Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-10/2022 28.03.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: Orucəliyev Abil Elmar oğlunun sədrliyi, Məhkəmə iclas katibi: X5 oğlunun katibliyi, Dövlət ittihamçısı: Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxxxx 1987-ci ildə İsmayıllı rayonunun Quşencə kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli (himayəsində iki azyaşlı uşağı olan), tam orta təhsilli, əvvəllər məhkum olunmayan, İsmayıllı şəhəri, Tofiq Bəkirov küçəsi, ev N1-də daimi qeydiyyatda olmaqla, Naxçıvan şəhəri 1 №-li hərbi şəhərcik, bina 38, mənzil 11-də yaşayan, N №-li hərbi hissədə 3-cü avtomobil bölüyünün N-ci avtomobil taqımının komandiri vəzifəsində xidmət edən, 31 yanvar N0NN-ci ildə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş gizir Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34N.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs rəis kimi işə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməyərək ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, o, N №-li hərbi hissədə taqım komandiri vəzifəsində xidmət edərkən N oktyabr N0N1-ci il tarixdə N nömrəli hərbi hissənin ərazisində tikilən yanacaq-sürtkü materialları anbarında təsərrüfat işlərinə cəlb edilmiş, kifayət qədər təcrübəyə malik və rütbəcə böyük olduğundan orada işləyən hərbi qulluqçuların işinə və texniki təhlükəsizlik qaydalarına əməl etmələrinə rəis kimi nəzarətçi təyin edilmiş, N noyabr N0N1-ci ildə N nömrəli hərbi hissədə yerləşən avtomobil parkının yaxınlığında, N nömrəli hərbi hissədən N nömrəli hissəyə ezam olunan və onun tabeliyinə verilmiş N əsgərlə birlikdə üst-üstə yığılmış beton panellərin kranla maşına yüklənməsi işinə cəlb edilmiş, saat N radələrində işlər davam edərkən avtomobilə yüklənəcək növbəti panelin bir tərəfində olan halqalarına qaldırıcı kranın qarmaqları keçirilib bir az qaldırılarkən halqalar qırılmış, panelin qaldırılan hissəsi yerə düşmüş, buna görə gizir Təqsirləndirilən şəxs tabeliyində olan əsgər Zərərçəkmiş şəxs paneli baş tərəfindən qırıb deşik açması göstərişini vermiş, Zərərçəkmiş şəxs paneldə deşik açıb kranın qarmağına keçirdikdən sonra panelin digər başında olan halqalara kranın qarmaqları keçirilmiş, kran paneli təxminən bir metr qaldırmış, Təqsirləndirilən şəxs işin görülməsinə birbaşa rəhbərlik edən şəxs kimi texniki təhlükəsizlik qaydalarına əməl edilməsinə səhlənkar yanaşaraq Azərbaycan Respublikasının Dövlətdağmədəntexnəzarət Komitəsinin xx.xx.N004-cü il tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “Yükqaldırıcı kranların quruluşu və təhlükəsiz istismarı qaydaları”nın 9.5.18-ci bəndinə əsasən “yüklərin yerdəyişdirilməsi, onların altında adamlar olduqda aparılmamalıdır”, “yüklərin ilməklənməsi, ilməklənmə sxeminə uyğun aparılmalıdır, qaldırılacaq yükün ilməklənməsi üçün qolların sayını və maililik bucağını nəzərə almaqla qaldırılan yükün xüsusiyyətinə və kütləsinə uyğun olaraq ilməklər tətbiq olunmalıdır, ümumi təyinatlı ilməklər elə seçilməlidir ki, onların qolları arasındakı bucaq 900-dən artıq olmasın” və “Yükləmə-boşaltma işləri Təhlükəsizliyin ümumi tələbləri 1N.3.0N-76 DÜST”ün N.1-ci bəndinə əsasən “yükləmə-boşaltma işlərini, bu işlərə dair təhlükəsizlik tələbləri olan texnoloji kartalara, iş icra layihələrinə, texnoloji təlimatlara, eləcə də qaydalara və təlimatlara uyğun aparılmalıdır” tələblərini təmin etməli olduğu halda həmin tələbləri pozmaqla tabeliyində olan Zərərçəkmiş şəxs kranın qaldırdığı panelin altında olan kuvaltı və lingi götürməsinə göstəriş vermiş, Zərərçəkmiş şəxs onun göstərişi ilə yerə oturmuş vəziyyətdə sağ ayağı ilə kuvaltla lingi götürmək məqsədilə özünə tərəf çəkmək istəyəndə panelin kranın qarmağına qoşulmuş halqaları qırılmış, panel Zərərçəkmiş şəxs üzərinə düşərək ona “travmatik hemorragik şok İİ- İİİ dərəcə, döş qəfəsinin, qarın nahiyyəsinin və sağ budun hematoması, sağ qalça sümüyünün qapalı, qəlpəli yerdəyişmiş sınığı, sakroiliak və qasıq simfizinin cırılması, çanağın açıq kitab tipli postravmatik deformasiyası, peritonarxası hematoma, çanağın sağ yarısının geniş ölçülü dərialtı hematoması-Morel Lavellae sindromu aralığın cırılmış yarası, çanağın küt travması” xəsarətləri yetirilmiş, Təqsirləndirilən şəxs rəis kimi öz xidməti borcuna vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurulması ilə müşayiət olunmaqla ağır nəticələrə səbəb olmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34N.1-1-ci maddəsi ilə barəsində elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək verdiyi ifadəsində N6 yanvar N0N1-ci ildən N nömrəli hərbi hissənin tabeliyində olan N nömrəli hərbi hissədə taqım komandiri vəzifəsində xidmət etdiyini, N nömrəli hərbi hissədə xidmətə veriləndən sonra hərbi hissənin ərazisində təsərrüfat işlərinə cəlb edilərək barduyor düzəltmə, panel daşıma və s. təsərrüfat işləri gördüyünü, bundan başqa N019-cu ildə N nömrəli hərbi hissənin ərazisində tikilən əsgər yataqxanalarının və qərargah binasının tikintisi zamanı panellərin avtomobilin yük yerindən götürülüb binanın üstünə qoyulması işlərində işlədiyini, buna görə tikinti təsərrüfat işlərində təcrübəsi olduğunu, N0N1-ci ilin iyul ayından N nömrəli hərbi hissənin ərazisində X7 yanacaq sürtkü materialları anbarının tikintisində təsərrüfat işlərinə cəlb edildiyini, təsərrüfat işlərində təcrübəsi olduğuna görə həmin vaxt N nömrəli hərbi hissə komandirinin şifahi göstərişi ilə təsərrüfat işlərində işləyən şəxsi heyətə ümumi nəzarətçi təyin edildiyini, N oktyabr N0N1-ci ildə isə N nömrəli hərbi hissə komandirinin rəsmi əmri ilə təsərrüfat işlərinə cəlb edildiyini, təsərrüfat işlərində işləyən əsgərlərin və müddətdən artıq xidmət edən hərbi qulluqçuların işlərinə nəzarət etdiyini, təsərrüfat işlərində işləyən əsgərlərin işlədikləri müddətdə onun tabeliyində olduqlarını, iş müddətində onlara rəis hesab edildiyini, təsərrüfat sahəsində işləyən əsgərlərin onun tapşırıqlarını yerinə yetirdiklərini, həmin əsgərlərin texniki təhlükəsizlik qaydalarına əməl etmələrinə cavabdehlik daşıdığını, təsərrüfat sahəsində işlərə cəlb edilən əsgərləri hər gün səhər yeməyindən sonra saat 08 radələrində işləməyə apardığını, axşam tərəfi işlər yekunlaşdıqdan sonra isə gətirib N nömrəli hərbi hissənin qərargah bölüyünün komandiri olmuş kapitan Rahim İbadova, o olmadıqda isə həmin bölük üzrə cavabdeh təyin edilmiş şəxsə təhvil verdiyini, anbarın tikintisinə N nömrəli hərbi hissəyə ezam olunan N nömrəli hərbi hissənin N nəfər əsgərinin cəlb edildiyini, təsərrüfat işlərinin görülməsinə N nömrəli hərbi hissənin əsgəri Zərərçəkmiş şəxs da cəlb olunduğunu, Zərərçəkmiş şəxs N nömrəli hərbi hissədə təsərrüfat işləri görərkən görüb tanıdığını, onunla qohumluğu və ədavəti olmadığını, N noyabr N0N1-ci ildə həmişəki qaydada işə başladıqlarını, əsgərləri düzüb təsərrüfat sahəsinə apardığını, təsərrüfat sahəsində əsgərlərə təhlükəsizlik qaydalarını çatdırdığını, sonra əsgərləri işə bölüb kimin harada işləməsini tapşırdığını, bundan sonra iş icraçısı Şahid6 ona tibb məntəqəsinin arxasında olan panellərin tikinti aparılan sahəyə gətirələcəyini dediyini, əsgərlər Zərərçəkmiş şəxs, Şahid1, Fərid Süleymanlını və ŞahidN ayırıb onlarla birlikdə tibb məntəqəsinin arxasına getdiyini, saat 10 radələrində işə başladıqlarını, həmin vaxt əsgərlər Zərərçəkmiş şəxsla Şahid1 panellərin krana qoşulması işinə ayırdığını, Fərid Süleymanlı ilə ŞahidN isə kran paneli gətirərkən panelləri nizamlamaları və kranın qarmaqlarını panelin qarmaqlarından ayırmaları üçün Ural markalı maşının yük yerinə ayırdığını, kranın Ural markalı maşınla panellərin ortasında durduğunu, panellərin qarmaqlarını kranın qarmaqlarına qoşduqlarını, kranın panelləri qaldırıb Ural markalı maşının yük yerinə yığdığını, həm uzun müddət istifadə olunduqlarından, həm də üst-üstə yığıldıqlarından panellərin bəzilərinin halqalarının əyilib yararsız vəziyyətə düşdüklərini, panellərin bəzilərinin qarmaqlarının qırıldığından ortadan deşik açıb trosla bağlayıb qaldırdıqlarını, panellərdən 6 ədədinin kran vasitəsilə qaldırılıb yük maşının üzərinə qoyulduğunu, növbəti panel istifadəyə yararsız olduğuna görə kranla qaldırılıb kənara qoyulacağını, həmin panelin halqalarına kranın qarmaqlarının keçirildiyini, kran bir az qaldırandan sonra panelin baş hissəsində olan halqalarının qırıldığını, panelin bir tərəfinin yerə düşdüyünü, bundan sonra kranın panelin digər tərəfini də aşağı endirdiyini, panelin qarmaqları qırılan həmin tərəfdə özünün lingi tutduğunu, əsgər Zərərçəkmiş şəxs isə kuvaltla lingə vurub paneldə oyuq açdıqlarını, həmin oyuqdan tros salıb kranın qarmağına keçirdiklərini, panelin kranın durduğu yer istiqamətində olan qarmaqlarına isə kranın digər qarmaqlarının keçirildiyini, paneli qaldırıb daha etibarlı və təhlükəsiz yerə qoymaq üçün panelin altından tros salıb bərkidib qarmağa keçirmək istədiyini, həmin vaxt onda olan trosun qısa olduğunu, buna görə kranın sürücüsü Şahid5 yaxınlaşıb panelin halqalarının çürüdüyünü, onlarla qaldırmağın təhlükəli olduğunu, daha uzun tros verməsini dediyini, Şahid5 ona uzun tros verdiyini, trosu aldıqdan sonra panelin yanına getdiyini, həmin vaxt panelin sol tərəfində əsgər Şahid1, sağ tərəfində isə əsgər Zərərçəkmiş şəxs durduğunu, trosu Şahid1 verib bir tərfədən panelin altına atmasını, Zərərçəkmiş şəxs isə trosun baş tərəfi panelin altından çıxanda trosu panelin altından götürməsini dediyini, bundan sonra onun işarəsi ilə kranın sürücüsü Şahid5 paneli digər panellərin üzərindən təxminən 30-35 sm qaldırdığını, həmin vaxt özünün Zərərçəkmiş şəxs yanında olduğunu, Şahid1 panelin altından trosu salıb Zərərçəkmiş şəxs tərəf hərəkət etdirmək istəyəndə, Zərərçəkmiş şəxs da sağ ayağını panelin altına uzadıb trosu ayağı ilə özünə tərəf çəkmək istədiyini, həmin vaxt panelin kranın qarmağına qoşulmuş halqalarının qırıldığını, panelin Zərərçəkmiş şəxs sağ çanağının üzərinə düşdüyünü, panelin əsgər Zərərçəkmiş şəxs üzərinə düşdüyünü görən kimi Namiqə panelin kranın qarmaqlarına qoşulu qalan hissəsini qaldırmasına işarə verdiyini, Şahid1la birlikdə Zərərçəkmiş şəxs panelin altından çıxardıqlarını, bu vaxt əsgərlər Fərid Süleymanlı və ŞahidN da oraya gəldiklərini, Fərid Süleymanlıya tibb məntəqəsinə gedib həkim çağırmasını dediyini, sonra Ural markalı maşının sürücüsü Şahid4 da gəldiyini, köməkli Zərərçəkmiş şəxs qucaqlarına alıb tibb məntəqəsinə apardıqlarını, orada həkim tibb xidməti baş leytenantı Şirinov Mahirin Zərərçəkmiş şəxs ağrıkəsici iynə vurduğunu, sonra onu hospitala apardıqlarını, 10 noyabr N0N1-ci ildə Zərərçəkmiş şəxs Silahlı Qüvvələrin Baş Klinik Hospitalına aparıldığını, hazırda Zərərçəkmiş şəxs vəziyyətinin normal olduğunu bildiyini, hadisənin qəflətən baş verdiyini, panelin halqalarının qırılacağını gözləmədiyini, səhlənkarlıq edib əsgərlərin təhlükəsizliyini təmin etmədiyini, hərbi hissə komandiri polkovnikleytenant Şahid7, hərbi hissə komandirinin ideoloji iş və mənəvi psixoloji təminat üzrə müavini polkovnik-leytenant Şahid8 də onu təlimatlandıraraq təhlükəsizlik qaydalarına əməl etməsini tapşırdıqlarını, etdiyi hərəkətdən peşman olduğunu, hadisənin ehtiyatsızlıqdan baş verdiyini, himayəsində iki azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını bildirərək, barəsində ədalətli hökm çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin elan olunmuş ittiham üzrə qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması, onun məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, eləcə də məhkəmədə tədqiq olunmuş şahid ifadələri, istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokollar, ekspert rəyləri həmçinin tədqiq olunan sübut xarakterli digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs verdiyi ifadəsində N oktyabr N0N1-ci ildə xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissədən N nömrəli hərbi hissəyə göndərildiyini, N oktyabr N0N1-ci il tarixdə N nömrəli hərbi hissəyə ezam olunduğunu, N nömrəli hərbi hissədə təsərrüfat işlərinə cəlb edildiyini, həmin zaman hərbi hissənin ərazisində tikinti işləri getdiyini, gizir Təqsirləndirilən şəxs onlar təsərrüfat işlərinə cəlb edilən zaman üzərlərində rəis təyin edildiyini, onları işlərə Təqsirləndirilən şəxs ayırdığını, görülən işlərə nəzarət etdiyini, Məhəmməd adlı şəxsin mülki şəxs olduğunu, onun yuxarı komandanlıq tərəfindən hansı işlərin görülməsini müəyyən etməsini və orada olan şəxsi heyətin həmin işləri görməsi üçün təyin edildiyini, N noyabr N0N1-ci ildə üç əsgərlə birlikdə hərbi hissənin ərazisində yerləşən avtomobil parkının yanında olan panellərin kran vasitəsilə maşına yüklənməsi işinə ayrıldıqlarını, həmin vaxt üzərlərində gizir Təqsirləndirilən şəxs nəzarətçi təyin edildiyini, digər 3 əsgər və üzərlərində rəis olan gizir Təqsirləndirilən şəxsla panellər olan yerə getdiklərini, saat 10 radələrində işə başladıqlarını, kranın Ural markalı maşınla panellərin ortasında durduğunu, həmin panellərin Ural markalı maşına yığılıb hərbi hissənin digər tərəfində yanacaq sürtkü materialları anbarı tikilən əraziyə aparılacağını, əsgər Şahid1la kranın qaldırıcı qolunun trosunun başında olan qarmağı panelin halqalarına keçirdiklərini, kranın paneli qaldırıb Ural markalı maşına yüklədiyini, Ural markalı maşında isə digər iki əsgərin panelləri nizamlayıb yüklədiklərini və panellərin halqalarından qarmaqları çıxardıqlarını, panellərin dəmir halqalarının çürük və paslı olduğunu, işə başlamamışdan əvvəl gizir Təqsirləndirilən şəxs panellərin halqalarının çürük olduğunu, trosu bunlara salmayaq, qırılıb düşəcəyini gizir Təqsirləndirilən şəxs dediyini, lakin Təqsirləndirilən şəxs həmin vaxt kranın yanında olduğunu və ona reaksiya vermədiyini, bəlkə də kranın səsindən Təqsirləndirilən şəxs onun dediklərini eşitmədiyini, təxminən saat N radələrində bir neçə paneli bu qaydada Ural markalı maşına yüklədiklərini, növbəti paneli maşına yükləmək üçün kranın qarmaqlarını panelin halqalarına keçirdiklərini, həmin panelin ortasında çat olduğu üçün Təqsirləndirilən şəxs göstərişi ilə onu kənara digər yararsız panellərin üzərinə qoyacaqlarını, Şahid1la kranın qarmaqlarını həmin panelin üzərində olan 4 ədəd halqaya keçirdiklərini, kranın təxminən paneli 1 metr qaldırdıqdan sonra panelin başındakı iki halqasının qırıldığını, panelin bir tərəfinin yerdə olan digər panelin üzərinə düşdüyünü, halqalar qırıldığı üçün gizir Təqsirləndirilən şəxs ona panelin halqalar qırılan tərəfindən ortadan qırıb deşik açmasına göstəriş verdiyini, həmin deşikdən trosu salıb kranın qarmağına ilişdirmələrini, kranın paneli bu qaydada qaldırmasını dediyini, Şahid1 lomu tutduğunu, özünün də kuvaltla vurub paneldə deşik açdıqlarını, bundan sonra trosu panelin həmin deşiyindən keçirib kranın qarmağına ilişdirdiklərini, sonra kranın digər qarmaqlarını panelin üzərində olan salamat halqalara keçirdiklərini, kranın paneli təxminən bir metr qaldırdığını, bu zaman gizir Təqsirləndirilən şəxs ona kranın qaldırdığı panelin altında olan lomu və panelləri deşəmək üçün istifadə etdikləri xüsusi dəmiri götürməsinə göstəriş verdiyini, yerə oturmuş vəziyyətdə sağ ayağı ilə lomu və panelləri deşəmək üçün istifadə etdikləri xüsusi dəmiri özünə tərəf çəkib götürmək istədiyini, həmin vaxt panelin halqalarının qırıldığını, panelin bir tərəfinin qarnının üstünə düşdüyünü, sol böyrü üstə yerə yıxıldığını, ağrıdan qışqırdığını, sonra onu panelin altından çıxarıb tibb məntəqəsinə apardıqlarını, orada ona iynə vurulduğunu və bundan sonra hadisə ilə bağlı heç nə xatırlamadığını, 10 noyabr N0N1-ci ildə Bakı şəhərinə Silahlı Qüvvələrin Baş Klinik Hospitalına aparıldığını və orada əməliyyat olunduğunu, hazırda vəziyyətinin yaxşı olduğunu, N0NN-ci ilin fevral ayının N5-dən Silahlı Qüvvələrin Baş Klinik Hospitalından N №-li hərbi hissəyə köçürüldüyünü, Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olarkən nə xidmət etdiyi hərbi hissədən, nədəki, ezam olunduğu N №-li hərbi hissədən heç kəsin onun müalicə prosesi ilə maraqlanmadığını bildirmişdir. Bundan başqa, zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs tərəfindən ona gələcək müalicə xərclərinə köməklik məqsədilə N000 (iki min) manat məbləğində maddi yardım göstərildiyini, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını, gələcəkdə də olmayacağını bildirərək, Təqsirləndirilən şəxs yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 verdiyi ifadəsində N nömrəli hərbi hissənin zavod rəisinin keyfiyyət üzrə köməkçisi, texniki nəzarət bölməsinin rəisi vəzifəsində işlədiyini, gizir Təqsirləndirilən şəxs N019-cu ildən tanıdığını, əsgər Zərərçəkmiş şəxs isə N nömrəli hərbi hissədə tikinti işləri aparılan vaxtı tanıdığını, X7 hərbi hissələrində aparılan tikinti işlərində işləməklə tikinti işlərinin düzgün və keyfiyyətli aparılmasına nəzarət etdiyini, orada işləyən şəxsi heyətin təhlükəsizliyinə nəzarət etmədiyini, tikintidə işləyən şəxsi heyətin təhlükəsizliyinə hərbi hissə komandirləri tərəfindən ayrılmış şəxslərin nəzarət etdiklərini, N0N1-ci ilin avqust ayında N nömrəli hərbi hissənin ərazisində X7 yanacaq sürtkü materialları anbarları tikilməyə başladığını, həmin tikintinin düzgün və keyfiyyətlə aparılmasına nəzarət etdiyini, tikinti işlərində əsgərlərin, müddətdən artıq xidmət edən hərbi qulluqçuların və gizirlərin işlədiklərini, tikintidə işləyən əsgərlərin üzərində gizir Təqsirləndirilən şəxs nəzarətçi təyin edildiyini, əsgərləri tikintiyə Təqsirləndirilən şəxs gətirdiyini, iş yekunlaşdıqdan sonra isə apardığını, tikintidə işləyən əsgərlərin Təqsirləndirilən şəxs tabeliyində olduqlarını, əsgərlərin tikintidə işlərinə Təqsirləndirilən şəxs nəzarət etdiyini, N noyabr N0N1-ci ildə səhər işə başlamazdan əvvəl şəxsi heyəti işlərə bölüşdürdüyünü, həmin gün N nömrəli hərbi hissənin tibb məntəqəsinin arxasına yığılmış panellərin tikinti aparılan əraziyə gətirilməli olduğunu, buna görə gizir Təqsirləndirilən şəxs və 4 nəfər əsgəri panellərin kranla Ural markalı maşına yükləmələri və tikinti aparılan əraziyə göndərmələri işinə ayırdığını, əsgərlərin kim olmasını bilmədiyini, gizir Təqsirləndirilən şəxs hərbi hissə komandanlığı tərəfindən əsgərlərin üzərində nəzarətçi təyin edildiyindən onu panellərin kran vasitəsilə Ural markalı maşına yüklənməsi işində əsgərlərin üzərində nəzarətçi təyin etdiyini, panellərin maşına yüklənməsi işinə ayrılmış əsgərlərin və Təqsirləndirilən şəxs saat N radələrində panelləri maşına yükləməyə getdiklərini, həmin gün təxminən saat N radələrində Təqsirləndirilən şəxs onun mobil telefonuna zəng vurub hadisə olduğunu, kranın paneli qaldırarkən panelin qarmaqlarının qırıldığını, panelin əsgər Zərərçəkmiş şəxs üstünə düşdüyünü dediyini, ondan harada olmalarını soruşduğunu, hərbi hissənin tibb məntəqəsində olmalarını dediyini, əsgərin vəziyyətinin necə olmasını bilmək üçün dərhal tibb məntəqəsinə getdiyini, tibb məntəqəsinə çatanda bir əsgərin içəridə yerə uzadılmasını gördüyünü, həmin əsgərə yaxınlaşıb necə olmasını soruşduğunu, əsgərin ağrıları olmasını dediyini, həmin vaxt üzərinə panel düşən əsgərin Zərərçəkmiş şəxs olduğunu bildiyini, bir az sonra onu hospitala apardıqlarını, tikinti aparılan əraziyə qayıdıb öz işinə davam etməyə başladığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 verdiyi ifadəsində N nömrəli hərbi hissənin tərkibində olan N nömrəli hərbi hissədə sürücü-krançı vəzifəsində xidmət etdiyini, ona “MAZ” markalı “M N MR” hərbi nömrə nişanlı avtomobil təhkim olunduğunu, həmin avtomobilin həm sürücüsü, həm də qaldırıcı qolunu idarə edən şəxs olduğunu, həmin qaldırıcı krandan müxtəlif hərbi hissələrdə və hərbi ilə bağlı digər yerlərdə aparılan təmir və tikinti işləri zamanı istifadə olunduğunu, N noyabr N0N1-ci ildə, saat 07:30-da tabor komandiri mayor Tərlan Əliyevin ona N №-li hərbi hissənin ərazisində YSM anbarı tikintisi aparıldığını, gedib orada kranla panellərin daşınması işinə köməklik edəcəyini dediyini, adına təhkim edilmiş qaldırıcı kranla N №-li hərbi hissəyə getdiyini, kiçik gizir Seymur İmanovun maşın böyüyü olduğunu, N nömrəli hərbi hissənin ərazisində olan panelləri çeşidləyib istifadəyə yararlıları kranın yanında saxlayan Ural markalı maşının qoşqusunun üzərinə yığdıqlarını, panellərin yüklənməsi işinə gizir Təqsirləndirilən şəxs rəhbərliyi ilə 4 əsgərin ayrıldığını, N əsgərin kranın qarmaqlarını yerdə panellərin halqalarına keçirdiklərini, N əsgərin isə Ural markalı maşının üzərində panelləri nizamlayıb maşına yükləyərək qarmaqları panelin halqalarından çıxardıqlarını, həmin zaman işlərin görülməsinə gizir Təqsirləndirilən şəxs rəhbərlik etdiyini, kranı idarə edərkən maşının səsindən çöldə nə olmasını eşitmədiyini, bu səbəbdən gizir Təqsirləndirilən şəxs əl hərəkətləri ilə paneli endirib-qaldırdığını, panellər köhnə olduğundan bəzilərinin qarmaqlarının çürüdüyünü, ona görə də paneli təhlükəsiz qaydada götürmək üçün paneli deşərək oradan tros keçirib həmin trosu kranın qarmağına ilişdirdiklərini, bu qaydada 6 ədəd paneli maşına yüklədiklərini, növbəti panelin bir tərəfinin halqalarının olmadığını, buna görə panelin həmin tərəfini orta hissədən deşib trosla halqa yaradıb kranın qarmağına keçirdiklərini, digər tərəfdən isə kranın qarmaqlarını panelin halqalarına keçirdiklərini, gizir Təqsirləndirilən şəxs ona panelin altına salmaq üçün əli ilə işarə edərək tros verməsini dediyini, kranın üzərində olan trosu Təqsirləndirilən şəxs verdiyini, sonra Təqsirləndirilən şəxs əl hərəkəti ilə paneli yerdən bir az qaldırdığını, sonra Təqsirləndirilən şəxs əli ilə işarə edib saxla dediyini, qaldırmanı saxlayıb onların trosu panelin altından keçirmələrini gözlədiyini, ani olaraq kranın silkələndiyini, panelin qarmaqlar olan tərəfinin yerə düşdüyünü, baxdıqda əsgər Məmmədovun ayağının panelin altında qaldığını gördüyünü, buna görə kranla panelin trosla kranın qarmağına keçirilən hissəsini bir qədər yuxarı qaldırdığını, əsgərin ayağını panelin altından çıxardıqlarını, sonra özünün də krandan düşüb oraya getdiyini, əsgər Məmmədovu köməkli götürüb tibb məntəqəsinə apardıqlarını, orada ona ağrıkəsici iynə vurulduğunu, sonra tibbi yardım maşını ilə hospitala aparıldığını, əvvəllərdə N nömrəli hərbi hissənin tikintisi aparılan zaman gizir Təqsirləndirilən şəxsla birlikdə panellərin yüklənməsi işinə cəlb edildiyini, Təqsirləndirilən şəxs həmin işlərin görülməsində təcrübəsi olduğunu göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş MAHHXHQ-su baş çavuş Şahid4 verdiyi ifadəsində N nömrəli hərbi hissənin tərkibində olan N nömrəli hərbi hissədə sürücü vəzifəsində xidmət etdiyini, ona Ural 43N0 markalı, F 357 MR hərbi nömrə nişanlı avtomobil təhkim edildiyini, həmin avtomobillə X7 hərbi hissələrində tikinti işləri aparılan yerlərə yük daşıdığını, 08 noyabr N0N1-ci ildə axşam düzülüşü vaxtı hərbi hissə komandiri mayor Ramin Əliyevin ona səhər hərbi hissə daxili çıxışda olacağını, hərbi hissənin ərazisində tibb məntəqəsinin arxasında olan panelləri yanacaq sürtkü materialları anbarı tikilən əraziyə dayışacağını dediyini, həmin gün maşın böyüyü MAHHXHQ-su kiçik çavuş Şahid3 təyin edildiyini, N noyabr N0N1-ci ildə saat 10 radələrində Uralı işə salıb panellərin yanına sürdüyünü, həmin vaxt N nömrəli hərbi hissədən MAZ markalı, M N MR hərbi nömrə nişanlı avtomobilin, yəni qaldırıcı kranın panelləri maşına yükləməyə gəldiyini, həmin maşının sürücüsünün MAHHXHQ-su əsgər Şahid5 olduğunu, kranın gəlib panellərin yanında dayandığını, kranın sürücüsünün kranı yükləmə üçün hazır vəziyyətə gətirdiyini, həmin vaxt panelləri maşına yükləmək üçün 4 əsgər ayrıldığını, əsgərlərin kim olmasını bilmədiyini, panellər maşına yüklənərkən nizamlamaları və panel maşına qoyulduqdan sonra kranın qarmaqlarını panelin halqalarından çıxarmaları üçün əsgərlərdən ikisinin onun idarə etdiyi Ural markalı maşının yük yerinə çıxdıqlarını, iki əsgərin isə kranın paneli qaldırıb maşına yükləməsi üçün kranın qarmaqlarını panelin halqalarına saldıqlarını, həmin vaxt gizir Təqsirləndirilən şəxs əsgərlərin üzərində böyük təyin edildiyini, görülən işlərə onun nəzarət etdiyini, kranın Ural markalı maşınla panellərin ortasında durduğunu, kran ortada dayandığından Ural markalı maşından panellərin olduğu yerin görünmədiyini, maşın böyüyü Şahid3lə Ural markalı maşının yük yerinin yanında yerdə durub əsgərlərin panelləri düzgün yığmalarına və təhlükəsizlik qaydalarına əməl etmələrinə nəzarət etdiklərini, bəzi panellərin qarmaqlarının çürük olduğundan qırıldığını, buna görə panelin ortasından deşik açılıb trosla qaldırılıb maşına yükləndiyini, panellərin maşının yük yerinə iki sırada yanbayan yığıldığını, həmin vaxt maşına 6 ədəd panel yükləndiyini, 7-ci panelin gəlməsini gözləyərkən təxminən saat N radələrində panellər yüklənən tərəfdən qışqırıq səsi eşitdiyini, dərhal səs gələn tərəfə qaçdığını, çatanda bir əsgərin üzərinə panel düşdüyünü gördüyünü, panelin bir tərəfinin deşilib trosla kranın qarmağına keçirildiyini, digər tərəfinin isə qırılaraq kranın qarmağından çıxıb əsgərin üzərinə düşdüyünü, panelin trosla kranın qarmağına ilişdirilən hissəsinin göydə, digər hissəsinin isə yerdə olan panellərin üzərində olduğunu, həmin vaxt kranın dərhal panelin trosla bağlanan hissəsini qaldırdığını, həmin əsgəri panelin altından dartıb çıxarıb qucaqlarına alıb tibb məntəqəsinə apardıqlarını, tibb məntəqəsində ona tibbi yardım göstərildikdən sonra hospitala aparıldığını göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş MAHHXHQ-su kiçik çavuş Şahid3 oxşar məzmunlu ifadə verərək, şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərilənləri təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş ŞahidN verdiyi ifadəsində N0N1-ci ilin sentyabr ayının sonlarında xidmət yerinin N nömrəli hərbi hissədən N nömrəli hərbi hissəyə dəyişdirildiyini, həmin vaxtdan N nömrəli hərbi hissəyə ezam olunaraq təsərrüfat işlərinə cəlb edildiyini, əsgər Zərərçəkmiş şəxs N nömrəli hərbi hissəyə ezam olunduqdan sonra görüb tanıdığını, onun da hərbi hissədəki təsərrüfat işlərinə cəlb edildiyini, təsərrüfat işləri görülən zaman gizir Təqsirləndirilən şəxs həmin işlərə nəzarət etdiyini, hər gün səhər yeməyindən sonra gizir Təqsirləndirilən şəxs gəlib şəxsi heyəti işlər görüləcək tikinti sahəsinə apardığını, orada Məhəmməd adlı mülki şəxsin gəlib görüləcək işləri deyərək şəxsi heyəti işlərə ayırdığını, gizir Təqsirləndirilən şəxs isə görülən işlərə nəzarət etdiyini, N noyabr N0N1ci ildə əsgərlər Zərərçəkmiş şəxs, Süleymanlı Fərid və Şahid1lə panel işinə ayrıldıqlarını, işə nəzarəti gizir Təqsirləndirilən şəxs etdiyini, gizir Təqsirləndirilən şəxs rəhbərliyi ilə panellər olan avtomobil parkının yanındakı əraziyə getdiklərini, saat 10 radələrində işə başladıqlarını, Təqsirləndirilən şəxs onlara iki nəfərin Uralın üstündə panellərin yüklənməsinə, iki nəfərin isə panellərə qarmaqların qoşulmasına kömək etməsini dediyini, özünün və X8 yük yerində panellərin yüklənməsinə başladıqlarını, Zərərçəkmiş şəxslə Şahid1 isə aşağıda qalıb kranın qarmağının panellərin halqasına qoşulması işini gördüklərini, həmin vaxt 6 ədəd paneli Urala yüklədiklərini, saat N radələrində Fərid Süleymanlı ilə Uralın üstündə durub növbəti panelin gətirilməsini gözlədiklərini, həmin vaxt kranın silkələndiyini gördüklərini, kiminsə qışqırdığını, Fərid Süleymanlının maşından düşüb səs gələn istiqamətə qaçdığını, özünün də onun arxasınca qaçıb kranın digər tərəfinə keçdiyini, kranın qarmaqlarına qoşulmuş panelin krana tərəf olan hissəsinin qırılıb yerə düşdüyünü gördüyünü, əsgər Zərərçəkmiş şəxs panelin altında qaldığını, kranın sürücüsünün panelin tros qoşulan hissəsini havaya qaldırdığını, Təqsirləndirilən şəxs və Şahid1 Zərərçəkmiş şəxs dartıb panelin altından çıxardıqlarını, onun qoluna girib tibb məntəqəsinə apardıqlarını, orada ona ilkin tibbi yardım göstərildiyini, onun qarnının sağ tərəfində yara olduğunu, bel tərəfindən qan gəldiyini, sonra onu hospitala apardıqlarını, hər gün onlara təhlükəsizlik qaydalarının çatdırıldığını, panellərin maşına yüklənməsi işinə başlamamışdan əvvəl həmin işlərlə bağlı gizir Təqsirləndirilən şəxs onlara təhlükəsizlik qaydalarını, həmçinin ustaların yanında işləyən zaman, həm də panellərin daşınması və digər işlərin görülməsi zamanı hansı hərəkətləri etmələrini çatdırdığını göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş polkovnik-leytenant Şahid7 verdiyi ifadəsində N nömrəli hərbi hissənin komandiri vəzifəsində xidmət etdiyini, gizir Təqsirləndirilən şəxs hərbi xidmətdə görüb tanıdığını, onun N nömrəli hərbi hissənin tabeliyində olan N №-li hərbi hissədə taqım komandiri vəzifəsində xidmət etdiyini, əsgər Zərərçəkmiş şəxs N0N1-ci ilin oktyabr ayında N nömrəli hərbi hissədən N nömrəli hərbi hissəyə ezam olunduğunu, N nömrəli hərbi hissənin X7 təminat işinə baxdığını, həmçinin hərbi hissənin X7 tabeliyində olan hərbi hissələrdə təmir tikinti işlərini həyata keçirdiyini, N nömrəli hərbi hissənin ərazisində X7 yanacaq sürtkü materialları anbarı tikildiyini, N nömrəli hərbi hissədə şəxsi heyət az olduğundan və hərbi hissədə xidmətlərə təyin olunduqlarından N nömrəli hərbi hissədən əsgərlərin N nömrəli hərbi hissəyə ezam olunduqlarını, N nömrəli hərbi hissənin ərazisində aparılan tikinti təsərrüfat işlərinə cəlb olunduqlarından təminatda hərbi hissənin üzərində olduqlarını, yəni yemək, yatmaq və sair təminatlarını N nömrəli hərbi hissənin təmin etdiyini, N nömrəli hərbi hissədən ezam gəlmiş əsgərlərin hər gün səhər yeməyindən sonra hərbi hissənin ərazisində aparılan tikinti təsərrüfat işlərinə cəlb edildiklərini, axşam işlər yekunlaşdıqdan sonra isə hərbi hissəyə gəldiklərini, onların hərbi hissənin qərargah bölüyündə qaldıqlarını, hər gün həmin əsgərlərə tikinti təsərrüfat işlərinə cəlb edilməmişdən əvvəl təhlükəsizlik qaydalarının çatdırıldığını, bundan sonra həmin əsgərlərin tikinti təsərrüfat sahəsinə getdiklərini, həmin əsgərlərin üzərində N nömrəli hərbi hissənin giziri Təqsirləndirilən şəxs şifahi əmri ilə böyük təyin etdiyini, onun təsərrüfat tikinti təminat işlərində işləyən əsgərlərin üzərində rəis olmaqla işlərə nəzarət etdiyini, tikintidə işləyən əsgərlərin gizir Təqsirləndirilən şəxs tabeliyində və nəzarəti altında işlədiklərini, həmin əsgərlərin işləyərkən gizir Təqsirləndirilən şəxs tabeliyində olduqlarını, tikinti sahəsində xidmət etdiyi müddətdə gizir Təqsirləndirilən şəxs onlara rəis hesab edildiyini və əsgərlərin onun göstərişlərini yerinə yetirdiklərini, orada konkret olaraq gün ərzində kimin nə iş görməsini gizir Təqsirləndirilən şəxs böldüyünü, həmin şəxsi heyətin işlərinə və onların texniki təhlükəsizlik qaydalarına əməl etmələrinə böyük kimi gizir Təqsirləndirilən şəxs nəzarət etdiyini, Təqsirləndirilən şəxs əvvəllər də müxtəlif tikinti təsərrüfat işlərində böyük və rəis kimi xidmət etdiyindən N nömrəli hərbi hissə komandirinin N oktyabr N0N1-ci il tarixli əmri ilə N nömrəli hərbi hissənin ərazisində aparılan anbarın tikintisi işlərinə cəlb edildiyini, işlərə cəlb olunmuş şəxsi heyətin üzərində böyük olmaqla Təqsirləndirilən şəxs həmçinin işlərin təhlükəsiz qaydada yerinə yetirilməsinə cavabdeh olduğunu, bununla bağlı ona komandir heyəti və hərbi hissənin zabitləri tərəfindən gündəlik təlimat verildiyini, özünün N noyabr N0N1-ci ildə Əlahiddə X4 əmri ilə 5 günlük müddətinə məzuniyyətə buraxıldığını, onun vəzifələrini ideoloji iş və mənəvi psixoloji təminat üzrə müavini polkovnik-leytenant Şahid8 icra etməyə başladığını, 10 noyabr N0N1-ci ildə xidmətə qayıtdığını, məzuniyyətdə olarkən N noyabr N0N1-ci ildə polkovnik-leytenant Şahid8 onun mobil telefonuna zəng vurub hərbi hissədə hadisə olduğunu, bir əsgərin üzərinə panel düşdüyünü dediyini, həmin əsgərin kim olmasını və vəziyyətinin necə olmasını soruşduğunu, Şahid8 həmin əsgərin N nömrəli hərbi hissədən ezam gəlmiş əsgər Zərərçəkmiş şəxs olduğunu, əsgərin özündə olduğunu, hospitala göndərdiklərini bildirdiyini, sonra ondan hadisənin necə olmasını soruşduğunu, Şahid8 hərbi hissənin ərazisində olan panelləri kran vasitəsilə Ural markalı maşının yük yerinə yükləyərkən panelin qarmağının qırılıb əsgərin üstünə düşdüyünü dediyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş polkovnik-leytenant Şahid9 verdiyi ifadəsində N018-ci ilin may ayından N0N1-ci ilin dekabr ayının N0-dək N nömrəli hərbi hissənin tabeliyində olan N nömrəli hərbi hissənin komandiri vəzifəsində xidmət etdiyini, hazırda X7 avtomobil xidməti rəisi vəzifəsində xidmət etdiyini, gizir Təqsirləndirilən şəxs hərbi xidmətdə görüb tanıdığını, əsgər Zərərçəkmiş şəxs N0N1-ci ilin oktyabr ayında N nömrəli hərbi hissədən N nömrəli hərbi hissəyə ezam olunduğunu, N0N1-ci ilin aprel ayında N nömrəli hərbi hissənin ərazisində X7 yanacaq sürtkü materialları anbarı tikilməyə başladığını, N nömrəli hərbi hissədə əsgər az olduğundan və hərbi hissədəki xidmətlərə təyin olunduqlarından N nömrəli hərbi hissədən əsgərlərin N nömrəli hərbi hissəyə təsərrüfat işlərinin görülməsi üçün ezam olunduqlarını, gizir Təqsirləndirilən şəxs tikinti təsərrüfat sahəsində təcrübəsi olduğuna görə N nömrəli hərbi hissə komandirinin şifahi əmri ilə orada işləyən əsgərlərin üzərində böyük təyin edildiyini, N oktyabr N0N1-ci ildə Təqsirləndirilən şəxs tikinti təsərrüfat işlərinə cəlb edilməsi üçün tərəfindən əmr verilərək həmin işlərə cəlb edildiyini, N nömrəli hərbi hissədən ezam gəlmiş əsgərləri hər gün səhər yeməyindən sonra gizir Təqsirləndirilən şəxs tikinti təsərrüfat sahəsinə aparıb, axşam isə işlər yekunlaşdıqdan sonra hərbi hissəyə gətirdiyini, həmin əsgərlərin tikinti təsərrüfat işlərində nə iş görmələrini gizir Təqsirləndirilən şəxs böldüyünü, orada işləyən şəxsi heyətin işlərə ayrılmasını və ayrıayrı işlərə cəlb edilməsini N nömrəli hərbi hissənin komandiri tərəfindən şəxsi heyətə rəis təyin edilmiş gizir Təqsirləndirilən şəxs həyata keçirdiyini, tikinti təsərrüfat sahəsində işləyən əsgərlərin gizir Təqsirləndirilən şəxs tabeliyində və onun nəzarəti altında işlədiklərini, həmin əsgərlər orada işləyərkən gizir Təqsirləndirilən şəxs tabeliyində olduqlarını, tikinti sahəsində xidmət etdiyi müddətdə gizir Təqsirləndirilən şəxs onlara rəis hesab edildiyini və əsgərlərin onun göstərişlərini yerinə yetirdiklərini, şəxsi heyətin işlərinə və onların texniki təhlükəsizlik qaydalarına əməl etmələrinə böyük kimi gizir Təqsirləndirilən şəxs nəzarət etdiyini, N noyabr N0N1-ci ildə saat 11:15 radələrində “Baza”da olarkən N nömrəli hərbi hissənin ərazisində bir əsgərin üstünə panel düşməsini eşitdiyini, dərhal N nömrəli hərbi hissəyə getdiyini, hərbi hissəyə çatanda əsgərin hospitala aparıldığını, maraqlanıb əsgərin kim olmasını, vəziyyətinin necə olmasını, hadisənin necə baş verməsini öyrəndiyini, həmin vaxt gizir Təqsirləndirilən şəxs N əsgərlə hərbi hissənin ərazisində kran vasitəsilə panelləri Ural markalı avtomobilə yükləməyə getdiyini, kranın paneli qaldırarkən, panelin qarmağının qırılıb N nömrəli hərbi hissədən ezam gəlmiş əsgər Zərərçəkmiş şəxs üstünə düşməsini və onun xəsarət almasını, onun hospitala aparılmasını bildiyini, sonradan Zərərçəkmiş şəxs Bakı şəhərinə Silahlı Qüvvələrin Baş Klinik Hospitalına göndərildiyini, vəziyyətinin normal olduğunu öyrəndiyini göstərmişdir. Şahid8 xx.xx.N0NN-ci il tarixli telefonoqramla məhkəməyə müraciət edərək ailə vəziyyəti ilə əlaqədar olaraq Bakı şəhərində olduğunu, məhkəmə iclaslarına gələ bilmədiyini, ibtidai araşdırma dövründə verdiyi ifadəsini təsdiq etdiyini, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Həmçinin bununla bağlı N nömrəli hərbi hissənin komandiri Şahid7 tərəfindən cinayət işi üzrə şahid qismində tanınmış N nömrəli hərbi hissənin komandirinin müavini polkovnikleytenant Şahid8 xx.xx.N0NN-ci il tarixdən etibarən məzuniyyətə buraxılmasına dair hərbi hissə komandirinin N №-li, xx.xx.N0NN-ci il tarixli əmrindən çıxarışı da məhkəməyə təqdim edilmişdir. Məhkəmə, Şahid8 məhkəmə iclasına gəlməsini istisna edən halı üzrlü səbəb hesab edərək, onun iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 3N.1-ci maddəsinə əsasən mümkün hesab etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid8 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində N №-li hərbi hissə komandirinin ideoloji iş və mənəvi psixoloji təminat üzrə müavini vəzifəsində xidmət etdiyini, əsgər Zərərçəkmiş şəxs və gizir Təqsirləndirilən şəxs hərbi xidmətdə görüb tanıdığını, Təqsirləndirilən şəxs N nömrəli hərbi hissənin tabeliyində olan N №-li hərbi hissədə taqım komandiri vəzifəsində xidmət etdiyini, əsgər Zərərçəkmiş şəxs isə N nömrəli hərbi hissədən ezam olunduğunu, N noyabr N0N1-ci ildə hərbi hissə komandiri polkovnikleytenant Şahid7 Əlahiddə X4 əmri ilə 5 günlük məzuniyyətə buraxıldığını, həmin vaxt Ordu Komandanının əmri ilə özünün hərbi hissə komandirinin vəzifələrini icra etməyə başladığını, N nömrəli hərbi hissənin X7 təminat işinə baxdığını, buna görə N nömrəli hərbi hissənin X7 tabeliyində olan hərbi hissələrdə təmir tikinti işlərini həyata keçirdiyini, N nömrəli hərbi hissədə şəxsi heyət az olduğundan və hərbi hissədə xidmətlərə təyin olunduqlarından təsərrüfat işlərinin görülməsi üçün N nömrəli hərbi hissədən əsgərlərin N nömrəli hərbi hissəyə ezam olunduqlarını, N nömrəli hərbi hissənin ərazisində X7 yanacaq sürtkü materialları anbarı tikildiyindən N nömrəli hərbi hissədən ezam olunan əsgərlərin həmin tikinti təsərrüfat sahəsində işlərə cəlb olunduqlarını, onların yemək, yatmaq və sair təminatlarını N nömrəli hərbi hissənin təmin etdiyini, N nömrəli hərbi hissədən ezam gəlmiş əsgərlərin hər gün səhər yeməyindən sonra tikinti təsərrüfat işlərinə cəlb edildiklərini, saat 18 radələrində isə işləri yekunlaşdırıb hərbi hissəyə gəldiklərini, həmin əsgərlərin hərbi hissənin qərargah bölüyündə qaldıqlarını, hər gün təsərrüfat işlərinə cəlb edilmiş əsgərlərə işlərə başlamamışdan əvvəl təhlükəsizlik qaydalarını özünün çatdırdığını, bundan sonra həmin əsgərlərin təsərrüfat sahəsinə gedib işlərə ayrıldıqlarını, N nömrəli hərbi hissədə xidmət edən gizir Təqsirləndirilən şəxs tikinti sahəsində görülən işlərə rəhbər təyin edildiyini, çünki onun uzun müddətdir ki, təsərrüfat işlərinə cəlb edildiyindən bu sahədə kifayət qədər təcrübəsi olduğunu, Təqsirləndirilən şəxs təsərrüfat sahəsində işləyən əsgərlərə və usta kimi işləyən MAHHXHQ-nın işlərinə böyük kimi nəzarət etdiyini, həmin şəxsi heyətin gizir Təqsirləndirilən şəxs tabeliyində və nəzarəti altında işlədiklərini, təsərrüfat sahəsində xidmət etdiyi müddətdə gizir Təqsirləndirilən şəxs əsgərlərə rəis hesab edildiyini və əsgərlərin onun göstərişlərini yerinə yetirdiklərini, tikinti təsərrüfat işlərinə cəlb edilmiş şəxsi heyətin işlərinə və onların texniki təhlükəsizlik qaydalarına əməl etmələrinə böyük kimi gizir Təqsirləndirilən şəxs nəzarət etdiyini, özünün də arada tikinti təsərrüfat işləri aparılan əraziyə gedib gizir Təqsirləndirilən şəxs ehtiyatlı olmalarını, tabeliyində olan əsgərlərə nəzarət etməsini, onların sağlamlıqlarını qorumasını tapşırdığını, bundan əlavə Təqsirləndirilən şəxs tikinti təsərrüfat sahəsində əsgərlərin üzərində böyük təyin olunduğundan onun özünün də mütəmadi olaraq rəis kimi işlərə bölünən şəxsi heyətə texniki təhlükəsizlik qaydalarına əməl edilməsini çatdırmalı olduğunu, N noyabr N0N1-ci ildə N nömrəli hərbi hissədən ezam olunmuş əsgərlərin səhər yeməyindən sonra hərbi hissənin ərazisində yanacaq sürtkü materialları anbarı tikilən əraziyə getdiklərini, həmin əsgərlər işə getməmişdən əvvəl onlara təhlükəsizlik qaydalarını çatdırdığını, sonra onları tikintidə işləməyə göndərdiyini, həmin gün saat N radələrində hərbi hissədə qərargahın qabağında olarkən əsgərlərdən kiminsə gəlib bir əsgərin üstünə panel düşməsini dediyini, dərhal panellər olan yerə getdiyini, həmin əraziyə çatanda bir neçə nəfərin bir əsgəri qucaqlarına alıb tibb məntəqəsinə gətirdiklərini gördüyünü, həmin əsgərin sağ qarın nahiyəsində qan olduğunu, həkim tibb xidməti baş leytenantı Mahir Şirinovun əsgərə tibbi yardım göstərdiyini, özünün əsgərdən ad soyadını soruşduğunu, əsgərin Zərərçəkmiş şəxsdur cavabını verdiyini, Zərərçəkmiş şəxs ağrıdan qışqırdığını, buna görə ondan başqa heç nə soruşmadığını, dərhal onu hospitala təxliyyə etdiklərini, 10 noyabr N0N1-ci ildə Zərərçəkmiş şəxs Silahlı Qüvvələrin Baş Klinik Hospitalına təxliyyə edildiyini, sonradan həmin vaxt N nömrəli hərbi hissədən ezam gəlmiş əsgərlər Şahid1, Zərərçəkmiş şəxs, ŞahidN və Fərid Süleymanlının panellərin kran vasitəsi ilə maşına yüklənməsi işinə ayrıldıqlarını, gizir Təqsirləndirilən şəxs da böyük kimi onlara nəzarət etdiyini, kranın paneli qaldırarkən panelin qarmaqlarının qırılaraq Zərərçəkmiş şəxs üstünə düşdüyünü və onun xəsarət aldığını öyrəndiyini, hadisə vaxtı Təqsirləndirilən şəxsndan başqa komandir, rəis heyətindən heç kimin, həmçinin iş icraçısı Şahid6 orada olmadıqlarını, şəxsi heyət təsərrüfat işlərinə cəlb edilərkən ümumi olaraq hərbi hissə komandanlığı tərəfindən əmr verildiyini, ancaq gündəlik görüləcək işlərlə bağlı hərbi hissə komandanlığı tərəfindən ayrı-ayrı əmrlər verilmədiyini, gizir Təqsirləndirilən şəxs təsərrüfat işlərinə ayrılması və orada işlərə nəzarət etməsi üçün bir dəfə əmr və tapşırıq verildiyini göstərmişdir (i.v İİ cild 7-1N). Şahid1 xx.xx.N0NN-ci il tarixli teleqramla məhkəməyə müraciət edərək səhəti ilə əlaqədar olaraq Bakı şəhərində müalicə olunduğunu, məhkəmə iclaslarına gələ bilmədiyini, ibtidai araşdırma dövründə verdiyi ifadəsini təsdiq etdiyini, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, Şahid1 məhkəmə iclasına gəlməsini istisna edən halı üzrlü səbəb hesab edərək, onun iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 3N.1-ci maddəsinə əsasən mümkün hesab etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə icasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində 16 iyul N0N0-ci ildə hərbi xidmətə çağırıldığını, əvvəlcə N nömrəli hərbi hissədə xidmət etdiyini, N0N1-ci ilin sentyabr ayının N9-da xidmət yerinin N nömrəli hərbi hissəyə dəyişdirildiyini, həmin tarixdən N nömrəli hərbi hissəyə ezam edilərək həmin hərbi hissənin ərazisində olan təsərrüfat işlərinə cəlb edildiyini, hərbi hissənin qərargah bölüyünün yataqxanasında yatdıqlarını, hər səhər yeməkdən sonra gizir Təqsirləndirilən şəxs onları tikinti sahəsinə apardığını, axşam isə işlər qurtarandan sonra gətirib həmin bölüyün komandiri kapitan Rahim İbadova, gizir İlqar Seyidova, bölük üzrə cavabdehə təhvil verdiyini, təsərrüfat işləri görərkən üzərlərində gizir Təqsirləndirilən şəxs rəis olduğunu, əsgər Zərərçəkmiş şəxs gənc əsgər kursundan tanıdığını, onun da N nömrəli hərbi hissədə xidmət etdiyini, Zərərçəkmiş şəxs da N nömrəli hərbi hissədəki təsərrüfat işlərinə cəlb edildiyini, hərbi hissənin ərazisində aparılan tikinti işlərində işlədiklərini, tikintidə hörgü, gəc vurma, panel daşıma və başqa işlər gördüklərini, əsas işləri tikintidə olan MAHHXHQ-lərin yerinə yetirdiklərini, əsgərlərin isə onların yanında işlərə kömək etdiklərini, özünün Zərərçəkmiş şəxsla həmin tikinti işlərinə ayrılandan hörgüdə işləyərək ustalara kubikləri verdiklərini, hər səhər tikinti aparılan yerə getdikdən sonra gizir Təqsirləndirilən şəxs onları işlərə ayırdığını, sonra işə başladıqlarını, N noyabr N0N1-ci ildə gizir Təqsirləndirilən şəxs tərəfindən əsgərlər Zərərçəkmiş şəxs, Süleymanlı Fərid və ŞahidN ilə birlikdə panel işinə ayrıldıqlarını, həmin vaxt üzərlərində gizir Təqsirləndirilən şəxs rəis olduğunu, Təqsirləndirilən şəxs onlara nə işlər görəcəklərini və necə işləyəcəklərini tapşırdığını, görülən işlərə nəzarət etdiyini, saat 10 radələrində işə başladıqlarını, hərbi hissənin ərazisində olan panellərin Ural markalı avtomobilin yük yerinə yığılıb hərbi hissənin digər tərəfinə aparılacağını, özünün əsgər Zərərçəkmiş şəxslə kranın qaldırıcı qolunun trosunun baş hissəsində olan qarmağını panelin halqalarına keçirdiklərini, kranın paneli qaldırıb Uralın yük yerinə qoyduğunu, digər iki əsgərin isə Uralın üstündə panelin ora düz qoyulmasını təmin etdiklərini, sonra qarmağı çıxardıqlarını, panelin üzərində olan halqaların paslı və çürük olduğu üçün bəzilərinin qırıldığını, panellərin qarmaqları köhnə olduğundan paneli saxlamadığını, panelin halqaları qırılan zaman panelin baş hissəsində linglə deşik açaraq trosu həmin deşikdən keçirib kranın qarmağına ilişdirdiklərini, 6 ədəd paneli bu qaydada Urala qoyduqlarını, növbəti panelin ortasında çat olduğunu, Təqsirləndirilən şəxs onu kənara qoyub altındakı paneli Urala yükləmələrini dediyini, həmin çat olan panelin kənarlarındakı 4 ədəd halqalarına kranın qarmağını saldıqlarını, kran paneli bir balaca qaldıran kimi baş hissədə olan halqaların qırıldığını, panelin bir tərəfinin aşağıda olan panelin üzərinə düşdüyünü, əsgər Zərərçəkmiş şəxs gizir Təqsirləndirilən şəxsla birlikdə linglə və ağır çəkiclə paneldə oyuq açıb oradan tros keçirdiklərini, trosu kranın qaldırıcı qolunun troslarından birinin qarmağına saldıqlarını, sonra qaldırıcı qolun iki qarmağını panelin krana tərəf olan hissəsində olan qarmaqlara keçirdiklərini, kranın paneli havaya qaldırdığını, özünün panelin sağ tərəfində, əsgər Zərərçəkmiş şəxs isə sol tərəfində dayandığını, kranın həmin paneli çəkib qıraqdakı panellərin üstünə qoyacağını, həmin panelin digər halqaları qırıldığından və oyuq açıb tros keçirdiklərindən Təqsirləndirilən şəxs panelin bu tərəfinə də altdan tros keçirib qaldırmalarını dediyini, həmin vaxt özünün əlində tros olduğunu, panel biraz havaya qalxdıqdan sonra həmin trosu altdan keçirib uc hissəsini Zərərçəkmiş şəxs verməsi üçün gözlədiyini, Zərərçəkmiş şəxs da trosu çəkib digər tərəfdən çıxarmaqla panelin üstündə birləşdirib kranın qarmağına keçirəcəklərini, bu tapşırığı onlara gizir Təqsirləndirilən şəxs verdiyini, həmin vaxt panelin onlar dayandıqları hissəsini kranın təxminən 30-40 sm qaldırıb saxladığını, özünün əyilib trosun ucunu panelin altından Zərərçəkmiş şəxs atmaq istəyəndə kranın qarmaqlarının ilişdirildiyi panelin halqalarının qopduğunu, panelin həmin hissəsinin qarmaqdan çıxıb altdakı panelin üstünə düşdüyünü, trosun fırlandığını, trosu panelin altına ata bilmədiyini, həmin vaxt Zərərçəkmiş şəxs qışqırdığını, baxanda Zərərçəkmiş şəxs sağ ayağının panelin altında qaldığını gördüyünü, onun sağ ayağının qarın nahiyəsinə qədər hissəsinin panelin altında qaldığını, Təqsirləndirilən şəxs onun yanında olduğunu, Zərərçəkmiş şəxs ayağını panelin altına salmasını gördüyünü, lakin nə üçün buna icazə verməsini bilmədiyini, panelin baş hissəsində oyuq açılaraq tros salınan tərəfinin havada olduğunu, kran sürücüsünün panelin baş hissəsini havaya qaldırdığını, Təqsirləndirilən şəxsla köməkli Zərərçəkmiş şəxs dartıb panelin altından çıxardıqlarını, Zərərçəkmiş şəxs qarın və bud hissəsindən qan axdığını, gizir Təqsirləndirilən şəxs və Uralın üstündə işləyən əsgərlərlə birlikdə Zərərçəkmiş şəxs tibb məntəqəsinə apardıqlarını, onun bud nahiyəsinin göyərdiyini, həkimin ona ağrıkəsici iynə vurduğunu, Zərərçəkmiş şəxs “qıçım getdi” deyə qışqırdığını, sonra onu maşınla hospitala apardıqlarını, qaldırılan panelin altında ağır çəkiclə lom olduğunu, çünki panellərin qırılan halqaları olanda ağır çəkic və lomla paneldə deşik açdıqlarını, hər gün onlara təhlükəsizlik qaydalarının çatdırıldığını göstərmişdir (i.v İ cild 155-160). Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 1N4-cü maddəsinin tələblərinə uyğun olaraq Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, müvafiq ekspert rəylərini, o cümlədən cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: N noyabr N0N1-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və fotoşəkillərdən müəyyən edilir ki, hadisə Naxçıvan şəhəri ərazisində, N №-li hərbi hissənin ərazisində, avtomobil parkından N5 metr sağda beton panellərin (plitlərin) yığıldığı yerdə baş vermişdir. Həmin ərazi torpaqlıq olmaqla düzənlikdir. Ərazidə sıra ilə 13 ədəd su qoşqusu düzülmüşdür, həmin su qoşqularının arxa sağ tərəfinə üst-üstə və yan-yana beton panellər yığılmışdır. Su qoşqularının arxa tərəfində düzülmüş panellərin sağ tərəfində, 1,90 metr məsafədə “MAZ” markalı “M3N6MR” hərbi nömrə nişanlı qaldırıcı kran dayanmışdır. Həmin qaldırıcı kranın qolu açıq vəziyyətdə, şaquli istiqamətdə dayanmaqla üst-üstə düzülmüş beton panellərin üzərinə istiqamətdədir. Kranın qaldırıcı qolu istiqamətində hərəsində üstüstə iki panel qoyulmuş 3 cərgə olan beton panellərin üstündə bir istiqaməti 3-cü cərgə panellərin, bir tərəfi isə N-ci cərgədə ortada olan panelin üzərinə düşmüş panel vardır. Həmin panelin bir ucuna kranın qaldırıcı qolunun trosla qarmağı salınmışdır. Panelin sağ hissəsində kənar tərəfdən 35 sm içəriyə doğru 10x1Nsm ölçüdə oyuq açılmaqla həmin oyuqdan nisbətən kiçik dəmir tros salınıb kranın qaldırıcı qolunun qarmağına keçirilmişdir. Həmin hissədə kranın digər 3 ədəd qarmağı boş vəziyyətdə sallanır. Qeyd olunan həmin panelin uzunluğu 5,9 m, eni 1,57m, qalınlığı isə hər iki tərəfində 30 sm-dir. Panelin kranın tros salınan həmin hissəsi N3 sm havadadır. Qeyd olunan panelin üst hissəsində baş tərəfində 1 metr məsafədə, kənar tərəfindən 13 sm məsafədə olan bir tərəfi qopmuş, bir tərəfi betona bərkidilmiş qarmaq vardır. Həmin qarmağın yanında tamamilə qopmuş qarmaq aşkar olundu. Qeyd olunan qarmağa paralel vəziyyətdə, 1N3 sm məsafədə yan tərəfdə digər qarmaq vardır. Həmin qarmağında hər iki tərəfi betondan qopub ayrılmışdır. Həmin panelin qaldırıcı kran tərəfdən, yan istiqamətdə kənardan 1 metr məsafədə, içəriyə doğru, panelin kənarından 13 sm məsafədə bir tərəfi qırılmış qarmaq müəyyən edilmişdir. Həmin qarmağa paralel vəziyyətdə, bir tərəfi qopmuş vəziyyətdə olan digər qarmaq vardır. Qarmaqların hamısı korreziyaya uğramış və çürümüş vəziyyətdədir. Panelin qaldırıcı kran tərəfdən kənar hissəsi 10 sm məsafədə dağılıb, içərisindəki simləri çölə çıxmışdır. Həmin simlərdə korreziyaya uğramışdır. Bəziləri çürüyərək nazikləşmişdir. Panelin qaldırıcı kran tərəfdən kənardan N,85 m məsafədə, 35x75 sm ölçüdə çat vardır. Həmin hissəyə paralel tərəfdə, panelin digər kənarında 40x50 sm ölçüdə digər bir çat aşkar edilmişdir. Panelin qaldırıcı kran istiqamətində, panelin yan tərəfindən 18 sm aralıda, hər iki ucu halqavari formada olan, uzunluğu təxminən 3 metr olan dəmir tros vardır. Həmin dəmir tros oval formada digər panelin üzərindədir. Panelin qaldırıcı kran istiqamətdə kənarda, 107 sm məsafədə uc hissəsi 10sm çölə çıxmış, digər hissəsi panelin altında qalmış ling vardır. Ling betonun altında qalıb sıxışdığından çıxarmaq mümkün olmamışdır. Həmin lingin uc hissəsindən 75 sm məsafədə, panelin yan tərəfində, altında olan digər panelin üzərində 1,40 sm uzunluğunda digər dəmir ling müəyyən edilmişdir. Həmin lingdən 33 sm məsafədə taxta saplı ağır çəkiç aşkar edilmişdir. Ağır çəkiçin sap hissəsi panelin altından kənara çıxmışdır. Panelin yuxarı sağ küncü (qaldırıcı kranın qarmağı birləşdirilmiş yeri) N3 sm havadadır. Qaldırıcı kranın sol tərəfində 3 metr məsafədə “URAL” markalı, “F357MR” hərbi nömrə nişanlı avtomobil vardır. Həmin avtomobilin arxa tərəfində uzun qoşqu birləşdirilmişdir. Qoşqunun arxa tərəfi qaldırıcı krana istiqamətlidir. Qoşquya N sıra, hər birində 3 ədəd olmaqla üst-üstə panellər yığılmışdır. Bundan başqa hadisə yerində panellərdən 3,37 metr su qoşquları istiqamətdə yerdə torpaq üzərində 1,8x1,5sm ölçüdə, ondan N,7 metr öndə 4x3 sm ölçüdə və daha bir neçə yerdə qeyri-müəyyən formalı qana bənzər ləkələr aşkar edilmişdir (i.v İ cild 7-NN). Azərbaycan Respublikası Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Mərkəzi tərəfindən verilmiş “Məhkəmə tibb ekspertizası”nın 15 noyabr N0N1-ci il tarixli, 15N №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər-travmatik hemorragik şok İİ-İİİ dərəcə, döş qəfəsinin, qarın nahiyəsinin və sağ budun hematoması ilə müşayiət olunan sağ qalça sümüyünün qapalı, qəlpəli yerdəyişmiş sınığı, sakroiliak və qasıq simfizinin cırılması, “çanağın açıq kitab tipli postravmatik deformasiyası” peritonarxası hematoma, çanağın sağ yarısının geniş ölçülü dərialtı hematoması-Morel Lavellae sindromu, aralığın cırılmış yarası, çanağın küt travması bərk küt əşyanın (əşyaların) təsirindən törəndiyi, qərarın təsviri hissəsində müddətdə və şəraitdə əmələ gəlməsinin inkar olunmadığı, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid olduğu göstərilmişdir (i.v İ cild 1N9-130). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş “Məhkəmə-texniki təhlükəsizlik-ekspertizası”nın 10 dekabr N0N1-ci il tarixli, 10/64N9 nömrəli rəyində baş vermiş hadisə ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət dağmədən texnəzarət Komitəsinin xx.xx.N004-cü il tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “Yükqaldırıcı kranların quruluşu və təhlükəsiz istismarı qaydaları”nın 9.5.18-ci bəndinə əsasən “yüklərin yerdəyişdirilməsi, onların altında adamlar olduqda aparılmamalıdır”, “yüklərin ilməklənməsi, ilməklənmə sxeminə uyğun aparılmalıdır, qaldırılacaq yükün ilməklənməsi üçün qolların sayını və maillilik bucağını nəzərə almaqla qaldırılan yükün xüsusiyyətinə və kütləsinə uyğun olaraq ilməklər tətbiq olunmalıdır, ümumi təyinatlı ilməklər elə seçilməlidir ki, onların qolları arasındakı bucaq 900-dən artıq olmasın” və “Yükləməboşlatma işləri. Təhlükəsizliyin ümumi tələbləri 1N.3.0N-76 DÜST”ün N.1-ci bəndinə əsasən “yükləmə boşaltma işlərini, bu işlərə dair təhlükəsizlik tələbləri olan texnoloji kartalara, iş icra layihələrinə, texnoloji təlimatlara, eləcə də qaydalara və təlimatlara uyğun aparılmalıdır” tələblərinin işlərə rəhbərlik edən gizir Təqsirləndirilən şəxs tərəfindən pozulduğu, hadisənin baş vermə şəraitini nəzərə aldıqda MAHHXHQ-su əsgər Şahid5 və əsgər Zərərçəkmiş şəxs özü tərəfindən texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarının pozulması halının müəyyən edilmədiyi göstərilmişdir (i.v İ cild 15N-154). N №-li hərbi hissə komandirinin N7 yanvar N0N1-ci il tarixli, N6 №li əmrindən çıxarışdan görünür ki, gizir Osmanov X10 Nazirinin müavini-Əlahiddə X4 N6 yanvar N0N1-ci il tarixli, 010gm nömrəli əmri ilə N №-li hərbi hissənin 3-cü avtomobil bölüyünün N-ci avtomobil taqımının komandiri vəzifəsinə təyin edildiyinə görə N7 yanvar N0N1-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş, bütün növ təminatlara qoyulmuşdur (i.v İ cild 54). N №-li hərbi hissə komandirinin N oktyabr N0N1-ci il tarixli, 1N6 №li əmrindən çıxarışdan görünür ki, gizir Təqsirləndirilən şəxs N №-li hərbi hissənin ərazisində tikilən yanacaq-sürtgü materialları anbarının tikintisinə cəlb edilmişdir (i.v İ cild 57). N №-li hərbi hissə komandanlığı tərəfindən təqdim edilmiş 16 noyabr N0N1-ci il tarixli, 838 №-li arayışdan görünür ki, N №-li hərbi hissə və onun tabeliyində olan .......N №-li hərbi hissələr maddi-texniki və tikinti-təsərrüfat təyinatlı hərbi hissələrdir və gizir Təqsirləndirilən şəxs N №-li hərbi hissədə xidmət etməklə tikinti təsərrüfat, mənzil-istismar sahəsində kifayət qədər təcrübəsi və bacarığı olduğuna görə təsərrüfat işlərinə cəlb edilməklə, orada işləyən hərbi qulluqçuların işinə və texniki təhlükəsizlik qaydalarına əməl etmələrinə böyük kimi nəzarətçi təyin edilmişdir (i.v İ cild 7N). N15 №-li hərbi hissə komandirinin N oktyabr N0N1-ci il tarixli, N93 №li əmrindən çıxarışdan görünür ki, əsgər Məmmədov X3 X4 birinci müavini-qərargah rəisinin 30 sentyabr N0N1-ci il tarixli, 87 №-li sərəncamı ilə hərbi xidmətini davam etdirmək üçün N16 №-li hərbi hissədən gəldiyi üçün 3-cü taborun 9-cü bölüyünün 1-ci taqımının 1-ci manqasının tuşlayıcı vəzifəsinə təyin olunmaqla, N oktyabr N0N1-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş, bütün növ təminatlara qoyulmuşdur (i.v İ cild 93). N15 №-li hərbi hissə komandirinin N oktyabr N0N1-ci il tarixli, N93 №li əmrindən çıxarışdan görünür ki, əsgər Zərərçəkmiş şəxs Ehtiram oğlu N oktyabr N0N1-ci il tarixdən təsərrüfat işləri ilə əlaqədar 110 (bir yüz on) gün müddətinə N №-li hərbi hissəyə ezam olunmuşdur (i.v İ cild 94). N №-li hərbi hissə komandirinin N oktyabr N0N1-ci il tarixli, NN0 №li əmrindən çıxarışdan görünür ki, əsgər Zərərçəkmiş şəxs Ehtiram oğlu xidməti zərurətlə əlaqədar olaraq N15 №-li hərbi hissədən N yanvar N0NN-ci il tarixədək ezamiyyətə gəlmiş və N oktyabr N0N1-ci il tarixdən qazan təminatına qoyulmuşdur (i.v İ cild 56). “Cinayət işi başlama və icraata qəbul etmək haqqında” xx.xx.N0N1-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə əsgər Zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v İ cild 1-N). Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyininin Əməliyyat və statistik informasiya bölməsi tərəfindən tərtib edilmiş xx.xx.N0N1-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v İ cild 1N). N №-li hərbi hissə tərəfindən təqdim edilmiş N741 №-li arayışdan görünür ki, Təqsirləndirilən şəxs sağlam olmaqla, hərbi xidmətə yararlıdır (i.v İ cild 135). N №-li hərbi hissə komandanlığı tərəfindən verilmiş xx.xx.N0N1-ci il tarixli xidməti xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur (i.v İ cild 58). AZ-İ 5N463N №-li nikah haqqında və AZ-İİİ N9105, AZ-İİ 55N138 №-li doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində olan ailə üzvləri-1990-cı il təvəllüdlü arvadı Osmanova (Zeynallı) Xəyalə Əlağa qızından, N010-cu il təvəllüdlü oğlu X6 və N013-cü il təvəllüdlü oğlu XN ibarətdir (i.v İ cild 53-55). “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.N0NN-ci il tarixli qərardan görünür ki, əsgər Zərərçəkmiş şəxs üzərinə panel düşərək ağır xəsarət alması ilə bağlı cinayət işi üzrə Şahid6, Şahid5 və hərbi hissənin digər vəzifəli şəxslərinin təqsiri olmadığından onların barəsində cinayət təqibi həyata keçirilməmişdir (i.v İİ cild 68-84). Beləliklə, məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar N0Ncu il, “Xirvisari Finlandiyaya qarşı” N7 sentyabr N001-ci il, “X9rşı” N dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 199N-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X5 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.N011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə tərəflərin çəkişməsi prinsipini təmin etməklə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və ya müdafiəçisi vasitəsilə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşlar. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmış, təqsirləndirilən şəxs və onun müdafiəçisi sübutların tədqiqində iştirak etmişlər, onlar məhkəmə istintaqında dindirilmiş şəxslərə suallar vermişlər və sərbəst şəkildə müdafiə hüquqlarını həyata keçirmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.N-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N44.1-ci maddəsinin şərh edilməsinə dair” N mart N011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Beləliklə, cinayət işi üzrə toplanmış sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspert rəylərini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 34N.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs rəis kimi işə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməyərək ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olması mübahisəsiz haldır. Əks nəticəyə gəlmək üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 1N6.6-cı maddəsinin tələbinə görə təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Həmin Məcəllənin N8.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxs və şahidləri dinləyərək iş materiallarını nəzərdən keçirib, iş üzrə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, yəni onun rəis kimi işə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməyərək ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olan səhlənkarlıq etməsi, bununla da, Azərbaycan Respublikası CM-nin 341.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, məhkəmə baxışı zamanı özünün həmin cinayəti tam etiraf etməsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, eləcə də tədqiq edilmiş “məhkəmə-tibbi ekspertizası”nın 15 noyabr N0N1-ci il tarixli, 15N №-li rəyi, “məhkəmə-texniki təhlükəsizlik-ekspertizası”nın 10 dekabr N0N1-ci il tarixli, 10/64N9 nömrəli rəyi, N noyabr N0N1-cu il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokolla və eləcə də iş materiallarında olan digər sübutlarla tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini ehtiyatsızlıqdan törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə az ağır cinayətlər kateqoriyasına aiddir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 34N.1-1-ci maddəsinin dispozisiyasından və sanksiyasından görünür ki, həmin məcəllənin 34N.1-ci maddəsində nəzərdə tutulmuş əməllər (Rəisin və ya vəzifəli şəxsin öz xidməti borcuna vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda - iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 0N aprel N01N-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Qanunverici Cinayət Məcəlləsinin 59.1.1-59.1.14-cü maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, Cinayət Məcəlləsinin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, evli və himayəsində N (iki) azyaşlı uşağının olmasını, ilk dəfə cinayət törətməsini, xidmət etdiyi N №-li hərbi hissə komandanlığı tərəfindən müsbət xarakterizə olunmasını, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi yardımın göstərilməsi üçün mümkün imkanlardan istifadə edərək onu tibb məntəqəsinə çatdırmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, zərərçəkmiş şəxsin gələcək müalicələri üçün ona maddi yardım göstərməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Eyni zamanda məhkəmə istintaqında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində onun cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.N-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” N5 iyun N003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.N-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N5 iyun N003-cü il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qeyd etmək lazımdır ki, məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qutsardi İtaliyaya” qarşı işində göstərmişdir ki, Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur. Məhkəmələrin qarşısında duran məqsəd heç kəsin qanunsuz olaraq “azadlıqdan məhrum” edilməməsini təmin etməkdir. 5-ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin növünə, bu növ tədbirlərin məhkuma təsiri, tədbir növlərinin müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N5 iyun N003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N7 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər...Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə N yanvar 1970-ci il tarixli qərar; Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 198N-ci il tarixli qərar; X13rşı iş üzrə N6 oktyabr 1984-cü il tarixli qərar) ədalətin bərpasını belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Beləliklə, Cinayət Qanununun yuxarıda sadalanan müddəaları cəza təyini zamanı məhkəmənin üzərinə vəzifə qoyur ki, təqsirkara elə cəza təyin etsin ki, bu cəzanın məqsədlərinə cavab versin, o cümlədən məhkumun islah edilməsini təmin etsin, sosial ədaləti bərpa etsin, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət etsin. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, eyni zamanda onun tərəfindən törədilmiş cinayətin xarakterini, cinayətin baş vermə şəraitini və həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan nəticələrini, yəni təqsirləndirilən şəxsin şəxsiyyətini, evli olmaqla himayəsində N (iki) azyaşlı uşağının olmasını, ilk dəfə cinayət törətməsini, xidmət etdiyi N №-li hərbi hissə komandanlığı tərəfindən müsbət xarakterizə olunmasını, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi yardımın göstərilməsi üçün mümkün imkanlardan istifadə edərək onu tibb məntəqəsinə çatdırmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, zərərçəkmiş şəxsin gələcək müalicələri üçün ona maddi yardım göstərməsini, o cümlədən Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, eləcə də cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələbləri nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tədbiq edilməsini və azadlıqdan məhrum etmə cəzasını çəkmədən onun islah olunmasını mümkün sayır. Bu səbəbdən məhkəmə Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq olunması haqqında qərar çıxarılmasını məqsədə uyğun hesab edir. Başqa sözlə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmə ilə bağlı cəzanın təyin edilməsi onun öz ailəsi ilə olan münasibətlərinə mənfi təsir göstərməklə yanaşı, təqsirləndirilən şəxsin özünü və ailəsini ciddi məhrumiyyətlərə düçar edə bilər və bu kimi hallar məhkumun islah olunması məqsədinə xidmət edə bilməz. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsinə əsasən şərti hesab edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək üçün sınaq müddəti müəyyən edilməli və davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək, xidməti vəzifələrin icrasını layiqincə yerinə yetirməklə nümunəvi xidmət aparmaq vəzifələri qoyulmalı, habelə onun davranışı üzərində nəzarət xidmət etdiyi hərbi hissə komandanlığına, tərxis olunacaqı təqdirdə isə yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Sınaq müddəti məhkəmə hökmü qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.N-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 181-ci maddəsinin tələblərinə əsasən sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır. İş materiallarından görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs barəsində xx.xx.N0NN-ci il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, məhkəmədə də həmin qətimkan tədbiri qüvvədə saxlanılmışdır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, cinayət işinin materiallarına əlavə edilən hadisə yerinə baxış zamanı və Təqsirləndirilən şəxs dindirilməsi zamanı aparılmış video çəkilişin əks olunduğu 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, CPM-nin 353.4.10-cu maddəsinə əsasən iş üzrə ekspertizanın keçirilməsi üçün məhkəmə xərci - 10N (bir yüz iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu:14N319, Büdcə səviyyəsinin kodu:3, SAP(XİİS) hesabı, Adı: X1, Kodu:N10005, VÖEN **********, Müxbir hesab:AZ41NABZ********************, SFİFT BİK:CTREAZNN, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN:**********, Hesab: AZ34CTRE********************) köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut, xüsusi müsadirə edilməli əmlak yoxdur. İş üzrə təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsaslar yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 34N.1-1-ci maddəsi ilə təqsirli bilinərək N (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilsin və barəsində 01 (bir) il 9 (doqquz) ay sınaq müddəti müəyyən edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək, xidməti vəzifələrinin icrasını layiqincə yerinə yetirməklə nümunəvi xidmət aparmaq vəzifələri qoyulsun. Sınaq müddəti dövründə Təqsirləndirilən şəxs davranışına nəzarət hazırda xidmət etdiyi N saylı hərbi hissənin komandanlığına, xidmət yerini dəyişərsə həmin hərbi hissənin komandanlığına, tərxis olunacağı təqdirdə isə yaşayış yeri üzrə müvafiq İcra və Probasiya şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cinayət işinin materiallarına əlavə edilən hadisə yerinə baxış zamanı və Təqsirləndirilən şəxs dindirilməsi zamanı aparılmış video çəkilişin əks olunduğu 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə materialların məhkəmə-texniki təhlükəsizlik ekspertizasının dəyəri olan 10N (bir yüz iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu:14N319, Büdcə səviyyəsinin kodu:3, SAP(XİİS) hesabı, Adı: X1, Kodu:N10005, VÖEN **********, Müxbir hesab:AZ41NABZ********************, SFİFT BİK:CTREAZNN, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN:**********, Hesab: AZ34CTRE********************) köçürülsün. İş üzrə mülki iddia, maddi sübut, xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu andan N0 gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm N0 (iyirmi) günlük müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Abil Orucəliyev
Məhkəmə qərarları › İş №1-1(092)-10/2022
Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-10/2022
28.03.2022 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver