Məhkəmə qərarları › İş №1-1(3-1)-12/2026

Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №1-1(3-1)-12/2026

29.09.2026 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Naxçıvan şəhəri İş № 1-1(3-1)-12/2026 29.09.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1-ci və 329.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Dövlət ittihamçısı dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protestinə dair Açar sözlər: Hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı rəisin öz tabeliyində olan şəxslərə zor tətbiq etməsi (təkrar törədildikdə) ittihamı verilmiş, zərərçəkmiş şəxslərlə barışıq əldə olunmuş, 2 il 6 ay azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilmiş, şərti məhkum etməyə dair hissədən apellyasiya protesti verilmiş, protest təmin edilməmiş. Hakimlər Əliyev Mehdi Ədalət oğlu (sədrliyi və məruzəsi ilə), Mirzəyev Ilqar Məhərrəm oğlu və Quliyev Vüqar Kərim oğlundan ibarət tərkibdə, Seyidova Mehriban Mehdi qızının katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı1, zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs13, zərərçəkmiş şəxs7, zərərçəkmiş şəxs19, zərərçəkmiş şəxs17, zərərçəkmiş şəxs16, zərərçəkmiş şəxs11, zərərçəkmiş şəxs9, zərərçəkmiş şəxs8, zərərçəkmiş şəxs5, zərərçəkmiş şəxs3, zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxs15, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, ## #### 1999-cu il tarixdə Şamaxı rayonunun Talışnuru kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, (FIN Təqsirləndirilən şəxs), subay, ali hərbi təhsilli, məhkum olunmayan, Şamaxı rayonunun Talışnuru kəndində daimi qeydiyyatda olmaqla Naxçıvan şəhəri, ünvan 1 ünvanında yaşayan, Azərbaycan Respublikasının ərazisi uğrunda gedən döyüşlərdə “Komando” briqadalarında iştirak edərək “Şücaətə görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuş, Müdafiə Nazirliyinin Naxçıvan şəhərində yerləşən N nömrəli hərbi hissəsinin 4-cü əməliyyat taborunun 8-ci əməliyyat bölüyünün komandiri vəzifəsində işləmiş, hazırda Müdafiə Nazirliyinin Daşkəsən rayonunda yerləşən N nömrəli hərbi hissəsinin 1-ci taborunun 2-ci bölüyünün komandiri vəzifəsinə təyin edilmiş, R hərbi rütbəsində xidmətdə olan, ## ##### 2026-cı il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1-ci və 329.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-**)-**/**** nömrəli hökmündən dövlət ittihamçısı dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ. Işin halları

1. Birinci instansiya məhkəməsinin hökmü ilə müəyyən olunmuş işin hallarından görünür ki, Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 2-ci əməliyyat taborunun 5-ci əməliyyat bölüyünün komandiri vəzifəsində, R hərbi rütbəsində xidmətdə olarkən, 2025-ci ilin iyun ayının ortalarında saat 17 radələrində “X2”ndə tabeliyində olan, komandiri olduğu bölüyün 2-ci əməliyyat taqımının, 2-ci əməliyyat qrupunda kəşfiyyatçıqumbaraatan köməkçisi vəzifəsində xidmət edən əsgər zərərçəkmiş şəxs22 qaçış normativini verə bilməməsi səbəbindən sifət nahiyəsindən yumruq vurmaqla rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə zor tətbiq etmiş, bundan başqa, Təqsirləndirilən şəxs həmin vəzifədə və hərbi rütbədə xidmətdə olarkən, ## ###### 2025-ci il tarixdə saat 1N radələrində hərbi hissənin əsgər yataqxanasında tabeliyində olan, komandiri olduğu bölüyün 2-ci əməliyyat taqımının 1-ci əməliyyat qrupunda kəşfiyyatçı-tuşlayıcı vəzifəsində xidmət edən əsgər zərərçəkmiş şəxs21 saçının uzun olması səbəbindən irad tutub ünvanına nalayiq ifadə işlətdikdən sonra sifət nahiyəsindən şillə vurmaqla rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə təkrarən zor tətbiq etmiş, bundan əlavə, Təqsirləndirilən şəxs həmin vəzifədə və hərbi rütbədə xidmətdə olarkən, 2025ci ilin sentyabr ayının sonlarında saat 1N radələrində hərbi hissənin idman sahəsində tabeliyində olan, komandiri olduğu bölüyün 1-ci əməliyyat taqımının, 2-ci əməliyyat qrupunda kəşfiyyatçı-qumbaraatan köməkçisi vəzifəsində xidmət edən əsgər zərərçəkmiş şəxs20 qaçış normativini verə bilməməsi səbəbindən sifət nahiyəsindən şillə zərbəsi vurmaqla rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə təkrarən zor tətbiq etmiş, həmçinin, Təqsirləndirilən şəxs həmin vəzifədə və hərbi rütbədə xidmətdə olarkən, 2025ci ilin sentyabr ayının sonlarında saat 1N radələrində hərbi hissənin idman şəhərciyində tabeliyində olan, komandiri olduğu bölüyün 2-ci əməliyyat taqımının, 2-ci əməliyyat qrupunda kəşfiyyatçı-qumbaraatan köməkçisi vəzifəsində xidmət edən əsgər zərərçəkmiş şəxs22 sırada düzgün durmaması səbəbindən çənə nahiyəsindən yumruq zərbəsi vurmaqla rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə təkrarən zor tətbiq etmiş, bundan əlavə, Təqsirləndirilən şəxs həmin vəzifədə və hərbi rütbədə xidmətdə olarkən, 2025-ci ilin oktyabr ayının əvvəllərində saat 1N radələrində hərbi hissənin yataqxana binasının 2-ci mərtəbəsində tabeliyində olan, komandiri olduğu bölüyün 3-cü əməliyyat taqımının, 1-ci əməliyyat qrupunda kəşfiyyatçı-istehkamçı vəzifəsində xidmət edən əsgər zərərçəkmiş şəxs19 hərbi salam verən zaman gülməsi səbəbindən irad tutduqdan sonra sifət nahiyəsindən şillə zərbəsi vurmaqla rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə təkrarən zor tətbiq etmiş, bundan başqa, Təqsirləndirilən şəxs həmin vəzifədə və hərbi rütbədə xidmətdə olarkən, 2025-ci ilin oktyabr ayının əvvəllərində saat 1N radələrində hərbi hissənin yataqxana binasının 2-ci mərtəbəsində qabaqcadan qadağan etməsinə baxmayaraq tabeliyində olan, komandiri olduğu bölüyün 3-cü əməliyyat taqımının, 2-ci əməliyyat qrupunda kəşfiyyatçı-heyət nəfəri vəzifəsində xidmət edən əsgər zərərçəkmiş şəxs18 digər hərbi qulluqçunun mobil telefonu vasitəsilə ailə üzvləri ilə danışması səbəbindən irad tutduqdan sonra sifət nahiyəsindən şillə zərbəsi vurmaqla rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə təkrarən zor tətbiq etmiş, həmçinin, Təqsirləndirilən şəxs həmin vəzifədə və hərbi rütbədə xidmətdə olarkən, 2025-ci ilin oktyabr ayının ortalarında saat 1N radələrində hərbi hissənin sıra meydanında sıra hazırlığı keçən zaman tabeliyində olan, komandiri olduğu bölüyün 4-cü əməliyyat taqımının, minaatan qrupunda heyət nəfəri vəzifəsində xidmət edən əsgər zərərçəkmiş şəxs16 başqa cərgəyə verilmiş komandanı icra etməsi səbəbindən sifət nahiyəsindən şillə zərbəsi vurmaqla rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə təkrarən zor tətbiq etmiş, bundan başqa, Təqsirləndirilən şəxs həmin vəzifədə və hərbi rütbədə xidmətdə olarkən, 2025-ci ilin oktyabr ayının ortalarında saat 1N radələrində hərbi hissənin yataqxana binasında yerləşən xidməti otağında tabeliyində olan, komandiri olduğu bölüyün 1-ci əməliyyat taqımının, 1-ci əməliyyat qrupunda kəşfiyyatçı-istehkamçı vəzifəsində xidmət edən əsgər zərərçəkmiş şəxs17 buraxılışa buraxacağını dedikdən sonra ondan qeyrətli oğlan olubolmamasını soruşmuş, sonuncu cavabında qeyrətli oğlan olmasını dedikdə heç bir səbəb olmadan onun sifət nahiyəsindən şillə zərbəsi vurmuş, təkrarən eyni sualı verib eyni cavabı aldıqda yenidən əsgər zərərçəkmiş şəxs17 sifət nahiyəsindən şillə zərbəsi vurmaqla rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə təkrarən zor tətbiq etmiş, bundan əlavə, Təqsirləndirilən şəxs həmin vəzifədə və hərbi rütbədə xidmətdə olarkən, 2025-ci ilin oktyabr ayının ortalarında saat 1N radələrində hərbi hissənin yataqxana binasında yerləşən xidməti otağında tabeliyində olan, komandiri olduğu bölüyün 2-ci əməliyyat taqımının 1-ci əməliyyat qrupunda kəşfiyyatçı-heyət nəfəri vəzifəsində xidmət edən əsgər zərərçəkmiş şəxs15 idman normativlərini verə bilməməsi səbəbindən sifət nahiyəsindən şillə zərbələri vurmaqla rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə təkrarən zor tətbiq etmiş, həmçinin, Təqsirləndirilən şəxs həmin vəzifədə və hərbi rütbədə xidmətdə olarkən, ## ###### 2025-ci il tarixdə saat 1N radələrində hərbi hissənin yataqxana binasının 2-ci mərtəbəsində qabaqcadan qadağan etməsinə baxmayaraq tabeliyində olan, komandiri olduğu bölüyün 2-ci əməliyyat taqımının, 2-ci əməliyyat qrupunda kəşfiyyatçı-qumbaraatan köməkçisi vəzifəsində xidmət edən əsgər zərərçəkmiş şəxs22 başqa bölüyün zabitinin mobil telefonu vasitəsilə ailə üzvləri ilə danışması səbəbindən irad tutduqdan sonra sifət nahiyəsindən çoxsaylı şillə və yumruq zərbələri vurmaqla rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə təkrarən zor tətbiq etmiş, bundan əlavə, Təqsirləndirilən şəxs həmin vəzifədə və hərbi rütbədə xidmətdə olarkən, 2025-ci ilin noyabr ayının ortalarında saat 1N radələrində hərbi hissənin sıra meydanında tabeliyində olan, komandiri olduğu bölüyün 4-cü əməliyyat taqımında kəşfiyyatçı-sanitar vəzifəsində xidmət edən əsgər zərərçəkmiş şəxs14 keçirilən düzülüşə yubanması səbəbindən çənə nahiyəsindən yumruq zərbəsi vurmuş, bundan sonra saat 1N radələrində hərbi hissənin yataqxana binasının 2-ci mərtəbəsində eyni səbəbdən zorakılıq hərəkətlərini davam etdirərək sonuncunun sifət nahiyəsindən şillə, qarın nahiyəsindən yumruq zərbələri vurmaqla rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə təkrarən zor tətbiq etmiş, bundan başqa, Təqsirləndirilən şəxs həmin vəzifədə və hərbi rütbədə xidmətdə olarkən, 2025-ci ilin noyabr ayının sonlarında, saat 1N radələrində hərbi hissənin yataqxana binasının 2-ci mərtəbəsində tabeliyində olan, komandiri olduğu bölüyün 4-cü əməliyyat taqımının 2-ci əməliyyat qrupunda kəşfiyyatçı-tuşlayıcı vəzifəsində xidmət edən əsgər zərərçəkmiş şəxs13 düzgün formada hərbi salam verməməsi səbəbindən sifət nahiyəsindən şillə zərbəsi vurmaqla rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə təkrarən zor tətbiq etmiş, həmçinin, Təqsirləndirilən şəxs həmin vəzifədə və hərbi rütbədə xidmətdə olarkən, ## ###### 2025-ci il tarixdə saat 0N radələrində hərbi hissənin yataqxana binasında yerləşən xidməti otağında tabeliyində olan, komandiri olduğu bölüyün 2-ci əməliyyat taqımının 1-ci əməliyyat qrupunda kəşfiyyatçı-istehkamçı vəzifəsində xidmət edən əsgər zərərçəkmiş şəxs1 hərbi qulluqçu tanışı olduğundan tapşırdılması səbəbindən ünvanına nalayiq ifadə işlətdikdən sonra sifət nahiyəsindən yumruq və şillə zərbələri vurmaqla rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə təkrarən zor tətbiq etmiş, bundan əlavə, Təqsirləndirilən şəxs həmin vəzifədə və hərbi rütbədə xidmətdə olarkən, 2025-ci ilin dekabr ayının əvvəllərində saat 1N radələrində hərbi hissənin yataqxana binasında yerləşən xidməti otağında tabeliyində olan, komandiri olduğu bölüyün 1-ci əməliyyat taqımının, 2-ci əməliyyat qrupunda kəşfiyyatçı-operator vəzifəsində xidmət edən əsgər zərərçəkmiş şəxs12 çarpayısını düzgün yığmaması səbəbindən sifət nahiyəsindən şillə zərbəsi vurmuş, həmin vaxt eyni səbəbdən tabeliyində olan, komandiri olduğu bölüyün 1-ci əməliyyat taqımının, 2-ci əməliyyat qrupunda kəşfiyyatçı-qumbaraatan köməkçisi vəzifəsində xidmət edən əsgər zərərçəkmiş şəxs20 və 2-ci əməliyyat taqımının, 2-ci əməliyyat qrupunda kəşfiyyatçı-qumbaraatan köməkçisi vəzifəsində xidmət edən əsgər zərərçəkmiş şəxs22 sifət nahiyələrindən şillə zərbələri vurmaqla rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan iki və daha çox şəxsə, təkrarən zor tətbiq etmiş, bundan başqa, Təqsirləndirilən şəxs həmin vəzifədə və hərbi rütbədə xidmətdə olarkən, 2025-ci ilin dekabr ayının əvvəllərində saat 1N radələrində hərbi hissənin yataqxana binasında yerləşən xidməti otağında qabaqcadan qadağan etməsinə baxmayaraq tabeliyindən olan, komandiri olduğu bölüyün 1-ci əməliyyat taqımının, 2-ci əməliyyat qrupunda kəşfiyyatçı-qumbaraatan köməkçisi vəzifəsində xidmət edən əsgər zərərçəkmiş şəxs20 başqa bölüyün əsgəri ilə söhbət etməsi səbəbindən irad tutduqdan sonra sifət nahiyəsindən şillə zərbələri vurmuş, həmin vaxt eyni səbəbdən tabeliyində olan, komandiri olduğu bölüyün 2-ci əməliyyat taqımında kəşfiyyatçıradiotelefonçu vəzifəsində xidmət edən əsgər zərərçəkmiş şəxs11 və 1-ci əməliyyat taqımında kəşfiyyatçı-radiotelefonçu vəzifəsində xidmət edən əsgər zərərçəkmiş şəxs10 sifət nahiyələrindən şillə zərbələri vurmaqla rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan iki və daha çox şəxsə, təkrarən zor tətbiq etmiş, həmçinin, Təqsirləndirilən şəxs həmin vəzifədə və hərbi rütbədə xidmətdə olarkən, 2025-ci ilin dekabr ayının əvvəllərində saat 1N radələrində hərbi hissəyə verilmiş “həyəcan” komandası ilə bağlı şəxsi heyət Kəngərli rayonunun Qıvraq qəsəbəsi ərazisində yerləşən toplanma məntəqəsində olarkən tabeliyində olan, komandiri olduğu bölüyün 3-cü əməliyyat taqımının, 1-ci əməliyyat qrupunda kəşfiyyatçı-operator vəzifəsində xidmət edən əsgər zərərçəkmiş şəxs8 sırada gülməsi səbəbindən sifət nahiyəsindən şillə zərbəsi vurmaqla rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə təkrarən zor tətbiq etmiş, bundan əlavə, Təqsirləndirilən şəxs həmin vəzifədə və hərbi rütbədə xidmətdə olarkən, 2025-ci ilin dekabr ayının əvvəllərində saat 1N radələrində hərbi hissənin sıra meydanında qabaqcadan qadağan etməsinə baxmayaraq tabeliyində olan, komandiri olduğu bölüyün 3-cü əməliyyat taqımının, 1-ci əməliyyat qrupunda kəşfiyyatçı-heyət nəfəri vəzifəsində xidmət edən əsgər zərərçəkmiş şəxs9 başqa bölüyün zabitinin mobil telefonu vasitəsilə ailə üzvləri ilə danışması səbəbindən sifət nahiyəsindən şillə zərbəsi vurmaqla rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə təkrarən zor tətbiq etmiş, bundan başqa, Təqsirləndirilən şəxs həmin vəzifədə və hərbi rütbədə xidmətdə olarkən, ## ###### 2025-ci il tarixdə, saat 1N radələrində hərbi hissənin yataqxana binasında yerləşən sinif otağının qarşısında tabeliyində olan, komandiri olduğu bölüyün 3-cü əməliyyat taqımının 2-ci əməliyyat qrupunda kəşfiyyatçı-qumbaraatan vəzifəsində xidmət edən əsgər zərərçəkmiş şəxs2 yanına çağıran zaman sonuncunun səhv anlayaraq onun qış gödəkçəsini gətirib-gətirməməsini soruşması səbəbindən sifət nahiyəsindən şillə zərbəsi vurmaqla rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə təkrarən zor tətbiq etmiş, həmçinin, Təqsirləndirilən şəxs həmin vəzifədə və hərbi rütbədə xidmətdə olarkən, ## ###### 2025-ci il tarixdə, saat 1N radələrində hərbi hissənin yataqxana binasının 2-ci mərtəbəsində tabeliyində olan, komandiri olduğu bölüyün 2-ci əməliyyat taqımının minaatan qrupunda heyət nəfəri vəzifəsində xidmət edən əsgər zərərçəkmiş şəxs7 başqa şəxslərə deyərək buraxılışa çıxması ilə bağlı ünvanına nalayiq ifadə işlətdikdə sonuncunun etiraz etməsi səbəbindən sifət nahiyəsindən şillə zərbəsi vurmaqla rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə təkrarən zor tətbiq etmiş, bundan əlavə, Təqsirləndirilən şəxs həmin vəzifədə və hərbi rütbədə xidmətdə olarkən, ## ###### 2026-cı il tarixdə saat 1N radələrində hərbi hissənin yataqxana binasında yerləşən sinif otağında tabeliyində olan, komandiri olduğu bölüyün 3-cü əməliyyat taqımının, 1-ci əməliyyat qrupunda kəşfiyyatçı-heyət nəfəri vəzifəsində xidmət edən əsgər zərərçəkmiş şəxs9 boyun arxasını əsgər yoldaşının qırxması ilə bağlı yalan deməsini düşünərək heç bir səbəb olmadan sonuncunun qulaq nahiyəsindən şillə zərbələri vurmaqla rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə təkrarən zor tətbiq etmiş, bundan başqa, Təqsirləndirilən şəxs həmin vəzifədə və hərbi rütbədə xidmətdə olarkən, ## ###### 2026-cı il tarixdə saat 1N radələrində hərbi hissənin yataqxana binasında yerləşən sinif otağında tabeliyində olan, komandiri olduğu bölüyün 2-ci əməliyyat taqımının 1-ci əməliyyat qrupunda kəşfiyyatçısnayper vəzifəsində xidmət edən əsgər zərərçəkmiş şəxs5 atış təliminin şərtlərinə zəif cavab verməsi səbəbindən sifət nahiyəsindən şillə zərbəsi vurmaqla rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə təkrarən zor tətbiq etmiş, həmçinin, Təqsirləndirilən şəxs həmin vəzifədə və hərbi rütbədə xidmətdə olarkən, 2026-cı ilin yanvar ayının əvvəllərində saat 1N radələrində hərbi hissəyə verilmiş “həyəcan” komandası ilə bağlı hərbi hissənin yataqxana binasında yerləşən sinif otağında saxlanc otağından 26 ədəd qatlanan mühəndis hərbi kürəyi gətirməsi ilə bağlı verdiyi tapşırıqla bağlı tabeliyində olan, komandiri olduğu bölüyün 4-cü əməliyyat taqımının, 2-ci əməliyyat qrupunda kəşfiyyatçıtuşlayıcı vəzifəsində xidmət edən əsgər zərərçəkmiş şəxs6 kürəklərin hamısını gətiribgətirməməsini soruşduqda heç bir səbəb olmadan sonuncunun sifət nahiyəsindən şillə zərbəsi vurmaqla rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə təkrarən zor tətbiq etmiş, bundan əlavə, Təqsirləndirilən şəxs həmin vəzifədə və hərbi rütbədə xidmətdə olarkən, ## ###### 2026-cı il tarixdə saat 1N radələrində hərbi hissənin idman şəhərciyində keçirilən idman zamanı sərbəst şəkildə idman etmələri ilə bağlı verdiyi tapşırıqdan sonra tabeliyində olan, komandiri olduğu bölüyün 1-ci əməliyyat taqımının, 1-ci əməliyyat qrupunda kəşfiyyatçı-snayper vəzifəsində xidmət edən əsgər zərərçəkmiş şəxs4 ona minnətdarlığını bildirib sağol deməsi səbəbindən sifət nahiyəsindən şillə zərbəsi vurmaqla rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə təkrarən zor tətbiq etmiş, bundan başqa, Təqsirləndirilən şəxs həmin vəzifədə və hərbi rütbədə xidmətdə olarkən, ## ###### 2026-cı il tarixdə saat 2N radələrində hərbi hissənin yataqxana binasının 2-ci mərtəbəsində yerləşən taqım komandirlərinin otağına daxil olarkən tabeliyində olan, komandiri olduğu bölüyün 2-ci əməliyyat taqımının minaatan qrupunda tuşlayıcı vəzifəsində xidmət edən əsgər zərərçəkmiş şəxs3 quru çay götürmək üçün otağa daxil olmaq istəyərkən heç bir səbəb olmadan sonuncunun sifət nahiyəsindən şillə zərbəsi vurmaqla rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə təkrarən zor tətbiq etmişdir. II. Birinci instansiya məhkəməsində icraat

2. Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*- **)-**/**** nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 329.2.1 və 329.2.2-ci maddələri ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, ona təyin olunmuş 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasının 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilməsi, Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddətinin əvvəlinin hökmün qanuni qüvvəyə mindiyi gündən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin bu hökm icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilməsi hökm edilmiş, cəzanın icrası və məhkəmə xərcləri ilə bağlı məsələlər həll edilmişdir.

3. Dövlət ittihamçısı dövlət ittihamçısı2 apellyasiya protesti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına müraciət edərək Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-**)-**/**** nömrəli hökmünün dəyişdirilməklə, hökmdən CM-in 70-ci maddəsinin tətbiqinə dair müddəaların xaric edilməsini və təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddələrin sanksiyası daxilində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş etmişdir. III. Apellyasiya protestinin və ona etirazın dəlilləri, tərəflərin izahatları a) Apellyasiya protestinin dəlilləri

4. Dövlət ittihamçısı dövlət ittihamçısı2 apellyasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, törədilmiş cinayət əməlinə münasibətdə baş vermiş nəticəni düzgün qiymətləndirməməklə, təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun gəlməyən və cəzanın məqsədinə xidmət etməyən cəza təyin etmişdir ki, bu da məhkəmənin hökmünün dəyişdirilməsi üçün əsasdır. Təqsirləndirilən şəxsn tabeliyində olan hərbi qulluqçulara zor tətbiq etməsi bəzi hallarda xırda nöqsanlara, bəzi hallarda isə ümumiyyətlə səbəbsiz törədilməsi, zor tətbiq etdiyi şəxslərin sayı, yumruq və şillə zərbələri ilə zor tətbiq etməsi cinayətin ictimai təhlükəlilik dərəcəsinin yüksək olmasından xəbər verir. Cinayətin törədilmə hallarından görünür ki, Təqsirləndirilən şəxs N nömrəli hərbi hissəyə V vəzifəsinə təyin olunduqdan sonra ona verilmiş geniş səlahiyyətlərdən istifadə edərək Nizamnamələrin tələblərinə uyğun xidmət aparmamış, hərbi qulluqçular hərbi intizamı pozduqda onlarla Nizamnamənin tələblərinə uyğun davranmayaraq komandir səlahiyyətlərindən sui-istifadə edərək tabeliyində olan şəxslərin ləyaqətinə hörmət etməyərək 2025-ci ilin iyun ayının ortalarından başlayaraq 2026-cı ilin yanvar ayının 13-dək mütəmadi olaraq tabeliyində olan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına müxtəlif səbəblərdən şillə və yumruq zərbələri vurmaqla, bəzi hallarda isə onlara qarşı nalayiq ifadələr işlətməklə zor tətbiq etmiş, bəzi hallarda isə heç bir səbəb olmadan həmin hərəkətlərə yol vermiş, əsgərlər onun qanunazidd hərəkətlərindən bezərək 2026-cı ilin yanvar ayının axırlarında Azərbaycan Respublikası Hərbi Prokurorluğunun "962" nömrəli etimad xəttinə zəng edib Təqsirləndirilən şəxs onlara qarşı zor tətbiq etdiyini bildirərək tədbir görülməsini xahiş etmişlər. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünü təqsirli bilməsi və əməlindən səmimi peşman olmasını onun cəzasını yüngülləşdirici hal kimi qəbul etsə də, bu hallar sonuncunun cəzasını yüngülləşdirən hal kimi qəbul edilməməlidir. Çünki, Təqsirləndirilən şəxs ibtidai istintaqı zamanı törətdiyi cinayət əməllərini etiraf etməmiş, hətta tabeliyində olan zərərçəkmiş şəxs və şahid qismində dindirilmiş şəxslərlə üzləşdirilərkən də qeyri-səmimilik göstərmiş, toplanmış çoxsaylı mötəbər və təkzibolunmaz sübutlar əsasında məhkəmə istintaqı zamanı cinayət əməllərini etiraf etmək məcburiyyətində qalmışdır ki, bütün bu hallar Təqsirləndirilən şəxs ictimai təhlükəli şəxs olduğuna dəlalət etdiyi halda məhkəmə cəza təyin edərkən həmin halları nəzərə almamış, cəza təhdidi altında onun məhkəmə istintaqında özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alıb qiymətləndirmişdir. Məhkəmənin Təqsirləndirilən şəxs hərbi hissə komandanlığı tərəfindən müsbət xarakterizə edilməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilməsi ilə bağlı qeyd olunmalıdır ki, xasiyyətnamədə onun xidməti vəzifələrini yerinə yetirmək üçün kifayət qədər peşəkar hazırlığa malik olduğu, nizamnamənin tələblərini bildiyi, biliklərin artırılması üzrə daim çalışdığı, şəxsi heyətin problemlərinə diqqətlə yanaşdığı, verilən tapşırıqları çalışqanlıqla və dəqiq yerinə yetirdiyi, ağır və çətin məsuliyyətləri həmişə üzərinə götürdüyü, tapşırılan sahədə nizam-intizam yaratmağa qadir olduğu, qoşunlarda əsas rəhbər vəzifələrdə təcrübəsi olan bir zabit olduğu göstərilmişdir. Xasiyyətnamədən görünür ki, komandanlıq tərəfindən Təqsirləndirilən şəxs açıq-aşkar formal olaraq şəxsi keyfiyyətləri qabardılaraq müsbət xarakterizə olunmuş, onun şəxsi heyətlə davranışı, tabeliyində olanların məişətinin qayğısına qalması, onların ehtiyacına diqqət yetirməsi və sair hallar qeyd olunmamış, məhkəmə isə xasiyyətnaməni cinayət işinin materiallarına uyğun təhlil edib qiymətləndirmədən Təqsirləndirilən şəxs müsbət xarakterizə edilməsini cəzanı yüngülləşdirən hallardan biri kimi qiymətləndirərək cəza təyini zamanı nəzərə almışdır. Şəxsin müsbət xarakterizə olunması qeyri-adi hal olmayıb cəmiyyətdə normal davranışı kimi qəbul edilir. Hərbi qulluqçunun nümunəvi xidmət etməsi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinə əsasən hüququ deyil, vəzifəsi olduğundan məhkəmə tərəfindən həmin halın cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilməsi obyektivliyi əks etdirməyərək əsaslı suallar yaradır. Təqsirləndirilən şəxs 2025-ci ilin iyun ayından başlayaraq 2026-cı ilin yanvar ayınadək bölüyün 22 əsgərinə qarşı zor tətbiq edib, nalayiq ifadələr işlədərək hərbi qulluqçuya, həmçinin Vətən müharibəsində iştirak edib medallarla təltif olunan şəxsə yaraşmayan qanunsuz hərəkətlərə yol vermişdir. Bu səbəbdən məhkəmənin bununla bağlı mövqeyi qanunauyğun və əsaslı sayıla bilməz. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi ilə bağlı qeyd olunmalıdır ki, CM-in 59.1.12-ci maddəsinə əsasən həmin hal təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Lakin təqsirləndirilən şəxsin tabeliyində olan 22 zərərçəkmiş şəxslə barışıq əldə etməsi ona şərti məhkum etmənin təyin olunması üçün əsas ola bilməz. Çünki, bu məntiqlə yanaşdıqda belə qənaətə gəlmək olar ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışmadığı hallarda ona ağır cəza təyin olunması dolayısı ilə qisas, əvəz çıxmaq anlamına gəlir və ya əksinə, əgər barışıq əldə olunmuşdursa, təqsirləndirilən şəxs barəsində cəzanın sosial ədalətin bərpasına xidmət edən məqsədi nəzərə alınmadan cəza şərti tətbiq edilməlidir. Zərərçəkmiş şəxslə barışıq əldə edilməsi cəmiyyətdə normal davranışın təzahürü olduğundan, bununla yanaşı, CM-in 329.2.1 və 329.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsi iki obyektə, istər hərbi xidmət qaydalarına, istərsə də şəxsiyyətin sağlamlığına, həmçinin şərəf və ləyaqətinə qəsd etdiyindən, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışıq əldə etməsi cinayətin ictimai təhlükəliliyini azaltmır. Həmçinin zərərçəkmiş şəxslə barışıq əldə etmiş bütün təqsirləndirilən şəxslərə həmin əsasa görə CM-in 70-ci maddəsinin tətbiq edilməsi həmin normanın müstəsna əhəmiyyətinin itirilməsinə səbəq olmaqla cəzanın məqsədinə xidmət etməmiş olacaqdır. Bundan əlavə, məhkəmə hökmdə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərdən üzr istəməsini göstərsə də bu hal öz təsdiqini tapmamış və zərərçəkmiş şəxslərin ifadələrindən də görünmür. Odur ki, məhkəmənin formal mülahizələrə əsaslanaraq o cür mövqedən çıxış etməsi məntiqli qəbul edilməməlidir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs V vəzifəsində xidmət edərkən uzun müddət tabeliyində olan çoxsaylı hərbi qulluqçuya qarşı zor tətbiq etməsi səbəbindən sonuncuların müvafiq dövlət orqanına şikayət etdikdən sonra məhkəmə tərəfindən onun barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsi cəzanın məqsədinə xidmət etməməklə şərti məhkum etmənin müstəsna əhəmiyyətinin itirilməsinə səbəb olur ki, bu da hərbi hissələrdə hərbi qulluqçular arasında cəzasızlıq sindiromunu formalaşdırmaqla hərbi cinayətlərin törədilməsinin qarşısını almaq məqsədlərinə xidmət etmir, əksinə başqa hərbi qulluqçular tərəfindən də oxşar və başqa növ cinayətlərin törədilməsinə zəmin yaratmaqla ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə, hərbi hissələrdə isə hərbi intizama ciddi təsir edir. Təqsirləndirilən şəxs 6 ay müddətində tabeliyində olan çoxsaylı hərbi qulluqçulara zor tətbiq etməsi nəticəsində zərərçəkmiş şəxslərin hərbi hissə komandanlığa deyil, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun "962" nömrəli etimad xəttinə zəng edib Təqsirləndirilən şəxs onlara qarşı zor tətbiq etdiyini bildirərək tədbir görülməsini xahiş etmələri həmin hadisələrin ictimai maraq doğurduğunu göstərir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətlərin ağırlığına və şəxsiyyətinə münasibətdə ona təyin edilən azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkilməməsi, sonuncunun qanunsuz hərəkətlərinə dair məlumat vermiş şəxslərin, həmçinin digər hərbi qulluqçuların bu kimi qanunsuz hərəkətlərin qarşısını alan dövlət orqanlarına etimadı azalda, hərbi qulluqçularda arxayınlıq, cəzasızlıq meyillərinin formalaşmasına xidmət etməklə maarifləndirici, çəkindirici rol oynamayaraq əks effekt yarada bilər ki, bu da yolverilməzdir. Məhkəmənin təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində şərti məhkum etməni təyin etməsi ədalətli və əsaslı, o cümlədən cəzanın məqsədinə nail olmaq baxımından qanunauyğun sayıla bilməz. b) Apellyasiya protestinə qarşı etirazın dəlilləri

5. Apellyasiya protestinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

6. Dövlət ittihamçısı dövlət ittihamçısı1 apellyasiya protestinin məzmununa uyğun çıxış edərək, Təqsirləndirilən şəxs V kimi tabeliyində olan hərbi qulluqçulara qarşı nizamnamədən kənar davrandığını, 2025-ci ilin iyun ayının ortalarından 2026-cı ilin yanvar ayının ortalarınadək ayrı-ayrı vaxtlarda 22 əsgərə qarşı müxtəlif səbəblərdən, bəzi hallarda isə səbəbsiz olaraq yumruq və şillə zərbələri ilə zor tətbiq etdiyini, onlara nalayiq ifadələr işlətdiyini, Təqsirləndirilən şəxs 44 günlük Vətən müharibəsində iştirak edərək müxtəlif medallarla təltif olunduğunu, buna baxmayaraq tabeliyində olan hərbi qulluqçulara qarşı zor tətbiq etdiyini, ibtidai istintaq zamanı törətdiyi cinayət əməllərini etiraf etmədiyini, məhkəmə istintaqı zamanı cinayət əməllərini etiraf etdiyini, zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsinin cinayətin ictimai təhlükəliliyini azaltmadığını, hərbi məhkəmə tərəfindən Təqsirləndirilən şəxs şərti məhkum etmə təyin edilməsinin törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmadığını, Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin ## #### 2026-cı il tarixli hökmündən Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqinə dair müddəaların xaric edilməsini, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsini və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini məhkəmədən xahiş etdiyini bildirmişdir.

7. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs özünü təqsirli hesab etdiyini, törətdiyi əməllərin şəxsiyyətə əziyyət vermək, işgəncə vermək və ya şəxsi mənafeyə görə deyil, şəxsi heyəti öyrətmək və nizam-intizamı bərqərar etmək məqsədilə törədildiyini, xüsusi təyinatlı bölmələrdə V, “Komando” briqadalarında təlimatçı və istehkam kollecinin rəisi vəzifələrində çalışdığını, V olduğu müddətdə şəxsi heyətə sərt davranmasının səbəbinin intizamı təmin etmək olduğunu, törətdiyi əməllərdən peşman olduğunu bildirərək apellyasiya protestinin təmin edilməməsini xahiş etmişdir.

8. Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi zərərçəkmiş şəxslərin təqsirləndirilən şəxslə barışmasının yüngülləşdirici hal olduğunu, Təqsirləndirilən şəxs istintaq dövründə təqsirini etiraf etməməsinin əsgərlərə bir şillə vurmasını döymə kimi qəbul etməməsi ilə əlaqədar olduğunu, sonradan ona izah edildikdən sonra təqsirini qəbul edərək əməlini etiraf etdiyini, zərərçəkmiş şəxslərin nə ibtidai istintaq, nə də məhkəmə istintaqı zamanı şikayətlərinin olmadığını bildirərək apellyasiya protestinin təmin edilməməsini və Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

9. Məhkəmə iclasında iştirak etmiş zərərçəkmiş şəxslər ayrı-ayrılıqda Təqsirləndirilən şəxs heç bir şikayətləri olmadığını bildirmiş və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişlər. IV. Tətbiq edilən hüquq normaları və istinad edilən plenum qərarları a) Azərbaycan Respublikasının Konstitusiyası

1. Maddə 125 (VII). Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. b) Azərbaycan Respublikasının Cinayət Məcəlləsi

2. Maddə 329.2.1. Hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində olan şəxsə zor tətbiq etməsi təkrar törədildikdə bir ildən iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

3. Maddə 329.2.2. Hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində olan şəxsə zor tətbiq etməsi iki və ya daha çox şəxsə qarşı törədildikdə bir ildən iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

4. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

5. Maddə 58.1. (2-ci cümlə) Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. (cəzaya qənaət prinsipi)

6. Maddə 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. (cəzanın fərdiləşdirilməsi prinsipi)

7. Maddə 70.1. Islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər.

8. Maddə 70.2. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır.

9. Maddə 70.3. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. c) Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi mövqeyi

10. Şərti məhkum etmə haqlarında yalnız CM-nin 70-ci maddəsində göstərilən cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Ona görə də məhkəmələr zəruri olduqda işin konkret hallarını, təqsirkarın şəxsiyyətini onun ailədə davranışını və.s. nəzərə alaraq məhkumun üzərinə CM-nin 70.5-ci maddəsində göstərilməyən vəzifələri də qoya bilər. Məhkəmə iki və ya daha çox cinayət törətmiş şəxsin şərti məhkum olunması qərarına gələrsə, belə qərar ayrılıqda hər bir cinayətə görə deyil, cinayətlərin məcmuyu üzrə qəti cəza təyin edilərkən qəbul olunur. (“Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli qərarının 25-ci bəndi)

11. Cinayət qanununun sanksiyası müəyyən müddətə azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza növünü nəzərdə tutursa və təqsirkara məhz azadlıqdan məhrum etmə cəzası təyin edilirsə, hökmdə daha yüngül cəza növünün və ya həddinin təyin edilməməsinin səbəbləri göstərilməlidir. Eləcə də təqsirkarın şərti məhkum olunması, ona təqsirli bilindiyi cinayətə görə CM-in Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi, cəzadan azad edilməsi hökmdə əsaslandırılmalıdır. (“Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli, ** nömrəli qərarının 48-ci bəndi) V. Apellyasiya protestinə baxılması hüdudları

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. (CPM-in 397.1-ci maddəsi)

13. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. (CPM-in 397.2-ci maddəsi)

14. Cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsinin yoxlanılmasından sonra CPM-in 403-405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə: - Apellyasiya icraatı məhkum edilmiş və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; - Apellyasiya icraatı mahiyyətcə məhkum edilmiş və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını məhkum edilmiş və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin belə qərarın qəbul edilməsi üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2009-cu il tarixli qərarı)

15. Hazırkı apellyasiya protestinə baxılmasının hüdudları baxımından dövlət ittihamçısı dövlət ittihamçısı2 hökmün dəyişdirilməklə, hökmdən CM-in 70-ci maddəsinin tədbiqinə dair müddəaların xaric edilməsini xahiş etdiyindən işin faktiki halları apellyasiya protesti həddində yoxlanacaq, cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə riayət edilməsinin yoxlanılması isə şəxsin vəziyyətini yaxşılaşdırdığı halda və ya ağırlaşdırdığı halda (apellyasiya protestinin dəlillərində göstərilməmişdirsə yekdilliklə) yekun qərarın ləğv və ya dəyişdirilməsinə səbəb olacaqdır. VI. Məhkəmə kollegiyasının mövqeyi

16. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini cinayət işinin materialları, məhkəmə iclasında tədqiq edilmiş sübutlar və cinayət qanununun cəza təyini ilə bağlı müddəaları ilə qarşılıqlı əlaqədə araşdıraraq aşağıdakı nəticəyə gəlir:

17. Dövlət ittihamçısının apellyasiya protestində birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərdən üzr istəyərək onlarla barışmasını, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını, xidmət etdiyi hərbi hissə komandanlığı tərəfindən müsbət xarakterizə edilməsini eyni zamanda Azərbaycan Respublikasının ərazisi uğrunda gedən döyüşlərdə iştirak edərək “Şücaətə görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınması ilə bağlı göstərdiyi dəlillərə münasibətdə məhkəmə kollegiyası cəzanı yüngülləşdirən halların hər birini ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, həmin halların nəzərə alınması əsaslıdır və onların mövcudluğu cəzanın fərdiləşdirilməsi zamanı nəzərə alınmalı hallardır.

18. Dövlət ittihamçısının apellyasiya protestində qeyd etdiyi Təqsirləndirilən şəxs tabeliyində olan hərbi qulluqçulara zor tətbiq etməsi, bunun bəzi hallarda xırda nöqsanlara, bəzi hallarda isə ümumiyyətlə səbəbsiz törədilməsi, zor tətbiq etdiyi şəxslərin sayı, yumruq və şillə zərbələri ilə zor tətbiq etməsinin cinayətin ictimai təhlükəlilik dərəcəsinin yüksək olmasından xəbər verməsi dəlilinə münasibətdə isə kollegiya qeyd edir ki, göstərilən hallar birinci instansiya məhkəməsi tərəfindən cəza təyin edilərkən nəzərə alınmışdır. Belə ki, həmin hallar nəzərə alınmaqla təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmış və ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə təqsirləndirilən şəxsin təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından azad edilməsi deyil, həmin cəzanın şərti olaraq tətbiq edilməsindən ibarətdir. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə cəzasının real icrasının zəruri olmadığı və onun həmin cəzanı çəkmədən islah olunmasının mümkün olduğu qənaətinə gəlmişdir. Bu səbəbdən, protestdə göstərilən cinayətin ictimai təhlükəlilik dərəcəsini xarakterizə edən hallar özlüyündə birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi üçün əsas hesab edilə bilməz.

19. Məhkəmə kollegiyası dövlət ittihamçısının apellyasiya protestində təqsirləndirilən şəxsin uzun müddət tabeliyində olan çoxsaylı hərbi qulluqçuya qarşı zor tətbiq etməsi səbəbindən sonuncuların müvafiq dövlət orqanına şikayət etdikdən sonra məhkəmə tərəfindən onun barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsinin cəzanın məqsədinə xidmət etməməklə şərti məhkum etmənin müstəsna əhəmiyyətinin itirilməsinə səbəb olduğu, bunun da hərbi hissələrdə hərbi qulluqçular arasında cəzasızlıq sindiromunu formalaşdırdığı barədə göstərdiyi dəlillərə münasibətdə qeyd edir ki, Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin ## #### 2026-cı il tarixli hökmü ilə təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasına şərti olaraq məhkum edilmişdir ki, qeyd edilən hal da şəxsin törətdiyi cinayət əməlləri nəticəsində cəzasız qaldığı qənaətinə gəlməyə əsas vermir. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində olan yüngülləşdirici halları nəzərə almaqla onun təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına şərti olaraq məhkum edilməsi qənaətinə gəlmişdir. Təqsirləndirilən şəxsin cinayət əməlini etiraf etməsi və peşman olması da onun şəxsiyyətinin və cinayətdən sonrakı davranışının qiymətləndirilməsi baxımından əhəmiyyətli hallardır. Məhkəmə bu halları digər sübutlardan təcrid olunmuş şəkildə deyil, iş üzrə müəyyən edilmiş bütün hallarla birlikdə qiymətləndirmişdir.

20. Məhkəmə kollegiyası dövlət ittihamçısının apelyasiya protestində qeyd etdiyi dəlillərə münasibətdə ümumilikdə qeyd etməyi zəruri hesab edir ki, qeyd edilən hallar özü-özlüyündə CM-in 70-ci maddəsinin tətbiqini qadağan edən hüquqi əsas deyildir. Belə ki, həmin hallar şəxsin cəza çəkmədən islah olunmasının mümkünsüzlüyünü müəyyən etmir. Məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, həmin əməllərin törədilmə üsulunu, şəxsin motiv və məqsədini, onun cinayətdən əvvəlki və sonrakı davranışını və digər fərdi halları birlikdə qiymətləndirməlidir. Hazırkı işdə birinci instansiya məhkəməsi qeyd edilən hallarla yanaşı, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərlə barışmasını, onların ona qarşı şikayət və tələblərinin olmamasını, şəxsiyyətini səciyyələndirən müsbət məlumatları və digər halları məcmu halında qiymətləndirərək onun real cəza çəkmədən islah olunmasının mümkün olduğu qənaətinə gəlmişdir.

21. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cinayətin xarakterini, törədilmə üsulunu, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları tam və hərtərəfli qiymətləndirmişdir. Apellyasiya protestində göstərilən hallar hökmün dəyişdirilməsi, hökmdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqinə dair müddəaların xaric edilməsi və təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddələrin sanksiyası daxilində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün əsas vermədiyindən protest təmin edilməməli, hökm isə dəyişdirilmədən saxlanılmalıdır.

22. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1, 403, 407-409-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya protesti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-**)- **/**** nömrəli hökmü dəyişdirilmədən saxlanılsın. Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının dövlət hesabına məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesablanmaqla, 15 (on beş) saat üçün cəmi 165 (yüz altmış beş) manat pul dövlət büdcəsindən tutularaq Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə apellyasiya instansiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Sədrlik edən: Mehdi Əliyev Hakimlər: Ilqar Mirzəyev, Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar