Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1-1(3-7)-23/2026 23.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hüseynov Salman Bilal oğlu (sədrlik edən və məruzəçi), X2 və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, Abdullayev Samir Zahid oğlunun katibliyi, Dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə prokuroru dövlət ittihamçısı3, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi İsgəndərov Fuad İnqilab oğlunun iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 232.2.3, 311.2, 329.2.1, 341.3-cü və (## #### 2025-ci il tarixədək qüvvədə olmuş) 228.1-ci maddələri ilə məhkum edilməsinə dair Gəncə Hərbi Məhkəməsinin ## ### 2026-cı il tarixli hökmündən məhkum və müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə cinayət işinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında məhkəmə baxışı keçirməklə, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ : Gəncə Hərbi Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli (hakimlər V.zərərçəkmiş şəxs5ov (sədrlik edən), T.Ə.Şəbəndiyeva və C.İ.Bəşirov) hökmü ilə ## #### 1996-cı ildə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, əvvəllər məhkum olunmayan, Daşkəsən rayonunun Alunitdağ kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, sabiq hərbi qulluqçu, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 232.2.3, 311.2, 329.2.1, 341.3-cü və (## #### 2025-ci il tarixədək qüvvədə olmuş) 228.1-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinməsi və Cinayət Məcəlləsinin 311.2-ci maddəsi ilə 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında məsul vəzifə tutma hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 329.2.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 341.3-cü maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin (## #### 2025-ci il tarixədək qüvvədə olmuş) 228.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 232.2.3-cü maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Cinayət Məcəlləsinin 66.3-cü və 66.4-cü maddələrinə əsasən ona təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında məsul vəzifə tutma hüququndan məhrum edilməklə 05 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsi, dərhal məhkəmə iclas zalında həbsə alınması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, cəza çəkmə müddətinin əvvəlinin ev dustaqlığına alındığı gündən, yəni ## ### 2025-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi 50 (əlli) manat məbləğində pul xüsusi müsadirə qaydasında ondan dövlət nəfinə alınması qərara alınmış, həmçinin hökmlə məhkəmə məsrəfləri məsələsi həll olunmuşdur. Hökmə əsasən Təqsirləndirilən şəxs vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qanunsuz hərəkətlərə görə, özü üçün, birbaşa və şəxsən maddi nemət istəyib almaqla rüşvət almış, təkrarən rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə zor tətbiq etmiş, öz qulluq mövqeyindən istifadə etməklə döyüş sursatını talayaraq qanunsuz olaraq əldə etmiş, daşımış və saxlamış, habelə döyüş şəraitində rəis kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə qulluq mənafeyi tələb etdiyi halda istifadə etməmiş, xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə, dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində V vəzifəsində, R hərbi rütbəsində şərti olaraq “G-54ç” adlanan döyüş mövqeyində mövqe başçısı kimi hərbi xidmətdə olarkən, 2024-cü ilin sentyabr ayının sonlarında, günorta saatlarında döyüş mövqeyində manqanın baş atıcısı, əsgər zərərçəkmiş şəxs3 yaxınlaşaraq mövqedə mobil telefondan istifadə edib-etməmək istədiyini soruşub, vəzifəli şəxs kimi müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına sadə funksiyalı mobil telefonlardan, həm də bütün hərbi qulluqçulara smartfon tipli mobil telefonlardan istifadənin qadağan edilməsi barədə Azərbaycan Ordusunun Baş Qərargah rəisinin ## ### 2024-cü il tarixli, *** nömrəli əmrinin tələblərinin komandiri olduğu bölmədə icrasını təmin etməli, həmin tələblərin pozulmasının qarşısını almalı olduğu halda, qeyd olunan əmrin tələblərinin pozulmasında ifadə olunan qanunsuz hərəkət, yəni əsgər zərərçəkmiş şəxs3 xidmət yerinə smartfon tipli mobil telefon gətirərək, xidmət zamanı istifadə etməsinə şərait yaradılması müqabilində sonuncuya 50 manat məbləğində pul verməli olduğunu bildirmiş, zərərçəkmiş şəxs3 razılaşdıqda ona mobil telefonu gətirərək istifadə etməsini, 50 manat pulu isə daha sonra verə biləcəyini dedikdə sonuncu qardaşı şahid1 zəng edərək mövqedə istifadə etməsi üçün mobil telefon alaraq göndərməsini demiş, şahid1 “RedMi Note 9” markalı smartfon tipli mobil telefon alaraq bir neçə gündən sonra telefonu kənardan baxdıqda içərisi görünməyən boş şampun qabının içərisinə yerləşdirib digər əşyalarla birlikdə bağlamaya qoyaraq taksi vasitəsilə Daşkəsən rayonunun Zağalı kəndinə göndərmiş, Təqsirləndirilən şəxs oradan döyüş mövqeyinə gələn avtomobillərdən birinin sürücüsü vasitəsilə bağlamanın döyüş mövqeyinə gətirilməsinə nail olduqdan və zərərçəkmiş şəxs3 verdikdən sonra sonuncu daimi olaraq hər hansı məhdudiyyət olmadan “RedMi Note 9” markalı mobil telefondan istifadə etmiş, ## ####### 2024-cü il tarixdə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs3 mobil telefon işlətməyinə icazə verdiyi üçün ona verməli olduğu 50 manat pulu verməsini bildirib, zərərçəkmiş şəxs3 xahişi ilə həmin tarixdə qardaşı şahid1 onun **************** nömrəli bank kartına göndərdiyi 50 manat pulu qəbul edərək, bir müddət sonra sosial şəbəkədə video paylaşdığına görə telefonu alıb sındıranadək zərərçəkmiş şəxs3 mütəmadi olaraq mobil telefon istifadə etməsinə şərait yaratmaqla, vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qanunsuz hərəkətə görə özü üçün, birbaşa və şəxsən maddi nemət istəyib almaqla rüşvət almışdır. Bundan başqa o, həmin vəzifədə və rütbədə qeyd edilən yerdə hərbi xidmətdə olarkən, 2024-cü ilin sentyabr ayının sonlarında, günorta saatlarında mövqenin əsgər yataqxanasında hərbi hissənin maddi-texniki təminat bölüyünün təsərrüfat taqımının həmin mövqedə xidmət edən aşpazı, əsgər zərərçəkmiş şəxs2 çörək bişirərkən kənarlarını yandırmasına əsəbləşib, tabeliyindəki əsgər heyəti üzərində öz üstünlüyünü nümayiş etdirərək əhəmiyyətsiz məsələləri bəhanə edib X1k və təhqir etməklə onları qorxu altında saxlamaqla öz iradəsinə tabe etdirmək məqsədi ilə zirehli dəbilqənin üst hissəsi ilə zərərçəkmiş şəxs2 başına bir dəfə güclü zərbə vurub ona fiziki ağrı yetirməklə, rəis olaraq hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə zor tətbiq etmişdir. Bundan başqa o, həmin vəzifədə və rütbədə qeyd edilən yerdə hərbi xidmətdə olarkən, 2024-cü ilin oktyabr ayının əvvəllərində, saat 10 radələrində əsgər zərərçəkmiş şəxs2 özünə məxsus dəbilqəsini gətirib ona verməsi üçün əşya anbarına göndərmiş, sonuncunun gətirdiyi dəbilqənin ona aid olmadığını görüb əsəbləşərək, tabeliyindəki əsgər heyəti üzərində öz üstünlüyünü nümayiş etdirərək əhəmiyyətsiz məsələləri bəhanə edib X1k və təhqir etməklə onları qorxu altında saxlamaqla öz iradəsinə tabe etdirmək məqsədi ilə dəbilqənin üst hissəsi ilə başına bir dəfə güclü zərbə vurub ona fiziki ağrı yetirməklə, təkrarən rəis olaraq hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə zor tətbiq etmişdir. Bundan başqa o, həmin vəzifədə və rütbədə qeyd edilən yerdə hərbi xidmətdə olarkən, 2024-cü ilin oktyabr ayının əvvəllərində, səhər saatlarında əsgər zərərçəkmiş şəxs3 ayıq növbə olub xidmətini mövqenin ərazisində aparmalı olmasına baxmayaraq, əsgər yataqxanasına daxil olmasına əsəbləşib, barəsində qanunamüvafiq tədbirlər görmək əvəzinə tabeliyindəki əsgər heyəti üzərində öz üstünlüyünü nümayiş etdirərək X1k və təhqir etməklə onları qorxu altında saxlamaqla öz iradəsinə tabe etdirmək məqsədi ilə əsgər yataqxanasında zərərçəkmiş şəxs3 çökməsini tələb edib zirehli dəbilqənin üst hissəsi ilə başına iki dəfə zərbə vurub ona fiziki ağrı yetirməklə, təkrarən rəis olaraq hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə zor tətbiq etmişdir. Bundan başqa o, həmin vəzifədə və rütbədə qeyd edilən yerdə hərbi xidmətdə olarkən, 2024-cü ilin oktyabr ayının ortalarında, günorta saatlarında mövqenin əsgər yataqxanasında hərbi hissənin tank əleyhinə bölüyünün həmin mövqedə xidmət edən heyət nəfəri, əsgər zərərçəkmiş şəxs1 ilə söhbət zamanı sonuncunun Beyləqan rayonunda doğulduğunu bilib, həmin rayonda doğulmuş şəxslərdən xoşu gəlmədiyini bildirib, tabeliyindəki əsgər heyəti üzərində öz üstünlüyünü nümayiş etdirərək əhəmiyyətsiz məsələləri bəhanə edib X1k və təhqir etməklə onları qorxu altında saxlamaqla öz iradəsinə tabe etdirmək məqsədi ilə zirehli dəbilqənin üst hissəsi ilə onun başına bir dəfə güclü zərbə vurub ona fiziki ağrı yetirməklə, təkrarən rəis olaraq hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə zor tətbiq etmişdir. Bundan başqa o, həmin vəzifədə və rütbədə qeyd edilən yerdə hərbi xidmətdə olarkən, 2024-cü ilin oktyabr ayının ortalarında, səhər saatlarında əsgər Əliyev İbrahim Mahir oğlunun mövqedə döyüş növbətçiliyini həyata keçirərkən yatdığını aşkar edib barəsində qanunamüvafiq tədbir görmək əvəzinə, tabeliyindəki əsgər heyəti üzərində öz üstünlüyünü nümayiş etdirərək X1k və təhqir etməklə onları qorxu altında saxlamaqla öz iradəsinə tabe etdirmək məqsədi ilə əsgər İbrahim Əliyevi əsgər heyəti ilə birlikdə sıraya düzüb “niyə yatırsan ? yatanlar erməniyə işləyir, xidmət edə bilmirsənsə, get ananı-bacını gətir bura, burdakı əsgərlər də baxıb yaxşı xidmət eləsinlər, get özünü öldür, niyə yaşayırsan, bu sözləri başqa kiməsə desəm, indiyə qədər özünü öldürmüşdü, özünü öldürsən də, öldürməsən də peysərsən” deyərək onun şərəf və ləyaqətini alçaltmış, İbrahim Əliyevin çənə nahiyəsinə bir dəfə yumruq zərbəsi, ardınca dizi ilə ayaqlarına bir neçə dəfə zərbə vuraraq onu yerə yıxıb bədəninin müxtəlif nahiyələrinə dəfələrlə yumruq və təpik zərbələri vurub ona güclü fiziki ağrı yetirməklə, təkrarən rəis olaraq hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə zor tətbiq etmişdir. Bundan başqa o, həmin vəzifədə və rütbədə qeyd edilən yerdə hərbi xidmətdə olarkən, 2024-cü ilin oktyabr ayının ortalarında, səhər saatlarında taqımın tuşlayıcı minaatanı vəzifəsində, əsgər rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olan zərərçəkmiş şəxs4 onun yol verdiyi qanunsuzluqlara görə əşya otağında ona irad bildirməsinə əsəbləşib, sonuncunun sol çiyin nahiyəsinə bir dəfə, sinə nahiyəsinə bir dəfə olmaqla ümumilikdə iki güclü yumruq zərbəsi vurub fiziki ağrı yetirməklə, təkrarən rəis olaraq hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə zor tətbiq etmişdir. Bundan başqa o, həmin vəzifədə və rütbədə qeyd edilən yerdə hərbi xidmətdə olarkən, 2024-cü ilin oktyabr ayının ortalarında, saat 11-12 radələrində döyüş mövqeyinin ərazisində həmin gün yuxarı komandanlıqdan gələn yoxlamaya silahların 2-3 gündən bir təmizləndiyini dediyinə görə əsgər İbrahim Əliyevə yaxınlaşıb “sən qoyunsanmı? bilmirsənmi silah hər gün təmizlənməlidir? məni satdın, sənə görə mənə problem yarandı, get ananı, bacını gətir problemi həll etsin” deyərək onun şərəf və ləyaqətini alçaldıb tabeliyindəki əsgər heyəti üzərində öz üstünlüyünü nümayiş etdirərək X1k və təhqir etməklə onları qorxu altında saxlamaqla öz iradəsinə tabe etdirmək məqsədi ilə əsgər İbrahim Əliyevin hər iki sifət nahiyəsinə bir dəfə olmaqla ümumilikdə iki şillə zərbəsi vurmuş, ardınca çiyin nahiyəsindən tutub yerə yıxaraq bir dəfə təpik zərbəsi vurub ona fiziki ağrı yetirməklə, təkrarən rəis olaraq hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə zor tətbiq etmişdir. Bundan başqa o, həmin vəzifədə və rütbədə qeyd edilən yerdə hərbi xidmətdə olarkən, 2024-cü ilin oktyabr ayının sonlarında, günorta saatlarında manqa atıcısı, əsgər zərərçəkmiş şəxs7 döyüş mövqeyinin ərazisini qardan təmizləmək üçün * nömrəli müşahidə sektoruna daxil olub oradan təsərrüfat belini götürdüyündən sonuncuya tapşırıq vermədiyi halda icazəsiz müşahidə sektoruna daxil olub təsərrüfat belini götürməsinə əsəbləşərək, əşya otağının qarşısında şəxsi heyəti düzərək tabeliyindəki əsgər heyəti üzərində öz üstünlüyünü nümayiş etdirərək əhəmiyyətsiz məsələləri bəhanə edib X1k və təhqir etməklə onları qorxu altında saxlamaqla öz iradəsinə tabe etdirmək məqsədi ilə sonuncunun yaxasından tutub silkələyərək arxaya doğru itələyib su bidonlarının üzərinə yerə yıxmış, ardınca yerə yıxılmış vəziyyətdə sinə nahiyəsinə iki yumruq zərbəsi və ayaq nahiyəsinə bir təpik zərbəsi vurub ona fiziki ağrı yetirməklə, təkrarən rəis olaraq hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə zor tətbiq etmişdir. Bundan başqa o, həmin vəzifədə və rütbədə qeyd edilən yerdə hərbi xidmətdə olarkən, 2024-cü ilin noyabr ayının ortalarında, günorta saatlarında manqanın sanitar atıcısı, əsgər zərərçəkmiş şəxs5 döyüş mövqeyinin ərazisində təsərrüfat işləri ilə məşğul olan zaman döyüş növbətçisi kimi xidmətə çıxmalı olmasına baxmayaraq, ləng hərəkət etməsinə əsəbləşib, tabeliyindəki əsgər heyəti üzərində öz üstünlüyünü nümayiş etdirərək əhəmiyyətsiz məsələləri bəhanə edib X1k və təhqir etməklə onları qorxu altında saxlamaqla öz iradəsinə tabe etdirmək məqsədi ilə əsgər yataqxanasında onun baş nahiyəsinə bir neçə dəfə çömçə, bir neçə dəfə də zirehli dəbilqənin üst hissəsi ilə vurub ona fiziki ağrı yetirməklə, təkrarən rəis olaraq hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə zor tətbiq etmişdir. Bundan başqa o, həmin vəzifədə və rütbədə qeyd edilən yerdə hərbi xidmətdə olarkən, 2024-cü ilin noyabr ayının ortalarında, günorta saatlarında əsgər yataqxanasında əsgər zərərçəkmiş şəxs7 müraciət və danışıq formasının xoşuna gəlmədiyini bildirib, tabeliyindəki əsgər heyəti üzərində öz üstünlüyünü nümayiş etdirərək əhəmiyyətsiz məsələləri bəhanə edib X1k və təhqir etməklə onları qorxu altında saxlamaqla öz iradəsinə tabe etdirmək məqsədi ilə baş nahiyəsinə bir neçə dəfə çömçə, bir neçə dəfə də zirehli dəbilqənin üst hissəsi ilə vurub ona fiziki ağrı yetirməklə, təkrarən rəis olaraq hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə zor tətbiq etmişdir. Bundan başqa o, həmin vəzifədə və rütbədə hərbi xidmətdə olarkən, 2024-cü ilin noyabr ayının ortalarında, düşmənlə bilavasitə təmas xəttində olmaqla döyüş şəraitində yerləşən şərti olaraq G-54ç adlandırılan, başçısı olduğu döyüş mövqeyində içərisində 3 ədəd təlim patronu, 27 ədəd 7.62 mm çaplı döyüş patronu olan bir ədəd avtomat darağının əskik olduğunu müəyyən edərək darağın itirildiyini düşünüb, şəxsi heyətə mövqeyin ərazisində axtarış aparıb tapılması barədə göstəriş vermiş, bir neçə saat davam edən axtarış nəticə verməmiş, silah-sursatın saxlandığı dolabın arxa hissəsinə düşmüş daraq həmin vaxt tapılmamış, mövqe başçısı olaraq Daxili Xidmət Nizamnaməsinin 5-ci maddəsinin «hərbi qulluqçunun onunla bağlı baş vermiş hadisə barədə özünün bilavasitə rəisinə məlumat verməli olmasına», Müdafiə nazirinin müavini – Vnın ##.##.2022-ci il tarixli, *** nömrəli əmri ilə təsdiq edilmiş “Motoatıcı (Dağatıcı, əməliyyat, (Komando)) bölmələrinin döyüş postlarında döyüş xidmətinin və gündəlik fəaliyyətlərin təşkili üzrə Təlimat”a * nömrəli Əlavənin “Post başçısının döyüş postunun mühafizəsini təşkil etməli, baş vermiş dəyişikliklər və hadisələr barədə dərhal bilavasitə rəisinə məruzə etməli olmasına” dair tələblərinə riayət edib, patronla dolu avtomat darağının əskik olması barədə bilavasitə rəisinə məruzə etməli olduğu halda, araşdırma aparılıb cavabdeh şəxs kimi barəsində hər hansı hüquqi tədbir görüləcəyindən çəkindiyi üçün məruzə etməməklə, döyüş şəraitində rəis kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə qulluq mənafeyi tələb etdiyi halda istifadə etməmiş, digər döyüş mövqeyindən bir ədəd patronla dolu avtomat darağını gizli ələ keçirərək başçısı olduğu döyüş mövqeyindəki çatışmazlığı «aradan qaldırmaq» qərarına gəlib, bu məqsədlə xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edərək əsgər zərərçəkmiş şəxs3 yaxınlıqdakı G-53ç döyüş mövqeyinə gedərək oradan bir ədəd patronla dolu avtomat darağını gizli şəkildə götürüb gətirməsini demiş, sonuncu onun qanunsuz göstərişini yerinə yetirməkdən imtina etdikdə döyüş mövqeyinin çətin iqlim və relyef şəraitində yerləşdiyi ərazidə həmin vaxt havanın soyuq və şaxtalı olmasından istifadə edib, əsgər zərərçəkmiş şəxs3 dediyini etməyəcəyi halda ona və digər xidmət yoldaşlarına əsgər yataqxanasına daxil olmağa icazə verməyəcəyi və onlara qarşı daimi olaraq törətdiyi nizamnamədənkənar hərəkətləri davam etdirərək incidəcəyi ilə hədələmiş, zərərçəkmiş şəxs3 əvvəllər Təqsirləndirilən şəxs tərəfindən fiziki zorakılığa məruz qaldığından və digər xidmət yoldaşlarının da fiziki zorakılığa məruz qalmalarının şahidi olduğundan, onun hədəsini ciddi qəbul edib, nizamnamədənkənar rəftarının daha da şiddətlənəcəyindən qorxaraq, özünün və xidmət yoldaşlarının daha çox əziyyət çəkməməsi üçün fiziki və psixi məcburiyyət təsiri altında öz iradəsinə zidd olaraq, xidməti cəhətdən asılı olduğu R Təqsirləndirilən şəxs qanunsuz göstərişini icra etmək məcburiyyətində qalaraq razılaşdıqdan sonra Müdafiə nazirinin müavini – Vnın ##.##.2022-ci il tarixli, *** nömrəli əmri ilə təsdiq edilmiş “Motoatıcı (Dağatıcı, əməliyyat, (Komando)) bölmələrinin döyüş postlarında döyüş xidmətinin və gündəlik fəaliyyətlərin təşkili üzrə Təlimat”ın 1.10-cu bəndinə əsasən döyüş postunun şəxsi heyətinə Vnin icazəsi olmadan heç bir halda döyüş postunu və onun ərazisini tərk etməyin qadağan edilməsinə baxmayaraq, zərərçəkmiş şəxs3 G-53ç döyüş mövqeyinə göndərmiş, zərərçəkmiş şəxs3 orada xidmət edən hərbi qulluqçular təsərrüfat işləri ilə məşğul olduğundan onu görmədikləri vaxt əsgər yataqxanasına gizli şəkildə daxil olub orada yerləşən silahsursat saxlanılan dolabdan içərisində 03 ədəd təlim patronu, 1 ədədinin qiyməti 0.83 manat olmaqla 22.41 manat dəyərində hərbi hissəyə məxsus, istifadəyə yararlı 27 ədəd döyüş sursatı hesab olunan 7.62 mm çaplı döyüş patronu olan bir ədəd avtomat darağı götürüb G54ç döyüş mövqeyinə gətirərək R Təqsirləndirilən şəxs vermiş, sonuncu itmiş hesab etdiyi patronla dolu darağın əvəzi kimi silah-sursat saxlanılan dolaba qoymuş, bundan bir neçə gün sonra həmin dolabın arxa hissəsinə düşmüş, G-54ç döyüş mövqeyinə məxsus patronla dolu avtomat darağı tapıldıqda belə G-53ç döyüş mövqeyindən gizli ələ keçirdiyi patronla dolu avtomat darağının həmin döyüş mövqeyinə qaytarılmasını təmin etməmiş, yalnız bu barədə məlumatlı olan müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu, əsgər zərərçəkmiş şəxs4 ##.##.2024-cü il tarixdə xidmət yeri G-54ç döyüş mövqeyindən G-53ç döyüş mövqeyinə dəyişdirildikdən sonra onun tələbi ilə həmin patronla dolu daraq əsgər zərərçəkmiş şəxs3 tərəfindən aparılıb G-53ç döyüş mövqeyinə qoyulmuş, bununla da Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə döyüş sursatını talayaraq qanunsuz olaraq əldə etmiş, daşımış və saxlamış, habelə Təqsirləndirilən şəxs döyüş şəraitində rəis kimi vəzifə səlahiyyətlərini aşması fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə əsgər zərərçəkmiş şəxs3 hədə-qorxuya məruz qoyularaq qanunazidd əməlin törədilməsinə məcbur edilməklə Azərbaycan Respublikasının Konstitusiyasının 79-cu maddəsində nəzərdə tutulmuş “Heç kəs Azərbaycan Respublikasının Konstitusiyasına və ya qanunlarına zidd vəzifələrin icrasına məcbur edilə bilməz” hüququnun kobud şəkildə pozulmasında, cinayət təqibinə məruz qalmasında, qeyd edilən əməli törədərkən və araşdırma gedişində güclü həyəcan və psixoloji gərginlik keçirməsində ifadə olunan, habelə dövlətin qanunla qorunan mənafelərinə döyüş mövqeyində nizam-intizamın pozulmasında, hərbi qulluqçularda, eləcə də xidmətini başa vurduqdan sonra xidmət zamanı gördükləri barədə digər vətəndaşlara danışmaq ehtimalı böyük olan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularında ruh düşkünlüyü yaranaraq komandir heyətinə olan inam və etibarın zədələnməsində, döyüş qabiliyyətinə mənfi təsir göstərilməsində, yanlış olaraq Silahlı Qüvvələrdə, xüsusən də çətin relyef və iqlim şəraitində yerləşən döyüş mövqelərində nizam-intizamın aşağı səviyyədə olması, cəzasızlıq və nəzarətsizlik mühitinin hökm sürməsi təəssüratının yaranmasında, G53ç döyüş mövqeyində patronla dolu darağın çatışmazlığı aşkarlanacağı təqdirdə bununla bağlı aidiyyəti vəzifəli şəxslər tərəfindən lüzumsuz əmək və vaxt sərf edilməsi, hər hansı qanunazidd əməl törətməmiş hərbi qulluqçuların əsassız olaraq xidməti araşdırma, cinayət təqibinə və ya hər hansı hüquqi tədbir görülməsinə məruz qalması risklərinin yaranmasında ifadə olunan mühüm zərər vurulmasına səbəb olmuşdur. Bundan başqa o, həmin vəzifədə və rütbədə hərbi xidmətdə olarkən, 2024-cü ilin dekabr ayında yol verdiyi qanunsuzluqlarla bağlı barəsində aparılan xidməti araşdırma ilə əlaqədar taborun dayaq məntəqəsinə çağırılıb həmin taborun 9-cu bölüyünün əsgər yataqxanasında olarkən, qeyd edilən araşdırma ilə bağlı oraya çağırılmış əsgər zərərçəkmiş şəxs4 ona yol verdiyi qanunsuzluqlara görə irad bildirməsinə əsəbləşərək sağ əli ilə sonuncunun sol üz nahiyəsinə bir dəfə güclü yumruq zərbəsi vurub ona fiziki ağrı yetirməklə, təkrarən rəis olaraq hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə zor tətbiq etmişdir. Birinci instansiya məhkəməsinin həmin hökmündən təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək CM-nin 62.2-ci maddəsinin tətbiq edilərək barəsində ədalətli hökm qəbul edilməsini xahiş etmişdir. Həmçinin hökmdən müdafiəçi apellyasiya şikayəti verərək hökmün ləğv edilməsini və Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələr ilə bəraət verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hökmün təsviri-əsaslandırma hissəsində Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş əsgərlərə (zərərçəkmiş şəxs2, zərərçəkmiş şəxs3, zərərçəkmiş şəxs1 və s.) dəbilqə, çömçə, yumruq və təpiklə "güclü zərbələr" vurulduğu və onlara "güclü fiziki ağrı" yetirildiyi iddia edilir. Cinayət-Prosessual Məcəlləsinin 145-ci maddəsinə əsasən hər bir sübut mötəbərlik və aidiyyəti baxımından qiymətləndirilməlidir. İş materiallarında olan zərərçəkmiş İbrahim Əliyevin ifadəsindən aydın olur ki, "hadisələrin üstü açılandan sonra onlar həkim baxışında olmuşlar, lakin heç bir xəsarət aşkar olunmamışdır. CM-in 232-ci maddəsi üzrə "talama niyyətinin", "qulluq mövqeyindən sui-istifadənin" və "X1" səbəbinin olmaması ilə məhkəmə onu "öz qulluq mövqeyindən istifadə etməklə və həyat-sağlamlıq üçün təhlükəli olmayan X1klə döyüş sursatını talama" və qanunsuz saxlama maddələri ilə təqsirli bilmişdir. İş sənədlərindən sübut olunub ki, əskik olan daraq heç bir yerə itməmiş və talanmamışdır o, silah-sursatın saxlandığı dolabın arxa hissəsinə düşmüş və həmin vaxt tapılmamışdır. Bir neçə gündən sonra isə elə həmin postda dolabin arxasından tapılmışdır. Müvəkkili sadəcə yoxlama zamanı problem yaranmasın deyə, nizam-intizam qaydalarını pozaraq qonşu postdan müvəqqəti daraq gətirib çatışmazlığı gizlətməyə çalışmış, sonra isə həmin darağı dərhal yerinə qaytarmışdır. "X1" faktının hüquqi təbiəti ittiham müvəkkilin qulluq mövqeyindən istifadə edərək "həyat və sağlamlıq üçün təhlükəli olmayan X1klə" silahı ələ keçirdiyini iddia edir. Lakin Ali Məhkəmənin Plenum təcrübəsinə görə, tətbiq olunan zorakılıq və ya qulluq mövqeyinin təzyiqi məhz talama məqsədinə xidmət etməlidir. Müvəkkili əsgərlərə qarşı (iddia olunan) fiziki təzyiqi silah darağını oğurlamaq, mənimsəmək üçün yox, onların postda xidmət zamanı nizamnaməni pozaraq smartfon telefondan istifadə etmələrinə görə (intizam yaratmaq məqsədilə) etmişdir. Zorakılığın məqsədi talama üsulu olmadığından, əməlin CM 232.2.3 və 232.2.4-cü maddələri ilə tövsif edilməsi kobud hüquqi xətadır. Bu hərəkətlər yalnız hərbi xidmət əleyhinə olan müstəqil intizam xətası kontekstində qiymətləndirilə bilər. Eyni zamanda hökmdə iddia olunur ki, Təqsirləndirilən şəxs hərbi hissəyə məxsus daraq və patronları talamışdır. Lakin faktiki hallar sübut edir ki, sözügedən daraq hərbi hissənin daxili sferasından kənara çıxarılmamış, sadəcə dolabın arxasına düşmüş və yerində qalmışdır. AR Ali Məhkəməsi Plenumunun rəhbər qərarlarına əsasən, talamanın əsas komponenti "tamah" (mənfəət əldə etmə) niyyətinin olmasıdır. Müdafiə etdiyi şəxsin bu sursatları satmaq, gizlətmək və ya şəxsı məqsədləri üçün istifadə etmək niyyəti olmamışdır. Sursat dərhal yerinə qaytarılmış və dövlətə heç bir maddi ziyan dəyməmişdir. Bundan əlavə, hökmdə açıq şəkildə yazılmışdır: "..1 ədədinin qiyməti 0.83 manat olmaqla cəmi 22.41 manat dəyərində hərbi hissəyə məxsus..." sursatın talanmasına münasibətdə AR CM-in 14.4-cü maddəsinə əsasen, formal olaraq cinayət qanunvericiliyi ilə nəzərdə tutulmuş əməlin əlamətləri mövcud olsa da, azəhəmiyyətli olduğuna görəə cəmiyyət üçün təhlükəli olmayan hərəkət cinayət sayılmır. Cəmi 22.41 manatlıq formal dəyəri olan və hərbi hissədən çıxarılmayan bir əşyaya görə ağır cinayət ittihamının verilməsi qanunun ruhuna tamamilə ziddir. Bu əməl yalnız Hərbi İntizam Nizamnaməsi çərçivəsində qiymətləndirilməli idi. Ali Məhkəmənin sözügedən Plenum qərarına və Azərbaycan Respublikası, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsasən, CM-nin 228-ci maddəsinin tətbiqi üçün silahın və ya döyüş sursatının qanunsuz dövriyyədə olması mütləq şərtdir. Konstitusiya Məhkəməsi vurğulayır ki, əgər silah-sursat onsuz da dövlətin qanuni sərəncamındadırsa, mülki dövriyyəyə çıxarılrnayıbsa və şəxs hərbi qulluqçudursa formal xətalara görə bu maddə tətbiq edilə bilməz. Dolabın arxasına düşmüş dövlət əmlakına, habelə nizam-intizamı pozaraq digər postdan müvəqqəti gətirilən nizamnamə sursatına görə hərbi qulluqçuya "qanunsuz silah saxlama və əldə etmə" ittihamının verilməsi hüquqi nonsensdir. Məhkəmə əməli səhv tövsif edərək maddi hüquq normasını kobud şəkildə pozmuşdur. Təqsirləndirilən şəxs hərbi qulluqçudur və sözügedən sursatlar dövlətin rəsmi sərəncamında olan, hərbi hissəyə məxsus əmlakdır. AR Konstitusiyası Məhkəməsinin müvafiq hüquqi mövqeyinə əsasən, dövlətin qanuni dövriyyəsində olan və hərbi qulluqçuya xidməti fəaliyyəti ilə əlaqədar təhkim edilmiş (yaxud onun xidməti sferasında olan) sursat müvafiq maddə mənasında "qanunsuz dövriyyə" predmeti ola bilməz. Əməlin bu maddə ilə tövsif edilməsi hüquqi xətadır. Bundan başqa, Təqsirləndirilən şəxs smartfon telefondan istifadəyə şərait yaratmaq müqabilində əsgər zərərçəkmiş şəxs3 50 manat rüşvət almaqda ittiham olunur. Təqsirləndirilən şəxs ilk gündən bildirmişdir ki, bu pul rüşvət deyil, əsgərin xahişi ilə onun qardaşı tərəfindən ərzaq məhsulları alınması üçün göndərilmiş və həmin pula marketdən ərzaq alınıb əsgərə təslim edilmişdir. CPM-nin 85-ci maddəsinin tələbinə rəğmən istintaq orqanı müdafiə tərəfinin bu rəsmi versiyasını yoxlamaq üçün heç bir addım atmamış, müvafiq mağazanın satıcılarını dindirməmiş və kamera görüntülərini götürməmişdir. CPM-in 21.2-ci maddəsinə və Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən, şəxsin təqsirliliyinə dair sübut olunmamış hər bir şübhə onun xeyrinə şərh edilməlidir. Ortada pulun rüşvət olduğunu təsdiqləyən-heç bir qanuni maddi sübut (audiodanışıq, rüşvət predmeti kimi götürülmə protokolu) olmadığı halda, yalnız birtərəfli şahid ifadəsi ilə ittiham hökmünün çıxarılması qanunsuzdur. Bundan başqa, məhkəmə müdafiə tərəfinin "kart hesabına daxil olan 50 manat pulun rüşvət deyil, əsgərlərə sovqat və ərzaq alınması üçün göndərilməsi" barədə verdiyi ifadələri tamamilə əsassız olaraq rədd etmişdir. Hökmdə ciddi daxili ziddiyyət mövcuddur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs rüşvəti ## ####### 2024-cü il tarixdə almışdır. Lakin eyni sənəddə yazılmışdır ki, o, pulu aldıqdan "bir müddət sonra sosial şəbəkədə video paylaşdığına görə telefonu alıb sındıranadək... "əsgərə şərait yaratmışdır. Zərərçəkmiş zərərçəkmiş şəxs7 ifadəsindən isə görünür ki, daraq hadisəsi noyabr ayının ortalarında baş verib və həmin vaxt əsgər hələ də telefonu işlədirmiş. Əgər tərəflər arasında "rüşvət müqabilində himayədarlıq" sövdələşməsi olsaydı, müdafiə etdiyi şəxsin pulu aldıqdan sonra telefonu müsadirə edib sındırması və ayaqyoluna atması rəsmi ittihamin məntiqi ilə tamamilə ziddiyyət təşkil edir. Telefonun sındırılması faktı tamah niyyətini təkzib edir, əməlin nizamnamədənkənar reaksiya olduğunu sübut edir. Məhkəmə AR Konstitusiyasının 63-cü maddəsini pozaraq şübhələri təqsirləndirilənin xeyrinə şərh etməmişdir. Apellyasiya məhkəməsinin iclasında iştirak edən təqsirləndirilən şəxs və müdafiəçi apellyasiya şikayətlərində dəqiqləşdirmə edərək təqsirləndirilən şəxsin əməlindən peşman olmasını, özünün “Vətən müharibəsi” iştirakçısı olması və medallarla təltif edilməsi, qardaşının şəhid olması kimi faktları nəzərə almaqla barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza seçilməsi, bu mümkün olmadığı halda CM-in 70-ci maddəsi tətbiq olunmaqla şərti cəza tətbiq edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq şikayətin təmin edilmədən saxlanılmasını xahiş etdi. Qeyd etdi ki, əməlin hüquqi tövsifi, həmçinin təyin edilmiş cəza dəyişdirilməməlidir. Məhkumun əməli ona istinad edilmiş maddənin dispozisiyasındakı əlamətlərlə üst-üstə düşür. Birinci instansiya məhkəməsi cəza təyin edərkən də məhkumun şəxsiyyətini, ailə vəziyyətini, barəsində yüngülləşdirici halları kifayət qədər nəzərə almış, ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin etmişdir. Təqsirləndirilən şəxs barəsində CM-in 62 və ya 70-ci maddəsinin tətbiq edilməsi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. İşə apellyasiya məhkəməsində baxılarkən müdafiə tərəfinin bildirdiyi mövqedən aydın olur ki, təqsirləndirilən şəxs barəsində təyin edilmiş cəza məsələsi mübahisələndirilir və təqsirləndirilən şəxs münasibətdə CM-i 62-ci yaxud 70-ci maddəsi tətbiq edilməklə barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza seçilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Cinayət hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi şahidlərin ifadələri, maddi sübutlar və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci və apellyasiya instansiya məhkəmələrinin iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər mötəbər sübutların məcmusu ilə tam təsdiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış birinci instansiya məhkəməsi əməlin tövsifi hissəsində iş üçün əhəmiyyət kəsb edən bütün halları tam aydınlaşdıraraq həmin sübutlara əsasən Təqsirləndirilən şəxs əməlini düzgün qiymətləndirilmişdir. Konstitusiya Məhkəməsinin Plenumunun “CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməlin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Cinayət işinin materialları ona dəlalət edir ki, baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış, birinci instansiya məhkəməsi tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş, hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm çıxarılarkən yolverilməz sübutlardan istifadə olunamamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək, sübutları müqayisəli şəkildə araşdıraraq Təqsirləndirilən şəxs əməli CM-in Cinayət Məcəlləsinin 232.2.3, 311.2, 329.2.1, 341.3-cü və (## #### 2025-ci il tarixədək qüvvədə olmuş) 228.1-ci maddələri ilə düzgün tövsif etmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməlinə dair birinci instansiya məhkəməsinin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, Təqsirləndirilən şəxs təqsiri müəyyənləşdirilərkən sübutların CM-in 143-146-cı maddələrinə uyğun şəkildə qiymətləndirilməsini nəzərə alaraq gəldiyi nəticəni əsaslı hesab edir. Birinci instansiya məhkəməsi yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışdır və həmin sübutların mötəbərliliyini şübhə altına almağa heç bir hüquqi əsas yoxdur. Digər tərəfdən birinci instasniya məhkəməsi sübutların araşdırılmasında hər hansı bir qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarı qəbul edilərkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara CPM-in tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymət vermişdir. Belə olan halda məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir, həmin dəlillərin təmin olunmasını qanunauyğun hesab etmir və qeyd edir ki, apellyasiya şikayətində göstərilən dəlillərlə razılaşmaq olmaz, həmin dəlillər iş materialları ilə təkzib edildiyindən əsaslı hesab edilərək təmin oluna bilməz. Bundan başqa, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, xidmət yeri üzrə müsbət xarakterizə olunmasını, II Qarabağ müharibəsi zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən «Kəlbəcərin azad olunmasına görə» medalı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamına əsasən “Vətən Müharibəsi iştirakçısı” medalı ilə ilə təltif olunmasını, müharibə veteranı statusuna malik olmasını, qardaşı X4 II Qarabağ müharibəsi zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək şəhid olmasını nəzərə alafaq həmin Məcəllənin 62-ci maddəsini tətbiq etməklə ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzalarının həddinin azaldılmasını qanunamüvafiq hesab edir. Bundan əlavə, məhkəmə kollegiyasının iclasında iştirak edən məhkum özünün davranışları, səmimi peşmançılığını nümayiş etdirən hərəkətləri, danışıq tərzləri ilə törətmiş olduğu cinayət əməlinə görə cinayət əməlini törətdiyi gündən bu günə kimi keçən müddət ərzində islah yoluna qədəm qoymasına məhkəmə kollegiyasını inandırmış və bu səbəbdən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının həddi məhkumun şəxsiyyətinə, törətdiyi cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə uyğun deyil, buna görə də məhkumun təqsirli bilindiyi maddəyə CM-in 62-ci maddəsini tətbiq etməklə məhkum barəsində təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının həddinin azaldılması yolu ilə cəzanın məqsədinə nail olmaq mümkündür və bu yanaşma ədalət və hümanizm prinsiplərinin tələblərinə uyğundur. Məhkəmə kollegiyası məhkum barəsində yuxarıda sadalanan hallara qiymət verərək hesab edir ki, CM-in 62-ci maddəsinə əsasən məhkəmənin qəbul etdiyi hallar törədilmiş cinayətin məqsəd və motivləri, cinayətin törədilməsində məhkumun rolu, cinayət törədərkən və cinayət törətdikdən sonra davranışı ilə bağlı olmalıdır. Beləki, CM-in 62-ci maddəsinin tələbinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrıayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab ediləbilər. Cinayət qanunvericiliyinin ədalət prinsipinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Humanizm prinsipinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Beləliklə, məhkəmə kollegiyası həm birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınan məhkumun cəzasını yüngülləşdirən halları, həm də apellyasiya instansiya məhkəməsində müəyyən edilən halları müstəsna hal kimi nəzərə almaqla, Təqsirləndirilən şəxs məhkum edildiyi CM-in 232.2.3ci, 311.2.-ci və 341.3-cü maddələrinə həmin Məcəllənin 62-ci maddəsini tətbiq etməklə azadlıqdan məhrumetmə cəzasının həddinin azaldılmasını məqsədə müvafiq hesab edir. CM-in 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq, göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, CM-in 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Məhkəmə kollegiyası qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunan cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən CM-in mühüm prinsiplərinə kifayət qədər əməl edilməli, cəzanın təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədi, yəni sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət etməlidir. CPM-nin 399.1 və 399.1.5-ci maddələrinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması apelyasiya şikayətinin və ya apelyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 405.1.1-ci maddəsinə əsasən cəzanın öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək təyin edilmiş cəzanı yüngülləşdirdikdə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişdirir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, apellyasiya şikayəti təmin edilməsi barədə məhkumun və müdafiəçisin, apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılması barədə dövlət ittihamçısının çıxışlarını dinləyərək hesab edir ki, məhkumun apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin hökmü cəzaya aid hissədə dəyişdirilməlidir. Göstərilənlərə əsasən və CPM-in 397, 398, 399, 405, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Müdafiəçi və təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Gəncə Hərbi Məhkəməsinin ## ##### 2026-cı il tarixli *-*(***)-***/**** nömrəli hökmü apellyasiya şikayətlərinə münasibətdə cəzaya aid hissədə dəyişdirilsin. Təqsirləndirilən şəxsnа Azərbaycan Respublikası CM-nin 232.2.3-ci maddəsi ilə təyin edilmiş 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası CM-nin 62-ci maddəsi tətbiq edilməklə 02 (iki)il müddətə azadlıqdan məhrumetmə cəzası ilə, CM-nin 311.2.-ci maddəsi ilə təyin edilmiş 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında məsul vəzifə tutma hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası CM-nin 62-ci maddəsi tətbiq edilməklə 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında məsul vəzifə tutma hüququndan məhrum edilməklə 02 (iki) il 06(altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası ilə, CM-nin 341.3-cü maddəsi ilə təyin edilmiş 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası CM-nin 62-ci maddəsi tətbiq edilməklə 02 (iki) il 06(altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilsin. Gəncə Hərbi Məhkəməsinin ## ##### 2026-cı il tarixli *-*(***)-***/**** nömrəli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 329.2.1-ci maddəsi ilə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası və CM-nin 228.1-ci maddəsi ilə təyin edilmiş 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası Cinayət Məcəlləsinin 66.3-cü və 66.4-cü maddələrinə əsasən hazırkı qərarla təyin edilmiş cəzalarla qismən toplamaq yolu ilə qəti olaraq üzərində 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında məsul vəzifə tutma hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azəbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1-1(3-7)-23/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1-1(3-7)-23/2026
23.09.2026 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver