Məhkəmə qərarları › İş №1-1(092)-11/2021

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Qərar — İş №1-1(092)-11/2021

05.04.2021 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 1-1(092)-11/2021 05.04.2021 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Həsənov Polad Vəli oğlunun sədrliyi, Seyidov Eyvaz Yusif oğlunun katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1983-cü ildə Ermənistan Respublikası Vardenis rayonunun Şişqaya kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, məhkum olunmayan, ailəli, 2 uşaq atası, ali hərbi təhsilli, Şəmkir rayonunun Dağ Cəyir kəndində qeydiyyatda olmaqla Naxçıvan şəhəri, N.ünvan 1 ünvanında yaşayan, N №-li hərbi hissənin əməliyyat bölmə rəisi-qərargah rəisinin müavini vəzifəsində xidmət edən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi: N №-li hərbi hissənin əməliyyat bölmə rəisi-qərargah rəisinin müavini vəzifəsində xidmət edən mayor Təqsirləndirilən şəxs N №-li hərbi hissənin komandiri vəzifəsində, polkovnik-leytenant rütbəsində xidmət edərkən 08 fevral 2021-ci il tarixdə xidmət etdikləri hərbi hissədən kənarda N №-li hərbi hissənin əşya xidməti rəisi kapitan Şahid3la spirtli içki qəbul edərkən N №-li hərbi hissə komandirinin maddi-texniki təminat üzrə müavini, bölmə rəisi polkovnik-leytenant Zərərçəkmiş şəxs kapitan Şahid3 harada olması ilə maraqlanmaq üçün mobil telefon vasitəsi ilə onunla danışmaq istədikdə Təqsirləndirilən şəxs ondan telefonu almış, bir neçə dəfə “haay” cavabını verdikdə Zərərçəkmiş şəxs “nə anqrırsan?” deyə soruşmuş, bu səbəbdən həmin gün xidmət vaxtından sonra, saat 19:45 radələrində hərbi şəhərcikdə zabitlər yataqxanasının yaxınlığında Zərərçəkmiş şəxslə görüşmüş, həmin ifadəni işlətməsi səbəbindən onunla mübahisə edib sağ çiynindən tutub dartaraq sol göz nahiyəsinə yumuruq zərbəsi vurmaqla sağlamlığın qısa müddətə pozulmasına səbəb olan ”sol gözətrafı nahiyənin qançırı və hematoması ilə müşayiət olunan, görmə itiliyinin müvəqqəti azalması ilə nəticələnmiş sol göz almasının qansızması” xəsarətini yetirərək onun sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə baxışı gedişi zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, ondan heç bir şikayət və tələbinin, həmçinin ödəniləcək heç bir maddi ziyanın olmadığını bildirmiş və bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Eyni zamanda dövlət ittihamçısı, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad olunması məsələsinə baxılmasını məhkəmədən xahiş etmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə belə qənaətə gəlmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 43.1 və 43.1.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.2-ci maddələrinə əsasən isə 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1 və 39.1.11-ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 356 və 381-385-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Qərardan apellyasiya şikayəti və ya protest Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə elan olunduğu andan 20 (iyirmi) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına verilə bilər. Sədrlik edən Polad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar