Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-10/2024 29.03.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: Orucəliyev Abil Elmar oğlunun sədrliyi, Məhkəmə iclas katibi: X19 oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx xxxx 1995-ci il tarixində Babək rayonunun Cəhri kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), orta təhsilli, evli (himayəsində 2 azyaşlı uşağı olan), əvvəllər məhkum olunmamış, Babək rayonunun Cəhri qəsəbəsində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinin 1-ci inşaat bölüyünün 1-ci inşaat qrupunda qaynaqçı (montajçı) vəzifəsində, əsgər hərbi rütbəsində xidmət etmiş, barəsində 29 iyul N3-cü il tarixində “həbs” qətimkan tədbiri seçilmiş, hal-hazırda Naxçıvan MR Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə yaşayış sahəsinə qanunsuz daxil olmaqla, təkrarən, habelə elektron məlumat daşıyıcısından istifadə etməklə özgənin əmlakını gizli yolla talayıb, zərərçəkmiş şəxslərə maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, o, MAHHX HQ-su kimi Müdafiə Nazirliyinin Naxçıvan şəhərində yerləşən N nömrəli hərbi hissəsinin 1-ci inşaat bölüyünün 1-ci inşaat qrupunda qaynaqçı-montajçı vəzifəsində, əsgər hərbi rütbəsində xidmət edərkən tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 29 iyun N3-cü il tarixdə saat 11 radələrində ünvan 2 ünvanında yerləşən, Şahid1 məxsus fərdi yaşayış evinin həyətinə qanunsuz daxil olub, həyətdə heç kimin olmamasından istifadə etməklə həmin həyətdəki kölgənəcəkdə saxlanılan və əvvəllər tanıdığı, məişət əşyalarının alqı-satqısı ilə məşğul olan Zərərçəkmiş şəxs1 məxsus olduğunu bildiyi ümumi dəyəri 1340 (min üç yüz qırx) manat olan 2 (iki) ədəd “Altus” markalı paltaryuyanı gizli olaraq talayaraq, zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs1 1340 (min üç yüz qırx) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs həmin vəzifə və rütbədə xidmət edərkən 20 iyul N3-cü il tarixdə saat 14 radələrində aralarında dostluq münasibəti olan Şahid5 ilə sonuncunun işlətdiyi, Naxçıvan şəhəri H.Əliyev prospektində yerləşən və mobil telefonların satışının həyata keçirildiyi “Nil Telekom” mağazasında söhbət edən zaman Şahid5 tanışı Zərərçəkmiş şəxs3 yanlarına gələrək "xxxx" bankından onlayn qaydada kredit götürmək istədiyini, lakin bunu bacarmadığını dedikdə o, Zərərçəkmiş şəxs3 onlayn qaydada kredit götürməsinə kömək edə biləcəyini təklif etmiş, Zərərçəkmiş şəxs3 razılaşaraq mobil telefonunu və adına olan, "xxxx" bankına məxsus plastik kartı Təqsirləndirilən şəxs verdikdə o, Zərərçəkmiş şəxs3 məxsus mobil telefona yüklənmiş “Birbank mobil tətbiqi vasitəsilə sonuncunun adına onlayn qaydada kredit götürdükdən sonra tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə Zərərçəkmiş şəxs3 adına olan, "xxxx" bankına məxsus plastik kartın məlumatlarını gizli olaraq özünün mobil telefonuna yüklədiyi “Birbank” mobil tətbiqinə daxil etmiş, Zərərçəkmiş şəxs3 yanından ayrıldıqdan sonra həmin gün “Birbank” mobil tətbiqindən istifadə edərək Zərərçəkmiş şəxs3 məxsus, son dörd rəqəmi “1338” olan plastik kartdan əvvəlcə 92 manat, daha sonra 100 manat, son dörd rəqəmi “0920” olan plastik kartdan isə 36 manat olmaqla, ümumilikdə 228 manat məbləğində pulu adına olan, "xxxx" bankına məxsus, son dörd rəqəmi “9603” olan “cashback” kartına köçürərək, elektron məlumat daşıyıcısından istifadə etməklə özgənin əmlakını gizli olaraq talayıb, zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs3 ümumilikdə 228 (iki yüz iyirmi səkkiz) manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs həmin vəzifə və rütbədə xidmət edərkən N iyul N3cü il tarixdə, saat 11 radələrində əvvəlcədən tanıdığı vətəndaş Zərərçəkmiş şəxs2 məxsus, ünvan 3 ünvanında yerləşən və mobil telefonların satışının həyata keçirildiyi “Oskar” adlı mağazaya gəlib, satıcının başının qarışıq olmasından istifadə edərək tamah niyyəti ilə vitrindən dəyəri 1130 (bir min yüz otuz) manat olan 1 (bir) ədəd “İphone 13 mini” markalı mobil telefonu gizli olaraq talayaraq, zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs2 1130 (bir min yüz otuz) manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.3-1-ci maddələri ilə barəsində elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, o, hadisələr baş verən zaman N nömrəli hərbi hissənin tabeliyində olan N №-li hərbi hissədə MAHHXHQ-su əsgər kimi qaynaqçı-montajçı vəzifəsində xidmət etmiş, hazırda ehtiyata buraxılmışdır. Hadisələr baş verən zaman internetdə “MOSTBET” saytında qumar oynamış, ona görə xeyli miqdarda borcu olmuş, onunla eyni hərbi hissədə xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qullquçusu əsgər Şahid2 da borcu olmuş, bir dəfə onun adını verib 1200 manatlıq telefon götürmüş, bundan başqa Kamranın zaminliyi ilə ərzaq mağazasından nisyə ərzaq götürmüş, bundan əlavə hərbi hissədə kantindən yenə Kamranın adını verib 100 manatlıq siqaret, su almış, Kamran da həmin pulları ondan tələb etmiş, həmin borclarını ödəmək üçün həmkəndlisi Zərərçəkmiş şəxs1 məişət əşyalarını saxladığı həyətə gedib oradan oğurluq etmək qərarına gəlmiş, bu məqsədlə 29 iyun N3-cü il tarixdə həmkəndlisi Zərərçəkmiş şəxs1 Naxçıvan şəhəri Xətai məhəlləsində məişət əşyalarının saxlandığı həyətə getmiş, ətrafı gəzmiş, qapının açıq olmasına əmin olduqdan sonra səhər saat 12 radələrində iş yoldaşı Şahid2 zəng edərək ona “kreditə iki ədəd paltaryuyan götürmüşəm, onları aparmağa maşın yoxdur, gəl paltaryuyanları aparaq, birini adam var, danışmışam ona verəcəm, birini isə borclarıma qarşılıq sənə verəcəm” demiş, Şahid2 da razılaşaraq, bir neçə dəqiqə sonra hərbi hissənin “MR F 434” №-li Qazel markalı maşını ilə hadisə yerinə gəlmiş, həmin vaxt maşında maşın böyüyü İmran adlı hərbi qulluqçu da olmuşdur. Həmin vaxt İmran adlı hərbi qulluqçu maşından yerə düşməmiş, o, paltaryuyan maşınları avtomobilə yükləmək üçün Kamranı həyətə çağırmış, Kamran açıq qapıdan həyətə gəlmiş, həmin vaxt həyətdə heç kim olmamış, o, Kamranla birlikdə həmin həyətdəki evin yan tərəfində olan məişət əşyalarının yığıldığı kölgənəcəyin altından iki ədəd, bir ədədi səkkiz, digəri isə yeddi kiloluq olan “Altus” markalı paltaryuyanları götürüb həyətdən çıxarıb həyət qapısının qarşısına gətirərək orada avtomobilə yükləmişlər. Həmin vaxt onları nə həyətdə, nə də qapının ağzında heç kim görməmişdir. Paltaryuyanları maşına yüklədikdən sonra maşınla Naxçıvan şəhərində Xıncab məhəlləsinə getmiş, səkkiz kiloluq paltaryuyan maşınını əvvəlcədən tanıdığı Natiq adlı şəxsə 560 manat satmış, Kamran isə digər paltaryuyanı özü ilə aparmışdır. Nə Kamranın, nə də İmranın paltaryuyanları oğurladığından xəbərləri olmamışdır. Natiqi daha əvvəldən tanıyır, onunla əvvəl söhbət edəndə Natiq ona ucuz paltaryuyan düşüb eləsə, ona xəbər etməsini xahiş etmiş, ona görə paltaryuyanları oğurlayan gün satmağa adam axtararkən Natiqin həmin söhbəti yadına düşmüş, buna görə Natiqə zəng vurub kreditə paltaryuyan götürdüyünü, ancaq ödəyə bilmədiyini bildirib “istəyirsənsə, aşağı qiymətə sənə verim” demiş, Natiq də razılaşmış, paltaryuyanların birini 560 manata Natiqə satmış, ancaq Natiqin paltaryuyanı oğurluq yolla əldə etməyindən xəbəri olmamış, sonradan barəsində Polis İdarəsində cinayət işi istintaq olunanda Natiq həmin paltaryuyanı oğurluq yolu ilə əldə etdiyini öyrənmiş, həmin paltaryuyanı da gətirib istintaqa təhvil vermişdir. Bundan başqa o, N iyul N3-cü il tarixdə səhər saat 10 radələrində Naxçıvan şəhəri, Atatürk küçəsində yerləşən “Oskar” adlı telefon mağazasını işlədən əsgərlik yoldaşı Əlinin yanına getmiş, həmin vaxt Əli dükanda olmadığından o, satıcı ilə salamlaşıb Əlini soruşmuş, satıcı Əlinin birazdan gələcəyini dedikdə o, vitrində olan mobil telefonlara baxmış, bu zaman həmin telefonlardan birini oğurlamaq qərarına gəlmiş, həmin vaxt satıcının müştəri ilə maraqlandığını, başının qarışıq olduğunu görüb açıq vitrindən bir ədəd arxası göy rəngli “İphone 13 mini” markalı mobil telefonu götürüb çölə çıxmış, onun vitrindən telefon götürməsini mağazada olan satıcı və müştəri görməmiş, qapıdan çıxan zaman Əli ilə qapıda rastlaşdığından onunla salamlaşmış və oradan çıxıb getmişdir. Daha sonra oğurladığı telefonu satmaq üçün əvvəlcədən tanıdığı Naxçıvan şəhər, İcra Hakimiyyəti yaxınlığında yerləşən telefon dükanına getmiş, mağazanı işlədən Əli adlı şəxs dükanda olduğundan onunla salamlaşmış, ona əlində satılıq telefon olduğunu bildirmiş və Əli ilə 610 manata razılaşaraq, oğurladığı “İphone 13 mini” markalı mobil telefonu ona satmış, sonra həmin pulun bir hissəsini borclarına vermiş, həmin puldan 45 manat götürüb “Nil Telekom”da Eminin yanında öz telefonunun ekran şüşəsini düzəltdirmiş, qalan pulu isə öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, o, N3-cü ilin iyul ayının 20-də Ordubad rayon sakini Zərərçəkmiş şəxs3 ilə Naxçıvan şəhərində “Nil telekom” telefon mağazasında tanış olmuş, həmin vaxt Zərərçəkmiş şəxs3 onlayn kredit götürmək istəmiş, ancaq götürə bilməmiş, ona kömək edə biləcəyini dedikdə Zərərçəkmiş şəxs3 telefonunu və kartlarını ona vermiş, onun adına olan kartları onun telefonundakı Birbank proqramında qeydiyyatdan keçirmiş, ona onlayn kredit götürmüş, daha sonra onun kartlarını öz telefonunda olan Birbank proqramında qeydiyyatdan keçirmiş, bunun üçün telefon nömrəsi tələb olunduğundan Məmməddən telefon nömrəsini soruşub proqrama qeyd eləmiş, beləcə onun kartları həm onun telefonundakı, həm də öz telefonundakı Birbank proqramında görünmüşdür. Sonra onun telefonunu özünə qaytarmış, Məmmədin onun kartlarını öz telefonuna köçürməyindən xəbəri olmamış, daha sonra Məmməd onlayn kredit götürməyinə kömək etdiyinə görə ona və Eminə yemək almış və mağazadan çıxıb getmişdir. Həmin gün onun əməkhaqqı kartından 92 manat pulu öz cashback kartına yönləndirmiş, daha sonra onun kartından 100 manat avans götürmüş və həmin karta yönləndirmiş, 36 manat pulu da əvvəlki qayda ilə həmin cashback kartına yönləndirmiş, sonra da həmin məbləğləri nağd şəkildə bankomatdan çıxardıb öz şəxsi ehtiyacları üçün xərcləmiş, ümumilikdə Məmmədin kartından 228 manat məbləğində pulu öz cashback kartına yönləndirərək nağd qaydada bankomatdan çəkmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs törədilən əməllər nəticəsində zərərçəkmiş şəxslərdən oğurladığı əşyaların maddi sübut kimi götürüldüyünü, Zərərçəkmiş şəxs3 dəymiş maddi ziyanın isə tamamilə ödənildiyini, etdiyi əməllərə görə peşman olduğunu, himayəsində iki azyaşlı övladının olduğunu, bir övladının yeni doğulduğunu və onun üzünü bugünədək görmədiyini bildirərək, barəsində ədalətli hökm çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməllərə görə məhkəmə istintaqında özünü təqsirli bilməsinə dair ifadəsini məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutlarla əlaqəli şəkildə araşdıraraq qiymətləndirmişdir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin elan olunmuş ittiham üzrə qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması, onun məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, eləcə də məhkəmədə tədqiq olunmuş zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokollar, müvafiq ekspert rəyi, həmçinin tədqiq olunan sübut xarakterli digər iş materialları ilə tam sübuta yetirilmiş, beləliklə də təqsirləndirilən şəxsin törətdiyi əməllərə görə öz təqsirini etiraf etməsi iş üzrə məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, o, Naxçıvan şəhərində “4 yol ticarət” adlanan ticarət mərkəzində məişət əşyalarının alqısatqısı ilə məşğul olur. Satdığı soyuducu, paltaryuyan və qabyuyan maşınlarını əvvəllər qardaşı Fərmanın Naxçıvan şəhəri, Xətai məhələsində yerləşən həyətinə yığsa da, bu il Fərmanın həyətində aparılan təmir işləri ilə əlaqədar olaraq həmin malları Fərmanın qonşusu Şahid1 hasarlı həyətinə yığmış, təqribən N3-cü ilin iyun ayının axırlarında Həsənlə birlikdə həyətdə olan soyuducu və paltaryuyanı saymış, orada 1 ədəd soyuducu, 9 ədəd paltaryuyan və 1 ədəd qabyuyan maşın olmuş, lakin bir neçə gün sonra həmin əşyaları sayarkən iki ədəd “Altus” markalı paltaryuyan maşının əksik olduğunu bilmiş, həmin paltaryuyan maşınlarının biri səkkiz kiloqramlıq, digəri isə yeddi kiloqramlıq olmuşdur. Həsəni çağırıb iki ədəd paltaryuyanın yerində olmadığını demiş, Həsən ona bu barədə heç bir xəbəri olmadığını demiş, Həsən də onunla malları sayanda mallardan iki ədədinin əksik olduğunu görmüş və bundan sonra məsələ ilə bağlı məcbur olub polisə xəbər vermiş, bir az sonra polis əməkdaşları olduqları yerə gəlib hadisə yerinə baxış keçirmişlər. Sonra Həsənlə onu izahat vermələri üçün Polis İdarəsinə dəvət etmişlər. 26 iyul N3-cü il tarixdə polis əməkdaşları ona zəng edərək paltaryuyanları oğurlayan şəxsin tapıldığını, həmin şəxsin Babək rayon Cəhri qəsəbə sakini Təqsirləndirilən şəxs olduğunu bildirmişlər. Həmçinin Zərərçəkmiş şəxs1 ifadəsində özünün Təqsirləndirilən şəxs bağışlamaqla ona qarşı heç bir şikayətinin olmadığını, lakin ondan oğurladığı 2 ədəd paltaryuyan maşının ona qaytarılmasını istədiyini bildirmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, o, ünvan 4 ünvanında yerləşən “Oskar” mobil telefon mağazasını icarə müqaviləsi ilə işlədir. Təqsirləndirilən şəxs əvvəlcədən, 2013-cü il tarixdən tanıyır, onunla birlikdə N saylı hərbi hissədə əsgər kimi xidmət etmişdir. N iyul N3-cü il tarixdə, saat 10 radələrində işə gəlmiş, mağazada satıcı kimi işləyən Müşfiq Budaqov həmişə ondan əvvəl gəlib mağazanı açmış, həmin gün mağazada olmuşdur. Həmin gün işə gələndə qapıdan çöldə İlkinlə rastlaşmış, onunla salamlaşmış, İlkin də həmin vaxt mağazadan təzə çıxmışdır. Söhbət zamanı İlkin ona “İphone 14 pro” markalı mobil telefon gətirəcəyini deyib neçəyə götürə biləcəyini soruşduqda ona gətirərsən, söhbət edərik demiş, sonra İlkin getmiş, o, isə mağazaya daxil olmuş, həmin vaxt mağazada Müşfiqdən başqa adını-soyadını bilmədiyi bir müştəri olmuşdur. Həmin gün günortadan sonra mağazaya bir müştəri gəlib ona “İphone 13 mini” almaq istədiyini demiş, ona “İphone 13 mini” olduğunu demiş, mağazada həmin markadan bir ədəd telefon olduğuna görə vitrinə yaxınlaşmış, vitrinləri nə qədər axtarsa da, həmin telefonu tapa bilməmiş, Müşfiqdən telefonu görüb-görmədiyini soruşduqda ona xəbərinin olmadığını demiş, telefonun oğurlanmağından şübhələnmiş, mağazanın kameralarına baxdıqda saat 10:38 dəqiqədə mağazaya girməzdən əvvəl İlkinin mağazada vitrindən bir ədəd arxası göy rəngli, qiyməti 1150 manat olan iphone 13 mini markalı mobil telefonu oğurlayıb dükandan çıxdığını görmüş, onun ***-***-**-** nömrəli telefonuna zəng vurub “telefonu oğurlamısan, qaytar gətir” demiş, cavabında İlkin ondan 2 saat vaxt istəyib telefonun pulunu gətirəcəyini demişdir. O, İlkinə “pulu gətirməsən polisə verəcəm” demiş, həmin gün 2-3 saat gözləmiş, yenidən ona zəng vurduqda İlkin telefonda “1 saata qədər gətirəcəyini” demiş, yenə onu 1 saat gözləmiş, ancaq o gəlməmiş, telefonuna dəfələrlə zəng vursa da, o telefona cavab verməmişdir. Buna görə də məcbur qalıb bu barədə polisə məlumat vermişdir. Həmçinin Zərərçəkmiş şəxs2 ifadəsində özünün Təqsirləndirilən şəxs bağışlamaqla ona qarşı heç bir şikayətinin olmadığını, lakin ondan oğurladığı telefonun ona qaytarılmasını istədiyini bildirmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, o, Ordubad rayon məhkəməsində gözətçi kimi işləyir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla arasında hər hansı düşmənçilik, ədavət və qohumluq olmamışdır. Onunla 20 iyul N3-cü il tarixdə Naxçıvan şəhəri, Heydər Əliyev prospektində yerləşən “Nil telekom” telefon mağazasında tanış olmuş, həmin gün Naxçıvan şəhərinə gəlib, bankdan kredit götürmək istəmiş, ona zamin tələb olunduğu deyilmiş, buna görə kirvəsi Şahid5 onlayn kreditin necə çəkildiyini öyrənmək üçün onun işlətdiyi “Nil Telekom” mobil telefon mağazasına getmiş, həmin vaxt mağazaya daxil olanda Emin və İlkin orada olmuş, Emindən onlayn krediti necə götürə biləcəyini soruşduqda Emin İlkinin onlayn kredit götürməyi bildiyini demiş, İlkin onun telefonunu alaraq telefonunda olan “Birbank” proqramına girib onun “5103 0714 7800 1338” nömrəli əməkhaqqı kartını qeydiyyatdan keçirmiş, lakin kredit çəksə də, pul onun telefonuna keçməmiş, İlkin ona “kartını mənim telefonuma yüklə, mən onu açım, pul mənim telefonuma köçəcək” dedikdə buna razılıq vermiş, İlkin krediti götürüb onun əməkhaqqı kartına köçürmüş, Kreditin məbləği 1885 manat olmuş, saat 14:15 dəqiqədə köçmüş, lakin komissiya tutulduqdan sonra 1793 manat qalmışdır. Buna görə o, Emin və İlkinə dönər aldıqdan sonra mağazadan çıxıb "xxxx"ın yanındakı bankomatdan 94 manat nağd pul çəkmiş, bundan sonra o, Ordubad rayonuna getmiş, orada da "xxxx"ın yanında olan bankomatdan saat 17:03-də 1500 manat bir, 100 manat isə bir olmaqla 1600 manat pul çəkmiş, həmin gün saat 17:30-da onun kartından 92 manat pul çəkilmiş, həmin dəqiqədə kartına 100 manat avans daxil olmuş, 2 dəqiqə sonra 17:32 dəqiqədə isə həmin məbləğ çıxılmış, buna görə o, 196 nömrəsinə zəng vurub kartından pul çəkildiyini dedikdə bank kredit ödənişi edildiyini bildirmiş, krediti yeni çəkdiyini, pulu kimin çəkdiyini deyəndə ona bu barədə məlumat verilə bilməyəcəyini, hüquq-mühafizə orqanlarına müraciət etməli olduğu deyilmişdir. 3 saat sonra saat 20:21-də terminal vasitəsilə “4169-7388-8063-0920” nömrəli cashback kartına 50 manat pul yükləmiş, həmin kartda isə daha əvvəl 6 manatı olduğundan ümumilikdə kartda 56 manat olmuş, həmin vaxt 20 manat həmin kartdan nağd çıxarmış, naxtell nömrəsinə kontur vurub, internet açdırmış, 10 dəqiqə sonra isə həmin cashback kartından 36 manat pul çıxılmış, Eminə zəng vurub kartından pul çəkildiyini dedikdə Emin isə elə bir şey ola bilməyəciyini, yenidən yoxlamağını demiş, Eminə heç kimə kart nömrəsi vermədiyini, ancaq İlkinə kartını verdiyini demiş, səhəri gün isə Emindən İlkinin nömrəsini alıb onun 060 544-41-42 nömrəsinə zəng vurub özü ilə danışmış, telefonda kartından pul çəkildiyini bildirib onun çəkib-çəkmədiyini soruşduqda o, çəkmədiyini deyib, onu narahat eləməməyini deyərək hərbiçi olduğunu bildirib get kimə deyirsən de demişdir. 26 iyul N3-cü ildə Naxçıvan şəhərinə gəlib polisə ərizə vermiş, həmin gün polis idarəsində olarkən İlkini polis tutub idarəyə gətirmiş, orada İlkinin kirvəsi Eminin mağazasının yaxınlığında olan “Oskar” mobil telefon mağazasından da oğurluq etdiyini öyrənmişdir. Polisə ifadə verdikdən sonra telefonunda olan çıxarışları təqdim edib Ordubada qayıtmışdır. Onun əməkhaqqı kartından 192 manat, cashback kartından isə 36 manat pul çəkilmiş, ümumilikdə onun kartlarından 228 manat pul çəkilmişdir. Həmçinin Zərərçəkmiş şəxs3 ifadəsində özünün Təqsirləndirilən şəxs bağışlamaqla ona qarşı heç bir şikayət və tələbinin olmadığını, ona dəymiş maddi ziyanın tamamilə ödənildiyini bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 oxşar məzmunlu ifadə verərək, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 və Təqsirləndirilən şəxs ifadələrində göstərilənləri təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, o, N2-ci ilin dekabr ayının 30-dan 12 avqust N3-cü ilədək N nömrəli hərbi hissədə MAHHXHQ-su əsgər rütbəsində xidmət etmiş, hazırda heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs N3-cü ilin mart ayından tanıyır, o, mart ayından N nömrəli hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə başlamış, N iyul N3-cü il tarixdən isə onu ordu sıralarından tərxis etmişlər. 29 iyun N3-cü il idi baza deyilən yerdə, sürücüsü olduğu maşının içində maşın böyüyü MAHHXHQ-su əsgər Şahid3la söhbət edərkən İlkin onun telefonuna zəng etmiş, maşından düşüb telefonu açmış, İlkin ona telefonda mağaza ilə danışdığını, iki ədəd paltaryuyan maşını kreditə götürdüyünü, lakin paltaryuyan maşınların anbarda olduğunu, daşımaq üçün maşına verməyə pulunun olmadığını, maşınla gedib ona kömək etməyini, paltaryuyanlardan birini onun vasitəçiliyi ilə götürdüyü borclarına ödəmək üçün ona verəcəyini, digərini isə sataraq borcunu ödəyəcəyini demiş, onunla danışıb qurardıqdan sonra Şahid3 gedək paltaryuyan var onu götürək demişdir. Onunla birlikdə hərbi hissəyə məxsus olan “MR F-434” dövlət qeydiyyat nişanlı sərnişin qazeli ilə “Yaz market” istiqamətində getmiş, əsas yola çıxmamış, soldakı məhəlləyə dönüb bir az irəliyə gedəndə İlkinin yolda durmasını görmüş, maşına minəndən sonra İlkin bir az qabağa sür, qabaqdan götürəcəyik demiş, maşınla bir az qabağa gedəndən sonra darvazanın düz qarşısında maşını saxlamış, həmin ünvanı konkret olaraq bilməmiş, İlkin maşından düşüb, həyətə girmiş, həmin vaxt darvazanın qapısı açıq olmuş, daha sonra İlkin “biriniz gəlin kömək edin” dediyi üçün maşından düşüb onunla həyətə girmiş, həyətə girib 10 metr irəliyə getdikdən sonra sol tərəfdə navesin altında bir neçə dənə paltaryuyan, soyuducu olduğunu görmüş, İlkinlə həmin yerdən 2 dənə paltaryuyan maşını köməkli götürüb qazelə yükləmiş, həmin həyətdə naves istiqamətində gedəndə sol tərəfdə ev olduğunu, evin pəncərələrinin açıq olduğunu, içəridən səs gəldiyini eşitmiş, evdə adam olsa da, həmin vaxt heç kim onları görməmiş, heç kim çölə çıxmamış, paltaryuyan maşınları maşına yüklədikdən sonra oradan uzaqlaşmışlar. İdarə etdiyi qazel markalı maşınla Xıncab məhləsinə gedərək “Limon” marketdən aşağı düşüb orada bir həyət evinin qarşısında maşını saxlamış, İlkin paltaryuyanın bir ədədini həmin məhəllədə tanımadığı orta yaşlı, kök, keçəl bir şəxsə vermiş, həmin vaxt İlkin maşından düşmüş, İlkinin həmin paltaryuyanı həmin şəxsə neçəyə satdığını bilməmişdir. İlkin digər paltaryuyanı borclarına qarşılıq ona vermişdir. N3-cü ilin iyul ayının sonlarında Naxçıvan şəhər Polis İdarəsinin əməkdaşları ona zəng vurub idarəyə gəlməli olduğunu demiş, Polis idarəsinə getmiş, orada ona İlkinin satdığı paltaryuyanın oğurluq olduğu deyilmiş, ondan izahat götürülmüş, sonda həmin paltaryuyanı protokolla polis idarəsinə təhvil vermiş, sonrakı günlərdə İlkinin barəsində cinayət işi açılmışdır. İlkin onunla telefonda danışan zaman “4 yol ticarət”dən kreditlə iki ədəd paltaryuyan götürdüyünü, ilkin ödəniş etdiyini demiş, sadəcə olaraq paltaryuyanların anbarda olduğunu bildirib gedib götürmək lazım olduğunu demiş, ancaq kimdən götürdüyünü deməmiş, polis idarəsində olarkən paltaryuyanların Zərərçəkmiş şəxs1 məxsus olduğunu, İlkinin həmin paltaryuyanları oğurladığını öyrənmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş MAHHX HQ-su əsgər Şahid3 və Şahid4 oxşar məzmunlu ifadələr verərək, şahid qismində dindirilmiş Şahid2 və Təqsirləndirilən şəxs ifadələrində göstərilənləri təsdiq etmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, o, ünvan 5 ünvanında yerləşən “Ali Telekom” mobil telefon mağazasını işlədir. Təqsirləndirilən şəxs 2019-cu ildən tanıyır, həmin vaxt ondan mobil telefon götürmüş, pulunu da ödəmişdir. Müştərisi olduğundan onunla münasibəti olmuş, sonradan onun Naxçıvan şəhərində yerləşən hərbi hissələrdən birində hərbi qulluqçu kimi xidmət etdiyini bilmişdir. N iyul N3-cü il tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs onun işlətdiyi mağazaya gəlmiş, bir ədəd “İphone 13 mini” telefon olduğunu deyib alıb-almamasını soruşmuş, telefonu alıb baxanda 1 ədəd arxası göy rəngli “İphone 13 mini” markalı mobil telefon olduğunu görmüş, onunla həmin telefonun qiymətini 610 manata razılaşıb telefonu almış, həmin vaxt ondan vəsiqəsini soruşduqda İlkin üstündə olmadığını demiş, əvvəllər İlkin ondan telefon aldığı üçün onun hərbi vəsiqəsinin surəti onda olmuş, həmin vəsiqənin surətini çıxarıb Təqsirləndirilən şəxs imzalatdırmış, telefonu alıb vitrinə qoymuş, elə həmin gün axşamüstü Naxçıvan şəhər Polis İdarəsindən ona zəng edib Təqsirləndirilən şəxs telefon satıb-satmaması soruşulmuş, onlara hadisə barədə ətraflı məlumat vermişdir. İlkindən “İphone 13 mini” markalı mobil telefonu satın alan zaman həmin telefonun oğurluq olduğunu bilməmiş, telefonu aldığı günün sonunda polis əməkdaşları ona zəng vuranda həmin telefonun “Oskar” telefon mağazasından oğurlandığını bilmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxslərin və şahid qismində dindirilmiş şəxslərin ifadələrindən görünür ki, onların ifadələri bir-birini istisna etmir. Məhkəmə onların bir-biri ilə uzlaşan və inandırıcı təbiətini nəzərə alaraq, hesab edir ki, hadisənin təqsirləndirilən şəxs tərəfindən təqdim olunan təsviri şahid ifadələri ilə təsdiq olunur. İttiham tərəfinin mövqeyi şahid ifadələri ilə təkzib olunmur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, müvafiq ekspert rəylərini, o cümlədən cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: “Cinayət işinin başlanması haqqında” 27 iyul N3-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə cinayət işi başlanmış, Zərərçəkmiş şəxs2 isə cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v İ cild 1). “Hadisə yerinə baxış keçirilməsi haqqında” 30 iyun N3-cü il tarixli protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, baxış ünvan 6 ünvanında yerləşən və mobil telefonların satışının həyata keçirildiyi “Oskar” adlı mağazadan oğurluq edilməsi faktı ilə bağlı keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, cinayət hadisəsinin baş verdiyi yer ünvan 8ının həyata keçirildiyi “Oskar” adlı mağazadır. Baxış zamanı hadisə yerinin video müşahidə kamerasının görüntüləri CD-yə köçürülmüş və müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür (i.v İ cild 19-23). “Hadisə yerinə baxış keçirilməsi haqqında” 30 iyun N3-cü il tarixli protokoldan və həmin protokollara əlavə edilmiş fotoşəkillərdən görünür ki, baxış ünvan 7 ünvanında yerləşən, Şahid1 məxsus fərdi yaşayış evinin həyətindən 2 (iki) ədəd paltaryuyan maşının oğurlanması faktı ilə bağlı keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, cinayət hadisəsinin baş verdiyi yer ünvan 7 ünvanında yerləşən və Şahid1 məxsus fərdi yaşayış evidir. Oğurlanan paltaryuyan maşınların sahibi isə Zərərçəkmiş şəxs1dur (i.v İ cild 12-17). “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” 28 iyul N3-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v İ cild 86). “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” 30 noyabr N3-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v İİ cild 170). “Cinayət əməlinin tövsif edilməsi haqqında” 29 iyul N3-cü il tarixli qərardan və “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 29 iyul N3-cü il tarixli qərardan, o cümlədən müvafiq protokoldan görünür ki, ********* №-li cinayət işi üzrə Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsindən Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilərək, 29 iyul N3-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə ittiham elan edilmişdir (i.v İ cild 96-97, 115-116, 120). “Sübutların qiymətləndirilməsi haqqında” 12 yanvar N3-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.3-1 maddələri ilə ixtisaslaşdırılaraq tövsif edilmişdir (i.v İİ cild 216-240). “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” 05 dekabr N3-cü il tarixli qərardan, o cümlədən müvafiq protokoldan görünür ki, 05 dekabr N3-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.3-1 maddələri ilə yenidən ittiham elan edilmişdir (i.v İİ cild 247-249, 251). Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 04 sentyabr N3-cü il tarixli, 802 №-li “Məhkəmə-əmtəəşunaslıq ekspertizası”nın rəyində ekspertiza tədqiqatına təqdim edilmiş 02 ədəd “Altus” markal, AL7103D modelli, 7 kiloqramlıq təzə vəziyyətdə olan paltaryuyanların orta bazar qiymətinin 1340,00 (bir min üç yüz qırx) manat, (bir ədədin qiymətinin 670,00 manat), 01 ədəd istifadə olunmuş “İphone 13 mini” markalı mobil telefonun orta bazar qiymətinin isə 1130,00 (bir min yüz otuz) manat müəyyən olunduğu göstərilmişdir (i.v İ cild 152-153). “CD diskə baxış keçirilməsi haqqında” 25 oktyabr N3-cü il tarixli protokoldan görünür ki, hadisə yerinə baxış zamanı Naxçıvan şəhəri, Atatürk küçəsi ev 5 ünvanında yerləşən “Oskar” telefon mağazasının videomüşahidə kamerasından götürülərək CD diskə köçürülmüş videogörüntüyə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, CD diskdə 1 ədəd videogörüntü vardır, həmin videogörüntünün müddəti 1 dəqiqə 39 saniyədir, videogörüntünü açdıqda ekranın yuxarı sol tərəfində xx-xx-N3, 10:37:14 rəqəmləri, aşağı sağ və sol tərəfdə “Camera 04” yazıları qeyd olunmuşdur. Videogörüntüdə 3 nəfər şəxs görünür, solda olan şəxs ayaqüstədir, əyninə ağ rəngli qısaqol köynək və tünd cins şalvar və qara ayaqqabı geyinmişdir, telefonlar olan vitrinə baxır. Ortadakı şəxs ağ rəngli qısaqol köynək, açıq rəngli cins şalvar geyinmişdir, o, ayaqüstə olmaqla sağ tərəfdə olan satıcı ilə söhbət edir. Sağ tərəfdə olan şəxs isə videogörüntünün əvvəlində oturmuşdur, lakin sonra ayağa qalxaraq vitrinə doğru baxır, nəsə axtarır. Solda olan şəxs vitrinə baxaraq 10:38 dəqiqədə vitrinin şüşə qapısını açıb oradan 1 ədəd telefon götürür və sol tərəfdə olan parça ilə telefonu silməyə başlayır. 10:38:45-də isə parçanı yerinə ataraq əlindəki telefonla mağazadan çıxır. Videogörüntü isə 10:38:51-də sona çatır (i.v İ cild 232). “Tədqiqat üçün nümunələrin götürülməsinə dair” 27 oktyabr N3-cü il tarixli protokoldan görünür ki, müvafiq ekspertizanın keçirilməsi üçün həmin tarixdə Təqsirləndirilən şəxs sifət və bədən nahiyələrinin 09 ədəd müxtəlif istiqamətlərdən “Canon” markalı foto aparatla şəkilləri çəkilərək və Təqsirləndirilən şəxs hərəkətdə olarkən videoçəkiliş edilərək həmin videogörüntü CD diskə köçürülmüşdür (i.v İİ cild 13). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 noyabr N3-cü il tarixli 3-16-16/2-3/1828 №-li “Məhkəmə-portret ekspertizası”nın rəyində tədqiqata təqdim edilmiş “DVD-R” tipli diskdə əks olunmuş videogörüntülərdən çıxarılmış fotoşəkillərdə kişi cinsli şəxsin xarici görünüş elementləri və əlamətləri keyfiyyətli, tam və aydın əks olunduğundan eyniləşdirmə tədqiqatı üçün yararlı olduğu, tədqiqata təqdim edilmiş “DVD-R” tipli diskdə əks olunmuş videogörüntülərdən çıxarılmış kişi cinsli şəxsin fotoşəkillərində və təqdim edilmiş Təqsirləndirilən şəxs dair fotoşəkillərdə eyni bir şəxs əks olunduğu göstərilmişdir (i.v İİ cild 156-167). “Sənədə baxış keçirilməsi haqqında” 27 noyabr N3-cü il tarixli protokoldan görünür ki, cinayət işi üzrə "xxxx" ASC-dən məhkəmə qərarı ilə əldə edilmiş məlumatlar üzrə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs3 adlarına olan plastik kartlarla bağlı hesablardan çıxarışlara baxış keçirilmiş, baxış zamanı Zərərçəkmiş şəxs3 adına olan son dörd rəqəmi 1338 olan plastik kart hesabından xx.xx.N3-cü il tarixdə Təqsirləndirilən şəxs adına 92 və 100 manat məbləğində, son dörd rəqəmi 0920 olan plastik kart hesabından xx.xx.N3-cü il tarixdə Təqsirləndirilən şəxs adına 36 manat məbləğində birbank tətbiqi vasitəsilə kredit ödənişi edildiyi öz təsdiqini tapmışdır (i.v İİ cild 138). “İfadənin yerində yoxlanılması haqqında” 15 noyabr N3-cü il tarixli protokollardan və onlara əlavə edilmiş fotoşəkillərdən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs ifadələrinin düzgünlüyünü müəyyən etmək və dəqiqləşdirmək məqsədilə oğurluq hadisələrinin baş verdiyi ünvanlarda (ünvan 8ının həyata keçirildiyi “Oskar” adlı mağazada və ünvan 7 ünvanında yerləşən, Şahid1 məxsus fərdi yaşayış evinin həyətində) ifadənin yerində yoxlanılması istintaq hərəkətləri həyata keçirilmiş, həmin istintaq hərəkətlərinin keçirilməsi zamanı təqsirləndirilən şəxs ifadələrində göstərdikləri xüsusatları hadisə yerlərində də əyani şəkildə göstərərək törətdiyi cinayət əməllərini etiraf etmişdir (i.v İİ cild 78-83, 86-88). Zərərçəkmiş şəxs3 cinayət işinin ibtidai araşdırılması zamanı Naxçıvan Hərbi prokurorluğuna ünvanlanmış xx.xx.N3-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona vurduğu 228 (iki yüz iyirmi səkkiz) manat məbləğində maddi ziyan təqsirləndirilən şəxsin qardaşı Elgün Əliyev tərəfindən ona tam olaraq ödənilmişdir. Bu səbəbdən də, onun Təqsirləndirilən şəxs qarşı hər hansı şikayət və tələbi yoxdur (i.v İİ cild 185). Babək rayon İHB-nın Cəhri qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.N3-cü il tarixli 3070 №-li arayışdan, "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatdan, o cümlədən AZ-İİ 157468, №-li Nikah haqqında, AZ-İV 463989 və AZ-V 212304 №-li doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Babək rayon Cəhri qəsəbəsində yaşayış yeri üzrə qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır və onun ailə üzvləri atası-X6, anası-X5, 1987-ci il təvəllüdlü qardaşı-X2, 1999-cu il təvəllüdlü arvadı Əliyeva (Fərəcova) Nuriyyə Şəmsəddin qızından, N0-ci il təvəllüdlü qızı- X8, N3-cü il təvəllüdlü qızı-X9 ibarətdir (i.v İİ cild 141, İİİ cild). N №-li hərbi hissə komandirinin N oktyabr N2-ci il tarixli, 121 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, MAHHXHQ-su əsgər Əliyev X10 Ümumqoşun Ordu Komandanının Şəxsi heyət üzrə müavininin xx.xx.N2-ci il tarixli, N əç №-li əmri ilə hərbi hissənin 1-ci inşaat bölüyünün 1-ci inşaat qrupunun qaynaqçısı (montajçı) vəzifəsinə təyin edildiyinə görə xx.xx.N2-ci il tarixdən etibarən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara qoyulmuş və vəzifəsinin icrasına başlamışdır (İ.v İİ cild 243). N nömrəli hərbi hissə komandirinin N iyul N3-cü il tarixli, 109 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, 1-ci inşaat bölüyünün 1-ci inşaat qrupunun qaynaqçısı (montajçı) MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığına görə, N iyul N3-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmışdır (İ.v İİ cild 214). Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyininin Əməliyyat və statistik informasiya bölməsi tərəfindən tərtib edilmiş 20 oktyabr N3-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v İ cild 235). Babək rayon İHB-nın Cəhri qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.N3-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir (i.v İİ cild 142). Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X7 tərəfindən Naxçıvan ŞPİ-nə ünvanlanmış xx.xx.N3-cü il tarixli, 1124 №-li cavab məktubundan görünür ki, xx.xx.1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs həmin tibb müəssisəsində psixi və nevroloji xəstə kimi dispanser qeydiyyatı olmamışıdır (i.v İ cild 148). “Şübhəli şəxsin tutulması haqqında” 27 iyul N3-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhə edildiyindən Təqsirləndirilən şəxs həmin tarixdə, saat 20:10-da şübhəli şəxs kimi tutulmuşdur (i.v İ cild 53). Naxçıvan Şəhər Məhkəməsinin 29 iyul N3-ci il tarixli, 4(078)-65/N3 №-li qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 27 iyul N3-cü il tarixdən, saat 20:10-dan hesablanmaqla 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir (i.v İ cild 133- 136). Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin 19 oktyabr N3-ci il tarixli, 4- 1(092)-9/N3 №-li qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Naxçıvan Şəhər Məhkəməsinin 29 iyul N3-ci il tarixli, 4(078)-65/N3 №-li qərarı ilə müəyyənləşdirilmiş və əvvəli 27 iyul N3-cü il tarixdən hesablanmış “həbs” qətimkan tədbirinin müddəti 2 (iki) ay müddətinə uzadılmışdır (i.v İ cild 201-208). “Maddi sübut kimi tanınma haqqında” 15 sentyabr N3-cü il tarixli və 29 noyabr N3cü il tarixli qərarlardan görünür ki, cinayət işi üzrə 02 ədəd “Altus” markalı AL71103D modelli, 7 kiloqramlıq təzə vəziyyətdə olan paltaryuyan və 01 ədəd istifadə edilmiş “İphone 13 mini” markalı mobil telefon və Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs Əli Əlisyonun mağazasından oğurluq etməsini təsdiq edən videogörüntü olan 01 ədəd “DVD-R” tipli disk iş üzrə maddi sübut kimi tanınmışdır (i.v İ cild 156-157, İİ cild 168-169). Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Həmin sübutlarla təqsirləndirilən şəxsə istinad edilən cinayət hadisələrinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisələr ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə təqsirləndirilən şəxsin təqsirləndirildiyi Cinayət Məcəlləsinin müvafiq maddələrinin (CM-in 177.2.2, 177.2.3 və 177.2.3-1-ci maddələrinin) tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi, o cümlədən iş üzrə təqsirləndirilən şəxsə təyin olunacaq cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması təsdiq olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi) ... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-ci 28.5-ci maddəsi). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə görə təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmçinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “X13rşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimləri D.Spilman və G.Malinverni Məhkəmənin “Maksimov Rusiyaya qarşı” 18 mart 2010-cu il tarixli qərarına xüsusi rəydə qeyd etmişlər ki, “əsaslandırılmış qərarın məqsədlərindən biri də tərəflərə onların dəlillərinə lazımi diqqət yetirilməsini nümayiş etdirməkdən ibarətdir”. Beləliklə, cinayət işi üzrə toplanmış sübutları, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspert rəylərini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətdiyi əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.3-1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Belə ki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmin qərarının 2-ci bəndinə görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin qərarının 7-ci bəndinə görə təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Həmin qərarının 17-ci bəndində isə qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin 177ci maddəsinin qeydinin 3-cü bəndinə görə müvafiq olaraq oğurluq, soyğunçuluq və quldurluq cinayətlərinin “təkrar törədilməsi” əlaməti üzrə tövsif edilməsi üçün CM-in 177, 180, 181-ci maddələri ilə, habelə CM-in 178, 179, 182, 183-cü maddələri ilə nəzərdə tutulan iki və ya daha çox cinayətlərin (hər hansı ardıcıllıqla) törədilməsi tələb olunur. Oğurluq, soyğunçuluq, quldurluq cinayətlərindən əvvəl Cinayət Məcəlləsinin 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı biri törədildiyi hallarda oğurluq, soyğunçuluq, quldurluq “cinayətlərin təkrarən törədilməsi” əlaməti üzrə tövsif edilməlidir. Cinayət Məcəlləsinin 16.3-cü maddəsinə müvafiq olaraq oğurluq və ya soyğunçuluq və ya quldurluq cinayətini törətmiş şəxsin əməlini “cinayətlərin təkrarən törədilməsi” əlaməti üzrə o halda tövsif etmək olar ki, yeni cinayəti törədən vaxt şəxs əvvəllər törətdiyi cinayətə görə məhkum edilmiş (o cümlədən məhkumluğu götürülmüş və ya ödənilmiş) və yaxud cinayət məsuliyyətindən azad edilmiş olmasın, eləcə də əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməsin. Həmin qərarının 18-ci bəndinə görə şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər CM-nin 16.2-ci maddəsinə müvafiq olaraq, CM-nin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq cinayət başa çatmadıqda da məsələyə bu mövqedən yanaşılmalıdır. Həmin qərarının 19-cu bəndinə görə yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Həmin qərarının 20-ci bəndinə görə yaşayış sahəsi dedikdə, yaşayış və qeyriyaşayış sahələri də daxil olmaqla, mülkiyyət formasından asılı olmayaraq, mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Həmin qərarının 26-cı bəndinə görə məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd”inin 1-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş oğurluğa görə cinayət məsuliyyətinin yaranması üçün əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı (lakin beş min manatdan artıq olmayan) məbləğdə ziyanın vurulması tələb olunduğu halda, Cinayət Məcəlləsinin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə görə cinayət məsuliyyəti vurulmuş ziyan yüz manatdan yuxarı məbləğdə olduqda yaranır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Həmçinin qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş cinayət, şəxs tərəfindən talama və ya müxtəlif qanunsuz yollarla əldə edilmiş kartdan və onun identifikasiya nömrəsindən (pin kodundan) istifadə etməklə törədilməsidir. Bu əməlin obyektiv cəhəti gizli yolla elektron məlumat daşıyıcısı olan bank kartını və onun şifrəsini əldə etmək və sonradan kartı bankomata daxil edib, pin kodu yığmaqla kart sahibinin hesabından pul vəsaitini çıxarmaqdır. Bu zaman, cinayəti törədən şəxsin niyyəti bankomatın fəaliyyətinə, əməliyyat sisteminə müdaxilə etmək deyil, yalnız əldə etdiyi imkandan istifadə etməklə kart sahibinin hesabından pul vəsaitini talamaqdır....... Ödəniş kartı ilə həyata keçirilən bütün bank əməliyyatları kartın sahibi və emitent (bank) arasında bağlanmış müqavilə əsasında və çərçivəsində həyata keçirilir. Kartı bankomata daxil edərək və klaviatura ilə müvafiq əməliyyatlar apararaq, təqsirli şəxs bilavasitə bankın seyfinə daxil olmur, sadəcə bank-emitentin əməliyyat sisteminə qoşularaq hesaba müdaxilə edir və banka müəyyən əməliyyatın aparılması üçün göstəriş verir. Burada bankomatın yarılmasından fərqli olaraq, saxlanc yerinə (bankomatın seyfinə) fiziki daxil olma baş vermir. Konkret şəxşin adına olan və oğurlanmış bank kartından istifadə etməklə nağd pul vəsaitlərinin oğurlanması zamanı, şəxs hər hansı texnologiyadan istifadə etmir, sadəcə olaraq ona məlum olan identifikasiya nömrəsini (pin kodu) bankın kompyuter sisteminə daxil etməklə kart sahibinin pul vəsaitini ələ keçirməyə nail olur, yaxud həmin şəxsin pul vəsaiti hesabına müxtəlif ödənişləri həyata keçirir. Həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda göstərilənləri nəzərə alaraq belə qənaətə gəlmişdir ki, ödəniş kartında şəxs haqqında və onun bank hesabında olan pul vəsaiti barədə məlumat əks olunduğundan, bu kart elektron məlumat daşıyıcısı kimi qiymətləndirilməli, ondan istifadə edilməklə törədilən oğurluq cinayəti isə Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə tövsif olunmalıdır. Beləliklə də, qanunvericiliyin yuxarıda qeyd olunan müddəaları işığında məhkəmə istintaqında tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs MAHHX HQ–su kimi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində qaynaqçı (montajçı) vəzifəsində, əsgər hərbi rütbəsində xidmət edərkən tamah niyyəti ilə yaşayış sahəsinə qanunsuz daxil olmaqla, təkrarən, habelə elektron məlumat daşıyıcısından istifadə etməklə özgənin əmlakını gizli yolla talayıb, zərərçəkmiş şəxslərə maddi ziyan vurmaqla etdiyi oğurluq əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.3-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin dispozitiv şərtləri mövcud olmuşdur. Məhkəmə təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsləri, o cümlədən şahidləri dinləyərək iş materiallarını nəzərdən keçirib, iş üzrə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin yuxarıda göstərilən cinayət əməllərini törətməkdə təqsirli olması onun həmin cinayəti məhkəmə iclasında tam etiraf etməsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, eləcə də məhkəmə istintaqında tədqiq edilmiş müvafiq ekspert rəyləri və işdə olan digər materiallarla kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs tamah niyyəti ilə yaşayış sahəsinə qanunsuz daxil olmaqla, təkrarən, habelə elektron məlumat daşıyıcısından istifadə etməklə özgənin əmlakını gizli yolla talayıb, zərərçəkmiş şəxslərə maddi ziyan vurmaqla oğurluq etməsi mübahisəsiz haldır. Əks nəticəyə gəlmək üçün heç bir əsas yoxdur. O, törətdiyi cinayət əməllərinə görə təqsirli bilinib, qanunla müəyyən edilmiş qaydada ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməllərini qəsdən törətmişdir. Onun əməlləri başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.3-1-ci maddələri Az ağır cinayətlər kateqoriyasına daxildirlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139 və 353-cü maddələrinin tələblərinə uyğun olaraq hökmdə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4, 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinin müddəalarına müvafiq olaraq Təqsirləndirilən şəxs himayəsində 2 (iki) azyaşlı uşağının olmasını, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, təqsirləndirilən şəxsin məhkəmə istintaqında özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərdən üzr istəyərək onlarla barışmasını, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Qeyd etmək zəruridir ki, bu faktlar təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin ifadələri, Zərərçəkmiş şəxs3 cinayət işinin ibtidai araşdırılması zamanı Naxçıvan Hərbi prokurorluğuna ünvanlanmış xx.xx.N3-cü il tarixli ərizəsi, “Maddi sübut kimi tanınma haqqında” 15 sentyabr N3-cü il tarixli qərar, o cümlədən Babək rayon İHB-nın Cəhri qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.N3-cü il tarixli 3070 №-li arayış, AZ-İİ 157468, №-li Nikah haqqında, AZ-İV 463989 və AZ-V 212304 №-li doğum haqqında şəhadətnamələrin surətləri ilə öz təsdiqini tapır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə verilmiş xx.xx.N3-cü il tarixli xasiyyətnamənin onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmaması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, Babək rayon İHB-nın Cəhri qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.N3-cü il tarixli xasiyyətnamə onun şəxsiyyətinin gerçək cizgilərini özündə əks etdirmədiyindən məhkəmə həmin xasiyyətnaməni onun cəzasını yüngülləşdirən hal kimi nəzərə almamışdır. Belə ki, Təqsirləndirilən şəxs barəsində Babək rayon İHB-nın Cəhri qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.N3-cü il tarixli xasiyyətnamənin məzmununa nəzər saldıqda görərik ki, həmin xasiyyətnamədə Təqsirləndirilən şəxs Cəhri qəsəbəsində yaşadığı müddət ərzində özünü davranışı ilə normal apardığı, lakin bir neçə dəfə oğurluq əməli törətməsinin müəyyən edildiyi, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şikayətin daxil olmadığı qeyd olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən xasiyyətnamənin məzmununu cəzanın müəyyən edilməsinə təsiri baxımından təhlil edərək, hesab edir ki, sözügedən xasiyyətnamədə Təqsirləndirilən şəxs Cəhri qəsəbəsində yaşadığı müddət ərzində özünü davranışı ilə normal apardığı, onun barəsində nümayəndəliyə heç bir şikayətin daxil olmadığı qeyd olunsa da, Təqsirləndirilən şəxs bir neçə dəfə oğurluq əməli törətməsinin müəyyən edildiyi də qeyd olunmuşdur. Cinayətin ictimai-təhlükəli, qeyri-hüquqi, təqsirli, cəzalanmalı olan və qeyri-əxlaqi əməl olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin şəxsiyyəti barədə verilmiş xasiyyətnamədə bir halda ki şəxsin bir neçə dəfə oğurluq əməli törətməsi ilə bağlı müvafiq qurumda məlumatların olması qeyd olunursa və həmin xasiyyətnamədə təqsirləndirilən şəxsin şəxsiyyətinin gerçək cizgilərinin müəyyən edilməsi üçün əlavə məlumatlar (onun əxlaqa, mənəviyyata və sosial dəyərlərə münasibətini səciyyələndirən hallar və.s.) qeyd olunmursa, bu kimi xasiyyətnamələr təqsirləndirilən şəxsin şəxsiyyətinin gerçək cizgilərini müəyyən edə bilməz. Eyni zamanda qeyd etmək lazımdır ki, məhkəmə istintaqında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində onun cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qeyd etmək lazımdır ki, məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarının 3-cü bəndində isə göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmçinin həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamı da nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Beləliklə də, istər daxili cinayət qanunvericiliyinin müddəaları, istərsə də Avropa İnsan Hüquqları Məhkəməsinin yuxarıda sadalanan presedentləri cəza təyini zamanı məhkəmənin üzərinə vəzifə qoyur ki, təqsirkara elə cəza təyin etsin ki, bu cəzanın məqsədlərinə cavab versin, o cümlədən məhkumun islah edilməsini təmin etsin, sosial ədaləti bərpa etsin, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət etsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı qanunvericiliyin yuxarıda qeyd olunan prinsip və müddəalarını rəhbər tutaraq, təyin ediləcək cəzanın növü və miqdarının seçilməsinə dair qısa şərh verməyi zəruri hesab edir. Belə ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.3-1-ci maddələrinin sanksiyasında-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Qeyd etmək zəruridir ki, zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci və 59.1.13-cü maddələrində müəyyən edilmiş və təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun müddətinə və həcminə təsir edə biləcək yüngülləşdirici hallardır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbinə görə Cinayət Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Bu səbəbdən də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərdən üzr istəyərək, onlarla barışdığından, həmçinin cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödədiyindən və məhkəmədə onun cəzasını ağırlaşdıran hallar müəyyən edilmədiyindən ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.3-1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin, yəni 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasının dörddə üçündən artıq cəza təyin edilməməlidir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında daha yüngül cəza növü kimi nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, məhkəmə təqsirləndirilən şəxsin təqsirli bilindiyi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddələrinin sanksiyasında daha ağır cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının işin faktiki hallarına, onun ailəsinin həyat şəraitinə, əməlin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə uyğun olmamaqla ağır olması qənaətinə gəlir. Başqa sözlə, məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxsə cəmiyyətdən təcrid etmə ilə bağlı cəzanın təyin edilməsi onun öz ailəsi ilə olan münasibətlərinə mənfi təsir göstərməklə yanaşı, təqsirləndirilən şəxsin özü və ailəsini ciddi məhrumiyyətlərə düçar edə bilər ki, bu kimi hallar da məhkumun islah olunmasına, həmçinin Cinayət Məcəlləsinin 41.2-ci maddəsində təsbit olunmuş cəzanın məqsədlərinin realizə edilməsinə xidmət edə bilməz. Məhkəmə təqsirli bilinən şəxsə təyin olunan cəzanın növünü müəyyən edərkən cinayət törətmiş şəxsin dövlət məcburetmə tədbirlərinə məruz qalmalı olması ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair” 25 iyul N2-ci il tarixli Qərarında nümayiş etdirdiyi hüquqi mövqeyini də nəzərə almışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarında qeyd olunmuşdur ki, cinayət törətmiş şəxsin dövlət məcburetmə tədbirlərinə məruz qalmalı olması cinayət qanunvericiliyinin ümumi qəbul olunmuş yanaşmasıdır. Bu zaman cinayətlərin törədilməsinin qarşısını alan ən təsirli vasitə cəzanın ağırlığı deyil, onun qaçılmazlığıdır (ubi culpa est, ibi poena subesse debet). Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar; Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar; X17rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində qəbul edilən hazırki məhkəmə aktı bu tələblərə cavab verir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Beləliklə də, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Naxçıvan Muxtar Respublikasının ərazi hüdudlarından kənara çıxmamaq, Babək rayon Cəhri qəsəbəsində yaşadığı evini axşam saat 21:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, hökmün icrası təqsirli bilinən şəxsin yaşayış yeri üzrə, yəni Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək rayon İcra və Probasiya şöbəsinə həvalə olunmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.5-ci maddəsinin tələbləri baxımından cəzaçəkmə müddətinin başlanğıcı məsələsinin necə həll edilməli olması ilə bağlı belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməllərinə görə 27 iyul N3-cü il tarixdən şübhəli şəxs qismində tutulmuş və 29 iyul N3-cü il tarixdə barəsində Naxçıvan Şəhər Məhkəməsinin müvafiq qərarı ilə əvvəli 27 iyul N3-cü il tarixdən, saat 20:10-dan hesablanmaqla 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş, 19 oktyabr N3-cü il tarixdə isə Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin müvafiq qərarı ilə onun barəsində Naxçıvan Şəhər Məhkəməsinin qərarı ilə müəyyənləşdirilmiş “həbs” qətimkan tədbirinin müddəti 2 (iki) ay müddətinə uzadılmışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bu günədək həbsdə saxlanıldığı 08 (səkkiz) ay 02 (iki) günlük müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə uyğun olaraq, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, ona cəza təyini zamanı nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində məhkəməyədək icraat zamanı seçilmiş və məhkəmənin hazırlıq iclasının müvafiq qərarına əsasən dəyişdirilmədən saxlanılmış “həbs” növündə qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində 29 iyul N3-cü il tarixində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməli, o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinin tələblərinə uyğun olaraq ona təyin olunmuş cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132, 346 və 353-cü maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması ilə bağlı belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutlar-Naxçıvan şəhər Polis İdarəsinə məsul saxlanca verilmiş və Zərərçəkmiş şəxs1 məxsus 02 ədəd “Altus” markal, AL7103D modelli, 7 kiloqramlıq təzə vəziyyətdə olan paltaryuyan hökm qanuni qüvvəsini aldıqdan sonra Zərərçəkmiş şəxs1 qaytarılmalı, Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsində saxlanılan və Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd “İphone 13 mini” markalı istifadə edilmiş mobil telefon Zərərçəkmiş şəxs2 qaytarılmalı, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 mağazasından oğurluq etməsini təsdiq edən videogörüntü olan 01 ədəd “DVD-R” tipli disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin cinayət işinin materiallarına əlavə edilmiş və müvafiq ekspertizanın predmeti olmuş 09 ədəd fotoşəkil (Təqsirləndirilən şəxs məxsus), Təqsirləndirilən şəxs məxsus və üzərində əlyazmalar olan AD seriyalı 055532 №-li şəxsi vəsiqənin kserosurəti, həmçinin ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması zamanı aparılmış videoçəkilişin olduğu 1 (bir) ədəd DVD-R tipli disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197, 346 və 353-cü maddələrinin tələbləri baxımından məhkəmə xərcləri ilə bağlı belə nəticəyə gəlir ki, hazırki iş üzrə məhkəmə xərci-təqsirli bilinən Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilməli olan haqdan və “Məhkəmə-portret ekspertizası” üzrə aparılmış tədqiqatın dəyərindən ibarətdir. Belə ki, cinayət işi üzrə 22 dekabr N3-cü il tarixində həyata keçirilən məhkəmə hazırlıq iclası zamanı Təqsirləndirilən şəxs müdafiəçinin xidmətini ödəmək üçün kifayət qədər vəsaiti olmadığından o, məhkəmənin müvafiq qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, onun hüquqlarının müdafiəsi Naxçıvan şəhər Vəkil Bürosunun vəkili X3 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001ci il tarixli, 31 №-li qərarına müvafiq olaraq, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Odur ki, təqsirli bilinən şəxsə göstərilmiş hüquqi yardıma görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili X1 təqdim etdiyi hesabata uyğun olaraq 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına X1 vəkil işlədiyi Naxçıvan şəhər Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul ödənilməlidir. Bundan əlavə məhkəmə hesab edir ki, iş üzrə “Məhkəmə-portret ekspertizası”nın keçirilməsi üçün məhkəmə xərci- 128 (bir yüz iyirmi səkkiz) manat təqsirli bilinən şəxs Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu:142595, Büdcə səviyyəsinin kodu:3, SAP(XİİS) hesabı, Adı: X4, Kodu:210005, VÖEN **********, Müxbir hesab:AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN:**********, Hesab: AZ34CTRE********************) köçürülməlidir. İş üzrə mülki iddia, xüsusi müsadirə edilməli əmlak yoxdur. İş üzrə təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsaslar yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.3-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 27 iyul N3-cü il tarixdən 29 mart N4-cü il tarixədək həbsdə saxlandığı 08 (səkkiz) ay 02 (iki) günlük müddət (həbsdə saxlama müddətinin 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər hesablanmaqla, 16 (on altı) ay 4 (dörd) gün müddət) onun cəzaçəkmə müddətinə daxil edilsin və onun üzərində qəti olaraq 07 (yeddi) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Naxçıvan Muxtar Respublikasının ərazi hüdudlarından kənara çıxmamaq, Babək rayon Cəhri qəsəbəsində yaşadığı evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ona təyin olunmuş cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilsin. İş üzrə maddi sübutlar–Naxçıvan şəhər Polis İdarəsinə məsul saxlanca verilmiş və Zərərçəkmiş şəxs1 məxsus 02 ədəd “Altus” markal, AL7103D modelli, 7 kiloqramlıq təzə vəziyyətdə olan paltaryuyan hökm qanuni qüvvəsini aldıqdan sonra Zərərçəkmiş şəxs1, Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsində saxlanılan və Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd “İphone 13 mini” markalı istifadə edilmiş mobil telefon Zərərçəkmiş şəxs2 qaytarılsın, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 mağazasından oğurluq etməsini təsdiq edən videogörüntü olan 01 ədəd “DVD-R” tipli disk isə cinayət işinin materiallarında saxlanılsın. İş materiallarına əlavə edilmiş və müvafiq ekspertizanın predmeti olmuş 09 ədəd fotoşəkil (Təqsirləndirilən şəxs məxsus), Təqsirləndirilən şəxs məxsus və üzərində əlyazmalar olan AD seriyalı 055532 №-li şəxsi vəsiqənin kserosurəti, həmçinin ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması zamanı aparılmış videoçəkilişin olduğu 1 (bir) ədəd DVD-R tipli disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci-məhkum Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından vəkil X1 işlədiyi Naxçıvan şəhər Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul ödənilsin. İş üzrə “Məhkəmə-portret ekspertizası”nın keçirilməsi üçün məhkəmə xərci -128 (bir yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu:142595, Büdcə səviyyəsinin kodu:3, SAP(XİİS) hesabı, Adı: X4, Kodu:210005, VÖEN **********, Müxbir hesab:AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN:**********, Hesab: AZ34CTRE********************) köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm 20 (iyirmi) günlük müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Abil Orucəliyev
Məhkəmə qərarları › İş №1-1(092)-10/2024
Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-10/2024
29.03.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver