Məhkəmə qərarları › İş №1-1(092)-11/2022

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-11/2022

30.03.2022 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-11/2022 30.03.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: Orucəliyev Abil Elmar oğlunun sədrliyi, Məhkəmə iclas katibi: X5 katibliyi, Dövlət ittihamçısı: Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxsN, Təqsirləndirilən şəxs2, Müdafiəçilər: Naxçıvan şəhər Hüquq Məsləhətxanasının vəkilləri- MüdafiəçiN, Müdafiəçi2 iştirakları ilə xx xxxxxxxx N996-ci ildə Babək rayonunun Nehrəm kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, subay, tam orta təhsilli, Babək rayonunun Nehrəm qəsəbəsində qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, N №-li hərbi hissədə atıcı-nizamlayıcı vəzifəsində, kiçik çavuş hərbi rütbəsində xidmət etmiş, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Naxçıvan MR Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan, MAHHXHQ-su Təqsirləndirilən şəxsN Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N77.2.N, N77.2.3 və N77.2.4-cü maddələri ilə, xx xxxxx N998-ci ildə Babək rayonunun Nehrəm kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, subay, tam orta təhsilli, Babək rayonunun Nehrəm qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, “Naxçıvan” XN sürücü-mexanik vəzifəsində, kiçik çavuş hərbi rütbəsində xidmət etmiş, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Naxçıvan MR Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan, MAHHXHQ-su Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N77.2.N, N77.2.3 və N77.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxsN və Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talayıb, zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişlər. Belə ki, Təqsirləndirilən şəxsN N nömrəli hərbi hissəsədə MAHHXHQ-su kiçik çavuş hərbi rütbəsində xidmət edərkən əvvəlcədən aralarında dostluq münasibətləri olan “Naxçıvan” XN MAHHXHQ-su kiçik çavuş hərbi rütbəsində xidmət edən Təqsirləndirilən şəxs2 ilə NN dekabr 202N-ci ildə zəngləşərək saat N5-N6 radələrində Nehrəm qəsəbəsində “Elsevər” restoranında görüşmüş, söhbət zamanı Təqsirləndirilən şəxsN Təqsirləndirilən şəxs2 qardaşı Novruza görə xeyli miqdarda borca düşdüyünü və həmin borcu ödəmək ücün Babək rayon, Nehrəm qəsəbə sakini Zərərçəkmiş şəxs ailəlikcə toyda olmasını bildirərək sonuncunun evindən oğurluq etməyi təklif etdikdə, Təqsirləndirilən şəxs2 onunla oğurlayacaqları əmlakı bərabər bölmək barədə razılaşmış, beləliklə də Təqsirləndirilən şəxsN özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək, həmin gün saat N9 radələrində birlikdə Zərərçəkmiş şəxs məxsus Nehrəm qəsəbəsində yerləşən evin yaxınlığına getmişlər, ətrafda heç kəsin olmadığına əmin olduqdan sonra hasarı aşıb qonşuluqda olan həyətə girib, həmin həyətdən də hasarı aşaraq Zərərçəkmiş şəxs məxsus həyətə girmişlər, evin sağ tərəfindəki sonuncu pəncərəsinin plastik torunu çıxarmışlar, Təqsirləndirilən şəxs2 əli ilə sıxaraq pəncərənin şüşəsini sındırmış, həmin pəncərədən birlikdə evə qanunsuz daxil olmuşlar, daha sonra Təqsirləndirilən şəxs2 evin giriş qapısından sol tərəfdə yerləşən yataq otağında şkafın üzərində olan NN0 (bir yüz on) manat dəyərində qara rəngli “Redmi Note 5” markalı mobil telefonu götürmüş, sonra evin digər otağının qapısını çiyni ilə itələyib kilidini sındırdıqdan sonra birlikdə oraya girərək girişdən sol tərəfdə yerləşən içərisində 552,80 (beş yüz əlli iki manat səksən qəpik) manat dəyərində N ədəd sadə, (halqa) qızıl üzük, 378,40 (üç yüz yetmiş səkkiz manat, qırx qəpik) manat dəyərində N ədəd üzərində üç ədəd qırmızı rəngli qaşı olan qızıl üzük, 2N8,40 (iki yüz on səkkiz manat qırx qəpik) manat dəyərində N ədəd üzərində ağ rəngli qaşları olan qızıl üzük, 535,70 (beş yüz otuz beş manat yetmiş qəpik) manat dəyərində N ədəd ürək formasında olan qızıl üzük, 862,40 (səkkiz yüz altmış iki manat qırx qəpik) manat dəyərində N ədəd buta naxışlı qızıl üzük, 357,60 (üç yüz əlli yeddi manat altmış qəpik) manat dəyərində N ədəd üzərində sapfir qaşı olan qızıl üzük, 3N4,40 (üç yüz on dörd manat qırx qəpik) manat dəyərində N ədəd üst hissəsi gül formasında olan qızıl üzük, N2 (on iki) manat dəyərində N ədəd üzərində ağ qaşları olan sadə mis üzük, 24,70 (iyirmi dörd manat yetmiş qəpik) manat dəyərində N ədəd üzərində 4 böyük çəhrayı rəngli qaşları olan gümüş üzük, 28,70 (iyirmi səkkiz manat yetmiş qəpik) manat dəyərində N ədəd üzərində 2 ağ rəngli qaşı olan yarpaq formalı gümüş üzük, 6 (altı) manat dəyərində N ədəd üzərində ərəb yazısı olan nikel üzük, 60,60 (altmış manat altmış qəpik) manat dəyərində N ədəd üzərində qırmızı rəngli qaşı olan qızıl üzük, N3,50 (on üç manat əlli qəpik) manat dəyərində N ədəd üzərində ağ rəngli qaşları olan gümüş üzük, 5N9,60 (beş yüz on doqquz manat altmış qəpik) manat dəyərində N ədəd üzərində 5 ədəd ağ rəngli brilyant qaşı olan qızıl üzük, 280 (iki yüz səksən) manat dəyərində N ədəd kənar hissəsində “BVLGARİ” yazısı olan qızıl üzük, N3,85 (on üç manat səksən beş qəpik) manat dəyərində N ədəd üzərində ağ qaşları olan ürək formalı gümüş üzük, 20 (iyirmi) manat dəyərində N ədəd üzərində “HERMES PARİS” yazısı olan tərkibi dəmir və xrom olan qolbaq, N89,60 (yüz səksən doqquz manat altmış qəpik) manat dəyərində N ədəd üzərində kiçik ölçüdə muncuqları olan qızıl qolbaq, 24,60 (iyirmi dörd manat altmış qəpik) manat dəyərində N ədəd üzərində ağ rəngli ürək formasında kulonu olan gümüş qolbaq, 20,45 (iyirmi manat qırx beş qəpik) manat dəyərində N cüt üzərində ağ rəngli qaşları olan çiçək formalı gümüş sırğa, 200 (iki yüz) manat dəyərində N cüt üzərində ağ rəngli qaşları olan ürək formalı qızıl üzük, 42,65 (qırx iki manat altmış beş qəpik) manat dəyərində N cüt ləçək formalı gümüş sırğa, N44,80 (yüz qırx dörd manat səksən qəpik) manat dəyərində N cüt üzərində kiçik ölçüdə muncuqları olan qızıl sırğa, N03,70 (bir yüz üç manat yetmiş qəpik) manat dəyərində N cüt qırmızı qaşı olan qızıl sırğa, N00,80 (bir yüz manat səksən qəpik) manat dəyərində N cüt qırmızı qaşı olan qızıl sırğa, N03,20 (bir yüz üç manat iyirmi qəpik) manat dəyərində N cüt buta formalı qızıl sırğa, N669,60 (min altı yüz altmış doqquz manat altmış qəpik) manat dəyərində N ədəd üzərində ərəb yazılı kulonu olan qızıl boyunbağı, 804,80 (səkkiz yüz dörd manat səksən qəpik) manat dəyərində N ədəd kulonsuz qızıl boyunbağı, 227,20 (iki yüz iyirmi yeddi manat iyirmi qəpik) manat dəyərində N ədəd qızıl boyunbağı, 2486 (iki min dörd yüz səksən altı) manat dəyərində N ədəd qızıl boyunbağı, 27,55 (iyirmi yeddi manat əlli beş qəpik) manat dəyərində N ədəd ləçək formalı kulonu olan gümüş boyunbağı, N2,55 (on iki manat əlli beş qəpik) manat dəyərində N ədəd ürək formalı kulonu olan gümüş boyunbağı, N4,85 (on dörd manat səksən beş qəpik) manat dəyərində 0N ədəd üzərində dairəvi kulonu olan gümüş boyunbağı, 347,70 (üç yüz qırx yeddi manat yetmiş qəpik) manat dəyərində N cüt bir tayı iki hissəyə qırılmış vəziyyətdə olan qızıl sırğa, 6 (altı) manat dəyərində N ədəd şəfaf rəngli qutuda 2 cüt plastik qol düyməsi, 8 (səkkiz) manat dəyərində N ədəd tərkibi sink və misdən ibarət olan qolbaq, 25 (iyirmi beş) manat dəyərində N ədəd “rolex” markalı mis qadın saatı, 32 (otuz iki) manat dəyərində 4 dəst uşaq paltarı, NN (on bir) manat dəyərində NN ədəd cib dəsmalı, 8 (səkkiz) manat dəyərində 8 ədəd corab, N2 (on iki) manat dəyərində 3 ədəd qadın baş örtüyü, 3 (üç) manat dəyərində N ədəd ağ rəngli təsbeh, satış üçün nəzərdə tutulmadığından və ya istismara yararsız vəziyyətdə olduğundan qiymətləndirilməyən sənədlər və əşyalar olan 25 (iyirmi beş) manat dəyərində N ədəd sandığı gizli talamaqla, Zərərçəkmiş şəxs ümumilikdə N0958 (on min doqquz yüz əlli səkkiz) manat 70 (yetmiş) qəpik məbləğində, yəni xeyli miqdarda ziyan vuraraq qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq etmişlər. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxsN Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N77.2.N, N77.2.3 və N77.2.4-cü maddələri ilə barəsində elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, N7 senytabr 2020-ci ildən N nömrəli hərbi hissədə qərargah taqımının, mühafizə manqasında atıcı-nizamlayıcı vəzifəsində MAHHXHQ-su, kiçik çavuş hərbi rütbəsində xidmət etmiş, N4 dekabr 202N-ci ildə ehtiyata buraxılmış, 202N-ci il 08-23 dekabr tarixlərində məzuniyyətdə olmuş, məzuniyyət zamanı Nehrəm qəsəbəsində olmuş, Təqsirləndirilən şəxs2 Nehrəm qəsəbəsindən tanımış, onunla dost olmuş, boş vaxtlarında onunla Nehrəm qəsəbəsində tez-tez görüşüb birlikdə vaxt keçirmiş, həmin zaman Ələkbər də məzuniyyətdə olmuş, NN dekabr 202N-ci ildə saat N7 radələrində Ələkbərlə Nehrəm qəsəbəsində evlərinin yanında görüşüb birilikdə Nehrəm qəsəbəsində yerləşən “Elsevər” adlanan restorana getmiş, restoranda yeyib-içən zaman Ələkbərlə şəxsi həyatı ilə bağlı söhbət etmiş, qardaşı Şahid2 borcları haqqında, Ələkbər də öz borclarından danışmış, qardaşı Novruzun 6000 manata yaxın borcu olmuş, Ələkbərə həmkəndliləri Zərərçəkmiş şəxs qardaşı oğlunun toyu olduğunu hamısının ailəlikcə toya getdiklərini, Zərərçəkmiş şəxs bazarda alverlə məşğul olduğunu və imkanının yaxşı olduğunu, onun evinə girərək yaxşı pul olsa borclarını, Ələkbərin də öz borclarını verə biləcəyini demiş, Ələkbər təklifi ilə razılaşmış və həmin gün Zərərçəkmiş şəxs evinə girməyi qərarlaşdırmışlar. Bir qədər sonra həmkəndliləri Ataş və qardaşı Şahid2 da restorana gəlmiş, yeyib içməyə davam etmişlər, Ataş və qardaşı Novruzun yanında olarkən oğurluq barədə heç bir söhbət etməmiş, təxminən N saata yaxın onlarla oturub yeyib-içdikdən sonra onlara Ələkbərlə yarım saatlıq işləri olduqlarını deyib restorandan çıxmış, birlikdə piyada Zərərçəkmiş şəxs evinin olduğu məhəlləyə getmiş, onun evini əvvəlcədən tanımış, həmin vaxt təxminən saat N9 radələri olmuş, hava qaranlıq olmuş, ətrafa bir qədər göz gəzdirdikdə ətrafda və Əlinin evində heç kəsin olmadığını müşahidə etdikdən sonra Ələkbərlə evin arxasından, balaca hasar qapısının üzərindən aşaraq həyətə düşmüş, həyətə düşən zaman səhvliklə qonşuluqda yerləşən evin həyətinə düşmüşlər, həmin həyətin aşağı tərəfinə getmiş Ələkbərlə daş hasardan aşıb, Zərərçəkmiş şəxs həyətinə daxil olmuş, həyətə düşdükdən sonra evdə heç bir işığın yanmadığından evdə olmadıqlarına tam əmin olmuş, Ələkbərlə birlikdə evin qarşısına getmiş, evin qapısının açıq olub-olmamasını yoxladıqda qapı bağlı olmuş, sonra evə pəncərələrdən birini açaraq girməyi qərara almışlar. Evin sağda olan sonuncu pəncərəsindəki toru yerindən çıxarmışlar, Ələkbər əli ilə pəncərənin şüşəsini itələmiş, pəncərənin şüşəsi sınmış, əlini salıb içəridən pəncərəni açmış, pəncərinin şüşəsi sınan zaman Ələkbərin əlini kəsmiş, əlindən qan axmağa başlamış, sonra birlikdə pəncərədən evə daxil olub birlikdə evin otaqlarına bir-bir girmiş, şkaflara, yorğan döşəyin altına qaranlıq olduğu üçün telefonun fanarını yandıraraq baxmış, pul axtarmış amma tapa bilməmişlər, evin girişi qapısından solda yerləşən otağa Ələkbərlə birlikdə girmiş orada olan şkafa Ələkbər baxarkən “Redmi Note 5” markalı telefon tapıb götürüb ona vermiş, həmin telefonu alıb cibinə qoymuş, həmin otaqdan başqa heç nə götürməmişlər. Sonuncu bir otaq qalmış, qapısı kilidli olmuş, Ələkbər otağın taxta qapısını çiyni ilə basaraq kilidi sındırmış, otağa girdikdə girişdə solda qırmızı üzərində göy naxışları olan sandıq qoyulduğunu, sandığın qıfılla bağlandığını görmüş, otaqda digər yerlərə də baxan zaman dəyərli heç nə tapa bilməmiş, sandığın qıfılını evdə açmağa cəhd etsələr də onu aça bilməmişlər, Ələkbərə orada çox qala bilməyəcəklərini demiş, pəncərədən sandığı çıxarıb aparmaq qərarına gəlmişlər, köməklik sandığı götürərək, Ələkbərlə qırıb evə daxil olduqları pəncərədən həyətə çıxarmış, evin sağ tərəfində arxada küçəyə açılan balaca dəmir qapı olmuş, içəridən cəftə ilə bağlı olmuş, qapını açıb sandığı küçəyə çıxarmış, küçəyə çıxanda bir az gözləmiş, məhəlləyə nəzər yetirib, heç kəsin olmadığını görmüş, həmin zaman bibisi Nəzakətgilin uzun illərdir ki, Bakı şəhərində yaşadıqlarını, evlərinin boş və yaxınlıqda yerləşdiyini fikirləşmiş, Ələkbərə sandığı bibisigilin həyətinə aparıb açmağı təklif etmiş, Ələkbər razılaşmış, bibisigilin evi təxminən 200-300 metr aralıda olmuş, hava qaranlıq olmuş, Ələkbərlə bibisigilin evinin sağ tərəfində yerləşən boş torpaq sahəsinə sandığı aparmış, Ələkbər ətrafa baxıb qıfılı sındırmağa nəsə axtaran zaman qıfılı əli ilə özünə tərəf dartıb qırmış, Ələkbəri yanına çağırıb telefonun fanarı ilə sandığa işıq salmasını istəmiş, sandığı açan zaman sandığın içərisindən uşaq paltarları, parçalar, sənədlər, diplom, maaş kartı, parçanın içərisinə qoyularaq düyünlənmiş boğçanın içində olan bir qutunun içərisində üzüklər, sırğalar, boyunbağılar çıxmış, həmin qızıllar olan qutunu götürmüş, ondan əlavə sandıqdan paltarların arasından müxtəlif qızıl-zinət əşyaları üzüklər, boyunbağılar çıxmış, onları da həmin götürdüyü qutunun içinə qoyaraq həmin qutunu cibinə qoymuş, sandığın içərisindən başqa heç nə götürməmiş, sandıqdan başqa dəyərli əşya çıxmadığından Ələkbərlə sandığı həmin ərazidə qoyub heç kəsin görməməsi üçün üzərinə şifer parçası qoymuşdur. Sonra oradan qəsəbədəki “Elsevər” restoranına, dostu Ataş və qardaşı Novruzun yanına qayıdıb pivə içməyə davam etmiş, həmin gecə evdən götürdüyü “Redmi Note 5” markalı telefon və qızıllar onda qalmış, saat təxminən 22:30 radələrində restorandan çıxıb taksi ilə evə getmiş, həmin gecə sandıqdan götürdüyü içində qızıllar olan qutunu yaşadığı evin həyətində olan kubiklərin arasında gizlətmişdir. Bundan əlavə Təqsirləndirilən şəxsN bildirmişdir ki, o, hadisənin ertəsi günü, yəni N2 dekabr 202N-ci il tarixdə Təqsirləndirilən şəxs2 ilə birlikdə Nehrəm qəsəbəsində olmuş, törətdikləri əməllərindən peşman olmuş, bu əməli içkinin təsiri altında törətmişlər və zərərçəkmiş şəxsin evindən götürdükləri əşyaları geri qaytarmaq istəmişlər, lakin həmin zaman zərərçəkmiş şəxsin evinin qarşısında polis olduğundan qorxmuşlar. N3 dekabr 202N-ci il tarixdə VAZ 2N07 markalı maşını ilə taksi fəaliyyəti ilə məşğul olan qəsəbədən tanıdığı Əjdər adlı şəxs və Ələkbərlə birlikdə özünə məxsus telefonu Naxçıvan şəhərinə telefon mağazalarından birinə satmağa getmiş, şəhərə gedib telefonu köhnə “Gənclik” kafesi ilə üzbəüz olan bir neçə telefon mağazasına taksi sürücüsü Əjdərlə göstərmiş, Ələkbər həmin zaman taksidə oturmuş, mağaza işçiləri telefonu almaq üçün şəxsiyyət vəsiqəsi tələb etdiklərindən həmin telefonu sata bilməmiş, telefon mağazalarına girərkən həmçinin oğurladıqları “Redmi Note 5” markalı telefonun da qiymətini maraqlanmış, lakin onu satmaq niyyətində olmamış, çünki onu zərərçəkmişə qaytarmaq niyyətində olmuşlar. Bundan sonra oğurladıqları “Redmi Note 5” markalı telefonu Ələkbərə vermiş, Nehrəm qəsəbəsinə qayıtmışlar. Sonradan polislər tərəfindən bölməyə çağırılmış, Zərərçəkmiş şəxs evindən Ələkbərlə birlikdə oğurluq etdiyini polisdə etiraf etmiş, oğurlayıb gizlətdiyi əşyaların yerlərini polislərə göstərmiş, sandıq bibisigilin həyətindən, qızıllar yaşadığı evin həyətindən, telefon isə Ələkbərin atdığı Əyləncə adasının yaxınlığından baxış keçirilib götürülmüş, Ələkbərlə oğurladıqları əşyaların hamısını könüllü şəkildə polislərə təqdim etmişlər. Təqsirləndirilən şəxsN etdiyi əmələ görə peşman olduğunu, törətdiyi əməlini səmimi etiraf etdiyini bildirərək barəsində ədalətli hökm çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N77.2.N, N77.2.3 və N77.2.4-cü maddələri ilə barəsində elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, 20N9-cu ilin oktyabr ayından N4 dekabr 202N-ci ilədək “Naxçıvan” X2 XN0 2-ci bölüyünün, 3-cü taqımının 2-ci manqasında sürücü-mexanik vəzifəsində MAHHXHQ-su, kiçik çavuş hərbi rütbəsində xidmət etmiş, N4 dekabr 202N-ci ildə xidmətdən ehtiyata buraxılmış, 0N dekabr 202N-ci ildən 2N dekabr 202N-ci ilədək 20 günlük məzuniyyətə buraxılmış, məzuniyyət müddətində yaşadığı Nehrəm qəsəbəsində olmuş, Təqsirləndirilən şəxsN qəsəbədən tanımış, onunla dost olmuş, boş vaxtlarında Nehrəm qəsəbəsində tez-tez görüşüb birlikdə vaxt keçirmiş, həmişə olduğu kimi NN dekabr 202N-ci ildə saat N6 radələrində Özganla Nehrəm qəsəbəsində görüşmüş, bir az söhbət etdikdən sonra qəsəbədə yerləşən “Elsevər” adlanan restorana pivə içməyə getməyi qərarlaşdırmış, restoranda Özganla şəxsi həyatı ilə bağlı söhbət etmiş, Özgan qardaşı Novruzun borclarından danışmış, borclarının olmasından Özganın xəbəri olmuş, həmin zaman Özgan həmkəndliləri Zərərçəkmiş şəxs qardaşı oğlunun toyu olduğunu ailəlikcə hamısının toya getdiklərini onun evinə girib pul götürüb borclarını qaytara biləcəklərini demiş, Özgan Zərərçəkmiş şəxs bazarda alverlə məşğul olduğunu və imkanının yaxşı olduğunu, onun evinə girsələr yaxşı pul olsa aparıb borclarını verə biləcəklərini demiş, Özganla oğurlayacağı pulu yarı-yarıya bölmək barədə razılaşmış, Zərərçəkmiş şəxs əvvəlcədən tanımamış, Özgan dedikdən sonra elə bir şəxsin olduğunu bilmiş, hava qaralandan sonra Zərərçəkmiş şəxs evinə girib oğurluq etməyi qərarlaşdırmış, bir qədər sonra Özganın qardaşı Şahid2 və həmkəndlisi Ataş da yanlarına gəlmiş, onlar yanlarında olarkən oğurluq barədə heç bir söhbət etməmişlər, təxminən N-2 saata yaxın onlarla oturub yeyib-içdikdən sonra, Özgan qardaşı Novruza və Atașa “bizi üzürlü sayın, yarım saatlıq işimiz var, gedirik işimizi həll edək gələk” demiş, restorandan çıxmışlar. Özganla Zərərçəkmiş şəxs evinin olduğu məhəlləyə piyada getmişlər, Əlinin evini tanımamış, onu Özgan evin yerləşdiyi məhəlləyə aparmış, həmin vaxt təxminən saat N9 radələri olmuş, hava yenicə qaranlıqlaşmış, ətrafa bir qədər göz gəzdirdikdən, ətrafda və evdə heç kəsin olmadığını müşahidə etdikdən sonra evin arxasında yerləşən qapının üzərindən aşıb Zərərçəkmiş şəxs həyətinin qonşuluğundakı həyətə düşmüşlər, həmin həyətlə Əlinin həyətinin arasında olan hasardan aşıb, Zərərçəkmiş şəxs həyətinə düşüb evin qarşısına getmişlər, Özganla evə pəncərədən daxil olmağı qərarlaşdırmış, bu səbəbdən evin sağdakı sonuncu pəncərəsinin yanına gəlmiş, pəncərədə olan plastik toru çıxarmışlar, şüşəni əli ilə itələyən zaman şüşə sınıb əlini kəsmiş, əli qanamağa başlamış, pəncərəni açıb Özganla həmin pəncərədən evə daxil olmuş, evdə olan şkaflara, yorğan döşəyin altına telefonun fanarını yandıraraq baxmış, pul axtarmış, amma tapa bilməmiş, evin girişindən sol tərəfdə yerləşən yataq otağında şkafın üzərinə baxarkən smartfon mobil telefon olduğunu görmüş, həmin telefonu götürüb Özgana vermiş, Özgan telefonu cibinə qoymuş, sonradan həmin telefonun markasının “Redmi Note 5” olduğunu bilmiş, həmin otaqdan başqa heç nə götürməmiş, sonuncu bir otaq qalmış, qapısı bağlı olmuş, həmin otağın taxta qapısını Özganla çiyni ilə basaraq kilidi sındırıb otağa girmiş, həmin otaqda girişdə solda sandıq olmuş, sandıq qıfılla bağlanmış, otaqda olan yorğan döşəyin altına baxsa da qiymətli heç nə tapa bilməmiş, Özganla sandığı açmağa cəhd etsə də aça bilməmiş, Özgan çox dura bilməyəcəklərini sandığı aparmağı təklif etdikdə onunla razılaşmış, köməklik sandığı götürərək, şüşəsini sındıraraq açıb evə girdikləri pəncərərdən həyətə çıxarmış, həmin otaqdan yalnız sandığı götürmüşlər, evin sağında arxa tərəfdə küçəyə dəmir qapı olmuş, qapı içəridən cəftə ilə bağlanmış, cəftəni açıb həmin qapıdan sandığı küçəyə çıxarmış, çıxanda məhəlləyə nəzər yetirib heç kəsin olmadığını görmüş, Özgan bibisi Nəzakətgilin uzun illərdir ki, Bakı şəhərində yaşadıqlarını və evlərinin boş olduğunu, evlərinin yaxınlıqda olduğunu, sandığı onların həyətində aparıb açmağı təklif etdikdə onunla razılaşmış, Özganın bibisigilin evi təxminən 250 metr aralıda olmuş, Özganla köməklik sandığı piyada onun bibisigilin həyətinə aparmış, sandığı evin yanındakı torpaq sahəsinə qoyub qıfılın qırmaq üçün nəsə axtaran zaman Özgan qıfılı əli ilə dartıb qırmış, əlindəki telefonla sandığa işıq salmış, Özgan sandığın içərisini axtarmağa başlamış, sandığın içərisindən parçalar, sənədlər, müxtəlif geyim əşyaları və bir qutunun içərsində qızıl üzüklər, boyunbağılar, qolbaqlar, sırğalar çıxmış, bundan başqa sandıqda paltarların arasında dəri kimi balaca torbanın içərisindən yenə qızıllar çıxmış, Özgan həmin qızılları da qızıllar olan qutunun içərisinə yığıb həmin qutunu götürüb cibinə qoymuş, sandığı həmin yerdə qoyub heç kəs görməməsi üçün üzərinə şifer parçası atmışlar, sandığın içərisindən başqa heç nə götürməmişlər. Sonra oradan piyada yenidən qəsəbədəki “Elsevər” restoranına Novruz və Ataşın yanına qayıtmış, Ataş və XN4 Müştəliyevin evinə oğurluğa girməyindən xəbərləri olmamış, həmin gecə evdən oğurladıqları “Redmi Note 5” markalı telefon və qızıllar Özganda qalmış, saat təxminən 22:30 radələrində restorandan çıxıb taksi ilə evə getmişdir. Ertəsi gün, törətdikləri əməllərindən peşman olmuş, bu əməli içkinin təsiri altında törətmişlər və zərərçəkmiş şəxsin evindən götürdükləri əşyaları geri qaytarmaq istəmişlər, lakin həmin zaman zərərçəkmiş şəxsin evinin qarşısında polis olduğundan qorxmuşlar. N3 dekabr 202N-ci il tarixdə VAZ 2N07 markalı maşını ilə taksi fəaliyyəti ilə məşğul olan Əjdər adlı şəxs və Özganla birlikdə Özgana məxsus telefonu Naxçıvan şəhərinə telefon mağazalarından birinə satmağa getmiş, Özgan telefonu köhnə “Gənclik” kafesi ilə üzbəüz olan bir neçə telefon mağazasına taksi sürücüsü Əjdərlə birlikdə göstərmiş, həmin vaxt o, mağazalara girməmiş, taksidə oturmuş, mağaza işçiləri telefonu almaq üçün şəxsiyyət vəsiqəsi tələb etdiklərindən Ozgangil həmin telefonu sata bilməmişlər. Bundan sonra oğurladıqları “Redmi Note 5” markalı telefonu Özgan ona vermiş, qızıllar isə Özganda qalmış, telefondan onları tapa biləcəklərini düşündüyündən, aparıb Əyləncə adasının giriş hissəsindəki ağaclıq əraziyə atmışdır. Sonradan Babək rayon polis idarəsinin əməkdaşları əvvəl Özganı sonra isə onu polis idarəsinə dəvət etmiş, polisdə Zərərçəkmiş şəxs evindən oğurluq etmələrini etiraf etmiş, bundan sonra əvvəl oğurladıqları sandığı, daha sonra isə Özgan qızıl zinət əşyalarını evlərində təqdim etmiş, telefonu atdığı Əyləncə adasının yanına gedib telefonu polislərə təqdim etmiş, oğurladıqları bütün əmlakı polislərə təqdim etmişlər. Bundan əlavə Təqsirləndirilən şəxs2 bildirmişdir ki, onlar oğurladıqları “Redmi Note 5” markalı telefonu satmaq niyyətində olmamışlar, çünki onu zərərçəkmişə qaytarmaq niyyətində olmuşlar. Təqsirləndirilən şəxs2 etdiyi əmələ görə peşman olduğunu, törətdiyi əməlini səmimi etiraf etdiyini bildirərək barəsində ədalətli hökm çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxsN və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında törətdiyi əməllərə görə özlərini tam təqsirli bilmələrinə dair ifadələrinin zərərçəkmiş şəxsin evindən götürdükləri əşyaları geri qaytarmaq niyyətində olmaları, o cümlədən oğurladıqları “Redmi Note 5” markalı telefonu N3 dekabr 202N-ci il tarixdə satmaq niyyətində olmadıqları ilə bağlı hissəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qəbul edir və qiymətləndirir. Bu səbəbdən də məhkəmə təqsirləndirilən şəxslərin onlara qarşı irəli sürülmüş ittihamda özlərini tam təqsirli bilmələri ilə bağlı ifadələrinə tənqidi yanaşır və təqsirləndirilən şəxslərin qeyd edilən ifadələrinin həmin hissəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yayınmaq, eləcə də öz məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşlər. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərin elan olunmuş ittiham üzrə qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olmaları, onların məhkəmə istintaqı zamanı verdikləri etirafedici ifadələri, eləcə də məhkəmədə tədqiq olunmuş şahid ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokollar, həmçinin tədqiq olunan sübut xarakterli digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Babək rayon Nehrəm qəsəbəsində yoldaşı ilə birlikdə yaşayır, qardaşı Bəşirin oğlu Sahibin toy mərasimi ilə bağlı N0-N3 dekabr tarixlərində arvadı Şahid4 ilə birlikdə qardaşıgildə olmuş, N3 dekabr 202N-ci il tarixdə günorta arvadı ilə evə qayıtmış, simlə burub bağladığı həyətin qapısını açdıqdan sonra həyətə daxil olmuş, adətən həyətin qapısını simlə bağlamış, qıfıllamağa ehtiyac duymamış, sonra evin qarşısına getmiş, həmin zaman yoldaşı Xalidə giriş qapısından sağda yerləşən pəncərənin qırıldığını görüb “Ay Əli evi yarıblar” demiş, həmin zaman evin qapısı bağlı olmuş, qapını açarla açdıqdan sonra evə daxil olmuş, aynabəndlə üz-üzə olan yataq otağının qapısını evdən gedən zaman yoldaşı Şahid4 açarla bağlamış, evə girdikdə həmin yataq otağının qapısının sındırıldığını görmüş, həmin otaqda içərisində qızıl-zinət əşyalarının, bank kartlarının ailə üzvlərinə məxsus müxtəlif sənədlərin və geyim əşyalarının olduğu sandığın yerində olmadığını görmüş, həmin sandıq girişdə solda olmuş, həmin otaqda başqa bir dəyərli əşya olmadığından çıxıb, otaqdan sol tərəfdə yerləşən otağa baxmış və şkafın üzərində olan “Redmi Note 5” markalı mobil telefonun da yerində olmadığını görmüş, evdən oğurlanan sandıqda xeyli qızıl-zinət əşyaları və gümüş zinət əşyaları olmuş, qızı Aynur öz ailəsi ilə Bakı şəhərinə toy mərasiminə getdikləri üçün qızıllarını saxlaması üçün onlara vermiş, həmin qızılları arvadı Xalidə sandığa qoymuş, bu səbəbdən həmin qızılların əlamətlərini və nə qədər olduğunu dəqiq bilməmiş, bundan başqa sandıqda özünə və ailə üzvlərinə məxsus sənədlər, bank kartları, parçalar, geyimlər və digər əşyalar olmuş, oğurlanan mobil telefonun markası “Redmi Note 5”, rəngi qara olmuş, evin digər otaqlarına baxan zaman başqa hər hansı bir şeyin oğurlanmadığını görmüş, bundan sonra polisə məlumat vermiş, sonradan polis şöbəsinə çağırılaraq evə girən şəxsləri əvvəlcədən tanımadığı, sonradan adlarını öyrəndiyi Nehrəm qəsəbə sakinləri Ələkbər və Özgan adlı şəxslərin NN dekabr 202N-ci ildə evinə oğurluğa girdiyini öyrənmiş, polislər tərəfindən oğurlanan əşyaların hamısı tapılmış və baxış keçirilərək götürülmüş, evindən bir ədəd içində müxtəlif əşyaların olduğu sandıq və bir ədəd smartfon mobil telefon oğurlanmış, evdən başqa əşya götürülməmişdir. Bundan əlavə zərəçəkmiş şəxs təqsirləndirilən şəxslərdən şikayətçi olduğunu, təqsirləndirilən şəxslərə təyin olunacaq cəzanı məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Babək rayon Nehrəm qəsəbəsində yoldaşı Zərərçəkmiş şəxslə birlikdə yaşayır, təqaüdçüdür. NN dekabr 202N-ci ildən N3 dekabr 202N-ci ilədək qaynı Bəşirin oğlunun toy mərasimi ilə bağlı qaynıgildə qalmış, qaynı Bəşir Nehrəm qəsəbəsində yaşamış, N3 dekabr 202N-ci ildə yoldaşı Əli ilə evə qayıtmış, həyətin hasar qapısını açıb həyətə girmiş, evin giriş qapısına çatdıqda evin qapısından sağda yerləşən pəncərənin qırıq olduğunu görmüş, bu zaman yanında olan yoldaşı Əliyə evə kiminsə girdiyini demiş, evin qapısını açarla açıb evə daxil olduqdan sonra evin giriş qapısı ilə üzbəüz yataq otağının qapısının açıq olduğunu görmüş, həmin otaqda qızıl-zinət əşyalar olduğu üçün çıxarkən həmin otağın qapısını açarla bağlamış, lakin qapı sındırılaraq açılmış, qapıda zədələr olmuş, həmin otağa girdikdən sonra otaqda girişdə solda olan sandığın yerində olmadığını görmüş, evdən çıxan zaman sandığın olduğu otağı və sandığın qapağını qıfılla bağlamış, açarları özü ilə götürmüş, həmin sandığın içərisində qızıl-zinət əşyaları, bankomat kartları, müxtəlif sənədlər, geyim əşyaları, parçalar olmuş, həmin otaqdan başqa heç nə götürülməmiş, otağın yanındakı otağa girmiş, otağa baxan zaman kimsə tərəfindən otaqda nəsə axtarıldığını, otaqda olan yorğan döşəyin arasına, şkafın gözlərinə, şifonerin üzərinə baxılmasını görmüş, otağa göz gəzdirərkən “Redmi note 5” markalı smartfon telefonun yerində olmadığını görmüş, həmin otaqda olan digər əşyalar yerində olmuş, başqa heç nə götürülməmiş, evin digər otaqlarına da baxmış, evdən sandıqdan və telefondan başqa heç nə oğurlanmamış, evinin demək olar ki, hər yeri axtarılmış, bir çox yerdə qan ləkələri mövcud olmuş, yoldaşı Zərərçəkmiş şəxs polisə xəbər vermiş, polislər gəlib evə baxış keçirib getmiş, sonradan polislər yoldaşı Əlini çağırıb evə girən oğruların tapılmasını demiş, Əli polisə gedib gəldikdən sonra evlərindən iki nəfər tanımadığı Ələkbər və Özgan adlı şəxslərin oğurluq etməsini bilmiş, sonradan evdən oğurlanan əşyalar da polis tərəfindən aşkarlanmış, evdən bir ədəd içində müxtəlif əşyaların olduğu sandıq və bir ədəd smartfon mobil telefon oğurlanmış, başqa əşya götürülməmiş, telefon “Redmi Note 5” markalı, qara rəngli olmuş, sandığın içərisində qırmızı qaşlı qızıl üzük, qırıq qızıl sırğa, qızının uşaq vaxtı taxdığı qırmızı və ağ rəngli qaşları olan sırğalar, buta naxışlı üzük, üst hissəsi gül formasında üzük, yarpaq formalı üzük, qırmızı qaşı olan üzük, briliyant qaşlı üzük, “BVLGARİ” yazısı olan üzük, ürək formalı üzük, sırğa, boyunbağı, qolbaq, üzük, dəst gümüşlər, ortasında ərəb yazısı olan klonu olan qızıl boyunbağı və digər xatırlamadığı qızıl-zinət əşyaları, üzərində N976-cı il yazılmış medal, qadın qol saatı, qızının uşaq vaxtı geyindiyi paltarlar, şəxsiyyət vəsiqəsi, mavi, büllur parçalar, stol örtüyü, cib dəsmalları, corablar, qara rəngli əl çantaları, ailə üzvlərinə məxsus olan müxtəlif sənədlər, Qurani- Kərim və digər xatırlamadığı əşyalar olmuş, oğurlanan qızılların hansı dəyərdə olmasını dəqiq bilməmiş, həmin qızılları müxtəlif vaxtlarda müxtəlif qiymətə Zərərçəkmiş şəxs almış, sandığın içərisində başqa qiymətli elə bir əşya pul olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş ŞahidN ifadəsində göstərmişdir ki, o, Babək rayon Nehrəm qəsəbəsində yaşayır, Təqsirləndirilən şəxsN və Təqsirləndirilən şəxs2 Nehrəm qəsəbəsindən tanımış, onlarla münasibəti yaxşı olmuşdur. NN dekabr 202N-ci ildə saat təxminən N2 radələrində Təqsirləndirilən şəxs2 məhəllədə görmüş, onunla söhbətləşən zaman onun telefonuna zəng gəlmiş, o telefonla danışıb qurtardıqdan sonra dayı olduğunu, Türkiyədə yaşayan bacısının övladı olduğunu demiş, ona söz gəlişi bu səbəbdən şirinlik verərsən demiş, həmin gün təxminən saat N7 radələrində Təqsirləndirilən şəxsN ona zəng gəlmiş, Özgan Ələkbərlə birlikdə Nehrəm qəsəbəsində yerləşən “Elsevər” restoranında oturduqlarını və onu gözlədiklərini demiş, təxminən saat N8 radələrində restorana onların yanına getmiş, həmin zaman restoranda Ələkbərlə Özgan oturub pivə içirmiş, özünün də stola əyləşib onlarla birlikdə içməyə başlamış, bir müddət keçdikdən sonra Özganın qardaşı Novruz da gəlmiş, Novruz gəldikdən sonra Ələkbərlə Özgan yeyib-içməyin şotunu verməyə pulu olmadıqlarını gedib bir nəfər var ondan pul alıb şotun verəcəklərini demiş, onlar restorandan çıxıb getmiş, bir müddət keçdikdən sonra Ələkbərlə Özgan restorana qayıtmış, həmin zaman pul tapa bilmədiklərini, Ələkbər onun adına nisyə yazmadıqlarını demiş, həmin restoranı işlədən Zakirin yanına gedərək sabah gətirib hesabı verəcəklərini deyib hesabı nisyə yazdırmış, hesab təxminən N06 manat olmuş, sonra restorandan taksi ilə yaşadığı evə getmiş, Təqsirləndirilən şəxsN və Təqsirləndirilən şəxs2 NN dekabr 202N-ci ildə yanında olarkən “Elsevər” restoranında oğurluq barədə heç nə danışmamış, Zərərçəkmiş şəxs evindən oğurluq etmələrindən xəbəri olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Babək rayon Nehrəm qəsəbəsində yaşayır, Təqsirləndirilən şəxsN qardaşıdır. Təqsirləndirilən şəxs2 Nehrəm qəsəbəsindən tanıyır, Özganın yanında görüb tanımışdır. NN dekabr 202N-ci ildə saat təxminən N8 radələrində Təqsirləndirilən şəxs2 ***-***-**-** nömrəsinə zəng vurub dayı olduğunu və bu səbəblə Nehrəmdə “Elsevər” restoranında Özganla və Ataşla yeyib-içdiklərini demiş, həmin zaman dostuna Bakıya bilet almaq üçün hava limanında olmuş, oradan çıxıb Nehrəmə “Elsevər” restoranına getmiş, Ataş, Ələkbər və Özganın pivə içdiklərini görmüş, onlara qoşulub N-2 bakal pivə içmiş, bir az keçdikdən sonra təxminən N9 radələrində Ələkbər üstündə pul olmadığını, gedib borc alacağını, o da olmasa gedib atasından pul alıb gətirib restoranın şotunu bağlayacağını demiş, Ələkbərlə Özgan bu səbəbdən pul götürmək üçün getmiş, ancaq hara getdiklərini kimdən borc alacaqlarını deməmiş, onlar getdikdən sonra Ataşla restoranda birlikdə oturub onların gəlməsini gözləmiş, təxminən 40 dəqiqə sonra Ələkbər və Özgan qayıtmış, onlar gəldikdən sonra pul tapa bilmədiklərini demiş, Ataş Ələkbərə zamin durmuş, həmin şotu restoranı işlədən Zakir adlı şəxs nisyə yazmış, restorandan birlikdə çıxmışlar, həmin zaman şəhərdə yaşadığından taksi çağırmış, Özgan, Ataş və Ələkbəri taksi ilə Nehrəmdəki evlərinə qoyduqdan sonra həmin taksi ilə Naxçıvan şəhərinə yaşadığı evə getmişdir. Sonradan qardaşı Özganın polislər tərəfindən tutulduğunu eşitmiş, Təqsirləndirilən şəxsN və Təqsirləndirilən şəxs2 NN dekabr 202N-ci ildə yanlarında olarkən “Elsevər” restoranında oğurluq barədə heç bir şey danışmamışlar. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Babək rayon Nehrəm qəsəbəsində yaşayır, Nehrəm qəsəbəsində VAZ 2N07 markalı, **- BC-*** dövlət qeydiyyat nömrə nişanlı maşınla taksi fəaliyyəti ilə məşğul olur, qəsəbədə yaşayan hərbi qulluqçuları əsasən onların xidmət etdiyi hərbi hissələrə aparıb gətirir, hər ayın sonu onlar maaş alan zaman borclarını ödəyir, Təqsirləndirilən şəxsN və Təqsirləndirilən şəxs2 Nehrəm qəsəbəsindən tanıyır, onları taksi kimi müxtəlif yerlərə aparmışdır. Dekabr ayının ortalarında təxminən N6 radələrində Təqsirləndirilən şəxsN mobil telefonuna zəng vurub onu evdən götürməsini demiş, onların məhəlləsinə gedib Özganı və Ələkbəri götürüb Naxçıvan şəhərinə getmiş, Özgan anasının telefonunu aparıb satmaq üçün şəhərə getdiklərini demiş, köhnə Gənclik kafesi ilə üzbəüz olan telefon mağazalarına sürməsini tapşırmış, Ələkbər maşında arxada oturub gözləmiş, Özganla birlikdə maşından düşüb telefonu mağazalara göstərmiş, Özganı taksi kimi müxtəlif yerlərə apardığı üçün təxminən N90 manat borcu olmuş, bu səbəbdən neçəyə satsa heç olmasa borcundan qaytarması üçün onun yanında getmiş, Özganla bir-bir telefon mağazalarına telefonu göstərmiş, telefonun markası “Redmi”, rəngi qara olmuş, bəzi mağazalar ikinci əl telefon götürmədiklərini, bəzilər isə şəxsiyyət vəsiqəsi tələb etdiyindən Özgan telefonu sata bilməmiş, mağazadan çıxdıqdan sonra Nehrəmə qayıtmış, sonradan Babək rayon polisinə çağırılmış, həmin zaman polisdə olarkən Özgan və Ələkbərin satmaq istədikləri telefonun oğurluq olmasını öyrənmiş, telefonu Ələkbərin Əyləncə adasının yaxınlığında ağaclıq əraziyə atdığını və polislərin Ələkbərlə gedib həmin telefonu əraziyə baxış keçirib götürdüklərini öyrənmiş, polislər Təqsirləndirilən şəxsN və Təqsirləndirilən şəxs2 tutduqdan sonra onların satmaq istədiyi telefonu oğurladıqlarını bilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, Babək rayon Nehrəm qəsəbəsində yaşayır, Nehrəm qəsəbəsinin mərkəzində yerləşən “Elsevər” restoranını işlədir, Təqsirləndirilən şəxs2lə Təqsirləndirilən şəxsN qəsəbədən tanımış, NN dekabr 202N-ci ildə axşamüstü restoranda olmuş, Təqsirləndirilən şəxs2 restoranda olan hansısa otaqda oturmuş, hansı otaqda oturması kiminlə oturmasını görməmiş, Təqsirləndirilən şəxs2 yaxınlaşıb borclu qalacaqlarını bildirmiş, ona nisyə vermədiklərini demiş, bir müddət keçdikdən sonra dayısı nəvəsi Ataş çölə çağırmış, Ələkbərlə birlikdə oturduqlarını və hesabı verə bilməyəcəklərini nisyə qalmağını, sonra verəcəklərini demiş, qohum olduğu üçün Ataşla razılaşmış, hesabı ondan alacağını və onun adına nisyə yazdığını demiş, Ataşla razılaşdıqdan sonra onlar restorandan çıxıb getmiş, Ələkbər və Özgan tutulduqdan sonra qəsəbədən kiminsə evindən oğurluq etmələrini bilmiş, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxsN tez-tez restorana gəlməmiş, restoranda heç bir mühafizə kamerası olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin N24-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, müvafiq ekspert rəylərini, o cümlədən cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: N5 dekabr 202N-ci il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə, saat N850 –də şübhəli şəxs qismində tutulmuşdur (i.v İ cild 55-56). N5 dekabr 202N-ci il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxsN həmin tarixdə, saat 2020 –də şübhəli şəxs qismində tutulmuşdur (i.v İ cild 79-80). “Qətimkan tədbirinin seçilməsi haqqında” N7 dekabr 202N-ci il tarixli qərarlardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxsN və Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v İ cild N42-N43, N56-N57). “Qətimkan tədbirinin ləğv edilməsi haqqında” N8 dekabr 202N-ci il tarixli qərarlardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxsN və Təqsirləndirilən şəxs2 barələrində N7 dekabr 202N-ci il tarixdə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirləri ləğv edilmişdir (i.v İ cild 2N0-2NN). Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin 28 dekabr 202N-ci il tarixli, 4- N(092)-N5/202N və 4-N(092)-N6/202N №-li qərarlarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxsN barələrində 28 dekabr 202N-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (i.v İ cild 227-230, 232-234). Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin N9 dekabr 202N-ci il tarixli, 372 №-li məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində, ekspertizaya təqdim edilmiş tədqiqat obyektləri üzrə müəyyənləşdirilən qiymətlər, dekabr 202N-ci il tarixə, aşağıdakı kimi müəyyən edilmişdir: 38 adda qızıl zinət və bəzək əşyalarını ümumilikdə N0757,70 (on min yeddi yüz əlli yeddi) manat - N) 0N ədəd sadə (halqa) üzük, 583 əyarlı qızıl, çəkisi 6.9N qram - 552,80 manat; 2) 0N ədəd üzərində üç ədəd qırmızı rəngli qaşı olan üzük, 583 əyarlı qızıl, çəkisi 4.73 qram, qaşları adi şüşədir -378,40 manat; 3) 0N ədəd üzərində ağ rəngdə qaşları olan üzük 585 əyarlı qızıl, çəkisi 2.73 qram, qaşları adi şüşədir -2N8,40 manat; 4) 0N ədəd ürək formasında olan üzük 880 əyarlı qızıl, çəkisi 4.87 qram -535,70 manat; 5) 0N ədəd buta naxışlı üzük 9N6 əyarlı qızıl, çəkisi 7.84 qram-862,40 manat; 6) 0N ədəd üzərində sapfir qaşı olan üzük 583 əyarlı qızıl, çəkisi 4.47 qram-357,60 manat; 7) 0N ədəd üst hissəsi gül formasında olan üzük 585 əyarlı qızıl, çəkisi 3.93 qram-3N4,40 manat; 8) 0N ədəd üzərində ağ qaşları olan sadə üzük, tərkibi misdən ibarətdir -N2 manat; 9) 0N ədəd üzərində 4 böyük çəhrayı rəngli qaşları olan üzük, 925 əyarlı gümüş, çəkisi 4.94 qram, qaşlar adi şüşədir -24,70 manat; N0) 0N ədəd üzərində 2 ağ rəngli qaşı olan yarpaq formalı üzük, 925 əyarlı gümüş, çəkisi 5.74 qram, qaşlar adi şüşədir-28,70 manat; NN) 0N ədəd üzərində ərəb yazısı olan üzük, tərkibi nikeldən ibarətdir-6 manat; N2) 0N ədəd üzərində qirmizi rəngli qaşı olan üzük, 443 əyarlı qızıl, çəkisi N.0N qram, üstündəki qaşı adi şüşədir-60,60 manat; N3) 0N ədəd üzərində ağ rənglı qaşları olan üzük, 925 əyarlı gümüş, çəkisi 2.70 qram, qaşları adi şüşədir- N3,50 manat; N4) 0N ədəd üzərində 5 ədəd ağ rəngli qaşı olan üzük, 722 əyarlı qızıl, çəkisi 3.44 qram, üstündəki qaşlar orta keyfiyyətli brilyant, 2 ədəd qaş 4 sot, digərləri 2.5 sot-5N9,60 manat; N5) 0N ədəd kənar hissəsində “BVLGARİ” yazısı olan üzük, 585 əyarlı qızıl, çəkisi 3.5 qram, üstündəki qaşlar adi şüşədir -280,00 manat; N6) 0N ədəd üzərində ağ rəngli qaşları olan ürək formalı üzük, 925 əyarlı gümüş, çəkisi 2.77 qram, qaşları adi şüşədir-N3,85 manat; N7) 0N ədəd üzərində “HERMES PARİS” yazısı olan qolbaq tərkibi dəmir və xromdan ibarətdir- 20 manat; N8) 0N ədəd üzərində kiçik ölçüdə muncuqları olan qolbaq, 585 əyarlı qızıl, çəkisi 2.37 qram- N89,60 manat; N9) 0N ədəd üzərində ağ rəngli ürək formasında klonu olan qolbaq, 925 əyarlı gümüş, çəkisi 4.92 qram, qaşları adi şüşədir-24,60 manat; 20) 0N cüt üzərində ağ rəngli qaşları olan çiçək formalı sırğa, 925 əyarlı gümüş, çəkisi 4.09 qram, qaşları adi şüşədir-20,45 manat; 2N) 0N cüt üzərində ağ rəngli qaşları olan ürək formalı üzük, 585 əyarlı qızıl, çəkisi 2.5 qram, qaşları adi şüşədir-200,00 manat; 22) 0N cüt ləçək formalı sırğa, 925 əyarlı gümüş çəkisi 8.53 qram, qaşları adi şüşədir-42,65 manat; 23) 0N cüt üzərində kiçik ölçüdə muncuqları olan sırğa 585 əyarlı qızıl, çəkisi N.8N qram- N44,80 manat; 24) 0N cüt qırmızı qaşı olan sırğa 6N9 əyarlı qızıl, çəkisi N.22 qram, qaşları sapfirdir-N03,70 manat; 25) 0N cüt qırmızı qaşı olan sırğa 585 əyarlı qızıl, çəkisi N.26 qram, qaşları sapfirdir-N00,80 manat; 26) 0N cüt buta formalı sırğa 585 əyarlı qızıl, çəkisi N.29 qram- N03.20 manat; 27) 0N ədəd üzərində ərəb yazılı klonu olan boyunbağı, 585 əyarlı qızıl çəkisi 20,87 qram-N669.60 manat; 28) 0N ədəd klonsuz boyunbağı 585 əyarlı qızıl, çəkisi N0.06 qram-804,80 manat; 29) 0N ədəd boyunbağı 585 əyarlı qızıl, çəkisi 2.84 qram-227,20 manat; 30) 0N ədəd boyunbağı 880 əyarlı qızıl, çəkisi 22.6 qram-2486,0 manat; 3N) 0N ədəd ləçək formalı klonu olan boyunbağı, 925 əyarlı gümüş, çəkisi 5.5N qram, qaşları adi şüşədir -27,55 manat; 32) 0N ədəd ürək formalı klonu olan boyunbağı, 925 əyarlı gümüş, çəkisi 2.5N qram, qaşları adi şüşədir- N2,55 manat; 33) 0N ədəd üzərində dairəvi klonu olan boyunbağı, 925 əyarlı gümüş, çəkisi 2.97 qram, qaşları adi şüşədir-N4,85 manat; 34) 0N cüt bir tayı iki hissəyə qırılmış vəziyyətdə olan sırğa 750 əyarlı qızıl, çəkisi 3.66 qram, qaşları adi şüşədir- 347,70 manat; 35) 0N ədəd üzərində “N976” rəqəmləri yazılmış medal, tərkibi dəmirdən ibarətdir.(satışda olmadığından qiymətləndirmə aparılmadı); 36) 0N ədəd şəffaf rəngli qutuda iki cüt qol düyməsi, plastik tərkiblidir-6 manat; 37) 0N ədəd qolbaq, tərkibi mis və sinkdən ibarətdir-8 manat; 38) 0N ədəd “rolex” markalı qadın saatı, tərkibi misdən ibarətdir-25 manat), 0N ədəd sandıq və sandığın içərisində olan əşyalar- ümumilikdə 9N (doxsan bir) manat -4 dəst uşaq paltarı-32 manat (N dəstin qiyməti 8 manat), NN ədəd cib dəsmalı-NN manat (N ədədin qiyməti N manat), 8 ədəd corab-8 manat (N ədədin qiyməti N manat), 3 ədəd qadın baş örtüyü-N2 manat (N ədədin qiyməti 4 manat), N ədəd ağ rəngli təsbeh-3 manat, N ədəd sandıq-25 manat, 2 ədəd qara rəngli əl çantası (istismara yararsız vəziyyətdə), N ədəd qəhvəyi rəngli qadın əl çantası (istismara yararsız vəziyyətdə), N ədəd sabun qabı (istismara yararsız vəziyyətdə) və 0N ədəd “Redmi Note 5” markalı mobil telefon-NN0 (bir yüz on) manat (i.v İİ cild 22-24). Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X3 23 dekabr 202N-ci il tarixli, NN2 №-li məhkəmə-tibbi ekspertizasının rəyində Təqsirləndirilən şəxsN bədən səthi üzərində xəsarətin hər hansı bir obyektiv əlamətinin aşkar edilməməsi göstərilmişdir (İ.v. İİ cild 27-29). Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X3 23 dekabr 202N-ci il tarixli, NN3 №-li məhkəmə-tibbi ekspertizasının rəyində Təqsirləndirilən şəxs2 sağ əlinin birinci barmağındakı yaranın kəsici əşyanın təsirindən törənməsi, eləcə də şüşə materialın kəsməsi nəticəsində də yarana bilməsi, müddətinin qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.202N-ci il tarixə uyğun gəlməsi və dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsinin təyin edilmədiyi göstərilmişdir (İ.v. İİ cild 30-32). Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X3 24 dekabr 202N-ci il tarixli, 07 №-li məhkəmə tibbi-bioloji ekspertizasının rəyində hadisə yerinə baxış zamanı cinayətin baş verdiyi evdə yataq otağındakı xalçanın üzərindən aşkar edilərək müvafiq qaydada götürülmüş qanabənzər ləkələrin qan olması, insan qanı olması və Təqsirləndirilən şəxs2 qanı ilə eyni, yəni Oαβ qan qrupuna aid olması göstərilmişdir (İ.v. İİ cild 205-207). “İfadələrin yerində yoxlanılması haqqında” 05 yanvar 2022-ci il tarixli protokollardan görünür ki, cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxsN və Təqsirləndirilən şəxs2 ifadələrinin düzgünlüyünü müəyyən etmək və dəqiqləşdirmək üçün ifadələri yerində yoxlanılmış və təqsirləndirilən şəxslər ifadələrində göstərdikləri xüsusatları, ifadələri yerində yoxlanılan zaman da təsdiq etmişlər (İ.v. İİ cild N-N0,NN-N7). “Cinayət işi başlama və icraata qəbul etmək haqqında” N4 dekabr 202N-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v İ cild N). N0 yanvar 2022-ci il tarixli “tanınma üçün təqdim etmə” protokolundan görünür ki, cinayət işi üzrə N0 yanvar 2022-ci ildə Zərərçəkmiş şəxs oğurlanmış qızıl zinət və bəzək əşyalarını və mobil telefonu arvadı Şahid4 gündəlik olaraq istifadə etdiyini və daha yaxşı tanıdığını bildirdiyindən, həmin əşyalar Şahid4 tanınmaya təqdim edilmiş, o, həmin əşyaları əlamətlərinə görə tanımışdır (İ.v. İİ cild 48-49). “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs evindən oğurlanmış cinayətin predmeti olan 38 adda qızıl zinət və bəzək əşyaları, 0N ədəd “Redmi Note 5” markalı mobil telefon, 0N ədəd sandıq və sandığın içərisində olan əşyalar, o cümlədən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxsN və Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulan zaman üzərlərindən götürülən, Təqsirləndirilən şəxsN məxsus “XN6 N0” markalı telefon, Təqsirləndirilən şəxs2 məxsus “Samsung Note 8” markalı telefon cinayət işi üzrə maddi sübut qismində tanınmış, cinayətin predmeti olan və iş üzrə maddi sübut qismində tanınmış 38 adda qızıl zinət və bəzək əşyaları Azərbaycan Respublikası Mərkəzi X9 Respublikası İdarəsinə məsul saxlanca verilmiş, Zərərçəkmiş şəxs ərizəsi nəzərə alınaraq, iş üzrə maddi sübut kimi tanınmış oğurlanan sandığın içərisində olan Zərərçəkmiş şəxs məxsus ümumi vətəndaş pasportu və bankomat kartı, qızı X4 məxsus 3 ədəd bankomat kartı, arvadı Şahid4 məxsus şəxsiyyət vəsiqəsi və bankomat kartı Zərərçəkmiş şəxs qaytarılmışdır (İ.v. İİ cild N84-N98). N №-li hərbi hissə komandirinin N №-li, N7 sentyabr 2020-ci il tarixli əmrindən çıxarışdan görünür ki, kiçik çavuş Təqsirləndirilən şəxsN ehtiyatdan Azərbaycan Ordusunda bağlaşma əsasında 3 (üç) il müddətinə müddətdən artıq həqiqi hərbi xidmətə könüllü qəbul edilərək, N №-li hərbi hissənin qərargah taqımının mühafizə manqasının atıcı-nizamlayıcısı vəzifəsinə təyin edilmişdir (i.v İİ cild 86). N №-li hərbi hissə komandirinin N №-li, N4 dekabr 202N-ci il tarixli əmrindən çıxarışdan görünür ki, qərargah taqımının mühafizə manqasının atıcı-nizamlayıcısı MAHHXHQ-su kiçik çavuş Təqsirləndirilən şəxsN vəzifəsindən azad edilərək, ehtiyata buraxılmışdır (i.v İİ cild 85). Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini -“Naxçıvan” X7 komandirinin 235 №-li, 03 oktyabr 20N9-cu il tarixli əmrindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs2 03 oktyabr 20N9-cu il tarixdən “kiçik çavuş” hərbi rütbəsi verilməklə, Çevik hərəkət taborunun 2-ci çevik hərəkət bölüyünün 3-cü taqımının 2-ci manqasının sürücü - mexaniki vəzifəsinə təyin edilmişdir (i.v İ cild 246). Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini -“Naxçıvan” X7 komandirinin 295 №-li, N4 dekabr 2022-ci il tarixli əmrindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs2 N4 dekabr 2022-ci il tarixdən vəzifəsindən azad edilərək, Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır (i.v İ cild 245). Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyininin Əməliyyat və statistik informasiya bölməsi tərəfindən tərtib edilmiş xx.xx.202N-ci il tarixli tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxsN və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar (i.v İ cild N3-N4). N №-li hərbi hissə komandanlığı tərəfindən verilmiş xx.xx.202N-ci il tarixli xidməti xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxsN mənfi xarakterizə olunmuşdur (i.v İİ cild 83). “Naxçıvan” X2 komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamədə Təqsirləndirilən şəxs2 mənfi xarakterizə edilmişdir (i.v İ cild 244). Babək rayon icra hakimiyyəti başçısının Nehrəm qəsəbə İ.Ə.D üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.202N-ci il tarixli 44N9 və 4420 №-li arayışlardan, görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxsN və Təqsirləndirilən şəxs2 Nehrəm qəsəsbəsində daimi qeydiyyatda olmaqla yaşayırlar (i.v İ cild NN0-NNN). Beləliklə, məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” N3 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 200N-ci il, “X8rşı” 09 dekabr N994-cü il və “Hacianastassion Yunanıstana qarşı” N6 dekabr N992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.N-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X6 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.20NN-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olubolmadığını müəyyən etməkdir. Bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə tərəflərin çəkişməsi prinsipini təmin etməklə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxslər onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və ya müdafiəçiləri vasitəsilə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşlar. Təqsirləndirilən şəxslərin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində onlara imkan yaradılmış, təqsirləndirilən şəxslər və onların müdafiəçiləri sübutların tədqiqində iştirak etmişlər, onlar məhkəmə istintaqında dindirilmiş şəxslərə suallar vermişlər və sərbəst şəkildə müdafiə hüquqlarını həyata keçirmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 35N.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin N44-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin N45-ci maddəsinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin N39-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.N-ci maddəsinin şərh edilməsinə dair” N7 mart 20NN-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Beləliklə, cinayət işi üzrə toplanmış sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin N43-N46-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxsN və Təqsirləndirilən şəxs2 törətdikləri əməlləri Azərbaycan Respublikası CM-nin N77.2.N, N77.2.3 və N77.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Belə ki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, N nömrəli Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxsN və Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmələri mübahisəsiz haldır. Əks nəticəyə gəlmək üçün heç bir əsas yoxdur. Onlar törətdikləri cinayət əməllərinə görə təqsirli bilinib həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin N26.6-cı maddəsinin tələbinə görə təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsləri və şahidləri dinləyərək iş materiallarını nəzərdən keçirib, iş üzrə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərin yuxarıda göstərilən cinayət əməllərini törətməkdə təqsirli olmaları onların həmin cinayəti məhkəmə iclasında tam etiraf etmələri ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, eləcə də tədqiq edilmiş məhkəmə tibbi-bioloji ekspertizasının 24 dekabr 202N-ci il tarixli, 07 №-li rəyi, məhkəmə-əmtəəşünaslıq ekspertizasının N9 dekabr 202N-ci il tarixli, 372 №-li rəyi, “İfadələrin yerində yoxlanılması haqqında” 05 yanvar 2022ci il tarixli protokollarla və eləcə də işdə olan digər materiallarla kifayət qədər sübuta yetirilmişdir. Məhkəmədə təqsirləndirilən şəxslərin törətdikləri əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin N77.2.N, N77.2.3 və N77.2.4-cü maddələrinin sanksiyasında -bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.N.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 20N2-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Qanunverici Cinayət Məcəlləsinin 59.N.N-59.N.N4-cü maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, Cinayət Məcəlləsinin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxsN məhkəmə istintaqında özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanın tamamilə ödənilməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanın tamamilə ödənilməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Eyni zamanda məhkəmə istintaqında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 6N-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxsN və Təqsirləndirilən şəxs2 barəsində onların cəzalarını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.N-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 4N.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qeyd etmək lazımdır ki, məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qutsardi İtaliyaya” qarşı işində göstərmişdir ki, Avropa Konvensiyasının 5-ci maddəsinin N-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur. Məhkəmələrin qarşısında duran məqsəd heç kəsin qanunsuz olaraq “azadlıqdan məhrum” edilməməsini təmin etməkdir. 5ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin növünə, bu növ tədbirlərin məhkuma təsiri, tədbir növlərinin müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr N996-cı il tarixli 4 №-li Qərarının N3-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər...Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə N7 yanvar N970-ci il tarixli qərar; Piersack Belçikaya qarşı iş üzrə 0N oktyabr N982-ci il tarixli qərar; XN2rşı iş üzrə 26 oktyabr N984-cü il tarixli qərar) ədalətin bərpasını belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Beləliklə, Cinayət Qanununun yuxarıda sadalanan müddəaları cəza təyini zamanı məhkəmənin üzərinə vəzifə qoyur ki, təqsirkara elə cəza təyin etsin ki, bu cəzanın məqsədlərinə cavab versin, o cümlədən məhkumun islah edilməsini təmin etsin, sosial ədaləti bərpa etsin, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət etsin. Beləliklə, məhkəmə təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndirilən şəxslərin şəxsiyyətini, onların cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxsN və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Başqa sözlə, məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxslərin təqsirli bilindikləri maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyi halda həmin cəza nə təqsirləndirilən şəxslərin özünə münasibətdə islahedici (tərbiyələndirici) funksiyasını, nə də digər şəxslərə münasibətdə xəbərdaredici rolunu səmərəli şəkildə yerinə yetirə, Cinayət Məcəlləsinin 4N.2-ci maddəsində təsbit olunmuş cəzanın məqsədlərinin realizə edilməsini, o cümlədən sosial ədalətin bərpasını təmin edə bilməz. Məhkəmə cəzaçəkmə müəsissəsinin növünü müəyyən edərkən belə qənaətə gəlir ki, Azərbaycan Respublikası CM-in N77.2-ci maddəsi az ağır cinayətlər kateqoriyasına aid olduğundan Təqsirləndirilən şəxsN və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.N.2-ci maddəsinə müvafiq olaraq təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.N.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsN barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli 28 dekabr 202N-ci il tarixdən hesablanmalı, şəxsin N5 dekabr 202N-ci tarixdən N7 dekabr 202N-ci il tarixədək, yəni şübhəli şəxs qismində tutulduğu 02 (iki) günlük müddət Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən bir günə bir gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla, ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli 28 dekabr 202N-ci il tarixdən hesablanmalı, şəxsin N5 dekabr 202N-ci tarixdən N7 dekabr 202N-ci il tarixədək, yəni şübhəli şəxs qismində tutulduğu 02 (iki) günlük müddət Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən bir günə bir gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla, ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının CPM-nin N58.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin N32 və 346cı maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması ilə bağlı belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutlar - Azərbaycan Respublikası Mərkəzi X9 Respublikası İdarəsinə məsul saxlanca verilmiş 38 adda qızıl zinət və bəzək əşyalarıüzərində “SWEET LOVE” yazılmış qara rəngli qutu və həmin qutunun içərisində 0N ədəd sadə (halqa) qızıl üzük, 0N ədəd üzərində üç ədəd qırmızı rəngli qaşı olan qızıl üzük, 0N ədəd üzərində ağ rəngli qaşları olan qızıl üzük, 0N ədəd ürək formasında olan qızıl üzük, 0N ədəd buta naxışlı qızıl üzük, 0N ədəd üzərində sapfir qaşı olan qızıl üzük, 0N ədəd üst hissəsi gül formasında olan qızıl üzük, 0N ədəd üzərində ağ qaşları olan sadə mis üzük, 0N ədəd üzərində 4 böyük çəhrayı rəngli qaşları olan gümüş üzük, 0N ədəd üzərində 2 ağ rəngli qaşı olan yarpaq formalı gümüş üzük, 0N ədəd üzərində ərəb yazısı olan nikel üzük, 0N ədəd üzərində qırmızı rəngli qaşı olan qızıl üzük, 0N ədəd üzərində ağ rəngli qaşları olan gümüş üzük, 0N ədəd üzərində 5 ədəd ağ rəngli briliant qaşı olan qızıl üzük, 0N ədəd kənar hissəsində “BVLGARİ” yazısı olan qızıl üzük, 0N ədəd üzərində ağ qaşları olan ürək formalı gümüş üzük, 0N ədəd üzərində “HERMES PARİS” yazısı olan tərkibi dəmir və xrom olan qolbaq, 0N ədəd üzərində kiçik ölçüdə muncuqları olan qızıl qolbaq, 0N ədəd üzərində ağ rəngli ürək formasında klonu olan gümüş qolbaq, 0N cüt üzərində ağ rəngli qaşları olan çiçək formalı gümüş sırğa, 0N cüt üzərində ağ rəngli qaşları olan ürək formalı qızıl üzük, 0N cüt ləçək formalı gümüş sırğa, 0N cüt üzərində kiçik ölçüdə muncuqları olan qızıl sırğa, 0N cüt qırmızı qaşı olan qızıl sırğa, 0N cüt qırmızı qaşı olan qızıl sırğa, 0N cüt buta formalı qızıl sırğa, 0N cüt üzərində ərəb yazılı klonu olan qızıl boyunbağı, 0N ədəd klonsuz qızıl boyunbağı, 0N ədəd qızıl boyunbağı, 0N ədəd qızıl boyunbağı, 0N ədəd ləçək formalı klonu olan gümüş boyunbağı, 0N ədəd ürək formalı klonu olan gümüş boyunbağı, 0N ədəd üzərində dairəvi klonu olan gümüş boyunbağı, 0N cüt bir tayı iki hissəyə qırılmış vəziyyətdə olan qızıl sırğa, 0N ədəd üzərində “N976” rəqəmləri yazılmış dəmir medal, 0N ədəd şəffaf rəngli qutuda 2 cüt plastik qol düyməsi, 0N ədəd tərkibi sink və misdən ibarət olan qolbaq, N ədəd “rolex” markalı mis qadın saatı və Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsində saxlanılan 0N ədəd “Redmi Note 5” markalı mobil telefon, N ədəd sandıq və sandığın içərisində olan əşyalar (3 ədəd arayış, 3 ədəd attestat, N ədəd qiymət kitabçası, N ədəd şəhadətnamə, N ədəd təqaüdçü kitabçası, 2 ədəd diplom və diploma əlavə, 2 ədəd komsomol vəsiqəsi, N ədəd həmkarlar ittifaqından verilmiş vəsiqə, N ədəd tələbə bileti, 2 ədəd VÖEN şəhadətnaməsi, N ədəd etibarnamə, girov müqaviləsi və icarə müqaviləsi, 2 ədəd özəlləşdirmə payı, N5 ədəd rus dilində yazılmış arayışlar, vəsiqə və digər sənədlər, N ədəd 50000-lik əskinas olan iran realı, N ədəd N000lik əskinas və N ədəd N00-lük əskinas olan sovet rublu, fotoşəkillər, vizitkalar, reklam kartları, qəbzlər, N ədəd kitabça halında olan Qurani-Kərim, 5 ədəd torpağın mülkiyyət hüququna dair, 3 ədəd torpağın mülkiyyətə verilməsinə dair dövlət aktları, 4 ədəd CD, N ədəd üzərində “Marlboro” yazılmış boş vəziyyətdə olan siqaret qutusu, N ədəd qara dəstəyi olan bıçaq, N ədəd möhür, 4 ədəd açar, N ədəd qəhvəyi rəngli içi boş vəziyyətdə olan qutu, 4 ədəd üzərində fars yazıları olan dəmir pul, 4 dəst uşaq paltarı, NN ədəd cib dəsmalı, 8 ədəd corab, 3 ədəd qadın baş örtüyü, N ədəd ağ rəngli təsbeh, 2 ədəd qara rəngli əl çantası (istismara yararsız vəziyyətdə), N ədəd qəhvəyi rəngli qadın əl çantası (istismara yararsız vəziyyətdə), N ədəd sabun qabı (istismara yararsız vəziyyətdə)) hökm qanuni qüvvəsini aldıqdan sonra Zərərçəkmiş şəxs; - Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsində saxlanılan Təqsirləndirilən şəxsN məxsus “XN6 N0” markalı mobil telefon hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxsN, Təqsirləndirilən şəxs2 məxsus “Samsung Note 8” markalı mobil telefon isə hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs2 qaytarılmalı; - Oğurlanan sandığın içərisində olan Zərərçəkmiş şəxs məxsus ümumi vətəndaş pasportu və bankomat kartı, qızı X4 məxsus 3 ədəd bankomat kartı, arvadı Şahid4 məxsus şəxsiyyət vəsiqəsi və bankomat kartı Zərərçəkmiş şəxs qaytarıldığından onun istifadəsinə verilmiş hesab edilməlidir. Həmçinin cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxsN və Təqsirləndirilən şəxs2 ibtidai istintaq dövründə dindirilməsi zamanı aparılmış videoçəkilişlərin olduğu 0N (bir) ədəd DVD disk, o cümlədən Təqsirləndirilən şəxsN və Təqsirləndirilən şəxs2 ifadələrinin yerində yoxlanılması zamanı aparılmış videoçəkilişlərin olduğu 0N (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia, xüsusi müsadirə edilməli əmlak və məhkəmə məsrəfləri yoxdur. İş üzrə təqsirləndirilən şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsaslar yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 35N-353, 356, 358, 38N, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxsN Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin N77.2.N, N77.2.3 və N77.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxsN şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün təyin edilmiş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxsN cəzaçəkmə müddətinin əvvəli 28 dekabr 202N-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxsN barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilsin. Təqsirləndirilən şəxsN təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin N77.2.N, N77.2.3 və N77.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 2 (iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün təyin edilmiş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 2 (iki) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 28 dekabr 202N-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Mərkəzi X9 Respublikası İdarəsinə məsul saxlanca verilmiş 38 adda qızıl zinət və bəzək əşyalarıüzərində “SWEET LOVE” yazılmış qara rəngli qutu və həmin qutunun içərisində 0N ədəd sadə (halqa) qızıl üzük, 0N ədəd üzərində üç ədəd qırmızı rəngli qaşı olan qızıl üzük, 0N ədəd üzərində ağ rəngli qaşları olan qızıl üzük, 0N ədəd ürək formasında olan qızıl üzük, 0N ədəd buta naxışlı qızıl üzük, 0N ədəd üzərində sapfir qaşı olan qızıl üzük, 0N ədəd üst hissəsi gül formasında olan qızıl üzük, 0N ədəd üzərində ağ qaşları olan sadə mis üzük, 0N ədəd üzərində 4 böyük çəhrayı rəngli qaşları olan gümüş üzük, 0N ədəd üzərində 2 ağ rəngli qaşı olan yarpaq formalı gümüş üzük, 0N ədəd üzərində ərəb yazısı olan nikel üzük, 0N ədəd üzərində qırmızı rəngli qaşı olan qızıl üzük, 0N ədəd üzərində ağ rəngli qaşları olan gümüş üzük, 0N ədəd üzərində 5 ədəd ağ rəngli briliant qaşı olan qızıl üzük, 0N ədəd kənar hissəsində “BVLGARİ” yazısı olan qızıl üzük, 0N ədəd üzərində ağ qaşları olan ürək formalı gümüş üzük, 0N ədəd üzərində “HERMES PARİS” yazısı olan tərkibi dəmir və xrom olan qolbaq, 0N ədəd üzərində kiçik ölçüdə muncuqları olan qızıl qolbaq, 0N ədəd üzərində ağ rəngli ürək formasında klonu olan gümüş qolbaq, 0N cüt üzərində ağ rəngli qaşları olan çiçək formalı gümüş sırğa, 0N cüt üzərində ağ rəngli qaşları olan ürək formalı qızıl üzük, 0N cüt ləçək formalı gümüş sırğa, 0N cüt üzərində kiçik ölçüdə muncuqları olan qızıl sırğa, 0N cüt qırmızı qaşı olan qızıl sırğa, 0N cüt qırmızı qaşı olan qızıl sırğa, 0N cüt buta formalı qızıl sırğa, 0N cüt üzərində ərəb yazılı klonu olan qızıl boyunbağı, 0N ədəd klonsuz qızıl boyunbağı, 0N ədəd qızıl boyunbağı, 0N ədəd qızıl boyunbağı, 0N ədəd ləçək formalı klonu olan gümüş boyunbağı, 0N ədəd ürək formalı klonu olan gümüş boyunbağı, 0N ədəd üzərində dairəvi klonu olan gümüş boyunbağı, 0N cüt bir tayı iki hissəyə qırılmış vəziyyətdə olan qızıl sırğa, 0N ədəd üzərində “N976” rəqəmləri yazılmış dəmir medal, 0N ədəd şəffaf rəngli qutuda 2 cüt plastik qol düyməsi, 0N ədəd tərkibi sink və misdən ibarət olan qolbaq, N ədəd “rolex” markalı mis qadın saatı və Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsində saxlanılan 0N ədəd “Redmi Note 5” markalı mobil telefon, 0N ədəd sandıq və sandığın içərisində olan əşyalar (3 ədəd arayış, 3 ədəd attestat, N ədəd qiymət kitabçası, N ədəd şəhadətnamə, N ədəd təqaüdçü kitabçası, 2 ədəd diplom və diploma əlavə, 2 ədəd komsomol vəsiqəsi, N ədəd həmkarlar ittifaqından verilmiş vəsiqə, N ədəd tələbə bileti, 2 ədəd VÖEN şəhadətnaməsi, N ədəd etibarnamə, girov müqaviləsi və icarə müqaviləsi, 2 ədəd özəlləşdirmə payı, N5 ədəd rus dilində yazılmış arayışlar, vəsiqə və digər sənədlər, N ədəd 50000-lik əskinas olan iran realı, N ədəd N000-lik əskinas və N ədəd N00-lük əskinas olan sovet rublu, fotoşəkillər, vizitkalar, reklam kartları, qəbzlər, N ədəd kitabça halında olan Qurani-Kərim, 5 ədəd torpağın mülkiyyət hüququna dair, 3 ədəd torpağın mülkiyyətə verilməsinə dair dövlət aktları, 4 ədəd CD, N ədəd üzərində “Marlboro” yazılmış boş vəziyyətdə olan siqaret qutusu, N ədəd qara dəstəyi olan bıçaq, N ədəd möhür, 4 ədəd açar, N ədəd qəhvəyi rəngli içi boş vəziyyətdə olan qutu, 4 ədəd üzərində fars yazıları olan dəmir pul, 4 dəst uşaq paltarı, NN ədəd cib dəsmalı, 8 ədəd corab, 3 ədəd qadın baş örtüyü, N ədəd ağ rəngli təsbeh, 2 ədəd qara rəngli əl çantası (istismara yararsız vəziyyətdə), N ədəd qəhvəyi rəngli qadın əl çantası (istismara yararsız vəziyyətdə), N ədəd sabun qabı (istismara yararsız vəziyyətdə)) hökm qanuni qüvvəsini aldıqdan sonra Zərərçəkmiş şəxs qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış və Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsində saxlanılan Təqsirləndirilən şəxsN məxsus “XN6 N0” markalı mobil telefon hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxsN, Təqsirləndirilən şəxs2 məxsus “Samsung Note 8” markalı mobil telefon isə hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs2 qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış -oğurlanan sandığın içərisində olan Zərərçəkmiş şəxs məxsus ümumi vətəndaş pasportu və bankomat kartı, qızı X4 məxsus 3 ədəd bankomat kartı, arvadı Şahid4 məxsus şəxsiyyət vəsiqəsi və bankomat kartı Zərərçəkmiş şəxs qaytarıldığından onun istifadəsinə verilmiş hesab edilsin. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxsN və Təqsirləndirilən şəxs2 ibtidai istintaq dövründə dindirilməsi zamanı aparılmış videoçəkilişlərin olduğu 0N (bir) ədəd DVD disk, o cümlədən Təqsirləndirilən şəxsN və Təqsirləndirilən şəxs2 ifadələrinin yerində yoxlanılması zamanı aparılmış videoçəkilişlərin olduğu 0N (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia, xüsusi müsadirə edilməli əmlak və məhkəmə məsrəfləri yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm 20 (iyirmi) günlük müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Abil Orucəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar