Məhkəmə qərarları › İş №1-1(092)-10/2021

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-10/2021

18.03.2021 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-10/2021 18.03.2021 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ İbrahimov İlham Sadət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, müdafiəçi, Naxçıvan şəhər Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs iştirakları ilə, Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin inzibati binasında xx xxxxxx 1996-cı ildə Babək rayonunun Gülşənabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmayan, Babək rayonunun Gülşənabad kəndində qeydiyyatda olmaqla yaşayan, müvəqqəti işsiz, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 330.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar ona rəis hesab olunan Zərərçəkmiş şəxs ağız nahiyəsindən yumruq zərbəsi vuraraq sağlamlığına ağırlıq dərəcəsi təyin edilməyən “alt dodağın haşiyəsinin əzilmiş yarası” xəsarətini yetirməklə hərbi xidmət üzrə vəzifələrinin yerinə yetirilməsi zamanı rəisə qarşı zor tətbiq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 17 dekabr N0N0-ci il tarixdə, saat N radələrində hərbi hissənin əsgər yataqxanasının zirzəmisində yerləşən tədris siniflərinin olduğu dəhliz ilə gedən zaman gizir Zərərçəkmiş şəxs sağ çiyninə toxunduğu üçün aralarında mübahisə olduğundan 19 dekabr N0N0-ci il tarixdə saat 14:05 radələrində həmin səbəbdən mübahisəni davam etdirmək üçün gizir Zərərçəkmiş şəxs tədris sinifləri olan dəhlizə dəvət edərək orada Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 9-cu maddəsində nəzərdə tutulan “Tutduğu vəzifələrinə və hərbi rütbələrinə görə hərbi qulluqçular biri o birinə münasibətdə rəis və yaxud tabe olandır. Tabelikdə olanlar rəislərinə sözsüz tabe olmağa borcludurlar” və 38-ci maddəsində nəzərdə tutulan “hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar” tələblərini pozub rütbəcə ona rəis hesab olunan Zərərçəkmiş şəxs ağız nahiyəsindən yumruq zərbəsi vuraraq sağlamlığına ağırlıq dərəcəsi təyin edilməyən “alt dodağın haşiyəsinin əzilmiş yarası” xəsarətini yetirməklə hərbi xidmət üzrə vəzifələrinin yerinə yetirilməsi zamanı rəisə qarşı zor tətbiq etmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət qanunu ilə nəzərdə tutulmuş əməli aşağıda göstərilən vəziyyətdə törətmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 330.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək, ifadəsində 17 dekabr N0N0-ci ildə saat N radələrində dəhliz ilə gedərkən, onunla eyni hərbi hissədə xidmət edən gizir Zərərçəkmiş şəxs ilə çiyin-çiyinə dəydiyini, bu səbəbdən aralarında mübahisə yarandığını, bu vaxt onunla eyni hərbi hissədə xidmət edən MAHHXHQ əsgər Şahid3 onların yanına gəlib söhbəti böyütməmələrini deyərək Zərərçəkmiş şəxsla birlikdə tədris sinifinə getdiyini, o da siqaret çəkmək üçün çölə çıxdığını, 19 dekabr N0N0-ci il tarixində saat 14:05 radələrində nahar yeməyinə hazırlıq üçün hərbi hissənin qərargah binasının yan tərəfində olan yolda düzülərkən gizir Zərərçəkmiş şəxs ona acıqlı və tərs-tərs baxmış, buna görə Zərərçəkmiş şəxs yaxınlaşaraq 5-10 dəqiqə sonra gələrsən tədris sinifinin yanına söhbət edərik dediyini, bir neçə dəqiqə sonra Zərərçəkmiş şəxsla tədris sinifləri yerləşən dəhlizdə görüşüb aralarındakı mübahisəyə aydınlıq gətirərkən Zərərçəkmiş şəxs hərəkətlərindən qıcıqlanaraq onun ağız nahiyəsindən bir yumruq zərbəsi vurduğunu, Zərərçəkmiş şəxs huşunu itirərək yerə yıxıldığını, ona nəsə olacağından qorxub çölə çıxaraq əsgərlərə həkim çağırmalarını deyib geriyə qayıtdığını, Zərərçəkmiş şəxs köməklik göstərməyə çalışaraq yerdən qaldırıb stulda oturduğunu, bir neçə dəqiqə sonra hərbi hissənin tibb məntəqəsinin növbətçi feldşeri gizir Şahid1 və gizir Şahid4 Zərərçəkmiş şəxs kömək etmək üçün tədris sinifinə gəldikdə Şahid1 Zərərçəkmiş şəxs yumruqla vurduğunu dediyini, Şahid1 və Şahid4 Zərərçəkmiş şəxs hərbi hissənin tibb məntəqəsinə apardıqlarını, hadisədən sonra Zərərçəkmiş şəxs üzr istəyib etdiyi əmələ görə peşman olduğunu bildirmiş və Zərərçəkmiş şəxsla barışdığını göstərmişdir. Təqsirləndirilən şəxs həmin əməldə təqsiri özünün etirafından başqa iş üzrə dindirilmiş zərər çəkmiş şəxsin, şahidlərin ifadələri və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində dindirilmiş gizir Zərərçəkmiş şəxs ifadəsində 17 dekabr N0N0-ci ildə, saat N radələrində hərbi hissənin əsgər yataqxanasına gedərkən dəhlizdə Təqsirləndirilən şəxs ilə üz-üzə gəldiyini, Təqsirləndirilən şəxs onun sağ çiyninə toxunduğunu, bu səbəbdən aralarında mübahisə yarandığını, bu vaxt onunla eyni hərbi hissədə xidmət edən MAHHXHQ Şahid3 onların yanına gəlib söhbəti böyütməmələrini deyərək Zərərçəkmiş şəxsla birlikdə tədris sinifinə getdiyini, Təqsirləndirilən şəxs isə çölə çıxdığını, 19 dekabr N0N0-cildə saat 14:05 radələrində nahar yeməyi üçün düzülüşə gedərkən hərbi hissənin qərargah binasının yan tərəfində Təqsirləndirilən şəxsla qarşılaşdığını, Təqsirləndirilən şəxs ona 5-10 dəqiqə sonra tədris sinifinin qarşısına gəlməsini dediyini, 5 dəqiqə sonra tədris sinifinin qarşısına getdiyini, bu vaxt Təqsirləndirilən şəxsla aralarında təkrar mübahisə yarandığını Təqsirləndirilən şəxs onun ağız nahiyəsindən bir yumruq zərbəsi vurduğunu, zərbənin təsirindən huşunu itirərək yerə yıxıldığını, ayılan zaman gizir Şahid4 və gizir Şahid1 onun qollarına girərək hərbi hissənin tibb məntəqəsinin qarşısına gətirdiklərini gördüyünü, Təqsirləndirilən şəxs vurduğu zərbə nəticəsində dodağından xəsarət aldığından Şahid1 ona ilk tibbi yardım göstərdiyini, sonra N05 saylı hərbi hospitala getdiyini, hərbi hospitalda müayinə edilərkən ona üst dodağında 7 mm-lik yad cisim olduğu deyildiyini, lakin üst dodağı yarılanda orada heç bir yad cisim aşkar olunmadığını, Təqsirləndirilən şəxs ondan üzr istəyərək etdiyi hərəkətdən peşman olduğunu bildirdiyindən onunla barışdığını, şikayəti və ya tələbi olmadığını göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində 19 dekabr N0N0ci il tarixində N №-li hərbi hissənin tibb məntəqəsində olarkən, saat 14:10-da bir əsgər qaçaraq tibb məntəqəsinə gəlib tədris siniflərinin qarşısında bir nəfərin özündən getdiyini, kömək etmək lazım olduğunu dediyini, dərhal tibbi ləvazimatlarını götürərək tədris sinifləri olan yerə tərəf qaçdığını, həmin yerə çatanda gizir Zərərçəkmiş şəxs stulda yarıbükülü vəziyyətdə oturduğunu, huşunu itirdiyindən özündə olmadığını, dodağının partladığını və ağzında qan olduğunu gördüyünü, Təqsirləndirilən şəxs nə olduğunu soruşduğunu, Təqsirləndirilən şəxs ona Zərərçəkmiş şəxsla aralarında mübahisə yarandığını, o ağız nahiyəsindən bir yumruq zərbəsi vurduğundan huşunu itirərək yerə yıxıldığını dediyini, bundan sonra Şahid4la birlikdə Zərərçəkmiş şəxs qollarından yapışaraq tibb məntəqəsinə aparıb ona tibbi yardım göstərdiyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş ŞahidN ifadəsində 19 dekabr N0N0-ci il tarixində saat 14:10 radələrində tədris sinifinə daxil olarkən Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs dəhlizdə söhbət etdiklərini gördüyünü, onlar sakit şəkildə nəsə danışdıqlarından əhəmiyyət vermədən sinifə daxil olduğunu, bir neçə dəqiqə sonra dəhlizdə tappıltı səsi gəldiyini eşitdiyini, nə baş verdiyini müəyyənləşdirmək üçün dəhlizə çıxan zaman Zərərçəkmiş şəxs yerdə uzandığını, Təqsirləndirilən şəxs isə ona kömək etməyə çalışdığını gördüyünü, bu vaxt Təqsirləndirilən şəxs onu dəhlizdə görərək həkim çağırmağını dediyini, hərbi hissənin tibb məntəqəsinə gedərək orada olan növbətçi feldşer gizir Şahid1 tədris siniflərinin qarşısında bir nəfərin huşunu itirərək özündən getdiyini, kömək etmək lazım olduğunu dediyini, Şahid1 tibbi yardım çantasını götürüb tədris siniflərinə tərəf qaçdığını, Zərərçəkmiş şəxs hansı səbəbdən özündən getdiyini bilmədiyini, sonradan Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ağız nahiyəsindən bir yumruq zərbəsi vurduğundan onun huşunu itirərək özündən getdiyini eşitdiyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində 17 dekabr N0N0ci il tarixində saat N radələrində siqaret çəkmək üçün çölə çıxarkən dəhlizdə Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs sözlü mübahisə etdiklərini gördüyünü, onlara yaxınlaşaraq Zərərçəkmiş şəxs nə baş verdiyini, nə üçün mübahisə etdiklərini soruşduğunu, Zərərçəkmiş şəxs dəhlizdə gedərkən Təqsirləndirilən şəxsla çiyin-çiyinə dəydiklərini və bu səbəbdən də aralarında mübahisə yarandığını dediyini, onlara söhbəti böyütməmələrini deyərək Zərərçəkmiş şəxsla birlikdə tədris sinifinə getdiyini, 19 dekabr N0N0-ci il tarixində Zərərçəkmiş şəxs ona Təqsirləndirilən şəxs 17 dekabr N0N0-ci ildə olan mübahisəni aydınlaşdırmaq üçün onu tədris sinifinə dəvət etdiyini, orada aralarında yenidən mübahisə yaşandığını, Təqsirləndirilən şəxs onun ağız nahiyəsindən bir yumruq zərbəsi vurduğunu, dodağının partladığını və huşunu itirərək özündən getdiyini dediyini göstərmişdir. Məhkəmə iclasında üzürlü səbəbdən iştirak etməyən Şahid4 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edildi, onun həmin ifadəsi ilə də Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli bir daha sübuta yetir. Cinayət işinin 1-ci cildinin 55-56-cı vərəqələrinə əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının N6 dekabr N0N0-ci il tarixli N9N №-li rəyində Zərərçəkmiş şəxs almış olduğu alt dodağın haşiyəsinin əzilmiş yarası xəsarəti küt əşyanın təsirindən törənməyə xarakterikdir, qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə törənməsi istisna edilmir, sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin edilmir olunmadığı göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 5N-ci vərəqəsinə əlavə edilmiş N №-li hərbi hissə komandirinin N yanvar N0N1-ci il tarixli, 15 №-li əmrindən çıxarışdan görünür ki, MAHHXHQ əsgər Təqsirləndirilən şəxs hərbi hissənin 1-ci reaktiv artileriya divizionun 3-cü reaktiv artileriya batareyasının 1-ci reaktiv artileriya taqımının N-ci döyüş maşının sürücüsü vəzifəsində xidmət etmiş, Müdafiə nazirinin müavini – XN Komandanın 07 yanvar N0N1-ci il tarixli 0N əç №-li əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxılmışdır. Cinayət işinin 1-ci cildinin N8-ci vərəqəsinə əlavə edilmiş N №-li hərbi hissə komandanlığı tərəfindən verilmiş arayışda həmin hərbi hissənin maddi-texniki təminat bölüyünün yanacaq sürtkü materialları anbarının rəisi vəzifəsində, gizir hərbi rütbəsində xidmət edən Zərərçəkmiş şəxs 1-ci artileriya divizonun 3-cü artileriya batareyasının 1-ci taqımının N-ci döyüş maşının sürücüsü vəzifəsində, əsgər hərbi rütbəsində xidmət etmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin 11-ci maddəsinin 4-cü bəndinə əsasən rəis hesab olunduğu göstərilmişdir. Cinayət işinin 1-ci cildinin N3-cü vərəqəsinə əlavə edilmiş N №-li hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamədə Təqsirləndirilən şəxs mənfi xarakterizə olunmuşdur. Cinayət işinin 1-ci cildinin 51-ci vərəqəsinə əlavə edilmiş Naxçıvan MR Daxili İşlər Nazirliyinin Təşkilat-İnspeksiya İdarəsinin Əməliyyat və Statistik İnformasiya bölməsindən verilmiş tələbnamədə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmağı haqda heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 330.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” N5 iyun N003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı və s.) əsasən müəyyən edilir. Həmin qərara əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 330.1-ci maddəsinin sanksiyasında iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama (Təqsirləndirilən şəxs xidmətdən tərxis olunduğundan hərbi xidmət üzrə məhdudlaşdırma cəzası və intizam xarakterli hərbi hissədə saxlama növündə cəzalar ona tətbiq edilə bilməz) və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur ki, cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına daxildir. Təqsirləndirilən şəxs ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayətin törədilməsi, zərər çəkmiş şəxslə barışıq əldə etməsi və törətdiyi cinayət əməlini səmimi etiraf edib, əməlindən peşman olması cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdıran halın olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, barəsində törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 330.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkmədən də islah olmasını məqsədə müvafiq hesab edir. Məhkəmə təyin edilmiş cəzanı təqsirləndirilən şəxsə münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla, sınaq müddəti verilməklə şərti olaraq tətbiq edilməsini ədalət və cəzanın məqsədlərinə nail olmaq prinsipləri baxımından uyğun hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə mindikdən sonra qüvvədən düşmüş hesab edilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353.1, 353.N, 353.4, 356, 381 və 384.1-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 330.1-ci maddəsi ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 330.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilsin və barəsində 01 (bir) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı və qeydiyyatda olduğu yer üzrə Babək rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra qüvvədən düşmüş hesab edilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan N0 gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim İlham İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar