Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-10/2025 01.05.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: İbrahimov İlham Sadət oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Zeynalov Əbəlfəz Kazım oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Müdafiəçi: Naxçıvan şəhər Vəkil Bürosunun vəkili, Müdafiəçi, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə 03 avqust 1999-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali hərbi təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Culfa şəhəri 28 nömrəli hərbi şəhərcikdə yaşayan, barəsində 10 dekabr 2024-cü il tarixdə başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, baş leytenant Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar öz tabeliyində olan şəxsə zor tətbiq etmiş, həmçinin rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar öz tabeliyində olan şəxsə təkrarən zor tətbiq etmişdir. Belə ki, Dadaşov X4 Nazirliyinin N nömrəli hərbi hissəsinin 4-cü taborunun 12-ci bölüyündə bölük komandirinin şəxsi heyətlə iş üzrə müavini vəzifəsində, baş leytenant hərbi rütbəsində həqiqi hərbi xidmətdə olarkən 26 sentyabr 2024-cü il tarixdə saat 18:00dan 27 sentyabr 2024-cü il tarixdə saat 18:00-dək hərbi hissənin patrul növbətçiliyinə patrul rəisi təyin edilmiş və növbədə olan zaman yəni 27 sentyabr 2024-cü il tarixdə saat 02 radələrində 1-ci posta, yəni hərbi hissənin yeməkxanasının arxa hissəsini əhatə edən əraziyə patrul nəfəri təyin edilmiş tabeliyində olan, həmin hərbi hissənin 2-ci taborunun 6cı bölüyünün 3-cü taqımının 1-ci manqasının komandiri müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Zərərçəkmiş şəxs xidmət aparmalı olduğu ərazidən icazəsiz çıxaraq ayaqyoluna getdiyini görüb hərbi hissənin 2-ci taborunun əsgər yataqxanasının yanında bu hərəkətinə görə ona iradını bildirmiş və daha sonra sağ əli ilə sinə nahiyəsinə bir yumruq zərbəsi vurub ünvanına nalayiq ifadə işlədərək rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar öz tabeliyində olan şəxsə zor tətbiq etmişdir. Həmçinin Təqsirləndirilən şəxs Naxçıvan şəhərində yerləşən N nömrəli hərbi hissədə həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən 30 sentyabr 2024-cü il tarixdə saat 18:00-dan 01 oktyabr 2024-cü il tarixdə saat 18:00-dək hərbi hissənin patrul növbətçiliyinə patrul rəisi təyin edilmiş, 30 sentyabr 2024-cü il tarixdə saat N radələrində hərbi hissənin 1-ci taborunun yataqxanasının qarşısında patrul naryadlarına təlimat keçən zaman patrul nəfəri təyin edilmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Zərərçəkmiş şəxs sırada sağ ayağını yarımbükülü vəziyyətdə saxlamaqla düzgün dayanmadığını görüb iradını bildirmiş, sonuncu baş leytenant Təqsirləndirilən şəxs onun irad tutmasına əsəbiləşib sırada düzgün dayandığını dediyi üçün aralarında sözlü mübahisə yaranmışdır. Yaranmış mübahisə zamanı əsgər Zərərçəkmiş şəxs baş leytenant Təqsirləndirilən şəxs ünvanına nalayiq ifadə işlətdiyi üçün sonuncu yaxınlaşaraq əvvəlcə sağ əli ilə əsgər Zərərçəkmiş şəxs sinə nahiyəsindən bir yumruq zərbəsi vurmuş, daha sonra sağ ayağı ilə sol ayağından bir təpik zərbəsi endirərək ona güclü fiziki ağrı yetirməklə rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar öz tabeliyində olan şəxsə təkrarən zor tətbiq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş baş leytenant Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində 44 günlük Vətən müharibəsində iştirak etdiyini, Füzuli rayonunu düşmənlərdən azad edərkən travma aldığını, lakin döyüşlər getdiyindən bunu heç kimə bildirmədiyini, bu səbəbdən əsəbinin yerində olmadığını, Baş Kliniki Hospitalda müalicə aldığını, tarixi tam xatırlamadığını, N nömrəli hərbi hissədə xidmət edərkən təqribən 2024-cü ilin sentyabr ayının axırları olduğunu, hərbi hissənin ərazisində patrul növbətçiliyinə patrul rəisi təyin olunduğunu, patrul nəfərləri isə MAHHX HQ əsgər Zərərçəkmiş şəxs və beş nəfər müddətdən artıq xidmət edən hərbi qulluqçular təyin edildiyini, MAHHX HQ əsgər Zərərçəkmiş şəxs 1-ci posta təyin olunduğunu, təyin edildiyi ərazi hərbi hissənin yeməkxanasının arxa hissəsini əhatə etdiyini, tarixi və saatı tam unutduğunu, patrul naryadlarına təlimat keçib saat 18:00da xidmətə başladığını, 27 sentyabr 2024-cü il tarixdə gecə vaxtı yeməkxananın arxasına təyin olunmuş patrul nəfərinin təyin olunmuş yerdə olmadığını, əsgər Zərərçəkmiş şəxs şəxsi telefonuna zəng edib harada olduğunu soruşduğunu, əsgər Zərərçəkmiş şəxs isə ona təyin olunduğu yerdə xidmət apardığını dediyini, əsgər Zərərçəkmiş şəxs xidməti yerində olub-olmadığını dəqiqləşdirmək üçün 1-ci postun ərazisinə getdiyini, əraziyə gedən zaman əsgər Zərərçəkmiş şəxs 2-ci taborun yataqxanasının yanından gəldiyini gördüyünü, əsgər Zərərçəkmiş şəxs yanına çağırıb haradan gəldiyini və hansı səbəbdən təyin edildiyi xidməti yeri tərk etdiyini soruşduğunu, əsgər Zərərçəkmiş şəxs isə sanitar qovşağa getdiyini bildirdiyini, onun isə əsgər Zərərçəkmiş şəxs kimdən icazə alıb getdiyini soruşduqda, əsgər Zərərçəkmiş şəxs heç kimdən icazə almadan icazəsiz getdiyini dediyini, onun əsgər Zərərçəkmiş şəxs ona yalan danışmasına və xidməti yerini özbaşına tərk etməsinə əsəbiləşdiyi üçün əsgər Zərərçəkmiş şəxs yaxınlaşıb sağ əli ilə sinə nahiyəsindən bir yumruq vurduğunu, sonra əsəbi olduğu üçün əsgər Zərərçəkmiş şəxs qarşı nalayiq ifadə işlədib xidməti yerinə getməyini dediyini, əsgər Zərərçəkmiş şəxs isə heç nə deməyib xidməti yerinə getdiyini, 30 sentyabr 2024-cü il tarixdən saat 18:00-dan 01 oktyabr 2024-cü il tarixə saat 18:00-dək hərbi hissənin ərazisində patrul növbətçiliyinə patrul rəisi təyin edildiyini, patrul nəfərləri isə əsgər Zərərçəkmiş şəxs və beş nəfər müddətdən artıq xidmət edən hərbi qulluqçular təyin olunduğunu, 30 sentyabr 2024-cü il tarixdə saat 17:00-da hərbi hissənin 1-ci taborunun yataqxanasının qarşısında patrul növbətçiliyinə başlamazdan əvvəl patrul naryadlarına təlimat keçən zaman əsgər Zərərçəkmiş şəxs sağ ayağını diz nahiyəsindən yarım bükülü vəziyyətdə saxlayıb sırada durduğunu, əsgər Zərərçəkmiş şəxs yaxınlaşıb sırada düzgün dayanmadığını deyib irad bildirdiyini, əsgər Zərərçəkmiş şəxs isə özünü düzətlsədə tam düzgün durmadığını, onun isə yenidən əsgər Zərərçəkmiş şəxs sırada düzgün dayanmağını tələb etdiyini, əsgər Zərərçəkmiş şəxs isə ona prinsip apardığını və sırada duran MAHHX HQ əsgər Şahid1 göstərib sırada düzgün dayanmadığını dediyini, onun isə tutduğu iradı əsgər Şahid1 deyil ona tutduğunu dediyini, Şahid1 sırada düzgün dayandığını bildirdiyini, bu zaman əsgər Zərərçəkmiş şəxs üzərində olan şəxsi telefonunu çıxarıb icazə almadan sıradan çıxaraq kənara gedib telefonla danışıb təxminən bir dəqiqə sonra yenidən sıraya qayıtdığını, onun isə əsgər Zərərçəkmiş şəxs sıradan icazəsiz çıxdığı üçün yenidən irad bildirdiyini, əsgər Zərərçəkmiş şəxs isə ona yenidən onunla prinsip apardığını dediyini, onun isə əsgər Zərərçəkmiş şəxs “sənlə heç bir prinsip aparmıram, sən məni zibilə salacaqsan” dediyini, əsgər Zərərçəkmiş şəxs isə ona “zibil sənin özünsən” dedikdə əsəbi olduğu üçün əsgər Zərərçəkmiş şəxs yaxınlaşıb sağ əli ilə sinə nahiyəsindən bir yumruq vurduğunu, həmin vaxt əsgər Zərərçəkmiş şəxs təxminən bir addım geriyə doğru getdiyini, ona zəif səslə nalayiq ifadə işlətdiyini, onun isə əsgər Zərərçəkmiş şəxs “nə dedin sən?” deyib yenidən ona doğru getdiyini, bu zaman patrul nəfəri təyin olunmuş MAHHX HQ əsgər Şahid1la MAHHX HQ kiçik çavuş Şahid2 araya girib onu qucaqlayıb kənara çəkib aralaşdırmaq istədiklərini, həmin vaxt sağ ayağı ilə əsgər Zərərçəkmiş şəxs bir təpik vurduğunu, vurduğu zərbənin əsgər Zərərçəkmiş şəxs dəyib-dəyməməsini bilmədiyini, lakin sağ diz nahiyəsi əsgər Şahid1 sol ayağının baldır nahiyəsinə dəydiyini, bu zaman əsgər Zərərçəkmiş şəxs qarşı yenidən nalayiq ifadə işlətdiyini, əsgər Zərərçəkmiş şəxs isə dediyi nalayiq ifadəni ona qarşı işlədib “ağzının danışığını bil” dediyini, həmin vaxt əsgər Şahid1la kiçik çavuş Şahid2 onu qucaqlayıb kənara apardıqlarını, təxminən bir neçə dəqiqə sonra sakitləşib yenidən sıranın önünə gəlib naryadları təlimatlandırıb patrul nəfəri təyin olunan hərbi qulluqçuları təyin olunduqları yerə göndərdiyini, əsgər Zərərçəkmiş şəxslə arasında başqa heç bir mübahisənin olmadığını, növbəti gün 01 oktyabr 2024-cü il tarixdə əsgər Zərərçəkmiş şəxs baş vermiş hadisə ilə bağlı X2 Xüsusi Təhlükəsizlik idarəsinə şikayət etməsini eşitdiyini, əsgər Zərərçəkmiş şəxs görüb üzr istədiyini, əsgər Zərərçəkmiş şəxs isə onu bağışladığını göstərmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməllərə görə məhkəmə istintaqında özünü tam təqsirli bilməsinə dair ifadəsini məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutlarla əlaqəli şəkildə araşdıraraq qiymətləndirmişdir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə verilmiş ittiham üzrə qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması, onun məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə tədqiq olunmuş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokollar, ekspert rəyi, həmçinin tədqiq olunan sübut xarakterli digər iş materialları ilə tam sübuta yetirilmiş, beləliklə də, təqsirləndirilən şəxsin törətdiyi əməllərə görə öz təqsirini etiraf etməsi iş üzrə məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində dindirilmiş MAHHX HQ əsgər Zərərçəkmiş şəxs ifadəsində 26 sentyabr 2024-cü il tarixdən 27 sentyabr 2024-cü il tarixədək hərbi hissənin ərazisinə patrul növbətçiliyinə patrul nəfəri təyin olunduğunu, patrul rəisi isə baş leytenant Təqsirləndirilən şəxs təyin edildiyini, patrul növbətçiliyi zamanı 1-ci posta təyin olunduğunu, 26 sentyabr 2024-cü il tarixdə saat 17:00-da patrul naryadlarının təlimatı keçirildiyini, saat 18:00-da növbəni təhvil alıb xidmətə başladığını, 27 sentyabr 2024-cü il tarixdə saat 02 radələrində təbii ehtiyacını ödəmək üçün heç kimdən icazə almayıb məruzə etmədən hərbi hissənin 2-ci taborunun yataqxanasında yerləşən sanitar qovşağa getdiyini, təxminən beş dəqiqə sonra yataqxanadan telefonunu götürən zaman baş leytenant Təqsirləndirilən şəxs ona zəng edib harada olduğunu soruşduğunu, onun isə təyin edildiyi əraziyə tez qayıdacağı üçün xidməti yerində olduğunu dediyini, yataqxanadan çıxıb dərhal təyin olunduğu əraziyə qayıdan zaman yataqxananın yanında baş leytenant Təqsirləndirilən şəxs onu görüb təyin edildiyi yeri icazəsiz tərk etdiyini soruşduğunu, onun isə sanitar qovşağa getdiyini bildirdiyini, baş leytenant Təqsirləndirilən şəxs isə kimdən icazə alıb getdiyini soruşduqda, onun heç kimdən icazə almadan icazəsiz getdiyini bildirdiyini, bu zaman baş leytenant Təqsirləndirilən şəxs əsəbi halda yenidən ona hansı səbəbdən özbaşına getdiyini deyərək ona yaxınlaşıb sağ əli ilə sinə nahiyəsindən bir yumruq vuraraq nalayiq ifadə işlədib xidməti yerinə getməyini dediyini, onun isə həmin vaxt heç bir xəsarət almadığını, təyin edildiyi yerə gedib xidmətinə davam etdirdiyini, 30 sentyabr 2024-cü il tarixdən 01 oktyabr 2024-cü il tarixədək hərbi hissənin ərazisində patrul növbətçiliyinə 2-ci posta patrul nəfəri təyin edildiyini, patrul rəisi isə baş leytenant Təqsirləndirilən şəxs təyin edildiyini, 30 sentyabr 2024-cü il tarixdə saat 17:00-da hərbi hissənin 1-ci taborunun yataqxanasının qarşısında patrul növbətçiliyinə başlamazdan əvvəl patrul naryadlarına təlimat keçirildiyini beş nəfər patrul nəfəri təyin olunduğunu, hərbi qulluqçularla birlikdə sırada dayanan zaman sağ ayağını diz nahiyəsindən bükdüyünü, bu zaman baş leytenant Təqsirləndirilən şəxs ona yaxınlaşıb sırada düzgün dayanmadığını deyib hansı səbəbdən ayağını bükdüyünü soruşaraq iradını bildirdiyini, onun isə ayağını düzəldib baş leytenant Təqsirləndirilən şəxs düzgün dayandığını dediyini, baş leytenant Təqsirləndirilən şəxs isə ona yenidən sırada düzgün dayanmadığını deyib iradını bildirdiyini, onun isə baş leytenant Təqsirləndirilən şəxs yanında sırada duran MAHHX HQ əsgər Şahid1 göstərib onun da sırada düzgün dayanmadığını dediyini, baş leytenant Təqsirləndirilən şəxs isə tutduğu iradı əsgər Şahid1 deyil ona tutduğunu dediyini, Şahid1 sırada düzgün dayandığını dediyini, üzərində olan şəxsi telefonuna zəng gəldiyini, baş leytenant Təqsirləndirilən şəxs ona irad tutduğu üçün əsəbi olduğundan icazə almadan sıradan çıxaraq kənara gedib telefona cavab verdiyini, təxminən bir dəqiqə sonra yenidən sıraya qayıtdığını, baş leytenant Təqsirləndirilən şəxs isə sıradan icazəsiz çıxdığı üçün ona irad bildirdiyini, onun isə baş leytenant Təqsirləndirilən şəxs “siz mənlə prinsip aparırsız” dediyini, baş leytenant Təqsirləndirilən şəxs isə ona “sənlə heç bir prinsip aparmıram, sən məni zibilə salacaqsan” dediyini, onun isə baş leytenant Təqsirləndirilən şəxs “zibil sənin özünsən” dediyini, baş leytenant Təqsirləndirilən şəxs anidən onun sinə nahiyəsindən bir yumruq zərbəsi vurduğunu, onun təxminən bir addım geriyə doğru getdiyini, əsəbi olduğundan baş leytenant Təqsirləndirilən şəxs qarşı zəif səslə nalayiq ifadə işlətdiyini, baş leytenant Təqsirləndirilən şəxs isə ona “nə dedin sən?” deyib yenidən üzərinə doğru gəldiyini, bu zaman patrul nəfəri təyin olunmuş MAHHX HQ əsgər Şahid1 araya girib baş leytenant Təqsirləndirilən şəxs qucaqlayıb kənara çəkdiyini, həmin vaxt baş leytenant Təqsirləndirilən şəxs sağ ayağı ilə onun sol ayağından bir təpik zərbəsi vurub ona qarşı yenidən nalayiq ifadə işlətdiyini, təpik zərbəsi sol ayağının bud hissəsindən dəyərək güclü fiziki ağrı verdiyini, baş leytenant Təqsirləndirilən şəxs ona dediyi nalayiq ifadəni özünə qarşı işlədib “ağzının danışığını bil” dediyini, həmin vaxt MAHHX HQ əsgər Şahid1 və adlarını xatırlamadığı hərbi qulluqçular baş leytenant Təqsirləndirilən şəxs tutub kənara apardıqlarını, onun isə sırada durub gözlədiyini, təxminən bir neçə dəqiqə sonra baş leytenant Təqsirləndirilən şəxs yenidən sıranın önünə gəlib onları təlimatlandırıb patrul nəfəri təyin olunan hərbi qulluqçuları təyin olunduqları yerə göndərdiyini, aralarında heç bir mübahisə olmadığını, onun növbədə olduğu zaman baş leytenant Təqsirləndirilən şəxs ona zor tətbiq etdiyi üçün hərbi hissə komandalığına məruzə etməyi düşündüyünü, 01 oktyabr 2024-cü il tarixdə saat 12 radələrində X2 Xüsusi Təhlükəsizlik idarəsinin əməkdaşını görərək yaxınlaşıb baş leytenant Təqsirləndirilən şəxs ona zor tətbiq etməsi barədə məlumat verdiyini, baş leytenant Təqsirləndirilən şəxs bağışladığını, ondan şikayətinin və tələbinin olmadığını göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş MAHHX HQ əsgər Şahid1 ifadəsində 30 sentyabr 2024-cü il tarixdən saat 18:00-dan 01 oktyabr 2024-cü il tarixə saat 18:00-dək xidmət etdiyi hərbi hissənin ərazisində patrul növbətçiliyinə 2-ci posta patrul nəfəri təyin edildiyini, 1-ci postun ərazisinə isə MAHHX HQ əsgər Zərərçəkmiş şəxs patrul nəfəri təyin edildiyini, həmin gün saat N radələrində hərbi hissənin 1-ci taborunun yataqxana binasının qarşısında naryadın təlimatı keçirildiyini, təlimatda ondan və MAHHX HQ əsgər Zərərçəkmiş şəxs başqa dörd nəfər patrul nəfəri olduğunu, təlimat zamanı patrul rəisi baş leytenant Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs sırada düzgün durmadığı üçün iradını bildirdiyini, əsgər Zərərçəkmiş şəxs isə baş leytenant Təqsirləndirilən şəxs sırada düzgün dayandığını dediyini, MAHHX HQ əsgər Zərərçəkmiş şəxs onu göstərərək sırada düzgün durmadığını dediyini, baş leytenant Təqsirləndirilən şəxs isə əsgər Zərərçəkmiş şəxs sırada düzgün dayanmağını dediyini, ona yenidən düzgün durması üçün irad bildirdiyini, həmin vaxt əsgər Zərərçəkmiş şəxs şəxsi telefonuna zəng gəldiyindən baş leytenant Təqsirləndirilən şəxs icazə almadan sıradan kənara gedib telefonla danışıb təxminən bir dəqiqə sonra icazə almadan sıraya qayıtdığını, baş leytenant Təqsirləndirilən şəxs isə əsgər Zərərçəkmiş şəxs icazəsiz sıradan çıxıb qayıtdığı üçün yenidən irad bildirdiyini, əsgər Zərərçəkmiş şəxs isə baş leytenant Təqsirləndirilən şəxs “siz mənlə prinsip aparırsız” dediyini, baş leytenant Təqsirləndirilən şəxs isə əsgər Zərərçəkmiş şəxs “sən məni zibilə salacaqsan” dediyini, əsgər Zərərçəkmiş şəxs isə cavabında “zibil sənin özünsən” dediyini, bu zaman baş leytenant Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs yaxınlaşıb sinə nahiyəsindən sağ əli ilə bir yumruq zərbəsi vurduğunu, həmin vaxt əsgər Zərərçəkmiş şəxs təxminən bir-iki addım geriyə doğru getdiyini, zəif səslə baş leytenant Təqsirləndirilən şəxs qarşı nalayiq ifadə işlətdiyini, baş leytenant Təqsirləndirilən şəxs isə əsgər Zərərçəkmiş şəxs “nə dedin sən?” deyib ona doğru yaxınlaşan zaman onun baş leytenant Təqsirləndirilən şəxs qucaqlayıb aralaşdırmağa çalışdığını, aralaşdıran zaman baş leytenant Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs sağ ayağı ilə təpik zərbəsi vurduğunu, həmin vaxt baş leytenant Təqsirləndirilən şəxs sağ ayağının diz nahiyəsi onun sol ayağının baldır nahiyəsinə dəydiyini, sonra baş leytenant Təqsirləndirilən şəxs oradan kənarlaşdırıb sakitləşdirdiklərini, kənarlaşdıran zaman baş leytenant Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs qarşı nalayiq ifadə işlətdiyini, əsgər Zərərçəkmiş şəxs isə baş leytenant Təqsirləndirilən şəxs “ağzının danışığını bil” dediyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş MAHHX HQ kiçik çavuş Şahid2 ifadəsində 30 sentyabr 2024-cü il tarixdən saat 18:00-dan 01 oktyabr 2024-cü il tarixə saat 18:00-dək xidmət etdiyi hərbi hissənin qərargah binasına qərargah növbətçisi təyin edildiyini, patrul növbətçiliyində isə patrul rəisi baş leytenant Təqsirləndirilən şəxs, 1-ci postun ərazisinə patrul nəfəri isə əsgər Zərərçəkmiş şəxs təyin edildiyini, həmin gün saat N radələrində hərbi hissənin 1-ci taborunun yataqxana binasının qarşısında naryadın təlimatı keçirildiyini, onun xidmət vaxtı tabeliyində olan çapar təyin olunmuş iki əsgərə təlimat keçdiyini, baş leytenant Təqsirləndirilən şəxs isə ondan bir az aralıda patrul nəfəri təyin olunmuş altı nəfər müddətdən artıq xidmət edən hərbi qulluqçulara təlimat keçdiyini, təlimat zamanı patrul rəisi baş leytenant Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs sırada düzgün durmadığı üçün iradını bildirdiyini, əsgər Zərərçəkmiş şəxs isə baş leytenant Təqsirləndirilən şəxs sırada düzgün dayandığını dediyini, baş leytenant Təqsirləndirilən şəxs isə əsgər Zərərçəkmiş şəxs yenidən düzgün durması üçün iradını bildirdiyini, əsgər Zərərçəkmiş şəxs şəxsi telefonunu cibindən çıxarıb baş leytenant Təqsirləndirilən şəxs icazə almadan sıradan kənara gedib telefonla danışıb təxminən bir dəqiqə sonra icazə almadan sıraya qayıtdığını, baş leytenant Təqsirləndirilən şəxs isə əsgər Zərərçəkmiş şəxs icazəsiz sıradan çıxıb qayıtdığı üçün yenidən iradını bildirdiyini, əsgər Zərərçəkmiş şəxs isə baş leytenant Təqsirləndirilən şəxs “sizin oğlanlığınız buna çatır, siz mənlə prinsip aparırsız” dediyini, baş leytenant Təqsirləndirilən şəxs isə əsgər Zərərçəkmiş şəxs “mən sənlə prinsip aparmıram, sən məni zibilə salacaqsan” dediyini, əsgər Zərərçəkmiş şəxs isə baş leytenant Təqsirləndirilən şəxs cavabında “zibil sənin özünsən” dediyini, onun həmin vaxt onların mübahisə etdiyini görüb yanlarına gəldiyini, bu zaman baş leytenant Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs yaxınlaşıb sinə nahiyəsindən sağ əli ilə bir yumruq zərbəsi vurduğunu, həmin vaxt əsgər Zərərçəkmiş şəxs təxminən bir-iki addım geriyə doğru getdiyini və zəif səslə baş leytenant Təqsirləndirilən şəxs qarşı nalayiq ifadə işlətdiyini, baş leytenant Təqsirləndirilən şəxs isə əsgər Zərərçəkmiş şəxs “nə dedin sən?” deyib ona doğru yaxınlaşan zaman onun və MAHHX HQ əsgər Şahid1 baş leytenant Təqsirləndirilən şəxs qucaqlayıb aralaşdırmaq istədiklərini, aralaşdıran zaman baş leytenant Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs sağ ayağı ilə təpik zərbəsi atdığını, həmin təpik zərbəsinin əsgər Zərərçəkmiş şəxs dəyib-dəymədiyini görmədiyini, sonra baş leytenant Təqsirləndirilən şəxs ordan kənarlaşdırıb sakitləşdirdiklərini, kənarlaşdıran zaman baş leytenant Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs qarşı nalayiq ifadə işlətdiyini, əsgər Zərərçəkmiş şəxs isə baş leytenant Təqsirləndirilən şəxs “ağzının danışığını bil” dediyini, təxminən bir neçə dəqiqə sonra baş leytenant Təqsirləndirilən şəxs sıranın önünə gəlib təlimatı keçərək tamamladığını, o, isə çapar təyin olunmuş əsgərləri təlimatlandırıb xidmət yerlərinə getdiklərini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş MAHHX HQ əsgər Şahid3 ifadəsində 30 sentyabr 2024-cü il tarixdən saat 18:00-dan 01 oktyabr 2024-cü il tarixə saat 18:00-dək xidmət etdiyi hərbi hissənin ərazisində patrul növbətçiliyinə patrul nəfəri təyin edildiyini, patrul rəisi isə baş leytenant Təqsirləndirilən şəxs təyin edildiyini, MAHHX HQ əsgər Zərərçəkmiş şəxs onun və başqa dörd nəfər müddətdən artıq hərbi qulluqçu ilə patrul növbətçiliyində patrul nəfəri təyin edildiyini, həmin gün saat N radələrində hərbi hissənin 1-ci taborunun yataqxana binasının qarşısında naryadın təlimatı keçirildiyini, onun və patrul nəfəri təyin olunmuş beş nəfər müddətdən artıq xidmət edən hərbi qulluqçular təlimat üçün sırada gözlədiyini, təlimat zamanı patrul rəisi baş leytenant Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs sırada düzgün durmadığı üçün iradını bildirdiyini, əsgər Zərərçəkmiş şəxs isə baş leytenant Təqsirləndirilən şəxs sırada düzgün dayandığını dediyini, baş leytenant Təqsirləndirilən şəxs isə əsgər Zərərçəkmiş şəxs yenidən düzgün durması üçün irad bildirdiyini, həmin vaxt əsgər Zərərçəkmiş şəxs şəxsi telefonunu cibindən çıxarıb baş leytenant Təqsirləndirilən şəxs icazə almadan sıradan kənara gedib telefonla danışıb təxminən bir dəqiqə sonra icazə almadan sıraya qayıtdığını, baş leytenant Təqsirləndirilən şəxs isə ona icazəsiz sıradan çıxıb qayıtdığı üçün yenidən irad bildirdiyini, əsgər Zərərçəkmiş şəxs isə baş leytenant Təqsirləndirilən şəxs “şəxsi heyətin yanında siz mənlə prinsip aparırsız” dediyini, baş leytenant Təqsirləndirilən şəxs isə əsgər Zərərçəkmiş şəxs “mən sənlə prinsip aparmıram, sən məni zibilə salacaqsan” deyərkən əsgər Zərərçəkmiş şəxs baş leytenant Təqsirləndirilən şəxs cavabında “zibil sənin özünsən” dediyini, baş leytenant Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs yaxınlaşıb sinə nahiyəsindən sağ əli ilə yumruqla bir dəfə vurduğunu, həmin vaxt əsgər Zərərçəkmiş şəxs təxminən bir-iki addım geriyə doğru gedərək və zəif səslə baş leytenant Təqsirləndirilən şəxs qarşı nalayiq ifadə işlətdiyini, baş leytenant Təqsirləndirilən şəxs isə əsgər Zərərçəkmiş şəxs “nə dedin sən?” deyib ona doğru yaxınlaşan zaman MAHHX HQ kiçik çavuş Şahid2 və MAHHX HQ əsgər Şahid1 baş leytenant Təqsirləndirilən şəxs qucaqlayıb aralaşdırmaq istəyərkən baş leytenant Təqsirləndirilən şəxs sağ ayağı ilə əsgər Zərərçəkmiş şəxs sol ayağından təpiklə bir dəfə vurduğunu və həmin təpik zərbəsi əsgər Zərərçəkmiş şəxs sol ayağının baldır nahiyəsindən dəydiyini, baş leytenant Təqsirləndirilən şəxs ordan kənarlaşdırdıqlarını, kənarlaşdıran zaman baş leytenant Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs qarşı nalayiq ifadə işlətdiyini, əsgər Zərərçəkmiş şəxs isə baş leytenant Təqsirləndirilən şəxs “ağzının danışığını bil” dediyini, təxminən bir neçə dəqiqə sonra baş leytenant Təqsirləndirilən şəxs yenidən sıranın önünə gəlib təlimatı keçərək tamamlayaraq xidmətlərini aparmaq üçün təyin olunmuş yerlərə getdiklərini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş MAHHX HQ əsgər Şahid4 ifadəsində 30 sentyabr 2024-cü il tarixdən saat 18:00-dan 01 oktyabr 2024-cü il tarixə saat 18:00-dək xidmət etdiyi hərbi hissənin ərazisində patrul növbətçiliyinə patrul nəfəri təyin edildiyini, patrul rəisi isə baş leytenant Təqsirləndirilən şəxs təyin edildiyini, həmçinin MAHHX HQ əsgər Zərərçəkmiş şəxs də ondan başqa dörd nəfər müddətdən artıq xidmət edən hərbi qulluqçu ilə patrul növbətçiliyində patrul nəfəri təyin edildiyini, həmin gün saat N radələrində naryadın təlimatını keçirdiyini, onun və patrul nəfəri təyin olunmuş beş nəfər müddətdən artıq xidmət edən hərbi qulluqçular təlimat üçün sırada gözlədiklərini, təlimat zamanı patrul rəisi baş leytenant Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs sırada düzgün dayanmadığı üçün iradını bildirdiyini, əsgər Zərərçəkmiş şəxs isə baş leytenant Təqsirləndirilən şəxs sırada düzgün dayandığını dediyini, baş leytenant Təqsirləndirilən şəxs isə əsgər Zərərçəkmiş şəxs yenidən sırada düzgün durması üçün iradını bildirdiyini, əsgər Zərərçəkmiş şəxs isə baş leytenant Təqsirləndirilən şəxs “şəxsi heyətin yanında siz mənlə prinsip aparırsız” dediyini, baş leytenant Təqsirləndirilən şəxs isə onunla heç bir prinsip aparmadığını bildirdiyini, həmin vaxt əsgər Zərərçəkmiş şəxs şəxsi telefonunu cibindən çıxarıb baş leytenant Təqsirləndirilən şəxs icazə almadan sıradan kənara gedib telefonla danışıb təxminən bir dəqiqə sonra icazə almadan sıraya qayıtdığını, baş leytenant Təqsirləndirilən şəxs isə ona icazəsiz sıradan çıxıb qayıtdığı üçün yenidən irad bildirdiyini, əsgər Zərərçəkmiş şəxs isə baş leytenant Təqsirləndirilən şəxs yenidən onunla prinsip apardığını dediyini, baş leytenant Təqsirləndirilən şəxs isə əsgər Zərərçəkmiş şəxs “mən sənlə prinsip aparmıram, sən məni zibilə salacaqsan” dediyini, əsgər Zərərçəkmiş şəxs isə baş leytenant Təqsirləndirilən şəxs cavabında “zibil sənin özünsən” dediyini, bu zaman baş leytenant Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs yaxınlaşıb sinə nahiyəsindən sağ əli ilə bir yumruq zərbəsi vurduğunu, həmin vaxt əsgər Zərərçəkmiş şəxs təxminən bir-iki addım geriyə doğru getdiyini, zəif səslə baş leytenant Təqsirləndirilən şəxs qarşı nalayiq ifadə işlətdiyini, baş leytenant Təqsirləndirilən şəxs isə əsgər Zərərçəkmiş şəxs “nə dedin sən?” deyib ona doğru yaxınlaşan zaman MAHHX HQ kiçik çavuş Şahid2 və MAHHX HQ əsgər Şahid1 baş leytenant Təqsirləndirilən şəxs qucaqlayıb aralaşdırmaq istədiyini, aralaşdıran zaman baş leytenant Təqsirləndirilən şəxs sağ ayağı ilə əsgər Zərərçəkmiş şəxs sol ayağından təpiklə vurmasını gördüyünü, həmin təpik zərbəsi əsgər Zərərçəkmiş şəxs sol ayağının baldır nahiyəsindən dəydiyini, sonra baş leytenant Təqsirləndirilən şəxs ordan kənarlaşdırdıqlarını, kənarlaşdıran zaman baş leytenant Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs qarşı nalayiq ifadə işlətdiyini, əsgər Zərərçəkmiş şəxs isə baş leytenant Təqsirləndirilən şəxs “ağzının danışığını bil” dediyini, sonra baş leytenant Təqsirləndirilən şəxs sakitləşdikdən sonra yenidən sıranın önünə gəlib təlimatı keçərək tamamladığını göstərmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, müvafiq ekspert rəyini, o cümlədən cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Cinayət işinin 1-ci cildinin 38-ci vərəqəsinə əlavə edilmiş, məhkəmə-tibbi ekspertin 16 oktyabr 2024-cü il tarixli 566 nömrəli rəyində MAHHX HQ əsgər Zərərçəkmiş şəxs bədən səthində 2024-cü ilin sentyabr ayında törənməyə uyğun gələn hər hansı xəsarət və ya xəsarət izləri aşkar edilmədiyi göstərilsə də, ekspert müayinəsi zamanı MAHHX HQ əsgər Zərərçəkmiş şəxs baş leytenant Təqsirləndirilən şəxs sentyabr ayının sonları saat 02 radələrində və 30 sentyabr 2024-cü il tarixdə saat N radələrində ona zor tətbiq etdiyini göstərmişdir. Cinayət işinin 1-ci cildinin 1-ci vərəqəsinə əlavə edilmiş, cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 15 noyabr 2024-cü il tarixli qərardan görünür ki, baş leytenant Təqsirləndirilən şəxs barəsində cinayət işi başlanıb və icraata qəbul edilmişdir. Cinayət işinin 1-ci cildinin 50-ci vərəqəsinə əlavə edilmiş, N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli N nömrəli arayışda hərbi hissənin 4-cü təlim taborunun 12-ci təlim bölük komandirinin şəxsi heyətlə iş üzrə müavini baş leytenant Təqsirləndirilən şəxs ilə 2-ci təlim taborunun 6-cı təlim bölüyünün 3-cü taqım komandirinin müavini-manqa komandiri MAHHX HQ əsgər Zərərçəkmiş şəxs arasında tabelik münasibəti olduğu göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 86-cı vərəqəsinə əlavə edilmiş, Hərbi-Həkim Komissiyasının 21 oktyabr 2024-cü il tarixli 920 №-li arayışından görünür ki, baş leytenant Təqsirləndirilən şəxs hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və hərbi xidmətə yararlı olduğu müəyyən edilmişdir. Cinayət işinin 1-ci cildinin 109-cu vərəqəsinə əlavə edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasından sorğu verilərək alınmış məktubda Təqsirləndirilən şəxs xəstəxanada müalicədə olmadığı göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 42-ci vərəqəsinə əlavə edilmiş, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Təşkilat İnspeksiya İdarəsinin Əməliyyat və Statistik İnformasiya bölməsindən alınmış tələbnamədən görünür ki, baş leytenant Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 1-ci cildinin 28-ci vərəqəsinə əlavə edilmiş 18 oktyabr 2024-cü il tarixli xidməti xasiyyətnamədən görünür ki, baş leytenant Təqsirləndirilən şəxs, N nömrəli hərbi hissədə xidmət etdiyi müddətdə komandanlıq tərəfindən müsbət xarakterizə edilmişdir. Cinayət işinin 1-ci cildinin 29-cu vərəqəsinə əlavə edilmiş 17 oktyabr 2024-cü il tarixli xidməti xasiyyətnamədən görünür ki, MAHHX HQ əsgər Zərərçəkmiş şəxs, N nömrəli hərbi hissədə xidmət etdiyi müddətdə komandanlıq tərəfindən mənfi xarakterizə edilmişdir. Cinayət işinin 1-ci cildinin 31-ci vərəqəsinə əlavə edilmiş xidmət vərəqəsinin həvəsləndirmələr qrafasında həvəsləndirilməyib, cəzalar qrafasında isə baş leytenant Təqsirləndirilən şəxs cəzalandırıldığı göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 30-cu vərəqəsinə əlavə edilmiş xidmət vərəqəsinin həvəsləndirmələr qrafasında həvəsləndirilməyib, cəzalar qrafasında isə MAHHX HQ əsgər Zərərçəkmiş şəxs qaravul və sutkalıq naryadın praktiki təlimatına gedcikdiyi üçün xx.xx.2024-cü il tarixdə tabor komandiri tərəfindən “Şiddətli töhmət”, sutkalıq naryadın praktiki təlimatına gecikdiyi üçün xx.xx.2024-cü il tarixdə N №-li hərbi hissə komandiri tərəfindən “Töhmət”, Subardinasiya qaydalarını pozduğu üçün xx.xx.2024-cü il tarixdə tabor komandiri tərəfindən “Şiddətli töhmət”lə cəzalandırılmışdır. Cinayət işinin 1-ci cildinin 34-cü vərəqəsinə əlavə edilmiş baş leytenant Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 iyun tarixli 2714 nömrəli sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” medalı, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 iyun tarixli 2713 nömrəli sərəncamı ilə “Zəngilanın azad olunmasına görə” medalı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli 250s nömrəli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. Müdafiə Nazirliyinin Baş Kliniki Hospitalından daxil olmuş sənəddə 1999-cu il təvəllüdlü, N nömrəli hərbi hissənin zabiti, baş leytenant Təqsirləndirilən şəxs həmin hərbi hissə komandirinin xx.xx.2024-cü il tarixdən 1007 nömrəli və 1008 nömrəli göndərişləri ilə, xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək Müdafiə Nazirliyinin Baş X1 bölməsində “Yaxşılaşma ilə nəticələnmiş orta dərəcədə ifadə olunmuş dissosiativ pozuntu. Hər iki gözün sadə miopik astiqmatizmi, refraksiya oxlarla M 1,75 D və Em nəticəsində görmə itiliyinin 0,5-ə qədər azalması, korreksiya ilə 1,0 olmaqla. Kontagioz molyusk. Bilateral qasıq limfadeniti. Xroniki tonzillit” diaqnozu ilə stasionar müayinə və müalicədə olmuşdur. Xəstə stasionarda olduğu müddətdə laborator və instrumental müayinələrdən keçmiş, həkim-mütəxəssislər (infeksionist, cərrah, nevroloq, otorinolarinqoloq, onkoloq, uroloq, dermatoloq, stomatoloq, hematoloq, oftalmoloq) tərəfindən konsultasiya edilmiş, baş leytenant Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının terapiya profilli Hərbi Həkim Komissiyasına təqdim edilmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi - həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 17ç maddəsinin Ul qrafası ilə, “Sıradankənar hərbi xidmətə yararlıdır” qərarı verilmiş, Təqsirləndirilən şəxs müayinə və müalicəsi başa çatdığı üçün xx.xx.2025-ci il tarixdə kafi vəziyyətdə hospitaldan yazıldığı göstərilmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Həmin sübutlarla təqsirləndirilən şəxsə istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi, o cümlədən iş üzrə təqsirləndirilən şəxsə təyin olunacaq cəzanı yüngülləşdirən hal və cəzanı ağırlaşdıran halların olmaması təsdiq olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi) ... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə görə təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmçinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “X3rşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Beləliklə, cinayət işi üzrə toplanmış sübutları, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspert rəyini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs baş leytenant Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 329.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 9-cu maddəsinə əsasən tutduğu vəzifələrinə və hərbi rütbələrinə görə hərbi qulluqçular biri o birinə münasibətdə rəis və yaxud tabe olandır. Rəislər tabelikdə olanlara əmr vermək hüququna malikdirlər və verdikləri əmrlərin yerinə yetirilməsini yoxlamalıdırlar. Tabelikdə olanlar rəislərinə sözsüz tabe olmağa borcludurlar. Azərbaycan Respublikası Silahlı Qüvəllərin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsinə əsasən isə hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar. Vəzifəsindən asılı olmayaraq, hərbi qulluqçular xidmət məsələləri üzrə bir-birinə «Siz» deyə müraciət etməlidirlər. Hərbi qulluqçular bir-birinə şəxsən müraciət etdikdə, qoşun yaxud xidmət növünü göstərmədən hərbi rütbələrini deməlidirlər. Beləliklə də, qanunvericiliyin yuxarıda qeyd olunan müddəaları işığında məhkəmə istintaqında tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, baş leytenant Dadaşov X4 Nazirliyinin N nömrəli hərbi hissəsinin 4-cü taborunun 12-ci bölüyündə bölük komandirinin şəxsi heyətlə iş üzrə müavini vəzifəsində, 26 sentyabr 2024-cü il tarixdə saat 18:00-dan 27 sentyabr 2024-cü il tarixdə saat 18:00-dək patrul rəisi xidmətində olarkən 27 sentyabr 2024-cü il tarixdə saat 02 radələrində 1-ci posta, yəni hərbi hissənin yeməkxanasının arxa hissəsini əhatə edən əraziyə patrul nəfəri təyin edilmiş tabeliyində olan, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Zərərçəkmiş şəxs xidmət aparmalı olduğu ərazidən icazəsiz çıxaraq ayaqyoluna getdiyini görüb hərbi hissənin 2-ci taborunun əsgər yataqxanasının yanında bu hərəkətinə görə ona iradını bildirmiş və daha sonra sağ əli ilə sinə nahiyəsinə bir yumruq vurub ünvanına nalayiq ifadə işlətmiş, həmçinin Təqsirləndirilən şəxs 30 sentyabr 2024-cü il tarixdə patrul növbətçiliyinə patrul rəisi təyin olunarkən saat N radələrində hərbi hissənin patrul naryadlarına təlimat keçən zaman patrul nəfəri təyin edilmiş MAHHX HQ əsgər Zərərçəkmiş şəxs sırada sağ ayağını yarımbükülü vəziyyətdə saxlamaqla düzgün dayanmadığını görüb iradını bildirmiş, sonuncu baş leytenant Təqsirləndirilən şəxs onun irad tutmasına əsəbiləşib sırada düzgün dayandığını dediyi üçün aralarında sözlü mübahisə yaranmış, mübahisə zamanı əsgər Zərərçəkmiş şəxs baş leytenant Təqsirləndirilən şəxs ünvanına nalayiq ifadə işlətdiyi üçün sonuncu yaxınlaşaraq əvvəlcə sağ əli ilə Zərərçəkmiş şəxs sinə nahiyəsindən bir yumruq vurmuş, daha sonra sağ ayağı ilə sol ayağından bir təpik vuraraq rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar öz tabeliyində olan şəxsə təkrarən zor tətbiq etmişdir. Bununla da baş leytenant Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin dispozitiv şərti (Hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində olan şəxsə təkrar zor törətməsi) mövcud olmuşdur. Məhkəmə təqsirləndirilən və zərər çəkmiş şəxsi, o cümlədən şahidləri dinləyərək, iş materiallarını nəzərdən keçirib, iş üzrə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin yuxarıda göstərilən cinayət əməllərini törətməkdə təqsirli olması onun həmin cinayəti məhkəmə iclasında tam etiraf etməsi ilə yanaşı, iş üzrə dindirilmiş zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də məhkəmə istintaqında tədqiq edilmiş “Məhkəmə-Tibbi Ekspertizası”nın 16 oktyabr 2024-cü il tarixli 566 №-li rəyi və işdə olan digər materiallarla kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs öz tabeliyində olan şəxsə qarşı təkrar zor tətbiq etməsi mübahisəsiz haldır. Əks nəticəyə gəlmək üçün heç bir əsas yoxdur. O, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib, həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Təqsirləndirilən şəxs cinayət əməllərini qəsdən törətmişdir. Onun əməlləri başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1-ci maddəsi az ağır cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139 və 353-cü maddələrinin tələblərinə uyğun olaraq hökmdə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə özünü tam təqsirli bilib, əməlindən səmimi peşman olmasını, zərər çəkmiş şəxsdən üzr istəyərək onunla barışmasını, zərər çəkmiş şəxsin onu bağışlamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Qeyd etmək zəruridir ki, bu faktlar təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə də öz təsdiqini tapır. Eyni zamanda məhkəmə istintaqında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qeyd etmək lazımdır ki, məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmçinin həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirli bilinən şəxsə cəza təyini ilə bağlı qanunvericiliyin yuxarıda qeyd olunan prinsip və müddəalarını rəhbər tutaraq, təyin ediləcək cəzanın növü və miqdarının seçilməsinə dair qısa şərh verməyi zəruri hesab edir. Belə ki, təqsirli bilinən şəxs Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 329.2.1-ci maddəsinin sanksiyasında- bir ildən iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs ailənin yeganə qazanc gətirəni olmasını, zərər çəkmiş şəxsdən üzr istəyərək onunla barışıq eldə etməsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq onun cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkünlüyünü nəzərə alaraq törətdiyi əmələ görə barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 329.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cəzalardan daha yüngül cəza növünün, yəni müəyyən müddətə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.8-ci maddəsinə əsasən hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəza hərbi qulluqçuların xidmət yeri üzrə hərbi hissə komandiri tərəfindən icra edilir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, hökmün icrası təqsirli bilinən şəxs Təqsirləndirilən şəxs hazırda xidmət etdiyi N nömrəli hərbi hissə komandanlığına, xidmət yerini dəyişərsə həmin hərbi hissənin komandanlığına həvalə olunmalıdır. Bu səbəbdən də, məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş intizam xarakterli hərbi hissədə saxlama cəza növü zabitlərə tətbiq edilmədiyini, azadlıqdan məhrum etmə ilə bağlı cəzanın təyin edilməsi onun Vətən müharibəsi zamanı yaranmış xəstəliyinə mənfi təsir göstərməklə yanaşı, təqsirləndirilən şəxsin özünü və ailəsini ciddi məhrumiyyətlərə düçar edə bilər ki, bu kimi hallar da məhkumun islah olunmasına, həmçinin Cinayət Məcəlləsinin 41.2-ci maddəsində təsbit olunmuş cəzanın məqsədlərinin realizə edilməsinə xidmət edə, o cümlədən sosial ədalətin bərpasını təmin edə bilməz. Məhkəmə hesab edir ki, baş leytenant Təqsirləndirilən şəxs barəsində hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının təyin edilməsi haqqında qərarın çıxarılması qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, sosial ədalətin bərqərar olunması baxımından da əhəmiyyətlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Məhkəmə təqsirkar Təqsirləndirilən şəxs barəsində məhkəməyədək icraat zamanı 10 dekabr 2024-cü il tarixində seçilmiş və məhkəmənin hazırlıq iclasının müvafiq qərarına əsasən dəyişdirilmədən saxlanılmış “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.8-ci maddəsinə əsasən hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəza hərbi qulluqçuların xidmət yeri üzrə hərbi hissə komandiri tərəfindən icra edilir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, hökmün icrası Təqsirləndirilən şəxs hazırda xidmət etdiyi N nömrəli hərbi hissənin komandanlığına, xidmət yerini dəyişərsə həmin hərbi hissənin komandanlığına həvalə olunmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.5-ci maddəsinin tələbləri baxımından cəzaçəkmə müddətinin başlanğıcı məsələsinin necə həll edilməli olması ilə bağlı belə nəticəyə gəlir ki, təqsirkar Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun aylıq pul təminatından dövlət nəfinə tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197, 346 və 353-cü maddələrinin tələbləri baxımından məhkəmə xərcləri ilə bağlı belə nəticəyə gəlir ki, hazırki iş üzrə məhkəmə xərci-təqsirli bilinən Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilməli olan haqdan ibarətdir. Belə ki, cinayət işi üzrə 18 aprel 2025-ci il tarixində həyata keçirilən məhkəmə hazırlıq iclası zamanı Dadaşov X4çinin xidmətini ödəmək üçün kifayət qədər vəsaiti olmadığından o, məhkəmənin müvafiq qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, onun hüquqlarının müdafiəsi Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı CPM-nin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 №-li qərarına 25 aprel 2025-ci il tarixli 141 №-li dəyişikliyə müvafiq olaraq, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. Odur ki, təqsirli bilinən şəxsə göstərilmiş hüquqi yardıma görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata uyğun olaraq 25 (iyirmi beş) iş saatı həcmində hüquqi yardımla bağlı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Müdafiəçi vəkil işlədiyi Naxçıvan şəhər Vəkil Bürosunun hesabına 275 (iki yüz yetmiş beş) manat məbləğində pul ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia, xüsusi müsadirə edilməli əmlak yoxdur. İş üzrə təqsirli bilinən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə aylıq pul təminatından 15 % (on beş faiz) dövlət nəfinə tutulmaqla 1 (bir) il 6 (altı) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzası təyin edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs hazırda xidmət etdiyi N nömrəli hərbi hissənin komandirinə, xidmət yeri dəyişilərsə həmin hərbi hissənin komandirinə həvalə olunsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun aylıq pul təminatından dövlət nəfinə tutulmaların aparıldığı vaxtdan hesablansın. Cinayət iş üzrə məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş, Naxçıvan şəhər Vəkil Bürosunun vəkili, Müdafiəçi təqdim etdiyi hesabata uyğun olaraq təqsirləndirilən şəxsə göstərilmiş 25 (iyirmi beş) iş saatı həcmində hüquqi yardımla bağlı ödənilməsi üçün dövlət vəsaiti hesabından Naxçıvan şəhər Vəkil Bürosunun hesabına 275 (iki yüz yetmiş beş) manat miqdarında pul ödənilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm 20 (iyirmi) günlük müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim İlham İbrahimov
Məhkəmə qərarları › İş №1-1(092)-10/2025
Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-10/2025
01.05.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver