Məhkəmə qərarları › İş №1-1(092)-11/2023

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-11/2023

03.05.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-11/2023 03.05.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: Orucəliyev Abil Elmar oğlunun sədrliyi, Məhkəmə iclas katibi: X1N oğlunun katibliyi, Dövlət ittihamçısı: Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Naxçıvan şəhər Vəkil Bürosunun (Naxçıvan Şəhər Hüquq Məsləhətxanasının) vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxxxx 199N-ci il tarixində Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali hərbi təhsilli, evli (himayəsində bir az yaşlı uşağı olan), əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmaqla,ünvan N ünvanında yaşayan, N №-li hərbi hissədə poliqon rəisinin müavini vəzifəsində, baş leytenant hərbi rütbəsində xidmət edən, N4 fevral N0N3-cü il tarixində barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş, XXXXXX XXXXX XXXXX OĞLUNUN Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 330.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xidməti vəziyyətinə görə ona birbaşa rəis hesab olunan mayor Zərərçəkmiş şəxs hərbi xidmət üzrə öz vəzifələrini yerinə yetirməsi ilə əlaqədar olaraq zor tətbiq etmişdir. Belə ki, o, N №-li hərbi hissənin “Bayraktar-TBN” silahlı pilotsuz uçuş aparatlarının idarəetmə bölmə rəisinin baş köməkçisi-əməliyyat zabiti vəzifəsində, kapitan hərbi rütbəsində xidmət edərkən 0N yanvar N0N3-cü ildə saat 07:50 radələrində döyüş növbətçiliyinin aparılması zamanı vəzifəcə ona rəis hesab olunan “Bayraktar-TBN” silahlı pilotsuz uçuş aparatları dəstəsinin uçuşa nəzarət və standartlaşdırma bölməsinin rəisidəstə komandirinin uçuşu standartlaşdırma üzrə müavini vəzifəsində xidmət edən mayor Zərərçəkmiş şəxs ilə xidməti fəaliyyətlə əlaqədar telefon danışığı zamanı müraciət qaydalarını pozduğuna görə aralarında narazılıq yaranmış, bundan sonra Təqsirləndirilən şəxs döyüş növbətçiliyindən sonra onu gözləməsi ilə bağlı verdiyi tapşırığı yerinə yetirməyərək xidmət yerindən getdiyindən, Zərərçəkmiş şəxs hərbi hissəyə gedib həmin vaxt növbədən çıxan şəxsi heyətə səlahiyyəti olmadığı halda “toplanış” komandası vermiş, Təqsirləndirilən şəxs şəxsi heyətin ona görə hərbi hissəyə qaytarılması səbəbindən həmin gün saat 08:50 radələrində hərbi hissəyə qayıdaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 9-cu maddəsində nəzərdə tutulan “Tutduğu vəzifələrinə və hərbi rütbələrinə görə hərbi qulluqçular biri o birinə münasibətdə rəis və yaxud tabe olandır... Tabelikdə olanlar rəislərinə sözsüz tabe olmağa borcludurlar”, 38-ci maddəsində “hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar” tələblərini pozaraq hərbi hissənin yerüstü idarəetmə məntəqəsinin qarşısında Zərərçəkmiş şəxs nalayiq ifadə işlədərək onun sağ göz nahiyəsindən bir yumruq zərbəsi vurmaqla, yaxasından tutub badalaq verərək yerə yıxmaqla, hər iki əli ilə onun bel nahiyəsindən sıxmaqla ona dərəcəsinə görə sağlamlığa zərər vurmayan “sağ göz ətrafı və sağ almacıq nahiyəsinin qançırı” xəsarətini yetirməklə tabelikdə olan şəxs kimi xidmət üzrə öz vəzifələrini yerinə yetirməsi ilə əlaqədar olaraq rəisə qarşı zor tətbiq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş baş leytenant Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 330.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, o, 01 yanvar N0N3-cü il saat N0:00 tarixdən 0N yanvar N0N3-cü il saat 08:00 tarixə qədər növbədə olmuş və növbə rəisi kimi fəaliyyət göstərmişdir. 0N yanvar N0N3-cü il tarixdə Mərkəzi Qərargah tərəfindən həmin gün uçuş üçün ən geci saat 07:30-da “Bayraktar TB-N” pilotsuz uçuş aparatının qaldırılması tapşırılmış, “Bayraktar TB-N” saat 07:N6-da havaya qaldırılmışdır. “Bayraktar TB-N” pilotsuz uçuş aparatı havaya qaldırılmazdan əvvəl X3 təyyarənin uçuşa hazırlanması barədə, təyyarə havaya qaldırıldıqda təyyarənin havada olması barədə, daha sonra isə, dəstə komandirinə məlumat verilmişdir. Həmin gün dəstə komandiri mayor Firudin Nəzərov məzuniyyətdə olduğundan onun vəzifələrini yuxarı rəis kimi faktiki olaraq mayor Zərərçəkmiş şəxs icra etmiş, hər zaman təyyarə havaya qaldırıldıqdan sonra dəstə komandirinə bu barədə məlumat verildiyindən, bu barədə o, mayor Zərərçəkmiş şəxs mobil nömrəsinə mesaj yazaraq məlumat vermiş, təxminən bir neçə dəqiqə sonra mayor Zərərçəkmiş şəxs onun mobil telefonuna zəng etmiş və “saat 07:00-dan sonra təyyarəni qaldıracaqdınızsa əvvəlki növbə yox, təzə növbə gəlib qaldırsın” deyərək iradını bildirmişdir. O da “oldu, növbəti dəfə belə olmaz” deyib telefonu söndürmüş, təxminən N0- 30 dəqiqə sonra mayor Rzayev yenidən ona zəng vurmuş, o da mayor Rzayev ona xidməti yox, şəxsi mobil telefonu vasitəsilə zəng etdiyindən, habelə əvvəllər onlara şəxsi telefon vasitəsilə danışdığınız zaman rütbə və s. bu kimi məlumatları bildirməmək barədə göstəriş verildiyindən mayor Rzayevə rəsmi formada müraciət etməmiş və telefonu açıb “alo” demişdir. Mayor Rzayev də “alo nədi, niyə bəli, cənab mayor demirsən” deyə cavab vermiş, o da növbədən çıxıb yuxusuz olduğuna görə əsəbləşib müraciət qaydasını pozmuş və mayor Rzayevə “sən” deyə müraciət etmişdir. Daha sonra o, telefonu söndürmüş və mayor Rzayevin digər zəngini açmamışdır. Mayor Rzayev də yeni növbə rəisi mayor İsmayılova zəng vurub ona getməməyini və gözləməyini deməsini bildirmiş, lakin o, mayor İsmayılovun deməsinə baxmayaraq, mayor Rzayevlə arasında mübahisənin daha da böyüməməsi üçün onu gözləməyib getmiş, evə çatanda kapitan Şahid3 ona zəng vurub mayor Rzayevin istirahətə gedən növbə üçün toplanış verdiyini bildirmiş, o da bu toplanışın ona görə verildiyini düşünmüş və kapitan Mustafayevə “toplanış mənə görə verilib, gedirəm hərbi hissəyə deyim ki, gəlmişəm, sizə toplanış verilməsin” demişdir. Mayor Rzayev toplanış verdikdən sonra o, hərbi hissəyə qayıtmış, mayor Rzayevi tapıb ona rəsmi qaydada müraciət etmiş və onunla gəlib söhbət etməsini xahiş etmişdir. Söhbət zamanı o, mayor Rzayevə “mənə görə niyə toplanış verirsiniz?” demiş, mayor Rzayev də cavabında “mən komandirəm, belə qərara gəlmişəm” demişdir. O, da bu toplanışın ona cəza vermək məqsədilə verilməsini düşünmüş, həm də yuxusuz olduğuna görə əsəbləşib sol əli ilə mayor Rzayevin sifətindən, yəni sağ gözünün almacıq nahiyəsindən bir yumruq zərbəsi vurmuş, daha sonra mayor Rzayev onun üzərinə gəlmiş, o da badalaq verərək mayor Rzayevi yerə yıxmış, yerdə olanda mayor Rzayevə hər hansı zərbə vurmamışdır. Onlar yerdə olarkən mayor Şahid1 onları aralaşdırmış və orada olan leytenant Vəliyevə də onu kənara aparmasını bildirmişdir. Hadisədən sonra o, mayor Rzayevdə nə cür xəsarət yarandığını görməmiş, baş verən hadisə ilə əlaqədar hərbi rütbəsi bir pillə aşağı salınmış və xidmət etdiyi hərbi hissə dəyişdirilmişdir. Həmçinin Təqsirləndirilən şəxs ifadəsində mayor Zərərçəkmiş şəxs qarşı etdiyi əməllərindən peşman olduğunu, hadisədən sonra ondan üzr istəyərək onunla barışdığını, zərərçəkmiş şəxsin onu bağışlamaqla ona qarşı heç bir şikayət və tələbinin olmadığını, hal-hazırda mayor Rzayevlə münasibətlərinin normal olduğunu, himayəsində bir azyaşlı uşağının olmasını bildirərək, barəsində ədalətli hökm çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməllərə görə məhkəmə istintaqında özünü təqsirli bilməsinə dair ifadəsini məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutlarla əlaqəli şəkildə araşdıraraq qiymətləndirmişdir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin elan olunmuş ittiham üzrə qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması, onun məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə tədqiq olunmuş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokollar, ekspert rəyi, həmçinin tədqiq olunan sübut xarakterli digər iş materialları ilə tam sübuta yetirilmiş, beləliklə də, təqsirləndirilən şəxsin törətdiyi əməllərə görə öz təqsirini etiraf etməsi iş üzrə məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş mayor Zərərçəkmiş şəxs verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, o, xx.xx.N0N3-cü il tarixdə saat 07:N6 radələrində xidmətlə əlaqədar N0N1-ci ilin may ayından etibarən tanıdığı Təqsirləndirilən şəxs “Bayraktar TB-N” pilotsuz uçuş aparatının havaya qalxması ilə bağlı SMS almış, o, təyyarənin nəyə görə həmin vaxtda havaya qalxdığını öyrənmək üçün Təqsirləndirilən şəxs zəng etmiş, Təqsirləndirilən şəxs da ona Mərkəzi Qərargahdan bu cür tapşırıq aldığını bildirmişdir. Bundan sonra o, Mərkəzi Qərargaha zəng vurub təyyarənin təxirəsalınmaz hallar istisna olmaqla, saat 07:00-a qədər havaya qaldırılmalı olduğunu bildirmiş, orada olan mayor Ağayev də ona düz dediyini və yadından çıxdığını bildirmiş, o, da Təqsirləndirilən şəxs zəng vurub bunu bildirmək istəmiş, Təqsirləndirilən şəxs da telefonu açıb “hə” deyə müraciət etdikdə, o da Təqsirləndirilən şəxs “cənab mayor demirsən, barı bəli de” deyə bildirmişdir. Təqsirləndirilən şəxs da cavabında ona “səhər-səhər nolub sənə, sonra gələrsən söhbət edərik” demiş və telefonu söndürmüşdür. Daha sonra o, Təqsirləndirilən şəxs zəng vurduqda Təqsirləndirilən şəxs telefona cavab verməmiş, o da yeni növbə rəisi Şahid1 zəng vurub Təqsirləndirilən şəxs orada onu gözləməsini deməsini bildirmişdir. O, Təqsirləndirilən şəxs görə yox, şəxsi heyətə uçuş qaydaları barədə məlumat vermək üçün növbədən çıxan şəxsi heyəti geri çağırmış, daha sonra Təqsirləndirilən şəxs hərbi hissəyə gəlib ona düzgün formada müraciət edib söhbət etmək üçün çağırmışdır. Təqsirləndirilən şəxs N-3 dəqiqə səbr etsə, onun əsl niyyətinin Təqsirləndirilən şəxs cəzalandırmaq yox, şəxsi heyətə təlimat vermək olduğunu biləcəkmiş. Lakin Təqsirləndirilən şəxs gözləmədən ona “sən kimsən ki, mənə görə toplanış komandası verirsən” demiş, o da cavabında Təqsirləndirilən şəxs “cənab kapitan, “sən” yox, “siz” deyə müraciət etməlisiniz və siz mənim qərarımı müzakirə edə bilməzsiniz” cavabını vermiş, Təqsirləndirilən şəxs da “Vasid mən bundan sonra sənə “sən” deyə müraciət edəcəyəm” deyib, ona qarşı nalayiq ifadə işlədərək heç gözləmədiyi halda onun sağ gözünün almacıq nahiyəsindən bir yumruq zərbəsi vurmuş, o da gözünü tutub Təqsirləndirilən şəxs tərəf əyildikdə Təqsirləndirilən şəxs onu yerə yıxmışdır. Səs-küyə gələn mayor Şahid1 onları aralaşdırmışdır. Daha sonra o, gedib hadisə barədə aidiyyatı üzrə hərbi hissə komandirinə məruzə etmiş və evə getmişdir. Təqsirləndirilən şəxs ona yumruq zərbəsi vurduqdan sonra ağır xəsarət almamış, sadəcə zərbə yerində biraz qızartı olmuşdur. Həmçinin mayor Zərərçəkmiş şəxs ifadəsində hadisə ilə bağlı araşdırma getdiyi müddətdə və Təqsirləndirilən şəxs rütbəsi bir pillə aşağı salınmaqla başqa hərbi hissəyə təyin edildikdən sonra Təqsirləndirilən şəxs ona zəng vurub ondan üzr istədiyini, özünün onu bağışlamaqla ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, baş leytenant Təqsirləndirilən şəxs barəsində ədalətli hökm çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş mayor Şahid1 verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən özünün 0N yanvar N0N3-cü il tarixdə saat 08:00dan saat N0:00-dək N nömrəli hərbi hissədə növbə rəisi olduğunu və silahlı uçuş aparatlarının döyüş növbətçiliyini baş leytenant Təqsirləndirilən şəxs təhvil aldığını, təxminən saat 07:55 radələrində mayor Zərərçəkmiş şəxs onun mobil telefonuna zəng vuraraq baş leytenant Təqsirləndirilən şəxs onun zənglərinə cavab vermədiyini, növbədən çıxdıqdan sonra onu hərbi hissədə gözləməsini bildirdiyini, bu barədə baş leytenant Təqsirləndirilən şəxs məlumat verdiyini, təxminən saat 08:10 radələrində mayor Zərərçəkmiş şəxs döyüş növbətçiliyini apardıqları anqara daxil olub baş leytenant Təqsirləndirilən şəxs harda olduğunu soruşduğunu, baş leytenant Təqsirləndirilən şəxs hərbi hissədə olduğunu bildirdikdə mayor Zərərçəkmiş şəxs baş leytenant Təqsirləndirilən şəxs hərbi hissədə olmadığını dediyini, bundan sonra mayor Zərərçəkmiş şəxslə anqarın içərisində yerləşən kunqa getdiklərini, orada olan zaman mayor Zərərçəkmiş şəxs kapitan Şahid3 zəng edərək köhnə növbəyə “toplanış” komandası verdiyini, təxminən saat 08:50 radələrində ərazidə olan zaman baş leytenant Təqsirləndirilən şəxs hərbi hissəyə gəldiyini, Təqsirləndirilən şəxs mayor Zərərçəkmiş şəxs harda olduğunu soruşan zaman anqarda və ya yerüstü idarəetmə məntəqəsində olduğunu bildirdiyini, baş leytenant Təqsirləndirilən şəxs yerüstü idarəetmə məntəqəsinə tərəf getdiyini, özünün isə anqara tərəf qayıtdğını, həmin zaman ŞahidN gələrək həmin gün təyyarələrdə görüləcək texniki işlər barədə ona məlumat verdiyini, onunla söhbət edərkən təxminən 40-50 metr aralıda olan yerüstü idarəetmə məntəqəsinin qarşısından səs eşitdiklərini və o, tərəfə baxdıqda Zərərçəkmiş şəxs önə doğru əyildiyini, Təqsirləndirilən şəxs isə hər iki əli ilə onun bel nahiyəsindən qucaqlayıb tutduğunu gördüyünü, tez onların yanına gedib Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs kənarlaşdırdıqlarını, leytenant ŞahidN baş leytenant Təqsirləndirilən şəxs əl-üzünə su vurması üçün kənara apardığını, arxası onlara tərəf olduğundan Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs necə vurmasını görmədiyini, Zərərçəkmiş şəxs sağ gözünün qızarıb şişdiyini görüb onu anqarda olan kunqa apardığını, Zərərçəkmiş şəxs nə səbəbə görə mübahisə etdiklərini soruşduqda Zərərçəkmiş şəxs telefonda danışarkən baş leytenant Təqsirləndirilən şəxs ona düzgün cavab verməməsi və müraciət etməməsi səbəbindən aralarında mübahisə yarandığını və mübahisə zəmnində baş leytenant Təqsirləndirilən şəxs onun sağ gözündən bir yumruq vurduğunu və badalaq verərək yerə yıxdığını bildirdiyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş leytenant ŞahidN ifadəsində və ona verilmiş sualları cavablandırarkən özünün 0N yanvar N0N3-cü ildə saat 08:00-dan N0:00-dək döyüş növbətçiliyinə təyin edildiyini, növbə rəisinin mayor Şahid1 olduğunu, saat 08:00-da növbəni təhvil aldıqdan sonra Şahid1 şəxsi heyəti düzüb təhlükəsizlik qaydalarını, tapşırıqlarını çatdırdığını, təxminən saat 08:50 radələrində həmin gün görüləcək işlər barəsində Şahid1 məlumat vermək üçün anqarın qarşısında olan Şahid1 yanına getdiyini, onun yanına çatıb görüləcək işlər barədə məlumat verən zaman təxminən anqardan 40-50 metr aralıda yerüstü idarəetmə məntəqəsinin qarşısından səs gəldiyini eşitdiyini, Şahid1la həmin istiqamətə dönüb baxan zaman mayor Zərərçəkmiş şəxslə baş leytenant Təqsirləndirilən şəxs arasında mübahisə olduğunu, Zərərçəkmiş şəxs ön tərəfə əyildiyini, Təqsirləndirilən şəxs isə onun bel nahiyəsindən iki əli ilə tutduğunu gördüyünü, Şahid1la cəld onlar tərəfə getdiyini, onları aralaşdırdıqlarını, özünün Təqsirləndirilən şəxs üzünə su vurub sakitləşməsi üçün bir kənara apardığını, sonra görüləcək işlərini davam etdirmək üçün anqara qayıtdığını, anqarda olarkən mayor Zərərçəkmiş şəxs oraya gəldiyini, həmin zaman əli ilə sağ gözünü tutduğundan Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağ gözündən yumruqla vurmasını yəqin etdiyini bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş kapitan Şahid3 ifadəsində və ona verilmiş sualları cavablandırarkən özünün hadisə baş verən günü Təqsirləndirilən şəxsla birlikdə döyüş növbətçiliyinə təyin edildiyini, döyüş növbətçiliyinə növbə rəisi baş leytenant Təqsirləndirilən şəxs rəhbərlik etdiyini, tapşırığa əsasən həmin gün təyyarənin uçuş həyata keçirməli olduğunu, 0N yanvar N0N3-cü ildə saat 07:05 radələrində Mərkəzi Qərargahdan DİM-dən mayor Anar Ağayevin telefon əlaqəsi saxlayıb vəziyyət barədə maraqlandığını, ona N0-N5 dəqiqəyə təyyarənin qalxacağını bildirdiyini, təyyarənin təxminən saat 07:N6 radələrində havaya qaldırıldığını, sonra Mərkəzi Qərargahdan mayor Ağayevə və digər vəzifəlilərə bu barədə məruzə edildiyini, saat 08:00-da növbəni təhvil təslim etdikdən sonra heç bir problem olmadığından növbəni təhvil verib evə getdiyini, təxminən saat 08:30 radələrində mayor Zərərçəkmiş şəxs ona zəng vurub “toplanış” olduğunu bildirdiyini, baş leytenant Təqsirləndirilən şəxs da bu barədə məlumat verməyini tapşırdığını, Təqsirləndirilən şəxs “toplanış” komandası barədə zəng vurub bildirdiyini, baş leytenant Təqsirləndirilən şəxsla danışdıqdan sonra mayor Zərərçəkmiş şəxs yenidən ona zəng vurub toplanışa gəlmələrini bildirdiyini, həmin gün növbəni təhvil verən şəxsi heyətə bu barədə məlumat verib hərbi hissəyə getdiyini, hərbi hissəyə çatanda Təqsirləndirilən şəxs telefonda Zərərçəkmiş şəxs düzgün müraciət etməməsi səbəbindən aralarında mübahisə yarandığını, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağ gözündən bir yumruq vurmasını eşitdiyini, hadisənin birbaşa şahidi olmadığını, hadisədən təqribən 15-N0 dəqiqə sonra mayor Zərərçəkmiş şəxs görən zaman onun sağ göz nahiyəsində qızartı olduğunu gördüyünü bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş şəxslərin ifadələrindən görünür ki, şahidlərin ifadələri bir-birini istisna etmir. Məhkəmə onların bir-biri ilə uzlaşan və inandırıcı təbiətini nəzərə alaraq, hesab edir ki, hadisələrin təqsirləndirilən şəxs tərəfindən təqdim olunan təsviri şahid ifadələri ilə təsdiq olunur. İttiham tərəfinin mövqeyi şahid ifadələri ilə təkzib olunmur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 1N4-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, müvafiq ekspert rəyini, o cümlədən cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: “Cinayət işinin başlanması haqqında” N6 yanvar N0N3-cü il tarixli qərardan görünür ki, mayor Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v İ cild 1). X4 “Məhkəmə-Tibbi Ekspertizası”nın 14 yanvar N0N3-cü il tarixli, 5 №-li ekspert rəyində mayor Zərərçəkmiş şəxs almış olduğu sağ gözətrafı və sağ almacıq nahiyəsinin qançırı xəsarətinin bərk küt əşyanın təsirindən törənməyə xarakterik olduğu, qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə törənməsinin istisna olunmadığı, sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsinin təyin olunmadığı göstərilmişdir (İ.v İ cild 61). N №-li hərbi hissə komandirinin N avqust N0N1-ci il tarixli, N03 №-li əmrindən edilmiş çıxarışdan görünür ki, baş leytenant Bağırov X7 nazirinin müavini-X9 Komandanının xx.xx.N0N1-ci il tarixli, 0106 №-li əmri ilə N nömrəli hərbi hissənin silahlı uçuş aparatları dəstəsinin “Bayraktar-TBN” silahlı pilotsuz uçuş aparatlarının idarəetmə bölmə rəisinin baş köməkçisi-əməliyyat zabiti vəzifəsinə təyin edilərək, həmin tarixdən şəxsi heyətin siyahısına və bütün növ təminat növlərinə daxil edilmişdir (İ.v İ cild 30). N №-li hərbi hissə komandirinin N avqust N0N3-cü il tarixli, 4 №-li əmrindən edilmiş çıxarışdan görünür ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 69-cu maddəsinə və Azərbaycan Respublikası Silahlı X1 49-cu maddəsinin “z” bəndinə müvafiq olaraq silahlı uçuş aparatları dəstəsinin “Bayraktar-TBN” silahlı pilotsuz uçuş aparatlarının idarəetmə bölmə rəisinin baş köməkçisi-əməliyyat zabiti Təqsirləndirilən şəxs “kapitan” hərbi rütbəsindən məhrum edilərək, onun rütbəsi “baş leytenant” hərbi rütbəsinədək endirilmişdir (İ.v İ cild 31). N №-li hərbi hissə komandirinin N yanvar N0N3-cü il tarixli, 6 №-li əmrindən edilmiş çıxarışdan görünür ki, X9 Komandanının xx.xx.N0N3-cü il tarixli, 0N №-li əmri ilə silahlı uçuş aparatları dəstəsinin “Bayraktar-TBN” silahlı pilotsuz uçuş aparatlarının idarəetmə bölmə rəisinin baş köməkçisi-əməliyyat zabiti baş leytenant Təqsirləndirilən şəxs N nömrəli hərbi hissənin poliqon rəisinin müavini vəzifəsinə təyin edildiyindən həmin tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq, xidmətini davam etdirmək üçün N nömərli hərbi hissə komandirinin sərəncamına göndərilmişdir (İ.v İ cild 3N). N №-li hərbi hissə komandirinin N dekabr N0NN-ci il tarixli, N97 №-li əmrindən edilmiş çıxarışdan görünür ki, mayor Rzayev X8 nazirinin müavini-X9 Komandanının xx.xx.N0NN-ci il tarixli, 010N №-li əmri ilə N №-li hərbi hissənin silahlı uçuş aparatları dəstəsinin (“Bayraktar-TBN”) uçuşa nəzarət və standartlaşdırma bölməsinin rəisi-dəstə komandirinin uçuşu standartlaşdırma üzrə müavini vəzifəsinə təyin edilmişdir (İ.v İ cild 71). N №-li hərbi hissə komandirinin N yanvar N0N3-cü il tarixli, 8 №-li əmrindən edilmiş çıxarışdan görünür ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 78-ci maddəsinin “q” bəndinə müvafiq olaraq mayor Zərərçəkmiş şəxs N nömrəli hərbi hissənin Radilokasiya qovşağının rabitə bölməsinin rəisi vəzifəsinə təyin edildiyindən həmin tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq, xidmətini davam etdirmək üçün N nömərli hərbi hissə komandirinin sərəncamına göndərilmişdir (İ.v İ cild 45). N №-li hərbi hissənin komandanlığı tərəfindən verilmiş N yanvar N0N3-cü il tarixli, N №-li arayışda N №-li hərbi hissənin silahlı pilotsuz uçuş aparatları dəstəsinin “Bayraktar TB-N” silahlı pilotsuz uçuş aparatlarının idarəetmə bölmə rəisinin baş köməkçisi-əməliyyat zabiti kapitan Təqsirləndirilən şəxs silahlı pilotsuz uçuş aparatları dəstəsi “Bayraktar TB-N” dəstə komandirinin uçuşu standartlaşdırma üzrə müavini-bölmə rəisi mayor Zərərçəkmiş şəxs tabe olduğu göstərilmişdir (İ.v İ cild 35). N №-li hərbi hissə komandanlığı tərəfindən Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğuna ünvanlanmış 0N mart N0N3-cü il tarixli, N14 №-li məktubda X9 Komandanın 18 oktyabr N0NN-ci il tarixli 0118 nömrəli əmrinə əsasən döyüş növbətçiliyindən istirahətə buraxılmış şəxsi heyətin yalnız hərbi hissə komandiri tərəfindən geri çağırıla bildiyi göstərilmişdir (İ.v İ cild 195). Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Təşkilat İnspeksiya İdarəsinin Əməliyyat statistik informasiya bölməsi tərəfindən tərtib edilmiş xx.xx.N0N3-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v İ cild 50). N05 №-li hərbi hissə tərəfindən təqdim edilmiş xx.xx.N0N3-cü il tarixli, 88 №-li arayışdan görünür ki, Təqsirləndirilən şəxs hərbi xidmətə yararlıdır (i.v İ cild 6N). N №-li hərbi hissənin komandanlığı tərəfindən verilmiş xx.xx.N0N3-cü il tarixli xidməti xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur (İ.v İ cild 37). “Qətimkan tədbirinin seçilməsi haqqında” N4 fevral N0N3-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (İ.v İ cild 181-18N). Naxçıvan Şəhər İcra Hakimiyyətinin 1 saylı Mənzil-İstismar İdarəsindən alınmış xx.xx.N0N3-cü il tarixli 119N və 1193 №-li arayışlardan, o cümlədən Təqsirləndirilən şəxs məxsus AZE ******** №-li şəxsiyyət vəsiqəsinin sürətindən, AZ-İ 883117 №-li nikah haqqında və AZ-İİİ 961804 №-li doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, təqsirləndirilən şəxs Bağırov X5 şəhəri, Nizami küçəsi, ev 53, mənzil 4 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmaqla, ünvan N ünvanında yaşayır və onun himayəsində olan ailə üzvləri-199N-ci il təvəllüdlü arvadı Bağırova (Hüseynova) Səkinə Firəddin qızından və N018-ci il təvəllüdlü qızı XN ibarətdir (i.v İ cild 118, 1N0-1N1, İİ cild 48-49). Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Həmin sübutlarla təqsirləndirilən şəxsə istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə CM-in 330.1-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi, o cümlədən iş üzrə təqsirləndirilən şəxsə təyin olunacaq cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması təsdiq olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.N-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr N005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi) ... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-ci N8.5-ci maddəsi). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 1N6.6-cı maddəsinin tələbinə görə təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmçinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N44.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart N011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar N009-cu il, “Xirvisari Finlandiyaya qarşı” N7 sentyabr N001-ci il, “X6rşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 199N-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimləri D.Spilman və G.Malinverni Məhkəmənin “Maksimov Rusiyaya qarşı” 18 mart N010-cu il tarixli qərarına xüsusi rəydə qeyd etmişlər ki, “əsaslandırılmış qərarın məqsədlərindən biri də tərəflərə onların dəlillərinə lazımi diqqət yetirilməsini nümayiş etdirməkdən ibarətdir”. Beləliklə, cinayət işi üzrə toplanmış sübutları, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspert rəyini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 330.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 9-cu maddəsinə əsasən tutduğu vəzifələrinə və hərbi rütbələrinə görə hərbi qulluqçular biri o birinə münasibətdə rəis və yaxud tabe olandır. Rəislər tabelikdə olanlara əmr vermək hüququna malikdirlər və verdikləri əmrlərin yerinə yetirilməsini yoxlamalıdırlar. Tabelikdə olanlar rəislərinə sözsüz tabe olmağa borcludurlar. Azərbaycan Respublikası Silahlı Qüvəllərin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsinə əsasən isə hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar. Vəzifəsindən asılı olmayaraq, hərbi qulluqçular xidmət məsələləri üzrə bir-birinə «Siz» deyə müraciət etməlidirlər. Hərbi qulluqçular bir-birinə şəxsən müraciət etdikdə, qoşun yaxud xidmət növünü göstərmədən hərbi rütbələrini deməlidirlər. Beləliklə də, qanunvericiliyin yuxarıda qeyd olunan müddəaları işığında məhkəmə istintaqında tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, baş leytenant Təqsirləndirilən şəxs N №-li hərbi hissənin “Bayraktar-TBN” silahlı pilotsuz uçuş aparatlarının idarəetmə bölmə rəisinin baş köməkçisi-əməliyyat zabiti vəzifəsində, kapitan hərbi rütbəsində xidmət edərkən 0N yanvar N0N3-cü ildə saat 07:50 radələrində döyüş növbətçiliyinin aparılması zamanı vəzifəcə ona rəis hesab olunan “Bayraktar-TBN” silahlı pilotsuz uçuş aparatları dəstəsinin uçuşa nəzarət və standartlaşdırma bölməsinin rəisidəstə komandirinin uçuşu standartlaşdırma üzrə müavini vəzifəsində xidmət edən mayor Zərərçəkmiş şəxs ilə xidməti fəaliyyətlə əlaqədar telefon danışığı zamanı müraciət qaydalarını pozduğuna görə aralarında narazılıq yaranmış, bundan sonra Təqsirləndirilən şəxs döyüş növbətçiliyindən sonra onu gözləməsi ilə bağlı verdiyi tapşırığı yerinə yetirməyərək xidmət yerindən getdiyindən, Zərərçəkmiş şəxs hərbi hissəyə gedib həmin vaxt növbədən çıxan şəxsi heyətə səlahiyyəti olmadığı halda “toplanış” komandası verib hərbi hissəyə qaytarmış, Təqsirləndirilən şəxs şəxsi heyətin ona görə hərbi hissəyə qaytarılması səbəbindən həmin gün saat 08:50 radələrində hərbi hissəyə qayıdaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 9-cu maddəsində nəzərdə tutulan “Tutduğu vəzifələrinə və hərbi rütbələrinə görə hərbi qulluqçular biri o birinə münasibətdə rəis və yaxud tabe olandır... Tabelikdə olanlar rəislərinə sözsüz tabe olmağa borcludurlar”, 38-ci maddəsində “hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar” tələblərini pozaraq hərbi hissənin yerüstü idarəetmə məntəqəsinin qarşısında Zərərçəkmiş şəxs nalayiq ifadə işlədərək onun sağ göz nahiyəsindən bir yumruq zərbəsi vurmaqla, yaxasından tutub badalaq verərək yerə yıxmaqla, hər iki əli ilə onun bel nahiyəsindən sıxmaqla ona dərəcəsinə görə sağlamlığa zərər vurmayan “sağ göz ətrafı və sağ almacıq nahiyəsinin qançırı” xəsarətini yetirməklə tabelikdə olan şəxs kimi xidmət üzrə öz vəzifələrini yerinə yetirməsi ilə əlaqədar olaraq rəisə qarşı zor tətbiq etmişdir. Bununla da Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 330.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin dispozitiv şərti (Rəisə, habelə hərbi qulluq vəzifəsini yerinə yetirən digər şəxsə hərbi xidmət üzrə öz vəzifəsini yerinə yetirməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar zor tətbiq etmə və ya zor tətbiq etməklə müqavimət göstərmə) mövcud olmuşdur. Məhkəmə təqsirləndirilən və zərərçəkmiş şəxsi, o cümlədən şahidləri dinləyərək, iş materiallarını nəzərdən keçirib, iş üzrə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin yuxarıda göstərilən cinayət əməllərini törətməkdə təqsirli olması onun həmin cinayəti məhkəmə iclasında tam etiraf etməsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də məhkəmə istintaqında tədqiq edilmiş “Məhkəmə-Tibbi Ekspertizası”nın 14 yanvar N0N3-cü il tarixli 5 №-li rəyi və işdə olan digər materiallarla kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs tabelikdə olan şəxs kimi xidmət üzrə öz vəzifələrini yerinə yetirməsi ilə əlaqədar olaraq rəisə qarşı zor tətbiq etməsi mübahisəsiz haldır. Əks nəticəyə gəlmək üçün heç bir əsas yoxdur. O, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib, həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Təqsirləndirilən şəxs cinayət əməllərini qəsdən törətmişdir. Onun əməlləri başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 330.1-ci maddəsi böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139 və 353-cü maddələrinin tələblərinə uyğun olaraq hökmdə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 0N aprel N01N-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Qanunverici Cinayət Məcəlləsinin 59.1.1-59.1.14-cü maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, Cinayət Məcəlləsinin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4, 59.1.1N və 59.Nci maddələrinin müddəalarına müvafiq olaraq Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, evli və himayəsində 1 (bir) azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsdən üzr istəyərək onunla barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Qeyd etmək zəruridir ki, bu faktlar təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri, eləcə də iş materiallarına əlavə edilmiş Naxçıvan Şəhər İcra Hakimiyyətinin 1 saylı Mənzil-İstismar İdarəsindən alınmış xx.xx.N0N3-cü il tarixli 119N və 1193 №-li arayışlarla, o cümlədən AZ-İ 883117 №-li nikah haqqında və AZ-İİİ 961804 №-li doğum haqqında şəhadətnamələrin surətləri ilə öz təsdiqini tapır. Eyni zamanda məhkəmə istintaqında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını, o cümlədən Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutur: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.N-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul N013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.N-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N5 iyun N003-cü il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qeyd etmək lazımdır ki, məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N5 iyun N003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmçinin həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral N017-ci il tarixli Sərəncamı da nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Beləliklə də, istər daxili cinayət qanunvericiliyinin müddəaları, istərsə də Avropa İnsan Hüquqları Məhkəməsinin yuxarıda sadalanan presedentləri cəza təyini zamanı məhkəmənin üzərinə vəzifə qoyur ki, təqsirkara elə cəza təyin etsin ki, bu cəzanın məqsədlərinə cavab versin, o cümlədən məhkumun islah edilməsini təmin etsin, sosial ədaləti bərpa etsin, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət etsin. Məhkəmə təqsirli bilinən şəxsə cəza təyini ilə bağlı qanunvericiliyin yuxarıda qeyd olunan prinsip və müddəalarını rəhbər tutaraq, təyin ediləcək cəzanın növü və miqdarının seçilməsinə dair qısa şərh verməyi zəruri hesab edir. Belə ki, təqsirli bilinən şəxs Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 330.1-ci maddəsinin sanksiyasında- iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Qeyd etmək zəruridir ki, zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1N-ci maddəsində müəyyən edilmiş və təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun müddətinə və həcminə təsir edə biləcək yüngülləşdirici haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbinə görə Cinayət Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Bu səbəbdən də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsdən üzr istəyərək, onunla barışdığından və məhkəmədə onun cəzasını ağırlaşdıran hallar müəyyən edilmədiyindən ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 330.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin, yəni iki il müddətinə azadlıqdan məhrum etmə cəzasının dörddə üçündən artıq cəza təyin edilməməlidir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini (cinayətin bir epizod üzrə törədilməsini, həyata keçirilmə üsulunu, baş vermiş nəticənin ağırlıq dərəcəsini və.s), təqsirləndirilənin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Başqa sözlə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayətin bir epizod üzrə törədilməsi, cinayətin törədilmə üsulu, baş vermiş nəticənin ağırlıq dərəcəsi və.s kimi hallar təqsirləndirilən şəxsin sabit kriminal meyilliliyinə və nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə dəlalət etmir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 330.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş intizam xarakterli hərbi hissədə saxlama və azadlıqdan məhrumetmə cəzalarının işin faktiki hallarına, təqsirli bilinən şəxsin şəxsiyyətinə, əməlin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə uyğun olmamaqla ağır olmaları qənaətinə gəlir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə ilə bağlı cəzanın təyin edilməsi onun öz ailəsi ilə olan münasibətlərinə mənfi təsir göstərməklə yanaşı, təqsirləndirilən şəxsin özünü və ailəsini ciddi məhrumiyyətlərə düçar edə bilər ki, bu kimi hallar da məhkumun islah olunmasına, həmçinin Cinayət Məcəlləsinin 41.N-ci maddəsində təsbit olunmuş cəzanın məqsədlərinin realizə edilməsinə xidmət edə, o cümlədən sosial ədalətin bərpasını təmin edə bilməz. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 330.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş intizam xarakterli hərbi hissədə saxlama cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab etsəydi belə, bu Təqsirləndirilən şəxs zabit olması səbəbindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 54-cü maddəsinin tələblərinə görə də, mümkün olmayacaqdı. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 54-cü maddəsinə əsasən hərbi xidmətə çağırış üzrə müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara, habelə kontrakt (bağlaşma) əsasında sıravi və gizir vəzifələrində hərbi xidmətdə olan hərbi qulluqçulara, əgər onlar hökm çıxarılanadək qanunla müəyyən edilmiş xidmət müddətini başa vurmamışlarsa, üç aydan iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edilə bilər. Məhkəmə təqsirli bilinən şəxsə təyin olunan cəzanın növünü müəyyən edərkən cinayət törətmiş şəxsin dövlət məcburetmə tədbirlərinə məruz qalmalı olması ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.N-ci maddələrinin şərh edilməsinə dair” N5 iyul N0NN-ci il tarixli Qərarında nümayiş etdirdiyi hüquqi mövqeyini də nəzərə almışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarında qeyd olunmuşdur ki, cinayət törətmiş şəxsin dövlət məcburetmə tədbirlərinə məruz qalmalı olması cinayət qanunvericiliyinin ümumi qəbul olunmuş yanaşmasıdır. Bu zaman cinayətlərin törədilməsinin qarşısını alan ən təsirli vasitə cəzanın ağırlığı deyil, onun qaçılmazlığıdır (ubi culpa est, ibi poena subesse debet). Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar; Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 198N-ci il tarixli qərar; X11rşı iş üzrə N6 oktyabr 1984-cü il tarixli qərar) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində qəbul edilən hazırki məhkəmə aktı bu tələblərə cavab verir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində məhkəməyədək icraat zamanı N4 fevral N0N3-cü il tarixində seçilmiş və məhkəmənin hazırlıq iclasının müvafiq qərarına əsasən dəyişdirilmədən saxlanılmış “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.8-ci maddəsinə əsasən hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəza hərbi qulluqçuların xidmət yeri üzrə hərbi hissə komandiri tərəfindən icra edilir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, hökmün icrası Təqsirləndirilən şəxs hazırda xidmət etdiyi N nömrəli hərbi hissənin komandanlığına, xidmət yerini dəyişərsə həmin hərbi hissənin komandanlığına həvalə olunmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.5-ci maddəsinin tələbləri baxımından cəzaçəkmə müddətinin başlanğıcı məsələsinin necə həll edilməli olması ilə bağlı belə nəticəyə gəlir ki, təqsirli bilinən şəxs Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun aylıq pul təminatından dövlət nəfinə tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197, 346 və 353-cü maddələrinin tələbləri baxımından məhkəmə xərcləri ilə bağlı belə nəticəyə gəlir ki, cinayət işi üzrə N7 mart N0N3-cü il tarixində həyata keçirilən məhkəmə hazırlıq iclası zamanı Bağırov X5 Muxtar Respublikası Hərbi Məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edildiyindən, hazırki iş üzrə məhkəmə xərci Təqsirləndirilən şəxs hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilməli olan haqdan ibarətdir. Odur ki, təqsirli bilinən şəxsə göstərilmiş hüquqi yardıma görə Naxçıvan şəhər Vəkil Bürosunun (Naxçıvan Şəhər Hüquq Məsləhətxanasının) vəkili Müdafiəçi təqdim edəcəyi hesabata uyğun olaraq bu sahədə müvafiq qanunvericiliyin tələbləri nəzərə alınmaqla, hesablanmış müvafiq pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına Naxçıvan şəhər Vəkil Bürosuna (Naxçıvan Şəhər Hüquq Məsləhətxanasına) ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia, xüsusi müsadirə edilməli əmlak yoxdur. İş üzrə təqsirli bilinən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 330.1-ci maddəsi ilə təqsirli bilinib aylıq pul təminatından 1N% (on iki faiz) məbləğində pul dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri bu hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs hazırda xidmət etdiyi N nömrəli hərbi hissənin komandirinə, xidmət yerini dəyişərsə həmin hərbi hissənin komandirinə həvalə olunsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun aylıq pul təminatından dövlət nəfinə tutulmaların aparıldığı vaxtdan hesablansın. İş üzrə məhkəmə xərci-Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardıma görə Naxçıvan şəhər Vəkil Bürosunun (Naxçıvan Şəhər Hüquq Məsləhətxanasının) vəkili Müdafiəçi təqdim edəcəyi hesabata uyğun olaraq bu sahədə müvafiq qanunvericiliyin tələbləri nəzərə alınmaqla, hesablanmış müvafiq pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına Naxçıvan şəhər Vəkil Bürosuna (Naxçıvan Şəhər Hüquq Məsləhətxanasına) ödənilsin. Hökmdən elan olunduğu andan N0 gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm N0 (iyirmi) günlük müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Abil Orucəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar