Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-99/2025 10.04.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Beyləqan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs6 iştirakları ilə, xx xxxxxx 1983-cü ildə Füzuli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, “Realmedia.az” saytının təsisçi direktoru, məhkumluğu olmayan, Füzuli rayonu Qərbənd kəndində qeydiyyatda olmaqla Beyləqan rayonu SMD-42 qəsəbəsində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 182.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Məhmməd oğlu hədə-qorxu ilə tələb etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2021-ci ilin fevral ayında Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin “Beyləqan Rayon Xəstəxanası” X14 inzibati binasına gələrək həmin mərkəzin direktoru vəzifəsində işləyən Zərərçəkmiş şəxs1 xidməti iş otağında özünü “Realmedia.az” xəbər saytının baş redaktoru olaraq təqdim edib Zərərçəkmiş şəxs1 guya xidməti vəzifə səlahiyyətlərini yerinə yetirərkən neqativ hallara, qanun pozuntularına yol verdiyinə, maaş kartları vasitəsi ilə işçilərin əmək haqqı olan pul vəsaitlərini mənimsədiyinə, guya rüşvət qismində pul aldığına dair məzmunu rusvayedici xarakter daşıyan məlumatları internet üzərindən “Realmedia.az” xəbər saytında yayıb ictimailəşdirəcəyi, Zərərçəkmiş şəxs1 xidməti fəaliyyətinin yarıtmaz olduğu, haqqında ictimaiyyət arasında mənfi rəy və fikir formalaşdıracağı barədə Zərərçəkmiş şəxs1 bilavasitə hədə-qorxu gələrək bu kimi həqiqətə uyğun olmayan məzmunda rüsvayedici məlumatların özü tərəfindən yayılmaması müqabilində 2023-cü ilin iyun ayınadək olan müddət ərzində Zərərçəkmiş şəxs1 500 manat pul hədə-qorxu ilə tələb edərək vahid niyyətlə əhatə olunan qəsdlə hissə-hissə almaqla 500 manat məbləğində pulu Zərərçəkmiş şəxs1 xidməti iş otağında hədə-qorxu ilə tələb etmə yolu ilə ələ keçirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən hədə-qorxu ilə tələb etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2023-cü ilin avqust ayının ortalarında həmin dövrdə Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin “Beyləqan Rayon Xəstəxanası” X14 direktoru vəzifəsində işləyən Zərərçəkmiş şəxs2 zəng edərək özünü “Realmedia.az” xəbər saytının baş redaktoru olaraq təqdim edib Zərərçəkmiş şəxs2 guya xidməti vəzifə səlahiyyətlərini yerinə yetirərkən neqativ hallara, qanun pozuntularına yol verdiyinə, maaş kartları vasitəsi ilə işçilərin əmək haqqı olan pul vəsaitlərini mənimsədiyinə, guya rüşvət qismində pul aldığına dair məzmunu rusvayedici xarakter daşıyan məlumatları internet üzərindən “Realmedia.az” xəbər saytında yayıb ictimailəşdirəcəyi, Zərərçəkmiş şəxs2 xidməti fəaliyyətinin yarıtmaz olduğu, haqqında ictimaiyyət arasında mənfi rəy və fikir formalaşdıracağı barədə Zərərçəkmiş şəxs2 bilavasitə hədə-qorxu gələrək bu kimi həqiqətə uyğun olmayan məzmunda rüsvayedici məlumatların özü tərəfindən yayılmaması və artıq yaymış olduğu məlumatların “Realmedia.az” xəbər saytından silinməsi müqabilində 2023-cü ilin avqust ayının ortalarında Zərərçəkmiş şəxs2 600 manat pul hədə-qorxu ilə tələb etməklə vahid niyyətlə əhatə olunan qəsdlə hissə-hissə olmaqla sonuncuya məxsus ümumilikdə 600 manat məbləğində pulu Beyləqan rayonu ərazisində yerləşən “Emin” şadlıq sarayının yaxınlığında hədə-qorxu ilə tələb etmə yolu ilə ələ keçirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən hədə-qorxu ilə tələb etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2023-cü ilin yanvar ayında Xocavənd Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində işləyən Zərərçəkmiş şəxs3 zəng edərək özünü “Realmedia.az” xəbər saytının baş redaktoru olaraq təqdim edib Zərərçəkmiş şəxs3 guya xidməti vəzifə səlahiyyətlərini yerinə yetirərkən neqativ hallara, qanun pozuntularına yol verdiyinə, maaş kartları vasitəsi ilə işçilərin əmək haqqı olan pul vəsaitlərini mənimsədiyinə, guya rüşvət qismində pul aldığına dair məzmunu rusvayedici xarakter daşıyan məlumatları internet üzərindən “Realmedia.az” xəbər saytında yayıb ictimailəşdirəcəyi, Zərərçəkmiş şəxs3 xidməti fəaliyyətinin yarıtmaz olduğu, haqqında ictimaiyyət arasında mənfi rəy və fikir formalaşdıracağı barədə Zərərçəkmiş şəxs3 bilavasitə hədə-qorxu gələrək bu kimi həqiqətə uyğun olmayan məzmunda rüsvayedici məlumatların özü tərəfindən yayılmaması müqabilində Zərərçəkmiş şəxs3 2023-cü ilin yanvar ayında 100 manat və 2023-cü ilin oktyabr ayında 50 manat pul hədə-qorxu ilə tələb etməklə vahid niyyətlə əhatə olunan qəsdlə hissə-hissə olmaqla sonuncuya məxsus ümumilikdə 150 manat məbləğində pulu Beyləqan rayonu ərazisində hədə-qorxu ilə tələb etmə yolu ilə ələ keçirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən hədə-qorxu ilə tələb etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 13 iyun 2023-cü il tarixdə özünün baş redaktoru olduğu “Realmedia.az” xəbər saytında Laçın rayonu Çıraqlı kənd tam orta məktəbinin direktoru vəzifəsində işləyən Zərərçəkmiş şəxs4 guya xidməti vəzifə səlahiyyətlərini yerinə yetirərkən neqativ hallara, qanun pozuntularına yol verməsi, işçilərə əmək haqqı kimi hesablanmış pul vəsaitlərinin maaş kartları vasitəsi ilə mənimsəməsi, rüşvət qismində pul alması, şagirdlərdən pul yığması və sair məzmunlu rüsvayedici məlumatlar yerləşdirmiş, Zərərçəkmiş şəxs4 bu barədə bilərək narahatçılıq keçirməklə barəsində rüsvayedici məlumatların sayıtdan tezliklə çıxarılmasında göməklik göstərməsi barədə tabeliyində olduğu Laçın Rayonu Üzrə Təhsil Sektorunun müdiri Şahid2 müraciət etmiş, Şahid2 isə Təqsirləndirilən şəxs Füzuli rayonundan olmasını nəzərə alaraq Füzuli Rayonu Üzrə Təhsil Sektorunun müdiri Şahid1 Şahid qızına müraciət edərək Təqsirləndirilən şəxsla əlaqə yaradmaqla “Realmedia.az” sayıtında məktəb direktoru Zərərçəkmiş şəxs4 barəsində yazdığı neqativ məlumatların silinməsində köməklik etməsini xahiş etmiş, Şahid1 Təqsirləndirilən şəxsla telefon vasitəsi ilə əlaqə saxlamaqla sayıtda Zərərçəkmiş şəxs4 barəsində yazdığı məlumatları silməsini xahiş etdikdə Təqsirləndirilən şəxs həmin məlumatların silinməsi və gələcəkdə belə məlumatları yazmaması üçün Zərərçəkmiş şəxs4 200 manat pul tələb etmiş və pulun köçürülməsi üçün öz adına olan plastik bank kartının fotoşəklini “WhatsApp” proqramı vasitəsi ilə Şahid1 göndərmiş, Şahid1 bu barədə məlumat verməklə kartın fotoşəklini Şahid2, sonuncu isə Zərərçəkmiş şəxs4 göndərmiş, Zərərçəkmiş şəxs4 xx.xx.2024-cü il tarixdə öz adına olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid 416973....1416 nömrəli plastik kartdan Təqsirləndirilən şəxs adına rəsmiləşdirilmiş eyni banka aid 416974....8517 nömrəli plastik karta 200 manat məbləğində pul göçürmüş, bununla da Zərərçəkmiş şəxs4 hədə-qorxu ilə tələb etmə yolu ilə 200 manat pulu ələ keçirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən hədə-qorxu ilə tələb etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2023-cü ilin noyabr ayında Zərərçəkmiş şəxs5 telefon danışığı zamanı özünü “Realmedia.az” xəbər saytının baş redaktoru olaraq təqdim edib sonuncunun qardaşının arvadı X2 meneceri vəzifəsində işlədiyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində neqativ hallara, qanun pozuntularına yol verdiyinə dair məzmunu rusvayedici xarakter daşıyan məlumatları internet üzərindən “Realmedia.az” xəbər saytında yayıb ictimailəşdirəcəyi, şirkət haqqında ictimaiyyət arasında mənfi rəy və fikir formalaşdıracağı barədə Zərərçəkmiş şəxs5 bilavasitə hədə-qorxu gələrək bu kimi həqiqətə uyğun olmayan məzmunda rüsvayedici məlumatların özü tərəfindən yayılmaması və artıq yaymış olduğu məlumatların “Realmedia.az” xəbər saytından çıxarılması müqabilində 2023-cü ilin noyabr ayında Zərərçəkmiş şəxs5 300 manat pul hədə-qorxu ilə tələb etməklə həmin məbləğində pul vəsaitinin özünün bildirdiyi plastik bank kartına köçürülməsinə nail olmaqla Bakı şəhəri Binəqədi rayonu ərazisində hədə-qorxu ilə tələb etmə yolu ilə ələ keçirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən hədə-qorxu ilə tələb etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2024-cü ilin fevral ayında həmin dövrdə X4 İdarəsinin rəisi vəzifəsində işləyən Zərərçəkmiş şəxs6 zəng edərək özünü “Realmedia.az” xəbər saytının baş redaktoru olaraq təqdim edib Zərərçəkmiş şəxs6 guya xidməti vəzifə səlahiyyətlərini yerinə yetirərkən neqativ hallara, qanun pozuntularına yol verdiyinə, maaş kartları vasitəsi ilə işçilərin əmək haqqı olan pul vəsaitlərini mənimsədiyinə, guya rüşvət qismində pul aldığına dair məzmunu rusvayedici xarakter daşıyan məlumatları internet üzərindən “Realmedia.az” xəbər saytında yayıb ictimailəşdirəcəyi, Zərərçəkmiş şəxs6 xidməti fəaliyyətinin yarıtmaz olduğu, haqqında ictimaiyyət arasında mənfi rəy və fikir formalaşdıracağı barədə Zərərçəkmiş şəxs6 bilavasitə hədə-qorxu gələrək bu kimi həqiqətə uyğun olmayan məzmunda rüsvayedici məlumatların özü tərəfindən yayılmaması müqabilində 2024-cü ilin fevral ayında Zərərçəkmiş şəxs6 100 manat pulu hədə-qorxu ilə tələb etdiyindən Zərərçəkmiş şəxs6 idarənin sahə rəisi Şahid3 100 manat pul verərək Təqsirləndirilən şəxs çatdırmasını xahiş etmiş, Şahid3 öz növbəsində Təqsirləndirilən şəxsla “WhatsApp” proqramı vasitəsi ilə əlaqə saxlamaqla 100 manat pulu Təqsirləndirilən şəxs fotoşəklini göndərdiyi karta köçürmüş, bununla da pulun özünün bildirdiyi plastik bank kartına köçürülməsinə nail olmaqla Beyləqan rayonu ərazisində hədə-qorxu ilə tələb etmə yolu ilə ələ keçirmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Məmməd oğlu ona Azərbaycan Respublikası CM-nin 182.2.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, 2018-ci ildən özünün təhsis etdiyt «Realmedif.az» saytının baş direktoru kimi fəaliyyət göstərmişdir. «Beyləqan Rayon Xəstəxanası» X14 direktoru vəzifəsində işləyən Zərərçəkmiş şəxs1 ilə yaxın münasibəti olmuşdur. Nurəngiz əvvəllər Xocavənd Rayon Mərkəzi Xəstəxanasının baş həkimi işləmişdir. 2021-ci ildə isə Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin edilmişdir. Onların həmişə yaxşı və yaxın münasibətləri olmuşdur. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru təyin edildikdən sonra Zərərçəkmiş şəxs1 təbrik etmişdir. Yaxın münasibətləri olduğundan xəstəxanaya getdikdə iki dəfə Zərərçəkmiş şəxs1 otağında olmuşdur. Nurəngiz Beyləqan xəstəxanasında işlədiyi müddət ərzində o, jurnalistika fəaliyyəti ilə məşğul olduğu üçün həmin xəstəxanada baş verən neqativ halları və pozuntuları müəyyən etdikdə öz “Realmedia.az” saytında işıqlandırırmış, bundan başqa araşdırılması üçün Respublika Baş Prokurorluğuna göndərirmişdir. Bildiyinə görə onun həmin müraciəti Beyləqan Rayon Prokurorluğunda araşdırılmışdır. Nəticələri barədə məlumatı olmamışdır. Saytında Zərərçəkmiş şəxs1 xidməti səlahiyyətlərini yerinə yetirərkən neqativ hallara, qanun pzuntularına yol verməsi, maaş kartları vasitəsi ilə işçilərin əmək haqqını mənimsəməsi, guya rüşvət qismində pul almasına dair məlumatların yerləşdirilməsi hədəsi ilə və ya yerləşdirdiyi məlumatların saytdan çıxarılması üçün heç vaxt Zərərçəkmiş şəxs1 pul tələb etməmiş və almamışdır. İttihamda göstərilmişdir ki, guya o, 2021-ci ilin fevral ayında Zərərçəkmiş şəxs1 xidməti iş otağına gedərək barəsində rüsvayedici məlumatlar yaymaqla ondan hədə-qorxu ilə pul tələb etmiş və 2023-cü ilin iyun ayınadək olan müddət ərzində ondan vahid niyyətlə 500 manat pulu ələ keçirmişdir. Lakin o, 2021-ci ildə Zərərçəkmiş şəxs1 xidməti otağına getməmiş, ondan pul tələb etməmiş və almamışdır. «Beyləqan Rayon Xəstəxanası» X14 direktoru vəzifəsində işləyən Zərərçəkmiş şəxs2 ilə aralarında dostluq münasibətləri olmuş, hətta restoranda yeyib içmişlər. Zərərçəkmiş şəxs2 xəstəxanaya direktor vəzifəsinə təyin olunduqdan iki ay sonra o, Zərərçəkmiş şəxs2 öz işinin öhdəsindən gələ bilməməsi barədə “Realmedia.az” saytında yazı yazmışdır. Ancaq onun barəsində internet şəbəkəsində xidməti vəzifəsini yerinə yetirərkən qanun pozuntusuna, neqativ hallara yol verməsi, rüşvət qismində pul alması, maaş kartları vasitəsi ilə işçilərin əmək haqqı olan pul vəsaitlərini mənimsəməsinə dair rüsvayedici məlumatlar yaymaqla hədələməkə 2023-cü ilin avqust ayının ortalarında ondan pul tələb etməmiş və ondan 600 manat pul almamışdır. Xocavənd Rayon İcra Başçısının müavini Zərərçəkmiş şəxs3 ilə 2010-cu ildən dostluq münasibətləri olmuşdur. Zərərçəkmiş şəxs3 atasıgil ilə qonşuluqda yaşayır. Bir dəfə Zərərçəkmiş şəxs3 ona 50 manat pul vermiş və o, Zərərçəkmiş şəxs3 tapşırığı ilə bir dəfə Şuşa-Xankəndi avtomobil yolundakı aksiyada olmuşdur. Zərərçəkmiş şəxs3 13 dekabr 2022-ci il tarixdə onun kartına aksiyada iştirakla əlaqədar olaraq 50 manat pul atmışdır. Lakin o, Zərərçəkmiş şəxs3 zəng edərək özünü «Realmedia.az» xəbər saytının baş redaktoru kimi təqdim etməklə Zərərçəkmiş şəxs3 xidməti vəzifələrini yerinə yetirərkən neqativ hallara, qanun pozuntularına yol verdiyinə, maaş kartları vasitəsi ilə işçilərin əmək haqqı olan pul vəsaitlərini mənimsədiyinə, guya rüşvət qismində pul aldığına dair məzmunlu rüsvayedici məlumatları internet üzərindən «realmedia.az» xəbər saytında yaymaqla hədə-qrxu gəlməklə Zərərçəkmiş şəxs3 pul tələb etməmişdir. Zərərçəkmiş şəxs3 2023-cü ilin yanvar ayında 100 manat və oktyabr ayında 50 manat pulu tələb etməklə almamışdır. Laçın rayonu Çıraqlı kənd tam orta məktəbinin direktoru vəzifəsində işləyən Zərərçəkmiş şəxs4 tanımır. Onunla heç bir münasibəti olmamışdır. O, bir dəfə özünün baş direktoru olduğu «Realmedia.az» xəbər saytında Zərərçəkmiş şəxs4 direktoru olduğu orta məktəbdə şagirdlərdən pul yığılması barədə status paylaşmışdır. Bundan sonra Zərərçəkmiş şəxs4 ona zəng edərək ağlamış və məktəbi barədə yazdığı məlumatların saytdan silinməsini xahiş etmişdir. O da Zərərçəkmiş şəxs4 xahişini və ağlamasını nəzərə alaraq saytından məlumatları silmişdir. Ancaq «Realmedia.az» xəbər saytinin baş direktoru olaraq Zərərçəkmiş şəxs4 direktoru olduğu orta məktəbdə baş verən neqativ hallar barədə saytında yazdığı məlumatları silmək üçün 13 iyun 2023-cü il tarixdə Füzuli Rayonu üzrə Təhsil Sektorunun müdiri vəzifəsində işləyən Şahid1 vasitəsi ilə Zərərçəkmiş şəxs4 pul tələb etməmiş və həmin tarixdə Zərərçəkmiş şəxs4 öz bank kartından onun bank kartına 200 manat pul köçürməmişdir. Əgər kart əməliyyatları yoxlanılsa, 13 iyun 2023-cü il tarixdə Zərərçəkmiş şəxs4 öz bank kartından onun bank kartına 200 manat pulun köçürməməsi təsdiq olunar. O, saytın baş direktoru olmaqla Zərərçəkmiş şəxs4 guya xidməti vəzifə səlahiyyətlərini yerinə yetirərkən neqativ hallara, qanun pozuntularına yol verdiyinə, maaş kartları vasitəsi ilə işçilərin əmək haqqı olan pul vəsaitlərini mənimsədiyinə, guya rüşvət qismində pul aldığına dair rüsvayedici məlumatları internet üzərindən saytında yaymaqla hədə-qorxu gələrək Zərərçəkmiş şəxs4 13 iyun 2023-cü il tarixdə 200 manat pul tələb etməmiş və almamışdır. Zərərçəkmiş şəxs5 adlı şəxsi tanımır, onun adını tutulmasından sonra eşitmişdir. 2023-cü ilin noyabr ayında onun saytı artıq bağlanmışdır. Həmin vaxt saytda hər hansı məqalənin dərc edilməsi absurddur. "xxxx" şirkətində baş verən neqativ hallar barədə “Gündəlik Bakı” saytında dərc edilən məqaləyə istinad olaraq 2017-ci ildə saytında həmin məlumat paylaşılıb. 2023-cü ilin ortalarında "xxxx" şirkətinin mətbuat xidmətinin rəhbəri Aysel xanım ona zəng edərək həmin məlumatın reallağı əks etdirmədiyini bildirməklə məlumatın saytından çıxarılmasını xahiş etmişdir. O, Aysel xanımın xahişinə əsasən həmin məlumatı saytdan çıxarmışdır. Həmin məlumatı saytdan çıxarmaq üçün Zərərçəkmiş şəxs5 öz bildiyi plastik karta 300 manat pul köçürtdürməmiş və almamışdır. Zərərçəkmiş şəxs5 onun barəsində dedikləri yalandır. Onun X4 İdarəsinin rəisi vəzifəsində işləyən Zərərçəkmiş şəxs6la dostluq münasibətləri olmuşdur. Zərərçəkmiş şəxs6 və işlədiyi qurum barədə onun heç vaxt mənfi və ya tənqidi yazısı olmamış, heç vaxt Azimdən pul tələb etməmiş və almamışdır. Azimin nə səbəbdən onun barəsində böhtan xarakterli ərizə yazması ona məlum deyildir. O, Zərərçəkmiş şəxs6 xidməti vəzifə səlahiyyətlərini yerinə yetirərkən neqativ hallara, qanun pzuntusuna yol verməsi, maaş kartı vasitəsi ilə işçilərin əmək haqqı olan pul vəsaitini mənimsədiyinə, guya rüşvət qismində pul almasına dair rüsvayedici xarakter daşıyan məlumatları internet üzərindən «Realmediaz.az» xəbər saytında yaymaqla hədə-qorxu gəlməklə ondan pul tələb etməmişdir. Azim 2024-cü ilin fevral ayında bir dəfə uşağının ad günü ilə əlaqədar olaraq pul kartına 100 manat pul atmışdır ki, uşağa hədiyyə alsın. Çünki, Zərərçəkmiş şəxs6 özü uşağın ad gününə gəlməmişdir. 08 aprel 2024-cü ildə öz şəxsi avtomobili ilə Bakı şəhərinə gedərkən Qaradağ rayonu ərazisində yerləşən yol polisi postunda onu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütsşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları saxlamışlar. Onu özləri ilə idarəyə aparmışlar. Orada əllərini qandallamış, avtomaşınımda axtarış aparmış, qol saatını, telefonunu, möhürünü almışlar. Sonra onu binanın dördüncü mərtəbəsinə qaldırmışlar. Orada doqquz saat qolu bağlı qalmışdır. Sonra üzərində axtarış aparmış, ancaq qanunsuz heç bir şey tapmamışlar. Sonra axşam saatlarında onu müvəqqəti saxlama yerinə aparmışlar. 09 aprel 2024-cü il tarixdə səhər saatlarında onu müstəntiqin yanına aparmışlar. Onda bilmişdir ki, onu hədə-qrxu ilə pul tələb etmək üstündə saxlamışlar. Orada vəkil olmadan onun izahatını almışlar. 09 aprel 2024-cü il tarixdə saat 18 radələrində onu zərərçəkmiş şəxslərlə üzləşdirəcəklərini bildirmişlər. Zərərçəkmiş şəxslərlə onu üzləşdirəndə isə müstəntiq yalnız onun yanında zərərçəkmiş şəxslərin adlarını soruşmuşdur. Təqsirləndirilən şəxs ona verilmiş ittiham üzrə ayrı-ayrı zərərçəkmiş şəxslərdən hədə-qorxu ilə pul tələb etmədiyini və almamasını göstərsə də, onun cinayət əməlləri iş üzrə dindirilmiş zərərçəkmiş şəxslər və şahidlərin ifadələri, işdə olan sənədlər və sair məlumatlarda kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs kimi dindirilən Zərərçəkmiş şəxs6 X4 İdarəsinin rəisi vəzifəsində işləyərkən Təqsirləndirilən şəxs redaktoru olduğu “Realmedia.az” saytında onun barəsində rüsvayedici məlumatlar yaymaqla hədələməklə ondan pul tələb etmədiyini və almadığını, 2024-cü ilin fevral ayında Təqsirləndirilən şəxs ona zəng etməklə Bakıdan gəldiyi zaman avtomobilinin xarab olduğunu, pulunun qurtardığını, tələbə qızının ondan pul istədiyini deyərək ondan 100 manat pul göndərməsini xahiş etməsini və Təqsirləndirilən şəxs xahişi əsasında ona 100 manat pul verməsini göstərsə də, məhkəməyədək araşdırma zamanı Təqsirləndirilən şəxs barəsində yazdığı şikayət ərizəsinin və ifadəsinin elan olunmasından sonra bildirdi ki, Təqsirləndirilən şəxs öz saytında barəsində rüsvayedici məlumatlar yaymaqla hədə-qorxu gələrək ondan pul tələb etmiş və almışdır. Lakin Təqsirləndirilən şəxs atası məhkəmə iclas zalında olduğuna görə Təqsirləndirilən şəxs üzünə durmaq istəmir. İbtidai istintaqda verdiyi ifədəsi doğrudur və həmin ifadəsini tam təsdiq edir. Zərərçəkmiş şəxs6 ibtida istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadəsində göstərmişdir ki, X4 İdarəsinin rəisi vəzifəsində işlədiyi zaman Təqsirləndirilən şəxs Beyləqan rayonunda «rekert» jurnalist kimi tanımışdır. Təqsirləndirilən şəxs 2024-cü ilinin fevral ayında ona zəng edərək ondan 100 manat pul istəmişdir. O, Təqsirləndirilən şəxs ona nə üçün 100 manat pul verməli olduğunu soruşduqda Təqsirləndirilən şəxs barəsində kifayət qədər neqativ məlumatlara malik olduğunu, həmin məlumatları öz saytında yaya biləcəyini demişdir. O, Təqsirləndirilən şəxs düz adam olmadığını, insanlara şərt atmasını, onu şantaj etməsini, barəsində yaydığı məlumatların yalan olmasına baxmayaraq igüzar münasibətlərinə xələl gətirəcəyini düşünərək Təqsirləndirilən şəxsla razılaşmış, idarənin sahə rəisi vəzifəsində işləyən Şahid3 100 manat pul vermişdir ki, Təqsirləndirilən şəxsla əlaqə saxlayaraq həmin pulu ona çatdırsın. Sonra Şahid3 Təqsirləndirilən şəxsla telefon vasitəsi ilə əlaqə saxlamaqla 100 manat pulu onun dediyi kartına köçürdüyünü bildirmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs kimi dindirilən Zərərçəkmiş şəxs2 göstərdi ki, xx.xx.2023-cü ildən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin “X3” X10 direktoru vəzifəsində işləyir. O, rayonda Təqsirləndirilən şəxs adlı “reket» jurnalistin olduğunu bilmişdir. xx.xx.2023-cü il tarixdə Beyləqan Rayon Xəstəxanasına direktor vəzifəsinə təyin olunduqdan sonra xəstəxana ilə bağlı “Realmedia.az” saytında məlumat paylaşıldığını eşitmişdir. O, həmin xəbərin məzmunu ilə tanış olmuş, məqalədə onun fotoşəkili qoyulmuş və tutduğu vəzifəyə layiq olmaması ilə bağlı yazılar olduğunu görmüşdür. Xəbərin paylaşılmasından bir neçə gün keçdikdən sonra təxminən avqust ayının ortalarında hazırda xatırlamadığı nömrədən Təqsirləndirilən şəxs ona zəng edərək “Realmedia.az” saytının redaktoru olduğunu bildirmiş, istənilən vəzifəli şəxs barəsində saytında məlumatları paylaşım etməklə rüsvay edib nüfuzdan sala biləcəyini, onun barəsində də rüsvayedici məlumatları yaya biləcəyini demişdir. O, Raminə hansı səbəbdən onun barəsində yalan xəbərlər paylaşa biləcəyini soruşmuşdur. Ramin isə onun barəsində kifayət qədər neqativ məlumatları olduğunu, əgər barəsində bu cür məlumatların yayılmasını, rüsvay olmasını istəmirəmsə, ona 600 manat pul verməli olduğumu demişdir. Ramin həmçinin həmin 600 manat pulun qarşılığında əvvəlki xəbəri də saytdan götürəcəyini, əlində olan digər məlumatları da paylaşmayacağını vəd etmişdir. O, artıq Raminin düz adam olmadığını, onu şantaj etməsini başa düşmüş, özlüyümdə Raminin paylaşdığı, həmçinin yayacağı ilə onu hədələdiyi bu kimi xəbərlərin yalan olmasını bilsə də, Raminin haqq-nahaq insanlara şər atmaqla məşğul olmasını görüb özü barədə bu kimi əsassız məlumatların yayılacağı halda işgüzar nüfuzuna xələl gələcəyini, əksini sübut edənə qədər onu tanıyanlar, ictimaiyyət arasında rüsvay olacağını, nəzərə alıb bərk narahat olmuşdur. Raminin atasının da jurnalist olması və reketlik etdiyi üçün həbs edilməsini bildiyinə görə Raminlə razılaşmış, lakin üstündə 600 manat olmadığından Raminə 300 manat təklif etmişdir. Ramin etiraz edib 600 manatı hissə-hissə alacağını demiş və ondan pulu almaq üçün onu Beyləqan rayon ərazisində yerləşən “Emin” şadlıq sarayının yanına dəvət etmişdir. O, dərhal həmin ünvana getmiş və orada Raminlə görüşüb ona 300 manat pulu vermişdir. Təxminən bir həftə sonra Ramin yenidən ona zəng edib həmin yerə gəlməsini, qalan 300 manat pulu verməsini tələb etmişdir. O, həmin yerə yollanıb orada Raminlə görüşmüş və Raminə qalan 300 manat pulu vermişdir. Bundan sonra Ramini bir daha görməmiş və Raminlə telefonla danışmamışdır. Ramin guya onun xidməti işində qanun pozuntularına yol verməsini, rəhbəri olduğu qurumda neqativ halların olmasını, guya onun vəzifəmdən sui-istifadə etməsini, işlədiyi quruma ayrılan pulları mənimsəməsini, rüşvətxorluqla məşğul olmasını demişdir. Halbuki bunlar tam yalandır. Bu kimi məlumatları yayacağı ilə, onu rüsvay edəcəyi ilə hədə-qorxu gələrək Ramin ondan 2023-cü ilin avqust ayında iki dəfəyə ümumilikdə 600 manat pul almışdır. Lakin Təqsirləndirilən şəxs ondan 600 manat pulu alsa da, öz saytında onun barəsində yazdıqlarını silməmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs kimi dindirilən Zərərçəkmiş şəxs3 göstərdi ki, Xocavənd Rayon İcra Başçısının müavini vəzifəsində işləyir. Təqsirləndirilən şəxs uşaq yaşlarından tanıyır. Onunla münasibətləri yaxşı olmuşdur. Təqsirləndirilən şəxs ondan üç dəfə pul istəmiş, o da hər dədə 50 manat pul vermişdir. Təqsirləndirilən şəxs bir dədə ona zənd edib deyib ki, maşını xarab olub, yolda qalıb, həmin vaxt ona 50 manat pul göndərmişdir. Təqsirləndirilən şəxs bir dəfə isə demişdir ki, maşını vurmuş, pul istəyib, həmin vaxt ona 50 manat göndərmişdir. 13 dekabr 2022-ci il tarixdə Şuşada keçirilən aksiyada iştirakı ilə əlaqədar olaraq isə Təqsirləndirilən şəxs kartina 50 manat pul göndərmişdir. Təqsirləndirilən şəxs cəmi 150 manat pul vermişdir. Təqsirləndirilən şəxs onunla telefonla danışanda işində nöqsanlar olmasını demişdir. Təqsirləndirilən şəxs onun barəsində rüsvayedici məlumatları yaymaq hədəsi ilə pul tələb etməmişdir. Lakin Zərərçəkmiş şəxs3 ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilən ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 2023-cü ilin yanvar ayında ona zəng edərək ondan 100 manat pul istəmişdir. O, Təqsirləndirilən şəxs ona nə üçün 100 manat pul verməli olduğunu soruşduqda Təqsirləndirilən şəxs onda Xocavənd Rayon İcra Hakimiyyəti haqqında neqativ məlumatlarının ollduğunu, əgər həmin məlumatların yayılmamasını, rüsvay olmamasını istəyirsə, 100 manat pulu verməli olduğunu demişdir. Təqsirləndirilən şəxs həmin pulun qarşılığında əldində olan məlumatları paylaşmayacağını demişdir. O, Təqsirləndirilən şəxs düz adam olmadığını, adamları şərlədiyini, onun barəsində əsassız məlumatlar yayacağını, ictimaiyyət arasında rusvay olacağını düşünərək haxırda xatırlamadığı yol maşını ilə ona 100 manat pul göndərmişdir. Bundan sonra növbəti dədə, təxminən 2023-cü ilin oktyabr ayında Təqsirləndirilən şəxs ona yenidən zəng edərək onda əlavə neqativ məlumatların olduğunu bildirmiş və həmin məlumatları yaymaması üçün 50 manat pul istəmişdir. Yenə də rüsvay olmaması üçün Ramin ilə razılaşmış və ona 50 manat pul göndərmişdir. Bundan sonna 2024-cü ilin yeni il və «Novruz» bayramlarında Ramin ona zəng edərək bayramını təbrik etmişdir. Lakin ondan pul tələb etməmiş və almamışdır. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs4 göstərdi ki, Laçın rayonu Çıraqlı kənd tam orta məktəbin direktoru vəzifəsində işləyir. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. xx.xx.2023-cü il tarixdə məktəbdə çalışan şəxslərdən hansısa birinin onun barəsində “Realmedia.az” saytında neqativ məlumatları paylaşıldığını bildirmişdir. O, “Realmedia.az” saytında və “facebook” səhifəsində barəsində dərc olunan xəbərin məzmunu ilə tanış olmuşdur. Məqalədə məktəbin fotoşəkili qoyulmuş, məzmunda isə guya onun müəllimlərdən və valideyinlərdən pul yığması, korrupsiya hallarına yol verməsi barədə şər-böhtan xarakterli məlumatlar yazılmışdır. Məqalənin sonunda hələ çox məlumatların olduğunu və ardının da gələcəyi qeyd edilmişdir. Yazılan məlumatlar yalan olsa da, o narahat olmağa başlamışdır. O, maraqlandıqda Təqsirləndirilən şəxs «reket» jurnalist kimi tanınmasını və vəzifəli şəxslərdən pul tələb etdiyini öyrənmişdir. Raminin sayt səhifəsində olan telefon nömrəsinə zəng etsə də, telefon zənglərinə cavab verən olmamışdır. Bundan sonra tabe olduğu Laçın Rayon Üzrə Təhsil Sektorunun müdiri Şahid2 zəng edib bu barədə məlumat vermişdir. Bir neçə saat sonra Şahid2 ona zəng edərək tanışı Ramella adlı qadın vasitəsi ilə “Realmedia.az” saytının baş redaktoru Təqsirləndirilən şəxs xəbər göndərdiyini, Raminin məqaləni çıxarmaq və bir daha onun barəsində neqativ xəbər yaymaması üçün 200 manat pul istədiyini demişdir. O razılaşaraq 200 manat pulu göndərməsi üçün Raminin bank kartının nömrəsini istəmişdir. Bir neçə dəqiqədən sonra hazırda xatırlamadığı nömrədən onun telefon nömrəsinə «WhatsApp» proqramı vasitəsi ilə bank kartı göndərmişlər. O, həmin gün, yəni xx.xx.2023-cü il tarixdə öz adıma olan "xxxx" bank kartından 200 manat pulu Təqsirləndirilən şəxs bank kartına göndərmişdir. Lakin Ramin məlumatları silməmişdir. 2023-cü ilin oktyabr ayında onun barəsində yenə də “Realmedia.az” saytında məqalə dərc olunmasını bilmişdir. Bundan sonra o, hüquq mühafizə orqanlarına şikayət etmək qərarına gəlmişdir. Barəsində paylaşılan birinci məlumat onun telefonunda olmuşdur. İstintaq zamanı o, həmin fotoşəkili telefonunda çıxarıb ifadəsitnə əlavə etmişdir. Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 21 fevral 2021-ci il tarixdə “Beyləqan Rayon Xəstəxanası” X14 baş direktoru vəzifəsinə təyin olunduqdan sonra kiminsə onunla bağlı “Realmedia.az” saytında məlumat paylaşıldığını bilmişdir. O, həmin xəbərin məzmunu ilə tanış olmuş, məqalədə fotoşəkili yerləşdirilərək üzərində “Beyləqan şəhərində bir kişi yoxdur ki, bu qadını qoyublar” yazısı olduğunu görmüşdür. Bundan bir neçə gün sonra Təqsirləndirilən şəxs onun qəbuluna gəlmiş, «Realmedia.az” saytının redaktoru olduğunu deyərək, barəsində rüsvayedici məlumatları yaza biləcəyi barədə hədələmişdir. O, isə Ramindən hansı səbəbdən barəsində yalan xəbərləri paylaşa biləcəyini soruşmuşdur. Ramin ona barəsində kifayət qədər məlumatları olduğunu, əgər barəsində bu cür məlumatların yayılmamasını, rüsvayçılığı istəmirsə, 500 manat pul verməli olduğunu, bu pulun müqabilində əvvəlki xəbəri də saytdan çıxaracağını demişdir. O, artıq Raminin düz adam olmadığını, onu şantaj etməsini başa düşərək etirazını bildirmişdir. Sonra Ramin onun iş otağını tərk etmişdir. O, özlüyündə Raminin paylaşdığı, həmçinin yayacağı ilə onu hədələdiyi bu kimi xəbərlər yalan olsa da, Raminin təhlükəli adam olduğunu, haqq-nahaq insanlara şər atmaqla məşğul olmasını görüb özü barəsində bu kimi əsassız məlumatların yayılacağı halda işgüzar nüfuzuna xələl gələcəyini, ictimaiyyət arasında rüsvay olacağını, gözdən düşəcəyini nəzərə alıb bərk narahat olmuşdur. O, həmin günlərdə hətta Ramin barədə xəstəxana işçilərindən və rayon sakinlərindən soruşduqda sonuncunun problemli adam olması, başını ağrıda biləcəyi, atasının da əvvəllər məhkum olunmuş şəxs olduğunu bilmişdir. Bu söhbətlərdən bir neçə gün sonra, yəni 2021-ci ilin fevral ayında Təqsirləndirilən şəxs yanına gələrək eyni şəkildə onu rüsvayçılıqla hədələyib 500 manat pulu tələb etməyə başlamış, Ramin əlavə məlumatları paylaşmaması üçün 500 manat pulu özünün deyəcəyi şəxsə verməsini istəmişdir. O, isə Raminə istədiyi qədər pul vəsaiti olmadığını, barəsində məlumat yaymaması üçün cəmi 50 manat pul verəcəyini demişdir. Təqsirləndirilən şəxs da razılaşaraq ondan xidməti iş otağında 50 manat pulu götürüb getmişdir. Təxminən bir neçə ay sonra Ramin yenidən onun yanına xəstəxanaya gəlmiş, onun barəsində müxtəlif mənbələrdən yenə mənfi məlumatlar daxil olduğunu, həmin xəbərləri paylaşmaq istədiyini, paylaşsa, yaxşı nəticələnməyəcəyini demiş, eyni qayda da hədə-qorxu gələrək ondan təkrar 100 manat pul tələb etmişdir. O da Raminə hər-hansı xəbəri paylaşmamasını, buna görə də istədiyi 100 manatı deyil, 30 manat verəcəyini, onu bir daha narahat etməməsini demişdir. Ramin də yenidən razılaşıb 30 manat pulu ondan götürüb getmişdir. Beləliklə, Təqsirləndirilən şəxs barəsində rüsvayedici məlumatları yayacağı hədəsi ilə ondan 2021-ci ilin fevral ayından 2023-cü ilin iyun ayınadək olan müddət ərzində təxminən 10-15 dəfəyə ümumilikdə 500 manat pulu almışdır. Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, onun qardaşı Səidin həyat yoldaşı X9 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində satış meneceri vəzifəsində işləyir. 2023-cü ilin noyabr ayının ortalarında "xxxx" MMC-nin rəhbərliyi və fəaliyyəti ilə bağlı “Realmedia.az” saytında neqativ və şər-böhtan xarakterli məqalə paylaşıldığını görüb həmin məqaləni yazan şəxs barəsində maraqlanmışdır. Həmin saytdan saytın təsisçisi və baş redaktoru Təqsirləndirilən şəxs olmasını öyrənmişdir. Təqsirləndirilən şəxs telefon nömrəsini əldə edib ona «WhatsApp» proqramı vasitəsi ilə zəng etmiş, özünü təqdim edib "xxxx" MMC barəsində paylaşdığı məqaləni silməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs "xxxx" şirkəti barəsində kifayət qədər məlumatlarının olduğunu, əgər lazım olsa, həmin məlumatları da paylaşım edəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs paylaşdığı xəbərlər yalan olsa da, gəlinlərinin işlədiyi şirkət barəsində bu kimi əsassız məlumatların yayılacağı halda işgüzar nüfuzuna xələl gələcəyini nəzərə alıb Təqsirləndirilən şəxs həmin məlumatları çıxarmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs məlumatların sayıtdan çıxarılması üçün 300 manat pul istəmişdir. O isə Təqsirləndirilən şəxs 200 manat pul göndərə biləcəyini bildirmişdir. Ramin onunla razılaşmış və ona «WhatsApp» ani mesajlaşma şəbəkəsi vasitəsilə plastik kartın fotoşəklini göndərmişdir. O da həmin karta 200 manat pul göndərmişdir. Bu barədə Təqsirləndirilən şəxs məlumat verdikdən sonra Ramin həmin məqaləni silmişdir. Məhkəmə istintaqında şahid kimi dindirilən Şahid3 göstərdi ki, 2001-ci ildən X4 idarəsində sahə rəisi vəzifəsində işləyir. X4 İdarəsinin rəisi əvvəl Zərərçəkmiş şəxs6 olmuşdur. Üç-dörd ilə yaxındır ki, “Realmedia.az” saytının redaktoru, jurnalist Təqsirləndirilən şəxs tanıyır. Ramin onun qonşuluğunda yaşayan Əlövsətin yeznəsidir. Raminlə heç bir düşmənçiliyi və ədavətim yoxdur. 2024-cü ilin yanvar-fevral aylarında müdir Zərərçəkmiş şəxs6 ona xidməti iş otağında 100 manat pul verərək həmin pulu Təqsirləndirilən şəxs çatdırmasını xahiş etmişdir. Ancaq Zərərçəkmiş şəxs6 Təqsirləndirilən şəxs nə səbəbə 100 manat pul verməsini ona deməmişdir. O, Zərərçəkmiş şəxs6 100 manat pulu götürüb, internet proqramı vasitəsi ilə Raminə zəng etmiş, Azim müəllimin ona çatdırması üçün 100 manat pul verdiyini demişdir. Təqsirləndirilən şəxs ona “WhatsApp” proqramı vasitəsi ilə bank kartınının şəkilini göndərmiş və o, Beyləqan rayonu ərazisində yerləşən pul köçürmə aparatı vasitəsi ilə Təqsirləndirilən şəxs ona göndərdiyi bank kartına 100 manat pul göndərmiş və sonra Zərərçəkmiş şəxs6 bu barədə məlumat vermişdir. Məhkəmə istintaqında şahid kimi dindirilən Şahid2 göstərdi ki, 2022-ci ilin may ayından Laçın Rayonu üzrə Təhsil Sektorunun müdiri vəzifəsində işləyir. Zərərçəkmiş şəxs4 Laçın rayon Çıraqlı kənd tam orta məktəbin direktoru vəzifəsini müvəqqəti icra edir. 13 iyun 2023-cü il tarixdə Zərərçəkmiş şəxs4 ona müraciət edərək barəsində “Realmedia.az” xəbər saytında neqativ məqalə dərc olunduğunu bildirmiş, həmin saytın müdiri Təqsirləndirilən şəxsla əlaqə saxlaya bilmədiyini deyərək ondan həmin məqalənin sayıtdan çıxarılmasında köməklik etməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs4 onun müdiri olduğu təhsil sektorunun tabeliyində olan məktəbin direktoru olduğundan ona kömək etməyə razılaşmışdır. Təqsirləndirilən şəxs Füzuli rayonundan olduğundan Füzuli Rayonu Üzrə Təhsil Sektorunun müdiri Ramella xanımın Təqsirləndirilən şəxs və ya qohumlarını tanıya biləcəyini nəzərə alaraq Ramella xanımla danışmış, Təqsirləndirilən şəxs “Realmedia.az” sayıtında Çıraqlı kənd orta məktəinin direktoru Zərərçəkmiş şəxs4 barəsində yazdığı neqativ məlumatların silinməsində köməklik etməsini xahiş etmişdir. Bundan biraz sonra Ramella xanım onunla əlaqə saxlayaraq Təqsirləndirilən şəxsla danışdığını, Təqsirləndirilən şəxs sayıtda Zərərçəkmiş şəxs4 barəsində yazdığı məlumatları siləcəyini və Təqsirləndirilən şəxs pul göndərmək lazım olduğunu bildirmiş və Təqsirləndirilən şəxs bank kartını “WhatsApp” proqramı vasitəsi ilə ona göndərmişdir. O da Təqsirləndirilən şəxs bank kartının fotosunu enyni qaydada Zərərçəkmiş şəxs4 göndərmişdir. Bir neçə dəqiqə sonra Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs kartına 200 manat pul göndərməsi barədə qəbzin surətini ona göndərmişdir. Məhkəmə istintaqında şahid kimi dindirilən Şahid1 Şahid qızı göstərdi ki, 2016-ci ilin yanvar ayından Füzuli Rayonu Üzrə Təhsil Sektorunun müdiri vəzifəsində işləyir. 13 iyun 2023-cü il tarixdə Laçın Rayonu üzrə Təhsil Sektorunun müdiri Şahid2 ona «WhatsApp” proqramı ilə zəng edərək tabeçiliyində olan Laçın rayonu Çıraqlı tam orta məktəbinin direktoru Zərərçəkmiş şəxs4 barəsində əslən Füzuli rayonundan olan Təqsirləndirilən şəxs rəhbərlik etdiyi “Realmedia.az” saytında təhsil sistemini hörmətdən salan rüsvayedici məqalə dərc edildiyini demiş və ondan Təqsirləndirilən şəxs tanıyıb tanımadığını soruşmuşdur. O, Ramini Qurbanovu tanıdığını, Raminin anasının onların təhsil şöbəsinə aid məktəbdə müəllimə olduğunu, atasının isə əvvəllər məktəbdə texniki işçi olduğunu bildirmişdir. Şahid2 ondan Raminlə danışmasını və rəhbəri olduğu sayıtda dərc etdiyi məqalənin çıxarılmasında kömkəlik etməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs4 da onunla əlaqə saxlayaraq məqalənin saytdan çıxarılmasına köməklik etməsini xahiş etmiş və məqalənin çıxarılması üçün Təqsirləndirilən şəxs 200 manat hörmət etmək istədiyini demişdir. O, razılaşaraq Təqsirləndirilən şəxs «WhattsApp» proqramı vasitəsi ilə zəng edərək ondan məqaləni çıxartmasını xahiş etmiş və Elnarə xanımın ona 200 manat hörmət etmək istədiyini demişdir. Təqsirləndirilən şəxs onunla razılaşmış və bank kartının fotoşəkilini ona göndərmişdir. O isə Təqsirləndirilən şəxs bank kartının fotoşəklini Şahid2 göndərmişdir. Sonradan Şahid2 Təqsirləndirilən şəxs bank kartına Zərərçəkmiş şəxs4 tərəfindən 200 manat pul göndərilməsi barədə qəbzin surətini ona göndərmişdir. O da həmin qəbzin surətini Təqsirləndirilən şəxs telefonuna göndərmişdir. Təqsirləndirilən şəxs ona zəng edərək pulun az olmasını demiş və əlavə pul istəmişdir. O isə Təqsirləndirilən şəxs Elnarənin müəllim olduğunu, gücünün ona çatdığını demişdir. Bundan sonra Elnarə barədə məqalə “Realmedia.az” saytından və facebook səhifəsindən silinmişdir. Zərərçəkmiş şəxs5 Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla mübarizə idarəsinə yazdığı xx.xx.2024-cü il tarixli ərizəsində göstərmişdir ki, 2023-cü ilin noyabr ayında özünün “Realmedia.az” xəbər portalının təsisçisi və rəhbəri kimi təqdim edən Təqsirləndirilən şəxs "xxxx" MMC-nin rəhbəri və onun fəaliyyəti ilə bağlı şər-böhtan xarakterli məqaləni silməsi müqabilində ondan ümumilikdə 200 manat pul almışdır. Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə yazdığı xx.xx.2024-cü il tarixli ərizəsində göstərmişdir ki, 2021-ci ilin fevral-mart aylarından 2023-cü ilin iyun ayında qədər Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru vəifəsində işləyərkən “Realmedia.az” saytının baş direktoru Təqsirləndirilən şəxs onun və rəhbəri olduğu xəstəxana barəsində rüsvayedici məlumatları öz saytında paylaşacağı hədəsi ilə hissə-hissə olmaqla ümumilikdə 500 manat pulunu ələ keçirmişdir. Zərərçəkmiş şəxs3 Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə yazdığı xx.xx.2024-cü il tarixli ərizəsində göstərmişdir ki, 2023-cü ilin oktyabr ayından 2024-cü ilin yanvar ayınadək olan müddətdə Təqsirləndirilən şəxs özünü “Realmedia.az” sayıtının təsisçisi və rəhbəri kimi təqdim edərək Xocavənd Rayon İcra Hakimiyyətinin fəaliyyəti ilə bağlı şərt-böhtan xarakterli məqalələr yazacağı barədə hədə-qorxu gələrək ondan ümumilikdə 150 manat pul almışdır. Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə yazdığı xx.xx.2024-cü il tarixli ərizəsində göstərmişdir ki, 2023-cü ilin iyun ayında Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru təyin edilməsindən sonra Təqsirləndirilən şəxs özünü “Realmedia.az” sayıtında xəstəxana barəsində rüsvayedici məlumatları paylaşaraq onu rüsvay etməklə hədələyib 600 manat pulunu ələ keçirmişdir. Zərərçəkmiş şəxs6 Cəbrayıl oğlu Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə yazdığı xx.xx.2024-cü il tarixli ərizəsində göstərmişdir ki, 2024-cü ilin mart ayında özünü “Realmedia. az” saytının rəhbəri kimi təqdim edən Təqsirləndirilən şəxs rəhbərlik etdiyi X4 İdarəsinin fəaliyyəti ilə bağlı şər-böhtan xarakterli məqalələr yazacağı barədə hədə-qorxu gələrək ondan ümumilikdə 100 manat pul almışdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsini xahiş edir. Zərərçəkmiş şəxs4 Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə yazdığı xx.xx.2024-cü il tarixli ərizəsində göstərmişdir ki, 2023-cü ilin iyun ayında özünü “Realmedia. az” saytının rəhbəri kimi təqdim edən Təqsirləndirilən şəxs rəhbərlik etdiyi Laçın rayonu Çıraqlı kənd tam orta məktəbinin fəaliyyəti və özü haqqında şər-böhtan xarakterli məqalələr yazacağı barədə hədə-qorxu gələrək ondan pul almışdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsini xahiş edir. İşdə olan sənədlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Realmedia.az” sayıtının təsisçi direktorudur. Cinayət işi üzrə "xxxx" MMC-dən daxil olmuş məlumatlara baxış keçirilən zaman Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Zərərçəkmiş şəxs3 istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsi ilə xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində 54 dəfə, Zərərçəkmiş şəxs2 istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsi ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixədək olan müddət ərzində 15 dəfə və Zərərçəkmiş şəxs1 istifadəsində olan ***- ***-**-** saylı telefon nömrəsi ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində 44 dəfə, eləcə də şahid qismində dindirilmiş Şahid1 istifadəsində olan ***- ***-**-** saylı telefon nömrəsi ilə xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində 47 dəfə telefon danışığı qeydə alınmışdır. Cinayət işinin materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs4 tərəfindən təqdim edilmiş facebook sosial şəbəkəsində “Mehemmedoğlu Ramin” tərəfindən paylaşılmış neqativ xarakterli yazı dərcinə dair çıxarış və "xxxx" MMC-dən daxil olmuş məlumatları özündə əks etdirən bir ədəd CD disk 29 iyul 2024-cü il tarixli qərarla iş üzrə maddi sübut hesab edilmişdir. Təqsirləndirilən şəxs DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən qanunsuz əməllərə məruz qalması ilə bağlı Respublika Baş Prokurorluğuna daxil olmuş məlumat əsasında aparılan araşdırma zamanı qeyd olunan xüsusat öz təsdiqini tapmadığından prokurorluğun 19 iyul 2024-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə baxışının gedişində müdafiə tərəfinin vəsatəti əsasında Kapital Bank ASCdən əldə edilmiş banka əməliyyatlarına dair məlumatlardan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 21:21-də Zərərçəkmiş şəxs4 adına olan 416973…..1416 nömrəli plastik kartdan Təqsirləndirilən şəxs adına olan 416974…..8517 nömrəli karta 200 manat pul köçürülmüşdür. "xxxx" Məhdud Məsuliyytli Cəmiyyətinin xx.xx.2024-cü il tarixli arayışında göstərilmişdir ki, həmin cəmiyyətdə Aysel adlı şəxs işləmir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında göstərmişdir ki, 08-09 aprel 2024-cü il tarixlərdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində şübhəli şəxs kimi dindirilməsində və iştirakı ilə digər istintaq hərəkətlərinin aparılmasında müdafiəçi qismində təyin edilmiş Bakı şəhər 38 saylı Vəkil Bürosunun vəkili X11 faktiki olaraq iştirak etməmişdir. Müdafiəçi İlham İbadov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə 09 aprel 2024-cü il tarixdə sonradan gəlmiş və sənədlərə imza etmişdir. Həmin məsələnin araşdırılması məqsədi ilə Təqsirləndirilən şəxs 08-09 aprel 2024cü il tarixlərdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində dindirilməsi və onun iştirakı ilə digər istintaq hərəkətlərinin aparılması zamanı müdafiəçi İ.İbadovun həmin idarədə olub-olmamasını aydınlaşdırmaq üçün onun istifadəsində olan ***-***-**-** telofon nömrəsinin anten dairəsi barədə məlumatlar məhkəmənin qərarı əsasında əldə edilməklə cinayət işinin materiallarına əlavə edilmişdir. Anten dairəsi barədə məlumatlardan görünür ki, 08-09 aprel 2024-cü il tarixlərdə şübhəli şəxs Təqsirləndirilən şəxs dindirilməsi və onun iştirakı ilə digər istintaq hərəkətlərinin aparılması zamanında müdafiəçi İ.İbadovun telefonu ilə hər hansı danışıq aparılmamış və ya sms göndərilməmişdir. Bu isə müdafiəçinin göstərilən müddətdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində olmasını və orada olarkən telefonunun işlək vəziyyətdə olmamasını təsdiq edir. «Respublika Psixitariya Xəstəxanası» X14 xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicə olunmamışdır. «Respublika Narkoloji Mərkəzi» X14 xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs həmin mərkəzdə qeydiyyatda olunmamışdır. Azərbaycan Respublikası Baş Əməliyyat və Statistik İnformasına İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamə və işə əlavə edilmiş qərarlardan görünür ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə CMnin 178.2.3-cü maddəsi ilə təqsirli bilinərək 5000 manat cərimə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya məhkəməsinin xx.xx.2017-ci tarixli qərarı ilə CM-in 62-ci maddəsi tətbiq edilməklə cəzası 1000 manat cərimə cəzası ilə əvəz edilmişdir. Füzuli Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 147.1, 147.2 və 148-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə 06 ay islah işləri cəzası təyin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə hökm dəyişdirilmiş, CM-nin 147.1, 147.2 və 148-ci maddələri ilə təqsirli bilinmiş, CM-nin 66.3, 66.5 və 68-ci maddələrinə əsasən əmək haqqının 15%-i tutulmaqla 06 ay müddətə islah işləri cəzasına və 1500 manat cərimə cəzası təyin edilib. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Füzuli Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş 24 aprel 2024-cü il tarixli, 300390/2024 saylı məktubda bildirilmişdir ki, Təqsirləndirilən şəxs islah işləri növündə cəzasını tam çəkib bitirmiş, “8 noyabr-Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 2.11-ci bəndinə əsasən 1500 manat cərimə cəzasından azad edilmişdir. Təqsirləndirilən şəxs islah işləri növündə cəzanı tam çəkib bitirdiyi və 1500 manat cərimə cəzasından azad edildiyinə görə 29 mart 2022-ci il tarixdə Füzuli rayon İcra və Probasiya Şöbəsinin qeydiyyatından çıxarılmışdır. Füzuli Rayon İcra Hakimiyyəti Başçısının Dövlətyarlı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, himayəsində xx.xx.2006 və xx.xx.2008-ci illərdə doğulmuş uşaqları vardır. Həmin nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədə göstərilmişdir ki, 23 avqust 1993-cü ildə Füzuli rayonunun işğalından sonra Təqsirləndirilən şəxs Beyləqan rayonunda məskunlaşmış və orada yaşayır, onun barəsində nümayəndəliyə heç bir şikayət və məlumat daxil olmamışdır. «Beyləqan Rayon Mərkəzi Xəstəxanası» X17 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, 2006-cı il təvəllüdlü X7 «Trombostoz naməlum etioloqiyalı anemiya, hemotransfüziyadan sonrakı vəziyyət» diaqonozu ilə xəstədir. Təqsirləndirilən şəxs iş üzrə xx.xx.2024-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş və barəsində həbs qətimkan tədbiri seçilməklə həmin vaxtdan həbsdə saxlanılır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs “Realmedia.az” xəbər saytının baş redaktoru olaraq ayrı-ayrı vaxtlarda barələrində guya xidməti vəzifə səlahiyyətlərini yerinə yetirərkən neqativ hallara, qanun pozuntularına yol vermələri, tabeliklərində olan işçilərə hesablanmış əmək haqlarını maaş kartları vasitəsi ilə mənimsəmələri, rüşvət qismində pul almaları və sair məzmunlu rüsvayedici xarakter daşıyan məlumatları internet üzərindən “Realmedia.az” xəbər saytında yayıb ictimailəşdirəcəyi barədə hədə-qorxu gəlməklə həmin məlumatların özü tərəfindən yayılmaması müqabilində və ya vəzifəli şəxslərin barələrində xəbər sayıtında yaymış olduğu eyni xarakterli rüsvayedici məlumatların silinməsi müqabilində hədə-qorxu ilə pul tələb etməklə 2021-ci ilin fevral ayından 2023-cü ilin iyun ayınadək olan müddətdə “Beyləqan Rayon Xəstəxanası” X14 direktoru vəzifəsində işləyən Zərərçəkmiş şəxs1 vahid niyyətlə hissə-hissə 500 manat; 2023-cü ilin avqust ayının ortalarında “Beyləqan Rayon Xəstəxanası” X14 direktoru vəzifəsində işləyən Zərərçəkmiş şəxs2 təkrar olmaqla 600 manat; 2023-cü ilin yanvar ayında Xocavənd Rayon İcra Başçısının müavini vəzifəsində işləyən Zərərçəkmiş şəxs3 təkrar olmaqla 100 manat və 2023-cü ilin oktyabr ayında 50 manat; 13 iyun 2023-cü il tarixdə təkrar olmaqla Laçın rayonu Çıraqlı kənd tam orta məktəbin direktoru vəzifəsində işləyən Zərərçəkmiş şəxs4 200 manat; 2023-cü ilin noyabr ayında təkrar olmaqla Zərərçəkmiş şəxs5 300 manat; 2024-cü ilin fevral ayında X4 İdarəsinin rəisi vəzifəsində işləyən Zərərçəkmiş şəxs6 təkrar olmaqla 100 manat pulu hədə-qorxu ilə tələb etməklə ələ keçirməsi, əməlində cinayət tərkibinin və cinayət hadisəsinin olması, təqsirliliyi kifayət qədər sübuta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək Təqsirləndirilən şəxs «Beyləqan Rayon Xəstəxanası» X14 direktoru vəzifəsində işləyən Zərərçəkmiş şəxs1 fəaliyyəti ilə bağlı neqativ məlumatları “Realmedia.az” saytında yaymış olsa da, Zərərçəkmiş şəxs1 həmin məlumatların silinməsi üçün hədə-qorxu ilə pul tələb etməməsi və ondan 500 manat pul almaması, «Beyləqan Rayon Xəstəxanası» X14 direktoru vəzifəsində işləyən Zərərçəkmiş şəxs2 öz işinin öhdəsindən gələ bilməməsi barədə “Realmedia.az” saytından yazı yazsa da, ondan 600 manat pul tələb etməməsi və almaması, Xocavənd Rayon İcra Başçısının müavini Zərərçəkmiş şəxs3 hədə-qorxu ilə pul tələb etməməsi, Şuşa-Xankəndi yolunda keçirilən aksiyada iştirak etməsi ilə əlaqədar olaraq Zərərçəkmiş şəxs3 13 dekabr 2022-ci il tarixdə onun kartına 50 manat pul köçürməsi, Zərərçəkmiş şəxs3 2023-cü ilin yanvar ayında 100 manat və oktyabr ayında 50 manat pulu tələb etməməsi və almaması; Zərərçəkmiş şəxs4 direktoru olduğu Laçın rayonu Çıraqlı kənd tam orta məktəbində şagirdlərdən pul yığılması barədə «Realmedia.az» xəbər saytında status paylaşsa da, həmin məlumatın silinməsi üçün Zərərçəkmiş şəxs4 pul tələb etməməsi və almaması, Zərərçəkmiş şəxs4 ona zəng edərək ağladığına görə məlumatı saitdən silməsi, Zərərçəkmiş şəxs5 adlı şəxsi tanımaması, onun qardaşı arvadının işlədiyi "xxxx" şirkətində baş verən neqativ hallar barədə məlumatları 2023-cü ilin ortalarında "xxxx" şirkətinin mətbuat xidmətinin rəhbəri Aysel xanımın xahişinə əsasən saytdan çıxarması, X4 İdarəsinin rəisi Zərərçəkmiş şəxs6la dostluq münasibətlərinin olması, onun barəsində «Realmediaz.az» xəbər sayıtında rüsvayedici məlumatları yaymaq hədə-qorxusu ilə pul tələb etməməsi, Zərərçəkmiş şəxs6 2024-cü ilin fevral ayında bir dəfə uşağının ad günü ilə əlaqədar olaraq kartına 100 manat pul köçürməsi barədə ifadəsini işin faktiki halları ilə ziddiyyət təşkil etdiyindən sübut kimi qəbul etmir. Belə ki, Zərərçəkmiş şəxs6 məhkəmə istintaqında verdiyi ifadəsində X4 İdarəsinin rəisi vəzifəsində işləyərkən Təqsirləndirilən şəxs “Realmedia.az” saytında onun barəsində rüsvayedici məlumatlar yaymaqla hədələməklə ondan pul tələb etmədiyini və almadığını, 2024-cü ilin fevral ayında Təqsirləndirilən şəxs ona zəng etməklə Bakıdan gəldiyi zaman avtomobilinin xarab olduğunu, pulunun qurtardığını, tələbə qızının ondan pul istədiyini deyərək ondan 100 manat pul göndərməsini xahiş etməsini və Təqsirləndirilən şəxs xahişi əsasında ona 100 manat pul verməsini göstərsə də, məhkəməyədək araşdırma zamanı Təqsirləndirilən şəxs barəsində yazdığı şikayət ərizəsinin və ifadəsinin elan olunmasından sonra bildirdi ki, Təqsirləndirilən şəxs öz saytında barəsində rüsvayedisi məlumatlar yaymaqla hədə-qorxu gələrək ondan pul tələb etmiş və almışdır. Lakin Təqsirləndirilən şəxs atası məhkəmə iclas zalında olduğuna görə Təqsirləndirilən şəxs üzünə durmaq istəmir. İbtidai istintaqda verdiyi ifədəsi doğrudur və həmin ifadəsini tam təsdiq edir. Zərərçəkmiş şəxs6 ibtida istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadəsində isə Təqsirləndirilən şəxs 2024-cü ilinin fevral ayında ona zəng edərək 100 manat pul istədiyini, əks halda barəsində neqativ məlumatları öz saytında yaya biləcəyini dediyini, buna görə də idarənin sahə rəisi Şahid3 100 manat pul verməklə Təqsirləndirilən şəxs çatdırmasını tapşırmasını, sonra Şahid3 100 manat pulu Təqsirləndirilən şəxs dediyi kartına köçürməsinə dair ona məlumat verməsini göstərmişdir. Şahid3 da məhkəmədə Zərərçəkmiş şəxs6 ifadəsini təsdiq edərək göstərmişdir ki, sahə rəisi vəzifəsində işlədiyi X4 İdarəsinin rəisi Zərərçəkmiş şəxs6 2024-cü ilin yanvarfevral aylarında ona 100 manat pul verərək Təqsirləndirilən şəxs çatdırmasını xahiş etmişdir. O, internet proqramı vasitəsi ilə Raminə zəng etmiş, Azim müəllimin ona çatdırması üçün 100 manat pul verdiyini demiş, Təqsirləndirilən şəxs ona “WhatsApp” proqramı vasitəsi ilə bank kartınının şəkilini göndərmiş və o, Beyləqan rayonu ərazisində yerləşən pulköçürmə aparatı vasitəsi ilə Təqsirləndirilən şəxs ona göndərdiyi bank kartına 100 manat pul göndərmiş və sonra Zərərçəkmiş şəxs6 bu barədə məlumat vermişdir. Odur ki, məhkəmə Zərərçəkmiş şəxs6 məhkəmə istintaqında verdiyi ifadəsini tanışı Təqsirləndirilən şəxs müdafiə məqsədi daşımaqla qeyri-obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Zərərçəkmiş şəxs6 ibtidai istintaqda verdiyi ifadəsi işin faktiki halları və Şahid3 ifadəsi ilə tam uyğunluq təşkil etdiyindən həmin ifadəsini obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul edir. Zərərçəkmiş şəxs2 həm ibtidai istintaqda, həm də məhkəmə istintaqında verdiyi ifadəsində xx.xx.2023-cü il tarixdə “X3” X10 direktoru vəzifəsinə təyin olunduqdan sonra Təqsirləndirilən şəxs “Realmedia.az” saytında barəsində rüsvayedici məlumatları yaymaqla hədələməklə ondan iki dəfəyə 600 manat pul almasını təsdiq etmişdir. Zərərçəkmiş şəxs3 məhkəmə istintaqında verdiyi ifadəsində Təqsirləndirilən şəxs bir dəfə maşını xarab olduğuna görə 50 manat, bir dəfə maşınını vurduğuna görə 50 manat, bir dəfə isə Şuşa şəhərində aksiyada iştirakı ilə əlaqədar olaraq 50 manat kartına pul göndərdiyini göstərsə də, ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilən ifadəsində göstərmişdir ki, Xocavəd Rayon İcra Hakimiyyəti başçısının müavini işlədiyi zaman təxminən 2023-cü ilin yanvar ayında Təqsirləndirilən şəxs ona zəng edərək 100 manat pul istəmiş, o, pul vermək istəmədikdə Təqsirləndirilən şəxs Xocavənd Rayon İcra Hakimiyyəti haqqında neqativ məlumatlarının olduğunu, əgər həmin məlumatların yayılmamasını, rüsvay olmamasını istəyirsə, 100 manat pulu verməli olduğunu demişdir. O, ictimaiyyət arasında rüsvay olacağını düşünərək xatırlamadığı yol maşını ilə Təqsirləndirilən şəxs 100 manat pul göndərmişdir. Bundan sonra təxminən 2023-cü ilin oktyabr ayında Təqsirləndirilən şəxs ona yenidən zəng edərək ondan əlavə neqativ məlumatların olduğunu bildirmiş və həmin məlumatları yaymaması üçün 50 manat pul istəmişdir. Yenə də rüsvay olmaması üçün Ramin ilə razılaşmış və ona 50 manat pul göndərmişdir. Məhkəmə Zərərçəkmiş şəxs3 məhkəmə istintaqında verdiyi ifadəsini tanışı Təqsirləndirilən şəxs müdafiə məqsədi daşımaqla qeyri-obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir, onun ibtidai istintaqda verdiyi ifadəsini işin faktiki halları ilə uyğunluq təşkil etdiyindən obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs4 göstərdi ki, Laçın rayonu Çıraqlı kənd tam orta məktəbin direktoru vəzifəsində işləyrkən xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs ona barəsində “Realmedia.az” saytında neqativ məlumatların paylaşıldığını bilərək bu barədə Laçın Rayon Təhsil Sektorunun müdiri Şahid2 məlumat vermiş, Şahid2 Füzuli Rayon Təhsil Sektorunun müdiri Şahid1 vasitəsi ilə Təqsirləndirilən şəxsla əlaqə saxlamış, Təqsirləndirilən şəxs məqaləni çıxartmaq və bir daha onun barəsində neqativ xəbər yaymaması üçün 200 manat pul istəmiş və həmin gün öz adına olan "xxxx" bank kartından 200 manat pulu Təqsirləndirilən şəxs bank kartına göndərmişdir. Məhkəmə istintaqında şahid kimi dindirilən Şahid2 və Şahid1 Şahid qızı Zərərçəkmiş şəxs4 göstərdiyi xüsusatları tam təsdiq etmişlər. Eyni zamanda "xxxx" MMC-dən daxil olmuş məlumatlardan görünür ki, həqiqətən də xx.xx.2023-cü ildə Zərərçəkmiş şəxs4 adına olan plastik bank kartından Təqsirləndirilən şəxs adına olan karta 200 manat pul köçürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs öz saytında "xxxx" MMC-nin fəaliyyəti ilə bağlı yazdığı neqativ məlumatları silmək üçün Zərərçəkmiş şəxs5 pul almadığını, həmin cəmiyyətin mətbuat xidmətinin rəisi Aysel adlı qadının xahişi ilə məlumatları sildiyini göstərsə də, "xxxx" MMC tərəfindən verilmiş arayışdan görünür ki, həmin cəmiyyətdə Aysel adlı şəxs işləməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 182.2.2-ci maddəsi ilə düzgün tövsif olunmuş və ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəx Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 182.2.2-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 08 aprel 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübut kimi tanınmaqla iş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs4 tərəfindən təqdim edilmiş facebook sosial şəbəkəsində “Mehemmedoğlu Ramin” tərəfindən paylaşılmış neqativ xarakterli yazı dərcinə dair çıxarış və və "xxxx" MMC-dən daxil olmuş məlumatları özündə əks etdirən bir ədəd CD disk cinayət işində saxlanılmalıdır. İş üzrə məhkəmə xərcləri və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 182.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib ona cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin, cəzaçəkmə müddətinin başlanğıcı 08 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut kimi tanınmaqla iş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs4 tərəfindən təqdim edilmiş facebook sosial şəbəkəsində “Mehemmedoğlu Ramin” tərəfindən paylaşılmış neqativ xarakterli yazı dərcinə dair çıxarış və və "xxxx" MMC-dən daxil olmuş məlumatları özündə əks etdirən bir ədəd CD disk cinayət işində saxlanılsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev
Məhkəmə qərarları › İş №1(099)-99/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-99/2025
10.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver