxsus iki ədəd bıçaq aşkar edilmişdir. Həmçinin qabaq sağ ayaqaltı hissəsindən bir ədəd sellofan büküm aşkar olunmuşdur. Həmin sellofan büküm polis əməkdaşları tərəfindən açılıb baxılmış və içərisində bir ədəd plastik qab olduğu məlum olmuşdur. Həmin plastik qab da açılıb baxılmış və onun içərisində ağ rəngli kristal formada maddə aşkar olundmuşdur. Polis əməkdaşlarının danışıqlarından başa düşmüşdür ki, həmin maddə psixotrop maddə metamfetamindir. Elxan və Rəfailin həmin yerə psixotrop maddə götürmək məqsədilə getmələrini əvvəlcədən bilməmişdir. Lakin onu “112” yol nişanının yanında saxlatmalarından və düşüb orada yeri axtarmalarından, həmçinin Elxanın oradan bir bağlama tapıb götürməyindən başa düşmüşdür ki, onlar həmin yerə narkotik vasitə götürmək məqsədilə gəlmişlər. Lakin özü heç vaxt narkotik vasitələrdən istifadə etməmiş, satışı ilə məşğul olmamış, taksi sürücüsü kimi onları aparmışdır. Himayəsində azyaşlı uşağının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Biləsuvar rayon polis şöbəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 Biləsuvar rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatları daxil olmuş, əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə qərar qəbul etmiş və əməliyyat qrupu yaradılmışdır. Keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində 04 sentyabr 2021-ci il tarixdə saat 01:N radələrində Təqsirləndirilən şəxs1 içərisində olduğu ehtimal edilən “VAZ-2106” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomomobil Biləsuvar şəhəri, “Azpetrol” yanacaqdoldurma məntəqəsi yaxınlığında əməliyyat müşahidəsinə götürülmüş, 5 dəqiqə sonra həmin avtomobil Bəydili kəndi ərazisində hərəkətdə olan zaman saxlanılmışdır. Avtomobildə Təqsirləndirilən şəxs1 və sürücüsü Təqsirləndirilən şəxs2 olmuşlar, onları polis şöbəsinə aparmışlar. Üzərlərinə baxış keçirmiş, lakin narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 idarə etdiyi “VAZ-2106” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Avtomobilin qabaq şitindəki ciblikdən (bardaçok) bir ədəd soyuq silaha bənzər bıçaq, sürətlər qutusunun yanında bir ədəd soyuq silaha bənzər bıçaq, qabaq sağ ayaqaltı hissəsindən bir ədəd şəffaf sellofana bükülmüş ağ rəngli plastik qab aşkar edilmişdir. Həmin plastik qab açılıb baxıldıqda içərisində psixotrop maddə metamfetaminə bənzər maddə olması müəyyən edilmişdir. Əməliyyatın davamı olaraq həmin gün saat 12 radələrində həmin cinayətin törədilməsində şübhəli olan Əmənov X4 rayonu Bəydili kəndi ərazisində saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Üzərində şəxsi axtarış aparılmış, lakin qanunla qadağan edilmiş digər əşya aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs3 bildirmişdir ki, Təqsirləndirilən şəxs1 ilə birlikdə narkotik maddə əldə etmək məqsədilə Şahin adlı İran vətəndaşı ilə mobil telefonla danışıb razılaşmışlar. Bundan sonra Elxan ilə birlikdə «Bəydili körpüsü» deyilən yerdə taksi sürücüsü Təqsirləndirilən şəxs2 yaxınlaşıb onun idarə etdiyi avtomobillə gedərək Biləsuvar şəhərində təzə yolda iranlının narkotiki gizlətdiyi göndərdiyi narkotiki götürmüşlər. Bəydili kəndinə qayıdarkən arxadan bir avtomobilin gəlib onları izləməsini görmüşlər. Elxan götürdüyü narkotik maddə bükümünün birini ona verib avtomobildən düşməsini tapşırmışdır. O da həmin bükümü götürüb avtomobildən düşüb evlərinə getmiş, narkotik maddə bükümünü evlərinin yaxınlığında çayın qırağına tullamışdır. Bundan sonra, Bəydili kəndində Təqsirləndirilən şəxs3 yaşadığı evin arxa hissəsindən keçən çayın qırağında məişət tullantıları olan yerə baxış keçirildi və oradan bir ədəd şəffaf sellofana bükülmüş ağ rəngli plastik qab aşkar olunmuşdur. Həmin plastik qab açılıb baxıldıqda içərisində psixotrop maddə metamfetaminə bənzər maddə olması müəyyən edilmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Biləsuvar rayon polis şöbəsinin əməkdaşı X9 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslər və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə-fiziki kimyəvi ekspertizasının 13 oktyabr 2021-ci il tarixli 10/1055 saylı rəyindən görünür ki, məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli 19/876 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində "VAZ-2106 markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilmiş bükülü..." sözlər və imzalar olan bir ədəd paketdəki, bir ədəd bükümdə təmiz çəkisi - 285,429 qram olan ağ rəngli kristal formada olan maddə metamfetamindir. Qeyd: tədqiqatın dəyəri 50 manat, metamfetamininin qalıq çəkisi 285,379 qram. İş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli 19/877 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində "Təqsirləndirilən şəxs3 yaşadığı evin arxa hisssəsində su kanalının hövzəsindən aşkar edilmiş bükülü... " sözlər və imzalar olan bir ədəd paketdəki, bir ədəd bükümdə təmiz çəkisi – 293,435 qram olan ağ rəngli kristal formada olan maddə metamfetamindir. Qeyd: Metamfetamininin təmiz çəkisi 293,435 qram, tədqiqata istifadə olundu 0,05 qram, qalıq 293,385 qram. Tədqiqata təqdim edilmiş üzərində " VAZ-2106 markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilmiş bükülü... "də və "Təqsirləndirilən şəxs3 yaşadığı evin arxa hisssəsində su kanalının hövzəsindən aşkar edilmiş bükülü... "də (Rəy № 19/876) olan metamfetaminlər xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə birbiriləri ilə eynidirlər. Qeyd:tədqiqatın dəyəri 50 manat, metamfetamininin qalıq çəkisi 293,385 qram. İş materiallarında olan məhkəmə-ballistik ekspertizasının xx.xx.2021-ci il tarixli 3/1552 nömrəli ekspert rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs2 idarə etdiyi VAZ- 2106 markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilib götürülmüş hər iki bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçaqlarına uyğun gəlirlər, soyuq silah hesab edilirlər, üzərlərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişiklik edilməmişdir. Qeyd: tədqiqatın dəyəri 64 manat təşkil edir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli 949 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərin tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli 950 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 psixi və fiziki asılılıq olmadan narkotik maddələrdən istifadə etmə halları istisna olunmur. Hal-hazırda müayinə zamanı o, narkomaniya xəstəliyindən əziyyət çəkmir. Onun narkomanriyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli 951 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 tiryək alkoloidlərin tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 04 sentyabr 2021-ci il tarixli «baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 məxsus “Vaz-2106” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, avtomobilin sağ ön saxlanc yerindən (bardaçok) bir ədəd soyuq silaha bənzər bıçaq, sürətlər qutusunun yanından daha bir ədəd soyuq silaha bənzər bıçaq və qabaq sağ ayaqaltı hissəsindən bir ədəd sellofan büküm aşkar olunmuşdur. Həmin sellofan büküm açılıb baxılmış, içərisində bir ədəd plastik qab olduğu məlum olmuşdur. Həmin plastik qab açılıb baxıldıqda içərisində psixotrop maddə metamfetaminə bənzər maddə olması müəyyən edilmişdir. İş materiallarında olan «baxış keçirilməsi və maddi sübutun götürülməsi» haqqında 04 sentyabr 2021-ci il tarixli protokolda göstərilmişdir ki, Təqsirləndirilən şəxs3 göstərməsinə uyğun olaraq Biləsuvar rayonu, Bəydili kəndində onun yaşadığı evin arxa hissəsindən keçən çayın qırağında məişət tullantıları olan yerə baxış keçirilmiş və oradan bir ədəd şəffaf sellofana bükülmüş ağ rəngli plastik qab aşkar olunmuşdur. Həmin plastik qab açılıb baxıldıqda içərisində psixotrop maddə metamfetaminə bənzər maddə olması müəyyən edilmişdir. İş materiallarında olan «maddi sübut kimi tanınması haqqında» 06 sentyabr 2021-ci il və 25 oktyabr 2021-ci il tarixli qəraralardan görünür ki, Təqsirləndirilən şəxs2 məxsus VAZ-2106 markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilmiş tədqiqatdan sonrakı qalıq 285,379 qram və Təqsirləndirilən şəxs3 yaşadığı evin arxa hisssəsində su kanalının hövzəsindən aşkar edilmiş tədqiqatdan sonrakı qalıq 293,385 qram psixotrop maddə metamfetamin, həmçinin həmin avtomobildən aşkar edilən iki ədəd bıçaq maddi sübut kimi tanınaraq saxlanılması üçün Biləsuvar rayon polis şöbəsinə təhvil verilmişdir. İş materiallarında olan istintaq orqanının 05 sentyabr 2021-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 götürülmüş bir ədəd «Samsung Qalaxy J5” markalı, Təqsirləndirilən şəxs3 götürülmüş bir ədəd «Samsung Galaxy A3” markalı və Təqsirləndirilən şəxs2 götürülmüş bir ədəd «Samsung Galaxy J5” markalı telefonlar məhkəmə baxışına kimi saxlanılması üçün xx.xx.2021-ci il tarixli məktubla Biləsuvar rayon polis şöbəsinə təhvil verilmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs1 götürülmüş mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, telefon «Samsung Galaxy J5” markalıdır. «Azercell» mobil operatoruna məxsus ***-***-**-** mobil nömrəsi vardır. Telefonun "adlar" bölməsinə baxış keçirilərkən məlum olmuşdur ki, İran mobil operatoruna məxsus +98 ********** mobil nömrəsi “X17”, +98 914 354 9153 mobil nömrəsi “X18”, +98 914 599 3461 mobil nömrəsi “Aksin İranlı”, +98 914 157 7436 mobil nömrəsi “X19” adı ilə qeydə alınmışdır. İş materiallarında olann Təqsirləndirilən şəxs3 götürülmüş mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin mobil telefon «Samsung Qalaxy A3” markalıdır. «Azerfon» mobil operatoruna məxsus ***-***-**-** mobil nömrəsi vardır. Telefonun "adlar" bölməsinə baxış keçirilərkən məlum olmuşdur ki, İran mobil operatoruna məxsus +98 938 702 0954 mobil nömrəsi “Sahin”, +98 9N 355 0115 mobil nömrəsi “Sahin İr”, +98 933 037 8705 nömrəsi “Sahin İran”, +98 938 575 8516 mobil nömrəsi “Sahin İrani” adı ilə qeydə alınmışdır. İş materiallarında olan 04 sentyabr 2021-ci il tarixli protokollarla Təqsirləndirilən şəxs1, Rafail Əmənov və Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşlar. İş materiallarında olan Biləsuvar rayon məhkəməsinin 05 sentyabr 2021-ci il tarixli qərarları ilə Təqsirləndirilən şəxs1, Rafail Əmənov və Təqsirləndirilən şəxs2 barəsində həbs olunmasının əvvəli 04 sentyabr 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən alınmış tələbnamələrdən görünür ki, təqsirləndirilən şəxslər əvvəllər məhkum olunmamışdırlar. İş materiallarında olan yaşayış yerindən verilmiş arayış və xasiyyətnamələr, doğum haqqında şəhadətnamə surətləri və digər sənədlərdə qeyd olunmuşdur: Əmənov X4 rayonu, Bəydili kəndi, Füzuli küçəsi, ev 13-də atası və anası ilə birlikdə yaşayır. 2010-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələri sıralarında hərbi xidmətdə olmuş, ailəsini dolandırmaqdan ötəri sürücü işləyib. Barəsində heç bir təşkilat və kənd ictimaiyyəti tərəfindən icra nümayəndəliyinə ərizə və şikayət daxil olmamamışdır, müsbət xarakterizə olunur. Nəcəfov X7 rayonu, Bəydili kəndi, Məmmədov küçəsi, ev 34-də arvadı X3 və himayəsində olan 2019-cu il təvəllüdlü azyaşlı Şəbnəm adlı övladı ilə birlikdə yaşamışdır. 2014-2015-ci illərdə hərbi xidmətdə olmuş, hərbi xidməti başa vurduqdan sonra ailəsini dolandırmaq üçün fərdi əməklə məşğul olmuşdur. Barəsində təşkilat və kənd ictimaiyyəti tərəfindən icra nümayəndəliyinə ərizə və şikayət daxil olmamamışdır, müsbət xarakterizə olunur. Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsindən daxil olmuş arayış və hər biletin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 qardaşı X12 20 sentyabr 2020-ci il tarixdə hərbi təlim toplanışlarına çağırılaraq, 21 sentyabr 2020-ci il tarixdə müvafiq hərbi hissəyə təhvil verilmiş və N dekabr 2020-ci il tarixdə ehtiyyata təxris olunmuşdur. Xocavənd rayonu istiqamətində döyüş əməliyyatlarında iştirak etmişdir. Məmmədov X5 rayonu, Bəydili kəndi, Axundov küçəsi, ev 95-də arvadı X2 və himayəsində 2011-ci il təvəllüdlü azyaşlı İlahə adlı övladı ilə birlikdə yaşamışdır. Azərbaycanın Silahlı Qüvvələri sırasında hərbi xidmətdə olmuşdur. Barəsində heç bir təşkilatdan və kənd ictimayyəti tərəfindən icra nümayəndəliyinə ərizə və şikayət olmayıb, müsbət xarakterizə olunur. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, işdə olan digər sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinatət Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1, Rafail Əmənov və Təqsirləndirilən şəxs2 istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməlləri məhz onlar tərəfindən törədilmişdir, bu cinayətlərə görə onlara ittiham verildiyi Təqsirləndirilən şəxs1 CM-in 32.5, 206.3.2, 228.4, 234.4.1 və 234.4.3-cü maddələri, Təqsirləndirilən şəxs3 CM-in 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri və Təqsirləndirilən şəxs2 CM-in 228.4, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində təqsirlidirlər və onların təqsirliliyi kifayət qədər sübuta yetirilir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslər və şahidlərin) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs1 ifadəsinə tənqidi yanaşır. Təqsirləndirilən şəxs1 “İran vətəndaşı ilə Təqsirləndirilən şəxs3 danışması, yalnız 500 qram qurudulmuş marixuananın götürülməsi üçün getməsi, həmin marixuananın cəmi 15-20 qramı ona çatacağı müqabilində razılaşması, İrandan metamfetamin göndərilməsindən məlumatı olmaması, narkotik olan bükümü özü tərəfindən deyil, Təqsirləndirilən şəxs3 tərəfindən götürülməsi” hissəsini məhkəmə iclasında Təqsirləndirilən şəxs3 verdiyi onu ifşa edən ifadəsi, həmçinin tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə, müqayisəli qiymət verərək hesab edir ki, həmin ifadə obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs2 ifadəsinə tənqidi yanaşaraq “Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 psixotrop maddə metamfetamin götürmək məqsədilə getmələrini əvvəlcədən bilməməsi, yalnız Elxan və Rəfail tərəfindən bağlama götürüləndən sonra bu barədə məlumatı olması” hissəsini məhkəmə iclasında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə, müqayisəli qiymət verərək hesab edir ki, həmin ifadə obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır. Belə ki, Təqsirləndirilən şəxs2 ifadəsində göstərdiyi bu xüsusat qismən özünün və digər təqsirləndirilən şəxslərin, şahidlərin ifadələri, işin faktiki halları, o cümlədən hadisə günü gecə saatlarında, Ələt-Astara yolunun 112-ci kilomterliiyndə, ətrafda başqa şəxslərin, yaşayış evlərindən və digər obyektlərdən uzaq məsafədə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 avtomobildən düşərək “112” yol nişanının yanını axtarmaları, sonuncuların bağlama ilə avtomaşına qayıtmaları, öz ifadəsində göstərdiyi kimi, Təqsirləndirilən şəxs1 tapşırığı ilə avtomobili Bəydili kəndi istiqamətində idarə etməsi zamanı bir avtomobilin onların arxasınca gəldiyini görməsi, Elxana «əlindəkini yerə at, düşün avtomobildən, dalımızca gəlirlər, məni də zibilə saldınız» deməsi, habelə, Təqsirləndirilən şəxs1 tapşırığı ilə avtomobili saxlayaraq, Təqsirləndirilən şəxs1 verdiyi bir bükümü də götürərək Təqsirləndirilən şəxs3 avtomobildən düşüb uzaqlaşmasına şərait yaratması qeyd edilən cinayətin törədilməsi barədə Təqsirləndirilən şəxs2 əvvəlcədən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə razılığa gəlməsi halını bir daha subut edir. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli CM-in 32.5, 206.3.2, 228.4, 234.4.1 və 234.4.3cü maddələri, Təqsirləndirilən şəxs3 əməli CM-in 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri və Təqsirləndirilən şəxs2 əməli CM-in 228.4, 234.4.1 və 234.4.3-cü 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmamışdır. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onların barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cü bəndinin 2-ci hissəsində qeyd edilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübütlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli qanunların tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən təqsirləndirilən şəxslərin əldə etdiyi psixotrop maddə “külli miqdar” kimi qiymətləndirilir. CM-in 59.1.4 və 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs1 himayəsində azyaşlı uşağın olması və yaşayış yerindən müsbət xarakterizə olmasını məhkəmə cəzanı yüngülləşdirici hallar kimi nəzərə alır. CM-in 59.1.4 və 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs3 himayəsində azyaşlı uşağın olması və yaşayış yerindən müsbət xarakterizə olmasını məhkəmə cəzanı yüngülləşdirici hallar kimi nəzərə alır. CM-in 59.1.4 və 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs2 himayəsində azyaşlı uşağın olması, yaşayış yerindən müsbət xarakterizə olması və onun qardaşı X6 X8 zamanı Xocavənd rayonu istiqamətində döyüş əməliyyatlarında iştirak etməsini məhkəmə cəzanı yüngülləşdirici hallar kimi nəzərə alır. Məhkəmə CM-in 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxslərin cəzalarını ağırlaşdıran halları müəyyən etmir. Odur ki, təqsirləndirilən şəxslərə cəza təyin ediləsi halda yuxarıda göstərilən yüngülləşdirici hallar nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, törətdiyi əməllərə görə Təqsirləndirilən şəxs1 CM-in 32.5, 206.3.2, 228.4, 234.4.1 və 234.4.3-cü maddələri, Təqsirləndirilən şəxs3 CM-in 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri və Təqsirləndirilən şəxs2 CM-in 228.4, 234.4.1 və 234.4.3-cü 234.4.3-cü maddələri ilə təqsirli bilinərək cəzalanmalıdırlar. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ittiham olunduqları maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Ambulator məcburi-narkoloji tibbi yoxlama rəylərinə görə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Ambulator məcburi-narkoloji tibbi yoxlama rəyinə görə Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Biləsuvar rayon polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq- 285,379 və 293,385 qram miqdarda olan metamfetamin psixotrop maddəsi, həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məxsus soyuq silah hesab edilən iki ədəd bıçaqlar məhv edilməlidir. Həmçinin, Təqsirləndirilən şəxs1 məxsus bir ədəd “Samsung Galaxy J5” markalı, Təqsirləndirilən şəxs3 məxsus bir ədəd “Samsung Galaxy A3” markalı, Təqsirləndirilən şəxs2 məxsus bir ədəd “Samsung Galaxy J5” markalı, həmçinin iş üzrə maddi sübut kimi tanınmayan sonuncuya məxsus işlək vəziyyətdə olmayan bir ədəd “Samsung” markalı mobil telefonlar müvafiq olaraq onların yaxın qohumlarına qaytarılmalıdır. İş üzrə 214 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslərdən müştərək olaraq hər birindən 71 manat 34 qəpik tutularaq dövlət nəfinə keçirilməsini, onların cəza çəkmə müddətinin əvvəlini 04 sentyabr 2021-ci il tarixdən hesablanmasını əsaslı sayır. Göstərilənlərə əsasən, CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2, 228.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. CM-in 32.5, 206.3.2-ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 228.4-cü maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası və CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ona 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzalar qismən toplanılmaqla qəti olaraq ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 04 sentyabr 2021-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə olunsun. Ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə 71 manat 34 qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs1 tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. CMin 32.5, 206.3.2-ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ona 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzalar qismən toplanılmaqla qəti olaraq ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 04 sentyabr 2021-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə olunsun. Ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə 71 manat 34 qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs3 tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 228.4, 234.4.1 və 234.4.3cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. CM-in 228.4cü maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ona 6 (altı) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzalar qismən toplanılmaqla qəti olaraq ona 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 04 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınsın. İş üzrə 71 manat 34 qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs2 tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq - Biləsuvar rayon polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq- 285,379 və 293,385 qram miqdarda olan metamfetamin psixotrop maddəsi, həmçinin Təqsirləndirilən şəxs1 və Elvin Nəsəfova məxsus soyuq silah hesab edilən iki ədəd bıçaqlar məhv edilsin. Təqsirləndirilən şəxs1 məxsus bir ədəd “Samsung Galaxy J5” markalı, Təqsirləndirilən şəxs3 məxsus bir ədəd “Samsung Galaxy A3” markalı, Təqsirləndirilən şəxs2 məxsus bir ədəd “Samsung Galaxy J5” markalı, həmçinin iş üzrə maddi sübut kimi tanınmayan sonuncuya məxsus işlək vəziyyətdə olmayan bir ədəd “Samsung” markalı mobil telefonlar müvafiq olaraq onların yaxın qohumlarına qaytarılsın. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar