Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-10/2023 11.04.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ İbrahimov İlham Sadət oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, müdafiəçi, Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının üzvi, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi1, Naxçıvan şəhər Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi2, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Rəhimova (Cəfərova) Məsumə Musa qızının iştirakları ilə, Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin inzibati binasında xx xxxx 2000-ci ildə Culfa rayonunun Bənəniyar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkum olunmayan, Culfa rayonunun Bənəniyar kəndində qeydiyyatda olan, N №-li hərbi hissədə kəşfiyyatçı-qunbaraatan köməkçisi vəzifəsində xidmət etmiş, haliyədə həmin hərbi hissənin sərəncamında olan, N dekabr 2022-ci il tarixdən barəsində komandanlığın müşahidəsi altına vermə qətimkan tədbiri seçilmiş, MAHHX HQ kiçik çavuş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair xx xxxx 1998-ci ildə Culfa rayonunun Ərəzin kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, 2 uşaq anası, məhkum olunmayan, Culfa rayonunun Bənəniyar kəndində qeydiyyatda olan, Culfa rayonunun Ərəzin kəndində yaşayan, 06 fevral 2023-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Rəhimova (Cəfərova) Məsumə Musa qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs1 N nömrəli hərbi hissədə MAHHXHQ kiçik çavuş hərbi rütbəsində kəşfiyyatçı-qumbaraatan köməkçisi vəzifəsində xidmət edərkən sevgi münasibətlərində olduğu Culfa rayonunun Bənəniyar kənd sakini Rəhimova (Cəfərova) Məsumə Musa qızı ilə telefon vasitəsilə danışan zaman onun qayınanası vətəndaş Zərərçəkmiş şəxs yaşadığı evdə divanın altında saxlanc yerində qızının müalicəsi üçün yığdığı pulun olmasını öyrəndikdən sonra Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək ona həmin pulu gizli yolla talamasına köməklik göstərməsini, digər şəxslər evdə olmadığı zaman ona məlumat verməsini xahiş etmiş, Təqsirləndirilən şəxs2 onunla razılaşaraq 2022-ci ilin oktyabr ayının əvvəllərində evdə tək olan zaman ona məlumat verdikdən sonra saat 21 radələrində Culfa rayonunun Bənəniyar kəndində yerləşən zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus həyətə, oradan isə evin qapısını açıb qanunsuz olaraq yaşayış sahəsinə daxil olmuş, dəhlizdə dayanan Təqsirləndirilən şəxs2 pulun harada olmasını soruşduqda sonuncunun göstərdiyi divanın altındakı saxlanc yerini qaldırıb 3 kiloqramlıq, 1,5 manat dəyərində şüşə bankanın içərisindəki 1800 manat pulu banka ilə birlikdə, ümumilikdə isə Zərərçəkmiş şəxs məxsus 1801.5 manatı gizli yolla talayaraq yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq etmişdir. Həmçinin Rəhimova (Cəfərova) Məsumə Musa qızı sevgi münasibətlərində olduğu N nömrəli hərbi hissədə MAHHXHQ kiçik çavuş hərbi rütbəsində kəşfiyyatçı-qumbaraatan köməkçisi vəzifəsində xidmət edən Təqsirləndirilən şəxs1 ilə telefon vasitəsilə danışan zaman ona qayınanası vətəndaş Zərərçəkmiş şəxs yaşadığı evdə divanın altında saxlanc yerində qızının müalicəsi üçün yığdığı pulun olmasını dedikdən sonra Təqsirləndirilən şəxs1 onunla cinayət əlaqəsinə girib ona həmin pulu gizli yolla talamasına köməklik göstərməsini, digər şəxslər evdə olmadığı zaman ona məlumat verməsini xahiş etdikdə razılaşıb ona kömək edəcəyi barədə qabaqcadan vəd etmiş, 2022-ci ilin oktyabr ayının əvvəllərində evdə tək olan zaman Təqsirləndirilən şəxs1 məlumat verdikdən sonra sonuncu saat 21 radələrində Culfa rayonunun Bənəniyar kəndində yerləşən zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus həyətə, oradan isə evin qapısını açıb yaşayış sahəsinə qanunsuz daxil olub pulun harada olmasını soruşduqda ona pulun yerini göstərmiş, Təqsirləndirilən şəxs1 onun göstərdiyi divanın altındakı saxlanc yerini qaldırıb 3 kiloqramlıq, 1,5 manat dəyərində şüşə bankanın içərisindəki 1800 manat pulu banka ilə birlikdə, ümumilikdə Zərərçəkmiş şəxs məxsus 1801.5 manatı gizli yolla talayaraq yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq etmişdir. Beləliklə də Təqsirləndirilən şəxs2 qabaqcadan vəd edərək Təqsirləndirilən şəxs1 onun qayınanası vətəndaş Zərərçəkmiş şəxs yaşadığı evdə divanın altında saxlanc yerində qızının müalicəsi üçün yığdığı 3 kiloqramlıq, 1,5 manat dəyərində şüşə bankanın içərisindəki 1800 manat pulu banka ilə birlikdə, ümumilikdə Zərərçəkmiş şəxs məxsus 1801.5 manatı gizli yolla talayaraq yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq etməsində verdiyi məlumatlar ilə, maneələri aradan qaldırmaqla həmin cinayətin törədilməsində köməkçi qismində iştirak etmişdir. Təqsirləndirilən şəxs1 və Rəhimova (Cəfərova) Məsumə Musa qızının törətmiş olduqları cinayət əməlinə hüquqi qiymət verilməsi ilə bağlı məhkəmə ilk öncə bildirir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən cinayət prosesində sübut kimi təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları, digər sənədlər sübut kimi qəbul olunur və bu sübutlar özündə həmin Məcəllənin 124.1.2-ci maddəsinin tələbinə görə hadisənin cinayət hadisəsi olub-olmaması, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmaması, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib törədilməməsi, onun təqsirli olub-olmaması, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Prosessual normanın qeyd edilən tələbindən yola çıxaraq məhkəmə təqsirləndirilən şəxslərin törətməsi istinad olunan əməli həmin normanın tələbləri daxilində məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd edir. Cinayət hadisəsi cinayətin əlamətlərini özündə əks etdirən hadisədir. Həmçinin cinayət hüququ nəzəriyyəsinə görə cinayət hadisəsi dedikdə müəyyən yerdə, müəyyən zamanda, müəyyən üsulla törədilən və müəyyən nəticəyə gətirib çıxaran hərəkət və ya hərəkətsizlik başa düşülür. Cinayət hadisəsinin sübut edilməsi zamanı hər hansı hadisənin baş verməsinin, hadisənin baş vermə anının, gedişinin və nəticəsinin, baş vermiş hadisənin əlamətlərinin cinayət qanununda göstərilən konkret cinayət tərkibinin əlamətlərinə uyğun gəlməsinin, cinayət niyyətinin həyata keçirilməsi mərhələsinin müəyyən edilməsi zəruridir. Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi əməlin, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin, Rəhimova (Cəfərova) Məsumə Musa qızının təqsirləndirildiyi əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 177.2.3-cü maddəsinin dispozitiv şərtlərindən aydın olur ki, yaşayış sahəsinə, başqa saxlanc yerlərə qanunsuz daxil olmaqla və digərinin bu sahədə həmin şəxsə oğurluq etməsində verdiyi məlumatlar ilə, maneələri aradan qaldırmaqla, məsləhətlər verməsi ilə həmin cinayətin törədilməsində yardım göstərərək özgənin əmlakını gizli olaraq talaması cinayət tərkibinin yaranmasına səbəb olur. Təqsirləndirilən şəxs1 törətdiyi əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin, təqsirləndirilən şəxs Rəhimova (Cəfərova) Məsumə Musa qızının törətdiyi əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 177.2.3-cü maddəsində qeyd edilən cinayət tərkibinin əlamətlərinə uyğun gəlməsi isə məhkəmə iclasında tədqiq edilən sübutlarla öz təsdiqini tapır. Belə ki, məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş MAHHX HQ kiçik çavuş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində 2022-ci ilin may ayının əvəllərində qonşuları Zərərçəkmiş şəxs gəlini Təqsirləndirilən şəxs2 ilə “Whatsapp” proqrqmı vasitəsila əvvəlcə dost kimi, sonra isə sevgili kimi danışmağa başladığını, 2022-ci ilin oktyabr ayında Məsuməylə danışan zaman ona borcunun çox olduğunu, ödəmək üçün pul tapa bilmədiyini deyən zaman Məsumə ondan çox maaş aldığını, nəyə görə borca düşdüyünü soruşduğunu, ona borca pul götürdüyünü, indidə pulu ödəyə bilmədiyini dediyini, sonra “səndə pul varsa ver borclarımı bağlayım, mən sənə verərəm” dedikdə Məsumə onun özündə pul olmadığını, ancaq baldızı Jalə xəstə olduğu üçün ona pul yığıldığını, həmin pulların bankada olduğunu, lakin içərisində nə qədər pul olduğunu bilmədiyini dediyini, Məsuməyə “həmin pul yığılmış bankanı sən gizli götürüb mənə ver borclarımı bağlayım” dedikdə o, “mən həmin pulu götürüb sənə verə bilmərəm, yerini deyim özün gəlib götürərsən” dediyini, həmin pulu harada gizlətdiklərini soruşduqda Məsumə ona pul yığılmış bankanın salonda divanın altında olduğunu bildirdiyini, ondan evdə kim olduğunu soruşanda həmin gün hamının evdə olduğunu dediyini, Məsuməyə “nə vaxt evdə adam olmasa mənə xəbər edərsən gəlib pulları götürərəm” dedikdə Məsumə onunla razılaşdığını, bir neçə gün keçdikdən sonra 2022-ci ilin oktyabr ayının əvvəllərində “Whatsapp” vasitəsilə Məsuməyə mesaj yazaraq nə etdiyini, evdə kimin olduğunu soruşduğunu, o isə baldızı Jalənin hazırlıqda olduğunu, qayınanası Aynurənin isə kəndlərində yaşayan qızı Sonagilə getməyə hazırlaşdığını dediyini, Məsuməyə hamı evdən çıxdıqdan sonra “mənə xəbər et gəlib pulları götürüm” dediyini, bir az keçəndən sonra, təxminən 21:00 radələrində Məsumə ona mesaj yazaraq evdə özü və uşaqlarından başqa heç kimin olmadığını bildirərək “gəl pulun yerini göstərim özün götür” dediyini, o, qonşuluqda yerləşən evlərindən çıxaraq qapılarından onların həyətinə daxil olub, sonra pilləkənlərlə açıq balkona qalxaraq qapını açıb evin dəhlizinə girdiyini, bu zaman Məsumənin dəhlizdə dayanıb telefonla danışdığını gördüyünü, Məsumədən işarə ilə pulun harada olmasını soruşduğunu, o, telefonla danışa-danışa əli ilə ona salonda sol tərəfdəki divanı işarə edərək pulların orada olduğunu göstərdiyini, salona daxil olaraq sol tərəfdəki birinci divanı qaldırıb alt-baza hissəsində sağ tərəfdəki üzərinə gümüşü rəngli kağız sarınmış 3 kq-lıq şüşə bankanı götürüb divanı əvvəlki vəziyyətinə gətirərək evdən çıxdığını, içərisində pullar olan bankanı götürdükdən sonra təkbaşına öz həyətlərinə getdiyini, yolda kiminləsə qarşılaşmadığını, həyətlərinə girdikdən sonra evdən aşağı hissəyə getdiyini, orada olan kanalizasiya quyusunun yanında bankanın üzərindəki gümüşü kağızı soyub əzərək quyuya atdığını, bankanın qapağını isə oradakı kanalizasiya quyusunun üzərindəki dəmir zeşt parçasına ilişdirərək açdığını, bankanın qapağını da həmin quyuya atdıqdan sonra bankanın içərisində olan pulları götürərək saymadan əynindəki qara rəngli gödəkçənin sağ cibinə qoyduğunu, pulların yığıldığı şüşə bankanı isə həyətdə yerə çırpan zaman sınmadığını gördüyü üçün yenidən onu götürüb qara rəngli sellofan torbaya qoyub, həyətdən çıxaraq məhəllədəki zibil yığılan yerə getdiyini, orada kloklarda zibillərin olduğunu görüb əlindəki bankanı həmin zibil kloklarından birini açaraq onun içərisinə qoyub evə qayıtdığını, həyətə gəldikdən sonra götürdüyü pulları sayaraq məbləğinin 1800 manat olduğunu, sonra pulu cibinə qoyaraq evə keçdiyini, sonra oğurladığı 1800 manatla borclarını verdiyini, həmin puldan 54 manat 20 qəpiyin Culfa şəhərində yerləşən hərbi şəhərciyin mağazasına olan borcuna verdiyini, Naxçıvan şəhərində SV restoranında iş yoldaşı MAHHX HQ əsgər Şahid6 adına yazdırdığı 100 manat borcu ödədiyini, oğurladığı həmin puldan qrup komandiri baş leytenant Şahid9 60 manat, gizir Şahid5 100 manat, MAHHX HQ Şahid8 100 manat, MAHHX HQ kiçik çavuş Ərdoğan Namiqə 150 manat, MAHHX HQ əsgər Şahid6 50 manat borc verdiyini, həmçinin dayıoğlusu Şahid4 oğurluq puldan 300 manat borca pul verdiyini, həmin pulu məzuniyyətə çıxdığından bankomat aparatından çəkib verdiyini, ona oğurluqla bağlı heçnə demədiyini, ondan borc alan şəxslərin pulun oğurluq yolu ilə əldə etdiyini bilmədiyini, pulun qalan hissəsilə xx.xx.2022-ci il tarixdə bilet alaraq təyyarə ilə Bakı şəhərinə məzuniyyətə getdiyini, orada həmin pulları xərcləyib, yenə həmin pulla tayyarə bileti alaraq xx.xx.2022-ci il tarixdə Naxçıvan şəhərinə qayıtdığını, bir neçə ay sonra təqribən 2022-ci ilin dekabr ayının sonlarında Zərərçəkmiş şəxs bankanın qapağını və bankanın üzərindəki rəngli kağızı onların evinin həyətindəki kanalizasiya quyusunun içərisindən tapdığını, sonra anasına zəng vurub həmin əşyaları həyətlərindən tapdığını dediyini, sonra da qardaşı Aqilin Zərərçəkmiş şəxs əri Şəmsəddinə zəng vurub pulu “qardaşının oğurladığını və qaytarmağa hazır olduqlarını, polisə şikayət etməmələrini” dediyini, lakin buna baxmayaraq onların şikayət etdiyini, oğurladığı 1800 (bir min səkkiz yüz) manat pulu və bir ədəd bankanın dəyəri olan 1 (bir) manat 50 (əlli) qəpik pulu zərərçəkmiş şəxsə qaytardığını, etdiyi əməldən peşman olduğunu göstərmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Rəhimova (Cəfərova) Məsumə Musa qızı ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində 2017-ci ildə Culfa rayon Bənəniyar kənd sakini X1 ilə ailə hayatı qurduğunu, bu evlilikdən İnci və Zəminə adlı iki azyaşlı qız övladlarının olduğunu, qonşuluqda yaşayan və hərbi qulluqçu olan Təqsirləndirilən şəxs1 tanıdığını, onunla 2022-ci ilin may ayından dost kimi danışmağa başladığını, 2 ay sonra Ariflə sevgili kimi yazışıb danışmağa davam etdiyini, özünə məxsus ***-***-**-** mobil nömrəsində açdığı “Watsapp” proqramı ilə Arifin istifadə etdiyi ***-***-**-** mobil nömrəsində olan “Watsapp” proqramı ilə yazışıb danışdığını, Ariflə sevgili kimi danışmağa başladığı vaxtdan sonra Arif baldızı Jalədən söhbət açaraq xəstəliyi ilə bağlı nə etdiklərini, necə pul tapıb müalicə etdirdiklərini soruşan zaman ona Jalə üçün kənddə pul yığıldığını və müalicəsinin davam etdirildiyini bildirdiyini, yığılan pulların da onun müalicəsi üçün xərcləndiyini dediyini, bu zaman Arif ondan evdə başqa pul qalıb-qalmamasını soruşduqda ona baldızı Jalə üçün təqaüd təyin edildiyini, həmin təqaüdün hər ay çəkilərək onun üçün bağlanmış bankada yığıldığını, evdə Jalə üçün yığılan həmin pulun qaldığını dediyini, Arif ondan həmin bankanın içərisində nə qədər pul olduğunu soruşanda məbləği dəqiq bilmədiyini, lakin həmin bankanın içərisində 1000 manatdan çox pul yığıldığını ona dediyini, təqribən bir neçə gün sonra Ariflə danışan zaman ona borcunun çox olduğunu, ödəyə bilmədiyini bildirib əgər onda pul varsa ona borc verməyini istədiyini, Arifə pulunun olmadığını bildirdikdə Arif söhbət açıb “siz Jalə üçün pul yığdığınızı demişdiniz, həmin pulu götürüb mənə ver” dediyini, bu zaman ona evdən pul götürüb verə bilməyəcəyini dediyini, Arif ondan pul yığılan bankanın harada olduğunu soruşduqda pul olan bankanın evin salonundakı divanın alt bazalı hissəsində olduğunu ona dediyini, həmin gün Arif ondan evdə kim olduğunu soruşduqda qayınanası və baldızının evdə olduqlarını ona dediyini, Arif onların evdə olmadıqları vaxt ona xəbər etməyini və həmin vaxt gəlib evdəki pulu götürəcəyini dedikdə onunla razılaşaraq qayınanasıgil harasa getsələr ona xəbər edəcəyini dediyini, üzərindən bir neçə gün keçdikdən sonra təxminən 2022-ci ilin oktyabr ayının əvvəllərində Arif ilə danışan zaman o yenə ondan evdə kimin olduğunu soruşduqda baldızı Jalənin hazırlıqda olduğunu, qayınanası Aynurənin isə qızı Sonagilə getməyə hazırlaşdığını dediyini, onunla sevgili olduğu üçün ona yazığı gəldiyini, Arif vacib pul lazım olduğunu, borc sahiblərinin pulunu istədiyini bildirib evlərindəki dediyi pulu götürməyə gəlmək istədiyini dedikdə ona gəl götür dediyini, bundan bir neçə dəqiqə sonra evin dəhlizində telefonla anası Elnarə ilə danışan zaman Arif evin qapısını açaraq dəhlizə daxil olduğunu, həmin vaxt qapının açıq olduğunu, içəri girəndən sonra ondan işarə ilə pulun yerini soruşduğunu, o, da telefonla danışa-danışa əliylə salonu göstərdiyini, Arifə pulun salondakı divanın altında olduğunu dediyindən o, evin salonuna daxil olub həmin divanı qaldıraraq alt-bazalı hissəsindən baldızı Jalə üçün bağlanmış və içərisində pullar olan bankanı götürdüyünü, sonra divanı düzəldərək yanından keçib evdən çölə çıxıb getdiyini, həmin vaxt saat təqribən 21:00 radələri olduğunu, pulu Arif aparandan sonra heç kimə heç nə demədiyini, münasibətlərinin davam elədiyini, son zamanlar həmin bankaya pul atılmadığından onu axtaran da olmadığını, axırıncı dəfə 21 dekabr 2022-ci il tarixdə qayınanası Aynura Rahimova bacısı Elnarə ilə telefonda danışan zaman aralarında pul barədə söhbət açıldıqdan sonra qayınanası baldızı Şahid2 üçün bağlanılan bankanın içərisindəki pullara baxmaq üçün evin salonundakı divanın baza hissəsini qaldırıb baxanda pul yığılmış bankanın orada olmadığını bildiyini, bundan sonra bankanın yerini əvvəllər dəyişə biləcəklərini və yadından çıxdığı üçün başqa yerdə ola biləcəyini düşünərək evi və ətrafı axtarmağa başladığını, şübhə çəkməmək üçün onlarla birlikdə evi axtardığını, lakin qaynanasıgil içərisində pullar yığılmış bankanı tapa bilmədiyini, qorxudan onlara heç nə demədiyini, bundan bir neçə gün sonra, yəni xx.xx.2022-ci il tarixdə qayınanası ətrafa baxan zaman qonşuları Məsudəgilin yəni Arifgilin həyətindəki quyudan həmin bankanın qapağını və üzərindəki kağızı tapdığından artıq həmin bankanın oğurlanmasından şübhələndiklərinə görə polisə ərizə verdiklərini, polislər gələrək izahatlarını aldığını, evə baxış keçirdiyini, polislər ondan hadisə barədə məlumatının olub-olmadığını soruşanda qorxduğu üçün heç bir məlumatının olmadığını və şübhələndiyi kiminsə olmadığını dediyini, polis əməkdaşları getdikdən sonra səhərisi gün, yəni xx.xx.2022-ci il tarixdə qayınanası Aynurə əgər pulu götürən şəxs gətirib pulu həyətə atsa şikayətini geri götürəcəyini dediyini, bundan sonra qayınanası ona maraqlan birdən sizdən biri həmin pulu götürər, əgər elədirsə əvvəlcədən bilək dedikdə qardaşı Rafət Cəfərovun bunu edə biləcəyini deyərək ondan zəng vurub soruşacağını dediyini, sonra hadisə ilə bağlı onun telefonunun dinləmədə ola biləcəyini bildirib “siz telefonu verin sizin telefondan zəng edim soruşum” dediyini, elə deməkdə məqsədi Arifə zəng vurub pulu gətirib verməsini istəmək olduğunu, telefonundan Arifə zəng vurduğu bilinməsin deyə elə dediyini, bundan sonra qayınanasının anası Zəminə telefonunu ona verdiyini, onun telefonu ilə qardaşına zəng vurmaq adı ilə öz otağına keçdiyini, həmin telefonla sevgili kimi danışdığı evə girib oğurluq edən Təqsirləndirilən şəxs1 ***-***-**-** mobil nömrəsinə zəng vuraraq evdən pulun oğurlanmasını bildiklərini deyib ona anası Məsudənin qayınanası Zərərçəkmiş şəxs zəng vurub pullarını onun götürdüyünü, həmin pulların hamısını geri qaytaracaqlarını, bununla bağlı şikayət etməmələini deməsini istədiyini, danışıb qurtardıqdan sonra isə onun nömrəsini Zəminə nənənin telefonundan sildiyini, həmin günün axşamı Bakı şəhərində olan qayınatası Şəmsəddin qayınanası Zərərçəkmiş şəxs zəng vuraraq onu telefona çağırdığını, telefonda ona pulun kimdə olduğunu bildiyini deyib düzgün danışmasını istədikdə çox qorxduğu üçün puldan xəbərinin olmadığını bildirdiyini, qayınatasıyla danışdıqdan sonra qayınanası Aynurəyə həmin pulun yerini Arifə dediyini, onun gəlib götürdüyünü dediyini, qayınanası xx.xx.2022-ci il tarixdə axşam atasını evə çağıraraq olanları ona bildirərək atasıyla birlikdə onu Ərəzin kəndində yaşadıqları evə göndərdiyini, bundan sonra qaynanası polisə müraciət edib hadisə barədə tam məlumat verdiyini, oğurlanmış pul Təqsirləndirilən şəxs1 tərəfindən tam ödənildiyini, etdiyi əməllərdən peşman olduğunu göstərmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Rəhimova (Cəfərova) Məsumə Musa qızının həmin əməldə təqsirləri özlərinin etirafından başqa iş üzrə dindirilmiş zərər çəkmiş şəxsin və şahidlərin ifadələri ilə həmçinin, işdə olan digər sənədlərlə tam təsdiq olunur. Məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində qızı Şahid2 “Lenfoma” xəstəsi olduğuna görə həmin xəstəliyi ilə bağlı 2022-ci ilin aprel ayında ona N0 manat təqaüd təyin edildiyini, birinci ay bir neçə aylıq təqaüd verildiyinə görə həmin ay 670 manat təqaüd qızının kartına köçürüldüyünü, həmin pulu çəkərək 70 manatını qızının məktəb ləvazimatlarına xərcləyərək 600 manatını qızı üçün bağladığı 3 kiloqramlıq şüşə bankaya atdığını, daha sonra isə 4 ay müddətində hər ay N0 manat olmaqla pul çəkərək üzərinə 20 manat əlavə edib 4 ay ərzində ümumilikdə 1200 manat pulu da həmin bağladıqları bankaya əlavə etdiyini, şüşə bankada ümumilikdə 1800 manat pul olduğunu, növbəti aylarda şəxsi ehtiyacları üçün pul lazım olduğundan qızının N0 manat təqaüdünü çəkərək xərclədiklərindən həmin bankaya əlavə pul atmadıqlarını, 21 dekabr 2022-ci ildə bacısı ilə telefonda danışan zaman divanın altında gizlətdiyi pul yığdığı bankanın yerində olubolmamasını çoxdandır yoxlamadığı yadına düşdüyünə görə cəld divanı qaldırıb baxan zaman bankanın yerində olmadığını gördüyünü, ailə üzvlərindən bankanın yerini dəyişibdəyişmədiklərini soruşduqda onlar xəbərlərinin olmadığını bildirdiyini, ailə üzvləriylə birlikdə evi axtardıqlarını, lakin tapa bilmədiklərini, sonra evdən kənara ətraf yerlərə də baxan zaman qonşuları X3 həyətindəki köhnə kanalizasiya quyusunun yanından keçərkən üzərində yarpaqların seyrək olduğunu, ətrafa isə sıx şəkildə xəzəlin töküldüyünü görüb üzərindəki dəmir parçasını qaldırıb altına baxanda pul yığdıqları bankanın qapağını və üzərindəki bəzəkli kağızı orada gördüyünü, polisə məlumat verdiyini, polis əməkdaşlarıda araşdırmağa başladıqlarını, gəlini Təqsirləndirilən şəxs2 ona pulun oğurlanması ilə bağlı qardaşı Rafətdən şübhələndiyini, onun telefonunun polis tərəfindən dinləmədə olduğunu deyib telefonunuzla zəng vurub sakitliklə ondan pullar barəsində soruşacağını dediyini, bundan sonra gəlini Məsumə onun anası Zəminə Əhmədovanın mobil telefonunu alaraq qardaşı ilə danışmaq adıyla tək öz otaqlarına keçdiyini, 10 dəqiqə otağında qaldıqdan sonra çölə çıxaraq qardaşının pulu götürmədiyini dediyini, xx.xx.2022-ci il tarixdə saat 20:00 radələrində Bakı şəhərində dənizdə işləyən əri Şahid1 onun mobil telefonuna zəng vuraraq gəlini Təqsirləndirilən şəxs2 harada olduğunu soruşaraq onu telefona çağırmağını dediyini, telefonu gəlini Məsuməyə verdikdə əri telefonda ona pul bilirəm kimdədi düzgün danış dedikdə o, puldan xəbərinin olmadığını kimin götürdüyünü bilmədiyini dediyini, onunla danışdıqdan sonra Məsumə ona Arifin ondan evdə olan pulların yerini soruşduqda pulun bankada salondakı divanın altında olduğunu ona dediyini, özünün gələrək pulu götürdüyünü bildirdiyini, Məsumə Şəmsəddinlə danışıb telefonu söndürdükdən bir neçə dəqiqə sonra Arifin qardaşı Aqil onun mobil telefonuna zəng vurub “ həmin pulların hamısını biz sizə qaytaracağıq, bu hadisə ilə bağlı polisə şikayət etməyin” dediyini, Aqillə danışan zaman o, anası Zəminənin də evdə olduğunu bildirdiyini, bunu haradan bildiyini maraqlanada o gəlini Məsumənin qardaşıyla danışmaq adıyla ananızdan telefonu alaraq Arifə zəng vurub işin üstünün açıldığını, çox qorxduğunu bildirərək Arifdən bu işi qaydasına qoymasını dedikdə ona nə olursa olsun onların hər ikisini tutduracağını dediyini, Aqillə danışıb qurtardıqdan sonra yenidən dənizdə işləyən əri Şəmsəddinlə danışan zaman o, xx.xx.2022-ci il tarixdə evə gələcəyini, gəldikdən sonra bu məsələni polisə bildirəcəyini dediyini, Şəmsəddin gəldikdən sonra polisə əlavə şikayət verdiklərini, evinən xəstə uşağı üçün yığılan pulları oğurlayan şəxslərin cəzalanmasını istədiyini, oğurlanmış 1801 manat əlli qəpik ziyanın ödənildiyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində Linfoma xəstəsi olduğuna görə ona təqaüd təyin edildiyini, təqaüd təyin olunan pul onun müalicəsi üçün yığılaraq 3 kiloqramlıq bankaya atıldığını, birinci ay həmin bankaya 600 manat, sonrakı 4 ayda isə N0 manat təqaüd pulun üzərinə də 20 manat qoyularaq 300 manat bankaya atıldığını, bankanın içərisində ümümilikdə 1800 manat pul olduğunu, həmin bankanı salondakı divanın alt baza hissəsində saxladıqlarını, xx.xx.2022-ci ildə anası ilə birlikdə divanın altını qaldırıb baxanda bankanın yerində olmadığını gördüklərini, buna görə evin hər yerini axtardıqlarını, ancaq tapılmadığını, daha sonra qardaşı və anası evin çöl tərəfinə də baxsalarda tapa bilmədiklərini, xx.xx.2022-ci ildə bankanın qapağı ilə, bankanın üzərinə sarıdıqları kağızı anası qonşuları Arifgilin həyətində olan quyudan tapdığını, buna görə anasıgil polisə məlumat verdiklərini, araşdırma başlandığını, bir gün sonra atası Şəmsəddin onun telefonuna zəng vurub anasının harada olduğunu soruşduğunu, anasını çağırana qədər atası telefonu söndürüb anasına zəng vurduğunu, anası danışandan sonra telefonu Məsuməyə verdiyini, atası ona pulların kimdə olduğunu bildiyini deyib düzgün danışmasını dediyini, Məsumə isə heç kimə pul vermədiyini bildirdiyini, bundan sonra atası hər şeyi bildiyini dediyini, Məsumə yenə inkar etdiyini, atası evə gələndə söhbət edəcəyini dediyini, atası ilə danışıb qurtardıqdan 5-10 dəqiqə sonra qonşuları Aqilin anasına zəng vurduğunu, anası ona pulu Arifin götürdüyünü bildiyini dediyini, Aqil isə “şikayət etməyin, qardaşımı tutdurmayın, pulunuzu qaytarıb verəcəyik” dediyini, həmin vaxt anası Aynurə əsəbiləşib Aqilə nə olur olsun şikayətçi olacağını dediyini, həmçinin Aqilin anasına Məsumənin Zəminənin telefonu ilə Arifə zəng vurduğunu dediyindən, içəri keçərək Məsumədən nənəsinin telefonu ilə kiməsə zəng vurub-vurmadığını soruşduğunu, Məsumə etiraf edib nənənin telefonundan Arifə zəng vurub işin üstünün açıldığını, pulu gətirib yerinə qoymasını dediyini bildirdiyini, Məsumə ona pulun yerini Arifə dediyini, onunla başqa yazışmaları olmadığını dediyini, nəyə görə belə bir iş gördüyünü soruşduqda hər kəsin səhv edə biləcəyini, ağılsız vaxtına düşdüyünü deyərək atasıgildən onu bağışlamalarını istəməsini xahiş etdiyini, bundan sonra Məsumənin atasının gəlib onu apardığını göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş gizir Şahid5 ifadəsində 2022-ci ilin noyabr ayının əvvəllərində hərbi hissədən çıxıb Ariflə birlikdə Culfa rayonuna gedərkən onlarla birlikdə gedən MAHHX HQ əsgər Məhərrəm Məhərrəmova üstündə pul varsa 100 manat borc ver, sonra qaytararam dedikdə Arif üstündə pul olduğunu, istəsə verə biləcəyini dediyini, ondan 100 manat borc pul aldığını, üzərindən bir neçə gün keçdikdən sonra noyabr ayının sonlarında Arif hərbi hissədə ona yaxınlaşıb məzuniyyətə çıxacacağını deyib pulunu qaytarmasını dediyini, 2022-ci ilin noyabr ayının maaşını alan kimi Təqsirləndirilən şəxs1 100 manatını qaytardığını, ona verdiyi 100 manat borc pulun oğurluq pul olmasından xəbəri olmadığını göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş MAHHX HQ əsgər Şahid6 ifadəsində Təqsirləndirilən şəxs1 təxminən oktyabr ayının əvvəllərində ona zəng vurub yeyib-içməyə getmək istədiyini, ancaq pulu olmadığını, tanış yer varsa denə gedim yeyim-içim pulunu maaşda verərəm dediyini, ona “SV” restoranları olan yerdə yerləşən içərişəhər restoranına dedikdən sonra A.Yusfli orada gedib yeyib-içdiyini, kimlərlə getməsindən xəbərinin olmadığını, həmin restorana onun adına 100 manat borc yazdırdığını, təxminən oktyabr ayının ortalarında həmin borcu verməsi üçün ona 100 manat verdiyini, aparıb borcu bağladığını, bundan başqa da ona 50 manat borc verdiyini, oktyabr ayının maaşında qaytarıb verdiyini, Təqsirləndirilən şəxs1 ona verdiyi pulların oğurluq yolu ilə əldə edildiyini bilmədiyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş MAHHX HQ kiçik çavuş Şahid7 ifadəsində 2022-ci ilin noyabr ayında özünə məxsus “Ford Fusion” markalı avtomobilinə ehtiyat hissəsi alacağına görə borca pul axtardığını, Arifdən ona borc verə bilib-bilməməsini soruşduğunu, o, nə qədər lazım olmasını soruşduqda 150 manat lazım olacağını dediyini, həmin pulu Arifin verdiyini, üzərini də özü düzəldib işini həll etdiyini, sonra iki dəfəyə maaş veriləndə 100 manat borcunu qaytardığını, ona verdiyi pulun həmin oğurluq pul olmasından xəbəri olmadığını göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş MAHHX HQ əsgər Şahid8 ifadəsində 2022-ci ilin noyabr ayında hərbi hissədə olan zaman Təqsirləndirilən şəxs1 pulun varsa 100 manat borc ver maaşda verərəm dediyini, Təqsirləndirilən şəxs1 də ona 100 manat pulu verdiyini, həmin ay maaşı alan zaman Arifdən aldığı 100 manat pulu qaytardığını, ona verdiyi pulun oğurluq pul olmasından xəbəri olmadığını göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş baş leytenant Şahid9 ifadəsində 2022ci ilin noyabr ayının sonlarında məzuniyyətə çıxacağına görə bilet almaq istədiyini, Ordubad rayonu ərazisində yerləşən bankomatlar işləmədiyi üçün kartından pul çəkə bilmədiyini, hərbi hissədə olan zaman Təqsirləndirilən şəxs1 görüb ona kartdan pul çəkə bilmədiyini, 60 manat pul ver məzuniyyətdən qayıdanda verim dediyini, Təqsirləndirilən şəxs1 də məzuniyyətə çıxdığı üçün onda pul olmasını düşündüyünü, həmin vaxt Arif ona 60 manat verdiyini, növbəti gün pulunu qaytarmaq üçün Arifə zəng vurduğunu, o, Bakıda olduğunu bildirib gələndə verərsən dediyini, məzuniyyətdən qyıdıb gələndən sonra maaşda onun 60 manat pulunu qaytardığını, ona verdiyi pulun həmin oğurluq pul olmasından xəbəri olmadığını göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid10 ifadəsində Culfa şəhərində yerləşən N №-li hərbi hissənin hərbi şəhərciyində yerləşən ərzaq mağazasını işlətdiyini, mağazada ərzaqla yanaşı, bəzi paltarlar və xırdavat dedikləri hər cürə məhsul satdığını, hərbi hissədə xidmət edən hərbi qulluqçular, hərbi qulluqçuların ailələri işlətdiyi mağazadan alış-veriş etdiklərini, hərbi qulluqçular alış-verişi həm nəğd şəkildə, həm də nisiyə etdiklərini, nisiyə edəndə hər ay maaş veriləndə gətirib borclu qaldıqları pulları ödədiklərini, N №-li hərbi hissədə MAHHX HQ kiçik çavuş kimi xidmət edən Təqsirləndirilən şəxs1 də mağazadan alış-veriş etdiyini, Arifin mağazadan təxminən 54 (əlli dörd) manat 20 (iyirmi) qəpik alış-veriş edərək nisiyə yazdırdığını, 2022-ci ilin oktyabr ayında gətirib həmin pulu ödədiyini, Təqsirləndirilən şəxs1 ona verdiyi pulun oğurluq yolu ilə əldə edildiyini bilmədiyini, ona olan borcunu qaytaranda bu barədə ona heç nə demədiyini göstərmişdir. Məhkəmə, şahidlər Şahid3 və Şahid1 məhkəmə iclasına gəlməmələrini istisna edən halı üzrlü səbəb hesab edərək, onların iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 317.1-ci maddəsinə əsasən mümkün hesab etmişdir. Məhkəmə iclasında üzrlü səbəbdən iştirak etməyən şahidlər Şahid3 və Şahid1 ibtidai istintaq zamanı vermiş olduqları ifadəsi məhkəmə istintaqında elan olunaraq tədqiq edildi. Şahid3 və Şahid1 ibtidai istintaq zamanı vermiş olduqları ifadələri məhkəmə iclasında ifadə vermiş digər şahidlərin ifadələri ilə eyni məzmunda olduğu təsdiqini tapmışdır. İbtidai istintaq orqanı tərəfindən şahid qismində tanınmış Şahid4 məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsində Şahid3 pulu ona Culfa rayonun Əbrəqunus kəndindəki bankomat aparatından çəkib verdiyini, oğurluq etməsi haqqında məlumatı olmadığını göstərmişdir. Bu səbəbdəndə Şahid4 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi təsdiqini tapmadığından sübut növü kimi qəbul olunmayıb sübutlar siyahısından çıxarılır. Cinayət işinin 2-ci cild 135-ci vərəqəsində olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 31 yanvar 2023-cü il tarixli, 102 №-li ekspert rəyində ekspertiza təyini haqqında göstərilən, faktiki ortada olmayan 01 ədəd 3 litrlik şüşə bankanın istifadə olunması nəzərə alınmaqla orta bazar qiymətinin nəzəri qaydada təxminən 1.50 (bir manat əlli qəpik) manat müəyyən olunduğu göstərilmişdir. Cinayət işinin 1-ci cild 178-ci vərəqəsinə əlavə edilmiş "xxxx" ASC-dən alınmış ödəniş kartı üzrə çıxarışda Şahid2 təqaüdü ilə bağlı ona ilkin olaraq 669.97 manat, sonrakı aylarda isə N0 manat pul ödənildiyi müəyyən edilmişdir. Cinayət işinin 2-ci cild 2-77-ci vərəqələrinə əlavə olan Naxçıvan MR Hərbi Məhkəməsinin 5-1(092)-01/2023 №-li qərarı ilə "xxxx" MMC-dən alınmış Təqsirləndirilən şəxs1 adına olan ***-***-**-** mobil nömrəsindən çıxarışlarda onun həmin nömrəsi ilə digər Təqsirləndirilən şəxs2 istifadə etdiyi ***-***-**-** mobil nömrə arasında mütəmadi olaraq zəngləşmə və mesajlaşma olduğu müəyyən edilmişdir. Cinayət işinin 2-ci cild 207-ci vərəqəsinə əlavə edilmiş Təqsirləndirilən şəxs1 N №-li hərbi hissədə hərbi həkim komissiyasından keçirilmiş, təqdim olunmuş 10 fevral 2023-cü tarixli 119 №-li arayışda onun hərbi xidmətə yararlı olduğu göstərilmişdir. Cinayət işinin 2-ci cild 199-cu vərəqəsinə əlavə edilmiş Təqsirləndirilən şəxs2 Culfa rayon X5 Hüquqi Şəxsində həkim komissiyasından keçirilmiş, təqdim olunmuş 09 fevral 2023cü tarixli 185 №-li icbari tibbi müayinə vərəqəsində onun sağlam olduğu göstərilmişdir. Cinayət işinin 1-ci cild 40-cı vərəqəsinə əlavə edilmiş Naxçıvan MR Daxili İşlər Nazirliyinin Təşkilat-İnspeksiya İdarəsinin Əməliyyat və Statistik İnformasiya bölməsindən verilmiş tələbnamədə Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmağı haqda heç bir məlumat yoxdur. Cinayət işinin 2-ci cild 85-ci vərəqəsinə əlavə edilmiş Naxçıvan MR Daxili İşlər Nazirliyinin Təşkilat-İnspeksiya İdarəsinin Əməliyyat və Statistik İnformasiya bölməsindən verilmiş tələbnamədə Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmağı haqda heç bir məlumat yoxdur. Cinayət işinin 1-ci cild 193-cü vərəqəsinə əlavə edilmiş N №-li hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamədə Təqsirləndirilən şəxs1 müsbət xarakterizə olunmuşdur. Cinayət işinin 1-ci cild 157-ci və 177-ci vərəqəsinə əlavə edilmiş Culfa rayon İHB-nın Ərəzin və Bənəniyar kənd İƏD-si üzrə nümayəndəlikləri tərəfindən verilmiş xasiyyətnamələrdə Təqsirləndirilən şəxs2 müsbət xarakterizə edilmişdir. Cinayət işinin 2-ci cild 193-cü vərəqəsinə əlavə edilmiş protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs1 1801.5 manat məbləğindəki pulu 08 fevral 2023-cü il tarixdə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarmışdır. «Oğurluq, soyğunçuluq və quldurluğa dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması, yəni oğurluq kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və yaxud onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir(7-ci bənd); özgənin əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən bilavasitə özgənin əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək cinayət iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər hansı icraçı və digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçıların, təhrikçilərin, köməkçilərin) barəsindəki sübutlara qiymət verilməlidir (10-cu bənd); Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları rolların bölgüsünə əsasən cinayətin törədilməsində icraçıya birbaşa kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapı, cəftə və qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət əməli aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar Cinayət Məcəlləsinin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün həmin normaya istinad edilməsinə ehtiyac yoxdur (11-ci bənd); bu Məcəllənin 177-ci maddəsi “Qeyd” hissəsinin 3-cü bəndinə görə oğurluq, soyğunçuluq və ya quldurluq cinayətlərinin “təkrarlıq” əlamətləri üzrə tövsif edilməsi üçün həmin Məcəllənin 177, 178, 180 və 181-ci maddələri ilə, habelə 179, 182, 183, 184 və 185-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsi (hər hansı ardıcıllıqla) əsas ola bilər (15-ci bənd); şəxs tövsifedici əlamətlər olmadan özgənin əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, həmin hərəkətlər, Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə əsasən bu Məcəllənin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir (18-ci bənd); yaşayış sahəsinə, binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə - oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); talanmış əmlakının qiyməti müəyyən olunarkən, cinayətin törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda, talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 zərər çəkmiş şəxsin yaşadığı evdə divanın altında saxlanc yerində qızının müalicəsi üçün yığdığı pul olmasını öyrəndikdən sonra Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək ona həmin pulu gizli yolla talamasına köməklik göstərməsini, digər şəxslər evdə olmadığı zaman ona məlumat verməsini xahiş etmiş, Təqsirləndirilən şəxs2 onunla razılaşaraq 2022-ci ilin oktyabr ayının əvvəllərində evdə tək olan zaman ona məlumat verdikdən sonra saat 21 radələrində Culfa rayonunun Bənəniyar kəndində yerləşən zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus həyətə, oradan isə evin qapısını açıb qanunsuz olaraq yaşayış sahəsinə daxil olmuş, dəhlizdə dayanan Təqsirləndirilən şəxs2 pulun harada olmasını soruşduqda sonuncunun göstərdiyi divanın altındakı saxlanc yerini qaldırıb 3 kiloqramlıq, 1,5 manat dəyərində şüşə bankanın içərisindəki 1800 manat pulu banka ilə birlikdə, ümumilikdə isə Zərərçəkmiş şəxs məxsus 1801.5 manatı gizli yolla talayaraq yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq etməsi təqsirləndirilən şəxslərin etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidərin ifadələri, eləcə də cinayət işi üzrə əldə edilmiş digər şübhə doğurmayan mötəbər faktlarla tam sübuta yetirilmişdir. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə, Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 177.2.3-cü maddəsi ilə tövsif olunmuşdur. Beləliklədə məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxslərə ittiham olunduqları maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 vurulmuş zərəri tamamilə ödəməsini, törətdiyi əməli səmimi etiraf edib, törətmiş olduğu əməlindən peşiman olması cəzasını yüngülləşdirən hallardır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 iki azyaşlı uşağının olmasını, törətdiyi əməli səmimi etiraf edib, törətmiş olduğu cinayət əməlindən peşiman olması cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9-cu və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-nin 58.3-cü mad.). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdıran halın olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, barəsində törətdiyi cinayətləri nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının tətbiq edilməsini ədalət və cəzanın məqsədlərinə nail olmaq prinsipləri baxımından uyğun hesab edir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş komandanlığın müşahidəsi altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunmaqla o, məhkəmə zalından həbs olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməlidir. Cəza çəkmə müddətinin əvvəli 11 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdıran halın olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, barəsində törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının tətbiq edilməsini ədalət və cəzanın məqsədlərinə nail olmaq prinsipləri baxımından uyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyulmasını məqsədə müvafiq hesab edir. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 19:00dan növbəti gün saat 08:30-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Culfa rayonun Ərəzin kəndinin həmçinin müəyyən vaxtlarda (sağlamlığı və digər zəruri hallar yarandığı hallarda) Culfa rayonun və Naxçıvan şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli həmçinin, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında”, Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Odur ki, Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi yardıma fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi1 təqdim edəcəyi hesabata uyğun olaraq bu sahədə müvafiq qanunvericiliyin tələbləri nəzərə alınmaqla, hesablanmış müvafiq pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasına ödənilməlidir. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi yardıma Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 təqdim edəcəyi hesabata uyğun olaraq bu sahədə müvafiq qanunvericiliyin tələbləri nəzərə alınmaqla, hesablanmış müvafiq pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına Naxçıvan şəhər Vəkil Bürosuna ödənilməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş qətimkan tədbirləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunmuş cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilməlidir. Hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübut olan bir ədəd ortası deşilmiş dəmir banka qapağı və bir ədəd gümüşü rəngli bəzək kağızı istifadəyə yararsız olduğundan məhv edilməli, Təqsirləndirilən şəxs1 məxsus “Samsung Galaxy A51” markalı mobil telefon Təqsirləndirilən şəxs1 və ya etibar etdiyi şəxsə verilməli, Təqsirləndirilən şəxs2 məxsus “Samsunq Galaxy A12” markalı mobil telefon Təqsirləndirilən şəxs2 qaytarılmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353.1, 353.2, 353.4, 356, 381 və 384.1-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 11 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş komandanlığın müşahidəsi altına vermə qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbsə alınaraq saxlanılması üçün Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm icraya yönəldikdən sonra ləğv edilsin. Rəhimova (Cəfərova) Məsumə Musa qızı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Rəhimova (Cəfərova) Məsumə Musa qızının üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 19:00-dan növbəti gün saat 08:30-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikası ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs Rəhimova (Cəfərova) Məsumə Musa qızının cəzasının icrası yaşadığı yer üzrə Culfa rayon İcra və Probasiya bölməsinə həvalə edilsin və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 (Cəfərovanın) barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm icraya yönəldikdən sonra ləğv edilsin. İş üzrə məhkəmə xərci olaraq Təqsirləndirilən şəxs1, göstərilmiş hüquqi yardıma görə fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi1 təqdim edəcəyi hesabata uyğun olaraq bu sahədə müvafiq qanunvericiliyin tələbləri nəzərə alınmaqla, hesablanmış müvafiq pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasına ödənilsin. Təqsirləndirilən şəxs Rəhimova (Cəfərova) Məsumə Musa qızına göstərilmiş hüquqi yardıma görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 təqdim edəcəyi hesabata uyğun olaraq bu sahədə müvafiq qanunvericiliyin tələbləri nəzərə alınmaqla, hesablanmış müvafiq pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına Naxçıvan şəhər Vəkil Bürosuna ödənilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübut olan bir ədəd ortası deşilmiş dəmir banka qapağı və bir ədəd gümüşü rəngli bəzək kağızı istifadəyə yararsız olduğundan məhv edilsin. Təqsirləndirilən şəxs1 məxsus “Samsung Galaxy A51” markalı mobil telefon Təqsirləndirilən şəxs1 və ya onun etibar etdiyi şəxsə verilsin. Təqsirləndirilən şəxs2 məxsus “Samsunq Galaxy A12” markalı mobil telefon Təqsirləndirilən şəxs2 verilsin. Cinayət işi üzrə 1 (bir) ədəd DVD cinayət işində saxlanılsın. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxslərə isə hökmün surəti verildiyi andan 20 gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim İlham İbrahimov
Məhkəmə qərarları › İş №1-1(092)-10/2023
Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-10/2023
11.04.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver