Məhkəmə qərarları › İş №1(099)-99/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-99/2023

13.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-99/2023 13.01.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Nizami Fərzi oğlu (sədrlik edən), Musayev Aqil Əlisa oğlu və Hüseynov Nahid Nəsir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərəmov Emil Canəli oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri X2 və müdafiəçi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxx 1989-cu ildə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, CM-inin 315 və 221.2.1-ci maddələri ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 1 il 1 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Astara rayonu, Ərçivan qəsəbəsində qeydiyyatda olmaqla orada yaşamış və barəsində “həbs” qətimkan tədbiri seçilməklə Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqla araşdırılan başqa şəxslərlə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqla araşdırılan başqa şəxslərin naməlum vaxtda və şəraitdə satış məqsədi ilə Astara-Ələt avtomagistralının 4-cü kilometrliyində gizlətməklə saxladıqları külli miqdarda 1389,177 qram çəkidə psixotrop maddə metamfetamini, külli miqdarda 1850 qram çəkidə narkotik vasitə heroini, 135 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı, külli miqdarda 965 qram çəkidə narkotik vasitə həşiş qətranını, ümumi sayı 300 ədəd olmaqla təsiredici maddəsinin ümumi miqdarı 12 qram olan narkotik vasitə metadon həblərini cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs qabaqcadan vəd etdiyi qaydada həmin yerdən götürməklə satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində qanunsuz daşımaqla Astara rayonu, Ərçivan qəsəbəsində yerləşən yaşadığı evin həyətyanı sahəsində olan yarımçıq tikilidə qanunsuz saxlamış, qeyd edilən narkotik vasitə və psixotrop maddələrdən bir ədəd bükümdə 9,657 qram çəkidə psixotrop maddə metamfetamini ayırıb satış məqsədilə üzərində saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X6 Şöbəsinin əməkdaşları tərəfindən 15 avqust 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Elçin Hüseyov həmin gün saat 01:00-da Ələt-Astara avtomagistralının Astara rayonu, Ərçivan qəsəbəsindən keçən 201-ci kilometrliyində saxlanılaraq şöbəyə gətirilib 15 avqust 2022-ci il tarixdə saat 02:30-dan etibarən keçirilən şəxsi axtarış zamanı Elçin Hüseyovun əynində olan şalvarın sağ yan cibindən bir ədəd bükümdə 9,657 qram çəkidə psixotrop maddə metamfetamin, daha sonra sonuncunun razılığı və iştirakı ilə Astara rayonu, Ərçivan qəsəbəsində yerləşən yaşadığı evin həyətyanı sahəsində olan yarımçıq tikilidə 15 avqust 2022-ci il tarixdə saat 04.00-dən etibarən keçirilmiş baxış zamanı tikilməkdə olan evin giriş qapısı ilə üzbəüz yerləşən otaqdan onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib gizlətməklə saxlağı üç ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 125,992 qram, 298,528 qram, 955 qram, ümumi təmiz çəkisi 1379,52 qram psixotrop maddə metamfetamin, 1 ədəd bükümdə ümumi təmiz çəkisi 1850 qram narkotik vasitə heroin, 2 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 490 qram və 475 qram, ümumi təmiz çəkisi 965 qram narkotik vasitə həşiş qətranı, 1 ədəd bükümdə ümumi təmiz çəkisi 135 qram narkotik vasitə qurudulmuş marixuana, ümumi sayı 300 ədəd olmaqla təsiredici maddəsinin ümumi miqdarı 12 qram olan narkotik vasitə metadon həbləri və üzərində narkotik vasitə heroin izləri olan 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 13 avqust 2022-ci il tarixdə axşam Bakı- Astara yolunun Ərçivan kəndi ərazisində keçən hissəsində tanımadığı şəxsdən bir bükümdə çəkisi bir kiloqrama yaxın olan həşişi götürmüşdür. Həmin vaxt onu Narkotiklərlə Mübarizə İdarəsinin Regional Şöbəsinin əməkdaşları saxlayayaraq Regional Şöbəyə aparıb onun üzərinə videoçəkilişlə axtarış keçirmişlər. Baxış zamanı onun üzərindən bir kiloqrama yaxın həşiş çıxmışdır. Cibində isə narkotik vasitə olmamışdır. Sorğu edilərkən evində də 100 qram tiryək olduğunu bildirmişdir. Sonra da evinə videoçəkilişlə baxış keçirilmişdir. Evinə baxış zamanı 100 qram tiryək götürülmüşdür. Lakin evindən aşkar olunub götürülmüş metamfetamin, heroin, marixuana, metadon və elektron tərəzi ona aid deyil. Baxış zamanı ona heç bir təsir və ya təzyiq olunmamışdır. İranlı Fərşadı tanımır. Bir kiloqrama yaxın həşişi ona tanımadığı iranlı iki gün əvvəl göndərmişdir. Həşişə və evindən çıxan 100 qram tiryəkə görə özünü təqsirli bilir. Himayəsində iki nəfər azyaşlı uşağının olmasını cəza təyin edilərkən nəzərə alınmasını xahiş edir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) təqsirləndirilən şəxs X3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadəsində Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o həbsdə olarkən İran İslam Respublikasının vətəndaşı “Fərşad” adlı şəxslə tanış olmuşdur. O Fərşadla danışaraq öz istifadəsi üçün narkotik vasitə istəmişdir. Fərşad da ona öz istifadəsi üçün göndərdiyi narkotik vasitə və psixotrop maddə ilə yanaşı başqa narkotik vasitələri də göndərəcəyini, onun da həmin narkotik vasitəni götürərək başqa yerə qoyması müqabilində ona pul verəcəyini demiş, o da Fərşadla razılaşmışdır. O sonuncu dəfə Fərşadın göstərişi ilə tutulmamışdan bir neçə gün öncə Ələt-Astara avtomagistralının 4-cü kilometrliyindən narkotik vasitə və psixotrop maddələri əldə etmişdir. 14 avqust 2022-ci il tarixdə Fərşad ona bir ədəd bükümdə psixotrop maddə metamfetamini götürərək müəyyən etdiyi yerə qoymasını və daha sonra həmin yerin şəklini Fərşada göndərməsini demişdir. Buna görə də o Fərşadın göndərdiyi maddələrdən bir bükümdə metamfetamin götürmüş və evdən çıxmışdır. 15 avqust 2022-ci il tarixdə saat 01:00 radələrində Ələt-Astara avtomobil yolunun Astara rayonu, Ərçivan kəndindən keçən hissəsində olarkən mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini təqdim edib xidməti vəsiqələrini göstərib Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X6 Şöbənin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan özünü təqdim etməsini xahiş etmişlər. O özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq satışı ilə məşğul olmaqda şübhəli olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. O yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib üzərində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onu Lənkəran şəhərində yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinin X6 Şöbəsinə gətirmişlər. Regional şöbədə ona vəkil təqdim olunmuş, şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri ona izah edildikdən sonra üzərinə video çəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Üzərində şəxsi axtarış və götürmə aparılması barədə qərarla tanış olmuş, sonra ona üzərində qanunsuz əşya və maddə varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra əynindəki şalvarın sol yan cibindən «Samsung» markalı mobil telefonu və şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümdə metamfetamini çıxarıb təqdim etmişdir. Verilən suallara cavab olaraq təqdim etdiyi bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu, 2019-cu ildə həbsdə olduğu vaxt tanış olduğu “Fərşad” adlı İran İslam Respublikasının vətəndaşı tərəfindən göndərildiyini, bundan başqa yaşadığı ünvanda da narkotik vasitə, psixotrop maddə saxladığını və təqdim edə biləcəyini bildirmişdir. Narkotik vasitəni İran İslam Respublikası vətəndaşının deyəcəyi yerə qoyduqdan sonra bunun müqabilində ona 3500 manat pul veriləcəyini əlavə etmişdir. Əldə etdiyi psixotrop maddədən 2-3 dəfə özünün qəbul etdiyini, heç kəsə satmadığını, bundan başqa üzərində hər-hansı narkotik vasitə və psixotrop maddə olmadığını bildirmişdir. Təqdim etdiyi bükümün içərisinə baxıldıqda içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Sonra üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı hər-hansı bir qanunsuz əşya, maddə və digər əşya aşkar olunmamışdır. Təqdim etdiyi “Samsung” markalı mobil telefon götürülmüşdür. Təqdim etdiyi bir ədəd sellofan büküm tərəzidə çəkilmiş, zərfə qoyulmuş, zərfin üstü möhürlənmiş, üzərində qeydlər aparılmış və imzalanmışdır. Şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş, düzgün tərtib edildiyindən imzalarla təsdiq edilmişdir. Bundan sonra vəkil və polis əməkdaşları ilə birlikdə Astara rayonu, Ərçivan qəsəbəsində yerləşən yaşadığı ünvana getdiklərini bildirmişdir. Yaşadığı ünvanda video çəkilişlə onun razılıq ərizəsinə əsasən baxış keçirilmişdir. Baxış zamanı ona yaşadığı ünvanda qanunla qadağan edilmiş əşya, maddə varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra həyətdə tikilməkdə olan evin giriş qapısı ilə üzbəüz yerləşən anbar kimi istifadə edilən yerdən içərisində narkotik vasitə və psixotrop maddələr olan və üzərində «Besta» yazılmış düyü torbasını götürüb təqdim etmişdir. Torbanın içərisinə baxıldıqda içərisində 1 ədəd elektron tərəzi, 1 ədəd sellofan bükülüdə qurudulmuş marixuanaya bənzər kütlə, 2 ədəd sellofan bükülüdə heroinə bənzər kütlə, 3 ədəd bükülüdə metamfetaminə bənzər kütlələr, hər birində 10 ədəd olan 30 listdə metadon həbinə bənzər tabletlər aşkar olunmuşdur. O verilən suallara cavab olaraq narkotik vasitə və psixotrop maddələri həbsdə olarkən tanış olduğu İran İslam Respublikası vətəndaşı Fərşadın göndərdiyini, Ələt–Astara avtomobil yolunun 4-cü kilometrliyində qoydurduğunu, özünün gedib götürdüyünü, Fərşadın ona bunun müqabilində 3500 manat pul göndərəcəyini, ailə üzvlərinin bundan xəbəri olmadığını bildirmişdir. Sonra aşkar olunmuş kütlələr elektron tərəzidə çəkilmiş, həmin bükümlər, tabletlər və 1 ədəd elektron tərəzi qablaşdırılmış, torbanın üzəri möhürlənmiş, üzəri imzalanmışdır. Yaşadığı ünvanda başqa hər-hansı bir qanunsuz əşya aşkar olunmamışdır. Regional şöbəyə qayıtdıqdan sonra yaşadığı ünvanda baxış keçirilməsi barədə polis əməkdaşları tərəfindən protokol tərtib edilmiş, düzgün tərtib edildiyindən imzalarla təsdiq edilmişdir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman və şəxsi axtarış, baxış keçirilən zaman ona qarşı nə fiziki, nə də psixi təzyiq olmamış, zor tətbiq edilməmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ittiham olunan cinayət əməlini törətməsi özünün məhkəmədə elan olunmaqla tədqiq edilmiş ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən başqa dindirilmiş şahidlərin ifadələri, cinayət işinin materiallarında olan istintaq hərəkəti protokolları ilə, məhkəmədə tədqiq edilmiş ekspertiza rəyləri, əldə olunmuş maddi sübutlar, sənədlər və işin faktiki halları ilə ona tamamilə sübutdur. Belə ki, dindirilmiş şahid Baş Narkotiklərlə Mübarizə İdarəsinin X6 Şöbənin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 14 avqust 2022-ci il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinin X6 Şöbəsinə Astara rayonu, Ərçivan qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. 15 avqust 2022-ci il tarixdə saat 01:00 radələrində Ələt-Astara avtomagistralının Astara rayonu, Ərçivan qəsəbəsindən keçən 201-ci kilometrliyində Təqsirləndirilən şəxs bənzər şəxs saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinin X6 Şöbənin inzibati binasına dəvət edilmişdir. Orada vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmasından əvvəl ona üzərində qadağan edilmiş əşya və predmet varsa təqdim olunması təklif olunmuş, o da əynindəki şalvarın sol yan cibindən “Samsung” markalı mobil telefonu və şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümdə metamfetaminə bənzər maddəni çıxarıb təqdim etmiş, bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu, «Fərşad» adlı İran İslam Respublikasının vətəndaşı tərəfindən göndərildiyini, bundan başqa yaşadığı ünvanda da narkotik vasitə, psixotrop maddə saxladığını və maddələri iranlının deyəcəyi yerə qoyduqdan sonra bunun müqabilində ona 3500 manat pul veriləcəyini bildirmişdir. Sonra da bu barədə protokol tərtib edilmişdir. Bundan sonra vəkilin iştirakı ilə birlikdə Astara rayonu, Ərçivan qəsəbəsində yerləşən Təqsirləndirilən şəxs yaşadığı evə getmişlər. Orada video çəkilişlə Təqsirləndirilən şəxs razılıq ərizəsinə əsasən evə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvanda qanunla qadağan edilmiş əşya və ya predmet varsa təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs da həyətdə tikilməkdə olan evin giriş qapısı ilə üzbəüz yerləşən anbar kimi istifadə edilən yerdən üzərində «Besta» yazılmış torbanı götürüb təqdim etmişdir. Torbanın içərisinə baxıldıqda içərisində 1 ədəd elektron tərəzi, 1 ədəd sellofan bükülüdə qurudulmuş marixuanaya bənzər kütlə, 2 ədəd sellofan bükülüdə heroinə bənzər kütlə, 3 ədəd bükülüdə metamfetaminə bənzər kütlələr, hər birində 10 ədəd olan 30 listdə metadon həbinə bənzər tabletlər aşkar olunmuşdur. Regional şöbəyə qayıtdıqdan sonra evə baxış keçirilməsi barədə protokol tərtib edilmiş və imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və ya sonra ona hər hansı təsir və ya təzyiq olunmamışdır. O ifadəsinə əlavə olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs evində aşkar edilən maddələr içərisində həşiş qətranı olubsa da o xatırlamır. Dindirilmiş şahidlər Şahid2, Şahid4 və Şahid3 oxşar məzmunlu ifadələr verərək Şahid1 göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Dindirilmiş şahid Baş Narkotiklərlə Mübarizə İdarəsinin X6 Şöbənin təhqiqatçısı X4 ifadəsində göstərmişdir ki, iş üzrə təhqiqatı o aparmışdır. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilərkən evdə işıq olmamış, baxış süni işıqda keçirilmişdir. Baxış protokolunda baxış zamanı digər maddələrlə yanaşı onun evindən səhv olaraq iki bükümdə heroin aşkar olunması qeyd edilmiş, lakin heroin bir bükümdə olmuş, bir bükümdə həşiş qətranı da heroin kimi göstərilmişdir. Onlar aşkar olunmuş narkotik vasitələri videoçəkilişlə qablaşdıraraq ekspertizaya göndərmişlər. Orada rəy verilərkən heroin iki bükümdə deyil bir bükümdə həm də çəkisinin 2 kiloqram 915 qram deyil 1849 qram, digər bükümdə isə 964 qram həşiş qətranı olması qeyd edilməklə rəy verilmişdir. Yəni səhv olaraq heroinə bənzər maddənin iki bükümdə olması qeyd edilmiş, lakin həşiş qətranı qeyd edilməmişdir. Məhkəmədə tədqiq edilmiş kompleks məhkəmə-kimyəvi və məhkəmə-bioloji ekspertizanın 15 avqust 2022-ci il tarixli 19/849 №-li rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümdə metamfetaminə bənzər kütlə qablaşdırıldı və möhürləndi” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: 9,657 qram olan ağ rəngli kristalşəkilli olan maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar olunmuş həşişə bənzər kütlələr, heroina bənzər kütlələr, metamfetaminə bənzər kütlələr və tabletlər (həblər) və 1 ədəd elektron tərəzi qablaşdırıldı və möhürləndi” sözlər imzalar olan idman çantasındakı, 3 ədəd bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri: 125,992 qram, 298,528 qram, 955 qram, ümumi təmiz çəkisi 1379,52 qram olan ağ rəngli kristalşəkilli olan maddələr metamfetamindir, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-birləri ilə eynidirlər; 1 ədəd təmiz çəkisi 1850 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 2 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri: 490 qram: 475 qram, ümumi təmiz çəkisi 965 qram olan maddələr narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla alınmış narkotik vasitə həşiş qətranıdır, xarici görünüşlərinə və bioloji tərkiblərinə görə bir-biri ilə eynidir, 30 ədəd konvalyutda ümumi sayı 300 ədəd olan qəhvəyi rəngli dairəvi formalı həblər metadondur, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biri ilə eynidir, həblərin təsiredici maddəsinin ümumi miqdarı 12 qramdır, 1 ədəd bağlamada təmiz çəkisi 135 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır və 1 ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinin izləri vardır. Heroin iz şəklində olduğuna görə, çəkisi və tədqiqata təqdim edilmiş heroinlə müqayisəli tədqiqat aparmaq mümkün olmadı. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan aşkar olunaraq götürülmüş ümumi sayı 4 büküm ümumi təmiz çəkisi 1389,177 qram olan metamfetamin xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-biri ilə eynidirlər. Məhkəmədə tədqiq edilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın 19 sentyabr 2022-ci il tarixli 5322 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə istifadə etmə halları olub. Lakin, halhazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, o narkomaniya xəstəliyindən əzab çəkmir. Onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan ibtidai istintaq orqanının 22 avqust 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs və yaşadığı evin həyətyanı sahəsində olan yarımçıq tikilidən götürülmüş tədqiqata sərf olunduqdan sonra qalıq çəkiləri 134,95 qram qalmış narkotik vasitə qurudulmuş marixuana, 1849,9 qram heroin, 964,9 qram həşiş qətranı, 1388,777 qram psixotrop maddə metamfetamin, 291 ədəd qalmış metadon həbləri və 01 ədəd elektron tərəzi maddi sübut kimi tanınmış və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Cinayət işinin materiallarında olan DİN-in BNMİ-nin CBRŞ-nin təhqiqatçısı Famil Həsənov tərəfindən tərtib edilmiş “Şəxsi axtarış və götürmə aparılması haqqında” 15 avqust 2022-ci il tarixli protokola əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X6 Şöbənin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 15 avqust 2022-ci il tarixdə saat 01:00-da Ələt-Astara avtomagistralının Astara rayonu, Ərçivan qəsəbəsindən keçən 201-ci kilometrliyində saxlanılaraq Şöbənin inzibati binasına dəvət edilib orada üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan şalvarın sağ yan cibindən bir ədəd bükümdə 9,657 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan DİN-in BNMİ-nin CBRŞ-nin təhqiqatçısı Famil Həsənov tərəfindən tərtib edilmiş “baxış və götürmə aparılması haqqında” 15 avqust 2022ci il tarixli protokola əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X6 Şöbənin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 15 avqust 2022-ci il tarixdə saat 01:00-da Ələt-Astara avtomagistralının Astara rayonu, Ərçivan qəsəbəsindən keçən 201ci kilometrliyində saxlanılaraq yaşadığı Astara rayonu, Ərçivan qəsəbəsində yerləşən evə keçirilən baxış zamanı həyətyanı sahədə tikilməkdə olan evin giriş qapısı ilə üzbəüz yerləşən otaqdan 1379,52 qram çəkidə psixotrop maddə metamfetamin, 1850 qram çəkidə narkotik vasitə heroin, 965 qram çəkidə narkotik vasitə həşiş qətranı, 135 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, ümumi sayı 300 ədəd olmaqla təsiredici maddəsinin ümumi miqdarı 12 qram olan narkotik vasitə metadon həbləri və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. İşdə olan ibtidai istintaq orqanının qərarından görünür ki, iş üzrə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və yaşadığı evin həyətyanı sahəsində olan tikilidə baxış keçirilməsini özündə əks etdirən 2 ədəd “CD” disk maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə olunmuşdur. Məhkəmədə yuxarıda qeyd edilən 15 avqust 2022-ci il tarixli “şəxsi axtarış və götürmə”, “baxış keçirilməsi və əşyanın götürülməsi haqqında” istintaq hərəkətlərinin videogörüntülərinin köçürüldüyü DVD disklərə baxış keçirilmişdir. Həmin diskdə olan görüntülərlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və yaşadığı evə baxış istintaq hərəkəti protokollarında qeyd edilən xüsusatların üst-üstə düşdüyü təsdiq olunur. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitə və psixotrop maddənin mənbəyinin müəyyən olunması məqsədilə BNMİ-nin CBRŞyə ünvanlanmış 19 avqust 2022-ci il tarixli tapşırığa cavab olaraq verilmiş 05 sentyabr 2022-ci il tarixli məktubdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə etməsi müəyyən edilmiş, lakin onun digər cinayət əməllərinin törədilməsində iştirakının olubolmaması, yaxın əlaqələrinin müəyyən edilməsi, narkotik vasitələrin və ya psixotrop maddələrin satışında və istifadəsində şübhəli olan şəxslərlə əlaqələrinin müəyyən edilməsi, qanunsuz olaraq əldə etdiyi narkotik vasitə və psixotrop maddəni nə vaxt, kimdən, harada və hansı şəraitdə əldə etməsi istiqamətində aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamışdır. İşdə olan Bakı şəhər Nərimanov Rayon Məhkəməsində 16 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi məsələsinə baxılarkən məhkəmə prosesində sonuncu irəli sürülmüş ittihamla özünü qismən təqsirli bildiyini, qeyd olunan narkotik vasitədən istifadə etmədiyini, İran İslam Respublikasının vətəndaşının onunla əlaqə saxladığını, onun da narkotik vasitələri qeyd olunan yerə qoyduğunu, polis əməkdaşları tərəfindən ona heç bir təzyiq və şiddət olmadığını bildirmişdir. Cinayət işinin materiallarında olan Bakı İstintaq Təcridxanasının rəhbərliyi tərəfindən verilmiş 25 oktyabr 2022-ci il tarixli 8083 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs 2020-ci ildə Bakı İstintaq Təcridxanasında saxlanılarkən onun kamera yoldaşı olmuş şəxsləri siyahısına baxış keçirilərkən onunla birlikdə İran İslam Respublikası vətəndaşı Fərşad adlı şəxsin olmadığı müəyyən edilmişdir. İşdə olan ibtidai istintaq orqanının 27 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, hazırki cinayət işindən Təqsirləndirilən şəxs oğundan aşkar edilərək götürülmüş külli miqdarda narkotik vasitələrin mənbə xüsusatı ilə əlaqədar olaraq cinayət işi ayrıca icraata ayrılmışdır. Məhkəmədə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs evinə baxış keçirilərkən onun evindən aşkar edilərək götürülmüş heroinin iki bükümdə və çəkisinin isə 2 kiloqram 915 qram olması qeyd edilmişdir. Lakin maddi sübutların tanınması haqqında qərarda və məhkəmədə tədqiq edilmiş kompleks məhkəmə-kimyəvi və məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, heroin bir bükümdə olmaqla çəkisinin 1849,9 qram, həşiş qətranı isə bir bükümdə olmaqla çəkisinin 964 qram olması müəyyən edilmişdir. Bundan başqa məhkəmədə dindirilmiş şahid, iş üzrə təhqiqatı aparan Famil Həsənov da Təqsirləndirilən şəxs yaşadığı evə baxışın zəif süni işıqda keçirldiyindən bir büküm həşiş qətranının heroin olması səhv qeyd edilmişdir. O həmin bükümləri bir yerdə qablaşdıraraq rəy verilməsi üçün ekspertizaya göndərmiş və orada bir yerdə qablaşdırılmış maddələrin heroindən başqa həm də həşiş qətranı olması müəyyən edilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs da onda bir bükümdə bir kiloqram həşiş qətranı olmasını təsdiq etmişdir. Məhkəmə şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs düzgün olaraq həm də 964 qram həşiş qətranını satış məqsədi ilə əldə etməsi barədə ittiham verilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində o saxlanılarkən üzərində bir kiloqrama yaxın həşiş qətranı olduğunu, sorğu edilərkən evində 100 qram tiryək olduğunu, evindən aşkar edilərək götürülmüş külli miqdarda heroinin, metamfetaminin, habelə marixuananın, metadon həblərinin və elektron tərəzinin ona aid olmadığını bildirmişdir. Məhkəmə bu ziddiyətli ifadəni Təqsirləndirilən şəxs özünü müdafiə məqsədi daşımaqla məhkəmədə heç bir sübutla təsdiq edilmədiyindən və işin faktiki hallarına uyğun gəlməyən ifadə olduğundan, habelə məhkəmədə tədqiq edilmiş onun vəkilinin iştirakı ilə videoçəkilişlə keçirilmiş “şəxsi axtarış və götürmə”, “baxış və götürmə” aparılması haqqında protokollarla, məhkəmədə tədqiq edilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 12 qram çəkidə metamfetaminin, yaşadığı evdən aşkar edilərək götürülmüş külli miqdarda 1389,177 qram çəkidə psixotrop maddə metamfetaminin, külli miqdarda 1850 qram çəkidə narkotik vasitə heroinin, 135 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın, külli miqdarda 965 qram çəkidə narkotik vasitə həşiş qətranının, ümumi sayı 300 ədəd olmaqla təsiredici maddəsinin ümumi miqdarı 12 qram olan narkotik vasitə metadon həblərinin ona məxsus olması barədə vəkilinin iştirakı ilə verdiyi ifadələsi ilə, dindirilmiş şahidlərin ifadələri ilə, Nərimanov Rayon Məhkəməsində ona qarşı həbs qətimkan tədbirinin seçilməsi haqqında vəsatətə baxılması zamanı keçirilən məhkəmə iclasında əməlini səmimi etiraf etməsi və ona polis əməkdaşları tərəfindən hər hansı təsir və ya təzyiqin edilməməsi haqqında verdiyi izahatı ilə, məhkəmədə tədqiq edilmiş onun üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş narkotik vasitələrin və psixotrop maddə metamfetaminlərin eyni tərkibli olması və onun evindən aşkar edilərək götürülmüş elektron tərəzinin üzərində heroinin izlərinin olması barədə ekspertiza rəyləri, əldə olunmuş maddi sübutlar, sənədlər və işin faktiki halları ilə təkzib edildiyindən həmin ifadəyə tənqidi yanaşır və sübut kimi qəbul etmir. Eyni zamanda məhkəmə onun ibtidai istintaq zamanı vəkilinin iştirakı ilə verdiyi yuxarıda qeyd edilən ifadəsini səmimi etirafedici və işin faktiki hallarına uyğun gələn ifadə kimi qiymətləndirir və sübut kimi qəbul edir. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitələrin müxtəlif çeşiddə, eləcədə narkotik vasitələrin və psixotrop maddənin şəxsi istehlak miqdarından əhəmiyyətli dərəcədə, min dəfələrlə çox olmasını və üzərində heroinin izləri olan tərəzinin aşkar edilməsi halını nəzərə alaraq belə qənaətə gəlir ki, o həmin narkotik vasitələri məhz satış məqsədi ilə əldə etmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 21-ci madəsinə görə narkotik vasitərin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün bir narkotik vasitənin və psixotrop maddənin ayrıayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Bu həcm isə 2005-ci il 28 iyun tarixli, 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsulliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahısı” əsasında tənzimlənir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarı da bu mövqedən çıxış edir. Belə ki, həmin qərarın 9-cu bəndinin 2-ci hissəsində qeyd edilmişdir ki, təqsirkarın nakotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi , narkotik vasitələrin xırda bükümlərə ayrılması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, məhkəmə ittiham üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-nin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Ona görə də o CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib, həmin maddələrin sanksiyası həddində cəzalanmalıdır. İşdə olan hüquqi sənədlərdən görünür ki,Təqsirləndirilən şəxs xx xxxxx 1989-cu ildə Astara rayonunda anadan olmuşdur. Astara rayonu, Ərçivan qəsəbəsində qeydiyyatda olmaqla orada yaşamışdır, yaşadığı yer üzrə müsbət səciyyələndirilir. Himayəsində 2 nəfər azyaşlı uşağı vardır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən və Astara Rayon Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs CM-inin 315 və 221.2.1-ci maddələri ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 1 il 1 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşdə olan Astara Rayon İcra və Probasiya Şöbəsinin 21 dekabr 2022-ci il tarixli məktubundan görünür ki, Astara Rayon Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli qərarına əsasən 8 noyabr Zəfər Günü münasibəti ilə Azərbaycan Respublikası Milli Məclisinin amnistiya qərarına əsasən Təqsirləndirilən şəxs ona təyin edilmiş 1 il 1 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. İşdə olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 avqust 2022-ci il tarixli qərarının surətindən görünür ki, həmin qərara əsasən Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 15 avqust 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilərkən aşağıdakılar nəzərə alınmalıdır. CM-in 8-ci maddəsi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsinə əsasən cəzanın anlayışına görə, cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəzanın məqsədini təsbit edən CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bu Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-in 59.1-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşağının olmasını və CM-nin 59.2-ci maddəsinə əsasən yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Astara Rayon Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər CM-inin 315 və 221.2.1-ci maddələri ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 1 il 1 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Astara Rayon Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli qərarına əsasən 8 noyabr Zəfər Günü münasibəti ilə Azərbaycan Respublikası Milli Məclisinin amnistiya qərarına əsasən Təqsirləndirilən şəxs ona təyin edilmiş 1 il 1 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzasını çəkilməmiş hissəsindən azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş o yenidən qəsdən cinayət törətmişdir. Onun məhkumluğu ödənilməmişdir. Lakin bu hal CM-nin 18.4.4-cü maddəsinə əsasən cinayətlərin residivi halını yaratmır. Bu səbəbdən də bu hal onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu vaxtdan, 15 avqust 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. Məhkəmə ambulator məcburi narkoloji tibbi yoxlama rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan qalıq çəkiləri 134,95 qram qurudulmuş marixuana, 1849,9 qram heroin, 964,9 qram həşiş qətranı, 1388,777 qram psixotrop maddə metamfetamin, qalıq qalmış 291 ədəd metadon həbləri, 01 ədəd elektron tərəzi məhv edilməli, Təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış və yaşadığı evin həyətyanı sahəsində olan yarımçıq tikilidə baxış keçirilməsini özündə əks etdirən 02 ədəd “CD” disk cinayət işi materiallarıda saxlanılmalıdır. İş üzrə 65 manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 44, 51-2, 132, 344-349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 15 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs qarşı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. O ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan qalıq çəkiləri 134,95 qram qurudulmuş marixuana, 1849,9 qram heroin, 964,9 qram həşiş qətranı, 1388,777 qram psixotrop maddə metamfetamin, qalıq qalmış 291 ədəd metadon həbləri və 1 ədəd elektron tərəzi məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və yaşadığı evin həyətyanı sahəsində olan yarımçıq tikilidə baxış keçirilməsini özündə əks etdirən 2 ədəd “CD” disk cinayət işinin materiallarıda saxlanılsın. İş üzrə 65 manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. Hökm elan olunduğu (həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar